İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:37 AM
    Ön söz
    İslamın, xüsusi ilə də Әhli-bеyt məktəbinin fundamental mövzularından biri "Məhdəviyyət” mәsәlәsidir. İslamın əzəmət və İslam hökmlərinin əbədilik nişanəsi olan bu mövzu bütün dinlərdə təsbit olunmuşdur və qurtuluş məsələsi dini amallar sırasında dinlərin prinsipial məsələlərindən biri kimi öz yerini tutmuşdur. Qeyri-ilahi ideologiyalarda və firqələrdə də hansısa formada bu mövzu ilə rastlaşmaq olur.
    Həzrət Məhdinin (ə) zühuru ilə müşayiət olunan böyük vəd mövzusu bəşər tarixi boyu köklü mövzulardan olmuşdur. Belə ki, müqəddəs, dini kitablar, eləcə də, İslamdan öncəki və sonrakı əsərlər bu mövzunun həqiqiliyinə şəhadət vermişlər. Əgər tarix boyu bu mövzu ilə bağlı şübhələr ortaya çıxmışsa, bu özü də uyğun mövzunun müxtəlif cəmiyyətlərdə aktuallığını göstərir. Bütün dinlər və ideoloji məktəblər uyğun mövzu ilə bağlı araşdırmalar aparmışlar. Amma bu məsələyə hərə bir tərəfdən yanaşmış və mövzu hərtərəfli araşdırılmamışdır. Bununla belə, bütün tərəflər süquta uğramış cəmiyyəti paklığa çağıracaq, elm və mərifət, ədalət və ehsan ruhunu bəşəriyyətə qaytaracaq bir şəxsin zühuruna şəhadət vermişlər. Hamı inanır ki, bir gün həqiqət bütünlüklə aşkarlanacaq, vəd olunmuş zühur işığında xalq ədalətə və Allahla yaxınlığa nail olacaq, yer və zaman tarazlıq və səbata çatacaq.
    İslam alimləri tükənməz vəhy çeşməsindən və məsumların ölməz kəlamlarından faydalanaraq böyük vədin (həzrət Mehdinin (ə) zühurunun), onun xüsusiyyətlərinin və görüşünün təsvirini vermiş, nəql, tarix və əqlə istinad edərək Məhdəviyyət maarifini formalaşdırmışlar. Tarix boyu uyğun mövzu ilə bağlı suallar cavablandırılmışdır. İndi də müxtəlif kitablar, risalələr və məqalələr vasitəsilə ilə İslam ümmətinə yetərli məlumatlar verilir. Əlinizdəki kitabın tərtibinin də konkret səbəbləri vardır. Bu səbəbləri nəzərdən keçirək:
    1. Tarix boyu Məhdəviyyət mövzusu ilə bağlı suallar və şübhələr olmuş, İslam alimləri müxtəlif formalarda onları cavablandırmışlar. Amma uyğun suallara, adətən, nəqli və tarixi cavablar verilmişdir. Bu istiqamətdə yetərincə hədis və tarixi kitablar tərtib olunmuşdur. Hədis kitablarından Şeyx Tusinin "Əl-ğeybət”, Şeyx Səduqun "Kəmalud-din”, Seyyid Sədrəddin Sədrin "Əl-Məhdi (ə)”, Mühəddis Nurinin "Nəcmus-saqib” kitablarını misal göstərmək olar. Tarixi kitablar arasında Seyyid Məhəmməd Sədrin "Məvsulətul-imamul-Məhdi (ə)” kitabı diqqəti cəlb edir.
    2. Əsrimizdə uyğun mövzu ilə bağlı yaranmış suallar, adətən, fəlsəfi xarakterli olur. Bu sayaq sualları öncə əqli dəlillərə, sonra tarixi və nəqli məlumatlara əsaslanaraq cavablandırmaq olar. Bu gün Məhdəviyyət mövzusunun yetərincə şəffaf açıqlanması üçün əqli, fəlsəfi, kəlami cəhətləri nəzərə almaq zəruridir.
    3. Əlbəttə ki, əqli və kəlami baxımdan verilən cavablar uyğun boşluğu müəyyən həddə doldurmuşdur. Amma bu kitablar da dövrümüzün ehtiyaclarını tam şəkildə ödəmir. Məhdəviyyət məsələsini əqli yönümdən açıqlayan müəlliflərdən biri böyük mütəffəkir Şəhid Seyyid Məhəmməd Baqir Sədr olmuşdur. Onun "Bəhsun-həvlәl-Məhdi (ə)” kitabında uyğun mövzu ilə bağlı əsaslı araşdırmalar aparılmışdır.
    4. Şübhəsiz ki, İslam düşmənləri öz ideoloji hücumlarında zəif nöqtələri hədəfə alırlar. Onlar Məhdəviyyətә hücumda dа zəif nöqtələri аşkаr еdib hаy-küy salırlar, bu mövzuyа ən kövrək nöqtələrdən zərbə vurmağa çalışırlar. İslam inqilabından sonra düşmən müqəddəs ayinlərimizə, xüsusi ilə Məhdəviyyət mövzusuna daha amansız hücuma keçdiyindən alimlər və qələm əhli bu dini bünövrəni möhkəmləndirmək üçün həmişəkindən daha çox çalışmışlar. Onlar düşmənin fəlsəfi yönümlü iradlarına əqli və kəlami bəhslərlə sərt cavab vermişlər.
    Əlinizdəki kitab da bu prinsip üzərində formalaşmışdır və onda Məhdəviyyət mövzusu nəqli, əqli və tarixi dəlillərə əsasən araşdırılmışdır. Kitabda səy göstərilmişdir ki, düşmənin məhz zəif nöqtələrə yönəlmiş şübhələri aradan qaldırılsın.
    Hazırkı kitabın səciyyəvi xüsusiyyəti onun öz araşdırmalarında kəlami, fəlsəfi dəlillərə əsaslanmasıdır. Cəhd göstərilmişdir ki, uyğun mövzu müxtəlif, xüsusi ilə əqli dəlillər əsasında şəffaf şəkildə təqdim olunsun. Məqsəd Məhdəviyyət mövzusu il bağlı bütün şübhələri aradan qaldırmaqdır. Ümumi oxucu kütləsinin hazırkı kitabdan faydalana bilməsi üçün mövzular sual-cavab şəklində tərtib olunmuşdur. Belə bir forma Məhdəviyyət məsələsi ilə bağlı suallara cavab axtaranlar üçün yetərli mənbə ola bilər. Ümid edirik ki, bu işimiz İmam-Zamanın (ə) diqqətini cəlb etsin, həqiqət axtaranlar üçün faydalı olsun. Bütün elm adamlarından nöqsanlarımızın bağışlanmasını diləyir və onların kitabın nöqsanları ilə bağlı qeydlərini bizə çatdırmalarını xahiş edirik. Sonda bu işdə yardım göstərənlərə, xüsusi ilə həzrət höccətül-İslam-vəl-müslimin Hüseyn Əhmədiyə təşəkkürümüzü bildiririk. Müqəddəs Cəmkəran məscidinin yayım üzrə məsulu olan bu şəxs müxtəlif mərhələlərdə müəllifə yaxından kömək göstərdi. Kitabın ərsəyə gəlməsində zəhmət çəkən bütün insanlara Allah-təaladan mükafat diləyirəm.”
    Əli Əsğər Rizvani Kaşani. Hicri 1425-ci il, mübarək ramazan ayının 23-cü kecəsi.
    Şəkk-şübhə
    Sual: 1. Etiqadi məsələlərə münasibətdə şəkk-şübhə yaranması düzgündürmü?
    Cavab: Öncə belə düşünmək olar ki, dində şəkk pis işdir və qəlbin qaralmağını göstərir. Çünki məqsəd insanın yəqinə, əminliyə çatmasıdır. İman yəqinliklə müşayiət olunmalıdır. Amma şəkk-şübhə insanın iman və yəqinliyə çatmasına kömək göstərsə, onu yaxşı saymaq olar. İman insanın əldə etməli olduğu bir həqiqətdir. Amma o, öncədən mövcud olmur. İnsan şəkk etməsə, yəqinə çatmaz. Quran insanı yəqinə çatdırmaq üçün onun genetik etiqadını şübhə altına alır. Ona görə də Quranda belə buyurulur: "Ata-babaları nadan və ağılsız olduqları halda, onlar ata-babalarına tabe olmalıdırlarmı?”("Bəqərə" 170)
    Şəhid Mütəhhəri buyurur: "Cəmiyyətdə bu sayaq şəkk-şübhələrin olmaması təhlükəlidir. Şəkk-şübhə olmadıqda insanların dini durumunda daşlaşma, bəlkə də, çürümə gedir. Hovuzda uzun müddət saxlanılan saf su qoxuduğu kimi, dini durum da hərəkətsizlikdən tənəzzülə uğrayır. Xalqın dini durumu aram, hərəkətsiz vəziyyətdə qaldıqda, şəkk-şübhə qamçısı yemədikdə onların etiqadına avamlar rəhbərlik edir. Avam qabağa getdikdə isə daim özündən bir şey quraşdırır...”(Fəslnameyi Mutəhhər)
    Amma bəzi şəklər bir növ xəstəlikdir. Məsələn, namaz, dəstəmaz və digər ibadətlərdə, paklıq məsələlərində çox şəkk, vəsvəsə. Bu qəbildən olan şəkk-şübhələr xəstəlik kimidir. Çox şəkk etmək bir növ xəstəlikdir.
    Sual: 2. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin durmuşdurmu?
    Cavab: İnsanlar öz həyatlarında, adətən, şəkk-şübhə baxımından böhran keçirirlər. Məhz bu məqamda insan həssas bir hala düşür. Xüsusi ilə, ətraf mühitdəki düşüncələr, bəzən də müxtəlif təbliğatlar onun qarşısını kəsir. Əgər insan, doğrudan da, həqiqəti axtarırsa Allah ona yol göstərəcək. Allah-təala buyurur: "Bizim yolumuzda cihad və təlaş edənləri, şübhəsiz, öz yollarımıza hidayət edəcəyik.”(Ənkəbut-69)
    Amma bu o demək deyil ki, alimlərin heç bir vəzifəsi yoxdur. Əslində onların çiynində ağır məsuliyyət var və alimlər ağıla gələn şəkk-şübhələri mümkün yollarla aradan qaldırmalı, hamıdan öncə gənc nəsli əminliyə çatdırmalıdırlar.
    Sual: 3. Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?
    Cavab: Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir məlumatı qeyd-şərtsiz dinləyə bilər. Onlar belə bir ayəyə istinad edirlər: "Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən gözəlinə tabe olarlar.”(Zümər-17-18)Hansı ki, bu şərif ayə gözəl sözü seçməyi bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə buyurulur: "Onlar Allahın hidayət etdiyi və düşüncə sahibi olan kəslərdir.”(Zümər-18)
    Bu səbəbdən də etiqadını mötəbər mənbələrlə möhkənməndirməmiş, şübhələrə cavab vermək gücü olmayan insan bu meydana qədəm qoymamalıdır. İnsan dövrü tanımalı, bu günü və gələcəyi üçün proqram hazırlamalıdır. Bir yerdə oturub, yalnız sarsıdıcı şübhələr və zəhərli təbliğatlarla üzləşdikdə çarə ardınca qaçmaq düzgün deyil. Xəstəliyin qarşısını almaq üçün uşaq peyvənd edildiyi kimi, biz də şübhələri qabaqlayaraq, onlara cavab tapmalıyıq ki, müxaliflərlə üzləşdiyimiz vaxt özümüzü itirməyib yetərli cavab verə bilək.
    İmam Sadiq (ə) buyurmuşdur: "Dövrü tanıyan kəsə şübhələr hücum çəkməyəcək.”("Kafi”, c.1, s. 27; "Tohəful-uqul”, s. 356; "Bihar”, c. 75, s. 268.)
    Həzrət Əli (ə) buyurmuşdur: "Öz dövrünü tanıyan insan hazırlığı yaddan çıxarmayacaq.”(Kafi”, c.8, s. 23; "Əmali”, s. 400; "Tovhid”, s. 74; "Tohəful-uqul”, s. 98; "Bihar”, c. 74, s. 287.)
    Məhdəviyyət mövzusunun təsirləri
    Sual: 4. Dövrümüzdə Məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?
    Cavab: Bəziləri elə düşünürlər ki, Məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var, Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...("Əl-Məhdiyyul-muntəzər”, s. 214.)
    Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
    1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.("Tarixi fəlsəfə baxımından Mehdi (ə) inqilabı”, Şəhid Mutəhhəri, s. 57.)
    2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri islami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir.(Həmin mənbə) İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər.
    3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi, ictimai inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məzhəbinin Məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün imamı həzrət Mehdi (ə) diridir, hazırdır və əməllərimizi görür. Həssas məqamlarda ondan kömək alınır. Psixologiya baxımından belə bir inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.
    4. Əsrin imamının nə vaxt hökumət quracağı müəyyən olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də, Məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.
    5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən həyata keçməlidir. Bəşəriyyətin hərcəhətli təkamülü, ali düşüncə səviyyəsinə çatması bu şərtlərdəndir. Zühur dövrünün amallarından xəbərdar olmalıyıq ki, onun yaxınlaşmasını istəyib həzrətin zühuru üçün zəmin yaradaq.
    6. Məhdəviyyət mövzusu yalnız gələcəklə bağlı problemlərə aid mövzu deyil. Bu mövzu həmişəlik imamət mövzusudur. Allahın dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum imamın mövcudluğu zəruridir.
    İslam peyğəmbərindən (s) nəql olunmuş rəvayətlərdə oxuyuruq: "Hər kəs öz dövrünün rəhbərini tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.”(Şərhe-Məqasid”, c.5, s. 239.)
    Məhdəviyyət mövzusunda qeyb, qeyb fəlsəfəsi, qeybin təsirləri və bərəkəti, qeyb dövründə imamın mövcudluğu məsələlərindən danışılır.
    Beləcə, Məhdəviyyət mövzusu qeyb əsrində şiələrin vəzifələrindəndir.
    Ümumdünya ədalət hökumətinin fəlsəfəsi
    Sual: 5. Ümumdünya ədalət hökumətinin zəruriliyi fitrət yolu ilə necə sübuta yetir?
    Cavab: Bəşəriyyətin xilaskarının zühururuna inam bütün insanlarda mövcuddur. Belə bir düşüncə əsl insani xarakterdən qaynaqlanır. Çünki bəşəriyyət fitrətən əhatəli kamilliyə çatmaq istəyindədir. O bilir ki, belə bir kamal yalnız tövhidi ədalət hökumətinin sayəsində gerçəkləşə bilər.
    Şəhid Sədr buyurur: "Mehdiyə etiqad təkcə dini çalarlı İslami bir inanc deyil. Bu inanc müxtəlif dinlərdən, firqələrdən olan insanların arzu-istəklərinə cavab verir. Bu inam xalqın fitri ilhamının təcəllasıdır. İnsanlar aralarındakı əqidə və məzhəb ixtilaflarına baxmayaraq inanırlar ki, yer üzündə vəd olunmuş gün çatacaq və səmavi risalətlərin (missiyaların) son məqsədi həyata keçəcək...”("Bəhsun-həvlәl-Məhdi (ə)”, s. 7, 8.)
    Dəlillər fitrəti müxtəlif bəyanlarla məlumatlandıra bilər:
    Birinci bəyan: a) İnsan öz daxilində ümumdünya tövhidi ədalət hökumətinə ehtiyac duyur; b) Bu hökumət mövcud olmalıdır. Bu həqiqətə olan meyl təyindirsə, şübhəsiz ki, təyin olunan da olmalıdır; v) Bu həqiqətin kamil nümunəsi həzrət Mehdinin (ə) hökumətidir.
    Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.
    İkinci bəyan: a) İnsan dünyanın bugünkü vəziyyətindən məyus olub üstün bir hökumət ümidi ilə yaşayır; b) Belə bir ümid uyğun hədəfin gerçəkləşməsi üçün dəlildir.
    Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.
    Üçüncü bəyan: a) İnsan fitrətən zülmə nifrət edir; b) İnsan nifrət etdiyi şeyin məhvindən şadlanır; v) Bəşər təklikdə bu işin öhdəsindən gələ bilməz.
    Nəticə: Proqram və işində zülmdən əsər-əlamət olmayan hökumətin bərpası zəruridir.
    Sual: 6. Ədalət istəyi fitrətdəndirmi?
    Cavab: Nəzər sahibləri arasında belə bir suala cavab axtarılır ki, şəxsi mənafelərdən uzaq ədalət istəyi fitri olaraq insanın daxilində mövcuddurmu?
    İslamın nəzərincə, insanın daxilində ədalət istəyi mövcuddur. Hətta mənafelər təmin olunmasa da, bu istək yerində qalır. Əgər insan düzgün tərbiyə olunsa, o, özü ədalət sorağında olar. Bu müddəanın sübutu üçün varlığını ədalət yolunda qurban vermiş insanları göstərmək olar. Ədalət onların şəxsi mənafelərinə zidd olduqda belə, uyğun yoldan çəkinməmişlər.
    Əksinə, əksər qərb filosofları belə düşünürlər ki, insanın batinində belə bir istək yoxdur. Elə bu fikirlə də dünyanı müharibə alovuna qərq etmişlər. Onlar bildirirlər ki, ədalət zəif kişilərin uydurmasıdır. Guya zəif kişilər güclü kişilərlə baş-başa gəldikdə çarəsiz qaldıqlarından ədalət sözünü ortaya atıb canlarını qurtarmaq istəyirlər. Onlar öz fikirlərinə belə bir dəlil göstərirlər ki, hətta ədalət tərəfdarı olan şəxs qüdrət əldə etsə, o da başqaları kimi hərəkət edəcək.
    Məşhur alman filosofu Nitsşe yazır: "Çox olub ki, zəiflərin haqq-ədalətdən dəm vurduğunu görüb gülmüşəm. Baxıb görürəm ki, onlar yalnız pəncələri olmadığı üçün ədalətdən danışırlar. Deyirəm: Ey çarəsiz! Əgər sənin pəncən olsaydı, heç vaxt belə sözlər danışmazdın.”
    Bu zümrə özü də iki hissəyə ayrılır: Onların bir dəstəsi deyir ki, ədalət bir arzu olaraq soraqlanmamalı, insan güc-qüvvə axtarışında olmalıdır. Digər bir qrup isə belə düşünür ki, yalnız fərdi mənafeni qorumaq xatirinə ədalətə üz tutmaq lazımdır. Guya ədalət fitri istək deyil. Bertrand Rassel bu zümrəyə məxsus alimlərdəndir.
    Amma bütün bu sözləri bir kənara qoyub fitrətimizə müraciət etsək, görərik ki, ədalət bəşər fitrətindən doğan mövzulardandır.
    Ədalət istəyinin fitri olmasını bir neçə yolla sübut etmək olar:
    1. Batinə diqqət və psixoloji durumların araşdırılması; Çünki fitri meyllər insanın ruhundan qaynaqlanır, ruha aid olan hadisədir.
    2. Psixoloji fəaliyyətlər və bu fəaliyyətlərlə bağlı rəftarların araşdırılması ilə məşğul olan psixoloqların mülahizələrinə müraciət etməklə.
    Sual: 7. Ümumdünya ədalət hökumətinin zəruriliyini fəlsəfi dəlillərlə sübut etmək olarmı?
    Cavab: İslam fəlsəfəsi təbiət aləmində "qəsre-daim” və "qəsre-əksəri” müddəalarını mümkünsüz sayır.
    "Qəsre-daim” dedikdə varlıq aləmindəki həqiqətlərdən birinin öz ömür dönəmində hansısa təbii xüsusiyyətdən məhrum olması başa düşülür. Məsələn, od yansın, amma onun heç bir istiliyi olmasın. Başqa bir misal: yaşadığımız dünyada elə bir güc olsun ki, yaranışdan bu günədək odun istiliyinin qarşısını alsın. İslam bütün bunları mahal, mümkünsüz sayır. Belə bir hadisənin mümkünsüzlüyü fəlsəfədə sübuta yetirilmişdir.
    "Qəsre-əksəri” dedikdə isə təbiətin öz ömrünün əksər dövründə zati səciyyələrdən məhrumluğu nəzərdə tutulur. Fəlsəfədə bu da mümkünsüz sayılmışdır. Varlıq aləmində qanun şəkli almış bu fəlsəfi baxışdan məlum olur ki, zülm-sitəm daimi deyil və bəşər tarixində onun ədalətlə əvəz olunacağı bir gün var.
    Bu fəlsəfi baxışa əsasən, bəşəriyyətə ömür boyu zülm edilməsi mümkünsüzdür. Demək, bəşəriyyət üçün xoş gün gələsidir. Şübhəsiz, elə bir gün gələcək ki, bəşəriyyət vəhşilərin əsarətindən qurtulacaq və ətrafındakıların mehr-məhəbbət kölgəsində ömür sürəcək.
    Sual: 8. Ümumdünya ədalət hökumətinin zəruriliyini təkamül yolu ilə necə sübut etmək olar?
    Cavab: İnsan kamala çatmaq istedadı və xüsusiyyəti olan rüşеyim kimidir. Ondakı daxili istedadların çiçəklənməsi üçün xarici amillərə ehtiyac var. İnsanın təkamülü hərtərəfli olduğundan zaman ötdükcə onun təbiət və cəmiətə bağlılıqları azalır, iman və əqidəyə bağlılığı güclənir. Bu yolu, tədricən adlayan insan gələcəkdə mənəvi azadlığa çatır, yəni əqidə və imana sıx bağlanır.
    Bu baxışa əsasən, daxili ziddiyyət insanın xüsusiyyətidir. Onun maddi və mənəvi meylləri arasında qarşıdurma var. İnsanın daxilindəki çəkişmə istər-istəməz cəmiyyətdə qruplar arasındakı çəkişməyə çevrilir. Bir cəbhədə kamil insan, digər bir cəbhədə qeyri-yetkin insan!
    Nəticə: Bəşərin qeybi bir qüvvəyə, ilahi rəhbərə ehtiyacı var. Bəşəriyyət belə bir rəhbərin yardımı ilə yer üzündə ədaləti, tövhidi, kamilliyi genişləndirib, müxalif qüvvələri aradan götürə bilər.
    Sual: 9. Ümumdünya ədalət hökumətinin zəruriliyini əqli dəlillərlə sübuta yetirmək olarmı?
    Cavab: Ayə və rəvayətlərə əsasən, insan əbəs yaradılmamışdır. Onun yaranışında xüsusi bir məqsəd izlənilmişdir. Bu məqsəd insanın kamilliyə çatması, yəni ilahi görüşə nail olmasıdır. Belə bir məqam isə hərtərəfli yəqinlik və bəndəliklə əldə olunur.
    Kəlam elmində sübuta yetirilmişdir ki, Allahın lütfü bir zərurətdir. Lütf prinsipinə əsasən, Allah-təala yaranış məqsədindən yayındıran işləri aradan götürməli, ali məqsədə doğru yol açmalıdır. Keçmiş tarixə müraciət etməklə öyrənirik ki, belə bir məqsəd bütün bəşər cəmiyyətləri üçün külli şəkildə gerçəkləşməmişdir. Nəticə alırıq ki, yaranış məqsədini gerçəkləşdirmək üçün Allah zəmin yaratmalıdır. Bu zəmin isə bütün yer üzünü bürüyəcək ədalət hökumətinin təşkilidir. Həmin hökumət ali məqsədə çatmaqda bəşəriyyətə yardım göstərəsidir.
    Sual: 10. Ümumdünya ədalət hökumətinin zəruriliyini tarixi hadisələrə istinad etməklə sübuta yetirmək olarmı?
    Cavab: Keçmiş və müasir tarixə müraciət etdikdə məlum olur ki, bəşəriyyət tarix boyu müxtəlif zülm-sitəmlərə, qətl-qarətlərə düçar olmuşdur. Xüsusi ilə də müvəhhid (təkallahçı) insanlar həqiqətin müdafiəsində suçlanaraq müxtəlif şəkillərdə incidilmişlər.
    Qurani-Kərim «Uxdud əshabı» haqqında söz açır. Bildirilir ki, müxaliflər böyük bir xəndək qazıb onda yetərincə əzəmətli bir tonqal qaladılar. Onların məqsədi möminləri və müvəhhidləri diri-diri bu odda yandırmaq idi.(bax: "Büruc”, 1-8.)
    Tarixdə oxuyuruq ki, Misir fironu yalnız yuxusuna əsaslanaraq neçə böyük cinayətlərə əl atdı. Yuxusundan əndişələnən bu kəs öz vücudunu qorumaq üçün misilsiz cinayətlər törətdi.
    Tarixin digər bir səhifəsində Həccac ibn Yusif Səqəfi haqqında danışılır. O, İraqda 20 illik hakimiyyəti dövründə dəhşətli cinayətlər törətdi/("Mürucuz-Zəhəb”, c. 3, s. 166, 167.)
    1-ci dünya müharibəsində günahsız insanlar amansızlığa düçar oldu. Rəsmi statistikaya görə bu müharibədə öldürülənlərin sayı 22 milyona çatmışdır. Çox keçməmiş ikinci dünya müharibəsi başladı. Bu müharibə 70 milyon insanın həyatına son qoydu.
    Əlcəzairin işğalı zamanı fransalılar 2 milyondan artıq müsəlmanı qətlə yetirdilər. Vyetnam müharibəsində yüz minlərlə günahsız insan amerikalılar tərəfindən öldürüldü.
    Ötən 50 ildə İsrail qəsbkarlarının çəkmələri altında yüz minlərlə fələstinli öldürüldü, yaralandı və ev-eşiyindən didərgin düşdü.
    Bəşəriyyətin gələcəyini, müxtəlif millətlər arasındakı düşmənçilikləri bir qədər araşdırsaq, bəşəriyyəti necə böyük bir təhlükə gözlədiyinə şahid olarıq. Bu gün bir çox ölkələr bir-birlərini məhv etmək üçün kütləvi qırğın silahları hazırlayır. Bu silahlar yer kürəsini bir neçə dəfə məhv etmək üçün bəsdir. Samuyel Hantiqton kimi Amerika ideoloqlarının hazırladığı mədəniyyətlərin savaşı proqramı Amerika siyasətçiləri üçün başlıca plan olmuşdur. Bütün bunları nəzərə aldıqda bəşəriyyət hansı gələcəyə ümid edə bilər? Uyğun problemlərin həll yolu nədir?
    Görəsәn bəşəriyyət öz gücü ilə bütün dünyanı səadətə çatdıracaq proqram hazırlayıb onu həyata keçirə bilərmi? Şübhəsiz, bu mümkünsüzdür. Çünki bu vaxtadək həmin iş görülməmişdir. Bundan sonra da insan Allah-təalanın göstərişləri, qeybi məlumatlar olmadan bir şey bacarmayacaq. Nəzərdə tutulan xoşbəxtliyə çatmaq üçün Allah tərəfindən qeybi bir xilaskarın gəlişi, bəşəriyyəti mövcud bəlalardan xilas etməsi zəruridir. Bu şəxs zühuru vəd olunmuş həzrət Mehdidir (ə).
    Sual: 11. Bəşəriyyәtin qeybi yardımlara ehtiyacı varmı?
    Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.
    Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə nadanlıq deyil. Əgər problemləri doğuran təkcə nadanlıq olsaydı, elm və texnika köməyə gəlib bəşəriyyəti xilas edə bilərdi. Amma mövcud çətinliklərin məlumatsızlıqdan əlavə də amilləri var. Zaman ötdükcə problemlərin artımı uyğun yardımlara ehtiyacdan danışır. Bəşəriyyətə problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs istəkləri , şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu gün elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Elm öz-özlüyündə işıq olsa da, bu işıqdan hansı yolda istifadə olunması mühümdür. Elm hədəfi müəyyənləşdirmir. O, məqsədə çatmaq üçün, sadəcə, bir vasitədir.
    Vil Dorant deyir: "Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.”(Fəlsəfənin ləzzətləri”.)Elm və texnologiya dövrünün insanı şəhvət və qəzəb baxımından qədim insanlardan fərqlənmir. Elm nəfs azğınlıqlarının qarşısını ala bilməmişdir. Elmi inkişaf faşizmin mahiyyətini dəyişə bilməmiş, əksinə, primitiv qılıncdan atom bombasına çevrilərək çirkin məqsədlərin həyata keçməsi üçün vasitə olmuşdur.
    Rassel deyir: "Hazırkı dövr elə bir dövrdür ki, heyrət hissi zəifliklə birlikdə hamını bürümüşdür. Elə bir savaşa doğru hərəkətdəyik ki, təqribən, kimsə onu istəmir. Elə bir savaş ki, bəşər növünün böyük bir hissəsini yoxluq aləminə göndərəcək...”("Yeni ümidlər”, s. 2.)
    İnsan maddi və zahiri amillər əsasında mühakimə aparsa, bu bədbinliklərə haqq qazandırar. Bu bədbinlikləri aradan qaldırmaq üçün isə qeybi yardımlara iman zəruridir. Belə bir inam bədbinliyi nikbinliklə əvəz edir və insan inanır ki, bəşəriyyətin səadəti, rifah və kamilliyi, əmin-amanlığı gələcəkdədir və bəşəriyyətin yolunu gözləyir.
    Bəli, ilahi məktəbdə tərbiyə almış şəxs belə deyir: Ola bilməz ki, dünya bir neçə dəlinin əli ilə viran qoyulsun. Dünya təhlükə qarşısındadırsa da, Allah keçmişdə möcüzə göstərib bəşəriyyətə yardım etdiyi kimi indiki şəraitdə də ağılları heyran qoyacaq iş görməklə öz xilaskarını göndərəcək...
    Şəhid Mütəhhəri buyurur: "Bu düşüncə hər şeydən öncə təbiət aləmindəki gedişata, tarixi təkamülə, gələcəyə inamdan, bəşəriyyətin xoş gələcəyinə nikbinlikdən doğur...”(Mehdi (ə) inqilabı”, s. 5, 7.)
    Sual: 12. Nə üçün peyğəmbərlərin dövründə ümumdünya ədalət hökuməti qurulmayıb?
    Cavab: Bu sual başqa şəkildə də verilə bilər: nə üçün ümumdünya ədalət hökuməti bəşər tarixinin sonunda gerçəkləşəcək? Görən bu iş təsadüfidir, yoxsa nəyəsə əsaslanır? Deyə bilərik ki, fərdin təkamülü və nəticədə ədalətli hökumətin qurulması üçün iki əsas amil gerçəkləşməlidir:
    1. Xarici amil: Cəmiyyətin hər bir üzvü yaranış məqsədi olan ədalət və kamalın mənasını anlamalıdır. Eləcə də, bu məqsədə aparan yol tapılmalıdır. Nə qədər ki, bəşər düşüncəsi bu həqiqətləri anlamır, düzgün məqsədə çatmaq üçün peyğəmbərlərə möhtacdır.
    2. Daxili amil: Bu böyük məsuliyyət və hədəfi dərk edəcək düşüncə. Belə bir məqsədə çatmaq üçün insan vücudunda şüur yetkinləşməlidir. Şüurun yetkinləşməsi üçün isə növbəti şərtlər ödənməlidir:
    a) Ağıl, Allaha itaətin, Allaha münasibətdə xüzu və xüşunun (mütiliyin) əhəmiyyətini dərk etməlidir;
    b) Allaha itaət fərdin, cəmiyyətin ədalətə çatması, cəmiyyətdə mütləq ədalətin yaranması üçün zamindir;
    v) İnsan ədalət və onun təsirlərini bilməlidir.
    Bu daxili amil bir neçə yolla ödənə bilər:
    1) Uyğun iman və ixlas cəmiyyətdəki fərdlərdə möcüzə şəklində yaranmalıdır.
    Belə bir ehtimal möcüzə qanunu ilə uyğun gəlmir. Çünki möcüzənin əhatəsi məhduddur. Hansı ki, məqsədə çatmaq üçün möcüzədən başqa digər yollar var. Uyğun tələb insan tərəfindən azad, ixtiyari şəkildə ödənməlidir. İnsanın kamilliyi onun ixtiyari şəkildə gördüyü işdən asılıdır. Möcüzə isə deyilənlərə ziddir.
    2) Bəşəriyyət heç bir məcburiyyət olmadan ali düşüncəyə çatmalıdır ki, Allahın rəhbərliyi altında uyğun ali məqsədi həyata keçirə bilsin.
    Bəşəriyyətin mövcud xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir nəticəyə gəlirik ki, hələ ki insan nəzərdə tutulan kamil məqsədi dərk edəcək düşüncəyə çatmamışdır. Çünki o yarandığı gündən kamil ədalətin tətbiqi üçün zəruri olan iki şərtə malik deyil: Kamil formada ədaləti tanımaq; həqiqəti tanıdıqdan sonra onun həyata keçirilməsi üçün fədakarlıq hazırlığı.
    Hətta bəşəriyyət kamil ədaləti tanısa da, hələ ki, bu məqsədə çatmaq üçün praktiki hazırlığa malik deyil. Çünki ən üstün dövrlərdən olan peyğəmbər dövründə də İslam yolunda fədakarlıq məsələsində səhabələrlə problemlər olmuşdur.
    Allah-təala səhabələrdən bəzilərinə etirazla buyurmuşdur: "Ey iman gətirənlər! Nə üçün sizə "Allah yolunda cihada doğru hərəkət edin” deyildikdə ağırlaşırsınız?!
    Yoxsa axirət əvəzinə dünya həyatı ilə razılaşmısınız?! Hansı ki, dünya həyatı matahı axirətlə müqayisədə cüzidir.”("Tövbə”, 38)
    Belə bir nəticəyə gəlirik ki, hələ ki, bəşəriyyət ümumdünyəvi bir hökumətin təşkilinə hazır deyil və xilaskarın zühuru üçün şərait yaranmamışdır.
    Seyyid Rza Sədr deyir: "Bir gün gələcək ki, bəşəriyyət güclü və agah rəhbərliyin hakimiyyəti altında yaşamaq qabiliyyəti əldə edəcək. Belə bir qabiliyyət onun təkamülündən ibarətdir. Kamilləşməmiş bəşəriyyətin ədalətli hakimiyyət altında yaşamaq ləyaqəti yoxdur. Əslində belə bir toplum ədalətli hakimiyyəti qəbul etmir. Uyğun hakimiyyətin zorla qəbul etdirilməsi yetərsizdir. Zülm-sitəm ədalət üçün nərdivan ola bilməz. Zülmlə qurulan hakimiyyət ədalətli deyil. Onun yalnız adı ədalətli ola bilər. Naqis bəşəriyyət ədalətli hakimiyyəti qəbul etmir. O, belə bir hakimiyyətdən uzaq olmaq istəyir. Həzrət Əli (ə) buyurmuşdur: "Bu xalq məndən yorulub, mən isə bu xalqdan”. Sonra həzrət ədalətdən qaçan xalqa nifrin edərək buyurmuşdur: "Pərvərdigara, məni onlardan al.” Ədalətli hakimiyyət xalqın razılığı ilə qurulmalıdır. Xalq belə bir hakimiyyətin sorağınca gəzməlidir. Ədalətli hakimiyyət istəyən insanlarda heyvani sifətlər insani sifətlərin kölgəsində qalır.”("Rahe-Məhdi (ə)”s. 54.) Rəvayətlərdə isə digər bir nöqtəyə işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: "Bizim dövlət və hakimiyyətimiz sonuncu dövlət və hakimiyyətdir. Hakimiyyət heç bir ailə üçün əbədi deyil. Yalnız bizdən öncə hakimiyyətə çatıb onu başa çatdıranlar istisnadır. Əgər hakimiyyətdə bizim yolumuzu müşahidə etsələr, deməsinlər ki, əgər biz də hakimiyyətə çatsaydıq, bu sayaq rəhbərlik edərdik. Allah-təalanın "Аqibət pəhrizkarlar üçündür” buyuruğuna işarə olunur.”("Əl-ğeybət”, s. 472; "Bihar”, c. 52, s. 332.)
    Sual: 13. Bu dünyada ədalətli hökumətin qurulmasına hansı zərurət var?
    Cavab: Bəziləri ümumdünya ədalət hökumətinin zəruriliyinə inandıqdan sonra deyirlər: "Əgər axirət aləmində ədalət əhatəli şəkildə bərpa olunacaqsa, bu dünyada belə bir hökumətin təşkilinə nə ehtiyac var?”
    Bu irada cavab olaraq belə deyə bilərik:
    1. İbadət və Allahla görüşə yetişmək yaranış hədəfi sayılmışsa, demək, belə bir hökumət dünya həyatı başa çatmamış yer üzündə gerçəkləşməlidir.
    2. Bəşəriyyətin belə bir hökumətə fitri meyli var. Buna görə də uyğun hakimiyyət dünya həyatında qurulmalıdır.
    3. "Qəsre-daim” və "qəsre-əksəri” (daimi və əhatəli zülm) mümkünsüz olduğundan insan təbiət aləmində özü üçün zülm-sitəmin olmadığı, əhatəli və ədalətli bir hakimiyyət görməlidir.
    4. Təkamül insan üçün axirət aləmində yox, bu dünyada qiymətlidir. İnsan fitrətən kamillik sorağında olduğundan kamilliyə hərəkət üçün şərait olmalıdır. Həzrət Mehdinin (ə) zühuru dövründə belə bir şərait yaranacaqdır.
    Sual: 14. Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?
    Cavab: Bəziləri düşünürlər ki, elm və texnika əsrində rəhbərə ehtiyac yoxdur. Onların nəzərincə, bəşəriyyət günbəgün müstəqilləşir və kamilləşir, onun qeybi yardımlara ehtiyacı azalır, ağıl və elm tədricən boşluqları doldurur...
    Əslində isə elm və texnika əsrində bəşəriyyət üçün daha böyük təhlükələr yaradır. Əsas təhlükə tamahkarlıq, məqampərəstlik, bir sözlə, nəfsə itaətdən doğur. Məgər elm və texnikanın inkişafı insanlardakı təqva, haqpərəstlik, iffət meyllərini təmin edə bilirmi? Əslində iş tamam başqa cürdür.
    Bugünkü elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Nə üçün belə olub? Belə cavab vermək olar ki, elm həqiqətən də, çıraq, işıqdır. Əsas məsələ odur ki, bəşəriyyət bu çıraqdan hansı yolda istifadə edir. Öz məqsədinə çatmaq üçün elm və texnikadan yararlanan bəşəriyyətin məqsədi nədir? Əgər bəşəriyyət yanlış bir yol tutarsa, bu çıraq ona nə dərəcədə faydalı ola bilər? Elm insana doğru yol göstərməkdə acizdir. Bu dinin işidir. Elm insan və onun meyllərindən savay hər şeyə hakim ola bilir.
    Vil Dorant texnika əsrinin insanı haqqında deyir: "Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.”(Fəlsəfənin ləzzətləri”.) Elm və texnika əsrinin insanı öz qəzəb və şəhvət baxımından qədim insanlardan fərqlənmir. Elm insanı azğın nəfs istəklərindən xilas edə bilməmişdir!
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 716 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024