İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-24, 6:54 AM

    Sual: 491. Hüzur əsrində xalqın iqtisadi durumu necə olar?
    Cavab: Bütün yer üzündə iqtisadi baxımdan rifah yaratmaq həzrət Mehdinin (ə) proqramlarındandır. Geriliyin və qıtlığın bir-biri ilə əlaqəli iki səbəbi var: dünyaya hakim olan istismarçı nizam; millətlərin zərərinə yönəlmiş hakim siyasət.
    İmam Sadiq (ə) buyurur: "Bizim Qaim (ə) gələn zaman yer ilahi nurla işıqlanar... Siz zəkat verməyə adam axtararsınız. Onu sizdən qəbul edən tapılmaz. Bütün insanlar ilahi fəzl sаyәsindә ehtiyacsız olar.”("Bihar”, c. 52, s. 337. )
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mənim ümmətim Mehdinin (ə) dövründə heç bir vaxt görmədiyi nemətə çatar. Həmin vaxt göydən bol yağış yağar, torpaq bəhrəsini gizləməz.”(Həmin mənbə, c. 51, s. 82)
    Sual: 492. Zühur dövründə bolluq hansı yolla yaranar?
    Cavab: Bu məsələ ilə bağlı iki ehtimal var:
    1. Yer üzünün var-dövləti möcüzə yolu ilə artar. Bu ehtimal bir o qədər də əsaslı deyil.
    2. Əkinçilik artdığından, ticarət genişləndiyindən nemət bolluğu yaranar.
    3. Böyük kapitallar işə salınar, bu məbləğlər insanlar arasında bərabər bölünər.
    Sual: 493. Zühur dövründə məscidlərin vəziyyəti necə olacaq?
    Cavab: Zühur dövründə din və məzhəb əsl hədəfə doğru yönələr və bu hərəkət bəşəriyyəti xoşbəxtliyə aparar. İmam bütün imkanları həqiqi məzhəbin hədəfləri yolunda sərf edər. Ədalət bərpa olar, ümumi rifah yaranar, insanlar əhrimənlərin əlindən xilas edilər. Bu məqsədlə məscid və məbədlərin israfçılıqla bəzənməsinə yol verilməz, mövcud zinətlər aradan götürülər, ibadətgahlar sadə və bəzəksiz olar.
    Ömər ibn Cəmi imam Baqirdən (ə) soruşur: «Bəzəkli məsciddə namaz qılmaq olarmı?” İmam buyurur: "Bunu xoşlamıram. İndiki dövrdə bunun sizə zərəri yoxdur. Amma ədalət hakim olacağı zamanda bununla necə rəftar ediləcəyini görəcəksiniz.»("Kafi”, c. 3, s. 368.)
    Sual: 494. Həzrət Mehdi (ə) zühur etdikdən sonra Məscidul-həram və Məscidun-nəbini dəyişəcəkmi?
    Cavab: Kuleyni və Müfid Əbu-Bəsirdən, Əbu-Bəsir isə imam Sadiqdən (ə) belə nəql edir: "Qaim qiyam edən vaxt Məscidül-həramı əvvəlki şəklinə salacaq, Məscidun-nəbiyə əvvəlki görkəmini qaytaracaq...”("Kafi”, c. 4, s. 543.)
    Əvvəla, bu rəvayət Şeyx Müfid, Kuleyni, Şeyx Tusi tərəfindən nəql olunsa da, mötəbər sənədə malik deyil və ona istinad etmək olmaz.
    İkincisi, həzrət Mehdi (ə) şiə və sünnilərin etimad göstərdiyi şəxsdir. Şiələr onu həm də məsum sayır. Belə bir şəxsin edəcəyi iş kimsədə şəkk-şübhə yaratmamalıdır.
    Üçüncüsü, rəvayəti düzgün saysaq, onu belə izah edə bilərik ki, zalım hakimlərin dövründə bu iki məscid haram pullarla zinətləndirilmişdir. Zülmün əsərlərini aradan götürmək üçün bu zinətlər ləğv edilə bilər.
    Dördüncüsü, "Səhihi-Müslimdə” nəql olunmuş rəvayətə əsasən həzrət Peyğəmbər (s) Kəbə evini yenidən bina etmək istəmişdir. Amma insanlar İslamı təzəcə qəbul etdiyindən bu fikrindən daşınmışdır.
    Sual: 495. İmam Mehdi (ə) zühur etdikdən sonra Əbu-Bəkr və Ömərdən intiqam alacaqmı?
    Cavab: Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Həzrətin görəcəyi ilk iş o iki nəfəri oda çəkməkdir...”("Bihar”, c. 52, s. 386.)
    Sualın cavabında bir neçə nöqtəni qeyd etmək lazım gəlir:
    1. Məclisinin istinad etdiyi Bəşir Nəbbal rical kitablarında mötəbər sayılmamışdır.
    2. Hədisi düzgün saysaq, yenə təəccübə əsas olmur. Çünki həzrət Mehdinin (ə) ən mühüm işi haqq-ədaləti bərpa etməkdir.
    3. Rəvayətdə bildirilmir ki, həmin iki şəxs kimdir.
    4. İmam Mehdi (ə) məsum olduğundan və haqq-ədalətə əsaslandığından sünnə əhli bu iki xəlifəyə münasibətinə yenidən baxmalıdır.
    5. Bu iki şəxsin dəfn olunduğu yer peyğəmbər hücrəsi sayılır. Həmin iki şəxsi bu hücrədə dəfn etmək olmazdı. Həzrət haqqı bərpa etmək üçün onları hücrədən çıxarasıdır.
    Sual: 496. İmam Mehdi (ə) zühur etdikdən sonra nə üçün Davudun hökmünə əməl edir?
    Cavab: Kuleyni nəql edir ki, imam Baqir (ə) Xəttab ibn Əba-Übeydəyə buyurmuşdur: "Еy bа-Übеydә! Ali-Məhəmməd Qaimi qiyam edəndə Davud və Süleymanın hökmü ilə hərəkət edəcək. Bu səbəbdən də dəlil və şahid istəməyəcək.”("Kafi”, c. 1, s. 397.)
    Yuxarıdakı rəvayətə münasibətimizi bildirək:
    1. Rəvayətdən belə görünür ki, imam Mehdi (ə) zühur etdikdən sonra dəlillər yox, öz elmi əsasında rəftar edəcək. Şeyx Müfid deyir: "İmam şəhadətlər əsasında hökm verdiyi kimi, öz elmi əsasında da hökm çıxara bilər. O şəhadətləri batil gördükdə öz elminə əsaslana bilər...”(Bihar”, c. 26. )
    2. Zühurdan sonra imamın vəzifəsi yer üzündə ədaləti bərpa etmək olduğundan təbiidir ki, tapdanmış haqları qaytarmaq üçün hökmlər çıxarasıdır. Ədaləti bərpa etmək üçün isə Allahın verdiyi elmə əsaslanmalıdır. Bu, həmin Davud hökmüdür.
    3. İmamın öz elmi əsasında hökm çıxarmasını təkcə şiə alimləri yox, bəzi sünni alimləri də caiz sayır.
    İbn-Qüdamə deyir: "Peyğəmbərdən (ə) eşidilmişdir ki, hakim elmi əsasında hökm verə bilər...”
    Sual: 497. Həzrət Mehdi (ə) yeni bir din gətirəcəkmi?
    Cavab: Bəziləri elə düşünür ki, həzrət Mehdi (ə) zühur dövründə yeni bir din gətirəcək. Hansı ki, Quran buyuruqlarına əsasən, İslam peyğəmbəri (s) son peyğəmbərdir, onun dini son dindir. Hədis mənbələrinə müraciət etdikdə görürük ki, həzrətin yeni din gətirməsi ilə bağlı heç bir məlumat verilmir. Həzrətin zühur dövründə məsələləri yenidən araşdırması yeni şəriət kimi başa düşülməməlidir. Həzrət yeni üsullardan istifadə etsə də, onun məqsədi cəddinin şəriətini dirçəltməkdir.
    Sual: 498. Həzrət Mehdinin (ə) "yeni sultan” olması nə deməkdir?
    Cavab: Bir rəvayətdə nəql olunur ki, imam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Sanki xalqın rükn və məqam arasında Mehdiyə səmadan enmiş yeni sultan kimi beyət etdiyini görürəm.”(Bihar”, c. 52, s. 230. ) Bu sualla bağlı bəzi ehtimallar var:
    1. Yeni sultan dedikdə yeni üsul, yeni yanaşma nəzərdə tutulur. Elə bir üsul ki, bəşəriyyət heç bir dövlətin tarixində bu üsulla rastlaşmamışdır.
    2. Elə bir səltənət ki, bütün səltənət və hökumətlərə münasibətdə yenidir.
    Sual: 499. İmam Mehdinin (ə) yeni bir əmrlə qiyamı nə deməkdir?
    Cavab: İmam Baqir (ə) bir rəvayətdə buyurur: "Mehdi xüruc etdiyi vaxt yeni əmrlə qiyam edəcək.”(Həmin mənbə) "Yeni əmr” ifadəsi ilə bağlı müəyyən ehtimallar var:
    1. "Yeni əmr” dedikdə yeni tələb nəzərdə tutulur.
    2. "Yeni əmr” dedikdə yeni üsul, düşüncə və əqidə proqramı nəzərdə tutulur.
    3. "Yeni əmr” dedikdə xilafət və imamət nəzərdə tutulur. Həzrətin xilafəti başqa xilafətlərdən fərqləndiyi üçün yeni sayılır.
    Sual: 500. "Yeni mühakimə” nədir?
    Cavab: İmam Baqir (ə) buyurur: "Ali-Məhəmmədin Qaimi xüruc edəndə yeni sünnə, yeni mühakimə ilə qiyam edəcək.” (həmin mənbə, s. 348)
    Sualla bağlı iki ehtimal var:
    1. Zühur əsrinə uyğun çeşidli və mütərəqqi proqramlar;
    2. Mühakimədə yeni üslub.
    Sual: "Yeni sünnə” nə deməkdir?
    Cavab: İmam Baqir (ə) buyurur: "Mehdi (ə) xüruc edəndə yeni əmr, yeni kitab, yeni sünnə ilə qiyam edəcək.”(Həmin mənbə, c. 52, s. 230.) Hansı ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mehdinin (ə) sünnəsi mənim sünnəm kimidir.”(Həmin mənbə, c.51, s. 73. 
    )
    Zühur dövründə düşüncələr kamilləşdiyindən və həzrətin hakimiyyəti bütün yer üzünü əhatə etdiyindən bu hakimiyyət başqa hakimiyyətlərdən fərqlənir.
    Sual: "Yeni kitab” nə deməkdir?
    Cavab: Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "And olsun Allaha! Sanki Mehdinin (ə) rükn və məqam arasında xalqdan yeni kitabla beyət aldığını görürəm...”("Bihar”, c. 52, s. 294. )Bu təbirlə bağlı müxtəlif ehtimallar var:
    1. Yeni bir Quranın gətirilməsi ehtimalı. Belə bir ehtimal batildir.
    2. Həzrətin Quranı peyğəmbər dövründə olduğu şəkildə gətirməsi. Bugünkü Quran peyğəmbər tərəfindən tərtib olunduğu üçün bu ehtimal da qəbuledilməzdir.
    3. Nəzərdə Əli ibn Əbi-Talib tərəfindən yazılmış Quran tutula bilər. Bu ehtimal həqiqətə daha çox yaxındır.
    4. Yeni kitab dedikdə daha uca maarif və mahiyyət başa düşülə bilər. İmam ayələrin bu vaxtadək xalqa məlum olmayan yeni mənalarını açıqlaya bilər.
    Sual: Həzrət Məsihin ümumdünya ədaləti hökumətində iştirakının hikməti nədir?
    Cavab: 1. Həzrətin iştirakı çoxsaylı məsihi dünyasının hidayətinə səbəb ola bilər.
    2. Həzrət Məsihin iştirakı həzrət Mehdinin (ə) qələbəsi üçün zəmin yarada bilər.
    3. Həzrət Məsih həzrət Mehdinin (ə) ümumdünya ədalət hökumətində hansısa məsuliyyəti öhdəsinə götürə bilər.
    Sual: Əgər həzrət İsa peyğəmbərdirsə, nə üçün ümumdünya hökumətinin rəyasəti həzrət Mehdiyə (ə) məxsusdur?
    Cavab: Yuxarıdakı suala bir neçə baxımdan cavab vermək olar:
    1. Həzrət Mehdi (ə) İslam peyğəmbərinin (s) son canişini, şəri varisdir.
    2. Həzrət Məsih müsəlman olmayan ümmətlərin peyğəmbəridir. Onun dini gücdən düşmüş, ardıcıllarına İslam dinini qəbul etmək əmr edilmişdir.
    Sual: Həzrət Mehdi (ə) yəhudi və məsihilərlə necə rəftar edəcək?
    Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdi (ə) Tövrat əhli ilə Tövratla, İncil əhli ilə İncillə, Zəbur əhli ilə Zəburla, Quran əhli ilə Quranla mühakimə aparacaq. Əlbəttə ki, söhbət inadkarlıq göstərməyən, həzrətə qarşı çıxmayan kitab əhlindən gedir.
    Sual: İmamın zühuru ilə qiyamı arasında fasilə çoxdurmu?
    Cavab: Şeyx Müfid deyir: "Qaim hakimiyyətə çatdıqdan sonra kimsə üçün hakimiyyət olmayacaq. Rəvayətlərdə işarə olunub ki, yalnız həzrətin övladı ona canişin olar. Amma bu məsələyə qəti dəlil yoxdur. Əksər rəvayətlərdə bildirilir ki, ümmətin Mehdisi (ə) qiyamətdən qırx gün öncə dünyadan köçər və həmin qırx gündə hərc-mərclik düşər. Bu isə ölülərin dirilmə, hesab saatının başlama əlamətidir.”(İrşadi-Mufid”, c. 2, s. 387.)
    Sual: Əgər həzrətin hökuməti ümumdünya ədalət hökumətidirsə, nə üçün o, şəhadətə çatır?
    Cavab: Həzrətin şəhadəti ilə bağlı mütəvatir dəlil yoxdur. Onun şəhadətə çatacağına inananlar iki dəlilə əsaslanır: a) Rəvayətlərdə ümumi şəkildə göstərilmişdir ki, bütün imamlar qeyri-təbii ölümlə dünyadan gedər; b) Rəvayətlərdən birində məlumat verilir ki, bəni-təmim tayfasından olan Səidə adlı bir qadın həzrəti şəhadətə yetirər. O həzrət yoldan keçdiyi vaxt böyük bir daşı onun üstünə salar.
    Bəs həqiqət necədir?
    Əvvəla, həzrətin şəhadəti onun zühur dövründə islahatçılığı ilə bir araya sığmır.
    İkincisi, rəvayətlərdə bildirilir ki, Əhli-beyt (ə) qeyri-təbii ölümlə dünyadan köçəcək.
    Üçüncüsü, həzrətin şəhadətini xəbər verən rəvayətin sənədi mötəbər deyil.
    Dördüncüsü, bəzi rəvayətlərdə bildirilir ki, həzrət Mehdi (ə) təbii ölümlə köçər.
    Sual: Həzrət Mehdinin (ə) hökumətində bütün insanlar islah olacaqmı?
    Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) islahatı bütün yer üzünü bürüyəcək. İmam Həsən Müctəba (ə) buyurur: "Allah-tәala dünyanın sonunda bütün azğınları və günahları islah edəcək bir şəxs göndərər.”("İsbatul-hüdat”, c. 3, s. 524. )
    Sual: Zühurdan sonra həzrət Mehdinin (ə) dәstәsi harada mərkəzləşəcək?
    Cavab: Bəzi rəvayətlərə əsasən, bu hökumətin paytaxtı Kufə olacaq. İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə isə imamın Səhlə məscidində məskunlaşacağı bildirilir.(Kafi”, c. 3, s. 495.)
    Sual: Əgər zühur dövründə ağıllar kamilləşəcəksə, imama nə ehtiyac var?
    Cavab: Bilməliyik ki, zühur dövründə ağıllar təbii yolla kamilləşəcək. Bu işdə əsas təbii amil imam Mehdinin vücududur.
    Sual: Həzrətin zühurunun hansı təsirləri və bərəkətləri var?
    Cavab: 1. Bu imtiyazlardan biri insanın imamla bir əsrdə yaşamasıdır. Həmin vaxtda hazırda əldə olmayan bərəkәtlər insana nəsib olar.
    2. Həzrət Mehdinin (ə) zühuru dövründə insanlar üçün yer üzündə behişt yaranar. Belə bir əsr hətta peyğəmbərin (s) dövründə də olmamışdır. Zühur dövründə ideal həyat üçün tam şərait yaranar.
    Sual: İmam zühur etdikdən sonra bugünkü texnologiyanı inkişaf etdirəcəkmi?
    Cavab: İmam həm dövrün texnoloji tərəqqisindən bəhrələnəcək, həm də onu inkişaf etdirəcək. Amma bu tərəqqidə əsas məqsəd insanı yaranış məqsədinə çatdırmaqdır.
    Sual: Həzrətin zühur dövründə hansı əlamətlər müşahidə olunacaq?
    Cavab: İslam alimləri zühur əlamətlərini iki qismə bölürlər: bu əlamətlərdən bir hissəsi zühurdan öncə gerçəkləşəcək. Zühur vaxtı gerçəkləşəcək əlamətlər sırasında bir dəstənin Beyda çölündə yerə batmasını, səmadan gələn səsi, nəfsi-zəkiyyənin qətlini göstərmək olar.
    Sual: Belə əzəmətli bir hadisəni bir nəfər öz öhdəsinə necə götürə bilər?
    Cavab: Bilməliyik ki, insan həmişə tarixi şəraitdə formalaşmır. İnsanın qeyb aləmi ilə sıx rabitəsini nəzərə alsaq, bu dərin rabitə insanı xoş gələcəyə istiqamətləndirə bilər. Yeni mədəniyyətin başlanğıcını qoymuş İslam peyğəmbəri keçmiş mədəniyyətin övladı deyildi. Həzrət Mehdinin təcrübəsi İslam peyğəmbərinin təcrübəsidir. İlahi bir şəxsiyyət tarixi gedişatı dəyişməyə qadirdir.
    Sual: Əgər imama imam qüsl verməlidirsə, həzrətə kim qüsl verəcək?
    Cavab: Rəvayətlərdə bildirilir ki, rәcətdən sonra imam Hüseyn (ə) bu işi görəsidir. İmam Sadiq (ə) buyurur: "Höccətin ölümü çatar, onun qüsl, kəfənləmə, hənut, dəfnini imam Hüseyn (ə) öhdəsinə götürər...”(Bihar”, c. 51, s. 56. )
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 515 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024