İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Təthir ayəsinin təfsiri

    Təthir ayəsinin təfsiri
    2012-01-02, 8:31 PM
    "AŞDAN İSTİ KASA!"
    Burada "aşdan isti kasa" olan iki dəstə ilə rastlaşırıq ki, Ümmü Sələmənin və Ayişənin öz etirafları ilə "Təthir" ayəsinin onlara şamil olmadığını demələrinə baxmayaraq bu ayənin yalnız Peyğəmbərin zövcələri haqqında nazil olduğunu sübut etməyə və ya onları Ali-əba cərgəsinə salmağa can atırlar.
    Birinci dəstə İslam tarixinin ilk dövrlərində olan Əkrəmə, Müqatil ibni Süleyman və Ürvət ibni Zübeyr kimi bəzi ravilərdir.
    İkinci dəstə isə bəzi sünnü təfsirçiləri və alimlərindən ibarətdir.
    BİRİNCİ DƏSTƏ
    Birinci dəstə bu sözləri Peyğəmbərin özündən, o Həzrətin zövcələrindən və ya yaxın dostlarından rəvayət ünvanı ilə nəql etmirlər, əksinə əsas etibarı ilə bu onların öz şəxsi fikirləridir. Halbuki, adi adamların şəxsi nəzər və rəylərinin heç bir etibarı, dəyəri yoxdur. Onlar hətta yalançılıqla müttəhim olunmasalar da, sözləri başqaları üçün höccət və dəlil ola bilməz. Məsələn, Əkrəmə "Təthir ayəsi yalnız Peyğəmbərin zövcələrinə aiddir!" deyə o qədər israr edir ki, hətta onun sözünü inkar edənlərlə mübahiləyə hazır olduğunu belə bildirir. Bu inadkar və təəssübkeş şəxs küçə-bazarlarda uca səslə qışqırıb deyirdi: "Təthir" ayəsi Peyğəmbərin zövcələri haqqında nazil olmuşdur!"
    Cavabda demək lazımdır ki, görəsən, Əkrəmənin nəzəriyyəsinin etibarlı şəxsiyyətlərin nəzəriyyəsindən nə kimi üstünlüyü var?! O, sözünə istinad ediləsi bir səviyyədə etibarlı adam deyil.
    Ürvət ibni Zübeyr də eynilə Əkrəmə kimidir. Amma Əkrəmə və bu qəbildən olan sair adamlar İbni Abbasın adından "Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmasını da nəql edirlər ki, sünnü alimləri bunu rədd edir. Ümmü Sələmə və Ayişə də Əkrəmə və onun kimilərin sözlərinin tam əksini deyərək onları batil edir. Bununla belə, biz Əkrəmə və onun dostlarının nəql etdiyi rəvayətlərin mənbəsi barədə müəyyən qədər axtarış aparmalıyıq. Buna görə də Əkrəmə və sair kimi şəxslərin bu rəvayəti nəql etməkdə güddükləri məqsədlə qısa da olsa tanış olmaq lazımdır.
    1-ƏKRƏMƏ KİMDİR?
    Əkrəmə İmam Əli (əleyhissalam)-ın barışmaz və qəddar düşmənlərindən biridir. Elə buradan da onun nəzəriyyəsinin İmam Əli (əleyhissalam)-ə qarşı şəxsi ədavət və düşməçilikdən qaynaqlandığını anlamaq olar.
    Seyyid Əllamə Şərəfüddin "Əl-kəlimətul-ğərrau fi təfziliz-Zəhra(əleyhissalam)" kitabında yazır: "Əkrəmə xalqı Əliyyibni Əbitalib (əleyhissalam)-ın düşmənlərinin cəbhəsinə çəkmək, onları İmam Əli (əleyhissalam)-dan uzaqlaşdırmaq, vilayət məqamından ayrı salmaq üçün müntəzəm şəkildə fəaliyyət göstərir və bu yolda əlindən gələni əsirgəmirdi. O, mühüm xəvaric(Xəvaric–Məsum və adil imamın əleyhinə qiyam edən bir tayfadır ki, əsası Siffeyn müharibəsində qoyulmuşdur.) tayfalarından birinin başçısı idi və inanırdı ki, bütün müsəlmanlar kafirdirlər, həqiqi İslam ardıcılları yalnız xəvariclərdir! Xalid ibni İmran nəql edir ki, həcc mövsümündə Əkrəmənin belə dediyini eşitdim: "Əgər həcc mərasimində iştirak edən hacıların hamısını qılıncdan keçirtsəm, həmişəlik arzuma çatmış olaram!" Əkrəmə Quranın mütəşabih ayələri haqqında deyir: "Bu cür ayələri göndərməkdə Allahın məqsədi camaatı zəlalətə salıb azdırmaqdan başqa bir şey deyil!" İbni Abbasın oğlu deyir: "Bu mənfur şəxs (Əkrəmə) atamın adından yalan hədislər nəql edir, saxta rəvayətlər düzəldərək onları atama istinad verirdi." Əbdüllah ibni Haris İbni Abbasın oğlunun yanında Əkrəməni ciddi şəkildə danlayaraq, dedi: "Niyə Allahı nəzərə almırsan və təqvadan qaçırsan?" İbni Müsəyyibdən də nəql edirlər ki, öz qulunu azad edəndən sonra, ona dedi: "Məbada Əkrəmənin öz ağası İbni Abbasın adından yalan danışdığı kimi, sən də mənim adımdan həqiqətin əksinə (yalan) danışasan!"
    Əllamə Şərəfüddinin sözlərindən (onun istinad etdiyi kitablar da sünnü alimləri tərəfindən ravilərin fasiq və ya adil olması barədə yazılan kitablardır) Əkrəmənin həqiqi siması"yalançı, imansız, xain, vicdansız və İmam Əli (əleyhissalam)-ın birinci dərəcəli düşmənlərindən olması aşkar olur.
    Deməli, Əkrəmə "Təthir" ayəsi haqqında öz şəxsi nəzəriyyəsini sübut etməyə can atmaqda İmam Əli (əleyhissalam) ilə düşmənçilikdən başqa bir məqsəd güdmür.
    Əkrəmə əgər bu rəvayəti öz ağası İbni Abbasın adından nəql edirsə, onda bu, elə onun öz ağasının adından yalan danışmaqdakı köhnə xasiyyətidir. Xüsusilə də bunu nəzərə almaq lazımdır ki, İbni Abbasdan çoxlu rəvayət nəql olunub və hamısı da göstərir ki, "Təthir" ayəsi Peyğəmbərin zövcələri haqqında deyildir. O cümlədən, Əhməd ibni Hənbəl mötəbər sənəd əsasında Əmr ibni Məymundan belə nəql edir: "İbni Abbas İmam Əlinin fəzilətlərini etiraf edərək dedi: Allahın Rəsulu öz əbasını əlinə alıb Əli, Fatimə, Həsən və Hüseynin üstünə çəkdi və "Təthir" ayəsini oxudu: "İnnəma yüridullah...".(Ğayətül-məram (Bəhrani) səh.287)
    Bəli, Əkrəmə kimi nadan, Əhli-beyt(əleyhimussalam) düşməni və Qurandan xəbərsiz olan bir adamın sözünə əsla inanmaq olmaz, onun nəql etdiyi rəvayətlərin heç bir dəyəri yoxdur.
    2-MÜQATİL KİMDİR?
    "Təthir" ayəsinin Peyğəmbərin zövcələri barəsində nazil olmasını iddia edən ikinci şəxs Müqatil ibni Süleymandır. Adını qeyd etdiyimiz alim onun barəsində belə yazır: "O da Əmirəl-mömininin qatı və barışmaz düşmənlərindən idi, öz nəzəriyyələrinə haqq qazandırmaq üçün həddindən artıq çalışmış, Əlinin danılmaz fəzilətlərini bacardığı qədər zehnlərdən silmək istəyib. O, etiqad baxımından "müşəbbihə" firqəsindəndir və Allahı insana təşbih edirdi. Əbu Hənifə onun barəsində belə demişdir: "Müqatil təşbihi isbat etmək yolunda ifrata varmış, Pərvərdigarı məxluq kimi təsəvvür etmişdir."
    YERSİZ İDDİA VƏ RÜSVAYÇILIQ
    Müqatil bir dəfə xalqın toplantısında iddia edərək dedi: "Göyün altında, yerin üstündə olan hansı şey barəsində istəyirsinizsə soruşun, cavab verim." Elə bu vaxt bir nəfər ondan soruşdu: "Adəm peyğəmbər Həcc ehramından çıxdıqdan sonra onun başını kim qırxdı?" Müqatil onun cavabını verə bilməyib pərt oldu!
    Amma bu rüsvayçılıqdan sonra, həmin iddianı başqa məclisdə təkrar etdi. Ondan soruşdular: "Qarışqanın həzm orqanları onun zəif bədəninin hansı hissəsində yerləşir?" O, bu dəfə də cavabsız qaldı.
    Müqatil ibni Süleymanın tərcümeyi-halı Əllamə Şərəfüddin tərəfindən bəyan ediləndən sonra, onun "Təthir" ayəsinin Peyğəmbərin zövcələri barəsində nazil olması ilə əlaqədar dediyi sözlərdə də dəqiq mühakimə yürütmək çox asandır. Gərək burada Müqatilə deyək:
    اي مگس عرصه سيمرغ نه جولانگه تست
    عرض خود مي بري و زحمت ما مي دادي
    Ay milçək! Sən ki, simürğün məqamında deyilsən
    Bəs niyə öz abrını töküb, bizi də zəhmətə salırsan?!
    3-ÜRVƏT İBN ZÜBEYR KİMDİR?
    "Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmasını sübut etmək üçün əl-ayağa düşən üçüncü şəxs Ürvət ibni Zübeyrdir. "Qamusür-rical" kitabında onun haqqında belə qeyd olunur:
    "Ürəvət Əli barəsində açıq-aşkar şəkildə nalayiq sözlər deyirdi. O, (Müaviyə ilə) müharibəyə getmək məcburiyyətində qalan Əlini həmişə müharibənin əsl səbəbkarı kimi qələmə verir, ona iftira yağdırırdı. Həyasızlığı o həddə çatmışdı ki, yalandan rəvayət nəql edərək deyirdi ki, Ayişənin belə dediyini eşidib: "Mən Peyğəmbərin yanında idim. Abbas və Əli onun hüzuruna gəldilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onları görən kimi, yavaşca mənə dedi: Bu iki nəfər öləndə İslam dinindən çıxmış olacaqlar!!"
    Bəli, Ürvənin bu cür həyasızlığı onun iftiraçı və İmam Əli (əleyhissalam) ilə barışmaz düşmən olmasını, ona kinküdurət bəslədiyini və savadsızlığını göstərir. Əgər o, "Təthir" ayəsini özü bildiyi kimi təfsir etsə və ya başqalarına aid etsə, onda onun haqqında deyə bilərik ki, Quranın təlatümlü mərifət dəryasından bir damla olsun belə, ona nəsib olmaz ondan qalxan od şöləsi yalnız kin-küdurətdən qaynaqlanar hansısa bir şeyi nisbət versə, böhtan və iftiradan başqa şeydən irəli gəlməz.
    İKİNCİ DƏSTƏ
    Yuxarıda qeyd etdik ki, bəzi sünnü müfəssir və alimləri də "Təthir" ayəsinin yalnız Peyğəmbərin zövcələri haqqında nazil olduğunu, yaxud o Həzrətin yaxın adamları barəsində olsa da zövcələrinə də şamil olduğunu iddia edirlər. Onların cavabında deməliyik ki, Peyğəmbərin zövcələri barəsində olan ayələr nə onların müqəddəratları haqqında Allahın əzəli iradəsindən söz açır, nə də onların fəzilətli olmalarına dəlalət edir. Lakin "Təthir" ayəsi Allahın əzəli iradəsindən söz açaraq "Əhli-beyt" adı ilə tanınmış xüsusi bir dəstənin başqalarından fəzilətli, şərəfli və üstün olmalarını sübut edir. Belə isə hansı dəlilə əsasən, "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə də aid olmasını deyə bilərik? (Bu haqqda şərh veriləcək.)
    Fərz edək ki, "Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmuş ayələrlə yanaşı gəlməsi və cümlə quruluşu bu ayənin onlara da şamil olmasına bir əlamətdir. Lakin bu fərz yalnız cümlə quruluşunun vahid ahəngdə gəlməsindən başqa bir şeyə dəlalət etmir. Həm də bu qərinənin saysız-hesabsız rəvayətlər müqabilində müqavimət etməyə taqəti çatmaz. Halbuki Əhli-beytin yalnız beş nəfərdən ibarət olmasını aşkar bəyan edir və bu ləqəb Peyğəmbərin zövcələrinə aid deyildir. Ümmü Sələmə və şəxsən Ayişənin özü də bunu etiraf etmişlər.
    Əgər sünnü alimləri "Təthir ayəsinin Peyğəmbərin zövcələrinə şamil olduğunu açıq-aşkar göstərən rəvayətlər də vardır" – desələr, cavabında deyərik ki, sizin dediyiniz belə rəvayətləri yalnız Əkrəmə və onun kimiləri nəql edirlər ki, ya öz şəxsi rəy və nəzərlərini irəli sürür, ya da İbni Abbasın adından yalan nəql edirlər, halbuki sizin özünüz də ravilərin adil və ya fasiq olmasını araşdırmaq üçün yazdığınız kitablarda onları yalançı və əqidəsiz adamlar kimi təqdim etmisiniz. Buna görə də vicdanlı bir şəxs yersiz iddialara qapılmamalı, "Təthir" ayəsinin yalnız beş nəfərə–Ali-əbaya aid olmasında şəkk etməməli və Peyğəmbərin zövcələrinin bu böyük feyzdən, Allahın xas mərhəmətindən bəhrələnmədiklərini hökmən qəbul edilməlidir.
    İKİNCİ HİSSƏ
    ƏHLİ-BEYT ƏLEYHİMÜS-SALAMIN VERDİYİ XƏBƏRLƏR
    Bura qədər sünnü təriqi ilə gəlib çatan rəvayətləri oxucuların nəzərinə çatdırdıq. İndi isə şiə təriqi ilə məsum imamlarımızdan nəql olunmuş hədisləri qeyd edirik.
    Dahi şiə mühəddislərinin (hədis alimlərinin) kitablarında bu haqda çoxlu hədislərlə rastlaşırıq. Əvvəldə qeyd etdiyimiz kimi, mühəddis Bəhrani "Ğayətül-məram" kitabında şiə təriqi ilə 34 rəvayət nəql etmişdir. Lakin qısaca da olsa, böyük mühəddis Şeyx Əbdül Əli ibni Cüme Ərusinin (hicrinin 1112-ci ilində vəfat etmişdir) "Nurus-səqəleyn" təfsirindən bir neçə hədisi burada qeyd edirik:
    1-İmam Muhəmməd Baqir (əleyhissalam) "Təthir" ayəsinin şəni-nüzulu haqqında buyurur:
    فِي تَفْسِيرِ عَلِيِّ بْنِ اِبْراهِيمَ وَفِي رَواَيَةِ اَبِي الْجاَرُودِ عَنْ اَبِي جَعْفَرٍ§ فِي قَوْلِ اللهِ عَزَّ وَجَلَّ اِنَّماَ يُرِيدُ اللهُ... قاَلَ نَزَلَتْ هˆˆذِهِ الاَيَةُ فِي رَسُولِ اللهِ(ص)وَعَلِيٍّ بْنِ اَبِي طاَلِبٍ وَ فاَطِمَةََ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ صَلَواَتُ اللهِ عَلَيْهِمْ وَ ذَلِكَ فِي بَيْتِ اُمِّ سَلَمَةَ زَوْجَةِ النَّبِيِّ(ص)فَدَعاَ رَسُولُ اللهِ عَلِيًّا ®اَمِيرَ الْمُؤْمِنِينَ و َفاَطِمَةَ وَ الْحَسَن َ وَالْحُسَيْن صَلَواَتُ اللهِعَلَيْهِمْ ثُمَّ اَلْبَسَهُمْ كِساَءً لَهُ خَبَرِيًّا و َدَخَلَ مَعَهُمْ فِيهِ ثُمَّ قاَلَ اَللّهُمَّ هˆˆؤُلاَءِ اَهْلُ بَيْتِي وَعَدْتَنِي فِيهِمْ ماَ وَعَدْتَنِي اَللّهُمَّ اَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا فَقاَلَتْ اُمُّ سَلَمَةَ وَ اَنَا مَعَهُمْ ياَرَسُولَ اللهِ قاَلَ اِبْشِرِي ياَ اُمَّ سَلَمَةَ فَاِنَّكِ اِليَ خَيْرٍ
    "Bu ayə Peyğəmbər, Fatimə, Əmirəl-möminin, Həsən və Hüseyn (əleyhimussalam)-ın haqqında nazil olmuşdur. Hadisə belə olmuşdu: Əli, Həsən, Hüseyn və Fatimə Peyğəmbərin zövcəsi Ümmü Sələmənin istirahət evində bir yerə toplaşmışdı. Ayə nazil olandan sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybər parçasından olan əbanı onların üstünə çəkdi, sonra özü də əbanın altına girdi və belə dua etdi: "Pərvərdigara! Mənə vədəsini verdiyin Əhli-beyt bu əbanın altındakılardan başqa heç kəs deyil. Pərvərdigara! Bunları napaklıqdan, aludəliklərdən qoru! Bunlara çoxlu-çoxlu paklıq inayət elə!" Ümmü Sələmə Peyğəmbərdən soruşdu: "Ya Rəsuləllah! Bu dua mənə də aiddir?" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Xeyr, amma xoşhal ol ki, sənin də həyatın şərafətli olacaqdır".
    2 "Üyunül-əxbar" kitabının müəllifi yazır:
    فِي عُيُونِ الاَخْباَرِ فِي احْتِجاَجِ اَمِيرِ المُؤمِنِينَ عَلَيْهِ السَّلاَمُ عَلَي النّاَسِ يَوْمَ الشُّوريَ قاَلَ: اُنْشِدُكُم ُ اللهَهَلْ فِيكُمْ اَحَدٌ اَنْزَلَ اللهُ فِيهِ أيَةَ التَّطهِيرِ عَليَ رَسُولِ الله ِ اِنَّماَ يُرِيدُ اللهُ... فَاَخَذَ رَسُولُ اللهِ كِساَءً خَيْبَرِ يًّا فَضَمَنِي فِيهِ وَ فاَطِمَةَ وَ الْحَسَن َ وَ الْحَسَيْنَ ثُمَّ قاَلَ ياَ رَبِّ هؤَلاَءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُم ُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا غَيْرِي قاَلُوا لاَ
    İmam Əliyyibni Əbitalib (əleyhissalam) Ömərin xəlifə seçmək üçün təşkil etdiyi altı nəfərlik şurada Peyğəmbərdən sonra özünün canişin olmasını isbat edərək, buyurdu: "Deyin görək, "Təthir" ayəsi bizdən başqasının barəsində nazil olmuşdurmu? Ayə nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizdən başqa kimi öz əbasının altına yığıb "Pərvərdigara, mənim əhli-beytim bunlardır, onları hər növ çirkinlikdən və aludəlikdən qoru!"-deyə buyurdu?!" Şurada iştirak edənlərin hamısı İmam Əli (əleyhissalam)-ın sözlərini təsdiq edərək "yox, Allaha and olsun ki, sən düz deyirsən!"-dedilər.
    3. Üçüncü xəlifənin dövründə mühacir və ənsarlardan bir dəstə məscidə yığışdılar. İmam Əli (əleyhissalam) onlar üçün söhbət etdi və söhbəti əsnasında "Təthir" ayəsinə toxunaraq buyurdu:
    فِي كِتاَبِ كَماَلِ الدِّينِ وَ تَماَمِ النِّمَةِ بِاِسْناَدِهِ اِليَ سُلَيْمِ بْنِ قَيسٍ الْهِلاَلِيِّ عَنْ اَمِيرِ الْمُؤْمِنِينَ اَنَّهُ قالَ فِي اَثْناَءِ كَلاَمٍ لَهُ فِي جَمْعٍ مِنَ الْمُهاَجِرِينَ وَالاَنْصاَرِ فِي الْمَسْجِدِ اَيّاَمَ خِلاَفَةِ عُثْماَنَ: اَيُّها النّاَسُ اَتَعْلَمُونَ اَنَّ اللهَ عَزَّ وَ جَلَّ اَنزَلَ فِي كِتابِهِ اِنَّما يُرِيدُ اللهُ...فَجَمَعَنِي وَ فَاَطِمَةَ وَ ابنَيَّْ حَسَنًا وَ حُسَينًا وَ اَلْقيَ عَلَيْناََ كِساَءً وَ قاَلَ اللّهُمَّ اِنَّ هؤَُلاَءِ اَهْلُ بَيْتِي وَ لَحْمَتِي يُؤْلِمُنِي ما يُؤلِمُهُم وَ يُحَرِّجُنِي ما يُحَرِّجُهُم فَاَذهِبْ عَنْهُمُ الرِّجسَ وَطَهِّرهُمْ تَطْهِيراً فَقالَتْ اُمُّ سَلَمَةَ وَاَنَا ياَ رَسُولَ اللهِ فَقالَ اَنْتِ اَوْ اِنَّكِ عَليَ خَيْرٍ اِنَّما اُنْزِلَتْ فِيَّ وَ فِي اَخِي وَابْنَتِي وَ فِي تِسْعَةٍ مِنْ وُلْدِ ِابْنِي الْحُسَينِ خاَصَّةً لَيْسَ مَعَناَ فِيهاَ اَحَدٌ غَيْرُناَ فَقاَلُوا ìَّ نَشْهَدُ اَنَّ اُمَّ سَلَمَةَ حَدَّثَتْناَ بِذلِكَ فَسَاَلنا رَسُولَ اللهِ فَحَدَّثَناَ كَماَ حَدَّثَتْناَ اُمُّ سَلَمَةَ رَضِيَ اللهُ عَنْهاَ وَ لكِنَّ اللهَ عَزَّ وَ جَلَّ اَنْزَلَ فِي كِتاَبِهِ لِنَبِيِّهِ اِنَّماَ يُرِيدُ الله...فَكاَنَ عَلِيٌّ وَ الْحَسَنُ وَ الْحُسَيْن ُ وَ فاَطِمَةُ عَلَيْهِمُ السَّلاَمُ فَاَدْخَلَهُمْ رَسُولُ اللهِ تَحْتَ الْكِساَءِ فِي بَيْتِ اَمِّ سَلَمَةَ ثُمَّ قاَلَ: الّلهُمَّ اِنَّ لِكُلِّ نَبِيٍّ اَهْلاً وَ ثِقْلاً وَ هؤَُلاَءِ اَهْلُ بَيْتِي وَ ثِقْلِي فَقاَلَتْ اُمُّ سَلَمَةَ: اَلَسْتُ مِنْ اَهْلِكَø قاَلَ اِنَّكِ اِليَ خَيْرٍ وَ لكِنْ هؤَُلاَءِ اَهْلِي وَ ثِقْلِي اِنَّكِ اِليَ خَيْرٍ ¨ اِنَّكِ عَليَ خَيْرٍ وَ اَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ طَتْهِيرًا
    "Ey camaat! Məgər "Təthir" ayəsi Allahın kitabında nazil olmayıbmı? Məgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Ümmü Sələmənin evində öz əbasını mənim, həyat yoldaşımın və iki övladımın üstünə çəkəndən sonra "Pərvərdigara! Mənim Əhli-beytim bunlardan başqa heç kəs deyil. Bunlar mənim ruhumdur. Onlara verilən əzab-əziyyət mənə verilən əzab-əziyyətdir onlara baş verən çətinlik məni kədərləndirir. Ey Allah, bəla, aludəlik, ruhi iztirab və çətinliyi onlardan uzaq et! Onları tamamilə paklaşdır!"-deyə dua etmədimi? Məgər bu vaxt Ümmü Sələmə ayənin bəyan etdiyi şəxslərdən"Əhli-beytdən olmaq arzusunu etdikdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ona "Xeyr, bu ayə mənim, qadaşım Əlinin, qızım Fatimənin, iki övladım Həsən və Hüseynin haqqındadır..."-deyə buyurmadımı?!"
    Süleym ibni Qeys deyir: Əmirəl-mömininin söhbəti qurtarandan sonra, məsciddə olanların hamısı o Həzrətin sözlərini təsdiq edərək "Ümmü Sələmə də eynilə belə demişdi"-dedilər. Amma biz təkcə onun verdiyi xəbərlə kifayətlənməyib, Peyğəmbərin özündən də soruşduq. o Həzrət, Ümmü Sələmənin sözlərini təsdiqləyərək, onun dediklərini bir daha təkrar etdi.
    4-Əbu Bəsir İmam Sadiq (əleyhissalam)-dan səhihliyində heç bir şəkk-şübhə olmayan bir rəvayət nəql edir. Həmin rəvayətin müddəamız üçün lazım olan hissəsini nəql edirik:
    وَ لكِنَّ اللهَ عَزَّ وَ جَلَّ اَنْزَلَ فِي كِتاَبِهِ لِنَبِيِّهِ اِنَّماَ يُرِيدُ الله...فَكاَنَ عَلِيٌّ وَ الْحَسَنُ وَ الْحُسَيْنُ وَ فاَطِمَةُ عَلَيْهِمُ السَّلاَمُ فَاَدْخَلَهُمْ رَسُولُ اللهِ تَحْتَ الْكِساَءِ فِي بَيْتِ اَمِّ سَلَمَةَ ثُمَّ قاَلَ: ì اِنَّ لِكُلِّ نَبِيٍّ اَهْلاً وَ ثِقْلاً وَهؤَُلاءِ اَهْلُ بَيْتِي وَ ثِقْلِي فَقاَلَتْ اُمُّ سَلَمَةَ: اَلَسْتُ مِنْ اَهْلِكَ؟ قاَلَ اِنَّكِ اِليَ خَيْرٍ وَ لكِنْ هؤَُلاَءِ اَهْلِي وَ ثِقْلِي
    İmam Sadiq (əleyhissalam) buyurur: "Təthir" ayəsi nazil olan vaxt Əli, Fatimə, Həsən və Hüseyn Ümmü Sələmənin evində idilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz əbasını onların üzərinə çəkdi, sonra dedi: "Pərvərdigara! Hər bir peyğəmbər üçün fəzilətli və seçilmiş olan ən yaxın adamları olmuşdur ki, onlar da nübüvvətin əmanətdarı olmuşdur. Mənim də nübüvvətimin əmanətdarı bu dörd nəfərdən ibarət olan Əhli-beytimdən başqa heç kəs deyil." Ümmü Sələmə soruşdu: "Ey Allahın Rəsulu! Təkcə bu dörd nəfərmi?! Mən sənin Əhli-beytindən deyiləm?" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Sənin aqibətin çox yaxşı olacaq. Lakin mənim Əhli-beytim bu dörd nəfərdir."
    HƏDİSLƏRİN MƏZMUNU EYNİDİR
    Birinci hissədə sünnülərin mötəbər kitablarından və eləcə də onların təriqi ilə nəql olunmuş altı hədis, ikinci hissədə isə şiə təriqi ilə nəql olunmuş dörd hədis qeyd olundu. Xoşbəxtlikdən bu iki qrup hədislərin hamısının arasında son dərəcə həmahənglik vardır. İndi isə bu on hədisə istinad edərək, onların məfhumlarını qısa şəkildə də olsa oxucuların nəzərinə çatdırırıq:
    Bu bəhsdə əsas məqsəd olan birinci fayda budur ki, "Təthir" ayəsi Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) ayrıca şəkildə nazil olmuşdur. Amma onun "Əhzab" surəsinin 33-cü ayəsində yerləşdirilməsi Peyğəmbərin zövcələrinin vəzifəsini təyin edən ayənin davamı olmasına heç bir vəch ilə dəlalət etmir.
    İkinci fayda: "Təthir" ayəsi Ümmü Sələmənin evində nazil olmuşdur.
    Üçüncü fayda: Ümmü Sələmə ilə Ayişənin hər ikisi "Təthir" ayəsinin ümumiyyətlə onların haqqında olmadığını etiraf etmişlər üstəlik Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu məsələni onlara təkidlə bəyan etmişdi ki, İslamın müqəddəratını həll edən "Təthir" ayəsinin onlara da şamil olmasını təsəvvür etməsinlər. Onlar bilməlidirlər ki, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zövcəsi olmaq kimi böyük iftixar onlara kifayət edir. Əgər gələcəkdə İslamın müqəddəratını təyin edən işlərə müdaxilə edərək İslama zərbə vurmasalar, onda həmişəlik xoşbəxt olacaqlar.
    Gördüyümüz kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz zövcələri içərisində hamısından artıq iffətli və nəzakətli olan, İslama heç bir zərər vurmayan Ümmü Sələməyə "Sənin aqibətin çox yaxşı olacaq"-deyə buyurdu.
    Dördüncü bəhrə: "Təthir" ayəsi Peyğəmbərin ən fəzilətli zövcəsi və İslam qadını olan Ümmü Sələmənin evində nazil olarkən Peyğəmbərdən əlavə, fəzl və kamal xanədanını təşkil edən dörd nəfər: Əliyyibni Əbi Talib, Fatimeyi Zəhra, Həsən və Hüseyn (əleyhimussalam) da oraəa idi.
    Bu beş nəfərin içində "Təthir" ayəsinin şamil olmadığı yalnız bir nəfər var idi"o da Ümmü Sələmə idi. Lakin Ümmü Sələmə kimi etibarlı bir şəxsin həmin hadisəni görüb başqaları üçün nəql etməsi lazım və vacib idi. Çünki, onun şahidliyi başqalarının bu hadisəni təsdiq etməsində çox təsirlidir.
    Beşinci bəhrə: "Təthir" ayəsi qeyd olunan beş nəfər bir yerə toplaşandan sonra nazil oldu. Ümmü Sələmədən və Əbu Səid Xudridən nəql olunmuş hədislər də aşkar şəkildə göstərir ki, "Təthir" ayəsi yalnız beş nəfər Ali-əba haqqındadır və bunlardan başqa heç kəsə aid deyildir. Məsum İmamlardan nəql olunmuş dörd hədis də bunu bəyan edir.
    Altıncı bəhrə: "Təthir" ayəsi nazil olandan dərhal sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz Əhli-beytini tanıtdırıb belə dua etdi:
    وَ اَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ طَتْهِيرًا
    "Pərvərdigara, bunları napaklıqdan qoru! Və bunları pak et!"
    Bu dua ayənin məzmununu bir növ təkidləndirir ki, gələcəkdə onun bu beş nəfərdən başqasına da aid olmasını güman etməsinlər. Başqa sözlə desək, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) özünün ən yaxın adamlarını əbasının altına yığmaqla böyük və müqəddəs bir hədəfi gerçəkləşdirmək, Əhli-beytin yalnız beş nəfərdən ibarət olduğunu bildirmək istəyir ki, gələcəkdə, yaxud elə ayə nazil olan vaxtda heç kəs "Təthir" ayəsini özünə aid edərək özü üçün yüksək ilahi bir məqam düzəltməsin. Həqiqətdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onları öz əbasının altına yığmaqla Ali-əbanı tanıtdırır, "Təthir" ayəsinin kimlərə aid olduğunu əməli olaraq elan edir. Bununla da kifayətlənməyib "bunlar mənim Əhli-beytimdir"-deyərək daha da təkid edir. Buradan məlum olur ki, bu ayə böyük bir məqsədi izləyir: məqsəd İslamın və müsəlmanların gələcəkdəki həqiqi rəhbərlərini tanıtdırmaqdır.
    Bununla belə bəzilərinin iddia edərək "Ali-əba hadisəsi çox adi və təbii bir hadisə idi, Peyğəmbərin əsas məqsədi dadlı-ləzzətli yeməkdən sonra bir yerə toplaşıb, istirahət etmək idi, amma bu təbii hadisə yavaş-yavaş böyük bir fəzilətə çevrildi və İslamın rəhbərliyini ələ keçirmək üçün istinad nöqtəsi kimi tanındı!"-demələri onların son dərəcə insafsızlığına dəlalət etmirmi və ya ən azı məlumatsızlıqlarını göstərmirmi? Bu cür puç, mənasız və həqiqətdən uzaq olan sözlər qarşısında onlardan soruşmaq lazımdır: Belə bir təbii hadisə uzun illər ərzində yalnız bir dəfə baş veribmi? Görəsən yemək yeyəndən sonra yalnız həmin gün istirahətə ehtiyac duyulubdurmu? Dünyanın hansı yerində bir kəsin ən yaxın adamlarının xüsusi bir formada bir əbanın altında toplaşması adətdir? Təbii bir iş zamanın keçməsi ilə fəzilətə çevrilirmi? Belə bir təbii işin fəzilətə çevrilməsində zamanın təsirli olması necə mümkün ola bilər? Görəsən adi bir iş müsəlmanların rəhbərlik məsələsinin keşməkeşli olduğu həssas anlarda istinad nöqtəsinə çevrilə bilərdimi və İmam Əli (əleyhissalam) çox həssas anlarda adi və təbii bir işə istinad edərək onunla öz fəzilət və ləyaqətini sübut edərdimi? Halbuki, o həzrət öz fəzilət və məqamı barədə belə buyurur:
    يَنْهَدِرُ عَنِّي السَّيْلُ وَ لاَ يَرْقيَ اِلَيَّ الطَّيْرُ
    "Fəzilət və şərəf mənim təlatümlü dərya kimi dalğalanan ruhumdan sel kimi aşıb-daşır, ən uca zirvələrə uçan quşlar mənim yüksək məqamımın zirvəsinə çata bilməzlər!"
    Nə üçün bəziləri gün kimi aydın olan həqiqəti gizlədir, puç xəyallardan ibarət olan qara pərdəni icbari şəkildə onun üstünə çəkərək məlumatsız, sadə insanları həqiqət yolundan azdırır? Məgər xəyaldan qaynaqlanaraq kağız üzərinə yazılan hər bir şey həqiqətdirmi? Belə olan halda haqqın batildən seçilməsində meyar nədir?
    Nə üçün ilk dövrdə məxsus şəxslər üçün bəyan edilən, əməl və sözlə də təkid edilib sübuta yetirilən mühüm bir fəziləti adi və təbii iş kimi cilvələndirirlər?! Bu iş Əhli-beytə zülmü rəva görməkdən başqa bir şeydirmi?!
    Şübhəsiz, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o şəxsləri əbanın altında toplayıb "Haulai Əhlu-beyti" (bunlar mənim Əhli-beytimdir) deməklə isbat edir ki, "Təthir" ayəsi ümumi məfhuma malik deyil və o həzrətin öz zövcələrinə və ya başqa yaxın adamlarına aid olmayacaq. Məhz buna görə də İmam Sadiq (əleyhissalam) buyurur:
    لَوْ سَكَتَ رَسُولُ اللهِ(ص) وَ لَمْ يُبَيِّنْ مَنْ اَهْلُ بَيْتِهِ لَادَّعاَهاَ ألُ فُلاَنٍ وَ ألُ فُلاَنٍ
    "Əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sükut edib, Əhli-beytinin kimlər olduğunu aydınlaşdırmasaydı, ali-filan və ali-filan (yəni başqalarının övladları) "Əhli-beyt bizik, "Təthir" ayəsi bizim barəmizdə nazil olmuşdur"-deyə iddia edərdilər." (Əl-Burhan təfsiri, 3-cü cild.)
    Bunun özü Peyğəmbərin həmin məsələyə son dərəcə diqqət yetirdiyini göstərir. Belə ki, Həzrət sözlə kifayətlənməyib, öz Əhli-beytini yeni və misli görünməmiş bir üslubla tanıtdırmışdır. Hətta bu ayənin Ümmü Sələmənin evində nazil olmasına baxmayaraq, Həzrət öz bəyan və əməli ilə istəmişdir ki, o (Ümmü Sələmə-red.) ilahi inayət dairəsindən çıxsın və xususi ilahi lütf yalnız bu beş nəfərə"Ali-əbaya şamil olsun.
    Yeddinci bəhrə: "Təthir" ayəsinin Həzrət Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-a aid olduğu kimi, Peyğəmbərin özünə də aiddir. Əbil Carudun İmam Baqir (əleyhissalam)-dan, həmçinin Əbu Səid Xudrinin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -dən nəql etdiyi rəvayətlər də məhz bu mənanı göstərir. Bu da gələcəkdə "Əhli-beyt"in mənası haqqında qeyd edəcəyimiz mühüm bir məsələnin həllində bizə kömək edəcək.
    Qeyd olunanların hamısı göstərir ki, "Təthir" ayəsi əvvəlki cümlələrdən ayrıca və müstəqil şəkildə, Ümmü Sələmənin evində və bu beş nəfərin bir yerə yığışdıqları zaman nazil olmuşdur.
    "TƏTHİR" AYƏSİ"XÜSUSİ BİR YERDƏ
    İkinci mühüm məsələ "Təthir" ayəsinin ayrıca nazil olmasına baxmayaraq, nə üçün "Əhzab" surəsinin 33-cü ayəsinin axır hissəsində yerləşdirilməsi ilə əlaqədar idi. Bu mühüm məsələni araşdırmamışdan qabaq gərək sözügedən ayələrin düzülüşünü və quruluşunu, cümlələrin və şərif ayənin tərtib olunma keyfiyyətini mülahizə edək.
    AYƏLƏRİN NƏZMİ
    Şəkk yoxdur ki, Quran ayələri Peyğəmbərin əmri ilə çox gözəl nəzm və xüsusi tərtiblə yığılıb, hazırkı formaya salınmışdır.
    Bu müddəanın isbatı üçün çoxlu şahid vardır. Böyük sünnü və şiə alimləri də bu məsələni etiraf etmişlər. O cümlədən, Şeyx Tusi, Şeyx Səduq, Seyyid Ələmül-Hüda və "Məcməül-bəyan" təfsirinin müəllifini göstərmək olar. Hətta deyə bilərik ki, Quranda heç bir təhrif və dəyişikliyin olmadığına inanan alimlərin təqribən hamısı Qurani-Kərimin Peyğəmbərin dövründə bir yerə yığılaraq yazılmasını qəbul və etiraf etmişlər. Bu mühüm məsələni nəfis təfsir olan "Məcməül-bəyan"da daha geniş və müfəssəl şəkildə görmək olar. Lakin burada bir əsas məsələni qeyd etmək və bir neçə dəlil gətirmək istəyirəm:
    MÜHÜM MƏSƏLƏ
    Quran ayələrində dərindən təfəkkür etməklə məlum olur ki, bu asimani kitab mötəbər bir məbdədən (başlanğıcdan) qaynaqlanır, onun ayələri biri digərindən sonra nazil olaraq müəyyən bir məqsədi izləyir. Belə ki, (istidlal metodunda) hər bir ayə özündən qabaqkı ayə ilə müəyyən qədər əlaqədardır.
    Qurani-Kərim "Həmd" surəsi ilə başlanır. Bu surənin məşhur adlarından biri də "Fatihətül-kitabdır" ki, onun mənası "kitabın başlanğıcı" deməkdir. Bu özü göstərir ki, Quranın həm əvvəli, həm də axırı vardır. Əgər Quran Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dövründə müəyyən tərtiblə yazılmasaydı, onun əvvəlində yerləşdirilən "Həmd" surəsinin "Fatihətül-kitab" adlandırılmasının və Peyğəmbər tərəfindən bu adla tanınmasının mənası olmazdı.
    Quranın "Fatihətül-kitab" surəsi ilə başlanmasının səbəbi budur ki, o, Quranın məzmununu ümumi şəkildə əhatə edir (və sanki onun mündəricatıdır).
    Qurani-Kərim insanları haqqa hidayət etmək və xoşbəxtliyə çatdırmaq üçün iki əsas məsələni bəyan edir: 1-Allaha etiqad 2-Qiyamət gününə inam. Bu iki əsas məsələnin ardınca Qurani-kərim peyğəmbərlərin başına gələn hadisələri və insanların onların haqqa dəvəti qarşısındakı göstərdikləri əksül-əməli bəyan edir və bu məsələyə xüsusi diqqət yetirir. Peyğəmbərlərin dəvətini qəbul edənlər ali-insani dəyərlərə və xoşbəxt yaşayışa, növbənöv ilahi nemətlərə nail olmuşlar. Onların dəvətini qəbul etməyənlər isə, zəlalətə, əbədi bədbəxtliyə düçar olmuş, uçuruma yuvarlanmışlar. "Həmd" surəsi bu kimi əsas mətləblərin və Quranın müqəddəs məqsədlərinin mündəricatını göstərir. Məhz buna görə də Quranın bu surə ilə başlanması daha məqsədə uyğundur. Onun bu surə ilə başlanmasının təsadüfi bir iş olmasını, həmçinin onun sirləri, rəmzləri və dərin mənaları ilə dərindən və hamıdan artıq agah olan Peyğəmbərin göstərişi olmadan bu surə ilə başlanmasını ehtimal vermək olmaz.
    BİRİNCİ DƏLİL:
    Quranın Peyğəmbərin dövründə yazılıb kitab formasına salınmasına dair birinci dəlil "Əl-bəyan" təfsirinin müəllifinin sözüdür. O yazır:
    وَ رَويَ الطَّبَراَنِيُّ وَابْنُ عَساَكِرَ عَنِ الشَّعْبِيِّ قاَلَ: جَمَعَ الْقُرْأنَ عَليَ عَهْدِ رَسُولِ اللهِ سِتَّةٌ مِنَ الاَنْصاَرِ:اُبَيُّ بْنُ كَعْبٍ وَزَيْدُ بْنُ ثاَبِتٍ وَمُعاَذُ بْنُ جَبَلٍ وَاَبُوالدَّرْداَءِ و َسَعْدُ بْنُ عُبَيْدٍ وَاَبُو زَيْدٍ
    Təbərani və ibni Əsakir, Şəbinin belə dediyini nəql edirlər: "Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in dövründə (o Həzrətin köməkçilərindən) 6 nəfər Quranı yığıb kitab halına saldı: Übəyy ibni Kəb, Zeyd ibni Sabit, Məaz ibni Cəbəl, Əbu Dərda, Səd ibni Übeyd və Əbu Zeyd."
    وَ رَويَ قُتاَدَةُ قاَلَ:سَاَلْتُ اَنَسَ بْنَ ماَلِكٍ:مَنْ جَمَعَ الْقُرْأنَ عَليَ عَهْدِ النَّبِيِّ(ص (قاَلَ: اَرْبَعَةٌ كُلُّهُمْ مِنَ الاَنْصاَرِ: اُبَيُّ بْنُ كَعْبٍ وَ سَعْدُ بْنُ جَبَلٍ وَ زَيْدُ بْنُ ثاَبِتٍ وَ اَبُو زَيْدٍ
    Qütadə rəvayət edir ki, Ənəs ibni Malikdən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in dövründə kimlərin Quranı bir yerə yığdığını soruşdular, o dedi: "Hamısı ənsardan olan dörd nəfər: Übəyy ibni Kəb, Səd ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd."
    وَ اَخْرَجَ النِّساَئيُّ بِسَنَدٍ صَحِيحٍ عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ قاَلَ جَمَعْتُ الْقُرْأنَ فَقَرَاْتُ بِهِ كُلَّ لَيْلَةٍ فَبَلَغَ النَّبِيَّ فَقاَلَ اقْرَاْهُ فِي شَهْرٍ
    Nisai səhih sənədlə Əbdüllah ibni Ömərin belə dediyini nəql edir: "Mən Quran ayələrini bir yerə yığdım. Hər axşam onların hamısını bir dəfə oxuyurdum. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bundan xəbər tutandan sonra mənə dedi ki, Quranı bir ayda xətm et (bir gecədə yox)!"
    "Əl-bəyan" təfsirinin müəllifi bu rəvayətlərdən Qurani-kərimin Peyğəmbərin dövründə kitab şəklinə salınmasını nəticə kimi alır. (Əlavə məlumat üçün həmin kitaba müraciət edə bilərsiniz.)
    Bəzi rəvayətlərdə qeyd olunur ki, hər ayə nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vəhyi yazanlara belə buyurardıة "Bu ayə filan surənin filan hissəsində yazılmalıdır."
    Quranın Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zamanında toplanaraq kitab şəklinə salınmasının birinci dəlili, müxtəlif münasibətlərlə əlaqədar varid olan hədis və rəvayətlərdən ("Səqəleyn" hədisi və Peyğəmbərdən nəql olunmuş "Bizdən eşitdiyiniz hər bir hədisi (səhih olub-olmadığını bilmək üçün) Quranla tutuşdurun"-müt.) kəlamından) əlavə, o həzrətin dövründə kitab halına salınmasını göstərən çoxlu rəvayətlərdir:
    فِي تَفْسِيرِ الدُّرُّ الْمَنْثُورِ اَخْرَجَ اَحْمَدُ عَنْ عُثْماَنَ بْنِ اَبِي الْعاَصِ قاَلَ: كُنْتُ عِنْدَ رَسُولِ اللهِ (ص) جاَلِسًا اِذْ شَخَصَ بَصَرُهُ فَقاَلَ: اَتاَنِي جَبْرَئِيلُ فَاَمَرَنِي اَنْ اَضَعَ هذِهِ الاَيَةَ بِهذا الْمَوْضِعِ مِنَ السُّورَةِ: اِنَّ اللهَ يَاْمُرُ بِالْعَدْلِ وَ الاِحْساَنِ اِليَ قَوْلِهِ تَذَكَّرُونَ
    "Əddurrul-mənsur" təfsirində Əhməd, Osman ibni Əbil-asın belə dediyini rəvayət edir: Peyğəmbərin yanında oturmuşdum, mənə buyurdu: Cəbrail mənim yanıma gəldi və dedi: "İnnəllahə yəmuru bil-ədli vəl-ishsan" ayəsini "Nəhl" surəsinin filan hissəsində yaz!" (Əl-mizan təfsiri, 12-ci cild, səh.374)
    Həmçinin, Əhməd Hənbəl, Termizi, Nisai, İbni Həbban, Hakim və Beyhəqi İbni Abbas ilə Osman ibni Əffanın Quranı cəm etməsi haqqında söhbətlərini və İbni Abbasın Osmana etdiyi etirazını bir rəvayətdə nəql edirlər. Bu rəvayətin aşağıdakı cümləsi diqqəti cəlb edir:
    قاَلَ عُثْماَنُ: اِنَّ رَسُولَ اللهِ كاَنَ مِمّاَ يَاْتِي عَلَيْهِ الزَّماَنُ يَنْزِلُ عَلَيْهِ السُّورَةُ ذاَتُ الْعَدَدِ وَ كاَنَ اِذاَ نَزَلَ عَلَيْهِ الشَّيْءُ يَدْعُو بَعْضَ مَنْ يَكْتُبُ عِنْدَهُ فَيَقُولُ: ضَعُوهذاَ فِي السُّرَةِ الَّتِي يُذْكَرُ فِيهاَ كَذاَ وَ كَذاَ
    Osman deyir: Bir müddətdən sonra ayələri müəyyən olan bir surə Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olurdu, o Həzrət vəhyi yazanları öz yanına çağırıb, buyurardıة "Bu ayəni filan surədə və filan mətləbin qeyd olunduğu yerdə yazın." (Əl-bəyan təfsiri, əvvəlinci çap, səh.6)
    Bu rəvayətdən məlum olur ki, Qurani-Kərim Peyğəmbərin dövründə surə-surə idi. Surə, bir-birinin ardınca gələn, xüsusi tərtibə malik olan və "Bismillahir-rəhmanir-rəhim" lə başlanan bir neçə ayəninin məcmusuna deyilir.
    Həmçinin məlum olur ki, nazil olan ayələrin müxtəlif surələrdə və xüsusi yerlərdə yerləşdirilməsi Peyğəmbərin göstərişi ilə olurdu. Buna görə də Peyğəmbərin dövründə həm Quranın surələri müəyyən surətdə yazılmışdı, həm də ayələr o Həzrətin göstərişi ilə surələrdə yerləşdirilmişdi. Bu da göstərir ki, Quranın yazılıb kitab halına salınması məhz Peyğəmbərin nəzarəti ilə olmuşdur.
    Bundan əlavə, Peyğəmbərin namazda oxuduğu surələr də tarixdə və rəvayətlərdə qeyd olunmuşdur. Deməli, surələrin hər biri Peyğəmbərin həyatında müəyyən idi. O həzrətin surələri oxumağın fəziləti haqqında buyurduğu rəvayətlər də bunu təsdiq edir. Quranın özündə də "surə" kəlməsini görə bilərik: "Surətun ənzəlnaha" burada surə dedikdə məqsəd "Nur" surəsidir. Bəzi vaxt Qurani-Kərim kafirləri qorxudub onları mübarizəyə çağıraraq buyurur:"Əgər bacara bilirsinizsə, Quranın surəsi kimi bir surə, yaxud on surə gətirin!"
    Əgər surələr müəyyənləşdirilməsəydi, ayələr pərakəndə vəziyyətdə olub, qarma-qarışıq vərəqlərin və ya dərilərin üstündə yazılsaydı, yaxud qarışıq surətdə əzbərlənib qalsaydı, Qurani-Kərim heç vaxt "Quran surəsi kimi bir və ya on surə gətirin"-deyə buyurmazdı.
    Bu müddəaya dair çoxlu şahid gətirmək olar. Əgər rəvayətlərə və ya böyük təhqiqatçıların sözlərinə diqqət yetirsək hazırda mövcud olan Quranın eyniylə, Peyğəmbərin dövründə kitab formasına salınmış Quran olduğunu görərik. Nümunə üçün böyük şiə alimi Seyyid Mürtəza Ələmül-Hudanın bu haqqda olan maraqlı sözünü oxucuların diqqətinə çatdırırıq.
    Category: Təthir ayəsinin təfsiri | Added by: Islam_Kitabxanasi
    Views: 678 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024