İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:39 PM
    SUAL: 30
    TƏQİYYƏNİN MEYARI NƏDİR?
    Cavab: Təqiyyə bir şəxsin müxaliflər qarşısında öz batini etiqadlarını, imanını gizlətməsi mənasınadır. Bu işdə məqsəd də dünyəvi ziyanların, mənəvi və dini xəsarətlərin qarşısını almaqdır. Bu, hər bir müsəlmanın şəri vəzifəsidir və Qurani-Kərimin hökmünə əsaslanır.
    QURAN NƏZƏRİNDƏN TƏQİYYƏ
    Qurani-Məciddə bu məsələ ilə əlaqədar çoxlu ayələr mövcuddur. Onlardan bəzilərini qeyd edirik:
    a)
    لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ اَوْلِيَاءَ مِنْ دُوْنِ الْمُؤْمِنِينَ وَ مَنْ يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ اِلاَّ اَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً
    "İman əhli möminləri boşlayaraq kafirlərlə dostluq etməməlidir. Hər kəs belə etsə Allahla heç bir rabitəsi olmayacaqdıræ onlardan (kafirlərdən) qorxaraq təqiyyə edənlərdən başqa.”(Durrul-Mənsur”, 4-cü cild, səh.131, Beyrut çapı)
    Bu ayə həqiqətdə göstərir ki, kafirlərlə dostluq yalnız təqiyyə şəraitində, canın qorunması üçün caizdir və yalnız bu halda onlarla zahirdə dostluq etmək olar.
    b)
    مَنْ كَفَرَ بِاللّهِ مِنْ بَعْدِ ايمَانِهِ اِلاَّ مَنْ اُكْرِهَ وَ قَلْبُهُ مُطْمَئِنٌّ بِالاِيمَانِ وَلكِن مَنْ شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِنَ اللّهِ وَ لَهُمْ عَذَابٌ عَظِيمٌ
    "Hər kəs Allaha iman gətirdikdən sonra kafir olsa – zorla, məcburiyyət üzündən küfr izhar edən, qəlbi isə (imana) xatircəm olanlardan başqa. Lakin öz qəlblərini küfrlə dolduran şəxslərə gəldikdə isə, onlar üçün ağır əzab və qəzəb olacaqdır.”(Şiələrin Bəni-Üməyyə və Bəni-Abbas padşahları tərəfindən rəhmsizcəsinə qətlə yetirilməsi barəsində əlavə məlumat almaq üçün "Məqatilit-Talibiyyin” (Əbul Fərəc İsfahani), "Şühədaul-Fəzilət” (Əllamə Əmini), "Əş-şiətu vəl-hakimun” (Məhəmməd Cavad Muqniyə) və s. kitablarına baxa bilərsiniz.)
    Müfəssirlər bu ayənin şəni-nüzulunda qeyd edirlər ki, bir gün Əmmar ibni Yasir atası və anası ilə birlikdə düşmənlər tərəfindən tutuldu. Kafirlər onlara təzyiq göstərib tələb etdilər ki, islamdan dönsünlər, küfr və şirkə etiraf etsinlər. Əmmarla gələnlərin hamısı Allahın birliyinə və Peyğəmbərin risalətinə şəhadət verdilər, buna görə də onlardan bəziləri şəhid edildi, digərləri də islam düşmənləri tərəfindən ağır işgəncələrə məruz qaldılar. Lakin Əmmar öz batini meylinin əksinə olaraq təqiyyə etdi, zahirdə kafirlərin dediklərini dilinə gətirdi və işgəncədən, ölümdən xilas oldu.
    Peyğəmbərin yanına gəldikdə öz sözündən çox nigaran və pərişan oldu. Peyğəmbər ona toxtaqlıq verdi və yuxarıdakı ayə bu barədə nazil oldu.("Təzkirətul-fuqəha”, 2-ci cild, Nikah kitabı) Bu ayədən və müfəssirlərin sözlərindən aydın olur ki, canı qorumaq və maddi-mənəvi xəsarətlərin qarşısını almaq üçün batini etiqadı gizlətmək elə Peyğəmbərin dövründə də baş vermiş və islam tərəfindən qəbul olunmuşdur.
    ŞİƏ NƏZƏRİNDƏN TƏQİYYƏ
    Bəni-Üməyyənin və Bəni-Abbasın zalım hakimləri tarix boyu şiələrə çox ağır işgəncə vermiş, onların kökünü kəsmək fikrində olmuşlar,("Rəd” surəsi, ayə:38) buna görə də şiələr Quranın göstərişinə görə təqiyyə etmiş, əsl əqidələrini gizlətmiş, bununla da həm öz canlarını qorumuş, həm də sair müsəlman qardaşlarını ağır şəraitlərdən xilas etmişlər. Aydındır ki, zülm, zorakılıq və haqsızlıqla dolu olan bir şəraitdə şiələrin tamamilə məhv olması ilə nəticələnəcək təhdid və zülm tufanından xilas olmaq üçün təqiyyədən başqa bir yol təsəvvür olunmurdu. Deməli, əgər zalım padşahlar və onların əlaltıları şiələrlə qəddar rəftar etməsəydilər, onlara düşmən münasibət bəsləməsəydilər, onlara qarşı amansız rəftarı hakimiyyətlərinin sərlövhəsi qərar verməsəydilər şiələrin təqiyyə etməsinə heç bir əsas olmazdı.
    Qeyd olunmalıdır ki, təqiyyə təkcə şiələrə məxsus deyil, bu, sair müsəlmanlarda da vardır. Belə ki, onlar da bütün islami məzhəblərlə müxalifət edən, qaniçən düşmənlər (xəvaric, hər bir haram işə əl atan zalım hökumətlər və s.) müqabilində qərarlaşıb onlarla qarşılaşmağa qüdrətləri olmadığı halda təqiyyə şəraitinə keçir və öz canlarını qoruyub saxlamaq üçün əqidələrini gizlədirdilər. Əgər islam cəmiyyətinin bütün üzvləri bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşasaydılar müsəlmanlar arasında təqiyyəyə heç bir yer qalmazdı.
    NƏTİCƏ
    Qeyd olunanlardan aşağıdakı nəticələr alınır:
    1-Təqiyyənin kökü Qurandadır, Peyğəmbər (s.ə.v.v) səhabələrinin və o həzrətin özünün təkidi də islamın əvvəllərində onun caiz olmasına bir əsasdır.
    2-Şiələrin təqiyyə etməkdə məqsədi özlərinin rəhmsizcəsinə qətlə yetirilmələrinin qarşısını almaq və bu məzhəbi məhv olmaqla təhdid edən zülm tufanlarını dəf etmək olmuşdur.
    3-Təqiyyə təkcə şiələrə məxsus deyil, sair müsəlman firqələrinin də arasında mövcuddur.
    4-Təqiyyə kafirlərdən çəkinməklə, islami əqidələri müşriklərdən gizlətməkdə bitmiræ əksinə müsəlmanların canının qorunmasından ibarət olan təqiyyənin meyarı daha ümumidir, müqavimət göstərmə qüdrətinin olmadığı hər bir qaniçən düşmən müqabilində müqavimət göstərməyə imkan olmayan və ya mübarizə şəraiti yaranmayan halda batini əqidənin gizlədilməsi zəruri bir məsələdir.
    5-İslam cəmiyyətinin ayrı-ayrı fərdləri qarşılıqlı anlaşma şəraitində yaşasaydılar, təqiyyəyə ümumiyyətlə yer qalmazdı.
    SUAL: 31
    ŞİƏLƏR VƏTR NAMAZINI VACİB BİLİRMİ?
    Cavab: Vətr namazı gecə namazının nafilələrindən biridir ki, onun Peyğəmbər (s.ə.v.v)-in ardıcılları üçün yerinə yetirilməsi müstəhəbdir. Lakin şiə fəqihləri Allahın kitabı və sünnə sayəsində müəyyən işləri Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in yalnız özünə məxsus olan xüsusiyyətləri kimi qeyd etmişlər ki, onlardan biri də vətr namazının o həzrətə vacib olmasıdır. Əllamə Hilli "Təzkirətul-füqəha” kitabında Peyğəmbər (s.ə.v.v)-in özünə məxsus olan 70 xüsusiyyət qeyd edərək sözünün əvvəlində deyir:
    فَاَمَّا الْوَاجِبَاتُ عَلَيْهِ دُونَ غَيْرِهِ مِنْ اُمَّتِهِ اُمُورٌ الف-اَلسِّوَاكُ، ب-اَلْوَتْرُ، ج-الآُضْحِيَّةُ، رُوِيَ عَنْهُ ¸ اَنَّهُ قَالَKثَلَاثٌ كُتِبَ عَلَيَّ وَ لَمْ تُكْتَبْ عَلَيْكُمْ السِّوَاكُ وَ الْوِتْرُ وَ الآُضْحِيَّةُ
    "Bir neçə şey bütün ümmətə deyil, yalnız Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə vacib olmuşdur, o cümlədən: a) dişə misvak vurmaqæ b) vətr namazı, v) qurbanlıq kəsmək. Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən belə rəvayət olunmuşdur: "Üç şey sizə deyil, yalnız mənə vacib olmuşdur: "Dişə misvak vurmaq, vətr namazı qılmaq və qurbanlıq kəsmək.”(Bəqərə” surəsi, ayə:60)
    Deməli, şiələrin nəzərində vətr namazı Peyğəmbər (s.ə.v.v)-ə vacib olmuşdur, sair müsəlmanlara isə müstəhəbdir.
    SUAL: 32
    İLAHİ ÖVLİYALARIN QEYBİ QÜDRƏTİNƏ ETİQAD BƏSLƏMƏK ŞİRKƏ SƏBƏB OLURMU?
    Cavab: Aydındır ki, hərgah bir insan başqasından kömək istəsə, o da həmin işi yerinə yetirməyə qadir olsa onda bu qüdrət iki cür təsəvvür olur:
    1-Bəzən bu qüdrət maddi və təbii qüvvələr çərçivəsində olur. Məsələn, bir şəxs başqasından ona bir qab su verməsini istəyir.
    2-Bəzən bu qüdrət qeybi qüdrət olur, maddi və təbii qüvvələrin fövqündə və onlardan xaricdə olur. Məsələn, bir kəs İsa ibni Məryəm (ə) kimi Allahın layiqli bəndələrinin əlacsız xəstəlikləri müalicə edə bilməsinə, özünün müqəddəs nəfəsi ilə onlara şəfa verə bilməsinə inansın.
    Aydındır ki, belə bir qeybi qüdrətə inanmaq Allahın qüdrət və iradəsinə arxalınıb istinad etməklə olsa, heç vaxt şirkə səbəb olmaz. Çünki maddi və təbii qüdrəti insana əta edən Allah, qeybi qüdrətləri də Özünün bəzi saleh bəndələrinə əta edə bilər.
    İndi yuxarıdakı sualın cavabında deyirik ki, ilahi övliyaların qeybi qüdrətlərinə etiqad bəsləmək iki cür təsəvvür olunur:
    1-Bir şəxs üçün, "müstəqil təsirin mənşəyi” ünvanı ilə qeybi qüdrətin olmasına inanmaq və o qüdrəti əsl cilvələndirək, belə ki, Allahın işini Allahdan asılı olmayan şəkildə ona isnad verək. Şübhəsiz, Allahın qüdrətinə bağlı olmayan belə bir müstəqil qüdrətə etiqad bəsləmək şirkə səbəb olur. Çünki bu halda Allahdan başqasının müstəqil qüdrətə və əsalətə malik olduğuna inanır, Allahın işini ona mənsub edirik, halbuki bütün qüvvələrin mənşəyi aləmlərin rəbbi olan Allahdır.
    2-Allahın layiqli bəndələrindən bəzisinin qeybi qüdrətə malik olmasına inanmaq və eyni zamanda onun, Allahın sonsuz qüdrətindən qaynaqlandığını bilmək. İlahi övliyalar Allahın izni ilə bu sonsuz qüdrətin büruz etmə və cilvələnmə vasitəsidir, onlar özləri heç bir vəch ilə müstəqil deyilləræ əksinə həm öz varlıqlarında, həm də qeybi qüdrətdən istifadə etməklərində böyük Allaha arxalanırlar. Aydındır ki, belə bir etiqad ilahi övliyaları Allah hesab etmək, yaxud ilahi işləri onlara aid etmək mənasına deyildir, çünki bu halda Allahın saleh bəndəsi Allahın izni və Onun qaçılmaz iradəsi ilə özünün Allah verən qeybi qüdrətindən istifadə edərək onu izhar edir. Qurani-Kərim bu barədə buyurur:
    وَ مَا كَانَ لِرَسُولٍ اَنْ يَاْتِيَ بِآيَةٍ اِلاَّ بِاِذْنِ اللّهِ
    "Heç bir peyğəmbər (öz yanından) möcüzə gətirə bilməzæ yalnız Allahın izni ilə gətirə bilər.”("Ali İmran” surəsi, ayə:49)
    Deməli belə bir etiqad nəinki şirkə səbəb olmur, əksinə tovhid və yeganəpərəstlik prinsipi ilə tamamilə uyğundur.
    Quran nəzərindən Allah övliyalarının qeybi qüdrəti
    İslamın asimani kitabı tam aşkar şəkildə Allahın izni ilə belə bir möcüzəli qüdrətə layiq olan layiqli bəndələrdən bir qrupunun adını çəkir. Onlardan bəzilərini qeyd edirik:
    1-Həzrəti Musa (ə)-ın qeybi qüdrəti
    Mütəal-Allah Öz peyğəmbəri Musaya fərman verir ki, əsanı daş parçasına vursunæ bu zaman ondan içməli, sərin su axmağa başlayır:
    وَ اِذِ اسْتَسْقَي مُوسَي لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا
    "Musa öz qövmü üçün Allahdan su istədikdə ona dedik: "Öz əsanı daşa vur!” (Bu zaman) ondan 12 çeşmə yarılıb axmağa başladı.”(Nəml” surəsi, ayə:16)
    2-Həzrəti İsanın qeybi qüdrəti
    İsa (ə)-ın qeybi qüdrəti Quranın müxtəlif yerlərində bəyan olmuşdur. Onlardan bir nümunəni qeyd edirik:
    اَنِّي اَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَاَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِاِذْنِ اللّهِ وَ اُبْرِيءُ الاَكْمَهَ وَ الاَبْرَصَ وَاُحْيِي الْمَوْتَي بِاِذْنِ اللّهِ
    "İsa dedi: Mən palçıqdan bir heykəl düzəldib ona üfürürəm, Allahın izni ilə həqiqi bir quş surətinə düşüræ anadangəlmə koru, xora xəstəliyinə tutulanı Allahın izni ilə sağaldıram, Allahın izni ilə ölüləri dirildirəm...”("Rəsailul-əşr” (Şeyx Tusi), səh.111)
    3-Həzrəti Süleymanın qeybi qüdrəti
    Quran Süleyman peyğəmbərə əta olunan qeybi qüdrətləri belə bəyan edir:
    وَ وَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا اَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَ اُوتِيْنَا مِن كُلِّ شَيْءٍ اِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ
    "Süleyman Davudun varisi oldu və dedi: Ey insanlar, bizə quşların dili öyrədilib, hər növ nemətlər bizə əta olunub. Həqiqətən bu, aşkar fəzl və mərhəmətdir.”(Bəqərə” surəsi, ayə:213)
    Şübhəsiz, Musanın əsasının daşa dəyməsi ilə böyük bir daş parçasından içməli su axması, yaxud İsa tərəfindən palçıqdan həqiqi quş yaradılması, əlacsız xəstəliklərə şəfa verilməsi, ölülərin dirildilməsi, həmçinin Süleyman peyğəmbərin quşların dilini bilməsi xariqul-adə bir iş olub, təbii qanunlardan kənardadır ki, bu da qeybi qüdrətin aşkar bir nümunəsidir. Halbuki Quranın bu və digər çoxlu ayələri Allahın layiqli bəndələrinin qeybi qüdrətini bəyan edir. Quranın bu aşkar məzmununa – ilahi övliyaların xariqul-adə qüdrətə malik olmasını göstərən bu ayələrə inanmağımız şirkə, yaxud dində bidətə səbəb olarmı?!
    Saleh bəndələrin qeybi qüdrətinə inanmaq onları Allah hesab etmək, yaxud Allahın işlərini onlara aid etmək mənasına deyildir. Çünki belə bir etiqad onların ilahiləşdirilməsinə səbəb olsaydı, onda Quran nəzərindən Musa, İsa, Süleyman və sair peyğəmbərlər məbud hesab olunmalı idi, halbuki bütün müsəlmanların bildiyi kimi, Qurani-Kərim Allah övliyalarını Allahın bəyənilmiş bəndələri hesab edir.
    Deməli, Allah dərgahında əziz olan insanların qeybi qüdrətinə iman gətirmək əgər Allahın sonsuz və yenilməz qüdrətinə arxalanmaqla yanaşı olarsa, həmçinin onların Allahın qüdrətinin göstərilməsi üçün bir nümunə və vasitə olduğuna etiqadla yanaşı olarsa nəinki şirk deyil, əksinə həqiqi tovhidlə tamamilə uyğundur. Çünki tovhidin meyarı budur ki, dünyada olan bütün qüdrət və qüvvələri Allaha mənsub edək, bütün qüdrət və hərəkətlərin mənşəyinin Allah olduğunu bilək.
    SUAL: 33
    NƏ ÜÇÜN İMAMƏT MƏQAMI RİSALƏT MƏQAMINDAN ÜSTÜNDÜR?
    Cavab: Bu suala cavab vermək üçün əvvəlcə nübüvvət, risalət və imamət kəlmələrinin Quranda gəldiyi kimi hər birinin ayrılıqda dəqiq mənasını izah edirik ki, imamət məqamının bu iki məqamdan nə üçün üstün olması aydın olsun.
    1-Nübüvvət məqamı
    "Nəbi” kəlməsi "mühüm və böyük xəbər” mənasını ifadə edən "nə-bə-ə” kökündən alınmışdır. Buna görə də "nəbi” kəlməsinin mənası "böyük xəbər daşıyan şəxs”, "böyük xəbər verən şəxs” deməkdir. Peyğəmbər mənasını ifadə edən nəbi kəlməsi Quran terminində elə bir insana deyilir ki, Allahdan müxtəlif yollarla ilahi vəhyi alır, heç bir insanın vasitə olmadığı halda Allah tərəfindən xəbər verir. Alimlər bu kəlmənin tərifini belə vermişlər:
    اِنَّهُ مُؤَدٍّ مِنَ اللّهِ بِلَا وَاسِطَةٍ مِنَ الْبَشَر
    "Nəbi o kəsdir ki, başqa bir insanın vasitəçiliyi olmadan Allahın vəhyini insanlara çatdırsın.”("Maidə” surəsi, ayə:92)
    Deməli, nəbinin vəzifəsi ilahi vəhyin bəyan olunma çərçivəsindədir və ona ilham olunanları camaata bəyan etməklə məhdudlanır. Quran bu barədə buyurur:
    فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَ مُنْذِرِينَ
    "Allah, peyğəmbərləri müjdə verənlər və qorxudanlar olaraq seçdi (göndərdi).”("Bəqərə” surəsi, ayə:124)
    2-Risalət məqamı
    Vəhy terminində "rəsul” kəlməsi o peyğəmbərlərə deyilir ki, vəhyi almaq və Allah tərəfindən xəbər verməkdən əlavə, ilahi risaləti təbliğ etmək məsuliyyətini də (Allah tərəfindən) öz öhdəsinə alsın, bu risaləti insanlara çatdırsın. Qurani-Məcid bu barədə buyurur:
    فَاِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُواْ اَنَّمَا عَلَي رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ
    "Əgər (haqdan) üz döndərsəniz bilin ki, Bizim Rəsulumuzun (Peyğəmbərin) risaləti aydın şəkildə bəyan etməkdən əlavə heç bir məmuriyyəti yoxdur.”(İbrahim” surəsi, ayə:39)
    Deməli, risalət məqamı nəbiyə əta olunan digər məqamdır. Başqa sözlə desək, nübüvvət və risalət məfhumlarının hər biri Allah tərəfindən vəhy əldə edən peyğəmbərlərin xüsusiyyətlərinin birinə işarə edir. Belə ki, peyğəmbərlər vəhyi alır, vəhy daşıyıcıları olduğuna görə nəbi adlanır, həmçinin peyğəmbərliyi (risaləti) təbliğ etmək vəzifəsini öhdələrinə aldıqlarına görə isə rəsul adlandırılır.
    Qeyd olunanlardan belə nəticə alınır ki, peyğəmbərlər nübüvvət və risalət çərçivəsində qərarlaşana qədər yalnız insanlara halal-haramı elan edir, onları düz yola hidayət edən xoşbəxtlik və səadət yollarını göstərirlər. Onların Allah tərəfindən xəbər vermək, yaxud onların öhdəsinə qoyulan vəzifəni yerinə yetirməkdən başqa heç bir məmuriyyət və məsuliyyətləri yoxdur.
    3-İmamət məqamı
    Quran nəzərindən ilahi imamət məqamı yuxarıda qeyd olunan iki məqamdan tamamilə fərqlənir, o, bəşər cəmiyyətlərinə rəhbərlik və onların işlərini tədbir etmək kimi daha geniş ixtiyarlara malikdir. İndi nurani Quran ayələrinə istinad edərək bu məsələ ilə əlaqədar aşkar dəlillərimizi nəzərinizə çatdırırıq:
    1-Qurani-Kərim böyük ilahi peyğəmbər olan İbrahim Xəlilə imamət məqamının verilməsini belə bəyan edir:
    وَاِذِ ابْتَلَي اِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَاَتَمَّهُنَّ قَالَ اِنِّي جَاعِلُكَ لِلنَّاسِ اِمَامًاقَالَ وَمِنْ ذُرِّيَّتِي
    "Yada sal o zamanı ki, böyük Allah Öz peyğəmbəri İbrahimi bir neçə imtahanla sınaqdan keçirtdi, o da ilahi imtahanlardan üzüağ çıxdı, bu zaman Allah buyurdu: "Mən səni insanlara imam və rəhbər qərar verirəm.” İbrahim dedi: Bu rəhbərliyi mənim övladlarıma da əta edərsənmi?...”(Bu barədə "Saffat” surəsinin 99-102, "Hicr” surəsinin 53-54, "Hud” surəsinin 70-71-ci ayələrinə müraciət edin.)
    Bu kəlamdan iki həqiqət aşkar olur:
    a) Qeyd olunan ayə imamətin nübüvvət və risalət məfhumundan fərqləndiyini göstərir. Çünki İbrahim (ə) bu ilahi imtahanlardan öncə (onlardan biri də övladını qurban etmək barədə qərara gəlməsi idi) uzun illər nübüvvət məqamında idi. Bu da aşağıdakı dəlillə isbat olunur:
    İbrahim qocaman yaşlarında olanda böyük Allah ona övlad (İsmaili və İshaqı) əta etdi. Quran onun dilindən nəql edərək belə buyurur:
    اَلْحَمْدُ لِلّهِ الَّذِي وَهَبَ لِي عَلَي الْكِبَرِ اِسْمَاعِيلَ وَ اِسْحَقَ
    "Həmd olsun o Allaha ki, qocalıq dövründə mənə İsmaili və İshaqı əta etdi.”( 
    "Nisa” surəsi, ayə:55  
    )
    Deməli, ilahi imtahanlardan biri olan İsmailin Allah yolunda qurbanlıq edilməsi ardınca böyük imamət məqamı İbrahimə verildi. O, bu imtahanı ömrünün son çağlarında vermiş və insanlara imam seçilmişdi, halbuki ondan əvvəl uzun müddət nübüvvət məqamında idi. (Çünki o, övlad sahibi olmazdan əvvəl nübüvvət nişanəsi olan ilahi vəhy ona nazil olmuşdu.)(Bəqərə” surəsi, ayə:247)
    b) Həmçinin "və izibtəla İbrahimə Rəbbuhu bi kəlimatin” ayəsindən məlum olur ki, ilahi imamət və cəmiyyətə rəhbərlik məqamı nübüvvət və risalətdən çox-çox yüksək bir mərtəbədir. Çünki Quranın bəyan etdiyi kimi, həzrəti İbrahim (ə) nübüvvət və risalət məqamına çatdıqdan, ağır imtahanlardan çıxıb üzü ağ olduqdan sonra imamət məqamı ona verilir. Səbəbi də aydındıræ çünki ilahi imamət məqamı vəhyin əxz olunub risalətin insanlara təqdim olunması vəzifəsindən əlavə, ümmətə rəhbərlik və cəmiyyətin işlərinin düzgün şəkildə idarə olunmasını, onların kamal və səadətə çatdırılmasını da öhdəsinə alır. Təbiidir ki, belə bir məqam xüsusi əzəmətə malikdir ki, ona nail olmaq ardıcıl və ağır imtahanlardan çıxmadan mümkün deyildir.
    2-Yuxarıdakı ayədən məlum olur ki, İbrahim (ə)-in qarşısına çıxan ağır imtahanlardan başı uca çıxdıqdan sonra Mütəal-Allah cəmiyyətə rəhbərlik və imamət məqamını ona vermişdir. Bu zaman İbrahim (ə) Allahdan o məqamın öz övladlarında da olmasını istəmişdi.
    Quranın digər bir ayəsinə əsasən məlum olur ki, Mütəal-Allah İbrahim (ə)-ın istəyini qəbul etmiş, nübüvvət məqamından sonra cəmiyyətin rəhbərliyini və ümmətə hakimiyyəti də onun saleh övladlarına əta etmişdir. Quran bu barədə buyurur:
    فَقَدْ آتَيْنَآ آلَ اِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا
    "Biz İbrahim övladlarına (asimani) kitab, hikmət və böyük bir hakimiyyət əta etdik.(Ustad Cəfər Sübhaninin "Mənşuri Cavid – Quran” kitabından)
    Bu ayədən məlum olur ki, imamət və cəmiyyətə rəhbərlik nübüvvətdən tamamilə fərqli olan bir məqamdır ki, Mütəal-Allah onu Öz peyğəmbəri İbrahimə, ağır imtahanları verdikdən sonra əta etmişdir. İbrahim (ə) Allahdan bu mənsəbi – cəmiyyətə hökuməti və rəhbərliyi öz övladlarında da qərar verməsini istədikdə Allah bu yüksək məqamın onun övladlarından ədalətli olanlarda qalmasını qəbul etdi və onlara asimani kitab, risalət və nübüvvət rəmzi olan hikmət və böyük mülk (rəhbərlik və hakimiyyət) əta etdi. Beləliklə, İbrahim (ə)-ın istəyi və duası qəbul olundu. Buna görə də onun zürriyyəsindən bəziləri, o cümlədən Yusif, Davud, Sü-leyman və s. nübüvvət məqamından əlavə, cəmiyyətə rəhbərlik və hökumət məqamına da çatmışdılar. Deməli, imamət məqamı nübüvvət və risalətdən başqa bir məqa-mdır, onun ixtiyar və məsuliyyətlərinin geniş olmasına görə çox yüksək dəyərə və üstün mövqeyə malikdir.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 761 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024