İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:21 AM

    Sual: 276. Böyük qeyb dövründə ümumi naiblik məsələsi necə izah olunur?
    Cavab: Ümumi naiblik dedikdə hər bir dövrdə etibarlı bir şəxsin cəmiyyətdə imamın nümayəndəsi kimi tanınması nəzərdə tutulur. Kiçik qeyb dövründə təqdim olunan naiblər xüsusi naiblər idi.
    Rəvayətlərə əsasən, ümumi naiblik məqamı imamların, xüsusi ilə həzrət Mehdinin (ə) vasitəsi ilə ləyaqətli fəqihə verilir. Uyğun baxışın sübutu üçün iki rəvayət misal göstərilə bilər.
    1. Əmr ibn Hənzələ imam Sadiqdən (ə) soruşur ki, iki şiə arasında mübahisə baş verdikdə dövrün hakimi tərəfindən təyin olunmuş qaziyə müraciət etmək olarmı? Həzrət buyurur: "Onlara müraciət haramdır. Onlara müraciət zalım hakimə müraciətdir. Allah zalım hakimə müraciəti qadağan etmişdir.” Əmr növbəti dəfə sual verir: "Bəs nə edilməlidir? Müraciət edilməyəcəyi halda həmin şəxsin haqqı tapdanır?” Həzrət zəruri şərtlərə malik alimləri meyar göstərərək buyurur: "Özünüz şiə fəqihlərindən hədislərimizi rəvayət etmiş, halal-haramı tanımış, hökmlərimizi bilən şəxsi seçib çətinliklərinizi onun vasitəsi ilə həll edin. Çünki onlar mənim tərəfimdən seçilmişdir və mən də onları sizə hakim etmişəm. Əgər onlara müraciətdən sonra mübahisə edən tərəflər sağlam hökmü qəbul etməsə, bizi rədd etmişdir. Bizi rədd edən əslində Allahı rədd edir. Belə bir şəxs müşrik yerindədir.”("Üsule-Kafi”, c. 1, s. 67.)
    2. İshaq ibn Yəqub həzrət Mehdidən (ə) müəyyən sualların cavabını istəyir. İmam suallara cavab olaraq naib Məhəmməd ibn Osman Əmri vasitəsi ilə qeydlərini göndərir. Həmin məktubda əks olunan məsələlərdən biri budur: "Qarşıya çıxan hadisələrdə hədislərimizi rəvayət edənlərə müraciət edin. Onlar bizim üçün höccətdir.”(Kəmalud-din”, s.484; "Əl-Ğeybət”, s. 177.)
    Sual: 277. Xalqın həzrət Mehdiyə (ə) yönәlmәlәri üçün nə etməliyik?
    Cavab: Xalqın həzrət Mehdiyə (ə) meyli onun şəxsiyyətini tanımalarından asılıdır. Kimsədə bilmədiyi məchul bir şeyə meyl olmur. Bu səbəbdən də vəzifəmiz həzrət Mehdini (ə) bütün bəşəriyyətə tanıtdırmaqdır. Xalq bilməlidir ki, qeyb dövrünün xüsusiyyətləri nədir, insan zühur dövründə hansı bərəkətlərə çatır, bütün yer üzünü zülm-sitəm necə bürüyür, həzrətin zühuru ilə bəşəriyyət zülmətlərdən nura necə çıxır?
    Bulud arxasındakı günəşdən bəhrələndiyimiz kimi, qeybdəki imamdan bəhrələnmiş olsaq da, zühur dövrünün bəhrəsi başqadır! Zühurla bağlı incə nöqtələr aydınlaşdıqda bu məsələ insanların diqqətini cəlb edir, onlarda həzrətə meyl yaranır.
    Sual: 278. Hansı yolla həzrət Mehdini (ə) görmək olar?
    Cavab: İnsan iki yolla həzrəti görə bilər:
    1. Ruhi kamilliklərə çatmaq yolu ilə: İnsan bu yolla özünü əxlaqi çirkinliklərdən təmizləyir, şəri göstərişlərə əməl etməklə elə bir dərəcəyə çatır ki, həzrətlə görüş ləyaqətini əldə edir.
    2. Bəzi rəvayətlərdə uyğun məsələ ilə bağlı nəql olunmuş bəzi göstərişlərə əməl etmək yolu ilə: Məsələn, hər kəs 40 həftə ərzində 40 gecə Səhlə məscidinə gedib qəlb iştirakı (hüzuri-qəlb) ilə həzrəti düşünsə, Allahdan belə bir görüş diləsə, məqsədinə çatar.
    Sual: 279. Nə üçün "Qaim” (Mehdi) adı çəkildikdə ayağa qalxırıq?
    Cavab: Hacı Nuri yazır: "İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: "Bir gün imam Sadiqin (ə) məclisində həzrət Mehdinin (ə) mübarək adı çəkildi. İmam Sadiq (ə) təzim və ehtiram əlaməti olaraq yerindən qalxdı.”("Nəcmus-Saqib”, s. 444.)
    Digər bir rəvayətdə deyilir ki, Dəbəl Xəzai imam Rizanın (ə) yanında həzrət Mehdi (ə) ilə bağlı bir neçə beyt oxuduqdan sonra həzrət ayağa qalxdı...”(Muntəxəbul-Əsər”, s. 505.)
    Mirzayi Nuri deyir: İmam Rizanın (ə) məclisində həzrət Höccətin adı çəkildikdə həzrət qalxdı və iki mübarək əlini başına qaldırıb zühurun tеzlәşmәsi üçün dua etdi.(Həmin mənbə.)
    İmam Sadiqdən (ə) soruşuldu: "Həzrət Mehdinin (ə) adı çəkildiyi vaxt nə üçün yerimizdən qalxaq?” Həzrət buyurdu: "Həzrət Mehdinin (ə) qeybi uzun çəkər. O öz dostlarını çox sevdiyindən, yada salındığı zaman dostuna nəzər salar. Həzrəti yada salan şəxs ehtiram əlaməti olaraq yerindən qalxsa yaxşıdır. Həzrət Mehdinin (ə) ona baxdığı bir anda onun ayağa qalxması, Allahın zühurun tezləşməsini istəməsi yaxşıdır.(Həmin mənbə.)
    Sual: 280. Qeyri-müəyyən və müəyyən (növi və şəxsi) Məhdəviyyət dedikdə nəzərdə nə tutulur?
    Cavab: Bəzən Məhdəviyyəti iki qismə bölürlər. Məsələn, deyirlər ki, sünnə əhli оnu bir növi Məhdəviyyət оlаrаq qeyri-müəyyən şəkildə qəbul edir. Şiələr isə konkret bir şəxsin Mehdi (ə) olduğuna inanır.
    Bəli, şiələr Məhdəviyyət (ə) məsələsinə konkret yanaşır. Yəni onlar inanırlar ki, həzrət Mehdi (ə) real şəxsdir, o dünyaya gəlmişdir və hazırda diridir. Şiələr həzrət Mehdinin (ə) zühuruna inanır, onun imam Əsgərinin (ə) övladı olduğunu iddia edirlər.
    Sünnə əhli isə Məhdəviyyət (ə) məsələsinə başqa cür yanaşır. Onlar inanırlar ki, dünyanın sonunda peyğəmbər nəslindən olan bir şəxs dünyaya gələcək və yer üzü zülm-sitəmlə dolduqdan sonra, onda ədaləti bərqərar edəcək.
    Məhdəviyyət (ə) məsələsinə ikili yanaşmaya irfanda da diqqət yetirilmişdir. Sünni ariflərindən bəziləri, eləcə də, Mövləvi bu əqidədədir ki, hər bir dövrdə istər Əli, istər Ömər nəslindən, bir Mehdi (ə) olmalıdır. Ariflər Mehdi (ə) dedikdə imkan aləminin qütbünü (zirvəsini) nəzərdə tuturlar. Şiələr isə inanır ki, hər bir dövrdə məsum imam olmalıdır və yer üzü imamsız yaşamaq gücündə deyil.
    Sual: 281. Böyük qeyb dövründə müqəddəs nahiyə tərəfindən bəyanat verilmişdirmi?
    Cavab: Şeyx Təbərsi "Əl-ehticac” kitabında həzrət Mehdinin (ə) müqəddəs nahiyəsi tərəfindən Şeyx Müfid üçün göndərilmiş iki məktubdan danışır. Bu iki məktubda bəzi aşkar və bəzi rəmzi bildirişlər var.(Ehticac”, c. 2, s. 597-602.)
    Bu məktublardan birincisi hicri 410-cu il, səfər ayının axırlarında, Şeyx Müfidin vəfatından 3 il öncə ona çatmışdır. İkinci məktub isə hicri 412-ci ildə, yəni Şeyx Müfidin vəfatından bir il öncə göndərilmişdir. Bu isə 4-cü səfir Əli ibn Məhəmməd Səmərinin vəfatından 80 il sonraya təsadüf edir. Xatırlayaq ki, hicri 329-cu ildə kiçik qeyb dövrü başa çatmışdır.
    Birinci məktubu gətirən deyir: Bu məktub Hicaza bitişik bir məntəqədən gətirilmişdir.” Deyilənlərdən məlum olur ki, imam həmin vaxt Hicaz məntəqəsində sakin olmuş və bu məktubu yaxınlarından biri vasitəsi ilə Şeyx Müfidə göndərmişdir.
    İkinci məktub hicri 412-ci ilin şəvval ayının əvvəlində Şeyx Müfidə göndərilmişdir. Həmin ilin zil-həccə ayının 23-də cümə axşamı günü şeyx həmin məktubu almışdır. Yəni qasid üç aydan yeddi gün əskik müddətdə yolda olmuşdur. Hər iki məktub həzrət Mehdinin (ə) imzası, ona yaxın adamların xətti ilə yazılmışdır. Hər iki məktubun sonunda imam öz xətti ilə məktubun həqiqiliyini təsdiqləmişdir. Məktublarda şeyx Müfidə əmr olunur ki, bu məktubu gizli saxlasın, yalnız ən etibarlı səhabələri xəbərdar etmək üçün nüsxə çıxarılsın.(Tarixul-Ğeybətul-Kubra”, s. 140, 141)
    Sual: 282. Şeyx Müfidə yazılmış məktubların imam Mehdi (ə) tərəfindən göndərilməsi necə sübut oluna bilər?
    Cavab: Bu iki məktubun həqiqiliyinə müxtəlif baxımlardan əmin olmaq mümkündür. Onları nəql etmiş Şeyx Təbərsi sənəd göstərməsə də, müəyyən nöqtələrə istinad etmək olar:
    1. Təbərsi bu iki rəvayəti şübhə doğurmayan aşkar rəvayətlərdən sayır. Məlum olur ki, o mötəbər sənədlərə əsaslanmışdır. Bir çox rəvayətlər kimi bu iki rəvayət də çox məşhur olduğu üçün sənədsiz nəql oluna bilər.
    2. Bu iki rəvayətdəki ali məzmun və sadiq xəbərlər onların məhz həzrət Mehdi (ə) tərəfindən göndərilməsinə əminlik yaradır.
    Uyğun iki məktubun həqiqiliyini göstərən digər məlumatlar da var. Mühəddis Bəhrani imam Mehdinin (ə) Şeyx Müfidə həsr olunmuş və qəbri üzərində yazılmış şerini nəql etdikdən sonra buyurur: "Həzrət Mehdinin (ə) nahiyəsindən Şeyx Müfidə ünvanlanmış məktubları nəzərə aldıqda onun Şeyx haqqında şer söyləməsi təəccüb doğurmur. Bu məktublarda tərif dolu xoş sözlər çoxdur...” Müəllif sonra yazır: "Suali-əhli-Hələb” adı ilə tanınmış risalədə Şeyx Müfidin ehtiramı ilə bağlı deyilir:
    a) Məsum imamlardan nəql olunanların həqiqiliyi;
    b) Bütün şiələrin şeyx Müfidə həzrət tərəfindən iki məktub yazılması xəbərini qəbul etməsi – İldə bir məktubun yazılması şeyx Müfidin etibarlılığını göstərir. İbn Bətriq bildirir ki, bu xəbər icma dəlili ilə qəbul olunur. Təbərsi "Ehticac” kitabında qeyd edir ki, bu iki məktub alimlər icması tərəfindən qəbul olunduğundan sənədləri göstərməyə ehtiyac yoxdur.
    İbn Şəhr Aşub "Məalimul-üləma” kitabında qeyd edir ki, onu (şeyxi) həzrət Mehdi (ə) "Şeyx Müfid” adlandırdı...”(Məalimul-üləma”, s. 113.)
    3. Təbərsi "Ehticac” kitabının müqəddiməsində deyir: "Nəql etdiyimiz bir çox rəvayətlərin sənədini ona görə göstərmirik kki, onlar ya icma tərəfindən qəbul olunmuşdur, ya da əql və şöhrət dəlili ilə sübuta yetir...”(Müqəddimeye-Ehticac”, s. 14.)
    4. Böyük qeyb dövründə bu iki məktubun yazılmasına ehtiyac və zərurət olmuşdur. Əvvəla, həzrət bu məktublar vasitəsi ilə şiələrə zəruri göstərişlər vermişdir. İkincisi, Şeyx Müfid kimi saleh alimlərə bu sayaq məktubların göndərilməsi onların rəyasətini təsdiqləyir, böyük qeyb dövründə xalqı belə alimlərə itaətə çağırır. Necə ki, bir məktubda ibn Babəvеyhә "ya Şeyx, ya Əbəl-Həsən” deyə xitab olunur.
    Sual: 283. Peyğəmbərlər arasında qeyb hadisəsi baş vermişdirmi?
    Cavab: Qeyb və Allah höccətinin xalqdan kənara çəkilməsi təzə bir iş deyil. Bu, peyğəmbərlər arasında da müşahidə olunan bir həqiqətdir. Qeyb həyatı yaşamış bəzi peyğəmbərləri yada salaq:
    1. Həzrət İdris (ə). Rəvayətlərə əsasən, İdris peyğəmbər dövrün zalım hakimləri ilə üzbəüz gəldiyi üçün ümmət arasından iyirmi il qeybə çəkildi. O dağlarda, mağaralarda yaşayırdı. Allah hər qürub vaxtı ona qida gətirən mələk təyin etmişdi...("Kəmalud-din”, c. 1, s.130»)
    2. Həzrət Saleh (ə). Şеyх Səduq imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Həqiqətən, Saleh bir müddət öz qövmündən qeybə çəkildi.
    O qeyb zamanı qoca bir kişi idi. Qövmünün yanına qayıtdığı vaxt onu üzdən tanıyan olmadı...”(Kəmalud-din”, c. 1, s.136, 137.)
    3. Həzrət İbrahim (ə). Rəvayətlərə əsasən həzrət İbrahim də anadan olduqdan sonra bir müddət məxfi qalmış, Allahın əmri nazil olanadək öz risalətini gizlətmişdir.("Kəmalud-din”, c. 1, s.138.)
    4. Həzrət Musa (ə). Səduq belə nəql edir: "Həzrət Musa Misirdən Mədyənə qaçıb bir müddət həzrət Şüeybin yanında qaldı...”("Kəmalud-din”, c. 1, s.145.)
    5. Həzrət Şüeyb (ə). Məclisi həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: "Şüeyb peyğəmbər qocalanadək öz qövmünü Allaha doğru dəvət etdi. Həmin vaxt Allahın istədiyi dövrədək xalqdan qeybə çəkildi. Sonra cavan halda onların yanına qayıtdı...”("Bihar”, c. 12, s. 385.)
    6. Həzrət İlyas (ə). Qütb Ravəndi nəql edir ki, həzrət İlyas öz qövmü arasında 7 il qeybə çəkildi. Həmin müddət ərzində səhra və çöllərdə yaşadı.(Qəsəse-Ravəndi”, s. 248.)
    7. Həzrət Danyal (ə) nəbi: Şeyx Səduq deyir: Danyal nəbi 90 il müddətində qövmü arasından qeybə çəkildi. O, Bəxtun-Nəsrin əlində əsir oldu. Ardıcılları bu müddət ərzində onun intizarında qaldılar.” ("Kəmalud-din”, c. 1, s.385)
    8. Həzrət İsa (ə):Həzrət İsanın iki növ qeybi olmuşdur: Birinci qeyb Şam və Misirdə 12 il çəkdi, ikinci qeyb dar tək təhlükəsi olan gündən bu günədək davam edir. Həzrət İsa (ə) həzrət Mehdinin (ə) zühuru zamanı ədalət hökumətinin təşkilində iştirak edəcək.
    Sual: 284. Əgər həzrət Mehdi (ə) xalq arasında görünsəydi, bunun nə eybi vardı?
    Cavab: Bəziləri irad tuta bilər ki, həzrət Mehdi (ə) xalq arasında görünsəydi, bunun heç bir eybi olmazdı. Unutmamalıyıq ki, həzrət Peyğəmbər (s) və məsum imamların buyurduğu kimi, zülm-sitəm quruluşu həzrət Mehdinin (ə) əli ilə devriləsidir. Bu səbəbdən də onun varlığı iki zümrənin diqqət mərkəzindədir:
    a) Əgər imam xalq arasında görünsəydi, dünyanın çoxsaylı məzlumları onun ətrafında toplanar və ondan qiyam tələb edərdilər. Hansı ki, hələ ümumdünya ədalət hökuməti üçün şərait yaranmamışdır.
    b) Məzlum millətlərə hakim kəsilmiş qaniçən rejimlər öz mənafelərinə çatmaq yolunda heç nədən çəkinmirlər. Onlar azğın məqsədlərini həyata keçirmək naminə bütün bəşəriyyəti qurban verməyə hazırdılar. Onlar həzrət Mehdini (ə) hər an aradan götürə bilərdilər.
    Sual: 285. Allah həzrət Mehdini (ə) qeybə çəkmədən qoruya bilməzdimi?
    Cavab: Əvvəla, möcüzə prinsipcə təbiət qanunlarına ziddir. Yalnız zəruri hallar istisnadır. Allah həzrət Mehdini (ə) qeybi yolla qorumaq istəmişdir.
    İkincisi, ilahi təqdirlər reallıqlar şəklində dəyişir. Allah-tәala İslam ümmətinin hidayəti üçün 12 məsum imam qərar vermişdir. Amma onların biri o birinin ardınca şəhadətə yetirildi. Bütün bunlar həzrət Mehdinin (ə) bir müddət qeyb pərdəsi arxasında qorunması ilə müşayiət olunan təqdirlə nəticələndi. Məqsəd imamın qeybini hiss etdirmək, zühur ilə onun qədr-qiymətə çatdırmaq idi.
    Üçüncüsü, ayə və rəvayətlərə əsasən, Allah-tәalanın qəti sünnələrindən biri ümmətlərin imtahanıdır. İslam ümməti üçün də bu qanun istisna deyil. Hər bir ümmət bir yolla imtahana çəkilir. İslam ümmətinin imtahanı hazırkı dövrdə imamın qeybi ilə bağlıdır. Müəyyənləşdirilir ki, insanlar məhz qeyb halında din və məzhəblərində möhkəm dayana bilirlərmi?
    Sual: 286. İmamın xalq arasında olması ilə sitəmkarları təslim etmək olmazdımı?
    Cavab: Məlum məsələdir ki, bir çoxları haqq-ədalət qarşısında təslim olmur. Yaranışın ilk günlərindən bu günədək bəşəriyyət arasında haqq-ədalətə düşmən kəsilənlər olmuşdur. Onlar haqqı aradan götürmək üçün var qüvvələri ilə çalışmış, öz çirkin məqsədlərinə çatmaq yolunda heç nədən çəkinməmişlər. Əgər həzrət Mehdi (ə) qeybə çəkilməsəydi, heç şübhəsiz, onu aradan götürmək istəyəcəkdilər. Amma şərait yaranmadığından haqqın batilə qələbəsi mümkün olası deyildi.
    Cavab: Məhdəviyyət (ə) məsələsi ilə tanış olanlar yaxşı bilirlər ki, həzrət Mehdinin (ə) proqramı digər imamların proqramlarından fərqlənir. Digər imamlara dinin yayılmasında var gücü ilә çalışmaq əmr olunmuşdu. Onlara savaş göstərişi verilmədiyindən bəzən öz dövrlərinin hakimi ilə müqavilələr bağlayırdılar. Amma həzrət Mehdinin (ə) missiyası başqa imamlardan fərqlidir. Qərara alınmışdır ki, həzrət yalnız zühur etməklə zülmə qarşı çıxıb ədaləti bərpa etsin. Bu səbəbdən də onun boynunda kimsəyə beyət olmamalıdır. Çünki hər an zühur baş verə bilər.
    İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Mehdinin (ə) mövludu ona görə məxfidir ki, zühur etdiyi vaxt kimsə qarşısında öhdəçiliyi olmasın. Allah Öz əmrini bir gecədə gerçəkləşdirər.”("Bihar”, c. 52, s. 96.)
    Bundan əlavə, zalım hakimlər hər an bu qiyamı gözlədiklərindən və həzrətlə heç bir müqavilələri olmadığından çıxış yolunu yalnız onu öldürməkdə görürlər.
    Sual: 287. Əgər imam aşkar olub öz dövrünün zalımları ilə sülh müqaviləsi bağlasaydı nə olardı?

    Sual: 288. Əsrin imamının qeyb fəlsəfəsi nədir?
    Cavab: Qeyb dövrünün tarix boyu ən aktual suallarından biri imamın hansı məqsədlə qeybə çəkilməsi olmuşdur.
    Araşdırmaya bizə həqiqəti aydınlaşdıracaq bir müqəddimənin bəyanı ilə başlayırıq:
    1. Allah-tәala Quran-Kərimdə və İslam peyğəmbəri öz buyuruqlarında İslam dininin bütün dinlərə qələbəsini vəd etmişlər.
    Allah-tәala buyurur: "Öz rəsulunu müşriklər ikrah duysa belə, bütün dinlərə qalib gəlmək üçün xalqın hidayətinə haqq dinlə göndərən Odur (Allahdır).”("Tövbə”, 33; "Səff”, 9.)
    2. Bəndələrin halında ixtilaf göründükcə onların məsləhət və tədbiri dəyişir. Allah-tәala bəndələri ilə bağlı tədbiri öz öhdəsinə götürmüşdür. Onların ağlını kamilləşdirmiş, onları saleh əmələ yönəltmişdir. Yalnız bu yolla insan səadətə çata bilər. Əgər insanlar Allahın göstərişlərinə əməl etsələr, onlara yardım göstərmək Allahın öhdəsinədir. Vəzifəsini yerinə yetirən insana Allah öz yardımını artırır, getdiyi yolu onun üçün asanlaşdırır. Amma insan ilahi göstərişlərə qarşı çıxdıqda, günaha yol verdikdə məsləhət dəyişir və nəticədə mövqelər də əvəz olur. Bu halda Allah öz tövfiqini, yardımını insandan kəsir və o məzəmmət olunur. Allah ardıcıl olaraq öz imamlarını xalqa doğru göndərmişdir. Amma insanlar Allah övliyalarını qətlə yetirdiklərindən Allah son imamını qeybə çəkmişdir.
    3. İstər kiçik, istər böyük ictimai iş münasib şərait tələb edir. Bu səbəbdən də ümumdünyəvi qiyam üçün xüsusi hazırlıq olmalıdır.
    4. Heç şübhəsiz, zühur əsrində dinin qələbəsi fövqəladə qüdrətə, əhatəli elm və paklığa malik olan rəhbər və imama ehtiyaclıdır.
    5. Şiə və sünnilər arasındakı mütəvatir rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) özündən sonra ardıcıl şəkildə gələcək 12 imamı sadalamışdır.(Səhihe-Buxari”, c. 8, s. 127.)
    6. Rəvayətlərdən və əqli dəlillərdən məlum olur ki, qiyamət gününədək yer üzündə məsum imamın, ilahi höccətin olması zəruridir.
    Mərhum Kuleyni səhih bir sənəd əsasında Əbu-Həmzədən belə nəql edir: İmam Sadiqdən soruşdum ki, yer üzü imamsız qalarmı? Həzrət buyurdu: "Əgər yer üzü imamsız qalsa, məhv olacaq.”("Kafi”, c. 1, s.179.)
    7. Peyğəmbərin və rəsulların kənara çəkilmə səbəblərindən biri İslam şəriətini yaymaq məqsədi ilə qətldən qorunmaq olmuşdur. İmam Mehdi (ə) də qorunmaq üçün təbii vasitələr gücdən düşdüyündən Allahın əmri ilə qeybə çəkilmişdir.
    İmam Sadiq (ə) Zürarəyə buyurur: "Qaim (Mehdi) üçün qiyamından öncə bir qeyb var.” Zürarə deyir: "Həzrətə ərz etdim ki, hansı səbəbdən? Həzrət buyurur: "Qətlindən çəkindiyi üçün.”(Kəmalud-din”, c. 2, s.441.)
    8. İmamın qeybə çəkilmə amillərindən biri onun əsrin zalım hakimlərinə beyətə məcbur edilməməsidir.
    Şeyx Səduq imam Sadiqin (ə) dilindən nəql edir: "Qaim (Mehdi) öhdəsində kimsə ilə beyət olmayan bir halda qiyam edəcək.”(Kəmalud-din”»)
    9. Hidayət bir neçə qisimdir:
    a) Fitri hidayət: Bu, fitrət yolu ilə hidayətdir. Qurani-Kərimdə oxuyuruq: Üzünü Rəbbinin xalis ayininə doğru tut. O, Allahın insanları yaratdığı vaxt onlara verdiyi fitrətdir. İlahi yaranışda nizamsızlıq yoxdur. Budur möhkəm ayin. Amma xalqın əksəri bilməz.”(Rum”, 30.)
    b) Təşrii (şəriət yolu ilə) hidayət: Bu, xalqın onlar arasındakı imam vasitəsi ilə doğru yola yönəldilməsidir. Qurani-Kərimdə oxuyuruq: "(Öncə) Xalq bir dəstə idi. (Onlar arasında ziddiyyət yarandı, tədricən təbəqələr əmələ gəldi.) Allah xalqa müjdə vermək və onu qorxutmaq üçün peyğəmbərlər seçdi. Xalq arasında ixtilaflı məsələlərdə mühakimə üçün haqqa dəvət edən səmavi kitab nazil oldu...”(Bəqərə”, 213»)
    v) Təkvini (təbiət qanunları vasitəsi ilə) hidayət: Bu, varlıq nizamında tədbir tökməklə hidayətdir. Qurani-Kərimdə oxuyuruq: "Kitabdan elmi olan kəs dedi: "Gözünü qırpmamışdan qabaq onu sənin yanına gətirəcəyəm.” (Süleyman) Onu (taxtı) yanında dayanmış gördü və dedi: "Bu mənim Rəbbimin fəzlindəndir. Məni imtahana çəkir ki, görən şükür, yoxsa küfr edəcəyəm?!”(Nəml”, 40.)
    q) Batini hidayət: O, təkvini vilayətin bir şöbəsidir və istəyə çatdırma mənasını bildirir. Qurani-Kərimdə oxuyuruq: Onları insanlara rəhbər etdik ki, xalqı bizə doğru hidayət etsinlər. Hər yaxşı işi, xüsusilə namazın bərpası və zəkat ödənməsini onlara vəhy etdik, onlar da bizə ibadətə qatıldılar.”("Ənbiya”, 73.)
    Yuxarıdakı müqəddiməni nəzərdən keçirdikdə belə bir nəticə əldə edirik ki, həzrət Mehdinin (ə) nazənin varlığı haqlı olaraq vəd olunmuş günədək pərdə arxasında qalmalı, yalnız zəmin yarandıqdan sonra Allah-tәalanın izni ilə zühur etməlidir.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024