İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:44 PM
    PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V)-İN AŞKAR BUYRUQLARI
    Bu kimi ictimai zəminələr digər səbəblər üzündən Peyğəmbər (s.ə.v.v) besətinin ilk dövrlərindən etibarən ömrünün axırlarına qədər daim canişinlik məsələsini irəli çəkmiş, öz canişinini həm risalətinin ilk dövründə və nübüvvətini aşkar şəkildə elan etmək üçün qohum-əqrəbasını dəvət etdiyi bir məclisdə, həm də ömrünün axırlarında (Həccətul-vidadan qayıdarkən Qədir-Xum adlı yerə), həmçinin həyatının müxtəlif dövrlərində də bəyan etmişdir ki, o həzrətin kəlamlarının üç nümunəsini kitabın əvvəlində (ikinci sualın cavabında) onların mötəbər sənədini islam mühəddislərinin və alimlərinin kitablarından verməklə bəyan etmişik.
    İslamın əvvəllərində mövcud olan ictimai şəraiti nəzərə almaqla, Peyğəmbər (s.ə.v.v)-in, Əmirəl-möminin Əli (ə)-ı özündən sonrakı canişin kimi təqdim etməsi barəsindəki kəlamlarına müraciət etməklə aydın olur ki, Peyğəmbər (s.ə.v.v)-dən sonra islam ümmətinə rəhbərin məhz o həzrət tərəfindən təyin olunması qaçılmaz və zəruri bir məsələ imiş.
    SUAL: 23
    ALLAHDAN BAŞQASINA AND İÇMƏK ŞİRKDİRMİ?
    Cavab: "Tovhid” və "şirk”in təfsirini Quran ayələri və Peyğəmbər (s.ə.v.v) sünnəsində axtarmaq lazımdır. Çünki Quran ayələri və Peyğəmbər (s.ə.v.v)-in davranışı haqq ilə batilin, tovhidlə şirkin tanınmasında dəyərli meyarlardır. Deməli, yaxşı olar ki, hər bir düşüncə və rəftarı təəssübdən uzaq olan oyaq vicdanların hüzurunda vəhy məntiqi və Peyğəmbər (s.ə.v.v)-in həyat üslubu ilə dəyərləndirək.
    İndi isə Allahdan başqasına and içməyin caiz olmasını Quran ayələri və Peyğəmbər (s.ə.v.v) sünnəsindən xatırladırıq:
    1-Qurani-Məcid özünün əbədi ayələrinin bəzilərində müəyyən məxluqlara, o cümlədən Peyğəmbər (s.ə.v.v)-in canına, insanın ruhuna, yazı simvolu olan qələmə, günəşə, aya, ulduza, gecə-gündüzə, asimana, yerə, zamana, dağlara və dəryalara and içmişdir. İndi onların bəzilərini nəzərinizə çatdırırıq:
    لَعَمْرُكَ اِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ
    "(Ey Peyğəmbər,) And olsun sənin canına, bunlar öz məstliklərində (nəfsani istəklərində) sərgərdandırlar!”("Hicr” surəsi, ayə:72)
    وَالشَّمْسِ وَضُحَاهَا وَالْقَمَرِ اِذَا تَلَاهَا وَالنَّهَارِ اِذَا جَلَّاهَا وَاللَّيْلِ اِذَا يَغْشَاهَا وَالسَّمَاءَ وَمَا بَنَاهَا وَالْاَرْضِ وَمَا طَحَاهَا وَنَفْسٍ وَمَا سَوَّاهَا فَاَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
    "And olsun günəşə və onun şüasına, and olsun aya günəşin ardınca çıxdığı zaman, and olsun günə –dünyanı işıqlandırdığı zaman, and olsun gecəyə dünyanı qaranlıq pərdəyə bürüdüyü zaman, and olsun asimana və o kəsə ki, asimanı bina etmişdir, and olsun yerə və o kəsə ki, onu açmışdır, and olsun ruha (insana) və o şəxsə ki, onu yaratmış, yaxşını və pisi ona ilham etmişdir...”(Şəms” surəsi, ayə:1-8)
    وَالنَّجْمِ اِذَا هَوَي
    "And olsun ulduza o zaman ki, enər.”(Nəcm” surəsi, ayə:1)
    وَالْقَلَمِ وَ مَا يَسْطُرُونَ
    "And olsun qələmə və (onların) yazdıqlarına.”(Qələm” surəsi, ayə:1)
    وَ الْعَصْرِ اِنَّ الآِنْسَانَ لَفِي خُسْرٍ
    "And olsun zamana (əsrə) ki, bütün insanlar ziyankarlıqdadır.”("Əsr” surəsi, ayə:1-2)
    وَالْفَجْرِ وَ لَيَالٍ عَشْرٍ
    "And olsun sübh çağına və onluq təşkil edən gecələrə.”("Fəcr” surəsi, ayə:1-2)
    وَالطُّورِوَكِتَابٍ مَّسْطُورٍ ي رَقٍّ مَّنشُورٍ وَالْبَيْتِ الْمَعْمُورِ وَالسَّقْفِ الْمَرْفُوعِ وَالْبَحْرِ الْمَسْجُورِ
    "And olsun Turi-Sina dağına, and olsun yazılmış kitaba (Qurana), mənşur səhifələrdə yazılana, and olsun Beyti Məmura (abad olunmuş evə), and olsun qaldırılmış tağa, and olsun təlatümlü dəryaya.”("Tur” surəsi, ayə:1-6)
    Həmçinin yaradılış dünyasının müxtəlif təzahürlərinə and içmək "Naziat”, "Mürsəlat”, "Büruc”, "Tariq”, "Bələd”, "Tin”, "Zuha” surələrində gözə çarpır. Şübhəsiz, əgər Allahdan başqasına and içmək şirkə səbəb olsaydı yeganəpərəstliyin qaynağı və əbədi tovhidin carçısı olan Quran heç vaxt bu işi görməzdi. Əgər bu növ and içmələr yalnız Allaha məxsus olsaydı, bu məsələ Quran ayələrində mütləq xatırladılmalı idi ki, səhvə yol verilməsin.
    2-Bütün dünya müsəlmanları Peyğəmbər (s.ə.v.v)-i özlərinə nümunə seçir, haqqı batildən, düzü əyridən seçmək üçün o həzrətin əməl və rəftarlarını bir meyar hesab edirlər. Müsəlman mühəqqiqləri, eləcə də "Səhih” və "Müsnəd” müəllifləri Peyğəmbər (s.ə.v.v)-in Allahdan başqasına and içdiyi çoxlu halları qeyd etmişlər. Hənbəlilərin rəhbəri Əhməd ibni Hənbəl özünün "Müsnəd” kitabında Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu rəvayət edir:
    فَلَعمْرِي لَاَنْ تَكَلَّمَ بِمَعْرُوفٍ وَ تَنْهي” عَنْ مُنْكَرٍ خَيْرٌ مِنْ اَنْ تَسْكُتَ
    "Canıma and olsun, əgər əmr be məruf və nəhy əz münkər etsəm sakit olmaqdan daha yaxşıdır.”("Müsnədi Əhməd”, 5-ci cild, səh.224-225)
    Müslim özünün "Səhih” kitabında (sünnülərin "Sihahi sittə” kitabından biridir) belə qeyd edir:
    جَاءَ رَجُلٌ اِلَي النَّبِيِّ¸ فَقَالَ يَا رَسُولَ اللّهِ اَيُّ الصَّدَقَةِ اَعْظَمُ اَجْرًا؟ فَقَالَ اَمَّا وَ اَبِيكَ لَتُنَبَّاَنَّهُ اَنْ تَصَدَّقَ وَ اَنْتَ صَحِيحٌ شَحِيحٌ تَخْشَي الْفَقْرَ وَ تَاْمَلُ الْبَقَاءَ
    "Bir nəfər Peyğəmbər (s.ə.v.v)-dən soruşdu: Hansı sədəqənin mükafatı daha yaxşıdır? Buyurdu: Atana and olsun, ondan agah olacaqsanæ və o da bundan ibarətdir ki, salamatlıq halında və həris ola-ola, fəqirlikdən qorxub qalmağa ümidin olan halda sədəqə verəsən.”("Səhihi Müslim”, 3-cü cüz, Misir çapı, Kitabuz-zəkat, bəyanu ənnə əfzələssədəqəti sədəqətus-səhihiş-şəhih babı, səh.92 və 94)
    Dünya müsəlmanlarının böyük bir qismini Allahdan başqasına and içdiklərinə görə müşrik hesab edən şəxslər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in bu aşkar rəftarını necə izah edirlər?!
    3-Quran ayələri və Peyğəmbər (s.ə.v.v) sünnəsindən əlavə o həzrətin yaxın adamlarının rəftarı da Allahdan başqasına and içməyin caizliyinə dəlalət edir. Əliyyibni Əbi Talib (ə) özünün fəsahətli və yüksək söz ustalığına malik olan xütbələrinin çoxunda öz canına and içərək buyurur:
    وَلَعمرِي لَيُضَعَّفَنَّ لَكُمُ التّيه مِنْ بَعْدِي اَضْعَافًا
    "And olsun canıma, məndən sonra sizin sərgərdançılığınız neçə qat artacaqdır!”("Nəhcül bəlağə” (Məhəmməd Əbdüh), 161-ci xütbə.)
    Başqa bir yerdə buyurur:
    وَلَعمرِي لَاِنْ لَمْ تَنْزَعْ عَنْ غَيِّكَ وَ شِقَاقِكَ لَتَعْرِفَنَّهُمْ عَنْ قَلِيلٍ يَطْلُبُونَكَ
    "And olsun canıma, əgər öz azğınçılığından və bədbəxtçiliyindən əl çəkməsən, səni axtaranları tanıyacaqsan.”(Sair hallara agah olmaq üçün 168, 182, 187-ci xütbələrə, 6 və 54-cü məktublara baxa bilərsiniz.)
    Aydındır ki, bu qədər aşkar rəvayətlər müqabilində heç bir növ şəxsi rəyə və istihsana istinad etmək olmaz, həmçinin Allahın Quranda buyurduqlarını, Peyğəmbər (s.ə.v.v)-in öz üslubunu və onun yaxın adamlarının (Əli (ə) kimi) tutduğu rəftarı heç bir əsasla xəta hesab etmək, onları şirklə müttüəhim etmək olmaz.
    NƏTİCƏ
    Qeyd olunan dəlillərin məcmusundan aydın olur ki, Allahdan başqasına and içməyin şəri və qanuni bir iş olması Quran ayələri, Peyğəmbər (s.ə.v.v) sünnəsi və möminlərin rəftarı nəzərindən danılmaz bir prinsipdir, onun tovhid və yeganəpərəstliklə azacıq belə, ziddiyyəti yoxdur. Deməli əgər bir rəvayətin zahiri mənası, qəti dəlillərlə sübuta yetən hökmlərlə müxalif olarsa onu elə bir mənaya yozmaq lazımdır Quranın və rəvayətlərin danılmaz prinsipi ilə uyğunlaşsın.
    Bu barədə bəzən müəmmalı bir rəvayətə işarə olunur, biz də onun aşkar mənasını qeyd edərək cavabını veririk:
    اِنَّ رَسُولَ اللّهِ سَمِعَ عُمَرَ وَ هُوَ يَقُولُ وَ اَبِي فَقَالَ اِنَّ اللّهَ يَنْهَاكُمْ اَنْ تَحْلِفُوا بِآبَائِكُمْ وَ مَنْ كَانَ حَالِفًا فَلْيَحْلُفْ بِاللّهِ اَوْ يَسْكُتْ
    "Peyğəmbəri Əkrəm (s.ə.v.v) eşitdi ki, Ömər öz atasına and içir. Buyurdu: Allah sizi öz atalarınıza and içməkdən çəkindirmişdir. Hər kəs and içsə ya Allaha and içsin, ya da sakit olsun.”("Sunəni Kubra”, 10-cu cild, səh.29, "Sünəni Nəsai”, 7-ci cild, səh.4-5)
    Bu hədisin, Allahdan başqasına and içməyin caizliyini aşkar şəkildə göstərən Quran ayələri və rəvayətlərin müqabilində olmasına baxmayaraq onların müqabilində heç bir təsirə malik deyildir. Lakin bu rəvayətlərlə əvvəldə qeyd olunan rəvayətlərin arasındakı təzadı aradan qaldırmaq üçün demək lazımdır ki, Ömərin öz atasına and içməsinin Peyğəmbəri Əkrəm (s.ə.v.v) tərəfindən qadağan edilməsi, eləcə də onun kimi başqa şəxslərin öz atalarına and içməsinin qarşısının alınmasının səbəbi budur ki, onların ataları əsas etibarilə bütpərəst və müşrik olmuşlar. Kafir və bütpərəst insan o qədər ləyaqətsizdir ki, onlara and içmək olmaz.
    SUAL: 24
    İLAHİ ÖVLİYALARA TƏVƏSSÜL ETMƏK ŞİRKƏ SƏBƏB OLURMU VƏ BİDƏT SAYILIRMI?
    Cavab: Təvəssül – insanın yüksək ilahi məqama çatmaq üçün özü ilə Allah arasında vasitə qərar verdiyi dəyərli bir varlıqdır. İbni Mənzur "Lisanul-ərəb” adlı lüğət kitabında deyir:
    تَوَسَّلَ اِلَيْهِ بِكَذَا تَقَرَّبَ اِلَيْهِ بِحُرْمَةِ آصِرَةٍ تَعْطِفُهُ عَلَيْهِ
    "Filan varlıqla ona təvəssül etdi” – yəni onun nəzərini cəlb edən məqam və ehtiram vasitəsilə ona yaxınlaşdı”.("Lisanul-Ərəb”, 11-ci cild, səh.724)
    Qurani-Kərim buyurur:
    يَا اَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَوَابْتَغُواْ اِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
    "Ey iman gətirənlər, Allah qarşısında təqvalı (pərhizkar) olun və Onun dərgahına doğru vasitə hazırlayın. Allah yolunda cihad edin, bəlkə nicat tapasınız.”("Maidə” surəsi, ayə:34)
    Böyük lüğət alimi olan Covhəri "Sihahul-lüğət” kitabında "vəsilə” sözünü tərifini belə demişdir:
    اَلْوَسِيلَةُ ما يُتَقَرَّبُ بِهِ اِلَي الْغَيْرِ
    "Vəsilə odur ki, onunla başqa bir kəsə yaxınlaşılsın.”
    Deməli, onun vasitəsilə təvəssül etdiyimiz dəyərli varlıq bəzən dəyərli və saleh əməllər, Allaha xalis pərəstişdir (ki, güclü bir vasitə kimi insanı Allah dərgahına yaxınlaşdırır), bəzən də Allah yanında böyük məqam və ehtirama layiq görülən bir insandan ibarətdir.
    TƏVƏSSÜLÜN NÖVLƏRİ
    Təvəssülü üç qismə bölmək olar:
    1-Yaxşı əməllərə təvəssül etmək: Cəlaləddin Süyuti "vəbtəğu iləyhil-vəsilətə” ayəsinin təfsirində belə bir rəvayət nəql edir:
    عَنْ قُتَادَةَ فِي قَوْلِهِ تَعَالَي ºوَابْتَغُوا اِلَيْهِ الْوَسِيلَةَ قَالَ تَقَرَّبُوا اِلَي اللّهِ بِطَاعَتِهِ وَ الْعَمَلِ بِمَا يُرْضِيهِ
    "Qütadə "vəbtəğu iləyhil-vəsilətə” ayəsi barəsində deyir: Yəni Allaha itaət etməklə, Onun razılığına səbəb olan əməllər vasitəsilə Allah dərgahına yaxınlaşın.”("Durrul-Mənsur”, 2-ci cild, səh.280, Beyrut çapı )
    2-Layiqli bəndələrin dualarına təvəssül etmək. Belə ki, Qurani-Kərim Yusifin qardaşlarının dilindən belə hekayət edir:
    قَالُوا يَا اَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا اِنَّا كُنَّا خَاطِئِينَ قَالَ سَاَسْتَغْفِرُ لَكُمْ رَبِّي اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
    "(Yəqubun övladları öz atalarına) dedilər: Ey ata, böyük Allahdan bizim günahlarımızın bağışlanmasını istə, çünki biz səhvə yol vermişik. Yəqub dedi: Tezliklə öz Pərvərdigarımdan sizin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən O, çox mehriban və bağışlayandır.”(Yusif” surəsi, ayə:7-8)
    Bu ayədən məlum olur ki, Yəqubun övladları atasının dua etməsinə və istiğfar istəməsinə təvəssül etdilər, onu öz günahlarının bağışlanması üçün bir vasitə seçdilər. Həzrət Yəqub da nəinki onların təvəssülünə etiraz etmədi, əksinə onlara istiğfar vədəsi də verdi.
    3-Allah yanında böyük məqama, xüsusi hörmət və ehtirama layiq görülən mənəvi şəxsiyyətlərə təvəssül edərək Allah dərgahına yaxınlaşmaq.
    Bu növ təvəssül də islamın əvvəllərində Peyğəmbər (s.ə.v.v) səhabələri tərəfindən qəbul olunub.
    İndi Peyğəmbər (s.ə.v.v) səhabələrinin, eləcə də islam aləminin böyük şəxsiyyətlərinin rəftar və hədisləri sayəsində bu məsələnin dəlillərini xatırladırıq:
    1-Əhməd ibni Hənbəl özünün "Müsnəd” kitabında Osman ibni Hüneyfdən belə rəvayət edir:
    اِنَّ رَجٌلاً ضَرِيرَ الْبَصَرِ اَتَي النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ فَقَالَ اُدْعُ اللّهَ اَنْ يُعَافِيَنِي قَالَ اِنْ شِئْتَ دَعَوْتُ لَكَ وَ اِنْ شِئْتَ اَخَّرْتُ ذَاكَ فَهُوَ خَيْرٌ فَقَالَ اُدْعُهُ فَاَمَرَهُ اَنْ يَتَوَضَّاَ فَيُحْسِنَ وُضُوئَهُ فَيُصَلِّيَ رَكْعَتَيْنِ وَ يَدْعُوَ بِهذَا الدُّعَاءِ اَللَّهُمَّ اِنِّي اَسْاَلُكَ وَ اَتَوَجَّهُ اِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ يَا مُحَمَّدُ اِنِّي تَوَجَّهْتُ بِكَ اِلَي رَبِّي فِي حَاجَتِي هذِهِ فَتَقْضِيَ لِيَ اللّهُمَّ شَفِّعْهُ فِيَّ
    "Kor bir kişi Peyğəmbər (s.ə.v.v)-in hüzuruna gəlib dedi: "Allahdan istə, mənim gözlərimə şəfa versin.” Peyğəmbər (s.ə.v.v) buyurdu: "İstəsən dua edərəm, istəsən də duanı təxirə salaram və bu, daha yaxşıdır.” Kor kişi ərz etdi: "Dua edin.” Peyğəmbər (s.ə.v.v) ona göstəriş verdi ki, dəstəmaz alsın və dəstəmaz alarkən diqqətli olsun, sonra iki rəkət namaz qılıb belə dua etsin: "Pərvərdigara, mən Səndən istəyir və sənin rəhmət Peyğəmbərin olan Muhəmmədin vasitəsilə Sənə üz gətirirəm. Ey Muhəmməd, mən öz hacətim barəsində sənin vasitənlə Pərvərdigarıma təvəssül edirəm ki, hacətimi yerinə yetirəsən. Pərvərdigara, onu mənim şəfaətçim qərar ver!”("Müsnədi Əhməd”, 4-cü cild, səh.138, Osman ibni Hüneyfin rəvayətinin bir qismini "Müstədrək” (Hakim) 1-ci cild, səh.313-də qeyd etmişdiræ "Sünəni ibni Macə”, 1-ci cild, səh.441, "Əttac”, 1-ci cild, səh.286, "Əl-camius-səğir” (Süyuti), səh.59, "Ət-təvəssülü vəl-vəsilətu” (ibni Teymiyyə), səh.98)
    Bu hədisin düzgünlüyü bütün mühəddislər tərəfindən qəbul olunmuşdur, belə ki, Hakim Nişapuri "Müstədrək” kitabında hədisi nəql etdikdən sonra onu "səhih” ünvanı ilə vəsf edir. İbni Macə də onu Əbu İshaqdan nəql edərək deyir: "Bu, səhih rəvayətdir.” Tirmizi "Əbvabul-ədiyyə” kitabında bu rəvayətin səhih olduğunu təkid edir. Məhəmməd Nəsib Rəfai də "Ət-təvəssülü ila həqiqətit-təvəssül” kitabında deyir:
    لَا شَكَّ اَنَّ هذَا الْحَدِيثَ صَحِيحٌ وَ مَشْهُورٌ وَ قَدْ ثَبَتَ فِيهِ بِلَا شَكٍّ وَ لَا رَيْبٍ
    اِرْتِدَادُ بَصَرِ الآَعْمَي بِدُعَاءِ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ لَهُ
    "Şəkk yoxdur ki, bu hədis səhih və məşhurdur... Bu rəvayətdə sübut olunmuşdur ki, Peyğəmbər (s.ə.v.v)-in duası ilə o kor kişinin gözləri açılmışdır.”("Ət-təvəssülü ila həqiqətit-təvəssül”, səh.158, Beyrut çapı)
    Bu rəvayətdən aydın olur ki, ehtiyacın təmin olunması üçün Peyğəmbər (s.ə.v.v)-ə təvəssül etmək caizdir. Hətta Rəsuli Əkrəm (s.ə.v.v) o kor kişiyə əmr edir ki, yuxarıda qeyd olan şəkildə dua etsin, Peyğəmbər (s.ə.v.v)-i özü ilə Allah arasında vasitə qərar verməklə Allahdan istəsin. Elə bu da Allah dərgahında əziz olanlara və ilahi övliyalara təvəssül etməyin mənasıdır.
    2-Əbu Əbdullah Buxari özünün "Səhih” kitabında yazır:
    اِنَّ عُمَرَ ابْنَ الْخَطَّابِ رَضِيَ اللّهُ عَنْهُ كَانَ اِذَا قَحَطُوا اِسْتَسْقَي بِالْعَبَّاسِ ابْنِ عَبْدِ الْمُطَّلِبِ فَقَالَK اَللَّهُمَّ اِنَّا كُنَّا نَتَوَسَّلُ اِلَيْكَ بِنَبِيِّنَا فَتَسْقِيَنَا وَ اِنَّا نَتَوَسَّلُ اِلَيْكَ بِعَمِّ نَبِيِّنَا فَاسْقِنَا قَالَ فَيُسْقَوْنَ
    "Hər vaxt qəhətlik baş versəydi Ömər ibni Xəttab Abbas ibni Əbdül-Müttəlibin vasitəsilə, onu vasitə qərar verərək Allahdan yağış istəyir və deyirdi: "Pərvərdigara! Peyğəmbər (s.ə.v.v)-in sağlığında ona təvəssül edirdik və Sən rəhmət yağışını bizə nazil edirdin. İndi Peyğəmbər (s.ə.v.v)-in əmisi ilə Sənin dərgahına təvəssül edirik ki, bizi sirab edəsən.” Və bu duadan sonra (yağış yağır və) sirab olurdular.”(Səhihi Buxari”, 2-ci cüz, kitabul-cümə, babul-istisqa, səh.27, Misir çapı)
    3-Allah övliyalarına təvəssül etmək o qədər adi işlərdəndir ki, islamın əvvəllərindəki müsəlmanlar da öz şerlərində Peyğəmbər (s.ə.v.v)-i özləri ilə Allah arasında bir vasitə qərar verirdilər. Səvad ibni Qarib Peyğəmbəri Əkrəm (s.ə.v.v) üçün bir qəsidə oxudu. Onun bəzi beytləri belədir:
    وَ اَشْهَدُ اَنْ لَا رَبَّ غَيْرُهُ وَ اَنَّكَ مَاْمُونٌ عَلَي كُلِّ غَالِبٍ وَ اَنَّكَ اَدْنَي الْمُرْسَلِينَ وَسِيلَةً اِلَي اللّهِ يَابْنَ الآَكْرَمِينَ الآَطَائِبِ
    "Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur, sən hər bir məxfi və örtülü olan şeyə əmanətdarsan. Və şəhadət verirəm ki, sən, ey pakların və əzizlərin övladı, başqa peyğəmbərlərin arasında Allah dərgahına ən yaxın olan bir vasitəsən.”("Əd-durərus-səniyyə” (Seyyid Əhməd ibni Zeyni Dehlan), səh.29, Təbəranidən nəqlən.)
    Peyğəmbər (s.ə.v.v) bu şeri Səvad ibni Qaribdən eşitdi, amma onun belə sözlər deməsinin qarşısını əsla almadı, onu şirk və bidətlə müttəhim etmədi.
    İmam Şafeyi də özünün aşağıda qeyd olunan iki beytində bu həqiqətə işarə edir:
    آلُ النَّبِيُّ ذَرِيعَتِي هُمْ اِلَيْهِ وَسِيلَتيِ
    اَرْجُو بِهِمْ اَعْطَي غَدًا بِيَدِي الْيَمِينِ صَحِيفَتِي
    "Peyğəmbərin xanədanı mənim Allah dərgahına olan vəsiləmdir.
    Ümidvaram ki, onların xatirinə əməl dəftərim mənim sağ əlimə verilə.”("Əs-səvaiqul-muhriqə” (ibni Həcər Əsqəlani), səh.178, Qahirə çapı)
    İlahi övliyalara təvəssül etməyin caizliyi ilə əlaqədar gəlib çatan rəvayətlərin çoxluğu ilə belə, yuxarıda qeyd olunan rəvayətlər sayəsində təvəssül məsələsi sünnə, səhabələrin yolu və böyük islam alimlərinin nəzərindən bəyənilən bir iş olması aydın olur.
    Bununla da Allah dərgahında əziz olan şəxslərə təvəssül etməyi şirk və bidət hesab edənlərin sözünün əsassız olduğu sübuta yetir.
    SUAL: 25
    ALLAH ÖVLİYALARININ TƏVƏLLÜDÜNÜ BAYRAM KEÇİRMƏK BİDƏT, YAXUD ŞİRKDİRMİ?
    Cavab: Allahın layiqli və saleh bəndələrinin xatirəsini əzizləmək, o cümlədən onların təvəllüd günlərini bayram keçirməyin əql sahibləri nəzərindən bəyənilən bir iş olmasına baxmayaraq bu barədə hər növ şübhənin aradan qaldırılması üçün onun şərən icazə verilən bir iş olmasının dəlillərini qeyd edirik:
    1-Bu kimi mərasimlərin keçirilməsi onlara məhəbbət izhar etmək üçündür.
    Quran Peyğəmbəri Əkrəm (s.ə.v.v) və onun Əhli-beyti ilə dostluq göstərib onlara məhəbbət bəsləməyi müsəlmanlara əmr edib buyurur:
    قُل لَّا اَسْاَلُكُمْ عَلَيْهِ اَجْرًا اِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَي
    "(Ey Peyğəmbər,) de: Mən sizdən ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.”("Şura” surəsi, ayə:23)
    Şübhəsiz, ilahi övliyaların təvəllüd münasibətləri ilə əlaqədar bayram keçirmək insanların onlara eşq və məhəbbətlərinin cilvəsidir ki, bu da Quran nəzərindən qəbul olunur.
    2-Bu mərasimlərin keçirilməsi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə hörmət və təzimdir.
    Quran Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə kömək etməkdən əlavə, onun məqamını yüksək dəyərləndirməyi də səadət və xoşbəxtlik amili kimi qeyd edir:
    فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ اُنزِلَ مَعَهُ اُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ
    "O kəslər ki, Peyğəmbərə iman gətirib onu əzizlədilər və ona kömək etdilər, ona göndərdiyimiz nura itaət etdilər, məhz onlar nicat tapanlardır.”("Əraf” surəsi, ayə:157)
    Bu ayədən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-i əzizləmək islam nəzərindən bəyənilən bir işdir, eləcə də onun əziz xatirəsini canlandıran mərasimlərin, o həzrətin yüksək məqamını xatırladan mərasimlərin keçirilməsi də Allahın razı olduğu işlərdir. Çünki bu ayədə nicat tapanlar üçün dörd sifət bəyan edilmişdir:
    a) İman: "Əlləzinə amənu bihi” – yəni o kəslər ki, ona iman gətirmişlər.
    b) Onun nuruna itaət etmək: "Vəttəbəun-nurəlləzi unzilə məəhum”: ona nazil olunan nura itaət edərlər.
    v) Ona kömək etmək: "və nəsəruhu” ona kömək etdilər.
    q) Peyğəmbər (s.ə.v.v)-in məqamına təzim etmək və ehtiram göstərmək: "və əzzəruhu” onu əzizlədilər.
    Deməli, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə ehtiram göstərmək və ona təzim etmək – ona iman gətirib kömək etmək və göstərişlərinə əməl etməkdən əlavə – zəruri bir işdir və Peyğəmbər (s.ə.v.v)-i əzizləmək "vəəzzəruhu” ifadəsinə əməl yetirməkdir.
    3-Bu kimi mərasimlərin keçirilməsi Allah-Taalaya tabe olmaqdır.
    Allah-taala Peyğəmbər (s.ə.v.v)-i tərifləyərək buyurur:
    وَ رَفَعْنَا لَكَ ذِكْرَكَ
    "Sənin adını dünyada yüksəltdik.”("İnşirah” surəsi, ayə:4)
    Bu şərif ayədən məlum olur ki, Allah-Taala Peyğəmbər (s.ə.v.v)-in əzəmət və cəlalının bütün dünyada yayılmasını istəyir və Özü də Quran ayələrində onu tərifləyir.
    Biz də öz asimani kitabımıza tabe olaraq böyük, əzəmətli mərasimlər təşkil etməklə kamal və fəzilət nümunəsi olan o böyük şəxsiyyətin məqamını əzizləyir və bu yolla da aləmlərin Pərvərdigarına tabe olmuş oluruq. Aydındır ki, bu mərasimləri keçirməkdə müsəlmanların əsas hədəfi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in şənini yüksək tutmaqdan başqa bir şey deyildir.
    4-Vəhyin nazil olması süfrənin nazil olmasından heç də az deyil.
    Qurani-Məcid ilahi peyğəmbər olan İsanın dilindən belə hekayət edir:
    قَالَ عِيسَي ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا اَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيداً لِّاَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ وَارْزُقْنَا وَاَنتَ خَيْرُ الرَّازِقِينَ
    "İsa ibni Məryəm dedi: Pərvərdigara, ey bizim Rəbbimiz, bizə asimandan bir süfrə göndər ki, bizim hamımız üçün bayram, Sənin tərəfindən bir nişanə olsunæ bizə ruzi ver, çünki sən ruzi verənlərin ən yaxşısısan.”(Maidə” surəsi, ayə:114)
    Həzrəti İsa (ə) Allahdan istəyir ki, onlara asimani bir süf-rə nazil etsin və onun nazil olma gününü bayram keçirsinlər.
    Biz soruşuruq: Əziz bir ilahi peyğəmbər asimani süfrə olan, insanın sadəcə cismi cəhətdən ləzzət almasına səbəb olan bir ruzinin nazil olmasını bayram keçirirsə (və bu iş şirk və bidət sayılmırsa) dünya müsəlmanlarının ilahi vəhy nazil olmasını, bütün insanların xilaskarı və bəşər cəmiyyətinə yeni həyat verən bir şəxsin – Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in milad gününü bayram keçirməsi şirk və bidət sayılarmı?!
    5-Müsəlmanların adət-ənənəsi
    İslam dini ardıcılları qədim dövrlərdən etibarən Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əziz xatirəsinin dirçəldilməsi üçün təşkil etdikləri mərasimi davam etdirmişlər. Hüseyn ibni Məhəmməd Diyar Bəkri "Tarixul-Xəmis” kitabında belə yazır:
    وَ لَا يَزَالُ اَهْلُ الاِسْلَامِ يَحْتَفِلُونَ بِشَهْرِ مَوْلُودِهِ عَلَيْهِ السَّلَامُ وَ يَعْمَلُونَ الْوَلَائِمَ وَ يَتَصَدَّقُونَ فِي لَيَالِيهِ بِاَنْوَاعِ الصَّدَقَاتِ وَ يُظْهِرُونَ السُّرُورَ وَ يَزِيدُونَ فِي الْمَبَرَّاتِ وَ يَعْتَنُونَ بِقِرَائَةِ مَوْلِدِهِ الْكَرِيمِ وَ يطْهر عَلَيْهِمْ مِنْ بَرَكَاتِهِ كُلَّ فَضْلٍ عَمِيمٍ
    "Dünya müsəlmanları tarix boyu Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in doğum ayında bayram keçirir, bu ayın gecələrində ehsan və sədəqə verir, şadlıq keçirir, müxtəlif yaxşılıqlar edir, onun təvəllüd münasibətilə şer oxuyurlaræ bu işlərlə onun hərtərəfli rəhmət və bərəkəti hamıya aşkar olur.”(Tarixul-Xəmis” (Hüseyn ibni Muhəmməd ibni Həsən Diyar Bəkri), Beyrut çapı, 1-ci cild, səh.223)
    Deməli, Quran və müsəlmanların adət-ənənəsindən ilahi övliyaların əziz xatirələrini dirçəltmək üçün keçirilən mərasimlərin caiz və layiqli bir iş olması barəsində ümumi bir hökm əldə olunur. Beləliklə Allah dərgahında əziz olan şəxsiyyətlərin təvəllüdlərini bayram keçirməyi şirk və bidət hesab edənlərin sözlərinin tam əsassız olduğu aydın olur. Çünki bidət o şeydir ki, xüsusi, yaxud ümumi şəkildə, Quran və sünnədən istifadə edilmədən bir şey icazə verilmiş olsun, halbuki Quran ayələrindən, müsəlmanların əbədi adət-ənənələrindən qeyd olunan məsələnin külli hökmü əldə olundu. Həmçinin bu mərasimlər yalnız Allahın layiqli bəndələrinə ehtiram göstərmək, eləcə də onların Allahın bəndələri və Allaha ehtiyaclı olmalarına etiqad bəsləməklə keçirilir. Deməli qeyd olunan əməl tovhid və yeganəpərəstliklə tamamilə uyğundur və ilahi övliyaların təvəllüdləri ilə əlaqədar bayram mərasimi keçirməyin şirk olduğunu deyənlərin sözləri tam əsassızdır.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 714 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024