İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:27 AM
    İmam Mehdinin (ə) vilayəti
    Sual: 185. Vilayət nə deməkdir?
    Cavab: "Vilayət” sözünün lüğət mənası yaxınlıqdır. Fəyyumi deyir: "Vəliyy” "fələs” sözü kimi yaxınlıq mənasını bildirir.(Misbahul-Munir”.)
    "Əqrəbul-Məvariddə” deyilir: "Vəliyy” dedikdə bir fərd və ya şeyi ikinci fərd və ya şeyin yanında yerləşdirmək nəzərdə tutulur.("Əqrəbul-Məvarid”.)
    Rağib İsfəhani deyir: "Və la” və "təvaliy” dedikdə iki şeyin arasında məsafə qoymadan onları yanaşı yerləşdirmək nəzərdə tutulur.”(Mufrədate-Rağib”, s. 523»)
    İnsanların ilkin olaraq sözləri hisslərlə bağlı mənada bəyan etməsini nəzərə alaraq belə demək olar:
    "Vilayət” sözü əvvəllər hissi yaxınlıq mənasında işlədilmişdir. Həmin vaxt bu sözə "mənəvi yaxınlıq” mənası verilmişdir. "Vilayət” sözü mənəvi yöndə işlədildikdə elə bir yaxınlığı bildirir ki, bu yaxınlıq müstəsna ixtiyar haqqı verir. Məsələn, meyyitin vəlisi onun mülkünü sərf edə bilər. Bu vilayət varislik haqqından doğur. Sağır üzərində vilayəti olan kəs onun işlərini idarə edə bilər. Allah-tәala öz bəndələrinin işinin vəlisidir. Yəni onların dünyəvi və axirət işlərini idarə edir. Allah möminlərin vəlisidir. Yəni onların üzərində xüsusi vilayəti var.
    Demək, bütün variantlarda "vilayət” sözü yaxınlıq bildirir.("Əl-Mizan”, c. 6, s. 12.)
    Başqa sözlə, vilayət elə bir yaxınlıqdır ki, aradakı pərdələr götürülür.(Əl-Mizan”, c. 5, s. 368.)
    Beləcə, insan nəfsini ram etməklə, əldə etdiyi qabiliyyətlərlə, digər bir tərəfdən, Allahın lütfünə və ona yaxın məqama çatmaqla xalq üzərində vilayət məqamına yüksəlir. Vilayət məqamına yüksəlmiş şəxs ixtiyar qazanır və kimsə onun icazəsi olmadan nəzərdə tutulmuş işlərə qatıla bilmir. Bütün bunlar Allahın izn və iradəsi ilə baş tutur.
    Sual: 186. İmamın təkvini vilayəti dedikdə nə nəzərdə tutulur?
    Cavab: "Təkvini vilayət” dedikdə fərdin elə bir yaxınlıq və kamillik məqamına çatması nəzərdə tutulur ki, o Allahın izni ilə dünyanın, təbiətin işlərinə müdaxilə edə bilir. Təkvini vilayət ruhi və mənəvi bir kamillikdir. İnsan ilahi vəzifələrinə və şəri qanunlara əməl etməklə bu səviyyəyə qalxıb qeyri-adi işlər görə bilər. Təşrii vilayətdən fərqli olaraq təkvini vilayət insanın zəhmətləri sayəsində əldə olunur və onun bəzi mərtəbələrinə hamı çata bilər. İmam isə təkvini vilayətin ən uca mərtəbələrinə qalxır.
    Təşrii vilayət isə sırf Allah tərəfindən əta olunan məqamdır. Bu məqam yalnız Allahın istəyi ilə verilə bilər.
    Sual: 187. Təkvini vilayətin hansı nəticələri var?
    Cavab: "Misbahul-Şəriət” kitabında deyilir: "Bəndəlik və Allaha yaxınlıq məqamı bir gövhərdir. Bunun nəticəsində insan böyük qüdrət və bacarıq əldə edir.”(Misbahul-şəriət”.)
    İlahi yaxınlıq məqamının bir sıra təsirləri var. Onlardan bəzilərini nəzərdən keçirək:
    1. Nəfsə hakimlik – Allah-tәala buyurur: "Namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırır.”("Ənkəbut”, 45»)
    2. Xüsusi baxış – İlahi yaxınlıq məqamının səciyyələrindən biri budur ki, insan qəlb səfası sayəsində xüsusi baxış əldə edir. O bu baxışla haqqı batildən seçir və heç vaxt azmır.
    Quran buyurur: "Ey iman gətirənlər, əgər pəhrizkar olsanız, Allah sizə bir güc verər ki, bu güclə haqqı batildən seçərsiniz.”(Ənkəbut”, 29.)
    3. Xülyalardan uzaqlıq – Bəndəlik yolunu gedənlər qazandıqları təkamül və qüdrət vasitəsi ilə bütün yayındırıcı fikirlərə, xülyalara qalib gəlir, ibadət vaxtı Allahdan qeyrisi haqqında düşünmürlər.
    Əbu-Əli Sina deyir: "İbadət düşüncə qüvvələrinin tərbiyə növüdür. Allah qarşısında təkrarlanan ibadət insanın fikrini maddi aləmdən çəkib ərş aləminə yönəldir. İbadət nəticəsində düşüncə qüvvəsi ilahi fitrətə təslim olur və mütiləşir.”("İşarat”, c. 3, s. 370.)
    4. Nəfsə qələbə - Təbiət aləmində ruh və bədən arasında qarşılıqlı ehtiyac mövcuddur. Amma bəzən ruh kamillik sayəsində ilahi yaxınlıqdan faydalanaraq bədəndən ehtiyacsız olur.
    5. Təbiət aləminə müdaxilə - İbadət və ilahi yaxınlıq sayəsində nəinki insan bədənin hakimiyyətindən çıxır, hətta təbiət aləmi onun qarşısında mütiləşir. Allahın izni ilə belə bir insan təbiətin işlərinə qarışır, ondan bir sıra möcüzələr və kəramətlər görünür.
    Sual: 188. İmamın təkvini vilayəti ola bilərmi?
    Cavab: Məsum imamların, o cümlədən, həzrət Mehdinin (ə) təkvini vilayətini bir neçə müqəddimə ilə sübut etmək olar.
    a) Quran Asəf ibn Bərxiya haqqında deyir: "Kitabdan biliyi olan kəs dedi: "Bir göz qırpımında onu sənin yanına gətirəcəyəm. (Süleyman) Onu (taxtı) öz yanında dayanmış görüb dedi: "Bu Rəbbimin fəzlindəndir.”(Nəml”, 40.)
    b) Digər ayələrdən məlum olur ki, Allah və kitabdan tam xəbərdar bir qrup peyğəmbərlə xalq arasında şahiddir. Allah-tәala buyurur: "Allahın və kitabdan elmi olanın Mənimlə sizin aranızda şahid olması kifayətdir.”("Rəd”, 43)
    v) Quranda bu da bildirilir ki, Quran maarifinin mahiyyətini bilən yalnız pak insanlardır: "Paklardan qeyriləri onu əldə edə bilməzlər.”("Vaqe”, 79)
    q) Quran "mutəhhərun” ("paklar”) təbirini özü açıqlayıb peyğəmbərlə birlikdə onun əhli-beytini nümunə göstərir. Buyurulur: "Həqiqətən, Allah siz peyğəmbər ailəsindən bütün çirkinliyi uzaqlaşdırmaq istəyir...”("Əhzab”, 33»)
    d) Ayədəki "əhli-beyt” ünvanını tanımaq üçün rəvayətlərə müraciət etmək lazımdır. Quranda buyurulur: "Sənə Quran göndərdik ki, göndəriləni ümmətə bəyan edəsən.”("Nəhl”, 44»)
    j) Şiə və sünni rəvayətlərinə müraciət etdikdə görürük ki, "Təthir” ayəsində "əhli-beyt” dedikdə həzrət Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulmuşdur.(Səhihe-Müslim”, c. 7, s. 130; "Səhihe-Tirmizi”, c. 5, s. 656.)
    Belə bir nəticə əldə edirik ki, təkvini vilayət paklara əta edildiyindən və peyğəmbər əhli-beyti ən üstün paklıq nümunəsi olduğundan təkvini vilayətdən bəhrələnmişdir.
    Bürəydə ibn Müaviyə deyir: "İmam Baqirdən (ə) "Rəd” surəsinin 43-cü ayəsi haqqında soruşdum. İmam buyurdu: "Ayədə yalnız biz nəzərdə tutulmuşuq. Peyğəmbərdən sonra ən fəzilətlimiz və üstünümüz Əlidir (ə).”("Kafi”, c. 1, s. 299)
    Sual: 189. "Təkvini vilayət” "təfviz” (işin tapşırılması) deyilmi?
    Cavab: Bəziləri elə güman edir ki, imamın təkvini vilayəti dünya işlərinin bütövlükdә imama tapşırılmasıdır. Belə bir əqidə tövhid əqidəsinə uyğun deyil. Quran yəhudiləri məhz bu sayaq əqidələrinə görə məzəmmət edir.("Maidə”, 64.)
    Tövhid əqidəsini və Allahın iradəsi olmadan işlərin mümkünsüzlüyünü nəzərə alaraq təkvini vilayət haqqında belə demək olar:
    Əvvəla, imam yalnız müəyyən işlərə qatışa bilər.
    İkincisi, imamın qatıldığı təkvini işlər də digər işlər kimi Allahın iradəsindən asılıdır.
    Sual: 190. Təkvini vilayət yalnız Allaha aiddirmi?
    Cavab: Bəziləri iddia edirlər ki, Quran ayələri təkvini vilayətin yalnız Allaha aid olduğunu bildirir.
    Qurani-Kərimdə buyurulur: "Onlar özlərinə Allahdan qeyrisini "vəliyy” seçdilər?! Hansı ki, "vəliyy” yalnız Allahdır. Odur ölüləri dirildən və Odur hər işə qadir.”("Şura”, 9.)
    Digər bir Quran ayəsində buyurulur: "Sizin üçün Allahdan başqa "vəliyy” və yardımçı yoxdur.”("Şura”, 31.)
    Bu və digər ayələrdən məlum olur ki, vilayət (vəlilik) əslində yalnız Allaha aiddir. Başqaları yalnız Allaha yaxınlıq və Onun izni ilə bu məqamdan bəhrələnə bilər.
    "Maidə” surəsində oxuyuruq: "Sizin vəliniz yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlərdir. Onlar ki, namazı bərpa edir, rüku halında zəkat verirlər.”("Maidə”, 55.)
    "Təhrim” surəsində oxuyuruq: "Onun ziddinə əl-ələ versəniz (bacarmazsınız). Çünki Allah onun vəlisidir, həmçinin Cəbrail, saleh möminlər və mələklər ona arxa dururlar.”("Təhrim”, 4.)
    Sual: 191. Əgər imamın təkvini vilayəti varsa, nə üçün zəruri məqamlarda bu imkandan istifadə etmir?
    Cavab: Bəziləri deyirlər ki, əgər imamların təkvini vilayəti, möcüzə göstərmək imkanı varsa, nə üçün zəruri məqamlarda bəlanı özlərindən uzaqlaşdırmaq, düşməni zərərsizləşdirmək üçün bu imkanlardan istifadə etmirlər?
    Əvvəla, zərərli olduğunu düşündüyümüz bir çox işlər əslində bizə xeyirdir. Əksinə, bir çox işləri xeyirli bildiyimiz halda bu işlər bizə zərər yetirir. Allah təkvini vilayəti məsləhət bildiyi kəsə verir. İmamın çətinlik zamanı həmin məqamdan istifadə etməməsində, şübhəsiz ki, hikmət var. Bizim zahirinə baxıb xeyir saydığımız bir iş zərərli də ola bilər.
    Quran buyurur: "Sizin üçün Allah yolunda cihad müəyyənləşdi – bir halda ki, sizə xoş gəlməz. Nə çox xoşlamadığınız, amma xeyrinizə olan şeylər. Bəzən də zərərinizə olan şeyi dost tutursunuz.”("Bəqərə”, 216.)
    Digər bir ayədə buyurulur: "Xoşlamadığınız bir çox işlər ola bilər ki, Allah həmin işdə böyük xeyir müəyyənləşdirib.”(Nisa”, 19.)
    İkincisi, imam ilahi müqəddərata təslim olduğundan Allahın iradəsinə qarşı heç bir vasitədən istifadə etmir.
    Üçüncüsü, Allahın övliyaları bu sınaq dünyasında imkan həddində möcüzədən istifadə etməməyə çalışırlar.
    Dördüncüsü, məsum şəxs heç vaxt şəxsi mənafeyi naminə təkvini vilayətdən istifadə edib, ilahi müqəddərata qatışmır. Məsumlar yalnız bəşəriyyətin xeyiri istiqamətində və Allahın iradəsinə uyğun şəkildə səy göstərirlər.
    Ağıl baxımından imam Mehdinin (ə) varlığı
    Sual: 192. İmam Mehdinin (ə) varlığı ilahi lütf əsasında necə sübut olunur?
    Cavab: İlahi lütfün həzrət Mehdinin (ə) varlığına dəlil olmasını araşdırmazdan öncə bir neçə nöqtəyə işarə edək:
    1. Bir baxımdan lütf iki qismə bölünür:
    a) Lütfi-müfəssəl: Bu lütf sayəsində insan ixtiyari olaraq itaət yolunu seçir.
    b) Lütfü-müqərrəb: bu lütf sayəsində insan vacib göstərişlərin yerinə yetirilməsinə yaxınlaşır, haramlardan uzaqlaşır.
    2. İmamiyyə və mötəzilə alimləri lütfü Allah üçün vacib sifət saymışlar. Çünki Allah Öz bəndələrini boş yerə yaratmamışdır. Buna görə də onları nəzərdə tutulmuş məqsədə çatdırmaq üçün şərait yaradır, o cümlədən, lütf göstərir.
    Müqərrəb lütfə əsasən cəmiyyətdə haqqa mehvər olası, cəmiyyəti xətadan uzaqlaşdırası imama ehtiyac var. Bu səbəbdən də deyirik: icma höccətdir. Lütf qaydası tələb edir ki, xalq arasında rəis olsun. Rəis cəmiyyətə biganə qalmamalıdır. Cəmiyyət yolunu azdıqda rəis onu doğru yola sövq etməli, batilin qarşısını almalıdır.
    Səffar imam Sadiqdən (ə) belə nəql edir: "Həqiqətən, Allah-tәala yer üzünü imamsız qoymaqdan daha ucadır.”(Bəsairul-dərəcat”, s. 285»)
    Məhz varlığını lütf saydığımız qeybdə olan imamın hansı təsirləri var?
    1. Bütün yer üzündə Allah dinin hifzi – Mərhum Şəriful-Üləma buyurur: "Heç şübhəsiz, qeyb dövründə imamın varlığı lütfdür. Digər bir lütf şəriətin qorunması, xalqın batil ətrafında toplanmasının qarşısının alınmasıdır.”("Kəşfül-qina”, s. 148»)
    2. Hazırlıqlı nəfslərin tərbiyəsi – Qeyb dövründə imamın xalqla rabitələrinin tamamilə kəsilməsi yanlış fikirdir. Bəzi rəvayətlərə əsasən, ləyaqətli insanlar həzrətin nurundan bəhrələnəcəklər.
    3. İmamın varlığı ilə məzhəb qorunar – Sosioloqlar və psixoloqlar bu fikirdədilər ki, hətta qeybdə olan rəhbərin varlığına inam dini cəmiyyətə böyük təsir göstərir. Ühüd savaşında düşmən xalqın ruhiyyəsini zəiflətmək üçün peyğəmbərin qətlə yetirilməsi ilə bağlı şayiə yaydı.
    4. İdeal şəxsiyyətin bəşəriyyətin tərəqqisinə təsiri – İlahi dinlərin imtiyazlarından biri budur ki, göstəriş verməzdən öncə nümunələr, ideal şəxslər təqdim olunur. Xalq bu ideallarla tanış olub kamillik yolunda daha asanlıqla qədəm götürür. Bildiyimiz kimi, ən üstün nümunə kamil və sağ imamdır.
    Sual: 193. Əgər imamın varlığı lütfdürsə, nə üçün hər məntəqədə imam yoxdur?
    Cavab: Əvvəla, kəlam elmində sübuta yetirilib ki, hər dövrdə birdən artıq imam ola bilməz. Çoxluq fəsad yaratdığından imam da çox ola bilməz. Əgər imam hakimiyyətə malikdirsə, bir neçə hakimiyyət, şübhəsiz ki, fəsadla nəticələnər.
    İkincisi, həzrət Mehdinin (ə) varlığı ilə bağlı sadaladığımız lütflər bir nəfər vasitəsi ilə həyata keçə bilər. Bu səbəbdən də hər məntəqədə imama ehtiyac qalmır. Bəli, hər bir məntəqədə həqiqi din aliminin olması zəruridir.
    Sual: 194. İlahi inayət imam Mehdinin (ə) varlığına dəlil sayılırmı?
    Cavab: Həzrət Mehdinin (ə) vücudunu təsdiqləyən dəlillərdən biri ilahi inayətdir.
    "İnayət” sözünün lüğət mənası iradə və məqsəddir. Danışıq dilində isə bu söz müxtəlif mənalarda işlədilir.
    Şeyx İşraq deyir: "İnayət dedikdə Haqq-taalanın külli nizamın necəliyini əhatəsi nəzərdə tutulur...”(Əl-ləmhat”, Sührəvərdi, s. 166.)
    Fəxr-Razi deyir: "İnayət” dedikdə əşyanın ən kamil şəkilə düşməsi üçün hansı halda olmasından Allahın xəbərdarlığı nəzərdə tutulur.”("Əl-məbahisul-məşriqiyyə”, c. 2, s. 516.)
    Sədrul-Mutəllihin deyir: "Hikmət sahiblərinin "inayət” adlandırdığı həqiqət mövcud nizamın qaynağıdır. Demək, mövcud aləm nəhayətdə mümkün bir fəzilətdir.("Əl-hikmətul-mutəaliyyə”, c. 7, s. 111.)
    İnayət dəlili vasitəsi ilə imamın mövcudluğunu iki bəyanla sübuta yetirmək olar:
    1. Varlıq nizamı mümkün olan ən üstün nizamdır. Şübhəsiz ki, Məsum imam olmadan bu nizam yetkinliyə çata bilməz. Bu səbəbdən də imamın mövcudluğu zərurətdir.
    2. Allah-tәala hər bir mövcudun kamala çatması üçün bu dünyada zəruri olan vasitələr qoymuşdur. Şübhəsiz ki, insan istisna deyil. Necə ola bilər ki, insanın mənəvi yönümü nəzərdə tutulmasın?!
    Sual: 195. Həzrət Mehdinin (ə) mövcudluğu fitrət yolu ilə sübuta yetirilirmi?
    Cavab: Bəzi müqəddimələrə ehtiyac var:
    1. Psixoloqlar insanın fitri meyllərini üç qismə bölür: dostluq kimi şəxsi meyllər; insanın insana məhəbbəti kimi ictimai meyllər; həqiqətpərəstlik, dindarlıq, pərəstiş, kamala yüksəliş kimi ali meyllər.
    2. Mütləq kamala və həqiqi məbuda çatmaq üçün vasitəyə ehtiyac var. İnsan öz daxilində bələdçiyə ehtiyac duyur.
    3. Əgər fitrətdə bir şeyə ehtiyac duyulursa, bu şey hökmən xarici aləmdə mövcuddur. Xarici aləmdə olmayan bir şey fitrət tərəfindən tələb oluna bilməz. Başqa sözlə, insanın məsum və kamil bir bələdçiyə ehtiyacı onun içindən gəlir. Bu ehtiyac məsum imam olmadan ödənə bilməz. Biz sözlə, insanın mütləq kamala çatması üçün yetərli vasitənin olması zəruridir.
    Əgər soruşulsa ki, bu meyl insanda necə yaranır, cavab verə bilərik ki, ağıl və düşüncə varlıq aləmində feyz vasitəsinin olmasını qəbul edirsə, insanda bu vasitəyə meyl təbiidir. Bu səbəbdən də kamil insan daim xarici vücuda malik olmalıdır.
    Sual: 196. Hansı əsasla feyzin vasitəli olması imamın varlığına dəlil sayıla bilər?
    Cavab: Filosoflar aləm üçün dörd mərhələ zikr etmişlər: rübubi aləm, əql aləmi, misal aləmi, təbiət aləmi. Filosoflar həm də ağıl üçün on hal müəyyən etmişlər. Birinci əql üçün Allah, ikinci əql üçün birinci əql, üçüncü əql üçün ikinci əql səbəbdir. Nəhayətdə onuncu əql misal aləmi üçün, misal aləmi təbiət və maddə aləmi üçün illət olur. Beləcə, aləm səbəblər prinsipi üzərində hərəkətdədir.
    Soruşula bilər ki, Allah-tәala təbiət aləmini nə üçün vasitəsiz yaratmayıb? Rübubi (ilahi) aləmlə maddə aləmi yekcins olmadığından onlar arasında vasitələrlə əlaqə yaradılmışdır. Maddi aləmdə yalnız insanın misal aləmi ilə yekcinsliyi var. Tam yekcinslik üçün kamil insana ehtiyac duyulur. Belə bir insan bəşəriyyətin feyzi üçün vasitə olur. Bu halda təkvini feyzlə təşrii feyz arasında fərq qalmır
    Başqa sözlə, ilahi aləmlə təbiət aləmi arasında feyzin ötürülməsi baxımından vasitəyə ehtiyac olduğu kimi, Allahın mənəvi feyzinin də insan qəlbinə ötürülməsi üçün vasitəyə ehtiyac var. Bu vasitə məsum imamdır. Əlbəttə ki, şəri feyz də bu yolla insana çatdırılır.
    Allah-tәala buyurur: "(Ey Məhəmməd) Əgər sən olmasaydın, fələkləri xəlq etməzdim, əgər Əli olmasaydı, səni xəlq etməzdim.” Bu hədisin mahiyyəti yuxarıda deyilənlərdən aydın olur. Çünki adı sadalanan məsumlar ilahi feyzin maddi aləmə ötürülməsi üçün vasitədirlər. Fatimə (s) əql aləmi ilə imamət aləmi arasında bir pərdədir.
    Sual: 197. Məqsədlilik səbəbi imamın mövcudluğuna dəlil ola bilərmi?
    Cavab: Kəlam elmində ilahi fellərlə bağlı danışılarkən qeyd olunur ki, Allahın bütün felləri məqsədlidir. Amma ilahi məqsəd bəşəri məqsəd kimi deyil. Allah mütləq kamil olduğundan onun məqsədi kamala çatmaq deyil. Əslində Allahın felləri məxluqunu kamala çatdırmaq məqsədi daşıyır.
    Məqsədlilik ("ğayi”) dedikdə əməlin məqsədsiz olmaması nəzərdə tutulur: Allah heç vaxt məqsədsiz iş görmür. Qurani-Kərimdə də bu həqiqət təsdiqlənir: "Göyləri və yeri, onların arasında olanları oyun-oyuncaq yaratmadıq.”
    Hikmət sahibləri və filosoflar deyir: "Varlığın formalaşması prosesində hər bir ali mərtəbə özündən aşağı mərtəbə üçün məqsəddir. Beləcə, sübut olunur ki, nəticə failin (fəaliyyət göstərənin) fəaliyyətinin illətidir. Əgər varlıq aləmində insan olmasaydı, heyvanat aləmi də ləğv olardı...”
    Digər bir tərəfdən bilirik ki, hər bir fərd digər fərdlərə oxşardır. Bütün insanlar eyni bir növdən sayılır. Amma arada fərq də var. Həzrət Peyğəmbər (s) buyurur: "İnsanların cövhəri qızıl və gümüş mədəni kimi bir-birindən fərqlənir.”(Bihar”, c. 61, s. 65.)
    Bəli, insan, meyvəsi kamil insan olan ağac kimidir. Bu meyvə Allahın məsum höccətindən başqası ola bilməz. Bu səbəbdən də rəvayətdə deyilir: "Əgər yer üzü imamsız olsa, dağılar.”(Kafi”, c. 1, s. 179.)
    Bir sözlə, Allahın höccəti adlandırılan kamil insan bəşəriyyətin varlıq səbəbi olduğundan onun vücudu zəruridir.
    Sual: 198. Әn şərəfli оlmаq (əşrəf) prinsipi imam Mehdinin (ə) vücuduna dəlil ola bilərmi?
    Cavab: Hikmət sahibləri deyir: Varlıq, həyat, elm, qüdrət, rəhmət və digər kamilliklər feyz mənbəsindən aşağı mərtəbə varlıqlara birbaşa çatdırılmır. Kamilliklər öncə "əşrəf” (әn şərəfli) varlıqlara yetirilir. Necə ki, çıraq öncə ətrafını, sonra uzağı işıqlandırır.
    Elm və qüdrət kimi qeyri-hissi işlərdə öncə daha üstün rütbəli, əşrəf pillələr bəhrələnir.
    Əllamə Təbatəbai deyir: "Әn şərəfli оlmаq qaydası budur ki, "əşrəf mümkün” vücud mərtəbəsində "xüsusi mümkündən” qədim olmalıdır. Çünki ondan şərəflisi ondan öncə mövcud ola bilər...”
    Molla Sədra bu qaydanın sübutu üçün deyir: "Əgər "xüsusi mümkün” Allah tərəfindən vücuda gəlmişsə, ondan öncə "əşrəf mümkün” olmalıdır. "Əşrəf” və "əxəssin” eyni zamanda mümkün olması mümkünsüzdür. Bu halda şübhə doğurmur ki, əşrəf əxəsdən sonra vücuda gələ bilməz. Əlbəttə ki, nəticə səbəbdən öncə gələ bilmədiyi kimi...("Nəhayətul-hikmət”, s. 319, 320.)
    Bilirik ki, insan yaranmışların əşrəfidir. O, heyvandan, heyvan bitkidən, bitki cansız cisimlərdən şərəflidir. Şərəflilik qaydasına əsasən hər hansı feyz bitkiyə çatmamış torpağa, heyvana çatmamış heyvana çata bilməz. Bu da bir həqiqətdir ki, elm və qüdrət kimi feyzlər kamil insana çatmamış adi insana verilə bilməz.
    Demək, bu qaydaya əsasən, kamil bir insan mövcuddur və o, Allahın höccətidir.
    Kuleyni imam Sadiqdən (ə) belə nəql edir: "Höccət xalqdan öncə vardı, xalqladır, xalqdan sonra olacaq.”("Kafi”, c. 1, s. 177.)
    İmam Sadiq (ə) başqa bir məqamda buyurur: "Əgər yer üzündə yalnız iki nəfər qalsa, hökmən onlardan biri imamdır.”("Həmin mənbə”, s. 179.)
    Sual: 199. "Məzhəre-came” dəlili ilə imamın vücudu necə sübuta yetirilir?
    Cavab: İbn Tirk "Təmhidul-qəvaid” kitabında "Məzhəre-came” adlı bir dəlillə imamın varlığını sübuta yetirir. Biz bu dəlili xülasə şəkildə bir müqəddimə ilə təqdim edirik:
    1. Kamil insan başqa bir mövcudda görünməyən məqama malikdir.
    2. Vacib zat heç bir vəsflə məhdudlaşmır. Bu səbəbdən də, ifadə olunan, zatın yox, onun ünvanının vəsfidir. İlkin zühur vahidiyyət və əhədiyyət kimi iki çöhrənin gerçək vəhdətidir.
    3. Zühur məqamında vəhdət hökmləri qalib gəldiyindən çoxluq (kəsrət) aradan götürülür.
    Nəticə: Zati vəhdətdə təfsili adlar üçün macal qalmır. Çünki təfsil çoxluq növündəndir. Xarici aləmdə zahir olan təfsili məzahir böyük aləmin əczasından sayılır. Çoxluq hökmü bu məqamda qalibdir, yəni burada zati vəhdətin zühuru yoxdur. Demək, ilahi fərman vəhdətlə çoxluğun fərqlənə bilməyəcəyi orta həddi əsas götürür. Bu yolla haqq üçün təfsili adların və həqiqi vəhdətin məzhəri olur. Böyük ədalətdən qidalanan bu orta hədd həmin kamil insandır. Bu insan bir tərəfdən vəhdətin hakim olduğu ilahi dairəyə, digər bir tərəfdən təbiət aləminə bağlıdır.("Təmhidul-qəvaid”, s. 172)
    Sual: 200. Böyük təcəlla dəlili əsasında imamın mövcudluğu necə sübut olunur?
    Cavab: Həzrət Mehdinin (ə) mövcudluğunu sübuta yetirən əqli dəlillərdən biri "təcəllayi-əzəm”, yəni böyük təcəlla dəlilidir. Bu dəlillə tanış olaq.
    a) Təcəlliyyat dedikdə Quran və rəvayətlərdə işarə olunmuş zühura çıxma nəzərdə tutulur. Allah-tәala buyurur: "Allah hər gün bir işdədir.”("Ər-Rəhman”, 29.)
    b) Bu təcəlla və zühur vacibul-vücudun zatından bu mövcudların ayrılmasıdır.
    v) Allahın adları onun müqəddəs zatının cəmal və cəlal sifətlərini tanıtdırır. Bu adların əhatəlilik baxımından bir-birindən üstünlüyü var.
    q) Allahın hər bir adı bir əhatə ilə zühur edirsə, Onun "ismi-əzəm” sifəti böyük bir təcəllaya malik olmalıdır. Bu böyük təcəlla kamil insandır.
    Sual: 201. "Təqabüli-qütbeyn”, yəni qütblərin qarşılaşması dəlili imamın (ə) mövcudluğunu necə sübuta yetirir?
    Cavab: Bu dəlili iki müqəddimə ilə bəyan edirik:
    a) Allah-tәalanın camal və cəlal təcəllaları var.
    b) İlahilik və tam təcəlla qütbləri arasında yaxınlıq üçün yer üzündə bəndəlik və ilahi xüsusiyyətlər baxımından kamil insan olmalıdır. Fəlsəfi terminologiyada işraqilər onu "pak ilahi kəlmə”, məşşaiyun "оnuncu əql” adlandırırlar. Allahın şəninə layiq ibadəti yalnız o bilir və yerinə yetirir. Belə bir şəxs yalnız həzrət Mehdi (ə) ola bilər.
    Sual: 202. Feyzdə ziddiyyətin olmaması qanunu imamın varlığını necə sübuta yetirir?
    Cavab: Peyğəmbərlik və imamət mənəvi bir feyzdir. Kəlimilərin baxışına əsasən həzrət Musanın ölümü ilə bəşəriyyətin ərş aləmi ilə rabitəsi qırıldı. Protestant məsihilər bu əqidədədirlər ki, həzrət Məsihin dara çəkilməsi ilə bəşəriyyətin ilahi dərgahla əlaqəsi üzüldü. İslamın sünni firqəsi də özünü bu feyzdən məhrum etmişdir. Onlar bu əqidədədir ki, İslam peyğəmbərinin (s) ölümü ilə bu feyz kəsilmişdir. Belə bir sual verilə bilər ki, nə üçün İslam ümməti peyğəmbərdən sonra feyzdən məhrum olsun? Nə üçün Allah-tәala imam vasitəsi ilə bəşəriyyəti bu feyzdən bəhrələndirməsin?
    İmamiyyə şiələr bu sualı cavablandırır. Onlar deyir: Bu feyz vəhy yolu ilə kəsilsə də, kamil insan vasitəsi ilə təmin olunur. Bu feyz bəşəriyyətə həzrət Mehdinin (ə) kаmil vücudu ilə çatdırılır.
    Parisin Sarbonna universitetinin professoru Hanri Kоrbәn deyir: "Mənim əqidəmcə, şiəlik yeganə məzhəbdir ki, bəşəriyyətlə Allah arasındakı hidayət rabitəsinin davamlığını qəbul edir. Onlar ilahi vilayəti qiyamət gününədək sabit saxlamışlar...”(Əş-şiə”, Əllamə Təbatəbai, s. 15.)
    Sual: 203. "Əql-bil-fel” dəlili imam Mehdinin (ə) vücudunu necə sübuta yetirir?
    Cavab: Fаrabi imam Mehdinin (ə) vücudunu sübuta yetirəcək bir dəlil göstərir. O deyir: "Fəzilət cəmiyyətinin hər üzvündə rəislik səlahiyyəti yoxdur. Bu cəmiyyətin rəisi həm xarakter baxımından bu məqama layiq olmalı, həm də uyğun məqsədlə yaşamalıdır. Belə bir insan yalnız kamil insan ola bilər. O həm rəisdir, həm müəllimdir, həm mürşiddir, həm də tərbiyəçi...”("Tarixi-fəlsəfi dər cahane İslam”, s.438.)Farabi yetkin cəmiyyətin formalaşması üçün müəllimin varlığını zəruri sayır. Bu müəllim imam Mehdidir (ə). Şiələr inanır ki, cəmiyyətin qurulması üçün kamil insan rəis olmalıdır.
    Bu böyük filosof imamı "əqli-bil-fel” kimi tanıyır. O elə bir insan nəzərdə tutur ki, tam əqli, təbii, kəsbi imkanlara malikdir, nəhayət, kamala çatmışdır, bir növ özü fəal ağıldır. Farabi belə bir şəxsi cəmiyyətə rəhbərliyə layiq bilir. Onun nəzərincə, belə rəis cəmiyyət üçün ürək kimidir.
    Sual: 204. Ehtimalları hesablamaq yolu ilə imamın varlığını sübuta yetirmək olarmı?
    Cavab: Mərhum Şəhid Sədr bu barədə buyurur: "Məhdəviyyət İslam ümmətinin əsrlər boyu etiqad etdiyi bir həqiqətdir. Xüsusilə həzrət Mehdinin (ə) səfir və naiblərinin 70 illik fəaliyyəti dövründə xalq bu həqiqətlə tanış edilmişdir. Bu müddət ərzində kimsə uyğun inancın ziddinə çıxmamışdır. Necə ola bilər ki, bir yalan nəinki yetmiş il, əsrlər boyu yaşasın və bir-biri ilə heç bir əlaqəsi olmayan dörd nümayəndə yekdil fikirdə olsun. Elə qədimdən yalanın ömrünün qısalığı haqqında məsəllər çəkilib. Ehtimalların hesabı baxımından, hər hansı yalanın bir bu qədər davam edib bütün ümmət tərəfindən qəbul olunması mümkünsüzdür.”(Bəhsun-həvlәl-Məhdi (ə)”, s. 109-110)
    Sual: 205. Əqli dəlillər müəyyən bir imamın mövcudluğunu sübut edirmi?
    Cavab: 1. Əqli dəlillər kamil bir insanın mövcudluğunun zəruriliyini təsdiqləyir. Bu dəlillərin həmin şəxsin məhz imam Mehdi (ə) olması ilə əlaqəsi yoxdur. Amma uyğun dəlillər imamiyyə şiələrinin məsum bir imamın mövcudluğuna etiqadını təsdiqləyir. Beləcə, uyğun dəlillər yalnız şiələrin baxışına uyğundur.
    2. Ustad Həsənzadə Amuli deyir: "Bu məqamda iki mövzuda danışmaq lazımdır: Külli və şəxsi mövzularda. Külli mövzu dedikdə daimi mövcud olan höccətin varlığını sübut edən dəlillər nəzərdə tutulur. Şəxsi mövzu dedikdə isə qaimin konkret kimliyi ilə bağlı dəlillərdən danışılır. Fərdin kamilliyini tanımaq üçün isə mütəvatir hədislərə və vəhyə müraciət etmək lazımdır.”("Nəhcül-vilayə”, c. 7, 8.)
    3. İslam irfanı məqsədə çatmaq üçün şeyx və ustadın varlığını şərt sayır. Bu şərt də iki qisimdir: "Ümumi ustad və xüsusi ustad. Ümumi ustad odur ki, sırf hidayət məsuliyyəti daşımasın və ona məlumat almaq üçün müraciət olunsun.
    Xüsusi ustad isə sırf hidayət məsuliyyəti daşıyan şəxsdir və həqiqət yolunu gedən kəs heç bir halda bu ustaddan kənar düşməməlidir.("Risaleye lubbul-ləbab”, s. 133, 134.)
    Bu məsələlər sünnə əhli arifləri tərəfindən də qəbul olunur. Çünki onlar da iki ustadın mövcudluğunu şərt sayır. Onlardan biri mürşid, digəri ilahi feyz daşıyıcısı olan ustaddır. Əgər bu ustad dünyada olmasa, dünya dağılar. Bu səbəbdən də aləmin sabitliyi bu şəxsin varlığından asılıdır. Sünnə əhli arifləri dünyanın belə bir ümumi ustada ehtiyacını qəbul edirlər. Uyğun həqiqəti qəbul edənlər arasında Əbdül-Vəhhab Şərani, Mühyiddin ibn Ərəbi, Cami Hənəfi, Əttar Nişapuri, Cәlаlәddin Rumi diqqəti cəlb edir.
    Başqa sözlə, qeyd olunan dəlillər məsum imamın varlığının zərurətini göstərir. Ariflər bu şəxsi imkan dairəsinin qütbü adlandırırlar. İrfanda hər zamanın yalnız bir qütbü ola bilər. Bir neçə qütbün olması mümkünsüzdür. Bu qütb bütün səhv və nöqsanlardan pakdır.("Müqəddiməye-qeysəri”.) Bunu da qeyd etməliyik ki, ayə və rəvayətlərdən də bu sayaq anlayışlar əldə olunur. Qütb anlayışı həmin anlayışlardandır. Əmirəlmöminin (ə) Şiqşiqiyyə xütbəsində özünü qütb adlandırır: "And olsun Allaha! Əbu-Qəhafənin oğlu Əbu-Bəkr mənim xilafətdəki yerimin dəyirman daşı oxunun (qütbünün) dəyirmandakı yeri kimi olduğunu bildiyi halda xilafət əbasını geyindi.”("Nəhcül-bəlağə”.)
    Sual: 206. Şəriət və millətin keşiyində dayanmayan və ilahi hökmləri icra etməyən imamın nə faydası var?
    Cavab: Bəzən deyirlər ki, pərdə arxasında qalmış, kimsəyə görünməyən, hökmləri icra etməyən, xalqı cihada çağırmayan imamın nə faydası ola bilər?
    Sualı xülasə şəkildə belə cavablandıra bilərik:
    1. İmamın qeybə çəkilməsində təsirli olduğumuz kimi, onun zühuruna da əməllərimizin təsiri var.
    2. Qeyb dövründə heç bir ilahi hökm gücdən düşmür, cihad təxirə salınmır. Bu iş imamın vəkaləti ilə fəqihlər tərəfindən icra olunur.
    3. İmam qeybdə olsa da, onun nəzarəti var və şəriətin keşiyindədir. Həqiqətə qarşı icma təşkil olunduqda imam müdaxilə edib həqiqəti bildirir.
    4. İmamın vücudu ilahi feyz vasitəsidir. İmam olmasa, dünya dağılar.
    5. İmam xalqın nəzərlərindən gizli olsa da, batini bir nüfuz gücü var. Ləyaqəti olan hər bir kəs batini yolla haqqa yönəldilir.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 480 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024