İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Son xilaskar

    Son xilaskar
    2012-04-12, 10:04 AM
    Müsəlmanlarla rumluların müharibəsi
    Məleykəni bu zülmət saraydan uzaqlaşmaq fikri rahat buraxmırdı.
    Müsəlmanlarla rumlular arasında gedən uzunmüddətli müharibələr nəticəsində gah müsəlmanlar, gah da rumlular qələbə çalırdı. Bu döyüşlərdə gah müsəlmanlar rumluları, gah da rumlular müsəlmanları əsir götürürdü. Əsirlər qul və kəniz kimi satılır, yaxud qarşı tərəfin əsirləri ilə dəyişdirilirdi.
    Belə müharibələrin birində rumlu qadınların bir dəstəsi, o cümlədən Məleykə də əsir düşdü və o, tanınmaması üçün özünü Nərgiz adlandırdı.
    Buşr ibn Süleyman İmam Hadinin (ə) göstərişinə əsasən, İmamın dediyi gündə Bağdad şəhərinə yollandı. O, səhər tezdən gəmilərdən birinin Bağdad körpüsünə yetişdiyini gördü. Kənizlər satış mərkəzinə gətirildi. Bu vaxt Buşr, İmam Hadinin ona (ə) söylədiyi xüsusiyyətlərə uyğun gələn kənizi gördü. Müştərilər təkidlə onu almaq istəsələr də, o razı olmurdu.
    Buşr irəliləyib, satıcının icazəsilə İmam Hadinin (ə) məktubunu Nərgizə verdi. O, məktubu oxuyan kimi, ixtiyarsız halda kövrəldi, gözləri doldu və sevincdən qəhərlənmiş halda sahibi Əmr ibn Yezidə dedi:
    "Məni bu məktubun sahibinə sat!”
    Əmr razılaşdı və İmam Hadinin (ə) göndərdiyi pulu qəbul etdi.
    Buşr deyir: "Gətirdiyim pulu verib, kənizi aldım və oranı tərk etdim. O, tez-tez məktubu götürür, öpür və gözlərinə sürtürdü. Mən təəccüblə ona dedim:
    "Sən ki, hələ məktubun sahibini tanımırsan. Niyə bu qədər məktubu öpürsən?”
    O, dedi:
    "Sənin bilmədiyin şey çoxdur. Əgər sən Peyğəmbər və onun canişinlərini tanısaydın, bu cür danışmazdın".
    Bu vaxt o, öz başına gələnləri əvvəldən axıra kimi mənə danışdı. Bu sözlərdən sonra Nərgizin paklığını və ali mənəvi şəxsiyyətə, yüksək tərz-təfəkkürə malik olduğunu dərk etdim. Samirra şəhərinə çatana kimi xidmətində oldum".
    İmam Hadi (ə) ona "xoşgəldin” deyib, əhvalını soruşdu. Sonra İmam bacısı Həkimə xanımı çağırıb ona dedi:
    "İntizarında olduğun möhtərəm qadın budur".
    Həkimə xanım onu qucaqlayıb, "xoşgəldin” dedi və təbrik etdi.
    İmam Hadi (ə) Nərgizə dedi:
    "İslamın izzətini və xristianlığın xarlığını necə gör-dün?”
    Nərgiz dedi:
    "Siz onu məndən daha yaxşı bilirsiniz".
    Sonra İmam Hadi (ə) bacısı Həkiməyə dedi:
    "Bunu İslamın hökmləri ilə tanış et. Çünki bu, övladım Həsənin (ə) həyat yoldaşı və Məhəmməd (s) ümmətinin xilaskarının anası olacaq".
    Sonra İmam Hadi (ə) üzünü Nərgizə tutub buyurdu:
    "Səni, başdan-başa zülmlə dolmuş dünyanı öz hökuməti sayəsində ədalətlə dolduracaq bir övladla müjdələyirəm".
    Bəli, bu xanım özünü şahlar sarayının zülmətindən xilas edərək, babası Şəmunun yolunu tutdu. Allah taala da ona kömək oldu. Nəhayət, İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı və dövrün imamı həzrət Höccətin (əc.) anası olmaq ləyaqətini əldə etdi.
    İmam Hadinin (ə) bacısı daim onu hörmətlə "xanım” deyə səsləyərdi.
    Bu xoşbəxt qadın bir rəvayətə görə, hicri qəməri tarixi ilə 261-ci ildə, İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra vəfat etdi. Onun şərəfli məqbərəsi Samirra şəhə-rində İmam Həsən Əsgərinin (ə) qəbri kənarında yerləşir.
    Beləliklə, həzrət Mehdi (ə) hələ körpə ikən ata-anasını itirmişdir.
    Səadətli doğum günü
    Şəban ayının on beşi, cümə günü sübh vaxtı, Mötəmid Abbasinin xilafəti dövründə Samirra şəhərində dünya məzlumlarının yeganə pənahı dünyaya göz açdı.
    İmam Həsən Əsgərinin (ə) bibisi Həkimə xanım həzrət Mehdinin (əc.) təvəllüd əhvalatını belə nəql edir:
    "Şəban ayının on dördüncü cümə axşamı günü, qardaşım oğlu İmam Həsən Əsgərinin (ə) evinə getdim. Geri dönərkən İmam mənə buyurdu:
    "Bu gecə bizdə qal, yer üzünü öz elmi, iman və hökmü ilə dirçəldəcək şəxs dünyaya gələcək".
    Mən həmin gecəni onlarda qaldım. Dan yeri sökülən vaxt Nərgizin narahatlığı başlandı. İmam Həsən Əsgəri (ə) buyurdu:
    "Qədr surəsini oxu!”
    Mən Qədr surəsini oxumağa başlayan vaxt, anasının bətnində uşağın da mənimlə birgə həmin surəni oxu-mağını eşitdim. Elə bu vaxt mənimlə Nərgizin arasında bir pərdə çəkildi və mən daha onu görə bilmədim. Vəhşət içində otağı tərk etdim. İmam Həsən Əsgəri (ə) mənə geri dönməyimi söylədikdə, yenidən otağa qayıtdım. Otaqda göz bitişik qamaşdırıcı bir nur gördüm. Üzü qibləyə tərəf səcdəyə getmiş körpə bir uşaq gözümə sataşdı. O, əllərini göyə açdı və "Allahın birliyinə, babam Məhəm-mədin (s) onun elçisi olduğuna və atam Əlinin (ə) Allah elçisinin canişini olmağına şəhadət verirəm”– deyə buyurdu.
    Sonra bir-bir imamların adlarını sadalayıb, öz adına çatıb dayandı.
    Onu bir qundağa büküb, atası İmam Həsən Əsgərinin (ə) hüzuruna apardım. İmam Həsən Əsgəri (ə) onu qucağına götürüb, Quran, Tövrat, Zəbur və İncildən bir neçə ayə oxuyandan sonra, yenidən Quranın bu ayəsini tilavət etdi:
    "Biz istəyirik ki, yer üzünün bütün müstəzəflərinə minnət qoyaraq, onları yer kürəsinin rəhbərləri edək yer üzündə onların hakimiyyətini möhkəmlədək, Fir-on, Haman və onların qoşunlarının qorxduqları şey-ləri onlara göstərək”.
    İmam Zamanın (əc.) təvəllüdü haqda bir az fərqlə başqa rəvayətlər də nəql edilmişdir. O cümlədən, Həkimə xanımdan belə bir rəvayət nəql olunur:
    "Gecəni həzrət Nərgizlə birlikdə, onun otağında yat-mışdıq. Bir az keçdikdən sonra gecə namazı qılmaq üçün yuxudan oyanıb, namaza məşğul oldum. Gecə nama-zının axırıncı rəkətinə –"Vətr” namazına yetişən zaman həzrət Nərgiz yuxudan oyanıb dəstəmaz aldı və gecə namazı qılmağa başladı. O, "Vətr” namazına yetişən vaxt dan yerinin sökülmə vaxtının yaxınlaşmasını hiss etdim. Ayağa qalxıb, səmaya baxdım və İmam Əsgərinin (ə) sözlərinə qarşı qəlbimdə tərəddüd yarandığını hiss etdim. Birdən İmam Həsən (ə) öz otağından səsləndi:
    "Şəkk etmə! Bir neçə dəqiqədən sonra sənə dediklərimi görəcəksən".
    Həzrət Nərgizin otağına qayıdıb, onu namazdan ayrılmış və doğum sancısına tutulmuş halda gördüm. Birdən Allahın vəlisi həzrət Mehdini (ə) səcdə edən halda yerdə görüb, onu pak və təmiz vəziyyətdə ətəyimə götürdüm. İmam Həsən (ə) uca səslə buyurdu:
    "Bibi, onu bura gətir!”
    Uşağı onun yanına apardım. Həzrət onu məndən alıb, mübarək dilini ona verdi. Sonra isə onu sol dizinin üzərində əyləşdirdi və əlini başına çəkib buyurdu:
    "Ey oğul! Allahın izni ilə dil aç, danış!”
    Həzrət Mehdi (əc.) buyurdu:
    "Şeytanın hiyləsindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə!”
    Sonra isə əvvəlki səhifədə deyilən iki ayəni (Qəsəs surəsi, 5-6-cı ayələr) tilavət etdi.
    Qırx gündən sonra İmam Həsən Əsgərinin (ə) evinə getdim. Həzrət Mehdini (əc.) evin içərisində yeriyən halda gördüm. Çöhrəsi o qədər nurani idi ki, hələ ömrüm boyu belə nurani sifət görməmişdim. Özü də o, çox aydın və bəlağətli danışırdı.
    İmam Həsən Əsgəri mənə (ə) buyurdu:
    "Bu körpə, Allah yanında əzəmətli və kəramətli bir körpədir".
    Ona dedim ki, mənim sərvərim, qırxgünlük bu uşaq həm danışır, həm də yeriyir.
    İmam Həsən (ə) təbəssümlə buyurdu:
    "Hörmətli bibi, sən heç bilirsən ki, bizim bir günümüzün inkişafı, başqalarının bir illik inkişafına bərabərdir?”
    Həkimə xanım deyir:
    "Ayağa qalxdım, həzrət Mehdinin (əc.) mübarək başından öpüb, bayıra çıxdım. Otağa qayıdarkən onu görmədim. Evi nə qədər axtardımsa, tapa bilmədim. İmam Həsənə (ə) dedim:
    "Bəs bizim sərvərimiz haradadır?”
    İmam buyurdu:
    "Həzrət Musanın (ə) anası Musanı (Nil çayına atanda) Allaha tapşırdığı kimi, mən də onu Allaha tapşırdım".
    Bu kəlmələr, körpənin düşmən təhlükələrindən amanda qalması üçün gizli saxlanılmasına işarə idi".
    Əqiqə və itam
    Müstəhəbdir ki, insan, övladı dünyaya gələrkən əqiqə etsin. Yəni, bir qoyun kəsərək camaatı yeməyə dəvət etsin və yaxud onu camaat arasında bölüşdürsün.
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Dünyaya gələn hər bir uşaq əqiqənin girovundadır".
    Yəni, əqiqə uşağın sağlamlığının təminatıdır. Əqiqə körpənin sağlamlığında, onun ölümdən və xəstəliklərdən qorunmasında mühüm rol oynayır. Adətən, hər bir övlad üçün bir baş qoyun və ya inək əqiqə olunur. Ancaq rəvayətdə gəlmişdir ki, həzrət Mehdi (əc.) dünyaya gəldiyi vaxt, Həsən Əsgəri (ə) üç yüz baş qoyun əqiqə etdi. Bəlkə də bu qədər qurbanlığın səbəbi həzrət Mehdinin (əc.) yüz illər ömür sürəcəyinə görə idi. Həzrət Həsən Əsgəri (ə) bu məqsədlə əlindən gələni əsirgəmədi. O cümlədən, öz nümayəndəsi Osman ibn Səid Əmriyə göstəriş verdi ki, min ritl (təqribən 3276 kq.) çörək və həmin miqdarda ət alıb, Bəni Haşim qəbiləsinə paylasın. Habelə, İmam Həsən Əsgəri (ə) bəzi səhabələrinə bir ədəd kəsilmiş qoyun göndərir və buyururdu:
    "Bu, oğlumun qurbanlığıdır".
    Həzrət öz səhabələrindən biri İbrahimə dörd baş qoç göndərərək yazdı ki, bunları oğlumun əqiqəsi adıyla qurbanlıq et və onun ətindən ye. Allah-taala onu sənə bərəkətli etsin! Bizim tərəfdarlarımızdan hər kimi görsən, bu qurbanlıqdan ona da ver".
    Nəzərimizcə, bu işdə İmam Həsən Əsgərinin (ə) ən mühüm məqsədi körpənin səhhətinin sağlamlığı, öm-rünün uzun olması və həmçinin özünün övlad sahibi olmasını tərəfdarlarına xəbər vermək idi.
    İmam həsən Əsgərinin (ə) sağlığında həzrət Mehdi (əc.) ilə görüşənlər
    Mötəmid Abbasi rejiminin təftiş və zorakılığı o həddə çatmışdı ki, İmam Həsən Əsgəri (ə) Mehdini (əc.) tamamilə gizli saxlayırdı. Həmin dövrdə bir qrup inanılmış şəxslərdən savayı heç kəs həzrət Mehdini (əc.) görə bilmirdi. Elə buna görə də o, atasının sağlığında beş il gizli yaşadı. Ancaq buna baxmayaraq, İmam Əsgəri (ə) bəzən höccəti tamamlamaq üçün bəzilərinə o həzrətlə görüşməyə icazə verirdi. Bu barədə nəzərinizi bir neçə əhvalata cəlb edirəm.
    1. Əhməd ibn İshaqın görüşü.
    İmam Həsən Əsgərinin (ə) Qum şəhərindəki vəkili Əhməd ibn İshaq Əşəri Qumi deyir:
    "İmam Həsən Əsgərinin (ə) yanına gedib, öz canişini haqqında ondan məlumat almaq istədim. O həzrət buyurdu:
    "Ey Əhməd ibn İshaq! Necə ki, Allah-taala yer üzünü həzrət Adəmin (ə) dövründən indiyədək höccətsiz qoymayıb, bundan sonra da qiyamət gününə qədər höccətsiz qoymayacaq. Elə bir höccət ki, yer əhalisinin bəlalardan qorunması, yağış yağ-ması və habelə yer üzündə bərəkətlərin artması, yalnız onun sayəsindədir".
    Mən ərz etdim:
    "Ey Allah Rəsulunun övladı! Sizin xəlifəniz və sizdən sonrakı imam kimdir?”
    İmam Həsən Əsgəri (ə) tez ayağa duraraq o biri otağa girib, yenidən bayıra çıxdı. Onun qucağında çöhrəsi on dörd gecəlik ay kimi parlayan təqribən üçyaşlı bir uşaq vardı. İmam Həsən Əsgəri (ə) mənə buyurdu:
    "Ey Əhməd ibn İshaq! Əgər Allah və onun höccətləri yanında ehtiramın olmasaydı, bu körpə oğlumu sənə göstərməzdim. Bu uşaq, Allahın rəsulu həzrət Məhəm-mədin (s) adaşıdır. Bu, zülm və sitəmlə dolmuş dünyanı ədalətlə dolduracaq şəxsdir. Ey Əhməd! Xalq arasında bu uşağın məsəli həzrət Xızır (ə) və Zülqərneynin məsəlinə bənzəyir. And olsun Allaha, bu, həqiqətən qeyb olacaq. O zaman bunun zühuru üçün dua etməyə müvəffəq olan və imamlığına möhkəm əqidə bəsləyən şəxslərdən savayı heç kəs dinini qoruya bilməyəcək".
    Mən dedim:
    "Elə bir nişan varmı ki, qəlbim ümid və inamla dolsun?”
    Bu vaxt uşaq fəsahətli ərəb dilində buyurdu:
    "Mən yer üzündə Allahın xəlifəsi və Onun düş-mənlərindən intiqam alan şəxsəm. Ey Əhməd ibn İshaq, aşkar surətdə həqiqəti müşahidə edəndən sonra daha nişan axtarmaq fikrində olma!”
    Əhməd deyir:
    "Həddən artıq xoşhal vəziyyətdə, İmam Həsən Əsgərinin (ə) evindən bayıra çıxdım. Səhəri gün yenə o həzrətin hüzuruna yetişib, dedim:
    –Mənə etdiyin mərhəmətə görə təşəkkür edirəm. Həzrət Mehdini (əc.) Xızır və Zülqərneynlə müqayisə etməkdə məqsədiniz nə idi?
    –Bu müqayisə ömrün uzunluğuna görə idi.
    –Məgər o həzrətin qeybəçəkilmə müddəti çoxmu davam edəcək?
    –Bəli, and olsun Allaha, onun qeyb müddəti o qədər uzun çəkəcək ki, ona əqidəsi olanların çoxu öz əqidə-sindən dönəcək. Allahın, bizim vilayətimizçün əhd−peyman aldığı, imanı qəlbində sabit etdiyi və özü-nəməxsus ruhla kömək etdiyi şəxslərdən başqa heç bir şəxs bu imtahandan yaxşı çıxmayacaq. Ey Əhməd ibn İshaq! Bu, Allahın işlərindən biri və onun sirlərindəndir. Dediyim sözləri eşit və gizli saxla. Qiyamət günündə uca məqamlarda yer tutmaq üçün şükür edənlərdən ol".
    2. ”Ona itaət edin və..."
    Cəfər ibn Məhəmməd ibn Malik Əhli-beyt tərəfdar-larının bir qrupundan belə rəvayət edir: "Qırx nəfərlə birlikdə İmam Həsən Əsgərinin (ə) hüzurunda idik. Os-man ibn Səid Əmri ayağa qalxıb dedi:
    –Ey Allah Rəsulunun övladı! Agah olduğunuz bir mövzu barəsində sizə sual vermək istəyirəm.
    İmam Həsən Əsgəri (ə) buyurdu:
    "Ey Osman! Əyləş".
    Bu vaxt İmam narahat halda ayağa qalxıb otaqdan çıxarkən, əyləşənlərə buyurdu:
    "Heç kəs bayıra çıxmasın".
    Bir neçə saatdan sonra İmam (ə) səsləndi:
    "Ey Osman ibn Səid!”
    Osman İmam Həsənin (ə) qarşısında dayandı. Bu vaxt İmam (ə) hüzurundakı şəxslərə buyurdu:
    "Sizin buraya nə üçün gəldiyinizi xəbər verim?”
    Onlar:
    –Bəli, ey Allah Rəsulunun övladı!-deyə cavab verdilər.
    İmam Həsən Əsgəri (ə) buyurdu:
    "Siz məndən sonrakı höccət barəsində soruşmaq üçün gəlmişsiniz".
    Hüzurundakı şəxslər:
    –Bəli, həmin sualın cavabı üçün gəlmişik-dedilər.
    Birdən İmamın hüzurundakı şəxslər həzrətin kənarında çöhrəsi ay parasına bənzər və İmam Həsən Əsgəriyə (ə) çox oxşayan bir uşaq gördülər. İmam Həsən (ə) həmin uşağa işarə edərək, hüzurundakı şəxslərə buyurdu:
    "Bu, sizin məndən sonrakı imamınız və mənim xəli-fəmdir. Ona itaət edin və məndən sonra dininizdə bir-birinizdən uzaq düşməyin. Belə etməsəniz, həlak olar-sınız. Bilin və agah olun ki, siz bundan sonra Allahın müəyyən etdiyi vaxtacan bu uşağı görməyəcəksiniz. Öz işlərinizdə Osman ibn Səidə müraciət edin, onun dediyi sözləri yerinə yetirin və onun sözlərinə qulaq asın. Çünki o, sizin imamınızın canişinidir və hamının rəhbərliyi onun əlində olacaqdır".
    3. ”Yərhəmukillah!”
    İmam Həsən Əsgərinin (ə) kənizlərindən olan Nəsim adlı bir qadın deyir:
    "Həzrət Mehdi (əc.) anadan olandan sonra bir gün o həzrətin yanına getdim. Həzrətin yanında asqırarkən O, üzünü mənə tutub, buyurdu:
    "Allah sənə rəhm etsin! Bu duanı asqıran şəxsə demək yaxşıdır".
    Mən çox xoşhal oldum. Həzrət (əc.) buyurdu:
    "Asqırmaq barəsində sənə müjdə verməyimi istəyərsənmi?”
    –Bəli-deyə cavab verdim.
    O həzrət buyurdu:
    "Asqırmaq, ölümdən üç gün amanda qalmaq nişanəsidir".
    4. Yəqub ibn Mənqusun görüşü.
    Yəqub ibn Mənqus deyir:
    "Bir dəfə İmam Həsən Əsgərinin (ə) hüzuruna getdim. Həzrət əyləşmişdi. Onun əyləşdiyi yerin sağ tərəfində bir otaq yerləşirdi və otağın qarşısına bir pərdə asılmışdı. İmama (ə) dedim:
    "Ey mənim sərvərim! Sizdən sonrakı imam kimdir?”
    O, buyurdu:
    "Pərdəni yuxarı qaldır".
    Pərdəni yuxarı qaldırdıqda, oradan boyu beş qarış həddində olan bir uşaq bayıra çıxdı. Onun təqribən on, ya da səkkiz yaşı olardı və alnı iri, çöhrəsi ağ, gözləri parlaq, qolları qüvvətli idi. Sifətinin sağ tərəfində xalı və başının qabağında kəkili var idi. O, atasının dizi üstündə əyləşdi. İmam Həsən Əsgəri (ə) mənə buyurdu:
    ”Bu oğlan sizin sahibinizdir".
    Sonra uşaq həmin otağa tərəf getmək istədikdə, İmam Həsən Əsgəri (ə) ona buyurdu:
    "Get, zühurun üçün müəyyənləşdirilmiş vaxtacan!”
    Uşaq otağa daxil oldu və bundan sonra bir daha onu görmədik.
    Category: Son xilaskar | Added by: Islam_Kitabxanasi
    Views: 887 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024