İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Son xilaskar

    Son xilaskar
    2012-04-12, 10:03 AM
    Canişinlər
    260-cı ildəİmam Həsən Əsgəri (ə) vəfat etdi. Dövrün sıxıntısı və çətin şəraiti həzrət Mehdinin (əc.) gözlərdən qeyb olmasına səbəb oldu. Bu qeybəçəkilmə elə bir halda idi ki, hətta həzrətin yaxın adamları da yalnız nadir hallarda onunla görüşürdülər.
    Bir çox rəvayətlərə görə, o həzrətin iki növ qeybə çəkilməyi vardır:
    Qısamüddətli qeyb və uzunmüddətli qeyb.
    Həzrət Mehdi (əc.) 260-cı ildən 329-cu ilə qədər davam edən qısamüddətli qeybdə xalqla "dörd köməkçilər” adlanan xüsusi nümayəndələrinin vasitəsilə ünsiyyətdə olurdu. Bu naiblərin adı və onların naiblik müddəti bundan ibarətdir:
    1) Osman ibn Səid Əmri‒260-cı ildən 300-cü ilədək. O, həmin il vəfat etdi.
    2) Məhəmməd ibn Osman‒xüsusi naibliyi atasından sonra öz öhdəsinə aldı, beş il naiblik etdikdən sonra hicri qəməri tarixi ilə 305-ci ildə vəfat etdi.
    3) Hüseyn ibn Ruh Növbəxti‒326-cı ilin şaban ayında vəfat etdi. Naiblik məqamı iyirmi bir il müddətində onun öhdəsində qaldı;
    4) Əli ibn Məhəmməd Səmuri–o, üç il naiblik etdikdən sonra 329-cu il şaban ayının on beşində vəfat etdi.
    Bu minvalla yüksək məqam və elmə malik bu dörd nəfər şəxs, Həzrət Mehdi (əc.) ilə ardıcılları arasında vasitəçilik edirdilər. Onlar qı-samüddətli qeybin yetmiş illik dövrünün işlərini öhdələrinə alıb, xüsusi naibliyin təhlükəli məsuliyyətini yüksək səviyyədə sona çatdırdılar. Bu dörd naibin şərafətli məqbərələri Mədaində (Bağdadın yaxınlığında) həzrət Salmanın qəbrinin kənarında yerləşir. Qeyd edək ki, bu dörd naibin də hər birinin öz nümayəndələri var idi. Onlar daim şiələrlə təmasda olur, məktubları, sualları və imamın payına düşən əmlakı onlardan alıb, xüsusi naiblərə təhvil verir və yaxud əmlakı onların göstərişi ilə xərcləyirdilər. O nümayəndələrin bəzilərinin adları belədir: Haciz ibn Yezid Vəşşa; İbrahim ibn Məhziyar; Məhəmməd ibn İbrahim Məhziyar; Əhməd ibn Cəfər Əşəri Qumi; Məhəmməd ibn Əla; Hüseyn ibn Qasim ibn Əla; Məhəmməd ibn Şazan.
    Qeybəti-süğra sona çatır, qeybəti-kübra başlanır.
    Dörd nəfər naib həzrət Mehdinin (əc.) birbaşa göstərişi əsasında, biri o birisindən sonra naibliyə təyin olunur-dular. Həzrət Mehdinin (əc.) dördüncü naibi Əli ibn Məhəmməd Səmuri vəfat edəndən sonra qeybəti-süğra və xüsusi naiblik dövrü sona çatdı. Əli ibn Məhəmməd Səmurinin vəfatından altı gün əvvəl həzrətdən ona bir məktub gəldi. O, bu məktubu xüsusi şəxslərə oxudu. Onlar bu məktubun məzmunundan başa düşdülər ki, artıq qeybəti-süğra dövrü sona çatır. Məktubun mətni belə idi:
    "Mehriban və bağışlayan Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səmuri. Sən altı gündən sonra vəfat edəcəksən. Öz işlərini sahmanlayıb, ölümə hazır ol və canişinlik haqqında heç kimə vəsiyyət etmə. Artıq qeybəti-kübra başlandı. Mən daha Allahın izni olmadan zahir olmayacağam. Bu zühur uzun müddətdən sonra, yer üzü zülmlə dolan və ürəklər daşlaşan zaman baş verəcəkdir".
    "Məgər Mehdini görmədin?”
    Zirzəmini yerin altında yay fəslinin şiddətli bürkü-sündən qorunmaq üçün hazırlayırlar. İraqın qışlaq mən-təqələrinin əksəriyyətinin evlərinin istər qədimdə, istərsə də indi, yay fəslində istifadə etmək üçün zirzəmisi olur. Samirra (Samirə-red.) şəhərində, İmam Həsən Əsgərinin (ə) evinin də zirzəmisi var idi. İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə) bir müddət bu zirzəmidə yaşamışlar. Buna görə də bu zirzəmi o böyük şəxsiyyətlərin orada yaşamasına görə həddən artıq bərəkətli olmuşdur.
    Mötəzid Abbasinin xilafət dövrü idi. Xilafətin mərkəzi Bağdad şəhəri idi. O, həzrət Mehdini (əc.) ələ keçirmək üçün Samirra şəhərinə bir dəstə göndərdi. Gön-dərilənlərdən Rəşiq adlı biri belə deyir:
    "Mötəzidin göndərdiyi qoşun Samirra şəhərinə daxil olan kimi, Mehdinin (əc.) olduğu evin zirzəmisinə tərəf hücuma keçdi. Zirzəminin qapısı arxasında, içəridə Mehdinin (əc.) Quran tilavətinin səsi ucalırdı. Qoşun, İmam bayıra çıxmasın deyə, zirzəminin qapısı arxasında bir yerə toplaşdı. Qoşun başçısı dəstənin önündə daya-nıb, döyüşçülərin oraya daxil olmasını gözləyirdi.
    Birdən həzrət Mehdi (əc.) zirzəminin qapısına tərəf uzanan yol ilə gəlib keçdi və qeyb oldu.
    Bu vaxt qoşun rəhbəri döyüşçülərə xitabən dedi:
    –Zirzəmiyə daxil olub, Mehdini ələ keçirin!
    Əsgərlər:
    –Məgər Mehdini görmədin?-deyə təəccüblə soruşdular.
    –Yox, mən görmədim, bəs siz gördünüzsə, niyə onu tutmadınız?
    –Biz güman etdik ki, sən özün onu görürdün, sənin göstərişin olmadığı üçün biz ona dəymədik.
    Beləliklə, həzrət Mehdi (əc.) ecazkar qüvvə ilə Mötəzidin qaniçən qoşununun şərindən xilas oldu.
    Bu mübarək zirzəmi o dövrdən indiyədək İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) mübarək məqbərəsinin kənarında qalmaqdadır. Əhli-beyt tərəfdarları bu zirzə-miyə ehtiram edir və üç imam bir müddət bu zirzəmidə yaşadığı üçün buranı mübarək bir məkan bilirlər. Çünki bu zirzəmi, Allahın oranı ehtirama layiq bildiyi bir evdir.
    Şiəlik nöqteyi-nəzərincə zirzəmi barədə deyilənlər bunlar idi. Lakin təəssüflər olsun ki, bəzi insafsızlar tamamilə təbii olan bu məsələyə istehzayla yanaşır və Əhli-beyt yolunun davamçılarına həzrət Mehdinin (əc.) zirzəmidə qeyb olması, yaxud orada məskunlaşması, onların həmin zirzəminin kənarında oturub o həzrətin zirzəmidən bayıra çıxmasının intizarında olmaları eti-qadını nisbət verirlər. Onlar bununla möminlərin əqidə-lərini məsxərəyə qoyurlar. Halbuki, məsum rəhbərlərin yolunu tutanlar heç vaxt belə bir etiqada inam bəs-ləmirlər. Onlar o zirzəmiyə yalnız üç məsum imamın orada məskunlaşmasına görə ehtiram edirlər. Allah, yolunu azmışları hidayət etsin!
    Müqəddəs nahiyə
    Yetmiş il sürən qeybəti-süğra dövründə bir çox hadisə-lər baş vermişdir. Həmin dövrdə dörd nəfər canişin vasitəsilə həzrət Mehdidən (əc.) ardıcıllarına, onlardan da həzrətə çoxlu sayda məktublar və xəbərlər göndərilirdi. Bu dövrdə həzrət Mehdinin (əc.) olduğu yer "Müqəddəs nahiyə” adlanırdı. Həmin illərdə İmamın nəzarətdə olması o həddə çatmışdı ki, artıq "Müqəddəs nahiyə”nin harada yerləşməsi və o həzrətlə əlaqə saxlamağın keyfiyyəti möminlərin çoxuna məlum deyildi.
    Bu mövzunun aydınlaşması üçün diqqətinizi imamla rabitənin keyfiyyətini bir miqdar aydınlaşdıran və həzrətin (əc.) həmin dövrdə tərəfdarlarına olan xüsusi diqqətini bəyan edən müqəddəs nahiyə hadisələrindən bir neçə-sinə cəlb edirəm.
    "Əgər bu ev sizindirsə..."
    İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra Mötə-mid Abbasinin Sima adlı zalım əlaltılarından biri, o həzrətin evinin axtarışı sərəncamını aldı. Qeys oğlu Əli belə deyir:
    "İraq döyüşçülərindən biri mənə dedi: "Mən İmam Həsən Əsgərinin (ə) qapısını sındırıb, evə daxil olanda Simanı görürdüm. Elə həmin vaxt evdən əlində səbət tutmuş bir şəxs bayıra çıxdı. O, Simanın qarşısında duraraq, ona dedi:
    "Mənim evimdə nə edirsən?”
    Sima dili dolaşa-dolaşa dedi:
    "Cəfər Kəzzab sizin atanızın vəfat etməsini və onun övladı olmamasını söyləyir. Əgər bu ev sizindirsə, mən qayıdım".
    Sima həzrət Mehdinin (əc.) heybəti qarşısında vahi-mələnmiş halda evdən uzaqlaşdı.
    Əli Qeys oğlu deyir: "Yaxınlaşıb, evin xidmətçilərinin birindən soruşdum:
    –Əlində səbət olan bu uşaq kim idi?
    –Onun haqqında sizə kim məlumat vermişdir?
    –Mənə İraq döyüşçülərindən biri deyib.
    –Doğrudan da, xalqdan bir şey gizlətmək olmur".
    Həsən ibn Nəzrin İmam Zamanla (əc.) görüşü
    Həsən ibn Nəzr, Əbu Sedam və digər bir neçə nəfər İmam Həsən Əsgərinin (ə) vəfatından sonra o həzrətin vəkilləri və onların əlindəki əmlakın necə sərf olunması barədə söhbət edirdilər. Həsən ibn Nəzr həcc səfəri qəsdində ikən, öz vəsiyyətini Əhməd ibn Əliyə açıqladı. Həmçinin, bir miqdar pulun müqəddəs nahiyəyə göndərilməsini və habelə Əhmədə o pulu İmam Zamanı (əc.) dəqiq tanımadan o həzrətdən başqa heç bir şəxsə verməməsini vəsiyyət etdi.
    Həsən ibn Nəzr Məkkə və Bağdada yola düşdü. O, Məkkə şəhərində bir ev icarə edib, qısa müddətə orada məskunlaşdı. İmam Həsən Əsgərinin (ə) vəkillərindən biri də onun yanına gəlib, bir miqdar pul və paltarı müqəddəs nahiyəyə çatdırmaq üçün onun ixtiyarında qoydu.
    Bundan sonra başqa bir vəkil də gəlib, bir miqdar pulu Həsən ibn Nəzrin ixtiyarında qoydu. Sonra isə Əhməd ibn İshaq öz yanında olan əmlakı gətirərək Həsən ibn Nəzrin evinə gəldi. Həsən ibn Nəzr deyir:
    "Otaqda çoxlu mal toplanmışdı. Mən onları neynəyə-cəyim barədə fikirləşirdim. Zehnim bu fikirlərlə məşğul ikən birdən bir nəfər İmam Zamanın (əc.) tərəfindən bir məktub gətirdi:
    "Filan saatda yanındakı pul və malları gətir".
    Mən hər nə var idisə, hamısını götürüb Samirra şəhərinə yola düşdüm. Yolda bir dəstə quldura rast gəlsəm də, Allah məni onların şərindən xilas etdi və şəhərə çatdım. Orada mənə daha bir məktub yetişdi. İmam, hər nə gətirmişdimsə evə gətirməyimi istəyirdi. Mən də olanları bir səbətə qoyub, İmamın evinə getdim. Evin dəhlizində qaradərili bir qul dayanmışdı. O, mənə dedi:
    –Həsən ibn Nəzr sənsən?
    –Bəli-deyə cavab verdim.
    –İçəri gəl.
    Evə daxil olub, səbəti bir küncə boşaltdım. Birdən gördüm ki, qarşıdan asılmış pərdənin arxasından kimsə:
    "Ey Həsən ibn Nəzr! Allahın sənin boynuna qoyduğu minnətə görə şükür et, özündə şəkk və tərəddüdə yol vermə, çünki, şeytan sənin şəkk etməyini istəyir”- deyə buyurdu.
    Bu vaxt o həzrət mənə iki dəst paltar verib buyurdu:
    "Bunları al, ehtiyacın olacaq".
    Həsən ibn Nəzr onları götürüb, öz vətəninə qayıtdı və həmin ilin ramazan ayında vəfat etdi. Onu həmin iki dəst paltarla kəfənləyib, dəfn etdilər.
    "Biz səni atanın yerinə təyin etdik...!”
    Məhəmməd ibn Məhziyar deyir:
    "İmam Həsən Əsgərinin (ə) vəfatından sonra o həzrətin canişini barədə şəkk-şübhəyə düşdüm. Atamın yanında çoxlu "imam malı” var idi. O, malları götürüb, Samirra şəhərində İmama çatdırmaq üçün limana yola düşdü. Mən də atamı yola salmaq üçün onunla gedirdim. Gəmidə onu qızdırma tutdu və buna görə mənə dedi:
    –Oğul, məni geri qaytar, bu xəstəlik ölüm əlamətidir. Bu mallara görə Allahdan qorx, onu vərəsə və başqalarının qarətindən qoru. Onları mütləq sahibinə çatdır.
    O, mənə vəsiyyət edəndən üç gün sonra vəfat etdi. Mən öz-özümə dedim ki, atam yersiz vəsiyyət etməz. Bu malları Bağdada aparacaq, orada bir ev icarə edərək haqq imam mənə sabitələşənədək malları qoruyacaq və sahibinə çatdıracağam.
    Mən Bağdada gedib malları icarə etdiyim evin həyə-tindəki çayın sahilindən bir az kənarda yerləşdirdim. Bir neçə gündən sonra İmam Zamanın (əc.) tərəfindən mənə bir məktub gəldi. Məktubda malların bütün əlamətləri, hətta mənə məlum olmayan bir qismi də qeyd olun-muşdu. Mən əmin olub, malların hamısını məktubu gətirən şəxsə təhvil verdim. Bir neçə gündən sonra yenə də bir məktub gəldi. Məktubda yazılmışdı:
    "Biz səni öz atanın yerinə təyin etdik, buna görə Allaha şükür et".
    Nümayəndələrin qorunmasına görə
    Zaman tağutunun vəziri Übeydullah ibn Süleymana xəbər verdilər ki, həzrət Mehdinin (ə) bir neçə vəkili o həzrətin nümayəndələrinin vasitəsilə imamlara aid malı tərəfdarlarından qəbul edir.
    Vəzir qərara gəldi ki, vəkilləri ələ keçirsin. O, bunları xəlifəyə danışarkən xəlifə dedi:
    –O şəxsin özünü (həzrət Mehdini) axtarın, görün haradadır?
    Süleyman dedi:
    –Mənim fikrimcə, casusların bir neçə nəfərinə tapşırıq verək ki, bir miqdar pulu "imam malı” adıyla vəkillərin yanına aparsın və vəkil pulu qəbul edən zaman, dərhal onu ələ keçirsinlər.
    Həmin qərarın icrası təyin olundu. Müqəddəs nahiyə-dən vəkillərə məktub yetişdi ki, daha heç kimdən "imam malı” almayın.
    Casuslar hər tərəfə yayıldılar. Onlardan biri, Məhəm-məd ibn Əhmədin yanına gəlib, xəlvətcə ona dedi:
    –”İmam malı” ünvanında bir miqdar pulum var. Onu sizə verim?
    Məhəmməd dedi:
    –Niyə mənə? Mənim bu işlə nə əlaqəm?
    Casus nə qədər hiyləyə əl atsa da, Əhməd özünü bilməzliyə vurdu. Bu minvalla casuslar bir şey əldə edə bilmədilər.
    Dörd yüz dirhəm
    Qeybəti-süğra dövrü idi. İraq əhalisindən bir nəfər öz "imam malı”nı müqəddəs nahiyəyə göndərdi, ancaq qəbul olunmayıb geri qaytarıldı və ona çatdırıldı ki, gərək əmin oğlanlarının bu malın içərisində olan dörd yüz dirhəmini qaytarasan. Sonradan məlum oldu ki, həmin şəxs əmisi oğlanları ilə bir mülkdə şərik imiş və onların haqqını verməmişdir. Həmçinin, o da məlum oldu ki, əmisi oğlanlarının haqqı düz dörd yüz dirhəm imiş. O, malın həmin miqdarını ayırıb öz sahiblərinə çatdırandan sonra qalanını müqəddəs nahiyəyə göndərdi.
    "Biz bu yaranın çarəsini bilmirik”
    Məhəmməd ibni Yusif deyir:
    "Kürəyimdə çiban çıxmışdı. Çox ağrıyırdı. Bir çox həkimlərə müraciət edib, onların göstərişlərini yerinə yetirdim, amma faydası olmadı. Nəhayət bildirdilər ki, biz bu xəstəliyin dərmanını bilmirik. Vəziyyəti belə gördükdə əlim hər yerdən üzülərək müqəddəs nahiyəyə məktub yazıb, dərmanımı ondan istədim. Məktubun cavabı gəldi:
    "Allah-taala sənə sağlamlıq libası geyindirsin, səni dünya və axirətdə bizimlə birlikdə qərar versin!”
    Bir həftə keçməmiş həmin yara tamamilə sağaldı və hətta onun yeri belə bilinməz oldu. Yaranın yerini məni müayinə etmiş tanış həkimlərin birinə göstərdikdə, o dedi:
    –Biz bu cür yaranın çarəsini bilmirik".
    Qeybəti-kübra və vilayəti-fəqih
    329-cu il, şaban ayının on beşində həzrət Mehdinin (əc.) dördüncü naibi Əli ibn Məhəmməd Səmurinin vəfatından sonra qeybəti-kübra dövrü başlandı. Bu qeyb dövrü İmamın zühuruna qədər davam edəcək. İmam Zamanın (əc.) artıq bu dövrdə xüsusi naibi yoxdur və müsəlmanların bütün işləri "Vilayəti-fəqih” adlandırılan camiüş-şərait (bütün şərtlərə malik olan) müctəhidlərə tapşırılmışdır. Qeybəti-kübra dövründə insanların əksəriy-yəti İmamın (əc.) iqamətgahından xəbərsizdir. Onlar o həzrətin hüzuruna yetişməkdən məhrumdurlar. Bəzi rəvayətlərə görə, otuz nəfər daimi olaraq o həzrətin hüzurundadır. Onların birinin ömrü başa çatan zaman başqa birisi onun yerinə təyin olunur. Bu şəxslərə "Övtad” deyirlər.
    Bu dövrdə ictimai, siyasi, mədəni işlər və camaatın əməli proqramları bütün şərtlərə malik olan "Vilayəti fəqih” müctəhidin rəhbərliyi və nəzarəti altında idarə olunur. İshaq ibn Yaqub deyir: "Dövrün imamı həzrət Mehdinin (əc.) birinci naibi Osman ibn Səiddən xahiş etdim ki, mənim məktubumu o həzrətə çatdırsın. Məktub-da o həzrətdən Qeybəti-kübra dövründə kimə müraciət etməyimizi soruşmuşdum. İmam Zaman (əc.) öz xətti ilə sualımın cavabında belə yazmışdı:
    "Baş verən bütün hadisələrdə bizim hədislərimizi rəvayət edənlərə müraciət edin. Çünki onlar mənim sizə olan höccətim, mən isə Tanrının onlara olan höccətiyəm".
    İmam Həsən Əsgəri (ə) buyurub:
    "Öz nəfsini tüğyandan qoruyan, nəfsani istəklərə müxalif olan, dinini hifz edən və Allahın fərmanına itaət edən hər bir fəqihə təqlid etmək hər kəsə vacibdir".
    Vilayəti-fəqihin isbatı üçün çoxlu sayda dəlillər mövcuddur. Burada isə, onu geniş şərh etmək üçün fürsət yoxdur. Yalnız bir dəlillə kifayətlənək. O, alim və fəqihlərin qəbul etdikləri "Ömər ibn Hənzələnin məqbu-ləsi” hədisidir. Bu hədisdə İmam Sadiq (ə) camiüş-şərait müctəhidə tabe olmaq barədə buyurmuşdur:
    "Mən camiüş-şərait müctəhidi sizin üçün hakim edirəm. Hər vaxt o, bizim hökmümüzə uyğun hökm versə və onun hökmü qəbul olunmasa, həqiqətdə Allahın hökmü yüngül hesab olunmuşdur və bunu qəbul etməyən bizi rədd etmişdir. Bizi rədd edən şəxs, Allahı rədd etmişdir. Belə bir şəxs Allaha şərik qoşmaq astanasında qərar tutur".
    "Cəvahirul-kəlam” kitabının müəllifi, böyük alim Ayətullah-üzma Şeyx Məhəmməd Həsən Nəcəfi bu kita-bında vilayəti-fəqihin zəruriliyi və qanuniliyi barədə on yeddi səhifədə söhbət açmış və 397-ci səhifədə buyur-muşdur:
    "Təəccüblüdür ki, vilayəti-fəqih hökmü barədə bəziləri şəkk edirlər. Onların fiqh elmindən xəbərləri yoxdur".
    Həmçinin, imamlar (ə) camiüş-şərait müctəhid haqqın-da buyurmuşlar:
    "Biz fəqihi hakim, qazi, höccət və özümüzə canişin etmişik".
    Bir suala cavab
    Rəvayətlərdə imamın qeybəçəkilmə dövründə imamlıq və rəhbərlik ünvanında hər hansı bir bayrağın sancılması nəhy olunmuşdur. O cümlədən, İmam Hüseyn (ə) buyurmuşdur:
    "Həzrət Mehdinin (əc.) qiyamından əvvəl sancılan bayraq tağut bayrağıdır".
    İmam Baqirin (ə) də buyuruğuna əsasən, o bayrağın sahibi tağutdur.
    Hədisin izahı: Bu və bu kimi rəvayətlər müstəqil rəhbər-lik iddiasında olan şəxslərə aiddir, Həzrət Mehdinin (əc.) ümumi izni ilə naiblik edən şəxslərə deyil! Elə vilayəti-fəqihin dəlilləri də bu mövzunu isbat edir.
    HƏZRƏT MEHDİNİN (ƏC.) AD VƏ XÜSUSİYYƏTLƏRİNDƏN
    Əbu Həmzə deyir: İmam Sadiqin (ə) hüzuruna gedib, dedim:
    –Əmr sahibi (İmam Mehdi) sizsinizmi?
    İmam Sadiq (ə):
    –Xeyr–deyə buyurdu.
    –O, sizin oğlunuzdur?
    İmam Sadiq (ə) yenə:
    –Xeyr–deyə cavab verdi.
    –O, sizin oğlunuzun oğludur?
    İmam Sadiq (ə) bu dəfə də:
    –Xeyr–deyə cavab verdi.
    –O, kimdir?
    İmam Sadiq (ə):
    –O, zülmlə dolmuş yer üzünü ədalətlə dolduracaq şəxsdir. O, imam olmayan dövrdə gələcək, necə ki, Allahın Rəsulu (s) peyğəmbər olmayan dövrdə gəldi.
    İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyur-muşdur:
    "Mənim övladlarımdan olan Mehdi (əc.) qırx yaşlı bir şəxs simasındadır. Sifəti parlaq ulduz kimi parlayır və sağ yanağında qara xalı vardır".
    Rəvayətlərə görə, həzrət Mehdi (əc.) çoxlu ad və lə-qəblərə malikdir. O cümlədən, Məhəmməd, Mehdi, Qaim, Müntəzər, Sahibül-əmr, Höccət, Xələfi-saleh, Seyyid, Bəqiyyətullah, Müntəqim, Əbul Qasim və s.
    Bu adların hər biri onun bir xüsusiyyətinə işarədir.
    →O, hidayət olunmuşdur (Məhdi). Çünki o, aşkar və gizli haqq-ədalətə hidayət olunmuşdur. Allah onu gizli tərəqqi, islahat planı və sirləri ilə agah edir.
    →O, qiyamçıdır (Qaim). Çünki o, bəşər tarixində ən böyük bir qiyam qaldıracaq. Elə bir qiyam ki, başdan-başa haqq- ədalət və Allahpərəstlikdən ibarətdir.
    →O, Müntəzərdir (intizarı çəkilən). Çünki bütün insanlar onun zühurunun intizarındadırlar ki, yer üzünü hər cür zülm və sitəmdən təmizləmək üçün inqilab etsin.
    →O, əmr sahibidir (Sahibül-əmr). Çünki elə bir həqiqi imamdır ki, Nisa surəsinin 59-cu ayəsinə əsasən, «Vəliyyi-əmr» (sahibi-əmr) ünvanında ona itaət etmək vacibdir.
    →O, höccətdir. Çünki bütün dünya əhalisinin ilahi höccətidir. Allah onun vasitəsilə höccəti bütün dünya əhalisinə tamamlayacaq, insanlara bəhanə yeri qoymaya-caqdır.
    →O, Xələfi-saleh və ağadır. Ona görə ki, İslam pey-ğəmbərinin və imamların ideyasını davam etdirir. O, bu ideyanı layiqincə aşkar edir, kamil ağalıq, izzətlə hər yerdə aşkar olur, parlayır.
    →O, Bəqiyyətullahdır (Allahın ehtiyatda saxladığı). Çünki o, Allah peyğəmbərinin və övliyaların sonuncu davamçısıdır. O, xalis İslam və Quranın dirçəlişi üçün əbədi azuqə və əsarət zəncirlərindən azadlıq sərmayə-sidir. O, Allahın fərmanına itaətkardır. O, bütün məkanlar-da Allah adını aşkar edərək, şeytanların bütün planlarını məhv edir.
    →O, Müntəqimdir (intiqam alan). Çünki sitəmkarlardan İmam Hüseynin (ə) və məzlumların intiqamını alacaq. Diqqətinizi bu barədə bir hədisə cəlb edirəm. Əbu Həmzə Sumali deyir:
    İmam Baqirə (ə) dedim:
    –Məgər siz hamınız qiyam edən imamlar deyilsinizmi?
    –Bəli, biz hamımız qiyam edənlərik–deyə buyurdu.
    –Bəs nə üçün təkcə həzrət Mehdi (əc.) qiyam edən adlandırılmışdır?
    –Babam İmam Hüseyn (ə) qətlə yetirilən vaxt mələklər ağlayıb, nalə etdilər. Allah onun nəslindən olan imamları mələklərə göstərdi. Mələklər gördülər ki, həmin imamlar-dan biri ayaq üstə dayanıb, namaz qılır. Allah-taala buyurdu:
    "Hüseynin (ə) qatillərindən həmin ayaq üstə daya-nan şəxsin vasitəsilə intiqam alacağam".
    Sizə əmr edirəm ki, Quranın yaşatdığını yaşadıb, məhv və batil bildiyini məhv edəsiniz.
    Category: Son xilaskar | Added by: Islam_Kitabxanasi
    Views: 989 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024