İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-24, 9:43 AM
    ALLAHIN MƏHƏBBƏTİ BARƏDƏ ARAŞDIRMALAR
    SUAL 19: Allah-taala bizi sevdiyi üçün yaratmışdır. Sevgi və məhəbbət də bir növ ehtiyac sayılır. Görəsən, Allah-taalanın bizi yaratmağa ehtiyacı varmı?
    Bu irad məhəbbətin, xüsusilə Allahın məhəbbətinin mənasına lazımınca diqqət yetirilmədiyi üçün irəli gəlmişdir. Ümid edirik ki, bu məsələ aşağıdakı incəliklərə diqqət yetirməklə aydınlaşsın:
    1-Məhəbbətin tərifi:
    Qəzzali "İhyau ülumid-din” adlı dəyərli əsərində məhəbbət və kin-küdurətə belə tərif vermişdir: "Məhəbbət insan təbiətinin ləzzəti dərk olunan şeylərə meyl göstərməsindən, kin-küdurət isə çətinliyi, ağrı-acısı dərk olunan şeylərə nifrət etməsindən ibarətdir.”("İhyau ülumid-din”, 4-cü cild, səh. 275.)
    Sədrül-Mütəəllihin də, məhəbbətə belə tərif vermişdir: "Məhəbbət insanın öz təbiətinə uyğun şeyi sevməsi, yaxud ona görə sevməsidir. O əqli, hissi və həqiqi, xəyali bir şey ola bilər.”("Fəlsəfə və Quran dər zəmineyi Əl-mizan” kitabından nəqlən, 3-cü cild, səh. 145. )
    Buna əsasən, məhəbbət həbiblə məhbub arasında mülayimlik meyarı olan cazibədən ibarətdir. Başqa sözlə, məhəbbət, şüur sahibi olan bir varlığın könlündə onun müqabil tərəfin mövcud olması ilə yaranan sakitlik, meyl və istəklərə uyğun bir hala deyilir.(Bax: "Əxlaq dər Quran”, Misbah Yəzdi, 1-ci cild, səh. 359-360. )
    2-Məhəbbətə ehtiyac duymaq:
    Bəşər cəmiyyəti məhəbbətə ehtiyaclıdır. Məhəbbət insanın ruhi və psixi duyğularının və ehtiyaclarının əsasını təşkil edir.("Rəvanşünasiye-tərbiyəti”, Əli Şəriətmədari, səh. 251-253. )
    Əgər insanın bu ehtiyacı təmin olunmazsa, həyəcan və iztiraba düşər. Məhəbbətin az olması, yaxud olmaması insanın ruhunda mənfi təsir qoyub, acınacaqlı nəticələr yaradır və onların bir-birilə əlaqələrini qırır.("Məsaili no-cəvanan və cəvanan”, Məhəmməd Xudayarifərd, səh. 31. )
    Məhəbbət qaranlığa qalib gələn işıqlı çıraq və dərin duyğudur. İnsanlar tarix boyu ona nail olmaq yollarını axtarmışlar. Məhəbbət yüksəkliklərə ucalmaq, istənilən kamilliklərə çatmaq yoludur. Buna görə də, sevmək, məhəbbət bəsləmək bəşər cəmiyyəti üçün ən dərin ehtiyac olmuşdur. İnsan hələ də ona möhtacdır.(Bu məsələ ilə əlaqədar bax: "Ayini mehrvərzi”, Məhəmmədrza Kaşifi, 1-ci və 2-ci bölüm.)
    3-Məhəbbətin səbəbləri:
    Məhəbbət üçün müəyyən səbəblər göstərilir. Ən əhəmiyyətli amil insanın özü-özünü (nəfsini) sevməsidir.(Məhəbbət səbəblərilə tanış olmaq istəyənlər Məhəmmədrza Kaşifinin "Ayini-mehrvərzi” kitabının 4-cü bölümünə müraciət edə bilərlər. )
    Hər bir əql sahibinin məhəbbət bəslədiyi ilk şey onun öz nəfsidir. Məhəbbətin tərifində qeyd etdiyimiz kimi, insanın hansısa bir şeyə məhəbbəti onun təbii meylinə uyğun səbəblərdən irəli gəlir. Məlum olduğu kimi, hər bir varlıq hər şeydən artıq öz nəfsinə daha uyğundur. Necə ki hər bir varlıq özünü hamıdan yaxşı tanıyır. Buna əsasən, demək olar ki, hər bir varlıq hər şeydən çox özünü istəyir. Nəfsi və özünü sevmək əql və şüur sahibi olan hər bir varlığın təbiətində yaşamaq istəyinin mövcud olmasıdır; necə ki varlıq kamalı da onun diqqət mərkəzindədir. Çünki nöqsan kamalın ziddidir və kamala sahib olmamaq bir növ məhv olmaqdır. Əql sahibi olan varlıqlar yoxluğa və məhv olmağa nifrət etdikləri üçün (bir növ məhv olmaq sayılan) naqisliyi xoşlamırlar. Demək, nəfsi sevmək (insanın özünü sevməsi) varlıq kamalına və yaşamağa meyl deməkdir.
    4-Allahın məhəbbəti:
    İnsan fitrətinin məhəbbətlə qarışması Allah-taalanın zatında məhəbbətin olmasına sübutdur. Çünki Allahda olmayan həqiqətin insanın vücudunda təzahürü qeyri-mümkündür. Görəsən, bir şəxs bir şeyə sahib olmadığı halda onu başqasına əta edə bilərmi?!
    Əbül-Həsən Deyləmi deyir: "Mənim yanımda bir filosofdan eşqin yaranması haqda soruşulduqda, dedi: "Eşqini bildirən birinci varlıq Allah-taaladır.”("Ətful-əlf”, səh. 28. )
    Digər tərəfdən, öncə qeyd etdiyimiz kimi, məhəbbətin ən mühüm səbəblərindən biri əql sahibi olan hər bir varlığın özünü sevməsidir. Allah-taalanın əql və şüur sahibi olan bir varlıq kimi Özünü sevməsi mümkündür. Lakin Qurani-kərimdə Onun öz bəndələrinə məhəbbəti ilə əlaqədar nazil olan ayələr də mövcuddur.(Məsələn, "Bəqərə” surəsi, ayə: 65; "Ali-İmran” surəsi, ayə: 31.)
    Görəsən, Allahın bu məhəbbəti Özünü sevməsindən fərqlidirmi? Ümumiyyətlə, Allahın məhəbbəti insanların məhəbbəti kimidirmi?
    1-Allahın bəndələrinə qarşı məhəbbəti bir baxışdan Özünü sevməsidir. Çünki məxluq (yaradılmış) Allahın zatından qaynaqlanan fellərdəndir, həqiqətdə Onun ad və sifətlərinin əlamətidir. Allah-taala Öz zatını sevdiyi üçün, Onun zatının nişanəsi və əlaməti olan hər bir şeyə məhəbbət bəsləyir.(Bax: "Əl-mizan”, 1-ci cild, səh. 411. )
    Qazi Həmədani bu haqda demişdir: "Ey eşidənlər, can həzrət Müstəfaya fəda olsun! Məxluqlar elə güman edirlər ki, Allahın onlara göstərdiyi məhəbbət və əta etdiyi nemətlər onlara xatirdir. Xeyr, bu, onlara xatir deyil. O, bunları Özünə xatir əta edir; çünki aşiqin məşuqa mərhəmət göstərib əta etməsi ona xatir yox, öz eşqinə görədir. Bu sözləri unutma! Sən elə güman edirsən ki, Allahın həzrət Müstəfaya məhəbbəti ona xatirdir? Xeyr, bu Onun öz eşqinə sədaqətidir.”(v)
    2-Allahın öz bəndələrinə məhəbbəti maddi aləmdə mövcud olan "infiali” məhəbbət deyil. İbni Sinanın dediyi kimi, Onun Özünü sevməsi xeyirin dərkidir. Allah-taala Öz cəmalını dərk etdiyi üçün aşiqdir. O Öz zatını tanıdığı üçün məşuqdur.(Bax: "Risaleyi-eşq”, səh. 4-6. )
    Allahın feli Onun zatından ayrı olmadığından məhəbbətə səbəb olur. Onun yaratdıqları Öz felinin nəticəsi olduğu üçün onlara məhəbbət göstərir. Lakin bu məhəbbət maddi aləmdə mövcud olan nəfsin reaksiyası mənasında deyil. Əksinə xeyir və kamalı dərk etmək mənası daşıyan zata sevgidir. Lakin (İmam Xomeyninin buyurduğu kimi,) bu məhəbbətin aşkar olması bəndələrə kəramət, rəhmət və mərhəmət göstərilməsidir.("Ərbəin”, səh. 390-391. )
    Başqa sözlə, bir bəndə Allah-taalanın sonsuz mərhəmətinə çatdıqda, Onun məhəbbətinə nail olur.
    Bu izahata diqqət yetirdikdə, aydın olur ki, Allahın bəndələrə məhəbbəti Onun zatından qaynaqlanan kamal və xeyirin dərk və əta olunmasıdır. Bu, insanların bir-birinə qarşı məhəbbəti kimi deyil; çünki bizim istəklərimizdə nəfsani reaksiyalar mövcuddur. Allahın məhəbbəti bizim bir-birimizə bəslədiyimiz məhəbbətdən fərqləndiyi üçün bizim məhəbbətimizdə mövcud olan ehtiyac Allahın məhəbbətində əsla məna kəsb etmir. Biz tənhalıqdan azad olmaq, ruhi sakitliyə, kamala çatmaq və bir-birimizlə vəhdət yaratmaq üçün məhəbbətə möhtacıq. Elə bir məhəbbət ki, insanın nəfsi onun müqabilində fərəhlənərək reaksiya göstərir. Lakin Allahın öz bəndələrinə məhəbbətində bunların heç biri təsəvvür olunmur; çünki O, tənhalıqdan azad olmağa və kamala yiyələnməyə möhtac deyil. O, zatən ehtiyacsıdır. Onun məxluqları sevməsi xeyir və kamal bəxş etməsidir. Bu Onun zatında mövcuddur və bütün varlıqlarda aydın şəkildə görünür.
    ALLAHIN XALİQİ
    SUAL 20: Mən Allahın varlığını inkar etmirəm. Lakin deyilənlərə görə, hər bir şeyin yaradanı vardır. Görəsən, Allahın yaradanı və xaliqi kimdir?
    Bəli, hər bir şeyin, hər bir şəxsin xaliqi və yaradan səbəbi var. Amma diqqət yetirmək lazımdır ki, görəsən, bu qanunun meyarı var, ya yox? Digər tərəfdən, görəsən, Allah-taalada bu meyar mövcuddurmu, O da bu qanuna aid edilirmi?
    Əvvəla, "hər bir varlığın və nəticənin bir səbəbi vardır” – qanunu meyara əsaslanır. Necə ki, İslam filosofları bu məsələ barəsində ayrıca bir fəsildə bəhs etmiş və ona "Səbəbə möhtac olmağın meyarı” adını vermişlər. Bu məsələni qısa şəkildə belə bəyan etmək olar ki, əgər səbəb əlaqəsinin predmeti mütləq şəkildə varlıq olarsa, mənası budur ki, varlıq (olduğu kimi) səbəbə möhtacdır. Bu da, hər bir varlığın səbəbə möhtac olmasını tələb edir. Lakin belə bir mətləb, aydın olmadığı kimi, onun heç bir dəlili də yoxdur. Üstəlik onun əksini sübut edən dəlillər var. Allah-taalanın varlığını sübut edən dəlillər göstərir ki, səbəbə möhtac olmayan varlıq da mövcuddur. Buna əsasən, "hər bir varlıq səbəbə möhtacdır” – qanununun predmeti mütləq deyil, onun şərti vardır. Bəs, bu predmetin şərti nədir?
    İslam filosofların nəzərincə, hazırkı məsələnin predmeti "mümkün”dür; yəni, zati olaraq mövcudluğu (yoxluğu) mümkün olan fərz edilməsi qeyri-mümkün olmayan hər bir varlıq səbəbə möhtacdır. Halbuki Allah-taala «mümkün» yox, «zəruri» bir varlıqdır; yəni, Onun fərz olunmaması mümkün deyil. Onun üçün varlıq zəruri, yoxluq isə qeyri-mümkündür. Mövcud olub-olmaması bərabər olan varlığın səbəbə ehtiyacı var. Belə ki, səbəb yaranıb, bir tərəfi başqa tərəfə qalib edərək ona varlıq verir. Çünki o şey öz-özünə nə mövcud, nə də yox ola bilər. Lakin Allah-taala "zəruri varlıqdır” və Onun üçün varlıq vacibdir. Buna əsasən, "hər bir şey səbəbə möhtacdır” – cümləsində məqsəd (Allaha da aid edilən) hər varlıq yox, "varlığı mümkün olan” hər bir şeydir.(Bax: "Amuzeşi-fəlsəfə”, 2-ci cild, səh. 29-30. )
    Bundan əlavə, əgər (varlığı zəruri olan) Allahı yaradan bir səbəbin mövcudluğunu fərz etsək, fəlsəfədə batilliyi sübut edilmiş sonsuzluğa – mühakimə ilə sübutların bir-birindən asılı olaraq davam edib, müəyyən bir nəticəyə çatmamasına – düçar olacağıq. Əgər (sonu olan və sonu olmayan) bir sıra səbəb və nəticələri, xaliq və məxluqları zati olaraq zəruri, səbəbi və yaradanı olmayan varlığı nəzərə almadan fərz etsək, ümumi şəkildə və ayrı-ayrılıqda onların heç biri zəruri olmayacaqdır. Zəruri olmadığına görə, vücuda da gəlməyəcəkdir. Çünki hər bir nəticə zəruri olaraq (zaman baxımından yox, dərəcə baxımından) vücuda gəlir və onun yox olması əsla mümkün deyil. Əgər onun min bir şərtlə yaranmasını, hər hansı bir silsilənin mövcud olmamasını nəzərə alsaq, vacibin mövcud olmadığını görəcəyik. Məlum olduğu kimi, varlığın özünün özünə səbəb olması və öz məhvinin qarşısını ala bilməsi də belədir; çünki o silsilənin, yaxud bütün silsilənin səbəbinin mövcud olmasını fərz etsək, nəticə vacib olaraq vücuda gələcəkdir. Lakin bizim fərziyyəmizə görə, həmin səbəbin də yox olması mümkündür və nəticənin yox olması yolu həmin səbəbin yox olması vasitəsilə açıqdır. Necə ki o səbəbin yox olmasının yolu səbəb olmaması vasitəsilə də açıqdır. Bu minvalla o, sonsuz olaraq nəticəsiz qalacaqdır. Yəni, hər bir nəticəni nəzərə alsaq, onun yox olması yolu öncəki bütün səbəblərin yox olmasının vasitəsilə açıqdır.
    Beləliklə, bütün silsilələr «vacib» yox, «imkan» mərhələsindədir. Demək, zəruri mərhələyə çatmayınca, vücuda gələ bilməz. Bu silsilədə təkcə zati olaraq zəruri varlıq yoxluq imkanının qarşısını alır. Lakin varlıq aləmi mövcud olduğu üçün vacibdir, vacib olduğu üçün də bu aləmin başında zəruri varlıq durur və Onun zatı ilə bütün mümkünlərin varlığı zərurət tapır.(Bax: "Üsuli fəlsəfə və rəvişi realizm”, 5-ci cild, səh.7 4-76. )
    İNSANIN MAHİYYƏTİ VƏ YARADILIŞ SİRİ
    SUAL 21: Mənim "yaşamağa razı deyiləm və məcburiyyət qarşısında qalıb yaşayıram” – deməyə haqqım varmı? Mən bu dünyaya qədəm qoymağa razı olmadığım üçün əgər bir günah iş görsəm, (sözsüz ki, günaha yol verirəm) cavabdehəmmi? Əgər Allah-taala məni yaratmasaydı, günah edib, axirət aləmində əzab-əziyyətlərə, işkənclərə məruz qalmazdım!
    İCBARİ YARADILIŞ
    Hər şeydən öncə qeyd etmək lazımdır ki, insan bu dünyaya öz ixtiyarı ilə gəlməsə də, "varlıq” və onun təsirləri kimi misilsiz nemətə malik olmuşdur. Bunun müqabilində yox və puç olmaq ən böyük zərərdir. Allah-taala Öz lütfü və mərhəməti sayəsində bizi yoxluq düzənliyindən çıxararaq yaratmış və varlıq aləminə gətirmişdir. Belə bir hədiyyəyə sahib olduğumuz üçün Ona şükür etməliyik. Baxmayaraq ki, bu işdə heç bir ixtiyar və iradəmiz olmamışdır!
    İnsan varlıq aləminə gəlişində heç bir ixtiyara malik olmasa da, Allah-taala Öz lütfü və mərhəməti sayəsində onu necə yaşamaq, necə olmaq, necə yol getmək və necə hərəkət etməkdə tamamilə azad qoymuşdur. Bu da öz növbəsində ən böyük nemətdir. Təəssüflər olsun ki, bəşər cəmiyyəti ondan yaxşı şəkildə istifadə etmir. Bəli, əgər Allah-taala məni bu zəmində də məcbur etsəydi, düzgün, yaxud əyri fikirləşməkdə, rəftarımda və davranışımda məcbur olsaydım, busualı irəli sürmək haqqına malik idim. Lakin həqiqət belə deyil!
    İNSANIN HƏQİQƏTİ
    Əgər insan öz həqiqətinə, məqamına diqqət etsə, heç vaxt belə bədbinliyə yol verməz. Bu barədə çox danışmaq olar. Lakin insan üç incə nöqtəyə diqqət yetirərək düşünsə, bu bədbinlikdən uzaqlaşar və gözəl nəticə əldə edər.
    1. İnsan varlıq aləminin gül-çiçəyi, tacı və bütün məxluqların ən şərəflisidir. Həqiqətdə bütün dünya məhz onun üçün yaradılmışdır.("İsra” surəsi, ayə: 70; "Mizanul-hikmə”, 1-ci cild, səh. 360-361. )
    2. İnsanın mahiyyəti izaha ehtiyaclı bir kitabdır. Onu izah edən müəllifindən, yəni Allahdan başqa heç kəs ola bilməz. Çünki bu kitabın müəllifi Onun Özüdür. Bu mövzuda ayə və rəvayətlərə diqqət yetirmək zəruridir. Quran insanın yaradanı kimi Allah-taalanı tanıtdırır. İlahi kitab baxımından insanın Allaha qarşı mərifəti nə qədər artsa, həm dünyanı, həm də özünü bir o qədər yaxşı tanıyar. Çünki varlıq aləminin Xaliqi öz yaradılışında təcəlla edir. Bütün yaradılış Onun nişanəsi olduğundan Allahın xəlifəsi adını qazanan insan da Onun adlarının zahir olduğu ünvandır. Allahı və Onun böyük adlarını gözəl tanımaqla insanın məqamını daha da artıq başa düşmək olar.("Təfsiri mövzuiyi-Qurani-kərim”, 13-cü cild, səh. 59-71. )
    3. Qurani-kərim əllidən çox ayədə pis sifətlərə işarə etmiş və onlara malik olan insanı da məzəmmət etmişdir. Buna paxıllıq,("Mühəmməd” surəsi, ayə: 38. )
    zəiflik və süstlük,("Nisa” surəsi, ayə: 28. )
    tələskənlik,("İsra” surəsi, ayə: 11. )
    zülm("Əhzab” surəsi, ayə: 72. )
    və nadanlıq kimi sifətləri misal göstərmək olar. Lakin bunların hamısı insanın təbiətindən qaynaqlanır və bu rəzil sifətlərin yaranmasının mənbəyi insanın təbii cazibələridir. Necə ki, fəzilətlərin və səciyyəvi xüsusiyyətlər ən üstün təbii cazibələrdən ərsəyə gəlir. Diqqət etmək lazımdır ki, ərş aləmində rəzil sifətlərin heç bir kökü yoxdur. "(Yerdə və göydə) Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın; Lakin Biz ondan yalnız müəyyən (lazım olduğu) qədər göndəririk!” ("Hicr” surəsi, ayə: 21 )
    – ayəsində nəzərdə tutulmur. Əlbəttə, "(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir!” (Nisa” surəsi, ayə: 79. )
    – ayəsinə əsasən, bütün pisliklər və rəzil sifətlər insanın özündəndir.("Təfsiri Qurani-kərim”, səh. 78-79. )
    Bu həqiqəti unutmaq olmaz ki, batini nur insanın fitrətindən şölələnir. Əgər bu ilahi mənbə (fitrət) qəflət yuxusundan oyansa, nəfsani istəklər və çikinliklərlə örtülməsə, daha da işıqlanar. Amma o, günah pərdəsinin arxasında qalanda, günahkar insan öz mahiyyətini görmür, fitrətində nur olmadığı üçün, bir müddət sonra kimliyini tamamilə yaddan çıxarar. İnsanın fitrəti yalnız elm və məhəbbətlə şölələnir; çünki Allahı insana göstərən və insanı Ona çatdıran elmdir. Əgər qəflət yuxusundan oyanmaq, günahlardan və rəzil sifətlərdən uzaq olmaq istəyirsinizsə, elm ardınca getməli, sonra ona əməl etməlisiniz. Buna əsasən, elm və biliyə yiyələnmədən ilahi mərifət ardınca getmək nadanlıqdır. Eləcə də əməlsiz elm axtaran insanın ömrü dəyirman daşının öz oxu ətrafında fırlanaraq dayanmasına, nəticə də hərəkətsiz qalmasına bənzəyir.
    İnsan özünü tanımaq üçün səy göstərməli, özünü ucuz qiymətə satmamalıdır.
    4. Ümidvar olmağın əhəmiyyəti: Allah-taala Onun rəhmətindən ümidsizliyi olmağı böyük günahlardan biri, bəzən küfr saydığı üçün, həzrət Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurmuşdur: "(Ya Peyğəmbər! Bəndələrimə) De: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Çünki Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir!” ("Zümər” surəsi, ayə: 54. )
    Allahın belə xitab etməsinin səbəbi budur ki, əgər bir şəxs Allahın rəhmətindən ümidsiz olsa, onun öz həyatında yaxşı və bəyənilən əməllər yerinə yetirməsi, yaxud çirkin əməllərdən, böyük və kiçik günahlardan çəkinməsi üçün daxili bir amil olmayacaq. Çünki insanın daxilən təhrik olunmasında iki amil rol oynayır: 1-Ümid və rəhmət. 2-İlahi əzabdan qurtuluş.
    Ümumiyyətlə, diqqət etmək lazımdır ki, ilahi lütf və mərhəmət bəndələrin paklanmasına səbəb olur. Buna görə də, belə bir əhəmiyyətli məsələni unutmaq olmaz.
    ALLAHIN RUHUNUN GENİŞLİYİ
    SUAL 22: Deyirlər ki, Allah mücərrəddir. Digər tərəfdən, mələklərin mücərrəd olduğunu bilirik. Bu, Allah və mələklərin cinsinin bir olması mənasını ifadə etmirmi? Ümumiyyətlə, Allahın cinsi nədir? Allah Öz ruhunu insana üfürdü. Bəs heyvanların ruhu haradan gəldi? Bildiyimiz kimi, bütün insanların fitrətində Allah vardır. Buna görə də Allaha pərəstiş istəyi fitridir. Hətta heyvanlar belə Allaha itaət edirlər. Görəsən, onların da ruhu Allahdandır? Bu barədə izahat verməyinizi xahiş edirik.
    Düzgün cavab əldə etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:
    VARLIQ ALƏMLƏRİ
    Varlıq aləmində dörd ümumi aləm mövcuddur. Onların üstünlükləri nəzərə alınmaqla tərtib olunmuşlar:
    1. "Lahut” aləmi, yaxud "adlar və sifətlər” aləmi: Bu aləm Allah-taalanın hədsiz-hüdudsuz kamallarından xəbər verir. Necə ki, Onun zatının pak olması hər bir eyb və nöqsandan uzaqlıq, zaman və məkanca hüdudsuzluq yox olmamaq mənalarını göstərir. Başqa sözlə, bu aləmdə Allah-taalanın xüsusi adları, sifətləri və bəzi cilvələri aşkar olunur.
    2-”Əql, ruh və cəbərut” aləmi, yaxud "tam mücərrəd” aləm: Bu aləm maddə və onun hökmlərindən pak və xalidir.
    3-”Xəyal, bərzəx və mələkut” aləmi, yaxud misal aləmi: Bu aləm maddədən uzaqdır. Lakin onun hökmlərilə hərəkətdədir.
    4-”Təbiət” aləmi, yaxud "nasut” aləmi: Bu aləm maddə və onun hökmlərindən ayrı deyil.(Bax: "Rəsaili-tövhidi”, səh. 141-143; "Məad ya bazgəşt be-suye Xuda”, 1-ci cild, səh. 212-225. )
    Allahın mücərrəd olması məsələsinə gəldikdə, Onun mücərrəd varlıqından sayılan mələklərlə müştərək olması düzgün fikir deyil, O, mücərrəd olan aləmdən, hətta adlar və sifətlər aləmindən də üstündür.
    "Qeybi huviyyət”, "qeybi-zat”, "zat məqamı”, "zat mərtəbəsi”, bəzən də ("ünəqa” və "qeybül-qüyub” kimi) başqa sözlərlə ifadə olunan Allahın zatı mütləq varlıqdır, onun heç bir həddi-hüdudu yoxdur, o sonsuzdur, konkretləşmiş zatdan uzaqdır, nə adı var, nə də əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə şərtlənir, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan; nə xüsusi bir konkretləşmə ilə konkretləşir, nə də o konkretləşmənin olmaması ilə; hətta mütləqlik və konkretləşmənin olmaması ilə belə ona şərt qoyulmur, Çünki mütləq və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır.. Allahın zatı isə ondan pak və uzaqdır.
    Allahın bütün adları və sifətləri zat məqamından sonra qərar turur və təcəlla məqamında zahir olurlar. Allahın zatı gözlə görünmədiyi üçün, Onu adları və sifətlərilə yad edirik. Əlbəttə, bu o demək deyil ki, Allahın zatında adların və sifətlərin kamalları mövcuddur. Əksinə Onun bütün adları və sifətləri pak zatında cəmlənmişdir. Bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Onun adları və sifətləri bir-birindən ayrı deyil, Allahın pak zatından ayrılıqda məna kəsb etmir. Allahın adları və sifətləri məna cəhətdən bir-birlərindən fərqlənsələr də, eyniyyət məqamında (gerçəklikdə) vahiddirlər. Allahın zatı bəsit olmaqla yanaşı, bütün kamilliklərə malikdir. Belə də deyil ki, Allahın zatının (məsələn) bir qismini elm, bir qismini qüdrət, üçüncü qismini isə dirilik təşkil etsin. Elm, qüdrət və dirilik elə Onun zatının özüdür. Yəni zatından ayrı bir şey deyil, zatı ilə eynidir.
    Əllamə Təbatəbai deyir: "Zəruri (vacib) varlıq sırf və xalis olduğu üçün qeyri-məhduddur. Buna görə də, Onun (zata əlavə olunan) hər bir ismi, sifəti və məfhumi şərti deyil. Hətta həmin hökmdən belə pak və uzaqdır”(Rəsaili-tövhidi”, səh. 20-21.)
    Beləliklə, Allahın zatını düşüncə, əql, güman və kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür. Hər şey onu qavramaqda acizdir. Əgər bu yöndə arddım atsalar, həqiqətə çatmayıb, heyrətdə qalar, yaxud xəta və azğınlığa düşərlər. Bəli, insan Onun zatını dərk etməyə qadir deyil. Qurani-kərimdə buyurulur: "(Rəbbin) Onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz.” ("Taha” surəsi, ayə: 110. )
    İmam Rza (ə) bu barədə buyurmuşdur: "Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmiş, zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə yetməmiş, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”("Tövhid”, Şeyx Səduq, ("Məqalat” kitabından nəqlən, 3-cü cild, səh. 190.) )
    Hətta əql və eşq bir-birilə əlbir olub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyran və sərgərdan vəziyyətdə qalar, heç bir yerə çata bilməz və öz acizliklərinə etiraf edərlər.
    Dua edən "dua”, ibadət edən "ibadət”, zikr edən "zikr”, arif "irfan” məqamında Allahın adları zahir olan zaman Onun zatına üz tutur, adları və sifətləri ilə Onu yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğu üçün Onun zatını adları ilə çağırırlar.(Məqalat”, Məhəmməd Şücayi, 3-cü cild, səh. 191. )
    Məhz buna görə də, bəziləri haqq olaraq etiqad edirlər ki, İslam dininin zühur etməsinin əsas səbəbi "Allah”ı olduğu kimi tanıtdırmaqdır.("Cəvani müsəlman və dünyaye mütəcəddid”, Seyyid Hüseyn Nəsr, səh. 36. )
    Qurani-kərim sözsüz ki, Allahı tanıtdıran bir kitabdır. Bu barədə ayələr o qədər dərin və dəqiqdir ki, ən böyük alimlər belə onun müqabilində acizdirlər. Allahı bəşərin dərk etdiyi səviyyədə tanımaq üçün Quran ayələrinə müraciət edərək onların üzərində fikirləşin.("Bəqərə” surəsi, ayə: 37, 115 və 284; "Ali-İmran” surəsi, ayə: 18, 74, 30 və 8; "Ənam” surəsi, ayə: 62, 100, 103, 18, 12, 133, 14, 164, 57 və 162; "Taha” surəsi, ayə: 111 və 114; "Loğman” surəsi, ayə: 30; "Ər-rəhman” surəsi, ayə: 27; "İxlas” surəsi, ayə: 1-2; "Hədid” surəsi, ayə: 3; "Nəml” surəsi, ayə: 51; "Şura” surəsi, ayə: 11; "Əraf” surəsi, ayə: 180; "Həşr” surəsi, ayə: 23; "Nəhl” surəsi, ayə: 60; "Ənfal” surəsi, ayə: 8; "Rəd” surəsi, ayə: 13; "Qafir” surəsi, ayə: 3; "Büruc" surəsi, ayə: 14; "Maidə” surəsi, ayə: 64; "Zuxruf” surəsi, ayə: 84; "Zümər” surəsi, ayə: 44... )
    VARLIQLARIN RUHU
    Qeyd etdiyimizsualın ikinci hissəsilə əlaqədar bir neçə nöqtəni qeyd etmək zəruridir:
    1. Ruh həyata, şüura və iradəyə malik olan, məxluq sayılan varlıqlara aid edilir. Şüursuz varlığa, eləcə də Allaha−ruhu Yaradana şamil etmək olmaz. Bu məsələni başa düşdüyümüz kimi təsdiqləyir, həmçinin, öz sözlərimizdə, ruhu diri və şüurlu varlıqlara aid edirik. Beləliklə, bir şəxs ruhu mənalandırarkən, onu maddi olmayan şüurlu məxluqlara aid etsə, səhv etməmişdir.(Bax: "Məarifi Quran” (Xudaşünasi, keyhanşünasi və insanşünasi), Misbah Yəzdi, 1-3-cü cild, səh. 355-356. )
    2-İsbat olunmuş məsələlərdən biri də budur ki, heyvanlar şüur və iradəyə malikdir. Bu şüur və iradə onların vərdişləri ilə bağlı deyil. Heyvanların bir sıra hərəkət və halətləri göstərir ki, onların şüur və iradəsi vərdişlərində mövcud olanlardan üstündür. Bu həqiqəti Qurani-kərim də təsdiq etmişdir.("Məad, ya bazgəşt be-suye Xuda”, 1-ci cild, səh. 52-64. )
    3. Fəlsəfi və əqli sübutlara əsasən, şüur və iradəyə diqqət yetirsək, ruh maddi yox, mücərrəddir. Həqiqətdə, ruhun xüsusi fəaliyyətlərinə görə, onu maddi varlıq hesab etmək olmaz.(Bax: Yenə orada, səh. 178-192. )
    İnsanın ruhunun mücərrədliyi fəlsəfi dəlillər və Quran ayələri ilə isbat olunsa da, bu dəlillərin bəzisi (o cümlədən, iradənin, şüurun və görmə qabiliyyətinin mövcud olması) heyvanların ruhunun da qeyri-maddi və mücərrəd olmasını açıqlayır.
    4. Bütün varlıq aləminin Allahın məxluqu olması, Ona aid edilməsinə baxmayaraq, Qurani-kərimdə insanın ruhunun Allahın ruhundan olması ilə əlaqədar xüsusi söz açılmışdır.("Hicr” surəsi, ayə: 29; "Ənbiya” surəsi, ayə: 91; "Səcdə” surəsi, ayə: 9. )
    Məhz bu səbəbdən də, bütün varlıqlar arasında yalnız insan Allahın xəlifəsi olmağa layiq görülmüşdür.("Bəqərə” surəsi, ayə: 30-33.)
    Heyvanların ruhunun Allahın ruhundan olmasına gəldikdə, ayə və rəvayətlərdə bu barədə heç nə deyilməmişdir.
    VARLIQLARIN TƏSBİHİ (ZİKRİ)
    Ayə və rəvayətlərə əsasən, Allah-taalanın müqəddəs zatına təsbih, təqdis və tənzih edilməsi (Onu bütün eyb və nöqsanlardan uzaq bilmək) yalnız insana yox, bütün varlıqlara aiddir; yəni bütün varlıqlar Allah-taalanın pak zatına həqiqi mənada təsbih və təqdis edir, Onu eyb və nöqsandan uzaq bilirlər. Varlıq aləminə qədəm qoyan hər mövcud öz məqamı həddində Allahı dərk edir, öz istedadı qədər Ona inanır, gücü çatdığı qədər Ona doğru can atır, elmi və biliyi qədər Onu çağırır. Allaha üz tutduğu üçün Onun yolunda qədəm atmağa başlayır. Allah-taalaya itaət və pərəstiş yalnız insana, ya heyvana yox, bütün varlıqlara aiddir. Ayə və rəvayətlər bu həqiqəti aydın şəkildə açıqlayır. Biz bu mövzuda iki ayə və iki rəvayətə işarə etməklə kifayətlənirik:
    1. "Yeddi göy, yer və onlarda olan bütün məxluqlar Allaha təsbih deyir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin. Lakin siz onların təsbihini anlamazsınız. Allah, həqiqətən, həlim və bağışlayandır.” ("İsra” surəsi, ayə: 44. )
    Allah-taala bu ayədə əvvəlcə yeddi göyün, yerin və onlarda olanların təsbihini açıqlayır, sonra məsələnin əhatəsini genişləndirərək buyurur: "Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin.” Burada Allah-taala bütün məxluqların təsbihini çox zərif və incəliklə bəyan etmişdir. Nə üçün hamı Ona təsbih edir? Bu qədər məxluq hara, O hara? Bəli, Onun zatı pak və müqəddəsdir və məxluqlar Ona çata bilməz. Lakin Allah-taala həlim və bağışlayan olduğundan hamı Ona ümid bəsləyir, Ona çatmağı arzulayır və arzularına da nail olurlar. Allah-taala qeyd etdiyimiz ayədə buyurur: "Lakin siz insanlar bütün məxluqların (Allaha) təsbihini başa düşmürsünüz və ona dəqiq elminiz yoxdur.”
    Doğrudan da, biz insanlar varlıqların Allaha zikr deməsini və Onu yad etməsini anlamırıq. Bunu yalnız peyğəmbərlər, övliyalar və ariflər başa düşür, görürlər. Əgər biz də Allaha aşiq olsaydıq, eşqin ən yüksək mərhələsinə nail olan və bütün məxluqatın təsbih etməsini görən həzrət Davud (ə) kimi dağların təsbihini görərdik. Bəli, dağlar həmişə Allaha təsbih və təqdis edirlər. Lakin bunu eşidən qulaq, görən göz lazımdır.
    2. "(Ya Məhəmməd!) Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allaha təsbih və təqdis edib şəninə tərif dediklərini görmürsən? Onlardan hər biri öz duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!” ("Nur” surəsi, ayə: 41. )
    Allah-taala bu ayədə insanlara xəbərdarlıq edərək buyurur: "Bütün məxluqlar öz namazını və təsbihini yaxşı bilir.” Bu incə-nöqtə belə bir həqiqəti göstərir ki, bütün məxluqlar Allahı istəyir və Onu istədiklərini yaxşı bilirlər.
    3. "Durrul-mənsur” kitabında həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Həzrət Nuh (ə) vəfat edərkən iki oğluna buyurdu: "Mən sizə Allah-taalaya təsbih və həmd-səna etməyi əmr edirəm. Çünki Allah-taalaya təsbih və həmd-səna etmək hər bir məxluqun namazıdır. Buna görə də, bütün məxluqlara ruzi verilir.”("Əl-mizan”, 13-cü cild, səh. 120. )
    Yəni, məxluqlar Allaha təsbih deyib, bu işi davam etdirməklə öz ruzilərini alır və nöqsanlarını aradan qaldırırlar.
    4. Yenə də həmin kitabda həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Bütün heyvanların, həşəratların, yerin, qarışqaların, bitkilərin, çəyirtkələrin, atların, dəvələrin, bütün canlı və cansızların ömür müddəti onların təsbihlərindədir. Onların (Allaha) təsbihi sona çatdıqda Allah-taala onların canlarını alır. Onların canlarının alınmasının ölüm mələyinə (Əzrailə) heç bir dəxli yoxdur.”(Yenə orada, səh. 122. )
    Bu və digər rəvayətlərdən aydın olur ki, Allaha təsbih etmək öncə dediyimiz kimi, ümumi bir məna kəsb edir, bütün məxluqlara və varlıq aləminə şamil olunur.(Əlavə məlumat əldə etmək istəyənlər bu kitablara müraciə edə bilərlər: "Bazgəşt be-həsti”, Məhəmməd Şücai, səh.57-70; "Məad, ya bazgəşt be-suye Xuda”, 1-ci cild, səh. 20-40. )
    İLAHİ İMTAHANIN FƏLSƏFƏSİ
    SUAL 23: Nə üçün Allah-taala birinə ən gözəl nemətlər verir, digərini isə, böyük bəbəxtliklərə düçar edir? Əgər bu, ilahi bir imtahandırsa, Allah-taalanın həmin şəxsi doğulduğu andan ömrünün sonuna kimi bədbəxtlik və fəqirlik içində imtahana çəkməsi zülm və haqsızlıq sayılmırmı?
    DÜNYANIN HİKMƏTLİ NİZAMI
    Əqidəmizə əsasən, Allah-taala alim, qüdrətli, mütləq xeyirxah olduğundan nizam-intizamı və varlıq aləmini ən gözəl, ən kamil şəkildə yaratmışdır.("Muminun” surəsi, ayə: 14; "Tin” surəsi, ayə: 4. )
    Həmçinin, inanırıq ki, Allah-taala varlıq aləmini bir sıra sabit, əbədi (eyni zamanda zati olan) qayda-qanunlarla idarə edir. Başqa sözlə, Allah-taalanın müəyyən üslubları var ki, dünya işlərini yalnız həmin üslublarla idarə edir. Bu üslublar və qayda-qanunlar insanlar arasında adət-ənənə forması almış ictimai müqavilə, əhd-peyman, qərar və zehni iltizam yox dünyanın və onun varlıqlarının keyfiyyəti üzərində qurulan təkvini bir həqiqətdir, onun dəyişdirilməsi qeyri-mümkündür.
    Maddi aləmi varlıq mərtəbəsinə uyğun hökmlərə malikdir. Belə ki, əgər bu hökmlər, qayda-qanunlar, adət-ənənələr mövcud olmasa, maddi aləmdən heç bir əsər-əlamət qalmaz. Bu aləmdə ziddiyyət, məhdudluq, fanilik mövcuddur. Təbiət aləminin yəqinləri, birlikləri, ayrılıqları var. Bu aləmdə qəm-qüssə şadlığa, işkəncə rifaha, ümid məğlubiyyətə qarışmışdır. Bütün bu təsirlər onun özünəməxsus quruluşunun tələbidir. Maddi aləm özünəməxsus hökmlərinə görə, "şər” adlandırdığımız bəlalar, müsibətlər, əzab-əziyyətlər, möhnətlər və xəstəliklərin, eləcə də, "xeyir” adı verdiyimiz xoşbəxtliklər, səadətlər, müvəffəqiyyətlər, şadlıqlar və qələbəliklərin mənbəyidir. Bəzən bu şər və xeyir işlərdə insanın istək və iradəsi də rol oynayır; yəni insan – maddi aləmdə onun varlığının bir hissəsi olan – öz elmi, məlumatı və ixtiyarı ilə ya əyri yola qədəm qoyaraq şər işlərin, ya da düz yolda hərəkət edərək özü və cəmiyyəti üçün müxtəlif xeyir işlərin mənbəyi olur. Bəzən də bu xeyir və şər işlərdə insanın istək və iradəsi heç bir yol oynamır. Bəzi şər, yaxud xeyir işlər maddi aləmə hakim qayda-qanunların və adət-ənənələrin tələbi ilə insanın ixtiyarından xaric təbii amillərə bağlıdır.("Ədli-İlahi”, səh. 169-172. )
    XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK
    Qeyd olunan həqiqətlərə diqqət yetirdikdə, yəqinliklə demək olar ki, Allah-taala heç bir şəxsə bütün nemətləri bağışlamamışdır. Necə ki, kimsə tam mənada bədbəxt edilmir. Görəsən, "Allah ona bütün nemətləri bağışlamışdır!” – ifadəsini işlətmək üçün maddi dünyada hər cəhətdən nemətlərə malik bir insan tapmaq olarmı? Digər tərəfdən, "Allah-taala onu bütün bədbəxtliklərə düçar etmişdir!” – demək üçün təbiət aləmində hər cəhətdən bədbəxt şəxs tapmaq mümkündürmü? Gördüyümüz kimi, dünyaya məxsus olan qayda-qanunlar və adət-ənənələrin tələbi ilə, xoşbəxtliklər və bədbəxtliklər bir-birilə qarışmışdır. Elə bir şəxs tapmaq olmaz ki, tam xoşbəxtlik, yaxud tam bədbəxtlik içində olsun.
    Elə insanlar var ki, məişət baxımından rifah içində yaşadıqları halda, ruhi və psixoloji, fiziki çətinliklərdən uzaq deyillər. Elələri var ki, yüksək istedada, hədsiz gözəlliyə malik olduqları halda, yoxsulluğa, əxlaqsızlığa, ailə problemlərinə düçar olaraq əzab-əziyyət çəkirlər. Bəli, elələri var ki, fəqir olduğu, yeməyə bir şeyi tapmadığı halda, fiziki və psixi cəhətdən sağlamdır. Elə insanlar da var ki, maddi rifah içində yaşayır amma, gözəllik və elmdən məhrumdur...
    Xoşbəxtlik və bədbəxtlik həqiqətdə insanın öz əməllərinə, rəftarlarına, istək və iradələrinə bağlıdır və Allah-taala ilə əlaqəli deyil. İnsan düzgün, yaxud əyri yol seçməklə özünü xoşbəxt, yaxud bədbəxt edə bilər.("Şura” surəsi, ayə: 30; "Ali-İmran” surəsi, ayə: 165-166; "Rum” surəsi, ayə: 41. )
    Dini təlimlərə əsasən, insanın iradəsi olmadan baş verən xeyir və şər işlərin səbəbi onun sınağa çəkilməsidir. Bu imtahan nəinki Allahın ədalətinə zidd deyil, hətta Onun hikmətinə əsaslanır. Belə ki, bu imtahan vasitəsilə yaxşı insanlar pis insanlardan seçilir. Görəsən, şagirdlərin ilin ya birinci rübündə, ya ortasında, ya da sonunda imtahan verməsi, onlara haqsızlıq və zülmdür? Bəlkə bu onların yuxarı sinfə keçmələri üçün köməkdir? Allah-taala maddi aləm və onun qayda-qanunlarını elə tənzimləmişdir ki, insan həmişə imtahan halında olaraq, yalnız Allah bəndəsi olduğunu niyyət və məqsədinin xalisliyini göstərsin.
    İmtahan və sınaq habelə onun müxtəlif yönləri insanın əsaslı və tutarlı cavab tapmasına kömək edir. Ayə və rəvayətlərə əsaslanaraq, bu böyük ilahi nemətin bir qismini araşdırırıq:
    1-İlahi imtahan:
    Allah-taala imtahanını «bəla», «fitnə» və eyni kökdən olan sözlərlə yad etmişdir.("Ənbiya” surəsi, ayə: 35; "Bəqərə” surəsi, ayə: 49; "Büruc" surəsi, ayə: 10; "Tövbə” surəsi, ayə: 126; "Maidə” surəsi, ayə: 49; "Hud” surəsi, ayə: 7 və s. )
    Ərəb dilində "bəla” sözü həm nemət, həm də möhnət və müsibət mənasında işlədilir. Hər iki məna ilahi imtahan sayılır. Möhnət və müsibət insanın səbir, nemət isə şükür sınağı üçündür.("Müfrədati Rağib”, səh. 61. )
    Qurani-kərimdə də "xeyir” və "şər” işlər imtahan kimi qələmə verilmişdir.("Ənbiya” surəsi, ayə: 35. )
    Çətinliklər, müsibətlər və bədbəxtliklər ilahi imtahan sayıldığı kimi, nemətlər, şadlıqlar və xoşbəxtliklər də ilahi imtahan hesab olunur.("Ali-İmran” surəsi, ayə: 186; "Ənkəbut” surəsi, ayə: 1-3; "Mizanul-hikmə”, 1-ci cild, səh. 478, hədis: 1886 və səh. 479, hədis: 1888. )
    2-Nə üçün imtahan?
    Ayə və rəvayətlər ilahi imtahanın fəlsəfə və hikmətini müxtəlif ifadələrlə bəyan etmişdir. Onların ən əhəmiyyətlisi aşağıdakılardır:
    1-Bəla və imtahan insanın oyanışına səbəb olur. İmtahana çəkilən şəxs qəflət, çirkinlik və azğınlıq içində olmasından xəbər tutur.("Mizanul-hikmə”, 1-ci cild, səh. 490. )
    2-İlahi imtahan Allahı insanın yadına salır.("Əraf” surəsi, ayə: 130; "Tövbə” surəsi, ayə: 126. )
    3-Nemətə sahib və möhnətə düçar olmaq zülümkar və kafir şəxsin pak və mücahid şəxsdən ayırd edilməsinə səbəb olur.("Ali-İmran” surəsi, ayə: 179, 138 və 142. )
    4-İmtahan insanın niyyətinin nə qədər xalis və saf olmasını müəyyən edir.("Ali-İmran” surəsi, ayə: 154. )
    5-Bəla və müsibətə düçar olmaq əməlin keyfiyyətini və insanlardan hansının daha gözəl əməl sahibi olduğunu ayırd edir.("Hud” surəsi, ayə: 7; "Kəhf” surəsi, ayə: 7; "Mülk” surəsi, ayə: 2. )
    6-Bəla, müsibət və çətinliklərə düçar olmaq insanın günahlarını yuyur.("Mizanul-hikmə”, 1-ci cild, səh. 490. )
    7-İlahi imtahan və sınaq təkəbbürü, qüruru insanın qəlbindən çıxarıb, ona təvazökarlıq öyrədir, eləcə də, Allahın lütf və mərhəmət qapılarını bəşər cəmiyyətinin üzünə açır.("Mizanul-hikmə”, 1-ci cild, səh. 481, hədis: 1895. )
    8-Mömin şəxs ilahi imtahan vasitəsilə təcrübə kəsb edir.(Yenə orada, hədis: 1897. )
    Ümumiyyətlə, belə bir nəticə əldə etmək olar ki, nemət, səadət və xoşbəxtlik, habelə bəla, müsibət və bədbəxtlik içində yaşamaq əqidə və imanı möhkəmlətmək, Allaha üz tutmaq, xəyallardan qaçıb qurtarmaq və əməldə tövhidə çatmaq üçündür.
    3-İman və imtahan:
    Bir sıra ayə və rəvayətlərdə göstərilir ki, möminlər Allaha iman gətirdikləri üçün hamıdan çox sınağa çəkilərlər. Hətta mal-dövlətləri və övladları onlar üçün sınaq vəsitəsi hesab olunmuşdur.("Ənfal” surəsi, ayə: 27-28; "Təğabun” surəsi, ayə: 14-15. )
    Möminlərin imtahanı zinətə bənzədilmişdir. Sanki mömin şəxs onunla bəzənmişdir.("Mizanul-hikmə”, 1-ci cild, səh. 487, hədis: 1928. )
    Bu sınaq həm də ana südü kimi qələmə verilmişdir. Körpə öz aclığını onunla aradan qaldırır.(Yenə orada, səh. 488, hədis: 1932. )
    Mömin şəxs öz imanı həddində müxtəlif sınaqlara çəkilər və bu, onun imanının keyfiyyət və kəmiyyətinin çoxalmasına səbəb olur. Çünki bu imtahan sayəsində onun imanının əsas ünsürləri artır; yəni həm mərifəti çoxalır, həm də Allaha qəlbən təslimçiliyi öz mənasını kəsb edir. Həqiqətdə, bu imtahanlar vasitəsilə mömin şəxsin qiyməti və dəyəri artır.
    Elə buna görə də, həzrət Adəm (ə),("Bəqərə” surəsi, ayə: 35-38; "Əraf” surəsi, ayə: 19-25; "Taha” surəsi, ayə: 115-123. )
    həzrət Nuh (ə),("Bəqərə” surəsi, ayə: 124; "Saffat” surəsi, ayə: 99-113.)
    həzrət Yunus (ə),("Ənbiya” surəsi, ayə: 87-88; "Saffat”, 139-148. )
    həzrət Əyyub (ə)("Ənbiya” surəsi, ayə: 83-84. )
    və həzrət Məhəmməd (s)("Hicr” surəsi, ayə: 6-8; "İsra” surəsi, ayə: 90-93; "Təkvir” surəsi, ayə: 22-25. )
    kimi ilahi peyğəmbərlər o qədər əzab-əziyyətlərə məruz qalıb, ən ağır müsibətlərlə sınaqdan keçdilər.("Əl-ibtila”, Məhəmməd Saleh Abdullah Mirğəni, 2-ci bölüm. )
    Allah-taala imtahanı dünyaya hikmətli qanun kimi hakim etmiş, sakitlik və həyəcanla, çətinlik və rahatlıqla birgə qərar vermişdir. Beləcə təqvalı insanlar yoxlanılır və möminlərə doğru yolu tutmaqda habelə həmin yolu davam etdirməkdə kömək olunur.("Bəqərə” surəsi, ayə: 214; "Ali-İmran” surəsi, ayə: 142; "Nisa” surəsi, ayə: 95-96. )
    Bu məsələ çox əhəmiyyətlidir. Bir şəxs özünün imtahana çəkildiyini görəndə, bilsin ki, Allahın qəzəbinə düçar olmuşdur.(Mizanul-hikmə”, 1-ci cild, səh.485-486. )
    Deməli, aşiqlərin öz kamilliklərini müsibətlərdə və ağrı-acılarda görməsi səbəbsiz deyil.
    Diqqət yetirmək lazımdır ki, insanın yaxşı və pis yol seçməkdə ixtiyar sahibi edilməsi imtahan yönünə malikdir. Buna görə də, imtahan yaxşı həyat məqsədinə şərikdir. Necə ki, insanın tərəqqi və tənəzzül yollarını seçməsi də imtahan yönlüdür. Bu baxımdan da, imtahan insanın yaxşı həyat sürməsində mühüm rol oynayır. "Mülhimə” (danışan, xeyir və şər işləri bilən),("Şəms” surəsi, ayə: 7-8. )
    "müsəvvələ” (çirkin əməllərə sövq etdirən və onları insana gözəl göstərən)("Yusuf” surəsi, ayə: 18. )
    "əmmarə” (pis işlər görməyə əmr edən),("Yusuf” surəsi, ayə: 18. )
    "ləvvamə” (günah etdiyi üçün, yaxud yaxşı əməlim azdır deyə, özünü qınayan),(Qiyamət” surəsi, ayə: 2. )
    "mütməinnə” (öz əməlindən və imanından arxayın olan)("Fəcr” surəsi, ayə: 27-28. )
    nəfslərin, eləcə də müxtəlif dəyişikliklərin mövcudluğu ilahi imtahan və onun mərtəbələrinin yüksək əhəmiyyət kəsb etdiyini göstərir.("Təfsiri mövzuiyi Quran (Surət və sirəti insan dər Quran)”, 13-cü cild, səh .94-96. )
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 1068 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024