İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Son xilaskar

    Son xilaskar
    2012-04-12, 10:01 AM
    İKİNCİ HİSSƏ:
    Həzrət Mehdinin (əc.) intizarı haqqında
    İntizarın dəyər və mükafatı
    İntizarın mənası və şəraiti
    Zühura zəmin yaradan on amil
    Həzrət Mehdinin (əc.) dostlarının xüsusiyyətləri
    313 nəfər
    Zühur və qadınlar
    Qəhramanların həyata qayıtması və imam Mehdiyə (əc.) birləşməsi
    Əsrin imamı ilə əlaqədar on beş suala cavab
    Həzrət Mehdinin (əc.) intizarı haqqında
    İntizar haqqında gedən bəhsdə intizarın dəyəri, mükafatı, mənası, şəraiti və s. kimi məsələlərə aydınlıq gətirəcəyik.
    İntizarın dəyər və mükafatı
    Həzrət Mehdinin (əc.) zühur intizarının dəyəri haqqında bu gün əlimizdə yüzlərlə hədis mövcuddur. Burada onla-rın bir neçəsini nümunə üçün qeyd edirik:
    Allahın rəsulu həzrət Məhəmməd (s) buyurmuşdur:
    "İbadətlərin ən yaxşısı, həzrət Mehdinin (əc.) zühuru-nun intizarıdır".
    Bir şəxs həzrət Əlidən (ə) soruşdu:
    "Allah yanında ən sevimli iş nədir?”
    Həzrət onun cavabında buyurdu:
    "Həzrət Mehdinin (əc.) zühurunun intizarı".
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Həzrət Mehdinin (əc.) imamətinə etiqad bəslə-məklə bərabər, onun intizarında olan halda vəfat edən şəxs, döyüş halında o həzrətin öz xeyməsində vəfat edən şəxs kimidir".
    Həmçinin o həzrət buyurmuşdur:
    "On ikinci imam həzrət Mehdinin (əc.) intizarında olan şəxs, Allah Rəsulunun hüzurunda qılınc çəkib, onun düşmənləri ilə döyüşən və o həzrəti müdafiə edən bir şəxs kimidir".
    İntizarın mənası və şəraiti
    İntizar gələcəyə ümid və hazırlıq mənasında işlən-dikdə çox mənalı olur. Misal üçün, bir şəxsin var-yoxu olan yeganə bir övladı xəstələnərkən, həmin şəxs övla-dının səhhətinin intizarıyla ömür sürür. Yəni, mövcud ha-lın aradan getməsini və onun sağlamlıqla əvəz olunması arzulayır. Beləliklə, intizar iki hissəyə bölünür:
    1. Mövcud halın aradan qaldırılması;
    2. Üstün bir halın onun yerini tutması.
    Həzrət Mehdinin (əc.) inqilabının cahanşümul olmasına diqqət yetirsək, aydın olar ki, zühurun intizarında olmaq, kamil hazırlıq və belə bir əzəmətli hərəkat üçün zəmin yaratmaq tələb edir.
    Əlbəttə, belə bir intizar gərək tərəqqi və inkişafın bütün sahələrini əhatə etmiş olsun. Misal üçün siyasi, iqtisadi, mədəni, əxlaqi və digər sahələrdə olan hazırlıq kimi. Daha aydın ibarəylə desək, intizar iki növdür:
    Məsuliyyətsiz intizar (yaxud dağıdıcı intizar);
    Məsuliyyətli intizar (yaxud qurucu intizar).
    Müvəqqəti və səthi surətdə olan intizara məsuliyyətsiz intizar deyilir.
    Təhrikedici, məsuliyyətli və ardıcıl inqilabi çalışqanlığa səbəb olan intizara püxtələşmiş intizar deyilir. Belə bir intizarın bir sıra şərtləri vardır ki, onları yalnız əməli şəkildə həyata keçirməklə əldə etmək olar.
    Rəvayətlərdə də oxudunuz ki, intizarda olan şəxs Pey-ğəmbərlə birlikdə düşmənlə döyüşən və əsrin imamının xeyməsində şəhid olan şəxs kimidir. Belə məlum olur ki, intizar təkcə söz, dua, bayram, məclis və şer oxumaqla hasil olmur. Mühit aludəliklərdən təmizlənməli və onu müxtəlif sahələrdə islah etmək üçün geniş hazırlıqlar görülməlidir. Misal üçün, məscidə tez getmək və namaz qılmaq üçün intizarla əyləşməyin çoxlu mükafatı vardır. Lakin təkcə dəstəmaza, bədən və paltarının paklığına və qibləyə tərəf namaz qılmağa qane olan, namazın başqa şərtlərinə, o cümlədən qəsbi yerdə qılmamaq, xümsü əda etmək və başqalarının haqqına riayət etmək kimi şərtlərə əməl etməyərək batil namaz qılan şəxsin bu cür intizarının nə dəyəri vardır?!
    Bir sözlə, hər bir inqilab o vaxt nəticə verər ki, əvvəlcədən müxtəlif sahələrdə onun həyata keçməsi üçün geniş və dərin bir zəmin yaradılsın. Baş verən inqilabın müqəddiməsiz və şəraitsiz qələbəyə yetişməsi mümkün deyildir.
    Dünya inqilablarının ən əhatəli və ən mühümü sayılan həzrət Mehdinin (əc.) zühuru da bu qanundan müstəsna deyildir. Əksinə, cahanşümul olduğu üçün onun şəraiti daha geniş səviyyədə olacaqdır. Buna görə də, İslam rəvayətlərində ən yaxşı əməl və Peyğəmbər (s) hüzu-runda qılınc çalmaq kimi qiymətləndirilmiş olan intizar, cəmiyyətdə reallaşmayan, təsirləri aşkar olmayan yalnız quru və zehni ümid deyil, əksinə, Peyğəmbər hüzurunda düşmənlə döyüşmək məfhumunu özündə əks etdirən, səhnədə mübarizcəsinə dayanmaq və müxtəlif sahələrdə əməli hazırlıq görməkdir. İmam Sadiq (ə) buyurmuşdur:
    "Sizin hər biriniz gərək Mehdinin (əc.) qiyamına bir ədəd ox əldə etməklə olsa belə, hazırlıq görsün".
    Yaxud "Nüdbə” duasının bir neçə cümləsinə diqqət edək:
    "Haradadır övliyalara izzət bəxş edən şəxs? Haradadır düşmənləri xar, zəlil edən şəxs? Haradadır Quranı və onun hökmlərini yaşatmaq üçün arzu olunmuş şəxs? Elə bir kəs ki, yol kəsən quldurlar belə onun zühurunun arzusu ilə yaşayırlar. Haradadır din və onun davamçı-larının nişanələrini dirçəldən şəxs?”
    Geniş hazırlıq və fədakar dostlar olmadığı halda, belə bir parlaq və mühüm qələbəni əldə etmək mümkün-dürmü?
    Zühura zəmin yaradan on amil
    Bütün amillər içərisində aşağıdakı on amili, İmam Meh-dinin (əc.) zühuruna hazırlıq və intizar üçün ən mühüm əsaslı amillər ünvanında qeyd etmək olar:
    –Əsl İslama söykənmək və onu Yezid islamdan ayırmaq;
    –Elmi tərəqqiyə, fikri təkmilliyə və ali səviyyəli düşün-cələrə söykənmək;
    –Möhkəm iradə şücaət və qətiyyət;
    –Əxlaqi inqilab, zahidlik və azadlıq;
    –Dərin iman, Allaha düzgün və daimi təvəkkül;
    –İnsanların bir-biri ilə ilə məntiqi rəftarları;
    –Məhrum və zəif təbəqəsini unutmamaq;
    –Vəhdət;
    –Səlahiyyətli rəhbər seçmək və vilayəti-fəqihə itaət;
    –Bütün sahələrdə kütləvi proqramlaşdırma.
    İslam peyğəmbəri (s) bu amillərin sayəsində yüksək qələbələrə nail oldu. Əgər müsəlmanlar bu amilləri geniş şəkildə həyata keçirsələr, həqiqətən intizarda möhkəm addımlar atmış və qəti olaraq həzrət Mehdinin (əc.) zühuruna yaxınlaşmışlar. Bütün bu amillərin içərisində hadisələr qarşısında möhkəm olmaq və səbirin çox böyük rolu vardır.
    Bu səbəbdəndir ki, İslam peyğəmbəri (s) bir gün, həzrət Mehdinin (əc.) qeyb dövründə onun möhkəm və səbirli müntəzirlərini yada salaraq, hüzurunda olan şəxslərə buyurdu:
    "Tezliklə elə bir qövm gələcək ki, onların hər birinin mükafatı sizin əlli nəfərinizin mükafatına bərabər olacaq".
    Həzrətin hüzurunda əyləşənlər təəccüblə dedilər:
    "Ey Allahın rəsulu, məgər biz sənin hüzurunda Bədr, Hüneyn və Ühüd kimi döyüşlərdə iştirak etməmişikmi, bi-zim şənimizə Quran ayələri nazil olmamışmı?”
    Peyğəmbər buyurdu:
    "Əgər onlara üz gətirən çətinliklər sizin başınıza gəlsəydi, siz onlar kimi səbir edə bilməzdiniz".
    Həzrət Mehdinin (əc.) dostlarının xüsusiyyətləri
    Şübhəsiz ki, həzrət Mehdi (əc.) inqilabının güclü arxa və köməyə ehtiyacı var. Bu məsələnin əhəmiyyəti bütün peyğəmbərlər və Allah övliyalarının qələbələrində müşa-hidə olunur. Məsələn, İslam peyğəmbəri (s) Məkkə şəhə-rində dost və həmkarların olmaması üzündən o cür narahatedici əziyyətlərə düçar oldu. Nəhayət, gizlicə gecə vaxtı Mədinəyə hicrət etdikdən sonra orada özünə möhkəm dayaq qurdu. Beləliklə də "Bədr” döyüşündə İslam düşmənlərinə qələbə çaldı və nəhayət, Məkkə şəhərini fəth edib, bütün Ərəbistan yarımadasını İslam bayrağının altında birləşdirdi. Məkkə şəhərində İslam peyğəm-bərinin dostu, həmkarı və əmisi Əbu Talibin, Peyğəmbərin düşmən təhlükəsindən mühafizə olunma-sında böyük rolu olmuşdur. Lakin onun vəfatından sonra müşriklərin Peyğəmbərə qarşı olan cürətləri daha da çoxaldı. Bu zaman həzrət Cəbrayıl Allah tərəfindən Pey-ğəmbərə nazil olub, buyurdu:
    "Məkkəni tərk et, sənin dayağın vəfat etdi".
    Peyğəmbər (s) buyurmuşdur:
    "Qüreyş tayfası Əbu Talib vəfat edən vaxta qədər nara-hat idi. İndi isə onların mənə qarşı olan cürətləri daha da çoxalmışdır".
    Digər bir tərəfdən də, Peyğəmbər (s) məskunlaşmaq üçün Mədinə şəhərini seçmişdi. Çünki əvvəlcədən bu şəhərdən bir qrup adam Peyğəmbərlə (s) beyət etmək üçün o həzrətin (s) hüzuruna gəlmiş və onu Mədinəyə dəvət etmişdilər.
    Buna görə də dost, həmkar və onların hazırlığı qələbədə əsas rol oynayır. Həzrət Mehdinin (əc.) inqilabı üçün də, sabitqədəm insanların varlığı zəruridir. Bu cəhətdən, həzrət Mehdiyə (əc.) aid olan rəvayətlərin bir qismində o həzrətin köməkçiləri və onların xüsusiyyətləri barədə bəhs edilmişdir. Orada qeyd olunmuşdur ki, sada-lanan xüsusiyyətlərə malik köməkçilərin varlığı ilə o həzrət zühur edəcək və nəhayət qələbə çalacaq. İnsanlar intizarını çəkdiyi kimi, həzrət də onların və öz köməkçilərinin intizarındadır. Həzrətin intizarı daha şid-dətlidir.
    İndi isə bu mətləbin daha aydın olması üçün diqqətinizi onlarla, yüzlərlə rəvayətin içərisindən seçdiyimiz, həzrət Mehdinin (əc.) səhabələrinin xüsusiyyətlərini bəyan edən bir neçə rəvayətə cəlb edirəm:
    Maidə surəsinin 54-cü ayəsində oxuyuruq:
    "Ey iman gətirənlər! Hər kəs İslam dinindən üz çevirər-sə, Allah elə bir cəmiyyət yaradacaq ki, Allah onları sevir, onlar da Allahı sevirlər; möminlərin qarşısında təvazökar və mehriban, müşriklərin qarşısında isə qüvvətli və möhkəmdirlər; Allah yolunda ardıcıl olaraq cihad edər və çalışarlar; öz dini vəzifələrini icra edərkən, heç bir məzəmmət edənin məzəmmətindən çəkinməzlər".
    Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, həzrət Mehdi (əc.) səhabələrinin xüsusiyyətləri bu ayədə bəyan olunmuşdur. Onlar bu sifətlərlə mürtəd, dindən çıxmış şəxslərin qarşısında möhkəm dayanar və həzrət Mehdi-nin (əc.) ədalətli, cahanşümul hökumətinin qurulması uğ-runda mübarizə edərlər.
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Bu işin sahibi (zahir olacaq şəxs) bu ayənin sayəsində (bu ayədə onların xüsusiyyətləri bəyan edilən dostların cəmləşməsi ilə) mühafizə olunar".
    İmam Səccad (ə) buyurmuşdur:
    "Bizim Qaimimiz qiyam edən zaman Allah-taala bizim yolumuzda olan bütün şəxsləri bəlalardan qoruyar, onların qəlblərini dəmir parçası kimi möhkəm edər və onların hər birinə qırx kişinin gücü verilər. Onlar dünyanın hakimi olacaqlar".
    İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:
    "Həzrət Mehdi (əc.) zühur edən zaman bizim tərəf-darlarımızın hər birinin gücü aslandan güclü, nizədən iti olacaq. Onlar düşmənlərimizi ayaq altına salacaq və öz əlləri ilə onları məhv edəcəklər".
    İmam Sadiq (ə) həzrət Mehdinin (əc.) dostları haqqında söylədiyi hədisdə belə buyurmuşdur:
    "Əgər onların qarşısına dəmir dağlar çıxsa belə, onu parça-parça edər, öz qılınclarını Allahın izni olmadan yerə qoymazlar".
    Category: Son xilaskar | Added by: Islam_Kitabxanasi
    Views: 981 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024