İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:46 PM
    SUAL: 19
    NƏ ÜÇÜN ŞİƏLƏR TÜRBƏTƏ SƏCDƏ EDİRLƏR?
    Cavab: Bəziləri belə təsəvvür edir ki, şəhidlərin türbətinə, yaxud da adi torpaqa səcdə etmək ona pərəstiş etmək mənasınadır və bir növ şirk sayılır.
    Bu sualın cavabında qeyd etməliyik ki, "əs-sücudu lillah” və "əs-sücudu ələl-ərz” ifadələri arasında aydın fərqlər vardır. Qeyd olunan sual göstərir ki, bəziləri bu iki ifadə arasında heç bir fərq qoya bilməmişlər. Şübhəsiz, "əs-sücudu lillah” cümləsinin mənası "səcdə Allah üçündür” deməkdir, halbuki "əs-sücudu ələl-ərz”in mənası budur ki, səcdə yerə edilməlidir. Başqa sözlə desək, biz torpağa səcdə etməklə Allah qarşısında səcdə edirik və ümumiyyətlə bütün dünya müsəlmanları müəyyən bir şeyin üzərinə səcdə edirlər. Halbuki onların səcdələri Allah üçündür. Allah evinin bütün ziyarətçiləri Məscidul-Həramın daşlarına səcdə edirlər, onların əsas hədəfi də Allaha səcdə etməkdir.
    Deməli torpağa, bitkiyə və s. kimi şeylərə səcdə etməyin mənası onlara pərəstiş etmək deyil, əksinə Allah üçün səcdə etmək və Allahın hüzurunda bəndəçilik izhar etməkdir. Eləcə də aydın olur ki, "türbətə səcdə etmək”, "türbət üçün səcdə etmək”dən başqadır. Digər tərəfdən Allah-Taala buyurur:
    وَلِلّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالاَرْض
    "Göylərdə və yerdə olanların hamısı Allah üçün səcdə edir.”("Rəd” surəsi, ayə:15)
    Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurur:
    جُعِلَتْ لِيَ الآَرْضُ مَسْجَدًا وَ طَهُورًا
    "Torpaq (yer) mənim üçün səcdəgah və pakizəlik vasitəsi qərar verilmişdir.”(Səhihi Buxari”, Səlat kitabı, səh.91)
    Deməli Allah üçün səcdənin türbətə və yerə səcdə ilə nəinki heç bir ziddiyyəti yoxdur, əksinə tamamilə uyğun bir işdir. Çünki torpağa və bitkiyə səcdə etmək Allah qarşısında bəndəçiliyin son həddini göstərir.
    Şiənin nəzəriyyəsinin daha aydın olması məqsədilə imam Sadiq (ə)-ın dəyərli kəlamını qeyd edirik:
    عَنْ هُشَامِ بْنِ الْحَكَمِ قَالَ قُلْتُ لِاَبِي عَبْدِ اللّهِ عليه السلام اَخْبِرْنِي عَمَّايَجُوزُ السُّجُودُ عَلَيْهِ وَ عَمَّا لَا يَجُوزُ؟ قَالَ اَلسُّجُودُ لَا يَجُوزُ اِلاَّ عَلَي الآَرْضِ اَوْ مَا اَنْبَتَتِ الآَرْضُ اِلاَّ مَا اُكِلَ وَ لُبِسَ فَقُلْتُ لَهُ جُعِلْتُ فِدَاكَ مَا الْعِلَّةُ فِي ذلِكَ؟ قَالَ لِاَنَّ السُّجُودَ هُوَ الْخُضُوعُ لِلّهِ عَزَّوَ جَلَّ فَلَا يَنْبَغِي اَنْ يَكُونَ عَلَي مَا يُؤْكَلُ وَ يُلْبَسُ لِاَنَّ اَبْنَاءَ الدُّنْيَا عَبِيدُ مَا يَاْكُلُونَ وَ يَلْبِسُونَ وَ السَّاجِدُ فِي سُجُودِهِ فِي عِبَادَةِ اللّهِ عَزَّ وَ جَلَّ فَلَا يَنْبَغِي اَنْ يَضَعَ جَبْهَتَهُ فِي سُجُودِهِ عَلَي مَعْبُودِ اَبْنَاءِ الدُّنْيَا الَّذِينَ اغْتَرُّوا بِغُرُورِهَاوَالسُّجُودُ عَلَي الآَرْضِ اَفْضَلُ لِاَنَّهُ اَبْلَغُ فِي التَّوَاضُعِ وَ الْخُضُوعِ لِلّهِ عَزَّوَجَلَّ
    Hüşam ibni Həkəm deyir: imam Sadiq (ə)-dan üzərinə səcdə edilməsi səhih olan şeylər barəsində soruşduqda, buyurdu: "Səcdə yalnız yerə və ondan cücərənlərə – yeməlilərdən və geyməlilərdən başqa – edilməlidir.” Dedim: "Sənə fəda olum, bunun səbəbi nədir?” Buyurdu: "Səcdə Allah üçün itaət və bəndəçilik əlamətidir və yeməlilərin və içməlilərin üzərinə edilməsi layiq deyildir. Çünki dünyapərəstlər yemək və geymək qullarıdır, halbuki insan səcdə zamanı Allaha pərəstiş edir, deməli öz alnını dünyapərəstlərin məbudu olan, onların məftun olduqları şeylərin üzərinə qoyması yaxşı deyildir. Torpağa səcdə edilməsi daha yüksək və daha yaxşıdır, çünki böyük Allahın müqabilində bəndəçilik və xüzu etməklə daha münasibdir.”("Biharul-ənvar”, cild, 85 səh.147 "İləluş-şəraye”dən nəqlən)
    Bu kəlam göstərir ki, səcdə yalnız ona görə torpağa edilməlidir ki, bu iş yeganə Allahın müqabilində bəndəçilik və xüzu ilə tam uyğundur.
    Burada başqa bir sual yaranır ki, şiələr nə üçün yalnız torpağa və bəzi bitkilərə səcdə etməyi caiz bilir, amma hər bir şeyə səcdə etməyi caiz bilmirlər?
    Cavabda deməliyik ki, bir ibadətin özü müqəddəs islam şəriətinin tərəfindən gəldiyi kimi, onun şərtləri, hissələri və yerinə yetirilmə qaydası da Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in tərəfindən, onun sözü və ya rəftarı ilə bəyan edilməlidir. Çünki Qurani-Kərimin hökmünə görə Peyğəmbər (s.ə.v.v) təqvalı insanların hamısına nümunədir. İndi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əməl və rəftarını göstərən hədislərdən bəzilərini qeyd edirik. Belə ki, onların hamısı Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in həm torpağa, həm də ondan cücərən şeylərə səcdə etməsini göstərir. Bu da eynilə şiələrin inancından ibarətdir:
    İslam mühəddislərindən bir qrupu "Səhih” və "Müsnəd” kitablarında Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in, torpağı özü üçün səcdəgah təqdim etməsini göstərən sözünü bəyan etmişlər:
    جُعِلَتْ لِيَ الآَرْضُ مَسْجَدًا وَ طَهُورًا
    "Torpaq mənim üçün səcdəgah və paklıq səbəbi qərar verilmişdir.”("Sünəni Beyhəqi”, 1-ci cild, səh.212, "Səhihi Buxari”, 1-ci cild, kitabus-səlat, səh.91, "İqtizaus-siratul-mustəqim” (ibni Teymiyyə), səh.332)
    Bu hədisdəki şəriət qanunu mənasını ifadə edən "cuilə” (qərar verilmək, qanun halına salınmaq) kəlməsindən aydın olur ki, bu, islam dini ardıcılları üçün ilahi bir hökmdür. Deməli səcdənin torpağa, daşa və yer səthini təşkil edən sair hissələrə səcdə edilməsinin qanuni bir iş olması sübuta yetir.
    2-Rəvayətlərdən bir qrupu göstərir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) müsəlmanlara, səcdə zamanı alınlarını torpağa qoymasını əmr etmişdir. Belə ki, Ümmü Sələmə (Peyğəmbər (s.ə.v.v)-in zövcəsi) o həzrətin belə buyurduğunu nəql edir:
    تَرِّبْ وَجْهَكَ لِلّهِ
    "Üzünü (səcdədə) Allah üçün torpağa qoy.”("Kənzul-ummal”, 7-ci cild, Hələb çapı, səh.465, 19809-cu hədis)
    Peyğəmbər (s.ə.v.v)-in kəlamındakı (əmr formasında olan) "tərrib” ifadəsindən iki məsələ aydın olur:
    a) İnsan səcdə zamanı öz alnını türbətin üzərinə – torpağa qoymalıdır.
    b) Bu əməl, ona əmr edildiyi üçün icra olunması vacib olan bir fərmandır, çünki tərrib kəlməsi "turab” kökündən alınmış və əmr formasında bəyan edilmişdir.
    3-Bu barədə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in davranışı müsəlmanların yolunu açaq-aşkar bəyan edir. Vail ibni Həcər deyir:
    رَاَيْتُ النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ اِذَاسَجَدَوَضَعَ جَبْهَتَهُ وَاَنْفَهُ عَلَي الآَرْضِ
    "Peyğəmbəri Əkrəm (s.ə.v.v) səcdə edərkən alnını və burnunu torpağa qoyurdu.”("Əhkamul-Quran” (Cəssas Hənəfi), 3-cü cild, səh.209, Beyrut çapı)
    Ənəs ibni Malik, ibni Abbas, eləcə də Peyğəmbər (s.ə.v.v)-in həyat yoldaşlarından Ayişə və Ümmü Sələmə, həmçinin mühəddislərdən çoxu belə rəvayət etmişlər:
    كَانَ رَسُولُ اللّهِ ¸ يُصَلِّي عَلَي الْخُمْرَةِ
    "Peyğəmbər (bir növ həsir olan və xurma lifindən toxunan) xümrəyə səcdə edirdi.”("Sünəni Beyhəqi”, 2-ci cild, səh.421, Kitabus-səlat)
    Peyğəmbər (s.ə.v.v) səhabələrindən olan Əbu Səid deyir:
    دَخَلْتُ عَلَي رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَ سَلَّم وَ هُوَ يُصَلِّي عَلَي حَصِيرٍ
    "Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in hüzuruna getdim, halbuki o, həsirə namaz qılırdı.”("Sünəni Beyhəqi”, 2-ci cild, səh.421)
    Bu söz şiənin səcdənin torpaqdan cücərən, amma yeməli və içməli olmayan şeylərə caiz olması ilə əlaqədar nəzəriyyəsinə aşkar bir dəlildir.
    4-Peyğəmbər (s.ə.v.v)-in səhabə və tabeinlərinin əməl və rəftarı da o həzrətin sünnəsinə dəlalət edir. Cabir ibni Əbdüllah Ənsari deyir:
    كُنْتُ اُصَلِّي الظُّهْرَ مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم فَآخُذُ قَبْضَةً مِنَ الْحِصَاءلِتَبْرُدَ فِي كَفِّي اَضَعُها لِجَبْهَتِي اَسْجُدُ عَلَيْها لِشِدَّةِ الْحَرِّ
    Zöhr namazını Peyğəmbər (s.ə.v.v)-lə qılırdım. Bir ovuc çınqıl götürüb əlimdə saxladım ki, soyusun və səcdə zamanı alnımı onların üzərinə qoyum. Bu da kəskin isti olduğuna görə idi.”
    Ravi sonra əlavə edir: "Əgər bədənində olan libasa səcdə etmək caiz olsaydı bu iş daş parçalarını götürüb soyutmaqdan daha asan olardı.”("Sünəni Beyhəqi”, 1-ci cild, səh.439, Kitabus-səlat, babu ma ruviyə fittəcili biha fişiddətil-hər)
    İbni Səd (209-cu ildə vəfat edib) özünün "Ət-təbəqatul-kubra” adlı kitabında belə yazır:
    كَانَ مَسْرُوقٌ اِذَا خَرَجَ يَخْرُجُ بِلبْنَةٍ يَسْجُدُ عَلَيْهَا فِي السَّفِينَةِ
    "Məsruq ibni Əcdə səfər zamanı özü ilə bir kərpic aparırdı ki, gəmidə onun üzərinə səcdə etsin.”("Ət-təbəqatul-Kubra”, 6-cı cild, səh.79, Məsruq ibni Əcdəin həyatı.)
    Qeyd olunmalıdır ki, Məsruq ibni Əcdə Peyğəmbər (s.ə.v.v)-in tabeinlərindən və ibni Məsudun səhabələrindən idi. "Təbəqatul-kubra” kitabının müəllifi onu Kufə əhlinin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra birinci təbəqəsində, eləcə də Əbu Bəkr, Ömər, Osman, Əli və Əbdüllah ibni Məsuddan rəvayət edən şəxslər cərgəsində qeyd etmişdir.
    Bu söz səcdə etmək üçün özü ilə birlikdə torpaq, türbət və daş parçası aparanların işini şirk və bidət hesab edənlərin sözlərinin əsassız olduğunu isbat edir və göstərir ki, islam tarixinin önündə gedən şəxslər də bu işi görmüşlər.(Digər şahidlərdən əlavə məlumat almaq üçün Əllamə Əmininin "Sirətuna” kitabına müraciət edə bilərsiniz.)
    Nafe deyir:
    اِنَّ ابْنَ عُمَرَ كَانَ اِذَا سَجَدَ وَ عَلَيْهِ الْعِمَامَةُ يَرْفَعُهَا حَتَّي يَضَعَ جَبْهَتَهُ بِالآَرْضِ
    "Əbdüllah ibni Ömər səcdə edərkən alnındakı parçanı kənara çəkirdi ki, öz alnını torpağa qoysun.”("Sünəni Beyhəqi”, 2-ci cild, səh.105)
    Rəzin deyir:
    كَتَبَ اِلَيَّ عَلِيُّ ابْنُ عَبْدِ اللّهِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللّهُ عَنْهُ اَنِ ابْعَثْ اِلَيَّ بِلَوْحٍ مِنْ اَحْجَارِ الْمَرْوَةِ اَسْجُدْ عَلَيْهِ
    Əli ibni Əbdüllah ibni Abbas mənə yazdı: "Mərvə dağının daşlarından bir parçasını mənim üçün göndər ki, ona səcdə edim.”("Əxbaru Məkkə”, 3-cü cild, səh.151)
    5-Digər tərəfdən, islam mühəddislərinin nəql etdikləri bəzi rəvayətlər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in səcdə zamanı öz alınlarındakı parçanı alınları ilə yer arasında qoyan şəxslərin işini qadağan etməsini göstərir. Saleh Səbai deyir:
    اِنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم رَاَي رَجُلاً يَسْجُدُ بِجَنْبِهِ وَ قَدِ اعْتَمَّ عَلَي جَبْهَتِهِ فَحَسَرَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم عَنْ جَبْهَتِهِ
    "Peyğəmbər (s.ə.v.v) bir şəxsi öz yanında səcdə halında müşahidə etdiæ o, öz alnına əmmamə bağlamışdı. Peyğəmbər (s.ə.v.v) əmmaməni onun alnından kənara çəkdi.”(Sünəni Beyhəqi”, 2-ci cild, səh.105)
    Əyaz ibni Əbdüllah Qurəşi deyir:
    رَاَي رَسُولُ اللّهِ ¸رَجُلاً يَسْجُدُ عَلَي كُورِ عِمَامَتِهِ فَاَوْمَاَ بِيَدِهِ اِرْفَعْ عِمَامَتَكَ وَ اَوْمَاَ اِلَي جَبْهَتِهِ
    "Rəsuli Əkrəm (s.ə.v.v) bir kişini səcdə halında gördüæ o, öz əmmaməsinin küncünə səcdə edirdi. Ona işarə etdi ki, əmmaməni kənara çəksin və bu zaman onun alnına işarə etdi.”("Sünəni Beyhəqi”, 2-ci cild, səh.105)
    Bu rəvayətlərdən aydın olur ki, yerə, torpağa səcdə etmək Peyğəmbər (s.ə.v.v)-in dövründə də inkarolunmaz və gün kimi aydın olan məsələlərdən biri idi. Hətta əgər müsəlmanlardan biri əmmaməsinin bir ucunu alnı ilə yerin arasına qoyaraq alnını yerə yapışdırmırdısa Peyğəmbər (s.ə.v.v) bu işi qadağan edirdi.
    6-”Səqəleyn” hədisinə əsasən Qurandan heç vaxt ayrılmayan, digər tərəfdən də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in Əhli-beyti sayılan şiələrin məsum rəhbərləri də öz kəlamlarında bu həqiqətə işarə etmişlər. İmam Sadiq (ə) buyurur:
    اَلسُّحُودُ عَلَي الآَرْضِ فَرِيضَةٌ وَ عَلَي الْخُمْرَةِ سُنَّةٌ
    "Yerə səcdə etmək Allahın hökmü, həsirə səcdə etmək Peyğəmbər (s.ə.v.v)-in sünnəsidir.”("Vəsailuş-şiə”, 3-ci cild, səh.593 Kitabus-səlat ma yəscudu ələyhim babı 7-ci hədis)
    Başqa bir hədisdə buyurur:
    اَلسُّحُودُ لَايَجُوزُ اِلاَّ عَلَي الآَرْضِ اَوْ عَلَي مَا اَنْبَتَتِ الآَرْضُ اِلاَّ مَا اُكِلَ وَ لُبِسَ
    "Səcdə yalnız yerdən göyərən, amma yeməli və geyilməli olmayan şeylərə caizdir.”("Vəsailuş-şiə”, 3-cü cild, səh.593, ma yuscədu ələyh, babı 7-ci hədis)
    NƏTİCƏ:
    Qeyd olunan dəlillərdən aydın olur ki, təkcə Əhli-beytin rəvayətləri deyil, eləcə də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in sünnəsi, o həzrətin səhabələri və tabeinlərinin rəftar və əməlləri səcdənin yer və ondan cücərən şeylərin (yeyilməli və geyilməlilərdən başqa) üzərinə səcdə etməyin zərurətinə şəhadət verir.
    Bundan əlavə, qeyd olunan şeylərin üzərinə səcdə etmək caizdir, halbuki sair şeylərə səcdə etməyin caiz olması şübhəli və ixtilaflıdır, deməli nicat və qurtuluş yolu olan ehtiyatın tələbinə görə yaxşı olar ki, səcdə zamanı həmin qeyd olunan şeylərlə kifayətlənsin.
    Bunu da qeyd etmək lazımdır ki, bu, fiqhi bir məsələdir və bu kimi fəri məsələlərdə islam fəqihləri arasındakı fikir ayrılığı çox gözə dəyir, lakin belə bir fiqhi ixtilaf nigaranlığa səbəb olmamalıdır. Çünki bu kimi ixtilaflar dörd sünnü məzhəbləri arasında da mövcuddur. Belə ki, malikilərin nəzərinə görə burunu səcdəgaha qoymaq müstəhəbdir, halbuki hənbəlilər onu vacib bilir, onun tərk olunmasının da səcdənin batil olunmasına səbəb hesab edirlər.(Əl-fiqhu ələl-məzahibil-ərbəə”, 1-ci cild, səh.161, Misir çapı, Kitabus-səlat, məbhəsus-sücud)
    SUAL: 20
    NƏ ÜÇÜN ŞİƏLƏR ZİYARƏT ZAMANI HƏRƏMİN QAPI DİVARINI ÖPÜR VƏ TƏBƏRRÜK EDİRLƏR?
    Cavab: İlahi övliyaların əsərlərinə təbərrük etmək müsəlmanların arasında yaranmış təzə bir məsələ deyildir və bu əməlin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in və səhabələrin həyatı dövrünə gedib çatan dərin kökləri vardır. Təkcə Peyğəmbər (s.ə.v.v) və onun köməkçiləri deyil, hətta əvvəlki peyğəmbərlər də bu məsələyə diqqət yetirmişlər. İndi Allah övliyalarının əsərlərinə təbərrük etməyin şəri cəhətdən qanuni bir iş olmasını kitab və sünnə nəzərindən qeyd edirik:
    1-Quranda buyurulur: Yusif (ə) özünü qardaşlarına təqdim edərək onları bağışladığı zaman buyurdu:
    اذْهَبُواْ بِقَمِيصِي هَذَا فَاَلْقُوهُ عَلَي وَجْهِ اَبِي يَاْتِ بَصِيرًا وَاْتُونِي بِاَهْلِكُمْ اَجْمَعِينَ
    "Mənim bu köynəyimi özünüzlə aparın və atamın (Yəqubun) üzünə atın ki, gözləri sağalsın.”("Yusif” surəsi, ayə:93)
    Sonra buyurulur:
    فَلَمَّا اَنْ جَاءَ الْبَشِيرُ اَلْقَاهُ عَلَي وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا
    "Müjdə verən köynəyi onun (Yəqubun) üzünə atanda gözləri açıldı.”("Yusif” surəsi, ayə:96)
    Quranın bu bəyanı bir ilahi peyğəmbərin (Yəqubun) digər bir peyğəmbərin (həzrəti Yusifin) köynəyinə təbərrük etməsinə aşkar bir dəlildir, hətta göstərir ki, qeyd olunan köynək həzrəti Yəqubun gözlərinin sağalmasına belə, səbəb olmuşdu. Məgər iddia etmək olarmı ki, bu iki əziz peyğəmbərin əməlləri tovhid və yeganəpərəstlik çərçivələrindən xaricdir?!
    2-Peyğəmbəri Əkrəm (s.ə.v.v) Allah evini təvaf edərkən Həcərul-əsvədə istilam edir (bədənini ona sürtür), yaxud öpürdü. Buxari özünün "Səhih” kitabında yazır: Bir nəfər Əbdüllah ibni Ömərdən Həcərul-əsvədə istilam etmək barəsində soruşduqda o dedi:
    رَاَيْتُ رَسُولَ للّهِ ¸ يَسْتَلِمُهُ وَ يُقَبِّلُهُ
    "Peyğəmbər (s.ə.v.v)-in Həcərul-əsvədə istilam edib onu öpdüyü gördüm.”("Səhihi Buxari”, 2-cüz, Həcc kitabı, təqbilul həcər babı, səh.151-152, Misir çapı)
    Halbuki əgər bir daşa əl sürtmək və öpmək Allaha şərik qoşmaq olsaydı tovhid carçısı olan Peyğəmbər (s.ə.v.v) heç vaxt belə bir iş görməzdi.
    3-”Sihah” və "Müsnəd”lərdə, tarix və sünən kitablarında Peyğəmbər (s.ə.v.v) səhabələrinin o həzrətin əsərlərinə, o cümlədən paltarına, dəstəmazının suyuna, su qabına və s. kimi şeylərinə təbərrük etməsi barəsinə çoxlu rəvayətlər mövcuddur. Onlara müraciət etməklə bu işin qanuni və şəri məsələ olmasında azacıq belə şəkk-şübhəyə yer qalmır. Bu barədə mövcud olan rəvayətlərin sadalanması bu kitaba sığmaz, lakin nümunə olaraq onlardan bir neçəsini qeyd edirik:
    a) Buxari "Səhih” kitabında Peyğəmbəri Əkrəm (s.ə.v.v) və o həzrətin dostlarının xüsusiyyətlərini şərh edən uzun bir rəvayət əsnasında belə deyir:
    اِذَا تَوَضَّاَ كَادُوا يَقْتَتِلُونَ عَلَي وُضُوئِهِ
    "Peyğəmbər (s.ə.v.v) dəstəmaz alanda az qalırdı ki, müsəlmanlar (o həzrətin dəstəmaz suyunu təbərrük etmək üçün) bir-birilə vuruşalar.”(Səhihi Buxari”, 3-cü cild, ma yəcuzu minəşşuruti fil-islam babı, əşşurutu fil-cihad vəl-musalihə babı, səh.195)
    b) İbni Həcər deyir:
    اِنَّ النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَ سَلَّم كَانَ يُْؤتَي بِالصِّبْيَانِ فَيُبْرِكُ عَلَيْهِمْ
    "Uşaqları Peyğəmbər (s.ə.v.v)-in yanına gətirirdilər və o həzrət təbərrük olaraq onlara dua edirdi.”("Əl-isabə”, 1-ci cild, kitabın xütbəsi, səh.7, Misir çapı)
    v) Məhəmməd Tahir Məkki deyir:
    كَانَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم اِذَا صَلَّي الْغَدَاةَ جَاءَ خُدَّمُ الْمَدِينَةِ بِآنِيَتِهِمْ فِيهَا الْمَاءُ فَمَا يُؤْتِي بِاِنَاءٍ اِلاّ غَمَسَ يَدَهُ فِيهَا فَرُبَّمَا جَاؤُوهُ فِي الْغَدَاةِ الْبَارِدَةِ فَيَغْمِسُ يَدَهُ فِيهَا
    "Ümmü Sabitin belə dediyi rəvayət olunmuşdur: Peyğəmbər (s.ə.v.v) mənim yanıma gəldi, dirəkdən asılmış məşkin (tuluğun) ağzından su içdi, mən də qalxıb məşkin ağzını kəsdim.” Sonra əlavə edərək deyir:) Bu hədisi Tirmizi rəvayət edərək demişdir: Hədis səhih və həsəndir. Bu hədisin şərhçisi "Riyazus-salihin” kitabında deyir: Ümmü Sabit məşkin ağzını kəsmişdi ki, Peyğəmbər (s.ə.v.v)-in mübarək ağzı dəyən yerini saxlasın və ona təbərrük etsin. Həmçinin səhabələr çalışırdılar ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in su içdiyi yerlərdən su içsinlər.”(Təbərrüküs-səhabə” (Məhəmməd Tahir Məkki), birinci fəsil, səh.29)
    كَانَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم اِذَا صَلَّي الْغَدَاةَ جَاءَ خُدَّمُ الْمَدِينَةِ بِآنِيَتِهِمْ فِيهَا الْمَاءُ فَمَا يُؤْتِي بِاِنَاءٍ اِلاّ غَمَسَ يَدَهُ فِيهَا فَرُبَّمَا جَاؤُوهُ فِي الْغَدَاةِ الْبَارِدَةِ فَيَغْمِسُ يَدَهُ فِيهَا
    "Mədinənin xidmətçiləri sübh namazı zamanı su qabları ilə Peyğəmbər (s.ə.v.v)-in yanına gedirdilər, Peyğəmbər (s.ə.v.v) mübarək əlini o qabların hər birinin suyuna batırırdı. Çox hallarda soyuq sübh çağları o həzrətin hüzuruna çatırdılar, yenə də Peyğəmbər (s.ə.v.v) təbərrük üçün əlini o qablara salırdı.”("Səhihi Müslim”, 7-ci cüz, Kitabul-fəzail, Qurbun-Nəbi babı, səh.79. Əlavə məlumat almaq üçün aşağıda qeyd olunan mənbələrə müraciət edə bilərsiz: 1-”Səhihi Buxari”, Kitabi Əşribə, 2-”Əl-müvəttəə” (Malik), 1-ci cild, səh.138 Peyğəmbərə salavat göndərmək babı, 3-”Usdul-Ğabə”, 5-ci cild, səh.90, 4-”Müsnədi Əhməd”, 4-cü cild, səh.32, 5-”Əl-İstiyab” ("Əl-İsabə”nin haşiyəsində), 3-cü cild, səh.631, 6-”Fəthul-Bari”, 1-ci cild, səh.281-282)
    Bununla da Allah övliyalarına və onların əsərlərinə təbərrük etməyin caizliyini göstərən dəlillərin möhkəmliyi və şiələri bu əmələ görə şirk və Allahdan qeyrisinə pərəstişlə müttəhim edənlərin tovhidin və şirkin mənasını düzgün şəkildə təhlil edə bilməmələri aydın olur. Çünki şirk və Allahdan başqasına pərəstişin mənası budur ki, Allaha pərəstişlə yanaşı digər bir varlığı da Allah hesab edərək ona pərəstiş edək, yaxud Allahın işlərini ona aid edərək onu varlığın əslində və yaxud təsir qoymada müstəqil və Allahdan ehtiyacsız qələmə verək. Halbuki şiələr Allah övliyalarının əsərlərini, onların özləri kimi, Allahın məxluqu və yaratdığı bilir, belə ki, həm vücuda gəlməyin özündə, həm də təsir qoymaqda yeganə Allaha ehtiyaclıdırlar.
    Şiələr yalnız öz rəhbərlərinin və dində irəlidə olanların ehtiramını saxlamaq, onlara riyasız məhəbbət bəslədiklərini göstərmək üçün onların əsərlərinə təbərrük edirlər. Şiələr Peyğəmbəri Əkrəm (s.ə.v.v) və onun Əhli-beytini ziyarət edərkən zərihi öpür, sonra onun qapısına əl sürtürlər. Səbəbi də yalnız budur ki, Peyğəmbər (s.ə.v.v)-ə, onun pak itrətinə eşq-məhəbbət bəslədiklərini göstərsinlər. Bu da bir insani duyğulardan qaynaqlanan bir məsələdir ki, aşiq olan insanlarda təcəlli edir. Gözəl bəyanlı şair deyir:
    اَمُرَّ عَلَي الدِّيَارِ دِيَارَ سَلْمَي اُقَبِّلُ ذَا الْجِدَارَ وَ ذَا الْجِدَارا
    وَ مَا حُبُّ الدِّيَارِ شَغَفْنَ قَلْبِي وَ لكِنْ حُبُّ مَنْ سَكَنَ الدِّيَارَا
    "Səlma”nın diyarından keçirəm, Bu divarı, o divarı öpürəm
    O diyarı sevmək mənim qəlbimi şad etmir, Lakin onda sakin olan şəxsin məhəbbəti məni vəcdə gətirmişdir.
    SUAL: 21
    NƏ ÜÇÜN ŞİƏLƏR ƏLİ İBNİ ƏBİ TALİB (Ə)-IN ÖVLADLARINI (HƏSƏN VƏ HÜSEYNİ) PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V)-İN ÖVLADI HESAB EDİRLƏR?
    Cavab: Təfsir, tarix və rəvayət kitablarını araş-dırmaqla aydın olur ki, bu söz təkcə şiələrə aid deyildir, hətta bunu da demək olar ki, bütün müsəlman mühəqqiqləri hansı qrupdan olmalarına baxmayaraq bu məsələdə yekdil fikrə malikdirlər. Biz Qurana, Peyğəmbər (s.ə.v.v) hədislərinə və məşhur müfəssirlərin sözlərinə istinad edərək bu məsələnin aydın dəlillərini qeyd edirik.
    Qurani-Kərim insanın sülbi (öz nəslindən olan) övladlarını onun övladı hesab edir, eləcə də onun övladlarından–istər qız, istərsə də oğlan–doğulanları (nəvə-nəticələri) onun övladları hesab edir. Quran və sünnə baxımından bu mətləbə dair çoxlu şahidlər vardır ki, onlardan bəzilərini qeyd edirik:
    1-Qurani-Məcid aşağıdakı ayədə həzrəti İsanı İbrahimin övladlarından hesab edir, halbuki İsa Məryəmin oğludur və ana tərəfdən həzrəti İbrahimə çatır:
    وَوَهَبْنَا لَهُ اِسْحَاقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَاَيُّوبَ وَيُوسُفَ وَمُوسَي وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ وَزَكَرِيَّا وَيَحْيَي وَعِيسَي وَاِلْيَاسَ كُلٌّ مِنَ الصَّالِحِينَ
    "Biz ona (İbrahimə) Yəqubu və İshaqı əta etdik, hamısını düz yola hidayət etdik. Nuhu da İbrahimdən qabaq və İbrahimin övladlarından Davud, Suleyman, Əyyub, Yusif, Musa, Harunu da hidayət etdik. Biz yaxşı əməl sahiblərinə belə mükafat verərik (həmçinin İbrahimin övladlarından) Zəkəriyya, Yəhya və İsanı (hidayət etdik).”(Ənam” surəsi, ayə:84-85) İslam alimləri bu ayəni imam Həsənlə Hüseynin Peyğəmbər (s.ə.v.v)-in övladları olmasına dair dəlil hesab etmişlər. Onlardan birini qeyd edirik. Cəlaləddin Süyuti belə nəql edir:
    اَرْسَلَ الْحَجَّاجُ اِلَي يَحْيَي بْنِ يَعْمُرَ فَقَالَ بَلَغَنِي اَنَّكَ تَزْعَمُ اَنَّ الْحَسَنَ وَ الْحُسَيْنَ مِنْ ذُرِّيَّةِ النَّبِيِّ ¸ تَجِدُهُ فِي كِتَابِ اللّهِ وَ قَدْ قَرَاْتَهُ مِنْ اَوَّلِهِ اِلَي آخِرِهِ فَلَمْ اَجِدْهُ قَالَ اَلَسْتَ تَقْرَاُ سُورَةَ الآَنْعَامِ؟ وَ مِنْ ذُرِّيَّتِهِ دَاوُودَ وَ سُلَيْمَانَ- حَتَّي بَلَغَ - وَ يَحْيَي وَ عِيسَي؟ قَالَ بَلَي قَالَ اَلَيْسَ عِيسَي مِنْ ذُرِّيَّةِ اِبْرَاهِيمَ وَ لَيْسَ لَهُ اَبٌ؟ قَالَ صَدَقْتَ
    Bir gün Həccac, Yəhya ibni Yəmurun ardınca bir adam göndərib onu çağırtdırdı və dedi: "Mənə belə xəbər çatıb ki, sən Həsənlə Hüseynin Peyğəmbərin övladı olduğunu deyirsən və bu barədə də Quranda bir dəlil tapmısan, halbuki mən Quranı əvvəldən axıra qədər oxumuşam, amma bu mətləbə dair dəlil görməmişəm.” Yəhya ibni Yəmur dedi: Sən "Ənam” surəsinin "Və min zurriyyətihi Davudə və Suləymanə”... ayəsini oxumamısanmı ki, axırda "Yəhya və İsa” deyə buyurulur?!” Həccac dedi: "Əlbəttə ki, oxumuşam.” Yəhya dedi: "Quranın bu ayəsində həzrəti İsa İbrahimin övladı hesab edilmişdir, halbuki onun atası yox idi (və ana tərəfdən İbrahimə gedib çatırdı).” Həccac cavab verdi: "Sənin sözün doğrudur.”("Durrul-Mənsur”, 3-cü cild, səh.28, Beyrut çapı)
    Həm bu ayədən, həm də təfsirçilərin sözlərindən aydın olur ki, təkcə şiələr deyil, eləcə də bütün müsəlman alimləri imam Həsənlə imam Hüseyni Peyğəmbər (s.ə.v.v)-in övladı və onun zürriyyəsindən hesab edirlər.
    2-Müddəamızın düzlüyünə şəhadət verən digər bir ayə "Ali İmran” surəsindəki "Mübahilə” ayəsidir. İndi "Mübahilə” ayəsinin özünü və müfəssirlərin bu barədəki sözlərini qeyd edirik:
    فََمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ اَبْنَاءَنَا وَاَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَاَنْفُسَنَا واَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَّعْنَةُ اللّهِ عَلَي الْكَاذِبِينَ
    "(Ey Peyğəmbər,) Allahın vəhyi sənə gəldikdən sonra hər kəs səninlə (İsa barəsində) mübahisə və ehticac məqamına gəlsə de: Gəlin övladlarımızı və övladlarınızı, qadınlarımızı və qadınlarınızı, canlarımızı və canlarınızı çağıraq, sonra bir-birimizə qarğış edib Allahın lənətini yalançılara yağdıraq.”("Ali İmran” surəsi, ayə:61)
    Müfəssirlər deyirlər: Qeyd olunan ayə "Mübahilə” adı ilə məşhurdur və Peyğəmbər (s.ə.v.v)-in Nəcran məsihilərinin başçısı ilə mübahisə etməsindən və onların inadkarlıq göstərməsindən sonra nazil olmuşdur. Belə ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) Allahın fərmanı ilə Əliyyibni Əbi Talib, Fatimeyi Zəhra, imam Həsən və imam Hüseyn (ə)-la birlikdə mübahilə aparmaq üçün yola düşdü. Məsihi başçıları Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in və onun Əhli-beytinin nurani simalarını müşahidə etdikdə qorxuya düşdülər və o həzrətdən istədilər ki, mübahilə və qarğış fikrindən dönsün. Peyğəmbər (s.ə.v.v) də onların təkliflərini qəbul etdi, müqavilə bağlamaqla bu hadisə sona çatdı.
    Həm sünnü, həm də şiə alimləri bu məsələ barəsində yekdil nəzərdədirlər ki, mübahilə günü imam Əli, Fatimə, imam Həsən və imam Hüseyn (ə) Peyğəmbər (s.ə.v.v)-lə yanaşı idilər. Bu da göstərir ki, "əbnaəna” (yəni bizim övladlarımız) kəlməsində məqsəd imam Həsən imam Hüseyndir, deməli bu ayədə Həsən və Hüseyn Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in övladları kimi qələmə verilmişdir.
    Qeyd olunmalıdır ki, müfəssirlər mübahilə ayəsi ilə əlaqədar çoxlu rəvayətlər nəql etdikdən sonra onun səhih olduğuna – müddəamızın səhihliyinə şəhadət vermişlər. Nümunə üçün onlardan bir neçəsini qeyd edirik:
    a) Süyuti Hakimdən, ibni Mərdəveyhdən, Əbu Nəimdən, onlar da Cabir ibni Əbdüllahdan nəql edərək deyir:
    اَنْفُسَنَاوَاَنْفُسَكُم رَسُولُ اللّهِ¸َ عَلِيُّ وَ اَبْنَائُهُمَا الْحَسَنُ وَ الْحُسَيْنُ وَ نِسَاءَنا فَاطِمَةُ
    "Ənfusəna” (bizim canlarımız) dedikdə məqsəd Əliyyibni Əbi Talib, "əbnaəna” (övladlarımız) dedikdə məqsəd Həsən və Hüseyn, "nisaəna” (qadınlarımız) dedikdə isə məqsəd Fatimeyi-Zəhradır.(Durrul-Mənsur”, 2-ci cild, səh.39, Beyrut çapı)
    b) Fəxruddin Razi öz təfsirində yuxarıdakı rəvayəti qeyd etdikdən sonra deyir:
    وَاعْلَمْ اَنَّ هذِهِ الرَّوَايَةَ كَالْمُتَّفَقِ عَلَي صِحَّتِهَا بَيْنَ اَهْلِ التَّفْسِيرِ وَ الْحَدِيثِ
    "Bil ki, bu rəvayət təfsir və hədis alimlərinin, düzgünlüyü barədə yekdil nəzər verdikləri hədislərdəndir.”(Təfsiri Məfatihil-Ğeyb”, 2-ci cild, səh.488, Misir çapı, 1308)
    Sonra əlavə edir:
    اَلْمَسْاَلَةُ الرَّابِعَةُ هذِهِ الآَيَةُ دَالَّةٌ عَلَي اَنَّ الْحَسَنَ وَ الْحُسَيْنَ كَانَا اِبْنَيْ رَسُولِ اللّهِ¸ وَعَدَ اَنْ يَدْعُوَ اَبْنَاءَهُ فَدَعَا الْحَسَنَ وَ الْحُسَيْنَ فَوَجَبَ اَنْ يَكُونَ اِبْنَيْهِ
    "Qeyd olunan ayənin mənası budur ki, Həsən və Hüseyn (ə) Peyğəmbər (s.ə.v.v)-in övladıdır, çünki qərara alınmışdı ki, Rəsuli Əkrəm öz övladlarını çağırsın, buna görə də Həsən və Hüseyni çağırdı.”(Yenə orada)
    v) Əbu Əbdillah Qurtəbi də öz təfsirində belə yazır:
    اَبْنَاءَنَا دَلِيلٌ عَلَي اَنَّ اَبْنَاءَ الْبَنَاتِ يُسَمَّوْنَ اَبْنَاءً
    "(Qeyd olunan ayədəki) "əbnaəna” kəlməsi göstərir ki, insanın qız tərəfindən olan övladları da onun öz övladları kimidir.”("Əl-Camiu li əhkamil-Quran”, 4-cü cild, səh.104, Beyrut çapı.)
    3-Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in sözləri imam Həsən və imam Hüseynin o həzrətin öz övladı olmasına aşkar bir dəlildir. O həzrətin sözlərindən ikisini qeyd edirik:
    a) Peyğəmbəri Əkrəm (s.ə.v.v) imam Həsən və imam Hüseyn (ə) barəsində buyurur:
    هذَانِ اِبْنايَ مَنْ اَحَبَّهُمَا فَقَدْ اَحَبَّنِي
    "Həsən və Hüseyn mənim iki övladımdıræ hər kəs onları sevsə məni sevmişdir.”("Tarixi Mədinətu Dəməşq” (ibni Əsakir), imam Hüseyn (ə)-ın tərcümeyi-halı, səh.59, hədis-6, Beyrut çapı, 1400-cü qəməri ili)
    b) Peyğəmbəri Əkrəm (s.ə.v.v) imam Həsən və imam Hüseynə (ə) işarə edərək buyurmuşdur:
    اِنَّ ابْنَيَّ هذَيْنِ رَيْحَانَتَيَّ مِنَ الدُّنْيَا
    "Mənim bu iki övladım dünyadan olan iki reyhanımdır.”(Yenə orada, səh.62, hədis-112)
    SUAL: 22
    NƏ ÜÇÜN ŞİƏLƏR XİLAFƏTİ PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V) TƏRƏFİNDƏN TƏYİN OLUNAN HESAB EDİR?
    Cavab: Aydındır ki, müqəddəs islam dini dünya səviyyəli və əbədi bir dindir. Peyğəmbər (s.ə.v.v) həyatda olduğu dövrdə islam ümmətinin rəhbərliyini öz öhdəsinə almışdı. Onun vəfatından sonra ümmətin ən ləyaqətli şəxsi ümmətə rəhbərlik etməli idi. Peyğəmbər (s.ə.v.v)-dən sonra islam ümmətinə rəhbərlik məqamının Peyğəmbər (s.ə.v.v)-in tərəfindən və Allahın əmri ilə təyin olunma əsasındamı, yoxsa seçki yolu ilə olan bir məqam olması ilə əlaqədar iki nəzəriyyə mövcuddur. Şiələrin inancına görə ümmətə rəhbərlik məqamı, Peyğəmbər (s.ə.v.v)-in canişini Allah tərəfindən təyin edilməlidir, halbuki sünnülərin inancına görə bu məqam seçki yolu ilə baş verir və Peyğəmbəri (s.ə.v.v)-dən sonra ölkə işlərini idarə edən bir şəxsi məhz ümmət seçməlidirlər. (İctimai hesablamalar xilafətin Allah tərəfindən təyin olunmalı olmasına şahiddir.)
    Şiə alimləri xilafət məqamının Allah tərəfindən təyin olunması ilə əlaqədar özlərinin etiqadiyyat kitablarında çoxlu dəlillər bəyan etmişlər. Amma əsas məsələ Peyğəmbər (s.ə.v.v)-in dövrünə hakim olan şəraitin düzgün təhlil edilib araşdırılmasıdır, bu da şiələrin nəzəriyyəsinin düzgün olmasına tam dəlalət edir.
    Peyğəmbər (s.ə.v.v)-in risaləti dövründə islam aləminin daxili və xarici siyasətinin araşdırılması göstərirdi ki, o həzrətin canişini Allahın tərəfindən və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz əli ilə seçilməlidir. Çünki islam cəmiyyəti üçlük təşkil edən təhlükə – məhv olunma ilə daim təhdid olunurdu. (Roma imperatorluğu, İran padşahlığı və daxili münafiqlər.) Eləcə də ümmətin mənafeyi bunu tələb edirdi ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) onlara siyasi bir rəhbər təyin etməklə bütün ümməti xarici düşmənlər müqabilində vahid cərgədə qərar versin, düşmənlərin onlara nüfuz edib (daxili ixtilaflar da buna daha çox kömək edirdi) onlara istila altına almasının qarşısını alsın.
    BİR QƏDƏR İZAH
    Bu təhlükəli üçbucağın bir tilini Roma imperatorluğu təşkil edirdi. Bu böyük qüdrət Ərəbistan yarımadasının şimalında yerləşirdi və Peyğəmbər (s.ə.v.v) bu barədə daim nigarançılıq hissi keçirir, ömrünün axır vaxtlarına qədər Roma barəsində fikirləşirdi.
    Müsəlmanlar ilk dəfə hicrətin 8-ci ilində məsihi dinində olan Roma ordusu ilə Fələstində qarşılaşmışdı. Bu müharibə Cəfər ibni Təyyar, Zeyd ibni Harisə və Əbdüllah ibni Rəvahə kimi üç böyük sərkərdənin şəhid edilməsi və islam ordusunun məğlubiyyəti ilə sona çatmışdı. İslam ordusunun küfr ordusu müqabilində geri çəkilməsi Qeysər ordusunun daha da cürətlənməsinə səbəb olmuşdu, onların daim islam mərkəzinə yürüş etmələri təhlükəsi var idi. Buna görə də Peyğəmbər (s.ə.v.v) hicrətin 9-cu ilində böyük bir ordu ilə Şam sərhədlərinə doğru hərəkət etdi ki, hər növ hərbi toqquşmalara şəxsən rəhbərlik etsin. Başdan-başa əzab-əziyyətlə yanaşı olan bu səfərdə islam ordusu özünün keçmiş heysiyyətini qaytarıb öz siyasi həyatını yeniləşdirə bildi.
    Bu nisbi qələbə Peyğəmbər (s.ə.v.v)-i qane etmədi. O, öz xəstəliyindən bir neçə gün qabaq islam ordusunun (Üsamənin rəhbərliyi ilə) Şama doğru hərəkət edib döyüş meydanında hazır olmasını əmr etmişdi.
    Düşmənin ikinci tərəfi İran şahlığı idi. Hətta İran şahı Xosrov narahatlığın şiddətindən Peyğəmbərin məktubunu cırıb yerə tökmüş, onun səfirini təhqir etmiş və Yəmənin hakiminə yazmışdı ki, Məhəmmədi tutsun, imtina etdiyi surətdə onu qətlə yetirsin. Xosrov Pərvizin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə ölməsinə baxmayaraq Yəmən nahiyəsinin istiqlaliyyət məsələsi (o, uzun illər İran dövlətinin müstəmləkəsi olmuşdu) İran şahlarının nəzərindən uzaq qalmamışdı, iranlı siyasətçilərin malik olduqları təkəbbür belə bir qüdrətin varlığına dözməyə heç vaxt icazə vermirdi.
    Üçüncü təhlükə daxildəki münafiqlər idi. Onlar müsəlmanların əleyhinə daim casusluq edərək nifaq, onların arasında təfriqə salıb təxribat işləri aparırdılar. Hətta Peyğəmbər (s.ə.v.v)-in özünə qarşı belə sui-qəsd hazırl-ayaraq Təbuk-Mədinə yolunda onu öldürmək istəyirdilər. Bəziləri də zümzümə edərək deyirdilər ki, Peyğəmbərin vəfatı ilə islam hərəkatı sona çatacaq, hamı xilas olacaqdır.("Tur” surəsi, ayə:30)
    Münafiqlərin təxribatçılıq qüdrətləri o qədər güclü idi ki, Quran "Ali-İmran”, "Nisa”, "Maidə”, "Ənfal”, "Tövbə”, "Ənkəbut”, "Əhzab”, "Muhəmməd”, "Fəth”, "Mücadilə”, "Hədid”, "Münafiqun” və "Həşr” surələrində onların barəsində söhbət açır.( Ustad Cəfər Sübhaninin "Füruği əbədiyyət” kitabından)
    İslamın məhv edilməsi yolunda pusquda duran düşmənlərin varlığı ilə belə, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in bünövrəsi yenicə qurulmuş islam cəmiyyətini qorumaq üçün onlara dini, siyasi və sair işlərdə bir rəhbər təqdim etməməsi düzgün olardımı?!
    İctimai hesablamalar göstərir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) özündən sonra ümmət üçün bir rəhbər təyin etməklə yarana biləcək hər növ ixtilafların qarşısını almalı, möhkəm və dayanaqlı bir müdafiə xətti yaratmaqla islam vəhdətini sığortalamalı idi. Hər növ xoşagəlməz hadisələrin qarşısını (Peyğəmbər (s.ə.v.v)-in vəfatından sonra hər tayfanın "rəhbər bizdən olmalıdır” deməsinin qarşısını) almaq üçün rəhbər təyin edib onu camaata təqdim etməkdən başqa bir çıxış yolu yox idi. Bu ictimai hesablamalar ümmətin Peyğəmbər (s.ə.v.v)-dən sonrakı rəhbərinin məhz o həzrətin tərəfindən təyin olunmasının zəruri olması barəsindəki nəzəriyyənin səhihliyini göstərir.

    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 835 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024