İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:10 AM
    Müqəddəs sərdabə
    Sual: 326. Sahibəzzaman (ə) qeyb dövründə evindəki sərdabədəmi qeybə çəkilmişdir?
    Cavab: Sünnə əhli şiələrin əqidəsinə istehza ilə deyir: "Şiələr inanır ki, Mehdi (ə) dünyaya gəldikdən sonra sərdabədə qeybə çəkilmişdir, indi də oradadır və sərdabədən zühur edəcək. Guya, şiələr hər gün sübhdən qüruba qədər sərdabənin qarşısında göz yaşı axıdıb onun zühurunu gözləyirlər.”( "Tarixe-ibn-Xəldun”, c. 1, s. 199.(
    Əvvəla, "sərdabə” dedikdə hər bir tikilinin alt təbəqəsində yerləşən sərin yer nəzərdə tutulur. Bu sayaq sərdabələr, adətən, İraqda müşahidə olunur. Samirra da belə yerlərdəndir. İmam Hadi (ə) öz əhli-beytinin asayişi üçün belə bir sərdabə tikmişdi. Bu sərdabə onun şəhadətindən sonra irs olaraq imam Əsgəriyə çatdı.
    Tarixi məlumatlara əsasən, həzrət Mehdi (ə) mövludundan başlayaraq xalqın, xüsusi ilə zalım hakimlərin gözündən gizli qalmışdır. Atasının şəhadətindən sonra ona cənazə namazı qılıb, rəsmən qeybə çəkilmişdir. Həzrət və ailənin digər üzvləri bu sərdabədən istifadə etdiyi üçün qeybin də bu yerdə baş verdiyi bildirilir. Şiələr bu sərdabəni ona görə müqəddəs sayırlar ki, Sahibəzzaman, onun atası və babası bu sərdabədə yaşamış, ibadət etmişlər. Həzrət Mehdi (ə) də məhz həmin yerdə qeybə çəkilmişdir. İmamın qeybi imamın yaşadığı yer olaraq sərdabəyə aid edilmişdir. Cahil fikirdir ki, şiələr imamın hələ də sərdabədə olduğuna inanır! Çoxsaylı rəvayətlərə əsasən, həzrət Mehdi (ə) yer üzünün müxtəlif nöqtələrində olur.
    Həzrət müxtəlif dini mərasimlərdə, o cümlədən, həcdə iştirak edir, dirilərə və ölülərə şahid olur. Bu səbəbdən də müqəddəs sərdabə haqqında və onun ziyarəti ilə bağlı deyilən sözlər cəfəngiyatdan başqa bir şey deyil. Şiələr imamın Səhlə, Cəmkəran məscidlərində ola biləcəyinə inandıqları üçün bu məscidlərdə toplaşır, "Nüdbə” duası oxuyurlar. Şiələr yalnız sərdabəni müqəddəs saydıqları üçün orada toplanıb Allaha dua oxuyurlar.
    Əllamə Əmini deyir: Şiələr bu əqidədə deyil ki, imamın qeybi sərdabədə məhdudlaşır. Mötəbər rəvayətlərə əsasən, şiələr inanır ki, imam Məkkədə Allah evinin önündə zühur edəcək. Kimsə bu əqidədə deyil ki, müqəddəs sərdabə bu ilahi nuru özündə gizləmişdir. Sadəcə, bu sərdabə imamların Samirradakı evi olmuşdur. İraqda hamı istidən qorunmaq üçün bu sayaq sərdabədə yaşayır. Haqqında danışılan sərdabəni müqəddəs edən isə üç məsum imamın orada yaşamasıdır. Allah-tәala özü bu müqəddəs məkanda zikr və duaya icazə vermişdir.”("Əl-ğədir, s. 308,309.)
    İkincisi, hər bir məzhəbin əqidəsini onun aparıcı alimlərinin kitablarından öyrənmək olar. Şiə alimlərinin kitablarına müraciət etdikdə anlaşılır ki, imam Mehdinin (ə) mövludundan çox-çox əvvəllərdən başlamış hazırkı dövrədək hətta avamlar arasında belə bir etiqad olmamışdır. İmamın hələ də sərdabədə olması düşmənlər tərəfindən uydurulmuş bir böhtandır.
    Sual: 327. Böyük qeyb dövründə həzrət Mehdinin (ə) məkanı haradadır?
    Cavab: Bir çox rəvayətlərdən məlum olur ki, Sahibəzzaman nəinki müqəddəs sərdabədə deyil, hətta onun heç bir daimi məkanı yoxdur.
    İmam Mehdi (ə) İbrahim ibn Məhzyara xitabən buyurur: "Atam mənə vəsiyyət edib ki, məxfi və uzaq yerlərdə məskən salıb azğın insanların pisliklərindən amanda qalım. Bu vəsiyyət məni uca dağlara çəkib apardı.”("Bihar”, c. 99, s. 108.)
    Bəli, bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) yalnız xüsusi şiələrə məlum olan müəyyən məkanı vardır.
    İshaq ibn Əmmar imam Sadiqdən (ə) belə nəql edir: "Qaim üçün iki qeyb var: biri qısa, o biri uzun. Qısa qeyb dövründə xüsusi şiələrdən savay kimsə onun yerini bilməz. Böyük qeyb dövründə yalnız ən yaxın dostlar onun yerindən xəbər tutar.”("Kafi”, c. 1, s. 340.)
    Sual: 328. Həzrət Mehdi (ə) müqəddəs sərdabədən zühur edəcəkmi?
    Cavab: Şiələrə atılan növbəti böhtanlardan biri budur ki, guya onlar imamın sərdabədən zühur edəcəyinə inanır. Amma şiələrin hədis və kəlamlarına müraciət etdikdə görürük ki, deyilənlər iftiradan başqa bir şey deyil. Şiələr inanır ki, həzrət Mehdi (ə) öz babası peyğəmbər kimi Məkkədən zühur edəsidir.
    Fəzl ibn Şazan uzun bir hədisdə imam Sadiq (ə) və həzrət Əlidən (ə) belə nəql edir: "Ey Hüseyn, о sənin doqquzuncu övladındır! O rükn və məqam arasında (Məkkədə) zühur edəcək...”(Möcəmi-əhadisul-imamul-Mehdi (ə)”, c. 3, s. 23.)
    Şeyx Səduq imam Sadiqdən (ə) belə nəql edir: "Bizdən olan Qaim qorxudan hifz olunmuş, qələbə ilə təmin edilmiş kəsdir... O zühur etdiyi vaxt Kəbəyə sığınar, həmin vaxt onun ətrafında 313 nəfər cəm olar.”("Kəmalud-din”, s.331.)
    Qeyb dövrünün vəzifələri
    Sual: 329. Qeyb dövrünün möminlərinin əsrin imamı (ə) ilə bağlı hansı vəzifələri var?
    Cavab: Həzrət Mehdi (ə) ilə bağlı şiələrin hər birinin ağır vəzifələri vardır. Bu vəzifələrdən bəzilərini xatırlayaq:
    1. Mehdinin (ə) zühurunun qətiliyinə iman – Sünnə əhli rəvayətlərində oxuyuruq ki, Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs Mehdinin (ə) zühurunu inkar etsə, Məhəmmədə nazil olanı inkar etmişdir.”(Fəraidus-səmteyn”, c. 2, s. 324.)
    2. Fitnələr zamanı səbir və dinə bağlılıq –İmam Sadiq (ə) buyurmuşdur: "Bizim Qaimin qeybi dövründə əmrimizə bağlanan və qəlbi hidayətdən sonra çaşmayan kəsin xoş halına!”("Kəmalud-din”, s.358.)
    3. İmam Mehdinin (ə) vilayətinə bağlılıq - İmam Baqir (ə) həzrət peyğəmbərin dilindən belə nəql edir: "Bizim əhli-beytin Qaimini görənin xoş halına! Qiyamından öncə ona iqtida edənin xoş halına!”("Kəmalud-din”, s.286; "Bihar”, c. 51, s. 72.)
    4. Allah-tәaladan imam Mehdi (ə) (onu tanımaq) mərifəti diləmək – Kuleyni Əbu-Bəsirdən nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "İmaməti tanıdınmı?” Ərz etdim ki, bəli, and olsun Allaha, Kufədən xaric olmamışdan tanıdım.” Buyurdu: "Bu vaxt üçün sənə yetər.”(Kafi”, c. 1, s. 185.)
    5. Beyətin təzələnməsi və itaətdə sabitlik – Əhd duasında oxuyuruq: "Pərvərdigara! Həqiqətən, mən onun (həzrət Mehdi) üçün bu günümdə əhd-peymanı, beyətimi təzələyirəm. Elə bir beyət ki, ondan ayrılmamışam və heç vaxt onu zay etməmişəm. Pərvərdigara! Məni o həzrətin köməkçilərindən, müdafiəçilərindən qərar ver...”(Bihar”, c. 102»)
    6. Şübhə və iradlara cavab – İmam Sadiq (ə) buyurur: "Özünüzü şəkk-şübhədən uzaqlaşdırın, şəklərdən pəhriz edin, bundan həzər qılın. Mən Allahdan sizin tövfiq və öyüd istəyirəm.”("Bihar”, c. 51, s. 146.)
    7. Mömin qardaşlara yardım – İmam Sadiq (ə) "Əsr” surəsindəki "əmilus-salihati” təbirini din qardaşları arasında bərabərlik və qarşılıqlı yardım kimi izah etmişdir.("Kəmalud-din”, s.656; "Bihar”, c. 24.)
    İmam Əsgərinin (ə) təfsirində deyilir: "Hər kəs bizə xatir, əlimiz çatmadığından möhnətə düşmüş bir yetimi öhdəsinə götürsə, bizim elmimizdən bacardığını ona öyrətsə, Allah-tәala onun haqqında buyurmuşdur: "Ey yardım göstərən kərim bəndə! Mən kərəmdə ondan yuxarıyam. Ey mənim mələklərim, ona öyrətdiyi hər bir hərf üçün behiştdə milyon qəsr verin...”("Bihar”, c. 2, s. 4.)
    8. Məhdəviyyət iddiasında olan yalançılara inanmamaq – İmam Sadiq (ə) buyurur: "Heç şübhəsiz, bir-birinə oxşar on iki bayraq qalxar və onlar bir-birindən seçilməz...”(Kəmalud-din”, s.348.)
    9. Zühurun tezləşməsi üçün çoxlu dua etmək – Həzrət Mehdi (ə) bir məktubunda İshaq ibn Yaquba buyurur: "Zühurun tezləşməsi üçün çox dua edin. Çünki sizin qurtuluşunuz ondadır.”("Kəmalud-din”.)
    10. Tələsməmək – Kuleyni imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Həqiqətən, xalq bu işdə tələsdiyi üçün həlak oldu. Bəndələri tələsdiyi üçün Allah tələsməyəcək. Çünki bu iş üçün bir nəhayət var...”("Kafi”, c. 1, s. 369.)
    11. Zühurun vaxtını müəyyənləşdirməmək – İmam Sadiq (ə) buyurur: "Həqiqətən, biz əhli-beyt vaxt müəyyənləşdirmirik...”("Bihar”, c. 52, s. 119.)
    12. Həzrət Mehdini (ə) sevmək – Bir çox rəvayətlərdə əhli-beyt məhəbbəti tövsiyə olunmuşdur. Belə bir tövsiyə xalqın diqqətinin Mehdiyə (ə) cəlb olunmasında və onun göstərişlərinə itaət edilməsində mühüm təsirə malikdir.
    İmam Mehdinin (ə) əsil-nəsli
    Sual: 330. Həzrətin zahiri görünüşü necədir? Kimsə özünü ona oxşada bilərmi?
    Cavab: Atasına cənazə namazı qıldığı vaxt xalq həzrət Mehdini (ə) gördü. O buğdayıbəniz bir uşaq idi, saçları gözəl, ön dişlərinin arası açıq idi.(Tarixul-ğeybətul-suğra”, s. 540.)
    Şeyx Tusi həzrəti kiçik qeyb dövründə görənlərin dilindən nəql edir ki, həzrət gözəl simalı, xoşətirli, böyük heybətli bir gənc idi. Rəvayətçi deyir: "Mən ondan gözəl danışanını görmədim.”("Əl-Ğeybət”, Tusi, s. 152.)
    Digər bir rəvayətdə deyilir: "O, ortaboyludur. Başı girdə, alnı genişdir... Çöhrəsi safdır, sağ yanağında xalı var.”(Həmin mənbə, s. 156.)
    İkinci suala gəldikdə, bir şəxs özünü zahirən imama oxşada bilsə də, zühur əlamətləri və imamdan müşahidə olunan möcüzələr belə bir yanlışlığa yol verməz. Bunu Allahın lütfü tələb edir. Allah lütfü özünə vacib etmişdir. Bu səbəbdən də elə bir iş görəsidir ki, zühur dövründə həzrətin vücudu kimsəyə oxşamasın.
    Sual: 331. Həzrətin adını (Məhəmməd) çəkmək olarmı?
    Cavab: Yüzdən çox rəvayətdə həzrətin adının çəkilməsinə münasibət bildirilir. Bu rəvayətləri dörd qismə bölmək olar:
    1. Qeyd-şərtsiz həzrətin adının çəkilməsini qadağan edən rəvayətlər;
    2. Zühur dövrünədək onun adının çəkilməsini qadağan edən rəvayətlər;
    3. Uyğun qadağanı qorxu, təqiyyə və başqa amillərlə izah edən rəvayətlər;
    4. Həzrətin şərif adının bildirildiyi rəvayətlər.
    Birinci və ikinci qisim rəvayətlər eyni bir mənanı bəyan edir. Bəziləri bu sayaq rəvayətlərə istinadən həzrətin adının çəkilməsini qadağan etmişlər. Onların nəzərincə, onun adını çəkmək zühur dövrünədək haramdır. Əllamə Məclisi, Şeyx Səduq, Şeyx Müfid, Təbərsi, Mirdamad, Mühəddis Cəzairi, Mühəddis Nuri, Mirza Şirazi, Mirza Məhəmməd Təqi İsfəhani belə alimlərdəndir.
    Bəziləri də bu adın çəkilməməsinin səbəbi kimi qorxu və təqiyyəni göstərirlər. Ərbili, Hürr Amili bu qəbil alimlərdəndir.
    Bəziləri isə qadağa hökmünün yalnız kiçik qeyb dövrünə aid olduğunu bildirir.
    Belə görünür ki, ikinci baxış həqiqətə daha çox uyğun gəlir. Yəni bu qadağa qorxu və təqiyyə səbəbindəndir. Dəlilləri göstərək:
    1. Can verən insana (möhtəzir) təlqin haqqında danışılarkən deyilir: "Can verən insana fərəc, şəhadəteyn kəlmələrini və hər bir imamın adını təlqin et.”("Kafi”, c. 3, s. 134.)Belə görünür ki, təlqin zamanı həzrətin adı da qeyd olunur.
    2. Meyyitə təlqin zamanı da bütün imamların, o cümlədən, həzrət Mehdinin (ə) adı da təlqin edilir.(Vəsailuş-şiə”, c. 3, s.174.)
    3. Məhəmməd ibn İbrahim Kufi deyir: İmam Əsgəri (ə) adını çəkdiyi kəs üçün qurbanlıq etmək məqsədi ilə mənə pul verib buyurdu: "Bu, övladım Məhəmməd üçün əqiqədir.”(Həmin mənbə, c. 21, s. 448.)
    4. İmam Əsgərinin (ə) ən məşhur künyəsi "Əbu-Muhəmməddir”. Bu künyədə həzrət Mehdinin (ə) adı çəkilmişdir.
    5. İmam Rizadan (ə) imam Hüseynin (ə) qəbrini ziyarəti haqqında soruşulduqda buyurur: "Məhəmməd və onun əhli-beytinə çoxlu salam göndər, onlardan hər birinin adını çək və onların düşmənlərindən Allaha pənah apar.”(Həmin mənbə, c. 14, s. 549.)
    Tədqiqatçı alim Ərbili deyir: "Elə düşünürəm ki, həzrətin şərif adının çəkilməsinin qadağa səbəbi qorxu və təqib dövründə təqiyyə və onun ad və ünvanının axtarılması olmuşdur. Amma qorxu və təqiyyə olmayan dövrümüzdə bu adı çəkməyin eybi yoxdur.”(Kəşful-ğəmmə”, c. 3, s. 310.)
    6. Cabir ibn Abdullah Ənsari imam Baqirə (ə) deyir: "Həzrət Fatimənin (s) görüşünə getdim ki, övladı Həsənin dünyaya gəlişinə görə ona təbrik edəm. Onun əlində bəyaz dürdən bir səhifə gördüm. Soruşdum ki, ey aləmin ən üstün qadını, əlinizdəki səhifə nədir? Həzrət buyurdu: "Burada imam övladlarımın adı var...” Cabir deyir: "Səhifəyə baxıb imamların hər birinin adını orada gördüm...”("Kəmalud-din”, s.307.)
    7. Həzrət peyğəmbərdən (s) nəql olunmuş bir çox hədislərdə bildirilir ki, həzrətin adı Allah rəsulunun adı ilə eynidir. Bu da həzrət Mehdinin (ə) adını göstərir.
    Sual: 332. Həzrət Mehdi (ə) Abbasın övladlarındandırmı?
    Cavab: Abbasilər öz siyasi mövqelərini möhkəmləndirmək üçün yalan hədislər uydurmuşdular. Onlar mütəvatir Məhdəviyyət hədislərindən istifadə edərək öz xeyirlərinə hədislər qoşurdular. Onlardan bəzilərini nəzərdən keçirək:
    1. Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər Xorasan tərəfdən qara bayraqların qalxdığını görsəniz, onlara qoşulun. Çünki Allahın xəlifəsi Mehdi (ə) onların arasındadır.”("Müsnəde-Əhməd”, c. 5, s. 277)
    Bu hədisi ibn Qəyyim Cəvziyyə "Əl-Minarul-munif” kitabında zəif saymışdır. Çünki bu rəvayətin sənədi Əli ibn Zeydə aiddir. Təkcə bu şəxs tərəfindən nəql olunmuş hədislər isə höccət deyil.(Əl-Minarul-munif”, s. 157.)
    2. İbn Macə də eyni məzmunu qeyd etmişdir.(Sünəne-ibn Mace”, c. 2.)Amma İbn Qəyyim məhz Yəzid ibn Əbu-Ziyad xəbəri nəql edənlərdən olduğu üçün zəif olmuşdur. O deyir: "Bu və bundan öncəki hədis səhihlik baxımından dəlil ola bilməz ki, ümumdünyəvi hökumətin rəhbəri Abbas övladındandır və o, dünyanın sonunda zühur edəcək...” ("Əl-Minarul-munif”,s.137, 138)
    Mehdi (ə) Abbasinin dünyanın sonunda olmaması, rüku və məqam arasında ona beyət edilməməsi, Dəccalı öldürməməsi və İsanın ona yardım üçün səmadan enməməsi rəvayətlərdə həzrət Mehdiyə (ə) aid sadalanmış xüsusiyyətlərin onda olmadığını göstərir.
    Başqa sözlə, xilaskarın vəd olunmuş heç bir xüsusiyyəti bu şəxsdə yoxdur.
    3. Osman ibn Əfvan Allahın rəsulundan (s) belə nəql edir: "Mehdi (ə) mənim əmim Abbasın övladlarındandır.”(Kənzul-Ummal”, c. 14, s. 264.)
    Əvvəla, ibn Əl-Cоvzi bu hədisi uydurma hədislər toplanmış "Əl-mоvzuat” kitabında nəql etmişdir.
    İkincisi, bu hədis Kəbul Əhbar, Osman ibn Əfvan və Abdullah ibn Ömər tərəfindən nəql olunmuşdur. Kəbin nəql etdiyi hədislər şiə və sünni tərəfindən etibarlı sayılmır. Osman ibn Əfvanın nəql etdiyi hədisdə Məhəmməd ibn Vəlidin nəqli var və rical alimləri onu zəif sayır. Abdullah ibn Ömərin nəql etdiyi hədisin də sənədi zəifdir.
    Sual: 333. Vəd olunmuş xilaskar İsa ibn Məryəmdirmi?
    Cavab: Belə bir iddianı irəli sürənlər ibn Macənin həzrət Peyğəmbərdən (s) nəql etdiyi belə bir hədisə əsaslanırlar: "Mehdi (ə) İsa Məryəmdən başqa bir kəs deyil.”(Sunəne ibn Maccə”, c. 2, s. 1340.)
    Qeyd etməliyik ki:
    1. Həzrət Peyğəmbərdən (s) Məhdəviyyət (ə) hədislərini nəql edən səhabələrin əksəriyyəti bu şəxsin həzrət peyğəmbər nəslindən olduğunu bildirir.
    2. İbn Macənin bu hədisi hədis və kəlam alimlərinin etirazı ilə üzləşmişdir və kimsə ona istinad etməmişdir.
    3. İbn-Macә özü "Mehdi Fatimə övladlarındandır” hədisini nəql etmişdir.(Həmin mənbə, s. 1368.)
    4. İbn-Qəyyim Cоvziyyə bu hədisi "Əl-Minarul-munif” kitabında nəql etmiş və onu zəif saymışdır. Hakim Nişapuri də öz növbəsində bu hədisə təəccübünü gizlətməmişdir.(Mustədrəke-hakim”, c. 4, s. 441.)
    Zəhəbi deyir: "Bu hədis inkar olunası xəbərdir.”("Təhzibul-təhzib”, c. 9, s. 125)
    Qurtubi deyir: "Uyğun hədis bu mövzuda olan digər hədislərə ziddir. Mehdinin (ə) Peyğəmbər (s) və Fatimə (s) övladı olduğu sabit bir məsələdir.”(Əl-Təzkirə”, Qurtubi, c. 2, s. 701.)
    5. Bu hədisi Təbərani nəql etsə də, "Mehdi İsa ibn Məryəmdən savay başqa kəs deyil” cümləsini zikr etməmişdir.(«Əl-məcəmul-Kəbir», c. 8, s. 214. )
    6. Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühuru ilə bağlı rəvayətlər mütəvatirdir. Xilaskarın İsa olduğunu bildirən hədis isə heç bir cəhətdən mötəbər sayıla bilməz. Peyğəmbər Əhli-beytindən olan xilaskarın zühuru İslam tarixi boyu müsəlmanlar arasında məşhur inanclardandır.
    Əbül-Feyz Ğəmari də uyğun hədisə qarşı səkkiz irad bildirmişdir.("İbrazul-Vəhmul-məknun”, s. 538.)
    Sual: 334. Həzrət Peyğəmbərin (s) "Mehdinin (ə) adı mənim adımdan, onun atasının adı atamın adındandır” buyruğunu nəql edən hədisi necə dəyərləndirirsiniz?
    Cavab: Əksər sünni alimləri bu fikirdədir ki, həzrət Mehdinin (ə) atasının adı Abdullahdır. Belə bir rəvayəti Əbu-Davud nəql etmişdir.("Sünəne Əbu-Davud”, c. 2, s. 309) Bu rəvayət imamiyyə etiqadı ilə uyğun deyil. Çünki imamiyyə şiələri həzrət Mehdinin (ə) imam Həsən Əsgərinin (ə) övladı sayırlar.
    Buna dəlil nədir?
    1. Həzrət Mehdi (ə) ilə bağlı tərtib olunmuş kitablarda o cümlədən "Səhihe-Termizidə”, "Sünəne-ibn Macədə”, Əbu-Nəimin kitablarında, "Müsnəde-Əhməd ibn Hənbəldə” belə bir hədis nəql olunmamışdır.
    2. Çox ehtimal ki, uyğun rəvayət Abbasilərin uydurmalarındandır. Çünki Abbasilər öz hakimiyyətlərini möhkəmləndirmək üçün, üçüncü Abbasi xəlifəsi Məhəmməd ibn Abbasa xalqdan beyət almaq məqsədi ilə belə bir işə əl ata bilər.
    Adı Abdullah olan Mənsur Abbasi oğlu Məhəmmədi özünə canişin təyin etmişdi. O, xalqı Məhəmmədə beyətə məcbur edirdi. Bu məqsədlə oğlunun adını Mehdi qoymuşdu. O öz oğlunu xalqa xilaskar kimi tanıtdırıb beyət almaq istəyirdi. Xəlifə öz adı Abdullah olduğundan belə bir hədis uydurmağı göstəriş vermiş və həmin hədisdə xilaskarın atasının adını Abdullah kimi qeyd etmişdi.(Şəhid Mütəhəri, əsərlər külliyyatı, c. 18, s. 173, 174. )
    Sual: 335. Mehdi (ə) Həsənin (ə) övladlarındandır” hədisini necə qiymətləndirmək olar?
    Cavab: Əbu-Davud Əbu-İshaqdan nəql edir ki, həzrət Əli (ə) öz övladı Həsənə (ə) baxıb buyurdu: "Həqiqətən, bu övladım ağadır. Necə ki, Peyğəmbər (s) onu ağa adlandırıb. Tezliklə ondan peyğəmbərlə bir adda olan kəs dünyaya gələr.”(Sünəne ibn Davud”, c. 2, s. 311)
    Uyğun hədisə münasibətimizi bildirək:
    1. Mehdinin (ə) Hüseynin (ə) övladı və onun nəslindən olması ilə bağlı onlarla hədis mövcuddur.
    2. Mehdi (ə) həm də Həsən (ə) nəslindəndir. Çünki imam Baqirin (ə) anası Fatimə (s) imam Həsənin qızı olmuşdur. Demək, həzrət Mehdi (ə) həm Həsən (ə), həm də Hüseyn (ə) övladıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətin Mehdisi (ə) Həsən (ə) və Hüseyn (ə).”(Məcməul-Zəvaid”, c. 9, s. 165.)
    3. "Əqdud-durər” kitabının müəllifi uyğun hədisi nəql etmiş, amma Həsənin (ə) yox, Hüseynin (ə) adını çəkmişdir. "Səhihi-Termizi”, "Sünəne-nəsai”, "Sünəne-beyhəqi”də də hədis bu formada nəql olunmuşdur.
    4. Belə bir nöqtə də maraqlıdır ki, uyğun hədislərin meydana çıxmasında Əbva məntəqəsində xalqdan beyət almış Məhəmməd ibn Abdullah Həsəninin və Həsəni seyyidlərinin rolu olmamış deyil. Həsəni seyyidləri bəni-Üməyyəyə qarşı qiyam fikrində olduğundan mənəvi dayağa ehtiyac duyurdu. Bu səbəbdən də həzrət Mehdi (ə) ilə bağlı nəql olunmuş rəvayətlərdən faydalanıb, uyğun hədisi Abdullah ibn Həsənə tətbiq etdilər. Onlar rəvayət uydurub dinin imam Həsən nəslindən olduğunu bildirdilər.
    Böyük qeyb dövründə imam Mehdi (ə) ilə görüş
    Sual: 336. Böyük qeyb dövründə imamla görüşmək mümkündürmü?
    Cavab: Bəli, cavab olaraq iki nöqtəni qeyd etmək olar:
    a) Böyük qeyb dövründə faydalı sayılmışdır ki, həzrət arabir özünü sözü keçərli böyüklərə göstərsin. Belə bir görüş insanlarda əminlik yaradır, qeybin uzun çəkməsi ilə bağlı ortaya çıxan şübhələri aradan qaldırır. Avam xalq üçün hər hansı dəlil yetərli olmur. Ona görə də din böyükləri göstəriş verirlər ki, imamla baş tutmuş görüşlər xalqa danışılsın. Bu sayaq söhbətlər xalqın qəlbini isidir, onlara ümid verir. Çünki bir şeyin mümkünlüyünün ən böyük dəlili, onun baş verməsidir.
    b) Həzrətlə görüşün mümkünlüyünü istisna edən heç bir şəri və əqli dəlil yoxdur.
    Sual: 337. Hansı alimlər belə bir görüşün mümkünlüyünə inanır?
    Cavab: Uzaq keçmişdən bu günədək şiə alimləri həzrətlə görüşü mümkün saymışdır. Bəzi alimlərin uyğun məsələ ilə bağlı fikirləri ilə tanış olaq:
    1. Seyyid Mürtəza: "Biz imamla görüşün mümkünlüyünü istisna etmirik...
    Əgər imamın qeybə çəkilməsinin səbəbi zalımlardan təqiyyə etməkdirsə, bu məqsədi həqiqi övliya və şiələrə aid etmək olmaz. Demək, imamın onlara görünməsi zəruridir...”("Tənzihul-Ənbiya”, s. 182-184.)
    2. Şeyx Tusi: "Biz təsdiqləyirik ki, bir çox övliyalar və imamətə inananlar həzrətlə görüşmüş və ondan faydalanmışlar.”("Kəramatul-Muhəqqiqin”, s. 533. )
    3. Seyyid ibn-Tavus: "(Ey övladlarım) Allahın inayət və ehsan etdiyi kəs üçün imamətə doğru yol açıqdır.”(Kəşful-Muhəccə”, s. 143-154.)
    Alim digər bir məqamda deyir: "İmam ümumi şəkildə şiələrdən qeybdə olsa da, kimlərinsə onunla görüşə bilməsi istisna olunmur. Kimlərsə imamın söz və rəftarından bəhrələnib, bunu başqalarından gizlədə bilər...”("Əl-təraif”, s. 185.)
    4. Axund Xorasani: "Bəzi saleh insanların imamla görüşə bilməsi mümkündür...”[("Kifayətul-üsul”, c. 2, s. 291.)
    5. Tədqiqatçı (mühəqqiq) Naini: "Qeyb dövründə, adətən, həzrəti görmək mümkünsüzdür. Bəli, bəzən saleh fərdlər onunla görüşüb göstərişlərini əldə edə bilər.”(Fəraidul-üsul”, c. 2. )
    Sual: 338. Həzrətlə görüş qeyb məsələsi ilə zidd deyilmi?
    Cavab: Bəziləri iddia edirlər ki, qeyb dövründə həzrətlə görüşmək qeybin hikməti ilə ziddir.
    Qeyb ümumi şəkildə zəruri olmuş bir gerçəklikdir. Yəni həzrətlə görüşə hamı yol tapa bilməz. Amma bu həqiqət bəzi ləyaqətli insanların həzrətlə görüşə bilməsini istisna etmir.
    Sual: 339. Əgər böyük qeyb dövründə də imamla görüşmək mümkündürsə, böyük qeyb dövrünün kiçik qeyb dövründən hansı fərqi var?
    Cavab: Kiçik qeyb dövründə həzrət Mehdi (ə) tamamilə gözlərdən gizlidir. O yalnız vəkilləri və səfirləri vasitəsi ilə əlaqə saxlayır. Bəzən səfirlər müəyyən adamların həzrətlə görüşünü təşkil etmişlər.(Tusi, "Əl-Ğeybət”, s. 216.)
    Amma böyük qeyb dövründə məsələ başqa cürdür. Bu dövrdə zərurət olduqda həzrət özü bəzilərin görüşünə gəlir və onlar həzrətin varlığından bəhrələnirlər.
    Sual: 340. Məgər həzrətin Əli ibn Məhəmməd Səməriyə yazdığı məktubda böyük qeyb dövründə həzrətlə görüşün mümkünlüyü istisna edilmirmi?
    Cavab: Bəziləri belə bir görüşün mümkünlüyünü inkar edərkən həzrət Mehdinin (ə) Əli ibn Səməriyə yazdığı məktubu əsas göstərirlər. Çünki bu məktubda yazılmışdır: "Agah ol! Əgər Süfyaninin zühurundan və böyük səsdən öncə kimsə məni gördüyünü iddia etsə, yalançı və böhtançıdır...”("Bihar”, c. 52, s. 151) Bəs həqiqət necədir?
    1. Kimsə bu rəvayətin düzgünlüyünü qəbul etməmişdir. Ona görə də alimlərdən və salehlərdən bir dəstəsi həzrətlə görüş haqqında danışır.
    2. İnkar olunan müşahidə tanımaqla müşahidədir. Hansı ki, bir çox görüşlərdə ilkin mərhələdə tanışlıq olmamışdır.
    3. Olsun ki, bəziləri əsassız olaraq imamı naib və səfir kimi gördüklərini iddia etmişlər. Amma həzrət böyük qeyb dövründə naiblərin olmadığını bildirir. Məktublardan birində həzrət bildirir ki, tezliklə şiələrin arasında məni gördüyünü iddia edənlər tapılacaq...”
    4. Şeyx Tusi bu məktubu nəql etsə də, saleh insanların imamla görüşə bilməsini mümkün sayır.
    5. Olsun ki, müşahidə dedikdə xüsusi bir görüş nəzərdə tutulmuşdur. Rəvayətdə oxuyuruq: "Əgər sənin yanında 50 nəfər bir nəfərin ziddinə and içsə, amma həmin şəxs onların dediyinin ziddini söyləsə, onu təsdiqlə, həmin 50 nəfəri inkar et.” Bu rəvayətdə 50 nəfərin andının təsiri açıqlanılır.
    6. Rəvayəti onun sənədinin mötəbərliyi təsdiqləyir. Hansı ki, görüşlər o qədər çox olmuşdur ki, insanda yəqinlik yaradır.
    7. Olsun ki, uyğun məktubda ixtiyari bir görüş nəzərdə tutulmuşdur. Əslində böyük qeyb dövründə yalnız Allahın məsləhət bildiyi şəxs həzrətlə görüşə bilər.
    8. Uyğun məktub sənəd baxımından zəifdir.
    Sual: 341. İmamla görüşün mümkünlüyü yalançılara meydan açmırmı?
    Cavab: Əgər bir işin mümkünlüyü ilə bağlı qəti dəlillər varsа, ikinci dərəcəli problemlərə görə onu inkar etmək olmaz. Xalqı yalançıların hiyləsindən qorumaq alimlərin işidir. Bəziləri peyğəmbərlik iddiasına düşüb deyə, peyğəmbərliyi inkar etmək olmaz.
    Sual: 342. "Haram müqəddimə” qaydasına əsasən imamla görüş iddiasını yalan saymaq olarmı?
    Cavab: Sünnə əhli bu əqidədədir ki, haramla sonuclanan yollar qəti şəkildə bağlanmalıdır. Başqa sözlə, "haram müqəddimə” külli şəkildə haramdır.
    Əslində isə haram müqəddimə həmişə haram deyil. Bu hal bəziləri üçün bəzi hallarda haramdır. Əgər imamla görüş iddiası azğınlığa səbəb olarsa, onu nəql etmək haramdır. Amma görüşlərin ümumi şəkildə bəyanı haram deyil, belə xəbərlər insanların imanını gücləndirir. Əlbəttə ki, bəziləri bu iddiadan sui-istifadə edə bilər. Amma bu sayaq yalanların qarşısını almaq alimlərin vəzifəsidir.
    Sual: 343. Tanınması mümkün sayılmayan həzrət Mehdi (ə) ilə görüş necə mümkün ola bilər?
    Cavab: Bəziləri böyük qeyb dövründə imamla görüşü istisna edərək müəyyən rəvayətlərə əsaslanırlar. Məsələn: "Həzrət Höccət xalqı tanıyır, xalq isə onu tanımır”; Digər bir rəvayətdə deyilir: "O xalqı görür, amma xalq onu görmür.”
    Uyğun sualı belə cavablandırmaq olar:
    1. Bu rəvayətlərdə ümumi xalq nəzərdə tutulmuşdur. Ayrı-ayrı ləyaqətli şəxslərin imamla görüşə bilməsi rəvayətə zidd deyil.
    2. İkinci rəvayət Həcc haqqındadır və bütün hallara aid edilə bilməz.
    3. İkinci rəvayətdə imamla görüş yox, onun tanınması inkar olunur. Xüsusi ilə də rəvayətdə həzrət Mehdi (ə) həzrət Yusifə oxşadılmışdır. Xalq onu görürdü, amma onu tanımırdı.
    Sual: 344. Qeyb dövründə insanların imtahana çəkilməsi həzrətlə görüş xəbərinə zidd deyilmi?
    Cavab: Bəziləri deyirlər ki, şiələr qeyb dövründə imamı görməməklə imtahana çəkilir. Guya, bu həqiqət imamla görüş xəbərinə ziddir. Əslində isə, şiələrin imtahanı dedikdə ümumi şiə toplumu nəzərdə tutulur. Bəzi ləyaqətli insanların görüşü isə istisnadır.
    Sual: 345. Böyük qeyb dövründə kimlər həzrət Mehdi (ə) ilə görüşə bilmişdir?
    Cavab: Həzrətlə görüşə nail olan bütün şəxslərin adını sadalamaq olmaz. Çünki onlardan bəziləri tanınmır, tanınanlar isə olduqca çoxdur. Amma nümunə olaraq bu şəxslərdən bəzilərinin adını çəkə bilərik: Seyyid ibn Tavus, Əllamə Hilli, Şeyx Qətifi, Müqəddəs Ərdəbili, Məhəmməd Təqi Məclisi, Seyyid Mehdi Bəhrul-Ülum, Şeyx Müfid, Şeyx Ənsari, Mirzayi Şirazi, Şeyxpur Amili, İsmail Hеrqəli və başqalаrı.
    Sual: 346. Həzrət Mehdi (ə) ilə görüş hansı şəkildə baş verir?
    Cavab: Həzrət Mehdinin (ə) zəruri hallarda insanlarla görüşünün necəliyi haqqında ehtimallar var:
    1. Həzrətlə görüşən şəxs ondan uzaq olmamış, imamın yaşadığı cəmiyyətdə yaşamışdır.
    2. Görüşlər təsadüfi baş verir. Həzrət bir məhəldən ötərkən çətinliyə düşmüş insanla görüşür.
    3. Həzrət bir şəxsin çətinliyə düşdüyünü gördükdə və ona yardım əli uzatmağı zəruri bildikdə təbii yolla hərəkət edib özünü həmin şəxsə çatdırır.
    4. Ehtimal olunur ki, istəklərin həyata keçirilməsi üçün görüşlər möcüzə yolu ilə baş verir. Həzrət "Teyyül-əzr” (Qeyri-adi yerdəyişmə) edərək özünü məqsədə çatdırır. Bütün deyilənlər təsəvvürdür. Əslində həzrət istəkləri yerinə yetirmək üçün bütün yollardan istifadə edir.
    Sual: 347. Həzrət insanlarla görüşərkən hansı məqsədləri izləyir?
    Cavab: Həzrət bir neçə məqsədlə görüşə gələ bilər:
    1. Müsəlmanları zalım hakimlərin zülmündən qurtarmaq məqsədi ilə; Bəhreyn xalqının qurtuluşu buna misal ola bilər.("Nəcmus-saqib”, s. 367.)
    2. Müsəlmanların oğrulardan və cinayətkarlardan qorunması.(Həmin mənbə, s. 370. )
    3. Hələ ki, zühur şərtlərinin ödənməməsi ilə bağlı xalqa xəbərdarlıq; bu görüşlərdə çatdırılır ki, insanlar ümumdünya ədalət hökumətini öhdəyə götürəcək düşüncə və qabiliyyətə yetişməmişlər.(Tarixul-qeybətul-kubra”, s. 135,136)
    Sual: 348. İmamın xalqla görüşməkdə hansı xüsusi məqsədi olur?
    Cavab: Əvvəlki sualda ümumi məqsədlər açıqlandı. Qeyd edək ki, həzrətin insanlarla görüşdə xüsusi məqsədləri də olur. Onlardan bəzisinə işarə edək:
    1. Yolda qalmış insana bələdçilik və onu məqsədə çatdırmaq;
    2. Mübahisə edən iki tərəfdən haqlı olanına yardım;
    3. Alimlər üçün çətinlik yaradan bəzi məsələlərin həlli; Məsələn, Müqəddəs Ərdəbili bu məqsədlə həzrətin xidmətində olmuşdur.
    4. Şiələri hifz etməyə xatir dövrün bəzi siyasi məsələləri haqqında öncədən xəbərdarlıq;
    5. Şiələrin elm və məişət səviyyəsini qaldırmaq;
    6. İqtisadi çətinlik çəkən şiələrə yardım;
    7. Çarəsiz xəstələrə şəfa;
    8. "Fərəc duası” kimi duaların təlimi;
    9. Çətinliklərdən çıxmaq üçün dua oxunuşuna həvəsləndirmə...
    Sual: 349. Görüş zamanı kimsə həzrət Mehdini (ə) tanıya bilərmi?
    Cavab: Qeybin məqsədlərindən biri budur ki, həzrət düşmənlərdən qorunsun, onu qətlə yetirə bilməsinlər. Bu məqsədlə həzrətin tanınmaması labüddür. Amma yalnız ləyaqətli insanlar, həzrətin yaxın dostları onu tanıya bilər. Bəzi rəvayətlərə əsasən, otuz etibarlı şəxs daim həzrətin yanındadır, onunla birlikdə yaşayır.
    Başqa bir qrup rəvayətlərdən məlum olur ki, həzrət ya görünmür, ya da göründükdə tanınmır. Bir rəvayətdə imam Riza (ə) buyurur: "Onun cismi müşahidə olunmur.”("Kəmalud-din”, s.370.)
    İmam Sadiq (ə) isə belə buyurmuşdur: "Yeddinci övladımdan olan beşinci övlad sizdən qeybə çəkilər.”("Bihar”, c. 51, s. 32.)
    Həzrət başqa bir məqamda belə buyurur: "Xalq öz imamını itirər. Həzrət Həcc mövsümündə iştirak edər, xalqı görər, amma onlar həzrəti görməzlər.”("Bihar”, c. 52, s. 151.)
    Məhəmməd ibn Osman Əmri deyir: "And olsun Allaha! Həqiqətən əmr sahibi hər (Həcc) mövsümü Həccdə hazır olar. Xalqı görər və onları tanıyar. Xalq isə həzrəti görsə də onu tanımaz.”("Kəmalud-din”, s.440. )
    Sual: 350. İmamı gördüyünü bildirənlərə necə münasibət göstərməliyik?
    Cavab: Əvvəla, imamla görüş insanın ixtiyarında olan iş deyil. Belə bir görüşün bir sıra şərtləri var. Əgər şərtlər ödənsə, həzrət görüşə gələr.
    İkincisi, əgər bir şəxs imamla daimi əlaqədə olduğunu bildirərsə, imam Mehdinin (ə) Əli ibn Məhəmməd Səməriyə yazdığı məktuba əsasən, həmin şəxs yalançıdır.
    Üçüncüsü, görüş iddiasında olan insan imtahana çəkilməlidir. Həmin şəxs doğrudan da İslam meyarlarına əməl edirmi? Onun məqsədi xalqın diqqətini özünə cəlb etmək və cəmiyyəti azdırmaq deyil ki? Bəli, məsumlarla görüş üçün insanda ləyaqət olmalıdır.
    Sual: 351. Həzrətlə görüş üçün israr etmək düzgündürmü?
    Cavab: Qeyb dövründə insanların vəzifəsi həzrətin zühuruna mane olan halları aradan qaldırmaqdır. Həzrətə mənəvi cәhәtdәn yaxın olmaq üçün öz vəzifələrimizə əməl etməliyik.
    Əgər həzrətlə görüş istəyinin səbəbi onun vücudundan bəhrələnmək, onun lütfünü əldə etmək, qəlbən əminliyə çatmaqdırsa bu görüşə can atmaq faydalıdır. Əks-təqdirdə, hazırkı dövr qeyb dövrüdür və bu dövrdə xalq nəzərlərdən gizli qalmalıdır. Buna görə də səbr etmək, bu həssas məqamda imtahandan üzüağ çıxmaq üçün vəzifələrə əməl etmək lazımdır.
    Bəli, bəzi iddialardan həzrətlə görüş istəyi sezilsə də, bu istəyi zühur dövrünə aid etmək olar.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 662 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024