İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-24, 6:55 AM
    İmam Mehdinin (ə) səhabələri
    Sual: 456. İmam Mehdinin (ə) zühurdan sonra neçə səhabəsi olar?
    Cavab: Yetərli həddə çatmış rəvayətlərə əsasən, imam Mehdinin (ə) Bədr savaşındakı səhabələr qədər, yəni 313 nəfər səhabəsi olar.(Yәnabiul-Mәvəddəd”, s. 509; "Elamul-vəri”, s. 433. )
    Sual: 457. İmam Mehdinin 313 nəfərdən əlavə səhabəsi varmı?
    Cavab: Rəvayətlərdə bildirilir ki, imam Mehdinin (ə) zühurdan sonra on minədək səhabəsi olar.
    Məhəmməd ibn Müslim nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "Həzrət Mehdinin (ə) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan savay məbud qalmaz...”(Həmin mənbə. )
    Sual: 458. Həzrət Mehdinin (ə) səhabələri Məkkəyə necə daxil olar?
    Cavab: Yuxarıdakı sualla bağlı bir neçə ehtimal var:
    1. İnsanlar möcüzə ilə, sürətli şəkildə Məkkəyə daxil olar.
    2. Digər bir ehtimala görə xalq bir neçə dəstəyə bölünər: bəziləri təbii yolla imamın xidmətinə yetişər, bəziləri yatdığı yerdə oyanıb özünü Məkkədə görər, bəziləri isə buludlar üzərində həzrətin xidmətinə gələr.
    3. Hamı sadəcə səfərə çıxıb həzrətin xidmətinə çatar. Üçüncü ehtimal həqiqətə daha çox uyğundur.
    Sual: 459. İmam Mehdinin (ə) səhabələri hansı ölkələrdəndir?
    Cavab: Şeyx Tusi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misirdən, Şamdan, İraqdan gələnlər var...”(Tusi, "Əl-ğeybət”, s. 284.)
    İbn Tavus "Əl-Məlahim vəl-fətn” kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını nəql edir.
    Sual: 460. İmamın səhabələri arasında ərəblər varmı?
    Cavab: Mərhum Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: Ərəblərdən uzaq ol, çünki onlar üçün bu xəbər acıdır. Bil ki, Qaimlə ərəbdən bir nəfər olsun ortaya çıxmayacaq.”("Bihar”, c. 52, s. 333. )
    Amma bu hədisin sənədləri mötəbər deyil. Şeyx Tusinin nəql etdiyi hədisdə bildirildi ki, imama beyət edənlər arasında Misirdən, Şamdan, İraqdan gələnlər var.
    Sual: 461. İmam Mehdinin (ə) səhabələri arasında qadınlar vardırmı?
    Cavab: Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var.”(Nemani, "Əl-ğeybət”, s. 279. ) Müfəzzəl ibn Ömər imam Sadiqə (ə) istinadən bildirir ki, Qaimin (ə) ətrafındakılar arasında on üç nəfər qadın var.(Dəlailul-imamət”, s. 259; "İsbatul-hudat”, c. 3, s. 75. )
    Sual: 462. Həzrətin qadın tərəfdarları 313 nəfərdəndirmi?
    Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrətin əlli qadın tərəfdarı həmin 313 nəfərdəndir. Cabir ibn Yəzid Cofi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar...”("Məcməul-zəvaid”, c. 7, s. 315. )
    Sual: 463. Əgər imamın səhabələrinin adı öncədən bilinirsə, biz hansı əsasla səhabə olacağımıza ümid edə bilərik?
    Cavab: İmamın səhabələrinin sayını və adlarını göstərən rəvayətlər sənəd baxımından zəifdir. İbn-Tavusun rəvayətində 313 nəfərin yox, 240 nəfərin adı göstərilir. Ehtimal var ki, insan qalan 73 nəfərdən biri olsun.
    Sual: 464. İmam Mehdiyə (ə) istəmədən beyət edənlər varmı?
    Cavab: Qutabə nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: "Mehdi (ə) Mədinədən Məkkəyə doğru xüruc edər, ondan xalqın arasından xüruc etməsi istənilər. O, rükn və məqam arasında ikrahla beyət аlar...”
    Zürarə nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Qaimin adı ilə nida edilər. Gəlib məqamın arxasında dayanar. Ona deyilər ki, həqiqətən, sənin adınla nida çəkilib, nə gözləyirsən? Onun əlini tutub beyət edərlər. Zürarə deyir ki, həmd olsun Allaha ki, Qaimin kərahətlə beyət aldığını eşitdik. Onun ikrahında heç bir günah olmadığını bildik.”(Nemani, "Əl-ğeybət”, s. 340. )
    Sual: 465. Həzrət Mehdiyә (ə) kimlər beyət edəcək?
    Cavab: Cəbrail, həzrətin yaxın səhabələri, həzrətin ümumi səhabələri, Məkkədə olub onun dəvətini qəbul edənlər.
    Sual: 466. İmam Mehdi öz səhabələri ilə hansı əsasda peyman bağlayar?
    Cavab: Öz ətrafındakılardan əhd almaq imam Mehdinin (ə) proqramlarından və üsullarındandır. İlkin İslam hökuməti qurulduğu vaxtdan əhd və beyət almaq qayda olmuşdur. İlk dəfə İslam peyğəmbəri (s) belə bir üsulu tətbiq etmişdir.
    Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Qaim öz yaxınları ilə peyman bağlayar, onlardan beyət alar...”(Muntəxəbul-əsər”, s. 469. )
    Sual: 467. İmam Mehdinin (ə) səhabələri şücaətlidirmi?
    Cavab: Hakim Nişapuri Məhəmməd ibn Hənəfiyyənin dilindən nəql edir: Biz Əlinin (ə) yanında idik. Ondan həzrət Mehdi (ə) haqqında soruşuldu. Həzrət buyurdu: "O dünyanın sonunda zühur edəcək. Həmin vaxt bir şəxs "öldürülsün” deyə elan edər. Allah onun ətrafında parçalanmış bulud kimi dəstələr toplayar və qəlblərini həmahəng edər. Onlardan heç birində qorxu görünməz...”(Mustədrəke-hakim”, c. 4, s. 554. )
    Sual: 468. Həzrətin səhabələri xüsusi bir məntəqədəndirmi?
    Cavab: Bəzi rəvayətlərə əsasən həzrətin səhabələri dünyanın müxtəlif nöqtələrindəndir. Allah-tәala qısa bir zamanda onları Kəbə ətrafında toplayar.
    Seyyid ibn Tavus nəql edir ki, imam Əli (ə) həzrət Mehdinin (ə) səhabələri haqqında buyurmuşdur: "Onlar Bədr səhabələri sayda, 313 nəfərdir. Allah onları dünyanın şərqindən və qərbindən Kəbə ətrafına toplayacaq...”("Əl-təşrifi bil-mənən”, s. 288-294. )
    Sual: 469. Həzrət Mehdinin (ə) səhabələrində hansı xüsusiyyətlər var?
    Cavab: Rəvayətlərdə bildirilir ki, həzrət Mehdinin (ə) səhabələrinin özünəməxsus sifətləri var: İxlas, yəqin və istiqamət, həqiqi allahşünaslıq, gündüzlər şirlik, gecələr zahidlik, ilahi yardımdan faydalanma.
    Sual: 470. 313 nəfər səhabə dünyanı necə ram edəcək?
    Cavab: Əvvəla, həzrətin 313 nəfər sәhаbәsi və on minədək ümumi yardımçısı var.
    İkincisi, həzrətin qələbəsi ilahi yardımlarla müşayiət olunur.
    Üçüncüsü, həzrətin qələbə çalması Allahın qəti iradəsidir.
    Dördüncüsü, əgər yalnız təbii amilləri nəzərə alsaq, yenə də bu qələbə mümkün sayılmalıdır. Çünki həzrət xüsusi bir şəraitdə zühur edəcək, həmin vaxt bəşəriyyət belə bir şəxsin intizarında olacaq.
    Sual: 471. Həzrət Mehdinin (ə) nazirləri hansı zümrədəndir?
    Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdi (ə) dövlətində nazirlər gənclərdən təşkil olunacaq. Onların kiçik bir hissəsi yaşlılar olacaq. Həzrət Əli (ə) buyurmuşdur: "Həqiqətən, Qaimin səhabələri gənclərdir...”(Tusi, "Əl-ğeybət”, s. 284.)
    Sual: 472. Əgər həzrətin yardımçıları əsasən şərqdəndirsə, geri qalmış şərq inkişaf etmiş qərbə necə qalib gələcək?
    Cavab: Əvvəla, həzrətin yardımçıları müsəlmandır və əksər müsəlman məntəqələri şərqdə yerləşir.
    İkincisi, həzrət Mehdi (ə) bütün mütərəqqi üsullardan və texnologiyalardan faydalanacaq.
    Üçüncüsü, qərbi yalnız texnologiya baxımından şərqdən üstün sayırsınızsa, bilməlisiniz ki, həzrətin məqsədi təkcə maddi inkişaf deyil. Kim iddia edə bilər ki, qərb əxlaq və mədəniyyət baxımından şərqdən üstündür?!
    Sual: 473. Həzrətin dövlət xadimləri kimlәrdir?
    Cavab: Rəhbəri həzrət Mehdi (ə) olan hökumətin xadimləri ümmətin böyükləri və salehləridir.
    Rəvayətlərdə bildirilir ki, həzrət İsa həzrət Mehdiyə (ə) deyər: "Həqiqətən, mən əmir yox, vəzir olaraq göndərilmişəm.”(Məlaim”, s. 83. )
    Başqa bir rəvayətdə bildirilir ki, həzrət İsa endiyi vaxt Kəhf səhabələri də onun yanında olacaq.”(Həmin mənbə. ) Həzrət Əli (ə) Həmdan qəbiləsinin bu dövlətdə xidmətini qeyd edir.("Əqdud-durər”, s. 97. )
    Sual: 474. Bir bu qədər müsəlman arasında yalnız 313 nəfərmi həzrətə yoldaş olacaq?
    Cavab: Əvvəla, rəvayətlərdə həzrətin yaxın səhabələrinin sifətləri zikr olunur. Yalnız bu sifətlərə malik olanlar həzrətə yaxın ola bilər.
    İkincisi, qeyd olundu ki, həzrətin 313 nəfərdən əlavə on min nəfər civarında yardımçısı olar.
    Üçüncüsü, 313 nəfər yardımçının olması zühur üçün yetərli amil yox, sadəcə şərtdir.
    Zühurdan sonrakı tarix
    Sual: 475. Zühur dövründə hamı bir əqidədəmi olacaq?
    Cavab: Vahid cəmiyyət və vahid ümmətin təşkil olunması üçün vahid dünyagörüşü və vahid etiqada ehtiyac var.
    Zühur dövründə bütün yer üzündə vahid bir dünyagörüşü hakim olacaq.
    Həqiqi xilaskar olan Mehdinin (ə) proqramları əbədi haqq-ədalət qanunları üzərində qurulmuşdur.
    İmam Əli (ə) Malik ibn Həmzəyə buyurur: "Həmin vaxt bizim Qaim (ə) qiyam edər və bütün xalq bir əqidə ətrafında birləşər.”("Nemani, "Əl-ğeybət”, s. 206. )
    İmam Sadiq (ə) buyurmuşdur: "And olsun Allaha, ey Müfəzzəl! İmam Qaim (ə) millətlər və ayinlər arasından ixtilafları götürər və hamıya bir din hakim olar.”(Bihar”, c. 53, s. 4. )
    Sual: 476. İmam Mehdi (ə) dünyaya hansı dinlə hakimlik edər?
    Cavab: İmam Mehdinin (ə) etiqad etdiyi və zühur dövründə əsaslandığı din İslamdır. Bu müddəanı bir neçə dəlillə sübuta yetirmək olar:
    1. Həzrət Mehdi (ə) İslam peyğəmbərinin (s) son canişini olduğundan onun hakimiyyəti İslama əsaslanacaq.
    2. Mütəvatir rəvayətlərə əsasən bu hökumət haqq-ədalət hökumətidir. Kamil ədalət isə yalnız İslamdadır.
    3. Rəvayətlərə əsasən həzrət Mehdi (ə) İslam ümmətinə hakim olacaq. Bu da öz növbəsində onun İslama əsaslanacağını göstərir.
    4. Bir qrup rəvayətdə bildirilir ki, həzrət Mehdi (ə) zühur etdikdən sonra İslam hökmlərini və peyğəmbər sünnəsini həyata keçirəsidir.(Əl haviyyu lil-fətavi”, c. 2, s. 126. )
    5. İslam peyğəmbəri (s) və əhli-beytdən (ə) nəql olunmuş mütəvatir rəvayətlərə əsasən, imam Mehdi (ə) yer üzündə ədaləti bərpa edəcək. Bu prinsiplər isə yalnız İslamda mövcuddur.
    Sual: 477. Həzrət Mehdinin (ə) zühur dövründə yer üzündə qeyri-müsəlman qalacaqmı?
    Cavab: Rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) hakimiyyəti dövründə qeyri-müsəlman olmayacaq.
    İbn-Bəkir nəql edir ki, həzrət Əbül-Həsən "Ali-İmran” surəsinin 83-cü ayəsini təfsir edərkən buyurur: "Ayə Qaimin şənində nazil olmuşdur. Qaim zühur edən vaxt yəhudiləri, məsihiləri, sabiiləri, şərq və qərbin kafirlərini İslam dininə dəvət edər. Öz meyli ilə qəbul edənlərə namaz, zəkat və digər vacib əməllər əmr olunar. İslamı qəbul etməkdən imtina edənlərin boynu vurular. Şərq və qərbdə bir Allaha pərəstiş edənlərdən savay kimsə qalmaz...”(Bihar”, c. 52, s. 340. )
    Amma bəzi rəvayətlərdə bildirilir ki, yəhudilər və məsihilər qiyamət gününədək qalacaq.
    Əbu-Bəsir deyir: İmam Sadiqdən (ə) zühur dövründə zimmə əhlinin, yəhudilərin və məsihilərin vəziyyəti haqqında soruşdum. Həzrət buyurdu: "Onlarla peyğəmbərsayaq rəftar olunar, onlar da itaət göstərib cizyə verərlər.”(Bihar”, c. 52, s. 376-381.)
    İmam Baqir (ə) buyurur: "Həzrət Qaim (ə) ona görə Mehdi adlandırılır ki, Tövrat və digər səmavi kitabları Antakiyadakı mağaradan çıxarıb yəhudilərlə Tövrat, məsihilərlə İncil, Zəbur əhli ilə Zəbur, Quran əhli ilə Quran əsasında rəftar edər.”("Nemani, "Əl-ğeybət”, s. 125.)
    Bu baxışı Quran ayələri də təsdiqləyir.(Bax: "Ali-İmran”, 55; "Maidə”, 14. )
    Sual: 478. Zühur dövründə hansı məzhəb hakimdir?
    Cavab: Heç şübhəsiz ki, İslam Allah tərəfindən təsdiqlənmiş son dindir. Bu səbəbdən də Allah Öz peyğəmbərini "Xatəmun-nəbiyyin” adlandırmışdır. Maraqlıdır ki, zühur dövründə hansı İslam məzhəbi hakim olacaq?
    Ayə və rəvayətlərdən məlum olur ki, zühur dövründə İslam dini hakimdir. "İkmal” ayəsini nəzərə aldıqda isə həmin dövrdə şiə məzhəbinin hakim olacağı sübuta yetir. Allah-tәala buyurur: "Bu gün sizin dininizi kamil etdim, sizə olan nemətlərimi tamamladım və din olaraq sizin üçün İslamı bəyəndim.”(Maidə”, 3. )
    Bəs həmin gün nə baş vermişdir? Rəvayətlərdən məlum olur ki, bu ayə Qədire-Xum hadisəsi ilə bağlı nazil olmuşdur. Qədire-Xum hadisəsi həzrət Peyğəmbərin (s) həzrət Əlini (ə) özünə canişin təyin etməsindən ibarətdir. Demək, zühur dövründə Allahın bəyəndiyi din bütün dinlərə qalib gələcək. O dövrün hakim məzhəbi isə həzrət Əli (ə) və onun on bir məsum övladının imamətini qəbl edən şiə məzhəbidir.
    Sual: 479. Həzrət Mehdi (ə) zühur etdikdən sonra əqidə azğınlıqları ilə necə mübarizə aparacaq?
    Cavab: Həzrət Mehdinin (ə) zühur dövründə əsas çətinliklərindən biri cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin rəvac tapmasıdır. Bu sayaq yanlışlıqlar əsrlər boyu cəmiyyətdə kök atmışdır. Müsəlmanlıq iddiasında olub, dini təlimləri təhrif edən şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran və hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür: dünyapərəst və asılı ruhanilər; sərmayədarlar və kübarlar; adı müsəlman olan hökumətlər.
    İmam Sadiq (ə) buyurur: "Qiyam zamanı Qaimin cahillərdən çəkdiyi əziyyət peyğəmbərin cahil xalqdan çəkdiyi əziyyətdən ağırdır. Peyğəmbər zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim zühur etdikdə isə insanlar öz mövqelərini Quran ayələri ilə sübut etmək istəyəcək.”(Nemani, "Əl-ğeybət”, s. 297.)
    Sual: 480. İmam Mehdinin (ə) hökumətində millətçilik əsas götürülürmü?
    Cavab: Həzrət Mehdinin (ə) hökumətində heç bir milli və irqi ayrıseçkiliyə yer yoxdur. Bu müddəanın bir sıra dəlilləri var:
    1. Həzrətin dəvəti İslam hökmlərinə əsaslanır və İslam hökmlərində milli, irqi ayrıseçkiliyə yer yoxdur.
    2. Həzrət Mehdinin (ə) dəvəti ümumdünyəvidir. Belə bir dəvətdə milli və irqi ayrıseçkiliyə yol verilə bilməz.
    3. Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) hakimiyyəti ədalət hökumətidir və ayrıseçkiliyə müxalifdir.
    4. Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) Allah rəsulunun yolunu gedəcək.
    Sual: 481. Həzrət Mehdinin (ə) hökuməti digər hökumətlərə oxşayırmı?
    Cavab: Qəti şəkildə iddia etmək olar ki, həzrət Mehdinin (ə) hökuməti dünyanın heç bir mövcud hökumətinə oxşamır:
    Əvvəla, həzrət Mehdi (ə) öz zühur dövründə İslamı tam mənada ədalət hökuməti proqramı olaraq bərpa etməlidir. Bildiyimiz kimi, İslam proqramları dünyanın heç bir mövcud hökumətinin proqramı ilə oxşar deyil.
    İkincisi, dünyanın mövcud hökumətləri zülm-sitəm üzərində qurulmuşdur. Demokratik hakimiyyətlərdә haqq-ədalətə yox, çoxluğun rəyinə əsaslanır. Bu quruluşlarda azlıqların haqqı pozulur. Ədalətsizliyin aradan qaldırılması Mehdi (ə) hökumətinin əsas məqsədlərindəndir.
    Üçüncüsü, dünyanın bütün mövcud quruluşları maddiyyat üzərində qurulmuşdur və bu quruluşlarda ilahi dəyərlər əsas götürülməmişdir. Həzrət Mehdinin (ə) hakimiyyəti isə mənəviyyat, insanın Allahla rabitəsi, cisim və ruhun tərbiyəsi üzərində qurulmuşdur. Bu səbəbdən də həzrətin hökumətinin bütün qanunları ilahi qanunlar olacaq.
    Dördüncüsü, İmam Mehdinin (ə) hökumətində bəşəriyyətin bütün maddi və mənəvi ehtiyacları nəzərə alınır. Bu səbəbdən də rəvayətdə bildirilir ki, bu dövlət son dövlətdir.("Elamul-vəri”, s. 432. )
    Sual: 482. İmam Mehdi (ə) zalımlarla və ilahi hədlərin icrası üçün necə rəftar edəcək?
    Cavab: İmam Mehdinin (ə) hökumətində sazişçilik yoxdur. Bu hökumətdə ilahi hökmlər qəti şəkildə icra olunar. Kimlərinsə qınağı və zoru nəzərə alınmaz və günahkarlar ciddi şəkildə cəzalandırılar.
    İmam Baqir (ə) buyurur: "Qaim qiyam ... Ərəblərlə ciddi rəftar olunar, sözü qılınc deyər, ilahi qanunların icrasında kimsənin qınağı maneçilik törətməz.”(Nemani, "Əl-ğeybət”, s. 233.)
    İmam Kazim (ə) buyurur: "Allah-tәala bizim ailədən olan on ikinci imam üçün bütün çətinlikləri asanlaşdırar. Onun əli ilə hər bir zalım məhv edilər, hər bir azğın şeytan aradan götürülər.”(Kəmalud-din”, c. 2, s.369. )
    Sual: 483. Zühur dövründə insanların həyatı sahmana düşərmi?
    Cavab: Həzrət Mehdi (ə) və zühur dövrü ilə bağlı nəql olunmuş ziyarətnamələrdə və rəvayətlərdə bildirilir ki, əsl və düzgün həyat imam Mehdinin (ə) əbədi təlimləri sayəsində təmin olunar. Həzrət Mehdi (ə) haqqında ziyarətnamədə oxuyuruq: "Salam olsun həyat baharına və dövrün təravətinə...”(Məfatihul-Cinan”, s. 531.)
    İmam Hüseyn (ə) buyurur: "Bizim ailədə on iki Mehdi var... Onların sonuncusu mənim doqquzuncu övladımdır. O haqq olaraq qiyam qaldırar, Allah onun əli ilə ölü yeri dirildər...”(Kəmalud-din”, c. 1, s.317.)
    İmam Sadiq (ə) buyurur: "Yer üzü zalım hakimlərin sitəmi ilə öldükdən sonra Allah onu Qaimin ədaləti ilə dirildər...”("Nemani, "Əl-ğeybət”, s. 25.)
    Sual: 484. İmam Mehdinin (ə) proqramlarının sərlövhəsi nədir?
    Cavab: Bütün yer üzündə ədalətin bərpası imam Mehdinin (ə) inqilabi amallarının birincisidir. Bu sərlövhə bütün peyğəmbərlərin proqramlarında öndə gəlir. Peyğəmbərlər, adətən, ədalətin bərpası üçün savaşa qalxmış, mübarizə aparmışlar...
    İmam Hüseyn (ə) buyurur: "Dünyanın ömründən bir gün qalmış olsa belə, Allah həmin günü uzadar ki, mənim övladlarımdan olan şəxs qiyam etsin və yer üzünü zülm-sitəm bürüdükdən sonra onda ədaləti yaysın.”("Kəmalud-din”, c. 1, s.318.)
    Sual: 485. Həzrət Mehdinin (ə) ədalətin yayılmasında əldə edəcəyi müvəffəqiyyətə hansı amillər təsir göstərir?
    Cavab: Bu quruluşda həm ədalətə əsaslanan qanunlar, həm də bu qanunları icra edən şəxsin kimliyi mühüm rol oynayır. İmamət quruluşunda haqq-ədaləti bərpa etməli olan imam kamil bir nümunədir.
    Həzrət Mehdinin (ə) müvəffəqiyyətini təmin edən amillərdən biri zühur dövründə ağılların kamilləşməsidir. Hədislərə əsasən, ədalət ağıl, zülm isə cəhalətin ünsürüdür.(Kafi”, c. 1. )
    Sual: 486. Zühurdan sonra həzrət Mehdinin (ə) şəxsi keyfiyyətləri necə olacaq?
    Cavab: İmam Mehdi (ə) bütün peyğəmbərlər və ilahi övliyalar kimi sadə həyat tərzi keçirər, ucuz libaslar geyər, sadə xörəklərlə qidalanar.(Nemani, "Əl-ğeybət”, s. 233. )
    Sual: 487. Zühur dövründə ictimai asayiş necə olacaq?
    Cavab: İmam Mehdi (ə) bəşəriyyətin tarix boyu görmədiyi ictimai asayiş yaradacaq. İmam Sadiq (ə) "Nur” surəsinin 55-ci ayəsinin həzrət Mehdiyə aid olduğunu bildirir.
    Sual: 488. Zühur dövründə insanların əqli inkişafı və elmi tərəqqisi hansı səviyyədə olacaq?
    Cavab: Peyğəmbərlərin dəvəti əsasən elm və biliyin, təcrübənin genişlənməsində rol oynayır. İman bilik və mərifətin budaqlarından sayılır. Peyğəmbərlər insanlara yaşayış qanunlarını, onun məqsəd və nəticələrini öyrədirdilər.
    İnsanın yaranışında məqsəd onun təkamülü olduğundan bu hədəf nə vaxtsa gerçəkləşməlidir. Bütün məqsədlərin gerçəkləşdiyi zühur dövründə insanın mərifəti, biliyi təkamül həddinə çatır.
    Bu yolla iki əsas mehvər gerçəkləşir:
    1. Elm artdıqca, kainatın sirləri açıldıqca allahşünaslığın sütunları möhkəmlənir ;
    2. Elm və biliyin genişlənməsi bəşər cəmiyyətinin təşkilində və rifah əldə olunmasında zəmin olur.
    Həzrət Peyğəmbər (s) buyurur: "Onların doqquzuncusu Qaimdir (ə), Allah onun əli ilə yer üzünü qaranlıqdan işığa çıxarar, ədalətlə doldurar...”(Kəmalud-din”, c. 1, s.260.)
    İmam Baqir (ə) buyurur: "Bizim Qaim (ə) zühur edəcəyi vaxt firqələrin ağıl gücünü mərkəzləşdirər, düşüncələri kamal həddinə çatdırar.”("Bihar”, c. 52, s. 336.)
    Sual: 489. Həzrət Mehdinin (ə) zühur dövrü tərbiyəvi inkişaf baxımından necədir?
    Cavab: Tərbiyəvi təkamül Mehdi (ə) qiyamının mühüm proqramlarındandır. Həzrət digər proqramlarını icraya qoymaq üçün məhz bu nöqtədən başlayır.
    İmam Əli (ə) buyurur: "Bizim Qaim (ə) qiyam edən vaxt qəlblərdən kin çıxar.”(Muntəxəbul-əsər”, s. 474.)
    İmam Baqir (ə) buyurur: "Bizim Qaim (ə) zühur edən vaxt əlini xalqın başına çəkər və onların əxlaqını kamilləşdirər.”("Bihar”, c. 52, s. 336.)
    Sual: 490. Həzrət Mehdi (ə) mal-mülkü necə bölüşdürəcək?
    Cavab: Həzrət Mehdinin (ə) proqramlarından biri də bərabərliyin qorunmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Sizə Mehdi (ə) ilə müjdə verirəm. O mənim ümmətim arasından məbus olar... Göy və yer sakinləri onun gəlişinə sevinər. O mal-mülkü düzgün bölər – hamı arasında bərabər!”("Bihar”, c. 51, s. 81. )
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 649 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024