İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:08 AM
    Nüdbə duası
    Sual: 373. Alimlər "Nüdbə” duasını mötəbər ayırlаrmı?
    Cavab: Adətən, mötəbər və məşhur tarixi kitablardan nəql olunmuş xəbərlər qəbul edilir. İslam alimləri isə şəri hökmlərin və dini maarifin əldə olunmasında həmin üsulla kifayətlənmir, hədislərin sənədini, rəvayətçinin ədalət və doğruçuluğunu araşdırırlar. Əgər bu istiqamətdə əminlik yaranmasa, xəbər etibarlı sayılmır.
    Vacib və haram hökmlərə münasibətdə bu yanaşma daha da ciddiləşir. Amma müstəhəb işlərdə bu sayaq dərin araşdırmaya ehtiyac yoxdur. "Nüdbə” duası da bu sayaq məsələlərdəndir. Bu duanın mötəbər bir sənəddə nəql olunması bir o qədər də mühüm deyil. Həmin duanı qorxu və ümid hissləri ilə qiraət etmək kifayətdir. Duanın mətnindən, sözlərindən onun etibarlılığı görünür. Çünki eyni məsələlər ayə və rəvayətlərdə də qeyd olunur.
    Sual: 374. Səhih rəvayəti qeyri-səhih rəvayətdən necə fərqləndirmək olar?
    Cavab: Bəzi uydurmaçılar həzrət Peyğəmbərin (s) dövründən başlayaraq hədis qоndаrdıqlаrı üçün səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün meyara ehtiyac duyulur. Bir neçə meyar göstərmək olar:
    1. Qurana uyğunluq – İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir: "Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın.”("Kafi”, c. 1, s. 69.)
    2. Digər məsumların buyuruqlarına uyğunluq – Həsən ibn Cəhm deyir: İmam Rizaya (ə) ərz etdim ki, sizin tərəfinizdən bizə fərqli hədislər çatır. Həzrət buyurdu: "Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil.”(Vəsailuş-şiə”, c. 27, s. 121. )
    3. Ağıla uyğunluq – Həzrət Peyğəmbər (s) buyurur: "Əgər sizə məndən bir hədis yetişsə Allahın kitabı ilə müqayisə edib, onu ağlınızın hökmünə verin. Əgər kitab və ağıla uyğundursa, qəbul edin, uyğun deyilsə, divara vurun.”(Şərhe-üsule-kafi”, c. 2, s. 343.)
    Sual: 375. "Nüdbə” duası haqqında böyük alimlərin nəzəri nədir?
    Cavab: Şeyx Mürtəza Ənsari "Əl-məkasib” kitabında "Nüdbə” duası haqqında danışarkən ona heç bir etiraz bildirmir və sənədini araşdırmır.
    Şeyx Abdullah Maməğani və İrəvani də uyğun duaya oxşar münasibət göstərmişlər.
    Sual: 376. "Nüdbə” duasını kimlər nəql etmişdir?
    Cavab: "Nüdbə” duası bir çox alim və hədisçilər tərəfindən nəql olunmuşdur. Onlardan bəziləri ilə tanış olaq: Şeyx Məşhədi, "Əl-Məzar”; Seyyid ibn Tavus, "Misbahul-Zair”; "İqbalul-Əmal”; Əllamə Məclisi, "Zadul-Məad”; Şeyx Cəmil Əbül-Fərəc Məhəmmədi ibn Əli ibn Yaqub ibn İshaq ibn Əbu-Qürrə Bənani; Şeyx Əbu-Cəfər Məhəmməd ibn Hüseyn ibn Süfyan.
    Mərhum Аyətullah Bürucirdi buyurur: "Ricalşünaslığın (hədisçiləri tanımağın) yollarından biri onların şagirdlərinin şəxsiyyətini tanımaqdır. Əgər Şeyx Müfid kimi bir şəxsin daim müəyyən bir şəxsə istinad etdiyini və ona irad tutmadığını görürüksə, bu özü həmin şəxsin etibarlılığını göstərir.”
    Sual: 377. "Nüdbə” duasının rəvayətçisi imamın müasiri olmadığı halda bu duanı necə nəql edir?
    Cavab: Kimsə iddia etmir ki, Əbu-Cəfər Məhəmməd ibn Hüseyn ibn Süfyan Bəzufəri "Nüdbə” duasını vasitəçisiz nəql etmişdir. İmamdan rəvayət nəql etmək üçün onun müasiri olmaq zəruri deyil.
    Biz əminik ki, bu duanı Bəzufəriyə istinadən nəql edənlər onun sənədini göstərməyi zəruri saymamışlar. Ya da Bəzufəri özü "Nüdbə” duası çox məşhur olduğundan onun sənədini göstərməyə ehtiyac duymamışdır.
    Sual: 378. "Nüdbə” duasını vasitə ilə nəql etmiş Məhəmməd ibn Məşhədi kimdir?
    Cavab: Ayətullah Xoyinin Şeyx Hürr Amilidən nəql etdiyinə görə, Məhəmməd ibn Məşhədi Məhəmməd ibn Əli ibn Cəfərdir.(Məcəme-ricalul-hədis”, c. 17, s. 269. )
    Mərhum Hacı Nuri isə "Xatəmeye-Mustədrək” kitabında bu barədə deyir: "Məhəmməd ibn Məşhədi Hairi kimi tanınmış Məhəmməd ibn Cəfər ibn Əli ibn Cəfər Məşhədidir. O Əbül-Fəzl Şazan ibn Cəbrail Qumminin rəvayətçilərindəndir. O, Şeyx Müfiddən iki vasitə ilə rəvayət edir.”("Mustədrəkul-Vəsail”, c. 3, s. 368. )
    Sual: 379. "Nüdbə” duasının digər bir rəvayətçisi olan Məhəmməd ibn Əli ibn Əbu-Qürrə kimdir?
    Cavab: Bu şəxs mötəbər rəvayətçilərdəndir. Nəccaşi onun haqqında deyir: "O etibarlıdır, xeyli rəvayət eşitmiş və bir çox kitablar tərtib etmişdir. O, imamiyyə səhabələri üçün kitabları vərəq-vərəq oxumuşdur və bizimlə məclislərdə olmuşdur.”(Ricale-Nəccaşi”, s. 283. )
    Sual: 380. İbn Məşədi "Nüdbə” duasını Məhəmməd ibn Əbu-Qürrədən necə nəql etmişdir?
    Cavab: Məhəmməd ibn Cəfər Məşhədi Məhəmməd ibn Əbu-Qürrənin müasiri olmamışdır. Sadəcə, Əbu-Qürrənin "Məzar” adında kitabı var və İbn-Məşhədi öz nəqlində bu kitaba əsaslana bilərdi.
    Sual: 381. İbn-Məşhədi mötəbər sayılmışdırmı?
    Cavab: O, Əhməd ibn İdrisin şagirdlərindən sayılır. Və ustadından rəvayət nəql etmişdir. Şeyx Müfid həmin şəxsdən rəvayət nəql etdiyi üçün onu Şeyx Müfid tərəfindən etibarlı saymaq olar.
    Bəzufəri haqqında rical kitablarında xüsusi bir qeyd yoxdursa da, o Şeyx Müfidin istinadgahı olduğundan və Şeyx ona dua etdiyindən onu etibarlı saymaq olar.
    Sual: 382. "Nüdbə” duası hansı imamdandır?
    Cavab: Zahirən, bu dua imam Sadiq (ə) tərəfindəndir. Bu həqiqəti mərhum Məclisi də təsdiqləyir. Amma bəzi mənbələrdən belə görünür ki, bu dua Sahibəzzamana aiddir. Belə bir qənaətə gələ bilərik ki, "Nüdbə” duası Sahibəzzaman tərəfindən yox, onun üçün yazılmışdır.
    Belə bir ehtimal da var ki, Bəzufəri bu duanı əsrin məşhur rəvayətçilərindən olmuş atası Hüseyn ibn Əli ibn Süfyandan nəql etmişdir. Həmin şəxs dörd naib vasitəsi ilə Sahibəzzamanla rabitə saxlaya bilərdi.
    Sual: 383. "Nüdbə” duasını şiə alimləri tərtib etməmişdirmi?
    Cavab: Bəziləri bu duanı şiə alimlərinə aid edirlər. Amma bu iddia bir sıra səbəblərdən batildir:
    1. Bəzufəri rəvayətin davamında qeyd edir: "Belə görünür ki, bu dua məsum imam tərəfindən bəyan olunmuşdur. Çünki beş hökm (vaciblik, haramlıq, müstəhəblik, məkruhluq, mübahlıq) yalnız Allahın məsum övliyalarının səlahiyyətində olan işdir.
    2. Dua üçün konkret bir vaxtın göstərilməsi onun məsumlar tərəfindən nəql olunduğunu bildirir.
    3. Alimlər özlərindən bir dua və ya ziyarət yazdıqda bunu qeyd edirlər:
    a) Şeyx Səduq "Mən la yəhzuruhul-fəqih” kitabında həzrət Fatimə (s) üçün ziyarət nəql edir və bu barədə deyir: "Mən bu duanı həcc səfərində Mədinədə həzrət Fatimənin (s) qəbri kənarında oxudum. Amma həmin duaya xəbərlərdə rast gəlmədim...”
    b) Seyyid ibn Tavus "Əl-İqbal” kitabında deyir: "İnşa etdiyimiz bu duanı süfrə başında oxuyuruq.”
    v) Seyyid ibn Tavus başqa bir məqamda yazır: "Şəvvalda ayın görünməsi ilə bağlı deyilənləri "Əməluş-şer” kitabında inşa etdiyimiz duada bildirmişik...”
    4. İbn-Məşədi "Əl-Məzar” kitabında deyir: "Mən bu kitabımda etibarlı rəvayətçilərin inşası olan ziyarətləri toplamışam.”
    5. "Nüdbə” duasının Sahibəzzaman tərəfindən inşa olunub öz məktublarında Bəzufəriyə çatdırılması mümkündür.
    Sual: 384. Sahibəzzamanla Rəzva və Zil-tuva dağları arasında hansı əlaqə var?
    Cavab: Böyük qeyb dövründə həzrətin xüsusi bir məkanı yoxdur. Onun bu iki dağda və ya müqəddəs sərdabədə sakin olması düzgün deyil. Bəli, kisaniyyə kimi bəzi firqələr Məhəmməd ibn Hənəfiyyənin Rəzva dağında qeybə çəkildiyinə inanırdılar. Bəs Sahibəzzamanla bu iki dağ arasında hansı əlaqə var?
    Sualı cavablandırmazdan öncə bu iki dağ haqqında qısaca məlumat verək. Ziltuva Məkkənin bir fərsəxliyində yerləşən məkanın adıdır. Oradan Məkkə evləri görünür.(Məcməul-Bəhreyn. )
    Rəzva Mədinənin dağlarındandır. Bu dağla Mədinə arasında 40 mil yol var. Bu dağın fəziləti haqqında rəvayətlər nəql olunmuşdur. Yuxarıdakı sualla bağlı deyə bilərik ki, qeyb dövründə həzrətin müəyyən bir məkanı yoxdur. Rəvayətdən belə bir nəticə çıxmır ki, həzrət Rəzva və ya Tuva dağında gizlənmişdir. Əslində dağların adının çəkilməsi həzrətin müəyyən məkanda olmamasına bir işarədir.
    Məhz bu dağların adının çəkilməsində məqsəd həzrətin həmin yerlərdə daha çox olmasıdır.
    Bu məntəqələrin adının çəkilməsində başqa məqsədlər də ola bilər. Məsələn, Zil-Tuva dedikdə Məkkə, Rəzva dedikdə Mədinə nəzərdə tutula bilər.
    Sual: 385. Nə üçün bu duada bütün imamların adı çəkilməmişdir?
    Cavab: Bu duada 12 imamın hər birinin adının çəkilməməsi onu gücdən salmır. İmamların adı birbəbir çəkilməsə də, onların üzləşdiyi çətinliklərə işarə olunmuşdur. Əslində duada zikr olunmuş müsibətlər hər bir imamın xalqın hidayəti yolunda çəkdiyi əziyyəti göstərir.
    Sual: 386. Duada ruhların meracından danışılır. Bu xəbər cismani merac prinsipinə zidd deyilmi?
    Cavab: Bəzən bildirilir ki, bu duada merac ruha aid edildiyindən əslində onu mötəbər saymaq olmaz.
    Əslində duada ruhların meracı yox, səmaya doğru meracdan danışılır. Bu müddəanın dəlilləri var:
    1. Mühəddis Nuri "Təhiyyətul-Zair” kitabında deyir: "Mənim "Məzar” kitabından əldə etdiyim nüsxədə səmaya yüksəlişdən danışılır.(Təhiyyətul-Zair”, s. 260)
    2. Şeyx Abbas Qummi də öz kitabında ustadı Hacı Nurinin sözlərini nəql edir.
    3. Hazırda da duanın nəql olunduğu "Məzar” kitabında səmaya yüksəlişdən danışılır.
    4. Duadakı digər cümlələr də meracın cismani olduğunu təsdiqləyir.
    5. Yüksəlişin ruha aid edildiyi nüsxələrdə zahiri mənanı əsas götürmək düzgün deyil. Mərhum hacı Mirza Əbül-Fəzl Tehrani deyir: "Bəzən ruh sözü ruhla birlikdə cisim mənasında işlədilir...”
    Sual: 387. "Nüdbə” duası haqqında hansı əsərlər yazılıb?
    Cavab: "Nüdbə” duası haqqında yazılmış əsərlərdən bəzilərini yada salaq: Sədrəddin Məhəmməd Həsəni Müdərris Yəzdi, "Şərhe-duaye-Nudbə”; Mirza Əbdür-Rəhim Təbrizi, "Əqdul-Cəmani linudbətən Sahibəzzaman”; Şeyx Əli Xoyi, "Vəsilətul-qurbə fi şərh duaun-nudbə”; Molla Həsən Turbəti Səbzvari, "Şərhe-duaye-nudbə”, Seyyid Məhmud Mərəşi, "Əl Nuxbəti fi şərhi-duaun-nudbə”; Sərdar Kabuli, "Şərhe duaye-nudbə” və s.
    Sual: 388. Sahibəzzamanın (ə) qeybi dövründə həzrət haqqında edilən hansı dualar qəbuldur?
    Cavab: Sahibəzzaman haqqında dua çoxdur. Onlardan bəzilərini yada salaq: İmam Sadiqdən (ə) dua;(Kəmalud-din”, s.342.)Ğəriq duası;("Bihar”, c. 52, s. 148.) Ramazan ayında hər fərizədən sonra dua; "Əhdi-səğir” duası;(Həmin mənbə.) "Əhd” duası(Əl-bələdul-əmin”. ) Zöhr namazından sonra dua;(Həmin mənbə.) Əsr namazından sonra dua;(Bihar”, c. 53. 
    ) "Nimeye Şəban gecəsi” duası.("Məfatehul-Cinan”, s. 166.)
    Sual: 389. Sahibəzzaman üçün haralarda dua oxumaq tövsiyə olunur?
    Cavab: Rəvayətlərə əsasən, bəzi müqəddəs məkanlarda imam üçün dua oxumaq xüsusi tapşırılmışdır. O cümlədən: Məscidül-həram; Müqəddəs sərdabə; Kufə, Səhlə, Səə, Cəmkəran məscidləri kimi həzrətə aid yerlər; imam Hüseynin (ə) hərəmi; imam Rizanın (ə) hərəmi; imam Əsgərinin (ə) (və imam Hadinin (ə)) hərəmi; ümumi şəkildə imamlardan birinin hərəmi; Vüquf məhəllində (Ərəfatda)
    Sual: 390. Sahibəzzamana təvəssülün fəlsəfəsi nədir?
    Cavab: Təvəssül insanın özü ilə məhbubu arasında vasitə qərar verməsidir. Vasitə iki növdür: Bu vasitə bəzən maddi olur, bəzən isə mənəvi. Məsələn, su susuzluğu aradan qaldırmaq üçün maddi vasitədir. Bəzən isə peyğəmbər və məsumlar günahın bağışlanması üçün bəndə ilə Allah arasında vasitə olur.
    Dünya səbəblərin, nəticələrin, vasitələrin nəzmi əsasında bəşəriyyətin təkamülü üçün yaradılmışdır. İnsanın təbii ehtiyacları adi vasitələrlə ödənir. Amma hidayət, bağışlanma kimi mənəvi feyzlər yalnız xüsusi vasitələrlə insana çata bilər.
    Yer üzünün günəş vasitəsi ilə işıqlanması təəccüb doğurmadığı kimi, günahların ilahi övliyalar vasitəsi ilə bağışlanması da təəccüblə qarşılanmamalıdır.
    Şəhid Mütəhhəri buyurur: "Allahın feli, gördüyü işlər nizam əsasındadır. Varlıq nizamını saya salmayan insan yolunu azmışdır. Bu səbəbdən də Allah günahkarlara buyurur ki, peyğəmbərin qapısına gedib bağışlanmaları üçün dua istəsinlər.(Bax: "Nisa”, 64. )
    Quran və rəvayətlərdə təvəssül haqqında çoxsaylı buyruqlarla rastlaşırıq. Allah-tәala buyurur: "Ey möminlər! Təqva yolunu seçin, ona çatmaq üçün vasitə istəyin.”(Bax: "Maidə”, 35. ) Təvəssülün digər faydalarından biri budur ki, insanlar təvəssül yolu ilə öz problemlərini həll etdikdə peyğəmbər və imamların uca məqamına əmin olurlar.
    Sual: 391. Zühurun tezləşməsi üçün edilən dua ilə zühura tələsməyin qadağası arasındakı ziddiyyət yoxdurmu?
    Cavab: Bir çox rəvayətlərdə zühurun tezləşməsi üçün dua tövsiyə olunmuşdur. Bir qrup başqa rəvayətlərdə isə zühura tələsmək qadağan olunur.
    Əvvəla, zühura tələsmək hazırlıqsız olursa, dua müqədimə və şərtlərlə müşayiət edilir.
    İkincisi, dua özü həzrətin zühuru üçün şərtlərdən ola bilər.
    Sual: 392. Əgər bir şəxs 40 gün əhd duası oxusa imam Mehdinin (ə) yardımçılarından olarmı?
    Cavab: İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, hər kəs 40 sübh "Əhd duası” oxusa həzrət Mehdinin (ə) yardımçılarından olar. Əgər bu şəxs həzrət Mehdinin (ə) zühurundan öncə dünyasını dəyişsə, zühur vaxtı qəbirdən çıxarılar...”(Məfatihul-Cinan”.)
    Əvvəla, belə bir təsir əldə etmək üçün, olsun ki, bu şərtlər də ödənməlidir. Dua edən insan Allahla həqiqətən əhd bağlamaq üçün gerçək ünsiyyət yaratmalıdır.
    İkincisi, Allah əhd duasına xatir hətta pis insanı islah edə bilər. 40 gün ardıcıl oxunan əhd duası insana böyük təsir göstərib onu dəyişə bilər və həmin şəxs həzrətin səhabələrindən olar.
    Həzrəttn ömrünün uzunluğu
    Sual: 393. Həzrət Mehdinin (ə) ömrünün uzunluğuna sünnə əhli etiraz edirmi?
    Cavab: İmamiyyə şiələri qəti dəlillər əsasında inanırlar ki, həzrət Mehdinin (ə) imaməti 255-ci ildən hazıradək davam edir. Bu etiqada əsasən insan 1000 ildən artıq yaşaya bilməlidir. Sünnə əhli isə buna şübhə ilə yanaşır və etiraz edir ki, insan bir bu qədər yaşaya bilməz. Onlar əslində şiələrin imamət və Məhdəviyyət etiqadını qəbul etmədiklərindən həzrət Mehdinin (ə) ömrünün uzunluğunu bəhanə gətirirlər. Onlar bu münasibətləri ilə əslində şiələrin Məhdəviyyət inancını sual altına alırlar. Saih Əli Hüseyn Məğribi deyir: "Sünnə əhli həzrət Mehdinin (ə) 1000 ildən çox yaşamasını tənqid edir və deyirlər: "Bəşəriyyətin bir bu qədər yaşaması görünməyib və buna heç bir dəlil yoxdur.”("Tərasəna və məvazinul-nəqd”, s. 203.) Bu məsələni doktor Əhməd Mahmud Sülhi də etirazla qarşılamış və demişdir: "Mehdinin (ə) 1000 ildən artıq diri qalması Məhdəviyyət (ə) inancını zəiflədən səbəblərdəndir.”
    Sual: 394. Allah insanın ömrünü bir bu qədər uzada bilərmi?
    Cavab: Kəlam elmində sübuta yetirilmişdir ki, Allah hər şeyə alim olduğu kimi, hər işə də qadirdir. Zatən mahal olmayan, baş verə biləsi bütün işlər ümumi qaydalara zidd olsa da, Allahın qüdrəti ilə gerçəkləşə bilər. Demək, Allah bir şəxsin ömrünü istədiyi qədər uzadıb, onu ölüm bəlasından qoruya bilər. Odun xasiyyəti yandırmaqdır. Amma Allah öz qüdrəti ilə odu İbrahimə soyutdu. Əllamə Təbatəbai buyurur: "Həzrət Peyğəmbərdən (s) və imamlardan qeybdə olan imamla bağlı nəql olunanları mütaliə edənlər belə bir nəticəyə gəlir ki, həzrətin həyatı möcüzəli və qeyri-adi bir həyatdır. Qeyri-adi işləri isə inkar etmək olmaz. Hadisələrin baş verməsi amilləri təkcə bizim hiss etdiyimiz amillərdən ibarət deyil. Biz təbiətdən kənardakı amilləri hansı əsasla inkar etməliyik?! Bəli, insanın ömrünü qeyri-adi həddə uzada biləcək amillər var. Bu ömür 1000 illərə çata bilər. Elə bu səbəbdən də, tibb elmi hələ ki insan ömrünün sirrini tapa bilməmişdir.”("Şiə dər İslam”, s. 198.)
    Şəhid Sədri deyir: "Tutaq ki, bu sayaq uzun ömür elmi baxımdan mümkünsüzdür. Nəticə nə olur? Bu sözləri deyərkən insan ömrünün qeyri-adi həddə uzunluğunun təbiət qanunlarına zidd olması nəzərdə tutulur. Amma unutmaq olmaz ki, söhbət möcüzədən gedir...
    Bu möcüzə Quran və sünnədən faydalanıb istifadə edənlər üçün yeni bir şey deyil. Təbiət qanunlarına əsasən istilik daha çox hərarəti olan cisimdən hərarəti az olan cismə keçir. Hansı ki, bu qanun həzrət İbrahimə münasibətdə ödənmədi.(Bax: "Ənbiya”, 69); ("Bəhsun həvlәl-Məhdi”, s. 77-80)
    Allah-tәala həzrət Yunis haqqında buyurur: "Əgər o təsbih (həmd) deyənlərdən olmasaydı, şübhəsiz, qiyamətədək balığın qarnında qalardı.”("Saffat”, s. 143,144. )
    Demək, bir insanın ömrü möcüzə yolu ilə qiyamətədək uzana bilər.
    Sual: 395. Elmi baxımdan insan bir bu qədər yaşaya bilərmi?
    Cavab: «Elmi baxımdan mümkünsüzdür» deyərkən nəzərdə tuturuq ki, bəzi işlər hətta modern vasitələrlə həyata keçə bilməz. İnsan ömrünün uzunluğu da belədir.
    Bernard Şou deyir: "Bioloqların qəbul etdiyi elmi prinsiplərdən biri budur ki, insan ömrü üçün sabit hədd yoxdur. Ömrün uzunluğu hədd qəbul etməyən bir məsələdir.”
    Tanınmış alman alimi Vayzmen deyir: "Ölüm ilə təbiət qanunları arasında heç bir asılılıq yoxdur...”
    Tanınmış fizik Floker deyir: "İnsanın təbii ömür uzunluğu 600 ildir.”
    İngilis alimi Rocer təbii insan ömrünün 1000 il olduğunu göstərir.
    Amerika alimi doktor Kilverd Hauz deyir: "Tibb elmi insan ömrünü qısaldan amilləri qidalanma rejimi vasitəsi ilə aradan qaldıra bilər. Bu gün ümidvarıq ki, ata-babalarımızın ömründən fərqli olaraq uzun ömürlülüyə yol tapaq.” Professor Etinger deyir: "Yeni nəsil səmavi kitablara iman gətirdiyi kimi yaxın gələcəkdə inanacaq ki, insan üçün əbədi həyat mümkünsüz deyil. Bugünkü texnoloji tərəqqi gələn əsrdə insan ömrünü 1000 ilə çatdıra bilər.”(Məcəlleye-daneşmənd”, 6-cı il, say 6.)
    Jons Hopkins universitetinin professoru Dimend deyir: "Sübuta yetirilib ki, insanın bütün əsas orqanları əbədi yaşaya bilər. Ən azı, onların uzun müddət yaşaması mümkündür...”
    Sual: 396. Real həyatda uzun ömürlülük müşahidə olunubmu?
    Cavab: Filosoflar və mütəkəllimlər bildirirlər ki, bir şeyin mümkünlüyü üçün ən güclü dəlil onun baş verməsidir. Tarixdə uzun ömürlülər çox olmuşdur və onlardan biri də bu günədək ömür sürən həzrət Mehdidir (ə).
    Allah-tәala həzrət Nuh haqqında buyurur: "Biz Nuhu qövmünə doğru göndərdik. Nuh onların arasında 1000 ildən 50 il əskik yaşadı.”(Ənkəbut”, 14.)
    Müsəlmanların və Məsihilərin əqidəsinə görə, həzrət Məsih hazırda sağdır. O, dünyanın sonunda gəlib həzrət Mehdinin (ə) arxasında namaza dayanacaq.
    Sual: 397. Sünnə əhli rəvayətlərində uzun ömürlülüyə işarə olunmuşdurmu?
    Cavab: Maraqlıdır ki, sünnə əhli həzrət Mehdinin (ə) mövludunu və varlığını məhz uzun ömürlülük baxımından qəbul etmir. Hansı ki, onların səhih rəvayətlərində uzun ömürlük haqqında ətraflı məlumat var. "Səhihe-Muslim”də nəql olunmuş "Cəssasə hədisi” nümunə göstərilə bilər. Bu hədisdə Dəccal adlı bir şəxsin varlığından danışılır. Rəvayətdə bildirildiyinə görə bu şəxs insanların nəzərindən uzaq bir adada tənha yaşayır və vaxtında batil inqilaba əl atasıdır.("Səhihe-Müslim”, c. 8, s. 203-205. )
    Sual: 398.Keçmiş ümmətlər arasında uzun ömürlülük olmuşdurmu?
    Cavab: Tarixi mənbələrə müraciət etdikdə bir çox insanların uzun ömür yaşadığına şahid oluruq. Məsələn, 1000 il yaşayıb, hələ də sağ olan Xızır (ə); 3500 il yaşamış Loğman ibn Ad; 4000 il (bəzi mənbələrdə 1000) həkim Loğman; 2500 il yaşamış Nuh peyğəmbər; 912 il yaşamış Şeys ibn Adəm; 930 il yaşamış həzrət Adəm; 462 il yaşamış İdris peyğəmbər; 712 il yaşamış Süleyman peyğəmbər; 600 il yaşamış Sam ibn Nuh və başqaları.
    Sual: 399. Uzun ömürlülük fəlsəfi və məntiqi baxımdan mümkündürmü?
    Cavab: Fəlsəfi və əqli baxımdan uzun ömürlülüyə qarşı heç bir dəlil yoxdur.
    Fəxr Razi Nuhun 950 il yaşadığını bildirən ayə ilə bağlı deyir: "Bəzi alimlər insanın 120 ildən çox yaşamasını mümkünsüz sayır. Amma ayə başqa söz deyir və ağıl da bunu təsdiq edir. Çünki insanın tərkibində zati baxımdan əbədilik mümkündür...”("Təfsire-Fəxr-Razi”, c.25, s. 42.)
    Şeyx Müctəba Qəzvini Xorasani insanın uzun ömürlülüyünü təsdiqləyən əqli və fəlsəfi dəlillər göstərir: "Fəlsəfə və hikmət qaydalarına əsasən, hər bir nöqsanlı təbiət üçün kamal yolu var. Bəşəriyyət arasında peyğəmbər kimi kamil fərdin olması da bu qayda əsasında sübuta yetirilir. Eyni qanun insanın uzun ömürlülüyünü təsdiqləyir. 1000 və ya 2000 ili insan üçün son ömür müddəti saymaq olmaz. İnsan bundan da çox yaşaya bilər...”(Bəyanul-Quran”, c. 5, s. 11,12. )
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024