İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Şiəlik necə yaranmışdır?

    Şiəlik necə yaranmışdır?
    2012-01-03, 6:55 AM
    ***
    İndi özünüz insafla mühakimə yürüdün: Görəsən, islam qanunları barəsindəki nəzərləri həddindən artıq sadə və səthi olan, hətta hələ baş verməmiş bir hadisə barəsində bir şey soruşmağı rəva görməyən, üstəlik Peyğəmbər (s)-in buyurduğu hədisləri də o həzrətdən eşitdikdən sonra belə kənara qoyan şəxslər islami risalətə rəhbərlik işini öhdələrinə alaraq tarixin ən çətin mərhələlərində ona rəhbərlik edə bilərdilərmi?!
    Görəsən, Peyğəmbəri Əkrəm (s) icazə verərdimi ki, onun sünnəsi və buyurduğu hədislər pərakəndə vəziyyətdə qalsın və bir yerə toplanmasın? Halbuki, o həzrətin özü, onun sünnəsinə sarılıb əməl etməyi əmr etmişdi! Məgər şuranın siyasətbazların əlində oyun-oyunsağa çevrilməməsi, sabit və müəyyən şəkildə icra olunması naminə, onun üçün bir hədd-hüdud tə`yin edilməsi zəruri deyildimi?
    Şübhəsiz, Peyğəmbər (s)-in bu məsələ qarşısında tutduğu ağlasığan və məqbul təfsir yalnız bu ola bilərdi: Bəli, o həzrət, Əli (ə)-ı, özündən sonra ümmətə rəhbərlik üçün hazırlamış, bütün şəriət hökmlərini və sünnələri onun yanında əmanət qoymuş və öz elmindən min-min elm babını onun üzünə açmışdı!
    Peyğəmbəri Əkrəm (s)-in vəfatından sonra baş verən hadisələr isbat etdi ki, ənsar və mühacirlərin islam ümmətinin irəliləməsi yolunda yaranan böyük çətinliklər barəsində heç bir mə`lumat və agahlığı yoxmuş.
    Bunlar istehsan və qiyas kimi qondarma hökmlər çıxarmağa başladılar. Bu da ayrı-ayrı fərdlərin öz şəxsi təsəvvürlərini şəri`ət hökmləri səviyyəsində qəbul etdirməsinə və həqiqi olan ilahi göstərişlərin bəşəri qanunlarla qarışmasına gətirib çıxardı.
    Bəli, bu üslub ilahi də`vətə rəhbərlik üçün lazım olan xüsusi ideologiyaya malik olmaqla əsla müvafiq deyildir. Çünki ona əməl edilməsi qeyd olunan nəslin geniş səviyyəli tə`lim-tərbiyəyə yiyəlnəməsini, xalq üzərində gələcək hakimiyyətdə ehtiyac duyulacaq hökmlərdə tamamilə mə`lumatlı olmalarını tələb edirdi.
    Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra qarşıya çıxan hadisələr göstərdi ki, mühacir və ənsardan təşkil olunmuş nəsil həzrətin vəfatından sonra yaranan böyük problemlərə hazırlıqlı deyildilər. Qeyd olunduğu kimi, hətta fəth olunan geniş ərazilər və ölkələrin idarəçiliyi barədə nə xəlifənin özü və nə də ona tabe olanlar heç bir şey bilmirdilər. Onlar ayırd edə bilmirdilər ki, əldə olunan qənimətlər əsgərlərin arasında bölünməlidir, yoxsa müsəlmanların ümumi əmlakına – beytülmala daxil edilməlidir.
    Təsəvvür etmək olarmı ki, həmişə Kəsra və Qeysər kimi böyük imperiyaların fəth olacağını xatırladan Peyğəmbər həmin qrupu o müharibələrin fatehi və rəhbəri seçsin, amma o geniş ölkələrin idarəçiliyi və şər`i hökmləri barəsində heç bir şey deməsin?!
    Bundan əlavə Peyğəmbəri əkrəmlə (s) müvafiq olan nəsil, hətta o həzrətin ictimai yerlərdə, hamının hüzurunda dəfələrlə yerinə yetirdiyi dini məsələlər barəsində lazımi mə`lumatlara malik deyildilər.
    Məsələn, Peyğəmbəri-əkrəm (s) yüz dəfələrlə xalq qarşısında meyyit namazı qılmış və bu işi açıq havada, aydın şəkildə və müşahidə etmək üçün heç bir maneə olmadığı tərzdə icra etmişdir. Amma bununla yanaşı daim dəfn mərasimində iştirak edən səhabələr bu vacib ibadətin tərzini düzgün yadda saxlamağa lüzum görməmişdilər. Çünki həmişə bu işi Peyğəmbərin özü yerinə yetirir və onlar da kəlmə-kəlmə o həzrətə iqtida edərək təkrar edirdilər.
    Buna görə də Peyğəmbəri-əkrəmin vəfatından sonra səhabələr meyyit namazının təkbirlərinin sayı barəsində ixtilaf etdilər.
    Məşhur ravi Təhavi İbrahimi rəvayət edir ki, Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra camaat meyyit namazı barəsində ixtilafa düşdülər. Biri deyirdi ki, mən Peyğəmbərin beş təkbir dediyini eşitmişəm. Digəri deyirdi ki, mən dörd təkbir eşitmişəm.
    Bu ixtilaf Əbubəkrin vəfatına qədər və ondan sonra Ömərin xilafətə gəldiyi dövrün əvvəlinədək kəskin şəkildə davam etməkdə idi. Bu ixtilaf Öməri bərk narahat edirdi. Odur ki, səhabələrdən bir dəstəsini çağırıb dedi: Siz Peyğəmbər səhabələrisiniz, hansı məsələdə ixtilaf etsəniz, camaatda sizdən sonra həmin işlərdə ixtilaf edəcəklər. Hər vaxt müəyyən bir məsələdə fikir birliyində olsanız, xalq da o mətləbdə yekdil olacaqdır. İndi isə bu məsələ barəsində fikirləşin və ümumi bir qərara gəlin. Bu sözdən sonra onlar sanki yuxudan oyandılar və dedilər: Ey Əmirəl-mö`minin necə də düzgün fikirləşmisiniz.(Ümdətul-qari” 4-cü cild, səh.129.)
    Beləliklə, mülahizə etdiyiniz kimi səhabələr Peyğəmbəri-əkrəmin (s) həyatı dövründə əksər hallarda o həzrətin özünə arxalanır, islam tə`limlərini və hökmlərini öyrənib yadda saxlamağı çox da zəruri hesab etmirdilər.
    Belə təsəvvür oluna bilər ki, bəlkə səhabələr barəsində yuxarıdakı izahlar, eləcə də onların islam ümmətinə rəhbərlik etməyə layiq olmamaları barədə deyilənlər həqiqətlə uyğun olmasın. Çünki biz hamılıqla inanırıq ki, Peyğəmbər (s) öz səhabələrinin tə`lim-tərbiyəsi yolunda çox çalışırdı və bu məqsədlə də təqvalı və müəyyən işləri öhdəsinə ala bilən şəxslər yetişdirmişdi.
    Bu iradın cavabında deməliyik ki, biz Peyğəmbər (s) səhabələrinin bə`zilərinin həqiqi simasını ifşa etməklə o həzrətin bə`zi başqa səhabələrə verdiyi çox dəyərli tə`lim-tərbiyədəki me`yarlar arasında heç bir ziddiyyət görmürük. Çünki biz o həzrətin verdiyi tə`lim-tərbiyəni ilahi bir tə`lim-tərbiyə hesab etməklə və onu, peyğəmbərlərin tarixində ən nümunəvi bir tə`lim-tərbiyə bilməklə yanaşı, bunun səmərələrini və ondan irəli gələn müsbət nəticələri qiymətləndirərkən zaman və məkan şəraitlərini nəzərə almaya bilmərik.
    Misal üçün, şagirdlərə ingilis dili dərsi deyən bir müəllimi nəzər alaq. Biz onun tədris keyfiyyətini öyrənmək istəyərkən təkcə əldə olunan nəticələri və şagirdlərin ingilis dilində danışmağı hansı dərəcədə mənimsədiklərini nəzərə alaraq mühakimə yürüdə bilmərik. Bu iş üçün hökmən müəllimin şagirdlərə dərs dediyi müddəti də nəzərə almalı, onların dərsdən əvvəlki vəziyyətlərini və ingilis dilli xalqlara yaxın və ya uzaq olmaları baxımından coğrafi şəraitlərini unutmamalıyıq. Habelə biz onların tədris müddətində və dil öyrəndikləri zaman qarşılaşdıqları çətinlikləri, o günlərdə baş verən təbii hadisələri, müəllimin ingilis dilini hansı məqsədlə öyrətməsini və şagirdlərin də bu dili nə üçün mənimsədiklərini diqqətlə təhlil etməliyik. Məhz bütün deyilənləri nəzərə aldıqdan və əldə olunan nəticələri sair elm ocaqlarında əldə olunan nəticələrlə müqayisə etdikdən sonra həmin müəllimin tədris etmək bacarığını qiymətləndirə bilərik.
    Peyğəmbəri Əkrəm (s)-in, səhabələri tərbiyə edib yetişdirməsi məsələsində isə aşağıdakı mətləbləri nəzərə almalıyıq:
    1) Tərbiyə müddətinin qısa olması
    Peyğəmbəri Əkrəm (s)-in, islam ümmətinin tə`lim-tərbiyəsini öhdəsinə aldığı zaman müddəti islami də`vətin əvvəllərində o həzrətə iman gətirən azsaylı insanlar üçün təqribən iyirmi il, müsəlmanların əksəriyyəti (ənsar) üçün təqribən on il və «Hüdeybiyyə» sülhündən Məkkənin fəth olunduğu vaxta qədər islamı qəbul edən əksəriyyət üçünsə 3-4 il idi.
    2) İslami tərbiyədən əvvəlki dövrlərdə onların fikri, ruhi, dini vəziyyətləri və onların mövcud adət-ən`ənələri;
    Çox güman ki, bu barədə əlavə izahata ehtiyac olmasın. Çünki onların bütün həyatları boyunda olan çatışmamazlıqlar və nöqsanlı hallar hamıya aydındır. İslamın onların həyatında yaratdığı dəyişikliklər səthi bir dəyişiklik deyildi, əksinə, çox əsaslı, dərin və köklü bir dəyişiklik olub cahiliyyət dövrünün puç və əsassız me`yarlarını viran etdi, yeni bir ümmətin (cəmiyyətin) bünövrəsini qoydu. Onların bu dəyişikliklərdən əvvəlki vəziyyətləri ilə sonrakı vəziyyətləri müqayisəolunmaz dərəcədə fərqlənirdi.
    3) Müxtəlif cəbhələrdə siyasi və hərbi çəkişmələr
    Peyğəmbəri Əkrəm (s)-in, onun öz köməkçiləri arasında olan münasibətlə sair şəxslər arasında olan bağlılığın fərqi, bu bağlılığın müxtəlif və bir neçə yönə malik olması idi. (Məsələn, həzrəti İsa ilə onun həvariləri arasında olan bağlılıq əsas e`tibarı ilə təkcə müəllim-şagird bağlılığı idi.) Çünki Peyğəmbəri Əkrəm (s) eyni zamanda həm cəmiyyətin müəllim və tərbiyəçi, həm ordu sərkərdəsi, həm də hökumət başçısı idi.
    4) Kitab əhlinin fikirlərinin müsəlman ümməti arasında in`ikas olunması
    Müsəlmanların kitab əhli və sair din ardıcılları ilə qarşılaşması, eləcə də müsəlmanlarla sair din və məktəblərdə tərbiyə alan şəxslər arasında baş verən keşməkeşlər həmişə onlarda iztirab hissi və təşvişin yaranmasına səbəb olurdu.
    Hamımız bilirik ki, bu keşməkeşlər müsəlmanlar arasında böyük həcmdə israil ideologiyasının yayılmasına səbəb oldu və onun ziyanlı tə`sirləri bütün fikri-ideoloji sahələrdə nüfuz etdi. Qur`ani-kərimə səthi bir nəzər yetirməklə, ilahi vəhydə bu təfəkkür tərzinin kökünü kəsmək üçün nə qədər sə`y göstərilməsi mə`lum olur.
    5) Həmin mərhələdə Peyğəmbəri Əkrəm (s)-in tərbiyəvi məsələlərdə əsas hədəfi
    Belə bir mərhələdə dünyanın böyük və dahi müəllimi həzrət Peyğəmbər (s)-in şəxsən icra etmək istədiyi tərbiyəvi proqram, yeni risalətə rəhbərlikdə təcrübə qazanmaq üçün layiqli bir ümmətin bünövrəsini qoymaqdan ibarət idi. İslam şəriət hökmləri və risalətin hərtərəfli və kamil şəkildə qiymətləndirilməsindən başa düşürük ki, Peyğəmbər (s)-in öz tərbiyəvi proqramlarının həmin mərhələsindəki hədəfi, elə bir səviyyədə deyildi ki, onlar rəhbərlik məs`uliyyətini öhdəsinə ala bilsinlər.
    Həmin mərhələdə Peyğəmbər (s)-in hədəflərini bu dərəcə ilə məhdudlaşdırmaq ictimai dəyişiklik və islahatların təbiətinin tələb etdiyi məntiqi bir mövzu idi. Çünki, mə`lum olduğu kimi, hədəf elə bəyan edilməlidir ki, əməli olaraq icra edilə bilsin. İslam dini də həmin şəraitdə elə bir vəziyyətlə qarşılaşmışdı ki, hədəfin qeyd olunanlardan artıq bəyan olunması mümkün deyildi. Çünki ruhi, fikri, ictimai və s. baxımdan yeni risalət ilə, ondan əvvəl hakim olan fasid və eybəcər vəziyyət arasındakı uzaq fasilə, həmin cəmiyyətin rəhbərlik məs`uliyyətini şəxsən öhdələrinə ala biləcək bir səviyyədə tərbiyə olunmasına heç vaxt icazə verməzdi.
    Bu mətləbi sonrakı bölmədə daha artıq izah edəcək və belə nəticə alacağıq ki, Əmirəl-mö`minin Əli (ə)-ın xilafətə seçilməsi və bu ilahi vəzifənin o həzrətdən sonra da övladlarında davam etməsi tarixi bir zərurət idi ki, bəşər tarixi boyunda islahatçı dəyişikliklər məntiqi onun qaçılmaz bir məsələ olmasını sübuta yetirmişdir.
    6) İslamı yeni qəbul edənlər tərəfindən yaranan çətinliklər
    Peyğəmbəri Əkrəm (s)-in vəfat etdiyi zaman islam ümmətinin böyük bir hissəsini Məkkənin fəthindən sonra, həmçinin islamın hərbi və siyasi qüdrət dairəsinin Ərəbistan yarımadasında yayılmasından sonra islamı qəbul edənlər təşkil edirdi.
    Peyğəmbəri Əkrəm (s)-in vəfatı ilə Məkkənin fəth olunması arasında çox az zaman fasiləsi var idi. Bu vaxt da onların tərbiyə olunması üçün kifayət etmirdi. O həzrətin bir rəhbər kimi göstərdiyi sə`ylər də o dövrün imkanlarına uyğun olaraq olduqca məhdud idi. Buna görə də «müəllifətu qulubihim» məsələsi irəli gəldi. Bu da zəkat və dinin sair proqramları ilə əlaqədar cəmiyyətdə özünə yer açmışdı. İslam ümmətinin böyük əksəriyyətini təşkil edən bu təbəqə digər təbəqələrdən ayrı deyildi; elə onlarla birlikdə yaşayır və bir-birinə qarşılıqlı şəkildə tə`sir qoyurdular.
    ***
    Yuxarıda qeyd olunan mürəkkəb məsələlərə diqqət yetirməklə aydın olur ki, Peyğəmbəri Əkrəm (s)-in tərbiyə üsulu cəmiyyətdə çox müsbət nəticələr vermiş və misilsiz dəyişikliklər yaratmışdı. O həzrət elə şəxsləri tərbiyə etmişdi ki, onlar layiqli bir rəhbərin rəhbərliyi altında dəyərli və qurusu şəxslər ola bilərdilər. Buna görə də islam ümmətinin rəhbərliyi şəxsən Peyğəmbəri Əkrəm (s)-in öhdəsində olduğu zaman onlar da islam hökumətinin fəal üzvləri idilər. Əgər islamın dünya səviyyəsində olan rəhbərliyi Allah tərəfindən tə`yin olunan yolla davam etsəydi, onlar da öz vəzifələrini layiqli şəkildə ifa edərdilər. Lakin nə etmək olar? Onlar islam ümmətinin rəhbərlik məqamına keçmək üçün deyil, onun fəal üzvləri olmaq üçün tərbiyə edilmişdilər. Çünki bu iş, daha artıq hazırlığı, daha dərin ruhi tərbiyəni, daha möhkəm imanı, eləcə də islam hökmləri, e`tiqadiyyat və islami dünyagörüş barəsində daha geniş mə`lumata malik olmağı, həmçinin öz cərgələrinin münafiqlərdən, hiyləgərlərdən və «müəllifəti qulubuhum»dan daha artıq təmizlənməsini tələb edirdi.
    Sonuncu qeyd olunanlar islam ümmətinin böyük bir hissəsini təşkil edirdilər. Onlar hər bir tarixi dövrdə yaranan münasib fürsətlərdə islama öldürücü zərbələr vururdular. Onların törədə biləcəkləri təhlükələr və vura biləcəkləri xəsarətlər münafiqlərin tutduqları mövqe və hiyləgərlik planlarını göstərən Qur`an ayələrindən mə`lum olur.
    ***
    Bəli, belə bir vəziyyətdə Salman, Əbuzər, Əmmar və s. kimi şəxslər Peyğəmbəri Əkrəm (s)-in məktəbində yaxşı şəkildə tərbiyə olunmuşdular. Amma bu kimi şəxslərin o qrupların arasında olması, onların hamılıqla, hökuməti şura əsasında idarə etməyə qadir olmalarına dəlil ola bilməzdi. Hətta Peyğəmbəri Əkrəm (s)-in məktəbində çox yüksək səviyyədə tərbiyə olunan və bu ocaqda tərbiyə olunanlara nümunə sayılan bir neçə şəxs də belə, ölkənin müqəddəratının mədəni baxımdan həll olunduğu belə bir həssas tarixi dövrdə ölkəni və ordunu idarə etməyə qadir olasaq bir səviyyədə deyildilər.
    Çünki islam dini, bünövrəsi təcrübə əsasında qoyulan və zamanın ötüb keçməsi ilə təkmilləşən bəşər nəzəriyyəsi deyildir. Əksinə o, ilahi bir şəriətdir. Onun bütün hökmləri və qanunları əvvəlcədən tə`yin olunmuşdur, tətbiq və icra olunma məqamında irəli gələcək hər bir məsələ də onda irəlicədən nəzərə alınmışdır. Buna görə də ona rəhbərliyi öhdəsinə almaq istəyən hər bir şəxsin, onun bütün incəlikləri və dəqiqlikləri barəsində geniş səviyyədə mə`lumatı olmalıdır. Əks halda, cahiliyyət dövründən miras qalan xurafatçı qayda-qanunlardan və adət-ən`ənələrdən amanda qalmayacaqdı və belə olan halda əsil hədəfin əksinə hərəkət etmiş olasaqdı.
    Xüsusilə, əgər islamın səmavi dinlərin sonuncusu olmasını, nəticədə zaman və məkan, eləcə də tayfa-qəbilə sərhədlərini aşıb keçməli olduğunu, zamanın fövqündə dayanaraq irəli getdiyini nəzərə alsaq, onda aydın olacaqdır ki, bir kəs onun rəhbərliyini öhdəsinə almaq istəsə şəxsi təcrübələrə və sınaqlara arxalana bilməz. Çünki kiçik bir səhv və xəta cəmiyyəti qısa müddət ərzində zavala və məhvə cürükləyən xəsarətlər törədə bilər.
    Yuxarıda qeyd olunan nümunələr göstərir ki, Peyğəmbəri Əkrəm (s)-in mühacir və ənsardan olanlar səviyyəsində tətbiq etdiyi elm elə bir səviyyədə deyildi ki, onları islam cəmiyyətinə rəhbərlik etmək üçün hazırlaya bilsin və onlar da islam ümmətinin ideoloji və siyasi rəhbərliyini öhdələrinə ala bilsinlər. Peyğəmbər (s) onları yalnız elə bir səviyyədə tərbiyə etmişdi ki, islamın mərkəzi orqanlarında, Allah tərəfindən tə`yin olunmuş bir şəxsin rəhbərliyi sayəsində öz vəzifələrini yerinə yetirsinlər.
    Buna əsasən, hansı fərziyyəyə əsasən demək olar ki, Peyğəmbər (s) islam dininə rəhbərliyi mühacir və ənsarın öhdəsinə qoymuşdu ki, nəticədə insaniyyət tarixinin ən böyük rəhbəri öz işində nöqsana yol verməsi ilə müttəhim olunaraq «o, bir-biri ilə müxtəlif olan iki tərbiyə üslubu: islam cəmiyyətinin əsas orqanlarındakı vəzifənin yerinə yetirilməsi və islami də`vətin fikri və siyasi səviyyədəki tərbiyəsi arasında təfavüt qoya bilməmişdir» deyilsin?
    ***
    İlahi risalət təbii olaraq yeni həyat üçün müəyyən yeniliklər yaratmalıydı. Bunun üçün ilk növbədə cahiliyyət dövründə insanların vücudlarını buxovlamış mövhumat və xurafatın kökü kəsilməli, onun ardınca isə müsbət əxlaq, mütərəqqi qanunlar və ali idarəçilik sistemi ilə təchiz olunmuş cəmiyyət yaranmalıydı. Amma mə`lum olduğu kimi, islahatçılıq prosesi heç on il də davam etmədi. Bu qısa müddət qeyd olunan proqramın icrası üçün praktiki cəhətdən deyil, nəzəri cəhətdən də kifayət etməzdi Çünki bu müddət ərzində üzdəniraq adət-ən`ənələrə son qoyulmalı, ən azı bir nəsil ilahi də`vətin hər cəhətdən yeni olan qanunları ilə tanış olmalı və onun bütün göstərişləri cəmiyyətin müxtəlif sahələrində tətbiq edilməliydi. Nəticədə xalqın qabaqcıl nümayəndələri də`vətə rəhbərliyi öz öhdələrinə alaraq yüksək məs`uliyyət tələb edən işlərə dözməli və zəruri islahatları ilahi rəhbər olmadan davam etdirməliydilər.
    Normal düşüncə sahibləri bilirlər ki, bu xüsusiyyətləri əks etdirmək üçün cəmiyyət üzvləri uzun müddət ilahi rəhbərlə birlikdə yaşamalı, lazımi təcrübə toplamaqla əxlaqi və elmi cəhətdən rəhbər səviyyəsinə yüksəlməli və nəticədə qarşıya çıxacaq çətinlikləri həll etməyə qadir olmalıdırlar. Bu söz sadə bir mülahizə deyil, elə bir həqiqətdir ki, Peyğəmbərin vəfatından sonrakı hadisələr onu tamamilə sübut etdi.
    Bəli, təqribən yarım əsrdən sonra baş verən hadisələr Peyğəmbərin müasirləri olan mühacir və ənsar nəslinin idarəçilik işləri üçün nə qədər zəif və bacarıqsız olduqlarını açıq-aşkar göstərdi.
    Çünki islamın birinci əsri öz ömrünün dörddə birini adlamamış mühacir və ənsar silsiləsinin rəhbərliyindən irəli gələn xilafət çaşqınlığı zahir oldu.
    Başqa sözlə desək, mühacir və ənsarın rəhbərlik dövründən iyirmi beş il keçməmişdi ki, ilahi də`vətin rəhbərlik və xilafət mərkəzi islamın qədim düşmənlərinin ağır zərbələri altında dağıldı.
    Daxili düşmənlər də islama son zərbəni endirdilər. Onlar İslam hökumətində tədrislə yüksək vəzifələrə soxularaq rəhbərlik məqamına nüfuz etdilər. Onlar zor və təhdidlə xilafəti ələ keçirib İslam ümmətinin qabaqcıllarını, həzrət Peyğəmbərin müasirləri olan yüksək şəxsiyyətləri təhqir edib alçalmağa məcbur etdilər, öz mənfur niyyətlərinə təslim etmək üçün hər cür şərəfsizliyə əl atdılar.
    Çox keçmədi ki, onlar İslam hökumətini padşahlıq formasına saldılar. Həqiqət carçısı olan müsəlmanların şərəf və heysiyyətlərini tapdalayıb əllərini yüzlərlə günahsız insanın qanına boyadılar. Xalq malını, islami büdcəni ata-babalarından qalmış miras kimi öz aralarında həyasızcasına bölüşdürdülər. İslam cəza tədbirləri və həqiqi hökmlər qüvvədən salındı. Hətta ümumi inkişaf üçün nəzərdə tutulan sair hökmlərin də qarşısı alındı. Yüz minlərlə insanın həyatını öz əllərində oyuncağa çevirdilər. Fəthlər nəticəsində müsəlmanlara nəsib olan qənimət və əraziləri Qureyş bağları adı ilə öz xeyirlərinə müsadirə etdilər, hökumət və xilafət Bəni-üməyyə övladlarının əlində oynadılan bir topa çevrildi.
    Bəli, qeyd olunan təcrübə və hadisələr bizdə bu qənaəti yaradır ki, Peyğəmbərin vəfatı dövründəki ənsar nə mühacir nəsli hələ də bilmirdilər ki, müsəlmanların ideoloji rəhbərliyini öhdəyə almaq, müsəlmanların fikri və siyasi məqamının onlara tapşırılması yersiz və ağla sığmayan bir iş idi. Peyğəmbər-əkrəmin belə bir məs`uliyyətli işi heç bir cəhətdən hazır olmayan qüvvələrə tapşırması təsəvvürə gəlməyən bir məsələdir.

    ÜÇÜNCÜ YOL
    Bu məsələ ətrafında ehtimal edilən üçüncü yol yeganə və təbii olması ilə yanaşı baş verən hadisələrin təbiəti ilə də tam mütənasibdir. İlahi risalətin mahiyyəti, də`vət edənlərin şərtləri və Peyğəmbərin rəftarı da məhz onu tələb edirdi. Bu ehtimala əsasən islam Peyğəmbəri öz ayininin gələcəyinə tam diqqət yetirməli, Allahın fərmanı əsasında rəhbərliyə elə bir şəxsi seçməli idi ki, islam dininə qırılmaz tellərlə bağlanmış olsun. Həmin şəxs səmavi vəhyin, nübüvvət nurunun sayəsində elə tərbiyə olunmalı idi ki, müsəlmanların siyasi və dini rəhbərliyinə layiq olsun, özündən sonra cəmiyyətin özəyini təşkil edən insanların, daha doğrusu islam ümmətini bütövlükdə əhatə edən fərdlərin arasında ən ləyaqətli şəxslərin köməyi ilə xalqı islam əxlaqı və qanunları çərçivəsində tərbiyə edə bilsin. Eyni zamanda qabaqcılların özlərini də düzgün davranış və idarəçilik mədəniyyəti ilə tanış edib genişlənməkdə olan islam xalqlarının həyati məs`uliyyətlərini qəbul etməyə tam şəkildə hazırlamalı idi. Çünki bu yol nəhəng islam xilafətinin gələcəkdə qarşılaşacağı problemlərin qarşısını almaq üçün yeganə çarə idi. Peyğəmbəri-əkrəmdən bu barədə çox qiymətli hədislər nəql olunmuşdur ki, o həzrət qeyd olunan üslubu əməli olaraq həyata keçirmiş və bu məqama Əli ibni Əbi Talibdən layiqli şəxs tapa bilməmişdir. O həzrət bu məqsədlə həyatı boyu Əli (əleyhissalam)-ı tərbiyələndirmiş və onu özündən sonra müsəlmanlar üçün rəhbər tə`yin etmişdir. O, Peyğəmbərə iman gətirən ilk şəxs, islam düşmənləri ilə yorulmadan mübarizə aparan ilk müsahid idi. O, elə həyatının ilk çağlarından, uşaqlıq illərindən öz yüksək şəxsiyyətini göstərmiş, islam Peyğəmbərinin sonsuz məhəbbətini qazanmış və o həzrətin nəzarəti altında böyümüşdü. Aydındır ki, ondan başqa heç kəs üçün vəhy məktəbindən, Peyğəmbər tə`limlərindən istifadə etməkdə belə şərait yaranmamışdı.
    Peyğəmbər və Əli (əleyhissalam)-ın bir-birindən ayrılamaz müştərək həyatlarını mütaliə edənlər bilirlər ki, o həzrət öz gələcək canişinini necə də böyük maraq və diqqətlə hazırlayırdı. Məsələn Peyğəmbəri-əkrəm (s) öz risalətinin bir çox üsul və həqiqətlərini yalnız onun üçün bəyan edirdi. İmamın uzaqgörənliklə soruşduğu məsələlərin heç biri cavabsız qalmır, verdiyi suallara Peyğəmbərin özü cavab verir və lazım olan mə`lumatlar əvvəldən axıradək şərh edilirdi.
    Gələcək məs`uliyyətin ağırlıqlarını, dini konsepsiyanın tam təfərrüatını, bu proqramın çətinliklərini və risalət prinsiplərini ona şərh etmək üçün vaxtının çox hissəsini onunla keçirirdi. Peyğəmbər bu işi həyatının son anlarına qədər davam etdirmişdi.
    Hakim öz «Müstədrək» kitabında Əbu İshaqdan nəql edir ki, Qasim ibni Abbasdan soruşdum: Necə oldu ki, Əli (əleyhissalam) Peyğəmbərin varisi oldu?
    Dedi: Ona görə ki, Peyğəmbərlə hamıdan əvvəl ünsiyyət yaratmışdı və Peyğəmbərə hamıdan yaxın idi.
    «Hilyətul-övliya» kitabında İbni Abbasdan nəql olunmuşdur: Biz bir məsələ barəsində söhbət edirdik və həmin söz bizim aramızda çox geniş yayıldı. Buyurulurdu ki, Peyğəmbər (s) Əli (əleyhissalam)-a yetmiş sifariş etmişdir ki, bu vaxta qədər o məsələni heç kimə deməmişdi.
    Nəcai ibni Abbasdan, o da Əli (əleyhissalam)-dan belə nəql etmişdir: Həzrət Peyğəmbər heç kəsə mənim kimi münasibət bəsləmirdi. (Yə`ni mənə xüsusi rəğbət bəsləyərdi.) Hər gecə onun yanına gedirdim. Əgər namaz qılırdısa, namazı qılandan sonra daxil olmağa icazə verirdi. Namaz halında olmayanda, dərhal otağa də`vət edərdi.
    Nəcai İmam Əli (əleyhissalam)-dan belə nəql edir: «Mən gün ərzində iki dəfə – bir dəfə gündüz, bir dəfə də gecə Peyğəmbər tənha olduğu vaxt onun yanına gedirdim.»
    O, yenə də İmamdan belə nəql edir ki, Həzrət buyurmuşdur: Həzrət Peyğəmbərdən soruşduğum bütün suallara cavab eşitdim. Sualım olmasaydı özü mənim üçün mətləblər buyurardı.»
    Bu rəvayəti Hakim də «Müstədrək» kitabında gətirmiş və onun höccətlərini təsdiq etmişdir.
    Nəcai ayrı bir hədisdə Ümmü Sələmədən belə nəql edir: Ümmü Sələmənin and içdiyi şəxsə and olsun ki, Peyğəmbər ölüm yatağında olarkən Əlinin ardınca adam göndərdi və üç dəfə soruşdu: «Əli gəldimi?» Nəhayət sübh vaxtı gün çıxmazdan əvvəl Əli (əleyhissalam) onun evinə gəldi. Biz bildik ki, Peyğəmbərin onunla xüsusi söhbəti vardır. Odur ki, hamı otağı tərk etdi və axırda mən də evdən çıxdım. Hamılıqla divarın arxasında oturduq. Mən qapıya hamıdan yaxın olduğumdan anladım ki, Əli (əleyhissalam) Peyğəmbərin yanında oturmuş və onunla astadan danışır. Əli Peyğəmbərlə söhbət edən axırıncı şəxs oldu. Əli (əleyhissalam)-ın özü də məşhur «Qasi`ə» xütbəsində böyük islam rəhbəri ilə olan müstəsna rabitəsinin əhəmiyyətini, habelə Peyğəmbərin o həzrətin xüsusi tə`lim tərbiyəsinə dair sə`ylərini vəsf edib buyurur: Siz yaxşı bilirsiniz ki, Peyğəmbərin mənə olan münasibəti necə idi. Mən ona həddindən artıq yaxın idim. Onun qəlbinin ən yaxın sirdaşı mən idim. Uşaq olduğum zaman məni ağuşuna alıb özü ilə birlikdə yatırdırdı. Belə ki, bədənim onun mübarək bədəninə toxunurdu. Mən onun mübarək bədəninin ətirli iyini hiss edirdim. Bə`zən o xörəyi çeynəyir və mənim ağzıma qoyurdu. O heç vaxt sözümdə yalan, əməlimdə çaşqınlıq görmədi. Uşaq anasının dalınca düşdüyü kimi, mən də ona tabe idim. Gözəl əxlaqıyla hər gün mənə bir elmi məsələ öyrədirdi və göstəriş verirdi ki, rəftarımı ondan əxz edim.
    Hər il məni özü ilə «Həra» mağarasına aparırdı. Mən onu elə bir vəziyyətdə müşahidə edirdim ki, heç kəs belə bir şey görmürdü. O, zamanlar yalnız bir müsəlman evi mövcud idi ki, Peyğəmbər, Xədicə və mən o evdə idik. Mən risalət və vəhy nurunu müşahidə edirdim və nübuvvət ətrini iyləyirdim.
    Bu kimi yüzlərlə nümunələrdən mə`lum olur ki, Peyğəmbəri-əkrəm İmam Əlini gələcək rəhbərlik üçün xüsusi şəraitdə və məqsədli şəkildə tərbiyə edirdi. İmam Əli (əleyhissalam)-ın Peyğəmbərin vəfatından sonrakı həyatında da çoxlu nümunələr vardır ki, onun Peyğəmbər tərəfindən İslam ümmətinə rəhbərlik üçün hazırlandığını göstərir. Məsələn İmam (əleyhissalam) o zaman bütün problemlərin həlli üçün yeganə bir mərcə» (müraciət yeri) hesab olunurdu. Dövrün hakim və qaziləri aciz qaldıqları hər bir məsələnin həllində öz siyasətlərinin əksinə olaraq o həzrətə müraciət edirdilər. Amma digər tərəfdən hətta bir dəfə də olsun belə, elə hal tapmaq olmaz ki, Həzrət Peyğəmbərdən sonra öz həyatında hər hansı bir məsələdə aciz qalıb başqasına müraciət etmiş olsun.
    Əhli-sünnənin mötəbər kitablarında çoxlu nümunələr vardır ki, Əli əleyhissəlamın məqamının yüksəkliyini və dövrü hakimlərin mürəkkəb məsələlər qarşısında aciz qaldıqlarını göstərir. Nümunə üçün səmimi bir e`tirafı xatırlatmaq yerinə düşər: Əhli-sünnənin məhşur alimlərindən biri olan Nurəddin Maliki «Üsuli-mühümmə» kitabının 18-ci səhifəsində qeyd edir: Əli əleyhissəlamın qəzavəti başa çatdıqdan sonra Ömər dedi: Allaha pənah aparıram elə sətin məsələlərdən ki, Əli onu həll etməsin. (Yəni təsəvvür etmək mümkün deyildir ki, Əli hansısa bir sualın qarşısında aciz qalsın və ona cavab verə bilməsin.-Red.) Həmçinin Peğəmbəri-əkrəmin (s) həyatda olduğu dövrlərdə baş verən bə`zi hadisələr o həzrətin Əli əleyhissəlama olan xüsusi diqqətindən söhbət açır. Məsələn birinci «yovmuddar» hədisi; «İnzar» ayəsi nazil olduqdan sonra Peyğəmbərə göstəriş verildi ki, öz qohum-əqrabasını dinə də`vət edib Allahın əzabı ilə qorxutsun. Sünni alimlərinin nəql etdiyinə görə, o cümlədən imam Hənbəlin «Müstədrək» kitabının 111-195 səhifəsində, İbni Əbil hədid «Nəhcül-bəlağənin» şərhi, 3-cü cild, 263-281-ci səhifəsində və Hafiz Əbu Nəim «Hilyətul-övliya» kitabında nəql etdiklərinə görə bu ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər öz qohum-əqrəbasından və Qüreyş ə`yan-əşraflarından qırx nəfəri öz əmisi Əbu Talibin mənzilinə də`vət etdi. Onlara qonaqlıq verdikdən sonra buyurdu: Ey Əbdül Müttəlib övladları! Allahım məni bütün dünya insanlarının, xüsusi ilə sizin hidayətiniz üçün göndərmişdir. Mən sizdən istəyirəm ki, bu bir neçə kəlməni iqrar edib, başıuca olasınız. Onlardan biri Allahın vəhdaniyyətinə şəhadət vermək, digəri isə mənim Peyğəmbərliyimi iqrar etməkdir. Bilin ki, hər kəs mənə müsbət cavab verib də`vətimi qəbul etsə, mənim qardaşım, vəzirim, varisim və canişinimdir. Həzrət bu cümləni üç dəfə təkrar etdi və hər üçündə də Əli əleyhissəlamdan başqa bir kəs müsbət çavab vermədi. Hər dəfə yalnız o ayağa qalxıb dedi: Mən sənə kömək edəcəyəm, sənə iman gətirdim. Həzrət başqalarına üz tutub buyurdu: Bu mənim qardaşım, sizin aranızdakı canişinimdir.
    CƏNAB HEYKƏLİN XƏTASI
    Qəribədir ki, Heykəl kimi məşhur alim özünün «Həyate Muhəmməd» kitabının 104-cü səhifəsində «Yovmuddar» hədisini nəql etmişdir. Amma həmin kitabın sonrakı çaplarında sünni alimlərinin e`tiraz və təzyiqləri ilə bu hədis ixtisara salınmışdır. O, e`tirazın cavabında demişdir:
    «Bu mənim təqsirim deyil, tarixin günahıdır ki, islami mətnlərdə nəql edilmişdir. Halbuki, bu hadisə hətta avropa şərqşünaslarının, o cümlədən Tomas Karlinin «Əl-ibtal» kitabında, San Duyn Portun «Üzrüt-təqsir be pişqahe Muhəmməd və Qur`an» kitabında təfsilatı ilə qəbul edilmişdir.
    SƏQƏLEYN HƏDİSİ.
    Bu hədis, hətta sünnü alimləri tərəfindən müxtəlif şəkillərdə, o cümlədən səhabələrdən iyirmi nəfərinin vasitəsi ilə nəql olunmuşdur. Müslim «Səhih» kitabının 7-ci cildinin 122-ci səhifəsində, Termezi «Sünən» kitabının 2-ci cildinin 308-ci səhifəsində, İbni Həcər «Əssəvaiq» kitabının 1356-cı səhifəsində, Əhməd ibni Hənbəl «Müsnəd» kitabının 2-ci cildinin 17-ci səhifəsində və sairləri həmin hədisi Rəsuli-əkrəmdən (s) müxtəlif ifadə və məzmunlarla aşağıdakı kimi nəql etmişlər:
    «Mən sizi tərk edib gedirəm, amma aranızda iki dəyərli əmanət olan Qur`an və Əhli-beytimi qoyuram. Əgər siz bu iki əmanətə birlikdə istinad edib ondan möhkəm yapışsanız heç vaxt yolunuzu azmazsınız.»
    MƏNZİLƏT HƏDİSİ
    Bu hədis Əli əleyhissəlamın yüksək şəxsiyyətini aşkar edən hədislərdən başqa birisidir ki, həm şi`ə, həm də sünni təriqi ilə nəql olunmuş, əhli-sünnə alimləri tərəfindən müxtəlif şəkillərdə söylənilmişdir. Əhməd ibn Hənbəl, Müsnədin 5-ci hissəsinin 31-ci səhifəsində belə nəql edir: Peyğəmbər (s) Ümmü Sələməyə dedi: Ey Ümmü Sələmə! Bil ki, Əlinin əti mənim ətim, qanı mənim qanımdır. Onun mənimlə olan rabitəsi Musa ilə Harunun rabitəsi kimidir.
    Qədir-xum hədisi Əli (əleyhissalam)-ın xilafət məqamını və yüksək ilahi şəxsiyyətini aşkar edən hədislərdən biridir. Bu rəvayət şiə və sünni alimlərinin qeyd etdiyinə görə mütəvatir hədislərdəndir. Bu xəbəri bir çox alimlər, o cümlədən Təbəri, Hakim, Termezi və digərləri öz kitablarında Zeyd ibni Ərqəmdən nəql etmişlər. Amma onlardan bə`ziləri, o cümlədən Əhməd ibni Hənbəl həmin xəbəri Müsnəd kitabının birinci hissəsinin 119-cu səhifəsində Əbdürrəhman Əbu Hüreyrədən nəql etmişdir.
    Hakim «Müstədrək» kitabının 3-cü cildinin 109-cu səhifəsində belə bəyan edir: Rəsuli-əkrəm (s) «Həccətul-vida`-dan qayıdanda «Qədir-xum» adlı yerə çatarkən oranı süpürüb-təmizləməyi tapşırır. İzdihamlı cəmiyyət gəlib toplaşdıqdan sonra o həzrət buyurdu: Mən Allah tərəfinə dəvət olunmuşam və bu dəvəti qəbul etmişəm. Sizi tərk edib gedirəm və iki böyük əmanət olan Qur`an və Əhli beytimi sizin aranızda qoyuram. Nə qədər ki, onun sayəsindəsiniz yolunuzu azmayasaqsınız. Sonra buyurdu: Allah mənim mövlamdır və mən də hər mö`minin mövlasıyam. Sonra həzrət Əlinin əlini yuxarı qaldırıb buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara, hər kəs Əli ilə dost olsa, Sən də həmin şəxslə dost ol, hər kəs Əli ilə düşmənçilik etsə, Sən də həmin şəxslə düşmən ol!»
    «Məqtəli-Xarəzmi» kitabının müəllifi əhli sünnənin alimlərindən təəssübkeş olmasına baxmayaraq, kitabının 1-ci hissəsinin 47-ci səhifəsində bu barədə belə nəql edir: Peyğəmbərin vəfalı dostlarından biri olan Əbu Səid Xidri deyir: Qədir-xum günündə Peyğəmbər Əlinin biləyindən tutub camaata tanıtdırdı. Hacılar hərəkətə başlamazdan əvvəl ikmal ayəsi nazil olub buyurdu:
    «Bu gün sizin dininizi kamil etdim, ne`məti sizin üçün tamamladım və İslamın sizin dininiz olmasına razı oldum.» Sonra buyurdu: «Alah mənim risalətimdə Əlinin vilayət və canişinliyi ilə razıdır.»
    Aydındır ki, islamın kamil olması həzrət Əlinin xilafəti ilə başa çatmışdır. Çünki, dinin sair yönləri namaz, orus, halal, haram və digər hökmlər bu ayə nazil olmazdan qabaq da kamil olmuşdu.
    E`tiraf etmək lazımdır ki, o vaxta qədər vilayət məsələsindən və canişinlikdən başqa dinimizin hər bir sahəsi tamam olmuşdu. Bu vilayət və canişinliyin də nəticəsi hakimiyyət uğrunda başlanan mənfur mübarizədə siyasət alverçilərinin yarada biləcəyi ictimai və sui istifadələrin qarşısını almaq idi. Buna görə də Peyğəmbər belə bir işin icra olunmasından bir növ vəhşət hissi keçirirdi. Allah ona müjdə verərək buyurdu:
    «Allah səni camaatın şərindən qoruyacaqdır, qəlbinə qüvvət bəxş edəcəkdir.»
    Əhli-sünnənin böyük alimlərindən biri olan Hafiz Əbu Nəim «Nüzulul-Qur`an» adlı kitabında Əbi Səid Xidridən və Əbirafi`dən belə nəql edir:
    «Ey Peyğəmbər, tapşırığı sənə göstəriş verilən tərzdə yerinə yetir. Əks halda öz risalətini lazımınca yerinə yetirməmisən.»
    İbni Cərir Təbəri «Vilayət» kitabında Zeyd ibni Ərqəmdən belə nəql edir:
    Peyğəmbər (s) buyurdu: Allah-taala bu ayəni mənim üçün göndərdi: «Pərvərdigarın tərəfindən sənə nazil olanları camaata çatdır. Əgər çatdırmasan, demək öz risalətini yerinə yetirməmisən. Allah səni camaatdan qoruyacaq.» Cəbrəil Allah tərəfindən mənə göstəriş verirdi ki, Qədir-xumun bu yerində dayanım və bütün insanlara çatdırım ki, Əli İbni Əbi Talib mənim qardaşım, canişinim və məndən sonra ümmətin rəhbəridir.
    Ey camaat, bilin ki, Allah onu sizə imam tə`yin etmiş və ona itaət etməyi hər bir şəxsə vacib bilmişdir.
    Onunla müxalif olanlar həqq dərgahından qovulmuş, təsdiq edənlər isə pərvərdigarın rəhmət və lütfünə çatanlardır. Onun əmrləri, hökmləri və sözləri haqdır. Onun göstərişlərini eşidin və itaət edin. Allah sizin mövlanız, Əli imamınız və rəhbərinizdir. Qiyamətə qədər imamət onun nəslindəndir.
    Peyğəmbəri-əkrəmdən müxtəlif ifadələrlə, lakin eyni məzmunda onlarla hədislər söylənilmişdir. Beləliklə mə`lum olur ki, şiəlik islami dəvət və risalət çərçivəsində vücuda gəlmişdir. Bünövrəsini də bə`zilərinin təsəvvür etdiyi kimi siyasətbazlar deyil, şəxsən Peyğəmbərin özü Allahın əmri ilə ilahi dinin gələcəyinə zəmanət vermək üçün qoymuşdur. Deməli bə`zi iddiaların əksinə olaraq, şiəlik sonradan yaranmamış, əksinə islam dini və hökumətilə eyni zamanda, onun tərkib hissəsi kimi zühur etmişdir. Başqa sözlə desək, islam hökumətinin təbiəti, onun ehtiyac və şəraiti tələb edirdi ki, ilk islam rəhbəri olan Peyğəmbəri-əkrəm (s) özündən sonra ikinci rəhbəri hazırlasın, nəticədə onun vasitəsi ilə islam hökuməti inqilabi tərzdə inkişaf edib davam etsin və öz son məqsədinə yaxınlaşsın. Yə`ni cahiliyyət dövrünün adət-ənənələri, mürtəce qanunların kökü tamamilə kəsilsin və Peyğəmbərin də`vətinə mütənasib, onun istəyinə uyğun olan yeni bir ümmət yaransın.
    Category: Şiəlik necə yaranmışdır? | Added by: Islam_Kitabxanasi
    Views: 784 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024