İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:43 PM

    SUAL: 27
    ŞİƏLƏRİN FİQHİ MƏNBƏLƏRİ HANSILARDIR?
    Cavab: Şiələr Allahın kitabı Qurana və Peyğəmbər (s.ə.v.v) sünnəsinə tabe olaraq şəri hökmləri aşağıda qeyd olan dörd əsas mənbədən əldə edirlər:
    1-Allahın kitabı, 2-Peyğəmbər (s.ə.v.v)-in sünnəsi, 3-İcma, 4-Əql.
    Qeyd olunan mənbələr arasında Allahın kitabı və Peyğəmbər (s.ə.v.v) sünnəsi şiə fiqhinin əsas mənbəyi sayılır ki, onların barəsində ixtisarla söhbət edəcəyik.
    ALLAHIN KİTABI-QURAN
    Şiə məktəbinin ardıcılları Quranı özlərinin ən mühüm fiqhin mənbəyi, ilahi hökmləri tanımağın əsas meyarı hesab edirlər. Çünki onların rəhbərləri fiqhi hökmləri əldə etmək üçün asimani kitabı ən yüksək bir mənbə hesab etmişlər. Belə ki, hər bir söz və nəzəriyyə Quran ilə müqayisə olunur, onunla uyğun olduğu surətdə qəbul olunur, əks halda isə ona etina olunmur. Şiənin 6-cı rəhbəri imam Sadiq (ə) bu barədə buyurur:
    كُلُّ حَدِيثٍ لَا يُوَافِقُ كِتَابَ اللّهِ فَهُوَ زُخْرُفٌ
    "Hər söz Quranla uyğun olmasa batil və əsassızdır.”("Üsuli-Kafi”, 1-ci cild, fəzlul-elm kitabı babul-əxzi bis-sunnəti və şəvaidil-Kitab, 3-cü hədis)
    Həmçinin imam Sadiq (ə) Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən belə bir hədis nəql edir:
    اَيُّهَا النَّاسُ مَا جَاءَكُمْ عَنِّي يُوَافِقُ كِتَابَ اللّهِ فَاَنَا قُلْتُهُ وَ مَا جَاءَكُمْ يخالِفُ كِتَابَ اللّهِ فَلَمْ اَقُلْهُ
    "Ey insanlar mənə nisbət verilən hər bir söz əgər Allahın kitabı ilə uyğun olsa məndəndir, əgər onunla uyğun olmasa məndən deyildir.”(Yenə orada, 5-ci hədis)
    Bu iki hədisdən aydın olur ki, müsəlmanların asimani kitabı – Quran şiə rəhbərlərinin nəzərində şəri hökmlərin əldə edilməsinin ən mötəbər və möhkəm mənbə hesab olunur.
    SÜNNƏ
    Sünnə dedikdə Peyğəmbər (s.ə.v.v)-in sözü, əməli və ya başqasının işini təsdiqləməsi (buna təqrir deyilir) nəzərdə tutulur və şiə fiqhinin ikinci əsas mənbəsi sayılır. Peyğəmbər (s.ə.v.v)-in Əhli-beytindən olan məsum imamlar da Peyğəmbər (s.ə.v.v) sünnəsini müstəqil şəkildə nəql edənlər olub onun elminin xəzinədarları kimi qələmə verilir. Əlbəttə Peyğəmbər (s.ə.v.v)-in sözləri digər mötəbər yollarla da gəlib çatsa şiələr tərəfindən qəbul olunur.
    Biz burada iki yöndən araşdırma aparırıq:
    PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V) SÜNNƏSİNƏ İSTİNAD ETMƏYİN DƏLİLLƏRİ
    Şiə rəhbərləri öz ardıcıllarına, Qurana əməl etməyi tövsiyə etməklə yanaşı onları Peyğəmbər (s.ə.v.v) sünnəsinə əməl etməyi də tövsiyə edir, kitab və sünnəni birbirilə yanaşı vəsf edirlər. İmam Sadiq (ə) buyurur:
    اِذَا وَرَدَ عَلَيْكُمْ حَديثٌ فَوَجَدْتُمْ لَهُ شَاهِدًا مِنْ كِتَابِ اللّهِ اَوْ مِنْ قَوْلِ رَسُولِ اللّهِ ¸ وَ اِلاّفَالَّذِي جَاءَكُمْ بِهِ اَوْلَي به
    ِ
    "Hər vaxt sizə bir hədis gəlib çatsa və Allahın kitabında, Peyğəmbər (s.ə.v.v)-in sözlərində ona dair bir şahid tapsanız qəbul edin, əks halda o söz onu deyən şəxs daha layiqdir.”( "Üsuli-Kafi”, 1-ci cild, hədis:2 )
    İmam Baqir (ə) Peyğəmbər (s.ə.v.v) sünnəsinə istinad etməyi camiuş-şərait fəqihin əsas şərti hesab edərək buyurur:
    اِنَّ الْفَقِيهَ حَقَّ الْفَقِيهِ، اَلزَّاهِدُ فِي الدُّنْيَا، اَلرَّاغِبُ فيِ الآَخِرَةِ، الْمُتَمَسِّكُ بِسُنَّةِ النَّبيّ
    "Həqiqi fəqih o kəsdir ki, dünyadan çəkinsin, qiyamət aləminə rəğbətli (müştaq) olsun və Peyğəmbər (s.ə.v.v) sünnəsinə sarılsın.”(Yenə orada, hədis:8)
    Şiənin böyük rəhbərləri Allahın kitabı və Peyğəmbər (s.ə.v.v) sünnəsi ilə müxalifət etməyi hətta küfr hesab etmişlər. İmam Sadiq (ə) bu barədə buyurur:
    مَنْ خَالَفَ كِتَابَ اللّهِ وَ سُنَّةَ مُحَمَّدٍ ¸ فَقَدْ كَفَرَ
    "Hər kəs Allahın kitabı (Quran) və Peyğəmbər (s.ə.v.v)-in sünnəsi ilə müxalifət etsə şübhəsiz kafir olmuşdur.”(Yenə orada, hədis:6)
    Deməli, şiələr hər bir sair islam firqələrindən öncə Peyğəmbər (s.ə.v.v) sünnəsinə dəyər verir. Bununla da şiələrin Peyğəmbər (s.ə.v.v) sünnəsi ilə yad olduğunu iddia edərək onları müttəhim edənlərin sözünün əsassız olduğu sübuta yetir.
    ƏHLİ-BEYT HƏDİSLƏRİNƏ İSNAD ETMƏYİN DƏLİLLƏRİ
    Şiələrin Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin hədisləri barəsindəki nəzərinin aydın olması üçün bu barədə bir neçə məsələni araşdırırıq:
    a) Məsum rəhbərlərin hədislərinin mahiyyətiæ
    b) Peyğəmbər (s.ə.v.v) Əhli-beytinə istinad etməyin zərurəti və etibarının dəlilləri.
    İndi aşkar dəlillər əsasında və ixtisara riayət etməklə hər iki məsələni araşdırırıq.
    PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V) İTRƏTİNİN HƏDİSLƏRİNİN MAHİYYƏTİ
    Şiənin nəzərində bəşəriyyət üçün şəriət və qanun qoymağa yalnız aləmlərin Rəbbi olan Allahın haqqı vardır. Belə ki, müqəddəs şəriətin hökm və qanunları da Allahın Öz Peyğəmbərinin vasitəsilə insanlara çatdırılır. Aydındır ki, Peyğəmbər (s.ə.v.v) yalnız vəhyin alınmasında və Allah ilə insanların arasında şəriət qoyulmasına bir vasitədir. Deməli şiələrin Əhli-beyt ¢ hədislərini öz fiqhi mənbələrindən biri hesab etmələrinin səbəbi bu deyildir ki, onun Peyğəmbər (s.ə.v.v) sünnəsi müqabilində müstəqil bir yol olduğuna inansınlaræ əksinə Əhli-beytin (ə) hədisləri yalnız buna görə mötəbər sayılır ki, onlar Peyğəmbər (s.ə.v.v) sünnəsinin bəyan ediciləridir. Deməli şiənin məsum imamlarının özlərindən heç bir sözü yoxdur, hamısı Peyğəmbər (s.ə.v.v) sünnəsindən ibarətdir.
    Bu müddəanı isbat etmək üçün yaxşı olar ki, imamların öz sözlərini qeyd edək:
    1-İmam Sadiq (ə) ondan sual soruşan bir şəxsə belə cavab vermişdir:
    مَهْمَا اَجَبْتُكَ فِيهِ بِشَيْءٍ فَهُوَ عَنْ رَسُولِ اللّهِ ¸ لَسْنَا نَقُولُ بِرَاينَا مِنْ شيءٍ
    "Sənə verdiyim hər bir cavab Peyğəmbər (s.ə.v.v)-dəndir. Biz özümüzdən heç bir rəy demirik.”(Camiu əhadisiş-şiə”, 1-ci cild, səh.129)
    Başqa bir hədisdə buyurur:
    حَدِيثِي حَدِيثُ اَبِي وَحَدِيثُ اَبِي حَدِيثُ جَدِّي،وَحَديثُ جَدِّي حَدِيثُ الْحُسَيْنِ،وَ حَدِيثُ الْحُسَيْنِ حَدِيثُ الْحَسَنِ، وَحَدِيثُ الْحَسَنِ حَدِيثُ اَمِيرِ الْمُؤْمِنِينَ وَ حَدِيثُ اَمِيرِ الْمُؤْمِنِينَ حَدِيثُ رَسُولِ اللّهِ¸ وَحَدِيثُ رَسُولِ اللّهِ قَوْلُ اللّهِ عَزَّ وَ جَلَّ
    "Mənim sözüm atamın (imam Baqirin) sözü, atamın sözü babamın (imam Əliyyibni Hüseynin) sözü, babamın sözü Hüseyn ibni Əlinin, Hüseynin sözü Həsən ibni Əlinin, imam Həsənin sözü Əmirəl-möminin, onun sözü Peyğəmbər (s.ə.v.v)-in sözü, Peyğəmbər (s.ə.v.v)-in sözü də böyük Allahın kəlamıdır.”(Yenə orada, səh.127)
    2-İmam Muhəmməd Baqir (ə) Cabirə belə buyurdu:
    حَدَّثَنِي اَبِي عَنْ جَدِّي رَسُولِ اللّهِ¸ عَنْ جَبْرَئِيلَ عَنِ اللّهِ عَزَّ وَ جَلَّ وَ كُلَّمَا اُحَدِّثُكَ بِهذَا الآِسْنَادِ
    "Atam mənim üçün babam Rəsuli Əkrəm (s.ə.v.v)-dən, o da Cəbrəildən, Cəbrəil də böyük Allahdan rəvayət etmişdir. Sənin üçün rəvayət etdiklərim bu sənəd əsasındadır.”(Yenə orada, səh.128)
    Qeyd olunan rəvayətlərə əsasən şiələrin məsum rəhbərlərinin hədislərinin mahiyyəti, yəni Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in sünnəsindən ibarət olması aydın olur.
    PEYĞƏMBƏR (S.Ə.V.V) ƏHLİ-BEYTİNƏ İSTİNAD ETMƏYİN ZƏRURƏTİ VƏ ETİBARININ DƏLİLLƏRİ
    Sünnü və şiə mühəddisləri inanırlar ki, Peyğəmbər (s.ə.v.v) özündən sonra iki dəyərli əmanət qoyub getmiş, bütün müsəlmanları onlara tabe olmağa çağırmış, insanların hidayət və səadətini o ikisinə sarılmaqda hesab etmişdir. Bunlardan biri Allahın kitabı Quran, digəri isə Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti və itrətidir. Burada nümunə olaraq bəzi rəvayətləri qeyd edirik:
    1-Tirmizi özünün "Səhih” kitabında Cabir ibni Əbdüllah Ənsaridən, Rəsuli Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu nəql edir:
    يَا اَيُّهَا النَّاسُ اِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ مَا اِنْ اَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا كِتَابَ اللّهِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي
    "Ey insanlar, mən sizin aranızda iki şeyi əmanət qoyuram, əgər onlara sarılsanız heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və mənim itrətim.”(Səhihi Tirmizi”, kitabul-mənaqib, mənaqibu Əhli-beytin-Nəbi babı, 5-ci cild, Beyrut çapı, səh.662, 3786-cı hədis)
    2-Tirmizi həmin kitabda digər bir hədis nəql edir:
    قَالَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ سَلَّمَ اِنِّي تَارِكٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِلُّوا بَعْدِي اَحَدُهُمَا اعْظَمُ مِنَ الآَخَرِ كِتَابَ اللّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَي الآَرْضِ وَ عِتْرَتِي اَهْلُ بَيْتِي وَ لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِي فِيهِمَا
    "Rəsuli Əkrəm (s.ə.v.v) buyurdu: Mən sizin aranızda iki şeyi əmanət qoyuram, əgər onlara sarılsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız. Onlardan biri digərindən üstündüræ Allahın kitabı asimanla yer arasında bağlılıq vasitəsidir, digəri isə mənim Əhli-beytimdir. Onlar "Kovsər” hovzunda mənə gəlib çatana qədər heç vaxt bir-birindən ayrılmazlar. Baxın görün, məndən sonra bu iki əmanətlə necə rəftar edəcəksiniz!”(Yenə orada, səh.663, hədis:3788)
    3-Müslim ibni Həccac özünün "Səhih” kitabında Peyğəmbər (s.ə.v.v)-in belə buyurduğunu nəql edir:
    اَلَا اَيُّهَا النَّاسُ فَاِنَّمَا اَنَا بَشَرٌ يُوشِكُ اَنْ يَاْتِيَ رَسُولُ رَبِّي فَاُجِيبَ وَ اَناَ تَارِكٌ فِيكُمْ ثِقْلَيْنِ اَوَّلُهُمَا كَتَابُ اللّهِ فِيهِ الْهُدَي وَ النُّورُ فَخُذُوا بِكِتَابِ اللّهِ وَاسْتَمْسِكُوا بِهِ فَحَثَّ عَلَي كِتَابِ اللّهِ وَ رَغَّبَ فِيهِ ثُمَّ قَالَ وَ اَهْلُ بَيْتِي اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي
    "Ey insanlar, mən də bir bəşərəm, Allahın göndərdiyinin (Əzrail) mənim ardımca gəlməsi yaxındır. Mən də ona müsbət cavab verəcəyəm. Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyuram. Onlardan biri Allahın kitabıdır ki, onda hidayət və nur vardır, Allahın kitabına sarılın! (Sonra camaatı Qurana rəğbətləndirib buyurdu:) Və (ikincisi də) Əhli-beytimdir. Sizi Əhli-beytimə (onların hüquqlarına riayət etməyə) tövsiyə edirəm (bu cümləni üç dəfə təkrar etdi).”(Səhihi Müslim”, 7-ci cild, (Misir çapı) səh.122, 123)
    4-Mühəddislərdən bir qrupu Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu nəql etmişlər:
    اِنِّي تَارِكٌ فِيكُمُ الثَّقَلَيْنِ كِتَابَ اللّهِ وَ اَهْلَ بَيْتِي وَ اِنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ
    "Mən sizin aranızda iki ağır, dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə Əhli-beytimdir. Bunlar "Kovsər” hovzunda mənim yanıma gəlib çatana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar.”("Müstədrək” (Hakim), 3-cü cüz, səh.148, "Əs-səvariqul-mühriqə”, 11-ci bab, 1-ci fəsil, səh.149æ Bu məzmunun oxşarı aşağıdakı mənbələrdə də qeyd olunub: "Müsnədi Əhməd”, 5-ci cüz, səh.182 və 189, "Kənzul-ummal”, 1-ci cüz, "əl-etisamu bil-kitabi vəs-sünnə” babı, səh.44)
    Bu barədə mövcud olan hədislər həddindən artıq çoxdur və bu kiçik kitaba sığmaz. Böyük alim Seyyid Mirhamid Hüseyn bu rəvayətlərin sənədlərini "Əbəqatul-ənvar” kitabında (6 cilddə) bir yerə toplamışdır.
    Qeyd olunan rəvayətlərdən aydın olur ki, Peyğəmbər (s.ə.v.v)-in Əhli-beytinə sarılmaq və onlara tabe olmaq Allahın kitabı və Peyğəmbər (s.ə.v.v) sünnəsi baxımından islamın zəruri məsələlərindəndir, Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin sözlərinə əhəmiyyət verməmək isə insanın azğınlığa düşməsinə səbəb olur. Belə bir sual yarana bilər ki, Peyğəmbər (s.ə.v.v)-in itrətivə Əhli-beyti kimlərdir ki, onlara itaət etmək Allahın fərmanı ilə bizə vacib olmuşdur?
    Mötəbər rəvayətlərə istinadən Peyğəmbəri Əkrəm (s.ə.v.v) Əhli-beytinin kimlər olduğunu araşdırırıq.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 725 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024