İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-24, 6:58 AM
    Zühur əlamətləri
    Sual: 400. Zühurun hansı əlamətləri nəql olunur?
    Cavab: Rəvayətlərdə zühur mövzusunu araşdırdıqda onun bəzi əlamətləri ilə rastlaşırıq. Bəzi zühur əlamətlərini nəzərdən keçirək:
    1. Ümmətin azğın bayraq və şüarlardan xəbərdarlığı;
    2. Xalqın haqqa dəvət olunacağı qiyamlar barədə müjdə;
    3. Bu mövzuda qeybi xəbərlər və onların həyata keçməsi ilə insanlarda əminlik yaranması;
    4. Kafirlər İslamı qəbul etməzdən öncə dəlil və möcüzə istəyirlər. Zühurla bağlı xəbərlər isə gerçəkləşdikdə onlar üçün qəti dəlil olur;
    5. Zühur əlamətlərinin hər biri gerçəkləşdikdən sonra xalqın bu əqidəyə bağlılığı güclənir;
    6. Zühur əlamətləri birbəbir gerçəkləşdikcə Allah-tәalanın kafirlərə qarşı ciddi əzmi də üzə çıxır;
    7. Müsəlmanların zühura hazırlığı və bu qiyama zəmin yaratmaları üçün əlamətlərin müstəsna əhəmiyyəti var. Əlamətlər gerçəkləşdikcə müsəlmanların ruhi, siyasi və iqtisadi hazırlığı artır.
    8. İnsanda qeybi xəbərlərə meyl olduğundan zühurla bağlı xəbərlər kahinlik kimi xurafatın qarşısını alır.
    9. Zühur əlamətlərinin mühüm bir hissəsi İslamın siyasi gerçəkliklərindən sayılır. Məsullar öz strateji məsələlərinin araşdırılmasında bu əlamətlərə ciddi yanaşmış, proqramlarının tərtibində uyğun xəbərləri nəzərə almışlar.
    10. Zühur əlamətləri mövzusu təkcə şiələrə və ya müsəlmanlara aid olan bir mövzu deyil. Bütün dinlərdə az və ya çox bu həqiqətə inam mövcuddur.
    Alman yazıçısı Helsil "Xəbər və siyasət” kitabında yazır: "Biz məsihilər inanırıq ki, bəşər tarixi bir o qədər də uzaq olmayan gələcəkdə bir mərəkə ilə başa çatacaq. Həmin vaxt Məsih geri qayıdıb bütün diri və ölülərə hakim olacaq.”
    Sual: 401. Zühur əlamətləri ilə zühur şərtləri arasında hansı fərqlər var?
    Cavab: Zühur əlamətləri ilə zühur şərtləri arasındakı bəzi fərqləri nəzərdən keçirək:
    1. Zühurun şərtlərdən asılılığı gerçəkdir. Yəni əgər şərtlər ödənməsə, zühur baş verməz. Amma zühurun əlamətlərdən asılılığı gerçək deyil. Əlamətlər zühur üçün bir növ kəşf yönümünə malikdir.
    2. Əlamətlər bütün qeyb dövrü boyu gerçəkləşən pərakəndə hadisələrdir. Şəraitlər isə zühur vaxtınadək əlaqəli və davamlı qalacaq.
    3. İnsan zühur şərtlərinə münasibətdə vəzifəlidir.
    Sual: 402. Zühur əlamətlərinin bəyanı onun vaxtının bildirilməsinə qoyulan qadağa ilə zidd deyilmi?
    Cavab: Zühur vaxtının müəyyənləşdirilməsi onun əlamət və şərtlərindən fərqli bir mövzudur. Rəvayətlərdə zühur üçün kоnkret, dəqiq vaxt bildirmək qadağan olunmuşdur.
    Qadağanın səbəbləri var:
    1. Bu iddia üçün heç bir dəlil yoxdur;
    2. Əgər zühur vaxtı məlum olsa, düşmənlər müqavimət göstərmək üçün hazırlaşar. Bu səbəbdən də rəvayətlərdə bildirilir ki, həzrətin zühuru qəfildən baş verəsidir.
    3. Vaxt müəyyənləşdikdə cəmiyyətin ümid ruhiyyəsi güclənir. Onlar hər an zühurun baş verə biləcəyinə inanırlar.
    Sual: 403. Məgər zühur əlamətlərinin bildirilməsi siyasi sirlərin düşmənlərə açılması deyilmi?
    Cavab: Peyğəmbərlər və məsum imamlar heç vaxt səhvə yol vermədiyindən onların bildirdiyi qeybi xəbərlər düşmən üçün kömək ola bilməz. Allahın qəti iradəsi ilə gerçəkləşən əlamətlərin qarşısını almaq mümkünsüzdür.
    Sual: 404. Zühur əlamətləri dəyişə bilərmi?
    Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, zühur əlamətləri iki qisimdir:
    Onlardan bəziləri qətidir və dəyişə bilməz ("bəda”), bəziləri isə şəraitdən asılı olaraq dəyişə bilər. Davud ibn Əbül-Qasim deyir: "Biz Əbu-Cəfər Məhəmməd ibn Əli Rizanın (ə) yanında olduğumuz vaxt söhbət Süfyaninin xürucundan düşdü. Rəvayətlərdə bildirilir ki, bu hadisə qətidir. Əbu-Cəfərdən bu hadisənin dəyişə biləcəyi haqqında ("bəda”) soruşdum. Həzrət buyurdu: "Bəli”. Ərz etdim ki, biz Qaimin zühurunda da dəyişiklik ("bəda”) olacağından qorxuruq. Həzrət buyurdu: "Qaim hadisəsi Allahın vədlərindəndir və Allah öz vədinə xilaf çıxmaz.”(Nemani, "Əl-Ğeybət”, s. 303; "Bihar”, c. 52, s. 250,251.)
    Dəyişməz əlamətlərin bəzi nişanələri ilə tanış olaq: "Rəvayətlərdə bu əlamətlərin qəti bəyanı; andla təkid; "labüd” sözü ilə təkid; "Lam” hərfi ilə təkid; "innə” hissəsi ilə təkid; təkrarla təkid.
    Sual: 405. Zühur əlamətlərini araşdırmaq üçün düzgün yol varmı?
    Cavab: Zühur əlamətləri ilə bağlı üç əsas problem var. Bu nöqtələrin hər biri dəqiq araşdırılmalıdır: Mötəbər dəlillə əlamətin sübutu; Əlaməti anlaşılmaz haldan çıxarmaq; əlamətin gerçəkləşməsinin sübutu və ya inkarı üçün qaydalar.
    Zühurla bağlı mötəbər rəvayətləri uydurma rəvayətlərdən fərqləndirmək üçün onların məsumlardan nəql olunması kifayətdir.
    Zühur əlamətini iki yolla aydınlaşdırmaq olar:
    a) Fiqhi rəvayətlərdə də istifadə olunan elmi üsul;
    b) Elmi müqəddimələr. Məsələn, tarix, coğrafiya, riyaziyyat, zühur əlamətlərinə aid terminlər.
    Bir əlaməti sübuta yetirmək və ya inkar etmək üçün müəyyən qaydalardan istifadə etmək olar:
    1. Həmin əlaməti dəqiq şəkildə təsəvvürə gətirib onu xarici aləmə tətbiq etmək;
    2. Dəlillərlə sübuta yetirilsin ki, həmin əlamət keçmiş dövrdə olub, yoxsa yox.
    3. Gələcək zamanda həmin əlamətin gerçəkləşməsi ehtimalı olmasın.
    Sual: 406. Zühur əlamətlərini bəyan edən rəvayətlərin sənədi və ya mətnində nöqsan varmı?
    Cavab: Bəziləri iddia edirlər ki, zühur əlamətləri ilə bağlı rəvayətlərin sənədi zəifdir və bu rəvayətlər mətn baxımından ağılabatan deyil.
    Uyğun irada cavab verək:
    1. Zühur əlamətləri ilə bağlı xəbərlərin əksərinin səhih sənədi var. Hətta bəzi rəvayətlər mütəvatirdir. Onların əksərinin məzmunu aydındır.
    2. Bütün dini mövzularda zəif rəvayətlər mövcuddur. Bir neçə zəif rəvayətə görə hansısa həqiqəti inkar etmək olmaz. Əksinə, düzgün yolla sənədi araşdırmaq lazımdır.
    3. Zühur əlamətlərinin tətbiqində yanlışlıq baş versə də, araşdırmadan əl çəkmək olmaz. Elmi və mötəbər üsullarla araşdırmanı davam etdirmək lazımdır.
    Sual: 407. Zühurdan öncə qətlə yetiriləcək "Nəfsi-zəkiyyə” kimdir?
    Cavab: Şiə rəvayətlərində həzrət Mehdinin (ə) "Nəfsi-zəkiyyə”nin qətlindən sonra zühur edəcəyi bildirilir.
    İmam Sadiq (ə) buyurur: "Qaimin qiyamı Nəfs-zəkiyyənin qətlə yetirilməsi arasında fasilə 15 gecədən çox deyil.”
    Şeyx Müfid deyir: "Zühur əlamətlərindən biri də Nəfsi-zəkiyyənin 70 salehlə birlikdə Kufə yaxınlığında qətlə yetirilməsidir.”(İrşad”, c. 2, s. 368.)
    Bəzi rəvayətlərdə bildirilir ki, Nəfsi-zəkiyyə imam Mehdi (ə) tərəfindən təbliğ əmri аlаn şəxsdir və bu şəxs rükn və məqam arasında şəhadətə çatacaq.”("Bihar”, c. 52, s. 307)
    Bəziləri güman edir ki, Nəfsi-zəkiyyə Mənsur Abbasinin dövründə qiyam qaldırmış Məhəmməd ibn Abdullah ibn Həsən ibn Əli ibn Əbi-Talibdir. Amma bu ehtimalın ziddinə bir sıra dəlillər var:
    1. Rəvayətlərdə Nəfsi-zəkiyyənin rükn və məqam arasında öldürüləcəyi bildirilir. Məhəmməd ibn Abdullah ibn Hüseyn isə başqa yerdə şəhadətə çatmışdır.
    2. Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) zühuru ilə Nəfs-Zəkiyyənin qətlə yetirilməsi arasında 15 gecə fasilə var.
    3. Məhəmməd ibn Abdullah ibn Həsən həzrət Mehdinin (ə) mövludundan öncə qətlə yetirilmişdir.
    4. Məhəmməd ibn Abdullahın niyyəti xalis olmamış, "Məqatilut-Talibin” mənbəsində bildirildiyinə görə bu şəxs Məhdəviyyət iddiasında olmuşdur. Atası onu Bəni –Üməyyənin süqutundan və Bəni-Abbas dövləti təsis olunmamış Mehdi (ə) kimi tanıtdırırdı.(Məqatilut-Talibin”, s. 171. )
    5. İmam Sadiq (ə) buyurur: "Nəfsi-Zəkiyyə” qətlə yetirildikdən sonra həzrət Mehdi zühur edəcək.”("Kafi”, c. 8, s. 225. )
    Sual: 408. Məsih Dəccal kimdir?
    Cavab: Həzrət İsa kimi Dəccal da məsih adlandırılmışdır. Amma məsih sözü təklikdə işlədildikdə həzrət İsa nəzərdə tutulur. Məsih Dəccal elə tanınmış Dəccalın özüdür. Onun haqqında bəzi ehtimallar var:
    Bu şəxs məsihiyyət bayrağı ilə zühur edəcək; оnun qiyamı bütün yer üzünü bürüyəcək; bu şəxs Məsihə qarşı çıxdığı üçün Məsih ləqəbi almışdır.
    Sual: 409. Süfyani kimdir?
    Cavab: Əhli-beyt rəvayətlərində Süfyaninin xürucu qəti zühur əlamətlərindən sayılmışdır:
    Şeyx Tusi imam Sadiqdən (ə) belə nəql edir: "Süfyaninin xürucu zühurun qəti əlamətlərindəndir.”(Əl-Ğeybət”, s. 435. )
    Bir çox şiə və sünni rəvayətlərindən belə anlaşılır ki, Süfyani imam Mehdiyə (ə) qarşı çıxmaq qəsdində olan inadkarlardandır. O, Beyda adlanan məntəqədə öz qoşunu ilə birlikdə yerə batacaq.
    Müslim həzrət Peyğəmbərdən (s) belə nəql edir: "Bir şəxs Allah evinə pənah gətirər. Həmin vaxt ona doğru qoşun göndərilər. Bu qoşun Beydaya çatdığı vaxt yerə batar.”("Səhihe-Müslim”, c. 8, s. 167)
    Nemani imam Sadiqdən (ə) belə nəql edir: "Qaimin beş əlaməti var...” Həzrət bu beş əlamət arasında düşmənin Beydada yerə batmasını da nəql edir.(

    "Əl-Ğeybət”, s. 252. )
    Nemani digər bir yerdə zühur əlamətləri sırasında Süfyaninin xürucunu və qoşunu ilə Beydada yerə batmasını qeyd edir.(Həmin mənbə, s. 264. )
    Sual: 410. Hərmucəddun mərəkəsi nədir?
    Cavab: Bəzi alimlər Hərmucəddun məntəqəsində baş verəcək mərəkəni imam Mehdinin (ə) zühuru üçün əlamət sayırlar. Bu əhvalat hətta digər səmavi kitablarda da nəql olunmuşdur.(Röyaye-Yuhanna”, 16:13-16; Sefri-Zəkəriyya, 14:1-5; Ketabe-müqəddəs, s. 843. )
    Yəhudilər və məsihilər bu mərəkəni tarixin sonunda baş verəcək çox böyük müharibə hesab edirlər.
    "Hərmucəddun” sözü dağ mənasını bildirən "hər” və vadi və ya kiçik dağ adı olan "mucəddu” sözündən düzəldilmişdir. Bu vadi Fələstinin şimalında yerləşir. Onların nəzərincə, bu savaşda 400 milyon nəfər iştirak edəcək. Bu qoşun İraqdan, İrandan, Livanda, Sudandan, cənubi Qafqaz və Rusiyadan toplanasıdır.
    Doktor Əbdül-Kərim Zübeydi deyir: "Bu hadisə imam Mehdinin (ə) zühurundan öncə baş verəcək həmin hadisədir. Rəvayətlərdə bu mərəkə "Tərqisya” adlandırılmışdır. Bu qoşun Аmerikadan, Аvropadan, Rusiyadan, Türkiyədən, Misirdən, Qərbi ərəb dövlətlərindən, Suriyadan, İordaniyadan, Livandan, Fələstindən və İsraildən olan çoxsaylı qüvvələrdən təşkil olunacaq. Şam sərhəddində bu qoşunlar rastlaşdığı vaxt Süfyani xüruc edəcək...”
    Kuleyni nəql edir ki, imam Sadiq (ə) Muyəssərə buyurdu: "Agah ol ki, orada (Qərqisyada) göylər və yer yaranandan bu günədək oxşarı olmayan bir hadisə baş verəcək.”(Kafi”, c. 8, s. 245.)
    Bu mövzuda nəql olunmuş rəvayətlərdən məlum olur ki, bu müharibədə düşmən tərəfindən komandan Süfyani adlı bir şəxsdir. Bu şəxs İsrail və Amerika casusluq mərkəzlərinin köməyi ilə xalq arasında təfriqə salar və insanları insanlara qarşı təhrik edər. Həzrət Mehdi (ə) öz tərəfdarlarından bir hissəsi ilə Kəbəyə sığındığı vaxt bu qoşun Beyda məntəqəsində yerə batar.
    Buxari həzrət Peyğəmbərdən (s) belə nəql edir: "Siz yəhudilərlə savaşanadək qiyamət qopmaz. Həmin vaxt o qədər yəhudi öldürülər ki, hətta yəhudinin pənah apardığı daş deyər: "Ey müsəlman! Mənə sığınan şəxs yəhudidir, onu qətlə yetir.”("Səhihe-Buxari”, c. 3, s. 232.)
    Sual: 411. "Sionist məsihiyyət” dedikdə nəzərdə nə tutulur?
    Cavab: "Sionist məsihiyyət” dedikdə dünyanın sonu ilə bağlı öncəgörmələrə əsaslanan siyasi, iqtisadi, mədəni, hərbi bir cərəyan nəzərdə tutulur. Bu cərəyan yalnız gücə istinad edir.
    Bu güruh kin-küdurət dolu ədəbiyyat və şiəliklə aşkar düşmənçilik əsasında Yerusəlimdə bütün qüvvələrini İslam ölkələrinə qarşı səfərbər etməyə səy göstərir. Onlar nəzərdə tutduqları zühur üçün zəmin hazırlamağa və bütün maneələri aradan götürməyə çalışırlar.
    Bu cərəyanın aparıcıları Tövrata müraciət və yəhudi kitablarına etiqadla həzrət İsanın zühuru üçün bütün dünyanı əhatə edəcək müharibəni şərt sayırlar. Bu savaş üçün mərkəz kimi işğal olunmuş Fələstində yerləşən Аrmagedon məntəqəsini göstərirlər. Bu ideologiyanın arxasında yəhudilərin bütün Fələstin üzərində (hətta Suriya və İraqda) hakimiyyətə çatıb böyük İsrail təşkil etmək planları dayanır.
    Sual: 412. Günəş və ay tutulmaları zühur əlamətidirmi?
    Cavab: Zühur əlamətlərini bəyan edən rəvayətlərdə bildirilir ki, ayın ortasında ay tutulması və ayın əvvəlində günəş tutulması zühur nişanələrindəndir.
    İmam Baqir (ə) buyurmuşdur: "Həqiqətən, Bizim Mehdinin (ə) iki nişanəsi var. Göylər və yer yarandığı gündən belə bir hal olmamışdır. Əvvəla, ramazanın ilk gecəsində ay tutular, ikincisi, ramazanın ortasında günəş tutular.”("Sünəne-darqutni”, c. 2, s. 51) Bu qeyri-adi hadisə ilə bağlı iki ehtimal var:
    1. Bu hadisələri yaradan səbəb kimi fəzada qəfil peyda olan kütlə göstərilir. Bu kütlə bəzən günəş və ay qarşısından keçib "xüsuf” və "küsuf” hadisələri yaradır.
    2. Bu kütlənin yerdən qopduğu ehtimal olunur. Mümkündür ki, gələcəkdə elmi-texniki tərəqqi nəticəsində yerdən bir parça qoparılsın və bu parça günəşlə ayın qarşısını kəssin.
    3. Bu iki hadisə təbiət qanunlarına uyğun deyil.
    Sual: 413. Zühur əlaməti olan səma səsi nədir?
    Cavab: İmam Baqir (ə) buyurur: "Həqiqətən, Mehdinin (ə) xüruc əlamətlərindən biri ramazan ayında səmadan səs gəlməsidir.”(Kəmalud-din”, s.328.) İmam Sadiq (ə) buyurur: "Səma səsi ramazan ayında baş verəcək, gənc qadınlar pərdə arxasından baş götürüb qaçacaq, yuxudakılar oyanacaq və oyaqlar səsdə qərq olacaq.”("Əl-Ğeybət”, s. 252. )Bu rəvayətdə iki ehtimal var:
    1. Səma səsi dedikdə Cəbraildən eşidilən və hamını bürüyən səs nəzərdə tutula bilər.
    2. Səma səsi dedikdə məqsəd dünyəvi əzab, dünya müharibəsi ola bilər. Eyni vaxtda yer kürəsinin müxtəlif nöqtələrində partlayan atom bombaları dəhşətli səs yarada bilər. Bu sayaq partlayışların Avropa, Amerika, Rusiya və Çində baş verəcəyi gözlənilir. Amma müsəlmanlar amandadırlar və yalnız həmin partlayışların səsini eşidərlər.
    Sual: 414. Zühur əlamətlərindən olan səma nidası nədir?
    Cavab: Bu mövzu ilə bağlı üç qrup rəvayət var:
    1. Nida haqqında ümumi məlumat verən rəvayətlər;
    2. Haqq və batilin nidalarından ibarət iki nida;
    3. Qaimin adı ilə nida.
    Səma səsi və səma nidası haqqında danışan hədislər məcmusundan anlaşılır ki, bütün bunlar müştərək mənaya malikdir. Bu müddəanı sübuta da yetirmək olar:
    a) Həm səs, həm də nida Cəbrailə aid edilmişdir;
    b) Hər iki hadisənin eyni bir vaxtda, yəni ramazan ayının 23-ü, cümə gecəsi baş verəcəyi bildirilir.
    v) Hər iki hadisənin təsirləri eyni şəkildə bəyan olunur.
    Sual: 415. Dəccalın zühuru dedikdə nəzərdə nə tutulur?
    Cavab: Bir çox rəvayətlərdə, xüsusi ilə sünnə əhli hədislərində Dəccalın zühuru haqqında danışılır. Bu hadisə imam Mehdinin (ə) hakimiyyətindən öncə baş verəsidir.
    Buxari nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Dəccal Mədinə ətrafında görünüb üç dəfə savaş hazırlığını bildirəcək və ətrafına kafirlər, münafiqlər toplanacaq.”("Səhihe-Buxari”, c. 8, s.102. )Sünnə əhli mənbələrində Dəccalın bəzi sifətləri zikr olunmuşdur: Rəblik iddiası edər; ömrü uzundur; yanında su və od var; kora və dəri xəstəsinə şəfa verər; ölünü dirildər; biri öldürüldükdə onu ayağa qaldırar; onda behişt və atəş var; bəyaz su və oddan çeşməsi var; istəkləri qəbul olar.("Səhihe-Muslim”, c. 8, s. 197)
    Dəccalda bəzi sifətlərin olduğu ehtimal edilir:
    a) Dəccal qeyri-adi işlər görən, sehr-caduya malik real şəxsdir.
    b) Dəccal dedikdə İblis nəzərdə tutulur;
    v) Ehtimal olunur ki, Dəccal şiə rəvayətlərində adı çəkilən Süfyanidir.
    q) Dəccal dedikdə İsrail nəzərdə tutulur.
    Öncə belə görünür ki, Dəccal hadisələri elə İsraillə bağlı hadisələrdir. Çünki:
    Əvvəla, Əhli-beyt (ə) rəvayətlərində bu hədislər yoxdur;
    İkincisi, əksər Dəccal hədisləri əslən yəhudi olan Kəbul-Əhbar tərəfindən nəql olunmuşdur. Bu şəxsin bütün hərəkətləri şübhə doğurmuşdur.
    Üçüncüsü, məsihin zühur edib Dəccalı öldürməsi yəhudilərə aid əqidədir.
    Seyyid Məhəmməd Sədr deyir: "Dəccal İslam və onun əsasları ilə düşmənçilik edən qərbin mədəni tərəqqisinin simvoludur. Bu mədəniyyət hər bir insanı qul etmək məqsədindədir. Aşkar görürük ki, əsrimizdə bütün dünyanı, hətta müsəlmanları hökm altına almışdır...”(Tarixi ma bəd əz zühur”, s. 141, 142. )
    Quran və həzrət Mehdinin (ə) zühuru
    Sual: 416. "Vəd” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir?
    Cavab: Allah-tәala buyurur: "Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd edir ki, hökmən onları yer üzünün hökmranı edəcək. Necə ki, onların əvvəlkilərinə yer üzünün xilafətini bəxş etmişdi. Onlar üçün bəyəndiyi din və ayini möhkəmlədəcək, qorxularını aramlığa çevirəcək. Belə ki, yalnız Mənə pərəstiş etsinlər və bir şeyi Mənə şərik qoşmasınlar. Bundan sonra kafir olanlar azğınlardır.”("Nur”, 55. )
    Yuxarıdakı ayə həzrət Mehdinin (ə) zühur dövrünə və ümumdünya tövhid hökuməti əsrinə aiddir. Bu müddəanın dəlilləri var:
    1. Bu ayə dünyanın sonunda İslamın digər dinlər üzərində qələbəsini bildirən digər ayələrə münasibdir.
    2. "Əl-ərz” sözü bütün yer üzünə işarədir.(Təfsire-ibn-Kəsir”, c. 2, s. 614; "Cameul-bəyan”.)
    3. Bu vaxtadək qorxu tam şəkildə aramlığa çevrilməmişdir. Bu hal yalnız möminlərin əhatəli hakimiyyəti zamanı yarana bilər.
    4. Ayə ilə bağlı nəql olunmuş rəvayətlər nəzərdə tutulmuş mənanı təsdiqləyir.
    Qurtubi hazırkı ayə ilə bağlı həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Həmin gün yer üzündə Allah tərəfindən İslam kəlməsi daxil edilməmiş ev yoxdur.”(

    "Təfsire-Qurtubi”, c. 7, s. 429. 
    ) Sudəyy İbn-Abbasdan nəql edir ki, ayə Ali-Məhəmməd haqqında nazil olmuşdur.(Şəvahidut-tənzil”, c. 1, s. 413.) İmam Səccad (ə) buyurmuşdur: "Bu ayə həzrət Qaimin şəninə nazil olmuşdur.”("Təfsire-Safi”, c. 3, s. 444. )
    İmam Sadiq (ə) buyurmuşdur: "Bu ayə Qaim və onun səhabələri haqqında nazil olmuşdur.”(Nemani, "Əl-Ğeybət”, s. 126.)
    5. Dörd xəlifənin dövründə də yer üzündə kamil əmin-amanlıq yaranmadı. Xüsusi ilə İran və Rum kimi qüdrətli düşmənlər İslam üçün təhlükə mənbəyi idi. Bu səbəbdən də 30 il ərzində çoxsaylı savaşlar baş verdi.
    Fəzl deyir: "İmam Sadiqə (ə) ərz etdim ki, bəziləri bu ayənin Əbu-Bəkr, Ömər, Osman və Əli haqqında nazil olduğunu düşünür. Həzrət buyurdu: "Allah onların ("nasibə”) qəlbini hidayət etməz. Axı nə vaxt Allah və onun rəsulunun dini yetərincə təsbit olub?! Axı nə vaxt həmin xəlifələrin dövründə qəlblərdən şəkk-şübhə çıxıb?! Onların dövründə hansı fitnələr qopmadı, hansı savaşlar baş vermədi?!”("Təfsire-Kənzul-dəqaiq”, c. 9, s. 335.)
    Sual: 417. "Ərsələ rəsuləhu” ayəsi imam Mehdinin (ə) zühurunu necə sübuta yetirir?
    Cavab: Allah-tәala buyurur: "O, müşriklər ikrah duysa belə, bütün ayinlərə qalib gəlmək üçün öz peyğəmbərini hidayət və haqq dinlə göndərən kəsdir.”("Tövbə”, 33. )Ayədə hidayət dedikdə rəsulun göndərilməsi ilə gerçəkləşən ilahi hidayət, "haqq din” dedikdə İslam dini nəzərdə tutulur.
    Fəxr-Razi deyir: "Bu, gələcəkdə gerçəkləşəsi ilahi bir vəddir. Rəvayətlərə əsasən, bu vəd həzrət İsanın və həzrət Mehdinin (ə) dövründə həyata keçər.”("Təfsire-Fəxr-Razi”, c.12, s. 104.)
    Təbəri deyir: "Həzrət İsa nazil olan vaxt bütün dinlər batil olar və İslam dini bütün dinlərə qalib gələr.”("Cameul-bəyan”, c. 13, s. 109. )
    Səid ibn Cübeyrdən rəvayət olunur ki, bu ayə Fatimə (s) övladlarından olan Mehdiyə (ə) aiddir. Allah onu bütün dinlərə qalib edəcək.”(Əl-Füsulul-Mühimmə”, s. 300. )
    Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "And olsun Allaha, bu ayə hələ ki gerçəkləşməyib və Qaim qiyam edənədək gerçəkləşməz. O, zühur etdiyi vaxt yer üzündə Allahı inkar edən bir nəfər qalmaz.”(Təfsire-Bürhan”, c.3, s. 407. )
    Sual: 418. "Vərasət” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübut edir?
    Cavab: Allah-tәala buyurur: "Biz zikrdən sonra Zəburda yazdıq ki, mənim saleh bəndələrim yer üzündə varis olacaq.”(Ənbiya”, 105. )
    Ayədə Zəbur deyərkən Davuda nazil olmuş səmavi kitab, zikr deyәrkən Tövrat nəzərdə tutulur. Zəburda oxuyuruq: "Şər qüvvələrin kökü kəsilər, Allaha təvəkkül edənlər yer üzünə varis olar...”(Məzmur”, 37:9-11.)
    Davudun Məzmurun 29-cu ayəsində deyilir: "Salehlər yer üzünə varis olacaq və orada əbədi qalacaqlar.” "Əl-ərz” dedikdə dünya və behişt nəzərdə tutulur.(Əl-Mizan”, c. 14, s. 493.)
    "İbadiyəs-Salehun” təbiri bütün dövrlərə, məkanlara və qövmlərə aiddir. Məhz həzrət Mehdinin (ə) zühur edəcəyi dövrdə bütün yer kürəsi Allahın saleh bəndələrinin ixtiyarına keçəcək.
    İbn-Kəsir deyir: "Allah-tәala şərif ayədə müjdə verir ki, öz saleh bəndələrini dünya və axirətdə səadət çatdırıb onları yer və behiştdə varis edəcək.”("Təfsire-ibn-Kəsir”, c.2, s. 524. )
    Alusu deyir: "Bu ayəni Mehdi (ə) əsrinə və həzrət İsanın (ə) nazil olduğu dövrə aid etsək, digər yanaşmalara ehtiyac qalmır.”(Ruhul-Məani”, c. 17, s. 95.)
    Suban həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Allah mənim üçün yer üzünü cəm etdi. Mən onun şərq və qərbini müşahidə etdim. Tezliklə mənim ümmətim ona çatacaq.”(Həmin mənbə.)
    İmam Baqir (ə) buyurur: "İbadiyus-Salihun” dedikdə dünyanın son dövründə həzrət Mehdinin (ə) səhabələri nəzərdə tutulur.”(Məcməul-bəyan”, c. 7, s. 66.)
    Sual: 419. "İztizaf” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir?
    Cavab: Allah-tәala buyurur: "Biz istədik ki, yer üzünün müstəzəflərinə minnət qoyaq, onları öncül və varis edək.”(Qəsəs”, 5. )
    Sünni və şiə təfsirçiləri bu ayənin Bəni-İsrail qövmü haqqında olduğunu bildirirlər.(Məcməul-bəyan”, c. 8, s. 375; "Dürrül-Mənsur”, c. 6, s. 392.) Yer üzündə əziyyətə düçar olmuş və Allah tərəfindən fironçulara qalib edilmiş qövm onlar idi. Zahiri baxımdan isə ayə Allahın qiyamət gününədək müztəzəflərlə bağlı iradəsini açıqlayır. Allah istəmişdir ki, xüsusi bir şəraitdə müztəzəfləri yer üzünün təkəbbürlü hakimlərinə qalib etsin. Bəni-İsrailin fironçular üzərində qələbəsi buna misal ola bilər. Uyğun qanunun daha kamil nümunəsi İslamın zühurundan sonra peyğəmbərin hakimiyyətidir. İslami rəvayətlərə əsasən, daha kamil nümunə zühur dövründə həzrət Mehdinin (ə) hakimiyyətidir. Bu mənanı bir sıra dəlillərlə sübuta yetirmək olar:
    1. Allahın iradəsi haqqında danışılarkən "müzare” formadan (fеlin indiki vә yа gәlәcәk zаmаn fоrmаsı) istifadə edilməsi davam göstəricisidir.
    2. Ayədə ümumi şəkildə müztəzəflərdən danışılır və təkcə Bəni-İsrail nəzərdə tutulmur.
    3. Bu ilahi sünnənin xüsusi hal üçün nəzərdə tutulmaması şiə və sünni rəvayətlərindən aşkar görünür:
    İmam Sadiq (ə) buyurur: "Həqiqətən, ayə dünyanın sonunda zühur edib zalımların kökünü kəsəcək, şərq və qərbə sahib olacaq, bütün yer üzünü zülm bürüdükdən sonra ədaləti bərpa edəcək əmr sahibinə aiddir.”("Təfsire-Bürhan”, c.6, s. 58. )
    Həzrət Əli (ə) buyurmuşdur: "Dünya bizim qarşımızda tərs dəvə kimi azğınlıq etdikdən sonra bizə üz tutar və ram olar.” Sonra həzrət həmin ayəni tilavət etmişdir.(Şəvahidut-tənzil”, c. 1, s.438; "Yәnabiul-Mәvəddət”, s. 437.)
    Sual: 420. "İrtidad” ayəsi imam Mehdinin (ə) zühurunu necə sübuta yetirir?
    Cavab: Allah-tәala buyurur: "Ey iman gətirənlər! Sizlərdən hər hansınız öz ayinindən dönsə, Allah elə bir cəmiyyət gətirər ki, onları dost tutar və onlar da Onu sevər. Onlar möminlər qarşısında təvazökar, kafirlər qarşısında sərtdirlər. Onlar Allah yolunda cihad edər və heç bir məzəmmətdən çəkinməz. Bu, Allahın istədiyi kəsə verdiyi fəzldir. Allahın fəzli genişdir və Allah biləndir.”(Maidə”, 54.)
    Ayədə çevriliş ("istibdal”) qanununa işarə olunur. Yəni bir cəmiyyət vəzifəsinə əməl etmədiyindən başqa bir cəmiyyətlə əvəz olunur. Onlar Allah rəsulunun xəlifəsini rədd edib, cihaddan boyun qaçırdılar. Eləcə də, Allahın dininin tətbiqində səhlənkarlıq göstərdilər.
    Rəvayətlərə müraciət etdikdə görürük ki, Əhli-beyt ayənin imam Mehdinin (ə) aid olduğunu düşünür. Süleyman ibn Harun Əcəli deyir: "İmam Sadiq (ə) buyurdu: "Həqiqətən, əmr sahibi hifz olunur. Əgər bütün bəşəriyyət məhv olsa, Allah-tәala onun səhabələrini ətrafında toplayar. Allah onların haqqında "hər kəs öz ayinindən dönsə” ayəsini buyurmuşdur.”("Təfsire-Bürhan”, c.2, s. 473. )
    Sual: 421. "Qital” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə sübuta yetirir?
    Cavab: Allah-tәala buyurur: "Fitnəni aradan götürüb, bütün din Allaha məxsus olanadək onlarla vuruşun.”(Ənfal”, 39. )
    Ayədə bildirilir ki, şirk və küfrün kökü qazılmalıdır. Din bütünlüklə Allaha məxsus olmalı və yer üzündə bir nəfərdə olsun müşrik qalmamalıdır. Hələ ki, bu məqsəd gerçəkləşməmişdir. Hansı ki, nə vaxtsa yer üzündə fitnənin kökü kəsilməli və din yalnız Allah üçün olmalıdır.
    Rəvayətlərə əsasən bu məqsəd həzrət Peyğəmbərin (s) zühuru dövründə gerçəkləşəcək. "Tövbə” surəsinin 33-cü ayəsində də bu məsələyə işarə olunur.
    Alusi yuxarıdakı ayə ilə bağlı deyir: "Məqsəd budur ki, bütün batil dinlər aradan getməli, ya da hər hansı səbəbdən hamı İslamı qəbul etməlidir.”(Ruhul-Məani”, c. 9, s. 174.) Alim başqa bir məqamda belə deyir: "Qeyd olundu ki, bu ayə hələ ki gerçəkləşməmişdir. O, həzrət Mehdinin (ə) zühuru dövründə həyata keçəsidir. Həmin əsrdə yer üzündə bir nəfər olsun müşrik qalmaz.”(Həmin mənbə.)
    İmam Sadiqdən (ə) yuxarıdakı ayə haqqında soruşulduqda həzrət buyurur: "Hələ ki ayə gerçəkləşməmişdir. Əgər bizim Qaim qiyam etsə, həmin dövrdə olanlar ayənin gerçəkləşməsini görər. Əlbəttə ki, Məhəmmədin (s) dini gecənin qaranlığı ilə örtülmüş bütün nöqtələrə çatar. Bütün yer üzündə şirk və bütpərəstliyin kökü kəsilər.”("Təfsire-Safi”, c.2, s. 303. )
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 633 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024