İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:31 AM
    Məhdəviyyətin müdafiəsi
    Sual: 79. Müsəlmanlar arasında Məhdəviyyətə şəkk edən ilk şəxs kim olmuşdur?
    Cavab: Tarixi mənbələrdə bildirilir ki, Müaviyə Bəni-Haşimdən olan bir dəstəyə xitabən dedi: "Haşimi padşah və Qaim Mehdinin (ə) sizdən olması barədə gümanınız batil əqidədir. Mehdi əslində İsa ibn Məryəmdir. Hakimiyyət ona verilənədək bizim əlimizdədir.”(Bihar”, c. 33, s. 256)
    Həmin məclisdə iştirak edənlərdən biri də İbn-Abbas olmuşdur. O, Müaviyəni tarixi təhrif etməsinə və İslam əqidəsi ilə əylənməsinə qarşı çıxaraq dedi: "Sən dedin ki, biz Mehdinin (ə) hakim olacağını güman edirik. Güman şirkdir, necə ki, Allah-təala buyurur: "Kafirlər düşünürlər ki, heç vaxt ayağa qaldırılmayacaqlar.”("Təğabun”, 7.)
    Hamı şəhadət verir ki, bizim üçün mülk və hökumət var. Dünyanın ömründən bir gün qalmış olsa, Allah-təala bizlərdən birini yer üzü zülmə qərq olduqdan sonra ədaləti bərpa etmək üçün göndərər. Sən deyirsən ki, Mehdi İsa ibn Məryəmdir. İsa Dəccala qarşı çıxmaq üçün göndərilir. Dəccal onu görəndə məhv olar. Bizim imamımız isə İsa ibn Məryəmin iqtida edəcəyi kəsdir...("Bihar”, c. 33,s. 257.)
    Sual: 80. Sünni alimlərindən Məhdəviyyət əqidəsini inkar edən varmı?
    Cavab: Sünni alimlərindən bəziləri Məhdəviyyət əqidəsini açıqlayan rəvayətləri inkar etmişlər. Belə alimlərdən bəziləri ilə tanış olaq:
    1. İbn Xəldun – Bu şəxs Məhdəviyyət mövzusunu İslamın məşhur mövzularından saysa da, "rəvayətçini şübhə altına almaq onu təsdiqləməkdən öndə gəlir” prinsipini əsas götürərək Məhdəviyyət rəvayətlərini etibarsız saymışdır.("Tarixe-ibn Xəldun”, c. 1, s. 311, 322.)
    2. Məhəmməd Əbu-Zöhrə -bu şəxs də İbn-Xəldunun yolunu davam etdirmiş və demişdir: "Sünni alimləri arasında bu hədislərin doğruluğu haqqında tərəddüd var. Bu səbəbdən də uyğun əqidə sünnə əhli tərəfində təsdiqlənmir.”("Əl-İmamus-Sadiq”, s. 239.)
    3. Səd Məhəmməd Həsən (Əzhər şeyxlərindən) – Bu şəxs də Məhdəviyyət hədislərini tənqid edərək əvvəlki alimlərin yolunu getmişdir.(Əl-Məhdiyyə fil-İslam”, s. 69.)
    4. Məhəmməd Fərid Vəcdi – O deyir: "Bir çox hədis alimləri Məhdəviyyət hədislərini zəif saymışdır...”(Dairətul-Məarif, Qərne Əşrin”, c. 10, s. 481.)
    5. Əhməd Əmin Misri – Bu şəxs də ibn-Xəldunun münasibəti ilə razılaşmışdır.("Əl-Məhdi vəl- Məhdəviyyət”, s.108»)
    6. Şeyx Cəbəhan – Bu şəxs də Məhdəviyyət hədislərini etibarsız sayanlardandır.("Təbdidul-Zülam”, s. 479, 480.)
    8. Şeyx Saih Liviyayi – Bu şəxs də Məhdəviyyət hədislərini tənqid edənlərdəndir.("Tərasəna və Məvazinul-Nəqd”, s. 187.)
    Məhdəviyyət hədislərinə müxaliflərin ümumi istinadgahı İbn-Xəldun olduğundan onun sözlərinə xülasə şəkildə cavab veririk:
    1. İbn-Xəldun Məhdəviyyət hədislərini tənqid edərkən yalnız bəzi rəvayətləri nəzərdə tutur. Hansı ki, mötəbər mənbəsi olan başqa hədislər də var. Doktor Bəstəvi öz kitabında Məhdəviyyət mövzusunda 46 etibarlı hədis nəql edir.(Əl Məhdiyyul-Muntəzər Fi-əhadisul-səhihə”.)
    2. İbn-Xəldun səhəbәlərdən yalnız bəzilərinin adını çəkir. Hansı ki, Məhdəviyyət hədisləri çoxları tərəfindən nəql olunmuşdur. Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad Məhdəviyyət hədisi nəql edən 26 səhabənin adını göstərir.(Əqidətul əhləs-sünnə vəl-əsər fi Məhdiyyul-Muntəzər”, s. 128.)
    3. Həmin müəllif deyir: "İbn-Xəldun ricalçı (hədisçi) yox, tarixçidir. Onun mülahizələrinə əsasən hədis zəif sayılmır...”(Həmin mənbə.)
    4. İbn-Xəldunun "təsdiqdən öncə şübhə” prinsipi bütün sünnə əhli tərəfindən qəbul olunmur. Bəziləri kiçik bir səbəblə rəvayətçiyə şübhə edir. Hansı ki, şübhə sübuta yetirilməlidir. İbn Həcər Əsqəlani, Qazi Səbki, Xətib Bəğdadi, Nəvəvi, Səxavi, Süyuti və Sənədi kimi alimlər uyğun qaydanı qəbul etmir. Doktor Əbdül-Həkim Bəstəvi deyir: "Rəvayətçi şübhə doğursa belə, hər şübhə rəvayəti etibardan salmır. Yalnız ciddi şübhələr əsasında rəvayəti etibarsız saymaq olar...(Əl-Məhdiyyul-Muntəzər fi əhadisul-səhihə”, s. 364, 365)
    5. İbn-Xəldun hədisləri hesablamadığından onların "təvatir” (yetərlilik) həddini keçdiyini bilmir. Əslində bu həddə çatan hədisin sənədini araşdırmağa ehtiyac yoxdur.
    Sual: 81. Nə üçün sünni alimləri Buxari və Müslim Məhdəviyyət hədislərini öz kitablarında zikr etməmişlər?
    Cavab: Sünnə əhlinin Məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. "Səhihe-Buxari” və "Səhihe-Müslim” mənbələrində Məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir.
    Əhməd Əmin Misri deyir: "Səhihe-Buxari” və "Səhihe-Müslim” hədis kitablarında bu sayaq (Məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır. Amma digər hədis kitablarında uyğun hədislərə yer ayrılmışdır.”("Əl-Məhdi vəl-Məhdəviyyə”, s. 41.)
    Bu sayaq iradlar şeyx Məhəmməd Əbu zöhrə, Səd Məhəmməd Həsən, Hüseyn Sai Liviyayi Məğribi, Seyyid Məhəmməd Rəşid Riza, Şeyx İbn-Məhmud kimi qərb yönümlü sünnə alimləri tərəfindən də irəli sürülmüşdür.
    Digər sünni alimləri uyğun irada kəskin etiraz etmişdir.
    Doktor Bəstəvi deyir: "Güman edirlər ki, Buxari və Müslim Məhdəviyyət hədislərini zəif sayaraq nəql etməmişlər. Bu yanlış gümandır. Çünki həmin iki kitab bütün hədisləri əhatə etmir və müəlliflərin belə bir iddiası olmamışdır.”("Əl Məhdiyyul-Muntəzər fil-əhadisul-Səhihə”.)
    Buxari deyir: "Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. Amma kitabımın həcminə görə nəql etmədiyim etibarlı hədislər də çoxdur.”("Müqəddimeyi-ibn-Səlah”, s. 21, 22.)
    Müslüm ibn Həccac, Quşeyri deyir: "Mən öz kitabımda bütün etibarlı hədisləri nəql etməmişəm. Məqsədim yalnız yığcam hədisləri zikr etmək olub.”(Həmin mənbə.)
    Hakim Nişapuri deyir: "Buxari və Müslim iddia etmir ki, onların kitabında olmayan hədislər etibarsızdır.”("Müstədrəke-Hakim”, c. 1, s. 2.)
    İbn Qeyn Cəvziyyə deyir: "Məgər Buxari deyibmi ki, mənim kitabımda nəql olunmayan hədis batildir? Buxari öz kitabında nəql etmədiyi bir çox hədisləri də etibarlı saymışdır.”("Zadul-Məad”.)
    Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: "Etibarlı hədislər "Səhiheyn” kitablarında nəql olunduğu kimi başqa kitablarda da nəql olunmuşdur. Məsələn, "Muvta”, "Səhihe-ibn Xəzimə”, "Səhihe ibn Həbban”, "Müstədrəke-hakim”, "Cameye-Termizi”, "Sünəne-Əbu-Davud”, Sünəne-Nəsayi”, "Sünəne ibn-Mace”, "Sünəne-Dar Qutni, "Sünəne-Beyhəqi” kimi kitablarda "Səhiheyndə” olmayan bir çox etibarlı hədislər var”(Əl imamul-Məhdi ində əhlis-sünnə”, c. 2, s. 445.)
    Buxari və Müslimin Məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər həzrət Mehdinin (ə) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn:
    a) Dəccalın meydana çıxması – Buxari, xüsusi ilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir.(Səhihe-Buxari”, c. 4, s. 143; "Səhihe-Müslim”, c. 18, s. 58, 85)(Nəvəvinin şərhi ilə»
     )
    İbn-Həcər Əsqəlani Abərridən nəql etməklə Dəccalın əhvalatını həzrət Mehdinin (ə) zühuru ilə əlaqələndirmişdir.(Təhzibul-təhzib”, c. 9, s. 125.)
    b) İsa ibn Məryəm – Buxari Əbu-Hüreyrəyə istinadən nəql edir ki, peyğəmbər buyurmuşdur: "İmamınız aranızda olduğu halda Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?”("Səhihe-Buxari”, c. 4, s. 143.)
    Müslim də eyni məzmunda hədis nəql etmişdir.("Səhihe-Müslim”, c. 1, s. 94.)
    Bu rəvayətlərdə hәzrәt Mehdidən (ә) başqası nəzərdə tutula bilməz. Çünki "Səhihe-Buxarini” şərh edənlərin hamısı rəvayətdəki imam sözünün həzrət Mehdiyə (ə) işarə olduğunu bildirirlər.
    v) Mal bəxşişi – Müslim Cabir ibn Əbdullah Ənsariyə istinadən nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar.”(Səhihe-Müslim”, c. 8, s. 185.)
    Digər rəvayətlərə müraciət etdikdə uyğun hədisdə həzrət Mehdinin (ə) nəzərdə tutulduğu məlum olur.
    İbn Əbu Şeybə həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Fitnə-fəsad tüğyan etdiyi bir vaxt əhli-beytimdən bir şəxs zühur edəcək və onun ətası böyükdür.”("İbn Əbu-Şeybə, "Əl-Müsənnəf”, s. 678.)
    q) Beyda əhvalatı – Müslim "Səhihdə” həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər.”("Səhihe-Müslim”, c. 8, s. 167.)
    Digər rəvayətlərə müraciət etdikdə məlum olur ki, Beyda məntəqəsində qoşunun yerə gömülməsi həzrət Mehdinin (ə) zühur əlamətlərindəndir.("Mustədrəke-hakim”, c. 4, s. 520.)
    Sual: 82. Məhdəviyyət hədislərində ziddiyyət varmı?
    Cavab: Seyyid Rəşid Riza və ustad Səih Məğribi Məhdəviyyət hədislərində ziddiyyət olduğunu iddia etmişlər. Seyyid Rəşid Riza deyir: "Mehdi hədislərindəki ziddiyyəti aradan qaldırmaq çətindir.” O nümunə olaraq müxtəlif hədislərdə xilaskarın bəzən "Həsəni”, bəzən "Hüseyni”, bəzən "Abbasi”, bəzən "Ələvi” adlandırılmasını göstərir.("Təfsire-Əl Minar”, c. 9, s. 499-501; "Turasəna və məvazinul-nəqd”, s. 187.)
    Əvvəla, ziddiyyət sabit hökmlərə də aiddir. Buna görə də bir şeyin həqiqətini inkar etmək üçün ziddiyyətlərə istinad etmək yanlışdır. İxtilafsız məsələ olmadığından, belə çıxır ki, etiqadi məsələləri də qəbul etməməliyik.
    İkincisi, ziddiyyət yaradan istənilən bir məsələyə münasibətdə sübuta yetiriləsi həqiqət var. Bu səbəbdən də fikir ayrılığı məsələnin həqiqəti üçün sübut ola bilməz.
    Sual: 83. Məhdəviyyət hədisləri yalnız şiə mənbələrindədirmi?
    Cavab: Sünnə əhlindən bəzi şəxslər elə güman edirlər ki, Məhdəviyyət hədisləri bütünlüklə şiələr tərəfindən quraşdırılmışdır. Onlar bu hədisləri nəql edənləri şiəlikdə ittiham edərək onların dediyini əsassız sayırlar.
    Doktor Bəstəvi öz iradını bildirdikdən sonra deyir: "Rəvayətin qəbul olunma meyarı rəvayətçinin ədalətli olmasıdır. Onun əqidəsi nəql etdiklərinə şübhə yaratmamalıdır. Yalnız İslamdan xaric olmuş rəvayətçi mötəbər sayılmaya bilər. Əksər müasir və qədim alimlər belə düşünür.” Sonra Əli ibn Mədyənin dilindən nəql edir ki, əgər yalnız şiə olduqları üçün kufəlilərin nəql etdiyi rəvayətlər inkar olunsa, kitablar puçа çıxar.”("Əl-Məhdiyyul-Muntəzər fil-əhadisul-səhihə”,s. 380.)
    Müəllif sözünə belə davam edir:
    "Rəvayətlərə münasibətdə onu nəql edənin şiə olması ölçü götürülə bilməz. Axı bir çoxları şiə olmadıqları halda bu mövzuda hədis nəql etmişlər.” Sözünün sonunda müəllif deyir: "Mehdi (ə) ilә bağlı rəvayətlərin çoxu şiə olmayanlar tərəfindən nəql olunmuşdur. Şiələr tərəfindən nəql olunan rəvayətlərin də digər məzhəblərdən şahidləri var. Demək, bu mövzuya şübhələr aradan qalxır.”(Həmin mənbə.)
    Sual: 84. Yalançı Mehdilik iddiaları Məhdəviyyət etiqadının mənfi təsiri deyilmi?
    Cavab: Əhməd Əmin deyir: "Məhdəviyyət etiqadının mənfi təsirindən tarix boyu müsəlman inqilabları baş vermişdir. Hər bir əsrdə özünü Mehdi adlandıran bir şəxs xalqı özünə itaətə çağırmış, İslam cəmiyyətində bir çox problemlər yaratmışdır...”("Zəhyul-İslam”, c. 3, s. 244.)
    Əvvəla, kimlərinsə özünü Mehdi elan etməsi bir həqiqətdir. Amma bunun günahı həzrət Mehdinin (ə) xüsusiyyətlərini yetərincə xalqa çatdırmamış alimlərin üzərinə düşür. Bu həm də fırıldaqçılara aldanan xalqın günahıdır. Əslində Məhdəviyyət inancının böyük bərəkətləri var.
    İkincisi, kimlərinsə Mehdilik iddiasına düşməməsi üçün uyğun əqidəni inkar etmək düz olmaz. Əgər bu yol seçilsə, kimlərsə peyğəmbərlik iddiasına düşməsin deyə peyğəmbərlik məsələsi də inkar olunmalıdır.
    Üçüncüsü, Mehdilik iddiasına düşənlər xalqı yalnız bir neçə gün aldada bilər. Amma Allahın lütfü və həzrət Mehdinin yardımı ilə, eləcə də, həqiqi alimlərin zəhmətləri sayəsində fırıldaqçılar ifşa olunub cəmiyyətdən rədd edilir.
    Sual: 85. Məhdəviyyətə etiqad insanı əməldən çəkindirmirmi?
    Cavab: Bəziləri deyirlər ki, Məhdəviyyətə inamın zərərli təsirlərindən biri xalqın mübarizədən çəkilib, yalnız Allahdan qurtuluş gözləməsidir.
    Əslində həzrət Mehdinin (ə) zühuru intizarı müsəlmanların əlini yanına salıb oturması üçün səbəb ola bilməz. İntizar insanları dini vəzifələrinin icrasına və zühur üçün hazırlıq görməyə sövq edir.
    Bu səbəbdən də fərəc intizarı ən üstün əməllərdən sayılmışdır. Məlum olur, intizarın əməli yönümləri var və intizar çəkən şəxs özünü əməl baxımından da xilaskarın zühuruna hazırlamalıdır.
    Sual: 86. Məhdəviyyətə etiqad İslam cəmiyyətindəki siyasi təzyiqlərin nəticəsində yaranmamışdırmı?
    Cavab: Bəzi qərb yönümlü müsəlman ziyalıları iddia edirlər ki, Məhdəviyyət inancı cəmiyyətdəki siyasi təzyiqlərdən qaynaqlanır.
    Şərqşünas Fan Floten deyir: "Abbasilərin zülm-sitəmi əməvilərin zülm-sitəmindən az olmamışdır. Sıxıntılar nəticəsində əzilən sinif özünü ümidvar etmək istəyi ilə Məhdəviyyət inancına bağlanmışdır. Onlar bu yolla ruhi sarsıntılarını yüngülləşdirməyə çalışmışlar...”("Əs-səyadətul-ərəbiyyə”, s. 132)
    Digər bir şərqşünas Donaldson deyir: "Çox ehtimal ki, Bəni-üməyyə hakimlərinin ciddi siyasi sıxıntıları nəticəsində Məhdəviyyət nəzəriyyəsi formalaşmışdır.”(Əqidətuş-şiə”, s. 213.)
    Əhməd Əmin Misri deyir: "Məhdəviyyət əqidəsinin əsas yaranış amili həzrət Əlinin (ə) şəhadətindən və Müaviyənin hakimiyyətə gəlməsindən sonra şiələrin üzləşdiyi sıxıntılar olmuşdur. Bu sıxıntı Həsən ibn Əlinin (ə) Müaviyəyə beyəti və Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra daha da güclənmişdir. Həmin vaxt şiələr taktikanı dəyişərək aşkar dəvətdən çəkinmiş və zülmə qarşı gizli mübarizə yolu seçmişlər...”("Zəhyul-İslam”, c. 3, s. 241.)
    Məhəmməd Əbdül-Kərim Ətfəm deyir: "Əslində Mehdiyə etiqad imamın qeybindən öncə yaranmışdır. Bu əqidə Kərbəla hadisəsindən sonra, əməvi hökumətinin şiələri sıxıntıya salması nəticəsində ortaya çıxmışdır. Bütün bu sıxıntılar şiələrin Məhdəviyyət əqidəsi üçün zəmin hazırlamışdı. Məhdəviyyət şiələri mövcud vəziyyətdən qurtarsa da, bir arzu olaraq onların həyatına mənfi təsir göstərmişdir.”("Ən-nəzəriyyətul-siyasiyyətul-məasirətuş-şiətul-imamiyyə”, s. 86.)
    İradlarımızı bildirək:
    1. Tarix boyu istər müsəlman, istər qeyri-müsəlman məzlumlar siyasi təzyiqlərə məruz qalmışlar. Amma bu o demək deyil ki, sıxıntı keçirənlər Məhdəviyyət etiqadını uydurmuşlar. Əksinə, Allah-tәala Öz məsləhətinə uyğun olaraq, yer üzündə ədaləti bərpa etmək üçün Öz xilaskarının zühurunu müəyyənləşdirmişdir.
    2. Öncə qeyd etdiyimiz kimi, Məhdəviyyət mövzusu bəşər fitrətinin tələbidir. Əql, Quran və rəvayətlər bu həqiqəti təsdiqləyir və müsəlman icması, bəzi qərb yönümlü ziyalılar istisna olmaqla, Məhdəviyyətə inanırlar.
    3. Məhdəviyyət və həzrət Mehdinin (ə) zühuru intizarı kamil şəkildə dərk olunduqda heç bir mənfi təsirə malik olmur. Bu inancın yetərincə müsbət təsirləri var. İntizar insanda ümid ruhiyyəsi yaradır, cəmiyyət həzrətin zühuru üçün münasib zəmin yaratmağa çalışır.
    Sual: 87. Xilaskara əqidə və Məhdəviyyət inancı təkcə şərqə məxsusdurmu?
    Cavab: Fan Floten deyir: "Şərq ruhiyyəsi ümumi şəkildə qeybi xəbərlər sorağındadır. Onlarda qeyb pərdələrinin açılmasına, gələcəkdən xəbər tutmağa meyl böyükdür. Bəli, xilaskarın zühuruna etiqad şərq təbiətinə uyğundur və bu etiqad cəhalət və istibdad nəticəsində yaranmışdır.”("Əs-səyadətul-ərəbiyyə”, s. 107.)
    Sualı cavablandıraq:
    1. Bu əqidə təkcə şərqə aid deyil, əksər dinlərdə, məktəblərdə və ayinlərdə onun oxşarı var.
    2. Məhdəviyyət insan fitrətindən qaynaqlanan bir əqidədir.
    3. Qeyd olunduğu kimi, Məhdəviyyət ayə və rəvayətlərə, icmaya və bütün din və məktəblərə uyğun əqidədir.
    İngilis filosofu Bertrand Rassel deyir: "Dünya hamını birləşdirib, bir bayraq və bir şüar ətrafında toplayacaq xilaskarın intizarındadır.”(Elmin cəmiyyətə təsiri”, s. 56.)
    Nisbilik nəzəriyyəsinin banisi Eynşteyn deyir: "Sülh-səfanın bütün yer üzünü bürüyəcəyi və insanların dost və qardaşcasına yaşayacağı gün bir o qədər də uzaq deyil.”("Nisbiyyət anlayışı”, s. 35)
    Sual: 88. "Məhdəviyyət əqidəsi digər cəmiyyətlərdən və əqidələrdən götürülməyibmi?
    Cavab: Bəziləri Məhdəviyyət əqidəsini İslama kənardan gəlmiş əqidə kimi qəbul edirlər.
    Culd Zeyher deyir: "Mehdi (ə) əqidəsinə qayıdış qeyri-islami prinsiplərdəndir. Əslində bu əqidə əfsanə və qeyri-real işlərdəndir.”("Əl-əqidə vəş-şəriə”, s. 218.)
    Saih Əli Hüseyn deyir: "Qeyb və qayıdış əqidəsi və nəzəriyyəsi yəhudilər və məsihilər arasında müştərək əqidədir. Şiə məzhəbi yalnız bu iki mənbədən təsirlənə bilər...”("Tərasəna və məvazinul-nəqd”, s. 184.)
    Doktor Əbdür-Rəhman Bədəvi deyir: "Müsəlmanlar arasında Mehdi (ə) əqidəsini Kəbul-Əhbar yaymışdır”.("Məzahibul-İslamiyyin”, c. 2, s. 76, 77)
    Bütün bu iddiaların cavabı var:
    1. Quran və mütəvatir rəvayətlərə əsasən həzrət Mehdinin (ə) zühuruna inam əsl İslam əqidəsidir. Bu məsələyə digər dinlərdə də işarə olunmuşdur. Uyğun əqidəni əfsanə saymaq üçün heç bir əsas yoxdur.
    2. Bu əqidə təkcə şiələrə aid deyil. Peyğəmbər səhabələri də ayə və rəvayətlərə əsasən Məhdəviyyətə inanmışlar. Bütün İslam tarixi boyu şiə və sünni məzhəbindən olan böyük alimlər Məhdəviyyəti qəbul etmişdir.
    3. Belə əqidənin yəhudilərə və məsihilərə aid olması o demək deyil ki, İslamda bu əqidə ola bilməz və o hökmən başqa dinlərdən götürülmüşdür. Əksinə, digər səmavi dinlərdə də uyğun əqidənin mövcudluğu Məhdəviyyətin insan fitrətindən qaynaqlandığını və Allah tərəfindən təqdir olunduğunu göstərir.
    4. İslam cəmiyyətində Məhdəviyyət əqidəsi Kəbul-əhbar tərəfindən yayılmamışdır. Allah və Onun peyğəmbərləri, xüsusi ilə İslam peyğəmbəri (s) və onun məsum əhli-beyti (ə) cəmiyyəti Məhdəviyyət məsələsindən məlumatlandırmışlar.
    Sual: 89. Məhdəviyyət İslamın dünyaya hakim ola bilməsindən qaynaqlanırmı?
    Cavab: İordaniya universitetində fəlsəfə bölməsinin rəisi Doktor Səlman Büdur Məhdəviyyət haqqında deyir: "İslam peyğəmbərinin hökuməti İslam və digər dinlərin müjdə verdiyi ədalət hökumətinin mücəssəməsi idi. Bir çox müsəlmanlar elə həmin dövrdə ədalət hökumətinin dünyaya yayılmasını arzulayırdı. Bu arzu gerçəkləşmədi. Amma hələ də İslam mütəfəkkirləri, xüsusi ilə imamiyyə şiələri bu arzu ilə yaşayır.”(Dirasətu әnil-firəq fi tarixul-muslimin”, s. 222.)
    Həzrət Peyğəmbərin (s) dövründə İslam bütün yer üzünə yayılmasa da, əvvəla, İslam haqqında bir din olaraq bütün dünya xəbər tutdu və həzrət Peyğəmbər (s) bütün yer əhlini İslama dəvət etdi.
    İkincisi, Quran və həzrət Peyğəmbər (s) İslamın bütün yer üzünə yayılacağına xəbər vermişlər. Müsəlmanların bu amaldan məyus olub Məhdəviyyətə üz tutması fikri yanlışdır.
    Doktor Əbdül-Cəbbar Şərarə deyir: "Elm və mərifət iddiasında olan bir qrup insanın elə qədim dövrdən hazırkı dövrədək İslam cəmiyyətində şübhə yaratması təəccüb doğurur. Əslində, onların iddiası düşüncələrinin darlığını göstərir. Culd Zeyher, Fəlhauzen, Fan Floten, Mak Donald, Bernard Levis, Monteqri, Vat və Masinyon kimi şərqşünaslar və onların şagirdləri şərq təfəkküründən qidalandıqları halda heç bir dəlil gətirmədən Məhdəviyyət məsələsini şübhə altına alırlar. Hansı ki, aşkar və qəti dəlillər onların nəzərinə çatdırılır. Fundamental şəkildə sübut olunmuşdur ki, dünyanın axırlarında həzrət Mehdi (ə) zühur edəcək. Bu əqidəni sünnə əhlindən olan Bərzənçi, Şövkani və başqaları mütəvatir hədislərə əsaslanaraq qəbul edirlər...”("Bəhsun həvlәl-Məhdi”, s. 16, 17.)
    Sual: 90. Müsəlmanlar yekdil olaraq Məhdəviyyət əqidəsini qəbul edirlәrmi?
    Cavab: Müsəlmanlar arasında müxtəlif məzhəbi ixtilaflar olsa da, onlar Məhdəviyyət əqidəsinə münasibətdə yekdildirlər. Bu əqidə hansısa məzhəbə aid deyil. İmamiyə, zeydiyyə, maliki, hənəfi, şafeyi, hənbəli, hətta vəhhabi firqəsində dә Məhdəviyyət məsələsi qəbul olunur. Bütün məzhəblər inanır ki, peyğəmbər nəslindən olan bir şəxs qiyam edib, yer üzünü bürümüş zülm kökünü kəsəcək və ədaləti bərpa edəcək.
    Əksər sünni alimləri bu əqidənin bütün müsəlmanlara aid olduğunu bildirir. Hətta bəzi sünni fəqihləri bu əqidəni inkar edənlərin qətlini vacib saymışlar.
    Əhməd Əmin Misri Məhdəviyyət məsələsini prinsipcə inkar etsə də, onu sünnə əhlinin aşkar əqidələrindən sayır.("Əl-Məhdi vəl-Məhdəviyyə”, s. 110.)
    Sual: 91. Hansısa sünni alimi Məhdəviyyət hədislərini mütəvatir (yetərli) sayırmı?
    Cavab: Hədis elmində ixtisas sahibi olan bir qrup sünni alimi Məhdəviyyət hədislərini mütəvatir, yetərli sayırlar. İbn Qəyyim Cоvziyyə, Cəlaləddin Süyuti, Əbül-Həsən Məhəmməd ibn Hüseyn ibn Asim Səhəri, Əllamə Minavi, Hafis ibn Həcər Əsqəlani, Qazi Şəvkani, ibn Həcər Heytəmi, Təftazani, Qurmani Dəməşqi, Məbar Kəfuri, Əhməd ibn Məhəmməd ibn Siddiq, Səfarini Hənbəli, Seyyid Məhəmməd Siddiq Həsən, Əbül-Xətib Məhəmməd Şəmsül-Həqq Əzim Abadi, Şeyx Əbül-Hüseyn Abiri, Bərzənçi, Şeyx Məhəmməd Xızr Hüseyn, Əbül-Əla Məvdudi, Əhməd Zeyni Dehlan, Şeyx Mənsur Əli Nasif, Şeyx Nəsirəddin Əlbani kimi məşhur sünni alimləri Məhdəviyyət hədislərini mütəvatir sayırlar.
    Sual: 92. Mütəvatir olmayan bir hədisə inanmaq olarmı?
    Cavab: Sünnə əhli Məhdəviyyət mövzusunu həzrət Peyğəmbərin (s) müjdələrindən saydıqları üçün, eləcə də bu mövzu ilə bağlı mötəbər rəvayətlər olduğundan, hətta rəvayətlər mütəvatir həddə çatmamışsa belə, uyğun etiqadı vacib sayırlar.
    Həmud ibn Əbdüllah Təvicəri deyir: "Peyğəmbərin (s) aşkar şəkildə bəyan etdiklərinə iman gətirmək hər bir müsəlmana vacibdir. Belə bir iman həzrətin peyğəmbərliyinin etirafı və ona şəhadətdir...” Sonra müəllif Əhməd ibn Hənbəl və Əbu Məhəmməd Müqəddəsidən eyni iddiaları nəql edir.("İthaful-Cəmaət”, c. 1, s. 6.)
    O digər bir məqamda deyir: "Qeybi xəbərlərə iman gətirmək üçünmü təvatirlik şərt deyil. Bir qeybi xəbərin həzrət Peyğəmbərin (s) tərəfindən nəql olunduğu sübuta yetirsə, deyilənə iman gətirmək vacibdir. Uyğun məsələ ilə bağlı hədislərin mütəvatir saya çatmasının əhəmiyyəti yoxdur. Bu sünni əhlinin mövqeyidir.” Sonra müəllif öz iddiasını sübuta yetirmək üçün "Nəbə” ayəsinə istinad edir.(Həmin mənbə, s. 7.)
    Doktor Məhəmməd Əhməd İsmail Müqəddəm deyir: "Peyğəmbər tərəfindən düzgün yolla gəlib çatmış hədisə inanmaq hər bir müsəlmana vacibdir. Belə bir inam İslam peyğəmbərinin risalətinə şəhadət şərtidir...”(Əl-Mәhdi və fiqhu şiratus-saə”, s. 23, 24.)
    Sual: 93: Məhdəviyyət hədislərinin düzgünlüyü kimlər tərəfindən təsdiqlənir?
    Cavab: Bir qrup sünni alimi Məhdəviyyət hədislərini həqiqi sayır, onlardan bir qrupu isə bu hədisləri təvatir həddə bilir. Termizi, Əbu-Cəfər Əqili, Bərbəhari, Məhəmməd ibn Hüseyn Abiri, Hakim Nişapuri, Beyhəqi, Bəğəvi, İbn-Əsir, Qurtubi, İbn Mənzur, İbn-Təymiyyə, Cəmaləddin Məzzi, Zəhəbi, İbn Qəyyim Cəvziyyə, İbn-Kəsir, Təftazani, Nurəddin Heysəmi, Şeyx Məhəmməd Cəzri Şafei, Əhməd ibn Əbu-Bəkr Buysəri, İbn Həcər Əsqəlani, Süyuti, Şeyx Əbdül Vəhhab Şüərani, İbn Həcər Heytəmi, Mətqa Hindi, Şeyx Məri ibn Yusif Müqəddəsi Hənbəli, Məhəmməd ibn Əbdul Rəsul Bərzənçi, Məhəmməd Əbdül-Baqi Rəzəqani, Əbül-Əla İraqi, Şeyx Məhəmməd ibn Əhməd Səfarini Hənbəli, Seyyid Məhəmməd Mürtəza Zübeydi, Şeyx Məhəmməd ibn Əli Səbban, Məhəmməd Əmin Suyidi, Şəvkani, Məhəmməd ibn Həsən ibn Mömin Şəbələnçi, Əhməd ibn Zeyni Dehlan, Şihabəddin Əhməd ibn İsmail Əlvani Şafei, Əbül-Bərakat Alusi Hənəfi, Məhəmməd Bəlbəsi Şafei, Əbül-Təyyib Əzim Abadi, Məbar Kəfuri, Şeyx Mənsur Əli Nasif, Şeyx Xızr Hüseyn Misri, Əbül-Əla Məvdudi, Nasirəddin Əlbani, Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad, Şeyx Həmud ibn Əbdüllah Təvicəri, Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz Məhdəviyyət hədisini qəbul edən alimlərdəndir.
    Sual: 94. Hansı səhabələr Məhdəviyyət hədisini nəql etmişdir?
    Cavab: Səhabələr arasında Məhdəviyyət hədisini nəql edənlər çoxdur. Onlardan bəzilərinin adını çəkək: İmam Əmirəl-möminin (ə), Əbu-Əmamə Bahili, Sudəy ibn Əclan, Əbu-Əyyub Ənsari, Əbu-Səid Xidri, Əbu-Səlmi, Əbül-Tüfeyl Amir ibn Vasilə, Əbu-Leyla, Əbu-Vail, Əbu-Hüreyrə, Ənəs ibn Malik, Suban Məvlan Rəsulullah, Cabir ibn Səmərə, Cabir ibn Əbdüllah Ənsari, Cabir ibn Əbdullah Sədəfi, imam Hüseyn ibn Əli, Səlman Farsi, Təlhə ibn Übeydüllah, Abbas ibn Əbdül-Mütəllib, Əbdürrəhman ibn Ouf, Əbdül-Rəhman ibn Hərs, Əbdullah ibn Abbas, Abdullah ibn Ömər ibn Xəttab, Əbdullah ibn Əmr ibn As, Əbdullah ibn Məsud, Osman ibn Əffan, Osman ibn Əbül-As, Əl-Qəmə ibn Əbdullah, Əli Əl-Hilali, Əmmar ibn Yasər, Ömər ibn Xəttab, İmran ibn Həsin, Əmr ibn As, Əmr ibn Mərrə Cəhəni, Ouf ibn Malik, Qətadə ibn Neman, Qərrə ibn Əyas Məzəni, Kəb ibn Əl-Qəmə, Məaz ibn Cəbəl, Fatimeye-Zəhra, Ümmü-Sələmə, Ayişə, Ümmü-Həbibə və başqaları.
    Sual: 95. Sünnə əhli həzrət Mehdi (ə) və onun zühurunu inkar edənlər haqqında hansı hökmü verir?
    Cavab: Bəzi sünnə alimləri həzrət Mehdinin (ə) zühuruna imanı vacib saymışlar. Bəziləri isə bu həqiqəti inkar edənləri kafir hesab edirlər.
    Əhməd ibn Məhəmməd ibn Siddiq deyir: "Həzrət Mehdinin (ə) zühuruna iman vacibdir və bu zühura etiqad peyğəmbərin təsdiqi olduğu üçün qətidir...”
    Bu təbir Hənbəli, Nasirəddin Əlbani, Əbdül-Möhsin ibn Məhəmməd Əl-İbad tərəfindən də işlədilmişdir.(Əl-İzaət”, s. 146; "Əl-Təməddunul-İslami”, 22-ci say, s. 643; "Əl-cəmaətul-İslamiyyə”, 3-cü say.)Şafei fəqihi İbn Həcər bildirir ki, Mehdinin (ə) inkarı köklü şəkildə sünnənin inkarına apararsa, küfrə səbəb olar. Kim belə etsə, qətli vacibdir. Əgər inkar sünnə yox, imamlarla düşmənçilikdəndirsə, həmin şəxs cəzalandırılmaqla bu işdən çəkindirilməlidir...”("Əl-Bürhan”, s. 178.)
    Əhməd ibn Məhəmməd ibn Siddiq Ğəmari Əzhəri Məhdəviyyət hədisləri haqqında deyir: "Bu hədislər mütəvatirdir (yetərli həddədir), onları inkar edənlər bidətçi və azğın sayılır.”("Əl-Məhdiyyul- Muntəzər”, s.5.)
    Sual: 96. İslam tarixində kimlər Məhdəviyyət mövzusunu nəzmə çəkmişlər?
    Cavab: Bir mövzunun nəzmə çəkilməsi onun həqiqət olmasını göstərən əlamətlərdəndir. Məhdəviyyət də bu qəbil mövzulardandır. Uyğun mövzu tarix boyu diqqət mərkəzində olmuş, nəzmə çəkilmişdir. Məhdəviyyəti nəzmə çəkənlərin bəzilərini yada salaq: İmam Əli (ə) Zeyd ibn Əli ibn Əl-Hüseyn, imam Sadiq (ə), imam Riza (ə), imam Həsən Əskəri (ə), ibn Əbil-Hədid Mötəzili, Mühyiddin ibn Ərəbi, Məhəmməd ibn Təlhə Şafei, Sədrəddin Qunuyi, Şeyx Əbdül-Rəhman Bistami, Fəzl ibn Ruzbəhan, Məhəmməd ibn Tulun, Kimеyt ibn Zeyd Əsədi.
    Sual: 97. Məhdəviyyət əhvalatı nə vaxtdan qələmə alınmağa başlamışdır?
    Cavab: Müxtəlif mənbələri nəzərdən keçirdikdə məlum olur ki, Məhdəviyyət mövzusu prinsipial mövzulardan olmuşdur. Bu mövzu təkcə Mehdinin (ə) mövludundan öncə şiələr arasında yayılmamışdır. Həzrət Peyğəmbərin (s) vəfatından başlayaraq şiə və sünnilər arasında bu müqəddəs hərəkat müşahidə olunur. Bu da öz növbəsində Məhdəviyyət məsələsinin prinsipial İslam mövzularından olduğunu göstərir. Yanlış fikirdir ki, Məhdəviyyət mövzusu imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra ortaya çıxıb.
    Qısa şəkildə deyə bilərik ki, Məhdəviyyət mövzusu hicri ikinci əsrin əvvəllərindən qələmə alınmışdır. Rical kitablarından məlum olur ki, bu mövzu şiə cəmiyyətində imam Sadiqin (ə) dövründən yazıya alınmışdır.
    Şeyx Tusi "Əl-fehrest” kitabında nəql edir ki, Əli ibn Yəqtin ibn Musa Bağdadi Əsədi bu mövzuda kitab tərtib etmişdir.
    Sual: 98. Məhdəviyyət mövzusu hansı üsullarla bəyan olunmuşdur?
    Cavab: Məhdəviyyət mövzusu müxtəlif firqələrin alimləri tərəfindən çeşidli şəkildə təsnif olunmuşdur:
    1. Rəvayət yolu - Məhdəviyyət əhvalatının tәfәrrüаtı qeybə iman nümunələrindən sayılır. Bu yolun bəzi səciyyələri var: Bəziləri yalnız Quran ayələrinin təfsiri sayılan hədislər nəql etmişlər. Bəzilərisə öz kitablarında Məhdəviyyətlə bağlı bütün hədisləri toplamışlar. Şiə və sünnilər ikinci yola hər biri xüsusi bir şəkildə yanaşmışdır.
    İmamiyyə alimləri Məhdəviyyətlə bağlı mövzunu üç növdə bəyan etmişlər:
    a) Şiələr tərəfindən nəql olunmuş hədislərə istinad edilmişdir. Misal olaraq "Kifayətul-muhtədi fi mərifətul-Məhdi”, "Biharul-ənvar” kitablarını göstərmək olar.
    b) Şiə rəvayətlərinin sünnilər tərəfindən nəql olunmuş rəvayətlərlə təsdiqi. Nümunə olaraq "Kəşful-ğəmmə”, "Əttəraif”, "İsbatul-hudat” kitablarını göstərmək olar.
    v) Sünnilərə Məhdəviyyət mövzusunu qəbul etdirmək üçün yalnız sünni rəvayətlərinə istinad edilmişdir. Nümunə olaraq "Əl-Məhdi”, "Əl-Məhdiyyul-Məvludul-Muntəzər” kitablarını göstərmək olar. Sünnə əhli də uyğun məsələyə münasibətdə müxtəlif üsullardan istifadə etmişdir:
    a) "Əxbarul-Məhdi”, "Cаmiul-əhadisul-varidə fil-Məhdi” kimi kitablarda yalnız sünni mənbələrinə istinad olunmuşdur.
    b) Şiə və əhli-beyt rəvayətləri nəql olunmuşdur. "Əl-Məlahim”, "Əqdud-durər fi əxbarul-müntəzər”, "Əl-bürhan fi əlamətu Məhdi axiruz-zəman” kitablarını misal göstərmək olar.
    v) İmamiyyə əqidəsinin sübutu üçün Məhdəviyyət məsələsində əhli-beyt (ə) rəvayətlərinə istinad olunmuşdur. "Yәnabiul-mәvəddət”, "Fəraidul-səmteyn” kitablarını misal göstərmək olar.
    2. Dəlil və kəlam yolu – Bu yolla gedən müəlliflər Məhdəviyyət mövzusunu dəlillər əsasında bəyan etmişlər. Uyğun yanaşmanın məqsədi Məhdəviyyətlə bağlı şübhələri aradan qaldırmaqdır. Misal olaraq Şeyx Müfidin kitablarını göstərmək olar. Seyyid Mürtəzanın "Əl-Müqniə fil-ğeybə”, Şəhid Seyyid Mühəmməd Baqir Sədrin "Bəhsun hоvlәl-Məhdi” kitabları da bu qəbildəndir.
    3. Əlaqələndirmə yolu – Məhdəviyyət mövzusundakı üsullardan biri şiə əqidəsi ilə digər İslam məzhəbləri arasındakı yaxınlıq mövzusudur. Bu sayaq söhbətlərə Şeyx Müfidin, Seyyid Mürtəzanın, Şeyx Tusinin kitablarında rast gəlmək olar. Sırf bu mövzuda yazılmış kitablar arasında yeddinci əsr alimlərindən olan Əbu Əbdüllah Hümeydan ibn Yəhya Qasimi Həsəni, Şeyx Mehdi Fətlavi, Nəcməddin Əsgərinin kitabları mühüm yer tutur.
    4. Tarixi təhlil yolu – Bu yolu seçən müəlliflər Məhdəviyyət mövzusunu müxtəlif tarixi yönümlərdən işıqlandırmışlar. Şəhid Seyyid Məhəmməd Sədrin "Tarixul-ğeybətul-Suğra”, «Tarixul-ğeybətul-kubra», «Tarix ma bədəl-zühur» kitabı uyğun üsulla yazılmış mühüm kitablardandır.
    5. Dinlərarası yaxınlıq üsulu – Bəziləri Məhdəviyyət mövzusunu bəyan edərkən daha böyük miqyas götürmüş, müxtəlif dinlərdə uyğun mövzu ilə bağlı məlumatlara əsaslanmışdır. Doktor Sadiqinin "Bəşarətul-əhdeyn”, Sеyyid Əyyubun "Əl-məsihul-Dəccal” kitabları uyğun üsulda yazılmış kitablardandır.
    6. Tarixi fəlsəfə təhlili yolu – Bəziləri bu mövzuya tarixi təkamül prizmasından yanaşmışlar. Şəhid Mütəhhərinin "Tarixi fəlsəfə baxımından Mehdi (ə) qiyamı” kitabı həmin qəbildəndir.
    Sual: 99. Mehdilik iddiasının ortaya çıxması həmin zühurun labüdlüyünü göstərmirmi?
    Cavab: Məhdəviyyət əqidəsi İslam cəmiyyətinə o qədər nüfuz etmişdir ki, hətta bəziləri bu əqidədən istifadə edərək Mehdilik iddiasına düşmüşlər. Xoşbəxtlikdən zaman ötdükcə belə yalan iddialar aradan qalxmışdır.
    Əhməd Əmin Misri "Əl-Məhdiyyə fil-İslam” kitabında bildirir ki, Mehdilik iddiası bu əqidənin puçluğunu göstərir. Əslində isə belə deyil. Tarix boyu kimlərinsə Mehdilik iddiasına düşməsi bu əqidənin düzlük göstəricisidir və cəmiyyətdə uyğun əqidənin nüfuzundan danışır.
    Bir sahədə yalançı iddiaçıların olması sübut götürülərsə, peyğəmbərlik məsələsi də şübhə altına düşər. Məgər tarixdə peyğəmbərlik iddiası edən yalançılar az olmuşdur?!
    Sual: 100. Kimlər Mehdilik iddiasına düşmüşlər və kimlər Mehdi (ə) kimi tanıtdırılmışdır?
    Cavab: Bu sayaq iddia edənlər çox olmuşdur. Məsələn:
    1. Muxtar tərəfindən Mehdi (ə) olması iddia edilən Məhəmməd ibn Hənəfiyyə;
    2. Xalqın Mehdi (ə) kimi tanıtdırdığı Musa ibn Təlhə;
    3. Bir çoxlarının Mehdi (ə) kimi tanıdığı Əbu-Haşim ibn Məhəmməd ibn Hənəfiyyə;
    4. Ömər ibn Əbdül-Əziz;
    5. Əbdüllah ibn Müaviyə ibn Əbdüllah ibn Cəfər;
    6. İmam Sadiqin (ə) oğlu İsmail (Bəziləri onun ölümünü inkar etmiş və Mehdi (ə) olduğunu bildirmişlər);
    7. Mötəzililərin Mehdi (ə) kimi tanıtdırdığı Məhəmməd ibn Əbdüllah ibn Həsən. Əbül-fərəc İsfəhani deyir: "Kimsə onun Mehdi (ə) olmasına şəkk etmədi. Hətta Bəni-haşimdən olanların bir dəstəsi ona beyət etdi.”
    8. Mənsur Abbasinin oğlu Mehdi Abbasi. (Atası ona "Mehdi” ləqəbi vermişdi ki, bu bəhanə ilə xalqdan beyət ala bilsin).
    Sual: 101. Zeydiyyə əqidəsində olanlar Mehdini (ə) inkar edirmi?
    Cavab: Əhməd Əmin Misri "Zəhiyul-İslam” kitabında iddia edir ki, zeydiyyə əqidəsində olanlar Mehdini (ə) inkar etmişlər.
    Əhməd Əminin iddiası kökündən yanlışdır. Zeydiyyə kitablarına müraciət etdikdə görürük ki, onlar da digər İslam firqələri kimi həzrət Mehdinin (ə) qiyamına inanırlar.
    Zeydiyyə firqəsinin böyük alimlərindən olan Məcdəddin ibn Məhəmməd ibn Mənsur Həsəni "Ləvamiul-ənvar” kitabında "Əxbarul-Məhdi” adı altında fəsil tərtib etmiş və həzrət Mehdi (ə) ilə bağlı bir çox hədislər nəql etmişdir.
    O uyğun fəsildə yazır: Məhəmməd (s) ailəsindən olan imamlar həzrət Mehdi (ə) haqqında müjdə vermişlər. Onlar Mehdinin (ə) intizarını çəkirdilər. Hər bir imam özündən sonrakı imama bu barədə vəsiyyət etmişdir.”("Ləvamiul-Ənvar”, c. 1, s. 57.)
    Bu şəxs həzrət Mehdi (ə) haqqında bir çox rəvayətlər nəql etdikdən sonra deyir: "Həzrət Mehdi (ə) və onun əhli-beytdən olması ilə bağlı rəvayətlər təvatir (yetərli) həddədir.”(Həmin mənbə.)
    Kitabın başqa bir bölməsində oxuyuruq: Son imamla bağlı peyğəmbərdən və ələvi imamlardan yetişmiş xəbərlər qeyd olunanlardan çoxdur. "Nəhcül-bəlağəni” şərh edən ibn Əbil-Hədidin uyğun mövzu ilə bağlı söylədikləri həqiqətdir. Bütün müsəlman firqələri yekdil olaraq düşünür ki, dünya yalnız onun zühurundan sonra sona çatır.”(Həmin mənbə.)
    Eyni fikirlər zeydiyyə imamı İbn-Həmzənin "Əş-şafi” kitabında nəql olunmuşdur.("Kitabul-Şafi”, c. 1, s. 78.)
    İbn Həmzənin dediklərindən məlum olur ki, o hətta həzrət Mehdinin (ə) dünyaya gəlişinə də inanır.(Həmin mənbə, s. 79.)
    Zeydiyyə alimlərindən olan Qazi Hüseyn ibn Nasir Məühəlla "Mutməhul-amal” kitabında Məhdəviyyət hadisəsindən söz açır. O deyir: "Həzrət Mehdi (ə) haqqında mütəvatir həddə çatmış hədislər nəql olunmuşdur.”("Mutməhul-amal”, s. 185.)
    Sual: 102. Məhdəviyyətə etiqad xalqı xeyir əməldən çəkindirmirmi?
    Cavab: Öncə Məhdəviyyətə etiqad və imamın intizarı mövzularını açıqlamaq lazımdır.
    Məhdəviyyət o vaxt zərərli ola bilər ki, insan intizar adı altında bir bucağa çəkilib cəmiyyətdən ayrılsın; elə düşünsün ki, yer üzündə zülmün genişlənməsi imamın zühurunu tezləşdirəcək və imam tənhalıqda yer üzünü islah edəcək.
    Başqa cür də düşünmək olar. Əslində bilməliyik ki, bizim əlimizi yanımıza salıb boş dayanmağımız bu zühuru yubandırır. Belə bir yanaşma insanı təşviq edir. Xilaskarı gözləyənlər özləri saleh fərdlərdir. Bu səbəbdən də İslam rəvayətlərində fərəc intizarı ən fəzilətli əməl sayılmışdır.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 638 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024