İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:49 PM
    SUAL: 15
    BƏDA NƏDİR VƏ NƏ ÜÇÜN ONA İNANIRSINIZ?
    Cavab: "Bəda” kəlməsi ərəb dilində "aşkar” və "zahir” olmaq, şiə alimlərinin istilahında isə bəyənilən və saleh əməllər nəticəsində bir insanın taleyinin təbii yolunun dəyişməsinə deyilir. Bəda məsələsi mütərəqqi şiə ideologiyasının yüksək təfəkküründən biridir, özü də əql və vəhy məntiqindən qaynaqlanır. Quran baxımından insan öz taleyi və müqəddəratı qarşısında həmişə məcbur (əli bağlı) deyildir, əksinə səadət yolu onun üçün açıqdır, o, haqq yolunda layiqli rəftarlara malik olmaqla öz həyatının axır-aqibətini dəyişdirə bilər. Buna görə də bu həqiqəti ümumi və daimi bir prinsip kimi belə bəyan edir:
    اِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّي يُغَيِّرُواْ مَا بِاَنْفُسِهِمْ
    "Həqiqətən Allah heç bir qövmü, onların özləri öz vəziyyətlərini dəyişməyincə, dəyişməz.” ("Rəd” surəsi, ayə:11)
    Başqa bir ayədə buyurulur:
    وَلَوْ اَنَّ اَهْلَ الْقُرَي آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاء وَالآَرْض
    "Əgər qəryələrin (abadlıqların) əhalisi iman gətirib pərhizkar (təqvalı) olsaydılar asimanın və yerin bərəkət qapılarını onların üzərinə açardıq.” ("Əraf” surəsi, ayə:96)
    Həzrəti Yunis (ə)-ın taleyinin dəyişdirilməsi barəsində buyurulur:
    فَلَوْلَا اَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ لَلَبِثَ فِي بَطْنِهِ اِلَي يَوْمِ يُبْعَثُونَ
    "Əgər o, təsbih deyənlərdən olmasaydı qiyamət gününə qədər onun (balığın) qarnında qalardı.” ("Saffat” surəsi, ayə:143-144)
    Sonuncu ayədən məlum olur ki, hadisələrin zahiri gedişatı Yunis peyğəmbərin qiyamətə qədər o xüsusi bir "zindanda” qalmasını tələb edirdi, lakin o həzrətin layiqli əməli (yəni təsbih deməsi) onun həyat yolunu, müqəddəratını tamamilə dəyişdirdi və ona nicat verdi. Bu həqiqət islami rəvayətlərdə də bəyan edilmişdir. Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurur:
    اِنَّ الرَّجُلَ ليَحْرُمُ الرِّزْقَ بِالذَّنْبِ يُصِيبُهُ وَ لَا يَرُدُّ الْقَدرَ اِلاَّ الدُّعَاءُ وَ لَا يَزِيدُ فِي الْعُمْرِ اِلاَّ البِّرُّ
    "Bir insan günah səbəbi ilə ruzidən məhrum olur, dua etməkdən başqa heç bir şey onun təqdirini və taleyini dəyişdirə bilməz. Onun ömrünü yaxşılıq və ehsan etməkdən başqa bir şey də uzada bilməz.” ("Müsnədi Əhməd”, 5-ci cild, səh.277æ "Müstədrək” (Hakim), 1-ci cild, səh.493æ bunun oxşarı "Əttacul-camiu lil-üsul” kitabının 5-ci cildinin 111-ci səhifəsində gəlmişdir.)
    Bu və bu kimi sair rəvayətlərdə bəyan olunur ki, insan Allahın əmr və fərmanlarına qarşı üsyankarlıq və günah edərək ruzidən məhrum olunmağa məhkum olunur. Lakin layiqli rəftar və əməllərlə, o cümlədən dua etməklə öz taleyini, müqəddəratını dəyişdirə bilər, başqalarına yaxşılıq etməklə ömrünü uzada bilər.
    NƏTİCƏ
    Quran ayələrindən və Peyğəmbər (s.ə.v.v) sünnəsindən aydın olur ki, insan çox vaxt özünün adi rəftarları çərçivəsində təbii səbəblər nəzərindən, eləcə də işlərin adi gedişatının əksül-əməli ilə xüsusi bir taleyə məhkum olunur və ya bəzən Allah övliyalarından biri – Peyğəmbər və imam ona xəbər verib deyir ki, əgər onun bu rəftar tərzi davam edərsə filan taleyə düçar olacaqdır. Lakin gözlənilməz bir dəyişiklik nəticəsində əvvəlkindən tamamilə fərqlənən rəftara malik olar və bu yolla öz axır-aqibətini dəyişdirə bilir.
    Vəhy məntiqindən, Peyğəmbər (s.ə.v.v) sünnəsindən və sağlam əqldən qaynaqlanan bu həqiqət şiə alimlərinin istilahında "bəda” adlanır. "Bəda” təbiri şiəyə xas olan istilah deyil, əksinə sünnülərin mənbələrində və Peyğəmbər (s.ə.v.v)-in sözlərində də gözə dəyir. Məsələn, Peyğəmbər (s.ə.v.v) yuxarıda qeyd olunan hədisdə bəda kəlməsindən istifadə etmişdir:
    بَدَاَ اللّه عَزَّ وَ جَلَّ اَنْ يَبْتَلِيَهُمْ
    Qeyd olunmalıdır ki, bəda məsələsi Allahın müqəddəs dərgahında, Onun elmində dəyişiklik mənasına deyil, çünki Allah əzəldən insanların rəftarının təbii gedişatından, eləcə də bu gedişatı dəyişdirə biləcək amillərin təsirindən agahdır (bu amillər bədaya səbəb olur). Quranın özü də bəda barəsində xəbər verərək buyurur:
    يَمْحُو اللّهُ مَا يَشَاءُ وَ يُثْبِتُ وَ عِنْدَهُ اُمُّ الْكِتَابِ
    "Allah istədiyi şeyi məhv edir, istədiyi şeyi saxlayır və Ümmül-kitab (Lövhi-məhfuz) Onun yanındadır.”("Rəd” surəsi, ayə:39)
    Deməli bəda baş verən zaman Mütəal-Allah sadəcə olaraq Öz yanında əvvəlcədən məlum olan bir həqiqəti bizə aşkar edir. Buna görə də imam Sadiq (ə) buyurur:
    مَا بَدا اللّهُ فِي شَيْءٍ اِلاَّ كَانَ فِي عِلْمِهِ قَبْلَ اَنْ يَبْدُوَ لَهُ
    "Allah üçün bəda baş verən elə bir şey yoxdur ki, (Allah) əzəldən ona agah olmamış olsun.” ("Üsuli-Kafi”, 1-ci cild, kitabi-tovhid, babul-bəda, hədis:9)
    BƏDANIN FƏLSƏFƏSİ
    Şəksiz, insan öz həyatını və müqəddəratını dəyişdirməyə qadir olduğunu bilsə gələcəyini daha yaxşı şəkildə qurmaq qərarına gələr, daha artıq ruh yüksəkliyi və daha artıq ciddiyyətlə öz həyatını islah etmək fikrinə düşər. Başqa sözlə desək, tövbə və şəfaət insanı ümidsizlikdən, həyata bədbinlikdən və soyuq yanaşmadan nicat verdiyi kimi, bəda da həqiqətdə onun şad və yüksək ruhiyyəyə malik olmasına səbəb olur, onu aydın gələcəyə ümidvar və nikbin edir. Çünki bu görüş əsasında insan bilir ki, böyük Allahın hökmü ilə öz həyat yolunu və müqəddəratını dəyişdirə bilər, daha yaxşı gələcəyə, xeyir aqibətə doğru qədəm götürə bilər.
    SUAL: 16
    ŞİƏLƏR QURANIN TƏHRİF OLUNMASINA İNANIRMI?
    Cavab: Məşhur şiə alimlərinin nəzəri budur ki, Quranda heç bir təhrifə yol verilməmişdir. Hal-hazırda bizim əlimizdə mövcud olan Quran elə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə nazil olan asimani kitabdır və onda heç bir artırılmaya və ya əsgildilməyə yol verilməmişdir. Bu sözün aydın olması üçün bu barədə bir neçə dəlilə işarə edirik:
    1-Allah-taala müsəlmanların asimani kitabının hər növ təhrifdən amanda qalacağına zəmanət verir:
    اِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَاِنَّا لَهُ لَحَافِظُونَ
    "Həqiqətən Biz Quranı nazil etdik və şübhəsiz Biz də onu qoruyub saxlayacağıq.”("Hicr” surəsi, ayə:9)
    Aydındır ki, dünya şiələri öz təfəkkür və rəftarlarında Quranı özlərinə sərlövhə və nümunə qərar verdiklərindən bu şərif ayəyə dəyər vermiş, bu kitabın qorunması və təhrifdən amanda qalması ilə əlaqədar onun verdiyi xəbərə iman gətirmişlər.
    2-Şiənin böyük rəhbəri – Əli (ə) özü Peyğəmbər (s.ə.v.v)-lə yanaşı və vəhy yazıçılarından idi. O, müxtəlif münasibətlərlə əlaqədar camaatı həmin Qurana tərəf dəvət etmişdir. Onun bəzi kəlamlarını qeyd edirik:
    وَاعْلَمُوا انَّ هذَا الْقُرْآنَ هُوَ النَّاصِحُ الَّذِي لَا يَغشُّ وَ الْهَادِي الَّذِي لَا يُضِلُّ
    "Bilin ki, həqiqətən bu Quran heç vaxt xəyanət etməyən bir moizəçi, insanı heç vaxt azdırmayan bir hidayətçi, yol göstərəndir.”("Nəhcül bəlağə” (Sübhi Saleh), 176-cı xütbə)
    اِنَْ اللّهَ سُبْحَانَهُ لَمْ يَعِظْ اَحَدًا بِمِثْلِ هذَا الْقُرْآنِ فَاِنَّهُ حَبْلُ اللّهِ الْمَتِينُ
    "Həqiqətən Sübhan Allah heç vaxt bir kəsi bu Quran kimi nəsihət etməmişdir. Quran möhkəm ilahi ip və Allahın möhkəm vəsiləsidir.”("Nəhcül bəlağə”, 176-cı xütbə)
    ثُمَّ اَنْزَلَ عَلَيْهِ الْكِتَابَ نُورًا لَا يُطْفَاُ مَصَابِيحُهُ وَ سِرَاجًا لَا يخْبوا تَوَقُّدُهُ وَ مِنْهَاجًا لَا يَضِلُّ نَهْجُهُ وَ فُرْقَانًا لَا يمْخدُ بُرْهَانُهُ
    "...Sonra Allah ona bir kitab nazil etdi ki, onda heç vaxt sönməyən bir nur, işığı aradan getməyən bir çıraq, heç vaxt öz yolçularını azdırmayan bir yol, haqq və batili ayıran bir vasitədir ki, onun bürhanları əyriliyə düçar olmaz.”("Nəhcül bəlağə”, 198-ci xütbə)
    Şiələrin böyük rəhbərinin sözlərindən aydın olur ki, Qurani-Kərim çox işıqlı bir çıraq olub əbədiyyətə qədər ona tabe olanların yolunu işıqlandıracaqdır, onun nurunun sönməsinə, yaxud insanların azmasına səbəb olacaq heç bir dəyişiklik ona yol tapa bilməz.
    3-Şiə alimlərinin yekdil fikrinə görə Peyğəmbəri Əkrəm (s.ə.v.v) belə buyurmuşdur: "Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: biri Allahın kitabı (Quran), digəri isə mənim Əhli-beytim, itrətimdir. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmayacaqsınız.”
    Bu hədis islam aləmində nəql olunan mütəvatir hədislərdəndir ki, həm sünnülər, həm də şiələr onu nəql etmişlər. Bununla aydın olur ki, şiə nəzərindən Allahın kitabı – Quran heç bir təhrifə məruz qalmayacaqdır, çünki əgər onda təhrif baş verərsə ona sarılmaq insanların hidayət olunmasına, azğınlıqdan nicat tapmasına səbəb olmaz. Bu da qeyd olunan mütəvatir hədisin aşkar buyuruğu ilə uyğun deyildir.
    4-Bizim fəqih və alimlərimiz tərəfindən nəql olunan şiə rəhbərlərinin kəlamlarında bu həqiqət aşkar şəkildə göstərilir ki, Quran haqq və batilin ayırd edilmə meyarı, düzün nadürüstdən seçilmə vasitəsidir. Belə ki, hər bir kəlam, hətta rəvayət adı ilə bizə çatan şeylər belə, Quranla müqayisə edilməlidir. Əgər onun ayələri ilə uyğun gələrsə haqq və düzgün, əks halda isə batil və nadürüst olacaqdır. Bu barədə mövcud olan rəvayətlər şiələrin fiqh və rəvayət kitablarında çox gözə dəyir. Onlardan birini qeyd edirik: İmam Sadiq (ə) buyurur:
    مَا لَمْ يُوَافِقْ مِنَ الْحَدِيثِ الْقُرْآنَ فَهُوَ زُخْرُفٌ
    "Hər şey (söz) Quranla uyğun gəlməsə əbəs və batildir.”(Üsuli-Kafi”, 1-ci cild, fəzlul-elm kitabı, Əl-əxzu bis-sunəti və şəvahidil-kitab” babı, 4-cü rəvayət)
    Bu rəvayətlərdən aydın olur ki, Quranda heç bir təhrif baş verməmişdir. Buna görə də bu müqəddəs kitab haqq və batilin bir-birindən ayırd edilib seçilməsi meyarı kimi qələmə verilir.
    5-Şiə, xüsusilə mütərəqqi islam mədəniyyətinin daimi keşikçiləri olan böyük islam alimləri etiraf etmişlər ki, Qurani-Kərimdə heç bir təhrif baş verməmişdir. Bu böyük şəxsiyyətlərin hamısının adını sadalamaq çox çətindir, lakin nümunə olaraq onlardan bir neçəsinin adını qeyd edirik:
    1-Əbu Cəfər Məhəmməd ibni Əli ibni Hüseyn Babəveyh Qumi (Şeyx Səduq adı ilə məşhurdur, 381-ci ildə vəfat edib) buyurur: "Quran barəsində etiqadımız budur ki, o, Allahın sözü və vəhydir, batil və düzgün olmayan mətləblər ona yol tapa bilməz, hikmətli və elmli Allah tərəfindən nazil olunmuşdur, Allah onu göndərən və qoruyandır.”(Əl-etiqadat”, səh.93)
    2-Seyyid Mürtəza Əli ibni Hüseyn Musəvi Ələvi (Ələmul-Huda adı ilə məşhurdur və 436-cı hicri ilində vəfat etmişdir) buyurur: "Peyğəmbəri Əkrəm (s.ə.v.v) səhabələrindən bir qrupu, o cümlədən Əbdullah ibni Məsud, Übeyy ibni Kəb və başqaları dəfələrlə Quranın hamısını əvvəldən axıra qədər Peyğəmbər (s.ə.v.v)-ə oxumuşdular. Bunların hamısı bu həqiqəti göstərir ki, Quran əvvəldən bir yerə toplanmış və pərakəndə vəziyyətdə olmamışdır, ondan heç bir şey əskildilməmiş, nizamlı şəkildə olmuşdur.”(Məcməul-bəyan”, 1-ci cild, səh.10, "Əl-məsailul-Turablusiyyat” kitabının cavabından nəqlən)
    3-Əbu Cəfər Məhəmməd ibni Həsən Tusi (Şeyxut-Taifə adı ilə məşhurdur və 460-cı hicri ilində vəfat etmişdir) deyir: "Quranın artırılıb-əskildilməsi barəsində sözə gəldikdə isə, bu söz bu kitaba layiq deyildir. Çünki bütün müsəlmanlar Qurana bir şey artırılmaması barəsində yekdil fikrə malikdirlər. Ondan bir şeyin azaldılmasına gəldikdə isə müsəlman məzhəblərinin zahiri bunun əksinədir və bu fikir (Qurana bir şeyin artırılmaması) bizim məzhəbə daha layiqdir. Bu sözü Seyyid Mürtəza qəbul edərək onu təsdiqləmişdir. Rəvayətlərin zahiri də bu həqiqəti sübuta yetirir. Camaatdan az bir qrupu bəzi rəvayətlərə əsasən ayələrin azaldılması və onların yerlərinin dəyişdirilməsinə işarə edirlər və bu (zəif) rəvayətlər də həm sünnü, həm də şiə təriqi ilə gəlib çatmışdır, lakin bu kimi rəvayətlər "vahid xəbər” qəbilindəndir ki, onun barəsində elmə, yaxud ona uyğun əməl etməyə səbəb olmur, yaxşı olar ki, onlar tərk edilsin.”("Tibyan”, 1-ci cild, səh.3)
    4-Əbu Əli Təbərsi ("Məcməul-bəyan” təfsirinin müəllifi) yazır: "Qurana bir şey artırılması məsələsinə gəldikdə, demək lazımdır ki, bütün islam ümməti bu sözün əsassız olduğu barədə yekdil fikirdədirlər. Amma ondan müəyyən ayələrin azaldılmasına gəldikdə isə bizim səhabələrdən (alimlərdən) bəziləri və sünnülərin həşəviyyə firqəsindən bir qrupu (bu iddianı isbat etmək üçün) müəyyən rəvayətlər gətirmişlər, lakin bizim məzhəbimizdə qəbul olunan və səhih sayılan nəzər tam onun əksinədir.”(Məcməul-bəyan”, 1-ci cild, səh.10)
    5-Əli ibni Tavus Hilli (Seyyid ibni Tavus adı ilə məşhurdur və 664-cü ildə vəfat etmişdir) deyir: "Şiənin nəzəri budur ki, Quranda heç bir dəyişiklik olmayıb.”(Sədus-suud”, səh.144.)
    6-Şeyx Zeynuddin-Amili (877-ci ildə vəfat edib) "İnna nəhnu nəzzəlnəz-zikrə” ayəsinin təfsirində buyurur: "Yəni Biz Quranı hər növ təhrifdən qoruyub saxlayacağıq.”("İzharul-həqq”, 2-ci cild, səh.130)
    7-Qazi Seyyid Nuriddin Tüstəri ("Ehqaqul-həqq” kitabının müəllifidir və 1019-cu ildə vəfat edib) buyurur: "Quranın təhrif edilməsi ilə əlaqədar nəzərin bəzi imamiyyə şiələrinə aid edilməsi bütün şiələr tərəfindən qəbul olunmur. Yalnız onlardan bir qrupu belə bir əqidəyə malikdirlər ki, şiələrin arasında onlara etina olunmur.”("Alaur-Rəhman”, səh.25)
    8-Məhəmməd ibni Hüseyn (Bəhauddin Amili adı ilə məşhurdur və 1030-cu ilində vəfat edib) deyir: "Səhih nəzər budur ki, əzəmətli Quran hər növ təhrifdən – həm artırılmadan, həm də azaldılmadan amandadır. Bəzilərinin iddia edərək dediyi "Əli (ə)-ın adı Qurandan çıxarılmışdır!” - sözü alimlərin arasında qəbul olunmur. Tarix və rəvayətlərdə tədqiqat aparan hər kəs bilir ki, mütəvatir rəvayətlər və səhabələrdən minlərləsinin nəql etməsinə əsasən Quran sabit və möhkəmdir və onun hamısı Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə bir yerə toplanmışdır.”(Alaur-Rəhman”, səh.25)
    9-Feyz Kaşani ("Vafi” kitabının müəllifidir və 1091-ci ildə vəfat edib) Quranın dəyişdirilməməsinə, təhrif edilməməsinə dəlalət edən "İnna nəhnu nəzzəlnəz-zikrə” kimi ayələri qeyd etdikdən sonra deyir: "Belə olduqda necə mümkün ola bilər ki, Quranda təhrifə və dəyişikliyə yol verilsin? Bunu da nəzərə alaq ki, onun təhrif olunmasını iddia edən rəvayətlər Allahın kitabı ilə müxalifdir. Deməli, bu rəvayətləri əsassız hesab etməliyik.”("Təfsiri Safi”, 1-ci cild, səh.51)
    10-Şeyx Hürr Amili (1104-cü ildə vəfat edib) buyurur: "Tarix və rəvayətlər barəsində tədqiqat aparan bir insan gözəl şəkildə bilir ki, mütəvatir rəvayətlərə və səhabədən minlərləsinin nəql etdiyinə əsasən Qurani-Kərim sabit və dəyişilməzdir, o, Peyğəmbər (s.ə.v.v)-in dövründə bir yerə yığılmış və tənzim edilmişdir.”("Alaur-Rəhman”, səh.25)
    11-Dahi mühəqqiq Kaşiful-Ğita özünün "Kəşful-ğita” adlı kitabında buyurur: "Şəkk yoxdur ki, Quran Allah tərəfindən olan qorunma sayəsində hər növ dəyişiklikdən və azaldılmadan amanda qalmışdır. Belə ki, Quranın aşkar buyuruğu və alimlərin bütün dövrlərdəki fikir birliyi buna şəhadət verir. Azacıq bir qrupun müxalifət etməsinə isə etina olunmamalıdır.”
    12-İslam İnqilabının dahi rəhbəri mərhum Ayətullahul-üzma imam Xomeyni bu barədə digər bir bəyan irəli sürmüşdür. O yazır: "Hər kəs müsəlmanların Quranın bir yerə toplanması, qorunub-saxlanması, düzgün tilavət olunması və yazılması barəsində necə diqqətli olmalarından agah olsa Quranın təhrif olunmasının əsassız bir iddia olduğuna şəhadət verəcək və onu inanılası olmayan bir söz olduğunu dərk edəcəkdir. Bu barədə gəlib çatan rəvayətlər ya istidlala yararlı olmayacaq dərəcədə zəifdir, yaxud da sənədi naməlumdur ki, bu da onların saxta olmasını göstəriræ və yaxud elə rəvayətlərdir ki, onların məzmunu Quranın təvil və təfsiridiræ yaxud digər bir qismdir ki, onların bəyan olunması bu barədə müfəssəl bir kitab yazılmasını tələb edir. Əgər mövzudan xaric olma ehtimalı olmasaydı Quranın tarixi və əsrlər boyunda baş verən hadisələri şərh və aşkar edərdim ki, Qurani-Məcid eynilə bizim əlimizdə olan Qurandır, Quran qariləri arasında mövcud olan nəzər ixtilafları da sonradan yaranan yeni bir məsələdir və bunların Cəbrəili-Əminin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in pak qəlbinə nazil etdiyi şeylərlə heç bir əlaqəsi yoxdur.”("Təhzibul-üsul” (mərhum İmam Xomeyninin dərslərinin təqriratı), 1-ci cild, səh.96 (Ustad Cəfər Sübhaninin qələmi ilə))
    NƏTİCƏ
    Bütün müsəlmanlar – istər sünnü, istərsə də şiələr – inanırlar ki, asimani kitab eynilə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə nazil onunan Qurandır və o, hər növ təhrifdən və dəyişiklikdən – artırılmadan və azaldılmadan amandadır. Bununla da şiələrə isnad verilən sözlərin əsassız və yersiz olduğu aydınlaşır. Əgər bu barədə zəif sənədli (mötəbər olmayan) rəvayətlərin nəql olunması bu ittihamın yaranmasına səbəb olmuşsa deməliyik ki, bu kimi rəvayətlərin nəql olunması şiələrin içində olan az bir qrupa məxsus deyildiræ çünki sünnü müfəssirlərindən bir qrupu da belə zəif rəvayətləri nəql etmişlər ki, onların bəzilərini qeyd edirik:
    1-Əbu Əbdillah Məhəmməd ibni Ənsari Qurtəbi öz təfsirində Əbu Bəkr Ənbazidən, o da Übeyy ibni Kəbdən rəvayət edir ki, "Əhzab” surəsi (73 ayəsi ilə birlikdə) Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in zamanında "Bəqərə” surəsi qədər idi (286 ayəyə malik idi) və "Nəcm” surəsi də bu surənin içində idi, indi isə "Əhzab” surəsində belə bir ayədən heç bir əsər-əlamət görünmür.”("Təfsiri Qurtəbi”, 14-cü cüz, səh.113, "Əhzab” surəsinin təfsirində)
    Həmin kitabda Ayişənin belə dediyi nəql olunur: "Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə "Əhzab” surəsi 200 ayə idi. Müshəf yazıldıqdan sonra hazırda yazıldığından artıq bir şey tapılmadı.”("Təfsiri Qurtəbi”, 124-cü cüz, səh.113 "Əhzab” surəsinin təfsirinin əvvəllərində)
    2-”Əl-itqan” kitabının müəllifi nəql edir ki, "Übeyyin nüsxəsindəki surələrin sayı 116 imiş. Çünki onda "Həfd” və "Xəl” adlı iki surə də var idi.”("İtqan”, 1-ci cild, səh.67)
    Halbuki Quran 114 surədən ibarətdir və onda "Həfd” və "Xəl” adlı heç bir surə yoxdur.
    3-Hibətullah ibni Səlamət "Ənnasixu vəl-mənsux” adlı kitabında Ənəs ibni Malikin belə dediyini nəql edir: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə "Tövbə” surəsi qədər olan bir surə oxuyurduq ki, mən də onun yalnız bir ayəsini əzbərləmişəm. O ayə budur:
    لَوْ اَنَّ لِابْنِ آدَمَ وَادِيَيْنِ مِنَ الذَّهَبِ لَابْتَغَي اِلَيْهِمَا ثَالِثًا وَ لَوْ اَنَّ لَهُ ثَالِثًا لَابْتَغَي اِلَيْهَا رَابِعًا لوَ لَايَمْلَاُ جَوْفَ اِبْنِ آدَمَ اِلاَّ التُّرَابُ وَ يَتُوبُ اللّهُ عَلَي مَنْ تَابَ
    Halbuki Quranda belə bir ayə yoxdur və ümumiyyətlə Quranın bəlağəti ilə uyğun deyildir.
    4-Cəlaləddin Süyuti özünün "Əd-Durrul-Mənsur” adlı təfsirində Ömər ibni Xəttabdan rəvayət edir ki, "Əhzab” surəsi "Bəqərə” surəsi qədərincə idi və onda "rəcm” ayəsi vardı.”(Durrul-Mənsur”, 5-ci cild, səh.180 "Əhzab” surəsinin təfsirinin əvvəllərində.)
    Deməli həm sünnü, həm də şiələrin içində az bir qrup Quranda dəyişiklik və təhrif olmasını iddia edən zəif və süst hədisləri nəql etmişlər. Bu zəif rəvayətlər müsəlmanların təqribən əksəriyyətini təşkil edənlər tərəfindən – istər sünnü, istərsə də şiə – qəbul edilmir. Əksinə Quran ayələri, səhih və mütəvatir islam hədisləri, eləcə də Peyğəmbər (s.ə.v.v) səhabələrinin, dünya müsəlmanlarının fikir birliyinə əsasən Quranda heç bir təhrif, dəyişiklik, artırılma və azaldılma mövcud deyildir.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 1012 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024