İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:48 PM
    SUAL: 17
    ŞİƏLƏRİN SƏHABƏ BARƏSİNDƏ NƏZƏRİ NƏDİR?
    Cavab: Şiələrin nəzərindən Peyğəmbəri Əkrəm (s.ə.v.v)-i görüb onunla müsahib (yoldaş) olanlar bir neçə qismə bölünür. Biz bu qismləri şərh etməzdən öncə səhabənin tərifini qısa şəkildə deyirik. "Peyğəmbər səhabəsi” ilə əlaqədar müxtəlif təriflər qeyd olunmuşdur. O cümlədən:
    1-Səid ibni Müseyyib deyir: "Səhabə o kəsdir ki, bir, yaxud iki il müddətində Peyğəmbəri Əkrəm (s.ə.v.v)-lə yanaşı olmuş, onunla birlikdə bir, yaxud iki müharibədə iştirak etmiş və vuruşmuşdur.”("Usdul-ğabə”, 1-ci cild, səh.11-12, Misir çapı.)
    2-Vaqidi deyir: "Alimlərin nəzərinə görə hər kəs Peyğəmbəri Əkrəm (s.ə.v.v)-i görüb və islamı qəbul edibsə, həmçinin din işində təfəkkür edərək ona razı olmuşsa bizim nəzərimizdə Peyğəmbər səhabəsi hesab olunur, hətta günün bir saatı qədər olmuş olsa belə.”(Usdul-ğabə”, 1-ci cild, səh.11-12)
    3-Məhəmməd ibni İsmail Buxari belə deyir: "Müsəlmanlardan hər kəs Peyğəmbər (s.ə.v.v)-lə müsahib olmuşsa, yaxud onu görmüşsə o həzrətin səhabəsi adlanır.”(Yenə orada)
    4-Əhməd ibni Hənbəl deyir: "Hər kəs bir ay, yaxud bir gün, yaxud bir saat Peyğəmbər (s.ə.v.v)-lə müsahib olmuşsa, yaxud o həzrəti görmüşsə səhabələrdən sayılır.”(Yenə orada)
    Sünnü alimlərinin nəzərində istisnasız olaraq bütün səhabələrin ədalətli olması məsələsi danılmaz bir prinsip kimi qəbul edilmişdir. Yəni hər kəs Peyğəmbər (s.ə.v.v)-lə müsahib olmuşsa hökmən adildir.("Əl-istiyab fi əsmail əshab”, 1-ci cild, səh.2, "Usdul-ğabə”nin haşiyəsində, 1-ci cild, səh.3, ibni Əsirdən nəqlən.)
    İndi isə Quranın aydınlıq verən ayələrinin sayəsində bu nəzəriyyələri araşdırır, şiənin vəhy məntiqindən qaynaqlanan nəzərini qeyd edirik:
    Tarixdə on iki mindən artıq adam "Peyğəmbər (s.ə.v.v) səhabəsi” kimi qeyd edilmişdir ki, onların arasında müxtəlif simalar gözə dəyir. Şübhəsiz, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-lə müsahib olmaq böyük bir iftixardır ki, müəyyən insanlara nəsib olmuşdur və islam ümməti də onlara həmişə ehtiram nəzərləri ilə baxırlar. Çünki onlar islam dinini qəbul edən ilk şəxslər olmuş, islamın izzət və şövkətli bayrağını ilk dəfə olaraq ucaltmışlar. Quran da daim bu hərəkatın önündə gedən belə bayraqdarları tərifləyərək buyurur:
    لَا يَسْتَوِي مِنكُمْ مَنْ اَنفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ اُوْلَئِكَ اَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ اَنفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا
    "Məkkənin fəthindən qabaq mal-dövlətlərini (Allah yolunda) ehsan edib mübarizə edənlər bu işdən sonra infaq və cihad edənlərlə bərabər deyilləræ əksinə onlar yüksək bir dərəcəyə malikdirlər.”(Hədid” surəsi, ayə:10)
    Eyni halda bunu da etiraf etməliyik ki, Peyğəmbər (s.ə.v.v)-lə müsahib olmaq elə bir kimya deyildi ki, bütün insanların mahiyyətini dəyişdirsin, onların hamısına, ömürlərinin axırına qədər zəmanət versin və aqillər cərgəsində qərar versin. Bu məsələnin aydın olması üçün hər şeydən öncə bütün müsəlmanlar tərəfindən qəbul edilən Qurana üz gətirir və onun həll olunmasında bu müqəddəs asimani kitabdan kömək istəyirik:
    QURAN NƏZƏRİNDƏN SƏHABƏ
    Vəhy məntiqində Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in hüzuruna çatan və onunla müsahib olan (yoldaşlıq edən) şəxslər iki dəstədir:
    BİRİNCİ DƏSTƏ
    Onlar Quran ayələrində təriflənmiş, islamın şövkətinin və əzəmətli sarayının bünövrəsini qoyanlar kimi qeyd olunanlardır. Biz burada həmin dəstədən olan səhabələrlə əlaqədar bəzi ayələri qeyd edirik:
    1-İlk iman gətirənlər
    وَالسَّابِقُونَ الاَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالاَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِاِحْسَانٍ رَضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَاَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الاَنْهَارُ خَالِدِينَ فِيهَا اَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ
    "Mühacir, ənsar və onlara tabe olan ilk iman gətirənlər... Allah onlardan, onlar da Allahdan razıdır və Allah, ağaclarının altından çaylar axan behişt bağlarını onlar üçün hazırlamışdır, bu, həqiqətən də böyük qurtuluşdur.”("Tövbə” surəsi, ayə:100)
    2-Ağacın altında beyət edənlər
    لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ اِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَاَنْزَلَالسَّكِينَةَ عَلَيْهِمْ وَاَثَابَهُمْ فَتْحًا قَرِيبًا
    "Allah, səninlə ağacın altında beyət edən möminlərdən razı oldu və onların qəlblərindən keçənləri bildi. Bundan sonra onların qəlbinə aramlıq nazil etdi və yaxın olan qələbəni onlara mükafat verdi.”("Fəth” surəsi, ayə:18)
    3-Mühacirlər
    لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ اُخْرِجُوا مِن دِيَارِهِمْ وَاَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنصُرُونَ اللَّهَ وَرَسُولَهُ اُوْلَئِكَ هُمُ الصَّادِقُونَ
    "Öz ev-eşiklərindən qovulub uzaqlaşdırılan mühacir müsəlmanlar, Pərvərdigarın fəzl və mərhəmətini axtaran, Allaha və Peyğəmbərinə kömək edənlər üçün... Onlar həqiqətən doğruçulardır.”("Həşr” surəsi, ayə:8)
    4-Fəth səhabələri
    مُحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ اَشِدَّاءُ عَلَي الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ اَثَرِ السُّجُودِ
    "Məhəmməd Allahın Rəsuludur, onun köməkçiləri və onunla olanlar kafirlərə qarşı qəliz, bir-birləri arasında mehribandırlar. Onları rüku və səcdə halında görərsən ki, Allahın fəzl və mərhəmətini axtarırlar, onların üzlərində səcdənin əsərləri vardır.”("Fəth” surəsi, ayə:29)
    İKİNCİ DƏSƏTƏ
    İkinci dəstə Peyğəmbər (s.ə.v.v)-lə müsahib olmalarına baxmayaraq batinləri ilə zahirləri düz gəlməyən müna-fiqlərdir. Qurani-Kərim onların mahiyyətini, iç üzünü ifşa edərək Peyğəmbər (s.ə.v.v)-i onların varlığından qorxudur. Burada nümunə olaraq onlardan bir neçəsini qeyd edirik:
    1-Tanınmış münafiqlər
    اِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ اِنَّكَ لَرَسُولُ اللَّهِ وَاللَّهُ يَعْلَمُ اِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ اِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ
    "(Ey Peyğəmbər,) o zaman ki, münafiqlər sənin yanına gəlib dedilər: "Biz şəhadət veririk ki, sən Allahın peyğəmbərisən.” Allah bilir ki, sən Onun Rəsulusan və o həm də şahidlik verir ki, münafiqlər yalan danışırlar.”("Munafiqun” surəsi, ayə:1)
    2-Tanınmayan münafiqlər
    وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الاَعْرَابِ مُنَافِقُونَ وَمِنْ اَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَي النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ
    "Sizin ətrafınızda olan bəzi çöl ərəbləri münafiqdirlər və Mədinə əhlindən bəziləri nifaqa (ikiüzlülüyə, münafiqliyə) qərq olmuşlar. Sən onları tanımırsan, Biz onları tanıyırıq.”("Tövbə” surəsi, ayə:101)
    3-Qəlbləri xəstə olanlar
    وَاِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ اِلَّا غُرُورًا
    "Münafiqlər və qəlblərində xəstəlik olanlar Allahın və Peyğəmbərin vədəsini eşitdikləri zaman "bu yalandan başqa bir şey deyildir” - deyirdilər.”("Əhzab” surəsi, ayə:12)
    4-Günahkarlar
    وَآخَرُونَ اعْتَرَفُواْ بِذُنُوبِهِمْ خَلَطُواْ عَمَلاً صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَي اللّهُ اَن يَتُوبَ عَلَيْهِمْ اِنّ اللّهَ غَفُورٌ رَحِيمٌ
    "Öz günahlarına etiraf edən bəziləri yaxşı əməllərini pis əməllərlə qarışdırmışlar, bəlkə Allah onların tövbəsini qəbul edə. Allah bağışlayan və mehribandır.”("Tövbə” surəsi, ayə:102)
    Qeyd olunan ayələrdən başqa, Peyğəmbər (s.ə.v.v)-dən nəql olunmuş çoxlu rəvayətlərdə bəzi səhabələr məzəmmət edilir. Misal olaraq, onlardan ikisini qeyd edirik:
    1-Əbu Hazim, Səhl ibni Səddən rəvayət edir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurdu:
    اَنَا فَرَّطُّكُمْ عَلَي الْحَوْضِ مَنْ وَرَدَ شَرِبَ وَ مَنْ شَرِبَ لَمْ يَظْمَاْ اَبَدًا وَ يَرِدَنَّ عَلَيَّ اَقْوَامٌ اَعْرِفُهُمْ وَ يَعْرِفُونَنِي ثُمَّ يُحَالُ بَيْنِي وَ بَيْنَهُمْ
    "Mən (qiyamətdə) sizi hovuza tərəf göndərirəm, hər kəs ona varid olursa ondan içir, hər kəs də içirsə onun susuzluğu əbədi olaraq aradan qalxır. Bir qrup mənim yanıma gəlir, mən onları tanıyıram, onlar da məni tanıyırlar, sonra mənimlə onlar arasında fasilə salınır.”
    Əbu Hazim deyir: Mən bu hədisi oxuyan zaman Noman ibni Əbi Əyyaş eşidib dedi: Səhldən belə eşitdinmi? Dedim: Bəli. Dedi: Şəhadət verirəm ki, Əbu Səid Xidri də bu hədisi aşağıdakı əlavə ilə Peyğəmbər (s.ə.v.v)-dən nəql edirdi:
    اِنَّهُمْ مِنِّي فَيُقَالُ اِنَّكَ لَا تَدْرِي مَا اَحْدَثُوا بَعْدَكَ فَاَقُولُ سَحْقًا سَحْقًالِمَنْ بَدَّلَ بَعْدِي
    "(Mən deyəcəyəm: Pərvərdigara, axı) onlar məndəndir?! Deyiləcək: Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər! Sonra mən deyirəm: Allahın rəhmətindən uzaq olsun o kəslər ki, (məndən sonra Allahın hökmlərini) dəyişdirdilər.”("Camiul-üsul” (ibni Əsir), 11-ci cild, səh.120, 7972-ci hədis)
    "Mən onları tanıyıram, onlar da məni tanıyırlar, eləcə də "məndən sonra dəyişdirdilər” cümləsindən məlum olur ki, "onlar” dedikdə məqsəd bir müddət Peyğəmbərlə yoldaş olan səhabələrdən bəziləridir.
    2-Buxari və Müslim Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu nəql etmişlər:
    يَرِدُ عَلَيَّ يَوْمَ الْقِيَامَةِ رَهْطٌ مِنْ اَصْحَابِي -اَوْ قَالَ مِنْ اُمَّتِي- فَيُحْلَؤُونَ عَنِ الْحَوْضِ فَاَقُولُ يَا رَبِّ اَصْحَابِي، فَيَقُولُ اِنَّهُ لَا عِلْمَ لَكَ بِمَا اَحْدَثُوا بَعْدَكَ اِنَّهُمْ اِرْتَدُّوا عَلَي اَدْبَارِهِمُ الْقَهْقَرِيِّ
    "Qiyamət günündə mənim səhabələrimdən (yaxud "ümmətimdən” deyə buyurdu) bir qrupu mənim yanıma gələr, sonra onlar hovuzdan ("Kovsər” hovzundan) uzaqlaşdırılar. (Onların Kovsər hovuzuna yaxınlaşıb daxil olmalarının qarşısı alınar.) Mən deyərəm: Pərvərdigara, bunlar ki, mənim səhabələrimdir?! Allah buyurar: Sən onların, səndən sonra etdikləri əməllərdən agah deyilsən. Onlar əvvəlki vəziyyətlərinə (cahiliyyət dövrünə) qayıtdılar.”("Camiul-üsul”, 1-ci cild, səh.120, 7973-cü hədis)
    NƏTİCƏ
    Quran ayələrindən və Peyğəmbər (s.ə.v.v) sünnəsindən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-lə müsahib olmaq iftixarına nail olan səhabələrdən hamısı (əqidə cəhətindən) eyni səviyyədə olmamışlaræ onların bir qrupu təqvalı və layiqli insanlar olmuşlar və onların dəyərli xidmətləri nəticəsində islam dini inkişaf edib genişlənmişdir. Digər bir qrupu isə ilk əvvəldən ikiüzlü, münafiq, qəlbi xəstə və günahkar insanlar olmuşlar.(Əlavə məlumat almaq üçün "Münafiqun” surəsinə müraciət edə bilərsiniz.)
    Deməli şiələrin Peyğəmbər (s.ə.v.v) səhabəsi barəsində olan nəzəri elə Allahın və Peyğəmbər (s.ə.v.v)-in buyurduğundan ibarətdir.
    SUAL: 18
    MÜTƏ İZDİVACINDAN MƏQSƏD NƏDİR VƏ NƏ ÜÇÜN ŞİƏLƏR ONU HALAL BİLİRLƏR?
    Cavab: Nikah–ərlə arvad arasında olan bir bağlılıqdır. Bu bağlılıq bəzən daimi olur və əqddə onun həddi-hüdudu bəyan olunmur. Bəzən də həmin mahiyyət məhdud surətdə, müvəqqəti olaraq müəyyən müddətlə həyata keçirilir. Hər ikisi də şəri izdivac ünvanı ilə yerinə yetirilir. Yeganə fərq onların daimi və ya müvəqqəti olmasındadır, amma sair xüsusiyyətlərdə eynilə bir-biri kimidir. Aşağıda qeyd olunan şərtlər daimi izdivacda olduğu kimi mütə nikahında da şərtdir:
    1-Qadın və kişi üçün izdivacda nəsəb, səbəb və s. kimi şəri maneələr olmamalıdır, əks halda onların əqdi batildir.
    2-Tərəflərin razılaşdığı mehriyyə əqddə qeyd olunmalıdır.
    3-İzdivacın müddəti müəyyən olunmalıdır.
    4-Şəri əqd icra olunmalıdır.
    5-Onlardan dünyaya gələn övlad onların qanuni övladıdır. (Daimi nikahdan dünyaya gələn övladlar rəsmi qeydiyyata alındığı kimi, müvəqqəti nikahdan da dünyaya gələn övladlar da rəsmi qeydə alınmalıdır və bu barədə daimi və müvəqqəti əqd arasında heç bir fərq yoxdur.)
    6-Övladların nəfəqəsi (xərcliyi) atanın öhdəsinədir və övlad ata-anadan irs aparır.
    7-İzdivacın müddəti sona çatan zaman qadın yaisəlik həddində olmazsa şəri iddə saxlamalıdır. Əgər iddə əsnasında hamilə olduğu məlum olarsa uşağı dünyaya gətirən vaxta qədər hər növ izdivacdan çəkinməlidir.
    Daimi izdivacın sair hökmləri də mütə izdivacında riayət olunmalıdır. Yeganə fərq bundan ibarətdir ki, mütə izdivacı müəyyən zərurətlərin aradan qaldırılması üçün qanuni hala salındığından qadının xərcləri və nəfəqəsi ərin öhdəsinə deyildir və əqd zamanı qadın miras aparacağını şərt edərsə öz ərindən irs aparacaqdır. Aydındır ki, bu iki təfavüt nikahın mahiyyətinə heç bir təsir göstərmir.
    Hamımız inanırıq ki, islam dini əbədi şəriət və dinlərin sonuncusudur ki, bəşəriyyətin qiyamətə qədər olan bütün ehtiyaclarına cavab verməlidir. İndi belə bir məsələ yaranır ki, misal üçün, öz təhsilini davam etdirmək üçün qərib bir ölkədə, yaxud qərib şəhərdə uzun illər qalmalı olan və imkanları məhdud olduğuna görə daimi izdivac edə bilməyən bir şəxs özünün qarşısında üç yoldan birini müşahidə edir və onlardan birini seçməlidir:
    a) Elə subaylıq halətində qalsınæ
    b) Əxlaqsızlıq bataqlığına süqut etsinæ
    v) Qeyd olunan çərçivələr və şəraitlər daxilində izdivac etməsi şərən caiz olan bir qadınla müvəqqəti olaraq izdivac etsin.
    Birinci halda əksər hallarda müvəffəqiyyətsizliyə uğrayır. Baxmayaraq ki, müəyyən az saylı adamlar cinsi əməlin hər növ qeydindən uzaq gəzərək səbr və müqavimət göstərə bilər, lakin bu üslub hamı üçün icra olunası deyildir. İkinci yolu seçənlərin axır-aqibəti də biçarəlikdən, puçluqdan ibarətdir və bu, islam nəzərindən haram və qadağan olan bir iş sayılır. Zərurət bəhanəsilə bu işə icazə verilməsi təfəkkürü də bir növ ideoloji azğınlıq və əyri düşüncə sayılır. Deməli, yalnız üçüncü yol qalır ki, islam da onu təklif etmişdir. Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə də ona əməl olunurdu, lakin sonralar bu barədə ixtilaf yarandı.
    Qeyd olunmalıdır ki, müvəqqəti izdivacdan – mütədən qaçaraq onu qanunsuz bir iş hesab edənlər bilməlidirlər ki, bütün islam fəqihləri və mühəqqiqləri məna baxımından onun oxşarını daimi əqddə qəbul etmişlər. Belə ki, ər-arvad daimi əqd bağlayır, lakin hər ikisinin niyyəti bu olur ki, bir ildən, yaxud daha az, ya da daha çox müddətdən sonra təlaq vasitəsilə bir-birindən ayrılsınlar. Aydındır ki, belə bir bağlılıq zahirdə daimi, həqiqətdə isə müvəqqətidir. Belə daimi nikahla mütə arasında olan fərq bundan ibarətdir ki, mütə zahirdə də, batində də məhdud və müvəqqətidir, lakin bu növdən olan daimi izdivac zahirdə daimi, batində isə məhduddur. Bütün islam fəqihləri tərəfindən qəbul olunan bu növ izdivacı qəbul edənlər necə olur ki, mütə nikahına icazə verməkdən qorxub qaçırlar?
    Mütə izdivacının mahiyyəti ilə tanış olduqdan sonra onun halal olması və məşru (şəriət qanunu) halına salınmasının dəlillərini araşdırır və söhbətimizi iki mərhələdə davam etdiririk: 1-İslamın əvvəllərində mütə nikahının qanuni bir iş olmasıæ 2-Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə bu şəriət hökmünün qüvvədən salınmaması.
    Mütənin qanuni və şəri bir iş olmasının dəlili aşağıdakı ayədir:
    فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ اُجُورَهُنَّ فَرِيضَةً
    "Hərgah qadınlardan bəhrələnsəniz (siğə etmək istəsəniz) onların muzdunu (müəyyən olunmuş mehriyyəni) verin”.("Nisa” surəsi, ayə:24 Diqqət: Ərəb dilində fellər ya üç hərfli, ya da dörd hərflidir. Bunların hər birinin də hərfləri ya əslidir, ya da bəzisi əsli, bəzisi isə artırılmışdır. Hər üç hərfi əsli olan fellərə misal: sə-hi-bə صَحِبَ – yoldaş oldu. Bu felə bəzi hərflər artırılmaqla yeni mənalı bir kəlmə düzəlir, məsələn, həmin felə bir əlif artırılır sa-hə-bə: صَاحَبَ və mənası dəyişərək "qarşılıqlı söhbət etdi”, "müsahib oldu” olur. Üç hərfli fellərdən yeni mənalı bir kəlmə almaq üçün onlar ərəb dilində "bablar” adlanan formalara salınır ki, hər birinin də müəyyən qaydaları vardır. İlk növbədə əgər üç hərfi əsli olan felin məsdərində artıq hərf varsa, onu çıxarıb əsli hərfləri o bablara salmaqla yeni kəlmə əldə edilir. Məsələn, mütə مُتْعَةkəlməsi üç hərfli bir felin məsdəridir, onu istifal babına aparmaq istədikdə ondakı "mərbutə ta”nı atıb əsli hərflərini (م,ت.ع) istifal babına aparırıq. Bu zaman onun birinci şəxsdəki (əlbəttə, ərəb dilindəki birinci şəxs) forması "istəmtəə”, اِسْتَمْتَعَ- 9-cu şəxsdəki forması isə "istəmtətum” اِسْتَمْتَعْتُمْ olur. "Mütə”nin mənası ləzzət almaq, istimtanın (bu, ayədəki "istəmtətum” felinin məsdəridir) mənası isə ləzzət tələb etməkdir. (Çünki istifal babının mənası "tələb etmək”dir.) Deməli ayənin mənası belə olur: "Onlardan (qadınlardan) hansı müddətdə mütə tələb edərək (yəni onları siğə edərək) ləzzət almaq istəsəniz, onların muzdunu (mehriyyəsini) verin.” Amma daimi əqd isə nikah kökündən olan ənkəhə, yaxud zovc kökündən olan zəvvəcə kəlməsi ilə bəyan edilir. (Mütərcimdən))
    Bu ayədəki kəlmələr aşkar şəkildə bəyan edir ki, o müvəqqəti izdivacla əlaqədar nazil olmuşdur, çünki:
    1-Bu ayədə "istəmtətum” kəlməsi işlənmişdir ki, zahirdə müvəqqəti nikah barəsindədir. Əgər daimi nikah nəzərdə tutulsaydı hökmən əlavə əlamət və şahid qeyd edilməli idi.
    2-”Ucurəhunnə” kəlməsi "qadınların muzdu” mənasın-dadır ki, bu da məqsədin mütə olmasına dair aşkar bir şahiddir. Çünki daimi nikahda "mehriyyə” və "sədaq” kimi kəlmələrdən istifadə edilir.
    3-Şiə və sünnü müfəssirlərinin nəzərinə əsasən qeyd olunan ayə müvəqqəti nikah barəsində nazil olmuşdur.
    Cəlaləddin Süyuti "Əd-durrul-mənsur” adlı təfsir kitabında ibni Cəridən və Sədidən nəql edir ki, yuxarıdakı ayə mütə barəsində nazil olub.("Durrul-Mənsur”, 2-ci cild, səh.140)
    Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri öz təfsirində Sədidən, Mücahiddən və ibni Abbasdan nəql edir ki, bu ayə müvəqqəti nikah ilə əlaqədar nazil olmuşdur.(Camiul-bəyan fi təfsiril-Quran”, 5-ci cüz, səh.9)
    4-”Sihah” və "Müsnəd” müəllifləri, eləcə də rəvayət kitablarının müəllifləri də bu həqiqəti qəbul etmişlər. Misal olaraq, Müslim ibni Həccac özünün "Səhih” kitabında ("Səhihi Müslim”də) Cabir ibni Əbdüllahdan və Sülmət ibni Əkvədən belə rəvayət edir:
    خَرَجَ عَلَيْنَا مُنَادِي رَسُولِ اللّهِ¸ فَقَالَ اَنَّ رَسُولَ اللّهِ قَدْ اَذِنَ لَكُمْ اَنْ تَسْتَمْتِعُوا يَعْنِي مُتْعَةَ النِّسَاءِ
    "Peyğəmbər (s.ə.v.v)-in carçısı bizə tərəf gəlib dedi: Rəsuli Əkrəm sizin istimta etməyinizə (qadınlardan ləzzət almağınıza, onları siğə etməyinizə) icazə verdi. Yəni qadınları mütə etməyi nəzərdə tuturdu.”("Səhihi Müslim”, 4-cü cüz, səh.130, Misir çapı.)
    Bu barədə "Səhih” və "Müsnəd”lərdə mövcud olan rəvayətlər həddindən artıq çoxdur və bu kiçik kitaba sığa bilməz. Deməli islamın əvvəllərində, eləcə də Peyğəmbər (s.ə.v.v)-in həyatda olduğu müddətdə mütənin şəriət qanunu olması bütün islam alim və müfəssirlərinin qəbul etdiyi bir məsələdir.(Nümunə olaraq bu mənbələrdən bəzilərini qeyd edirik: 1-”Səhihi Buxari”, təməttö babı, 2-”Müsnədi Əhməd”, 4-cü cild, səh.436 və 3-cü cild, səh.356æ 3-”Əl-Müvəttəə” (Malik), 2-ci cild, səh.30, 4-”Sünəni Beyhəqi”, 7-ci cild, səh.306, 5-”Təfsiri Təbəri”, 5-ci cild, səh.9, 6-”Nəhayə” (ibni Əsir) 2-ci cild, səh.249, 7-”Təfsiri Razi”, 3-cü cild, səh.201, 8-”Tarixi ibni Xulləkan”, 1-ci cild, səh.359, 9-”Əhkamul-Quran” (Cəssas), 2-ci cild, səh.178, 10-”Muhaziratu Rağib”, 2-ci cild, səh.94, 11-”Əl-Camiul-Kəbir” (Süyuti), 8-ci cild, səh.293, 12-”Fəthul-Bari” (ibni Həcər), 9-cu cild, səh.141)
    İndi belə bir sual yaranır: görəsən mütə ayəsinin hökmü nəsx olunmuş və qüvvədən salınmışdırmı? Çox az adam tapmaq olar ki, mütənin Peyğəmbər (s.ə.v.v)-in dövründə şəriət qanunu olmasında şəkk etmiş olsun. Əsas münaqişəli məsələ bu hökmün öz qüvvəsində qalması və qüvvədən salınmaması ilə əlaqədardır. İslam rəvayətləri və tarixi göstərir ki, bu ilahi hökmə əməl olunması Ömərin xilafəti dövrünə qədər müsəlmanlar arasında adi bir iş idi, amma xəlifə müəyyən məqsədlərlə onu qadağan etdi.
    Müslim öz "Səhih” kitabında nəql edir ki, ibni Abbas və ibni Zübeyr qadınları mütə etmək və təməttö həcci barəsində ixtilafa düşdülər, Cabir ibni Əbdüllah dedi:
    فَعَلْنَاهُمَا مَعَ رَسُولِ اللّهِ ¸ ثُمَّ نَهَانَا عَنْهُمَا عُمَرُ فَلَمْ نَعُدْ لَهُمَا
    "Biz Peyğəmbər (s.ə.v.v)-lə birlikdə olanda hər ikisini yerinə yetirirdik. Sonra Ömər bizi bu işdən çəkindirdi. Bundan sonra bu işi görmədik.”("Sünəni Beyhəqi”, 7-ci cild, səh.206, "Səhihi Müslim”, 1-ci cild, səh.395)
    Cəlaləddin Süyuti öz təfsirində Əbdür-Rəzzaqdan, Əbu Davuddan, ibni Cəridən, onlar da Həkəmdən rəvayət edirlər ki, ondan mütə ayəsinin nəsx olunub-olunmaması barəsində soruşulduqda dedi: Xeyr, nəsx olunmayıb. Əli (ə) da buyurdu:
    لَوْ لَا اَنَّ عُمَرَ نَهَي عَنِ الْمُتْعَةِ مَا زَنَي اِلاّشَقِيٌّ
    "Əgər Ömər mütəni qadağan edib onun qarşısını almasaydı bədbəxt insanlardan başqa heç kəs zinaya mürtəkib olmazdı.”("Durrul-Mənsur”, 2-ci cild, səh.140)
    Əli ibni Məhəmməd Quşçi yazır: Ömər ibni Xəttab minbərdə olarkən dedi:
    اَيُّهَا النَّاسُ ثَلَاثٌ كُنَّ عَلَي عَهْدِ رَسُولِ اللّهِ اَنَا اًَنْهَي عَنْهُنَّ وَ اُحَرِّمُهُنَّ وَ اُعَاقِبُ عَلَيْهِنَّ وَ هِيَ مُتْعَةُ النِّسَاءِ وَ مُتْعَةُ الْحَجِّ وَ حَيَّ عَلَي خَيْرِ الْعَمَلِ
    "Ey insanlar! Üç şey Peyğəmbərin dövründə var idi ki, mən onları qadağan edir və onu görənləri cəzalandıracağam. Onlar qadın mütəsi, təməttö həcci və namazda "həyyə əla xeyril-əməl” deməkdir.”(Şərhu təcrid” (Quşçi), imamət bəhsi, səh.484)
    Qeyd olunmalıdır ki, bu barədə mövcud olan rəvayətlər həddindən artıq çoxdur.(Daha artıq məlumat əldə etmək üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz. 1-”Müsnədi Əhməd”, 3-cü cild, səh.356 və 363, 2-”Əl-Bəyan vəttəbyin” (Cahiz), 2-ci cild, səh.223, 3-”Əhkamul-Quran” (Cəssas) 1-ci cild, səh.342, 4-”Təfsiri-Qurtəbi”, səh.370, 5-”Əl-Məbsut” (Sərəxsi Hənəfi) kitabul-həcc, babul-Quran, 6-”Zadul-Məad” (ibni Qəyyim), 1-ci cild, səh.444, 7-”Kənzul-ummal”, 8-ci cild, səh.293, 8-”Müsnədi Əbu Davud”, səh.247, 9-”Tarixi-Təbəri”, 5-ci cild, səh.32, 10-”Əl-Müstəbin” (Təbəri), 11-”Təfsiri-Razi”, 3-cü cild, səh.200-202, 12-”Təfsiri Əbu Həyyan”, 3-cü cild, səh.218) Bunu da nəzərə alaq ki, mütə nikahın və izdivacın qismlərindəndir. Nikah daimi və müvəqqəti olaraq iki yerə bölünür. Müvəqqəti nikah əqdi bağlanan qadın insanın həyat yoldaşı (zövcəsi) sayılıræ kişi də o qadının əri (zövcü) hesab olunur. Təbiidir ki, belə izdivac da, izdivacla əlaqədar ayələrə daxildir. Quran buyurur:
    وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ اِلَّا عَلَي اَزْوَاجِهِمْ اوْ مَا مَلَكَتْ اَيْمَانُهُمْ
    "O kəslər ki, özlərini zövclərindən, yaxud onların mülkiyyətində olan kənizlərindən başqasından pak saxlayarlar.”(Muminun” surəsi, ayə:5-6)
    Müvəqqəti əqd ilə və qeyd olunan şərtlər çərçivəsində əqd olunan bir qadın "illa əla əzvacihim” (yəni öz ərlərindən başqasından) kəlməsinin nümunələridir və onun çərçivəsindən xaric də deyildir. Yəni bir qadın mütə nikahı ilə əqd olunaraq bir kişinin əqdinə keçirilsə, onun həyat yoldaşı və zövcəsi sayılacaq, "əzvacihim” kəlməsi də ona aid olunacaqdır.
    "Muminin” surəsinin qeyd olunan ayəsi qadınlardan iki qrupu üçün cinsi əlaqəni icazə verir: Biri həyat yoldaşı, digəri isə kənizlər. Müvəqqəti nikah ilə izdivac olunan qadın birinci qismə (həyat yoldaşlarına) daxildir. "Muminun” surəsində qeyd olunan ayənin "Nisa” surəsindəki mütə ayəsini nəsx edib qüvvədən saldığını iddia edənlərin sözü doğrudan da qəribədir! Hamımızın bildiyimiz kimi, nəsx edən ayə nəsx olunan ayədən sonra nazil olmalıdır, lakin bu ayələrdə hadisə tamamilə əksinədir: "nəsx edən” ünvanı ilə təsəvvür olunan "Muminun” surəsinin 5-6-cı ayələri məkkidir, (yəni Məkkeyi-Mükərrəmədə, Peyğəmbər (s.ə.v.v)-in Mədinəyə hicrət etməsindən qabaq nazil olmuşdur), amma mütə ayəsinin yerləşdiyi "Nisa” surəsi isə mədənidir (yəni Mədinə şəhərində Peyğəmbər (s.ə.v.v)-in hicrətindən sonra nazil olmuşdur.) İndi soruşuruq ki, məkki surəsində yerləşən bir ayə mədəni surəsinin ayəsini necə qüvvədən sala bilər?!
    Mütə ayəsinin Peyğəmbər (s.ə.v.v)-in zamanında qüvvədən düşməməsini göstərən aşkar dəlillərdən biri də onun həmin dövrdə nəsx olunmasını inkar edən çoxlu rəvayətlərdir. Belə ki, Cəlaləddin Süyuti "Əd-durrul-mənsur” adlı təfsir kitabında onları nəql edib, onun ətraflı şərhi də yuxarıda qeyd olundu.("Durrul-Mənsur”, 2-ci cild, səh.140-141. )
    Mövzunun sonunda bu məsələni qeyd etməliyik ki, "Səqəleyn” hədisinin tələbinə görə islam ümmətinin hidayətinə səbəb olan, Qurandan heç vaxt ayrılmayan Əhli-beyt imamları da mütənin qanuni və şəri bir iş olmasını, heç vaxt qüvvədən düşməməsini aşkar şəkildə bəyan etmişlər.("Vəsailuş-şiə”, 14-cü cild, nikah kitabı 1-ci bab, səh.436)İslam dininin bəşər cəmiyyətinin çətinliklərini hər bir zamanda həll etməyə qadir olması müddəası da belə bir nikahın qanuni olmasına – qeyd olunan şərtlərə riayət etməklə – təkid edir. Çünki müasir dövrdə cavanların fəsad və əxlaqsızlıqdan nicat verilməsi yollarından biri də xüsusi şəraitlər daxilində müvəqqəti izdivacat icazə verilməsidir.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024