İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Təthir ayəsinin təfsiri

    Təthir ayəsinin təfsiri
    2012-01-02, 8:37 PM
    ÖN SÖZ
    DİN - ELM VƏ ƏQL HİMAYƏSİNDƏ
    Bütün dinlər içində yalnız İslam dini elm və əql əsasında qurulmuşdur.
    Qurani-Kərimdə "keçmiş ümmətlərin tarixi" ünvanı ilə bəyan edilən hadisələrdən aydın olur ki, həmin ümmətlərin xoşbəxt olmaları, yaxud fəlakətə düşmələri əqli və ya təbii səbəblərdən hesab olunan bir sıra amillər nəticəsində olmuşdur. Qurani-Kərim bəşəriyyət üçün gətirdiyi həyat proqramının ictimaiyyətdə icra olunmasını düzgün və əqləuyğun sənəd olmasını sübut edir, əql sahiblərini bu proqram haqqında dərindən fikirləşməyə, təfəkkür etməyə dəvət edir. Keçmiş ümmətlərin xoşbəxtliyə çatması və ya bədbəxtliyə, fəlakətə düşməsinin əsas amili onların tabe olduqları din olmuşdur.
    Quranın müsəlmanları və bütün bəşəriyyəti dəvət etdiyi yol tamamilə məntiqidir, sağlam əql onun düzgün və məntiqi olmasına şahiddir. Qurani-Kərim elm və əqlin hökmünə son dərəcə istinad edərək buyurur:
    لَقَدْ اَنْزَلْناَ اِلَيْكُمْ كِتاَبًا فِيهِ ذِكْرُكُُمْ اَفَلاَ تَعْقِِلُونَ
    "Şübhəsiz, sizə bir kitab göndərdik ki, sizin (qəflət yuxusundan) ayılmağınız onun sayəsindədir. Belə isə öz əqlinizi işlətmirsinizmi?" (Ənbiya surəsi, ayə 10)
    Başqa ayədə buyurulur:
    وَ ماَ عِنْدَ اللهِ خَيْرٌ وَ اَبْقيَ اَفَلاَ تَعْقِلُونَ
    "Allah yanında olan şeylər daha yaxşı və daha davamlıdır. Öz əqlinizi işlətmirsinizmi?" (Qəsəs surəsi, ayə…6)
    Yenə buyurulur:
    كَذَلِكَ نُفَصِّلُ الْأياَتِ لِقَومٍ يَعْقِلُونَ
    "Öz ayələrimizi əql qüvvələrini işlədən (əql əsasında düşünən) qövm üçün beləcə şərh edirik." (Rum surəsi, ayə…28)
    Göründüyü kimi, səmavi kitablar içində yalnız Quran əql sahiblərini təfəkkürə dəvət edir. Yenə buyurur:
    اِنَّ فِي ذَلِكَ لَأياَتٍ لِقَومٍ يَعْقِِلُونَ
    "Həqiqətən bunlarda əql qüvvəsini işlədənlər (əql sahibləri) üçün nişanələr vardır."(Rəd surəsi, ayə…4)
    Həqiqətləri aşkar şəkildə bəyan etmək Qurana məxsus olan xüsusiyyətlərdən, onun özünəməxsus imtiyazlarındandır. Bu kimi bütün aşkar bəyanlarda da əsas məqsəd insanın əql qüvvəsinin gücləndirilməsidir:
    اِِنّاَ جَعَلْناَهُ قُرْأناً عَرَبِيّاً لَعَلَّكُمْ تَعْقِِلُونَ
    "Biz onu ərəbcə olan bir Quran qərar verdik ki, bəlkə siz onda təəqqül edəsiniz (əqlinizi işə salasız)."(Züxrüf surəsi, ayə…3)
    Quran dəyərləri əql ilə qiymətləndirir, əql qüvvəsindən istifadə etməyənləri kar, kor hesab edir, onların hətta heyvanlardan da alçaq dərəcədə olduqlarını vurğulayır:
    اِنَّ شَرَّ الدَّواَبِّ عِنْدَ اللهِ الصُّمُّ الْبُكْمُ الَّذِينََ لاَ يَعْقِلُونَ
    "Allah yanında canlıların ən pisi"əql qüvvəsini işə salmayan kar və lal insanlardır." (Ənfal surəsi, ayə…22)
    Quran hətta əql qüvvəsindən istifadə etməyənlərin ilkin duyğu üzvlərinə və idrak vasitələrinə belə şəklə yanaşır:
    لَهُمْ قُلُوبٌ لاَ يَفْقَهُونَ بِهاَ وَلَهُمْ اََعيُنٌ لاَ يُبْصِرُونَ بِِهاَ وَلَهُمْ أذاَنٌ لاَ يَسْمَعُونَ بِهاَ
    "Onların qəlbləri var, amma onun vasitəsi ilə (haqqı) düşünmürlər gözləri var, amma onunla (haqqı) görmürlər qulaqları var, amma onunla (haqqı) eşitmirlər."(Əraf surəsi, ayə…179)
    Başqa bir ayədə buyurulur:
    صُمٌّ بُكْمٌ عُميٌ فَهُمْ لاَ يَعْقِلُونَ
    "(Onlar) kar, lal və kordular. Elə buna görə də əql qüvvələrini işə salmırlar." (Bəqərə surəsi, ayə…171)
    Qurani-Kərim bu ayələrdə həqiqi idrak nemətindən məhrum olanların qulaqlarını kar, gözlərini kor, dillərini lal və qəlblərini idraksız hesab edir. Doğurdan da əgər əql qüvvəsi öz vəzifəsini lazımınca yerinə yetirməyib öz funksiyasını itirsə, onda başqa orqanların heç bir faydası olmayacaq, onlar heç nəyi hiss etməyəcəklər. Bu ayələr əqlin dəyərini açıqlamaqla yanaşı, ona layiqincə ehtiram qoyur.
    İnsan surət, əql isə maddədir.(urət–fərqləndirici əlamət (fəsl), maddə isə cinsdir. Yəni insan sair heyvanlarla maddədə şərikdir, yalnız surət ilə, yəni əql, külliyyatı dərk etmə qüvvəsi ilə seçilir.) İnsanı başqa canlılardan ayıran fəsli (fərqləndirici əlaməti) onun əqlidir. "O adamın ki, əqli yoxdur, deməli heç nəyi yoxdur." Əgər insan bu böyük qüvvədən"əql qüvvəsindən məhrum olarsa, onda onun başqa heyvanlarla heç bir fərqi olmaz, onun varlıq aləmindəki qüdrət nişanələrindən heç bir bir əsər-əlamət də qalmazdı. Əgər insan əql qüvvəsinə malik olmasaydı, bütün həqiqətlər ona məchul qalar və o, təbiətin sirlərini kəşf edə bilməz, yaradılışın ən yüksək dərəcəsinə, varlığın ən şərəfli mövcudu kimi bir məqama çatmazdı.
    Allah-Taala Öz yetərli hikmətinə əsasən insana dünyanın bütün məchullarını, xilqətin sirrlərini kəşf etmək qabiliyyətini (əqlin vasitəsilə) bəxş etmişdir. Məqsədi də bütün kainatın onun müqabilində ram olduğu bir insana gerçəklik bəxş etməkdir. Qurani Məcid bu mətləbə işarə edərək buyurur:
    اَلَمْ تَرَوْا اَنَّ اللهَ سَخَّرَ لَكُمْ ماَ فِي السَّماَواَتِ وَ ماَ فِي الاَرْضِ
    "Görmürsünüzmü ki, Allah yerdə və göylərdə olanların hamısını sizin üçün ram etmişdir?!" (Loğman surəsi, ayə…20)
    Deməli, öz əql qüvvələrini məhv edən, yaxud onun üstünü xurafat və qövmi təəssüblərlə, şəhvət və cəhalət pərdələri ilə örtənlər Quranın ali-müqəddəs məramı ilə, yəni insanın əql qüvvəsini gücləndirmək və dünyanı onun ixtiyarında qoymaq kimi bir məqsədlə uyğunlaşa bilməzlər.
    İslam dini cəmiyyətdə ləyaqətli insanlar yetişdirmək üçün bəşərin əql qüvvəsini inkişaf etdirməyə, gücləndirməyə səy göstərir və çalışır ki, insanların fikir, düşüncə və ideyaları əql mehvərində dövr etsin, onun yol göstərəni və hidayətçisi yalnız nur saçan əql çırağı olsun ki, ayrı-ayrı insanlar öz şəxsiyyətlərini itirməsin və millətlərinin bədbəxtliyə, fəlakətə düşməsinə səbəb olmasın.
    Çox təəssüflə qeyd edirik ki, dünyanın bir çox ziyalıları, elm xadimləri, xüsusilə bəzi İslam alimləri əql qüvvəsinin nuru ilə xalqa çıraq olmaq əvəzinə hərislik, şöhrətpərəstlik, məqampərəstlik və ya müxtəlif təəssüblər və yersiz çarpışmaların təsiri altına düşərək, öz əql qüvvələrini şəhvət, paxıllıq və millətçilik kimi mənfi xislətlərə aludə edir, nəticədə əqlin hökmünə laqeyd qalır və ona ciddi əhəmiyyət vermirlər.
    Bəşər tarixində Firon kimilərin əqlə əhəmiyyət verməməsinin, öz şəhvətlərini və nəfsani meyllərini əqldən irəli keçirmələrinin və elə bu şəkildə də xalqlara hökmranlıq etmələrinin əsas səbəbi onların xalqa "Allahlıq" etmək fikrində olmalarıdır.
    Kitab əhlindən (məsihi və yəhudilərdən) olan alimlərin əql qüvvəsinə deyil, yersiz təəssüblərə uymalarının, özlərini bu təəssüblərin əsiri edib, əql qüvvələrini məhvə məhkum etmələrinin səbəbi bu idi ki, İslamın zühuru ilə onlar öz ağalıqlarını, rəyasətlərini əldən verirdilər. Bundan əlavə, Fironun hakimiyyəti dövründə, ərəblərin cahiliyyət dövründə və ya İslamın zühur etdiyi ilk dövrlərdə elmin intibahı, nurlu elm əsri gəlib çatmadığından şəhvəti əql, təəssübü həqiqət kürsüsündə oturtmaq, cəmiyyəti bir sıra ayinlərə və müxtəlif xurafatlara inandırmaq mümkün idi. Amma elmin inkişaf etdiyi indiki zamanda hamını aldatmaq qeyri-mümkündür. Amma bəzi mürtəce fikirli "alimlər" idrakın, həqiqətlərin üstünə qalın təəssüb pərdələri çəkmək istəyir, əqlin hökmünə, idraka tabe olmaq yerinə, əsassız və puç fikirlər irəli sürürlər. Görəsən qaranlıq və təəssüblü fikirlərlə bütün aləmə nur saçan həqiqət günəşini gizlətmək olarmı?! Heyrətdə qalmışam və bu cür yersiz, mənasız mübahisələrə məntiqi cavab verməyə heyfim gəlir!
    Mən başa düşə bilmirəm ki, hansı əqli məntiq əsasında pisi yaxşıdan, fəzilətsiz və şəxsiyyətsiz adamı fəzilətli, şərəfli insandan üstün hesab etmək olar?!
    اَلْحَمْدُ للهِ الَّذِِي قَدَّمَ الْمََفْضُولَ عَلَي الاَفْضَلِِ
    "Həmd olsun o Allaha ki, məfzulu (fəzilətdə az olanı) ən fəzilətli şəxsdən qabağa keçirtdi!"(Nəhcül bəlağə nin şərhi, (İbni Əbil Hədid) kitabın əvvəlindəki xütbə)
    Başa düşə bilmirik: görəsən bəziləri hansı əsasa görə zalım və cahilləri Allah yolunda cihad edən ədalətli isanlardan, həqiqi alimlərdən üstün hesab edirlər? Görəsən onlar bu nəticəni Qurana istinad edərək çıxarıblar, yoxsa əql qüvvələri əsasında bu cür mühakimə yürüdür?!
    Qurani-Kərimdə belə buyurulur:
    فَضَّلَ اللهُ الْمُجاَهِدِينَ عَلَي الْقاَعِدِينَ اَجْرًا عَظِيمًا
    "Allah, Onun yolunda cihad edənləri, evlərində oturub cihada getməyənlərdən üstün edərək onlara böyük savab vermişdir." (Nisa surəsi, ayə…95)
    Sonra buyurulur:
    لاَ يَناَلُ عَهْدِي الظّاَلِمِينََ
    "Mənim əhdim (ümmətə rəhbərlik və imamət) zalımlara çatmaz!" (Bəqərə surəsi, ayə…3)
    هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَ الَّذِينَ لاَ يَعْلَمُونَ
    "Elm sahibləri ilə elmdən xəbərləri olmayanlar (cahillər) bərabərdirmi?" (Zümər surəsi, ayə…9)
    Ulul-əmrə (haqq imamlara) itaət etməyin Həzrəti Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə itaət etməklə yanaşı vacib olmasını bəyan edən, elmi cəhalətdən və nadanlıqdan müqayisəolunmaz dərəcədə üstün tutan, insaniyyəti yüksək şərəf və fəzilətlə vəsf edən Quran quldurların, özlərinin İslamın çoxlu hökm və ayələrindən məlumatsız olduqlarını iqrar edənlərin hakimiyyətini necə qəbul edər və onları "Ulul-əmr" kimi tanıyar?
    Əgər ayrı-ayrı şəxsləri azad insanların mövlası Həzrəti Əliyyibni Əbitalib (əleyhissalam)-dan üstün tutsaq, bu bizim əql və elmimizdirmi?! Yoxsa bu, həqiqəti danmaq və puç istidlalları məntiq çərçivəsində cilvələndərməkdən başqa bir şeyir?! Qurani-Kərim öz göstərişlərinin məcmusunu "İslam" adlandırır, yəni onu haqqın qarşısında təslim olmaq, hər bir şərəf və fəzilət qarşısında təvazökarlıq sanır. Görəsən bunun əksinə əməl edən, fəzilət müqabilində təvazökarlıq deyil, təkəbbürlük və inadkarlıq edən şəxs Quran və əql qarşısında təslim olurmu, yoxsa təəssübün mənfur caynaqlarında əsirdir?
    Bu yolu seçən bir "alim" karların və korların cərgəsində keçməzmi?!
    İSLAMİ BİRLİK
    Bildiyimiz kimi, bu gün bütün müsəlmanların ən mühüm vəzifələrindən biri "islami birlik" şüarı altında birləşmək üçün çalışmaqdır. Bu ilahi vəzifə hər bir yazıçının, natiqin, alimin və ümumiyyətlə hər bir müsəlmanın dini vəzifəsidir. Müsəlmanlar İslam düşmənlərinin qarşısında sıx birləşməli, müttəhid olmalıdırlar. Hər bir ayıq müsəlman bu məntiqi sözün hazırkı dünyada nə qədər düzgün olduğunu dərindən başa düşür və müsəlmanların arasında birliyi vacib və zəruri hesab edir.
    Bu gün islamın kinli düşmənləri Quranı məhv etmək üçün var-qüvvəsi ilə gecə-gündüz çalışır, əlindən gələni əsirgəmir. Lakin müsəlmanların arasında birlik yaradılması o demək deyildir ki, Quranın danılmaz həqiqətlərini inkar edək, İslamın ali məziyyətlərini və onun qeydsiz-şərtsiz seçdiyi həqiqi rəhbərlərini inkar edək! Çünki bu növ kor-koranə birlik Quranın danılmaz həqiqətlərinə göz yummaq deməkdir.
    Birlik və ittihadın mənası budur ki, Quranın, qorunmasına çalışdığı işləri davam etdirək, onun həyatbəxş sünnələrini, mütərəqqi qanunlarını dirçəldək bütün İslam alimləri yekdilliklə Quranın buyurduqlarını desinlər və həvayi-nəfsin istəklərinə tabe olmasınlar, təəssübü idraka qatmasınlar.
    "Birliyin" həqiqi mənası Quranda olan bir sıra həqiqətlərə göz yumaraq onu ayaq altına salmaq deyildir. Məsələn, Həzrət Əlini ev dustağı edərək, Müaviyə kimi mənfur və yaramaz şəxsi müsəlmanların "dayısı" hesab etmək, Quranın hökmü ilə hər növ eybdən, günahdan, batini və zahiri çirkinliklərdən pak və məsum olan, Allah tərəfindən Onun yer üzündəki nümayəndələri, dini işlərin qəyyumu, bütün ümmətin və müsəlmanların ixtiyar sahibi təyin edilən şəxsləri nəzərə almayıb "birlik xatirinə hələlik bu ayələrdə bəyan edilən pak və məsum şəxsləri kənara qoyaq" demək və bunun müqabilində də ləyaqətsiz, şəxsiyyətsiz insanları (həmin məqsədlə) böyük bir şəxsiyyətə çevirib eyblərini gizlətmək, layiq olmadıqları gözəl sifətlərlə vəsf etmək və s. kimi işlər Quranın ümdə məramlarının bir qismini nəzərə almamaq deməkdir. Qurani-Kərimin əsas mətləblərini kənara qoymaq olarmı?! Məgər "bu gündən etibarən müsəlmanların birliyi naminə Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in sair peyğəmbərlərdən üstün, yaxud onların sonuncusu olmasını inkar etmək lazımdır!" deyə iddia etmək olarmı?! Məgər birlik xatirinə "fəzzələllahul-mucahidinə" ayəsini inkar edərək cihada getməyənləri mücahidlərdən üstün və ya onlarla eyni bir məqamda olmalarını iddia edə bilərikmi?!!
    Məgər "zikr əhlini" kənara qoyub, cahilləri və nadanları İslamın rəhbəri bilmək və
    قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَ الَّذِينَ لاَ يَعْلَمُونَ
    ayəsini unutmaq mümkün olan işdir?!
    Bu cür fikirlər cəhalətlə yanaşı olan fikir olub, fəzilətləri tapdalamaq və Quranın yüksək hədəflərinin, ali məramlarının bir qismini sarsıtmaq deməkdir.
    İnsaniyyətin düşməni olan cəlladların, İslamın təhlükəli düşmənlərinin, müsəlmanların qanını zəli kimi soranların və İslamın həyatını ciddi şəkildə təhdid edən yadellilərin qarşısında "islami birlik" vacibdir. Müsəlmanların arasında ünsiyyət və qarşılıqlı anlaşma, vəhdət və birlik yaratmaq, çox da əhəmiyyət kəsb etməyən bəzi ixtilaflarda güzəştə getmək, hamılıqla Allahın sarsılmaz ipi olan Qurani Məcidə sarılmaq və hər növ təfriqəçilikdən uzaq olmaq səhih bir fikirdir. Amma bu fikir təkcə şiələrə aid edilməməlidir bizim din qardaşlarımız olan sünnü alimləri də özlərinin yersiz və cəhalət üzündən olan təəssüblərindən əl çəkməlidirlər. Mühibbuddin Xətibi və Əhməd Əmin kimi təəssübkeş "alimlər" haqq və pak olan şiə məzhəbinə yağdırdıqları iftiralardan, təhriflərdən və töhmətlərdən əl çəkməlidirlər.
    QURAN VƏ YƏHUDİ ALİMLƏRİ
    Quranın yəhudi alimləri haqqında ürək kövrəldən naləsi bəzi İslam alimlərinə aid edilməməlidir:
    اَفَتَطْمَعُونَ اَنْ يُؤْمِنُوا لَكُمْ وَ قَدْ كاَنَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ ماَعَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ
    "(Ey müsəlmanlar!) Yoxsa istəyirsiniz ki, onlar (yəhudilər) sizə iman gətirsinlər?! Halbuki onlardan bəziləri Allah kəlamını eşidib dərk etdikdən sonra bilə-bilə onu təhrif edirlər." (Bəqərə surəsi, ayə 5)
    Bu şərif ayədən məlum olur ki, yəhudi alimləri Allah kəlamını eşidir, onun haqq olmasını dərk edir, amma bilərəkdən haqqı təhrif edib, həqiqətləri tərsinə qələmə verirlər. Bəzi İslam alimləri gərək yəhudi alimləri kimi olmasınlar, həqiqəti danmasınlar. Əgər qərəzçilik və təəssübkeşlik kənara qoyulmasa, həqiqətlər tərsinə cilvələndirilməsə "birlik" fikrində olmaq xam xəyaldan, puç arzudan başqa bir şey olmayacaqdır. Buna görə də yuxarıdakı ayənin məfhumu bütün müsəlmanlara xatırladılmalıdır.
    BİRLİKDƏN ÜMİDSİZLİK
    Yuxarıdakı ayə müsəlmanları qəflət yuxusundan oyadır, onlara müraciətlə deyir ki, sizin yəhudi alimləri və sair yəhudilərin iman gətirməsi ilə əlaqədar bu cür şiddətli arzularınızın heç bir faydası yoxdur. Onlardan ümidinizi kəsin: onların sözü sizinlə heç vaxt müvafiq olmayacaqdır. Çünki, yəhudi alimləri və onların rəhbərləri Qurandakı həqiqətləri dərk edib, şəhadət verdikdən sonra sizin gözünüzün qabağında inkar edirlər. Bu ayə yəhudilər kimi bəzi millətlərin düz yola gəlməsinin, müsəlmanların onlarla rabitə saxlanmasının qeyri-mümkün olmasının səbəbini onların rəhbərlərinin nadanlıqla yanaşı olan rəftar və əməl tərzində axtarmağın zəruri olduğunu anladır. Bu birlik islami birliyin əldən verilməsi ilə nəticələnə bilər. Çünki o millətlərin rəhbərləri həqiqəti tərsinə cilvələndirmiş, arzu və ümidləri məyusluğa çevirmişlər. Görəsən, bu ayə həvayinəfsə tabe olan bəzi alimlərin yersiz və puç təəssübləri nəticəsində İslam firqələri arasında birlik məsələsinin xam xəyal olduğunu bəyan etmirmi?!
    Quranın təsdiq etdiyi Allah bəndələrinin haqqını tapdalayan bu təəssüblərlə yanaşı, müsəlmanların İslam düşmənləri qarşısında vahid və sıx bir cərgədə birləşməsi necə mümkün ola bilər?!
    Yuxarıdakı ayədən belə nəticə almaq olar ki, müsəlmanların birliyinin ilkin şərti yersiz təəssübləri kənara qoymaq, sağlam idrak əsasında hökm etmək üçün əqlə istinad etməkdir. Biz puç və yersiz təəssüblərlə qarışan nəfsani istəklərə uymamalı, rəyasət və məqam fikrində olmamalı, Quranı düzgün şəkildə dərk etmək fikrində olmalıyıq. Amma təəssüflə, bəzi İslam alimlərinin təlqin etdiyi qeyri-normal təfəkkürlərdən bir neçəsini burada qeyd etmək məcburiyyətindəyik (halbuki onların yüzlərlə nümunəsi vardır).
    Ümidvarıq ki, bu alimlər İslamın müqəddəslərinə mürgüləyən gözlərlə baxıb ona zərbə vurmasınlar, müsəlmanların birləşməsi üçün şərait hazırlasınar.
    Category: Təthir ayəsinin təfsiri | Added by: Islam_Kitabxanasi
    Views: 526 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024