İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Təthir ayəsinin təfsiri

    Təthir ayəsinin təfsiri
    2012-01-02, 8:30 PM
    MƏRHUM SEYYİD MÜRATƏZANIN SÖZÜ
    Dahi şiə müfəssiri və nəfis "Məcməül-bəyan" təfsirinin müəllifi, hicri tarixi ilə 6-cı əsrdə yaşamış böyük alim Şeyx Təbərsi Seyyid Mürtəza Ələmül-Hüdanın Qurani-Kərim və onun bir yerə yığılması haqqında dediyi sözləri nəql edərək deyir: Seyyid Mürtəza bu sözləri "Tərablusiyyat" dakı məsələlərin cavabında bəyan edir və biz burada o sözlərdən ehtiyac duyulan qədərini qeyd edirik: "Hazırkı Quran eynilə Peyğəmbərin dövründə yazılıb kitab formasında salınan Qurandır. Müddəamızın dəlili budur ki, həmin əsrdə Quranı tədris edirdilər və bir dəstəyə Quranı əzbərləmək əmr olunmuşdu. Buna görə də onlar Quranı Peyğəmbərin yanında oxuyurdular. Əbdüllah ibni Məsud və Übəyy ibni Kəb kimi səhabələr dəfələrlə Quranı əvvəldən-axıra qədər Peyğəmbərin yanında oxumuşdular. Deməli, Qurani-Kərim Peyğəmbərin sağlığında pərakəndə halda deyil, kitab formasında olmuşdur. Bunu qəbul etməyən bəzi həşəviyyə və imamiyyə alimlərinin sözlərinin heç bir əsası yoxdur. Çünki onların etimad etdikləri mənbələr məqbul sayılmayan zəif və etibarsız rəvayətlərdir, halbuki, həmin rəvayətlərin müqabilində çoxlu mötəbər sənədli səhih rəvayətlər vardır ki, Quranın məhz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dövründə bir yerə yığılıb kitab halına salındığını göstərir."
    Dahi alim və təhqiqatçı Seyyid Mürtəza bu sözləri min il bundan qabaq buyurmuşdur və onun sözləri bizim üçün mötəbər sənəddir. Çünki o, vahid (təkcə bir nəfərin rəvayət etdiyi) xəbəri, eləcə də etibarlı sayılmayan rəvayətləri qəbul etməməklə eyni zamanda Quranın Peyğəmbər dövründə tənzim olunmasına inanır və bu barədə mötəbər və səhihliyində heç bir şəkk-şübhə olmayan rəvayətlərə istinad edir.
    İKİNCİ DƏLİL
    Quranın Peyğəmbərin dövründə kitab halına salınmasının ikinci dəlili etibarlı olmaqla yanaşı, həm də əql tərəfindən məqbul sayılan bir dəlildir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ayələrin nazil olmasına böyük diqqət yetirir və onları qoruyub-saxlamaq üçün ciddi-cəhdlə çalışırdı. Belə olan halda o Həzrətin, özünün yeganə və əbədi möcüzəsi və bəşəriyyətin axırıncı asimani proqramı olan Müqəddəs Quranı tənzim edib bir yerə yığmaq üçün səhlənkarlıq etməsini və ya bu məsələyə etinasız yanaşmasını əsla demək olmaz.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) "Mən İslam ümməti üçün iki ağır şeyi əmanət qoyub gedirəm"-deyə buyuraraq bu iki əmanətin ən ağırı olan Quranı müsəlmanlara tanıtdırır. Amma bunun mənası o demək deyildir ki, ayələr pərakəndə vəziyyətdə olmuşdur və gələcəkdə kimsə bu ayələri öz istədiyi kimi bir yerə yığıb, öz şəxsi nəzəri, zövqü, fərdi ictihadı ilə hər ayəni istədiyi yerdə yazacaq. Bu işin müsəlmanlara həvalə edilməsi Qurana xələl yetməsinə və onun mühüm həyati vəzifəsinin məhv olmasına səbəb ola bilərdi. Bu kimi inzibatsızlıqların qarşısını almaq Peyğəmbərin vəzifəsi idi. Buna görə də "Peyğəmbərin dövründə Quran kitab formasına salınmamış, bu mühüm vəzifəni Həzrət şəxsən özü yerinə yetirməmiş və onu başqalarının öhdəsinə qoymuşdur" "deyə iddia edənlər əql ilə kəskin müxalifət və onu inkar edirlər.
    Əli (əleyhissalam)-ın vəhy mənbəyindən tam və kamil surətdə bəhrələndiyinə, bütün ayələrin şəni-nüzulunu, nazil olduğu yeri və vaxtı bilməsinə, həmçinin özünün "Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan Quran mənim yanımdadır"-deyə buyurmasına gəldikdə isə, demək lazımdır ki, ki, İmam Əli (əleyhissalam)-ın Quranı toplayıb bir yerə yığması, kitab halına salması düzdür, lakin o Həzrət özünün dediyi Qurana onun məzmununu, nazil olması səbəblərini, onda icmal (yığcam) surətdə olan bütün sirləri və təvilləri əlavə etmişdir. Quran da özünün kamil şərhi ilə yalnız o müqəddəs şəxsin yanında ola bilər. Başqa sözlə desək, Əli (əleyhissalam)-ın yanında olan Quran Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in dövründə tənzim edilərək bir yerə yığılan Quranın şərhidir. Bu şərhlər də Əli (əleyhissalam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -dən öyrəndiyi elmdir. Bu da ilahi əmanət olan "Əlinin müshəfi" dir ki, imamların hər biri digərinə şəxsən (əmanət kimi) təqdim etmiş, onu qoruyub saxlamağa məmur olmuşlar. Hal-hazırda həmin müshəf Qaimi-Ali Mühəmmədin (12-ci İmamımızın) mübarək əlindədir ki, onun hökmlərini dünya miqyasında icra edəcəkdir.
    İMAM ƏLİ (əleyhissalam)-IN ÖZ MÜSHƏFİ HAQQINDA SÖZÜ
    Yuxarıdakı mətləbləri isbat etmək üçün diqqətinizi mərhum Təbərsinin "Ehticac" kitabında qeyd etdiyi bəzi məqamlara cəlb edirik. O kitabda İmam Əli (əleyhissalam)-ın Təlhə ilə bu asimani əmanət haqqındakı söhbətləri müfəssəl surətdə yazılmışdır. Həmin rəvayətin bizə lazım olan hissəsini qeyd edirik. Əmirəl-möminin Əli (əleyhissalam) söhbət əsnasında Təlhəyə buyurdu:
    ياَ طَلْحَةُ اِنَّ كُلَّ أيَةٍ اَنْزَلَهاَ اللهُ جَلَّ وَ عَلاَ عَليَ مُحَمَّدٍ عِنْدِي بِاِمْلاَءِ رَسُولِ اللهِ وَخَطِّ يَدِي وَ تَاْوِيلُ كُلِّ أيَةٍ اَنْزَلَهاَ اللهُ عَليَ مُحَمَّدٍ وَ كُلُّ حَراَمٍ وَ حَلاَلٍ اَوْ حَدٍّ اَوْ حُكْمٍ اَوْ شَيْءٍ يَحْتاَجُ اِلَيْهِ الاُمَّةُ اِليَ يَوْمِ الْقِياَمَةِ مَكْتُوبٌ بِاِمْلاَءِ رَسُولِ اللهِ وَ خَطِّ يَدِي حَتّيَ عَرْشِ الْخَدْشِ. قاَلَ طَلْحَةُ: كُلُّ شَيْءٍ مِنْ صَغِيرٍ اَوْ كَبِيرٍ اَوْ خاَصٍّ اَوْ عاَمٍّ كاَنَ اَوْ يَكُونُ اِليَ يَوْمِ الْقِياَمَةِ فَهُوَ عِنْدَكَ مَكْتُوبٌ قاَلَ: نَعَمْ وَ سِويَ ذَلِكَ¨ اَنَّ رَسُولَ وَ اللهِ(ص) اَسَرَّ اِلَيَّ فِي مَرَضِهِ مِفْتاَحَ اَلْفِ باَبٍ مِنَ الْعِلْمِ يُفْتَحُ مِنْ كُلِّ باَبٍ اَلْفُ باَبٍ ...ثُمَّ قاَلَ طَلْحَةُ فَاَخْبِرْنِي عَمّاَ فِي يَدِكَ مِنَ الْقُرْأنِ وَ تَاْوِيلِهِ و َ عِلْمِ الْحَلاَلِ وَ الْحَراَمِ اِلي َ مَنْ تَدْفَعُهُ وَمَنْ صاَحِبُهُ بَعْدَكَ قاَلَ: اِنَّ الَّذِي اَمَرَنِي رَسُولُ اللهِ(ص) انْ اَدْفَعَهُ اِلَيْهِ وَصِيِّي وَ اَوْليَ النّاَسِ بَعْدِي بِالنّاَسِ ابْنِيَ الْحَسَنُ
    "Ey Təlhə! (Bil və) agah ol ki, hər ayə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -ə nazil olurdusa o Həzrət qiraət edər, mən də yazardım. Həmçinin ayənin təvilini, halal və haramı, hüdudu, vacibatı, müstəhəbbatı, bir sözlə, ümmətinin qiyamətə qədər ehtiyacı olan hər bir şeyi Peyğəmbər buyururdu, mən də yazırdım."
    Təlhə təəccüblənərək o Həzrətdən daha artıq izahat verməsini istədi və dedi: "Siz keçmişdə və gələcəkdə qiyamətə qədər olan bütün cüzi və külli məsələləri, ümumi və xüsusi şeyləri yazmısınız? Həmin kitab da sizin yanınızdadır?"
    İmam Əli (əleyhissalam) buyurdu: "Bəli, sən dediklərindən çox-çox artıq şeylər yazmışıq, hamısını da bilirik. Bu yazıları (elmi) Allahın Rəsulu öz həyatının son anlarında mənə vermişdir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sirlər xəzinəsindən elmin min babının açarını mənə verdi. Hər bir qapıdan min dənə elm qapısı mənim üzümə açıldı."
    Təlhə Həzrət Əlinin yanında olan, Quranın sirləri və təvillərini əhatə edən, Peyğəmbərin tərəfindən ona əmanət çatan bu kitabın yüksək məqamını dərk edib bir az fikrə daldı. O, İslam ümmətinin bu cür əzəmətli elm xəzinəsi haqqında fikirləşəndən sonra yenə soruşdu: "Çox yaxşı, əgər bu kitabın sirlərini hamıya açmaq olmazsa, bəs özündən sonra onu kimə verəcəksən və onu kim öhdəsinə götürəcək?"
    İmam Əli (əleyhissalam) onun cavabında buyurdu: "Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) mənə əmr edib ki, bu kitabı özümdən sonra vəsim və müsəlmanların rəhbəri olan oğlum İmam Həsənə verim."
    Deməli, Əli (əleyhissalam)-ın yanında olan kitabın aşağıdakı xüsusiyyətləri vardır:
    1-Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan hər bir şey İmam Əlinin əli ilə o kitabda yazılmışdır
    2-Hər ayənin təvili (ayələrin batini mənalarının şərhi) həmin kitabdadır
    3-İslam ümmətinin qiyamətə qədər ehtiyac duyduğu bütün hökmlər, halal və haramlar, vacib və müstəhəblər, hüdud (cəza tədbirləri) və s. bu kitabda İmam Əlinin əl yazması ilə mövcuddur və İmam ondakı ilahi göstərişləri elə diqqətlə yazmışdır ki, hətta üzün cızılmasının hökmü belə unudulmamışdır.
    4-Bu kitab hamının ixtiyarında qoyulmamalı, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in əmri ilə əvvəlcə öz vəsisi (canişini) İmam Əli (əleyhissalam)-ın əlində olmalıdır. O Həzrət də özündən sonrakı vəsisinə"İmam Həsənə tapşırmalıdır. Bu tərtiblə imamlarımız o kitabı bir-birinə tapşıraraq axırda 12-ci İmamımıza çatdırmalıdırlar.
    Bütün bu xüsusiyyətlərlə yanaşı o kitabın hamısının Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan həqiqi Quran olduğunu demək olarmı? Əli (əleyhissalam)-ın sözünə əsasən bunun cavabı mənfidir. Çünki, o kitabda bütün hökmlər"istər ümumi, istərsə də xüsusi istər incə və cüzi, istərsə də külli və ümumi hökmlər müfəssəl surətdə yazılmışdır. O kitabda təkcə ayələr deyil, həm də onların təvili yazılmışdır, məhz buna görə də əmanət kimi ilahi övsiyanın (canişinlərin) əllərində qalmalıdır ki, İslamın bütün sirlərindən və onun səmərəli nəticələrindən agah olalar.
    Buna görə də İmam Əli (əleyhissalam)-ın cəm etdiyi kitabın yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in qəlbinə nazil olan ayələr-dən ibarət olduğunu deyə bilmərik. Çünki o həzrətin cəm etdiyi kitabda ayələrin təvili də vardır, təvil də ayənin özündən tamamilə başqa bir şeydir.
    Peyğəmbər Quranı müsəlmanlar üçün oxuyub onlara öyrətdiyi kimi, Qurani-Kərim xalqın hamısının ixti-yarında qoyulmaldırı. Quranın özü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -ə əmr verir ki, onu hamıya öyrətsin:
    يُعَلِّمُهُمُ الْكِتاَبَ وَ الْحِكْمَةَ
    Halbuki, İmam Əlinin (əleyhissalam) cəm etdiyi kitab yalnız imamlarımızın yanında əmanət olmalıdır.
    DƏLİLLƏRİN XÜLASƏSİ
    Qeyd olundu ki, vəhyi yazanlar Qurani-Kərimi elə Peyğəmbərin dövründə və o Həzrətin şəxsi göstərişi və nəzarəti ilə cəm etmişlər. Bundan əlavə, Quranı bir yerə yığıb kitab şəklinə salanın Peyğəmbər olduğunu və onun sağlığında bir yerə yığıldığını sübut edən təhqiqatçıların haqlı olmaları da aydın oldu. Bu Quran Əmirəl-möminin Əli (əleyhissalam)-ın kitabından fərqli olduğuna görə, təbiidir ki, indiki Quran da elə Peyğəmbərin dövründə bir yerə yığılan Qurandır. Buna görə də hər bir surə özünün bütün ayələri ilə, eynilə Peyğəmbərin dövründə olduğu kimi tərtibə salınmışdır, hər bir surənin bütün ayələri də eynilə həmin dövrdəki kimidir.
    Bu izahlardan məlum olur ki, "Təthir" ayəsi "Əhzab" surəsinin 33-cü ayəsində olmalıdır və onun həmin yerdə yerləşdirilməsi Peyğəmbərin göstərişi ilə olmuşdur. Habelə bu ayə, müstəqil olmasına baxmayaraq, 33-cü ayənin bir hissəsindən olmalıdır.
    SUAL
    Bu dəlillər bizi, Quranın Peyğəmbərin dövründə bir yerdə yığılması ilə əlaqədar qane edir. Lakin belə bir sual qarşıya çıxır: İndiki Quran eynilə Peyğəmbərin dövründə olan Qurandırmı? Bu uzun müddət ərzində ayələrin yerləşdirilməsi baxımından Quranda təhrif baş verməyibmi? İndiki Quranın Osman tərəfindən bir yerə yığılması məşhur bir nəzər deyilmi? Belə olan surətdə dəlillərimiz natamam olur. Çünki Quranın Peyğəmbərin dövründə bir yerə yığılıb kitab formasına salınması fərz edildiyi halda, Osmanın da həmin işi yerinə yetirməsi iddia olunur. Belə isə hansı dəlilə əsasən indiki Quranın Osmanın bir yerə yığdığı Quran deyil, Peyğəmbərin sağlığında və şəx-sən onun özünün bir yerə yığdığı Quran olduğunu deyi-rik?
    CAVAB
    Təhqiqatçıların nəzərində inkarolunmaz bir məsələ-dir ki, Osman yalnız Quran qiraətindəki bəzi ixti-laflı məsələləri həll etmişdir. Həm də bu işi, qeyd olunması məsləhət olmayan bəzi məqsədlərə görə et-mişdir. Osman müsəlmanların arasında Quranın Pey-ğəmbərdən əxz olunan məşhur qiraətini seçdi və Qur-anı o surətə saldı.
    Deməli, Osman elə Peyğəmbərin dövründə bir yerə yığılmış olan Quranı, ixtilaflı qiraətlər arasında məşhur qiraəti seçməklə müsəlmanların arasında rəvac vermişdir. Qiraət fərqləri də həyat və qəbilə mühitlərindən irəli gəlirdi. İmam Əli (əleyhissalam) buyurur: "Osman bu işi bizdən gizli görməmişdir. Biz bu mühüm işə ciddi nəzarət edirdik."(Əl-mizan təfsiri, 12-ci cild, səh. 127 Süveyd ibni Qəflətin rəvayəti.) Buna görə də Osman, Quranı öz istədiyi kimi tərtibə salmadı. Müsəlmanlardan heç kəs bu işə zərrə qədər belə irad tutmamışdır.(Əl-bəyan , birinci çap.)
    Ümumiyyətlə məgər müsəlmanların Quranla möhkəm ünsiyyətdə olduğu və Peyğəmbərin Quranı öz əli ilə bir yerə topladığı bir dövrdə Osmanın onda dəyişiklik yaratması, surələrin və ayələrin yerini dəyişdirməsi mümkün ola bilərdimi?! Halbuki o, Qurana şiddətlə məhəbbət bəsləyən, ona ciddi əhəmiyyət verən bir xalq arasında yaşayırdı. Belə ki, bəziləri
    وَالَّذِينًَ يَكْنُزُونَ الذَّهَبَ وَ الْفِضَّةَ... ayəsinin əvvəlindəki "vav" hərfini çıxarmaq istədikləri zaman Übəyy ibni Kəb irəli gəlib dedi: "Vav hərfini (pozmayın), ayənin əvvəlində yazın! Əks halda bu qılınc ilə öz boynumu vuraram."(Əl-mizan təfsiri, 12-ci cild səh.127)
    Şücaətli və qeyrətli möminlər bu asimani kitabın keşiyində tam ciddiyyətlə dayanır, nəinki Quranın ayə və ya surələrinin yerini dəyişdirməyə, hətta dəyişiklik yaratmaq barədə fikirləşməyə belə, imkan vermirdilər. Xüsusilə, İmam Əli (əleyhissalam) özü bu işə ciddi nəzarət edirdi.
    Bəzi təhqiqatçıların dediyinə görə, Osman bir təq-dirəlayiq, bir də tənqidə layiq iş gördü. Onun təqdi-rəlayiq işi Quran qiraətindəki ixtilafları aradan qaldırmaq, Quranın yazıldığı vərəqləri bir yerə yığmaq və onu müsəlmanların içində məşhur qiraət əsasında yaymaq idi. Onun xoşagəlməz və tənqid olunası işi də bu idi ki, müsəlmanların arasında qalmış başqa Quranları məhv etdi. Onları yandırmaqla aradan aparmasına ehtimal verilir.(Əl-bəyan , 2-ci cild, səh.277) Deməli, Osman Quranı bir yerə toplamaqla təzə bir iş görməmişdi. Əks halda bütün xalq, xüsusilə bu asimani kitabın bütün incəliklərini dəqiqliklə bilən İmam Əli tərəfindən qəbul edilməzdi. Onun gördüyü iş yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in bir yerə yığdığı kitabı səliqə-sahmana salıb gözəlləşdirmək olmuşdur.
    Bu cəhətdən də deməliyik ki, hazırkı Quran elə 1360 il bundan qabaq müsəlmanların əlində olan Qurandır, buna görə də "Təthir" ayəsi Peyğəmbərin zövcələrinin rəftarlarını bəyan edən ayələrlə yanaşı nazil olub və onun yerləşdiyi yer indiki Quranlarda yerləşdiyi yerdir.
    "TƏTHİR" AYƏSİNİN XÜSUSUNDA
    "Təthir" ayəsinin məhz Peyğəmbərin göstərişi ilə xüsusi yerdə yazılaraq "Əhzab" surəsinin 33-cü ayəsinin bir hissəsini təşkil etməsini sübut etmək üçün keçən bəhslərdə geniş surətdə şərh olunan digər bir dəlil də gətirmək olar. "Təthir" ayəsi müstəqil ayə olub xüsusi məqamda nazil olmuşdur. Amma onun başqa bir ayənin içində yerləşdirilərək ikisinin bir ayə kimi hesab olunması bir sirdir ki, vəhyi gətirəndən başqa heç kəs onu dərk edə bilməz. Ayənin əvvəlinin Peyğəmbərin zövcələrinə xitab edilməsini nəzərə aldıqda Quranın bir yerə toplanması camaata həvalə edilsəydi, onlar "vəqərnə fi buyutikunnə" ayəsinin əvvəlindən "və yutəhhirəkum təthira" kəlməsinə qədər hamısını bir ayə hesab edərdilər. Deməli, Quranın indiki yığılma quruluşu və forması göstərir ki, vəhyi gətirən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) özü ona fərman vermişdir. Bunun düzgünlüyünü tezliklə sübut edəcəyik.
    İKİNCİ HİSSƏNİN XÜLASƏSİ
    1-"Təthir" ayəsi müstəqil bir ayə olub Ümmü Sələmənin evində nazil olmuşdur.
    2-Ayə nazil olan zaman Ümmü Sələmənin evində, beş nəfər əbanın altında idi. Ümmü Sələmə isə onlardan kənarda dayanaraq hadisəni müşahidə edirdi. Bu, bütün müsəlman alimlərinin"istər şiə, istərsə də sünnü"arasında danılmaz bir məsələdir. Hətta Peyğəmbərin iki arvadı, yəni Ümmü Sələmə və cavan qadını Ayişə özlərini bu mənəvi və rəhmani feyzdən məhrum qalmalarını etiraf etdilər.
    3-"Kasaları aşdan isti olanlar"ın, yaxud həsəd üzündən od tutub yananların "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə də şamil olmasını, yaxud təkcə onlara şamil olmasını sübut etmək üçün göstərdikləri səylər faydasızdır.
    4-Bəzi inadkar adamlar risalət xanədanı üçün böyük fəzilətin olduğunu qəbul etməklə yanaşı, "Təthir" ayəsinin əbanın altında bir yerə yığışanlara"Ali-əbaya aid olmasını qəbul etmirlər. Onların (Ali-əbanın) dadlı-ləzzətli yemək yeyəndən sonra əba altında bir yerə yığışmasını təbii və adi bir iş hesab edir, zamanın keçməsi ilə bu icmanın fəzilətli bir iş kimi cilvələndiyini iddia edirlər.
    Halbuki "Təthir" ayəsinin Əhli-beytin böyük və mənəvi fəzilətə, ictimaiyyətdə yüksək məqama malik olduqlarını bildirməsi və həssas əhəmiyyətə malik olan rəhbərlik üçün nəzərdə tutulmaları sübut olundu. Əbanın altında bir yerə yığışmaq da bir növ yaranacaq şübhəni aradan qaldırmaq üçün idi. Çünki zamanın keçməsi ilə bəzi adamların "Təthir" ayəsindəki fəziləti özlərinə və ya başqalarına aid etmələri mümkün idi. Həqiqətdə bu əməl Əhli-beytin müqəddəs vücudlarını açıq-aşkar tanıtdırmaq istəyən bir üslub idi ki, başqaları bu barədə şəkk-şübhəyə düşməsinlər və ya onu inkar etməsinlər.
    Əbanın altında bir yerə yığışmağın "Qədir Xum" hadisəsinə çox oxşarlığı vardır. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Qədir Xum" adlı yerdə Əlinin əlindən tutub qaldıraraq onu özündən sonra müsəlmanların rəhbəri elan etdi.
    5-Qurani-kərim dəqiq tənzim olunmuş bir kitabdır ki, "Həmd" surəsi ilə başlanır. Onun bir yerə yığılması Peyğəmbərin dövründə tamamlanmış, onda heç bir dəyişiklik və təhrifə yol verilməmişdir. Hər bir ayə Peyğəmbərin dövründə necə tənzim olunmuşdursa, hal-hazırda da olduğu kimi öz yerində qalmışdır.
    6-Buna əsasən "Təthir" ayəsi "Əhzab" surəsində, Peyğəmbərin zövcələrinin rəftarlarını bəyan etmək üçün nazil olan ayələrlə yanaşı olmalıdır. Bu ayənin yerləşdirilməsi isə, Peyğəmbərin zövcələrinin şəxsi və ictimai vəzifələri təyin olunandan sonra "Əhzab" surəsinin 33-cü ayəsinin axır hissəsində "vəqərnə fi buyutikunnə" cümləsi ilə bir yerdə yerləşdirilmişdir.
    AYƏLƏRİN QARŞILIQLI MÜNASİBƏTİ
    Ayələrdəki dəqiq nəzmdən onlarda İslamın gələcək müqəddəratını təyin edən, aydınlaşdıran proqramın cilvələndiyi məlum olur. Qurani-Kərim onu Peyğəmbərin ən istəkli adamları üçün tənzim etmişdir. Əgər həmin proqram əməli olaraq həyata keçirilsəydi, İslam dini sürətlə yayılar, dünya səviyyəsində öz yerini tutardı. Bu halda asimani kitab öz nuru ilə bütün kainatı nura qərq edə bilərdi.
    Bu proqram keçən bəhslərdə də qeyd olundu. Dəqiq araşdırmalar aparsaq, bu ayələrin məcmusunun Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üçün böyük bir ailə nəzərdə tutaraq onlara xitab etdiyini aydın şəkildə görərik. Belə ki, bu ailənin geniş fəzasında həm Peyğəmbərin zövcələri, həm o Həzrətin qızı və oğlanları, həm də kürəkəni İmam Əli üzvdür. Amma Quran bu böyük ailəni iki dəstəyə bölür: Birinci dəstə Peyğəmbərin zövcələridir. Lakin onlara "Peyğəmbərin Əhli-beyti" ləqəbi verilməmişdir, onlara, yalnız öz yaşadıqları evlə əlaqədar xitab olunur (fi buyutikunnə, yəni öz evlərinizdə). İkinci dəstə isə اَهْلُ الْبَيْتِ "Əhli beyt"dir. Qeyd olundu ki, bu dəstənin üzvləri başda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) olmaqla beş nəfərdən ibarətdir.
    BİRİNCİ DƏSTƏNİN PROQRAMI
    Birinci dəstənin səadətə çatıb xoşbəxt olması, İslamın birliyi və müqəddəratı barəsindəki proqramları üç şeydən ibarədir:
    1-Dünyanın zahiri və aldadıcı bər-bəzəklərinə, qızıl-gümüşünə ürək bağlamasınlar. Əks halda "Peyğəmbərin zövcəsi olmaq" kimi iftixarı əldən vermiş olacaqlar.
    2-Allaha ürək bağlayıb Onun qarşısında ixlaslarını göstərsinlər və yalnız Peyğəmbərin istəklərinə qulaq assınlar. Əgər buna əməl etsələr, böyük savaba nail olacaqlar.
    3-Pis və nalayiq əməllərdən, rüsvayçı işlərdən və münkəratdan uzaq olmalıdırlar.
    4-Alçaq və mənfur niyyətli insanların məkr və hiyləsindən amanda qalmaq üçün özlərini yad kişilərdən qorumalı, kişilərlə qaynayıb-qarışmamalı, naməhrəm bir kəslə danışmaq lazım gələrsə özlərinin danışıq tərzinə diqqət yetirməlidirlər.
    5-Layiqli və mənalı söz danışmalı, kobudluqdan uzaq olmalıdırlar.
    6-Cahiliyyət dövrünün qadınlarına məxsus olan bəzəklərdən qorunmalı, yadlardan amanda qalmaq üçün küçələrə baxan otaqlarda yaşamamalıdırlar.(Təbərrəcnə felinin kökü bəlkə də farsca olan bürc sözündən alınmışdır, bu halda ayənin mənası belə olar ki, küçələrə baxan otaqlardan )
    7-Evdə qalıb lazımsız gəzintilərdən uzaq olmalı və İslamın əsaslı və mühüm işlərinə dəxalət etməməlidirlər.
    Bunların hamısı Peyğəmbərin zövcələrinin proqramını bəyan edən ayələrdən nəticə kimi alınır. Axırıncı ayədə də bu proqramın icra olunmasına böyük əhəmiyyət verilir ki, azacıq qəflətə və səhlənkarlığa yol verilməsin. Peyğəmbərin onlara "Allahın ayələri" ünvanı ilə öyrətdiyi təlimləri və onların məsləhətinə olan tövsiyələri yaddan çıxartmasınlar. Belə ki, Qurani-Kərim buyurur:
    وَاذْكُرْنَ ماَ يُتْليَ فِي بُيُوتِكُنَّ مِنْ أياَتِ اللهِ وَ الْحِكْمَةِ اِنَّ اللهَ كاَنَ لَطِيفًا خَبِيرًا
    "Və (Peyğəmbərin zövcələri) شərək onların evlərində tilavət olunan ilahi ayələri və hikməti yad etsinlər. Həqiqətən Allah lütf (mərhəmət) sahibi və hər şeydən xəbərdardır."
    İKİNCİ DƏSTƏNİN İMTİYAZLARI
    Peyğəmbərin böyük ailəsinin ikinci qismi Əhli-beytdir.
    Ayələrin heç biri birinci dəstənin Əhli-beytdən olmasına dəlalət etmir, sadəcə olaraq onların evlərini özlərinə nisbət verir. Bu mühüm məsələ iki ayədə xatırladılır: birincisi "vəqərnə fi buyutikunnə", ikincisi isə "vəzkurnə ma yutla fi buyutikunnə".
    Bu təbir bəlkə də ona görədir ki, Peyğəmbərin zövcələrinin İslamın gələcəyində heç bir xüsusi rolu olmayacağını, onların yalnız Peyğəmbərin zövcəsi olmaq iftixarına malik olmasını çatdırsın ki, onlar, əməl etməyə vəzifəli olduqları proqramı nəzərə alaraq öz evlərinin həddi-hüdudunu qorusunlar, bilsinlər ki, İslamın mühüm işlərinə müdaxilə etməyə vəzifəli deyillər. Hətta əgər Allah tərəfindən təyin olunmuş proqrama əməl etməsələr "Peyğəmbərin zövcəsi olmaq" iftixarından da məhrum olacaqlar.
    Zeyd ibni Suhan Ayişəyə belə bir məktub yazmışdıة "Ayişə! Sən o vaxt möminlərin anasısan ki, "vəqərnə fi buyutikunnə" ayəsinin hökmünə əməl edəsən. Əgər əməl etməsən, bu iftixar və şərəfi əldən vermiş olacaqsan və bu zaman məni öz düşmənlərin cərgəsində görə bilərsən."
    Ümmü Sələmə də bir məktubda Ayişəyə xatırlatdı ki, "ehtiyatlı ol ki, Allahın Rəsulunun hərəminə zərbə vurmayasan. Öz evində otur və zövcə olmaq iftixarını əlindən vermə!"
    Amma ikinci dəstəyə gəldikdə isə, onların öhdəsinə böyük məsuliyyət"İslamı qorumaq və müsəlmanların rəhbərliyini öhdəsinə almaq kimi məsuliyyət vardır. Peyğəmbərin zövcələri evdaxili vəzifələri yerinə yetirib onlara riayət etməkdə, özlərini şəhvət çirkinliklərindən, ruhi-mənəvi aludəliklərdən qoruyub-saxlamaqda azaddırlar və bu kimi məsələlər onların öz iradə və istəklərindən asılıdır. Əlbəttə, Allahın əmrlərinə tabe olub qadağan etdiyi şeylərdən çəkinməli və heç vaxt düz yoldan çıxmamalıdırlar.
    Lakin Əhli-beytin pak-pakizə olmasını Allah-Taalanın Özü iradə etmişdir, Onun iradə və istəyi belə olmuşdur ki, onları pis əməllərdən saxlasın, hətta həvayi-nəfsin ətrafına belə yaxın düşməsinlər. Allahın Əhli-beytə olan inayəti bu olmuşdur ki, onları ruhi xəstəliklərdən uzaq etsin və onların geniş qəlblərini batini çirkinliklərdən qorusun ki, onların pak-pakizə ruhları zəhərli hücumlara məruz qalmasın, İslamın rəhbərliyini qorumaq yolunda səbirli sinələrinə xəsarət dəyməsin.
    Peyğəmbərin zövcələri haqqında olan ayələr onların yüksək fəzilətə malik olmalarını, fəzilətin fövqündə dayanmalarını əsla sübut etmir. Amma "Təthir" ayəsin-də bir neçə seçilmiş insanın yüksək fəziləti hiss olunur və ayə bu fəziləti yalnız həmin insanlara həsr edir. Bu, hansısa bir şeyin yalnız bir şəxsə həsr olunduğunu bildirən "innəma اِنَّماََ kəlməsindən başa düşülür. Həmçinin "ənkum عَنْكُمَْ kəlməsinin "Əhləl-beyt" sözündən qabağa gəlməsi və "əhlə اَهْلََ kəlməsinin mənsub (fəthəli) olması bu işin yalnız onlara məxsus olmasını bildirir (ərəb dilində bu sintaktik qaydaya "ixtisas" deyilir-müt.). Ayənin mənası belə olur ki, Allah-Taala bütün ruhi eybəcərlikləri, günahları və çirkin əməlləri Peyğəmbərin zövcələrindən deyil, yalnız siz Əhli-beytdən uzaq etmiş və yalnız sizi paklaşdırmışdır.
    "Təthir" ayəsinin başqa ayələrin arasında gəlməsindən gözəl şəkildə başa düşülür ki, ilahi inayət və lütf Peyğəmbərin zövcələrinə şamil olmamışdır, amma Əhli-beyt(əleyhimussalam) haqqında belə deyil. Çünki ayələrin məzmunundan belə məlum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri üçün günah, çirkin əməllər, o həzrətə qarşı itaətsizlik, evdən çölə çıxmaq və yersiz dəxalətlər mümkündür, lakin bu işlər Əhli-beyt(əleyhimussalam) üçün əsla mümkün deyil, çünki Allah-Taala onlara (Əhli-beytə) mələkuti, günahdan pak-pakizə olan bir ruh bəxş etmişdir.
    Quranın aşkar buyurduğuna görə Peyğəmbərin zövcələri səadət, yaxud bədbəxtlik yolunu seçməkdə tam azaddırlar. Lakin Pərvərdigarın rəhməti, Ruhul-qüdsün feyzi, qeybdən gələn nəsim dalğaları yalnız Əhli-beytə şamil olmuşdur ki, bir kəs ki, onların Peyğəmbərin zövcələri kimi, istədikləri kimi hərəkət etməkdə azad olmalarını güman etməsin! Xeyr, bu güman batildir və onların ixtiyarı Allah-Taalanın əlindədir. Buna görə də "Təthir" ayəsinin məzmunu o biri ayənin məzmunu ilə tamamilə fərqlidir. Belə olan halda "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə xitab etməsi necə ola bilər?!
    NƏ ÜÇÜN "TƏTHİR" AYƏSİ BURADA YERLƏŞDİRİLMİŞDİR?
    Peyğəmbərin zövcələrinin həyat proqramını bəyan edən bu ayələr onların ləyaqət və ya fəzilətindən söz açmır, onlara başqa bir üstünlük, məziyyət vermir. Bununla yanaşı, bəziləri "Peyğəmbərin bütün qohum-əqrəbası elə bu cür idi" deyə iddia edə bilər. Bu yanlış təsəvvürün dəf edilməsinin ən yaxşı yolu budur ki, Allah-Taala "Təthir" ayəsini həmin ayələrin (Peyğəmbərin zövcələri haqqındakı ayələrin) yanında mötərizə cümləsi şəklində nazil etdi ki, insanlar səhv fikirləşməsinlər. Quranın gözəl söz üslubundan (buna fəsahət və bəlağət deyilir) biri də budur ki, xüsusi bir dəstəyə xitab etdiyi halda, gözlənilmədən sözü dəyişərək başqa bir dəstəyə xitab edir. Məsələn, Peyğəmbərin zövcələri haqqında danışdığı vaxt, sözü dəyişdirib, xüsusi bir dəstə (Əhli-beyt) haqqında söz açır, son dərəcə mətinliklə buyurur ki, Peyğəmbərin bütün qohum-əqrəbası və yaxın adamlarının hamısı eyni səviyyədə deyil, onların ruhiyyələri, əxlaqları, bir sözlə desək, şəxsiyyətləri bir deyil, bir-birindən fərqlənirlər. Əhli-beyt(əleyhimussalam) isə onlardan istisna edilir Əhli-beyt(əleyhimussalam) onların hamısından üstün olub, yüksək məqama malikdir və onların hesabı başqalarından kəskin surətdə fərqlənir. Çünki, Allah Özü Əhli-beyti pak edib, günahdan, Onun qarşısında üsyankarlıqdan qoruyur.
    BU TƏHQİQATDAN MÜHÜM NƏTİCƏLƏR ƏLDƏ EDİLİR
    1-Ayələrin arasında nəzm və tərtib mövcuddur. Bir neçə ayə Peyğəmbərin zövcələri haqqında, "Təthir" ayəsi isə Əhli-beyt(əleyhimussalam) haqqında söz açır.
    2-"Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olan ayələrin axırında gəlməsi böyük məramı, məqsədi izləyir. Bunu da qeyd etmək lazımdır ki, "vəzkurnə ma yutla fi buyutikunnə" ayəsi özündən qabaqkı ayələri bəyan edərək tamamlayır.
    3-"Təthir" ayəsi Peyğəmbərin ən yaxın adamları olan Əhli-beytə böyük diqət yetirərək Allahın onlara xüsusi inayət etdiyini və onların ruhlarının paklığını subut edir.
    4-"Təthir" ayəsi bəzi yanlış fikirləri dəf etmək üçün ayənin axırında gəlmişdir.
    İSTİDRAD VƏ IRAD
    (İstidrad–haqqında bəhs edilən mövzudan başqa bir mövzuya keçib, sonra isə bir daha əvvəlinci mövzuya qayıtmağa deyilir.)
    Əgər "Təthir" ayəsinin başqa ayələr kimi, Peyğəmbərin bütün qohum-əqrəbasına"istər o Həzrətin zövcələrinə, istərsə də başqalarına (Həzrət Əli və onun övladlarına) müraciət etdiyini desək, onda danışıq üslubunda heç bir ziddiyyət qarşıya çıxmır. Amma, əgər "Təthir" ayəsinin xüsusi bir dəstəyə müraciət etdiyini desək, bu vaxt istidrad qarşıya çıxır, bu isə zahirən danışıq üslubun ziddinədir. Çünki adam adətən bir şey haqqında danışdığı zaman sözü axıra çatdırır. Əgər söz əsnasında danışdığı məsələ ilə heç bir əlaqəsi olmayan başqa bir məsələyə toxunsa, danışıq üslubu, yəni fəsahət ilə ziddiyyətə gətirib çıxardır.
    Buna görə də əgər "Təthir" ayəsi Peyğəmbərin qohum-əqrəbasının hamısına xitab etməsə, o, bir-biri ilə tam mütənasib olan ayələrin yanında yad bir ayə kimi nəzərə çarpır. Digər tərəfdən də Qurani-Kərim fəsahət və bəlağətin ən yüksək zirvəsində olduğundan, "Təthir" ayəsinin Peyğəmbərin bütün qohum-əqrəbasına deyil, yalnız Əhli-beytə aid olduğunu deyə bilmərik.
    Bu iradı sünnü alimlərindən bir neçəsi irəli sürüb, "Təthir" ayəsini Peyğəmbərin zövcələrinə də aid etmək üçün məhz buna istinad etmişlər.
    BU İRADIN CAVABI
    Bu iradın cavabında deməliyik ki, "Təthir" ayəsinin xüsusi bir dəstəyə, yəni Əhli-beytə xitab olmasında heç bir şəkk-şübhə yoxdur və bu məsələ kamil şəkildə təhqiq olunub sübuta yetmişdir. Bundan əlavə "Təthir" ayəsinin istidradi olması düzgün fikirdir və bəzi yanlış fikirlərin qarşısını alır.
    "Təthir" ayəsi mötərizə cümləsidir və mötərizə cümləsinin də bəliğ (bəlağətli) və fəsih (söz ustası) olan adamların kəlamında danışıq üslubu ilə ziddiyyəti yoxdur. Biz də Quranın fəsahət və bəlağətin ən uca zirvəsində olmasına inanırıq. Quran da "Təthir" ayəsi kimi başqa ayələrdə də mötərizə cümlələrini işlədir. Həmin ayələrdən bəzilərini burada qeyd edirik:
    فَلَمّاَ رَاَي قَمِيصَهُ قُدَّ مِنْ دُبُرٍ قاَلَ اِنَّهُ مِنْ كَيْدِكُنَّ اِنَّ كَيْدَكُنَّ عَظِيمٌ يُوسُفُ اَعْرِضْ عَنْ هذاَ وَاسْتَغْفِرِي لِذَنْبِكِ اِنَّكِ كُنْتِ مِنَ الْخاَطِئيِنَ
    "Misrin padşahı Yusifin köynəyinin arxadan cırıldığını gördükdə, başa düşdü ki, xəyanət edən Züleyxadır. Padşah dedi: "Bu cür xaincəsinə iş yalnız qadınların hiyləsidir. Siz qadınlar çox hiyləgərsiniz. Yusif, sən onu bağışla! Sən, Züleyxa, Allahdan istə ki, günahını bağışlasın! Lakin, Züleyxa, bil ki, sən xətakar insanlardansan." (Yusif surəsi ayə…28 və 29)
    Bu ayədə söz qadınların məkrli və hiyləgər olmasından başlanır və Züleyxanın günahkar olması bəyan edilməklə sona çatır. Amma bunların arasında mötərizə cümləsi də görünür: Yusif, sən onu bağışla!
    قاَلَتْ اِنَّ الْمُلُوكَ اِذاَ دَخَلُوا قَرْيَةً اَفْسَدُوهاَ وَ جَعَلُوا اَعِزَّةَ اَهْلِهاَ اَذِلَّةً وَ كَذاَلِكَ يَفْعَلُونَ وَ اِنِّي مُرْسِلَةٌ اِلَيْهِمْ بِهَدِيَّةٍ فَناَظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ
    "Bilqeys (Süleymandan məktub alandan sonra) öz müşavirlərinə dedi: Padşahlar hər şəhərə شirsələr, oranı darmadağın, yerlə yeksan edər və qüdrətli xalqları zəlil edərlər. (Allah burada Özü buyurur:) Düzdür, padşahlar bu cür iş görürlər. Mən Süleyman və onun ətrafındakıların yanına nümayəndə və hədiyyə göndərəcəyəm, görüm onlar haqqında mənə nə xəbər gətirəcəklər?" (Nəml surəsi, ayə…34 və 35)
    Bu ayədə sözün əvvəli və axırı Bilqeys haqqındadır. Lakin ayənin ortasındakı Allahın sözü "və kəzalikə yəfəlun" düzdür, padşahlar bu cür iş görürlərَ cümləsi mötərizə cümləsidir.
    ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذاَلِكَ فَهِيَ كَالْحِجاَرَةِ اَوْ اَشَدُّ قَسْوَةً وَ اِنَّ مِنَ الْحِجاَرَةِ لَماَ يَتَفَجَّرُ مِنْهُ الاَنْهاَرُ وَ اِنَّ مِنْهاَ لَماَ يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْماَءُ وَ اِنَّ مِنْهاَ لَماَ يَهْبِطُ مِنْ خَشْيَةِ اللهِ وَماَ اللهُ بِغاَفِلٍ عَمّاَ تَعْمَلُونَ اَفَتَطْمَعُونَ اَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كاَنَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِماَ عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ وَاِذاَ لَقُوا الَّذِينَ أمَنُوا قاَلُوا أمَنّاَ وَ اِذاَ خَلاَ بَعْضُهُمْ اِليَ بَعْضٍ قاَلُوا اَتُحَدِّثُونَهُمْ بِماَ فَتَحَ اللهُ عَلَيْكُمْ لِيُحاَجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ اَفَلاَ تَعْقِلُونَ
    "O əməllərinizdən sonra, sizin"ey yəhudi xalqı"ürəkləriniz qəsavət bağladı. Sizin ürəkləriniz daş kimidir, yaxud daşdan da bərkdir. Çünki bəzi daşlardan arxlar axır, bəzi daşlar isə Allahın qorxusundan parça-parça olurlar. Allah gördüyünüz işlərdən xəbərsiz deyil. Aya siz müsəlmanlar, bu yəhudi xalqının (bu cür daşürəkliliklə) sizin dinə iman gətirmələrini gözləyirsiniz? Halbuki, yəhudilərdən bir dəstəsi Allahın kəlamını eşidir, onu düzgün və dərindən başa düşür və bunların hamısının Allah kəlamı olduğunu bilə-bilə onu təhrif edir (artırıb-azaldır), həqiqətin üstünü örtmək, onu tərsinə cilvələndirmək üçün çalışırlar. Onlar müsəlmanlarla görüşəndə yalandan "biz iman gətirmişik"-deyirlər, amma bir-biri ilə xəlvətdə görüşdükləri zaman rəhbərlərinə etiraz edərək deyirlər ki, nə üçün Tövratdakı gizli sirləri (müsəlmanların və İslam dininin haqq olmasını sübut edən sirləri-müt.) müsəlmanlar üçün açıb deyirsiniz? Bu işiniz müsəlmanların Allahın yanında öz sözlərinizlə sizi məhkum etmələrinə səbəb olur. Məgər ağlınız yoxdur ki, bu cür gözlənilməz işlər görürsünüz?!" (Bəqərə surəsi, ayə…73, 74, 75)
    Bu ayələr yəhudilərin mənfur ruhi səciyyələrini, daş ürəkli olmasını bəyan etməklə başlayır və yəhudilərin öz rəhbərlərinə etiraz etmələrini bəyan etməklə qurtarır. Amma Allah bu ayələrin əsnasında mötərizə cümləsi şəklində müsəlmanlara buyurur ki, yəhudilərdən ümidinizi kəsin, onların iman gətirməsini heç vaxt gözləməyin.
    Bəli, Qurani-Kərim öz fəsahət və bəlağətinin yüksək zirvəsində sözə başlayır. İstidradi cümlələri, cümlənin əvvəli və axırı ilə heç bir əlaqəsi olmayan mötərizə cümlələrini gətirərək öz ali məqsədlərini ifadə edir. Yuxarıda qeyd etdiyimiz üç ayə buna canlı misaldır. Yaxşı olar ki, bu kimi mötərizə cümlələrinin məqsədini araşdıraq.
    Category: Təthir ayəsinin təfsiri | Added by: Islam_Kitabxanasi
    Views: 807 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024