İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1941
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamran
  • Seref
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:44 PM
    SUAL: 26
    NƏ ÜÇÜN ŞİƏLƏR BEŞLİK NAMAZI ÜÇ VAXTDA QILIRLAR?
    Cavab: Əvvəlcə məsələnin aydın olması üçün fəqihlərin bu barədəki nəzərlərini qeyd edirik:
    1-Bütün islam məzhəbləri bu məsələdə yekdil nəzərə malikdirlər ki, Ərəfədə hər iki namazı – zöhr və əsr namazını zöhr vaxtında birlikdə, arada fasilə salınmadan qılmaq olar. Həmçinin Müzdəlifədə də məğrib və işa namazlarının vaxtında qılmaq caizdir.
    2-Hənəfilər deyirlər: Zöhr və əsr, məğrib və işa namazını bir vaxtda (arada fasilə salmadan) qılmaq yalnız Ərəfədə və Müzdəlifədə caizdir, sair hallarda isə caiz deyildir.
    3-Hənbəlilər, malikilər və şafeilər deyirlər: Zöhrlə əsr, məğriblə işa namazlarını xüsusi bir vaxtda bir yerdə qılmaq qeyd olunan iki yerdən başqa, səfər halında da caizdir. Onlardan bəziləri iki namazı birlikdə qılmağı zərurət halına (məsələn, yağış yağanda, namaz qılan şəxs xəstə olanda, yaxud düşməndən qorxu törənəndə) aid edərək caiz bilmişlər.("Əl-fiqhu ələl-məzahibil-ərbəə”, kitabus-səlat, əl-cəmu bəynəs-səlat təqdimən və təxirən)
    4-Şiələr inanırlar ki, zöhr və əsrin, eləcə də məğrib və işa namazının həm xüsusi, həm də müştərək vaxtları vardır:
    a) Zöhr namazının xüsusi vaxtı şəri zöhrdən (günəşin şaquli vəziyyətdən qərbə tərəf keçdiyi zamandan) dörd rəkətlik namaz qılına biləcək vaxt keçənə qədərdir. Bu məhdud müddətdə yalnız zöhrü qılmaq olar.
    b) Əsr namazının xüsusi vaxtı o zamandır ki, qüruba qədər əsr namazını qılmaq qədər vaxt qalmış olsun.
    v) Zöhr ilə əsr namazı arasında müştərək vaxt, zöhr namazının xüsusi vaxtının axırından başlanır və əsr namazının xüsusi vaxtının əvvəlinə qədər davam edir.
    Şiələrin əqidəsi budur ki, bu müştərək vaxtın bütünlüy-ündə zöhr və əsr namazını birlikdə və arada fasilə salmadan qılmaq olar. Lakin sünnülər inanırlar ki, şəri zöhrün əvvə-lindən hər bir şeyin kölgəsinin onun özü qədər oluncaya qədər vaxt zöhr namazına məxsusdur və bu müddətdə əsr namazını qılmaq olmaz. Ondan sonra məğribə qədər əsr namazına məxsusdur və zöhr namazını həmin vaxtda qılmaq olmaz.
    q) Məğrib namazının məxsus vaxtı şəri məğribdən başlanır və üç rəkətlik namaz qılmaq qədər vaxt keçənə qədər davam edir. Bu məhdud müddətdə yalnız məğrib namazını qılmaq olar.
    d) İşa namazının məxsus vaxtı şəri cəhətdən gecə yarısına yalnız işa namazını qılmaq qədərində vaxt qalana qədərdir. Bu qısa müddətdə yalnız işa namazını qılmaq olar.
    e) Məğrib və işa namazları arasında müştərək olan vaxt. Bu, məğrib namazına məxsus olan vaxtdan başlayır və işa namazının məxsus vaxtına qədər davam edir.
    Şiələr inanırlar ki, bu müştərək müddət ərzində məğrib və işa namazlarını birlikdə, arada fasilə salmadan qılmaq olar. Lakin sünnülər deyirlər ki, qürubun əvvəlindən məğribdəki şəfəqin aradan getdiyi vaxta qədər məğrib namazına məxsusdur və bu müddətdə işa namazı qılına bilməz. Şəfəqin aradan getdiyi vaxtdan şəri gecə yarısına qədər işa namazına məxsusdur və bu vaxt ərzində məğrib namazını qılmaq olmaz.
    Nəticə budur ki, şiənin nəzəriyyəsinə əsasən şəri zöhr çatdığı zaman həm zöhr namazını qılıb ardınca da əsri qılmaq olar, həm də zöhr namazını əsr namazının məxsus vaxtının əvvəllərinə qədər təxirə salmaq və zöhrü, əsr namazının xüsusi vaxtı çatmamışdan sona çatdırıb bundan sonra əsr namazını qılmaq olar. Beləliklə zöhr və əsr namazları arasında fasilə salınmır, baxmayaraq ki, zöhr namazını günorta daxil olandan sonra, əsr namazını isə hər bir şeyin kölgəsi onun özü qədər olduğu vaxt qılmaq müstəhəbdir.
    Həmçinin şəri məğrib olan zaman məğrib namazını qılıb ardınca da işa namazını qıla bilərik. Ya da məğrib namazını işa namazının xüsusi vaxtlarına yaxın olan bir vaxta qədər təxirə salaraq, işa namazının xüsusi vaxtı çatmadan məğrib namazını qılıb qurtarmalı, sonra işa namazını qıla bilərik. Beləliklə məğrib və işa namazlarını bir yerdə qılmış oluruq. Amma müstəhəbdir ki, məğrib namazı şəri məğribdən sonra, işa namazı da məğribdəki şəfəq saraltısı aradan gedəndən sonra qılınsın.
    Bu, şiənin nəzəriyyəsidir, lakin sünnülər zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılmağı mütləq şəkildə: heç bir yerdə və heç bir vaxtda caiz bilmirlər. Deməli münaqişəli məsələ iki namazın hər bir zamanda və hər bir məkanda birlikdə qılınmasıdır, belə ki, hər iki namaz onlardan birinin əda vaxtında qılınmış olsun (məsələn, Ərəfə və Müzdəlifədəki iki namaz kimi).
    5-Bütün müsəlmanlar bu barədə yekdil fikirdədirlər ki, Peyğəmbər (s.ə.v.v) iki namazı bir yerdə qılmışdır, lakin bu rəvayətin təfsirində iki nəzər vardır:
    a) Şiələrin nəzərinə görə məqsəd budur ki, zöhr namazının ilk vaxtlarında (əlbəttə, zöhr namazını qılından sonra) əsr namazını, həmçinin məğrib namazının ilk vaxtlarında (məğrib namazını qıldıqdan sonra) işanı da qılmaq olar. Bu məsələ hər hansı xüsusi bir məkan, zaman, yaxud şəraitlə bağlı deyildiræ hər bir yerdə və hər bir vaxtda caizdir.
    b) Digərləri isə deyirlər ki, rəvayətdə məqsəd budur ki, zöhr namazı onun axır vaxtında, əsr namazı da onun əvvəl vaxtındaæ eləcə də məğrib namazı onun axır vaxtında, işa namazı isə əvvəl vaxtında qılınmalıdır.
    Məsələnin aydın olması üçün bu barədə mövcud olan rəvayətləri araşdıracaq və isbat edəcəyik ki, bu hədislərdə ardıcıl qılmaq dedikdə məqsəd şiənin nəzəridir. Yəni iki namazı onlardan birinin vaxtında qılsınlar, nəinki onlardan birini axır vaxtda, digərini isə əvvəl vaxtda.
    İndi rəvayətləri qeyd edirik:
    1-Hənbəlilərin rəisi Əhməd ibni Hənbəl öz "Müsnəd”ində Cabir ibni Zeydin belə rəvayət etdiyini yazır:
    اَخْبَرَنِي جَابِرُ بْنُ زَيْدٍ اَنَّهُ سَمِعَ ابْنَ عَبَّاسٍ يَقُولُ صَلَّيْتُ مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ ثَمَانِيًا جَمِيعًا وَ سَبْعًا جَمِيعًا قَالَ قُلْتُ لَهُ يَا اَبَا الشَّعْثَاءِ اَظُنُّهُ اَخَّرَ الظُّهْرَ وَ عَجَّلَ الْعَصْرَ وَ اَخَّرَ الْمَغْرِبَ وَ عَجَّلَ الْعِشَاءَ قَالَ وَ اَنَا اَظُنُّ ذلِكَ
    "Cabir ibni Zeyd deyir: ibni Abbasın belə dediyini eşitdim: Peyğəmbər (s.ə.v.v)-lə səkkiz rəkəti (zöhrlə əsri) və yeddi rəkəti (məğriblə işanı) birlikdə qıldıq. O deyir ki, Əbu Şəşaya dedim: Mən belə fikirləşirəm ki, Peyğəmbər zöhr namazını təxirə saldı və əsr namazını tez qıldıæ eləcə də məğrib namazını təxirə saldı və işa namazını tez qıldı. (Əbu Şəsa) dedi: Mən də belə fikirləşirəm.”(Müsnədi Əhməd”, 1-ci cild, səh.221)
    Bu rəvayətdən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) hər iki namazı: zöhrlə əsri, eləcə də məğriblə işanı arada fasilə salmadan birlikdə qılmışdır.
    2-Əhməd ibni Hənbəl Əbdüllah ibni Şəqiqdən aşağıdakı rəvayəti nəql edir:
    خَطَبَنَا اِبْنُ عَبَّاسٍ يَوْمًا بَعْدَ الْعَصْرِ حَتَّي غَرُبَتِ الشَّمْسُ وَ بَدَتِ النُّجُومُ وَ عَلَّقَ النَّاسُ يُنَادُونَهُ الصَّلَوةُ وَ فِي الْقَوْمِ رَجُلٌ مِنْ بَنِي تَمِيمٍ فَجَعَلَ يَقُولُ الصَّلَوةَ الصَّلَوةَ قَالَ فَغَضِبَ قَالَ اَتُعَلِّمُنِي بِالسُّنَّةِ؟ شَهِدْتُ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ، وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ قَالَ عَبْدُ اللّهِ فَوَجَدْتُ فِي نَفْسِي مِنْ ذلِكَ شَيْئًا فَلَقِيْتُ اَبَا هُرَيْرَةَ فَسَاَلْتُهُ فَوَافَقَهُ
    "Bir gün İbni Abbas əsr namazından sonra bizim üçün o qədər çıxış etdi ki, günəş batdı, ulduzlar göründü, camaat "Namaz! Namaz” deyə səsləndilər. Bu zaman Bəni-Səlim qəbiləsindən bir kişi hey namaz kəlməsini təkrarlayırdı. İbni Abbas qəzəblənib dedi: Sən mənə Peyğəmbər (s.ə.v.v) sünnəsinimi öyrətmək istəyirsən?! Mən özüm şahid idim ki, Peyğəmbər (s.ə.v.v) zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılmışdı. Əbdüllah deyir: Mənim üçün bu məsələdə şübhə yarandı, ona görə də Əbu Hüreyrənin görüşünə gedən zaman bu barədə soruşdum. O da ibni Abbasın sözünü təsdiqlədi.”("Müsnədi Əhməd”, 1-ci cild, səh.251)
    Bu hədisdə səhabələrdən ikisi – Əbdüllah ibni Abbas və Əbu Hüreyrə təsdiq etmişlər ki, Peyğəmbər (s.ə.v.v) zöhrlə əsri, məğriblə işanı bir yerdə qılmış, ibni Abbas da Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əməlinə tabe olaraq belə etmişdir.
    3-Malikiyyə firqəsinin başçısı Malik ibni Ənəs "Əl-Müvəttəə” kitabında belə yazır:
    صَلَّي رَسُولُ اللّهِ¸الظُّهْرَ وَ الْعَصْرَ جَمِيعًا وَالْمَغْرِبَ وَالْعِشَاءَ جَمِيعًا فِي غَيْرِ خَوْفٍ وَ لَا سَفَرٍ
    "Rəsuli Əkrəm (s.ə.v.v) zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılırdı, halbuki nə düşməndən qorxu var idi, nə də səfərdə idi.”(Müvəttəə” (Malik), əs-səlat kitabı, Beyrut çapı, səh.125, hədis-178æ "Səhihi-Müslim”, 2-ci cild, səh.151, Beyrut çapı, əl-cəmu bəynəs-səlateyni fil-həzər babı.)
    4-Malik ibni Ənəs Məaz ibni Cəbələdən belə nəql edir:
    فَكَانَ رَسُولُ اللّهِ¸يَجْمَعُ بَيْنَ الظُّهْرِ وَ الْْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ
    "Peyğəmbəri Əkrəm (s.ə.v.v) zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılırdı.”("Müvəttəə” (Malik), səlat bölməsi, səh.134 hədis 176, Beyrut çapı, 1403, "Səhihi Müslim”, Misir çapı, 2-ci hissə, səh.152)
    5-Malik ibni Ənəs Nafedən, o da Əbdüllah ibni Ömərdən belə nəql edir:
    كَانَ رَسُولُ اللّهِ¸اِذَا عَجَلَ بِهِ السَّيْرُ يَجْمَعُ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ
    "Hər vaxt Peyğəmbər (s.ə.v.v) bir yolu tələsən halda keçsəydi məğriblə işa namazını birlikdə qılardı.”(Müvəttəə”, Beyrut çapı, səh.125 hədis-177)
    6-Malik ibni Ənəs Əbu Hüreyrədən belə rəvayət edir:
    اِنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ كَانَ يَجْمَعُ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ فِي سَفَرِهِ اِلَي تَبُوك
    "Peyğəmbəri Əkrəm (s.ə.v.v) Təbuk yolunda zöhrlə əsr namazını birlikdə qılırdı.”("Müvəttəə”, səh.124, hədis-175)
    7-Malik Nafedən belə rəvayət edir:
    اِنَّ عَبْدَ اللّهِ ابْنَ عُمَرَ كَانَ اِذَا جَمَعَ الْعُمَرَاءُ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فِي الْمَطَرِ جَمَعَ مَعَهُمْ
    "Hər vaxt əmirlər məğriblə işa namazını birlikdə qılırdılarsa Əbdüllah ibni Ömər də hər iki namazını birlikdə qılırdı.”(Yenə orada, səh.125, hədis-179)
    8-Malik ibni Ənəs, Əli ibni Hüseyndən nəql edir:
    كَانَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ اِذَا اَرَادَ اَنْ يَسِيرَ يَوْمَهُ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ اِذَا اَرَادَ اَنْ يَسِيرَ لَيْلَهُ جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ
    "Hər vaxt Peyğəmbər (s.ə.v.v) gündüz yol getmək istəsəydi zöhrlə əsr namazını birlikdə qılardıæ hər vaxt gecə getmək istəsəydi məğriblə işa namazlarını birlikdə qılardı.”(Yenə orada, səh.125, hədis-181)
    9-Məhəmməd Zərqani "Müvəttəə”nin şərhində Əbi Şəsadan belə nəql edir:
    اِنَّ ابْنَ عَبَّاسٍ صَلَّي بِالْبَصْرَةِ الظُّهْرَ وَ الْعَصْرَ لَيْسَ بَيْنَهُمَا شَيْءُ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ لَيْسَ بَيْنَهُمَا شَيْءٌ
    "Əbdüllah ibni Abbas Bəsrədə zöhrlə əsr namazını birlikdə qıldı. Belə ki, onların arasında fasilə salmırdı. Məğriblə işa namazlarını da arada fasilə olmadan qılırdı.”("Şərhi Zərqani”, Misir çapı, 1-ci cüz, səh.294)
    10-Zərqani Təbəranidən, o da ibni Məsuddan belə nəql edir:
    جَمَعَ النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فَقِيلَ لَهُ فِي ذلِكَ فَقَالَ صَنَعْتُ هذَا لِئَلاّ تَحْرجَ اُمَّتِي
    Peyğəmbəri Əkrəm (s.ə.v.v) zöhrlə əsr, məğriblə işa namazlarını arada fasilə olmadan qıldı. Ondan bu barədə soruşulduqda buyurdu: "Səbəbi budur ki, ümmətim çətinliyə, əzab-əziyyətə düşməsin.”(Yenə orada, səh.294)
    11-Müslim ibni Həccac ("Səhih-Müslim”in müəllifi) Əbu Zübeyrdən, o da Səid ibni Cübeyrdən, o da ibni Abbasdan belə rəvayət edir:
    صَلَّي رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ الظُّهْرَ وَ الْعَصْرَ جَمِيعًا بِالْمَدِينَةِ فِي غَيْرِ خَوْفٍ وَ لَا سَفَرٍ
    "Peyğəmbər (s.ə.v.v) Mədineyi-Münəvvərədə düşmən-dən heç bir qorxu olmadan, eləcə də səfərdə olmadan zöhrlə əsr namazını birlikdə qıldı.”(Səhihi Müslim”, 2-ci cild, Misir çapı, səh.151) Sonra ibni Abbas Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in bu işdə məqsədini soruşdu. Həzrət buyurdu: "Ona görə ki, ümmətimdən heç kəsin zəhmətə düşməməsini istəmirəm.”(Yenə orada, qeyd olunan hədislə əlaqədar)
    12-Müslim özünün "Səhih”ində ibni Cübeyrdən, o da ibni Abbasdan belə rəvayət edir:
    جَمَعَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الَْْصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاء فِي الْمَدِينَةِ مِنْ غَيْرِ خَوْفٍ وَ لا مَطَرٍ
    "Peyğəmbəri Əkrəm (s.ə.v.v) Mədineyi-Münəvvərədə zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı. Halbuki nə düşməndən qorxu var idi, nə də yağış yağırdı.”(Yenə orada, səh.152) Səid ibni Cübeyr sonra deyir: İbni Abbasdan "Peyğəmbər (s.ə.v.v) nə üçün belə bir iş gördü?” - deyə soruşdum, dedi: Ona görə ki, ümmətini zəhmətə salmaq istəmirdi.”(Yenə orada, səh.152)
    13-Buxari özünün "Səhih” kitabında "babu təxiriz-zöhri iləl-əsr” ünvanlı xüsusi bir babı bu məsələ üçün ayırmışdır.(Səhihi Buxari”, 1-ci hissə, səh.110, namaz bölməsi, "Təxiruz-zuhri iləl-əsr” babı, Misir çapı, "Əmiriyyə” nüsxəsi, 1314-cü il) Bu ünvanın özü də zöhr namazını bir qədər təxirə salıb əsr namazının vaxtında hər ikisini bir yerdə qılmağın caiz olmasına aşkar dəlildir. Sonra Buxari həmin bölmədə aşağıdakı hədisi qeyd edir.
    اِنَّ النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ صَلَّي بِالْمَدِينَةِ سَبْعًا وَ ثَمَانِيًا الظُّهْرَ وَ الْعَصْرَ وَ الْمَغْرِبَ وَ الْعِشَاءَ
    "Peyğəmbər (s.ə.v.v) yeddi rəkəti (məğriblə işanı) və səkkiz rəkəti (zöhrlə əsri) Mədinədə birlikdə qıldı.”
    Bu rəvayətdən aydın olur ki, təkcə zöhrü təxirə salıb əsr namazının vaxtında qılmaq yox, həm də (cümlə quruluşundan məlum olduğu kimi) Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə tabe olaraq məğrib namazını da təxirə salıb işa namazı ilə birlikdə qılmaq olar.
    14-Buna görə də Buxari başqa bir yerdə yazır:
    قَالَ اِبْنُ عُمَرَ وَ اَبُو اَيُّوبَ وَ ابْنُ عَبَّاسٍ رَضِيَ اللّهُ عَنْهُمْ صَلَّي النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهَ آلِهِ˝ وَ سَلَّمَ الْمَغْرِبَ وَ الْعِشَاءَ
    "Əbdüllah ibni Ömər, Əbu Əyyub (Ənsari) və Əbdüllah ibni Abbas demişlər: Peyğəmbəri Əkrəm (s.ə.v.v) məğriblə işa namazını (arada fasilə olmadan) qıldı.”("Səhihi Buxari”, 10-cu cüz, səh.113, Misir çapı, 1314-cü il)
    Buxari bu rəvayətdən belə nəticə almaq istəyirdi ki, Peyğəmbər (s.ə.v.v) məğriblə işa namazını birlikdə qılmışdır. Çünki onun məqsədi heç də Peyğəmbər (s.ə.v.v)-in ümumiyyətlə namaz qılmasını isbat etmək olmamışdır.
    15-Müslim özünün "Səhih” kitabında belə yazır:
    قَالَ رَجُلٌ لِاِبْنِ عَبَّاسٍ الصَّلَوةَ، فَسَكَتَ ثُمَّ قَالَ الصَّلَوةَ فَسَكَتَ ثُمَّ قَالَ لَا اُمَّ لَكَ اَتُعَلِّمُنَا بِالصَّلَوةِ وَ كُنَّا نَجْمَعُ بَيْنَ الصَّلَاتَيْنِ عَلَي عَهْدِ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ
    "Bir nəfər ibni Abbasa dedi: "Namaz!” İbni Abbas bir söz demədi, o kişi yenidən "namaz!” deyə səsləndi. İbni Abbas yenə dinmədi. Üçüncü dəfə "namaz!” dedikdə ibni Abbas dedi: La ümmə lək – anasız qalasan! Mənə namaz öyrətmək istəyirsənmi? Halbuki biz Peyğəmbəri Əkrəm (s.ə.v.v)-lə iki namazı birlikdə qılırdıq.”("Səhihi Müslim”, 2-ci cüz, səh.153)
    16-Müslim yenə rəvayət edir:
    اِنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَْنَ الصَّلَوةِ في سَفْرَةٍ سَافَرَهَا في غَزْوَةِ تَبُوك فَجَمَعَ بيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ قَالَ سَعيدٌ فَقُلْتُ لِابْنِ عَبَّاسٍ مَا حَمَلَهُ عَلي ذلِكَ؟ قَالَ اَرَادَ اَنْ لَا يخْرجَ اُمَّتَهُ
    "Peyğəmbər (s.ə.v.v) "Təbuk” müharibəsinə gedən zaman zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılırdı. Səid ibni Cübeyr deyir: İbni Abbasdan bunun səbəbini soruşduqda dedi: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-i istəyirdi ki, öz ümmətini çətinliyə, əzab-əziyyətə salmasın.”(Səhihi Müslim”, 2-ci cüz, səh.151, Misir çapı)
    17-Müslim Məazın dilindən belə hekayət edir:
    خَرَجْنَا مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ في غَزْوَةِ تَبُوك فَكَانَ يصَلّي الظُّهْرَ وَ الْعَصْرَ جَمِيعًا وَ الْمَغْرِبَ وَ الْعِشَاءَ جَميعًا
    "Peyğəmbər (s.ə.v.v)-lə "Təbuk” müharibəsinə getdik. O həzrət zöhrlə əsr və məğriblə işa namazlarını birlikdə qılırdı.”(Yenə orada, səh.152)
    18-Malik ibni Ənəs "Əl-müvəttəə” kitabında yazır:
    عَنِ ابْنِ شَهَابٍ اَنَّهُ سَاَلَ سَالِمَ ابْنَ عَبْدِ اللّهِ هَلْ يْمجَعُ بَينَ الظُّهْرِ وَ الْعَصْرِ في السَّفَرِ؟ فَقَالَ نَعَمْ لَا بَاْسَ بِذلِكَ اَلَمْ تَرَ اِليَ صَلَاةِ النَّاسِ بِعَرَفَةَ؟
    "İbni Şəhab Salim ibni Əbdüllahdan soruşdu: Səfərdə zöhrlə əsr namazı birlikdə qılınırmı? Cavab verdi: Bəli, eybi yoxdur. Camaatın "Ərəfə” günündəki ("Ərəfat” çölündəki) namazını görmürsənmi?!”("Əl-müvəttəə”, Beyrut çapı, səh.125, hədis:180)
    Qeyd olunmalıdır ki, müsəlmanların "Ərəfə” günündə, "Ərəfat”da zöhrlə əsrin hər ikisini zöhr namazının vaxtında və arada fasilə salınmadan qılmaları caizdir. Burada Salim ibni Əbdüllah da deyir: Camaat Ərəfatda hər iki namazı birlikdə qıldıqları kimi, Ərəfatdan başqa yerlərdə də onları birlikdə qıla bilərlər.
    19-Müttəqi Hindi "Kənzul-ummal” kitabında yazır:
    قَالَ عَبْدُ اللّهِ جَمَعَ لَنَا رَسُولُ اللّهِ¸ مُقِيمًا غَيْرَ مُسَافِرٍ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فَقَالَ رَجُلٌ لِابْنِ عُمَرَ لِمَ تَريَ النَّبِيَّ ¸ فَعَلَ ذلِكَ؟ قَالَ لِاَنْ لَا يحْرجَ اُمَّتهُ اِنْ جَمَعَ رَجُلٌ
    Əbdüllah ibni Ömər deyir: "Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz yaşayış yerində (vətənində) olduğu, səfərə getmədiyi zaman zöhrlə əsri, məğriblə işanı birlikdə qılırdı.” Bir nəfər ibni Ömərdən soruşdu: "Nə üçün Peyğəmbər (s.ə.v.v) belə bir iş görürdü?” Cavab verdi: "Ona görə ki, əgər bir şəxs iki namazı bir yerdə qılmaq istəyərsə öz ümmətini əzab əziyyətə məşəqqətə salmasın.”("Kənzul-ummal”, kitabus-səlat, əl-babur-rabiu fi səlatil-musafir, babul-cəm, cild-8, səh.246, Hələb çapı, 1391)
    20-Həmçinin "Kənzul-ummal” kitabında belə oxuyuruq:
    عَنْ جَابِرٍ اَنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ بِاَذَانٍ وَ اِقَامَتَيْنِ
    "Cabir ibni Əbdüllah deyir: Peyğəmbər (s.ə.v.v) zöhrlə əsr namazlarını bir azan, iki iqamə ilə – birlikdə qıldı.”("Kənzul-ummal”, kitabus-səlat, babur-rabiu fi səlatil-müsafir, 8-ci cild, səh.847, Hələb çapı )
    21-”Kənzul-ummal” kitabında yuxarıdakı hədisin davamında belə qeyd olunur:
    عَنْ جَابِرٍ اَنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ غَربَتْ لَهُ الشَّمْسُ بِمَكَّةَ فَجَمَعَ بَيْنَهُمَا بِسَرفٍ
    "Cabir ibni Əbdüllah deyir: Peyğəmbər (s.ə.v.v) Məkkədə olan zaman günəş qüruba endi, Sərf məntəqəsinə("Sərf” Məkkənin doqquz milliyində yerləşən bir yerin adıdır.) çatdıqda məğriblə işa namazını birlikdə qıldı.”(Yenə orada)
    22-”Kənzul-ummal” kitabında ibni Abbasdan belə rəvayət olunur:
    جَمَعَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ بِالْمَدينَةِ بغَيْرِ سَفَرٍ وَ لَا مَطَرٍ قَالَ قُلْتُ لِابْنِ عَبَّاسٍ لِمَ تَرَاهُ فَعَلَ ذلِكَ؟ قَالَ اَرَادَ التَّوْسِعَةَ عَلَي اُمَّتِهِ
    "Peyğəmbər (s.ə.v.v) Mədineyi-Münəvvərədə zöhrlə əsr, məğriblə işa namazlarını birliklə qıldı. Halbuki səfərdə deyildi, yağış da yağmırdı. Ravi deyir: İbni Abbasdan "nə üçün Peyğəmbər (s.ə.v.v) iki namazı birlikdə qıldı?” - deyə sual etdikdə cavab verdi: Çünki Peyğəmbəri Əkrəm (s.ə.v.v) istəyirdi ki, ümmətinin əməl və rəftarında genişlik (asanlıq) icad etmiş olsun.”("Kənzul-ummal”, 8-ci cild)
    NƏTİCƏ
    Yuxarıda qeyd olunan rəvayətlərə əsasən şiənin nəzərindən iki namazın birlikdə qılınmasının səhih olmasını göstərən aşkar dəlilləri yekunlaşdırırıq:
    1-İki namazın bir vaxtda (birlikdə) qılınması müsəlmanların işinin asanlaşdırılması və onların əzab-əziyyətə düşməsinin qarşısını almaq üçündür.
    Rəvayətlərdən çoxu bu həqiqəti göstərir ki, əgər zöhrlə əsr, məğriblə işa namazlarının bir yerdə qılınması caiz olmasaydı müsəlmanların işlərində əzab-əziyyət, məşəqqət yaranardı. Buna görə də Peyğəmbəri Əkrəm (s.ə.v.v) müsəlmanların işlərində bir növ genişlik, asanlıq yaratmış, iki namazı bir vaxtda qılmağa icazə vermişdir. (Bu barədə 10, 16, 19 və 22-ci hədislərə müraciət edə bilərsiniz.) Aydındır ki, əgər bu rəvayətlərdə məqsəd zöhr və əsr namazlarını sünnülərin nəzərində onun axırıncı vaxtına (hər bir şeyin kölgəsinin özü qədər uzanan vaxta) qədər təxirə salıb əsr namazını onun öz vaxtının əvvəlində qılmaqdırsa – belə ki, hər iki namaz bir-birinin ardınca öz vaxtının daxilində qılınmış olsun– belə bir iş nəinki asanlıq deyil, əksinə həddindən artıq məşəqqət və əzab-əziyyətə səbəb olur. Halbuki iki namazın birlikdə qılınmasında əsas məsələ müsəlmanların işini asanlaşdırmaqdır.
    Deməli məqsəd budur ki, iki namazı, onlardan birini vaxtın axırında, digərini isə vaxtın əvvəlində qılmaq deyil, onların müştərək vaxtlarının hər bir vaxtında, məsələn bu vaxtın əvvəlində, yaxud axırında qılmaq olar.
    2-Ərəfədə iki namazın ardıcıl qılınması iki namazın birlikdə qılınmasının keyfiyyətini izah edir.
    Bütün islam firqələri Ərəfədə zöhrlə əsr namazının birlikdə qılınmasını caiz hesab etmişlər.(Əl-fiqhu ələl-məzahibil-ərbəə”, kitabus-səlat, əl-cəmu beynəs-səlateyn təqdimən və təxirən) Digər tərəfdən, qeyd olunan rəvayətlərdən bəziləri bu mənanı təkidləndirir ki, iki namazı bu cür qılmaq başqa yerlərdə də Ərəfədə olduğu kimidir. Bu nəzərdən Ərəfə günləri ilə sair günlər arasında, Ərəfat diyarı ilə sair yerlər arasında heç bir fərq yoxdur. (Bu barədə 18-ci hədisə müraciət edə bilərsiniz.)
    Deməli, bütün müsəlmanların fikir birliyinə əsasən zöhr və əsr namazlarını Ərəfədə zöhrün vaxtında qılmaq caiz olduğu kimi Ərəfədən başqa yerlərdə də belə etmək olar.
    3-Səfərdə iki namazın bir yerdə qılınması iki namazın ardıcıl qılınma keyfiyyətini bəyan edir.
    Digər tərəfdən, hənbəli, maliki və şafei fəqihləri səfərdə iki namazı fasiləsiz qılmağı caiz bilmişlər. Həmçinin qeyd olunan rəvayətlər göstərir ki, bu məsələdə səfərlə qeyri-səfər arasında heç bir bir fərq yoxdur və Peyğəmbər (s.ə.v.v) həm səfərdə, həm də vətəndə olduğu zaman iki namazı birlikdə qılarmış. (Bu barədə 3, 11, 13, 19 və 22-ci hədislərə baxa bilərsiniz.) Deməli səfərdə iki namazı bir vaxtda qılmaq caiz olduğu kimi, (şiələrin dediyi kimi) səfərdən qeyri hallarda da caizdir.
    4-Zərurət halında iki namazın birlikdə qılınması ixtiyar halında iki namazı birlikdə qılmağın keyfiyyətini bəyan edir.
    "Səhih” və "Müsnəd” kitablarında mövcud olan çoxlu rəvayətlər bu həqiqəti göstərir ki, Peyğəmbər (s.ə.v.v) və o həzrətin səhabələri zərurət halında, o cümlədən yağış yağanda, düşməndən təhlükə törənəndə, yaxud xəstəlik vaxtında şiələrin dediyi kimi iki namazı birlikdə, bir vaxtda qılırmışlar. Buna görə də müxtəlif islam firqələrindən olan fəqihlərin çoxu bəzi zərurət hallarında bu işin caizliyi barəsində fətva vermişlər, halbuki qeyd olunan rəvayətlər aşkar şəkildə göstərir ki, bu cəhətdən də zərurətlə başqa hallar arasında heç bir fərq yoxdur. Peyğəmbər (s.ə.v.v) də yağış yağmayan, düşməndən qorxu olmayan hallarda iki namazı birlikdə qılmışdır. (Bu barədə 3, 11, 12, 22-ci hədislərə baxa bilərsiniz.)
    5-Peyğəmbər (s.ə.v.v) səhabələrinin əməl və rəftarları iki namazın birlikdə qılınmasını bəyan edir.
    Qeyd olunan rəvayətlər arasında belə bir məsələ ilə qarşılaşırıq ki, Peyğəmbər (s.ə.v.v) səhabələrindən çoxu iki namazı bir vaxtda, fasilə olmadan qılmışlar. Belə ki, Əbdüllah ibni Abbas məğrib namazını təxirə salaraq hava tam qaralandan, ulduzlar çıxandan sonra başqalarının "namaz!”, "namaz!” deyə fəryadlarına baxmayaraq onlara etina etməmiş, nəhayət gecədən bir qədər keçdikdən sonra məğriblə işa namazını birlikdə qılmışdır, etiraz edənlərin cavabında isə "mən özüm şahid idim ki, Peyğəmbər (s.ə.v.v) də belə namaz qılırdı” – demiş, Əbu Hüreyrə də onun sözünü təsdiqləmişdir. (Bu barədə 2, 7, 9, 15-ci rəvayətlərə baxa bilərsiniz.)
    Qeyd olunan rəvayətlərə əsasən heç bir şəkk-şübhəyə yer qalmır ki, ibni Abbas şiələrin etiqadı əsasında iki namazı bir vaxtda qılmışdır.
    6-Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əməl və rəftarı iki namazın birlikdə qılınmasını bəyan edir.
    21-ci hədisdən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) məğrib zamanı hələ Məkkədə idi. O, məğrib namazını təxirə saldı, nəhayət Məkkədən doqquz mil məsafədə yerləşən Sərf məntəqəsində hər iki namazı birlikdə, bir vaxtda qıldı. Halbuki əgər o həzrət məğribin əvvəlində Məkkə şəhərindən hərəkət etmiş olsaydı belə, nəqliyyat vasitələrinin yavaş hərəkət etdiyinə görə təbiidir ki, Sərf məntəqəsinə gecədən bir miqdar keçəndə çatmışdı, buna görə də məğriblə işa namazını işa namazının vaxtında qılmışdır.
    Yuxarıda qeyd olunan və hamısı sünnülərin "Sihah” və "Müsnəd” kitablarından çıxarılan hədislərin məcmusundan şiələrin nəzəriyyəsi – yəni zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılmağın düzgünlüyü, eləcə də onun bütün şərait, məkan və zamanlarda ümumi olması sübuta yetir.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 563 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021