İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:24 AM
    Firqələrin nəql etdiyi rəvayətlərdə imam Mehdi (ə)
    Sual: 218. "Səqəleyn” hədisi imamın varlığını necə sübut edir?
    Cavab: Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, sizin aranızda iki canişin qoyuram: Allahın kitabı, göylə yer arasında uzanmış bir ip; itrətim, əhli-beytim. Həqiqətən bu iki şey hovuz (behişt hovuzu) kənarında mənə yetişənədək bir-birindən ayrılmaz.”(Müsnəde-Əhməd”, c. 5, s. 181)
    Bu hədisdə həzrət Peyğəmbər (s) buyurur ki, kitab və itrətim (əhli-beytim) qiyamət gününədək bir-birindən ayrılmaz. Uyğun buyuruğa əsasən, qeyd olunan iki əmanətdən biri olmadıqda ikincisi də aradan götürülməlidir. Quran əlimizdədirsə, əhli-beytin hüzuru da zəruridir.
    İbn Hucr Məkki deyir: "Əhli-beytin (ə) tapşırıldığı hədislərdə belə bir nöqtəyə diqqət etmək lazımdır ki, qiyamət gününədək yer üzü Əhli-beytsiz ola bilməz. Əhli-beyt (ə) yer əhli üçün əmin-amanlıq kimi tanıtdırılır. Rəvayətdə deyilir: "Hər bir qövm və güruh arasında mənim əhli-beytimdən olan ədalətli şəxs var.”("Səvaiqul-Muhriqə”, s. 90.)
    Hafis Səmhuri deyir: "Səqəleyn” hədisindən məlum olur ki, hər bir dövrdə əhli-beytdən bir şəxs olmalıdır. Qiyamət gününədək belə bir şəxsə üz tutmaq lazımdır. Çünki Əhli-beyt yer əhli üçün aman sayılmışdır. Onlar yer üzündən getsə, yer məhv olar.”(Cəvahirul-əqdeyn”.)
    Eyni məna Süyutinin "Cameus-səğir” kitabında Əllamə Minavidən nəql olunur.[(Feyzul-qədir”, c. 3, s. 15.)Şiə və sünnilərin yekdil olaraq mütəvatir hədis kimi qəbul etdiyi "Səqəleyn” hədisi təsdiqləyir ki, hər bir dövrdə peyğəmbər Əhli-beytindən məsum bir imam olmalıdır. Bu məsum şəxslər mütləq hidayətə çatmış və zəlalətdən uzaq dayanmışlar. Bu səbəbdən də başqalarını hidayət edə bilir, azğınlıqdan çəkindirirlər. Dövrümüzdə bu şəxs yalnız Həzrət Mehdi (ə) ola bilər.
    Sual: 219. İmamı tanımağın (mərifətin) zəruriliyini bildirən hədislər imamın mövcudluğunu necə sübuta yetirir?
    Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs öz dövrünün imamını tanımadan (mərifətsiz) ölsə, cahiliyyət dövründə dünyadan getmiş kimidir.”("Şərhul-Məqasid”, c. 5, s. 239.)
    Rəvayəti azca araşdırdıqdan sonra imamın həqiqi siması haqqında təsəvvür yaranır. İnsanın, dünyadan cahil getməsinə səbəb olan mərifətsizlik hansı mərifətsizlikdir? Hansı imamı tanımamaq insanı bədbəxtliyə aparır? İmamı tanımamaqla cahiliyyət ölümü arasında hansı asılılıq var?
    Yoxsa söhbət dövrün zalım rəhbərlərindən gedir? Əlbəttə ki, belə deyil. Nəzərdə hər bir dövrün məsum imamı nəzərdə tutulmuşdur. Həqiqi imamı tanımadan ölən insan cahiliyyət dövründə ölmüş kimidir.
    Sual: 220. "Əman” hədisi imamın mövcudluğunu necə sübut edir?
    Cavab: Müxtəlif firqələrdən nəql olunmuş rəvayətlərə əsasən peyğəmbər Əhli-beyti (ə) yer əhli üçün amandır. Əgər Əhli-beytim (ə) həlak olsa, yer əhli Allahın vəd etdiyi aqibətə düçar olar”.("Səvaiqul-muhriqə”, s. 150.)
    Səmhudi bu hədisi nəql etdikdən sonra deyir: "Ümmət üçün aman olan Əhli-beyt (ə) dedikdə xalqı hidayət edən alimlər nəzərdə tutula bilər. Necə ki, xalq ulduzlar vasitəsi ilə hidayət olur.”("Rəşfətus-Sadi”, s. 78.)
    Bu hədis aydın şəkildə göstərir ki, hər bir dövrdə Əhli-beytdən (ə) məsum bir rəhbər olmalıdır. Hazırkı dövrdə həmin şəxs Mehdidir. İmam olmasa, bütün yer üzü məhv olar.
    Sual: 221. "Səfinə” hədisi imamın mövcudluğunu necə təsdiq edir?
    Cavab: Firqələr tərəfindən nəql olunmuş rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Nuhun gəmisinə ("Səfinə”) bənzətmişdir.
    İbn Hucr Məkki həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "Həqiqətən, mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimidir. Hər kəs bu gəmiyə süvar olsa, nicat tapar.”("Səvaiqul-Muhriqə”, s. 234.)
    Bu hədis müxtəlif yollarla, müxtəlif şəkillərdə nəql olunmuşdur. Onun məzmunu haqqında dərindən düşündükdə aydın olur ki, qiyamət gününədək hər bir dövrdə məsum imam olmalıdır. Yalnız imamın varlığı ilə qurtuluş gəmisinə süvar olub fitnə dəryasından keçmək və behiştə yetişmək olar.
    Sual: 222. Qüreyşi imam haqqındakı hədis imamın varlığını necə sübuta yetirir?
    Cavab: Buxari, Müslim və başqaları həzrət Peyğəmbərin (s) dilindən belə nəql edirlər: "Yer üzündə iki nəfər qalsa belə xilafət əmri Qüreyş üçün sabitdir.”(Səhihe-Buxari”, c. 9, s. 29.)
    Bu hədisdə xarici bir olaydan xəbər verilir. Bu olayın gerçəkləşməsi vacibdir. Həzrət peyğəmbərin xilafətinin hər bir dövrdə layiqli bir qüreyşə tapşırmaq müsəlmanların vəzifəsidir. Fəxr Razi və başqalarının nəzərincə "ulil-əmr” məsumlara işarədir.(Nisa”, 59) ("Təfsire-Fəxr-Razi”, c.10, s. 144; "Təfsire-Əl-Mizan”, c. 4, s. 387-401.) Hər bir dövrdə qüreyşdən məsum bir imam mövcuddur. Nə qədər ki yer üzündə həyat davam edir, bu şəxs həzrət Mehdidir (ə).
    Başqa sözlə, rəvayət və ayədəki "ulil-əmr” sözü zahir və batini rəhbərliyə işarədir. Tam mənada peyğəmbərin sifət və xüsusiyyətlərinə malik olan şəxs onun canişini olaraq hər vaxt mövcuddur. Sadəcə, ona vəhy nazil olmur. Hazırki dövrdə bu canişin həzrət Mehdidir (ə).
    İbn Hucr Əsqəlani: "Həzrət İsanın dünyanın sonunda bu ümmətdən olan şəxsin arxasında namaz qılması deyilənlərin möhkəm dəlilidir: Yer üzü heç vaxt "Qaim billah – höccətsiz olmayacaq.”("Fəthul-Bari”, c. 6, s. 385)
    12-ci xəlifə hədislərində imam Mehdi
    Sual: 223. "12 xəlifə” hədisləri hansı hədislərdir?
    Cavab: Şiə və sünnilər tərəfindən mütəvatir hədis kimi qəbul olunmuş digər hədislər 12 xəlifə haqqındadır. Bu rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) özündən sonra üçün 12 imam, canişin təyin etmişdir.
    Cabir ibn Səmərə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Nə qədər ki 12 xəlifə hakimdir, İslam daim əzizdir.” Cabir deyir: Həzrətin buyurduğu sonrakı sözü anlamadım. Bu barədə atamdan soruşdum. O dedi: "Buyurdu ki, onların hamısı qüreyşdəndir.”(Səhihe-Müslim”, c. 6, s. 3.)
    Bu hədisi müxtəlif şəkillərdə 36 səhabə nəql etmişdir. Bir çox sünni alimləri də öz kitablarında bu hədisə yer vermişdir.
    Sual: 224. 12 xəlifə dedikdə kim nəzərdə tutulur?
    Cavab: Bu hədislər vida həccində ("həccətul-vida”) peyğəmbər tərəfindən buyurulmuşdur. Həmin həccdə "Səqəleyn” və "Ğədir” hədisləri də bəyan olunmuşdur.
    Quran ayələri kimi rəvayətlər də bir-birini təsdiq edir. Bu üç qrup rəvayətdən belə bir nəticə alınır ki, 12 imam həzrət Peyğəmbərin (s) əhli-beytindəndir. Onların birincisi Əli ibn Əbi-Talibdir. İslam peyğəmbəri "Səqəleyn” hədisində buyurur: "Mən sizin aranızda iki dəyərli şey qoyuram. Bu iki şeyə sarılmaqla heç vaxt yolunuzu azmayacaqsınız: Allahın kitabı və itrətim.” Ğədire-Xum günündə İslam peyğəmbəri Əli ibn Əbi-Talibin (ə) xilafət və imamət məqamını açıqladı.
    12 xəlifə rəvayətlərində həmin xəlifələrin bir sıra sifətləri açıqlanmışdır. Bu sifətlər yalnız məsum imamda ola bilər: İslam onların varlığı ilə əzizdir; din onların varlığı ilə bərpadır; Onları xar etmək istəyənlər boş yerə çalışır və onlara heç bir zərər vura bilməz.
    Həməvinin və Qunduzunin nəql etdiyi bəzi rəvayətlərdə həzrət Peyğəmbər (s) öz nəslindən olan 12 imamın adını birbəbir zikr edir.
    Sual: 225. 12 xəlifə hədisləri məsum imamların hakimiyyətini təsdiq edirsə, nə üçün əslində onlar hakimiyyətdə olmamışlar?
    Cavab: Bəziləri deyirlər ki, 12 xəlifə hədisləri peyğəmbərdən sonra imamların hakimiyyətini təsdiqlədiyi halda həzrət Əli (ə) və imam Həsəndən (ə) savay şiə imamları hakimiyyətə çatmamışlar.
    Əslində, bu hədislər zahiri hakimiyyəti yox, Allahın təyinatını bəyan edir. Allahın təyin etdiyi imamı xilafətə çatdırmaq xalqın işidir.
    Seyyid Məhəmməd Təqi Həkim deyir: Nəzərdə tutulan budur ki, hakimiyyət məsum imamların haqqıdır. İlahi rəhbər Allah tərəfindən hakimiyyətə təyin olunur. İmamların zahiri hakimiyyətə çatmaması uyğun hədislərin bəyanına zidd deyil...("Əl-üsusul-ammətu-lil fiqhil-müqarin”, s. 173.)
    Sual: 226. 12 xəlifə hədisləri hansı məkanda bəyan olunmuşdur?
    Cavab: Bu barədə müxtəlif məlumatlar verilir. Bəziləri bu hədislərin Ərəfə günü Ərəfatda bəyan olunduğunu bildirir.("Müsnəde-Əhməd”, c. 5, s. 93.) Bir başqaları uyğun hədisin məsciddə bəyan edildiyini iddia edir. Bəziləri isə hədisin harada bəyan olunmasına toxunmur. Görənsәn Peyğəmbər (s) uyğun hədisi bir və ya bir neçə yerdə bəyan edibmi?
    Çox ehtimal ki, həzrət Peyğəmbər (s) bu hədisi müxtəlif yerlərdə bəyan etmişdir. Hədisin hәccətul-vidada bəyan olunması isə aşkardır. Həmin yerdə həzrət Peyğəmbər (s) öz vəfatının yaxınlaşması barədə məlumat verdi. O məsum canişinləri haqqında vəsiyyət etdi.
    Sual: 227. Nə üçün 12 xəlifə hədislərində imamların adı haqqında soruşulmur?
    Cavab: Hətta söhbətin gedişində peyğəmbərə sual ünvanlamaq müsəlmanlar arasında bir qayda idi. Rəvayətdə peyğəmbərdən sonrakı xəlifələrlə bağlı mühüm məlumat verilir. Xilafət məsələsi İslam cəmiyyətinin çox mühüm məsələlərindəndir. Maraqlıdır ki, nə üçün 12-xəlifənin adı soruşulmamışdır?
    Əgər səhabələr istənilən bir məsələnin xırdalığı ilə maraqlanırdılarsa, nə üçün canişinlərin adı ilə maraqlanmamışlar?
    Ehtimal olunur ki, imamların adının aşkar şəkildə bəyan olunmasına əhli-beyt (ə) düşmənləri mane olmuşlar. "Ğədire-Xum”, "Səqəleyn” hədislərindən imamların sayı, onların Əhli-beytdən (ə) olması və birinci imamın Əli ibn Əbi-Talib olması məlum olur. Həməvinin və Qunduzinin nəql etdiyi rəvayətlərdə Peyğəmbər (s) öz canişinlərinin adlarını da zikr edir.("Fəraidus-Səmteyn”, c. 2, s. 132; "Yәnabiul-Mәvəddət”, c. 3, s. 281.)
    Sual: 228. Sünnə əhlindən nəql olunmuş bəzi rəvayətlərdə Əbu-Bəkr və Ömər də 12 xəlifədən biri kimi tanıtdırılır. Bunu necə izah etmək olar?
    Cavab: Təbərani Əbdüllah ibn Əmrdən belə nəql edir: Peyğəmbərdən belə eşitdim: "Məndən sonra 12 xəlifə olacaq: Əbu-Bəkr Siddiq – o məndən sonra çox yubanmaz, onun ev dəyirmanının sahibi Ömər ibn Xəttab...”("Əl-Məcməul-Kəbir”, c. 1, s. 7.)
    Uyğun hədisə münasibətdə bir neçə iradımız var:
    1. Bu hədis sənəd baxımından mötəbər deyil. Bu hədisi nəql edən Əbdüllah ibn Salehin hədisləri Zəhəbi tərəfindən inkar olunur. Əhməd ibn Hənbəl deyir: O, ömrünün axırlarında əqidəsindən döndü.” Saleh ibn Məhəmməd deyir: "Mənim zənnimcə, o hədis nəqlində yalançıdır.”
    Bu rəvayətlərin digər sənədi Leys ibn Səddəndir. Bu şəxs Mənsur Abbasinin yaxını olmuş və Əhli-beyt vilayətinə qarşı fəaliyyət göstərmişdir.
    2. Bu hədisdə 3 xəlifə, xüsusi ilə Osman xüsusi bir tərzdə tərif olunur. Həqiqət isə tamam başqadır.
    3. Digər rəvayətlərə müraciət etdikdə görürük ki, 12 xəlifə hədislərində peyğəmbər Əhli-beyti nəzərdə tutulmuşdur.(Fəraidus-Səmteyn”, c. 2, s. 133.)
    Sual: 229. 12 xəlifə hədislərini şiələr mötəbər sayırmı?
    Cavab: Əhməd Katib deyir: "12 imamçı şiələrin nəql etdiyi hədislər əsassızdır və onları təsdiqləyən dəlil yoxdur. Bu hədisləri nəql edənlər də mötəbər deyil.”
    Uyğun iddiaya cavab verək:
    1. Həzrət Peyğəmbərdən (s) sonra 12 imamın olacağını xəbər verən rəvayətlər təvatir həddindәdir. Bildiyimiz kimi, mütəvatir hədis araşdırmasız qəbul olunur.
    2. Şiə səhabələri və hədisçiləri bu hədisləri yekdilliklə qəbul edirlər. Bu özü də uyğun rəvayətlərin düzlüyünü təsdiq edən dəlildir.
    Şəhid Sədr buyurur: "Bu rəvayətlər imamlar tərəfindən çox ehtiyatla nəql olunsa da, onların düzlüyünü yalnız çoxluq yox, başqa əlamətlər də təsdiqləyir. İmam Cavad (ə), Hadi (ə) və Əsgərinin (ə) müasiri olmuş Buxari bu hədisi nəql etmişdir. Bu çox mühüm nöqtədir. Uyğun hədis gerçəkləşməmiş, 12 imam düşüncəsi formalaşmamış bu həqiqət peyğəmbər tərəfindən təsbit olunmuşdur.”(Üsule-Kafi”.)
    3. Uyğun mövzu ilə bağlı rəvayətləri araşdırdıqda səhih sənədə malik çoxsaylı hədislərlə rastlaşırıq. Bu hədislər mütəvatir həddə olmasa belə, istifadə olunacaq səviyyədədir. Xüsusi ilə Kuleyni rəvayətlərə xüsusi bir üslubda yanaşmışdır. O yalnız məsumlar tərəfindən nəql olunması əminlik yaradan hədisləri seçmişdir. Kuleyni və digər qədim alimlər daxili və xarici dəlillərlə təsdiqlənmiş hədisləri səhih sayırdı. Əsas dəlillərdən biri də həmin hədisin imamların öz dövründə nəql olunmuş hədislər arasında olmasıdır. Digər bir dəlil hədisin böyük səhabələr tərəfindən təsdiqlənmiş kitablarda nəql olunmasıdır.
    Xarici dəlillərdən biri həmin hədislərin imamlar tərəfindən təsdiqlənmiş kitablarda nəqlidir. Məsələn, "Kitabi-səlim” imam Sadiq (ə) tərəfindən təsdiqlənmişdir.
    Düzgünlük dəlillərindən biri də araşdırılan hədisin qədim alimlər tərəfindən etibarlı sayılmasıdır. Şeyx Kuleyni yalnız hədisi nəql edənlərin düzlüyünə yox, yuxarıda qeyd olunan meyara da müraciət etmişdir.
    4. Katib bəzi rəvayətləri İbn əl-Ğəzairinin mövqeyinə istinadən zəif saymışdır. Hansı ki, onun kitabının düzlüyü sübuta yetməmişdir.
    Sual: 230. "12 xəlifə” hədisləri imamın mövcudluğunu necə sübuta yetirir?
    Cavab: Bu hədislər vasitəsi ilə imamın mövcudluğunu sübut etmək olar:
    Əvvəla, əksər rəvayətlərdə işlədilmiş "bədi” sözü İslam peyğəmbərindən sonra ardıcıl şəkildə 12 imamın canişinliyini bəyan edir.
    İkincisi, "Səhihi-Müslim” və digər mənbələrdəki hədislərə əsasən, dinin davamlılığı bu 12 nəfərdən asılıdır. Bu səbəbdən də İslam onların vücudu ilə əziz olur. Əgər din bərqərardırsa və əzizdirsə, 12 imam silsiləsi də mövcuddur. Onlardan biri qalıb din və şəriəti hifz edir.
    Sual: 231. Xilafətin 30 il davam edəcəyini bildirən hədis 12 xəlifə hədislərinə zidd deyilmi?
    Cavab: Əhməd ibn Hənbəl "Müsnəd” kitabında həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir: "Xilafət 30 il çəkəcək. Ondan sonra sultanlıq və padşahlıqdır.”("Müsnəde-Əhməd”, c. 5, s. 220.)
    Bəzi sünni alimləri bu hədisi 12 xəlifə hədislərinə zidd sayırlar. Çünki 12 xəlifənin xilafəti 30 il çəkməmişdir.
    Sualı cavablandıraq:
    1. Bu iki rəvayət arasında fərq var. 12 xəlifə haqqında məlumat verən hədislərdə 12 məsum imam haqqında danışılır. Nəzərdə tutulan hədisdə isə peyğəmbərdən sonrakı xəlifələrdən söhbət açılır. Bu xəlifələr məsum olmaya da bilər.
    2. Qeyd olunan hədis mötəbər və məşhur deyil. İbn Tеymiyyə bu hədisi zəif saymışdır.("Minhacus-Sunnə”, c. 2, s. 223.)Uyğun hədisi nəql edən Səid ibn Cəmhan rical elmində zəif sayılmışdır.("Təhzibul-təhzib”, c. 4, s 13.)
    Sual: 232. 13 imam haqqında danışan hədislər necə izah oluna bilər?
    Cavab: Bəzi rəvayətlərdə həzrət Peyğəmbərdən (s) sonra 13 xəlifənin olacağından danışılır. Bu rəvayətləri araşdıraq:
    1. Həzrət Peyğəmbərdən (s) sonra imamların 13 nəfər olacağını Hibtullah ibn Əhməd Müfid Əmridən savay heç bir şiə alimi təsdiqləməmişdir. Nəccaşi bu barədə deyir: "Bu şəxs Əbül-Hüseyn ibn Əbu-Şeybə Ələvi Zeydinin həmsöhbəti olmuş, onun üçün kitab tərtib etmişdir. O, imamların 13 nəfər olacağını bildirir. Onun Zeyd ibn Əli ibn Hüseyni 12 imama əlavə etməsinin səbəbi Əbu-Şeybə Zeydiyə xoş gəlmək istəyi olmuşdur.
    2. Bəziləri rəvayətlərin mətnini düzgün anlamamışlar. Səlimin rəvayətində bildirilir ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Sən və övladlarından 12-si imam olacaqsınız.” Şübhəsiz ki, bu təbirdə həzrət Əli (ə) özü də 12 nəfərə daxildir. İmamların 12 nəfər olacağını xəbər verən hədislər mütəvatirdirsə, başqa ehtimala yer yoxdur.
    3. Səlim ibn Qeysin kitabında peyğəmbərdən sonra 12 imamın gələcəyini 20-dən çox hədis xəbər verir.
    4. Kuleyni və Səlim ibn Qeys öz kitablarında bildirirlər ki, imamlar 12 nəfərdir. Yenə də günah mütəvatir hədisi düzgün anlamayanların üzərinə düşür.
    5. 13 imamın gələcəyini xəbər verən bütün hədislərin sənədi, qaynağı zəifdir.
    Kiçik qeyb (Qеybәti suğrа)
    Sual: 233. Kiçik qeyb dövrü nə vaxtdan başlamışdır?
    Cavab: Uyğun məsələ ilə bağlı iki baxış mövcuddur:
    Birinci baxışa əsasən, kiçik qeyb dövrü həzrət Mehdinin (ə) mövlud günündən başlamışdır. Çünki bu mövlud gizli şəkildə baş vermişdir. Amma bu baxış ziddiyyətlidir. Çünki qeyb imama aiddir, həzrət Mehdi (ə) dünyaya gələn zaman imam məqamına çatmamışdı. Bundan əlavə, bir çoxları imam Əsgərinin (ə) şəhadətindən öncə 5 il həzrəti müşahidə etmişdir.
    İkinci baxışa əsasən, imamın qeyb dövrü atası imam Əsgərinin (ə) şəhadət vaxtından başlayır. Daha dəqiq desək, həzrət atası üçün cənazə namazı qıldıqdan sonra, Əbül-Ədyanın nəql etdiyi qəziyyəyə uyğun olaraq qeybə çəkilmişdir.("Kəmalud-din”, s. 474-476; "Biharul-Ənvar”, c. 30, s. 332.)
    Sual: 234. Böyük qeyb dövründən öncə kiçik qeyb dövrünün olması nə üçündür?
    Cavab: Kiçik qeyb həzrət Mehdinin (ə) imamətinin ilkin dövrünü əhatə edir. İmamın bir müddət xalqdan məxfi şəkildə yaşayıb öz səfirləri vasitəsi ilə onların işlərini idarə etməsi Allahın təqdiridir.
    Kiçik qeyb dövrünün böyük qeyb dövründən öndə gəlməsinin də səbəbləri var. Şiələr imamət cərəyanı boyu adət etmişdilər ki, imamın xidmətində olub onun hüzurundan istifadə etsinlər. Onlar qeyb adlı bir məfhumla tanış deyildilər. İnsanları qeybə alışdırmaq üçün öncə kiçik qeyb dövrü müəyyənləşdi. Beləcə, ilk əvvəllər məsələyə şübhə ilə yanaşanlar zaman ötdükcə həzrət Mehdinin (ə) varlığına əmin oldular. Çox keçməmiş böyük qeyb dövrü başladı.
    Sual: 235. Kiçik qeyb dövrünün böyük qeyb dövründən hansı üstünlüyü var?
    Cavab: Bir xəbərə görə kiçik qeyb dövrü imam Əsgərinin (ə) şəhadəti zamanından başlamışdır və həzrət Mehdi (ə) həmin vaxtdan imamət məqamına təyin olunmuşdur. Həzrət xilafətə Qum əhli ilə qarşılaşma zamanı ilkin vəkilini təyin etməklə başlamışdır. Kiçik qeyb dövrünün bir sıra imtiyazları var. Onlardan bəzilərini yada salaq:
    1. Kiçik qeyb dövründə həzrət Mehdi (ə) imamət və xilafət məqamına çatdı.
    2. Bu dövrdə imam tam məxfi həyat keçirməmiş, ümumi fayda baxımından öz xüsusi yardımçıları ilə görüşmüşdür.
    3. Həmin dövrdə 4 səfir olmuşdur. Bu dörd səfir həzrətin xüsusi göstərişlərini yerinə yetirmiş, onunla xalq arasında rabitə yaratmışdır.
    Sual: 236. Allah-tәala həzrət Mehdinin (ə) imaməti üçün zəmin yaratmışdırmı?
    Cavab: Bəli, imam Mehdinin (ə) mövludundan öncə baş vermiş hadisələri onun gəlişi üçün zəmin saymaq olar. İmam Cavad (ə) və imam Hadinin (ə) dünyaya gəlişi bu zəminlərdəndir. Çünki imam Cavad (ə) 8 ya 7, imam Hadi (ə) isə 6 yaşında imamətə çatmışdı. Bu iki məsumun imamətinə etiqad həzrət Mehdinin (ə) imamətinə etiqad üçün zəmin yaradırdı və 5 yaşlı məsumun imamət məqamına çatması ilə bağlı şübhələri aradan qaldırırdı.
    Sual: 237. Digər imamlar həzrət Mehdinin (ə) qeybi üçün hansı şәrаiti hazırlamışdı?
    Cavab: Qeyb mövzusu ümmət üçün yeni bir hadisə idi. Bu sayaq uzunmüddətli qeyblə heç bir ümmət rastlaşmamışdı. Bu səbəbdən də şiə cəmiyyətinin hansısa hazırlığa ehtiyacı vardı. Əhli-beyt (ə), hətta həzrət Peyğəmbər (s) ardıcıl şəkildə 12-ci imamın qeybinə işarə etmişdir. Böyük qeyb dövründən öncə kiçik qeyb dövrünün gəlməsi də cəmiyyəti böyük qeyb dövrünə hazırlayan zəmin idi.
    Sual: 238. Həzrət Peyğəmbər (s) həzrət Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
    Cavab: Bəli, bir çox rəvayətlərdə bu mövzuya işarə olunmuşdur. İbn-Abbas həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "Hüseyndən (ə), mənim məqsədim yolunda qiyam qaldırıb vəsiyyətimi hifz edəcək imamlar qərar verilmişdir. Onların Hüseyndən sonra 9-cusu Əhli-beytimin (ə) qaimi, ümmətimin Mehdisidir (ə). İnsanlar arasında görünüş, hərəkət və danışıq baxımından mənə ən çox oxşayan da odur. O uzun qeyb və azdırıcı heyrətdən sonra zühur edəcək. O, Allahın əmrini elan edib, onun dinini aşkarlayacaq...”(

     

    "Kəmalud-din”,s.236; "Biharül-Ənvar”, c. 36, s. 227.

    )
    Həzrət Əli (ə) həzrət Peyğəmbərdən (s) belə rəvayət edir: "Bir vaxt onların imamı Allah istəyi ilə qeybə çəkiləcək. Onun üçün iki qeyb dövrü müəyyənləşmişdir. Qeybin biri o birindən uzundur...”("Bihar”, c. 52, s. 380.)
    Cabir ibn Əbdüllah Ənsari Peyğəmbərdən (s) soruşmuşdur: "Övladlarınızdan qaim olan üçün qeyb varmı?” Həzrət buyurmuşdur: "Bəli, and olsun Allaha!” Sonra "Ali-İmran” surəsinin 141-ci ayəsini oxumuşdur.
    Sual: 239. Həzrət Əli (ə) imam Mehdinin (ə) qeyb dövrünə işarə etmişdirmi?
    Cavab: Bəli, bir çox rəvayətlərdə belə bir xəbərlə rastlaşırıq. Məsələn, Şeyx Səduq Əmirəl-mömininin (ə) özünə istinadən nəql edir: "Bizdən olan qaim üçün qeyb dövrü var. Onun (qeybin) müddəti uzun olacaq. Şiəni otlaq gəzən, amma tapa bilməyən çaşqın qoyunlar kimi görürəm. Agah olun! Həmin vaxt hər kəs öz dinində sabitqədəm olsa, qeybin uzunluğu onun qəlbini bərkitməsə, o, qiyamət günü mənimlədir və mənim mərtəbəmdədir.”("Kəmalud-din”,s.303; Elamul-Vəri”, s. 426; "Bihar”, c. 51, s.109.)
    Sual: 240. İmam Həsən (ə) imam Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?
    Cavab: Şeyx Səduq nəql edir ki, imam Həsən (ə) Müaviyə ilə sülhdən və bəzilərinin ona qarşı etirazından sonra buyurdu: "Vay olsun sizə! Bilirsinizmi mən nə etdim? And olsun Allaha, mənim gördüyüm bu iş şiələr üçün günəşin tülu və qürubundan üstündür. Məgər bilmirsiniz ki, mən sizin imamınızam və mənə itaət etməyiniz vacibdir? Məgər mən peyğəmbərin buyurduğu kimi behişt əhli cavanlarının iki ağasından biri deyiləmmi? Bilmirsinizmi ki, Xızır gəmini deşdiyi, divarı uçurduğu vaxt həzrət Musa bu işlərin hikmətini bilmədiyindən qəzəbləndi? Əslində isə bu işlərin Allah yanında savabı vardı. Bilmirsinizmi ki, hər birimiz dövrümüzün zalım hakiminə beyət etmişik? Yalnız arxasında İsanın namaz qılacağı qaim belə deyil. Allah-tәala onun dünyaya gəlişini gizlədəcək, qiyamınadək kimsəyə beyət etməsin deyə, onu qeybdə saxlayacaq. O, qardaşımın 9-cu övladı, ən üstün qadınlardan birinin оğludur. Allah qeyb dövründə onun ömrünü uzadacaq. Öz qüdrəti ilə onu 40 yaşından aşağı gənc surətində zahir edəcək. Qoy bilsinlər ki, Allah hər şeyə qadirdir.”(Kəmalud-din”,s.315; "Bihar”, c. 51, s. 132)
    Sual: 241. İmam Hüseyn (ə) övladı Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?
    Cavab: Səduq imam Hüseynin (ə) dilindən belə nəql edir: "Övladlarımdan 9-cusunda Yusifin və Musanın sünnəsi var. O, biz Əhli-beytin (ə) qaimidir. Allah onun qiyamını bir gecədə gerçəkləşdirəcək.”("Kəmalud-din”, s.316; "Bihar”, c. 51, s. 132.)
    Başqa bir rəvayətdə imam Hüseyn (ə) buyurur: "Bu ümmətin qaimi mənim 9-cu övladımdır. O, qeybə çəkilər...”(Həmin mənbə, s. 317.)
    Başqa bir məqamda imam buyurur: "Onun üçün bir qövmün mürtəd olacağı, digər bir qövmün öz dinində sabit dayanacağı qeyb dövrü var...”(Həmin mənbə.)
    Sual: 242. İmam Səccad (ə) imam Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?
    Cavab: Şeyx Səduq imam Zeynəl-Abidinin (ə) (imam Səccadın) belə buyurduğunu nəql edir: "Həmin vaxt Allah-tәalanın vəlisinin, peyğəmbərin 12-ci vəsisinin qeybi başlayar. Ey Əba-Xalid! Həqiqətən, onun imamətinə iman gətirilən və intizarı çəkilən qeyb dövrü bütün dövrlərdən fəzilətlidir. Çünki, Allah-tәala onlara elə bir ağıl və düşüncə verər ki, qeybi hüzur kimi dərk edərlər...”("Kəmalud-din”, s.319; "Bihar”, c. 36, s. 386.)
    Sual: 243. İmam Baqir (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
    Cavab: Şeyx Səduq nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: Xalq üçün elə bir dövr gələr ki, onların imamı qeybə çəkilər. Xoş o insanların halına ki, həmin vaxt əmrimizdə sabitqədəm qalarlar. Həqiqətən, onlar üçün nəzərdə tutulmuş ən kiçik savab budur ki, Allah-tәala buyurar: "Ey mənim bəndələrim və kənizlərim! Mənim sirrimə iman gətirdiniz, Mənim qeybimi təsdiq etdiniz. Sizə Mənim tərəfimdən gözəl savabla müjdə olsun!”(Kəmalud-din”,s.330; "Bihar”, c. 52, s. 145.)
    Sual: 244. İmam Sadiq (ə) imam Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?
    Cavab: İmam Sadiq (ə) bir hədisdə buyurur: "Yeddinci övladın beşinci övladı sizdən qeybdə olacaq bir şəxsdir.”(Kəmalud-din”,s.338; "Bihar”, c. 51, s. 143.)
    Digər bir hədisdə həzrət buyurur: "Agah olun! And olsun Allaha, Mehdi (ə) sizin aranızdan qeybə çəkiləcək. Cahilləriniz deyəcək ki, Allahın Ali-Məhəmmədə ehtiyacı qalmadı...”(Həmin mənbə”, s. 341; "Bihar”, c. 45.)
    Həzrət başqa bir məqamda buyurur: "Həqiqətən, övladlarımdan altıncısı üçün qeyb baş verəcək. O, peyğəmbərdən sonra on ikinci, hidayət imamıdır. Onların birincisi Əli ibn Əbi-Talib (ə), sonuncusu yer üzündəki Bəqiyyətullahdır...”(Həmin mənbə.)
    Bir hədisdə isə həzrət belə buyurur: "Həqiqətən, qaim üçün qiyamdan öncə qeyb dövrü var.”(Həmin mənbə, s. 343.)
    Sual: 245. İmam Kazim (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
    Cavab: İmam Kazim (ə) buyurmuşdur: "Yeddinci övladın beşinci övladı qeybə çəkilən vaxt kimsə sizi dininizdən ayırmasın. Ey övladım! Həqiqətən, qaim üçün qəti şəkildə qeyb dövrü var...”(Kəmalud-din”,s.359, 360.)
    Yunis ibn Əbdür-Rəhman deyir: "Musa ibn Cəfərə ərz etdim: "Ey peyğəmbər övladı! Siz həqiqətən qaimsiniz?” Həzrət buyurdu: "Mən haqq olaraq qaiməm. Amma yer üzünü Allah düşmənlərindən təmizləyəcək, ədaləti bərpa edəcək qaim mənim beşinci övladımdır. Həyatı üçün təhlükə yarandığından onun üçün böyük qeyb dövrü var...”(Həmin mənbə, s. 361; "Bihar”, c. 51, s. 151)
    Həzrət "Loğman” surəsinin iyirminci ayəsi ilə bağlı buyurmuşdur: "Aşkar nemət aşkar imam, batini nemət qeybdə olan imamdır.” Rəvayətçi soruşur ki, imamlar arasında qeybə çəkilən varmı? Həzrət buyurur: "Bəli, o, xalqın gözündən qeybə çəkilər, amma möminlərin qəlbindən qeyb olmaz. O, bizim on ikincimizdir...”(Kəmalud-din”,s.368; "Bihar”, c. 51, s. 151.)
    Sual: 246. İmam Riza (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
    Cavab: Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: "Allah mənim dördüncü övladım, ən üstün qadınlardan olan xanımın övladı vasitəsi ilə yer üzünü zülm-sitəmdən təmizləyər. Xalq onun mövluduna şəkk edər. Qiyamdan öncə qeybə çəkilən kəs odur...”(Kəmalud-din”,s.371; "Bihar”, c. 52, s. 321.)
    Həzrət Riza (ə) Dəbələ buyurmuşdur: "Ey Dəbəl! Məndən sonra övladım Məhəmməd (ə) imamdır. Məhəmməddən sonra onun övladı Əli, Əlidən sonra onun övladı Həsən, Həsəndən sonra onun övladı Höccət qaimdir...”(Həmin mənbə, s. 372; "Bihar”, c. 51, s. 154.)
    Sual: 247. İmam Cavad (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
    Cavab: Əbdül-Əzim Həsəni deyir: Mən ağam Məhəmməd ibn Əli ibn Musa ibn Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbi-Talibdən qaim haqqında soruşduqda o buyurdu: "Ey Əbül-Qasim! Həqiqətən, bizim qaimimiz Mehdidir (ə). Qeyb vaxtı onun intizarını çəkmək, zühur vaxtı ona itaət etmək vacibdir. O, məndən sonra üçüncü övladdır...”(Kəmalud-din”,s.377; "Bihar”, c. 51, s. 156.)
    Səqər ibn Əbu Delf deyir: İmam Cavaddan (ə) soruşdum ki, nə üçün qaimi müntəzir adlandırırlar? Həzrət buyurdu: "Çünki onun uzun müddətli qeybi olacaq. Xalis möminlər onun intizarını çəkəcək, şəkdə olanlar onu inkar edəcəklər...”(Həmin mənbə, s.378; "Bihar”, c. 51, s. 30»)
    Sual: 248. İmam Hadi (ə) həzrət Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
    Cavab: Şeyx Səduq Əbu-Haşim Davud ibn Qasim Cəfəriyə istinadən imam Hadidən belə nəql edir: "Məndən sonra canişin övladım Həsəndir. Ondan sonrakı canişin gözə görünməz, onun adını çəkmək halal deyil...”(Kəmalud-din”,s.379, 380; "Elamul-vəri”, , s. 437, 438.)
    Sual: 249. İmam Əsgəri (ə) övladı Mehdinin (ə) qeybi üçün zəmin hazırlamışdırmı?
    Cavab: İmam Əsgərinin (ə) uyğun sahədəki fəaliyyətlərini bir neçə qismə bölmək olar:
    1. Təlimat və bəyanat – İmam Əsgəri (ə) Əhməd ibn İshaqa buyurmuşdur: "Ey Əhməd ibn İshaq! O, bu ümmət arasında Xızır və Zül-Qərneyn kimidir. And olsun Allaha! Onun üçün qeyb dövrü var. Yalnız Allah tərəfindən onun imamətinə münasibətdə sabit qərar verilənlər və dua ilə onun zühurunun tezləşməsini istəyənlər həlak olmayacaq...”("Kəmalud-din”,s.384; "Bihar”, c. 52, s. 23,24.)
    İmam buyurur: "Agah olun! Həqiqətən, övladım üçün elə bir qeyb var ki, yalnız Allahın hifz etdikləri bu qeybə şəkk etməz.”(Həmin mənbə,s.409; "Bihar”, c. 51, s. 160.)
    2. Şiələrlə əlaqələrin azaldılması – Məsudi deyir: O imamət məqamına çatdığı vaxt həm yaxınları, həm də başqaları ilə pərdə dalından danışardı. Yalnız sultanın sarayına aparıldığı vaxt belə olmurdu.”("İsbatul-vəsiyyə”, s. 286.) Bu səbəbdən də şiələr həzrətin yolu üstündə otururdular ki, onu görə bilsinlər("Bihar”, c. 5, s. 290)
    3. Vəkalət qurumunun təşkili – Vəkalət qurumu öncədən mövcud olsa da, həzrət Əsgərinin (ə) dövründə bu qurum Mehdinin (ə) gəlişinə hazırlıq üçün daha da genişləndirildi. Bu məqsədlə Osman ibn Səid və onun övladı vəkil olaraq tanıtdırıldı: Şahid olun ki, Osman ibn Səid Əmri mənim, onun övladı Məhəmməd isə övladım Mehdinin (ə) vəkilidir.”(Bihar”, c. 51, s. 344.)
    Məhəmməd ibn Əhməd ibn Cəfər ibn Seyqəl də imamın vəkillərindən idi. (həmin mənbə, c. 50, s. 309, 310)
    4. Övladı üçün qurbanlıq etməsi – Şeyx Səduq Əbu-Cəfər Əmriyə istinadən belə nəql edir: Ağa dünyaya gələn vaxt imam Əsgəri (ə) Əbu-Əmri yanına çağırıb buyurdu: "On min peymanə çörək və on min peymanə ət al və onu bəni-Haşim arasında böl. Onun tərəfindən filan sayda qoyun əqiqə et.” (Əqiqə - mövludla bağlı verilən ehsan).("Kəmalud-din”,s.430; "Bihar”, c. 51, s. 5.)
    5. Həzrət Mehdinin (ə) xüsusi şiələrə təqdimi – İmam Əsgəri (ə) şiələri əmin etmək üçün həzrət Mehdini (ə) bəzi yaxın adamlarına göstərdi. Onlar imamın övladında bir sıra möcüzələr müşahidə etdilər. Orada olanlardan biri də Əhməd ibn İshaq Əşəri idi.(Kəmalud-din”,s.384; "Bihar”, c. 52, s. 23, 24.)
    Sual: 250. İmam Mehdi (ə) kiçik qeyb dövründə öz mövcudluğunu sübut etmək üçün hansı tədbirlər gördü?
    Cavab: Həzrət Mehdi (ə) əvvəlki imamların Məhdəviyyət məsələsi ilə bağlı hazırlıq görməsinə baxmayaraq, özü də müxtəlif yollarla mövlud və imamətini sübuta yetirirdi.
    Həzrətin bu sahədəki bəzi tədbirləri ilə tanış olaq:
    1. Həzrət şiə böyüklərinin onunla görüşə bilməsi üçün müəyyən tədbirlər görürdü.
    2. Zəruri məqamlarda həzrət kəramət və möcüzə göstərirdi. Bəzən bu möcüzələr səfirlər, bəzən də onun öz vasitəsi ilə həyata keçirdi.(Bihar”, c. 51, s. 325.)
    3. Həzrət xalqın Məhdəviyyət məsələsinə inamını artırmaq üçün bəzi sualları özü cavablandırırdı.
    4. Həzrətin xüsusi xətti onun imamətini sübuta yetirən dəlillərdən sayıla bilər. Xalq imam Əsgərinin (ə) vaxtında bu mәsәlә ilә tanış olmağa başlamışdı. Müqəddəs nahiyə (nümayəndəlik) tərəfindən verilən bəyanatlar imamın varlığı ilə bağlı yəqinlik yaradırdı.
    Sual: 251. Həzrət Mehdi (ə) düşmənlərdən məxfi qalmaq üçün hansı tədbirlər gördü?
    Cavab: İmam Əsgərinin (ə) şəhadətindən sonra zalım hakimlər həzrəti öldürmək qəsdində olduqlarından, o, məxfi qalmaq üçün bir sıra tədbirlər gördü. Bu tədbirlərdən bəzilərini nəzərdən keçirək:
    1. Həzrət özünü yalnız fədakar şiələrə göstərirdi.
    2. Həzrət onunla görüşmüş şəxsə tapşırırdı ki, bu görüş gizli qalsın.
    3. Həzrət Mehdinin (ə) adının ("Məhəmməd”) çəkilməsi haram edilmişdi. Bu səbəbdən də həmin dövrdə imam "Qaim”, "Qərim”, "Höccət”, "”Nahiyə”, "Sahibəz-zaman” və başqa adlarla yada salınırdı.("Əl-ğeybət”, Tusi, s. 364; "Bihar”, c. 51, s. 351.)
    4. Həzrət xilafət və onun valilərindən məxfi yaşayırdı.
    5. Həzrət tez-tez yerini dəyişir, kimsənin diqqətini cəlb etmirdi. Həzrətin yeri ilə bağlı verilən məlumatların ziddiyyətli olması bu səbəbdəndir.
    6. Vəkillər və ya səfirlər imamla elə bir şəraitdə görüşürdü ki, kimsə bundan xəbər tutmurdu.
    7. Həzrət öz vəkillik və nümayəndəliyini ən xalis və fədakar insanlara tapşırırdı. Onlar həzrətin məkanı və xüsusiyyətləri ilə bağlı kimsəyə məlumat vermirdilər. Əbu-Səhl Növbəxtiyə belə bir sual verirlər: "Nə üçün imam nümayəndəliyə sizi yox, Hüseyn ibn Ruhu seçdi?” O belə cavab verir: "Hüseyn ibn Ruh elə bir şəxsdir ki, imam onun əbası altında olsa, tikə-tikə doğransa da, səsini çıxarmaz.”(Əl-ğeybət”, Tusi, s. 391; "Bihar”, c. 51, s. 358.)
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 694 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024