İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-17, 3:10 PM

    SUAL 9: Allah möhtacdırmı? Əgər möhtac deyilsə, (sözsüz ki, Allah-taala möhtac deyil; çünki bu ehtimal Onun "qəni” (ehtiyacsız) sifətinə ziddir) nə üçün insanlara Öz feyz və lütfünü əta edərkən, peyğəmbərlərə ehtiyac duyur?
    Diqqət yetirmək lazımdır ki, biz insanlar hidayət olmaq və doğru yola yönəlmək üçün peyğəmbərlərə möhtacıq və Allahın mütləq feyzi və lütfü insanın səadətə və xoşbəxtliyə nail olması üçün peyğəmbərlər göndərməsini tələb edir.("Əl-mizan”, Əllamə Təbattəbai, 2-ci cild, səh.148.)
    Lakin bu feyz və lütfün peyğəmbərlər vasitəsilə çatdırılmasının Allahın ehtiyacsız olması və Özündən başqasına möhtac olmaması ilə heç bir ziddiyyəti yoxdur. Çünki "fellərdə tövhid”də (Allahın yerinə yetirdiyi işlərdə başqasının kömək və yardımına ehtiya olmamasında) məqsəd ilahi işlərin yerinə yetirilməsində Onun zatından xaricdə olan kömək və yardıma ehtiyacın duymamasıdır. Məhz bu səbəbdən də, Allahın öz yaratdığı bir səbəb vasitəsilə bir iş yerinə yetirməsi Onun ehtiyacsız olması və "fellərdə tövhid”lə heç bir ziddiyyət təşkil etmir. Səbəblərdən istifadə etmək Onun ehtiyacsız olması ilə "Allah-taalanın Öz zatından və yaradılış çəriçivəsindən xaricdə olan səbəblərə ehtiyacı vardır!” – dediyimiz təqdirdə ziddiyyət təşkil edər. Buna əsasən, Allah-taalanın Öz yaratdığı və göndərdiyi peyğəmbərlər vasitəsilə bəndələrinə feyz, nemət və bərəkət əta etməsinin Onun ehtiyacsız olması ilə heç bir təzadı yoxdur. Ehtiyacsız olmaq və fellərdə tövhid "Allah o peyğəmbərlərə ehtiyaclıdır ki, onları özü yaratmamışdır!” – dediyimiz təqdirdə öz həqiqi mənasını itirir.("Fellərdə tövhid” məsələsi ilə əlaqədar bax: "Məarifi-Quran”, Məhəmmədtəqi Misbah Yəzdi, 1-ci cild, səh. 80-88.)
    Belə görünür ki, bu şübhələr öz aramızda işlədilən məhumların Allah-taala barəsində işlədilən məfhumlarla müqayisə etdikdə yaranır. Bu, Allahın felləri və sifətləri bölməsində daha çox müşahidə olunur. İnsan mümkün olan xarici nümunələrdən əxz edilən bir sıra məfhumları, gördüyü, yaxud tanıdığı əlaqəni bir məfhum hesab edərək, ümumiləşdirərək Allaha aid edir. Məsələn, biz "Allah dünyanın işlərini idarə edir!” – cümləsindəki "idarə etmək” ifadəsini öz aramızda işlətdiyimiz "Filankəs bir ailəni idarə edir!” – cümləsilə bir hesab edirik. Allahın ehtiyacsız olması və ya Öz feyzini, nemətini və bərəkətini bir sıra səbəblər vasitəsilə çatdırması məsələsi də bu qaydaya əsaslanır. Biz elə düşünürük ki, Allah-taalanın səbəblərdən istifadə etməsi insanın bir sıra alətlərdən istifadə edərək, öz işində həmin alətə möhtac olması kimidir. Bu vaxt insanın ani olaraq zehninə gəlir ki, Allah da Öz vasitəsilə feyzə çatan səbəblərə möhtacdır. Halbuki belə deyil. Biz öz məxluqumuz olmayan və yaratmadığımız, zatımızın və varlığımızın müqabilində olan alətlərə möhtacıq. Halbuki Allah-taala Öz feyzini, lütfünü, mərhəmətini, nemətini və bərəkətini elə alətlər, vasitələr və səbəblərlə çatdırır ki, onlar Allahın yaratdığıdır və Onun müqəddəs zatına bağlıdır.
    Əlbəttə, bu məsələnin də dəlili budur ki, biz Allahın təsirlilik və yaradılış əlaqəsini, eləcə də zəruri və mümkün varlıq arasındakı əlaqəni düzgün şəkildə qavrayıb dərk etməyə qadir deyilik. Çünki insanın zehni bir sıra qeyd-şərtlərə malikdir və elmi-fəlsəfi ideyalarını təbiət aləmindən götürür. Buna görə də, Allahın dünya ilə əlaqəsini dəqiq şəkildə başa düşə bilmir.
    Bizim məsələnin incəliklərinə varmağa qadir olmamağımız düşüncə və əqlimizi işlətməməyimizə səbəb olmamalıdır. Əksinə bu barədə çalışmalı, əqli mərifətimizi gücləndirməli varlıq aləminə hakim nizam-intizamı Qurani-kərimdən istifadə edərək öyrənməliyik. Əgər Quran ayələrininin Allahın varlıqlarla əlaqəsi ilə əlaqədar müxtəlif ifadələrinə diqqət yetirsək, Allahın "bütün varlıqlara (elmi və qüdrətilə) ehtiva etməsini”(

    "Nisa” surəsi, ayə: 126. 
    )
    , "bütün varlıqlarla birgə olmasını”("Taha” surəsi, ayə: 111.)
    , "hər bir şeyin xaliqi (yaradanı) olmasını”("Ənam” surəsi, ayə: 102.)
    , "hər bir şeyə malik olmasını”, "varlıq aləmini hifz etməsini”("Hud” surəsi, ayə: 57.)
    , "insanları hər bir qəm-qüssədən qurtarmasını”("Ənam” surəsi, ayə: 64. 
    )
    , "varlıq aləminin Ona söykənməsini”("Bəqərə” surəsi, ayə: 255)
    və bu kimi təbirləri görəcəyik. Bununla da, bizim Allahın Özü qərar verdiyi və yaratdığı səbəblərlə əlaqəsinə qarşı mərifətimiz artacaq. Eyni zamanda Onun ehtiyacsız olması da aydınlaşacaq. Bu yolda Ondan kömək diləməliyik.
    SUAL 10: Allah Özü kimi bir varlıq yaratmağa qadirdirmi?
    "Qüdrət”in mənasına diqqət yetirdikdə busualın cavabı aydın olur. "Qüdrət” ixtiyar sahibi olan failin (işi görənin) mümkün bir iş üçün başlanğıc olması deməkdir. Fail varlıq dərəcəsi baxımından nə qədər mükəmməl olsa, daha çox qüdrətə malik olar. Təbii ki, sonsuz kamilliyə malik olan varlığın qüdrəti də sonsuz və yenilməzdir. Diqqət yetirmək lazımdır ki, qüdrətlə bağlı olan işlərin gerçəkləşməsi mümkün olmalıdır. Zti olaraq qeyri-mümkün işlər qüdrət dairəsindən xaricdir. Allah-taalanın hər şeyə qadir olması bu mənada deyil ki, (məsələn) başqa bir allah yaratsın. Allah «yaranmış», «məxluq» olmamalıdır. Bu məsələ eynilə iki ədədinin iki fərz olunduğu halda üç ədədindən böyük olmasına bənzəyir. Yaxud şəxs övlad fərz olunduğu halda atasından öncə yaranmış olsun. Əgər başqa bir allahın eynilə "Allah” rolunu ifa etməsini – məxluq deyil, yaradan olmasını nəzərə alsaq, o başqa bir yaradan vasitəsilə necə vücuda gələ bilər? Bu, zati olaraq qeyri-mümkündür və xüsusən qüdrət dairəsindən xaricdir.(Bax: "Amuzeşi-əqaid”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh. 99-100. )
    SUAL 11: Əgər Allah cisim deyilsə, Kəbə evinin tikilməsinin fəlsəfəsi nədir?
    Əgər Kəbə Allahın cismani evi sayılsa, bu, Onun cisim olmaması ilə uyğun gəlmir. Halbuki Kəbənin tikilişi mövzusunda Quran ayələri və tarixi sənədlərə əsasən, Məkkə ilahi bərəkətlərin nazil olduğu, bəşərin doğru yola yönəlməsinə səbəb olan("Ali-İmran” surəsi, ayə: 96.)
    , Allaha ibadət və bəndəlik üçün ictimai bir məkandır.("Bəqərə” surəsi, ayə: 125.)
    Allah-taala əvvəlcə susuz və məhsul verməyən bu torpağa çoxlu dünyəvi xeyir və bərəkətlər əta etməklə Özünün "ruzi verən” sifətinə malik olduğunu açıqladı.("İbrahim” surəsi, ayə: 37.)
    Kəbənin Allah dərgahına yaxınlaşmaq üçün məkan olmasına diqqət yetirməklə bəşər cəmiyyətinin doğru yola yönəlməsi üçün bəndəlik yollarının keyfiyyətini işıqlandırmaq olar. Necə ki xüsusi günlərdə bir sıra əməllərə çağırışla insanlara bəndəlik yolu xatırladır. İnsan öz nəfsindən hicrət edərək, özünü hər növ çirkinlikdən, rəzil sifətlərdən, Allahın yaddan çıxarılmasına səbəb olan bağlılıqlardan, rənglərdən və təsəvvürlərdən saflaşdırıb ixlas və xüsusi tövbə ilə Allahın dərgahına yaxınlaşsın.("Əl-mizan”, 1-ci cild, səh. 298.)
    Bundan əlavə, Öz evini İbrahim məqamının əlaməti, əmin-aman bir yer və gücü çatanların həcc əməllərini yerinə yetirməsi üçün məkan qərar vermişdir. Bunların hər biri Allah-taalanın məqamının ucalığını göstərir. Həqiqətdə, bundan da aydın əlamət varmı ki, hər il minlərlə insan bu məkanda bir yerə toplaşıb, həcc mərasimi əməllərini yerinə yetirir, Allahın übudiyyətini etiraf edirlər? Bu da öz növbəsində xalqların qəflət yuxsundan oyanmasına səbəb olur.(Yenə orada, 3-cü cild, səh. 354.)
    Allah-taala bu evin tikilməsini əmr etmişdir ki, insanlar namaz qılanda, heyvanların başını kəsəndə və can verən halında üzüqibləyə dursunlar. Bundan əlavə, Allah-taala tövhid, vəhdət və birlik ruhiyyəsini canlandırmaq məqsədilə zahirdə bir-birlərindən ayrı olan qəlbləri bir araya gətirir, Öz dinini diri saxlayıb möhkəmləndirir.(Yenə orada, 6-cı cild, səh. 142.)
    Gördüyünüz kimi, bütün bu təhlillərdə cismani və maddi məqsəd güdülmür. Kəbənin tikilməsi Allahın cisim olmamasına zidd deyil. Əksinə, bu müqəddəs məkanın bərpa edilməsində məqsəd mənəvi məsələlərə əlamət və nişanə qərar verməkdən başqa bir şey deyildir.
    SUAL 12: Allah-taala nə üçün bəzi insanları kor, kar və lal yaratmışdır?
    Busualı başqa şəkildə ifadə edək: nə üçün şər işlər (o cümlədən, təbii fəlakətlər) Allahın qəza çərçivəsinə daxil olur? Busuala cavab vermək üçün aşağıdakı incəliklərə dəqiq şəkildə diqqət yetirmək zəruridir:
    1-Bizim əqidəmizə görə, Allah-taala alim, qadir və mütləq xeyirxah olduğundan varlıq aləminə hakim nizamı ən gözəl şəkildə yaratmışdır. Başqa sözlə, Allahın yaratdığı bütün aləmlər ən gözəl və ən kamildir. Belə ki, ondan yaxşısını təsəvvür etmək qeyri-mümkündür. Varlıq aləminin hər hansı bir hissəsi mümkün olduğu həddə gözəl yaradılmışdır. Buna görə də, Allahı "əhsənül-xaliqin” (yaradanların ən gözəli) adlandırırıq.("Muminun” surəsi, ayə: 14; "Tin” surəsi, ayə: 4)
    2-Həmçinin, bizim əqidəmizə görə, Allah-taala varlıq aləmini zati olaraq bir sıra əbədi və dəyişməz qayda-qanunlarla idarə edir. Dünyanın varlıqları və fenomenləri bir sıra sabit, dəyişməz və ilahi qayda-qanunlara məhkumdur. Başqa sözlə, Allah-taalanın dünyada müəyyən üslubları var və işləri yalnız həmin üslublar əsasında yerinə yetirir.
    Qeyd etmək lazımdır ki, bu qanunlar insanlar arasındakı ictimai müqavilələr, əhd-peymanlar və zehni iltizamlar kimi deyil, təkvini bir həqiqətdir, dünyanın və onun varlıqlarının keyfiyyəti üzərində qurulmuşdur. Məhz buna görə də, onların dəyişdirilməsi qeyri-mümkündür.
    3-Bir baxışda, Allah-taala üç aləm – maddi, misal və mücərrəd (metafizik aləm) – yaratmışdır. Bu aləmlərin qabiliyyətləri və nizamındakı varlıq dərəcəsi əsasında, hər birinin özünəməxsus qayda-qanunları vardır. Yəni maddi aləmdə mövcud olan bir sıra hökmlər və təsirlər misal aləmində yoxdur. Bunun əksi olaraq, misal aləmində bəzi hökmlər və qanunlar vardır ki, onlar maddi aləmdə yoxdur. Müccərrəd aləm də maddi və misal aləminə münasibətdə belədir. Bu üç aləmin yaranışı, onlara özünəməxsus hökm və qanunların hakim olması ikinci incəlikdən qaynaqlanır. Yəni Allahın qəzavü qədəri maddi, misal və müccərrəd aləmlərin və onların varlıqlarının xüsusi, qanunlar və hökmlərə tabe olunmasını müəyyən etmişdir.(Bu üç aləm və onlara hakim kəsilən qayda-qanunlar, hökmlər barəsində əlavə məlumat əldə etmək istəyənlər ustad Məhəmməd Şücainin "Məad, ya bazgəşt be-suye Xuda” kitabının 1-ci cildininin 212-241-ci səhifələrinə müraciət edə bilərlər. )
    4-Maddi aləmin özünəməxsus mahiyyətinə, qabiliyyətinə və nizam-intizamdakı varlıq dərəcəsinə diqqət yetirsək Onun xüsusi hökmləri vardır. Əgər bu hökmlər, qayda-qanunlar olmasa, maddi aləm öz mahiyyətini itirər və artıq ona maddi aləm deyilməz. Bu aləmdə ziddiyyət, təzad, məhdudluq, məhv olmaq, puçluq və batillik mövcuddur. Təbiət aləmi əlaqələrin birləşməsi və qırılması ilə zəngindir. Şadlıq, sevinc, qəm-qüssə, əzab-əziyyət, ümid və məğlubiyyət bu aləmdə birgədir. Bütün bu təsirlər bu aləmin özünəməxsus quruluşunun tələbidir. Bir sözlə, maddi aləm bu qayda-qanunlara və hökmlərə görə, "şər işlər” adlandırdığımız bəlalar, müsibətlər, əzab-əziyyətlər, möhnətlər və xəstəliklər, eləcə də "xeyir işlər” adını daşıyan səadət, xoşbəxtlik, şadlıq, sevinc, müvəffəqiyyət və qələbələrin mənbəyidir.
    Yuxarıda qeyd olunan incəliklərə diqqət yetirdikdə, məlum olur ki,sualda qeyd olunan kor, kar və lal insanların yaranışı təbiət aləminin hökmlərə, qayda-qanunlara, təsirlərə, tələblərə əsaslanır və ondan yaxa qurtarmaq qeyri-mümkündür. Maddi aləmdə ziddiyyətlər və təzadlar mövcud olduğuna görə, bir sıra işlər öz düzgün məcrasından çıxır. Maddi aləmə biri kor, biri kar və digəri iflic halda qədəm qoyur. Birinin sağlam, digərinin (məsələn) iflic olması kimi fərqlər bu maddi aləmə hakim sabit qayda-qanunlara əsaslanır. Bunu maddi aləmin zat varlıq dərəcəsinə əsasən, qayda-qanunlar tələb edir. Varlıqlarda mövcud olan bu fərqlər həndəsi füqurların xüsusiyyətləri kimi zatidir. Məsələn, üçbucağın bucaqlarının cəmi 180-dərəcəyə, dördbucağın bucaqlarının cəmi isə 360 dərəcəyə bərabərdir. Bu xüsusiyyətlərin üçbucağa və dördbucağa sonradan verilməsi düzgün deyil. Belə birsualın qarşıya çıxması qəribədir: "Nə üçün məsələn, üçbucağa zülm edilmiş və o, 360 dərəcəyə bərabər deyildir?” Üçbucaq müəyyən olunmuş xüsusiyyətdən başqasına malik ola bilməz. Üçbucağı heç kəs "üçbucaq” etməmişdir. Yəni üçbucaq əvvəlcə başqa formada və başqa xüsusiyyətdə olmamışdır. Kimsə onu indiki üçbucaq formasına salmamışdır. Yaxud «üçbucaq və dördbucaq özü varlıq və gerçəklik mərhələlərinin birində heç bir xüsusiyyətə malik olmamış, sonradan hansısa bir qüvvə tərəfindən bu xüsusiyyətlər onların arasında bölüşdürülmüşdür», «O öz ürəyi istədiyi kimi üçbucağın 180, dördbucağın isə 360 dərəcəyə bərabər olduğunu qərar vermişdir» –mülahizələri düzgün deyil!
    Buna əsasən, (məsələn) cansız təbiətin inkişaf və dərk etməməsi, bitkilərin inkişaf edib, dərk etməməsi, heyvanların həm inkişaf, həm də dərk etməsi cansız və canlı təbiətin (bitkilərin və heyvanların) varlıq dərəcəsində zatidir. «Onların hamısı əvvəlcə eyni olmuş, sonradan Allah-taala birinə inkişaf və dərketmə qabiliyyəti əta etmiş, digərinə heç birini etə etməmiş, üçüncüsünə isə birini əta etmiş, birini isə əta etməmişdir»,–demək olmaz. Eləcə də, insanlar birinin kor və o birinin kar olması, maddi aləmin varlıq dərəcəsində zati bir məsələdir. Bir sıra sabit və dəyişilməz qayda-qanunlar nəticəsində bəzilərinin cismi fiziki bəlalara və müsibətlərə düçar olur, bəziləri isə sağlam qalır.
    Ümumiyyətlə, bu bir həqiqətdir ki, varlıqların hər hansı biri və dünyanın hər hansı bir hissəsi imkan daxilində öz haqlarına çatmışlar.(Ədl-İlahi”, Şəhid Mürtəza Mütəhhəri, səh. 169-172.)
    Məlum olur ki, Allah-taala bu müsibətlərin və "şər işlərin” mənbəyi deyil. Əksinə, maddi nizam belə hadisələrin baş verməsini tələb edir və təkcə "xeyir işləri” qəbul edə bilmir. "Mücərrəd” aləm isə tamamilə bunun əksinədir. Yalnız məhz xeyir işləri qəbul edir. Aşağıda qeyd edəcəyimiz misala diqqət yetirdikdə bu məsələ daha da aydınlaşacaq. Günəş şüasını nəzərə alın. Bu şüa müxtəlif əşyalara saçdıqda, əşyaların qabiliyyətlərinə uyğun, müxtəlif şəkillərə düşür. Məsələn şüa qara rəngli cismə saçdıqda tutqun görünür. Şüanın çatdığı əşyada, yaxud məkanda istilik də yaranır. Əgər həmin şüa aydın və işıqlı bir məkana saçsa, öz işığını bir o qədər də itirmir və o məkanda istilik yaranmır. Bu iki misalda günəş şüasında heç bir fərq yoxdur. O, həm qaranlığa, həm də işıqlı məkana saçmaqda heç bir çətinliklə üzləşmir və öz şüasını əşyalara eyni səviyyədə verir. Görəsən, günəş şüası ayrı-ayrı əşyalara düşdükdə, nə üçün müxtəlif şəkil alır? Görəsən, bunun səbəbi günəş şüasıdır, yoxsa əşyalardır? Tamamilə aydındır ki, əşya qara rəngli olduğuna görə, günəş şüası qara, işıqlı olduğuna görə aydın olur.
    Varlıq aləmləri də Allah-taalaya münasibətdə belədir. Allah-taala varlıq aləminə Öz feyz və lütfünü eyni səviyyədə əta edir. Lakin aləmlərin varlıq dərəcəsindəki ixtilafları, fərqləri və qabiliyyətləri bu feyz və lütfün müxtəlif surətlərdə cilvələnməsinə səbəb olur. Bu feyz və lütf "mücərrəd” aləmdə özünəməxsus varlıq dərəcəsinə, qabiliyyətinə, qayda-qanunlarına və hökmlərinə görə, sırf xeyir işlər surətində cilvələnir. Maddi aləm özünəməxsus varlıq dərəcəsinə, qabiliyyətinə, qayda-qanunlarına və hökmlərinə görə, xeyir və şər işlərlə birgə zühur edir.(Bax: "Təfsirul-Quranil-Kərim”, Məhəmməd ibni İbrahim Sədruddin Şirazi, səh.399.)
    Beləliklə, biz əqidəmizə görə, Allah-taala dünyanı ən gözəl şəkildə yaratmış, onu sabit və dəyişməz qayda-qanunlara tabe etmişdir. Beləcə, təbiət aləmində "şər işlər”in "xeyir işlər”lə birgə olması maddi aləmin dəyişməz qayda-qanunlarının tələbidir. Buna əsasən, "şər işlər”in mənbəyi maddi aləm və ona hakim zəruri qayda-qanunlardır.
    Əlbəttə, cavabın təkmilləşməsi məqsədilə iki incəliyə diqqət yetirmək lazımdır:
    1-Sualda qeyd olunan misallardakı təbii şərlər insanın ixtiyar və iradə azadlığından qaynaqlanmır, təbiət aləminin tələblərinə əsaslanır və bu (təbii şərlər) dünyanın xeyir işləri ilə müqayisədə həddən artıq azdır. Əgər dünyada kar, kor, lal, əlil və şikəst insanları saysaq, onlar fiziki sağlamlığa malik insanlarla müqayisədə çox-çox azdır. Bu da, Allahın xeyir və şər işlərlə birgə olmağı tələb edən maddi aləmə lütf və mərhəmətidir. Təbii şərlər təbii xeyirlərdən olduqca azdır.
    2-Əvvəla: Quran ayələrinə və rəvayətlərə əsasən, təbii şərlər insanın sınaq və imtahana çəkilməsi üçündür. Allah-taala bu haqda Qurani-kərimdə buyurur:
    "Şübhəsiz ki, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) Səbir edən şəxslərə müjdə ver!” ("Bəqərə” surəsi, ayə: 155.)
    Çünki insanın əsl həqiqəti imtahan zamanı aşkar olur.
    Başqa bir ayədə belə buyurulur:
    "Həqiqətən, Biz fironçuları quraqlığa və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürələr.”
    İkincisi: Təbii şərlər insanların əməllərinin cəzası üçün bir vasitə, eləcə də, ilahi qəzəb və qisasdır. Buna "Ad”, "Lut”, "Firon” qövmünə, habelə "İkkə” və "Həcər” səhabələrinə əzabın nazil olmasını misal göstərmək olar.(Bax: "Əraf” surəsi, ayə: 136; "Hud” surəsi, ayə: 82; "Fil” surəsi, ayə: 4)
    Üçüncüsü: Hədislər baxımından, Allah-taala bəzi insanlar qəflətən (təbii şərlər adlandırdığımız) işkəncələrə, əzab-əziyyətlərə, ağrı-acılara və müsibətlərə düçar olduqlarından, axirət aləmində və qiyamətdə onlara yaxşı mükafat veriləcək. Bu barədə iki rəvayət nəql etməklə kifayətlənirik:
    1-İmam Sadiq (ə) (kor, kar və lal kimi cismi nöqsanlardan danışarkən) təkidlə belə buyurmuşdur: "Allah-taala axirət aləmində belə şəxslərə səbir etdikləri halda, elə savab və mükafat verər ki, əgər onları yenidən dünyaya qayıdıb, həmin müsibətlərə və bəlalara dözməklə axirət aləmində qalmaq arasında ixtiyar sahibi etsəydi, savab və mükafatları daha da artsın deyə, yenidən dünyaya qayıdıb müsibətlərə və bəlalara dözməyi seçərdilər.”("Biharul-ənvar”, 3-cü cild, səh. 71.)
    2-İmam Rza (ə) buyurmuşdur: "Mömin şəxsin xəstələnməsi onun günahlardan və sapmalardan paklanmasına səbəb olur. Bu, onun üçün ilahi bir rəhmət, kafirlər üçün isə əzab və lənətdir.”("Səvabul-əmal və iqabul-əmal”, Məhəmməd ibni Əli Səduq, tərcümə və təshih: Əli Əkbər Qəffari, səh. 429. )
    SUAL 13: Allahın təqdiri nə deməkdir? Əgər insanın ilahi təqdirin əksinə olaraq, heç bir iş görə bilməməsinə etiqad bəsləsək, bu, "cəbr” mənası daşıyacaqmı? Allahın qəzasında məqsəd nədir? Əgər ilahi qəza "işin sona yetib tamamlanması” mənasını ifadə edirsə, insanın öz işlərini ixtiyari olaraq yerinə yetirməsi necə mümkündür?
    Bu dördsual ən əsas sullardandır. Onlara cavab versək, sizin nəzərdə tutduğunuz məsələ də aydınlaşacaqdır:
    Əvvəlcə, Allahın "təqdiri” və onun insanın ixtiyarı ilə münasibəti barəsində söhbət etmək istəyirik. Təqdirin iki mənası var və onu mütənasib olaraq iki kateqoriyaya bölmək olar:
    1-Elmi təqdir: Ölçü və miqdar deməkdir. Allahın elmi təqdirində məqsəd budur ki, Allah-taala hər şeyin hər zamanda və məkanda hansı surətdə gerçəkləşəcəyini bilir. Başqa sözlə, Allah-taala varlıqların və fenomenlərin yaranma şərtləri, səbəbləri və müqəddimələrinin hazırlanmasından və onların baş verməsindən agahdır.
    Allahın bu elmi təqdiri insanın ixtiyarı ilə heç bir ziddiyət təşkil etmir; çünki Allah-taala bilir ki, məsələn, filankəs öz ixtiyarı və istəyi ilə hansı işləri və əməlləri yerinə yetirəcəkdir. Həqiqətdə Allahın əzəli elmi və uzaqgörənliyinin insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur. Çünki insanın ixtiyari olaraq yerinə yetirdiyi işlər Allahın elminin bir hissəsində qərar tutur və belə bir elmin nəinki ixtiyarla ziddiyyəti yoxdur, həm də onu təsdiqləyir.(Allahın əzəli elmi, qabaqgörənliyi və insanın ixtiyarı barəsində əlavə məlumat əldə etmək istəyənlər Məhəmməd Səidimehrin "Elmi pişini-İlahi və ixtiyari-insan” adlı kitabına müraciə edə bilərlər.)
    2-Eyni təqdir: Müəyyən ölçüdə icad etmək və yaxud hansısa bir şey üçün ölçü qərar vermək mənasındadır. Allahın eyni təqdiri məxluqatın idarə olunmasından ibarətdir. Belə ki, fenomenlərin üzərində xüsusi təsir qoyulur və bu, təbii olaraq hər hansı bir fenomenin uzaq və yaxın olmasını nəzərə almaqla bir-birindən seçiləcəkdir. Necə ki, cins, növ, şəxs və şəxsin halətləri bir-birindən fərqlənəcəkdir. Məsələn, insan cinsinin təqdiri yer üzündə xüsusi bir zamandan başlayaraq müəyyən bir vaxta qədər həyat sürməsindən, hər bir şəxsin təqdiri isə məhdud zaman çərçivəsində ata və anadan dünyaya gəlməsindən ibarətdir. Eləcə də, insanın ruzisində, həyatının digər problemlərində və ixtiyari işlərində olan təqdir onların hər hansı biri üçün xüsusi şəraitin hazırlanmasından ibarətdir. Həqiqətdə Allahın təqdiri bundan ibarətdir ki, Allah-taala hər hansı bir məxluqu müəyyən hədlər, qeyd-şərtlər, xüsusiyyətlər və istedadlarla vücuda gətirir.("Furqan” surəsi, ayə: 2; "Qəmər” surəsi, ayə: 49; "Yasin” surəsi, ayə: 38; "Muminun” surəsi, ayə: 18; "Əla” surəsi, ayə: 3. )
    Bu təqdirin insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur; çünki bizim ixtiyarımız, öz ixtiyarımızla yerinə yetirdiyimiz əməllər və ixtiyari işlərimizin müqəddimələri hər hansı bir başqa fenomen kimi, xüsusi yerdən, müəyyən kadrdan və özünəməxsus dairədən kerçəkləşir. Bu da Allahın müəyyən etdiyi təqdirdir. Məsələn, (ixtiyari bir əməl sayılan) insanın danışması mütləq özünəməxsus bir üzvlə həyata keçir və danışıq forması alır. Buna görə də, Allah-taala nəfəs borularını, qırtlağı, səs tellərini, dili, dişləri, dodaqları yaratmış və bu hissələri (ixtiyari əməl sayılan) danışığın gerçəkləşməsi üçün müəyyən etmişdir.
    Allah-taala ixtiyari işlərin müqəddimələrini də xüsusi şəraitlə təyin etmişdir. Məsələn, Allah-taala insanın qidalanması üçün bədəndə bəzi üzvlər yaratmış və onun sərf olunma yerlərini ayırd etmişdir. İnsanın qidalanmasında bəzi üzvlər rol oynayır. Əgər bu bədən üzvləri olmasaydı, ixtiyari bir əməl sayılan qidalanma prosesi gerçəkləşməzdi.
    Ümumiyyətlə, Allah-taalanın xaricdə təqdirlə bağlı müəyyən etdiyi bütün işlər məcburidir. İnsanın ixtiyar və iradə azadlığı onda heç bir rol oynamır. Bədən üzvlərimiz bizə məcburi verilmişdir. Bizim bədənimizdə hansı üzvün olub-olmamsında heç bir seçim ixtiyarımız yoxdur və bu işə qüdrətimiz çatmır. Bəli, ixtiyari əməllərin müqəddimələri məcburi olaraq yaranmışdır (və əgər bu müqəddimələr olmasaydı, ixtiyari əməllər həyata keçməzdi).
    Allah-taala Öz müəyyən etdiyi təqdirlə hər hansı bir şəxsin yaşayışı üçün çərçivələr qərar vermişdir. (bizə öz növbəsində məcburi olaraq əta olunan) İxtiyari fəaliyyət onun daxilində yerinə yetirilir. Biz bu çərçivə daxilində ixtiyar sahibi olub, istədiyimizi görə bilərik, lakin ona tabe olmaq bizim ixtiyarmızdan xaricdir.
    Başqa sözlə, ixtiyar qanunu, bütün ixtiyari işlərin müqəddimələri və ixtiyari işlərin görülməsini həyata keçirən hissələr (məsələn, bədən üzvləri) – varlıq aləminin tələbinə görə – Allahın müəyyən etdiyi təqdir əsasında məcburdurlar. Lakin öz ixtiyarımızdan və həmin müqəddimələrdən necə istifadə etmək bizim öz ixtiyarımızdadır.
    "İlahi qəza” və onun ixtiyarla münasibəti barəsində söhbət etməzdən öncə, qeyd etmək lazımdır ki, "eyni təqdir” mənasını daşıyan ilahi təqdir həqiqətdə naqis səbəblərə qayıtmaq deməkdir. Yəni fenomenin yaranması bir sıra müqəddimələrlə bağlı olub, o şeyin ölçüsü və həddinin təyin olunmasında təsirlidir və ona həmin şeyin təqdiri deyilir. Lakin bir şeyin tam səbəbi Allaha istinad edilsə belə, bu terminə əsasən, "təqdir” adlanmır. Bu tezliklə haqqında danışacağımız "qəza”dan ibarətdir.
    Bu təhlilə əsasən, eyni təqdir heç vaxt dəyişə bilməz; çünki bir şeyin müqəddimələri hazırlandıqda, – əgər uzaq müqəddimələrdən olsa, – yenə də bir neçə başqa vasitə gerçəkləşməli, nəhayət həmin fenomenin özünə çatmalıdır. Bu zaman mümkündür ki, bir maneə yaranıb həmin şeyin gerçəkləşməsinin qarşısını alsın.
    Bu incəliyə diqqət yetirdikdə, təqdirin dəyişməsi ilə əlaqədar nəql olunan bir çox rəvayətlərin mənası aydınlaşır. Bir sıra rəvayətlərdən başa düşülür ki, insan bəzi əməllər yerinə yetirməklə öz təqdirini dəyişə bilər. Məsələn, sədəqə vermək bəlanın aradan qaldırılmasına, qohumluq əlaqələrini möhkəmlətmək ömrün uzun olmasına səbəb olur. Belə bir vəziyyətdə, ilkin olan eyni təqdir bir bəlanın nazil olması, (məsələn) insanın müəyyən bir yaş həddinə çatdıqda, xəstəlik və ya qəzaya uğramaq nəticəsində vəfat etməsidir. Lakin sədəqə vermək və qohumluq əlaqələrini möhkəmlətmək həmin bəlanın və yaxud vəfatın qarşısını alır, təqdirin, taleyin dəyişdirilməsinə səbəb olur.
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 570 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019