İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:34 AM
    Tətbiqi xilaskarlıq
    Sual: 21. Tarix məqsədsizdirmi?
    Cavab: Məşhur "Qərb mədəniyyətinin süqutu” əsərinin müəllifi alman mütəfəkkiri Osvald Spinqler tarixi canlı bir varlıq kimi fərz edir və onu periodik sayır. Onun nəzərincə, hər bir tarixi dövr min il çəkir. Bir dövrün ardınca onun yerini başqa bir dövr tutur.
    Onun nəzərincə, tarixi gedişatda təkamül yoxdur və tarix bir-birinin ardınca gələn mədəniyyətlər məcmusudur. Bir mədəniyyətin qürubundan sonra o biri mədəniyyət tülu edir. Əslində onun baxışına əsasən dünya tarixi mədəniyyətlərin həyat və ölümünün tükənməyən yaranış və inkişafından bir təsvirdir.(Qərb mədəniyyətinin sübutu”»)
    Uyğun nəzəriyyəyə belə bir sual ünvanlaya bilərik: Tarixin yeni dönəmi özündən əvvəlki dönəm kimidir, yoxsa yetkinlik baxımından fərqlənir?
    Əgər hazırkı dönəm əvvəlki dönəmin eyni olsa, onu həmin dönəmin davamı saymaq olar. Belə ki, yeni bir dönəmdən danışmağa dəyməz. Bir dönəmi özündən əvvəlki dönəmdən nöqsanlı saymaq gerçəkliyə ziddir. Üçüncü hal hər bir dönəmin özündən əvvəlki dönəmdən kamil olmasıdır. Sual oluna bilər ki, bu kamillik həmin dönəmin özündən qaynaqlanır, yoxsa xarici amil var? Əgər bu kamillik onun daxilindən qaynaqlanırsa, tarixin təkamül nəzəriyyəsi düzgündür. Dönəmin inkişafı xarici amillərlə bağlıdırsa, bu materialist bir baxışdır.
    Digər bir tərəfdən, haqqında danışılan nəzəriyyə xarici gerçəkliyə ziddir. Çünki bəşər həm mənəvi, həm də maddi baxımdan təkamüldədir. Hər bir əsr özündən əvvəlki əsrin təcrübələrindən faydalanır və onu inkişaf etdirərək irəli aparır.
    Sual: 22. Materialistlər dünyanın sonu haqqında nə düşünür?
    Cavab: Materialistlər bəşər tarixinin gələcəyi ilə bağlı dörd nəzəriyyə irəli sürmüşlər. Bu nəzəriyyələrin hər birinin bəşəriyyəti səadətə çatdıracağı bildirilir:
    1. Bəşəriyyətin elmi-texniki tərəqqinin vasitəsi ilə xoşbəxtliyə çatması;
    2. Qanunları dəyişmək yolu ilə parlaq gələcəyin əldə olunması;
    3. Yer üzünün birqütblü edilməsi yolu ilə xoşbəxtliyin təmini;
    4. Materializm baxımından parlaq gələcəyin təsviri.
    Sual: 23. Bəşəriyyət yeni texnologiyalar vasitəsi ilə xoşbəxt ola bilərmi?
    Cavab: Bəziləri belə düşünürlər ki, bəşəriyyətin yalnız maddi dirçəlişi cəmiyyətin səadətə və rifaha çatmasını təmin edə bilər. Bu baxışa əsasən, bir o qədər də uzaq olmayan gələcəkdə bəşəriyyət xoşbəxtliyə qovuşasıdır.
    Uyğun baxışa cavab olaraq deyə bilərik ki, elm bəşəriyyəti xoşbəxt etmək, ədaləti təmin etmək gücündə deyil. Bəli, elm və texnika inkişafdadır. Amma bu inkişaf insanı yalnız maddi baxımdan təmin edə bilər. Amma ədalətli bir quruluşda maddi təminat varsa, xoşbəxtlik də var. Ədalətsiz qurluşda isə maddi təminat həlledici rol oynamır.
    Bəşəriyyət öz yolunu təkcə maddi baxımdan azmamışdır. Əlbəttə, problem təkcə maddi durum olsaydı, elm və texnika məsələni həll edə bilərdi. Əslində isə tamam başqa amillər var: Cilovlanmayan nəfs istəkləri; şəhvət və qəzəb; tamahkarlıq; məqampərəstlik; üstünlük istəyi; ləzzət ardınca qaçmaq.
    Bir sözlə, bütün bəşərin yoluxduğu nəfspərəstlik! Buna görə də elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Doğurdan da, elm çıraqdır. Amma bu çıraqdan hansı yolda istifadə olunması mühümdür. Elm yanacağı ağıl olan bir çıraqdır. O hədəfi müəyyənləşdirmir, sadəcə, hədəfə çatmaq üçün vasitədir.
    Yenə də Vill Dorantın məşhur sözü yada düşür. "Biz texnika baxımından güclənmişik, məqsəd baxımından yoxsullaşmışıq.”
    Bu səbəbdən də elm və texnologiya zalım hökumətin ixtiyarına verildikdə bəşəriyyət bir sıra problemlərlə üzləşir. O cümlədən bu hökumət:
    1. Bəşərin məhvinə aparır;
    2. Yalnız varlı təbəqənin rifahı üçün səy göstərir;
    3. Ədalətsiz olduğundan elm bəşəriyyətə zülm üçün vasitəyə çevrilir.
    Sual: 24. Dünyanın sonunda liberalizm hakim ola bilərmi?
    Cavab: Bəzi qərb mütəfəkkirləri iddia edirlər ki, bir gün bütün yer üzündə liberalizm, yəni hərcəhətli azadlıq hakim olacaq. Onlar liberalizmi bəşəriyyət üçün yeganə xilas yolu bilirlər. Liberalizmin mədəni, siyasi və iqtisadi növləri varsa da, adətən, birinci mənadakı liberalizm nəzərdə tutulur.
    Sual: 25. Tarixin sonu barədə Fokoyama nə düşünür?
    Cavab: Amerikada yaşayan müasir Yapon yazıçısı Fokoyama tarixin sonunda Hegel tarixinə əsaslanan bir nəzəriyyənin hakim olacağını bildirir. O deyir: Tarix kamilləşməkdədir; Bu təkamül həm mənəvi, həm də maddidir; hər iki kamilləşmə tarixin sonuna aparır; mənəvi kamillik 1806-cı ildə Napoleonun məğlubiyyət dövrünə təsadüf edir; maddi kamillik təxirə düşmüşdür, hazırkı liberalizm dövrü hegel tarixinin sonudur və bəşər xoşbəxtliyinin qaynağıdır.("Xarici siyasətdə nəzəri araşdırmalar”, s. 182.)
    Bu baxışa münasibətdə belə deyə bilərik:
    1. Bu nəzəriyyə tarixin sonu ilə bağlı İslam baxışlarını nəzərdən qaçırmışdır.
    2. Bu irqçi düşüncə Amerikanın öz xarici və daxili siyasətində xoşbəxtliyə çatdığına və bu xoşbəxtliyi bütün dünyaya dadıracağına inanır.
    3. Bu nəzəriyyəyə əsasən,kim qalibdirsə, o da üstündür. Hansı ki, tarixdə bir çox qaliblər zalımlar zümrəsindən olmuşdur.
    Sual: 26. Marşal Mak Lovhan liberalizm hakimiyyətini necə təhlil edir?
    Cavab: O dünyanın gələcəyi və liberalizm haqqında belə deyir:
    a) Əməliyyat və informasiya inqilabı bəşəriyyətin bir-biri ilə rahatca əlaqə saxlamasına səbəb olmuşdur.
    b) Belə bir yaxınlıq təbii olaraq vahid ümumdünya hökumətinin təşkilini zəruriləşdirir.
    v) Bu məntəqənin mədəniyyəti və ictimai quruluşu öz hakimiyyətini müəyyənləşdirir.
    q) Liberalizm düşüncəsi bütün ideologiyalardan daha çox maraq doğurmaqdadır.
    d) Qalib düşüncə tərzi yayıldıqca digər ideologiyalar və düşüncələr onda həll olacaq.
    Nəticə: Tarixin sonunda liberal demokratiya ideologiyası qalib ideologiya olacaq.(Həmin mənbə, s. 271.)
    Yuxarıdakı mülahizələrə cavab olaraq deyə bilərik ki, böyük informasiya inqilabına heç bir şübhə yoxdur. Amma bunu da qeyd etməliyik ki, hamının bir-biri ilə əlaqə saxlaya bilməsi xoşbəxtlik deyil. Xoşbəxtliyin digər amilləri və dəlilləri mövcuddur.
    Liberalizm vahid dünya hökumətinin ehtiyaclarına cavab verə bilmədiyindən belə bir hakimiyyətə iddialı ola bilməz. Demək olar ki, bütün dünya mütəfəkkirləri yalnız dünya və insan həqiqətini özünə ehtiva edən bir məktəbin ümumbəşəriliyinə inanırlar. Tarixin sonunadək yaşamaq istəyən məktəb dünya və insanı olduğu kimi tanımalı, onları düzgün dəyərləndirməlidir.
    Liberalizmin də Marksizm kimi problemləri var. Bu iki məktəb insan fitrəti ilə bir araya sığmır. Onlar insanın əslini görməməzliyə vurub, işə ortadan başlamaq istəyirlər.
    Bu gün qərbin aparıcı ideologiyalarında mövcud olan nöqsanları üzə çıxarmaq asan deyil. Çünki qərbin bər-bəzəkli zahiri insanların göz və qulağını tutmuşdur.
    Olsun ki, dünyada ən çox nailiyyət qazanmış dövlət Amerikadır. Maddi baxımdan bu ölkə digərlərindən öndədir. Amma doğurdanmı Amerika idealdır? Amerika və qərbin bir çox problemləri var. Bu problemlərdən bəzilərini nəzərdən keçirək:
    1. Məqsədsizlik – liberalist ölkələrdə, hətta Amerikada etiraf olunur ki, cəmiyyətə puçluq ruhiyyəsi hakimdir. Yəni gündəmdə "biz hara gedirik”, "biz nə axtarırıq” kimi suallar durur. Bu sayaq ciddi sualları doğuran hakim ideologiyaların cəmiyyət və insanı düzgün dəyərləndirməməsi, mənəviyyata diqqətsizliyidir.
    2. Ailə böhranı – cəmiyyətin ilkin hücеyrәlәri ailədir. Bəşər cəmiyyətində bu hücеyrәlәrin ən zəifi qərbdədir. Artıq qərbdə ailə heç bir əhəmiyyət daşımır. Qərb cəmiyyətində ailə yox, fərd əsas götürülür. Bu səbəbdən də həmin cəmiyyətlərdə qanunsuz doğulan körpələrin sayı təsəvvür olunmayacaq həddə çatmışdır.
    3. Pis vərdişlər – qərb cəmiyyətindəki puçluq ruhiyyəsi gənc nəsli pis vərdişlərə yoluxmuşdur. Əgər gənclərin spirtli içkilərə aludəliyi ilə bağlı statistikaları nəzərdən keçirsək, bu rəqəmlər bizi dəhşətə gətirər. Bəli, pis vərdişlərə, alkoqolizmə və narkotikaya çıxış yolu kimi baxan qərb cəmiyyəti məhv olmaqdadır.
    4. Amansızlıq – amansızlıq ruhiyyəsi yalnız gənclərdə yox, hətta uşaqlarda tüğyan edir. Xüsusi ilə Amerikada hər an gənclərin və uşaqların törətdiyi vəhşiliklərə şahid ola bilərik. Əgər bu hadisələr bütün dünyaya nümayiş etdirilsə, həmin cəmiyyətlərdəki problemlərin dərinliyindən xəbər tutarıq.
    5. Əmin-amanlığın olmaması – xüsusi ilə Amerikanın əksər böyük şəhərlərində şəxsiyyətini azca qoruyan insanlar axşam düşəndən bayıra çıxmırlar.
    6. Ayrı-seçkilik – qərbdə, xüsusi ilə də Amerikada irqi ayrı-seçkilik ictimai bir bəladır. Əgər bu ölkələrdəki qara və qırmızı dərili insanlarla, mühacir müsəlmanlarla dərdləşə bilsək, onların hansı münasibətlə üzləşdiyindən xəbər tutarıq.
    7. Yoxsulluq – Amerikada rəsmi statistik göstəricilərə görə xalqın 13 -14 faizi yoxsulluqdan aşağı səviyyədə yaşayır. İki yüz əlli milyonluq bir cəmiyyətdə bu faizin arxasında otuz-qırx milyon insan dayanır. Hansı əsasla belə bir cəmiyyət ideal sayılmalıdır?
    8. Cinsi azğınlıq – ailə təməli dağıldıqdan, insanların əksəri ümidsizliyə qapıldıqdan sonra, xüsusi ilə Amerika cəmiyyətində cinsi azğınlıq zirvə həddinə çatmışdır. Qeyri-qanuni uşaqların doğulması qərbi, xüsusi ilə Amerikanı ağuşuna almış ən böyük bəlalardandır.
    9. Çərçivəsiz informasiya şəbəkəsi – Amerika və qərbin ciddi problemlərindən biri onlardakı informasiya şəbəkəsinin heç bir hədd-hüdud gözləməməsidir. Təəssüf ki, digər ölkələrdə də uyğun halın təqlidi ilə rastlaşırıq. Hazırda qərb informasiya şəbəkəsi tam açıq-saçıqdır. Bu şəbəkələrdə əxlaqsızlıq təbliğ olunur, insanların şəxsiyyəti alçaldılır. Əksər insanlar öz şəxsi məsələlərinin bu şəbəkələrdə yayımlanacağından qorxu keçirir.
    10. Yetərsiz təhsil sistemi – qərb və Amerikanın bütün dünyaya yeritmək istədiyi təhsil sistemi əslində tam yetərsizdir. Qərbin əksər təhsil müəssisələrində mühacirlər çalışır və onlar öz maaş müqabilində maşın tək işləyirlər.
    11. Xəstə iqtisadiyyat – bəziləri elə düşünürlər ki, qərb iqtisadi baxımdan dünyanın behiştidir. Hansı ki, Amerika dünyanın ən böyük borcu olan ölkəsidir. Onun daxili və xarici borclarının miqdarı insanın ağlını başından çıxarır. Əlbəttə ki, bu borclar çox mahir şəkildə ört-basdır edilir.
    12. Dünya bazarlarından asılılıq – Amerika sənayesi asılı bir sənayedir. Bu sənayenin dünya bazarı ilə əlaqələri qısa müddət kəsilərsə, o iflic olar.
    Əgər liberalizmin hakim olduğu qərb və Amerikada vəziyyət belədirsə, hansı əsasla onlardan nümunə götürmək olar?!
    Sual: 27. Dünyanın sonu haqqında Taflerin nəzəri nədir?
    Cavab: "Üçüncü dalğa” kitabının müəllifi amerikalı jurnаlist Elvin Tafler tarixin sonu və liberalizmin tarixi haqqında deyir:
    a) Dövrümüz "ən çox” dövrüdür. Ən çox tamaşaçısı olan film ən yaxşı film sayılır...
    b) XIX əsr və XXI əsrin birinci yarısında üstünlük meyarı dünya səhnəsində siyasi qüdrət idi. Getdikcə siyasətin yerini iqtisadiyyat tutdu. Bir gün iqtisadiyyat öz yerini elmə verəsidir. Çünki gələcəkdə dünya səhnəsində yalnız elm və məlumatı yüksək olan ölkələr qüdrət sahibi olacaqlar.
    v) Gələcəkdə elmi-texniki qüdrətin ümdə mеhvəri qərb olacaq.
    q) Liberal demokratiyanın nöqsanları olsa da, bəşər cəmiyyəti üçün ən yaxşı yol bu ideologiyadır.
    Nəticə: Dünyanın gələcəyi qərb liberalizminindir.
    Yuxarıdakı iddialara cavab olaraq belə deyə bilərik:
    1. Bu nəzəriyyə tarixin sonu yox, növbəti tarixə aid ola bilər
    2. Birinci müqəddimədə insanın istəyi istənilən bir şeyin meyarı sayılır. Hansı ki, ölçü əqlin hökmü və nəql olunanlardır. Allah-təala buyurur: "Çox olur ki, xeyirinizə olan bir şeyi xoşlamırsınız. Çox olur ki, zərərinizə olan bir şey istəyirsiniz.”(Bəqərə”, 216.)
    3. İkinci müqəddimədə hərbi güc dünya səhnəsində siyasi qüdrət meyarı sayılır. Hansı ki, zor gücünə siyasi hökmranlıq və xalqın istismarı iğtişaş və istibdaddan savay ərmağan gətirmir.
    4. Məqsədə çatmaq üçün heç bir çərçivə gözləmədən istənilən bir üsuldan faydalanmaq insanın ağıl və fitrətinə uyğundurmu?
    5. Siyasi nəzəriyyəçinin vəzifəsi gələcək haqqında öz zənn-gümanını bəyan etmək yox, cəmiyyətin xeyrini nəzərə alaraq proqram hazırlamaqdır.
    6. Kapitalizm quruluşu cəmiyyətə xoşbəxtlik, yoxsa ciddi təbəqələrarası qarşıdurma gətirib?
    Elə buna görə də Tafler belə deyir: "Cəmiyyətimizin (qərb cəmiyyətinin) üzləşdiyi problemlərin sonu yoxdur.”(Modern mədəniyyətə doğru”. Elvin və Haydi Tafler, s. 96, 97)
    Sual: 28. Hantinqton tarixin sonu haqqında nə düşünür?
    Cavab: Qərb nəzəriyyəçisi Samuel Hantinqton tarixin sonu haqqında deyir:
    a) Gələcəkdə millətlər və qruplar arasında baş verəcək əsas qarşıdurma ideologiya və iqtisadiyyat sahəsində yox, mədəniyyət, sivilizasiya sahəsində olacaq.
    b) Dünyada səkkiz mədəniyyət cərəyandadır: qərb, konfusiçilik, yapon, İslam, Hindu, Slavyan, Ortodoks, Latın Amerikası mədəniyyətləri.
    v) Mədəniyyətlərin dialoqu mühümdür.
    d) Mədəni özünüdərk tərəqqidədir.
    q) Qərbin rəftarı digər mədəniyyətlərdə özünüdərkin tərəqqisinə səbəb olmuşdur.
    ş) İslam və qərb arasındakı 1400 illik kin-küdurət yüksəlməkdədir və bu iki mədəniyyət qanlı qarşıdurmalar astanasındadır.
    c) Sonda İslam və konfusiçilik birləşərək qərb mədəniyyətinə qarşı duracaq.
    Nəticə: Mədəniyyətlərin savaşı dünya savaşının son təkamül mərhələsidir və sonda qərb mədəniyyəti qalibdir.(Mədəniyyətlər üzbəüz”, s. 22, 23.)
    Uyğun baxışa iradlarımızı bildiririk:
    1. Nəzəriyyəçi mədəniyyətin təfsirini verməmişdir.
    2. Mədəniyyətlərin üz-üzə gələcəyinə dəlil göstərilmir.
    3. Nəzəriyyəçi "sivilizasiya” anlayışını "mədəniyyət” anlayışı ilə qatışıq salır. Hansı ki, bu iki məfhum fərqlidir. Sivilizasiyanın elmi və görünən tərəfləri var. Mədəniyyət isə daha çox zehn və mənəviyyata aiddir. Sənət, fəlsəfə, hikmət, ədəbiyyat, etiqad mədəniyyətin əhatə dairəsindədir. Sivilizasiya isə daha çox insanın cəmiyyətdəki maddi ehtiyaclarını əks etdirir. Sivilizasiya daha çox ictimai, mədəniyyət isə fərdi yönümə malikdir. Sivilizasiya insanın cəmiyyətdəki təkamülünü təmin edir. Mədəniyyət isə fərdi təkamül yönümünü işıqlandırır. Sivilizasiya və mədəniyyət əlaqəli də olsa, fərqli anlayışlardır.
    4. "Nəzəriyyəçi qərbə aydın bir tərif vermək əvəzinə, onu Amerika mehvər olmaqla vahid bir mövcud sayır. Hansı ki, Bzejinski qərb nizamındakı daxili fəsadı Amerikanın qüdrətini hədələyən bir amil kimi göstərir.
    5. Nəzəriyyəçi iki mədəniyyət arasındakı ziddiyyəti tarixi zərurət sayır və bu ziddiyyətin aradan qaldırılmasını mümkünsüz bilir. Beləcə, qərb İslam sivilizasiyasının çiçəkləndiyi ölkələrə qarşı hərbi qüdrətini gеnişlәndirir. Hansı ki, mədəniyyət ixtilafı adlanan bu ixtilaf qərbin çirkin siyasətindən qaynaqlanır. Bu ixtilafları məsihilik və İslamın ayağına yazmaq olmaz. Vill Dorant deyir: "Məhəmməd (s) məsih dini ardıcıllarına nöqsan tutsa da, onlara qarşı nikbin münasibətdədir. O, məsih ardıcılları ilə öz ardıcılları arasında dostluq rabitələrinin olması istəyindədir.”(Sivilizasiya tarixi”, c. 4, s. 329.)
    Robson deyir: "Yalnız müsəlmanlar öz dinlərinə möhkəm bağlanmaqla digər dinlərlə müdara ruhunu saxlaya bilirlər.”("İslam və qərb mədəniyyəti”, c.1, s. 141.)
    Adam Metz isə belə deyir: "İslam hakimiyyəti dövründə kilsələr və sovmiyələr elə təsir bağışlayırdı ki, sanki məsihi hakimiyyətindədirlər. Bir çox ölkələrdə mövcud olan bu sayaq müdara ənənsi qərbə heç orta əsrlərdə də tanış deyildi.”("İslamda rəngarənglik və azadlıq”, s. 68)
    Sual: 29. Mütərəqqi bəşəri qanunlar insanı kamilləşdirə bilərmi?
    Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyət tarix boyu qazandığı təcrübələr əsasında onu xoşbəxtliyə çatdıracaq qanunlar tənzimləyə bilər. Guya, çətinlikləri araşdırıb, onların həlli yolunu müəyyənləşdirməklə son məqsədə yetişmək mümkündür.
    Uyğun mülahizələrə belə cavab vermək olar:
    1. Bəşəriyyət vəhy və qeyb aləminin yardımı olmadan hansı yolun daha xeyirli olduğunu müəyyənləşdirə bilməz. Vəhyə müraciət etmədən İslami göstərişləri əldə etmək mümkünsüzdür.
    2. Bir qrupun və şəxsin mənafeyinə xidmət edən qanunlar, adətən, cəmiyyətin ehtiyaclarına cavab vermir. Bütün bəşəriyyətin ehtiyaclarına cavab verəcək qanunları yalnız ilahi məqama malik olanlar tənzimləyə bilər.
    3. İnsanlar arasında düşüncə və səliqə fərqləri olduğundan vahid qanunların tənzimlənməsi mümkünsüzdür.
    Sual: 30. Dünyanın birqütblü olması bəşəriyyəti xilas edə bilərmi?
    Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyətin zülm və ədalətsizlikdən yeganə çıxış yolu dünyanın təkqütblü olması, başqa sözlə, qüdrətli bir hakimiyyətin öz prinsiplərini başqa hökumətlərə diktə etməsidir. Bəziləri Amerikanın bütün imkanlara malik olduğunu əsas götürərək onun bütün dünyaya diktəsini çıxış yolu sayırlar.
    Dünyanın təkqütblü edilməsi hələ uzaq keçmişdən filosoflar və alimlər tərəfindən araşdırılmış bir məsələdir.
    Yunan filosofu Ziv miladdan üç yüz il öncə deyirdi: "Bütün bəşəriyyət vahid quruluşa tabe olmalıdır ki, öz xoşbəxtliyini əldə edə bilsin.” Zivin müasiri olmuş İsgəndər öz gücünə arxalanaraq alimin nəzəriyyəsini həyata keçirmək istədi. Yunan yazıçısı Baltak miladdan yüz il öncə vahid hökumət haqqında deyirdi: "Xalq çalışmalıdır ki, vahid bir quruluş təşkil etsin və vahid qanunlara tabe olsun.”
    Amerika filosofu Vilyam Luid (1838) deyir: "Nə qədər ki, dünyaya vahid bir hökumət başçılıq etmir, bəşəriyyət dostluq və dinc yanaşı yaşayışa nail olmayacaq.”("İslam və əql”, s.210.)
    Məşhur İtalyan ədibi Dante deyir: "Yer üzündə sülh və əmin-amanlığın hakim olması üçün bütün yer əhli vahid hökumətə tabe olmalıdır.”("Həmin mənbə”.)
    Rassel deyir: "Bəşəriyyət bütün insanları öz bayrağı və şüarı altında toplayacaq xilaskarın intizarındadır.”
    Ata Corc Buş deyir: "Dünyanın yeni nizamı birləşmiş ştatların rəhbərliyi altında bütün dünyada sülh və demokratiyadan ibarətdir.” O konqresdəki çıxışında belə demişdir: "Həm əxlaqi dəyərlərə, həm də dünya nizamını qoruyacaq vasitələrə malik olan yeganə ölkə Amerikadır.”
    İradlarımız:
    1. Amerikanın özündə Birləşmiş Ştatların dünyaya hakimliyinin mümkünlüyünü rədd edən Kisincer kimi nəzəriyyəçilər var.
    Bzejinski Amerikanın çarəsizliyini təsvir edərək deyir: "Bu gün Amerika dünyaya hakimlik iddiasındа olsa da, bu sahədə onunla rəqabətə girən tapılmasa da, Birləşmiş Ştatların qüdrət və mövqeyi bir çox sahələrdə təhlükədədir.”
    2. Dünyanın təkqütblü olması prinsipinin qəbulu üçün güclü zəmin yoxdur. Xüsusi ilə Amerikanın tənəzzüldə olan iqtisadi durumu onun bu sayaq iddialarına cavab vermir.
    3. Nəzəriyyəçilər unudurlar ki, dünya xalqları heç vaxt biganələrin hakimiyyətini qəbul etməyəcək.
    Biz prinsipcə bu nəzəriyyəni rədd etmirik. İnanırıq ki, bəşəriyyətin yeganə qurtuluş yolu ümumdünya ədalət hökumətinin təşkilidir. Amma belə bir hökumət yalnız ilahi göstərişlər və məsum imamın rəhbərliyi altında gerçəkləşə bilər.
    Sual: 31. Marksistlər tarixin təkamülünə hansı üsulla don geyindirirlər?
    Cavab: Marksistlər tarixi təbiətin bir hissəsi sayırlar. Onların nəzərincə, tarix təbiətin taleyini yaşayır. Mərhum Şəhid Mütəhhəri Marksistlərin uyğun mövzu ilə bağlı baxışı haqqında deyir: "Tarix daimi bir cərəyan, insan, insan təbiəti və cəmiyyət arasındakı rabitə, inkişafda olan qüvvələrlə tənəzzüldə olan qüvvələr arasında daimi bir çəkişmədir. Sonda sərt və inqilabi bir cərəyan bu gedişi inkişafda olan qüvvələrin xeyrinə başa vuracaq. Bir sözlə, tarix ziddiyyətlərin təkamüllə nəticələnən çəkişməsidir...
    Fikri donmuş, keçmişə bağlı bir güruhla gələcəyə bağlı, düşüncəsi işıqlı güruh arasında çəkişmə güclənir və nəhayət, partlayış həddinə çatır. Cəmiyyət inqilabi bir addımla keçmiş quruluşu yeni quruluşla əvəz edir. Beləcə, tarixin yeni bir mərhələsi başlayır.
    Tarixin bu yeni mərhələsi də tale baxımından ötən mərhələyə oxşayır... Bu mərhələ də öz yerini onu inkar edənə verir. Tarix bu sayaq təbiətə oxşar şəkildə ziddiyyətlər arasından ötüb keçir.
    Təbiət və tarixə münasibətdə bu sayaq düşüncə tərzi dialektik təfəkkür adlandırılmışdır. Çünki onlar bütün ictimai dəyərləri istehsal vasitələrinə bağlı bilirlər. Biz tarixə bu sayaq baxışı "alət baxışı” adlandırırıq. "Alət baxışı” dedikdə tarixi proseslərə münasibətdə «xüsusi təfəkkür tərzini» nəzərdə tuturuq. Bu tarix "tarixi materializm” adlandırılmışdır...”(Tarixi fəlsəfə baxımından Mehdi (ə) qiyamı”, s. 18, 21.)
    Dialektik üsulla tarixin təkamülünə don geyindirilməsinə müəyyən iradlarımızı bildiririk:
    1. Təkamülə istehsal vasitələri baxımından qiymət vermək olmaz. Çünki istehsal vasitələrinin təkmilləşdirilməsi öz növbəsində fitri kamillik hissindən qaynaqlanır və insanın ixtirası əsasında gerçəkləşir.
    2. Tarixi təkamülə istehsal vasitələri prizmasından baxış bütün dini, əxlaqi və insani dirçəlişləri təhrif edir. Bu nəzəriyyə insanlıq məqamına xəyanət kimi dəyərləndirilir.
    3. Tarixi gerçəkliklər bu nəzəriyyənin puçluğunu sübuta yetirir. Bir əsr öncə bəzi ölkələr kapitalizm mərhələsini keçməmiş sosializmə adladılar. Bir sıra kapitalist ölkələr isə kapitalizmin zirvəsinə çatsalar da, sosializmə keçmədilər.
    4. Tarixə dialektik baxış problemlər və böhranlar yaratmaq məqsədi ilə aranı qarışdırır.
    5. Dialektik baxışa əsasən, tarixin təkamül prosesi məcburidir və qarşısıalınmazdır. Yəni hər bir cəmiyyət növbəti mərhələyə keçməklə kamilləşir. Hansı ki, bu baxış yanlışdır. Çünki uyğun hərəkətin əsas amili insandır və insan azad varlıqdır. Tarix bəzən irəli gedir, bəzən geri qalır. Bəşərin sivilizasiya tarixi bir silsilə tərəqqi, sonra tənəzzüldən başqa bir şey deyil.
    6.Bəşəriyyətin təkamül yolu maddi təbiətin əsarətindən qurtuluşa, iman və ideologiyaya doğru uzanmışdır. Seyyid Məhəmməd Sədr deyir: "Hərəkət daim inkişafa doğru olmur. Bəzən geriyə hərəkət də müşahidə olunur. Necə ki, dəmir rütubətə düşdükdə torpağa çevrilir. Bəzən də hərəkət heç bir səmərə vermir. Necə ki, qədim cəmiyyətin bəzi qalıqları hələ də inkişaf etməmişdir...”("Əlyəvmul-məvud”, s. 83.)
    Sual: 32. Tarixin təkamülünə insani-fitri baxış nədir?
    Cavab: İnsani-fitri baxış alət-dialektik baxışla daban-dabana ziddir. İnsani-fitri baxışa əsasən istər fərd, istər cəmiyyət üçün insani dəyərlər əsasdır. Bu baxışa əsasən, insanın daxilində bir silsilə münasibətlər mövcuddur. İnsanın xaricə ehtiyacı ağacın torpağa, suya və işığa olan ehtiyacı kimidir. Ağac sadalanan xarici amillərdən kömək alaraq öz yolunu gedir. Demək, insan yenidən qurulmamalı, sadəcə, inkişaf etdirilməlidir.
    Bu baxışa əsasən, tarix də təbiət kimi öz xarakterinə uyğun kamilləşməkdədir. Təkamül həm təbiətin, həm də tarixin içindən qaynaqlanır. İnsan hərtərəfli təkamülə malik olduğundan tədricən mühitə bağlılıqlardan xilas olur. Onun maddi bağlılıqları zaman keçdikcə əqidə bağlılıqları ilə əvəz olunur. Nəhayət, bir gün insan sırf ideoloji bağlılıqlara malik olur. Daxili fərdi ziddiyyət insanın xüsusiyyətlərindəndir. Onun daxilindəki maddi yönümlə ruhani yönüm mübarizədədir. Bu hisslərdən biri insanı aşağı, digəri yuxarı çəkir. Fərdi istəklər insanı tənəzzülə uğradırsa, ideoloji istəklər insanı yüksəyə qaldırmaqla fərd çərçivəsindən çıxarır. Yuxarıya meyl bəşəriyyəti əxlaqi, dini, elmi və əqli məqsədlərə yönəldir.
    Keçmiş və gələcək tarix boyu insanın çəkişmələri tədricən ideoloji xarakter alır. İnsan zaman keçdikcə öz kamal mərhələsinə, "ideal insan, ideal cəmiyyət” mərhələsinə yaxınlaşır. Bu təkamülün son istəyi İslamın "Mehdi (ə) hökuməti” adlandırdığı kamil hökumətdir. Həmin mərhələdə insan üçün heç bir batil, heyvani, eqoist hökumətdən əsər qalmır.
    Demək, insan ilahi xaraktera malik bir mövcuddur. Onun haqpərəst, özünəhakim, təbiət və mühitin məcburiyyətindən azad bir təbiəti vardır. Marksizm isə insanın zatən şəxsiyyətli olduğunu qəbul etmir, onu hiss və meyl baxımından fərqli mövcud saymır. Bu səbəbdən də marksizm ideologiyasına əsasən, insan maddi, zora məhkum bir mövcuddur, maddi şəraitin əsarətində olan istehsal vasitəsindən başqa bir şey deyil. Guya insanda mövcud olan müqəddəslik onun daxilindən yox, mühitdən gəlir.
    Sual: 33. Ümumdünyəvi ədalət hökumətində rəhbərliyə nə ehtiyac var?
    Cavab: Hər bir islahatçı hökumətin hərəkatın əvvəlindən sonunadək onun önündə getmiş rəhbərə ehtiyacı var. Heç bir qiyam və hərəkat rəhbərsiz həyata keçib yaşamır. Əgər ən kiçik hərəkatlarda rəhbərə bir bu qədər ehtiyac varsa, bütün dünyanı bürüyəcək islahatçılığın, şübhəsiz ki, rəhbərə ehtiyacı qaçılmazdır. Böyük ilahi məqsədi həyata keçirəcək qurumun yaradılması və ona nəzarət üçün bütün zəruri şərtlərə malik rəhbərə ehtiyac var. Bütün yer üzündə ədaləti bərpa edə biləcək bu rəhbər yalnız zühuru vəd olunmuş həzrət Mehdidir (ə).
    Sual: 34. Yer üzündə ədaləti bərpa edəcək şəxsin hansı xüsusiyyətləri olmalıdır?
    Cavab: Ağıl hökm edir ki, bütün yer üzündə ədaləti bərpa edəcək şəxsin bu mühüm vəzifəni həyata keçirə bilməsi üçün müəyyən xüsusiyyətləri olmalıdır: Öz dəvətində doğruçu olmalı; düzgün və yığcam plan əsasında hərəkət etməli; heç bir zəif nöqtəsi olmamalı; pak məqam sahibi olmalı; Allah tərəfindən təsdiqlənməli; fədakar köməkçilərə malik olmalıdır.
    Məşhur Fransa ədibi Volter deyir: "Əgər insana saleh bir şəxs hakim olsa, o sanki vətənindədir. Qeyri-saleh şəxs hakim olduqda isə o insan vətənsiz kimidir.”("İslam və əql”, s. 210.)
    Məşhur İrlandiya mütəfəkkiri Bernard Şou bəşəriyyətin xilaskarı haqqında deyir: "O diri, böyük qüvvə və kamil ağıl sahibi, xalqı özünə cəzb edə biləcək ən ali insan olmalıdır. Onun ömrü uzundur, üç yüz ildən çox...”(Bernard Şou”, "Abbas Mahmud İqad”, s. 124, 125.)
    Sual: 35. Quran tarixin təkamülünü necə qiymətləndirir?
    Cavab: Qurani-Kərimi nəzərdən keçirdikdə görürük ki, bu ilahi kitab tarixin təkamülündə insani-fitri prinsipi əsas götürür. Quranda bildirilir ki, yaranışın əvvəlindən haqq və batil arasında savaş olmuşdur. Quran bir tərəfdən İbrahim, Musa, İsa, Məhəmməd (ə) və onun mömin ardıcıllarının mübarizəsini xatırladır, digər bir tərəfdən Nəmrud, Firon, yəhudi zalımları, Əbu-Süfyan kimilərinin müxalifətini yada salır. Bu mübarizədə bəzən haqq, bəzən batil qalib gəlir. Əlbəttə ki, bu qələbə və məğlubiyyətlərin bir sıra ictimai, iqtisadi və əxlaqi amilləri olmuşdur.
    Quran baxımından, tarixin əvvəlindən mövcud olmuş cihad maddi yox, mənəvi və insani mahiyyətə malik olmuşdur.
    Sual: 36. Quran baxımından parlaq gələcəyin hansı xüsusiyyətləri var?
    Cavab: İslamda parlaq gələcəyin bir sıra xüsusiyyətləri var:
    1. Bəşəriyyətin gələcəyinə nikbinlik; 2. Ədalətin genişlənməsi; 3. İnsanın insanla rabitəsi; 4. Qanuna münasibətdə insanlar arasında kamil bərabərliyin yaranması; 5. Təbii sərvətlərdən bəhrələnmə və beytül-malın bölüşdürülməsi; 6. Bəşəriyyətin düşüncə baxımdan yetkinləşməsi; 7. Bütün yer üzündə abadlıq; 8. Dünya ədalət hökumətinin sayəsində savaşlara son qoyulması; 9. Yeni ayin və üsul; 10. Bütün cəmiyyətlərdə tövhid prinsipinin yayılması.
    Sual: 37. İnsanların təkamül yolu parlaq gələcəyə ümid verirmi?
    Cavab: Şübhəsiz ki, səthi nəzər saldıqda dünyanın faciəyə doğru getdiyini görürük. Amma diqqətlə baxdıqda uzaq üfüqlərdə qurtuluş sahilinin nişanələri gözə dəyir.
    İnsan özünü tanıdığı gündən heç vaxt aram həyat sürməmişdir. O, daxili bir amilin təhriki ilə özünü və yaşadığı cəmiyyəti irəli aparmağa çalışmışdır. Bu böyük amil insanı aram buraxmayıb həmişə təkamülə sövq edəsidir. O, insandakı qüvvələri problemlərlə mübarizəyə səfərbər edir, insanı maddi kamilliklərlə yanaşı əxlaqi kamilliklərin də mövcud olduğu cəmiyyətə doğru çağırır. Həmin cəmiyyətdə savaşdan, çəkişmədən, viranlıqdan, bir sözlə, təkamülə zidd olan bir şeydən əsər yoxdur. Həmin cəmiyyətdə yalnız sülh və ədalət hakimdir. Həmin cəmiyyətdə yaşayan insanda maddi və mənəvi təkamülə mane olan təcavüz və istismar ruhundan əsər yoxdur.
    Sual: 38. Yaranış nizamı bəşəriyyətə parlaq gələcək üçün ümid verirmi?
    Cavab: Varlıq nizamı müxtəlif nizamlar məcmusudur. Bütün varlıq aləminə hakim olan nizamlı və ümumi qanunların mövcudluğu bütün varlıq aləminin vahid bir tam olduğunu göstərir. Varlıq aləmindəki nəzm, qanun və hesab onun əsas xüsusiyyətlərindən sayılır.
    Bu aləmin tərkib hissəsi olan insan ümumi yoldan çıxıb, istisna bir yol tuta bilərmi?
    Əgər bütün varlıq aləmi vahid proqram əsasında hərəkətdədirsə, bəşər cəmiyyəti hərc-mərclik, zülm-sitəm yolunu seçməklə bu yoldan kənara çıxa bilərmi?
    Görən aləmdəki ümumi vəziyyət bəşəriyyəti ümumi nizama tabe olmaq barədə düşündürməməlidir? İnsan ətrafdakı qanunauyğunluqları nəzərə alıb öz fitri yoluna qayıtmağa, varlıq aləmi ilə həmrəng olmağa borclu deyilmi?
    Nəticə: Yaranış nizamı insanların düzgün bir ictimai quruluşu qəbul etməsi üçün dəlildir.
    Sual:39. Təsirin əks təsir doğurması təkcə fizikaya aid qanun deyil. Divara vurulan cisim həmin qüvvə ilə üstümüzə qayıdır. Uyğun qanun cəmiyyət üçün də öz gücündə qalır. İstənilən bir inqilabı doğuran amil inqilabdan öncə həmin cəmiyyətdəki təzyiqlərdir.
    Bu qanun bizə deyir: Dünyanın bugünkü durumu inqilab vəd edir. Müharibələr, zülm-sitəmlər, ayrı-seçkiliklәr, ədalətsizliklәr vә təzyiqlәr bir gün öz cavabını tapmalıdır. Bir gün baş verəcək inqilab, şübhəsiz ki, dünyanın bu gün qarşılaşdığı zora cavab verəsidir.
    Sonda, zora cavab istəyi millətlərin günbəgün artan agahlığı sayəsində cəmiyyətlərin batinindən vulkan kimi püskürəcək, bu gün dünyada hakim olan quruluşlar yenisi ilə əvəzlənəcək. Yeni nizamda nə silahlanma yarışı olacaq, nə də bugünkü yorucu dartışmalar. O, bəşər cəmiyyətinin xoşbəxt gələcəyindən xəbər verən digər bir işartıdır.
    Sual: 40. İctimai zərurətlər cəmiyyəti sülh və ədalət çalarlı həyata sövq etmirmi?
    Cavab: İctimai zərurət dedikdə bəşər cəmiyyətinin elə bir mərhələyə çatması nəzərdə tutulur ki, həmin mərhələdə nəyəsə ciddi bir ehtiyac yaransın. Amma bu zərurət o qədər ciddi olmalıdır ki, onu ən azı mütəfəkkirlər və rəhbərlər qəbul etsinlər. Uyğun hal ictimai şüurun yuxarı səviyyəyə çatmasından asılıdır. Daha sonra cəmiyyətdə elə bir durum yaranmalıdır ki, artıq əvvəlki kimi yaşamaq mümkünsüz olsun.
    XVII və XVIII əsrlərdə elm və texnikanın sürətli inkişafını müşahidə edən insanlar elə düşünürdülər ki, XX əsr behişt olacaq. Kimsənin ağlına gəlmirdi ki, texnologiya dövrünün insanı yoxsulluq içində yaşayacaq. Bəli, elm və texnologiya inkişaf etdikcə yeni problemlər yarandı. Dünya müharibəsi ifriti elm və texnologiya tərəqqisini öz dəhşətli kölgəsi altında qoydu. Həyatın nə dərəcədə təhlükəli olduğunu insanlar yalnız indi anlamağa başlamışdır. Artıq insanlar anlayırlar ki, gözlənilən təhlükələrin qarşısını almaq üçün mövcud qanunlar yetərsizdir və yeni bir nizama ehtiyac var.
    Artıq bir zaman çatıb ki, dünyadakı silahlanma yarışına, günbəgün artan çaxnaşmalara son qoymaq, dünyanı növbəti müharibə təhlükəsindən xilas etmək üçün ümumdünya ədalət hökumətinin varlığı zərurətə çevrilir. Artıq hamı hiss edir ki, saxta sərhədlər aradan götürülməli, bütün dünya əhli vahid bir bayraq altında vahid qanunlarla yaşamalıdır.
    Təsirin əks təsir doğurması qanunu ümumdünyəvi bir hökumətin zəruriliyini göstərən digər bir amildir. Bu amil dünya əhalisini sülh və ədalət dolu bir həyata çağırır.
    Sual: 41. Cəmiyyəti dəyişmək üçün tədrici islahatlar bəs edir, yoxsa köklü inqilab lazımdır?
    Cavab: İctimai islahatların hansı yolla həyata keçirilməsi fərqli münasibətlər doğuran bir məsələdir. Bir çoxları "reformizm” adlanan tədrici islahatların tərəfdarıdır. Digər bir qrup cəmiyyətlərdəki çaxnaşmaların qarşısının yalnız inqilab yolu ilə aradan qaldırılmasını mümkün sayır. Digərləri isə belə deyir: "Cəmiyyətlərdəki fəsad dərəcəsi fərqlidir. Tamamilə fəsada uğramış cəmiyyətlərdə tədrici islahatlar səmərə verə bilər. Amma fitnə ağuşuna düşmüş cəmiyyətdə vəziyyəti yalnız köklü inqilab dəyişə bilər. Üçüncü baxışın daha çox tərəfdarı var. Bu baxışa əsasən:
    1. Tədrici islahatlar həmişə sağlam bünövrə və nümunələr üzərində qurulur. Əks-təqdirdə yeni nümunələr və bünövrələr soraqlamaq lazım gəlir.
    2. Tədrici islahatlar yalnız sağlam yolla gerçəkləşir və bu prosesdə cəmiyyətdən düşüncə hazırlığı tələb olunur. Belə bir zəmin olmadıqda inqilab, qüdrət məntiqi ilə danışmaq lazım gəlir.
    3. Fəsadın kök atdığı cəmiyyətdə qüdrət ünsürləri islaha mane olur. Cəmiyyətin bütün həssas mərkəzləri onların əlindədir və onlar istənilən bir tədrici proqramı asanlıqla müvəffəqiyyətsizliyə uğradırlar. Belə bir nizamı yalnız qəfil inqilabla dağıtmaq mümkündür.
    4. Əzəmətli inqilabi qüvvəni, adətən, uzun müddət eyni hərarətdə saxlamaq olmur. İnqilabi qüvvədən vaxtında istifadə olunmadıqda o öz gücünü itirir.
    5. Tarixdən məlum olur ki, fəsadın kök atdığı cəmiyyətlərdə həmin cəmiyyətin düşüncə sahibləri, xüsusi ilə peyğəmbərlər və övliyalar inqilab yolunu seçmişlər.
    Dünyanın zülm-sitəm üzərində qurulmuş bugünkü vəziyyətini islah etmək üçün ədalətli bir quruluşun canişinliyinə ehtiyac var. Belə bir dəyişiklik üçün əzəmətli bir inqilab qaçılmazdır.
    Sual: 42. Ümumdünya ədalət hökumətinə çatmaq üçün hansı hazırlığa ehtiyac var?
    Cavab: Biz nə qədər nikbin və ümüdvar olsaq, bilməliyik ki, dünyada kök atmış siyasi oyunbazlığı və istismarçılığı aradan götürmək, bəşəriyyəti vahid bir bayraq altında toplamaq üçün ümumi hazırlıq zəruridir. Son əsrdə baş vermiş sürətli dəyişikliklər belə bir hazırlığın hələ ki əlçatmaz olduğunu göstərmir. Hər halda dünyanın belə bir hökuməti qəbul etməsi üçün aşağıdakı hazırlıqlara ehtiyac var:
    1. Düşüncə və mədəniyyət hazırlığı: Yəni dünya əhalisinin düşüncəsi elə inkişaf etmişdir ki, məsələn kimsə üçün irqi, milli, coğrafi fərqlər mühüm olmasın.
    2. İctimai hazırlıq: Bəşəriyyət zülmdən yorulmalı və can-dildən ədalət istəməlidir.
    3. Texnoloji hazırlıq və rabitə hazırlığı: İnkişaf etmiş sənaye olmadan uyğun məqsədə çatmaq mümkünsüzdür.
    Bəli, əgər möcüzə ilə gerçəkləşirsə də, nəzərdə tutulan quruluş inkişaf etmiş texniki vasitələrsiz təsəvvür olunmur. Unutmayaq ki, möcüzə ictimai nizamın daimi idarəsi üçün, səmavi bir göstərişin haqq olmasını sübuta yetirmək üçündür.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 642 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024