İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Şübhələrə cavablar

    Şübhələrə cavablar
    2012-01-01, 4:30 PM
    İMAMƏT MÖVQEYİNİN ÜSTÜNLÜYÜ
    Yuxarıda deyilənlərdən aydın olur ki, nəbi və rəsulun əhatə dairəsi nübüvvət və risalətin daşıyıcıları olması baxımından yalnız təzəkkür vermək və yolu işıqlandırmaqdır. Hərgah nəbi, yaxud rəsul imamət məqamına çatsalar daha böyük və ağır məsuliyyətləri öhdələrinə almış olurlar, bunun ardınca da nümunəvi və səadətli cəmiyyət yaratmaq üçün müqəddəs şəriət qanunlarını icra etməyə və ilahi proqramları həyata keçirməyə vəzifəli olurlar ki, öz ümmətlərini hər iki dünyanın xoşbəxtliyi olan bir yolda qərar versinlər.
    Aydındır ki, belə böyük və ağır məsuliyyətləri qəbul etmək böyük mənəvi əzəmət, qüdrət və xüsusi ləyaqət tələb edir. Daim təmayüllərlə mübarizəni tələb edən, üzü-cü çətinliklərlə yanaşı olan bu vəzifə Allah yolunda daha artıq ürəyiyananlığı, yüksək dərəcədə səbirliliyi gərəkli edir və bu da Allah eşqi olmadan, Onun razılığını cəlb etmədən mümkün deyildir. Buna görə də Öz layiqli bən-dələrinin ən fəzilətlisini, yəni islam Peyğəmbərini ümmə-tə rəhbərlik və imamət məqamına seçərək onu iftixarlı etdi, cəmiyyətə rəhbərliyi və hökuməti onlara əta etdi.
    NÜBÜVVƏTLƏ İMAMƏT BİR-BİRİNİ GƏRƏKLİ EDİRMİ?
    Bu sualın cavabının ardınca digər bir sual irəli çıxır: O da bundan ibarətdir ki, nübüvvət məqamına çatan hər bir peyğəmbər hökmən imam da olmalıdır və yaxud imamət məqamına malik olan bir şəxs mütləq peyğəmbər də olmalıdırmı?
    Bu sualın cavabı mənfidir. İndi bu məsələni vəhy əsasında izah edirik. Qurandakı Talut və onun zalım Calutla mübarizəsi ilə əlaqədar olan ayələrdən aydın olur ki, həzrəti Musanın vəfatından sonra Mütəal-Allah nübüvvət məqamını İşmuil adlı bir şəxsə əta etdi, halbuki imamət, rəhbərlik və hökuməti Talutun öhdəsinə qoymuşdu. Hadisə belə olmuşdu:
    Musanın vəfatından sonra Bəni-İsraildən bir qrupu öz əsrinin peyğəmbərinə dedilər: Bizim üçün bir rəhbər təyin et ki, onun sərkərdəliyi altında cihad edək. Peyğəmbərləri onlara dedi:
    اِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ اَنَّي يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَ نَحْنُ اَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَ لَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ اِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَ زَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَ اللّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ وَ اللّهُ وَاسِعٌ عَلِيمٌ
    "Həqiqətən Allah Talutu sizin üçün rəhbər təyin etdi. Bəni-İsrail qövmü dedi: Necə o bizə sərkərdə ola bilər, halbuki bu işə biz daha artıq layiqik və onun çoxlu mal-dövləti, sərvəti yoxdur?! Peyğəmbərləri dedi: Böyük Allah onu sizə seçmiş, ona daha artıq elm və fiziki qüvvə əta etmişdir. Allah Öz mülkünü, istədiyi hər kəsə əta edər. Allah geniş ehsan və elm sahibidir.”("Bəqərə” surəsi, ayə:251)
    Bu ayədən aşağıdakı məsələlər aydın olur:
    1-Müəyyən məsləhətlər nübüvvətin imamətdən və rəhbərlikdən ayrı olmasını tələb edə bilər, eyni bir zamanda nübüvvət bir kəsin, ümmətə rəhbərlik isə başqa bir şəxsin ola bilər və hər biri ona verilən mənsəb ilə əlaqədar ləyaqətə malik ola bilər. Bu iki məqamın bir-birindən ayrılması mümkün olduğuna görə Bəni-İsrail heç vaxt "ey Peyğəmbər, sən ondan daha layiqlisən” - deyə etiraz etmədilər, əksinə etiraz məqamında sadəcə olaraq "biz ondan daha artıq layiqik” - dedilər.
    2-Talutun bu məqamını Allah ona bağışlamışdı. Çünki ayədə "Allah Talutu sizə rəhbər seçdi”, eləcə də "Allah onu sizə seçmişdir” – deyə buyurulur.
    3-Talutun ilahi məqam və mənsəbi orduya sərkərdəlikdə xülasələnmirdiæ əksinə o, Bəni-İsrail qövmünün rəhbəri və sərkərdəsi idi (çünki məlik–hakimiyyəti öhdəsinə alan şəxsə deyilir). O gündə bu rəhbərlikdən məqsədin Bəni-İsrailə Allah yolundakı cihadda rəhbərliyi olmasına baxmayaraq, onun bu ilahi məqamı ona sair işləri də görməyə icazə verirdi ki, hamısı da hökumət işlərindən idi. Çünki həmin ayənin sonunda buyurulur:
    اِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا
    "Allah Öz mülkünü istədiyi hər kəsə bağışlayır.”
    4-Cəmiyyətə, ümmətə imamət və rəhbərliyin ən mühüm şərti çoxlu elmə, fiziki və mənəvi cəhətdən kifayət qədər qüdrətə malik olmaqdır, xüsusilə o dövrün rəhbərləri ordu ilə birlikdə hərəkətdə və fəaliyyətdə olmalı idi.(Şura” surəsi, ayə:11)
    Deməli, nübüvvətlə imamət bir-birini gərəkli etmiræ bəzən bir insan nübüvvət məqamına çata bilər, lakin ümmətin rəhbərliyini öhdəsinə almaq vəzifəsinə malik olmaya biləræ yaxud bir şəxs Allah tərəfindən ümmətə rəhbər təyin oluna bilər, amma peyğəmbər olmaya bilər. Bəzən Mütəal-Allah hər iki məqamı ləyaqəti olan bir şəxsə əta edir. Quranda buyurulur:
    فَهَزَمُوهُمْ بِاِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَ آتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاءُ
    "Talutun ordusu Calutun ordusunu darmadağın etdi və bu zaman Davud peyğəmbər Calutu öldürdü. Allah ona (peyğəmbərlikdən əlavə) cəmiyyətin rəhbərliyini və hikməti əta etdi, istədiyi şeyləri ona öyrətdi.”("İxlas” surəsi, ayə:4)
    SUAL: 34
    TOVHİDİN ŞİRKDƏN SEÇİLMƏSİNDƏ MEYAR NƏDİR?
    Cavab: Tovhid və şirk məsələləri ilə əlaqədar bəhslərdə ən mühüm şey onların meyarını təyin etməkdir ki, bu məsələ əsaslı şəkildə həll edilsin. Çünki bunlar tam şəkildə həll edilməyincə onların əsasında qurulan sair fəri (təfərrüati) məsələlər də heç vaxt həll olunmayacaqdır. Buna görə də tovhid və şirki müxtəlif yönlərdən, amma qısa şəkildə araşdırırıq:
    1-Zatda tovhid
    Zatda tovhid iki cür bəyan edilir:
    a) Allah (kəlam elminin təbirincə Vacibulvücud) birdir və Onun oxşarı yoxdur. Bu da məhz Quranda müxtəlif ifadələrlə yad edilən tovhiddir:
    لَيْسَ كَمِثْلِهِ شَيْءٌ
    "Heç kəs Onun oxşarı və misli deyildir.”("Rəd” surəsi, ayə:16 "Miləl və nihəl” (Şəhristani), 1-ci cild)
    Başqa ayədə buyurulur:
    وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ
    "Heç bir şey Ona bərabər ola bilməz.”("Ənam” surəsi, ayə:164)
    Əlbəttə, tovhidin bu növü bəzən avam camaat arasında başqa cür təfsir edilir ki, özünə ədəd baxımından olan bir məna alır, yəni "Allah birdir, iki deyildir” deyilir. Bu qəbildən olan tovhid Allahın ilahiyyət məqamına layiq deyildir.
    b) Allahın zatı mürəkkəb deyil, bəsitdir, çünki bir varlığın hər hansı zehni və ya xarici hissələrdən təşkil olunması onun hissələrinə olan ehtiyacı sayılır və ehtiyac da imkanın (mümkünül-vücud olmağın) nişanəsidir, imkan daim illətə (səbəbə) olan ehtiyacla yanaşıdır, halbuki, bunların heç biri Vacibul-vücud məqamı ilə uyğun gəlmir.
    2-Xəlq etməkdə (xaliqiyyətdə) tovhid
    Xaliqiyyətdə tovhid həm əql, həm də nəql tərəfindən qəbul olunan tovhid mərhələlərindən biridir. Əql nəzərindən Allahdan başqa mövcud olan hər bir şey bütün kamal və camaldan məhrumdur, onların malik oduqları hər bir şeyi Allahın zatən qəni olan feyzindən qaynaqlanır. Dünyada kamal və camal cilvələrinin hamısı Allah tərəfindəndir.
    Quran ayələrindəndə xaliqiyyətə dair çoxlu nümunələr vardır ki, onlardan birini qeyd edirik:
    قُلِ اللّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَ هُوَ الْوَاحِدُ الْقَهَّارُ
    "De: Allah hər bir şeyin xaliqidir və O, yeganə və qalibdir.”("Naziat” surəsi, ayə:5)
    Deməli, xaliqiyyətdə tovhid məsələsi ilahiyyatçılar arasında ümumiyyətlə ixtilafa səbəb ola bilməz. Əsas məsələ yaradıl-ışdakı tovhiddir ki, bu barədə iki növ təfsir qeyd olunur:
    a) Dünya varlıqları arasında mövcud olan hər növ səbəb-nəticə qanunu bütünlüklə səbəblərin yaradanı və illətlərin əsası olan Allaha qayıdıræ həqiqətdə müstəqil və əsil xaliq Allahdır, Ondan başqasının öz məlulunda təsiri də mütləq Onun icazəsi və izni ilə baş verir. Bu nəzəriyyədə dünyadakı səbəb-nəticə qanununa (bəşər elmi də onu kəşf etmişdir) etiraf olunur. Lakin eyni halda bu sistemlərin məcmusu hər hansı bir növdə Allahdan asılıdır və nizamları yaradan, onlara səbəbkarlıq xasiyyəti verən, hər şeyə təsir bağışlayan yalnız Odur.
    b) Dünyada yalnız bir xaliq vardır, o da Allahdır. Varlıq aləmində heç bir növ təsir qoyma və təsirlənmə müstəqil şəkildə mövcud deyildir: Allah bütün təbii varlıqların bilavasitə xaliqidir, hətta bəşər qüdrəti də Onun felində təsir qoya bilmir.
    Deməli, varlıq aləmində birdən artıq səbəb yoxdur və o da elmdə "təbii səbəblər” adı ilə tanınan hər bir şeyin yerindədir.
    Əlbəttə, xaliqiyyətdə tovhid üçün belə bir təfsiri bəzi əşairə alimləri irəli sürür, lakin onların məşhur şəxsiyyətlərindən bəziləri, o cümlədən İmamul-Hərəmeyn("Yusuf” surəsi, ayə:40) və son zamanlar Şeyx Məhəmməd Əbdüh özünün "Tovhid” risaləsinə bu nəzəriyyəni inkar edərək birinci nəzəriyyəni seçmişdir.
    3-Tədbirdə (idarəçilikdə) tovhid
    Yaratmaq Allaha məxsus olduğu kimi, varlıq aləminin idarə olunması da Onun öhdəsinədir və varlıq aləmində yalnız bir tədbirçi vardır. Xaliqiyyətdə tovhidi isbat edən dəlillər elə tədbirdəki tovhidi də isbat edir. Quranın çoxlu ayələrində Allah dünyanın yeganə idarəedicisi kimi təqdim edilir və buyurulur: "De: Yoxsa Allahdan başqa məbudlar, rəblər axtaraq, halbuki O, hər bir şeyin tədbirçisidir.”("Sad” surəsi, ayə:26)
    Əlbəttə, xaliqiyyətdəki tovhid barəsində qeyd olunan iki təfsir tədbir tovhidində də irəli çəkilir və bizim nəzərimizdə tədbirdə tovhid dedikdə məqsəd müstəqil tədbirin yalnız Allaha aid olunmasıdır. Deməli, bütün aləm varlıqları arasındakı müəyyən təbii tədbirlərin hamısı Allahın iradə və istəyindən qaynaqlanır. Qurani-Kərim haqqa bağlı olan bu cür tədbirçilərə işarə edərək buyurur: "And olsun o kəslərə ki, varlıq aləmini idarə edirlər.”(Maidə” surəsi, ayə:44)
    4-Hakimiyyətdə tovhid
    Hakimiyyətdə tovhid dedikdə bu nəzərdə tutulur ki, hökumət sabit bir haqq kimi Allaha məxsusdur, cəmiyyətin ayrı-ayrı fərdlərinə hakim yalnız Odur. Quranda belə buyurulur: "İnil-hukmu illa lillah - hakimiyyət (haqqı) yalnız Allaha məxsusdur.”("Maidə” surəsi, ayə:40)
    Deməli, başqalarının da hökuməti Onun icazəsi və istəyi ilə olmalıdır ki, layiqli insanlar cəmiyyətin idarə olunma işini öhdələrinə alsınlar və camaatı əbədi səadətə və kamala doğru hidayət etsinlər. Quran bu barədə buyurur:
    يَا دَاوُودُ اِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْاَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ
    "Ey Davud, Biz səni yer üzündə Öz nümayəndəmiz qərar verdik, belə isə camaat arasında haqq əsasında hökm (hökmranlıq) et.”(Maidə” surəsi, ayə:45)
    5-İtaətdə tovhid
    İtaətdə tovhidin mənası budur ki, zatən itaət olunmalı, eləcə də əsalətən itaət olunması lazım olan şəxs yalnız Allahdır. Buna əsasən başqalarına, o cümlədən Peyğəmbərə, imama, fəqihə, ata-anaya və s.-yə itaət etməyin zərurəti Allahın iradəsi və əmri ilədir.
    6-Şəriət və qanun qoymaqda tovhid
    Qanunçuluqda tovhidin mənası budur ki, qanun qoymaq haqqı yalnız Allaha məxsusdur. Buna əsasən Quran ilahi qanunlar çərçivəsindən xaric olan hər növ hökmü küfr, fisq və zülm kimi qiymətləndirərək buyurur:
    وَ مَنْ لَمْ يَحْكُمْ بِمَا اَنزَلَ اللّهُ فَاُوْلَئِكَ هُمُ الْكَافِرُونَ
    "Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməzsə kafirdir.”("Həmd” surəsi, ayə:4)
    وَ مَنْ لَمْ يَحْكُمْ بِمَا اَنْزَلَ اللّهُ فَاُوْلَئِكَ هُمُ الظَّالِمُونَ
    "Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməsə, fasiqdir.”(Nəhl” surəsi, ayə:36)
    وَ مَنْ لَمْ يَحْكُمْ بِمَا اَنْزَلَ اللّهُ فَاُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ
    "Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməsə zalımdır.”("Bəqərə” surəsi, ayə:34)
    7-İbadətdə tovhid
    İbadətdə tovhidlə əlaqədar ən mühüm bəhs ibadətin mənasının ayırd edilməsidir. Çünki bütün müsəlmanlar bu məsələdə yekdil nəzərə malikdirlər ki, ibadət yalnız Allaha məxsusdur və Ondan başqasına pərəstiş etmək olmaz. Quran bu barədə buyurur:
    اِيّاكَ نَعْبُدُ وَ اِيّاكَ نَسْتَعِينُ
    "Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.”("Yusif” surəsi, ayə:100)
    Quran ayələrindən məlum olur ki, bu məsələ bütün ilahi peyğəmbərlərin dəvətində müştərək bir prinsip olmuş və onların hamısı bu məsələni təbliğ etmək üçün göndərilmişlər. Qurani-Kərim bu barədə buyurur:
    وَ لَقَدْ بَعَثْنَا فِي كُلِّ اُمَّةٍ رَسُولاً اَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ
    "Hər bir ümmətin arasından bir peyğəmbər göndərdik ki, Allaha pərəstiş edin, tağutlardan (tüğyançılardan) uzaq olun.”("Yusif” surəsi, ayə:4)
    Deməli, pərəstişin yalnız Allaha məxsus olması, Ondan başqa heç bir şeyə ibadət edilməməsi kimi danılmaz prinsip barəsində heç bir münaqişə yoxdur və hər kəs yalnız bu prinsipi qəbul etdikdən sonra müvəhhid (tovhidçi) adlana bilər. Əsas məsələ ibadətin qeyri-ibadətdən ayırd edilməsinin meyarındadır. Məsələn, müəllimin, ata-ananın, alimlərin əlini öpmək, haqq sahibləri qarşısında hər hansı növ təzim etmək onlara ibadət etmək sayılırmı, yoxsa ibadət mütləq şəkildə olan xüzu mənasına deyildir, əksinə onda müəyyən şərtlər də vardır ki, həmin şərtlər həyata keçməyincə heç bir xüzu, hətta səcdə həddində olsa belə, özünə ibadət yönü almır?
    İndi bu kimi təvazökarlıq və təzimlərin ibadət olub-olmamasını araşdırmalıyıq və bu, çox bir mühüm məsələdir.
    İBADƏT BARƏSİNDƏ DÜZGÜN OLMAYAN ÇIXARIŞLAR
    Bəzi yazıçılar ibadəti "xüzu” və ya "son dərəcə xüzu” kimi təfsir etmiş, lakin bəzi Quran ayələrini izah etmək istədikdə çıxılmaz vəziyyətdə qalmışlar. Quran aşkar şəkildə buyurur ki, Adəmə səcdə etmək mələklərə əmr olundu:
    وَ اِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ
    "Mələklərə dedik: Adəmə səcdə edin.”("Əraf” surəsi, ayə:28)
    Adəmə edilən səcdə eynilə Allah qarşısında edilən səcdə kimi idi, halbuki birincisi təvazökarlıq izhar etmək, ikincisi isə ibadət və pərəstiş məqsədi ilədir. İndi eyni vəziyyətdə edilən bu iki səcdənin nə üçün müxtəlif mahiyyətə malik olduğunu araşdıraq. Quran bir yerdə Yəqub peyğəmbərin öz övladları ilə həzrəti Yusifə səcdə etdiyindən xəbər verərək buyurur:
    وَ رَفَعَ اَبَوَيْهِ عَلَي الْعَرْشِ وَ خَرُّواْ لَهُ سُجَّدًا وَ قَالَ يَا اَبَتِ هَذَا تَاْوِيلُ رُؤْيَايَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّي حَقًّا
    "Yusüf atasını və anasını taxtda oturtdu, onların hamısı onun üçün səcdəyə düşdülər və Yusüf dedi: Ey ata, bundan qabaq gördüyüm yuxunun təvili (yozumu) bu idi və Allah onun haqq olmasını isbat etdi.”("Ali-İmran” surəsi, ayə:51)
    Qeyd olunmalıdır ki, həzrəti Yusifin "bundan qabaq gördü-yüm yuxu” deməkdə məqsədi on bir ulduzun günəş və ayla birlikdə ona səcdə etməsi yuxusudur. Belə ki, bu barədə buyurulur:
    اِنِّي رَاَيْتُ اَحَدَ عَشَرَ كَوْكَبًا وَ الشَّمْسَ وَ الْقَمَرَ رَاَيْتُهُمْ لِي سَاجِدِينَ
    "Mən yuxuda on bir ulduzun günəş və ayla birlikdə mənə səcdə etdiyini gördüm.”(Ənam” surəsi, ayə:102)
    Həzrəti Yusif öz yaxın adamlarının səcdə etməsini əvvəllər gördüyü yuxunun yozumu hesab etdiyindən aydın olur ki, on bir ulduz dedikdə məqsəd on bir qardaşı, günəş və ay dedikdə isə ata və anası imiş. Deməli, təkcə onun qardaşları deyil, ilahi peyğəmbər olan atası da ona səcdə etmişdir. İndi belə bir sual yaranır: Nə üçün onların son dərəcə bəndəçilik, xüzu sayılan səcdəsi ibadət hesab olunmur?
    GÜNAHDAN DA PİS OLAN BƏHANƏ!
    Yuxarıda işarə olunan bəzi yazıçılar bu sualın cavabında çıxılmaz vəziyyətdə qalarkən belə demişlər: Bu səcdə və xüzular Allahın fərmanı ilə olduğundan şirk deyildir. Lakin bu cavabın çox naşı bir söz olması aydındır. Çünki əgər bir əməlin mahiyyəti şirk olsa heç vaxt Allah ona əmr etməz, çünki Allah buyurur:
    قُلْ اِنَّ اللّهَ لاَ يَاْمُرُ بِالْفَحْشَاءِ اَتَقُولُونَ عَلَي اللّهِ مَا لاَ تَعْلَمُونَ
    "De: Allah (heç kimi) pis işlərə əmr etməz. Yoxsa bilmədiyiniz şeyi Allaha aid edirsiniz?!”(Duxan” surəsi, ayə:8)
    Ümumiyyətlə, Allahın fərmanları bir şeyin mahiyyətini dəyişmir. Əgər bir insanın qarşısında xüzu etməyin həqiqəti ona pərəstişdirsə və Allah da ona əmr versə nəticəsi özünəpərəstiş etməyə dair fərman olacaqdır.
    İRADIN CAVABI VƏ İBADƏTİN HƏQİQİ MƏNASI
    Məlum oldu ki, Allahdan başqasına pərəstiş etməyin qadağan (haram) olması bütün dünya tovhidçiləri tərəfindən qəbul olunur. Digər tərəfdən, mələklərin Adəmə, eləcə də həzrəti Yəqubun və övladlarının Yusifə səcdə etməsi onlara pərəstiş hesab olunmur. İndi görək hansı səbəbə görə bir əməl bir dəfə ibadət adlanır, digər dəfə həmin xüsusiyyətlə ibadətdən xaric olur.
    Quran ayələrinə müraciət etməklə aydın olur ki, ibadət – bir varlıq qarşısında elə xüzu etməkdir ki, onu Allah hesab etmək və Allahın işlərini ona aid etməklə yanaşı olsun. Bu bəyanla aydın olur ki, Allaha və ya Onun ilahi işləri yerinə yetirməyə qüdrətli olmasına etiqad məhz həmin məsələdir ki, hərgah xüzu ilə yanaşı olsa bu əmələ ibadət mahiyyəti verir.
    Dünya müşrikləri – istər Ərəbistan yarımadasında yaşayanlar olsun, istərsə də sairləri – Allahın məxluqu hesab etdikləri bəzi varlıqların qarşısında xüzu və xüşu edir, lakin eyni zamanda inanırdılar ki, Allahın işlərindən bir qismi (onun ən aşağı səviyyəsi günahları bağışlamaq haqqı və şəfaət məqamına malik olmaqdır) onlara həvalə edilmişdir. Babil müşriklərindən bir qrupu səma cisimlərinə pərəstiş edirdilər, amma onları özlərinin xaliqi və yaradanı deyil, rəbbi (tərbiyə edəni), həmçinin dünyanı və insanı idarə edən varlıqlar hesab edirdilər. Həzrəti İbrahim (ə)-ın onlarla apardığı mübahisələr həmin etiqad əsasında baş vermişdi. Çünki Babil müşrikləri heç vaxt günəşi, ayı və ulduzları "Yaradan” hesab etmirdilər, əksinə bunları qüdrətli məxluqlar hesab edir və deyirdilər ki, dünya işlərinin idarə olunması onlara həvalə edilmişdir. İbrahim (ə)-ın Babil müşrikləri ilə apardığı mübahisəni bəyan edən ayələr də məhz "rəbb” kəlməsi üzərində təkid edir. ("Ənam”, ayə 76-77) və rəbb kəlməsi də ixtiyarında olan şeyin tədbirçisi və sahibi mənasınadır. Ərəblər ev sahibinə "rəbbul-beyt”, əkin sahəsinin sahibinə "rəbbuz-ziyə deyirlər, çünki evin və əkin sahəsinin idarə olunması onun sahibinin öhdəsinə qoyulur.
    Qurani-Məcid Allahı varlıq aləminin yeganə tədbirçisi, pərvəriş verəni kimi təqdim edərək müşriklərlə mübarizəyə qalxır və onları yeganə Allaha pərəstişə dəvət edərək buyurur:
    اِنَّ اللّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
    "Böyük Allah mənim rəbbim və sizin rəbbinizdir, belə isə Ona pərəstiş edin, budur düzgün yol.”(Maidə” surəsi, ayə:70)
    Başqa bir ayədə buyurulur:
    ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لاَ اِلَهَ اِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوه
    "O Allah sizin rəbbinizdir, Ondan başqa heç bir məbud yoxdur, hər bir şeyin yaradanıdır, elə isə Ona pərəstiş edin.”("Maidə” surəsi, ayə 6. )
    "Duxan” surəsində buyurulur:
    لَا اِلَهَ اِلَّا هُوَ يُحْيِي وَ يُمِيتُ رَبُّكُمْ وَ رَبُّ آبَائِكُمُ الْاَوَّلِينَ
    "Yeganə olan Pərvərdigardan başqa heç bir məbud yoxdur, həyat verir, öldürür, həm sizin, həm də ata-babalarınızın pərvərdigarı, onların işini tədbir edəndir.” 
    Quranda İsa (ə)-ın dilincə buyurulur:
    وَ قَالَ الْمَسِيحُ يَا بَنِي اِسْرَائِيلَ اعْبُدُواْ اللّهَ رَبِّي وَ رَبَّكُمْ
    "Həzrəti İsa dedi: Ey Bəni-İsrail, həm mənim, həm də sizin rəbbiniz olan Allaha pərəstiş edin!” 
    Qeyd olunanlardan aydın olur ki, qarşı tərəfin rəbb və məbud olmasına etiqaddan uzaq olan, ilahi işlər ona nisbət verilməyən xüzu, hərçənd xüzunun son həddində olsa belə, ibadət hesab oluna bilməz.
    Deməli, övladın ata-ana, ümmətin Peyğəmbər (s.ə.v.v) qarşısında xüzu etməsi heç vaxt onlara ibadət hesab oluna bilməz. Beləliklə, aşağıda qeyd olunan məsələlərdən çoxu: ilahi övliyaların əsərlərinə təbərrük etmək, onların qəbirlərinin zərihlərini və qapı-divarlarını öpmək, Allah dərgahında əziz və hörmətli olan şəxsiyyətlərə təvəssül etmək, layiqli bəndələrini çağırmaq, onların doğum və vəfat günlərini qeyd etmək və sair kimi işlərin agah olmayan bəzi şəxslərin nəzərində Allahdan başqasına pərəstiş və şirk hesab olunmasına baxmayaraq, Allahdan qeyrisinə ibadət hüdudlarından tamamilə xaricdir.
    SUAL: 35
    NƏ ÜÇÜN ŞİƏLƏR SÜNNÜLƏRİN ƏKSİNƏ OLARAQ DƏSTƏMAZ ALARKƏN QOLLARINI AŞAĞIDAN YUXARIYA TƏRƏF DEYİL, YUXARIDAN AŞAĞI YUYUR VƏ AYAQLARINI YUMAQ ƏVƏZİNƏ ONLARA MƏSH ÇƏKİRLƏR?
    Bildiyimiz kimi, dəstəmaz namazın müqəddimati işlərindən biridir. "Maidə” surəsində bu haqda buyurulur:
    يَا اَيُّهَا الَّذينَ آمَنُوا اِذاقُمْتُمْ اِليَ الصَّلاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَ اَيْدِيَكُمْ اِليَ الْمَرافِقِ وَ امْسَحُوا بِرُوُوسِكُمْ وَ اَرْجُلَكُمْ اِليَ الْكَعْبَيْنِ
    "Ey iman gətirənlər! Namaz üçün ayağa qalxdıqda, üzünüzü və əllərinizi - dirsəyə qədər - yuyun, başınıza və ayaqlarınıza kəbeynə qədər məsh edin.” 
    Birinci cümlədə "əydi” sözü işlənmişdir. Bu söz ərəb dilində "əl” sözünün cəm formasıdır. "Yəd” sözü ərəb dilində müxtəlif mənalarda işlədilir. Məsələn: bəzi vaxtlar yalnız barmaqlara, bəzi vaxtlar biləkdən barmaqlara qədər olan hissəyə, bəzi vaxtlar dirsəkdən barmaqlara qədər yerə və bəzi vaxtlar da çiyindən aşağıyə (qola) deyilir.
    Digər tərəfdən dəstəmazda qolun dirsəkdən barmaqların ucunadək hissəsi yuyulmalı olduğundan, Qurani-kərim "iləl-mərafiq” sözünü bu üzvün nə qədər yuyulmasınıi təyin etmək üçün buyurmuşdur. Deməli, "iləl-mərafiq” ifadəsindəki "ila” sözü qolun hansı istiqamətdə (yuxarıdan aşağı və ya əksinə) yuyulmasını deyil, yuyulacaq miqdarı təyin etmək üçündür. Çünki bir şeyin necə yuyulması xalq arasında olan adətə bağlıdır. Adətən təmizlik işlərində həmişə yuxarıdan aşağı istiqamətdə yuyurlar. Məsələnæ həkim xəstəyə, ayaqlarını dizə qədər yumasını göstəriş verdikdə onun ayaqlarını aşağıdan yuxarı deyil, əksinə yuxarıdan aşağıya tərəf yuyurlar. Elə buna görə də şiə məzhəbi dəstəmazda üz və əllərin yuxarıdan aşağı yuyulmasını göstəriş vermiş və bunun əksini düzgün bilməmişdir.
    Dəstəmazda ayrı bir məsələ də ayaqlara məsh etməkdən ibarətdir. Şiə fiqhinə əsasən, dəstəmaz vaxtı ayaqları yumaq deyil, məsh çəkmək lazımdır. Onların dəlili də "Maidə” surəsinin 6-cı ayəsinin zahiri məfhumudur. Bu ayəyə əsasən dəstəmaz alan şəxs iki iş görməlidir: üzü və əlləri yumaq, başa və ayaqlara məsh çəkmək. Bu mətləb ayədəki iki cümlənin müqayisəsindən başa düşülür:
    1-Üzlərinizi və əllərinizi dirsəkdən yuyun.
    2-Baş və ayaqlarınıza kəbəynə qədər məsh çəkin.
    Biz bu iki cümləni əvvəllər fiqhi hökmlərlə tanış olmayan ərəbdilli bir şəxsə göstərdikdə, şübhəsiz "bizim vəzifəmiz üzümüzü və əllərimizi yuyub, baş və ayaqlarımıza məsh etməkdir” deyə cavab verəcəkdir.
    Ərəb qrammatikasına əsasən, "ərcüləkum” (ayaqlarınıza) sözü "və” bağlayıcısı vasitəsilə "birüusikum” (başlarınıza) kəlməsinə bağlanmalı və nəticədə ayaqlara məsh etmək mənası ifadə olunmalıdır. Həmçinin (ayaqlarınız) sözünü heç vaxt "əydiyəkum” (qollarınız) sözünə aid edib ayaqları (məsh etmək əvəzinə) yumaq olmaz. Çünki belə halda mətuf (yəni "və ərcüləkum” kəlməsi) ilə mətufun-əleyh (yəni "və əydiyəkum” kəlməsi) arasında mötərizə cümləsi olan "fəmsəhu birüusiküm” gələcəkdir ki, bu da ərəb qrammatikasında düzgün bir ifadə olmayıb, mənanın tam dəyşməsinə səbəb olacaqdır. Həmçinin bu zəminədə "ərcüləkum” kəlməsini kəsrə və ya fəthə ilə oxumağın heç bir fərqi yoxdur: hər iki surətdə ərcüləkum” qollarınız, kəlməsi, "birüusikum” - başlarınız kəlməsinə bağlanacaq və təkcə onun zahirində ətf edildikdə onu məcrur, məhəllinə ətf (aid) etdikdə isə mənsub ediləcəkdir. Əhli-beyt ¢-dan nəql olunmuş mötəbər rəvayətlərə əsasən, dəstəmaz iki əməldən ibarətdir: "Ğəslətani” – iki üzvü yumaq və "məshətani” - iki üzvə məsh çəkmək. Həzrət İmam Baqir (ə) da Peyğəmbərin (s) necə dəstəmaz almasını nəql edərək o Həzrətin ayaqlarına məsh çəkməsindən xəbər verir.
    Qeyd etmək lazımdır ki, dəstəmaz alarkən təkcə Əhli-beyt ¢ imamları ayaqlarına məsh çəkmir, həm də bir çox səhabələr və tabein bu nəzərdə olmuşdur. Lakin sonralar müəyyən səbəblərə əsasən, müsəlmanlar məsh etməyi yumaqla əvəz etmişlər. Bu haqda fiqhi kitablarda ətraflı məlumat qeyd olunmuşdur.
    Category: Şübhələrə cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 816 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024