İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-24, 9:41 AM
    ALLAHIN TƏYİN ETDİYİ QƏZUVÜ-QƏDƏR VƏ QİSMƏT
    SUAL 24: "İnsan ixtiyar sahibi olmağa məcburdur!” – müddəsı barədə nəzəriniz nədir?
    Biz Allahın təyin etdiyi qəzavü-qədərə və qismətə inanırıq; yəni ölçü, yaxud əşya üçün ölçü və miqdar təyini. Allahın müəyyən etdiyi təqdir məxluqların idarə olunmasından ibarətdir. Belə ki, təqdir fenomenlərə təsirlidir və bu, təbii olaraq hər hansı bir fenomenin uzaq və yaxın olmasını nəzərə almaqla bir-birindən seçiləcəkdir. Necə ki cins, növ, şəxs və şəxsin halətləri də bir-birindən fərqlənəcəkdir. Məsələn, insanın ümumi təqdiri və taleyi yer üzündə müəyyən bir vaxta qədər həyat sürməsidir. Hər bir şəxsin təqdirlərindən biri bundan ibarətdir ki, ata və ana vasitəsilə dünyaya göz açsın. Eləcə də, insanın ruzisində, həyat problemlərində və ixtiyari işlərində təqdir onların hər biri üçün xüsusi şəraitin yaranmasından ibarətdir. Həqiqətdə, Allahın müəyyən etdiyi təqdir və qismətin mənası budur ki, Allah-taala hər hansı bir məxluqu zəruri xüsusiyyətləri, şəraiti, ölçünü, qeydi-şərti, həddi-hüdudu və istedadları nəzərə alaraq vücuda gətirir.("Fürqan” surəsi, ayə: 2; "Qəmər” surəsi, ayə: 49; "Yasin” surəsi, ayə: 38; "Muminun” surəsi, ayə: 18; "Əla” surəsi, ayə: 3. )
    Bu təqdir insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bizim ixtiyar sahibi olmağımız, ixtiyari olaraq yerinə yetirdiyimiz əməllər və ixtiyari işlərimizin müqəddimələri hər hansı bir varlığın özünəməxsus dairədən gerçəkləşməsinə bənzəyir. Bu da Allahın müəyyən etdiyi təqdirdir. Məsələn, (ixtiyari əməl sayılan) danışıq mütləq özünəməxsus gerçəkləşməli və danışıq forması almalıdır. Buna görə də, Allah-taala nəfəs borularını, qırtlağı, səs tellərini, dili, dişləri və dodaqları yaratmış, bu üzvləri (azad əməl sayılan) danışığın gerçəkləşməsi üçün müəyyən etmişdir.
    Allah-taala azad işlərin müqəddimələri üçün də də xüsusi şərtlər təyin etmişdir. Məsələn, insanın qidalanması üçün bədəndə bəzi üzvlər yaratmış və onların funksiyalarını müəyyən etmişdir. İnsanın qidalanmasında bəzi üzvlər mühüm rol oynayır. Əgər bu bədən üzvləri olmasa, azad əməl sayılan qidalanma prosesi gerçəkləşməz.
    Ümumiyyətlə, Allah-taalanın bu qəbil təqdirlə bağlı müəyyən etdiyi bütün işlər məcburidir, insanın iradə azadlığı onda heç bir rol oynamır. Bədən üzvlərimiz bizə məcburi verilmişdir. Bədənimizdə hansı üzvün olub-olmamasında heç bir ixtiyarımız yoxdur və bu işə qüdrətimiz çatmır. Bəli, azad əməllərin müqəddimləri məcburi olaraq yaranmışdır (əgər bu müqəddimələr olmasaydı, ixtiyari əməllər həyata keçməzdi).
    Allah-taala müəyyən etdiyi təqdirlə insanın yaşayışı üçün bəzi çərçivələr qərar vermişdir. Bizə məcburi olaraq əta olunan fəaliyyət onun daxilində yerinə yetirilir. Biz bu çərçivə daxilində ixtiyar sahibi olur, istədiyimiz işi görə bilərik. Lakin ona tabe olub-olmamaq bizim ixtiyarımızdan xaricdir.
    Başqa sözlə, bütün azad işlərin müqəddimələri və onların həyata keçirən hissələr (məsələn, bədən üzvləri) – varlıq aləminin tələbinə görə – Allahın müəyyən etdiyi təqdir əsasında məcburdur. Lakin həmin müqəddimələrdən necə istifadə etmək bizim öz ixtiyarımızdadır.(Bax: "Sual və cavablar”, Məhəmməd Rza Kaşifi, 1-ci cild, səh.61-63. )
    ALLAHIN LÜTFÜ VƏ ŞƏR
    SUAL 25: Allah-taalanın məxluqlara lütfü (diqqəti) barəsində mütaliələrimdə, bu lütfün qabiliyyət məsələsilə birgə bəyan olunduğunu, səbəb-nəticə (determinizm) qanununun zərurət olaraq, heç bir şəraitdə dəyişdirilməsinin və hissələrinin bir-birindən ayrılmasının qeyri-mümkün olduğunu müşahidə etdim. Bu qanunu qəbul edir və soruşmaq istəyirəm ki:
    1-Qabiliyyət məsələsində varlığın nöqsanlarla üzləşməsi obyektiv nizamın məcburi olmasından irəli gəlirmi?
    2-Bir şəxs üçün qeyri-ixtiyari amillərin yaratdığı şərait Allah-taalanın ədaləti ilə necə uyğun gəlir? Bir şəxs sabit və dəyişməz səbəb-nəticə qanununa əsasən, bir sıra qabiliyyətsizliklərlə üzləşir. O, buna görə etiraz edə bilərmi?
    "İnayət” sözü failin (iş görənin) öz işinə diqqət yetirməsi mənasını bildirir. Belə ki, onun işi xeyirlə, yaxud xeyirin ən gözəl halında tamamlansın. Diqqət yetirmək lazımdır ki, insan barəsində işlədilən "inayət”in məfhumu hədəf və məqsəd baxımından Allah-taalaya aid edilən mənadan tamamilə fərqlənir; yəni insanın öz işlərində «inayət»i−diqqəti malik olmadığı bir sıra mənfəətlərə çatmaq üçündür. Lakin Allah-taala mütləq şəkildə kamil və zatən ehtiyacsız olduğundan, onun öz fellərinə diqqəti zatından üstün bir məqsəd daşımır. Başqa sözlə, Allah-taalanın Öz fellərinə himmət göstərməkdə əsas məqsədi müqəddəs zatı pak zatın məxluqatda təcəllası məxluqlar vasitəsilə müqəddəs zatı tanınması olduğundan, məxluqlar Onun üçün ikinci dərəcəli hədəf təşkil edir.
    Deyilənlərə diqqət yetirdikdə, məlum olur ki, Allah-taalanın diqqəti bu mənadadır: O, fail və varlıq aləminin Xaliqi olaraq, məxluqları müqəddəs zatının gözəl şəkildə göstəricisi olduğu üçün ciddi səy göstərərək ən çox xeyir və kamilliyə malik halda yaratmışdır.(Bu məsələ ilə əlaqədar bax: "Təliqətun əla nihayətul-hikmə”, Misbah Yəzdi, səh. 462-463; "Əl-məbdə vəl-məad”, Sədruddin Şirazi, səh. 245-247. )
    Allahın diqqətinin tələb etdiyi ən mühüm işlərdən biri varlıq aləminin ən gözəl və kamil şəkildə yaranmasıdır. Onun diqqətinə əsasən, elə bir aləm, nizam-intizam xəlq olunmalıdır ki, varlığın kamilləkləri ən yüksək dərəcədə gerçəkləşsin. Yəni müxtəlif aləmlər və onun varlıqları elə yaransın ki, məxluqların əksəriyyəti ən üstün kamilliklərdən bəhrələnsin. Varlıq aləminin bu gözəlliyi və üstünlüyü başqa yollarla da isbat oluna bilər; məsələn, dəlillərdən biri budur: əgər Allah-taala dünyanı ən gözəl nizam-intizamla yaratmasaydı, səbəbi bu ola bilərdi ki, ya (dünyanı ən gözəl və kamil şəkildə yaratmağa) Onun elmi çatmır, ya bunu istəmir, ya onu yaratmağa qadir deyil, ya da onu (kamil şəkildə) yaratmağa paxıllıq etmişdir. Halbuki bu fərziyyələrin heç biri Allah-taala barəsində düzgün deyil. Beləcə varlıq aləminin ən kamil və ən gözəl nizama malik olduğu isbat edilir(Bax: "Amuzeşi-fəlsəfə”, 2-ci cild, səh. 392; "Əl-məbdə vəl-məad”, səh. 193-222. )
    Qurani-kərimdə də bu məsələyə işarə ilə buyurulur: "O, yaratdığı hər şeyi gözəl yaratdı.”("Səcdə” surəsi, ayə: 7)
    Başqa bir ayədə belə buyurulur: "(O gün) Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedirlər. Bu, hər şeyi möhkəmliklə, yerli-yerində edən Allahın işidir!” ("Nəml” surəsi, ayə: 88.)
    Allah-taalanın diqqəti, varlıq aləminin ən kamil və ən gözəl şəkildə yaranması barəsindəki araşdırmalara diqqət yetirdikdə, belə birsual yaranır: dünyada şər işlərin – nöqsanların, naqisliklərin mövcud olması varlıq aləminin ən gözəl və ən kamil şəkildə yaranışına necə uyğun gəlir və bunu Allahın diqqəti ilə necə əlaqələndirmək olar? Başqa sözlə, Allahın lütf və diqqəti varlıq aləminin ən gözəl şəkildə yaranmasını tələb edir. Lakin şərlər, naqisliklər gözəl quruluşla, nəticədə Allahın diqqəti ilə uyğun gəlmir. Bu ziddiyyəti aşağıdakı məsələlərə diqqət yetirməklə aydınlaşdırmaq olar:
    1. Busualın cavabını Allahın lütf və diqqətini araşdırarkən qeyd etdik; belə ki, Allah-taalanın məxluqları yaratmaqda ciddi səyi və diqqəti onların mütləq, tam xeyir və kamilliyə malik olmaları yox, əksinə daha artıq xeyir və kamilliklə yaranmalarıdır. (Çünki mütləq, tam kamillik və xeyir yalnız Allah-taalanın pak zatına aiddir) Diqqətin tələbinə gəldikdə isə, onun mütləq və tam gözəlliyə yox, məxluqların mümkün qədər gözəlliyə malik olması ilə uyğun gəldiyini bəyan etdik. (Çünki tam gözəllik məxluqlara yox varlıq aləminin Xaliqinə aiddir!)
    2. Dünyanın bütün şər işləri, naqislikləri, nöqsanları və pislikləri varlığa yox, yoxluğa aiddir. Buna əsasən, dünyadakı varlıqları iki qismə – yaxşı və pis varlıqlara – bölmək olmaz. Deyə bilmərik ki, yaxşı varlıqları yaradan Allah, nə üçün pis varlıqları da yaratmışdır?”(Bax: "Tövhid”, Şəhid Mürtəza Mütəhhəri, səh. 287-288.)
    3. Dünya xeyir və şər işlərin bir-birilə yanaşı olmasını tələb edir. Xeyir və şəri bir-birindən ayırmaq olmaz. Əgər dünyada həyat və dirilik varsa, deməli onun kənarında ölüm də olmalıdır; əgər sərvət, mal-dövlət varsa, onun kənarında yoxsulluq da olmalıdır; əgər qüdrət varsa, onun kənarında zəiflik də olmalıdır... Bizim yaşadığımız dünya maddi aləmdən, hərəkətdən, dəyişiklikdən, təzad və ziddiyyətdən ibarətdir. Bu xüsusiyyətlər valığın yox, maddi aləmin zatının ayrılmaz hissəsidir. Çünki bu varlıq aləmində (öz məqamında isbat olunduğu kimi) digər aləmlər də mövcuddur. Maddi aləmin qayda-qanunları orada əsla hökm sürmür. Buna, mücərrəd (metafizik) aləmləri misal göstərmək olar.(Bax: "Üruci-ruh”, səh. 42-44. )
    Mövzunun izahı: Obyektiv aləmə hakim səbəb-nəticə qanununa əsasən, varlıq dərəcə nöqteyi-nəzərindən tənəzzülə doğru gedir. Bu tənəzzüldə, hər bir nəticə öz səbəbindən sonra, hər səbəb öz nəticəsindən öndə qərar tutur. Bununla da, varlıq dərəcələri elə bir dərəcəyə çatır ki, varlığı həddən artıq zəif olan yox kimi təsəvvür olunur. Əlbəttə, diqqət yetirmək lazımdır ki, vücudun nöqsanlı olması varlığın bir hissəsi deyil. Əksinə əsl varlıq qeyri-məhdudluq, kamal və mütləqlik tələb edir. Varlıq öz zatında yoxluğu və puçluğu rədd edir. Eyni zamanda (nəticənin bir hissəsi sayılan) özünün tənəzzül dərəcəsində onunla birdir. Başqa sözlə, (səbəb vasitəsilə yaranan və mənbəyi səbəb olan ) hər bir nəticənin tələbi sonrakı dərəcinin daha naqis olmasıdır. Bu nöqsanın özü yoxluğa doğru hərəkət deməkdir. Yenə də həmin dərəcədən naqis dərəcəyə tənəzzül edərək bizim dünyamıza – yəni maddə adlandırdığımız vəziyyətə çatır. Bu dünyanın özünəməxsus dərəcəsinə görə xüsusi qayda-qanuları var: hərəkət, tədricilik, qəbul, təsirlənmək naqislik... bu dünyanın zatının bir hissəsi sayılır. Bu qanunlardan əlavə qanunlar dünyaya məxsus deyil. Onlar başqa bir aləmdə icra olunur və varlığın digər dərəcəsinə malikdir.
    Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, yaşadığımız aləm varlıq işığının ən axırıncı dərəcəsi və tənəzzülün son həddidir. O eyni zamanda kamil bir aləmdir. Bu aləmdə varlıq təkamülə və yoxluqları doldurmağa doğru hərəkət edərək öz ilk mərhələsinə və varlığına qayıdır. Qurani-kərimdə buyurulur: "İnna lillahi və inna iləyhi raciun!” (Biz Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq!) ("Bəqərə” surəsi, ayə: 157; bax: "Tövhid”, səh.290-292. )
    4. Maddi aləmdə xeyir iş şər işdən olduqca çoxdur. Az olan şər işlərin yaranması üçün çoxlu xeyir işləri tərk etmək hikmətdən uzaqdır.
    5. Azlıq təşkil edən bu şərlərin bəşər cəmiyyəti üçün çoxlu faydaları da vardır və onları sayıb qurtarmaq olmaz.(Bu mövzu ilə əlaqədar bax: "Tövhid”, səh. 293 və 303-316; "Amuzeşi-fəlsəfə”, səh. 424-425.)
    Birinci və ikincisualın cavabı isə yuxarıda, eləcə də, aşağıda qeyd olunan məsələlərə diqqət yetirdikdə aydın olacaqdır:
    ŞƏR VƏ YOXLUQ
    Eyblərin, naqisliklərin, yoxluqların və şərlərin mövcud olması maddi aləmə hakim qanunların, nizam-intizamın nəticəsidir. Bunun səbəbi, maddi aləmin varlığın ən aşağı dərəcəsində qurar tutmasıdır. Əgər təbiətə malik olmaq istəsək bu xüsusiyyətlər onun daxilində mövcuddur. Əgər bu aləmdə yaxşılıqların olmasını, pislik və nöqsanların olmamasını istəsək buna təbiət aləmi adı vermək olmaz. Həmin aləm eynilə mələklərin yaşadığı aləmdir, bəşər cəmiyyətinin yaşadığı nizam-intizamdan uzaqdır.
    Diqqət yetirmək lazımdır ki, məxluqlar öz dərəcələrində yerləşən ədədlərə bənzəyirlər. Varlıq dərəcələri ədədlərin dərcələrinə bənzəyir. Hər bir ədədin dərəcəsi onun zatının, yerinin dayaq nöqtəsidir. Yəni hər bir ədədin özü bir şey, dərəcəsi ona əlavədir. Məsələn, bizim hər hansı birimiz bir evdə və məkanda sakin olmuşuqsa, bu məkan bizim dayaq nöqtəmiz deyil. Yəni mümkündür ki, mən özüm var ikən, Qum şəhərində sakin olmayım. Belə ki, bu məkanlar və dərəcələr bizim üçün bir növ əlavə olunan halətlərdir və bizim əsl varlığımızdan ayrıdır.
    Lakin ədədlərin dərəcələri özlərinin dayaq nöqtəsidir, beş ədədinin dərəcəsi dörddən sonra və altıdan öndədir. Görəsən, beş ədədinin yeri dəyişsə, beş olaraq qalarmı? Məsələn, beş ədədinin yerini dördlə altı arasında yox, on beşlə on yeddi arasında qərar versək, elə beş olaraq qalarmı? Əgər beş on beşlə on yeddi arasında qərur tutsa, həm yeri dəyişmişdir, həm də artıq özü deyil. Onu beş təsəvvür etmək olmaz. O, on altıdır. On altının on altı olması məhz on beşlə on yeddi arasında qərar tutması səbəbindəndir. Beş ədədi də eynilə belədir. Belə təsəvvür etmək olmaz ki, ədədlərin özü bir şey, dərəcələri isə başqa bir şeydir və onları biz belə adlandırmışıq. Əksinə, hər bir dərəcə, sözsüz ki, o dərəcənin zatının dayaq nöqtəsidir.
    Bütün varlıq aləmlərinin və onların məxluqlarının dərəcələri onların özlərinin dayaq nöqtəsidir. Əgər metafizik aləmin maddi aləm dərəcəsinə malik olduğunu desək, bu zaman ona metafizik aləm adını vermək olmaz. Təbiət və metafizik aləmdə olan varlıqların olduğu məkan onların varlığı ilə eynidir və əgər öz yerindən ayrılmaq istəsə, əsla özü olmayacaqdır.("Tövhid”, səh. 294-295.)
    Belə xüsusiyyətlərə malik varlıq – şərlər, naqisliklər, eyblər və yoxluqlarla bir olan maddi aləmin məxluqatı – öz zatının dayaq nöqtəsidir. Hərəkət, tədricilik, dəyişmə və təsirlənmə... maddi aləmin varlıq dərəcəsinin biridir.
    Bəli, varlığın nöqsanlı olması maddi aləmə hakim qayda-qanunların, nizam-intizamın nəticəsidir və onun mənbəyi varlıq aləmində ən aşağı dərəcəyə malik olmasıdır. Bu, varlıq dərəcələri silsiləsində səbəb-nəticə qanununun bir hissəsidir. Nəticə öz səbəbindən, səbəb də öz nəticəsindən üstün və öndə olmalıdır.
    Sözsüz ki, maddi aləmə sabit və dəyişməz qayda-qanunlar, nizam-intizam hakimdir. Lakin bu aləmin qayda-qanunlarından biri də təkamül qanunudur; yəni insan öz elmini, məlumatını artırmaqla, iradəsini gücləndirməklə vəziyyətini dəyişə bilər və düzgün yol seçərək işlərini sahmana salıb, ali dərəcələrə nail olar.
    Yaradılışın qəribəliklərindən biri də bu maddi aləmdə insanın yaranışıdır. Doğrudur, maddi aləm nöqsanlardan, eyblərdən uzaq olma qabiliyyətinə malik deyil. Lakin insan (maddəlikdən üstün xüsusiyyətə malik) ruha malik olduğu üçün təkamül edib, öz vəziyyətini dəyişə bilər. Əgər onun təkamül qabiliyyəti olmasaydı, axirət aləmində cəzalanması yersiz və mənasız bir iş sayılardı.
    İnsanın bu maddi aləmdə yaşayaraq, yüksək aləmlərə doğru hərəkəti mümkün olacaq təqdirdə Allah-taalanın ədalətindəndir.
    ALLAHIN MEHRİBANLIĞI VƏ VARLIQLARDA ÇİRKİNLİKLƏRİN MÖVCUDLUĞU
    SUAL 26: Nə üçün dünyada həm çirkinlik, həm də gözəlliklər mövcuddur? Nə olardı ki, Allah-taala yalnız gözəllikləri yaradaydı?!
    YARADILIŞDAKI FƏRQLƏR
    Allah-taala varlıq aləmini ən gözəl və ən kamil şəkildə yaratmışdır. Bu kamil və gözəl aləm məxluqlar arasında fərqlərin mövcudluğunu zəruri edir. Biz fərqlərə malik dünyada birinə yaxşı, digərinə isə pis deyərək, "nə üçün bu yaxşıdır, o isə pisdir?” –sualını veririk. Halbuki dünyada pis olmasaydı, yaxşı da olmazdı. Bu, eynilə qaranlıq və işıqlı səhnələri olan rəsmə bənzəyir. Onu gözəl göstərən iki fondan – həm qaranlıq, həm də işıqdan ibarət olmasıdır. Əgər şəkildə hər yer işıq olsaydı, həmin şəkil öz gözəlliyini itirər və istənilən lövhə alınmazdı. Görəsən, dünyada pislik olmasaydı, gözəllik mövcud olardı? Əgər pis insan olmasaydı, yaxşı insan olardı? Bizim bir şeyi gözəlliklə vəsf edib, ona heyran olmağımız bütün dünyanın eyni formada olmamasından irəli gəlir. Əgər bütün dünya eyni, bütün insanlar yaxşı, bütün bəşər cəmiyyəti imam Əli ibn Əbutalibin (ə) və digər yaxşı insanların xüsusiyyətlərinə malik olsaydılar, artıq dünyada imam Əli (ə), digər təqvalı və gözəl insanlar tanınmazdı. Deməli, bizim yaxşı və gözəl adlandırdığımız şeylər öz yaxşılıq və gözəlliklərinə görə, çirkin şeylərin pislik və çikinliklərinə borcludur.("Tövhid”, səh. 312; "Ədli İlahi”, səh. 163-165. )
    ALLAHA MÜNASİBƏTDƏ XOŞGÜMANLIQ
    SUAL 27: "Müsəlman öz Allahına, hindu öz bütünə, eləcə də hər şəxs öz dininə, ayininə və Allahına üz tutaraq cavab alır. Bu iş insanın əqidəsinin möhkəmlənməsinə səbəb olur. Bütün bu əqidələrdə insanlar müştərəkdir. Belə isə, insanın əqidəsindən üstün bir şey varmı?
    ALLAHIN HƏQİQƏT OLMASI
    Etiqad və iman barədə söhbət üçün əlavə vaxt və başqa zəmin lazımdır. Bunu demək olar ki, insanın inandığı və etiqad etdiyi şeylər bir istəklərin yerinə yetməsi və təvəssüllərdən faydalanmaq isə başqa bir həqiqətdir.
    Bu incəliyə diqqət yetirmək lazımdır: İnsanın etiqadından üstün bir şey mövcud olmadığı halda onun istəkləri yerinə yetə bilərmi? Görəsən, mövcud olmayan bir şey bizim istəklərimizə varlıq libası geyindirə bilərmi?
    "Mövcud olan bu həqiqət nədir, din və məzhəblərin hansı biri tam mənada haqdır?” – kimisuallar haqqında söhbət bizim mövzumuzdan kənardır.
    Bəs (azacıq belə, torpaq götürməklə) təvəssül, vasitəli istəklər necə yerinə yetirilir və (məsələn) xəstəyə necə şəfa verilir?
    Qeyd etmək lazımdır ki, bir sıra rəvayətlərə və qüdsi hədislərə əsasən, Allah-taalanın bəndələrə olan lütf və mərhəmətlərindən biri onların yaxşı güman etmələridir. Hər kəs iki mövzuda – 1-Özünün pak və müqəddəs vücudunda; 2-hər hansı bir iş, yaxud əşya barəsində – yaxşı güman etsə, Allah-taala o gümanı həyata keçirər və insanın ümidini qırmaz. Bəzi rəvayətlərdə bizə həm Allaha, həm də gündəlik məşğul olduğumuz və rast gəldiyimiz digər işlərə münasibətdə xoş güman olmaq göstəriş verilmişdir. Bir rəvayətdə istixarənin insanın əqidəsinə uyğun təsiri göstərilir; yəni əgər insan bir hadisənin çətin olduğunu (və mütləq baş verəcəyini) güman etsə, həmin hadisə və müsibət onun üçün çətin olacaqdır. Əgər hadisəni yüngül hesab etsə, aqibətdə yüngül olar. Əgər hadisəyə etinasızlıqla yanaşsa, ona heç bir təsir göstərməz.("Süluki irfani dər sireyi Əhli-beyt (ə)” kitabından nəqlən, səh. 34.)
    Həzrət Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Hər kəs sənə qarşı yaxşı gümanda olsa, onun gümanını təsdiq et, sənə qarşı güman etdiyi kimi keçin!”(Yenə orada, səh. 35. )
    Biz başqalarına xoş güman etməklə yanaşı, bu nöqtəyə də diqqət yetirməliyik ki, istəklərimizin qəbulu üçün xoşgümanlıq zəruridir. Rəvayətlərdən belə başa düşülür ki: "Allah-taala (yalnız özünə münasibətdə yox) hər şeyə münasibətdə yaxşı gümanı təsdiq edir və işini yaxşı gümanlara uyğun yerinə yetirir.”(Yenə orada)
    Başqalarına yaxşı güman sanki Allaha qarşı yaxşı gümanın zahiri nümunəsidir. Güman edən şəxs hindu olaraq Allaha etiqad etməsə belə! Əslində varlıq aləmi öz varlığını Allah-taaladan aldığı üçün hansısa bir şəxsə çatan xeyir Allahdandır. Beləliklə, hər bir yaxşı gümanın nəticəsi Allah haqqında yaxşı gümandır. Yəni Allah-taala bu xeyir və yaxşılığı şəxsə, yaxud şeyə əmanət olaraq əta etmişdir. Bu zaman Allah-taala da həmin gümanı həyata keçirəcəkdir.
    Rəvayətdə də bu mənaya işarə ilə buyurulur: "Hər kəs bir daş barəsində xoş güman etsə, (Allah-taala) onda bir sirr qərar verər.” (Ravi təəccüb edərək) "Daşdamı?!” – soruşduqda İmam (ə) buyurdu: "Məgər "həcərül-əsvədi” (qara daşı) görmürsən?”(Yenə orada)
    Beləliklə, dünya xalqlarının torpağa, daşa, ağaca, şəxsə və başqa bir əşyaya təvəssül etmələrinə səbəb olan etiqadlarında həqiqət var. Lakin bu həqiqət etiqadda yox Allahın onlara lütf və mərhəmətindədir. Səbəblər və amillər onların yaxşı gümanı əsasında hazırlanmışdır.
    QURANDA HİDAYƏT
    SUAL 28: Bağışlanmaq və günahlardan təmizlənmək Allahın istəyi və qüdrəti sayəsində mümkün olur. Əgər O istəsə bizi bağışlayar, istəməsə azğın yola salar. Eləcə də, çox insanlar bir neçə il ibadət və əziyyətlərdən sonra haqq yoldan azırlar, ya da əksinə. Görəsən, bu baxış insanda ümidsizlik yaradırmı?
    Bu məsələnin başa düşülməsi hidayət və azğınlıq növlərini, onların şəraitini, Allahın hikmətli iradə və istəyini dəqiq şəkildə tanımaqdan asılıdır.
    QURANDA HİDAYƏTİN QİSİMLƏRİ
    Qurani-kərimdə hidayətin dörd qismindən söz açılmışdır:
    1-Ümumi təkvini hidayət: Bu, Allah-taalanın məxluqlara hakim etdiyi nizam-intizamdan ibarətdir. Belə ki, bütün varlıqlar bir-birlərilə həmahəng və əlaqəli şəkildə, müəyyən hədəfə doğru hərəkət edirlər. Allah-taala Qurani-kərimdə belə buyurmuşdur: "Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da onu hidayət edən (doğru yol göstərən) Allahdır.”("Taha” surəsi, ayə: 50.)
    Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur.
    2-İlkin və xüsusi təkvini hidayət: Bu, bütün insanların əql və fitrət yolu ilə bir sıra həqiqətlərə, dəyərlərə və qayda-qanunlara doğru hidayət olunmasıdır. Buna "batini höccət” deyilir. Bu qisim hidayətin bir neçə xüsusiyyəti vardır:
    a) Yalnız insanlara məxsusdur.
    b) İnsanlar arasında ümumi yönə malik olub, heç bir istisna qəbul etmir.
    v) Zati və daxilidir.
    q) Onun müqabilində heç bir azğınlıq yoxdur; yəni, Allah-taala heç kəsə onu Allahdan uzaqlaşdıran fitrət və azğınlığa aparan əql verməmişdir.
    3-Ümumi təşrii hidayət: Bu, insanlara və cinlərə məxsusdur; çünki qanun çıxarmaq üçün ixtiyar, qüdrət və ayırdetmə qabiliyyəti lazımdır və bunu nəzərə almadan heç bir məna kəsb olunmur. Qurani-kərim nöqteyi-nəzərindən belə bir hidayət öz çərçivəsində ümumi yönə malikdir. Misal üçün, Allah-taala peyğəmbərləri və səmavi kitabları bütün bəşər cəmiyyəti üçün göndərmişdir. Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur. Çünki təşrii azğınlıq budur ki, Allah-taala peyğəmbərləri bəzi insanları azğınlığa yönəltmək üçün göndərsin və onlara azğınlığa sapdıran qayda-qanunlar, göstərişlər və hökmlər nazil etsin. Halbuki Allah-taala belə bir iş tutmaz və yalnız haqq söz nazil edir. "O, hər nə deyirsə, hamısı haqdır!” Burada bir neçə mühüm nöqtə mövcuddur:
    a) Allah-taala hidayətçi, şəriət göndərən, qanun və nizam qoyan adını daşıdığı üçün bütün insanların hidayətini və doğru yola yönəlməsini istəyir. Məhz bu səbəbdən də, hamı üçün haqq din göndərilmişdir.
    b) Bu barədə Allahın iradə və istəyi budur ki, insanlar məcburiyyət üzündən yox iradə azadlığı ilə düzgün və haqq yol seçsinlər. Əks təqdirdə, O, bütün insanları məcburi olaraq düzgün və haqq yola yönəldərdi, peyğəmbərlərə və risalətə ehtiyac duyulmazdı. Buna görə də, Qurani-kərimdə belə buyurmuşdur: "Biz onlara doğru yolu göstərdik−istər şükür etsinlər, istərsə də nankor olsunlar.”
    q) İnsanlar ümumi təşrii hidayət müqabilində (malik olduqları ixtiyar və iradə azadlığına diqqət yetirməklə) iki mövqe tutmuşlar: Bəziləri ona təslim olmuş, bəziləri boyun qaçıraraq tüğyan etmişlər. Elə buradaca hidayətin başqa bir qisminə diqqət yetirək:
    4-Mükafata layiq təkvini hidayət: Bu hidayət ilahi peyğəmbərlər, əqli və fitri dəlillər müqabilində öz ixtiyarı ilə təslim olan şəxslərə, bir sözlə, möminlərə məxsusdur. Allah-taala onların üzünə başqa bir hidayət qapısı açmışdır. Başqa sözlə, onlar öz ixtiyarları ilə öncə qeyd etdiyimiz hidayətin mərtəbə və dərəcələrindən istifadə etdikləri üçün mükafata layiq görülürlər. Buna görə də, ona "mükafata layiq təkvini hidayət” adı verilmişdir.
    Bu hidayətin öncə qeyd olunan hidayət mərtəbələrindən əsaslı fərqi budur ki, onlar bələdçi və yol göstərən yönünə, bu mərtəbə isə həmin xüsusiyyətlə yanaşı, məqsədə nail olmaq yönünə malikdir.
    Bu təkvini hidayətin yuxarıda qeyd olunan iki qismdən (ümumi təkvini hidayət, ilkin və xüsusi təkvini hidayətlə) fərqi bundadır ki, həmin iki qisim istisnasız olaraq bütün insanlara aiddir. Bu qisim isə yalnız möminlərə məxsusdur. Əgər bir şəxs haqq və batil aşkar olduqdan sonra öz ixtiyarı ilə ilahi peyğəmbərlərin yolunu seçərək, o yolda qədəm atsa, Allah-taala onun doğru yola yönəlməsinin təkmilləşməsi və davamı üçün Öz təkvini və xüsusi mərhəmətini ona şamil edir, onun üçün yolu seyr etmə imkanını daha da işıqlandırır, təkamül maneələrini aradan qaldırır. Allah-taala buyurur: "Biz ona yolu müyəssər edəcəyik.” ("Ləyl” surəsi, ayə: 7.)
    Başqa bir ayədə isə belə buyurur: "Doğru yolu tapanlara gəldikdə isə (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər.” ("Mühəmməd” surəsi, ayə: 17. )
    Beləliklə, bu hidayət doğru yolu tapanlara aiddir və onlar öz ixtiyarları ilə hidayət yolunu ötüb keçmişlər.
    Bu hidayət müqabilində cəzaya səbəb olan azğınlıq qərar tutur. Yəni hər kəs bütün hidayət imkanlarından – zahiri peyğəmbərlərlə yanaşı, əql və fitrətdən, təkvini və təşrii hidayətdən – istifadə etdiyi halda, bilə-bilə haqq yoldan sapsa, ilahi kitaba arxa çevirsə, Allahın cəzasına düçar olar, müvəffəqiyət və hidayət işığı ondan alınar. Başqa sözlə, Allah-taala onu özbaşına buraxar və heç bir kömək etməz. Bununla da, o, öz azğın yoluna davam edərək cəhənnəm əzabına düçar olar. Qurani-kərimdə buyurulur: "Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub-çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları haqq yoldan çıxarmaz!” ("Tövbə” surəsi, ayə: 115. )
    Diqqət yetirmək lazımdır ki, belə bir cəzanın (azğınlığın və Allahın kömək etməməsinin) səbəbi təkcə günah yox, həm də günahın davamı xüsusilə Allah və haqq yolla düşmənçilikdir. Əlavə edək ki, azğınlıq daimi cəza deyil, Bir şəxs daxilən dəyişib, haqq yola yönəlsə, Allah-taalanın lütf və mərhəməti ona şamil olar. "(Tövbə etdiyiniz təqdirdə,) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (çirkin əməllərinizə və günaha) qayıtsanız, Biz də sizə yenidən cəza verərik.” ("İsra” surəsi, ayə: 8.)
    Buna əsasən, Allah-taala heç vaxt insanı səbəbsiz olaraq azğınlığa salmır. Əksinə, Onun işi nöqsanları aradan qaldırmaq, kamillikləri son həddə çatdırmaqdır. Deməli, mükafata layiq təkvini hidayət və cəzaya səbəb azğınlıq insanın iradəsi ilə heç bir ziddiyyət təşkil etmir, məcburiyyətə səbəb olmur. Əksinə, insanın ixtiyari olaraq yerinə yetirdiyi əməllərin nəticsidir.
    Bir daha qeyd edirik ki, hidayət iki qisimdir: bəzən bələdçilik etmək və yol göstərmək mənasındadır. Bu, ümumi təşrii hidayətdir. Bəzən də məqsədə nail olmaq mənası daşıyır. "Mükafata layiq təkvini hidayət” bu qəbildəndir. Bunu da qeyd etmək yerinə düşərdi ki, mükafata layiq hidayətə malik olmağın bir sıra şərtləri var. Bu şərtlər əxlaq və ürfan kitablarında bəyan olunmuşdur. Bir sözlə, ilahi müvəffəqiyyətlərin əldə olunub-olunmamasının bəzi amilləri var. Bu amillər bəzən insanın əməli, bəzən də qəlbi və əqidəsi ilə bağlıdır.
    Cəzaya səbəb olan azğınlıqla əlaqədar bunu da əlavə edirik ki, azğınlıq "hidayət və doğru yolda olmamaq” mənasındadır. İnsandan hidayət nemətinin alınması onun azğınlığa düşməsi deməkdir. İstər ona səhv yol göstərilsin, istərsə də Allah-taalanın möminlərə məxsus etdiyi hidayət nemətindən məhrum olunsun. Cəzaya səbəb olan azğınlığın mənası da budur ki, Allah-taala insanı hidayət nemətindən məhrum edərək, onun qəflət yuxusundan ayılmasına səbəb olan amillər yaratmır. Çünki insan batil yol seçib, bu yolda qərq olduğu üçün həmin işlər onun vücudu ilə qaynayıb-qarışır və bir daha ilahi müvəffəqiyyətə, lütf və mərhəmətə layiq görülmür. Bəli, əgər batil yolda olmasaydı, ümümi təkvini və təşrii hidayət ona da şamil olardı.(Bu bəhsin cavabı cənab Həmid Hadəvinin köməyilə hazırlanmışdır)
    Bir neçə il ibadət etdikdən sonra azğınlığa düşənlərə gəldikdə isə, onların azğınlığa düşmələrinin müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, onların yaxşı və saleh əməllər yerinə yetirməkdə əqidələri (bir sözlə imanları) zəif olsun, ya öz əməllərini yerinə yetirməkdə xalis niyyətləri olmasın, ya da şeytana, nəfsani istəklərə, dünya malına aldanış kimi əxlaqi pozğunluqlar nəticəsində batil yola düşsün.
    Diqqət yetirmək lazımdır ki, İslamda əxlaqi dəyərlər bir sıra üsullar üzərində qurulmuşdur. İnsan onların hər hansı birində süstlük etsə, tənəzzülə uğramasına, azğınlığa düşməsinə zəmin yaranacaqdır. Misal üçün, İslamın əxlaqi üsullarında niyyət mühüm rol oynayır. Əxlaqi dəyərlərin, insani keyfiyyətlərin və səciyyəvi xüsusiyyətlərin, eləcə də, yaxşılıq və pisliklərin mənbəyi hesab olunur. İslam baxımından əxlaqi dəyərlərə və keyfiyyətlərə malik olmaq üçün yalnız yaxşı əməl yerinə yetirmək kifayət etmir. Həm də insanın həmin əməli yerinə yetirməkdə məqsədi xeyir və ilahi olmalıdır. Belə olan təqdirdə onun üçün əxlaqi əməllər səmərəli olar.
    Allah-taala "Bəqərə” surəsinin 264-265-ci ayələrində insanın sədəqə verməkdə niyyətinin mühüm rol oynamasını açıqlayaraq buyurur: "Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq daş halına salar. Onlar etdikləri işlərdən bir şey (savab) qazanmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yola yönəltməz. Mallarını Allahın razılığını qazanmaq və ruhlarını möhkəmlətmək yolunda sərf edənlər uca təpə üstündə dağa bənzərlər. Oraya düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmazsa, az bir şəbnəm (şeh) də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi görəndir!”
    Belə bir yaxşı və xalis niyyət yalnız iman sayəsində aşkar olur. Əlbəttə, imanın da müxtəlif dərəcələri var; bəzilərinin imanı möhkəm, bəzilərinin imanı isə zəifdir. Məhz bu səbəbdən də, ola bilər ki, (məsələn) qəflət və məlumatsızlıq ucbatından insan doğru yoldan azaraq tənəzzülə uğrasın.
    Əxlaqın tənəzzülünə səbəb olan mühüm bir amil kimi insanın yolu üzərində qərar tutan nəfsani istəklər o qədər güclüdür ki, bəzən Allah-taala Öz peyğəmbərlərinə xəbərdarlıq edərək onun təhlükəsini xatırladır. Allah-taala bir ayədə həzrət Davuda (ə) belə əmr etmişdir: "(Ya Davud!) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də, insanlar arasında ədalətlə hökm çıxar, nəfsdən gələn istəklərə uyma. Yoxsa onlar səni Allahın yolundan sapdırar.” ("Sad” surəsi, ayə: 26. 
    )
    İnsanın azğınlığa düşməsində şeytanın rolu və göstərişləri çox təsirlidir. Hətta uzun illər ibadətlə məşğul olan çoxlu abidlər və alimlər də Onun tələsinə düşmüşlər.(Bax: "Əxlaq dər Quran”, 1-ci cild, səh. 65-132.)
    Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Allah-taala Öz bəndələrinin xeyirli və yaxşı aqibətə çatmasını istəyir. Əgər doğru və haqq yoldan uzaqlaşıb, əyri və batil yola düşmüşüksə, bunun səbəbi biz özümüzük!
    ALLAHIN BİRLİYİNƏ İNANMAĞIN ŞƏRTLƏRİ
    SUAL 29: Görəsən, dini əsasları (üsulid-dini) qəbulunda, tövhid dərəcələrini də insan özü (təhqiq etməklə) əldə etməlidir, yoxsa tövhid dünyagörüşünü ümumi şəkildə və Quran ayələrindən öyrənməlidir?
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 378 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019