İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:50 PM
    NƏTİCƏ
    Bu üç müqəddimədən aydın olur ki, ilahi ayələri təkzib edən insanlardan xüsusi bir dəstənin dirildilməsi ilə (bu, ikinci ayədən məlum olur) qiyamətdən öncə baş verən bir hadisəyə işarə olunur. Çünki qiyamət günündə insanların dirildilməsi bütün bəşər övladına şamildir və heç də xüsusi bir qrupla məhdudlanmır. Deməli buradan bir qrup insanın qiyamət baş verməmişdən öncə (və öləndən sonra) dirildilməsi isbat olunur ki, bu da rəcət adlanır. Quranın bərabərləri və vəhy müfəssirləri olan Peyğəmbər (s.ə.v.v) Əhli-beyti bu barədə əlavə izahlar da vermişlər. Biz ixtisara riayət edərək onların birini qeyd edirik. İmam Sadiq (ə) buyurur:
    ايَّامُ اللّهِ ثَلَاثَةٌ يَوْمُ الْقَائِم وَ يَوْمُ الْكَرَّةِ وَ يَوْمُ الْقِيَامَةِ
    "Allah günləri üçdür: Həzrəti Məhdinin qiyam etdiyi gün, rəcət günü və qiyamət günü.”
    Digər yerdə buyurur:
    لَيْسَ مِنَّا مَنْ لَمْ يُؤْمِنْ بِكَرَّتِنَا
    "Bizim dünyaya yenidən (həyata) qayıdışımızı qəbul etməyən şəxs bizdən deyildir.”
    Yaxşı olar ki, burada iki mühüm məsələni qeyd edək.
    1- RƏCƏTİN FƏLSƏFƏSİ
    Rəcətdən məqsədin nə olmasında düşünməklə bu hadisənin yüksək hədəflərindən ikisi ilə qarşılaşırıq: biri islamın həqiqi əzəmət və cəlalını göstərib kafirlərin zəlilliyini və həqirliyini aşkar etmək, digəri isə imanlı və əməlisaleh insanları mükafatlandırıb kafir və zalımlara cəza verməkdir.
    2- RƏCƏTİN TƏNASÜXLƏ BARİZ FƏRQLƏRİ
    Qeyd olunmalıdır ki, şiələrin nəzərində olan rəcət heç vaxt tənasüxə etiqadı gərəkli etmir, çünki tənasüx nəzəriyyəsi Qiyamətin inkar olunması əsasındadır. Bu nəzəriyyə ardıcılları dünyanın daimi dövr etmə əsasında cərəyan etdiyinə inanır və deyirlər ki, hər dövr özündən əvvəlki dövrün təkrarıdır.
    Bu nəzəriyyəyə əsasən hər insan öldükdən sonra onun ruhu, bir daha dünyaya qayıdır və başqa bir bədənə nəql olunur. Əgər ruh keçmiş dövrdə yaxşı əməl sahiblərinin bədənində olmuşsa sonrakı dövrü xoşluqla keçirən bir bədəndə qərarlaşır. Əgər pis əməl sahibi olmuşsa sonrakı dövrü çətinlik və məşəqqətlə keçirəcək bir bədənə nəql olunur. Və bu qayıdış da onun qiyamətdəki dirçəlişi kimidir! Halbuki rəcətə inananlar islam şəriətinə tabe olaraq qiyamətə və məada iman gətirir, digər tərəfdən də ruhun ayrıldığı bədəndən başqa bir bədənə nəql olunmasını qeyri-mümkün hesab edirlər. Yalnız buna inanırlar ki, insanların bir qrupu qiyamət baş verməzdən öncə elə bu dünyada diriləcək və onların hikmət və məsləhətləri gerçəkləşdikdən sonra yenidən əbədi dünyaya doğru tələsəcəklər ki, qiyamət günündə sair insanlarla birlikdə dirilsinlər. Bir ruh bədəndən ayrıldıqdan sonra heç vaxt başqa bədənə nəql olunmur.
    SUAL: 11
    ŞƏFAƏT NƏDİR Kİ, SİZ ONA İNANIRSINIZ?
    Cavab: Şəfaət islamın danılmaz əqidə üsullarından biridir ki, bütün islam firqələri və məzhəbləri Quran ayələrinə və rəvayətlərə istinad edərək onu qəbul etmişlər. Amma şəfaətin nəticəsi ilə əlaqədar müəyyən ixtilaflar nəzərə çarpır. Şəfaətin həqiqəti bundan ibarətdir ki, Allah dərgahında müəyyən yüksək məqama malik olan, hörmətə layiq görülən bir insan Mütəal-Allahdan digər bir insanın günahlarının bağışlanmasına və ya onun dərəcəsinin yüksəldilməsinə vasitəçi olsun. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur:
    اُعْطِيْتُ خَمْسًا...وَ اُعْطِيْتُ شَفَاعَةً فَادَّخَرْتُهَا لِاُمَّتِي
    "Mənə beş şey əta olunmuşdur... Və mənə şəfaət (etmə məqamı) əta olunmuşdur ki, onu da öz ümmətim üçün ehtiyat saxlamışam.” ( 
    "Müsnədi Əhməd”, 1-ci cild, səh.301, "Səhihi Buxari”, 1-ci cild, səh.91 Misir çapı  
    )
    ŞƏFAƏTİN MƏHDUDİYYƏTİ
    Quran nəzərindən mütləq, yəni heç bir qeyd-şərt olmadan nəzərdə tutulan şəfaət rədd olunur. Şəfaət yalnız aşağıdakı hallarda təsirlidir:
    1-Şəfaət edən şəxs Allah tərəfindən şəfaət etməyə icazəli olsun. Yalnız o kəslər şəfaət edə bilər ki, Allah dərgahına mənəvi yaxınlıqdan əlavə, Onun tərəfindən də icazəli olsunlar. Quranda bu barədə buyurulur:
    لَا يَمْلِكُونَ الشَّفَاعَةَ اِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا
    "Şəfaətə heç kəs malik olmazæ yalnız o kəs malik olar ki, Rəhman Allahın yanında əhd almış olsun.” ("Məryəm” surəsi, ayə:87)
    Digər bir ayədə buyurulur:
    يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا
    "Qiyamət günündə bir kəsin başqasının barəsindəki şəfaəti qəbul olunmaz. Yalnız o kəs üçün qəbul olunar ki, Allah ona izn versin və onun danışığından razı olsun.” ("Taha” surəsi, ayə:109)
    2-Şəfaət olunan şəxs də şəfaətçinin vasitəsilə ilahi feyzi almaq ləyaqətinə malik olsun. Yəni onun Allahla imani əlaqəsi, şəfaətçi ilə ruhi bağlılığı kəsilməmiş olsun. Deməli Allahla heç bir iman rabitəsinə malik olmayan kafirlərə, bəzi günahkar müsəlmanlara, o cümlədən şəfaətçi ilə ruhi bağlılığa malik olmayan namazsız, adam öldürən və s. kimi şəxslərə şəfaət olunmaz. Belə ki, Quranda namaz qılmayan və qiyamət gününü inkar edənlər barəsində buyurulur:
    فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ
    "Şəfaətçilərin şəfaətinin onlara heç bir faydası olmaz.”(Müddəssir” surəsi, ayə:48)
    Zalımların barəsində isə buyurulur:
    مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَ لَا شَفِيعٍ يُطَاعُ
    "Zalımlar üçün heç bir xoşluq, şəfaəti qəbul olunacaq bir şəfaətçi olmayacaqdır.” (Mömin” surəsi, ayə:18)
    ŞƏFAƏTİN FƏLSƏFƏSİ
    Şəfaət də tövbə kimi günahdan, azğınlıq yolunun yarısından qayıdaraq bu əməlləri tərk etmək istəyənlər üçün ümid yoludur ki, ömrünün qalan hissəsini Allaha itaətlə keçirmək fikrinə gəlsinlər. Çünki günahkar bir insan hər vaxt məhdud bir şəraitdə (bütün şəraitlərdə yox) şəfaətçinin şəfaətinə nail olacağını hiss edərsə bu həddi-hüdudu qorumağa və ondan kənara çıxmamağa çalışar.
    ŞƏFAƏTİN NƏTİCƏSİ
    Təfsirçilərin arasında şəfaətin günahın bağışlanmasımı, yoxsa dərəcənin yüksəldilməsi ilə əlaqədar nəticəsi barəsində fikir ayrılığı vardır. Lakin Peyğəmbər (s.ə.v.v)-in buyurduğu:
    اِنَّ شَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ لِاَهْلِ الْكَبَائِرِ مِنْ اُمَّتِي
    "Qiyamət günündə mənim şəfaətim ümmətimdən o kəslərə aiddir ki, kəbirə günahlara mürtəkib olmuşlar” – kəlamına diqqət yetirməklə birinci nəzəriyyə daha aydın olur.(Sünəni ibni Macə”, 2-ci cild, səh.583æ "Müsnədi Əhməd”, 3-cü cild, səh.313, "Sünəni Əbu Davud”, 2-ci cild, səh.537æ "Sünəni Tirmizi”, 4-cü cild, səh.45)
    SUAL: 12
    HƏQİQİ ŞƏFAƏTÇİLƏRDƏN ŞƏFAƏT İSTƏMƏK ŞİRKDİRMİ?
    Sualın izahında deyilməlidir ki, şəfaət Allaha məxsus olan bir haqqdır. Quranda bu barədə buyurulur:
    قُلْ لِلّهِ الشَّفَاعَةُ جَمِيعًا
    "De: Şəfaət haqqı bütünlüklə Allaha məxsusdur.” ("Zumər” surəsi, ayə:44)
    Deməli, Allahdan başqasından şəfaət istəmək Allahın mütləq haqqını Onun bəndəsindən istəməkdir və belə istək də həqiqətdə Allahdan başqasına pərəstiş – şirk olub ibadətdə tovhidlə uyğun gəlmir.
    Cavab: Sualda şirk dedikdə Allahın zatında, xaliqiyyətində və ya tədbirində şərik qoşmaq deyil, təbiidir ki, ibadət və pərəstişdə Ona şərik qoşmaq iddia olunur. Aydındır ki, bu məsələnin bəyanı ibadətin və pərəstişin dəqiq təfsirinə bağlıdır. Bildiyimiz kimi, ibadətin mənasının təfsiri bizim ixtiyarımıza verilməmişdir ki, məxluq qarşısında hər növ xüzu və bəndədən bir şey istəmək ibadət hesab olunsun.
    Quran buyurur ki, mələklər Adəmə səcdə etdilər:
    فَاِذَاسَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ فَسَجَدَالْمَلَائِكَةُ كُلُّهُمْ اَجْمَعُون
    "Onun xilqətini kamil etdikdə, ona Öz ruhumuzdan üfürdükdə (mələklərə əmr etdik:) ona səcdə edin, hamısı səcdə etdilər.” ("Sad” surəsi, ayə:72-73)
    Eyni halda bu səcdənin Allahın fərmanı ilə olmasına baxmayaraq mahiyyət baxımından Adəmə ibadət etmək deyildi. Çünki Allah heç vaxt belə bir işə (Adəmə iadət etməyə) fərman verməz.
    Həmçinin həzrət Yəqubun övladları və hətta onun özü belə Yusifə səcdə etdi:
    وَرَفَعَ اَبَوَيْهِ عَلَي الْعَرْشِ وَخَرُّواْ لَهُ سُجَّدًا
    "O, atasını və anasını taxtda oturtdu və onlar ona (Yusüfə) səcdə etdilər.” (Yusif” surəsi, ayə:100)
    Əgər belə bir xüzu (təzim, ehtiram) Yusifə pərəstiş və ibadət olsaydı nə ismət məqamına malik olan Yəqubun özü bu işi görər və nə də övladlarının bu işi görməsinə razı olardı. Halbuki səcdədən yüksək bir xüzu yoxdur.
    Deməli, xüzunun və ya başqasından kömək istəməyin məfhumunu ibadətin mənasından ayırmalıyıq. İbadət və pərəstişin həqiqəti budur ki, insan hər hansı bir varlığı özünə məbud seçsin, onun qarşısında ibadət etsin, yaxud hər hansı bir varlığı Allahın məxluqu hesab etsin, bununla belə Allahın dünyanı idarə etmək, günahları bağışlamaq kimi işlərinin o məxluqa həvalə edildiyini güman etsin. Amma əgər bizim hər hansı bir şəxsin qarşısında təzim etməyimiz onun ilahiləşdirilməsi, yaxud Allaha aid olan işlərin ona həvalə edilməsi əsasında olmazsa belə bir ehtiram və təzim mələklərin Adəm qarşısında, Yəqubun övladlarının Yusifin müqabilində təzim və ehtiram etmələrindən başqa bir şey olmayacaqdır.
    Sualın fərz olunduğu halda da demək lazımdır ki, hər vaxt şəfaət haqqının həqiqi şəfaətçilərə həvalə edildiyini, onların heç bir qeyd-şərt olmadan şəfaət etmələrini və bəndələrin günahlarını bağışlatmalarını təsəvvür etsək belə bir etiqad şirk olacaqdır. Çünki bu halda Allahın işini Ondan başqasından istəmiş oluruq. Amma əgər Allahın pak bəndələrindən bəzilərinin şəfaət məqamına malik olmadan müəyyən hüdudlarda günahkarların barəsində şəfaət etmə haqqına malik olmalarını və onun da ən mühüm şərtinin Allahın razılığı və izni olduğunu fikirləşsək bu halda belə bir şəfaətin saleh bir bəndədən istənilməsi onun məbud hesab edilməsini, eləcə də Allahın işlərinin ona həvalə edilməsini gərəkli etmiræ əksinə bu, bir iş şəninə yaraşan şəxsdən həmin işi istəməkdir.
    Tarixdən məlumdur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in həyatında günahkarlar günahlarının bağışlanması üçün o həzrətin hüzuruna gəlir və o həzrət də onlara şirk nisbəti vermirdi. İbni Macənin "Sünən” kitabında Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən belə rəvayət olunur:
    اَتَدْرُونَ مَا خَيَّرَنِي رَبِّي اللّيْلَةَ؟ قُلْنَا اللّهُ وَ رَسُولُهُ اَعْلَمُ قَالَ فَاِنَّهُ خَيَّرَنِي بَيْنَ اَنْ يَدْخُلَ نِصْفُ اُمَّتِي الْجَنَّةَ وَ بَيْنَ الشَّفَاعَةِ فَاخْتَرْتُ الشَّفَاعَةَ قُلْنَا يَا رَسُولَ اللّهِ اُدْعُ اللّهَ اَنْ يَجْعَلَنَا مِنْ اَهْلِهَا قَالَ هِيَ لِكُلِّ مُسْلِمٍ
    "Bilirsinizmi ki, Allah bu gecə məni hansı şeyləri seçməkdə ixtiyar sahibi etdi?” Dedilər: "Allah və Onun Peyğəmbəri daha yaxşı bilər.” Buyurdu: "O, məni iki işin hansı birini seçməkdə ixtiyar sahibi etdi: Mənim ümmətimin yarısını behiştə daxil etmək və şəfaət etmək. Mən şəfaəti seçdim.” Biz dedik: "Ey Peyğəmbər, öz Pərvərdigarından istə, bizi şəfaətə layiqli etsin.” Buyurdu: "Şəfaət hər bir müsəlman üçün olacaq.” (Sünəni ibni Macə”, 2-ci cild, "Zikruş-şəfaət” babı, səh.586)
    Bu hədisdə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dostları aşkar şəkildə onlara şəfaət etməsini istəyir və "udullahə...” deyirlər.
    Quran buyurur:
    وَلَوْ اَنَّهُمْ اِذ ظَّلَمُواْ اَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا
    "Və əgər onlar özlərinə zülm etdikləri zaman sənə tərəf gəlib Allahdan bağışlanmaq istəsələr və Allahın Rəsulu da onlar üçün bağışlanmaq istəsə Allahın tövbələri qəbul edən və mehriban (olduğunu) görərlər.”(Nisa” surəsi, ayə:64.)
    Başqa bir ayədə Yəqubun (ə) övladlarının dilindən buyurulur:
    قَالُواْ يَا اَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا اِنَّا كُنَّا خَاطِئِينَ
    "(Yəqubun övladları) dedilər: Ey ata, Allahdan bizim günahlarımız üçün məğfirət (bağışlanmaq) istə, həqiqətən biz xətakarlardan olduq.” ("Yusif” surəsi, ayə:97)
    Həzrəti Yəqub (ə) da onlar üçün istiğfar etmək vədəsi verdi və heç vaxt onları şirklə müttəhim etmədi:
    قَالَ سَوْفَ اَسْتَغْفِرُ لَكُمْ رَبِّيَ اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
    "(Yəqub) dedi: Tezliklə Rəbbimdən sizin üçün məğfirət istəyəcəyəm, həqiqətən O, bağışlayan və mehribandır.” (Yusif” surəsi, ayə:98)
    SUAL: 13
    ALLAHDAN BAŞQASINDAN KÖMƏK İSTƏMƏK ŞİRKDİRMİ?
    Cavab: Əql və vəhy məntiqi baxımından nəinki insanlar, hətta bütün dünya varlıqları belə öz yaradılışlarında Allaha möhtac olduqları kimi özlərinin təsir qoymaqlarında belə Ona ehtiyaclıdır:
    يَا اَيُّهَا النَّاسُ اَنتُمُ الْفُقَرَاءُ اِلَي اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
    "Ey insanlar, siz Allaha ehtiyaclısınız və yalnız Allah ehtiyacsız, bəyənilmiş və tərifə layiqdir.” ("Fatir” surəsi, ayə:15)
    Başqa bir ayədə bütün qələbələrin aləmlərin Rəbbinə məxsus olduğunu bildirir və buyurur:
    وَمَا النَّصْرُ اِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيم
    "Nüsrət və kömək yalnız əziz və həkim Allah tərəfindəndir.” ("Ali İmran” surəsi, ayə:126)
    İslamın bu danılmaz prinsipi əsasında biz müsəlmanlar bütün namazlarda aşağıdakı şərif ayəni dəfələrlə təkrar edirik:
    اِيَّاكَ نَعْبُدُ وَ اِيَّاكَ نَسْتَعِينُ
    "(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”(Həmd” surəsi, ayə:5)
    İndi yuxarıdakı sualın cavabının aydınlaşması üçün deyirik: Allahdan başqasından kömək istəmək iki cür təsəvvür olunur:
    1-İnsandan, yaxud hər hansı bir varlıqdan elə kömək istəyək ki, onu varlığında, yaxud öz əməllərində müstəqil, kömək çatdırmaqda Allahdan ehtiyacsız hesab edək. Şübhəsiz, Allahdan başqasından bu cür kömək istəmək sırf şəkildə şirkdir ki, Qurani-Kərimin aşağıdakı ayəsində onun əsassız olduğu bəyan edilir:
    قُلْ مَنْ ذَا الَّذِي يَعْصِمُكُمْ مِنَ اللَّهِ اِنْ اَرَادَ بِكُمْ سُوءًا اَوْ اَرَادَ بِكُمْ رَحْمَةً وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
    "De: Əgər Allah sizin barənizdə əzab iradə etsə sizi ondan amanda saxlayan kimdir?! Yaxud əgər rəhmət iradə etsə (onun qarşısını kim ala bilər?!) Və onlar özləri üçün heç bir dost və köməkçi tapmazlar.”("Əhzab” surəsi, ayə:17)
    2-Digəri isə bundan ibarətdir ki, başqa insandan kömək istəyərkən onun Allahın yaratdığı bilək, Ona ehtiyaclı hesab edək və onun özündən heç bir müstəqilliyi olmadığını, onun təsir qoymasının da yalnız böyük Allahın tərəfindən, Onun icazəsi ilə olduğunu, bəndələrinin bəzi çətinliklərini həll etmək üçün bu təsiri ona verdiyini bilək.
    Bu təfəkkürə əsasən kömək istənilən şey vasitə hökmündədir, belə ki, böyük Allah onun bəzi ehtiyaclarının təmin olunmasında bir vəsilə qərar vermişdir. Bu cür kömək istəmək həqiqətdə Allahdan kömək istəməkdir, çünki yalnız Allah bu vasitələrə və səbəblərə varlıq bağışlamış, başqalarının ehtiyaclarını təmin etməkdə təsir və qüvvəni O vermişdir. Ümumiyyətlə bütün insanların həyatı bu səbəb-nəticə qanunu əsasında qurulmuşdur. Belə ki, insan başqalarından kömək almadan yaşamaq istəsə, həyatında çox çətinliklərlə üzləşər. Burada da onlara, Allahın köməyinin gerçəkləşməsində sadəcə bir amil və vasitə olmaları, öz varlıqlarının əslinin Allahdan olması, eləcə də onların təsir qoymasının Allah tərəfindən olması nəzəri ilə baxsaq, bu cür köməyin tovhid və yeganəpərəstliklə heç bir ziddiyyəti yoxdur.
    Əgər Allahı tanıyan tovhidçi bir əkinçi torpaq, su, hava, günəş və s. kimi amillərdən istifadə edib kömək alırsa və taxılı cücərdib məhsul əldə edə bilirsə həqiqətdə Allahdan kömək istəyir, çünki o bilir ki, bu kimi səbəb və vasitələrə qüvvə və istedad verən məhz Allahdır. Aydındır ki, bu cür kömək istəmək tovhid və yeganəpərəstlik ruhu ilə tamamilə uyğundur, hətta Quran bu kimi kömək istəməyi bizə fərman verərək buyurur:
    وَاسْتَعِينُوا بِالصَّبْرِ وَ الصَّلَوةِ
    "Səbr və namazla kömək istəyin.” ("Maidə” surəsi, ayə:45)
    Aydındır ki, səbr və müqavimət bəşərin işidir və bizə də onlardan kömək almaq əmr olunub. Eyni halda belə bir kömək istəmək "iyyakə nəbudu və iyyakə nəstəin” ayəsindəki həsr ilə (yəni yalnız Allahdan kömək istəməklə) zidd deyildir.
    SUAL: 14.
    BAŞQALARINI ÇAĞIRMAQ ONLARA PƏRƏSTİŞİ GƏRƏKLİ EDİRMİ VƏ ŞİRKDİRMİ?
    Bu sualın mənşəyi bəzi Quran ayələrinin zahiri mənalarıdır. Belə ki, onlar zahiri baxımdan Allahdan başqasını çağırmağı qadağan edir:
    وَاَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ اَحَدًا
    "Məscidlər Allaha məxsusdur, belə isə Allahla birgə bir kəsi çağırmayın.” (Cin” surəsi, ayə:18)
    وَلاَ تَدْعُ مِنْ دُونِ اللّهِ مَا لاَ يَنْفَعُكَ وَلاَ يَضُرُّكَ
    "Allahdan başqa, sənə nə xeyir verən, nə də zərər verən heç kəsi çağırma.” (Yunis” surəsi, ayə:106)
    Bəziləri bu ayələri əsas tutaraq Allah övliyalarını və salehləri onların vəfatından sonra çağırmağı şirk və onlara ibadət hesab edirlər.
    Cavab: Bu sualın cavabı aydın olsun deyə, yaxşı olar ki, "dua” və "ibadət” kəlmələrinin mənalarını bir qədər izah edək.
    "Dua” ərəb dilində "nida etmək”, "çağırmaq”, "ibadət” isə "pərəstiş etmək” mənasını ifadə edir və bu iki kəlməni heç vaxt birbiri ilə eyni mənalı (sinonim) hesab etmək olmaz. Yəni heç vaxt demək olmaz ki, hər bir nida ibadətdir, çünki:
    1-Quranda dəvət kəlməsi elə yerlərdə işlədilmişdir ki, onun ibadət olduğunu heç vaxt iddia etmək olmaz:
    قَالَ رَبِّ اِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا
    "Nuh dedi: Pərvərdigara, mən gecə-gündüz öz qövmümü Sənə tərəf dəvət etdim.” ("Nuh” surəsi, ayə:5)
    Məgər Nuhun məqsədinin "gecə-gündüz öz qövmünə ibadət etməsini” demək olarmı?!
    Deməli, heç vaxt iddia etmək olmaz ki, dəvət və ibadət bir-birilə sinonimdir və əgər bir şəxs Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən, yaxud saleh bir insandan kömək istəyib onu çağırdısa ona ibadət etmişdiræ çünki dəvət və nida pərəstişdən daha ümumi məna ifadə edir.
    2-Bu ayələrin məcmusunda dua dedikdə məqsəd ümumi şəkildə olan çağırmaq deyil, əksinə xüsusi şəkildə dəvət etməkdir ki, bu da pərəstişi gərəkli edə bilər. Çünki bu ayələrin məcmusu öz bütlərini kiçik məbudlar hesab edən bütpərəstlər barəsində nazil olmuşdur. Şübhəsiz, bütpərəstlərin öz bütləri qarşısında xüzu etmələri, onları çağırıb onlardan kömək istəmələri bu məqsədlə baş verirdi ki, onları şəfaət, məğfirət və s. kimi Allaha məxsus olan haqların malikləri, dünya və axirət işləri ilə əlaqədar məsələlərdə birbaşa rol oynayan hesab edirdilər. Aydındır ki, bu kimi şəraitlərdə hər növ dəvət və çağırmaq bu varlıqlara ibadət və pərəstiş hesab olunur. Bu müddəanın ən aydın dəlili budur ki, onlar bu kimi varlıqları, onların ilahiləşdirilməsinə etiqadla yanaşı çağırırdılar:
    فَمَا اَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللّهِ مِنْ شَيْءٍ
    "Allahdan başqa çağırdıqdarı (pərəstiş etdikləri) məbudlar onları ehtiyacsız etmədi.” (Hud” surəsi, ayə:11)
    Deməli, sözü gedən ayələrin bizim bəhsimizlə heç bir əlaqəsi yoxdur. Bizim bəhsimiz bir bəndənin digər bir bəndədən kömək istəməsidir, halbuki nə onu rəbb və məbud hesab edir, nə də dünya və axirət ilə əlaqədar olan işlərdə özünün maliki və tam ixtiyar sahibi. Sadəcə olaraq onu Allahın əziz və hörmətli bəndəsi hesab ediræ Allah onu risalət və imamət məqamına seçmiş və vədə vermişdir ki, onun bəndələr barəsindəki duasını qəbul edəcəkdir:
    وَلَوْ اَنَّهُمْ اِذْظَلَمُواْ اَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا
    "(Ya Peyğəmbər,) əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr və Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, şübhəsiz, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərlər.” ("Nisa” surəsi, ayə:64)
    3-Qeyd olunan ayələr aşkar şəkildə göstərir ki, "dəvət” dedikdə məqsəd hər hansı bir iş və hacət barəsində mütləq və qeydsiz istək deyil, əksinə pərəstiş yönə malik olan dəvətdir. Bu cəhətdən də aşağıdakı ayədə dəvət sözündən sonra dərhal həmin mənaya olan ibadət kəlməsi gətirilir:
    وَقَالَ رَبُّكُمُ ادْعُونِي اَسْتَجِبْ لَكُمْ اِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
    "Və sizin Pərvərdigarınız buyurur: Məni çağırın (dəvət edin) ki, sizin istəklərinizi yerinə yetirim. Həqiqətən Mənə ibadətdən üz döndərib inadkarlıq edənlər tezliklə zillət və xarlıqla cəhənnəmə varid olarlar.” (Ğafir” surəsi, ayə:60)
    Göründüyü kimi ayənin əvvəlində "uduni” kəlməsi, axırında isə "ibadəti” kəlməsi işlədilmişdir. Bu da göstərir ki, burada dəvət kəlməsindən məqsəd ilahi sifətlərlə tanınan varlıqlar müqabilində xüsusi kömək istəməkdir.
    NƏTİCƏ
    Qeyd olunan üç məqəddimədən belə nəticə alınır ki, bu ayələrdə Quranın əsas hədəfi bütpərəst qrupların dəvətini qadağan etməkdir, çünki onlar bütləri Allaha şərik qərar verir, onları şəfaətin malikləri və tədbirçiləri hesab edirdilər. Onların qarşısında məhz buna görə xüzu edir, zəlillik göstərir, nalə edib kömək, şəfaət və hacət istəyirdilər ki, onları kiçik məbudlar hesab edir, ilahi işləri yerinə yetirməyi öhdələrinə aldıqlarına etiqad bsləyirdilər. Bütpərəstlər inanırdılar ki, Mütəal-Allah dünya və axirətlə əlaqədar olan işlərin bir qismini onlara həvalə etmişdir. Belə isə, bu ayələrin dəvət edənin (çağıranın) nəzərindən bəndəlik həddini zərrə qədər aşmayan, əksinə Allahın sevimli bəndəsi olan pak bir ruhdan kömək istəməklə nə kimi əlaqəsi ola bilər?! Quranın buyurduğu:
    وَاَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ اَحَدًا
    "Həqiqətən məscidlər Allaha məxsusdur, belə isə Allahla yanaşı heç kəsi çağırmayın.” ("Cinn” surəsi, 18) ayəsində məqsəd cahiliyyət dövründəki ərəblərin pərəstiş etdikləri bütlər, yaxud göy cisimləri, mələk və cinlərdir. Bu və bu kimi sair ayələr məbud hesab edilən şəxs və ya şeyləri çağırmağı qadağan edir. Şübhəsiz, bu kimi varlıqları çağırmaq bu etiqadla yanaşı olarsa onlara pərəstiş etmək sayılır. Lakin görəsən, bu ayələrin bir şəxsdən dua etməsini istəməklə nə kimi əlaqəsi ola bilər, halbuki kömək istəyən şəxs onun üçün heç bir ilahi-rübubi məqam olmasına inanmır, əksinə onu Allahın bəyənilən və sevimli bəndəsi hesab edir?!
    Burada deyilə bilər ki, Allahın layiqli bəndələrini çağırmaq yalnız onların sağlığında caizdir, vəfatlarından sonra isə bu iş şirk sayılır. Cavabda deməliyik:
    1-Biz Quranın aşkar buyurduğuna görə həmişə diri olan və şəhidlərdən daha yüksək bir məqamda bərzəx həyatını davam etdirən imam və peyğəmbərlər kimi saleh şəxsiyyətlərin ruhundan kömək istəyirik, onların torpaq altında yatan bədənlərindən yox. Bizim onların qəbirləri kənarında dayanaraq bir şey istəməyimizin səbəbi budur ki, bu halət bizimlə onların müqəddəs ruhları arasında daha möhkəm əlaqə yaradır. Bundan əlavə bir çox ayə və rəvayətlərə əsasən bu kimi yerlər duaların qəbul olunma yeridir.
    2-Onların diri və ya ölü olması tovhidin meyarı ola bilməz, halbuki bizim sözümüz bu duaların faydalı olub-olmamasında deyil, şirk və tövhidin meyarındadır. Əlbəttə bu məsələ barəsində də (onlardan kömək istəməyin faydalı olub-olmaması) öz yerində bəyan olunmuşdur.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 848 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024