İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Təthir ayəsinin təfsiri

    Təthir ayəsinin təfsiri
    2012-01-02, 8:28 PM
    DÖRDÜNCÜ MƏSƏLƏNİN TƏHQİQİ
    Dördüncü məsələdə "Təthir" ayəsindəki "rics" kəlmə-sinin hansı mənaya malik olduğu araşdırılır. Bu kəlmə Quranda 10 dəfə (on ayədə) işlənmişdir. Bu ayələrə diqqət yetirməklə "rics"in mənası tam aydın-laşır. Əlbəttə, "rics" çirkinlik mənasını ifadə edən ümumi mənaya da malikdir. Lakin ruhun çirkin və aludə olmasının müxtəlif səbəbləri vardır. Həmin amilləri də Qurani-Kərim "rics" adlandırır. Məsələn, "Maidə" surəsinin 90-cı ayəsində şərab, qumar, əzlam və ənsab "rics" adlandırılır və həmin ayədə bu kəlmə qeyd olunan dörd şey barəsində işlənmişdir. Amma həmin dörd şey "ricsi" yaradan amillərdəndir. "Rics" bu dörd amilin yaratdığı əsərdir. "Maidə" surəsinin 90-cı ayəsində buyurulur:
    اِنَّمَا الْخَمْرُ وَ الْمَيْسِرُ وَ الاَنْصاَبُ وَ الاَزْلاَمُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيطاَن فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ِ
    "Şərab, büt, əzlam və ənsab (bir növ qumar alətləridir) ricsdir"şeytan əməlidir. Bu aludəlikdən uzaq olun, bəlkə nicat tapasınız!"
    Həmin surənin 91-ci ayəsində buyurulur:
    اِنَّماَ يُرِيدُ الشَّيْطاَنُ اَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَداَوَةَ وَ الْبَغضاَءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَ يَصُدَّكُمْ عَنْ ذِكْرِ اللهِ وَ عَنِ الصَّلوَةِ فَهَلْ اَنْتُمْ مُنْتَهُونَ
    "(Ey müsəlmanlar) Şeytan şərab və qumar vasitəsilə sizin arasına düşmənçilik, kin-küdurət toxumu səpmək, Allahın zikrinin qarşısını almaq istəyir (iradə edir). Yenəmi özünüzü bu işlərdən saxlamırsınız?"
    Bu iki ayədən "rics" kəlməsinin mənası aydınlaşır. Şərab insanın əqlini (əqlani ruhunu) aradan aparır, qumar isə kin-küdurət yaradır, cinayətkar nəfsin qanun-suz istəklərini şölələndirir. Əqlin aradan getməsi, xəbis əxlaqın insana hakim olması nəticəsində Allah yaddan çıxır, insanda qeyb aləminə etinasızlıq yaranır və bu işlər onun mənəvi yüksəlişinə mane olur. Quran əqldən məhrum olmağı, xəbis əxlaq və xasiyyətləri "rics" adlandırır. Əqldən məhrumluğun və pis xasiyyətin amilləri olan şərab və qumar da rics adlandırılır. Lakin məlum məsələdir ki, bu amillər məhz onların göstərdiyi təsirlərə (əqlsizlik və xəbis əxlaqa) görə "rics" adlandırılmışdır. İnsan həmin əməllərə mürtəkib olanda mənfi əsərləri də onda zahir olur. Buna görə də buyurulur ki, bu cür işlər şeytan işidir, onun təhriki ilə baş verir. (91-ci ayədə də bunu görmək olar.)
    Deməli, həmin dörd şeydən alınan nəticə həqiqi ricsdir. Şeytan xəbərsiz adamları bu cür işlərə təhrik edir.
    "Ənam" surəsinin 125-ci ayəsində tutqun ruh, daralmış, sıxılmış sinə də rics adlandırılır:
    فَمَنْ يُرِدِ اللهُ اَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلاِسْلاَمِ وَمَنْ يُرِدْ اَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَاَنَّماَ يَصَّعَّدُ فِي السَّماَءِ كَذَلِكَ يَجْعَلُ اللهُ الرِّجْسَ عَلَي الَّذِينَ لاََ يُؤْمِنُونَ
    "Allah hər kəsi hidayət etmək istəsə, sinəsini (batinini), hər bir fəzilətə təslim olmaq üçün İslam ilə genişləndirər və hər kəsi də zəlalətə salmaq (hidayətdən məhrum etmək) istəsə, onun sinəsini, havada yuxarı qalxanların sinəsi kimi təng (dar) edər. Bəli, Allah ricsi haqqa iman gətirməyənlər üçün belə qərar verər."
    Gördüyünüz kimi, bu ayədə dar və sıxılmış sinə (ruh) "rics" ilə təbir olunmuşdur. Deməli, genişliyi olmayan, boğuntu vəziyyətində olan, pis, rəzilə əxlaqlarla bürünən və təngənəfəslik yaradan ruhu rics adlandırmaq olar.
    Rics ilə bürünmüş ruh"zatı rəzilə xüsusiyyətlərlə əhatə olunan ruhdur. Belə bir ruh gözəl həyat və insaniyyət nuraniyyəti yaradan amillər qarşısında təslim olmayaraq ən acınacaqlı və zillətli vəziyyətdə həyat sürür.
    Bunun müqabilində isə bəzi insanların ruhu böyük, sinəsi genişdir, xoşagəlməz hadisələr qarşısında sarsılmır və onları həzm edir, yalnız gözəl həyat amilləri müqabilində təslim olma istedadına malikdirlər. Allah-Taala onlara geniş qəlb nəsib etmişdir.
    Deməli, "rics" dar qəlbdən, əlil və şikəst ruhdan, rəzil əxlaqlarla bürünmüş nəfsdən ibarətdir. Başqa bir ayədə, məhz həmin münasibətə görə ruhi xəstəliklər, o cümlədən paxıllıq, həsəd, kin-küdurət və cəhalət "rics" adlandırılmışdır:
    وَاَمّا الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ فَزاَدَتْهُمْ رِجْسًا اِليَ رِجْسِهِمْ وَماَتُوا وَهُمْ كاَفِرُونَ
    "(Ayə nazil olanda) ruhi xəstəliklərə düçar olanların ricsinin üstünə rics artır (ricsi daha da şiddətlənər) və küfr halında ölərlər."
    Qəlbi və ruhi xəstəliklər o qədər təhlükəlidir ki, axırda sahibinin küfr və dinsizlikdə ölməsinə səbəb olur. Burada rics ruhi xəstəlik mənasına olduğuna görə yuxarıdakı ayədə buyurulur: "Onların ricsinin üstünə rics artır." Halbuki, ayənin əvvəlində buyurulur: "Fi qulubihim mərəzun"onların qəlbləri xəstədir." Deməli, onların ricsi elə ruhi xəstəlikdir və "bu ricsin üstünə başqa rics artır" dedikdə məqsəd ruhi xəstəliyin daha da şiddətlənməsidir. Nəticə alırıq ki, ruhi və qəlbi xəstəlik də rics adlanır.
    İBN ABBASIN SÖZLƏRİ
    Böyük İslam müfəssiri və Əli (əleyhissalam)-ın xüsusi şagirdlərindən biri olan İbni Abbas da "Təthir" ayəsindəki "rics" kəlməsini ruhi xəstəlik hesab edir. O, Ömərin "Bəni Haşim tayfasının qəlbləri hiylə, fırıldaq və aludəliklə dolmuşdur", dediyi zaman onun cavabında belə buyurur:
    لاَ تَنْسِبْ قُلُوبَ بَنِي هاَشِمٍ اِليَ الْغِشِّ فَاِنَّ قُلُوبَهُمْ مِنْ قَلْبِ رَسُولِ اللهِ الَّذِي طَهَّرَهُ اللهُ وَ زَكّاَهُ وَ هُمْ اَهْلُ الْبَيْتِ الَّذِينَ قاَلَ تَعاَليَ: اِنَّما يُرِيدُ اللهُ
    "Ey Ömər! Bəni Haşimə belə töhmət vurma! Onların ruhu Peyğəmbərin ruhundandır. Allah-Taala Özü Peyğəmbəri paklaşdırıbdır. Bəni Haşim elə Əhli-beytdir. "Təthir" ayəsi də onların haqqında nazil olaraq, çirkinliyi onlardan uzaqlaşdırmışdır."(Qamusür-rical , 6-cı cild, səh.402)
    BU AYƏLƏRDƏN ALINAN NƏTİCƏ
    Yuxarıda qeyd edilən ayələrdən məlum olur ki, "rics" ruhu bəlaya, aludəliyə salan xəstəliklərdən biridir. Şərab və qumar ricsdir, çünki şərab insanın əqlini itirir və qumar kin-kudurət yaradır. Bu iki iş mələkuti və səfalı ruhu məhv edib, insanı mənəvi tərəqqilərdən, kamallardan saxlayır.
    Əxlaqi rəzilətlər və çirkinliklərlə dolub daralan qəlblər ricsə aludə olmuşlar. Bu cür sinələrin gözəl fəzilətləri, mənəviyyatı qəbul edib təkamülə çatmağa ləyaqətləri yoxdur. Onlar şəhvət, kin-küdurət və həsədlə dolu olan bataqlıqlarda əl-qolu bağlı halda həyat sürürlər. Ricsə mübtəla olmaq bəşəriyyətin qarşısında qəm-qüssəli günlər yaradır.
    Ümumiyyətlə batini səfa və saflığı, ruhun genişliyini, nəfsin əzəmətini, həqiqət görüb tanımağı, haqqın qarşısında təslim olmağı və mənəviyyatı məhv edən bütün ruhi xəstəliklər rics adlanır.
    Ricsin Quran istilahındakı mənası məlum olduqdan sonra həmin ayələrə diqqət yetirməklə bütün bədbəxtçiliklərin və ruhi xəstəliklərin ilkin səbəbinin rics olması aydınlaşır. Bu xəstəliyə düçar olanlar həqiqəti heç vaxt dərk edə bilmir, insanı üsyankar, təcavüzkar və zülümkar bir varlığa çevirir, nəticədə hər bir mənəvi şey müqabilində tüğyan edir, bu da küfrə və ilhada (Allahın inkar olunmasına) gətirib çıxarır, insanı bütün fəzilətlərdən məhrum edir, onun ruhunu alçaqlıq və çirkinliklə doldurur. Bunların hamısına "ziyqi-sədr" (yəni daralmış sinə) deyilir.
    Buna əsasən, "Təthir" ayəsinin mənası belə olur ki, Allah-Taala Əhli-beytin qəlbini "ziyqi-sədr" xəstəli-yinə, yəni ruhi xəstəliklərə düçar etməmiş, onları bu cür rəzil əxlaqlardan qoruyub saxlamış, onlarla bu kimi xəstəliklərin arasında böyük fasilə yaratmış və onlara şərhi-sədr (geniş qəlblilik) vermişdir.
    Əhli-beyt(əleyhimussalam) həqiqəti dərk etməyə və mənəviyyatın qarşısında təslim olmağa mane olan bütün ruhi xəstəliklərdən, xoşagəlməz əxlaqlardan çox-çox uzaqdırlar, həqiqətləri və incə mətləbləri dərk etməyə səbəb olan şərhi-sədr və geniş qəlb səbəbi ilə Allah qarşısında bütün varlıqları ilə təslimdirlər.
    Əhli-beyt(əleyhimussalam) ilə günah arasında fasilə yarandığına və onlar geniş qəlbə malik olduqlarına görə Allah onları insaniyyətin ən uca zirvəsinə çatdırmış, ucsuz-bucaqsız fəzilət və şərafət dəryasına qərq etmişdir, onlar da Allah qarşısında tam ixlasla (sədaqətlə) əməl etmişlər.
    Bəli, onlarla günahın arasında fasilənin yaranması Allahın inayətidir:
    فَمَنْ يُرِدِ اللهُ اَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلاِسْلاَمِ
    "Allah hər kəsi hidayət etmək istəsə, sinəsini (qəlbini, batinini) İslam (və hər bir fəzilətə təslim olmaq) üçün genişləndirər."
    Deməli, Əhli-beyt(əleyhimussalam) əzəmətli ruha və böyük fəzilətlərə malik olduqlarına, həqiqət aləmini dərk etdiklərinə və Allah aşiqi olduqlarına görə günahdan məcburi şəkildə yox, öz ixtiyarları ilə uzaqdırlar. Onların əzəmətli nəfsləri əyri yoldan və tüğyançılıqdan uzaqdır, özləri təslimçi ruhla Allah qarşısında mütidir və geniş qəlbləri bütün həqiqətləri dərk etməyə qadirdir. Məhz həmin idrak sayəsində Allah-Taalanın, Quranın, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) -in qarşısında qeydsiz-şərtsiz təslim olurlar.
    Deməli, onların günah və tüğyandan çox-çox uzaq olmasının səbəbi böyük ruha, geniş qəlbə malik olmaları və ruhi xəstəliklərə mübtəla olmamalarıdır. Bunların hamısı da Allah-Taalanın yalnız Əhli-beytə məxsus etdiyi inayət sayəsindədir.
    Soruşula bilər ki, belə olan halda onların günahdan uzaq olmaları ixtiyarsız olaraq baş verir, yoxsa böyük ruha malik olmaları nəticəsindədir? Cavab budur ki, bu böyük ruh və tövfiq yalnız Allahın xüsusi inayəti ilə mümkündür. Amma Onun inayətini cəlb etmək insanın öz istəyi ilə olmalıdır. Buna görə də inayəti qazanmaq icbari şəkildə deyil, insanın ixtiyarındadır.
    Nəticə alınır ki, "Təthir" ayəsi Əhli-beytin əzəmətli ruha və yüksək fikirlərə malik olmalarından, ruhi xəstəliklərdən uzaq olmasından söz açır. Belə bir əzəmətli ruh, mütərəqqi fikir və sağlam nəfs Allah-Taalanın onlara bəxş etdiyi bir nemətdir. Məhz həmin bəxşiş sayəsində Əhli-beyt(əleyhimussalam) günahdan, təcavüzarlıqdan qaçır, Allah-Taalanın hüzurunda qeydsiz-şərtsiz təslim olurlar. Onlar bütün fəzilətlərə, insani keyfiyyətlərə malikdirlər.
    Alicənab, yüksək fikrə malik olan və sağlam, geniş ruhlu adamlar heç vaxt çirkin işlərə yaxın düşmür, xurafatlara uymur, ruhi xəstəliklərə, günaha batmağa hazır olmurlar. "Təthir" ayəsi göstərir ki, Allah-Taala bu mənəvi hədiyyələri yalnız Əhli-beytə bağışlamışdır, onlara bu qədər mənəvi hədiyyələrin bağışlanmasını da cəbr adlandırmaq əsla düz deyil.
    Əliyyibni Əbitalib (əleyhissalam)-ın günahdan çəkinməsinin səbəbi məhz həmin mənəvi nemətlər idi. O Həzrətin "Hər kəs mənə, "qarışqanın ağzından arpa dənəsinin qabığını alsan bütün dünyanı sənə verərəm" deyə qarışqaya (bu miqdar belə) zülm etməyimi istəsə yenə də mən bu işi görmərəm" buyurmasının səbəbi yalnız həmin əzəmətli ruhun, Allah qarşısında təslim olmağın ləzzətini dərk etməyin sayəsində idi. İslam dünyasına hökmranlıq etmək, xalqın başçısı olmaq və bir sözlə, rəyasət kürsüsündə əyləşməyin o Həzrət üçün köhnə ayaqqabının bağı qədər dəyərə malik olmaması "Təthir" ayəsinin o Həzrəti hər növ ricsdən uzaq edərək ona bağışladığı son dərəcə güclü dərrakənin sayəsində idi.
    İmam Hüseyn (əleyhissalam)-ın İslam ümmətini zülmkar Yezidin caynaqlarından qurtarmaq üçün altı aylıq körpəsi Əli Əsğəri, cavan oğlu Əli Əkbəri qurban verməsi, əhl-əyalının əsir olmasına dözməsi də məhz həmin mənəvi nemətlərin hesabına, həqiqi mənada Allah aşiqi olmasına, Onun iradəsi qarşısında qeydsiz-şərtsiz təslim olmasına görədir. Bunların hamısı İmam Hüseyn (əleyhissalam)-ın nəzərində dünyaya və dünyapərəstlərə məhəbbət bağlamaqdan qat-qat qiymətlidir.
    HƏQİQƏTİN BİR GUŞƏSİ
    Heç kəs bu inayət və mərhəmətin əsassız və mənasız olmasını, insanın bu böyük inayəti qazanmağa qabiliyyət və istedadı olmadan Allah-Taalanın Öz lütfündən ona bağışladığını güman etməsin, belə fikirləşməsin ki, Əhli-beyt(əleyhimussalam) yalnız Peyğəmbərin yaxın adamları olduğuna görə Allah-Taalanın xüsusi lütfündən bəhrələnmişdir! Bu cür fikirlər tamamilə əsassızdır. İnayəti qazanmaq insanın öz əlindədir. Əgər insanın qabiliyyəti olsa, Allah-Taalanın müqəddəs feyzini əldə edə bilər. Biz bu məsələ ilə əlaqədar yalnız bir ayəyə işarə edir, əlavə təhqiqatı oxucuların özlərinə həvalə edirik.
    "İnsan" surəsinin 68-69-cu ayələrində Allah-Taalanın əta etdiyi mənəvi hədiyyələrin sirri belə bəyan edilir:
    وَمَنْ يُطِعِ اللهَوَالرَّسُولَ فَاُولئِكَ مَعَ الَّذِينَ اَنْعَمَ اللهُعَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّقِينَ وَالشُّهَداَءِ وَالصّاَلِحِينَ وَحَسُنَ اُولَئِكَ رَفِيقًا لِكَ الْفَضْلُ مِنَ اللهِوَكَفيَ بِاللهِعَلِيمًا
    "Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, Allahın nemət əta etdiyi şəxslərlə"peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə olar və onlarla yoldaşlıq necə də gözəldir! Bu fəzl, inayət və bəxşiş Allah tərəfindəndir və Allahın elmi müti və layiqli bəndələri tanımaqda kifayətdir."
    Bu iki ayə Allah-Taalanın verdiyi nemətlərin səbəbini insanın əməlləri hesab edir. Əbədi və xoşbəxt həyata, yüksək mənəvi məqamlara nail olmaq yalnız Allaha və Onun Rəsuluna itaət etməklə müyəssər olur. Bu halda Allah Özünün böyük inayət və ehsanını hər kəsə deyil, yalnız bu kimi insanlara rəva görür.
    Deməli, insan Allahın inayətini cəlb etmək, Onun müqəddəs feyz nurlarından bəhrələnmək üçün çox ciddiyyətlə çalışmalıdır.
    BEŞİNCİ MƏSƏLƏNİN TƏHQİQİ
    Dördüncü məsələ "Təthir" ayəsində Əhli-beytin hansı mənanı ifadə etməklə əlaqədar idi: görəsən bütün qiblə əhli, yəni müsəlmanların hamısı Əhli-beytdəndirmi və "əl-beyt" (ev) kəlməsindən məqsəd müqəddəs Kəbə evidirmi? Yoxsa Əhli-beyt(əleyhimussalam) Peyğəmbərə ən yaxın olan adamlardır? Və ya Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -lə qohumluğu olan, onunla bir evdə yaşayan hər kəs Əhli-beytdən hesab olunur? Sonuncu fərzə görə Peyğəmbərin bütün zövcələri və övladları, həmçinin İmam Əliyyibni Əbitalib Əhli-beyt (əleyhimussalam) ünvanına daxildir.
    Həmçinin görəsən Əhli-beytin mənası ürfdə (camaat arasında) işlənən mənaya malikdirmi? Yəni Əhli-beyt dedikdə, bir kişinin əhli-əyalı nəzərdə tutulur və bu fərzdə yalnız Peyğəmbərin zövcələri Əhli-beytdən hesab olunur? Və...
    Bu kimi sualları böyük təfsirçilər irəli çəkirlər. Lakin onların çoxu "Təthir" ayəsindəki Əhli-beytin həqiqi mənası ilə uyğun gəlmir.
    "Əhləl-beyt" kəlməsi müşir (işarə edici) bir ünvandır və baş vermiş bir hadisəni xatırladır. Başqa sözlə desək, "əl-beyt" kəlməsi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin birinin evinə işarədir. "Beyt" kəlməsinin əvvəlindəki "əlif-lam" da həmin evi müəyyənləşdirir.(Ərəb dilində buna əhd əlif-lamı deyilir. Yəni müəyyən bir şey danışanın və dinləyicinin zehnində əvvəlcədən məlum olur, onu göstərmək üçün filan gün filan yerdəki şey əvəzinə onun əvvəlinə əlif-lam gətirilir və mənası da həmin şeyə işarə edilir. Mütərcimdən.) Əhli-beyt(əleyhimussalam) də müəyyən olunmuş evdə (rəvayətlərə əsasən, Ümmü Sələmənin evində) təyin olunmuş bir gündə bir yerə yığışan şəxslərdir ki, "Təthir" ayəsi də onların haqqında nazil olmuşdu. Məlum olduğu kimi bu ayənin məzmunu Əhli-beytin fəzilətini sübut edir. Qurani-Kərim həmin beş nəfəri "Əhli-beyt" ünvanı ilə xatırladır. Deməli, Əhli-beyt, Ümmü Sələmənin evində bir yerə yığışmış beş nəfərdən ibarətdir.
    "Təthir" ayəsinin nazil olduğu ilk vaxtlarda "Əhli-beyt" kəlməsi yalnız işarə xarakterli bir məna daşıyırdı. Lakin zaman keçdikcə xüsusi məna kəsb etdi və Ümmü Sələmənin evində yığışan beş nəfər üçün xüsusi bir ünvan rolunu oynadı.
    Bütün ehtimal və nəzəriyyələrin içində indi qeyd etdiklərimiz həqiqətə daha uyğundur. Bunun daha da aydınlaşması üçün əlavə izah lazımdır.
    MÜDDƏA
    Müddəamız budur: "Əhli-beyt(əleyhimussalam) Ümmü Sələmənin evində bir yerə yığışan beş nəfər seçilmiş şəxsdir." Bu hadisə eynilə "Yovmud-dar" hadisəsi kimidir. (Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz peyğəmbərliyini ilk dəfə elan etmək üçün bir neçə nəfəri Əbu Talibin evinə çağırdı. Həmin gün sonralar özünə "yovmüd-dar (o ev günü) ləqəbini aldı. "Əddar" kəlməsi də Əbu Talibin evinə işarə edir.) Əhli-beyt(əleyhimussalam) də Ümmü Sələmənin evində əbanın altında yığışan beş nəfər üçün xüsusi ada çevrildi.
    MÜDDƏANIN ŞAHİDLƏRİ
    1. "Təthir" ayəsindən qabaqkı və sonrakı ayələrdə "beyt" kəlməsi cəm formasında və izafət halında" – sizin evləriniz" (buyutikunnə) şəklində işlənib. Buna görə də "Əl-beyt" (təyin olunmuş ev) həmin beytlərin (evlərin) içində xüsusi bir beyt, yəni otaqların içində xüsusi bir otaqdır. "Buyutikunnə" kəlməsinin mənası Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin evləri deməkdir, "Təthir" ayəsində işlənən "əl-beyt" də həmin evlərdəndir. Beyt kəlməsinin əvvəlinə "əlif-lam" (ال) gəlməklə həmin evin Ümmü Sələmənin evi olduğunu bildirir ki, bunu da həm sünnülər, həm də şiələr təsdiq edir. Eyni zamanda, rəvayət və hədislər də buna dəlildir.
    Əlbəttə, keçən bəhslərdə subut etdiyimiz şeyləri"ayələrin tərtibi və nəzmini, həmçinin onun vəhylə bağlı olduğunu və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in əmrinin olmasını nəzərə alsaq, bu dəlil daha da aydınlaşar.
    2. "Təthir" ayəsi nazil olan kimi Ümmü Sələmə vəsfəsığmaz şövqlə, sevinə-sevinə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in yanına gələrək: "Təthir" ayəsindəki inayət mənə də şamildirmi?-deyə soruşdu, lakin onun cavabı mənfi idi. Görəsən Ümmü Sələmə "Təthir" ayəsinin ona da şamil olub-olmamasını nə üçün soruşurdu, onun şübhədə qalmasının səbəbi nə idi? Məgər "Əhli-beyt" kəlməsindən məqsəd onun evində olanlardan başqası idimi? Deməli, "Təthir" ayəsi Ümmü Sələmənin evindəki şəxslər haqqında nazil olduğu üçün onun da həmin şəxslərdən biri olacağını güman edirdi.
    Əgər "Ümmü Sələmə elə bilirdi ki, "Əhli-beyt" kəlməsindən məqsəd Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələridir, buna görə də özü haqqında da soruşmuşdu" deyilirsə, biz də deyirik ki, onda nə üçün, Ümmü Sələmə həm özü, həm də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in sair zövcələri haqqında soruşmadı?
    3. Bütün alimlərin"istər sünnü, istərsə də şiə alimlərinin"nəzərində mötəbər sayılan hədislərə əsasən, "Təthir" ayəsi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in özünə də şamildir. Bu halda Əhli-beytin Ümmü Sələmənin evində əbanın altında yığılan şəxslərdən qeyrisi olmadığını hökmən qəbul etməliyik. Çünki Əhli-beyti başqa cür mənalandırsaq, "Təthir" ayəsinin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in haqqında da nazil olmasını sübut edə bilmərik.
    4. "Əhləl-beyt" kəlməsi Qurani-Kərimin başqa bir ayəsində də işlənmişdir. Həmin ayədə də "Əhləl-beyt" İbrahim peyğəmbərin (əleyhissalam) otaqlarından birinə yığışanları göstərir. Həzrət İbrahim öz zövcəsi Sara ilə istirahət otağında idi. Lut qövmünü məhv etməyə məmur olunan mələklər İbrahimin yanına gəldilər. İbrahim oturmuş, Sara isə ayaq üstə durmuşdu. Mələklər onlara xəbər verib dedilər ki, Saranın İshaq adlı bir övladı olacaq, İshaqdan olan nəvəsi isə iki arvad alacaqdır.
    Sara bu işdən çox təəccüblənmişdi: qocalıb əldən düşmüş iki nəfərin övlad sahibi olması necə mümkün ola bilər?! Mələklər onun təəccüb etdiyini görüb dedilər:
    قاَلُوا اَتَعْجَبِينَ مِنْ اَمْرِ اللهِ رَحْمَتُ اللهِ وَ بَرَكاَتُهُ عَلَيْكُمْ اَهْلَ الْبَيْتِ
    "Allahın işinə təəccüb etmə, çünki Allah Öz rəhmət və bərəkətini siz Əhli-beytə inayət etmişdir. "(Hud surəsi, ayə…73)
    Məgər bu ayədə Əhli-beytin bütün qiblə əhli, yaxud İbrahimin zövcələri və ya qohum-əqrəbası olmasını demək olarmı?! Şübhəsiz, bu ehtimalların heç biri düz deyil. Otaqda yalnız İbrahim və onun arvadı Allah tərəfindən göndərilən məmurları qəbul edirdilər. Məmurlar Saranın cavabını verəndə, Allah-Taalanın o iki böyük şəxsiyyətə olan mərhəmətini bəyan etmək istəyirdilər. Bu müjdəni vermək üçün ən yaxşı yol bu idi ki, onların istirahət etdikləri evə işarə edərək, o evin əhlini nəzərdə tutub Allah-Taalanın inayət və lütfünün onlara şamil olduğunu bəyan etsinlər. Qeyd etdiyimiz kimi həmin vaxt o evdə İbrahim və Saradan başqa heç kəs yox idi.
    5. Ümmü Sələmənin evində baş verən hadisə ilə əlaqədar nəql olunan rəvayətlərdə bizim müddəamızı sübut etmək üçün dəlillər gözə çarpır:
    1. Əhməd ibni Hənbəlin rəvayətində qeyd olunur ki, Ümmü Sələmə dedi: "Peyğəmbər mənim evimdə idi, mən də mətbəxdə (rəvayətdə: sandıqxanada) namaz qılırdım. Elə bu vaxt "Təthir" ayəsi nazil oldu. Başımı otağa uzadıb Peyğəmbərdən soruşdum:
    فَاَدْخَلْتُ رَاْسِي فِي الْبَيْتِ وَ قُلْتُ وَ اَنَا مَعَكُمْ ياَ رَسُولَ اللهِ
    "Allahın bu feyzində mən də sizinlə şərikəmmi?"(Təfsiri ibni Kəsir , 3-cü cild səh.484)
    Rəvayətin bu hissəsindən məlum olur ki, Ümmü Sələmə evin içindəki otaqcıqda namaz qılan zaman, "Təthir" ayəsi nazil olmuşdur. Ayə nazil olandan sonra başını otağa uzadıb Peyğəmbərdən istəyir ki, Allahın bu inayət və feyzindən o da bəhrələnsin.
    Ümmü Sələmə "Əhli-beyt" kəlməsindən başa düşür ki, bu inayət yalnız evin içindəkilərə şamildir. O, bu feyzdən bəhrələnmək arzusu ilə Peyğəmbərdən "mən də sizinlə şərikəmmi?"-deyə soruşur
    Əgər "Təthir" ayəsi təkcə Ümmü Sələmənin evində olanları paklaşdırmasaydı, heç vaxt o, Peyğəmbərdən bu inayətdə şərik olmağı istəməzdi. Deməli, rəvayətdəki "əl-beyt" kəlməsi, "Təthir" ayəsindəki "Əhli-beytin" Ümmü Sələmənin evində yığışan şəxslər olması üçün bir dəlildir.
    2. İbni Cərir rəvayətdə yazır ki, Ümmü Sələmə dedi:
    وَ اَنَا جاَلِسَةٌ عَليَ باَبِ الْبَيْتِ فَقُلْتُ ياَ رَسُولَ اللهِاَلَسْتُ مِنْ اَهْلِ الْبَيْتِ
    "Mən otağın qapısının ağzında oturmuşdum. Peyğəm-bərdən soruşdum: "Ey Allahın Rəsulu! Mən Əhli-beytdən deyiləm"?(Təfsiri ibni Kəsir , 3-cü cild, səh.485)
    Ümmü Sələmə bunu nə üçün soruşur? Məgər Peyğəm-bərin zövcələrindən biri olmasında şəkk edirdi? O deyir ki, qapının ağzında oturduğuma görə "mən də Əhli-beytdənəm?" Yəni otağın içində olan şəxslərdən hesab olunurammı?-deyə soruşdum.
    Buna görə də Ümmü Sələmə təkcə otaqdakıların Əhli-beyt olduğunu bilirdi, amma otağa yaxın olduğu üçün Peyğəmbərdən soruşmaq istəyirdi ki, "Təthir" ayə-sindəki inayətdən bəhrələnmişdir, ya yox? Bundan əlavə bu rəvayətdəki "əl-beyt" kəlməsi də sübut edir ki, Əhli-beyt(əleyhimussalam) yalnız Ümmü Sələmənin evindəki şəxslərdir.
    YERLİ BİR EHTİMAL
    Yuxarıdakı iki rəvayətdən başa düşülür ki, Ümmü Sələmənin "Təthir" ayəsindəki inayətdən məhrum olması təəbbüdi (sadəcə Həzrətin buyurduğuna görə) deyil. O, otağın kənarında olduğu üçün bu ayənin əhatə dairəsindən xaricdir. Ümmü Sələmə həmin inayətdən bəhrələnməli olmadığına görə "Təthir" ayəsi nazil olan zaman Allah-Taala onu otağın kənarında qərar verdi. Elə buna görə də Ümmü Sələmə can atırdı ki, az da olsa bu inayətdən bəhrələnərək Əhli-beyt(əleyhimussalam) cərgəsinə daxil olsun.
    Lakin Allahın təyin etdiyi qəzavü-qədər qarşısında nə etmək olar? Ümmü Sələmə Əhli-beytin cərgəsinə daxil olmağa layiq deyildi. O, Əhli-beytin cərgəsindən çıxıb, evin içindəki otaqcığa çəkilməli və Allahla raz-niyaz etməli idi. Müddəamızın canlı şahidi olaraq Quranın və Əhli-beytin sözlərinin bəzi sirlərini bilən Cabirin rəvayətini burada qeyd edirik:
    نَزَلَتْ هذِهِ الاَيَةُعَلَي النَّبِيِّ وَلَيْسَ فِي الْبَيْتِ اِ˙َ فاَطِمَةُ وَالْحَسَنُ وَالْحُسَيْنُ وَعَلِيٌّ: اِنَّماَ يُرِيدُ اللهُ
    "Təthir" ayəsi Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan vaxt Ümmü Sələmənin evində Fatimə, Həsən, Hüseyn və Əlidən başqa heç kəs yox idi.(Təfsiri nurus-səqələyn , 4-cü cild, səh.277)
    Buradan Peyğəmbərin ən fəzilətli zövcəsi olan Ümmü Sələmənin Əhli-beytdən olmaması məlum olur. Çünki otaqda onlarla bir yerdə deyildi. Həmçinin həmin rəvayətdəki "əl-beyt" kəlməsi də sübut edir ki, Əhli-beyt yalnız Ümmü Sələmənin evində olan şəxslərdir.
    ZAMANIN KEÇMƏSİ İLƏ
    "Təthir" ayəsi nazil olan vaxt "Əhli-beyt" kəlməsi "Ümmü Sələmənin evində əbanın altında bir yerə yığılan şəxslər" mənasını ifadə edirdi. Lakin zaman keçdikcə bu kəlmə özünə tarixi bir ünvan aldı.
    Bütün sünnü və şiə alimlərinin nəzərinə əsasən, Pey-ğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yalnız dörd nəfəri"Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-ı Ümmü Sələmənin evinə dəvət etmişdi. Amma "Təthir" ayəsi nazil olandan sonra, Allah tərəfindən və Onun iradəsi ilə ən böyük fəzilət bu dörd nəfərə əta olunmaqla yanaşı, bu hadisə onlar üçün özünəməxsus məqam yaratdı. Yavaş-yavaş "Əhli-beyt" kəlməsi dillər əzbəri olaraq onlar üçün əsaslı bir ünvana çevrildi.
    "Əhli-beyt" kəlməsi özünün tarixi və həqiqi orji-nalını taparaq, zaman keçdikcə mühüm ünvana çevrildi, fəzilət yaradan bir lövhə kimi tanındı, bu ünvan Peyğəmbərin əziz qızı Fatimə, Əli və onların iki övladı üçün xüsusiləşdi. Bu cür ünvanın yaranmasına səbəb, "Təthir" ayəsinin sübut etdiyi fəzilətlərin isbatı, mövqeyi və əhəmiyyəti idi.
    "Alim", "adil", "şücaətli" kəlmələrinin öz-özlüyündə yüksək mərtəbəli və ali səciyyələri özündə əks etdirmə-diyi kimi, bu kəlmənin də öz-özlüyündə yüksək fəziləti yoxdur. Lakin "Təthir" ayəsinin fəzilət yaradan məzmu-nu "Əhli-beyt" kəlməsini yüksək mənanı xatırladan bir səviyyəyə çatdırır. Onların "Əhli-beyt" adı altında dillər əzbəri olmasının sirri də məhz bu idi.
    Deməli, "Təthir" ayəsindəki fəzilətin Əhli-beyt(əleyhimussalam) üçün sübut olunmasına görə də zamanın keçməsi ilə bu kəlmə özünə xüsusi bir mövqe taparaq məşhurlaşdı və Əhli-beyt(əleyhimussalam) Allah-Taalanın seçdiyi xüsusi şəxslər üçün bir ləqəb oldu.
    Təhqiqatların göstərdiyi kimi, "Təthir" ayəsi nazil olmamışdan qabaq "Əhli-beyt" kəlməsi Peyğəmbər tərə-findən o həzrətin öz qohum-əqrəbası üçün bir ünvan kimi işlənməmişdi. Lakin bu ayə nazil olandan sonra, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Əhli-beyt" kəlməsini ən yaxın adamlarının, yəni Fatimə, Əliyyibni Əbitalib və onun iki övladının məqamını bəyan etmək üçün bunu dəfə-lərlə təkrar etmişdi.
    Sanki Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Təthir" ayəsinə görə sevin-diyi üçün "Əhli-beyt" kəlməsini təkrar edir, öz sevin-cini artırmaq, bu neməti xalqa tanıtdırmaq və bu dörd nəfərin fəzilətlərini onların yadına salmaq istəyir. Bu ləqəb bir dünya məziyyətdən ibarətdir, bu ayə də Peyğəmbərin istədiyi ən yaxın adamlarını insaniyyətin ən uca zirvəsinə çatdırdı. Məhz bu hadisədən sonra, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) altı ay (və ya daha çox) hər gün sübh namazına gedəndə, Fatimənin (əleyhissalam) evinin qabağından keçərək buyurur: الصَّلوَةُ ياَ اَهْلَ الْبَيْتِ "Namaza, ey Əhli-beyt!"(Mərhum Əllamə Mücahid Seyyid Şərəfüddin şərif risaləsi olan Əl-kəlimətul ğərra da deyir… Ənəs ibni Malik nəql etdiyi rəvayətdə, Əhməd Hənbəlin Müsnəd ində (3-cü cild, səh.259) və çoxlu ravilər də öz kitablarında qeyd etmişlər ki, Peyğəmbəri Əkrəm (s) altı ay müddətində sübh namazı üçün evdən çıxarkən Fatimənin evinin qarşısından keçəndə Əssəlatu, ya Əhləl-beyt , deyər, bunun ardınca da Təthir ayəsini tilavət edərdi. İbni Abbas rəvayətdə bu işin yeddi ay davam etdiyini qeyd edir. Nəbhani və başqalarının rəvayətlərində isə bu işin 8 ay davam etdiyini qeyd edirlər.)
    Bəli, zamanın keçməsi ilə başqaları "Təthir" ayə-sinin sayəsində və bu fəzilətlə iftixar etməmiş, tarix boyu Əhli-beytdən başqa heç kəs bu ayənin gətir-diyi şən-şərəfə malik olmamışdır. Zamanın gizli pərdəsi bu kimi iftixarlı paltarı heç kəsə geyindir-məmişdir.
    Zamanın keçməsi fəzilət cilvələrini aşkar etdi, "Əhli-beyt" kəlməsi qızıl suyu ilə yazılan tarix səhi-fələrini daha da gözəlləşdirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu kəlməni çox təkrar edirdi ki:
    Tarixin yaraşığı olan bu qızıl ünvan unudulmasın
    Ləyaqətsiz insanlar bu mələkuti və ilahi ünvanı özləri üçün bəzəkli lövhəyə çevirməsinlər
    Quranın həqiqətlərindən, sirlərindən xəbərsiz olanlar bu iftixarlı ünvanın Əhli-beytə şamil olduğunu bilsinlər
    Dünya xalqları bilsinlər ki, "Təthirَ ayəsi kimləri fəzi-lətin fövqündə qərar vermiş, kimləri əbədi cəhalətdən, şəkk-şübhədən və çirkinlikdən paklaşdırmışdır
    Başa düşsünlər ki, İslamın həqiqi rəhbərləri insaniyyətin necə yüksək dərəcəsində qərar tutmuşlar
    Əkrəmə kimilər anlasınlar ki, kinə və həsədin şöləsi ilə yanan nəzəriyyələr agah xalqı həqiqət yolundan azdıra bilməz
    Yersiz təəssübkeşlik xəstəliyinə tutulan bəzi təfsirçilər başa düşsünlər ki, təəssüb üzündən yaranan fikirləri zorla Qurani-Kərimə qəbul etdirmək mümkün deyildir və bu müqəddəs kitab elə yüksək bir üfüqdədir ki, fəzilət yolunu yalnız onda tapmaq olar və onun yüksək məqsədlərinin həva-həvəs və şəxsi qərəzlər ilə heç bir uyğunluğu yoxdur
    Haqq-həqiqət axtaran insanların, həqiqət yolunu tanıtd-ırmaq üçün dəlilləri olsun və Peyğəmbərin sözlərini özləri üçün ən mötəbər sənəd olaraq seçsinlər.
    BU TƏHQİQİ METODUN SƏMƏRƏSİ
    Bu yeganə və misilsiz metod "Əhli-beyt" kəlməsinin təhqiqindəki yolu yersiz mübahisələrdən təmizləyir. Bunların hamısını mülahizə etdikdə, Əhli-beytin məfhumunda ixtilaf etmək yersiz bir iş, xəlbirdə su daşımaq kimi olur. Daha Əhli-beytin məfhum dairəsini ümumiləşdirməyin, yaxud kiçiltməyin heç bir mənası yoxdur. Artıq "əhl nə deməkdir?", "Əhli-beyt kimdir?" və ya "Peyğəmbərin zövcələri onun Əhli-beytdəndirmi?"-deyə mübahisə etmək mənasızdır. "Əhli-beyt" kəlməsini təəssüb üzündən Peyğəmbərin zövcələrinə həsr etmək puç iddiadan başqa bir şey deyil.
    Əgər Əhli-beyt(əleyhimussalam) kəlməsinin məfhumunda bir irad və anlaşılmazlıq olsaydı, bu iddialar müəyyən bir iş görər və "Əhli-beyt" kəlməsi "nübüvvət Əhli-beyti" kəlməsi ilə eyni səviyyədə düşünülə bilərdi. Bu halda onun Peyğəmbərin zövcələrinə də şamil olması çox da sənədsiz olmazdı. Çünki camaat arasında "əhli-beyt" kəlməsi qadınlara da aid edilir, amma qeyd olunan layiqli təhqiqat göstərdi ki, "Təthir" ayəsindəki "Əhli-beyt", həmçinin "Ali-kisa" və ya "Ali-əba" kəlmələri də Peyğəmbərin evlərindən birində"Ümmü Sələmənin evində bir yerə yığışan beş nəfər şərafətli insana işarədir.
    Həmçinin "kisa" kəlməsinin məfhumu barəsində mühəqqiqlərdən və alimlərdən heç biri münaqişə etməmişdir, "Ali-kisa"nın da əbanın altına yığışanlara işarə olduğu hamı tərəfindən qəbul olunur. Beləliklə, Əhli-beyt(əleyhimussalam) kəlməsinin məfhumu barəsində də münaqişəyə yer yoxdur. Çünki kəlmənin özü təklikdə əhəmiyyət kəsb etmir və "Təthir" ayəsində bir mövzu kimi irəli çəkilmir. "Əhli-beyt"in məfhumu paklanmaya və ilahi inayətə şamil olmayıbdır ki, qadınların da Əhli-beytə daxil olub-olmaması barədə bəhs edək. Əksinə, bu kəlmə 5 nəfərdən başqa heç kəsə, hətta evin bir guşəsində oturub tamaşa edən Ümmü Sələməyə belə işarə etmir. Belə ki, o, evin bir guşəsində dayandığı halda müqəddəs feyzə çata bilmədi. Əziz oxucuların bu barədə baxışlarını artırmaq üçün, başqa bir daha izahat verməyi lazım görürük.
    Category: Təthir ayəsinin təfsiri | Added by: Islam_Kitabxanasi
    Views: 732 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024