İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-17, 3:05 PM
    İLAHİ QƏZA VƏ İNSANIN İXTİYARI
    "Qəza” sona çatmaq, işi qurtarmaq mənasını daşıyır və bir işin son mərhələsini "qəza” adlandırmaq olar. "Qəza”nın da "təqdir” kimi iki kateqoriyası var: "Elmi qəza” və "eyni qəza”. İşin sona çatmasını və sonuncu mərhələsini bilməyə "elmi qəza”, işin sona çatıb, həqiqətdə gerçəkləşməsinə isə "eyni qəza” deyilir.
    Allahın elmi qəzası: Allah-taala varlıqların və fenomenlərin labüd olaraq həyatda gerçəkləşməsini bilir. Onun elmi qəzası insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Çünki Allah bilir ki, bir fenomen, yaxud bir fel və iş insanın ixtiyarı ilə labüd olaraq həyata keçəcəkdir. Başqa sözlə, Allahın, insanların öz ixtiyarları ilə yerinə yetirdikləri işləri barəsindəki elmi qəzasının mənası budur ki, O, insanın filan işdə ixtiyar sahibi olması ilə yanaşı, labüd olaraq gerçəkləşəcəyini bilir. Yəni Allah bilir ki, filankəs belə bir işi iradə edəcək, öz ixtiyarı və istəyi ilə onu yerinə yetirəcəkdir.
    Allahın eyni qəzası: Bu, varlıqların labüd olaraq gerçəkləşməsinin Allaha mənsub edilməsi deməkdir. Başqa sözlə, Allahın eyni qəzası tələb edir ki, fenomenlərin varlığının yarandıqları ilk gündən, hətta uzaq müqəddimələrin hazırlandığı vaxtdan Onun hikmətli tədbiri altında olduğuna inanaraq, yaradılış şərtlərinin hazırlanıb, son mərhələyə çatmasını Onun iradəsinə tabe hesab edək.
    Başqa sözlə:
    1-Hər hansı (səbəbə ehtiyacı olan) varlığın özünün zəruri varlıq həddinə çatması onun tam illətinin (səbəbinin) gerçəkləşməsi yolu ilədir.
    2-Heç bir məxluq öz varlığında və varlığının təsirlənməsində müstəqil deyildir.
    3-Təbii ki, bütün fenomenlərin varlığının zəruriliyi tam müstəqilliyə malik olan və heç bir şeyə möhtac olmayan Allaha aid edilir.
    Həqiqətdə Allahın qəzası tələb edir ki, hər hansı bir fenomenin varlığı Onun təkvini izninə və istəyinə mənsub edildiyi kimi, Onun izni olmadan heç bir varlıq, varlıq aləminə qədəm qoya bilməz. Hər bir şeyin yaradılışı Allahın eyni qəzasına əsaslanır və Onun icazəsi olmadan heç bir varlıq özünəməxsus surətinə düşə bilməz.("Nisa” surəsi, ayə: 78; "Şüəra” surəsi, ayə: 79-81.)
    SUAL 14: Əgər Allahın eyni qəzası insanın öz ixtiyarı ilə yerinə yetirdiyi işlərə və onun müqəddimələrinə, şamilsə, onların fenomenlər kimi həyatda gerçəkləşmələri Allaha istinad edildikdə, insanın ixtiyar və iradə azadlığına sahib olmaması məlum olur. Başqa sözlə, Allahın eyni qəzasına əsasən, necə ola bilər ki, insanın öz ixtiyarı ilə yerinə yetirdiyi işlərdə, həm öz ixtiyarına, həm də Allahın qəzasına istinad edilsin?
    Bizim nəzərimizcə, Allahın eyni qəzası insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Bu məsələ ilə əlaqədar şübhə yanlış təsəvvürdən yaranmışdır. Belə ki, varlığın zərurəti və işin gerçəkləşməsi (özünün tam səbəbi mövcud olduğu təqdirdə) ixtiyarın müqabilində məcburiyyət mənasında təsəvvür edilmişdir. Halbuki bu təsəvvür düzgün deyildir; çünki bir nəticənin bir neçə səbəbə istinad edilməsinə diqqət yetirdikdə, Allahın eyni qəzasının insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etməməsi aydın olacaqdır. Məsələnin aydın olması üçün diqqət yetirmək lazımdır ki, bir fenomenin yaranmasında bir neçə səbəbin təsiri aşağıdakı surətlərdə təsəvvür edilə bilər:
    1-Bir neçə səbəb birlikdə və yanaşı təsir etsinlər; misal üçün, suyun, toxumun və istiliyin... birləşməsi ilə toxum açılıb çiçəklənir.
    2-Səbəblərin hər hansı biri növbə ilə təsir etsin, belə ki, ömür müddəti onların sayına bölünür, hər hissə səbəblərin və amillərin birinin nəticəsi olaraq, növbə ilə öz təsirini bağışlayır. Necə ki, bir neçə mühərrik bir-birinin ardınca işə düşərək, təyyarənin hərəkət edib, uçmasına səbəb olsun.
    3-Onlar bir neçə topun bir-birinə dəyməsi kimi, bir-birinə təsir göstərsin. Başqa bir misal: İnsan, öz əlini hərəkət etdirməsində iradəsinin, qələmin hərəkətində əlin və yazının gerçəkləşməsində qələmin təsiri vardır.
    4-Bir-birinin ardınca gələn bir neçə amilin təsir göstərməsi: belə ki, onların hər hansı biri başqa bir varlığa bağlı olsun. Məsələn, insanın varlığı və iradəsi Allahın iradəsinə bağlıdır.
    Bütün bu surətlərdə vahid nəticənin yaranması üçün bir neçə səbəbin birləşməsi lazımdır. Vahid nəticə bir neçə səbəbdən qaynaqlanırsa (xüsusilə 4-cü surətə) diqqət, məlum olur ki, insanın öz ixtiyarı ilə yerinə yetirdiyi işlərin Allaha mənsub edilməsinin insanın öz varlığı və iradəsi ilə heç bir ziddiyyəti yoxdur. Çünki bu istinadlar bir-birinin ardıncadır və bir-birilə heç bir ziddiyyət təşkil etmir.
    Başqa sözlə, felin bir insana mənsub edilməsi bir səthdə, onun Allah-taalaya mənsub edilməsi isə yüksək bir səthdədir. Bu səthdə insanın varlığı, üzərində iş görülən maddə, eləcə də alətlərin varlığı bütünlüklə ona əsaslanır. Buna əsasən, tam səbəbin sonuncu hissəsində insan iradəsinin təsiri ilə hər işin Allah-taalaya mənsub edilməsi arasında ziddiyyət yoxdur. Qeyd etmək lazımdır ki, Quranın bəzi ayələrində bizim işlərimiz, halətlərimiz və taleyimiz Allah-taalaya aid edilir. "Təkvir” surəsinin 29-cu ayəsində buyurulur:
    "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz də istəyə bilməzsiniz!” Səbəbi də budur ki, Allah-taala bizi tövhidin ən yüksək mərhələlərindən sayılan "feldə tövhid” məsələsindən agah etsin. Qurani-kərim insana Allahı olduğu kimi tanıtdırmaq və onu bu nöqtə ilə tanış etmək istəyir. Onun öz ehtiyacının dərkindəki kamalı Allahadır; çünki insan tamam varlıq nöqsanına və fəqirliyə malikdir.
    SUAL 15: Üsulid-din (dinin əsasları) təhqiqi olduğu üçün məndə etiqadi məsələlərə qarşı şübhə yaranmışdır. Bu da, məni vacib əməllər və ibadətlərin yerinə yetirilməsində vəsvaslığa salmışdır. Məsləhət verib, yol göstərməyinizi xahiş edirəm!
    Hər şeydən öncə, bu incəliyi qeyd etməliyəm ki, vəsvəsə, şəkk-şübhə və tərəddüd şeytani təhlükələr və nüfuzlardandır. Necə ki yəqin, rahatlıq, möhkəmlik ilahi lütf və mərhəmətlərdəndir. Şeytan Allahın bəndələrini doğru və haqq yoldan sapdırmaq üçün, müxtəlif yollardan və hiylələrdən istifadə edir. O, hiylə və məkr əhli olduğundan insanları azdırmaq üslubunu onların vəziyyətlərinə uyğun olaraq müəyyən edir və həmin yoldan daxil olub, əyri yola yönəldir. Məsələn, şəri məsələlərə və hökmlərə etinasız yanaşan şəxs heç vaxt dəstəmazda və ya namazda vasvaslığa düçar olmaz. Vasvasılıq şeytani təhriklərdəndir və o, şəri məsələlərə etinasız yanaşan şəxsi narahat etmir. Əksinə, onu şəri vəzifələrdən və ilahi təkliflərdən daha da uzaqlaşdırmaq üçün, həmin şəxsin daxili təmayüllərinə, uyğun bir yol seçir. Buna əsasən, sizi dinin zəruri məsələlərində şəkk-şübhəyə, tərəddüdə salan Şeytan sizin dini əməllərə qarşı diqqətinizdən xəbərdar olduğundan, əlini məhz həmin nöqtə üzərinə qoyaraq ilahi neməti almaq istəyir.
    Bu məsələyə diqqət yetirməklə deyə bilərik:
    Əvvəla: Sizin dinin əsaslarını qəbul etməkdə təqlid etməyib, mütaliə və təfəkkürlə səy etməyiniz tərifəlayiqdir. Sizin bu işinizə görə Allahın yanında çoxlu savab və mükafatınız var.
    İkincisi: Əqidələrinizdə şəkk-şübhəyə düçar olduğunuz üçün Allah dərgahında əməllərinizin qəbul olunmayacağını, bunun sizə heç bir fayda verməyəcəyini özünüzə təlqin etməyin. Bunün özü də şeytani hiylələrin davamıdır. Əvvəlcə əqidələri daxilinizdə süstləşdirir, sonra əməllərinizə irad tutaraq, sizdə onlara qarşı şəkk-şübhə icad edir.
    Sizin "Allah bu əməlləri məndən qəbul etməyəcəkdir!” – deməyinizin səbəbi budur ki, siz səmimi qəlbdən Allahı qəbul edir və Onun varlığına şübhə etmirsiniz. Buna əsasən, şeytani istəklərə və vəsvəsələrə düçar olmağınıza baxmayaraq, öz ibadətinizi davam etdirin və Allahın digər bəndələri kimi, mehriban və mərhəmətli Allahın dərgahında əməllərinizin qəbul olunacağına ümidvar olun!
    Üçüncüsü: Bilin ki, Şeytan zəifdir, onun hiylə və məkri ağıllı, həqiqət axtaran, Allahı istəyən, Allah zikri ilə yaşayan və Onun əmrinə təslim olan insanlara təsirsizdir.
    Qeyd olunan bu üç məsələyə diqqət yetirməklə yanaşı, bir müddət Şeytan və onun vəsvəsələrilə mübarizə aparın. Şeytanla mübarizə aparmağın yolları aşağıdakılardan ibarətdir:
    Birinci yol: Şeytanın vəsvəsələrinə etina göstərməyin. O, sizi pis və puç nəsihətlərə dəvət etdikdə, öz fikrinizi başqa məsələlərlə məşğul edin. Məsumdan nəql olunan bir rəvayətdə buyurulur: "Həqiqətən, o xəbis (Şeytan) ona itaət olunmasını istəyir. Əgər ona itaət etməkdən boyun qaçırılsa, sizə tərəf qayıtmaz.”("Fürui-kafi”, 3-cü cild, səh. 357. )
    İkinci yol: Birinci yolda ən mühüm iş sayılan Şeytanla mübarizə aparmaq budur ki, biz həyatımızda yerinə yetirmək istədiyimiz hər hansı bir işdə və hər hansı bir çətinliklə üzləşdikdə Allahdan, Onun rəhmət və lütf vasitələrindən yardım diləyərək, dua edib, yalvarmaqla Allahın diqqətini özümüzə cəlb edək. Allah-taala bu həqiqəti belə bəyan edir:
    "De: "Əgər sizin duanız olmasa, Rəbbim sizə etina etməz.” ("Furqan” surəsi, ayə: 77. )
    Şeytanın vəsvəsələrindən nicat tapıb, qəflət yuxusundan oyanmağımız üçün Allah-taaladan sonra Peyğəmbərdən (s) və imamlardan kömək istəməliyik.
    Quran ayələrini tilavət etmək və ya eşitmək, yaradılış və bu kimi digər məsələlər barəsində nazil olan ayələr üzərində düşünmək insanın vücudunda hazırlıq ruhiyyəsi yaradır. İlahi cəzb nuru onun sorağına gələrək onu qəflət yuxusundan, xəyallardan və Şeytan vəsvəsələrindən xilas edib, öz həqiqətinə qaytarır. Diqqət yetirin ki, Qurani-kərim hər bir bölümündə insan üçün hidayətlər, xatırlamalar, xəbərdarlıqlar və qorxutmalar qərar vermişdir. Hər kəs səmimi qəlblə Qurandan yapışıb, haqq Allahın kəlamları üzərində düşünsə, bu (ilahi kəlamlar, işarələr və rəmzlər) onun həqiqətə çatmasına gətirib çıxaracaqdır.
    Üçüncü yol: Bütün hallarda "qəflət”dən uzaq olub Allahı yad edin. Çünki Şeytan həmişə insanı qaflətə çəkməyə çalışır və bu yolla insanı şəkk-şübhəyə, tərəddüdə düçar edir. Buna görə də, özünüzü (xətalardan) qoruyub saxlamaq əzmində olun. Hər zaman müəyyən bəhanə ilə "qəflət”ə düçar olsanız, dərhal Allahı yad edin, Onun əzabını, nemətlərini və mərhəmətini xatırlayın, Ona pənah aparıb tövbə edin. "Əraf” surəsinin 200-201-ci ayələrində bu həqiqətə işarə ilə buyurulur: "Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidən və biləndir. Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.”
    Doğrudan da, insanı Şeytanın tələsinə və vəsvəsələrinə salan qəflətdir. Onun əlamətlərindən biri də şəkk-şübhəyə, iztiraba və tərəddüdə düçar olmaqdır. Başqa sözlə, haqdan qafil olub, onu unutmağın mənası budur ki, insan öz batinində Allah-taalanı yaddan çıxarıb, Onu yad etməkdən qafil olsun və sərgərdan vəziyyətdə qalaraq, nə edəcəyini bilməsin. Şeytan məhz bu yollarla insanın qəlbinə daxil olub vəsvəsə edir, onu haqq yoldan uzaqlaşdırır. İmam Sadiq (ə) bu həqiqətə işarə ilə buyurmuşdur: "Həqiqətən, qəflət Şeytanın ovlağı, hər bir bəlanın, bədbəxtliyin başlanğıcı və bütün hicabların səbəbidir.”("Misbahuş-şəriət”, 24-cü bölüm.)
    Qəflət Şeytan tərəfindən olduğu üçün, qəflət zamanı insanın dostu və ürək yoldaşı da yalnız Şeytandır. İnsanı qəflətə çəkən və Allahı yad etməyi unutduran məhz Şeytandır. Allah-taala Qurani-kərimdə buyurur:
    "Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur...” ("Mücadələ” surəsi, ayə: 19. )
    Bu ayənin qeybi ismarıcı budur ki, insanın fikri, qəlbi və batini tamamilə Allahdan uzaqlaşıb, xəyallar və gümanlar içərisində qərq olsa, Şeytan ona hakim kəsilmiş, fikrini, qəlbini və vücudunu özünə cəlb etmişdir ki, Rəbbini yad etməkdən çəkindirsin.
    Aşağıda qeyd olunan iki ayəni həmişə oxuyun və onlar haqqında düşünün:
    "Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və o, Şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.” ("Zuxruf” surəsi, ayə: 36-37.  )
    Ümid edirik ki, öncə qeyd etdiyimiz nöqtələrə diqqət yetirib, onlara əməl etməklə şəkk-şübhə və tərəddüdləriniz rahatlıq və sabitqədəmliyə çevriləcək. Həyatda həmişə uğurlu və şad olmağınızı arzu edirik!
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 897 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024