İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:41 PM
    PEYĞƏMBƏR (S.Ə.V.V)-İN ƏHLİ-BEYTİ KİMLƏRDİR?
    Qeyd olunan rəvayətlərdən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) bütün müsəlmanları öz Əhli-beytinə tabe olmağa çağırmış, özündən sonra onları Quranla yanaşı insanların müraciət yeri kimi təqdim etmiş və tam aşkar şəkildə buyurmuşdur ki, "Quran və itrət heç vaxt bir-birindən ayrılmayacaq.”
    Deməli, Əhli-beytin kimlər olduğunu araşdırmalıyıqæ belə ki, onlar Peyğəmbər (s.ə.v.v) tərəfindən Quranla yanaşı təqdim edildiyi üçün ismət məqamına malik olmalı və islam maarifinin zülal çeşməsindən bəhrələnməlidirləræ əks halda Allahın kitabından ayrılmış olacaqlar. Halbuki Peyğəmbər (s.ə.v.v) buyurmuşdur: "Quran və itrət Kovsər hovzunda mənə gəlib çatana qədər bir-birində ayrılmazlar.”
    Beləliklə Əhli-beytin özləri və onların bariz səciyyələrinin dəqiq şəkildə tanınmasının zəruri bir məsələ olması aydınlaşır ki, bu da yalnız Peyğəmbər (s.ə.v.v) itrətindən olan şiə imamları ilə uyğun gəlir.
    İndi isə islam mühəddislərinin rəvayətlərinə əsaslanan dəlillərimizi bəyan edirik:
    1-Müslim ibni Həccac "Səqələyn” hədisini bəyan etdikdən sonra yazır: "Yəzid ibni Həyyan Zeyd ibni Ərqəmdən soruşdu: Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti kimlərdir? Onlar Peyğəmbər (s.ə.v.v)-in zövcələridirmi? Zeyd ibni Ərqəm cavabında dedi:
    لَا وَ ايْمُ اللّهِ اِنَّ الْمَرْاَةَ تَكُونُ مَعَ الرَّجُلِ الْعَصْرَ مِنَ الدَّهْرِ ثُمَّ يُطَلِّقُهَا فَتَرْجِعُ اِلَي اَبِيهَا وَ قَوْمِهَا، اَهْلُ بَيْتِهِ اَصْلُهُ وَ عُصْبَتُهُ الَّذِينَ حُرِمُوا الصَّدَقَةَ بَعْدَهُ
    "Xeyr (belə deyil)! Allaha and olsun, qadın bir zaman müddətində kişi ilə yanaşıdıræ kişi o qadına təlaq verə bilər, bu zaman o, atasının, qohum-əqrəbasının yanına qayıdar. Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti o kəslərdir ki, əsl – yəni dərin qohumluq əlaqələrinə malik və onun ən yaxın adamlarından olsunæ o kəslər ki, Peyğəmbər (s.ə.v.v)-dən sonra sədəqə almaq onlara haramdır.”("Səhihi Müslim”, 7-ci cild, (Misir çapı), səh.123)
    Bu rəvayət göstərir ki, Peyğəmbər (s.ə.v.v)-in itrəti (onlara sarılmaq Allahın kitabına sarılmaq kimi vacibdir) dedikdə məqsəd o həzrətin zövcələri deyilæ onun Əhli-beyti cismi (fiziki) baxımdan o həzrətə mənsub edilməkdən əlavə, onunla mənəvi bağlılığa və xüsusi ləyaqətə malik olmalıdırlar ki, dünya müsəlmanlarının müraciət yeri kimi Quranla yanaşı qərar verilə bilsinlər.
    2-Peyğəmbəri Əkrəm (s.ə.v.v) təkcə Əhli-beytin vəsfini bəyan etməklə kifayətlənmədi, onların sayının on iki nəfər olduğunu da aşkar şəkildə buyurdu. Müslim Cabir ibni Səmrətdən belə hekayət edir:
    سَمِعْتُ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ يَقُولُ لَا يَزَالُ الآِسْلَامُ عَزِيزًا اِلَي اِثْنَيْ عَشَرَ خَلِيفَةً ثُمَّ قَالَ كَلِمَةً لَمْ اَفْهَمْهَا فَقُلْتُ لِاَبِي مَا قَالَ؟ فَقَالَ كُلُّهُمْ مِنْ قُرَيْشٍ
    "Rəsuli Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu eşitdim: "İslam on iki xəlifə ilə əziz olacaqdır.” Sonra bir söz dedi, amma mən onu başa düşmədim, atamdan "nə dedi?” deyə soruşduqda cavab verdi: Hamısı Qureyşdəndir.”("Səhihi Müslim”, 6-cı cild, səh.3, Misir çapı)
    Müslim Peyğəmbər (s.ə.v.v)-dən digər bir hədis nəql edir:
    لَا يَزَالُ اَمْرُ النَّاسِ مَاضِيًا مَا وَلِيُّهُمْ اِثْنَا عَشَرَ رَجُلاً
    "İslam ümmətinə on iki nəfər hökmranlıq edincəyə qədər onların işləri ləyaqətlə ötüb keçəcəkdir.”(Yenə orada)
    Bu iki rəvayət şiələrin dediyi "on iki imam Peyğəmbər (s.ə.v.v)-dən sonra ümmətin həqiqi rəhbərləridir” - deyə sözlərinin düzlüyünə aşkar dəlildir. Çünki Peyğəmbər (s.ə.v.v)-in vəfatından bilavasitə sonra müsəlmanların bütün işlərində müraciət yeri sayılan, islamın əzəmət və şövkətinə səbəb olan on iki xəlifə yalnız Əhli-beyt imamlarından ibarətdir və digər nümunəsi yoxdur. Belə ki, əgər müsəlmanların istilahında "raşidin xəlifələri” adı ilə tanınan dörd xəlifəni çıxsaq, tarixin şəhadət verdiyi kimi Bəni-üməyyə və Bəni-Abbas tayfalarından olan sair hakimlər özlərinin yaramaz əməlləri ilə islamın abır-heysiyyətini aparmış, islam ümmətini və müsəlmanları rüsvayçı vəziyyətə salmışlar. Deməli Peyğəmbər (s.ə.v.v)-in Quranla yanaşı qərar verib dünya müsəlmanlarının müraciət yeri kimi təqdim etdiyi Əhli-beyt dedikdə məqsəd o həzrətin Əhli-beytindən olan on iki imamdan ibarətdiræ onlar Peyğəmbər (s.ə.v.v) sünnəsinin qoruyucuları və onun elminin daşıyıcılarıdır.
    3-Əmirəl-möminin Əliyyibni Əbi Talib (ə) da müsəlmanların rəhbərinin Bəni-Haşimdən olmasını demişdir, bu da şiələrin Əhli-beytin tanınmasındakı sözlərinin düzgünlüyünə aşkar şəkildə dəlalət edir. O həzrət buyurur:
    اِنَّ الآَئِمَّةَ مِنْ قُرَيْشٍ غُرِسُوا فِي هذَا الْبَطْنِ- مِنْ بَنِي هَاشِمٍ لَا تَصْلَحُ عَلَي مَنْ سِوَاهُمْ وَ لَا تَصْلَحُ الْوُلَاةُ مِنْ غَيْرِهِمْ
    "İmamlar Qüreyşdən, Bəni-Haşim tayfasından qərar verilmişdir. Onlardan başqalarının insanlara vilayətə (rəhbərliyə) ləyaqəti yoxdur, digər hakimlərin rəhbərlikləri əsassızdır.”(Nəhcül-bəlağə” (Sübhi Saleh), xütbə-144)
    NƏTİCƏ:
    Rəvayətlərin məcmusundan iki həqiqət aşkar olur:
    1-Peyğəmbər (s.ə.v.v) Əhli-beytinə sarılıb onlara tabe olmaq Allahın kitabına itaət etməklə yanaşı, vacibdir.
    2-Quranın bərabəri və bütün müsəlmanların hər bir sahədəki mərcəyi (müraciət yeri) kimi təqdim olunan Əhli-beyt aşağıdakı xüsusiyyətlərə malikdir:
    a) Onların hamısı Qüreyşdən, Bəni-Haşim tayfasındandır.
    b) Onların hamısı Peyğəmbər (s.ə.v.v)-lə elə yaxınlığa malikdirlər ki, sədəqə onlara haramdır.
    v) Onların hamısı ismət məqamına malikdirləræ əks halda əməli olaraq Qurani-Məciddən ayrılardılar, halbuki Peyğəmbər (s.ə.v.v) buyurur ki, o ikisi – Quran və itrət Kovsər hovuzunda mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar.
    q) Onların sayı on iki nəfərdir ki, Peyğəmbər (s.ə.v.v)-dən sonra biri digərindən sonra müsəlmanların rəhbəri olmalıdır.
    ğ) Bu on iki xəlifə islamın əzəmət və şövkətinə səbəb olur.
    Rəvayətlərdə də qeyd olunan bu xüsusiyyətləri nəzərə almaqla aydın olur ki, Peyğəmbər (s.ə.v.v)-in "Əhli-beyt” dedikdə məqsədi (Peyğəmbər onlara tabe olmağı bütün müsəlmanlara tövsiyə etmişdir) o həzrətin itrətindən olan on iki pak imamdır ki, şiələr də onlara tabe olaraq özünün fiqhi hökmlərini onlardan əxz etmələri ilə iftixar edirlər.
    SUAL: 28
    ƏBU TALİB DÜNYADAN İMANLA GETMİŞDİRMİ Kİ, SİZ ONU ZİYARƏT EDİRSİNİZ?!
    Cavab: Əbdülmüttəlibin oğlu, Əli (ə)-ın əziz atası Peyğəmbər (s.ə.v.v)-in əmisi olan Əbu Talib şiələrin nəzərində Peyğəmbər (s.ə.v.v)-in nübüvvətinə iman gətirmiş, islamın əvvəllərindəki bütün çətinliklərdə o həzrətin vəfadar köməkçisi olmuşdur.
    ƏBU TALİBİN AİLƏSİ
    Onun dünyaya gəldiyi ailənin sərpərəstliyini Peyğəmbər (s.ə.v.v)-in babası və İbrahim (ə) məktəbinin ardıcılları-nın qəhrəmanı, yəni Əbdülməttəlib öhdəsinə almışdı. Ərəbis-tan yarımadasının tarixində azacıq araşdırma aparmaqla məlum olur ki, Əbdülmüttəlib bütün həyatı boyunda qarşıya çıxan ən böhranlı şəraitlərdə və təhlükəli vəziyyətlərdə Allaha pərəstişdən və tovhid ayinini himayə etməkdən əl çəkməmiş, usanmamışdır. Əbrəhə Kəbəni dağıtmaq üçün fil ordusu ilə Məkkəyə yürüş etdikdə yolda Əbdülmüttəlibin dəvələrindən bəzilərini müsadirə etdi, o, öz dəvələrini almaq üçün getdikdə Əbrəhə təəccüblə soruşdu: Nə üçün öz dəvələrinin qaytarmaq əvəzinə mənim ordumun qayıtmasını və Kəbə evini dağıtmaq fikrindən dönməyimi istəmirsən?! Əbdülmüttəlib Allaha iman və etimadla dolu olan bir ruhla cavab verdi:
    اَنَا رَبُّ الآِبِلِ وَ لِلْبَيْتِ رَبٌّ يَمْنَعُهُ (يحْمِيهِ)
    "Mən dəvələrimin sahibiyəm, bu evin Kəbənin də bir sahibi vardır ki, onu qoruyub himayə edəcəkdir.”("Kamil” (ibni Əsir), 1-ci cild, səh.261, Misir çapı, 1348-ci il)
    Sonra Məkkəyə yollandı, Kəbənin həlqəsindən yapışaraq dedi:
    يَا رَبِّ لَا اَرْجُو لَهُمْ سِوَاكَا يَا رَبِّ فَامْنَعْ مِنْهُمْ حمَاكَ
    ا
    اِنَّ عَدُوَّ الْبَيْتِ مَنْ عَادَاكَا اِمْنَعْهُمْ اَنْ يُخْرِبُوا فِنَاكَا
    "Pərvərdigara! Mən Səndən başqa bir kəsə ümid bəsləmirəm. Pərvərdigara, Özünün əmin-amanlıq hərəmini bu düşmənlərdən saxla! Bu evin düşmənləri Səninlə müharibəyə qalxıblar, onların Sənin evini viran etmələrinin qarşısını al!”(Yenə orada)
    Bu və bu kimi başqa gözəl sözlər Əbu Talibin atası Əbdülmüttəlibin möhkəm imana, Allaha pərəstiş ruhuna malik olmasını göstərir. Buna görə də Yəqubi öz tarixində Əbdülmüttəliblə əlaqədar belə deyir:
    رَفَضَ عِبَادَةَ الآَصْنَامِ وَ وَحَّدَ للّهَ عَزَّ وَ جَلَّ
    "Əbdülmüttəlib heç vaxt bütə pərəstiş etmədiæ o, yeganə Allaha inanırdı.”("Tarixi Yəqubi”, 2-ci cild, səh.7, Nəcəf çapı)
    İndi Allaha pərəstiş edən bu mömin atanın öz övladı Əbu Talib barəsində necə fikirləşdiyinə nəzər salaq.
    ƏBDÜLMÜTTƏLİBİN NƏZƏRİNDƏ ƏBU TALİB
    Tarixdən aydın olur ki, batini pak olan, müəyyən qeybi xəbərləri verən bəzi şəxslər Əbdülmüttəlibi Peyğəmbər (s.ə.v.v)-in parlaq gələcəyindən və nübüvvətə çatacağından agah etmişdilər. Seyf ibni Ziyəzin Həbəşistanda hakimiyyətə çatdığı zaman Əbdülmüttəlib bir heyətlə birlikdə onun yanına getdi və gözəl bir xütbə söylədikdən sonra Həbəşistanın hakimi ona müjdə verdi ki, sənin ailəndə əzəmətli bir peyğəmbər dünyaya gələcəkdir. Sonra onun xüsusiyyətləri barəsində belə dedi:
    اِسْمُهُ مُحَمَّدٌِ يَمُوتُ اَبُوهُ وَ اُمُّهُ وَ يَكْفُلُهُ جَدُّهُ وَ عَمُّهُ
    "Onun adı Muhəmməddir. Atası və anası öləcək, babası və əmisi onun sərpərəstliyini öhdəsinə alacaqdır.”( 
    "Sireyi Hələbi”, 1-ci cild, səh.136-137, Beyrut çapı, səh.114-115  
    )
    Sonra bu gələcək peyğəmbərin sifətləri barəsində daha artıq xəbər verərək dedi:
    يَعْبُدُ الرَّحْمَانَ وَ يُدْحِضُ الشَّيْطَانَ وَ يخْمدُ النِّيرَانَ وَ يَكْسُرُ الآَوْثَانَ، قَوْلُهُ فَصْلٌ وَ حُكْمُهُ عَدْلٌ وَ يَاْمُرُ بِالْمَعْرُوفِ وَ يَفْعَلُهُ وَ يَنْهَي عَنِ الْمُنْكَرِ وَ يُبْطِلُهُ
    "Yeganə və rəhman Allaha pərəstiş edər, şeytanın qarşısını alar, odları söndürər, bütləri sındırıb tökər. Onun sözləri haqla batilin ayırd edilməsində meyar, fərmanı ədalət əsasındadır. Camaatı yaxşı işlərə dəvət edər, özü də yaxşı əməl sahibidiræ onları pis işlərdən çəkindirər, özü də pis işlərdən çəkinib onu batil bilər.”(Yenə orada)
    Sonra Əbdülmüttəlibə dedi:
    اِنَّكَ لَجَدُّهُ يَا عَبْدَ الْمُطَّلِبِ غَيْرَ كِذْبٍ
    "Şübhəsiz, sən onun babasısan.”(Yenə orada)
    Əbdülmüttəlib bu şad xəbəri eşidəndən sonra şükr səcdəsi etdi, o mübarək mövludun barəsində belə dedi:
    اِنَّهُ كَانَ لِي اِبْنٌ وَ كُنْتُ بِهِ مُعْجِبًا وَ عَلَيْهِ رَقِيبًا وَ اِنِّي زَوَّجْتُهُ كَرِيمَةً مِنْ كَرَائِمِ قَوْمِي آمَنَةَ بِنْتَ وَهَبِ ابْنِ عَبْدِ مَنَافِ ابْنِ زُهْرَةَ فَجَاءَتْ بِغُلَامٍ فَسَمَّيْتُهُ مُحَمَّدًا مَاتَ اَبُوهُ وَ اُمُّهُ وَ كَفِلْتُهُ اَنَا وَ عَمُّهُ (يَعْنِي اَبَا طَالِبٍ)
    "Bir oğlum var idi ki, onu çox istəyirdim. Amənə adlı əziz bir qadını – Vəhəb ibni Əbdi Mənafın qızını onun əqdinə keçirtdim. O qadın bir oğlan uşağı dünyaya gətirdi, adını Muhəmməd qoydum. Bir müddətdən sonra ata-anası dünyadan getdi, mən və onun əmisi Əbu Talib onun sərpərəstliyini öhdəmizə aldıq.”(Yenə orada ("Sireyi Hələbi”), 1-ci cild, səh.137, Misir çapı)
    Bu sözlərdən aydın olur ki, Əbdülmüttəlib bu yetim uşağın gələcəyindən agah olduğu üçün özündən sonra bu uşağa sərpərəstlik etməyi ən əziz oğlu Əbu Talibə həvalə etdi, başqalarını bu səadətli işdən uzaq etdi. Deməli Əbu Talib özünün mömin və tovhidçi atasının nəzərində elə bir iman və təqvaya malik idi ki, Peyğəmbərə sərpərəstlik etməyə yalnız onu layiqli hesab edirdi.(Əlavə məlumat üçün: "Sireyi Hələbi”, Misir çapı, 1-ci cild, səh.134, "Si-reyi ibni Hişam”, Beyrut çapı, 1-ci cild, səh.89, "Əbu Talib–Qureyş mömini”, səh.109, Beyrut çapı, "Təbəqatul-Kubra”, 1-ci cild, səh.117, Beyrut çapı.)
    İndi əlavə olaraq Əbu Talibin imanının sair dəlillərini qeyd edirik:
    ƏBU TALİBİN İMANININ DƏLİLLƏRİ
    1-Əbu Talibin elmi-ədəbi əsərləri
    İslam alimləri və tarixçiləri Əbu Talibdən gözəl qəsidələr nəql etmişlər ki, onun elmi və ədəbi misraları arasından həqiqi imanını dərk etmək olar. Biz onun çoxlu qəsidələrindən bəzilərini qeyd edirik:
    لِيَعْلَمْ خِيَارُ النَّاسِ اَنَّ مُحَمَّدًا نَبِيٌّ كَمُوسَي وَ الْمَسِيحِ ابْنِ مَرْيَمَ
    اَتَانَا بِهُدًي مِثْلَ مَا اَتَيَا بِهِ فَكُلٌّ بِاَمْرِ اللّهِ يَهْدِي وَ يَعْصِمُ
    "Şərif və alicənab insanlar bilsinlər ki,
    Muhəmməd də Musa və İsa kimi bir peyğəmbərdir,
    O ikisinin malik olduğu asimani nuraniyyətə o da malikdir,
    Bütün peyğəmbərlər Allahın fərmanı ilə insanları hidayət etdilər və günahlardan çəkindirdilər.”("Əl-Hüccə”, səh.57, "Müstədrək” (Hakim), 2-ci cild, səh.623, Beyrut çapı)
    اَلَمْ تَعْلَمُوا اَنَّا وَجَدْنَا مُحَمَّدًا رَسُولاً كَمُوسَي خُطَّ فِي اَوَّلِ الْكُتُبِ
    وَ اَنَّ عَلَيْهِ فِي الْعِبَادِ مَحَبَّةً وَ لَا حيفَ فِيمَنْ خَصَّهُ اللّهُ بِالْحُبِّ
    "Bilmirsinizmi ki, biz Muhəmmədin, Musa kimi asimani kitablarda bəyan olunan bir peyğəmbər olduğunu gördük?
    Camaat onu sevirlər və Allah onun məhəbbətini qəlblərdə qərar verdiyi bir şəxsə zülm rəva görməməlidirlər.("Tarixi ibni Kəsir”, 1-ci cild, səh.42, "Nəhcül-bəlağə”nin şərhi (ibni Əbil Hədid), 14-cü cild, səh.72)
    لَقَدْ اَكْرَمَ اللّهُ النَّبِيَّ مُحَمَّدًا فَاَكْرَمُ خَلْقِ اللّهِ فِي النَّاسِ اَحْمَدُ
    وَ شَقَّ لَهُ مِنِ اسْمِهِ لِيُجِلَّهُ فَذُو الْعَرْشِ مَحْمُودٌ وَ هذَا مُحَمَّدُ
    Böyük Allah Öz Peyğəmbəri Muhəmmədi əzizlədi,
    Buna görə də Allahın məxluqlarının ən sevimlisi Əhməddir.
    Allah Peyğəmbərin adını Öz adından müştəq etmişdir ki, onun məqamını əzizləsin.
    Ərş sahibi olan Pərvərdigar Məhmud (təriflənmiş), Onun Peyğəmbəri isə Əhməddir (çox həmd-səna edəndir).("Nəhcül bəlağə”nin şərhi (ibni Əbil Hədid), 14-cü cild, səh.78, "Tarixi ibni Əsakir”, 1-ci cild, səh.75, "Tarixi ibni Kəsir”, 1-ci cild, səh.266, "Tarixul Xəmis”, 1-ci cild, səh.254)
    وَ اللّهِ لَنْ يَصِلُوا اِلَيْكَ بِجَمْعِهِم حَتَّي اُوْسِدَ فِي التُّرَابِ دَفِينَا
    فَاصْدَعْ بِاَمْرِكَ مَا عَلَيْكَ غَضَاضَةٌ وَاَبْشِرْ بِذلِكَ وَ قَرَّ مِنْكَ عُيُونَا
    وَ دَعَوْتَنِي وَ عَلِمْتُ اَنَّكَ نَاصِحِيز وَلَقَدْ دَعَوْتَ وَ كُنْتَ ثَمَّ اَمِينَا
    وَلَقَدْ عَلِمْتُ بِاَنَّ دِينَ مُحَمَّدٍ¸ مِنْ خَيْرِ اَدْيَانِ الْبَرِيَّةِ دِينَا
    "Ey Allahın Rəsulu, Allaha and olsun, mən torpaqda aram oluncaya (yəni ölüncəyə) qədər düşmənlər heç vaxt səni ələ keçirə bilməyəcəklər.
    Belə isə heç nədən qorxma, sənə əmr olunan şeyləri aşkar et, müjdə ver, gözlərə nuranilik bağışla.
    Sən məni öz dininə çağırdın, mən də bilirəm ki, sən mənim xeyrimi istəyirsən və öz dəvətində möhkəm və düzsən.
    Mən aydın şəkildə bildim ki, Muhəmmədin ayini dünya dinlərinin ən yaxşısıdır.”("Xəzanətul-ədəb” (Bəğdadi), 1-ci cild, səh.261, "Tarixi ibni Kəsir”, 3-cü cild, səh.42, "Nəhcül-bəlağə”nin şərhi (ibni Əbil Hədid) 14-cü cild, səh.55, "Fəthul Bari”, 7-ci cild, səh.153-155, "Əl-İsabə”, 4-cü cild, səh.116, Misir çapı, 1358, "Divani Əbi Talib”, səh.12)
    يَا شَاهِدَ اللّهِ عَلَيَّ فَاشْهَدْ اَنِّي عَلَي دِينِ النَّبِيِّ اَحْمَدْ
    مَنْ ضَلَّ فِي الدِّينِ فَاِنِّي مُهْتَدي
    "Ey Allahın mənə olan şahidi, mənim Muhəmmədin dininə imanıma şahid olæ hər kəs yolunu azsa da mən hidayət əhliyəm.”("Nəhcül bəlağə”nin şərhi (ibni Əbil Hədid) 14-cü cild, səh.78, "Divani Əbu Talib”, səh.75)
    d) Əbu Talib ömrünün son anlarında aşağıda qeyd olunan beytlərlə Bəni-Haşim başçılarının Peyğəmbəri kamil şəkildə himayə etmələrini tövsiyə edir:
    اُوْصِي بِنَصْرِ نَبِيِّ الْخَيْرِ اَرْبَعَةً اِبْنِي عَلِيًّا وَ شَيْخَ الْقَوْمِ عَبَّاسًا
    وَ حَمْزَةَ الآَسَدَ الْحَامِي حَقِيقَتَهُ وَ جَعْفَرًا اَنْ تذودُوا دُونَهُ النَّاسَا
    كُونُوا فِدَاءً لَكُمْ اُمِّي وَ مَا وَلَدَتْ فِي نَصْرِ اَحْمَدَ دُونَ النَّاسِ اَتْرَاسَا
    Dörd nəfərə xeyir Peyğəmbərinə kömək etməyi tövsiyə edirəm: oğlum Əliyə, qəbiləmizin böyüyü Abbasa,
    Allahın şiri Həmzəyə–o, həmişə əziz Peyğəmbəri himayə etmişdir–və (oğlum) Cəfərə ki, ona kömək edəsiniz
    Və siz – əzizlərim sizə fəda olsun – həmişə Allahın Rəsulu üçün düşmənlər müqabilində sipər olun!”("Mütəşabihatul-Quran” (ibni Şəhraşub), "Həcc” surəsinin təfsirində)
    Hər bir insaflı və təqvalı insan Əbu Talibin Allaha və Peyğəmbər (s.ə.v.v)-ə iman və əqidəsini kamil və aşkar şəkildə bəyan edən bu gözəl əbədi əsərlərini müşahidə etməklə şiələrin onun həqiqi mənada mömin olması barəsindəki nəzərinin düzgünlüyünü anlayır, bəzi yazıçıların xüsusi siyasi hədəflərlə Qureyşin mömini, Peyğəmbərin əmisi, islamın əvvəllərində yaranan ən ağır şəraitlərdə şəriətin böyük keşikçisinə yağdırdıqları ittihamlardan təəssüf hissi keçirir.
    2-Əbu Talibin Peyğəmbər (s.ə.v.v)-lə olan rəftarı onun imanlı olmasını göstərir.
    Məşhur islam yazıçıları və tarixçilərinin hamısı onun Peyğəmbər (s.ə.v.v)-in yolundakı misilsiz fədakarlıqlarını xatırlatmışdır. Bu da onun dərin etiqadını bəyan edir. Əbu Talib islamı müdafiə etmək və Peyğəmbərin keşiyini çəkmək üçün "Əbu Talib” dərəsindəki üç illik sərgərdançılığa və iqtisadi mühasirəyə dözərək Peyğəmbər (s.ə.v.v)-in yanında olmağı Qureyşə rəislikdən üstün hesab etdi, müsəlmanların iqtisadi mühasirəsinin axırına qədər o həzrətin yanında qaldı və belə bir üzücü şəraitdə bütün çətinliklərə canla-başla sinə gərdi.(Əlavə məlumat almaq üçün aşağıdakı mənbələrə müraciət edin: 1-”Sireyi Hələbi”, 1-ci cild, səh.134 Misir çapı, 2-”Tarixul-Xəmis”, 1-ci cild, səh.253-254, Beyrut çapı, 3-”Sireyi ibni Hişam”, 1-ci cild, Beyrut çapı, səh.189, 4-”Nəhcül bəlağə”nin şərhi (ibni Əbil Hədid), 14-cü cild, səh.52, 5-”Tarixi Yəqubi”, 2-ci cild, Nəcəf çapı, 6-”Əl-İsabə”, 4-cü cild, səh.115, Misir çapı, 7-”Təbəqatul-Kubra”, 1-ci cild, səh.119, Beyrut çapı, 1380)
    Bundan əlavə, Əbu Talib özünün əziz övladı Əlini Peyğəmbər (s.ə.v.v)-lə yanaşı çağırdı və ondan istədi ki, islamın əvvəllərində mövcud olan bütün çətin şəraitlərdə o həzrətin yanında olsun. İbni Əbil Hədid "Nəhcül-bəlağə”nin şərhində Əbu Talibin öz oğlu Əli (ə)-a belə dediyini nəql edir: "Allahın Rəsulu səni yalnız xeyir işlərə dəvət edir, belə isə daim onunla yanaşı ol.”("Nəhcül bəlağə”nin şərhi, 14-cü cild, səh.53)
    Aydındır ki, Əbu Talibin Peyğəmbər (s.ə.v.v)-ə etdiyi bu qədər dəyərli xidmətlər və onun islamı qorumaqdakı xalis və riyasız fədakarlıqları onun imanına güclü bir dəlildir. Buna görə də böyük islam alimi ibni Əbil Hədid Əbu Talibin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in canının və onun pak dininin qorunub hifz olunmasında ifa etdiyi həyati rola işarə edərək onu belə tərifləyir:
    وَ لَوْ لَا اَبُو طالِبٍ وَ ابْنُهُ لَمَا مثّلَ الدِّين شَخْصًا فَقَامَا
    فَذاكَ بِمَكَّةَ آوَي وَ حَامَي وَ هذَا بِيَثْرِبَ جَسَّ الْحمَامَا
    وَ مَا ضَرَّ مَجْدُ اَبِي طَالِبٍ جَهُولٌ لغي اَوْ بَصِيرٌ تَعَامَي
    "Əgər Əbu Talib və onun övladı (Əli) olmasaydı islam dini heç vaxt möhkəmlənə bilməzdi.
    O, Məkkədə Peyğəmbərə pənah verərək onu himayə etdi, onun övladı da Yəsribdə (Peyğəmbərə kömək etmək yolunda) ölümün ağuşuna atıldı.
    Heç kəs Əbu Talibin əzəmətinə xələl gətirə bilməz: nə bihudə danışan cahillər, nə də özünü nadanlığa vuran agahlar.”(Yenə orada, səh.84)
    3-ƏBU TALİBİN VƏSİYYƏTİ ONUN İMANINA AŞKAR DƏLİLDİR
    Məhşur islam tarixçiləri, o cümlədən Hələbi Şafei özünün "Sirə” kitabında, Məhəmməd Diyar Bəkri "Tarixul-Xəmis” kitabında Əbu Talibin ömrünün axırında öz qövmünü Peyğəmbərə kömək etməyə səsləməsi ilə əlaqədar sözlərini qeyd etmişlər:
    يَا مَعْشَرَ قُرَيْشٍ كُونُوا لَهُ وُلَاةً وَ لِحِزْبِهِ حُمَاةً وَ اللّهِ لَا يَسْلُكُ اَحَدٌ مِنْكُمْ سَبِيلَهُ اِلاَّ رَشَدَ وَ لَا يَاْخُذُ اَحَدٌ يَهْدِيهِ اِلاَّ سَعُدَ وَ لَوْ كَانَ لِنَفسِي مُدَّةٌ وَ لِاَجَلِي تَاَخُّرٌ لَكَفَفْتُ عَنْهُ الْهَزَائِزَ وَ لَدَفَعْتُهُ عَنْهُ الدَّوَاهِيَ، ثُمَّ هَلَكَ
    "Ey mənim qohum-əqrəbam! Məhəmmədi sevib ona tabe olun və onun hizbini (islamı) himayə edin. Allaha and olsun, hər kəs onun hidayət nuruna tabe olsa səadətə çatar. Əgər mənim ömrüm davam etsəydi və əcəl mənə möhlət versəydi, şübhəsiz, onun çətinliklərini aradan qaldırardım. Bunu deyib canını tapşırdı.”("Tarixul-Xəmis”, 1-ci cild, səh.300-301, Beyrut çapıæ "Sireyi-Hələbi”, 1-ci cild, səh.391 Misir çapı)
    4-Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in Əbu Talibi sevməsi onun imanlu olmasına dəlildir.
    Peyğəmbər (s.ə.v.v) öz əmisi Əbu Talibi müxtəlif münasibətlərlə əlaqədar tərifləmiş, onu sevdiyini izhar etmişdir. Biz yalnız iki nümunəni qeyd etməklə kifayətlənirik:
    a) Tarixçilərdən bir qrupu nəql etmişlər ki, Peyğəmbər (s.ə.v.v) Əqil ibni Əbu Talibə belə buyurdu:
    اِنِّي اُحِبُّكَ حُبَّيْنِ حُبًّا لِقَرَابَتِكَ مِنِّي وَ حُبًّا لِمَا كُنْتُ اَعْلَمُ مِنْ حُبِّ عَمِّي اِيَّاكَ
    "Mən səni iki cəhətə görə sevirəm: Birincisi mənimlə qohum olduğuna görədir, digəri isə buna görədir ki, əmim Əbu Talibin səni sevdiyini bilirəm.”("Tarixul-Xəmis”, 1-ci cild, səh.163, "Əl-istiyab”, 2-ci cild, səh.509)
    b) Hələbi də özünün "Siyrə” kitabında Peyğəmbər (s.ə.v.v)-in Əbu Talibin məqamını tərifləyərək belə buyurduğunu yazır:
    مَا نَالَتْ قُرَيْشٌ مِنِّي شَيْئًا اَكْرَهُهُ (اَيْ اَشَدُّ الْكَرَاهَةِ) حَتَّي مَاتَ اَبُو طَالِبٍ
    "Nə qədər ki, Əbu Talib sağ idi, Qureyş kafirləri mənə işgəncə, əzab-əziyyət verə bilmirdilər.”( 
    "Sireyi Hələbi”, 1-ci cild, səh.931, Misir çapı -”Fəth” surəsi, ayə:9  
    )
    Aydındır ki, Peyğəmbər (s.ə.v.v)-in Əbu Talibə məhəbbət bəsləməsi və onun yüksək məqamını tərifləməsi onun xalis imanına bir dəlildir. Çünki Peyğəmbəri Əkrəm (s.ə.v.v) Quran ayələrinin buyurduğuna görə yalnız möminləri sevirdi, kafir və müşriklərə qarşı isə ciddi, şiddətli idi. Quran bu barədə buyurur:
    مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ اَشِدَّاءُ عَلَي الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ
    "Muhəmməd Allahın peyğəmbəridir, onunla birgə olanlar kafirlərlə qarşı çox sərt və qəliz, öz aralarında isə çox mehribandırlar.”(Həmçinin "Mumtəhinə” surəsinin 1-ci ayəsi, "Tövbə” surəsinin 23-cü ayəsi və "Maidə” surəsinin 54 və 81-ci ayələri bu mənaya şahiddir.)
    Başqa bir ayədə buyurulur:
    لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ اَوْ اَبْنَاءَهُمْ اَوْ اِخْوَانَهُمْ اَوْ عَشِيرَتَهُمْ اُوْلَئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْاِيمَانَ
    "Heç vaxt Allaha və Onun Peyğəmbərinə imanlı olan şəxslərin, Allahın və Rəsulunun düşmənlərini sevsmələrini görməzsən, hərçənd o düşmənlər ataları, övladları, qardaşları və qohum-əqrəbaları olsa belə. Allah məhz onların qəlblərinə iman sətirləri həkk etmişdir.”(Əl-Hüccə”, səh.24)
    Qeyd olunan ayələri nəzərə almaqla, onları Peyğəmbəri Əkrəmin Əbu Talibə məhəbbət bəsləməsi və onu müxtəlif əlamətdar hadisələrlə əlaqədar tərifləməsi ilə müqayisə etməklə Əbu Talibin Allaha və Peyğəmbərə yüksək iman dərəcəsindən bəhrələnməsində heç bir şəkk-şübhəyə yer qalmır.
    5-Peyğəmbər (s.ə.v.v) səhəbələrinin şahidliyi
    Peyğəmbər (s.ə.v.v) səhabələrindən bir qrupu Əbu Talibin dərin imanına şahidlik etmişlər ki, onlardan bəzilərini qeyd edirik:
    a) Məlumatsız bir şəxs Əli (ə)-ın hüzurunda Əbu Talibin məqamına ittiham yağdırmağa başladı. O həzrət qəzəbli halda buyurdu:
    مَهْ فَضَّ اللّهُ فَاكَ وَ الَّذِي بَعَثَ مُحَمَّدًا بِالْحَقِّ نَبِيًّا لَوْ شَفعَ اَبِي فِي كُلِّ مُذْنِبٍ عَلَي وَجْهِ الآَرْضِ لَشَفَّعَهُ اللّهُ
    "Sakit ol! Allah ağzını sındırsın! Muhəmmədi peyğəmbərliyə göndərən Allaha and olsun, əgər atam Əbu Talib hər bir günahkarın şəfaətini öhdəsinə almaq istəsə Allah onu hökmən şəfaətçi edər.”(Yenə orada, səh.24)
    Başqa bir yerdə buyurur:
    كَانَ وَ اللّهِ اَبُو طالِبٍ عَبْدُ مَنَافِ ابْنِ عَبْدِ الْمُطَّلِبِ مُؤْمِنًا مُسْلِمًا يَكْتُمُ اِيمَانَهُ مَخَافَةً عَلَي بَنِي هَاشِمٍ اَنْ تَنَابَذَهَا قُرَيْشٍ
    "Allaha and olsun ki, Əbu Talib Əbdülmənaf ibni Əbdül-müttəlib mömin və müsəlman idi, öz imanını Qureyş kafirlərindən gizlədirdi ki, onlar Bəni-Haşimlə düşmənçilik etməsinlər.”("Nəhcül bəlağə”nin şərhi (ibni Əbil Hədid), 14-cü cild, səh.71)
    İmam Əli (ə)-ın bu sözləri Əbu Talibin güclü imanını təsdiq etməkdən əlavə, onu ilahi övliyalar cərgəsində qeyd etmişdir, belə ki, o, hətta Allahın izni ilə başqalarının şəfaətçisi də ola bilər.
    b) Əbuzər Qifari Əbu Talibin barəsində belə deyir:
    وَ اللّهِ الَّذِي لَا اِلهَ اِلاّ هُوَ، مَا مَاتَ اَبُو طَالِبٍ رَضِيَ اللّهُ عَنْهُ حَتَّي اَسْلَمَ
    "Yeganə olan Allah and olsun ki, Əbu Talib islamı qəbul etməmiş dünyadan getmədi.”( 
    "Əl-Qədir”, 7-ci cild, səh.389, Beyrut çapı, 1378 hicri qəməri, Vəkinin təfsirindən nəqlən  
    )
    v) Abbas ibni Əbdülmüttəlib və Əbu Bəkr ibni Əbu Quhafədən də çoxlu sənədlərlə belə rəvayət olunur:
    اِنَّ اَبَا طَالِبٍ مَا مَاتَ حَتَّي قَالَ لَا اِلهَ اِلاَّ اللّهُ مُحَمَّدٌ رَسُولُ اللّهِ
    "Əbu Talib "la ilahə illəllah, Muhəmmədun Rəsulullah” deməmiş dünyadan getməmişdir.”(Nəhcül-bəlağə”nin şərhi (ibni Əbil Hədid), 14-cü cild, səh.68, "Əl-Hüccə”, səh.18)
    6-Əhli-beyt ¢-ın nəzərindən Əbu Talib
    Əhli-beyt imamlarının hamısı Əbu Talibin möhkəm və güclü imana malik olmasını aşkar şəkildə bəyan etmiş, müxtəlif əlamətdar hadisələrlə əlaqədar Peyğəmbərin bu fədakar köməkçisini müdafiə etmişlər. Biz onlardan iki nümunə qeyd etməklə kifayətlənirik.
    a) İmam Baqir (ə) buyurur:
    لَوْ وُضِعَ اِيمَانُ اَبِي طَالِبٍ فِي كَفَّةِ مِيزَانٍ وَ اِيمَانُ هذَا الْخَلْقِ فِي الْكَفَّةِ الآُخْرَي لَرَجَحَ اِيمَانُهُ
    "Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə, bu insanların imanını isə digər gözünə qoysalar, şübhəsiz, Əbu Talibin imanı ağır gələr.”("Nəhcül bəlağə”nin şərhi (ibni Əbil Hədid), 14-cü cild, səh.70, "Əl-Hüccə”, səh.115)
    b) İmam Sadiq (ə) Peyğəmbərdən belə nəql edir:
    اِنَّ اَصْحَابَ الْكَهْفِ اَسَرُّوا الآِيمَانَ وَ اَظْهَرُوا الْكُفْرَ فَآتَاهُمُ اللّهُ اَجْرَهُمْ مَرَّتَيْنِ وَ اِنَّ اَبَا طَالِبٍ اَسَرَّ الآِيمَانَ وَ اَظْهَرَ الشِّرْكَ فَآتَاهُ اللّهُ اَجْرَهُ مَرَّتَيْنِ
    "Əshabi-Kəhf (müəyyən məsləhətlərə görə) öz imanlarını gizlədərək zahirdə özlərini kafir kimi göstərirdilər. Allah da onlara iki dəfə savab verdi. Əbu Talib də öz imanını və müsəlmançılığını gizlədir və (müəyyən məsləhətlərə görə) zahirdə özünü müşrik kimi göstərirdi. Allah da ona iki qat savab verdi.”(Zəhzah – dərinliyi insan boyundan az olan çuxura deyilir.)
    Qeyd olunan dəlillərin məcmusundan aydın olur ki, Əbu Talib aşağıdakı yüksək məqamlara malik idi:
    1-Allaha və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə güclü iman.
    2-Peyğəmbər (s.ə.v.v)-ə riyasız, xalis kömək etmək və islam yolunda fədakarlıq.
    3-Peyğəmbər (s.ə.v.v) tərəfindən misilsiz dərəcədə sevilmək.
    4-Allah dərgahında şəfaət məqamından bəhrələnmək.
    Bununla da ona vurulan yersiz ittihamların əsassız olduğu sübuta yetir.
    Həmçinin, qeyd olunanlardan iki həqiqət aşkar olur:
    1-Əbu Talibin imanı Peyğəmbəri Əkrəm (s.ə.v.v) və o həzrətin səhabələri, həmçinin Əmirəl-möminin və Əhli-beyt ¢-ın sair imamları tərəfindən qəbul olunur.
    2-Ona vurulan yersiz ittihamların heç bir əsası yoxdur və yalnız siyasi hədəflərə görə, Əhli-beytlə və Əbu Talib övladları ilə mübarizə aparan, onlara dərin düşmənçilik bəsləyən Bəni Üməyyə və Bəni Abbas şahlarının təhrik edilməsi üçün baş vermişdir.
    İndi yaxşı olar ki, o cənabın böyük şəxsiyyətini sındırmaq üçün istifadə edilən və "Zəhzah hədisi” adı ilə məşhur olan ən böyük bəhanəni araşdıraq, Quran ayələri, Peyğəmbərin danılmaz sünnəsi və sağlam əql nəzərindən onun əsassız olduğunu isbat edək.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 696 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024