İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:28 AM
    Uşaq yaşlarında imamət
    Sual: 166. Uşaq yaşlarında imamətin mümkünlüyünü kimlər şübhə altına alır?
    Cavab: Həzrət Mehdi (ə) ilə bağlı ünvanlanmış suallardan biri də budur ki, insan uşaq yaşlarında imamət və xilafətə necə çatar?
    Sünnə əhli alimlərindən olan ibn Hicr Heytəmi deyir: "Pak şəriətdə təsbit olunmuşdur ki, körpə uşağın vilayəti, hakimiyyəti düzgün deyil. Bəs necə olur ki, şiələr beş yaşa çatmamış uşağın imamətinə inanırlar?!("Səvaiqul-mühriqə”, s. 166.)
    Əhməd Katib yazır: "Allahın körpə uşağı müsəlmanlara rəhbər təyin etməsi ağılabatan deyil.”(Tətəvvürəl-fikrul-siyasi”, s. 102.)
    Sual: 167. Quran körpənin imamət və nübüvvətini təsdiq edirmi?
    Cavab: Quran baxımından körpənin nübüvvət və vilayəti nəinki mümkündür, hətta ilahi kitabda bu mövzuda xəbərlər var.
    a) Allah-tәala həzrət Yəhyaya xitabən buyurur:
    "Ey Yəhya! Sən bizim səmavi kitabdan möhkəm tut. Biz ona uşaq yaşlarında nübüvvət məqamı verdik.”(Məryəm”, 12.)
    Fəxr Razi Allah-tәalanın həzrət Yəhyaya buyuruğu haqqında deyir: "Şərif ayədə həqiqətən nübüvvət məqamı nəzərdə tutulmuşdur. Çünki Allah-tәala Yəhyanın əqlini uşaq yaşlarında kamilləşdirdi və ona vəhy göndərdi. Allah-tәala orta yaşlarında peyğəmbərliyə çatmış həzrət Musa və Məhəmməddən (s) fərqli olaraq, həzrət Yəhya və İsanı uşaq yaşlarında peyğəmbərliyə seçdi.”("Təfsire-Fəxr-Razi”, c. 11, s. 192)
    b) Həzrət İsa haqqında isə belə buyurulur: "Məryəm körpəyə işarə etdi. Onlar dedilər: "Beşik uşağı ilə necə danışaq? O uşaq dedi: "Həqiqətən, mən Allahın bəndəsiyəm, O, mənə səmavi kitab və nübüvvət şərəfi əta buyurdu...”("Məryəm”, 29, 30.)
    Qunduzi Hənəfi imam Mehdinin (ə) dünyaya gəlişini qeyd etdikdən sonra yazır: "Deyirlər ki, Allah-tәala ona uşaq yaşlarında hikmət əta etdi və aləmlərdəkilər üçün nişanə buyurdu. Necə ki, həzrət Yəhya və həzrət İsaya belə lütf etmişdi. Allah həzrət Mehdinin (ə) ömrünü həzrət Xızrın ömrü kimi uzatdı.”("Yәnabiul-mәvəddət”, s. 454.)
    Qütb Ravəndi və başqaları Yezid Kənasidən belə nəql edirlər: Həzrət Əbu-Cəfərdən (ə) soruşdum: "Həzrət İsa beşikdə danışdığı vaxt Allahın yer əhlinə höccəti idimi?” Həzrət buyurdu: "İsa həmin gün Allahın peyğəmbəri və mürsəl höccəti idi. Məgər belə bir buyuruğu eşitməmisən: "Mən Allahın bəndəsiyəm, O mənə kitab verib, məni peyğəmbər seçib, harada olsam vücudumu bərəkətli edib; nə qədər ki diriyəm, mənə namaz və zəkatı tapşırıb.” Ərz etdim ki, onda İsa beşikdə ikən Zəkəriyya Allahın höccəti idi? Həzrət buyurdu: "İsa həmin halda xalq üçün nişanə, həzrət Məryəm üçün Allah tərəfindən bir rəhmət idi. Danışıb təbir etdiyi halda onu eşidənlərə peyğəmbər və höccət idi. Sonra İsa susdu və iki il danışmadı. Həmin arada xalqa höccət Zəkəriyya oldu. Onun vəfatından sonra Yəhya körpə yaşında kitab və hikmətə varis oldu. Allahın Yəhyaya müraciətini eşitməmisənmi?! İsa yeddi yaşına çatdıqda ilk nazil olan vəhy peyğəmbərlikdən xəbər verdi. Həmin vaxtdan İsa Yəhyaya və bütün xalqa höccət oldu. Ey Әba Xalid! Adəm yaranan gündən bir gün olsun belə, yer üzü ilahi höccətsiz olmayıb...”(Kafi”, c. 1, s. 382.)
    İrad tutulmasın ki, həzrət İsa ilə bağlı bəyanatlar qrammatik baxımdan keçmiş zamana aiddir, amma əslində gələcək zaman nəzərdə tutulur. Əvvəla, bu ehtimal keçmiş zaman formasına zahirən xilafdır və belə bir ehtimal üçün dəlil lazımdır. İkincisi, "nəbi” ilə "rəsul” arasında fərq var. Həzrət İsa ilə bağlı "rəsul” yox, "nəbi” təbiri işlədilmişdir. Belə bir nəticə çıxarmaq olar ki, azyaşlı olduğu üçün risalət məqamına çatmamış İsa öncə nəbi məqamına çatmışdı.
    Sual: 168. Tarixi baxımdan uşaqda imamət məqamı görünmüşdürmü?
    Cavab: Tarixə müraciət etdikdə görürük ki, körpənin rəhbərlik etməsi faktdır. Filosoflar, hikmət sahibləri deyir: "Bir işin mümkünlüyünün ən güclü dəlili onun baş verməsidir.”
    Həzrət Peyğəmbər (s) hicrətin üçüncü ili "və ənzir əşirətəkə...” ayəsi nazil olduqdan sonra аzyaşlı Əli ibn Əbu-Talibi (ə) canişinliyə təyin etdi və öz qövmünə göstəriş verdi ki, onun əmrlərinə tabe olsunlar.("Tarixe-Təbəri”, c. 2, s. 62, 63; "Kamile-ibn-Kəsir”, c. 2, s. 40, 41.)
    Şeyx Müfid yazır: "Şiələr və sünni əhli yekdil olaraq bu rəydədir ki, həzrət Peyğəmbər (s) yaşı az olmasına baxmayaraq, Əlini (ə) canişinliyə təyin etdi...”("Əl-füsulul-muxtarə”, s. 316.)
    Sual: 169. Uşağın imam olmasını ağıl təsdiq edirmi?
    Cavab: Bəziləri deyirlər ki, azyaşlı uşağın imamlığı ağla sığmır. Nəzərinizə çatdırmalıyıq ki, mahal, mümkünsüz iş üç qismdir: Zatən mahal (istənilən bir şəraitdə mümkünsüz); baş tutması mahal (səbəb olmadan bir işin baş verməsinin mümkünsüzlüyü); adi mahal (təbiət qanunlarına əsasən baş verməsi mümkünsüz olan möcüzə kimi işlər.)
    Erkən yaşlarında imamət haqqında bunu deyə bilərik ki, bu iş nə zatən mahaldır, nə də baş verməsi mümkünsüzdür. Çünki Allah risalət və imamətin bütün şərtlərini bir körpədə ödəməyə qadirdir. Bundan əlavə, həzrət Yəhya və İsanın nəbiliyi deyilənlərə ən gözəl sübutdur.
    Məhəmməd ibn Həsən Səffar Əli ibn Əsbatdan belə nəql edir: "Əba-Cəfərin mənə yaxınlaşdığını gördüm. Həzrəti Misirdə yaxınlarıma təsvir etmək üçün onu diqqətlə nəzərdən keçirdim. O qəfildən səcdəyə düşüb buyurdu: "Allah peyğəmbərlik əmrində gətirdiyi dəlili imamət əmrində gətirdi.” Hikmət qırx yaşında əta olunduğu kimi, bir insana uşaq yaşlarında da əta oluna bilər.”(

    Bax: "Məryəm”, 12; "Yusuf”, 22; "Bəsairul-dərəcat”, s. 258.

    )
    Sual: 170. Körpədə inkişaf etmiş düşüncə ola bilərmi?
    Cavab: Əqli inkişaf üçün hansısa yaş müəyyənləşməmişdir. Bəzilərində bu inkişaf beş yaşında müşahidə olunur. Bəli, Allah Öz qüdrəti ilə körpəyə kamil düşüncə əta edə bilər.
    Əllamə Hilli deyir: "Uşağın xarakterində ata-ananın məhəbbətinə ehtiyac var. Körpənin ata-anadan uzaqlaşıb Allah-tәalaya üz tutması ondakı düşüncənin kamilliyini göstərir.”
    Alim sözünün davamında yazır: Düşüncə ilə bağlı işlər və ilahi vəzifələr uşaq təbiətinə uyuşmur. Uşaq xaraktercə oyuna, əyləncəyə meyllidir. Əgər bir uşaq təbiətinə uyğun olmayan işlərə meyl göstərirsə, bu onun düşüncə baxımdan inkişafını göstərir.”("Kəşful-Murad”, s. 388, 389.)
    Səfvan ibn Yəhya deyir: "İmam Riza (ə) imam Cavadı (ə) imamət məqamına təyin etdiyi vaxt onun yaşı üçdən çox deyildi. Ona ərz etdim: "Sənə fəda olum! Övladının üç yaşı yoxdurmu?” Həzrət buyurdu: "Bir halda ki, İsa üç yaşında Allahın höccəti olub, bunun eybi yoxdur.”("Kafi”, c. 1, s. 383.)
    İmam Cаvada (ə) ərz etdilər: "Sizin yaşınız az olduğu üçün xalq imamət məqamınızı inkar edir.” Həzrət buyurdu: "Allah öz rəsuluna buyurub: "Ey mənim rəsulum! Ümmətə de ki, mənim və mənə tabe olanların yolu xalqı bəsirətlə Allaha doğru dəvət etməkdir.” And olsun Allaha! Həmin vaxt ona doqquz yaşlı Əlidən (ə) başqası tabe olmadı. Mənim də doqquz yaşım var.”("Kafi”, c. 1, s. 384.)
    Sual: 171. Şiələr azyaşlı məsumların imamətinə inanırmı?
    Cavab: Əhli-beyt (ə) məktəbinin ardıcılları tarix boyu imamət əqidələrinin sübutu üçün böyük fədakarlıqlar göstərmişlər. Azyaşlı məsumun imamətinə şübhə Əhli-beyt (ə) düşməni olan xəlifələrin yoludur. Bu məsələyə görə hakim qurluşla əhli-beyt (ə) və onların tərəfdarları arasında qarşıdurmalar olmuşdur. Bir çoxları zindana salınmış, bir çoxları qətlə yetirilmişdir. Bütün bu fədakarlıqlar təsdiq edir ki, Əhli-beytin (ə) hətta uşaq yaşlarında imamətə çatmasına etiqad şiələr tərəfindən qəbul olunmuşdur və onlar bu yolda canlarından, mallarından keçmişlər.
    Sual: 172. Şiə alimləri azyaşlı imama etiqadı xalqa necə qəbul etdirmişdir?
    Cavab: Bəziləri iddia edirlər ki, belə bir etiqad xalqa məcburən qəbul etdirilmişdir. Bu iddia batildir. Belə bir münasibət imamiyyə alimlərinin ləyaqətinə uyğun gəlmir. Alimlərin xalqı məcbur etməsi inandırıcı deyil. İmamiyyə böyükləri tarix boyu ən çətin şəraitlərdə Əhli-beytin (ə) imamətini sübuta yetirməyə çalışmışlar.
    Əhli-beytə (ə) itaətə dəvət və bu dəvətin qəbul olunmasının heç bir maddi mənfəəti olmamışdır. Öz dəvətlərinə görə böyük məhrumiyyətlərə düçar olan alimlər xalqı nahaq bir şeyə məcbur etməzdilər. Demək, bütün şiə alimləri məsumların körpə yaşında imamətə çatmasına qəlbən inanmışlar.
    Sual: 173. Xəlifələr məsumların körpə yaşında imamətinə inanmışdırmı?
    Cavab: İmamların müasiri olmuş xəlifələr onların uşaq yaşında vilayət məqamına çatmasını etiraf etmişlər. Bu səbəbdən də onların varlığını öz hakimiyyətləri üçün təhlükə bilərək imamlar və onların fəzilətlərinə qarşı mübarizə aparmışlar.
    Deyilənlərdən aydın olur ki, uşaq yaşında imamət məqamının verilməsi təsdiqlənmiş bir həqiqətdir. Xəlifələr məsum imamları fəzl və kamillik baxımından dəfələrlə imtahana çəkmiş və onların məqamına əmin olmuşlar.
    Sual: 174. Əvvəlki imamlar körpə yaşında imaməti mümkün saymışdırmı?
    Cavab: Uşaq yaşında imamətə çatmış hər bir məsum haqqında özündən öncəki imamın buyuruqları var.
    a) İmam Cavad (ə) haqqında – Məhəmməd ibn Əbu-Nəsr deyir: Nəccaşinin övladı mənə dedi: "Sahibindən sonra imam kimdir?” İmam Rizanın (ə) yanına gedib Nəccaşinin sualını ona ərz etdim. Həzrət buyurdu: "İmam mənim övladımdır.”("Kafi”, c. 1, s. 320)
    b) Həzrət Mehdinin (ə) imamlığı – Məhəmməd ibn Əli ibn Bilal deyir: Vəfatından iki il öncə imam Əsgəri (ə) tərəfindən məktub aldım. Bu məktubda imam öz canişini haqqında xəbər verirdi. Vəfatından üç gün öncə də başqa bir məktub gəldi. Bu məktubda imam özündən sonrakı canişinini tanıtdırırdı.”("Kafi”, c. 1, s. 328.)
    Əmr Əhvazi deyir: İmam Əsgəri (ə) övladını mənə göstərib buyurdu: "O, məndən sonra sizin sahibiniz və imamınızdır.”(Həmin mənbə.)
    Həmidan Qalansi deyir: "Əmriyə ərz etdim: İmam Əsgəri (ə) dünyasını dəyişibmi?” Buyurdu: "Bəli, amma özündən sonra canişin təyin edib.(Həmin mənbə.)
    Sual: 175. Şəriət uşağa mülkünü sərf etmək icazəsi verməyibsə, onun imamlığı necə mümkün olar?
    Cavab: Bəziləri iddia edirlər ki, insan körpə yaşında imamət məqamına çata bilməz. Onlar dəlil olaraq "Nisa” surəsinin 6-cı ayəsini göstərirlər. Bu ayədə göstəriş verilir ki, yetimlər yalnız yetkinlik həddinə çatdıqda mülklərini sərf edə bilərlər. İddia olunur ki, mülkündən istifadə etmək haqqı olmayan uşaq imamət məqamına çata bilməz.
    Bu sayaq sualları doğuran dindən yetərincə məlumatlı olmamaqdır. Sübut göstərilən ayə xüsusi ünvanlıdır və məsum imamlara aid deyil. Allah əqli və nəqli dəlillərə əsasən, məsumların imamətini sübut etmişdir. Bu səbəbdən də yetimlər haqqındakı hökm azyaşlı imama tətbiq olunmamalıdır. Şübhə yox ki, bu ayə ağıl baxımından yetkinləşməmiş insanlara aiddir. Əhli-beyt (ə) imamları uşaq yaşından kamala çatdıqlarından onların hər hansı mülkün sərfində problemləri yoxdur.("Əl-Füsulul-Muxtarə”, s. 149, 150.)
    Qeyd etməliyik ki, yetimlərə münasibətdə müəyyənləşdirilmiş bu qadağanın əsl səbəbi onların ağıl baxımından qeyri-yetkin olmasıdır. Aydın olur ki, bir insan yetkinlik yaşına baxmayaraq ağıl baxımından yetkinləşməsə, mülkünü özbaşına sərf edə bilməz. Demək, ayədə yaş yox, ağıl səviyyəsi nəzərdə tutulur. Məsum imamlarda isə belə düşüncə uşaq yaşlarından mövcuddur.
    Sual: 176. Beş yaşlı uşaq imam üçün cənazə namazı qıla bilərmi?
    Cavab: Belə bir sualı yalnız imamı adi insanlardan üstün saymayanlar ünvanlaya bilər. Əgər qəbul etsək ki, körpənin imaməti möcüzə və etibarlı məlumatlarla təsdiqlənmişdir və düşüncəsi kamildir, оnu adi xalqla müqayisə etmərik. Soruşurlar ki, hər birinin öz ağırlığı olan təkvini (təbii), təşrii (şəriətlə bağlı) və batini rəhbərlik hansı əsasla azyaşlı uşağa həvalə olunur? Öncə işarə etdik ki, Allah bir şəxsə hidayət və imamət məqamı verdikdə onun ağlını kamala çatdırır. Bu kamilləşmə Allahın lütf və inayətidir.
    Sual: 177. Heç bir dini vəzifə daşımayan körpə hansı əsasla imam ola bilər?
    Cavab: Yetkinlik yaşına çatmamış, heç bir dini vəzifəsi olmayan bir uşağın imamət kimi bir məsuliyyəti qəbul etməsi bəzilərinə şübhəli görünür. Əslində büluğ, yetkinlik həddi dedikdə ağıl baxımından yetkinlik nəzərdə tutulur. Oğlanlar üçün on beş yaşın büluğ həddi təyin olunmasının səbəbi onların, adətən, bu yaşda düşüncə yetkinliyinə çatmasıdır. Əgər bir şəxs on beş yaşından qabaq şübhə doğurmayacaq şəkildə yetkinlik həddinə çatmışdırsa, onun imaməti də mümkündür. Ağıl baxımından kamil, məqam baxımından məsum insanda imamət üçün heç bir nöqsan yoxdur.
    Bəzi sünni alimləri həzrət Əlinin (ə) doqquz yaşında ikən iman gətirməsinə şübhə ilə yanaşırlar. Onlar bildirirlər ki, Əli (ə) həmin vaxt yetkinlik yaşına çatmadığından onun İslamı qəbul etməsi dəyərsizdir. Onların nəzərincə Əbu-Bəkrin yuxarı yaşda iman gətirməsi daha qiymətlidir.
    Doqquz yaşında İslamı qəbul etmiş həzrət Əli (ə) uşaq yaşlarından kamal həddinə çatmışdı. O öz uşaqlıq dövrünü həzrət Peyğəmbərin (s) yanında keçirmişdi. İslamı tam bəsirətlə, agahlıqla qəbul edən Əli (ə) həqiqətən ilk mömin və müsəlmandır.
    Axı kim iddia edə bilər ki, yaşlı olmaq ağıllı olmaqdır? Bəs nə üçün bir çox yaşlıların uşaqca ağlı yoxdur?!
    Bu səbəbdən də həzrət Peyğəmbər (s) həzrət Zəhraya (ə) xitabən buyurur: "Əli səhabələrimdən mənə ilkin iman gətirmiş kəsdir.”(Müsnəde-Əhməd”, c. 5, s. 662.)
    Ənəs ibn Malik deyir: "Peyğəmbərə ilkin iman gətirən kəs Əli ibn Əbu-Talib idi.”(Səvaiqul-Muhriqə”, s. 118.)
    İbn Kəsir deyir: "Peyğəmbər (düşənbə günü) məbus oldu, Əli (ə) (seşənbə günü) bir gün sonra ona iman gətirdi.”("Üsdul-ğabə”, c. 4, s. 17»)
    Şeyx Məhəmməd Xızri deyir: "İslam dəvətini ilkin qəbul edən Əlidir.("Tarixul-Əməmul-islamiyyə”, c. 1, s. 400»)
    İbn Əbil-Hədid deyir: "Doğru yola çıxmaqda başqalarından önə keçən kəs haqqında nə deyim?! O bütün yer üzü daşa ibadət edib, Allaha arxa çevirdiyi vaxt Allaha iman gətirib, Ona ibadət etdi.”(Şərhe-Əbil-Hədid, c. 3, s. 260)
    Bu səbəbdən də həzrət Peyğəmbər (s) besətin üçüncü ili "Ənzir əşirətəkə...” ayəsi nazil olduqdan sonra həzrət Əlini (ə) özünə canişin seçib, qövmünə göstəriş verdi ki, onu dinləyib itaət etsinlər.(Tarixe Təbəri”, c. 2, s. 62, 63; "Kamile-İbn-Əsir”, c. 2, s. 40, 41)
    Sual: 178. Allah nə üçün uşağı imam təyin etdi?
    Cavab: Bəziləri sual verirlər ki, Allah şəkk-şübhə yaranacağını bildiyi halda nə üçün uşağı imam təyin etdi? Belə bir seçimin bir neçə amili ola bilər:
    1. Xalqın imtahanı – Çünki möcüzə və başqa yollarla uşağın imaməti sübuta yetdikdə xalq imtahana çəkilir. Müəyyənləşdirilir ki, kim haqqa təslim olur? Necə ki, həzrət Əbdül-Əzim Həsəni imtahana çəkildi.
    2. Körpənin imam təyin olunması bu işin Allah tərəfindən müəyyənləşdirilməsinin sübutu ola bilər – Əgər imamlar yalnız yaşlı vaxtlarında imamət məqamına çatsaydılar, bəziləri onların çalışaraq kamilliyə çatdığını düşünərdi. Körpə uşağa münasibətdə belə ehtimallar olmur. Əgər uşaqda imamət fəziləti varsa, şübhəsiz ki, bu fəzilət Allah tərəfindəndir.
    3. Sübuta yetirilir ki, insanın məqamı onun yaşından yox, ləyaqətindən asılıdır – Usamə ibn Zeydin komandan təyin olunması da bu həqiqəti göstərir. Bir çox səhabələr bu təyinatı bəyənmirdi. Amma həzrət Peyğəmbər (s) məhz ləyaqətinə görə Üsaməni komandan təyin etdi.
    4. İmam Riza (ə) İmamlar ardıcıl şəkildə şəhadətə yetirildiyindən, Allah imamları uşaq yaşında bu məqama təyin etməklə zalım hakimlərin diqqətini yayındırırdı. Digər imamlar imtahandan başıuca çıxdığı üçün düşmənlər anladılar ki, azyaşlı imam da onlar üçün təhlükəlidir. Bu səbəbdən də həzrət Mehdini (ə) tapıb qətlə yetirmək istədilər. Allah-tәala həzrət Mehdini (ə) uşaq yaşından qeybə çəkdi.
    Sual: 179. Uşağın imaməti lütf prinsipinə uyğundurmu?
    Cavab: Bəziləri nöqsan tuta bilər ki, uşağın imamət məqamına təyin olunması bir çoxlarında şəkk-şübhə yaratdığı üçün lütf prinsipinə uyğun deyil. Amma bəzən Allahın lütfü tələb edir ki, məsum şəxs uşaq yaşında imamətə təyin olunsun. Qeyd olunduğu kimi bu yolla həm xalq imtahana çəkilir, həm də çoxları uşaq yaşında bu məqama təyin olunmuş şəxsin imamətinə əmin olur. Bir daha təsdiqlənir ki, imamət yaşa yox, ləyaqətə əsaslanır. Bu imtiyazları və hər bir şəxsin araşdırma aparmalı olduğunu nəzərə alsaq, heç bir şəkk-şübhə qalmır.
    Sual: 180. Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi?
    Cavab: Sual oluna bilər ki, imam xalq arasında olmalı ikən nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi? Başqa sözlə, nə üçün imam Əsgəri (ə) uşaq yaşında ikən övladını xalqdan gizlətdi?
    Şübhəsiz ki, imam Əsgəriyə (ə) qarşı siyasi təzyiqlər çox güclü idi. Həzrət Mehdini (ə) ciddi təhlükə gözlədiyindən imam öz şiələri və səhabələrinə tapşırdı ki, ona aşkar salam da verməsinlər.("Bihar”, c. 50, s. 369.)
    Vəziyyət o qədər mürəkkəb idi ki, imam Əsgəri (ə) səhabələri ilə görüşmək üçün onların arxasınca adam göndərib buyurardı: "Gecə vaxtı, filan sааtdа, filan evdə toplanın, məni orada görərsiniz.”("Bihar”, c. 50, s. 304.)
    Bütün siyasi sıxıntılara rəğmən həzrət vəkalət qurumu müəyyənləşdirmişdi. O bu yolla həm xalqın problemlərini həll edir, həm də görüşlə bağlı çətinlikləri aradan qaldırırdı.
    Belə bir həssas vaxtda həzrət Mehdi (ə) dünyaya gəldi. O, imam Əsgəridən sonra Allahın yer üzündə höccəti idi. Həzrət Peyğəmbər (s) onun gəlişini və yer üzündə ədaləti bərpa edəcəyini vəd etmişdi. Həzrət Mehdi (ə), böyük qiyamın rəhbəri dövrünün xəlifələrindən kimsəyə beyət etməmişdi. Belə bir imamın xalqın və zalım hakimlərin gözündən qeybə çəkilməsi təbii deyilmi?! Bununla belə, o xalq arasındadır, onlarla yanaşı yaşayır.
    Sual: 181. İmamların fəzilət və kəramət səbəbi onların kamil düşüncəsi idimi?
    Cavab: Materialist düşüncəli insanlar hər hansı möcüzə ilə rastlaşdıqda onu maddi baxımdan yozmağa çalışırlar. Onlar insanın bütün keyfiyyətlərini onun üçün təbii sayır və bütün qeybi əlaqələri inkar edirlər. Amma bu sayaq dünya görüşünə malik insanların bir sıra nöqsanları var:
    1.Materialist düşüncəli insanlar istənilən bir qeybi məlumatı inkar edirlər.
    2. İmamların uşaq yaşındakı kəramət və möcüzələrindən biri onların qeybi xəbərlər verməsidir. Kiminsə imamlıq iddiası ilə uşaq yaşında sırf düşüncəsinə əsaslanaraq qeybi xəbər verməsi müşahidə olunmamışdır. İnsanın düşüncəsi nə qədər kamilləşsə də o qeybdən xəbər verə bilməz.
    3. Əgər qeybi xəbərlər düşüncədən qaynaqlanırdısa, nə üçün peyğəmbərlər və imamlar bu xəbərlərin vəhy olduğunu bildirirdi?!
    4. Əgər imamların uşaq yaşındakı kəramətləri onların kamil düşüncəsindən qaynaqlanırdısa, nə üçün başqaları bu sahədə öz acizliklərini etiraf edirdi?!
    Sual: 182. Əhli-beyt (ə) azyaşlı məsumların imaməti üçün zəmin hazırlamışdırmı?
    Cavab: Rəvayətlərə müraciət etdikdə görürük ki, bu sahədə Əhli-beyt (ə) əlindən gələni etmişdir. Onların əsas fəaliyyət istiqamətlərindən biri uşaq yaşında imamətin mümkünlüyünü sübuta yetirmək olmuşdur.
    Müqəddəsi Şafei "Əqdud-durər” kitabında imam Baqirdən (ə) belə nəql edir: "Aramızda ən az yaşı olanlar imamət və xilafət məqamına seçilər.”("Əqdud-durər”,s. 188; "Əl ğeybət”, Nemani, s. 184, "Bihar”, c. 51, s. 38.)
    Sual: 183. İmam Əsgəri (ə) öz övladının imamətini sübut etmək üçün hansı tədbirləri gördü?
    Cavab: Həzrət bu istiqamətdə bir sıra işləri həyata keçirdi:
    1. Təlimat və bəyanat – Musa ibn Cəfər ibn Vəhəb Bаğdadi deyir: "İmam Əsgəridәn (ə) belə eşitdim: "Sanki canişinimlə bağlı ixtilaf edəcəyinizi görürəm. Agah olun! Hər kəs peyğəmbərdən sonrakı imamları qəbul edib mənim övladımı inkar etsə, bütün peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar etmiş kimidir...”("Bihar”, h. 51, s. 160.)
    Əhməd ibn İshaq deyir: "İmam Həsən Əsgəridәn (ә) belə eşitdim: "Həmd olsun mən dünyadan köçməmiş canişinimi tanıtdıran Allaha!”("Kəmalud-din”, s. 408; "Bihar”, c. 51, s. 161.)
    Mövludundan üç gün sonra atası imam Əsgəri (ə) həzrət Mehdini (ə) səhabələrinə təqdim edib buyurdu: "Bu övladım məndən sonra sizin imamınız və mənim xəlifəmdir. Xalq bu qaimin intizarını çəkəcək...”("Kəmalud-din”,s.431)
    2. Yaxın adamlara həzrət Mehdinin (ə) göstərilməsi – Əhməd ibn İshaq ibn Səd Əşəri deyir: "Canişini haqqında soruşmaq üçün imam Əsgərinin (ə) yanına getdim. Həzrət öncə belə buyurdu: "Ey Əhməd ibn İshaq! Allah Adəmdən başlamış qiyamət gününədək yer üzünü heç vaxt höccətsiz qoymaz. Höccət vasitəsi ilə yer üzündən bəla götürülər, onun vasitəsi ilə yağış yağar, yer bərəkətə çatar.” Ərz etdim: "Ey peyğəmbər övladı! Sizdən sonra imam və xəlifə kimdir?” Həzrət dərhal qalxdı və o biri otağa daxil oldu. Çox keçməmiş çiynində ay parçası tək işıq saçan, təqribən üç yaşlı bir körpə bayıra çıxdı və buyurdu: Ey Əhməd ibn İshaq! Əgər Allah və Onun höccəti yanında kəramətin olmasaydı, bu övladı sənə göstərməzdim...”("Kəmalud-din”,s.431)
    Şeyx Səduq Əbu-Ğanim-Xadimdən belə nəql edir: Allah imam Əsgəriyə (ə) bir övlad əta etdi və buyurdu ki, onun adı Məhəmməd qoyulsun. İmam mövluddan üç gün sonra onu səhabələrinə göstərib buyurdu: "Bu, sizin sahibiniz və imamınız, məndən sonra xəlifənizdir...”("Kəmalud-din”,s.431)
    Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh, Məhəmməd ibn Osman Əmri deyirlər: "Biz qırx nəfərlə birlikdə imam Əsgərinin (ə) mənzilində idik. Həzrət öz övladını bizə göstərib buyurdu: "Bu, məndən sonra sizin imamınız və xəlifənizdir. Ona itaət edin və məndən sonra parçalanmayın, yoxsa həlak olacaqsınız. Bilin ki, bundan sonra onu görməyəcəksiniz...”(Kəmalud-din”,s.435.)
    Yəqub ibn Mənquş deyir: İmam Əsgərinin (ə) yanında olduğum vaxt qapısından pərdə asılmış otağı görüb soruşdum: "Ey mənim ağam! Sizdən sonra imam kimdir?” Buyurdu: "Pərdəni kənara çək.” Pərdəni kənara çəkdim və xüsusi səciyyələrə malik bir körpə gördüm. O yaxınlaşıb imam Əsgərinin (ə) qucağında oturdu. Həzrət buyurdu: "Bu, məndən sonra sizin sahibiniz, imamınızdır...”(Həmin mənbə, s. 436, 437.)
    Sual: 184. Həzrət Mehdi (ə) körpə ikən öz imamətinin sübutu üçün nə etdi?
    Cavab: Həzrət Mehdi (ə) öz imamətinin şiə cəmiyyətinə sübutu üçün bir sıra işlər gördü:
    1. Möcüzələr və kəramətlər – öncə Əbül-Ədyandan nəql etdiyimiz əhvalatda deyilirdi: "İmam Əsgəri (ə) vəfat edən vaxt bir uşaq qabağa çıxıb imamın cənazəsinə namaz qıldı. Sonra imam atası ilə yanaşı dəfn olundu. Bu körpə (həzrət Mehdi (ə)) mənə buyurdu: "Ey Bəsri! Yanındakı məktubu mənə ver. Məktubları həzrətə təqdim etdim. Gördüyüm bu iki nişanə uşaqdakı imamət nişanələridir...”
    Əbül-Ədyan deyir: Xadim bayıra çıxdı və dedi: "Filan məktublar var, xurcunlarınızda 1010 dirhəm var.” Oradakılar məktubları və dinarları ona verib dedilər: "Səni bu işçün göndərən həqiqətən imamdır...”("Kəmalud-din”,c. 2, s. 502, 503»)
    2. Məsələlərin cavablandırılması – həzrət Mehdi (ə) öz nümayəndələri vasitəsi ilə xalqın suallarına cavab verirdi. Onun verdiyi cavablar imamətinin digər bir sübutu idi. Mənbələrdə Həzrət Əhməd ibn İshaq Əşəriyə, İshaq ibn Yəquba, Həmiriyə, Məhəmməd ibn İbrahim Məhzyara, Əbul-Hüseyn ibn Məhəmməd Əsədiyə verdiyi cavablar nəql olunur.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 623 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024