İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Müqəddəs... İmam Mehdinin (ə)...
    2011-12-26, 7:09 AM

    Müqəddəs Cəmkəran məscidi
    Sual: 352. Cəmkəran məscidinin tikilməsi ilə bağlı hansı məlumatlar var?
    Cavab: Cəmkəran məscidinin tikilməsi ilə bağlı mərhum hacı Nuri "Nəcmus-Saqib”, "Cənnətul-məva”, "Əl-kəlimətut-təyyibə” kitablarında, Mirza Məhəmməd Təqi Ərbabe Qummi "Tarixi darul-iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd ibn Həsən Qumminin "Tarixe-Qum” ("Munisul-həzin” kitabı əsasında) məlumatlar var.
    Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır. Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu görüşdə həzrət ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən olan Seyyid Əbül-Həsən Ər-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu yerdə (Cəmkəranda) məscid tiksin...(Bihar”, c. 53, s. 230. )
    Bundan əlavə, "Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki, Əmirəl-möminin həzrət Mehdi (ə) bayrağının Cəmkəran məscidində qalxacağını bildirmişdir.
    Sual: 353. Cəmkəran məscidində namazın müstəhəb olmasının dəlili nədir?
    Cavab: Həsən ibn Məslə Cəmkəraninin nəql etdiyi əhvalatlarda nəql olunur ki, həzrət buyurmuşdur: "Bu məkanda 7 gün qal və orada 4 rəkət namaz qıl. İki rəkət məscid üçün təhiyyət namazı qıl, hər rəkətdə bir dəfə Həmd, 7 dəfə "İxlas” surəsini oxu, rüku və səcdənin təsbihini də 7 dəfə təkrarla. İki rəkət də Sahibəzzaman namazı niyyəti ilə namaz qıl. Birinci rəkətdə "Həmd” surəsini oxu və "iyyakə nəbudu və iyyakə nəstəin” cümləsinə çatdıqda bu cümləni 100 dəfə təkrarla. "Həmd” surəsini tamamlayıb, bir dəfə "İxlas” surəsi oxu. Sonra rüku və səcdənin zikrlərini 7 dəfə de. İkinci rəkətdə də eyni əməlləri təkrarla. Namazı başa çatdırdıqdan sonra bir dəfə "la ilahə illəllah” söylə, həzrət Zəhranın (s) təsbihatından sonra səcdədə 100 salavat çək. Bu namazdan qəflətdə qalma! Bu məsciddə olub həmin namazı qılan kəs Beytul-ətiqdə (Allahın evində) namaz qılmış kimidir.”
    Sual: 354. Cəmkəran məscidinin tikintisi haqqında məlumat verən sənəd mötəbərdirmi?
    Cavab: Müqəddəs Cəmkəran məscidi və orada qılınan namaz haqqında sənəd araşdırması aparmağa ehtiyac yoxdur. Çünki mötəbər sənədli hədislərə əsasən, savaba çatmaq ümidi ilə müstəhəb iş görən kəs əməlin müstəhəbliyindən xəbər verən hədis mötəbər olmasa belə, savaba çatır.
    Kuleyni səhih sənədə əsasən nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir işin savab olduğunu eşidib onu yerinə yetirsə, eşitdiyi xəbər düzgün olmasa belə, həmin şəxsə savab veriləcək.”
    Bərqi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Bir şəxs peyğəmbərin savab saydığı bir işi yerinə yetirsə, əslində peyğəmbər o işi savab saymamışsa da, bu şəxsə savab verilər.”
    Sual: 355. Nə üçün "Qumun tarixi” kitabında Cəmkəran əhvalatına yer verilməyib?
    Cavab: Hazırda araşdırmaçıların əlində olan "Tarixe-Qum” kitabı orijinal mənbənin yalnız dörddə bir hissəsidir. Əslində 20 fəsildən ibarət olan bu kitabın yalnız 5 fəsli əlimizdədir. Çox ehtimal ki, kitabın əlimizə çatmayan hissələrində Cəmkəran haqqında məlumat vardır. Mərhum Mühəddis Nuri və başqaları kitabın ilkin mənbəsini əldə edə bilməmişdilər. Ona görə də alim həmin əhvalatı "Tarixe-Qum” kitabının əsli nüsхәsi əlində olan Nemətullah Cəzairidən nəql etmişdir.
    Sual: 356. "Munisul-həzin” kitabının Şeyx Səduqa aid olduğu dəqiq deyilsə, ona istinad etmək olarmı?
    Cavab: Biz də bu kitabın Şeyx Səduqa aid olduğunu iddia etmirik. Amma bu münasibət həmin kitabın etibarsız olduğunu göstərmir. İbn-Şəhr Aşub "Əl-mənaqib” kitabında uyğun kitabı Həmmal Nişapuriyə aid edir. O bu kitaba istinadən imam Həsən Müctəbadan bir möcüzə nəql edir.(Əl-mənaqib”, c. 4, s. 8.)
    Əllamə Məclisi də bu kәrаmәti "Əl-Mənaqib” kitabından nəql etmişdir. O bu kitabın Həmmal Nişapuriyə aid olduğunu inkar etmir.("Bihar”, c. 33, s. 327»)
    Mərhum Məclisidən öncə Seyyid Məhəmməd ibn Əbu-Talib Həsəni "Təsliyətul-Məcalis” kitabında Fəttal Nişapurinin "Munisul-həzin” kitabında hədis nəql edir və bu kitabın ona aid olmasını şübhə altına almırdı.
    Sual: 357. Nə üçün "Munisul-həzin” kitabını Şeyx Səduqa aid etmişlər?
    Cavab: Çox ehtimal ki, bu əhvalat Qum tarixi ilə bağlı olduğu üçün həmin kitabın haşiyəsində yazılmış və sonradan haşiyədən mətnə keçmişdir. Fəttal Nişapuri hicri 508-ci ildə şəhadətə çatmış, "Tarixe-Qum” kitabının müəllifindən iki əsr sonra yaşamışdır. O, Şeyx Səduqun müasiridir. Buna görə də kitab Şeyx Səduqa aid edilmişdir.
    Çox olub ki, "Qamusur-rical” sahibi həmin kitabdan nümunələr nəql etmişdir.
    Beləcə, məlum olur ki, qədim dövrlərdə çap olmamış və kitablar əlyazma yolu ilə yayılmışdır. Üz köçürmədə peşəkar olan bir çox adamlar kitabın mövzularından yetərincə məlumatlı olmamışlar.
    Sual: 358. Cəmkəran məscidinin xüsusi əhəmiyyəti nədir?
    Cavab: Bu məscidin bir sıra əhəmiyyətləri var:
    1. Cəmkəran məscidi Həsən ibn Məslə Cəmkəraninin imam Mehdidən (ə) nəql etdiyi rəvayətə əsasən Allah-tәalanın xüsusi diqqətində olan məkanlarındandır.
    2. Məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikildiyindən şərafət və müqəddəsliyə malikdir.
    3. Bu məsciddə qılınan namazın xüsusi savabları var. Həzrət buyurdu: "Orada həmin iki namazı qılan şəxs beytül-Ətiqdə namaz qılmış kimidir.”
    4. Müqəddəs Cəmkəran məscidi Əhli-beyt (ə), xüsusi ilə İmam-zaman aşiqlərinin ictima yeridir. Bu səbəbdən də onun xüsusi cazibəsi var. Çox insanlar həzrət Mehdi (ə) eşqi ilə uzun yol gəlib bu məsciddən bəhrələnirlər. Bildirilir ki, bəzi gecələr bu müqəddəs yerdə bir milyona yaxın Mehdi aşiqi toplanır.
    5. Bu müqəddəs məkanda hətta çarəsiz xəstələr şəfa tapmışdır.
    6. Bu məsciddə həzrətin bir çox aşiqləri onunla görüşə bilmişdir.
    7. Bu yer o qədər müqəddəsdir ki, tarix boyu böyük alimlər piyada və ya süvari həzrətə təvəssül və namaz qılmaq üçün oraya gəlmişlər.
    Sual: 359. Bir istəyin qəbul olunması üçün 40 dəfə Cəmkəran məscidinə getmək doğrudanmı təsirlidir?
    Cavab: Bu mövzu ilə bağlı xüsusi dəlil olmasa da, üç yolla onu sübuta yetirmək olar...
    1. Alimlər Cəmkəran məscidinə ardıcıl olaraq 40 dəfə getməyi faydalı saymışlar. Belə bir təsir Səhlə məscidi haqqında da bəyan olunur.
    2. Rəvayətlərdə bildirilir ki, hər kəs 40 gün özünü Allaha xatir xalis, səmimi etsə hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.("Kafi”, c. 2, s. 16.)
    3. Çoxsaylı rəvayətlərdən aydın olur ki, maddi və mənəvi fəaliyyətlərin çiçəklənməsində 40 rəqəminin mühüm təsiri var. O cümlədən: 40 rəqəmi övladın bətndə inkişafına təsirlidir; Şərab namazın 40 gün qəbulunun qarşısını alır; Bəhlul Nəbbaşın tövbəsinin 40 gündən sonra qəbul olunması; Həzrət Zəhranın bətndə möhkəmlənməsi üçün həzrət Peyğəmbərin (s) Xədicədən 40 gün kənarlaşması; 40 gün əhd duası oxumaq insanın həzrət Mehdiyə yaxınlaşmasına səbəb olur; həzrət Mehdi (ə) 40 gün mələklərin tərbiyəsi altında olmuşdur; həzrət Adəmin 40 gün xəmir hаlındа olması; həzrət Musanın Tur dağında Allahla 40 gün ünsiyyəti; İslam peyğəmbərinin 40 yaşdan sonra nübüvvətə çatması; insan təfəkkürünün 40 il inkişaf edə bilməsi; 40 möminin şəhadətinin möminin bağışlanmasına səbəb olması; 40 hədis öyrənən insanın qiyamətdə fəqih kimi məhşur olması; qonşuluq həddinin 40 ev olması; məscidin qonşuluğunun 40 evə çatması...
    Bu hədislərdən məlum olur ki, insanın kamala çatmasında 40 rəqəminin xüsusi təsiri var.
    Seyyid Bəhrul-ülum deyir: " Biz gözlərimizlə müşahidə etmiş və öyrənmişik ki, 40 rəqəminin istedadların çiçəklənməsində xüsusi təsiri var.”("Risaleyi-Seyri-Suluk”, s. 23)
    Sual: 360. Çərşənbə axşamı Cəmkəran məscidinə getməyin savabı ilə bağlı dəlil varmı?
    Cavab: Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən, o, həzrətlə çərşənbə axşamı görüşmüşdür. Həzrət ona göstəriş verir ki, Cəfər Kaşaninin sürüsündəki keçini alıb həmin yerə aparsın və növbəti gecə (yəni çərşənbə gecəsi) kəsib çərşənbə günü ətini paylasın...("Bihar”, c. 53, s. 232. )
    Bu səbəbdən də həzrətin aşiqləri həmin mübarək gecə Cəmkəran məscidinə toplaşır, Allah-tәaladan yardım diləməklə həzrətə təvəssül edib istəklərini ondan diləyirlər.
    Sual: 361. 40 çərşənbə gecəsi Cəmkəranda olan insan həzrət Mehdini (ə) ziyarət edə bilərmi?
    Cavab: Bu barədə xüsusi bir dəlil yoxdur. Amma bəzi rəvayətlərə əsasən 40 rəqəminin təkvini təsirləri var. Əgər bir şəxs bu niyyətlə Cəmkəran məscidinə gedib ciddi şəkildə arzusunu Allahdan diləsə, digər bir tərəfdən bu görüş üçün ləyaqət əldə etsə, ümid var ki, həzrətlə görüşə bilsin. Bir çoxları bu yolla istəyinə çatmışdır.
    Sual: 362. Əgər həzrət Mehdi (ə) hər yerdə olursa, nə üçün Cəmkərana gedək?
    Cavab: Bəli, biz inanırıq ki, həzrət Mehdi (ə) hər yerdə olur. Amma Cəmkəran məscidinin xüsusi imtiyazları var:
    Əvvəla, Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən bu məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikilmişdir. Həzrət xalqın burada toplanmasını və dörd rəkət namaz qılmasını istəmişdir.
    İkincisi, bu müqəddəs yer əsrlər boyu aşiqlərin ictima məhəlli olmuşdur. Biz də bu müqəddəs məkanın bərəkətindən faydalana bilərik.
    Üçüncüsü, məhbuba doğru hərəkətin özü təsirlərə malikdir. Belə bir hərəkət insanın həzrətə olan rəğbətini artırır.
    Sual: 363. Səhlə məscidinin həzrət Mehdi (ə) ilə hansı əlaqəsi var?
    Cavab: Bəzi rəvayətlərə əsasən zühur dövründə bu məscid həzrətin şəxsi iqamətgahı olacaq.
    Bir gün imam Sadiqin (ə) yanında Səhlə məscidindən söz düşdü. Həzrət buyurdu: Agah olun! Həqiqətən, bu yer qiyam edəcəyi vaxt əmr sahibinin iqamətgahıdır.”("Kafi”, c. 3, s. 495. )
    Nəql olunur ki, həzrət Əbu-Bəsirə xitabən buyurmuşdur: "Ey Əba-Məhəmməd! Səhlə məscidində Qaimin gəlişini sanki gözlərimlə görürəm.”("Bihar”, c. 100, s. 436.)
    Sual: 364. Səhlə məscidində olmaqla bağlı hansı tövsiyələr var?
    Cavab: Bəzi rəvayətlərə əsasən bu məsciddə olmaq və orada namaz qılmaq çox tövsiyə olunmuşdur:
    1. İmam Sadiq (ə) Əla ibn Rəzinə xitabən buyurur: "Sizin yaxınlığınızda Səhlə məscidi adlanan bir məscid var. Biz o məscidi Şurə məscidi adlandırırıq. Həmin məsciddə namaz qılırsanmı? (Əla bildirir ki, orada namaz qılır) Oraya get. Çünki orada qəm yoxdur. Qəmi olanın qəmini Allah götürür. (İstəyini qəbul edir).”("Bihar”, c. 100, s. 437»)
    2. Həzrət Sadiqdən (ə) belə buyurduğu nəql olunur: "Elə bir insan yoxdur ki, Səhlə məscidinə gedib məğrib və işa arasında iki rəkət namaz qıla və Allah onun qəm-qüssəsini aradan götürməyə.”("Vəsailuş-şiə”, c. 5, s. 266.)
    3. Başqa bir məqamda həzrət buyurur: "Kufəyə daxil olduqda Səhlə məscidinə get və orada namaz qıl. Maddi və mənəvi istəklərini Allahdan dilə.”("Bihar”, c. 100, s. 434.)
    Sual: 365. Çərşənbə gecəsi Səhlə məscidində olmaqla bağlı dəlil varmı?
    Cavab: Bu barədə Əhli-beyt (ə) tərəfindən göstəriş yoxdur. Yalnız Seyyid ibn Tavus buyurmuşdur: "Əgər Səhlə məscidinə getmək istəsən bunu çərşənbə gecəsi məğrib və işa namazı arasına sal. Bu vaxt başqa vaxtlardan üstündür.”("Misbahul-Zair”, s. 105.)
    Mühəddis Nuri bildirir ki, 40 gecə məsələsi ümumi şəkildə rəvayətlərdə təsdiqlənmişdir.("Nəcmus-Saqib”, s. 845. )
    İmam Mehdinin (ə) izdivacı (evlənməsi)
    Sual: 366. İmam Mehdi (ə) izdivac etmişdirmi?
    Cavab: "Şəxsin qeybi” nəzəriyyəsinə əsasən həzrət izdivac etməmişdir. Çünki o bütün insanlardan məxfidir. İzdivac üçün xalqla rabitədə olmaq lazım gəlir. Bu isə qeyb fəlsəfəsinə uyğun deyil. "Ünvan gizliliyi” nəzəriyyəsinə əsasən isə həzrət izdivac edə bilər və bu islami sünnədir. Amma əldə olan sənədlər birinci baxışı təsdiqləyir:
    1. Əksər rəvayətlərdə "şəxsi qeyb” nəzəriyyəsinə üstünlük verilir.
    2. Əmrinin rəvayətində həzrətin həcc mövsümündə olması bildirilsə də, bu rəvayəti imam nəql etməmişdir. Eyni zamanda, bu xəbər həcc mövsümünə aiddir.
    3. Həzrət üçün tam qeyb müəyyənləşdirilmişdir.
    4. Əgər izdivac olsaydı, səfirlər və vəkillər bu məsələyə toxunardılar.
    5. Məsudi Əli ibn Əbu-Həmzədən nəql edir:
    Biz imam Rizaya (ә) ərz etdik ki, rəvayətlərə əsasən imam öz nəslini görməmiş dünyadan getməz? İmam Riza (ə) buyurdu: "Məgər sizə çatmayıbmı ki, Qaimdən savay?!”("İsbatul-vəsiyyə”, s. 201.)
    Sual: 367. Həzrətin izdivac etməməsi İslam sünnəsinə zidd deyilmi?
    Cavab: İzdivac peyğəmbər sünnəsi olsa da, bəzən daha mühüm məsələ önə gəlir. Rəvayətlərdən bu da anlaşılır ki, dünyanın sonunda evlənməmək yayılmış iş olacaq.
    Sual: 368. Əgər izdivac olmayıbsa, Müfəzzəl ibn Ömərin rəvayətinə necə cavab verək?
    Cavab: Həzrətin izdivac etməsinə inananlar Müfəzzəl ibn Ömərin rəvayətinə istinad edirlər. O, imam Sadiqdən (ə) nəql edir ki, onun məkanından heç bir övladı xəbər tutmaz...”("Əl-Ğeybət”, s. 102.)
    Cavab olaraq belə deyə bilərik:
    1. Bu rəvayət eyni məzmunda Nemaninin "Əl-ğeybət” kitabında nəql olunmuşdur. Amma övlad sözü əvəzinə "vəli” sözü işlədilmişdir. Onun yerindən heç bir vəli xəbər tutmaz.”(Əl-Ğeybət”, s. 17)
    2. Rəvayətlərdə qeyd olunmur ki, hazırda həzrətin zövcəsi və övladları var. Zühurdan sonrakı övladlar da nəzərdə tutula bilər.
    3. Belə bir təbir obrazlıq xatirinə işlədilə bilər. Yəni hətta həzrətin övladı olsaydı da, onun yerindən xəbər tutmazdı.
    Sual: 369. Əhməd ibn Məhəmməd ibn Yəhya Ənbarinin rəvayəti həzrətin izdivacı üçün dəlil deyilmi?
    Cavab: Bəziləri həzrətin izdivacını sübuta yetirmək üçün Əhməd ibn Məhəmməd ibn Yəhya Ənbarinin rəvayətinə istinad edirlər. Bu rəvayət genişdir. Rəvayətin mətnində imam Mehdinin (ə) övladlarının yaşadığı beş şəhər göstərilir.("Bihar”, c. 53, s. 213-221.)
    Ənbarinin rəvayətini bir çox alimlər zəif saymışdır. Аğаbоzrоg Tehrani, Seyyid Nemətullah Cəzairi, Şeyx Məhəmməd Təqi Şüştəri bu qəbil alimlərdəndir.
    Аğаbоzrоg Tehrani deyir: "Biz əlimizə düşmüş bu hekayəni nəql edəni tanımırıq. Yalnız bunu bilirik ki o, həmin məclisdə möhtərəm olmuşdur. Onun sənəd və mətnində ziddiyyətlər var... Bu hekayəni nəql etməkdə alimlərin məqsədi həbibin zikridir.
    Sual: 370. "Cəzireye-Xəzra” (Bermud adaları) əhvalatı imamın izdivacına dəlil ola bilərmi?
    Cavab: Mərhum Məclisi "Biharda” Əli ibn Fazildən geniş bir rəvayət nəql etmişdir. Bu rəvayətdə həzrətin nəslinin yaşadığı adalardan danışılır.
    Əslində isə:
    1. Məclisinin sözlərindən belə anlaşılır ki, o, rəvayəti bir o qədər də etibarlı saymamışdır. Alim deyir: "Mötəbər kitablarda bu hədislə rastlaşmadığımdan onu ayrıca bir fəsildə qeyd etdim.”("Bihar”, c. 52, s. 159.)
    2. Аğаbоzrоg Tehrani də bu әhvаlаtı ciddi saymır.
    3. Hədisin mətnində ziddiyyətlər var.
    4. Hədisdə əsassız məsələlər müşahidə olunur.
    5. Onu nəql edənlər arasında tanınmamış fərdlər var.
    Sual: 371. Bəzi rəvayətlərdə həzrətin ailəsindən danışılır. Bu məlumatlar onun izdivac etməsinə dəlil ola bilməzmi?
    Cavab: Məhəmməd ibn Məşhədi imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Sanki Qaimin Səhlə məscidinə gəlişini əhli-əyalı ilə müşahidə edirəm.”(Nəcmus-Saqib”, s. 225)
    Hədis barədə nə demək olar?
    1. Həzrətin övladları ilə bağlı məlumatlar zühur və ya ondan sonrakı dövrə aiddir. Seyyid Cəfər Mürtəza Amili deyir: "Çox olsun ki, həzrətin zühurundan sonra övladı olacaq...”(Dirasətun fi əlaimul-zuhur”, s. 232.)
    2. Bəzi rəvayətlərdə rastlaşdığımız "həzrətin ailəsi” təbiri onun ata-babasına da işarə ola bilər.
    Sual: 372. "Əbа-Saleh” ("Saleh atası”) künyəsi(Әrәblәr аtаnı böyük оğulun аdı ilә çаğırırlаr. Mәsәlәn, Әbülqаsim-yәni Qаsimin аtаsı; Әbusаlеh-yәni Sаlеhin аtаsı. Bu kimi аdlаndırmаyа «künyә» dеyilir. ) həzrətin izdivac etməsini göstərmirmi?
    Cavab: Bəziləri həzrət Mehdinin (ə) izdivacını sübuta yetirmək üçün onun "Əba-Saleh” künyəsini dəlil göstərir.
    Əvvəla, həzrət Mehdi (ə) cəmiyyətin islahında bir ata, rəhbər olduğu üçün "Əba-Saleh” adlandırıla bilər. O, Allahın iradəsi ilə bütün yer üzünü islah edəcək yeganə şəxsdir. Necə ki, bir rəvayətdə həzrət Peyğəmbər (s) Əli ibn Əbi-Talib haqqında buyurur: "Mən və Əli bu ümmətin iki atasıyıq.”
    İkincisi, ərəb dilində "əb” sözü təkcə ata mənasını bildirmir. Bu sözdə "sahib” mənası da var. "Əba-Saleh” dedikdə ixtiyarında salehlər olan kəs nəzərdə tutula bilər. .
    Üçüncüsü, bu аd "Ənbiya” surəsinin 105-ci ayəsindəki "ibadiyəs-salihun” təbirindən dә götürülə bilər.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 574 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024