İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-24, 6:57 AM
    Zühurun başlanğıcı
    Sual: 422. Haradan bilirik ki, Mehdi (ə) zühur edəcək?
    Cavab: Əvvəlki söhbətlərimizə əsasən, biz xilaskarı qeyri-müəyyən yox, kоnkret bir şəxs kimi tanıyırıq. Yəni inanırıq ki, imam Həsən Əsgərinin (ə) Mehdi (ə) adlı övladı məlum zahiri və batini xüsusiyyətlərlə zühur edəcək. Bu səbəbdən də onu kimsə ilə səhv salmağımız mümkünsüzdür. Bundan əlavə, möcüzə də həzrətin vücudunu təsdiqləyir. Əhli-beytdən (ə) olan məsum imamların hər biri həzrət Mehdinin (ə) xüsusiyyətlərini zikr etmişdir.
    Əlbəttə ki, bu inancdan sui-istifadə oluna bilər. Necə ki, peyğəmbərlik məqamından sui-istifadə olunmuşdur. Əsrin imamını peyğəmbər və imamlar tərəfindən qeyd olunmuş xüsusiyyətlərlə tanımaq vəzifəmizdir. Yalnız belə bir tanışlıq sayəsində fırıldaqçılara aldanmarıq.
    Sual: 423. Həzrət Mehdi (ə) münasib zühur vaxtından necə xəbər tutar?
    Cavab: Sual həm şiələr, həm də qeyri şiələr tərəfindən verilə bilər. Əgər sualı verən şiə deyilsə, sualı iki cür cavablandırmaq olar:
    a) Məhdəviyyət məsələsi digər ictimai mövzular kimi araşdırılmalıdır. Əgər həzrətin zühuru ictimai zərurətdirsə, bu hadisə hökmən baş verəcək.
    q) İmamın zühuru Allah tərəfindən müəyyənləşdirildiyi üçün bu zühur üçün məhz Allahın əmri olmalıdır.
    Sualı verən şəxs şiə olduqda ona başqa şəkildə cavab verilir.
    1. Həzrət ata-babalarından nəql olunan rəvayətlərdən xəbərdardır.
    2. İmam möcüzə yolu ilə öz zühurundan xəbər tutar. Zühur vaxtı çatdığı vaxt Allah möcüzə göstərərək həzrəti xəbərdar edər. Bu ehtimala rəvayətlərdə işarə olunmuşdur:
    Ravəndi nəql edir ki imam Kazim (ə) buyurmuşdur: "Həzrətin zühur vaxtı çatanda o bu məsələdən xəbər tutar. Bu batini elm ona nida edər: Ey Allahın vəlisi! Zühur et, Allah düşmənlərini qətlə yetir.” Həzrətin qılıncı var və bu qılınc zühur vaxtı qınından çıxıb ona nida edər: "Ey Allahın vəlisi, zühur et. Allahın düşmənlərini boşlamaq sənə halal deyil.”(Xəraic və cəraih”, c. 3, s. 1167; "Kəmalud-din”, s.155; "Bihar”, c. 52, s. 311.)
    Səduq Müfəzzəl ibn Ömərdən nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən, bizlərdən gizli bir imam var. Allah onu qeybdən çıxarmaq istədiyi vaxt qəlbinə əlamət qoyar...”("Kəmalud-din”, s. 349; "Bihar”, c. 51, s. 57; "Kafi”, c. 1, s. 343.)
    Bir hədisdə həzrət Mehdinin (ə) belə buyurduğu nəql olunur: "Biz Əhli-beytin elmi üç növdür: Keçmişlə, gələcəklə və hadisə ilə bağlı elm. Keçmişlə bağlı elm təfsirdir. Gələcəklə bağlı elm saxlanmışdır. Hədis elmi qəlblərə və qulaqlara zümzümə çalmaqdır. Bu, bizim elmin ən üstünüdür...”(Dəlailul-imamət”, s. 524. )
    3. Həzrət Mehdi (ə) ilahi zəkası ilə qeyb vaxtını bilər.
    Qeyd edək ki, ikinci ehtimal rəvayətlərə və əqlə daha çox uyğundur.
    Sual: 424. Nə üçün həzrətin zühur vaxtı müəyyənləşməmişdir?
    Cavab: Bəzən belə bir sual yaranır ki, nə üçün İslam mənbələrində zühur vaxtı göstərilmir? Cavab olaraq deyə bilərik ki:
    1. Bir şəxslə görüş arzusunda olan insan onun nə vaxt gələcəyini bilmədikdə intizar və hazırlıq halında olur. Döyüş vaxtı bilindikdə isə həmin vaxtadək hazırlıq görülmür.
    2. Zühur vaxtının bilinməməsi bir növ imtahandır.
    3. Qeyb dövrü hansısa əsaslarla tezləşdirilib, yubadıla bilər. Bu isə həmin vaxtın müəyyənləşdirilməsinə imkan vermir.
    4. Zühur vaxtı bilinsəydi, həzrətin düşmənləri ciddi hazırlıq görərdi.
    İmam Sadiq (ə) ibn Nemana buyurur: "Ey Neman oğlu! Sənə hər şeyi bildirmək olmaz... Tələsmə. And olsun Allaha! Zühur hadisəsi üç dəfə yaxınlaşmış, amma siz onu faş etdiyinizdən təxirə düşmüşdür. And olsun Allaha! Sizin elə bir sirriniz yoxdur ki, düşmən onu sizdən yaxşı bilməsin.”
    5. Zühur vaxtı təyin olunmadığından insanda xüsusi bir diqqət halı yaranır. Zühur vaxtı bilinsəydi, uyğun mənəvi halı saxlamaq çətin olardı.
    6. Zühur vaxtı müəyyən olunmadığından insanlar zühurun tezləşməsinə təsir göstərəcək əməllərə təşviq olunur.
    7. Həzrətin zühuru çox uzun çəkə bilər. İnsanların ümidini üzməmək üçün onun vaxtı müəyyənləşdirilməmişdir.
    Sual: 425. Zühur vaxtını təyin etmək düzgündürmü?
    Cavab: Zühur vaxtı bir neçə şəkildə təyin oluna bilər:
    1. Məsələn, bəyan oluna bilər ki, zühur filan ildə, filan ayda, filan gündə baş verəcək. Belə bir ehtimal batildir.
    2. Zühur vaxtının ümumi şəkildə müəyyənləşdirilməsi. Məsələn, deyirik ki, zühur Allah istəyən vaxt baş verəcək. Belə bir ehtimalda eyb yoxdur.
    3. Riyazi yollarla zühur vaxtını müəyyənləşdirmək. Bəzi rəvayətlərdə bu ehtimala yer verilsə də, həmin rəvayətlərin sənədi mötəbər deyil.
    4. Rəvayətlərə əsaslanaraq zühur vaxtına işarə etmək:
    Təbəri nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Qaim tək ildə zühur edəcək. Ya bir, ya üç, ya beş, ya yeddi, ya da doqquz.”(Elamul-Vəri”, c. 2, s. 286; "Bihar”, c. 52, s. 291.)
    Başqa bir məqamda imam Sadiq (ə) buyurur: "Ramazan ayının 23-cü gecəsi imamın adı ilə nida çəkiləcək. İmam aşura günü qiyam edəcək. Həmin gün ki, Hüseyn ibn Əli şəhadətə çatmışdır!”(Həmin mənbə.)
    Sual: 426. Zühurdan öncə yer üzündə zülmün rəvac tapması xalqın saleh olması ilə zidd deyilmi?
    Cavab: Rəvayətdə zülm-sitəm zühur səbəbi kimi yox, zühurun yaxınlaşma şərti kimi təqdim olunur. Məqsəd bu deyil ki, xalq zühurun tezləşməsi üçün zülmə rəvac versin. Vəzifəmiz ədalətin bərpasıdır. Həmin ədalət ki, həzrət ondan ötrü zühur edəsidir.
    Sual: 427. İmam Mehdinin (ə) zühuru nə deməkdir?
    Cavab: İmam Mehdinin (ə) zühuru üç baxımdan mənalandırıla bilər:
    1. Zühur məxfilikdən sonra aşkarlanmadır. Bu məna imam Mehdinin (ə) qeybinə inanan şiələrə məxsusdur.
    2. Zühur dedikdə həqiqi İslamı gerçəkləşdirmək üçün qiyam nəzərdə tutula bilər. Bu baxış bir çox firqələrin baxışına uyğundur.
    3. Zühur dedikdə yer üzünə hakimiyyət nəzərdə tutula bilər.
    Sual: 428. Kiçik və böyük zühur dedikdə nəzərdə nə tutulur?
    Cavab: Kiçik qeybin müəyyənləşdirilməsində məqsəd böyük qeyb üçün zəmin hazırlamaqdır. Böyük zühurdan öncə Allah-tәala xalqı uyğun məsələ ilə bağlı məlumat əldə etməsi üçün şərait yaradır. Belə bir hazırlıq iki yolla əldə edilir:
    Ümumdünya tövhid hökumətinin zəruriliyini dərk etmək üçün düşüncə inkişafı; belə bir hökumətin qəbulu üçün xalqın elmi səviyyəsinin yüksəldilməsi.
    Sual: 429. Ümumdünya tövhid hökumətinə zəmin hazırlayan hansı amillər var?
    Cavab: Bəziləri elə düşünür ki, bir bu qədər firqə parçalanmaları olan yerdə vahid hökumətin təşkili mümkünsüzdür. Hansı ki, belə bir hökumətin təşkili həm mümkündür, həm də zəruridir. Bu hökumətə zəmin üçün bir sıra amillər var:
    1. Bəşəriyyətin başının üstünü kəsmiş müharibə təhlükəsi yalnız vahid hökumət sayəsində aradan götürülə bilər.
    2. Yer üzündəki savaşların əsas səbəbi kimi mənafelərin toqquşması göstərilir. Əgər həzrət Mehdinin (ə) hökumətində ədalət və insafın şüar olduğunu bilsək, bu hökumətə meyl göstərərik.
    3. Ümumdünya tövhid hökumətinin təşkili amillərindən biri ağıl və düşüncələrin inkişafıdır. Daxilən kamilliyə doğru hərəkətdə olan bəşəriyyət həzrət Mehdinin (ə) zühuru dövründə nəhayət kamala çatasıdır. Çünki yer üzərindəki problemləri doğuran əsas səbəblərdən biri yetərsiz düşüncə və cəhalətdir.
    Sual: 430. Həzrət Mehdinin (ə) zühuru üçün "ümumi tutum” nədir?
    Cavab: Şübhəsiz ki, hər bir ictimai hadisə münasib tutuma ehtiyaclıdır. Zühur böyük ictimai hadisə olduğundan bir sıra şərtlər ödənməlidir:
    1. İslam ümmətinin dini baxımdan tərəqqisi;
    2. Xalq arasında ümumi azğınlığın artması;
    3. Zülm-sitəmin genişlənməsi və nəticədə xalqın dindən uzaqlaşması;
    4. Elmi-texniki tərəqqi;
    5. Həzrətə yardım üçün həqiqi tərəfdarların hazırlanması.
    Sual: 431. Həzrət Mehdi (ə) zahirən hansı yaşda zühur edər?
    Cavab: Şiə və sünni rəvayətlərinə əsasən imam gənc görkəmdə, 40 yaşında zühur edəcək.
    İbn Səbbağ Maliki nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mənim övladlarımdan olan Mehdi (ə) 40 yaşındadır.”("Əl-Füsulul-Muhimmə”, s. 217. )
    Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: "O zahirən gənc görünsə də, pir yaşındadır. Ona baxan elə güman edər ki, onun 30 və ya daha az yaşı var. Həzrətin başqa bir əlaməti vaxt ötdükcə qocalmamasıdır.”(Kəmalud-din”, s.652)
    Nemani nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Qaim qiyam edən vaxt xalq onu inkar edəcək. Çünki həzrət bir gənc görkəmində geri dönəcək...”(Əl-Ğeybət”, s. 188. )
    Həzrətin 40 yaşda olduğunu bildirən rəvayətlərdə onun fiziki baxımdan kamal həddində olduğu nəzərdə tutula bilər. Bəzi rəvayətlərdə həzrətin 18, bəzi rəvayətlərdə 51 yaşında olduğu bildirilir.
    Sual: 432. Zühur vaxtı həzrət Mehdinin (ə) hansı fiziki xüsusiyyətləri olacaq?
    Cavab: Sünni və şiə rəvayətlərinə əsasən zühur vaxtı həzrətin bir sıra xüsusiyyətləri olacaq: Geniş alın, uca donqar və dəlikləri dar burun, ulduz tək parlaq çöhrə, buğdayı bəniz, dişlərinin arası açıq, dartılmış və nazik qaşlar. Orta boy, güclü bədən, sağ yanağında qara xal.
    Sual: 433. Əgər zühur qəfil olacaqsa, zühurun yaxınlaşmasını göstərən əlamətlərin nə mənası var?
    Cavab: Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) qəfil zühur edəcəkdir. Səmadan nida, Beyda məntəqəsinin öz əhli ilə yerə batması kimi əlamətlər həqiqi möminləri xəbərdar etmək üçündür. Demək, zühur möminlər üçün yox, həzrətin düşmənləri üçün qəfildir. Həzrət Mehdi (ə) bu qəflətdən istifadə edərək zülmün kökünü kəsəsidir.
    Sual: 434. Həzrət Mehdinin (ə) qələbəsi üçün Allah-tәala hansı yardımlar göstərəcək?
    Cavab: 1. Zühurun qəfil baş verməsi və düşmənlərin qəfləti;
    2. Düşmənlərin qəlbində qorxu yaranması;
    3. Bütün müsəlmanların həzrətin ətrafında toplanması;
    4. Mələklərin yardımı;
    Sual: 435. Həzrət ilk dəfə harad zühur edəcək?
    Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, həzrətin ilk zühur məkanı rükn və məqam arasındadır. Süyuti nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mehdi (ə) Mədinədən Məkkəyə doğru xüruc edər. Xalq ondan öz aralarından xüruc etməsini istəyər. Həmin vaxt rükn və məqam arasında ona beyət edərlər...”
    Şeyx Tusi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "Qaimi sanki aşura, şənbə günü, rükn və məqam arasında dayanmış görürəm...”("Nemani, "Əl-Ğeybət”, s. 150. )
    Sual: 436. Həzrət Mehdi (ə) zühurdan sonra nə edər?
    Cavab: Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) zühurdan sonra rükn və məqam arasında xütbə oxuyar və xalqı beyətə dəvət edər. Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "Qaim həmin gün Məkkədədir, Beytül-hərama sığınmışdır və oradan nida edər: "Еy insаnlаr!...”("Nemani, "Əl-Ğeybət”, s. 150. )
    Məclisi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "Həqiqətən, o Məscidül-hərama doğru hərəkət edər, orada Məqame-İbrahimin yanında dörd rəkət namaz qılar, həcərül-əsvədə təkyə ilə Allaha həmd-səna deyər, peyğəmbəri yada salıb, ona salam göndərər. Həmin vaxt kimsədən eşidilməmiş sözlər buyurar...”("Bihar”, c. 13, s. 180. )
    Sual: 437. Həzrətə kim birinci beyət edər?
    Cavab: Rəvayətlərə əsasən həzrətə ilkin beyət edən Cəbraildir.
    İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən, həzrətə ilkin beyət edən Cəbraildir.”
    Təbərsi nəql edir ki, Əbi-Əbdillah (ə) buyurmuşdur: "Allah-tәala Cəbraili göndərər ki, ondan soruşsun: "Nəyə dəvət edirsən?” Qaim ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: "Mən sənə beyət edən ilk kəsəm.” Sonra onun əlini əlinə alıb beyət edər...”(Ehticac”, s. 431.)
    Cəbrailin beyəti ilə bağlı iki ehtimal var:
    1. Rəmzi məna: Cəbrailin beyəti Allahın təsdiqi mənasındadır. Çünki o Allahın ən böyük nümayəndəsidir.
    2. Geniş yayılmış məna: Cəbrailin beyəti insanların xəlifəyə beyəti kimidir. Bunun iki faydası var: Xalqın diqqətini beyətin zəruriliyinə cəlb etmək; imamın hərəkət və qiyamının təsdiqi.
    Sual: 438. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Cəbrail yerə enməmək barədə əhd etmişdimi?
    Cavab: Ərbili "Kəşful-Ğəmmə”, kitabında nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Cəbrail həzrət peyğəmbəri yoxlamağa gəldi və ərz etdi: "Salam olsun sənə, ey Məhəmməd! Bu yerə endiyim axırıncı gündür.”(Kəşful-Ğəmmə”, c. 1, s. 18,19.)
    İmam Baqir (ə) buyurur: "Həzrət Peyğəmbərin (s) vəfatı yaxınlaşanda Cəbrail dedi: "Ey Məhəmməd! Bu mənim dünyaya axırıncı enişimdir...”(Həmin mənbə. )
    Əvvəla, bu rəvayətlər şərtidir. Yəni arada xilaskar olana qədər enməmək nəzərdə tutulur.
    İkincisi, Cəbrail bir daha vəhy olmayacağını nəzərdə tuturdu.
    Üçüncüsü, həzrət Cəbrailin nazil olub imam Mehdiyə (ə) beyət etməsi səhih sənədə əsaslanır.
    Sual: 439. Həzrət Mehdinin (ə) zühurunun bir gecədə gerçəkləşməsi nə deməkdir?
    Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, Allah-tәala həzrət Mehdinin (ə) zühurunu bir gecədə gerçəkləşdirər.
    Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Allah-tәala onun əmrini bir gecədə islah edəcək.”
    Nəql olunur ki, imam Hüseyn (ə) buyurmuşdur: "Biz Əhli-beytin (ə) qaiminin zühurunu Allah-tәala bir gecədə gerçəkləşdirər.”
    İbn Macə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mehdi (ə) biz Əhli-beytdəndir. Allah onu bir gecədə hazır edər.”("Sünəne-ibn Macə”, c. 2, s. 1376. )
    Əvvəla, "bir gecə” dedikdə bu hadisənin sürətlə baş verməsi nəzərdə tutula bilər. İkincisi, məqsəd həzrətin bir gecədə qələbə çalması ola bilər.
    Üçüncüsü, "bir gecədə islah” dedikdə zühur üçün müqəddimə hazırlanması nəzərdə tutula bilər.
    Dördüncüsü, "bir gecədə islah” dedikdə müxaliflərin qeyri-aid sürətlə məğlub edilməsi nəzərdə tutula bilər.
    Sual: 440. Azsaylı yardımçılarla dünyaya qalib gəlmək necә mümkün olacaq?
    Cavab: Rəvayətlərdə həzrətin məhdud bir qrup, yəni 313 nəfər yardımçısına işarə olunsa da, onların həzrətin rəhbərliyi ilə zalımlara qələbəsində gözlənilməyən bir şey yoxdur. Çünki:
    1. Rəvayətlərdə həzrətin 10000 yardımçıları olacağı göstərilir. Belə bir qüvvə hazır olmayınca həzrət zühur etməyəcək.
    2. Həzrət dünyaya möcüzə yolu ilə də qalib gələ bilər. Allah vəd etmişdir ki, sabitqədəmlik olan yerdə kiçik bir qrupu böyük bir qrupa qalib edər.(Bax: "Bəqərə”, 249. )
    3. Təbii vasitələrlə də belə bir qələbənin əldə olunması gözlənilməyən iş deyil. Çünki həzrət nifaqlı bir ictimai-siyasi şəraitdə zühur edəsidir. Həmin vaxt hamı dünyadakı vəziyyətdən narazı olasıdır. Xalq ədalət hökumətinin intizarını çəkəsi, yalnız xüsusi bir qrup zühura qarşı çıxasıdır.
    4. Dünyanın kiçik bir kənd vəziyyətinə gələcəyi bir vaxtda nəzərdə tutulan hədəfə çatmaq mümkün olacaqdır. Əsas strateji nöqtələr ələ keçirildikdən sonra həzrətin ümumdünyəvi ədalət hökuməti bərpa olacaq.
    Sual: 441. Həzrətin müxaliflərə qələbəsində və hökumətinin bərpasında möcüzənin rolu olacaqmı?
    Cavab: Bu barədə üç ehtimal var:
    1. Həzrətin qələbəsi və ümumdünyəvi hökumətin bərpası başdan-başa möcüzə ilə gerçəkləşəsidir. Amma belə bir ehtimala qarşı iradlar var:
    a) Əgər möcüzə uyğun məqsədə çatmaq üçün doğru yol olsaydı, həzrət elə kiçik qeyb dövründə bu işi görə bilərdi.
    b) Möcüzə olan yerdə çoxsaylı qüvvəyə ehtiyac qalmır.
    v) Rəvayətlərə əsasən, həzrətlə onun müxalifləri arasında qanlı savaşlar baş verəsidir. Möcüzə olan yerdə bu sayaq savaşlara ehtiyac qalmır.
    2. Allahın iradəsi budur ki, həzrət Mehdi (ə) öz düşmənlərinə təbii yolla qələbə çalsın. Bu istiqamətdə heç bir möcüzə nəzərdə tutulmur.
    Bu ehtimala qarşı da irad var. Çünki həzrət Mehdiyə (ə) Allah-tәalanın xüsusi yardımı vəd olunmuşdur.
    3. Əvvəlki iki ehtimalı bir kənara qoysaq, üçüncü ehtimala əsasən, həzrət təbii yolla qalib gələcək və bu istiqamətdə ilahi yardımlardan da faydalanacaq. Qeyd olundu ki, həzrətin zühur edəcəyi dövrdə zülm-sitəmdən cana yığılmış bəşəriyyət onun səsinə səs verəcək. Bütün bəşəriyyətin bir səslə fəryad qoparacağı zaman, təbii ki, düşmənlər diz çökəcək. Bəşəriyyətin bir səslə həzrəti qəbul etməsində geniş informasiya şəbəkəsinin böyük rolu olacaq. Xüsusi maneçiliklərə qarşı Allah-tәala həzrəti himayə edəsidir.
    Həzrət Əli (ə) buyurur: "Həzrət Mehdi (ə) zühur edəcəyi vaxt adı dildən-dilə gəzəcək. İnsanların qəlbi Mehdi (ə) eşqi ilə dolacaq. Ondan savay kimsənin adı çəkilməyəcək. Mehdi eşqi ilə ruhlar sirab olacaq.”
    Sual: 442. Həzrət Mehdi (ə) qılınclamı qiyam edəcək?
    Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrət qılıncla qiyam qaldıracaq. Bu baxış məqbul deyil. Çünki tək bir nəfər kütləvi qırğın silahlarına qarşı qılıncla dayana bilməz.
    İmam Baqir (ə) buyurur: "Həzrət Mehdi (ə) babası peyğəmbərə qılıncla qiyamı, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi ilə oxşayır...”(Bihar”, c. 51, s. 218. ) Maraqlıdır ki, hədisdə nəzərdə tutulan adi qılıncdır, yoxsa qılınc təbiri başqa bir şeyə işarədir?
    Əvvəla, bir şəxsin qılınc və ilahi möcüzə ilə qiyam qaldırmasında nə nöqsan var?!
    İkincisi, çox ehtimal ki, qılınc dedikdə güc nəzərdə tutulur.
    Bu halda iki ehtimal yaranır. Həzrət ilahi möcüzə və mövcud silahlarla mübarizə aparacaq; həzrət nüvə mərkəzlərini möcüzə yolu ilə gücdən salacaq.
    Üçüncüsü, bəzi rəvayətlərə əsasən, həzrətin səhabələrinin qılıncı bizim düşündüyümüz qılınc deyil. Nəzərdə tutulan qılınc dağı ikiyə bölməyə qadirdir. Bu elə bir qılıncdır ki, düşmən silahları onun qarşısında acizdir.
    Dördüncüsü, həzrətin qələbəsi xalqın istiqbalı və düşmənlərin qorxusu ilə gerçəkləşə bilər. Qorxuya düşmüş düşmən silahını yerə qoyub qaçmağa üz tutar. Xüsusi ilə həzrətin möcüzələrini gördükdə anlayarlar ki, onunla mübarizə aparmaq mümkünsüzdür.
    Beşincisi, kim bilir ki, həzrət Mehdinin (ə) dövründə bugünkü silahlar mövcud olacaq. Hansısa hadisələr nəticəsində bu gün mövcud olan silah anbarı məhv ola bilər.
    Altıncısı, kütləvi qırğın cəhalət nəticəsidir. Əgər həzrətin zühuru dövründə ağıllar kamilləşəcəksə, kimsə qırğına əl atmayacaq.
    Sual: 443. Məhdəviyyət rəvayətlərində hansı qırğınlardan danışılır?
    Cavab: Rəvayətlərdə iki qisim qırğına işarə olunur:
    a) Bunlardan bir qrupu zühurdan öncə baş verəsidir və zühur dövrü ilə heç bir əlaqəsi yoxdur.
    b) İkinci növ qırğınlar zühur dövrünə aiddir. Bu barədə xəbər verən rəvayətləri iki qismə ayırmaq olar:
    1. Sənədi etibarsız olan rəvayətlər. Bu sayaq rəvayətlər Kəbul-əhbar kimi adi adamlar tərəfindən nəql olunmuşdur və onlar peyğəmbər dövründə müsəlman olmamışlar.
    2. Əhli-beyt adından nəql olunmuş və ya şiə kitablarında zikr edilmiş, amma qaynağı əhli-beytə çatmayan rəvayətlər.
    Sual: 444. Həzrətin qiyamı dövründə baş verəcək qırğınlarla bağlı hansı rəqəmləri göstərmək olar?
    Cavab: İddia etmirik ki, həzrətin qiyamı dövründə qətl baş verməyəcək. Şübhəsiz ki, belə bir böyük hadisə düşməni aradan götürmədən baş verə bilməz.
    Bəşir ibn Əbu-Ərakə Nəbbal deyir: Mədinədə olduğum vaxt imam Baqirin (ə) yanına gedib ərz etdim: "Deyirlər ki, Qaimin qiyamı vaxtı işlər yoluna düşəcək və qan tökülməyəcək.” Həzrət buyurdu: "Heç vaxt belə ola bilməz. And olsun canım əlində olana, iş bir yerə çatar ki, biz və siz donmuş tər və qanı pak edərik.”(Nemani, "Əl-Ğeybət”, s. 283; "Bihar”, c. 52, s. 356.)
    Bu məzmunda başqa rəvayətlər də nəql olunub. Amma tarix şahiddir ki, İslam peyğəmbəri (s) və Əhli-beytdən olan məsum imamlar imkan daxilində qılınca əl aparmamağa çalışmışlar. Çünki onların məqsədi insanların doğru yola hidayətidir. Demək, kütləvi qırğınlar baş verəcəyini təsdiqləyən əqli və nəqli dəlillər yoxdur.
    Sual: 445. Şiə rəvayətlərinə əsasən qətllər nə vaxt baş verəcək?
    Cavab: Əhli-beyt hədislərinə əsasən, zühurdan az öncə qanlı savaşlar olacaq. Xalq bu sayaq savaşlardan cana doyduğu üçün xilaskarın intizarını çəkəcək.
    İmam Sadiq (ə) buyurur: "Xalqın üçdə ikisi məhv olmamış imamın qiyamı baş verməyəcək.” Ravi deyir: "Soruşdum ki, xalqın üçdə ikisi qırılacaqsa kim qalacaq? Həzrət buyurdu: "Məgər razı deyilsinizmi ki, siz salamat qalmış üçdə birdən olasınız?!”(Kəmalud-din”, c. 2, s.655, 656.)
    Zürarə deyir: "İmam Sadiqə (ə) ərz etdim ki, səma nidası həqiqətdirmi? Həzrət buyurdu: "Bəli, and olsun Allaha, hər bir qövm onu öz dilində eşidər. Xalqın onda doqquzu məhv olmayınca bu iş gerçəkləşməz.”("Nemani, "Əl-Ğeybət”, s. 274. )
    Süleyman ibn Xalid deyir: İmam Sadiq (ə) buyurdu: "Qaimin qiyamından öncə iki növ ölüm baş verər: qırmızı ölüm və ağ ölüm. Nəhayət, hər yeddi nəfərdən beşi məhv olar. Qırmızı ölüm qılınc, ağ ölüm taunla gerçəkləşər.”(Kəmalud-din”, c. 2, s.655. ) Mənbələri araşdırdıqda belə bir qənaətə gəlirik ki, bu qırğınlar qiyamdan öncə baş verəsidir.
    Qeyd etməliyik ki, ümumdünya ədalət hökumətinin bərpası kimi böyük bir hadisə az da olsa ölümsüz başa gələsi deyil. Amma başqa qiyamlarla müqayisədə bu ölümlər cüzidir.
    Sual: 446. Tərbiyə yolu var ikən nə üçün həzrət Mehdi (ə) qılıncdan istifadə edir?
    Cavab: Tarixi mənbələri araşdırdıqda əmin oluruq ki, təkamül qarşısında dayanmış maneələri qansız aradan götürmək olmur. Tərbiyəvi üsullar nə qədər böyük rola malik olsa da, yalnız nəcib insanlara təsir göstərir. Bu üsullar iqtisadi, siyasi və hərbi qüvvəyə yiyələnib dünyanı istismar edən qüvvələrə yetərincə təsir göstərmir. Onların hidayəti üçün gücdən istifadə etmək zəruridir. İslam müharibəni məqsəd yox, tövhid və ədalətin bərpa vasitəsi sayır.
    Qurani-Kərimdə buyurulur: "Bir daha fitnə olmasın deyə onlarla vuruşun və din bütünlüklə Allah üçün olsun...”(Bəqərə”, 193. )
    Bu səbəbdən də aləmlərə rəhmət göndərilmiş İslam peyğəmbəri buyurur: "Bütün yaxşılıq və xeyir qılınc kölgəsindədir. İnsanları yalnız qılınc düzəldir. Qılınclar behişt və cəhənnəmin açarıdır.”(Vəsailuş-şiə”, c. 11, s. 5. )
    İmam Baqir (ə) buyurur: "Həzrət Qaimin (ə) beş peyğəmbərə oxşarlığı var. Onun öz babası peyğəmbərə (s) oxşarlığı qılıncla qiyam, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi, qılınc və (düşmənlərin qəlbinə düşmüş) qorxu ilə yardım almasıdır.”(Kəmalud-din”, c. 1, s.7. )
    Sual: 447. Həzrət Mehdi (ə) zalımlar və düşmənlərlə necə rəftar edəcək?
    Cavab: Rəvayətlərə əsasən haqqı eşitmiş, amma inadkarlıq göstərib Allahın höccətini qəbul etməyənlər əsrin imamının qəzəbinə düçar olacaq.
    İmam Sadiq (ə) buyurur: "Həmin vaxt Qaim zühur edər və Allahın bəndələrә qəzəb səbəbi olar. Allah Öz bəndələrindən höccəti inkar etməmiş intiqam almaz.”
    Sual: 448. Həzrətin qətlə yetirdiklərinin çoxu müsəlmanlardır?
    Cavab: Bəziləri deyirlər ki, bir çox qətllər İslam sərhədlərində baş verəcək. Müşrik və kafir haqdan daha uzaq olduğu halda nə üçün müsəlmanlar daha çox öldürülməlidir?
    Əvvəla, müsəlmanların daha çox qətlə yetiriləcəyini bildirən mötəbər rəvayət yoxdur. Həzrət yalnız qarşısına çıxan maneələri aradan götürəsidir.
    İkincisi, bəzilərinin həzrət və onun səhabələri tərəfindən qətlə yetiriləcəyi bildirilsə də, bu o demək deyil ki, digər cəmiyyətlərdə ölüm olmayacaq və həzrət kafirləri və müşrikləri öldürməyəcək.
    Üçüncüsü, müsəlmanların daha çox qətlə yetiriləcəyini qəbul etsək belə, bu, məntiqdən uzaq deyil. Çünki bəzi rəvayətlərə əsasən, əksər küfr ölkələri İslama təslim olacaq və müsəlmanlar arasında islah aparılacaq. Müsəlmanlar haqqı daha çox bildiklərindən onlardan üzr qəbul olunmaz.
    Həzrət Mehdinin (ə) qarşısına çıxan problemlərdən biri Allah dininin təhrif olunması, xoşagəlməz şəkilə salınmasıdır. Küfrlə mübarizə, yanlış əqidə ilə mübarizədən asandır. İmam Sadiq (ə) buyurur: "Həzrət Qaim elə insanlarla üzbəüz gələr ki, onlar Allah kitabını öz istədikləri kimi yazar və həzrətə qarşı çıxarlar.”(Nemani, "Əl-Ğeybət”, s. 297)
    Sual: 449. İmam Mehdi (ə) zühur etdikdən sonra ərəblərlə vuruşarmı?
    Cavab: Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Bizimlə ərəb arasında zibhdən (başın kəsilməsi) savay bir şey qalmaz. Sonra həzrət mübarək əli ilə öz boğazına işarə etdi.”(

    "Bihar”, c. 52, s. 349. )
    Hədisin zahirindən belə görünür ki, ərəblər əhli-beyt imamlarının hər birini qətlə yetirəcək. İkinci ehtimala əsasən, imam Sadiq (ə) Mənsur Abbasinin peyğəmbər nəsli və bəni bəni-Haşimi qırmasını nəzərdə tutmuşdur.
    (Demək, həzrət Mehdinin (ə) zühur dövründə ərəblərlə savaşı haqqında mötəbər məlumat yoxdur).
    Sual: 450. Zühur dövründə imamın ərəblərlə sərt rəftarı necə izah olunur?
    Cavab: Həzrət Mehdi (ə) öz qiyamına Məkkədən, ərəb torpaqlarından başlayacaq. Təbii ki, imamın məqsədi yolunda maneələr mövcuddur. Süfyanilər, dəccallar və başqa azğınlarla savaş həmin məntəqədə baş verəsidir. Bu səbəbdən də ərəblər üçün bir çox çətinliklər yaranasıdır.
    Sual: 451. Həzrət Mehdi (ə) azğınlarla mübarizəyə azğın şiələrdən başlayacaq?
    Cavab: Müfəzzəl ibn Ömər deyir: İmam Sadiq (ə) buyurdu: "Qaim qiyam etdiyi vaxt şiə yalançılardan başlayacaq və onları qətlə yetirəcək.”
    Əvvəla, şiə dedikdə İmamiyyə, İsmailiyyə, Zeydiyyə və digər şiə firqələri nəzərdə tutulur. Bir çoxları Əhli-beytin xəttindən çıxdığı halda şiə sayılmışdır.
    Əbül-Xəttab, Mücirə ibn Səid, Əhməd ibn Hilal İbrətani, İbn Əbül-Əzaqir və başqaları bu qəbildəndir. Yuxarıdakı hədisi Xəttabiyyə firqəsini yaratmış Əbül-Xəttab nəql etmişdir. Hədislərdə imamın bu şəxsi lənətləməsi bildirilir. İmam Allahdan diləmişdir ki, bu şəxsə qılıncın istiliyini daddırsın.
    Sual: 452. Səmadan endikdən sonra həzrət İsanın vəzifəsi nə olacaq?
    Cavab: Əbu-Hüreyrə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "O, səmadan enər... İslama dəvət baxımından xalqla savaşar. Xaçı sındırıb, donuzu öldürər, cizyə qoyar. Onun əsrində Allah-tәala İslamdan savay bütün millətləri məhv edər. Məsih Dəccalı da öldürər. Yer üzündə qırx il qalar, vəfatından sonra müsəlmanlar ona namaz qılarlar.”(Sünəne-Əbu-Davud”, c. 2, s. 319; "Kənzul-ummal”, c. 14, s. 333)
    Donuzun öldürülməsi onun ətindən istifadənin qadağası kimi başa düşülə bilər. Cizyə qoyulması bütün dinlərin aradan götürüləcəyinə işarə ola bilər.("Əl-Məsihul-muntəzər və nəhayətul-aləm”, s. 240/ )
    Sual: 453. Həzrət İsa nazil olduqdan sonra hansı şəriətə əməl edər?
    Cavab: Səmərə nəql edir ki, həzrət peyğəmbər buyurmuşdur: "İsa ibn Məryəm Məhəmməd və onun ümmətini təsdiq edən halda nazil olar. Həmin vaxt Dəccalı qətlə yetirər...”(Müsnəde-Əhməd”, c. 5, s. 13.)
    İbn-Həbban Əbu-Hüreyrədən belə nəql edir: Həzrət Peyğəmbərdən (s) belə eşitdim: "Məsih rükudan qalxdığı vaxt "Səmiəllahu limən-həmidəh” deyər...”(Səhihe-ibn Həbban”, c. 5, s. 223.)
    Sual: 454. Ümumdünya tövhid hökumətinin rəhbəri kimdir?
    Cavab: Bu hökumətin rəhbəri ilə bağlı üç ehtimal var: rəhbər İsa ibn Məryəmdir; rəhbər İslamdan olan Məsihdir; rəhbər imam Əsgərinin (ə) övladı həzrət Mehdidir (ə).
    Birinci ehtimalı irəli sürənlər kitablardakı "Məsih” sözünün həzrət İsaya aid olduğunu bildirirlər. Hansı ki, Məsih ümumişlək bir ləqəbdir və onun məhz İsaya aid olmasını sübuta yetirən yetərli dəlillər yoxdur.
    Ümumdünya tövhid hökumətinin İslamdan olan Məsih tərəfindən idarə olunacağı barədə də mötəbər məlumat yoxdur.
    Üçüncü ehtimalla bağlı bir neçə dəlil göstərmək olar:
    1. İmam Mehdi (ə) İslam Peyğəmbəri (s) tərəfindən belə bir hökumətə varis seçilmişdir;
    2. Rəvayətlərdə bildirilir ki, həzrət İsa müsəlmanlara imamlıqdan imtina edər və imam Mehdini (ə) imam kimi tanıtdırar;
    3. Ümumdünya tövhid hökumətinin rəhbərinin İslam ümmətindən olması hikmətə əsaslanır;
    4. İncildə göstərilir ki, həzrət İsa "insan övladı” adlı bir şəxsin köməyi ilə səmadan enib, onun yardımı ilə bu hökuməti quracaq.
    Sual: 455. Həzrət İsa nazil olduqdan sonra nə qədər yaşayacaq?
    Cavab: Əbu-Hüreyrə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Məsih yer üzündə qırx il qalacaq, vəfatından sonra müsəlmanlar onun üçün namaz qılacaq.”(Müsnəde-Əhməd”, c. 2, s. 406. )
    2. Abdullah ibn Ömər nəql edir ki, peyğəmbər buyurmuşdur: "İsa ibn Məryəm yerə enər, izdivac edər və övlad sahibi olar.”(Əl-Muntəzəm”, c. 2, s. 39. )
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 599 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024