İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:52 PM
    ÖN SÖZ
    İslam dünyasına hakim kəsilən şəraitə agah olanlar yaxşı bilirlər ki, bu gün islam dünyası müxtəlif ümmətlər, qruplar şəklinə düşmüşdür, hər ümmətin də özünəməxsus qayda-qanunları vardır. Onlara elə adamlar rəhbərlik edir ki, özlərinin qalıb davam etməsini ümmətlər arasında ixtilaf yaratmaqda görürlər. Buna görə də bu kimi məsələlərdə müxtəlif cür sərmayə qoyur, mümkün olan hər bir vasitədən istifadə edirlər.
    Şübhəsiz, islam məzhəbləri arasında müəyyən ixtilaflı məsələlər vardır, hərçənd onların əksəriyyəti islam mütəkəllimləri tərəfindən irəli sürülən kəlam məsələləri ilə əlaqədardır və əksər müsəlmanlar da bu kimi ixtilaflardan xəbərsizdirlər, lakin ixtilaflı məsələlər müqabilində müştərək cəhətlər vardır ki, onların arasında birliyin əsasını təşkil edir, hətta demək olar ki, müştərək cəhətlər ixtilaflı cəhətlərdən qat-qat artıqdır. Bununla belə ixtilaf yaradanlar məhz həmin ixtilaflı məsələlərə istinad edir, üsül və füruidin məsələlərindəki müştərək məsələləri xatırlatmaqdan çəkinirlər.
    "İslam məzhəbləri arasında yaxınlaşdırma” ilə əlaqədar keçirilən konfransların birində nikah, təlaq, irs və s. kimi şəxsi məsələlərdə fiqhi məzhəblərin mövzusunu bəyan etmək mənə həvalə etmişdir. Bir yazıçı konfransa bu barədə elə bir məqalə təqdim etmişdi ki, iştirakçıların hamısını heyrətləndirmişdi. Həmin məqaləni əvvəlcədən oxumazdan qabaq bizim (yuxarıda qeyd edilən) üç məsələ ilə əlaqədar sünnülərin dörd məzhəbi ilə vahid nəzərdə olmağımız məsələsi onun üçün qəbul olunası deyildir.
    Onlar həqiqətə uzaqdan tamaşa edərək şiəliyi islam tayfalarından ayrı düşmüş bir firqə hesab edir, gecə-gündüz kütləvi informasiya vasitələri ilə tarix boyu zülmə məruz qalmış bu firqənin əleyhinə təbliğat aparırlar. Halbuki, onların islamın qatı və qansız düşmənlərinə xidmət etməkdən, düşmən dəyirmanına su tökməkdən başqa bir işləri yoxdur. Müəllif agah olmayan bu cür şəxslərə tövsiyə edir ki, şiələrlə yaxından əlaqə yaratsınlar, onların alim və mütəfəkkirləri ilə təmasda olsunlar ki, gözlərindən qəflət pərdələrini çəkə bilsinlər, şiələri özlərinin qardaşları hesab etsinlər və nəticədə aşağıdakı ayəni gerçəkləşməsinə şərait yaratsınlar: "Həqəqətən sizin ümmətiniz vahid bir ümmətdir, Mən də sizin Rəbbinizəm, (belə isə) Mənə ibadət edin.”
    İstismarçı qüvvələrin islam millətləri arasında apardığı məkrli siyasətlərdən biri də əzəmətli islama zərbə vurmaq üçün müəyyən şübhələr yaratmaqdır. Bu, son əsrlərdə Şərq ölkələrində və dünyanın başqa yerlərində müxtəlif şəkillərdə irəli sürülən qədim bir üslubdur.
    Həcc mövsümündə bir tərəfdən İran İslam İnqilabı ilə tanışlığı olan, digər tərəfdən isə beynləri düşmənlərin zəhərli əks təbliğatları nəticəsində xarab olan bəzi ziyarətçilər iranlı hacılarla görüşdükləri zaman müəyyən suallar irəli çəkərək cavablarını almışlar. Bu ehtiyacları təmin etmək üçün əksər hallarda dini və mədəni yönə malik olan sualların böyük qismini hörmətli mühəqqiq Seyyid Rza Hüseyninəsəb bir yerə yığmış və mənim nəzarətim altında tənzim edərək çapa hazırlamışdır. Cavab məqamında ixtisara riayət olunsun deyə zəruri miqdarla kifayətlənmiş və əlavə izahatlar digər məqamlara həvalə edilmişdir.
    Ümidvarıq ki, bu kiçik xidmət İmam Zaman (ə)-ın razılığına səbəb olsun!
    Qum, elmiyyə hövzəsi, Cəfər Sübhani, 1374
    SUAL: 1
    "İTRƏTİ” DÜZGÜNDÜR, YOXSA "SÜNNƏTİ”?
    İslam aləmində çox məhşur olan "Səqəleyn” hədisini nəql edənlər bunu iki cür rəvayət etmişlər. Onların hansının daha səhih olduğunu araşdırırıq.
    a) "Kitabəllahi və itrəti Əhlə-beyti”æ
    b) "Kitabəllahi və sünnəti”.
    Cavab: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən nəql olunan səhih və sabit hədis məhz "Əhlə-beyti” kəlməsi olan hədisdir. "Əhlə-beyti” kəlməsinin yerinə "sünnəti” deyə qeyd olunan rəvayət sənəd baxımından batil və rədd olunur, amma Əhli-beyti hədisinin sənədi tam kamilliyə malikdir.
    "Və Əhlə-beyti” hədisinin sənədi
    Bu mətni iki böyük şəxsiyyətli mühəddis nəql etmişdir. Müslim özünün "Səhih” kitabında Zeyd ibn Ərqəmdən nəql edir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) bir gün Məkkə-Mədinə arasında yerləşən "Xum” adlı bir suyun kənarında xütbə söylədi, Allaha həmd-səna etdikdən sonra camaata nəsihət edərək buyurdu:
    اَلاَ اَيُّهَا النَّاسُ،فَاِنَّمَا اَنَا بَشَرٌ يُوشِكُ اَنْ يَاْتِيَ رَسُولُ رَبِّي فَاُجِيبَ،وَ اَنَا تاَرِكٌ فِيكُمْ ثَقَلَيْنِ اَوَّلُهُماَ كِتاَبُ اللّهِ، فِيهِ الْهُدَي وَ النُّورُ فَخُذُوا بِكِتَابِ اللّهِ وَاسْتَمْسِكُوا بِهِ - فَحَثَّ عَليَ كِتَابِ اللّهِ وَ رَغَّبَ فِيهِ ثُمَّ قَالَ وَ اَهْلُ بَيْتِي، اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي
    "Ey insanlar! Mən də sizin kimi bir bəşərəm. Pərvərdigarımın elçisinin (Əzrailin) gəlişi yaxındır, mən də onun dəvətini qəbul edəcəyəm. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Biri Allahın kitabıdır ki, onda hidayət və nur var. Allahın kitabından bərk-bərk yapışın və ona sarılın. (Peyğəmbəri Əkrəm (s.ə.v.v) Allahın kitabına əməl etməyi təkid etdikdən sonra buyurdu:) Və (ikincisi) mənim Əhli-beytimdir. Əhli-beytim barəsində Allahı sizə xatırladıram. Əhli-beytim barəsində Allahı sizə xatırladıram. Əhli-beytim barəsində Allahı sizə xatırladıram.” ("Səhihi-Müslim”, 4-cü cild, səh.1803, 2408 nömrə (Əbdül-Baqi çapı.))
    Bu mətni Darəmi də özünün "Sünən” kitabında(2-ci cild, səh.431-432) qeyd etmişdir, hər iki hədisin sənədi gün kimi aydındır və onda azacıq irada yol yoxdur.
    2-Tirmizi bu mətni "və itrəti Əhlə-beyti” kəlməsi ilə nəql etmişdir. Onun mətni belədir:
    اِنِّي تَارِكٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِلُّوا بَعْدِي،اَحَدُهُمَا اَعْظَمُ مِنَ الآَخَرِ كِتَابَ اللّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَي الآَرْضِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي، لَنْ يَفْتَرِقَا حَتّي يَرِدَا عَلَيَّ الْحَوْضَ فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِي فِيهَا.
    "Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz!” ("Sünəni Tirmizi”, 5-ci cild, səh.663, 37788-ci nömrə)
    "Sihah” və "Sünən” müəlliflərindən olan Müslim və Tirmizi hər ikisi "Əhlə-beyti” kəlməsinə təkid etmişlər, bu da bizim nəzəriyyəmizin sübuta yetməsində kifayətdir. Hər ikisinin də sənədi son dərəcə mötəbər və xüsusi etibar dərəcəsinə malikdir.
    "VƏ SÜNNƏTİ” MƏTNİNİN SƏNƏDİ
    "Əhlə-beyti” kəlməsinin yerinə "sünnəti” kəlməsi qeyd olunan rəvayət saxta hədislərdən olmaqdan əlavə, sənədi də zəifdir. Onu, əməvilərə tabe olan "ravilər” özlərindən icad etmişlər.
    1-Hakim Nişapuri "Müstədrək” kitabında həmin mətni aşağıdakı sənədlərlə qeyd etmişdir: Abbas ibni Əbu Üveys, Əbu Üveysdən, o da Sur ibni Zeyd Deyləmidən, o da Əkrəmədən, o da ibni Abbasdan nəql edir ki, Rəsulullah (s.ə.v.v) belə buyurur:
    يَا اَيُّهَا النَّاس اِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ مَا اِنِ اعْتَصَمْتُمْ بِهِ فَلَنْ تَضِلُّوا اَبَدًا كِتَابَ اللّهِ وَ سُنَّةَ نَبِيِّهِ!!
    "Ey insanlar, mən sizin aranızda iki şeyi qoyub gedirəm, onlara sarılıncaya qədər öz yolunuzu azmazsınız: Allahın və Peyğəmbərin sünnəti.”("Müstədrək” (Hakim), 1-ci cild, səh.93)
    Bu rəvayəti nəql edənlər arasında onun sənədinə irad gətirən şey ata və onun oğludur: Əbu Üveys və onun oğlu İsmail ibni Əbu Üveys. Onların heç birinin etibar dərəcəsinə malik olmamasından əlavə, üstəlik yalançılıqla və saxta hədis yaratmaqla da müttəhim olunurlar.
    RİCAL ALİMLƏRİNİN BU İKİ ŞƏXS BARƏSİNDƏKİ SÖZLƏRİ
    Hafiz Məzzi özünün "Təhzibul-kamal” kitabında İsmail və onun atası barəsində rical elminin məşhur mühəqqiq və şəxslərindən belə nəql edir: Yəhya ibni Muin (rical elmində böyük şəxsiyyətli alimlərdəndir) deyir: "Əbu Üveys və onun oğlu zəifdir.” Həmçinin Yəhya ibni Muindən nəql olunmuşdur ki, belə deyir: "Bu iki nəfər hədisi oğurlayırdılar.” O, Əbu Üveysin oğlu barəsində deyir: "Ona etimad etmək olmaz.” Nəsai onun oğlu barəsində demişdir: "O, zəifdir və etibar olunası deyildir.” Əbul Qasim Lalikai demişdir: "Nisai onun əleyhinə çox sözlər demişdir... (nəhayət sözü bura çatır:) onun hədisləri tərk edilməlidir.”
    İbni Ədi (o, rical alimlərindəndir) deyir: "İbni Əbu Üveys öz dayısı Malikdən qəribə hədislər rəvayət etmişdir ki, heç kəs onu qəbul etmir.”(Təhzibul-kamal” (Hafiz Məzzi), 3-cü cild, səh.127 "Müqəddimətu Fəthul-Bari” (İbni Həcər), səh.391 ("Darul-mərifət” çapı))
    İbni Həcər "Fəthul-Bari” kitabının müqəddiməsində qeyd edir: "Heç vaxt ibni Əbu Üveysin hədislərinə istinad etmək olmaz, çünki Nəsai onun barəsində qədh etmişdir (güclü eyb tutmuşdur).”
    Hafiz Seyyid Əhməd ibni Siddiq "Fəthul-milkil-ula” kitabında Səlmət ibni Şeybdən nəql edir ki, o, İsmail ibni Əbi Üveysin belə dediyini eşitmişdi: "Mədinə əhli hər hansı bir məsələ barəsində iki dəstə olanda mən hədis quraşdırırdım.”("Fəthul-milkil-ula” (Hafiz Seyyid Əhməd), səh.15)
    Deməli oğul (İsmail ibni Əbi Üveys) saxta hədis düzəltməklə müttəhim olunmuş və ibni Muin onun yalançı olduğunu demişdir. Bundan əlavə, onun hədisi nə Tirmizinin, nə də Müslimin səhih kitablarında, eləcə də digər səhih kitabların heç birində qeyd olunmamışdır. Əbu Üveysin barəsində isə Əbu Hatəm Razinin "Cərh və tədil” kitabında yazdığını qeyd etmək kifayətdir. O yazır: "Onun hədisi yazılır, lakin istinad edilmir. Onun hədisi güclü və möhkəm deyildir.”("Əl-cərhu vət-tədil” (Əbu Hatəm Razi), 5-ci cild, səh.92)Həmçinin Əbu Hatəm, ibni Muindən nəql edir ki, Əbu Üveys etimad olunası şəxs deyildir.
    Sənədində bu iki nəfərin olduğu rəvayət heç vaxt səhih ola bilməz. Bundan əlavə onlardan nəql olunan hədis səhih və sabit rəvayətlə müxalifdir.
    Qeyd olunmalıdır ki, hədisi nəql edən şəxs, yəni Hakim Nişapuri onun zəif olduğunu etiraf etdiyindən bunun sənədini təshih etməmişdir, lakin onun məfhumunun səhih olmasına dair elə bir şahid gətirmişdir ki, o da sənəd baxımından çox zəif olub etibar dərəcəsindən düşür. Buna görə də hədisi gücləndirmək əvəzinə, onun zəifliyini daha da artırır. İndi isə onun süst və zəif olmasının şahidlərini qeyd edirik:
    "VƏ SÜNNƏTİ” RƏVAYƏTİNİN İKİNCİ SƏNƏDİ
    Hakim Nişapuri aşağıda qeyd olunacaq sənədlərlə Əbu Hüreyrədən mərfu(Ravinin, məsuma istinad vermədiyi hədis "mərfu” adlandırılır.) şəkildə belə nəql edir:("Müstədrək”, 1-ci cild, səh.93)
    اِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ شَيْئَيْنِ لَنْ تَضِلُّوا بَعْدَهُمَا كِتَابَ وَ سُنَّتِي وَ لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ
    Hakim onu bu sənədlərlə nəql edir: Əz-Zəbiyy, ən Saleh ibni Musəl-Təlhi, ən Əbdul-Əziz ibni Rəfi, ən Əbi Saleh, ən Əbi Hüreyrə
    Bu hədis də əvvəlki hədis kimi saxtadır və onu nəql edənlərin arasında Saleh ibni Musa Təlhinin adı qeyd olunur. Biz böyük rical alimlərinin onun barəsindəki sözlərini qeyd edirik:
    Yəhya ibni Muin deyir: "Saleh ibni Musa etimad olunası şəxs deyil.” Əbu Hatəm Razi deyir: "Onun hədisləri zəif və münkərdir (inkar olunandır).” Nəsai deyir: "Onun hədisi yazılmır.” Başqa yer də deyir: "Onun hədisləri mətrukdur (tərk olunmuşdur).”(Təhzibul-kamal” (Hafiz Məzzi), 13-cü cild, səh.96)
    İbni Həcər "Təhzibut-təhzib” kitabında yazır: "İbni Hibban deyir: Saleh ibni Musa etibarlı şəxslərə elə şeyləri istinad verir ki, onların sözlərinə oxşamır. (Axırda deyir:) Onun hədisi höccət deyildir.” Əbu Nəim deyir: "Onun hədisi mətrukdur və daim münkər (inkar olunmuş) hədisləri nəql edir.”(Təhzibut-təhzib” (İbni Həcər), 4-cü cild, səh.355)
    İbni Həcər "Təqrib” kitabında (2891-ci nömrədə) deyir: "Onun hədisi mətrukdur.” Zəhəbi "Kaşif”də (2412-ci nömrədə) deyir: "Onun hədisi süstdür.” Zəhəbi "Mizanul-etidal” kitabında (2-ci cild, səh.302) bizim araşdırdığımız hədisi ondan nəql edir və deyir: "Bu, onun münkər (inkar olunmuş) hədislərindəndir.”
    "VƏ SÜNNƏTİ” HƏDİSİNİN ÜÇÜNCÜ SƏNƏDİ
    İbni Əbdul-Birr "Təmhid” kitabında (24-cü cild, səh.331) bu mətni aşağıda qeyd olunan sənədlə nəql etmişdir: Əbdur-Rəhman ibni Yəhya Əhməd ibni Səiddən, o da Məhəmməd ibni İbrahim Dəbilidən, o da Əli ibni Zeyd Fərarizidən, o da Hüneyidən, o da Kəsir ibni Abdullah ibni Əmr ibni Ovfdan, o da atasından, o da babasından nəql edir.
    İmam Şafei, Kəsir ibni Abdullah barəsində deyir: "O yalanın sütunlarından biridir”.("Təqrib” 8-ci cild, səh.377æ "Təhzibul-kəmal”, 24-cü cild, səh.138)
    Əbu Davud deyir: "O yalançılardan və kəzzablardan biridir.”(Yenə orada) İbni Həbban deyir: "Əbdullah ibni Kəsir atasından və babasından elə hədis kitabı nəql edir ki, onun əsası saxtadır, o kitabdan hədis nəql etmək və Əbdullahdan rəvayət etmək haramdıræ yalnız təəccüb və tənqid etmək məqamı istisna olunur.”("Əl-məcruhin” (İbni Həbban), 2-ci cild, səh.221)
    Nisai və Darqutni demişlər: "Onun hədisi mətrukdur.” İmam Əhməd deyir: "Onun sözü inkar olunur və etimad olunası deyildir.” İbni Müin də həmin nəzərə malikdir.
    İbni Həcərin "Ət-təqrib” kitabında yazdığı çox qəribədiræ belə ki, onun tərcümeyi-halını şərh edərkən yalnız "zəifdir” kəlməsi ilə kifayətlənmiş, onu yalançılıqla müttəhim edənləri də ifratçı adlandırmışdır, halbuki məşhur rical alimləri onu yalançılıq və saxta hədis deməkdə müttəhim etmişlər, hətta Zəhəbi demişdir ki, "onun adi danışığı belə süst və puçdur.”
    SƏNƏDSİZ NƏQLLƏR
    Malik "Əl-müvəttə” kitabında onu sənədsiz və mürsəl şəkildə nəql etmişdir. Hamının bildiyi kimi belə bir hədisin dəyəri yoxdur.(Əl-müvəttəə” (Malik), səh.889, 3-cü hədis)
    Bu araşdırmalar gözəl şəkildə aydınlaşdırır ki, "və sünnəti” kəlməsi ilə olan hədis saxtadır, yalançı və əməvi sülaləsinə bağlı olan ravilər onu, "və itrəti” kəlməsi ilə olan səhih hədisin müqabilində özlərindən düzəltmişlər. Buna görə də məscidlərin xətiblərinə, imam camaatlara və təbliğatçılara vacibdir ki, Peyğəmbər (s.ə.v.v)-dən nəql olunmayan hədisləri tərk edib onun yerinə səhih hədisləri camaata bəyan etsinləræ o hədisi ki, Müslim öz "Səhih” kitabında "Əhlə-beyti” surətində, Tirmizi isə "itrəti və Əhlə-beyti” şəklində nəql etmişlər. Elm axtaranlara vacibdir ki, hədis elmini öyrənsinlər, səhih hədisi zəif hədisdən seçə bilsinlər.
    Sonda bunu qeyd etməyi lazım görürük ki, "Əhlə-beyti” kəlməsində Peyğəmbər (s.ə.v.v)-in məqsədi onun nəslidir, o cümlədən Fatimeyi Zəhra (ə.s), İmam Həsən və Hüseyn (ə). Çünki Müslim öz "Səhih”ində (4-cü cild, səh.1883, 2424-cü hədis) və Tirmizi öz "Sünən” kitabında (5-ci cild, səh.663) Ayişənin belə dediyini nəql edirlər:
    نَزَلَتْ هَذِهِ الآيَةُ عَلَي النَّبِيِّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِه˝ وَ سَلَّم اِنَّمَا يُرِيدُ اللّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا فِي بَيْتِ اُمِّ سَلمَةَ فَدَعَا النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهِ˚وَآلِهِ˝وَ سَلَّمَ فَاطِمَةَ وَ حَسَنًا وَ حُسَيْنًا فَجَلَّلَهُمْ بِكِسَاءٍ وَ عَلِيٌّ خَلْفَ ظَهْرِهِ فَجَلَّلَهُ بِكِسَاءٍ ثُمَّ قَالَ اَللّهُمَّ هؤُلَاءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا قَالَتْ اُمُّ سَلمَةَ وَ اَنَا مَعَهُمْ يَا نَبِيَّ اللّهِ؟ قَالَ اَنْتِ عَلَي مَكَانِكَ وَ اَنْتِ اِلَي الْخَيْرِ
    "Təthir” ayəsi Ümmü Sələmənin evində nazil oldu. Peyğəmbəri Əkrəm (s.ə.v.v) Fatimə, Həsən və Hüseyni öz əbasının altına aldı, Əli də onun arxasında dayandı. Onları öz əbası ilə örtdü, dedi: "Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir, hər növ çirkinliyi onlardan uzaq et, onları pak-pakizə qərar ver!” Ümmü Sələmə dedi: Ey Peyğəmbər! Mən də onlardanammı? (Ayədə qeyd olunan Əhli-beytdən hesab olunurammı?) Buyurdu: Sən öz yerində ol (əbanın altına girmə) sən yaxşı və xeyir yoldasan.” (Həsən ibni Əli Səqaf, "Səhihu sifəti səlatin-Nəbi” kitabı, səh.287-294.)
    "SƏQƏLEYN” HƏDİSİNİN MƏFHUMU
    Peyğəmbər (s.ə.v.v)-in öz itrət və Əhli-beytini Quranla yanaşı qərar verməsi və hər ikisini ümmət arasında Allahın höccəti kimi vəsf etməsindən iki nəticə almaq olar:
    1-Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in itrətinin sözləri Quranın özü kimi höccətdir və dini işlərdə – istər əqidəvi, istərsə də hüquqi – onların sözünə istinad etmək lazımdır, onların tərəfindən bir dəlil mövcud olduqda başqa şeyə istinad etmək lazım deyil.
    Müsəlmanların Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in vəfatından sonra xilafət və islam ümmətinin siyasi işlərinin idarə olunması kimi məsələlərdə iki qrupa ayrılmasına, hər birinin özünə məxsus məntiq və dəlillərinin olmasına baxmayaraq Əhli-beytin elmi müraciət yeri olmasında heç bir ixtilaf etməməlidirlər, çünki "Səqəleyn” hədisinin düz-günlüyündə hamı yekdil fikirdədir. Bu hədis əhkam və əqidə ilə əlaqədar məsələlərdə müraciət yerini Quran və Peyğəmbər (s.ə.v.v)-in itrəti hesab edir. Əgər islam ümməti bu hədisə əməl edərsə ixtilaf dairəsi azalar, vəhdətə böyük şərait yaranar.
    2-Quran Allah kəlamı olmasına görə hər növ xəta və səhvdən uzaqdır. Onda necə xətaya necə ehtimal vermək olar, halbuki Allah onu vəsf edərək belə buyurur:
    لاَ يَاْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَ لاَ مِنْ خَلْفِهِ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ
    "Batil ona nə arxadan, nə də öndən yol tapa bilməz. (O,) hikmət sahibi və tərifə layiq olan Allah tərəfindən nazil olan bir kitabdır.” ("Fussilət” surəsi, ayə:42)
    Əgər Quran xətadan amandadırsa, təbii olaraq onun tayı-bərabəri olan Əhli-beyt də xətadan uzaqdır. Çünki xətakar bir şəxsin, yaxud şəxslərin Quranın bərabəri ola bilməsi yalnış fikirdir.
    Bu hədisdən Əhli-beytin hər növ xəta və günahdan uzaq (məsum) olmasını anlamaq olar. Diqqət yetirmək lazımdır ki, bir şəxsin ismətli olması onun peyğəmbər olmasını gərəkli etmir. Bir şəxsin günahdan məsum olması və eyni halda peyğəmbər olmaması mümkündür. Həzrəti Məryəm "Ali-İmran” surəsinin 42-ci ayəsinin
    يَا مَرْيَمُ اِنَّ اللّهَ اصْطَفَاكِ وَ طَهَّرَكِ وَاصْطَفَاكِ عَلي نِسَاءِ الْعَالَمِينَ
    (Mələklər Məryəmə dedilər:) Ey Məryəm, həqiqətən Allah səni seçmiş, paklamış və bütün dünya qadınlarından üstün etmişdir.” hök-münə görə hər bir günahdan uzaqdır, lakin peyğəmbər deyil.
    SUAL:2
    ŞİƏ DEDİKDƏ MƏQSƏD KİMDİR?
    Cavab: "Şiə” ərəb lüğətində "ardıcıl” mənasını daşıyır. Qurani Kərim buyurur:
    وَ اِنَّ مِنْ شِيعَتِهِ لَاِبْرَاهِيمَ
    "Nuhun ardıcıllarından biri İbrahimdir.” ("Saffat” surəsi, ayə:83)
    Müsəlmanların istilahında isə "şiə” sözü Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz vəfatından öncə müxtəlif münasibətlərlə əlaqədar olaraq müsəlmanlara xəlifə təyin etməsinə inanan şəxslərə aid edilir. Bu münasibətlərdən biri də "Qədir günü” adı ilə məşhur olan (hicrətin 10-cu ili, zil-həccənin 18-i) gündür ki, bu gündə Peyğəmbəri Əkrəm (s.ə.v.v) böyük bir cəmiyyətin iştirak etdiyi yığıncaqda bu məsələni bəyan etmiş və Əli (ə)-ı özündən sonra müsəlmanların siyasi, elmi və dini rəhbəri kimi təyin etmişdir.
    İzah: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra mühacir və ənsar iki dəstəyə bölündü:
    1-Bəziləri inanırdılar ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) xilafət məsələsinə ciddi şəkildə əhəmiyyət vermiş və özü üçün canişin təyin etmişdir, o da Peyğəmbər (s.ə.v.v)-ə iman gətirən ilk şəxs – Əliyyibni Əbi Talib (ə)-dır.
    Başlarında Bəni-Haşimin bütün böyük şəxsiyyətləri olmaqla mühacir və ənsardan təşkil olunan bir qrup səhabə, o cümlədən Salman, Əbuzər, Miqdad, Xəbab ibni Ərrət və s. kimi şəxslər olan bu qrup elə həmin əqidədə qaldılar və "Əli şiələri” adlandırıldılar.
    Əlbəttə, bu ləqəbi (şiə) Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında Əmirəl-möminin Əli (ə)-ın ardıcıllarına vermişdi. Belə ki, Əli (ə)-a işarə edərək buyurdu:
    وَ الَّذِي نَفْسِي بِيَدِهِ اِنَّ هذَا وَ شِيعَتَهُ لَهُمُ الْفَائِزُونَ يَوْمَ الْقِيَامَةِ
    "Canım əlində olana (Allaha) and olsun ki, bu (Əli) və onun ardıcılları qiyamət günündə nicat tapanlardır.”( 
    "Əddurrul-mənsur” (Cəlaləddin Suyuti), 6-cı cild, "Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.  
    )
    Deməli "şiə” islamın ilk əvvəllərində vilayət və rəhbərlik məqamının Allah tərəfindən təyin olunmasının etiqad bəsləyən bir qrup müsəlmandır, onlar indiyə qədər də Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin ardıcılları olan və onların yolunda qalan şəxslərdir.
    Şiənin məqam və mövqeyi həmin yollarla müəyyən olunur. Bununla da bəzi cahillərin və ya qərəzli şəxslərin şiələrin sonrakı dövrlərdə yarandığını iddia etmək əsasında olan sözlərinin tam əsassız olması aydınlaşır. Şiə tarixini daha geniş şəkildə araşdırmaq üçün "Əsluş-şiə və üsuluha”, "Əl-müraciat, "Əyanuş-şiə” kitablarına müraciət edə bilərsiniz.
    2-Digər bir qrup inanırdı ki, xilafət məqamı seçki yolu ilə olan bir məqamdır. Buna görə də Əbu Bəkrlə beyət etdirlər və sonralar "Əhli-sünnət”, yaxud "Əhli-təsənnün” ləqəbi aldılar. Nəticə etibarı ilə hər iki islam firqəsi arasında üsuli-dində çoxlu müştərək cəhətlərə malik olmaqla yanaşı, xilafət və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in canişinliyi məsələsi ilə əlaqədar ixtilaf yarandı, hər iki qrupun ilkin özəyini təşkil edənlər də mühacir və ənsar idi.
    SUAL:3
    NƏ ÜÇÜN ƏLİ İBNİ ƏBİ TALİB (Ə) PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V)-İN CANİŞİNİ VƏ VƏSİSİDİR?
    Cavab: Yuxarıda qeyd olunduğu kimi, şiələr xilafət məqamının Allah tərəfindən təyin olunmasına inanır və deyirlər ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra imamət məqamı müəyyən cəhətlərdən eynilə nübüvvət (peyğəmbərlik) kimidir: yəni Peyğəmbəri Əkrəm (s.ə.v.v) Allah tərəfindən təyin olunduğu kimi, onun canişini də Allah tərəfindən təyin olunmalıdır.
    Peyğəmbər (s.ə.v.v)-in həyat tarixi bu müddəaya canlı şahiddir. Çünki o həzrət çoxlu münasibətlərlə əlaqədar olaraq Əli (ə)-ı özünün xəlifəsi ünvanı ilə təyin etmişdir. Biz onlardan üçünü qeyd edirik:
    1-Besətin əvvəlində
    Allah tərəfindən Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə əmr olunmuşdu ki, "və ənzir əşirətəkəl-əqrəbin” ("Şüəra” surəsi, ayə:214) ayəsinin hökmünə görə öz qohum-əqrəbasını tovhid ayininə dəvət etsin. Bu yığıncaqda Peyğəmbəri Əkrəm (s.ə.v.v) onlara xitabən buyurmuşdu:
    فَاَيُّكُمْ يُوَازِرُنِي فِي هذَا الاَمْرِعَلَي اَنْ يَكُونَ اَخِي وَوَزِيرِي وَخَلِيفَتِي وَوَصِيِّي فِيكُمْ
    "Sizlərdən hansı biriniz bu işdə mənə kömək edər ki, mənim qardaşım, vəzirim, vəsim və sizin aranızla canişinim olsun?”
    Bu asimani çağırışa müsbət cavab verən yeganə şəxs Əliyyibni Əbi Talib (ə) oldu. Bu zaman Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz qohum-əqrəbalarına xitabən buyurdu:
    اِنَّ هذَا اَخِي وَ وَصِيِّي وَ خَلِيفَتِي فِيكُمْ فَاسْمَعُوا لَهُ وَ اَطِيعُوهُ
    "Bu (yəni Əli) mənim qardaşım, vəsim və sizin aranızdakı canişinimdir. Onun sözlərinə qulaq asın və ona itaət edin.”
    2-”Təbuk” qəzvəsi
    "Təbuk” qəzvəsində Peyğəmbər (s.ə.v.v) Əli (ə)-a buyurdu:
    اَمَا تَرْضَي اَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَي اِلاّ اَنَّهُ لَا نَبِيَّ بَعْدِي
    "Razı olmazsanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsunæ bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.” ("Tarixi Təbəri”, 2-ci cild, səh.62-63, "Tarixi Kamil”, 2-ci cild, səh.40-41æ "Müsnədi Əhməd”, 1-ci cild, səh.111æ "Nəhcül-bəlağə”nin şərhi (İbni Əbil Hədid), 13-cü cild, səh.210-212æ "Sireyi ibni Hişam”, 2-ci cild, səh.520æ "Əssəvaiqul-muhriqə” (İbni Həcər), Misir çapı, 2-ci çap, 9-cu bab 2-ci fəsil səh.121.) (Yəni Harun həzrəti Musandan sonra onun vəsisi və canişini olduğu kimi, sən də mənim xəlifəm və canişinimsən.)
    3-Hicrətin 10-cu ilində
    Peyğəmbəri Əkrəm (s.ə.v.v) vida həccindən qayıdanda "Qədir-Xum” adlı bir diyarda Əli (ə)-ı böyük bir cəmiyyət arasında müsəlmanların rəhbəri və möminlərin əmiri kimi təqdim edərək buyurdu:
    مَنْ كُنْتُ مَوْلَاهُ فَهذَا عَلِيٌّ مَوْلَاهُ
    "Mən (indiyə qədər) hər kəsin rəhbəri və ixtiyar sahibi idimsə, (bundan sonra da) bu Əli onun mövlası və rəhbəridir.”
    Diqqət olunmalı mühüm məsələ budur ki, Peyğəmbər (s.ə.v.v) sözünün əvvəlində belə buyurmuşdu:
    اَلَسْتُ اَوْلَي بِكُمْ مِنْ اَنْفُسِكُمْ
    "Mən sizə, sizin özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?” Müsəlmanlar da hamılıqla bu sözü təsdiq etdilər. Deməli, o həzrət "mövla” kəlməsi ilə "möminlərin tam ixtiyar sahibi və rəhbəri” mənasını nəzərdə tutmuşdu. Buradan belə nəticə alınır ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) özünün malik olduğu "övləviyyət” məqamını (vilayət və rəhbərliyi) Əli üçün də isbat etmişdir. Məhz həmin gündə Həssan ibni Sabit tarixi Qədir hadisəsini nəzmə çəkmişdir. Onun bir qismi belədir:( 
    "Əl-Mənaqib” (Xarəzmi Maliki), səh.80æ "Təzkirətu xəvassil-ummət” (Sibt ibni Covzi Hənəfi), səh.20æ "Kifayətut-talib”, səh.17 (Gənci Şafei) və s.  
    )
    يُنَادِيهِمْ يَوْمَ الْغَدِيرِ نَبِيُّهُم بِخُمٍّ وَ اَسْمِعْ بِالرَّسُولِ مُنَادِيًا
    فَقَالَ فَمَنْ مَوْلَاكُمْ وَ نَبِيُّكُم فَقَالُوا وَ لَمْ يَبْدُوا اَهُنَاكَ التَّعَامِيَا
    اِلَهُكَ مَوْلَانَا وَ اَنْتَ نَبِيُّنَا وَ لَمْ تَلْقَ مِنَّا فِي الْوِلَايَةِ عَاصِيَا
    فَقَالَ لَهُ قُمْ يَا عَلِيُّ فَاِنَّنِي رَضِيْتُكَ مِنْ بَعْدِي اِمَامًا وَ هَادِيًا
    فَمَنْ كُنْتُ مَوْلَاهُ فَهذَا وَلِيُّهُ فَكُونُوا لَهُ اَتْبَاعَ صِدْقٍ مَوَالِيَا
    هُنَاكَ دَعَا اَللَّهُمَّ وَالِ وَلِيَّهُ وَ كُنْ لِلَّذِي عَادَي عَلِيّاً مُعَادِيَا
    Qədir günü Peyğəmbərlrəri onlara nida etdi
    Xum adlı bir yerdə, Rəsulun carçısı necə də yaxşı eşidəndir!
    Buyurdu: Kimdir sizin mövlanız və nəbiniz?
    Dedilər: Sənin Allahın bizim mövlamızdır, sən də bizim Peyğəmbərimizsən,
    Bizim içərimizdə vilayətə asi olan bir kəs görməzsən.
    Peyğəmbər əliyə buyurdu: Qalx ayağa, həqiqətən mən
    Sənin özümdən sonra imam və hidayətçi olmağına razı oldum
    Mən hər kəsin mövlasıyamsa, bu Əli dəonun vəlisi, rəhbəridir,
    Siz də ona sadiq itaət edənlərdən olun!
    Orada belə dua etdi: Pərvərdigara, onu sevənləri sev
    Əli ilə düşmənçilik edənlərlə düşmən ol!
    "Qədir” hədisi islam tarixində mütəvatir hədislərdəndir, şiə alimlərindən əlavə təqribən 360 sünnü alimi də onu nəql etmişdir.(Nümunə üçün: "Əs-səvaiqul-muhriqə” (ibni Həcər), 2-ci çap, (Misir çapı), 9-cu bab, 2-ci fəsil, səh.123.) Onların sənədləri 110 nəfər səhabəyə çatır. Böyük islam alimlərindən 26 nəfəri bu hədislərin sənədləri və təriqləri barəsində ayrıca kitab yazmışdır. Məşhur islam tarixçisi Əbu Cəfər Təbəri kimi hədisin sənədlərini iki cildli böyük kitabda bir yerə toplamışdır. Əlavə məlumat üçün "Əl-Qədir” kitabına müraciət edə bilərsiniz.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 1014 | Downloads: 0 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024