İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:40 PM
    "ZƏHZAH” HƏDİSİNİN ARAŞDIRILMASI
    Bəzi yazıçılar, o cümlədən Buxari və Müslim Süfyan ibni Səid Suri, Əbdülməlik ibni Ümeyr, Əbdül Əziz ibni Məhəmməd Dəravərdi, Leys ibni Səid kimi ravilərə istinad edərək Peyğəmbərdən aşağıdakı hədisi nəql etmişlər:
    a)
    وَجَدْتُهُ فِي غَمَرَاتٍ مِنَ النَّارِ فَاَخْرَجْتُهُ اِلَي ضَحْضَاحٍ
    "(Onu Əbu Talibi) odla dolu bir yerdə tapdım, sonra onu "Zəhzah”a apardım.”("Səhihi Buxari”, 5-ci cild, mənaqib babları, qissətu Əbu Talib babı, səh.52, Misir çapı və 8-ci cild, kitabul-ədəb künyətul-müşrik babı, səh.46)
    b)
    لَعَلَّهُ تَنْفَعُهُ شَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ فَيُجْعَلُ فِي ضَحْضَاحٍ مِنَ النَّارِ يَبْلُغُ كَعْبَيْهِ يَغْلِي مِنْهُ دِمَاغُهُ
    "Bəlkə də qiyamət günündə mənim şəfaətim ona – Əbu Talibə fayda çatdıra, sonra cəhənnəm odunun "Zəhzah”ında qərar tutar ki, dərinliyi onun ayaqlarının çıxıntısına qədər çatar, belə ki, onun beyni qaynayar.”("Mizanul etidal” (Zəhəbi), 2-ci cild, səh.169, Beyrut çapı, 1382)
    Əbu Talibin aydın imanını göstərən çoxlu dəlillər və rəvayətlər namərdcəsinə olan bu böyük töhmət və iftiranın (Zəhzah hədisinin) əsassız olduğunu isbat edir, lakin məsələyə daha aydınlıq gətirmək üçün "Zəhzah” hədisini iki yöndən araşdırırıq:
    1-Onun sənədlərinin əsassız olmasıæ
    2-Onun mətninin Allahın kitabı və Peyğəmbər sünnəsi ilə müxalif olması.
    ZƏHZAH HƏDİSİNİN SƏNƏDLƏRİ ƏSASSIZDIR
    Qeyd olunduğu kimi "Zəhzah” hədisinin raviləri aşağıda-kılardır:
    Süfyan ibni Səid Suri, Əbdülməlik ibni Ümeyr, Əbdül Əziz ibni Məhəmməd Dəravərdi və Leys ibni Səd. İndi sünnülərin rical alimlərinin (onlar mühəddislərin hansı vəziyyətdə olmalarını araşdırırlar) bu barədə olan sözlərinə istinad edərək adları qeyd olunan ravilərin vəziyyətini araşdırırıq:
    a) Süfyan ibni Səid Suri
    Əbu Əbdillah Məhəmməd ibni Əhməd ibni Osman Zəhəbi (sünnülərin böyük şəxsiyyətli rical alimidir) onun barəsində belə deyir:
    كَانَ يُدَلِّسُ عَنِ الضُّعَفَاءِ
    "Süfyan ibni Suri zəif ravilərdən saxta (qondarma) hədisləri hekayət edirdi.”("Mizanul-etidal”, 2-ci cild, səh.660, Beyrut çapı)
    Bu söz göstərir ki, Süyfan Suri hədisləri təhrif edir, zəiflərdən, yaxud vəziyyətləri aşkar olmayan ravilərdən hədis nəql edirdi. Deməli, onun hədisləri etibar dərəcəsindən düşür.
    b) Əbdülməlik ibni Ümeyr
    Zəhəbi onun barəsində yazır:
    طَالَ عُمْرُهُ وَ سَاءَ حِفْظُهُ قَالَ اَبُو حَاتَمٍ لَيْسَ بِحَافِظٍ تَغَيَّرَ حِفْظُهُ وَ قَالَ اَحْمَدُ ضَعِيفٌ يُخَلِّطُ وَ قَالَ اِبْنُ مُعِينٍ مُخَلِّطٌ وَ قَالَ ابْنُ خَرَاشٍ كَانَ شعْبَةً لَا يَرْضَاهُ وَ ذَكَرَ الْكُوسَجُ عَنْ اَحْمَدَ اَنَّهُ ضَعَّفَهُ جِدًّا
    "Onun ömrü uzun oldu, hafizəsində xələl yarandı.” Əbu Hatəm deyir: "Onun hədisi qoruyub saxlamaq qüdrəti yox idi, hafizə qüvvəsi də dəyişilmişdi.” Əhməd ibni Hənbəl də deyir: "Əbdülməlik ibni Ümeyr zəif və səhvlə doludur (yəni əsassız və saxta rəvayətləri nəql edirdi).” İbni Muin deyir: "O, düzgün olmayan hədisləri düzgün hədislərlə qarışdırmışdır.” İbni Xəraş deyir: "Şöbə də ondan razı deyildi”. Kushəc, Əhməd ibni Hənbəldən hekayət edir ki, o, Əbdülməlik ibni Ümeyrin şiddətlə zəif olduğunu demişdir.(Yenə orada, səh.634)
    Bu sözlərin məcmusundan aydın olur ki, Əbdülməlik ibni Ümeyr aşağıdakı sifətlərə malik olmuşdur:
    1-Hafizəsiz və unutqandıræ
    2-Zəifdir (rical elmi istilahında), yəni onun rəvayətlərinə etimad olunmazæ
    3-Səhvləri çoxduræ
    4-Düzgün hədisləri düzgün olmayan hədislərlə qarışdırırmış.
    Aydındır ki, bu sifətlərdən hər biri təklikdə Əbdülməlik ibni Ümeyrin hədislərinin əsassız olduğunu göstərir, halbuki onda bu sifətlərin hamısı mövcuddur.
    v) Əbdül Əziz ibni Məhəmməd Dəravərdi
    Sünnülərin rical alimləri onu unutqan və hafizəsiz hesab etmiş və demişlər ki, onun rəvayətlərinə əsaslanmaq olmaz. Əhməd ibni Hənbəl onun barəsində deyir:
    اِذَا حَدَّثَ مِنْ حِفْظِهِ جَاءَ بِبَوَاطِيلَ
    "Hər vaxt hifzdən (əzbərdən) rəvayət desəydi əsassız və dəxli olmayan mətləblər deyirdi.”(Yenə orada, səh.634)
    Əbu Hatəm də onun barəsində "onun sözlərinə əsaslanmaq olmaz” deyirdi.
    Əbu Zəraə onu "səyyiul-hifz”, yəni hafizəsi pis olan şəxs kimi təqdim etmişdir.(Mizanul-etidal”, 3-cü cild, Beyrut çapı, səh.420-421)
    q) Leys ibni Səd
    Rical elmində yazılan sünnü kitablarına müraciət etməklə aydın olur ki, adları Leys olan ravilərin hamısı tanınmaz və məchul, yaxud zəif adamlar olmuşlar ki, onların hədislərinə etimad etmək, onu dəlil gətirmək olmaz.(Yenə orada, səh.423)
    Leys ibni Səd də rəvayətlərdə zəif və laqeyd bir adam olmuşdur. Belə ki, o, hədis eşitmək və rəvayəti nəql etdiyi şəxslər barəsində səhlənkarlıq edirmiş. Yəhya ibni Muin onun barəsində deyir:
    اِنَّهُ كَانَ يَتَسَاهَلُ فِي الشُّيُوخِ وَ السِّمَاعِ
    "Leys ibni Səd rəvayəti nəql edən adamlar barəsində, eləcə də hədis eşitməkdə səhlənkarlığa yol verirdi.”(Şeyxul-Əbtəh”, səh.75æ "Mizanul-etidal”, 3-cü cild, səh.423)
    Nəbati onu zəiflər cərgəsində bilmiş, onun adını özünün yalnız zəif raviləri təqdim edən "Ət-təzlilu ələl-kamil” kitabında bəyan etmişdir.("Fatir” surəsi, ayə:36)
    Deməli, "Zəhzah” hədisinin raviləri son dərəcə zəif olmuşdur və onların hədisinə etimad etmək olmaz.
    "ZƏHZAH” HƏDİSİNİN MƏZMUNU ALLAHIN KİTABI VƏ PEYĞƏMBƏR SÜNNƏSİ İLƏ UYĞUN GƏLMİR
    Qeyd olunan hədisdə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə belə bir nisbət verilir ki, guya o həzrət Əbu Talibi cəhənnəm atəşinin içindən, atəşin nisbətən az olduğu yerə aparmış və beləliklə də onun əzabının yüngülləşməsinə səbəb olmuş, yaxud qiyamət günündə ona şəfaət etməsini arzu etmişdir, halbuki Quran ayələri və Peyğəmbər sünnəsinə əsasən peyğəmbərlərin şəfaəti və əzabın yüngülləşdirilməsi yalnız möminlər və müsəlmanlara aiddir. Deməli əgər Əbu Talib kafir olsaydı Peyğəmbər heç vaxt onun əzabını yüngülləşdirə, yaxud ona şəfaət edə bilməzdi.
    Deməli hətta Əbu Talibi kafir hesab edənlərin öz sözlərinə əsasən belə, "Zəhzah” hədisinin möhtəvasinin əsassız olduğunu sübuta yetir.
    İndi isə bu məsələni Allahın kitabı və Peyğəmbər sünnəsi əsasında aydınlaşdırırıq:
    a) Qurani-Kərim buyurur:
    وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَي عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُمْ مِنْ عَذَابِهَا كَذَلِكَ نَجْزِي كُلَّ كَفُورٍ
    "Cəhənnəm atəşi kafirlər üçündüræ nə onlar üçün ölüm gəlib çatar ki, ölsünlər, nə də onların əzabı yüngülləşdirilər. Biz kafirlərə belə cəza verərik!”("Təfsiri Fəxr Razi”, 1-ci cild, səh.436-437, Misir çapı, 1308)
    b) Peyğəmbər (s.ə.v.v)-in sünnəsi də kafirlər üçün şəfaəti inkar edir. Əbuzər Qifari Peyğəmbər (s.ə.v.v)-dən belə nəql edir:
    اُعْطِيْتُ الشَّفَاعَةَ وَ هِيَ نَائِلَةٌ مِنْ اُمَّتِي مَنْ لَا يُشْرِكُ بِاللّهِ شَيْئًا
    "Mənim şəfaətim ümmətimdən müşrik olmayanlara çatar.”
    Deməli "Zəhzah” hədisinin mətni də Əbu Talibi kafir hesab edənlərin sözünə əsasən əsassızdır, Allahın kitabı və Peyğəmbər (s.ə.v.v) sünnəsi ilə müxalifdir.
    NƏTİCƏ
    Qeyd olunanlardan məlum olur ki, "Zəhzah” hədisi həm sənəd, həm də məzmun və mətn baxımından etibarsızdır və ona istinad etmək olmaz. Beləliklə Əbu Talibin qüvvəli imanını sarsıtmaq üçün sığınacaq kimi istifadə edilən saxta hədis batil olur və Qüreyş mömini, Peyğəmbəri Əkrəmin ən yaxın silahdaşının parlaq çehrəsi daha nurani bir simada cilvələnir.
    SUAL: 29
    ŞİƏLƏRİN NƏZƏRİNCƏ CƏBRƏİL RİSALƏTİ ÇATDIRMAQDA XƏYANƏT EDƏRƏK QURANI ƏLİ İBNİ ƏBİ TALİBİN ƏVƏZİNƏ PEYĞƏMBƏRƏ NAZİL ETMİŞDİRMİ?
    Cavab: Bəzi məlumatsız və ya şiələrə qarşı qərəzli olan şəxslər tərəfindən vurulan bu ittihamın əsassız olduğunu göstərməkdən öncə yaxşı olar ki, onun köklərini araşdıraq:
    BU İTTİHAMIN KÖKLƏRİ
    Bəzi Quran ayələrindən və bu ayələrlə əlaqədar hədislərdən aydın olur ki, yəhudilərin batil inancına görə Cəbrəil risaləti çatdırarkən xəyanət etmişdir. Belə ki, Mütəal-Allah ona yol göstəriş vermişdi ki, nübüvvəti İsrail sülaləsində qərar versin, lakin o, Allahın əmrinə itaətsizlik edərək onu İsmailin övladlarında qərar vermişdir. Buna görə də yəhudilər Cəbraili düşmən hesab edir,("Şüəra” surəsi, ayə:194) "xanəl-Əmin” (Cəbrail xəyanət etdi) cümləsini öz şüarları seçirlər. Buna görə də Quran onları tənqid etmək, sözlərinin əsassız olduğunu isbat etmək üçün aşağıdakı ayədə Cəbrəili əmanətdar bir mələk kimi təqdim edərək buyurur:
    نَزَلَ بِهِ الرُّوحُ الْاَمِينُ عَلَي قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ
    "Ruhul-əmin (Cəbrəil) Quranı sənin qəlbinə nazil etdi ki, (insanları) ilahi əzabdan qorxudanlardan olasan.”("Bəqərə” surəsi, ayə:97)
    Digər bir ayədə buyurulur:
    قُلْ مَنْ كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَاِنَّهُ نَزَّلَهُ عَلَي قَلْبِكَ بِاِذْنِ اللّهِ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَ هُدًي وَبُشْرَي لِلْمُؤْمِنِينَ
    "De: Hər kəs Cəbrəillə düşmənçilik etsə (bilməlidir ki,) həqiqətən o, Allahın izni ilə Quranı sənin qəlbinə nazil etmişdir.”( 
    "Nəhcüs-səadə”, 1-ci cild, səh.188, Beyrut çapı, "Kafi” 8-ci cild, səh.67  
    )
    Bu ayələrdən və onların təfsirindən aydın olur ki, yəhudilər müəyyən səbəblərə görə Cəbrəili düşmən hesab edir, onu əzab mələyi adlandırır və risalətin çatdırılmasında xəyanətlə müttəhim edirdilər.
    Deməli, "xanəl-Əmin” şüarının kökü və mənşəyi yəhud qövmünün xurafatlarındandır. Şiələrə qarşı dərin kinə aparan bəzi cahil yazıçılar da yəhudilərin yolunu gedərək şiələrə bu töhməti vurmuşlar.
    ŞİƏ NƏZƏRİNDƏN NÜBÜVVƏT
    Şiələr Allahın kitabı, Peyğəmbərin sünnəsi və Əhli-beyti-nin aydın rəvayətlərinə tabe olaraq təkcə Muhəmməd ibni Əbdüllahı Allahın fərmanı ilə dünya səviyyəli bir risalətə məbus olunan peyğəmbər hesab etmir, həm də o həzrətin peyğəmbərlərin sonuncusu və ilahi elçilərin ən üstünü, fəzilətlisi olmasına inanırlar. Şiənin böyük rəhbəri Əliyyibni Əbi Talib özünün dəyərli kəlamlarında bu həqiqəti belə izhar edir:
    وَ اَشْهَدُ اَنْ لَا اِلَهَ اِلاَّ اللّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُولُهُ خَاتَمُ النَّبِيِّينَ وَ حُجَّةُ اللّهِ عَلَي الْعَالَمِينَ
    "Şəhadət verirəm ki, yeganə və misilsiz Allahdan başqa heç bir məbud yoxduræ şəhadət verirəm ki, Muhəmməd Allahın bəndəsi, Onun Peyğəmbəri, peyğəmbərlərin sonuncusu və Allahın bütün aləmdəkilərə olan höccətidir.”("Biharul-ənvar”, 11-ci cild, səh.42, Beyrut çapı, 403-cü il Şiələrin nəzərindən Peyğəmbər (s.ə.v.v)-in peyğəmbərlərin sonuncusu (xətm edəni) olmasını göstərən rəvayətlər barəsində əlavə məlumat almaq üçün Ustad Cəfər Sübhaninin "Məfahimul-Quran” kitabına baxa bilərsiniz.)
    İmam Sadiq (ə)-da buyurur:
    لَمْ يَبْعَثِ اللّهُ عَزَّ وَ جَلَّ مِنَ الْعَرَبِ اِلاَّ خَمْسَةَ اَنْبِيَاءٍ هُودًا وَ صَالِحًا وَ اِسْمَاعِيلَ وَ
    شُعَيْبًا وَ مُحَمَّدًا خَاتَمَ النَّبِيِّينَ¸
    "Allah ərəb qövmü arasından yalnız beş peyğəmbər seçmişdir: Hud, Sad, İsmail, Şüeyb və peyğəmbərlərin sonuncusu olan həzrəti Muhəmməd.”(Bu hədisin çoxlu mənbələri vardır, o cümlədən: 1-”Səhihi Buxari”, 6-cı cild, səh.3 Misir çapı, "Təbuk qəzvəsi” bölməsi, 2-”Səhihi Müslim”, 7-ci icld səh.120, Misir çapı, Fəzailul-Əli babı, 3-”Sünəni ibni Macə”, 1-ci cild, səh.55 Misir çapı, Fəzailu əshabin-Nəbi babı, 4-”Müstədrək” (Hakim), 3-cü cild, səh.109 Beyrut çapı, 5-”Müsnədi Əhməd”, 1-ci cild, səh.170, 177, 179, 182, 184, 185 və 3-cü cild, səh.32, 6-”Səhihi Tirmizi”, 2-ci cild, səh.21, Beyrut çapı, Əliyyibni Əbi Talibin fəzilətləri babı, 7-”Mənaqib” (ibni Məğazili), səh.27, Beyrut çapı, 1403-cü il, 8-”Biharul-Ənvar”, 37-ci cild, səh.254, Beyrut çapı, 1430, 9-”Əl-Əxbar” (Şeyx Səduq), səh.74, Beyrut çapı, 10-”Kənzul-Fəvaid”, 2-ci cild, səh.168, Beyrut çapı, 1405-ci il)
    Bu şərif hədis son dərəcə şiələrə nisbət verilən yersiz itti-hamların əsassız olduğunu açıq-aşkar şəkildə isbat edir və həzrət Muhəmməd ibni Əbdüllahı peyğəmbərlərin sonuncusu kimi təqdim edir.(Ali İmran” surəsi, ayə:28)
    Deməli, bütün dünya şiələri Cəbrəili risalətin çatdırıl-masında əmanətdar hesab edir və Muhəmməd ibni Əbdüllahı haqq peyğəmbər, ilahi peyğəmbərlərin sonuncusu olaraq qəbul edir, Əliyyibni Əbi Talibi isə o həzrətin vəsisi və canişini bilirlər.
    Burada həm sünnü, həm də şiələr tərəfindən yekdil nəzərlə qəbul edilən, onların mötəbər kitablarında bəyan edilən bir hədisi sizin nəzərinizə çatdırırıq. "Mənzilət” hədisi ilə tanınan bu hədisdə Peyğəmbəri Əkrəm (s.ə.v.v) özünün risalətinin xatəmiyyətini (sonuncu risalət olmasını) bəyan etdikdən sonra Əli (ə)-ı özünün vəsi və canişini kimi təqdim edir:
    اَمَا تَرْضَي اَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَي اِلاَّ اَنَّهُ لَا نَبِيَّ بَعْدِي
    "Razı olmazsanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsunæ (yəni Harun Musanın vəsisi və canişini olduğu kimi sən də mənim xəlifəm canişinim olasan)æ bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.”(Nəhl” surəsi, ayə:106)
    Sənəd nəzərindən islamın böyük mühəddislərinin–istər sünnü, istərsə şiə–etimad etdiyi bu rəvayət, aşağıdakı məsələlərdə şiələrin sözünün düzgün olmasını çatdırır:
    1-Muhəmməd ibni Əbdüllah (s.ə.v.v) Allah peyğəm-bərlərinin ən əzizi və ilahi elçilərin sonuncusudur ki, böyük Allahın əmri ilə əbədi və dünya səviyyəli risalətə seçilmişdir, ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdir.
    2-Əliyyibni Əbi Talib (ə) Peyğəmbər (s.ə.v.v)-in haqq canişini və vəsisi, həmçinin ondan sonra müsəlmanlar arasındakı xəlifəsidir.

    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 657 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024