İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:46 PM
    MÜƏLLİFİN HƏYATINA QISA BİR BAXIŞ
    Bu gün İslam dünyası öz bərəkətli ömrünü müsəlmanların ümumi mənafeyi yolunda vəqf edən böyük şəxsiyyət-Seyyid ƏbdülHüseyn Şərəfuddinin adını əzəmətlə yad edir. Onun şəxsiyyəti nə qədər ki, sağ idi, hamının nəzərində əzəmətli idi. Dövrün keçməsi onun həyat səhifəsini vərəqlədi. Amma onun elmi, ondan qalan dəyərli əsərlər, xeyriyyə müəssisələri, Allah və din yolunda etdiyi böyük xidmətlərin qapısı hələ də açıqdır. O, öz iftixarlı həyatında heç vaxt mübarizədən əl çəkməzdi. özünün gözəl xitabələri ilə, çoxlarının iştirak etdiyi məclislərdə, həmçinin yazdığı kitablarda daim müsəlmanları, öz cərgələrində vəhdət yaratmağa, nəzəriyyələrdə yekdil olmağa və yersiz təəssüblərdən uzaq olmağa çağırırdı. Müəllifin təqribən yarım əsr bundan qabaq yazdığı ilk kitab "Əl-füsulül-mühimmətu” kitabı idi.
    Mərhum Şərəfuddin İslam ümmətinin ittihadı yolunda qarşılaşdığı problemləri bu kitabında qəlmə almış, aydın bəyan və qət”i sübutlarla onu aşkar etmiş, heç kəs üçün şəkk və tərəddüd yeri qoymamışdır. Bu kitab elə həqiqətlərdən söhbət açır ki, müəllif özünün dərin elmi, söz ustalığı (fəsahət və Bəlağəti), ədəbi və nurani üslubu ilə müsəlmanları ittihad və vəhdət bayrağı altında birləşdirmək üçün o həqiqətləri aşkar etmişdir.
    İncə təfəkkür tərzi, dolğun mənalı ibarələrlə və çox aydın şəkildə yazılan bu kitab o gündə İslamı mütaliələr ətrafında yazılaraq camaatın ixtiyarına qoyulan ilk kitab idi. Bu kitabın nəşr olunmasından iki il sonra əziz müəllif Misrə səfər etdi ki, özünün dəqiq və gözəl xitabələri ilə müsəlmanların vəhdəti yolunda təsirli addımlar atmış olsun. Misirdə onunla "Əl-əzhər” universitetinin rektoru (sünnü məzhəblidir) arasında müəyyən müzakirələr və yazışmalar olmuşdur. (Bu müzakirələr sonradan "Əl-muraciat” adlı kitab şəklində çap olunmuşdur.) Müəllif "Əl-muraciat” kitabının əvvəllərində iki sünnü və şiə alimi arasında olan müzakirələri son dərəcədə gözəlliklə qələmə almışdır və o, bu işi İslamı daha yaxşı təqdim etmək, müsəlmanların birliyi yolunda daha da irəliləmək üçün lazım və zəruri bilirdi.
    Elə görkəmli müəllif ömrünün sair dövrlərində də bu böyük əndişə əsasında əməl edirdi. Bu da onun ömrü boyu daimi apardığı İslam cihadından ibarət idi. Gördüyümüz kimi, müsəlmanların müxtəlif qrupları ona hörmət qoyur, onun adını hər yerdə ehtiramla yad edirlər, müxtəlif çapxanalar onun dərin təfəkkürlü və faydalı əsərlərini rəğbətlə qarşılayıb camaatın ixtiyarına qoyurlar.
    İndi son dərəcədə ixtisarla, öz həyatını müsəlmanların mənafeyinin qorunub-saxlanması, aralarında ittihad yaranması, ayıqlıq, qardaşlıq ideyasının yaranması üçün sərf edən bu böyük alimin iftixarlı həyatını əziz oxuculara çatdırırıq.(Müəllifin həyatının müxtəsər şərhini cənab Ayətullah Sədr 36 səhifədə yazmışdır ki, biz ixtisarla həmin yerdən iqtibas edirik. (Mütərcim))
    TƏVƏLLÜDÜ VƏ ALİLƏSİ
    Müəllif 1290-cı hicri qəməri ilində (1869) dini şəhər olan Kazimeyndə Əli (əleyhis-salam)ın nəslindən olan bir ata-anadan dünyaya gəlmişdir. Atası böyük alim Əllamə Seyyid Yusif Şərəfuddin, anası isə Ayətullah mərhum Hacı Seyyid Sədrin qızı Zəhra idi. (Ayətullah mərhum Seyyid Hadi Sədr məşhur mərcəyi-təqlid Seyyid Həsən Sədrin atasıdır.)
    Bu böyük seyyidin ata və ana tərəfdən nəsli 7-ci İmam Həzrət Musa Kazim (əleyhissalam)-a gedib çatır. Digər tərəfdən, bu sülalənin Birinci Məhəmməd adı ilə tanınan ilk övladı–böyük müctehid Seyyid İbrahim Şərəfuddin "Sədr” və "Şərəfuddin” ailələrinin babasıdir. Hər iki ailə o dövrdə "Hüseyn Qəti”i sülaləsi” adı ilə məşhur böyük şiə alimləri Seyyid Mürtəza və Seyyid Rəzi onların nəslindəndir.
    Seyyid Şərəfuddin öz babasının evində dünyaya göz açmışdır. Babası onu hamıdan çox əzizləyir və nəvaziş göstərirdi. Dayısı Seyyid Məhəmməd Hüseyn Sədr onunla eyni yaşda olan, bir yerdə dərs oxyan, bir yerdə böyüyüb boya-başa çatan dostlarından idi.
    TƏLİM-TƏRBİYƏSİ
    Seyyid Şərəfuddin 8 yaşında olarkən atası öz dərslərini təkmilləşdirdikdən və İraqın böyük fəqihlərindən ictihad icazəsini aldıqdan sonra Cəbəl Amilə (Livanın cənubundadır) qayıdır.
    Kiçik yaşlı Əbdül Hüseyn atasının ünsiyyət bağladığı diyarda ərəb dilinin müqəddimati dərslərini, Bəlağəti, fiqh və üsulu atasından öyrənir. O, həmin dövrlərdə yaşıdlarının içərisində son dərəcədə fitri istedadı ilə məşhur idi. Dərsdə yaranan çətin sualları və müşkül məsələləri müəllimlərindən, xüsusilə babası Hacı Seyyid Sədrdən soruşurdu.
    17 yaşına çatarkən atası onu əmisinin qızı ilə evləndirir, sonra İraqa göndərir ki, təhsilini davam etdirsin və dərin elmə yiyələnib kamala çatsın. O, ali təhsilini başa vurduqdan sonra böyük fəqih və mərcəyi-təqlidlərdən olan Ayətullah Xorasani, Şeyxuş-Şəri”ə İsfahani, Seyyid Məhəmməd Kazim Yəzdi, Seyyid İsmail Sədr, öz dayısı Ayətullah Seyyid Həsən Sədr və başqa müctehidlərin elmi dərslərində iştirak edir.
    32 yaşına çatmamış şərəfli ictihad məqamına yetişir. O zaman Nəcəf şəhərində Cəbəl Amil ruhaniləri içərisində onun fəzilət və şöhrətinə çatacaq və ümumxalq tərəfindən bu qədər hörmətə layiq görüləcək bir kəs yox idi.
    Onun bu dövrdəki təhsili Nəcəfi-Əşrəfdəki təhsili ilə xülasələnmirdi; o həm də Kazimeyn, Samirra, Kərbəla şəhərlərinə gedir, bu şəhərlərin böyük alimlərinin elmindən faydalanırdı. Onun adı bu şəhərlərin elmi yığıncaqlarında məşhur idi, hər elmi-ədəbi məclisdə özünə yer tutmuşdu.
    O, özünün dərin biliyindən əlavə, əsrinin görkəmli şairi də hesab olunurdu. Yazdığı şerlər riqqətli, dərin mənalı olub söz gözəlliyi ilə zinətlənmişdi.
    LİVANA QAYITMASI
    Seyyid Əbdül Hüseyn Şərəfuddin təhsilini başa vurub ictihad icazəsini aldıqdan sonra Cəbəl Amilə qayıdır və öz alim atası və qardaşı Seyyid Məhəmməd Əli Şərəfuddin ilə bir yerdə (o, "Əbu Talib–Şeyxul Əbtəh” kitabının müəllifidir) yaşamağa başlayır.
    Onların ailəsində vaxtaşırı alim ata və oğlanlar arasında müxtəlif sahələrdə elmi müzakirələr və bəhslər davam etməkdə idi. Hər üçü sanki "ailəvi hövzƏ təşkil etmişdilər. Amma çox keçmədən Seyyid Əbdül Hüseyn əvvəlcə atasını, az sonra isə qardaşını əldən verdi və dərin qəm-qüssəyə, kədərə batdı.
    Şərəfuddin öz dayısının və əmi oğlanlarının vətəni, habelə özünün təvəllüd məkanı olan İraqa daha çox rəğbət bəsləyirdi. Amma İraqın böyük alimləri onun Cəbəl Amilə getməsi üçün israr edib deyirdilər ki, Cəbəl Amildə onun kimi böyük müctehidə daha çox ehtiyac duyulur. Buna görə də onların sözlərini qəbul edərək ana vətəninə qayıtdı.
    Onun Cəbəl Amilə daxil olması tarixi günlərdən biridir. Camaatın müxtəlif təbəqələri Livanın cənubundakı Əl-cəbəl məntəqəsinə yığışaraq Seyyidin pişvazına çıxdılar və onu təntənəli şəkildə Sur şəhərinə qədər müşayiət etdilər.
    Livanın cənubunda yaşayayn şiələr onu xüsusi ehtiramla qarşıladılar. O da zamanın ötüb keçməsi ilə insanların qəlbinə nüfuz edə bildi, özünün elmi-əxlaqi məziyyətləri ilə tez bir zamanda hər yerə səs saldı.
    Əvvəlcə atasına ehtiram əlaməti olaraq camaatın şəri suallarına cavab verməkdən çəkinirdi. Camaat da fətva almaqda və hökmlərin icrası üçün məcburən atası ilə kifayətlənirdi. Camaat Şəqra məntəqəsində Livanın mərcəyi-təqlidi olan Seyyid Əli Əminə müraciət edirdilər. Amma sonralar o, Seyyid Yusif Əminə bir məktub yazıb bildirdi ki, oğlun Seyyid Əbdül Hüseyn mütləq və adil müctehiddir, bu gün Cəbəl Amil müctehidləri arasında heç kəs onun misli ola bilməz.
    Beləliklə, camaat yavaş-yavaş şəri hökmləri almaqda Seyyid Əbdül Hüseynə müraciət etməyə başladılar. Hətta atası da müşkül məsələ və hökmlərdə ona müraciət edirdi. Çox keçmədən onun şöhrəti hər yerə səs saldı və bütün müsəlmanların mərcəyi-təqlidi oldu. Hamı fətva almaqda ona müraciət edirdi.
    MİSRƏ SƏFƏR
    O, Misrə iki dəfə səfər etmişdi: Birinci dəfə 1901-ci ildə, ikinci dəfə isə 1920-ci ildə. İkinci dəfə o zaman səfər etmişdi ki, Suriya və Livanı işğal edən fransız müstəmləkəçilərinə qarşı cihad hökmü vermişdi və fransızlar da onu edama məhkum etmişdilər.
    Birinci səfərində Seyyid Şərəfuddin Misrin "Əl-Əzhər” universitetinin o zamankı rektoru Şeyx Səlim Bişri ilə elmi-tarixi müzakirələr aparmışdı. Sonralar bu müzakirələr məktublaşma şəklində davam etmiş və "Əl-muraciat” adlı kitab şəklinə salınmışdır. Onun 8-ci çapı dünyada yayılmaqdadır.(Bu kitab indiyə qədər 15 dəfə təkrar çap olunmuşdur.)
    İkinci dəfə isə fransalıların onun Livanda mövcudluğunu özlərinin mənfur istismarçı-müstəmləkəçi siyasətlərinin qarşısında böyük bir əngəl görürdükdə bu vəziyyətdən Misrə pənah aparmışdı. Bu səfərdə Misrin islami ziyalıları, ədiblər və alimlər (birinci səfərində onun elmi məqamını tanıdıqları üçün) pişvazına çıxıb ehtiramla qarşıladılar.
    Orada bütün müsəlmanları yadellilərin müqabilində müttəfiq olmağa dəvət edərək buyurdu: "Sünnü ilə şiəni siyasət bir-birindən ayırmışdır və elə siyasət də onları bir yerə yığmalıdır.”(Onun məqSədi budur ki, yadellilərin hiylələri və məkrli müstəmləkəçi siyasətləri İslami firqələri, o cümlədən sünnü və şiəni bir-birindən ayırdığı kimi indi İslami siyasət müştərək düşmənə qarşı onları birləşdirməlidir ki, zərbə dəydiyi yerdən düşmənə zərbə endirsinlər. (Mütərcimdən.))
    Seyyid Rəşid Rza bu cümlələri özünün "Əl-mənar” jurnalında çap etdirmişdir.
    VƏTƏN YOLUNDA CİHAD
    Seyyid Əbdül Hüseyn Şərəfuddinin Osmanlı dövründəki cihadı yalnız dini cihad idi. Çünki Livanın dövləti müsəlman dövləti idi və İslam şüarlarına ehtiram qoyurdu. Amma fransız müstəmləkəçiləri Suriyanı işğal etdikdən sonra ölkəni fəsada, əxlaqsızlığa çəkdilər, dini hökmləri ləğv etdilər, camaata o qədər təzyiq göstərdilər ki, hamının səbir kasası doldu.
    Bu zaman Seyyid Şərəfuddin işğalçılara qarşı cihad (mübarizə) bayrağını qaldırdı, camaatda, xüsusilə ruhani təbəqəsində vətənpərvərlik, müstəmləkəçilər əleyhinə mübarizə ruhiyyəsini həyəcanlandıraraq işğalçılar əleyhinə qiyamın vacib olduğunu hamıya xatırlatdı.
    Bu məqSədlə Vadil-Hüceyrdə konfrans təşkil edərək Livanın bütün alimlərini oraya dəvət etdi. Bütün tayfalardan olan ruhanilər, qəbilə başçıları onun dəvətini qəbul edib həmin yerə toplaşdılar. Seyyid Şərəfuddin o mühüm konfransda fransız müstəmləkəçiləri əleyhinə cihad hökmünü verdi, konfransa gələnlərin hamısı bu hökmü təsdiqlədilər. Sonra konfrans iştirakçılarının hamısı öz şəhərlərinə qayıtdılar və Fransanın əleyhinə mübarizəyə başladılar.
    Seyyid Şərəfuddinin evinə gediş-gəliş günbəgünə artmaqda idi; onlar uzun siyahılar təşkil edərək fransızların təşkil etdiyi hökumətin ləğv edilməsini, ölkənin tam istiqlaliyyətə nail olmasını istəyirdilər.
    Fransalılar bu məsələdən agah olduqdan sonra Sovr əhalisindən olan ibnil Həccac adlı bir məsihini Şərəfuddinin evinə göndərirlər ki, evini işğal edib özünü də tutsun, habelə orada Livanın istiqlaliyyətini tələb edən bütün siyahıları özü ilə gətirsin.
    Mərhum Şərəfuddin belə bir vəziyyəti əvvəlcədən ehtimal verdiyinə görə, dərhal bütün sənədləri anasına təhvil vermiş, o da bütün bunları gizlətmişdi. Odur ki, ibnil Həccac heç bir şey əldə etmədən, rüsvayçılıqla geri qayıtdı.
    Camaat Seyyid Şərəfuddinin evinin işğal olunmasından agah olduqdan sonra Livanın cənubundan Sovr şəhərinə axışmağa başladı. Seyyid Şərəfuddin də onlara təşəkkür edib bu işlərini təqdirəlayiq hesab etdi, onların yüksək milli ruhiyyəsini təriflədikdən sonra təkid etdi ki, hamısı öz vətənlərinə qayıdıb növbəti hökmün verilməsini gözləsinlər. Camaat dağılışdıqdan sonra fransalılar Seyyidin məqSədindən agah oldular. Ona görə də qüvvələrinin bir qismini Şəhur şəhərinə göndərdilər, (çünki Seyyid ora getmişdi.) Orada Seyyidin evini yandırdılar. Bundan əvvəldə onun Sovr şəhərindəki evini yandırmış, ən dəyərli kitablarını qarət etmişdilər. Amma Seyyid fransız qüvvələrinin Şəhur şəhərinə daxil olmasından xəbərdar olub, dərhal şəhərdən çıxdı və yaxınlıqdakı mağaraya sığındı və bütün günü orada qaldı.
    Fransızların şəhərdən çıxıb getdiklərini yəqin etdikdən sonra gecə ikən mağaradan çıxıb Şəhura qayıtdı, gecəni qalıb sonra paltarını dəyişərək Şama getdi. Orada Suriyanın padşahı Məlik Feysələ qonaq oldu, padşah əziz qonağını bağrına basdı və yaxşı yer verdi.
    Seyyid Şərəfuddin bir müddət Şamda qaldıqdan sonra öz ailəsini və qohum-əqrəbasını Şama dəvət etdi. Elə burada da öz vəzifəsini davam etdirməyə başladı, (o zamanlar Seyyidin şöhrəti hər yerə yayılmışdı) münasib fürsətlərdə ümumxalq təfəkkürünü aydınlaşdırmaqda, camaatı cihad üçün hazırlamaqda sƏy edirdi.
    Fransalılar Şamı işğal etdikdən sonra o, Fələstinə gedib ailəsini və qohum-əqrəbasını Cəbəl Amilin əmin-amanlıq məntəqəsində yerləşdirdikdən sonra Misrə gedir. Bu, onun Misrə ikinci səfəri idi.
    1338-ci hicri ilinin axırlarında Misirdən çıxıb, vətəni yaxın olsun deyə, bir daha Fələstinə gəldi (o zamanlar Fələstini ingilislər işğal etmişdi) və Cəbəl Amilə yaxın olan Üləma məntəqəsində məskunlaşdı. Sovrdakı evində olduğu kimi, Üləmadakı evi də camaatın və qonaqların gediş-gəliş mərkəzinə çevrildi. Ehtiyacı olanlar ona üz gətirir, o da camaatın çox olduğu yerlərdə iclaslar təşkil edərək elm, ədəb, siyasət və s. kimi işlərdən söz açırdı.
    Təsadüfi hadisələrdən biri də bu idi ki, Seyyid Əbdül Hüseyn Şərəfuddin Fələstinin Üləma kəndinə fransız işğalçılarının əlindən qaçmışdı. Onun dayısı oğlu Seyyid Məhəmməd Sədr isə ingilislər tərəfindən təqib olunurdu və Livanda yaşayırdı. Hər iki dini rəhbər müstəmləkəçilərə və işğalçılara qarşı vuruşurdu, hər ikisi də edama məhkum olunmuşdu.
    Seyyid Şərəfuddin bir müddətdən sonra dayısı oğlunun vasitəçiliyi ilə Livana qayıtdı. Onun Livana qayıdışını cənubda yaşayan əhali son dərcə hərarətlə qarşıladılar; onu qarşılamağa çıxanların sayı və keçirdikləri həyəcan hissləri Livan tarixində misilsiz idi.
    İndi artıq Seyyid Əbdül Hüseyn Şərəfuddin Livan əhalisinin dini və milli rəhbəri, hamının mərcəyi-təqlidi, şiələrin rəşadətli fətva verəni idi. Onun mübarizə tarixi, vətənindən uzaq düşməsi, habelə elm və əməl baxımından nüfuzlu şəxsiyyət olması ona gözəl bir mövqe bəxş etmişdi.
    HƏDİS ELMİNDƏ DƏRİN BİLİYİ
    Seyyid Şərəfuddin təkcə Peyğəmbər və onun pak Əhli-beytindən nəql olunan rəvayətlərdə deyil, həm də sünnü alimlərinin təriqi ilə nəql olunan hədislərdə dərin elmə malik idi. Bunlar sadəcə iddialar deyil, əksinə, elə mətləblərdir ki, hər kəs onun yazdığı kitablara baxsa, onu əyani surətdə görəcək və etiraf edəcəkdir.
    Sünnü məzhəblərindən onun icazəsi ilə fətva məqamına çatanlar çoxdur. O, özünün "Səbtül-əsbat fi silsilətir-rovat” adlı qiymətli kitabında onların hamısının adını qeyd etmişdir. Mən inanıram ki, onun şiə məzhəbinin haqq olmasını isbat etmək üçün yazdığı kitablar məhz sünnü hədislərindən istifadə edilmiş və bizim əsrimizdə misilsiz kitablardır.
    Onun qələmə aldığı son əsər ömrünün 80-cı ilində yazdığı "Ənnəssu vəl-ictihad” kitabıdır. Əziz oxucular onu mütaliə etdikdən sonra mütləq etiraf edəcəklər ki, o böyük alim təfəkkür və bəyan qüdrətinin son zirvəsində olmuş, hədis və münazirədə dərin biliyə sahib olmuşdur. Həmçinin görəcəksiniz ki, onun təfəkkürü və gözəl ibarələrindən, təhqiq üslubu və mətləbə əhatəliliyindən əsla qocalığı hiss olunmur.
    TARİXİ MƏKTUBLARI, NƏSR, XİTABƏ VƏ ŞERLƏRİ
    Onun bəzən Nəcəfi-Əşrəfdə oğluna, habelə müxtəlif padşahlara, dövlət başçılarına, siyasi rəhbərlərə, məs”uliyyətli şəxslərə yazdığı məktublar son dərəcədə Bəlağətli və gözəl söz üslubuna malik olmuş, aydın hədəfli, elmə, ədəbə, vəhdətə çağırış, fiqhi məsələlər, tarixi öyüd-nəsihət və moizə ilə doludur. Onun Hicazın əmiri Şərif Hüseynə yazdığı məktub onun ərəb dilində ən gözəl söz ustalığı ilə yazılan məktubudur (məktub onun vəhhabilər tərəfindən hakimiyyətdən salınmasından sonra yazılmışdı).
    Bu məktub çox genişdir və Əhli-beyt yolu ilə gəlib çatan tarixi sənədləri və müsibətləri əhatə edir. Şərif Hüseynin cavabı da son dərəcə minnətdarlıq və təşəkkürlə doludur. O, öz məktubunu bu şerlə başlayır.
    "Qəbilənin şərafətliləri məndən razı olanda,
    Onun rəzilləri həmişə mənə qarşı qəzəblidir.”
    Onun mühüm tarixi məktublarının bəziləri əmioğlusunun, həmçinin xüsusi katibi Seyyid Əli Şərəfuddinin vasitəsi ilə üzündən köçürülərək yadigar saxlanmışdır.
    Bunların hamısı o böyük şəxsiyyətin dəyərli əsərlərindəndir, nə vaxtsa çap olunacaq, kitabxanalar onun parlaq ədəbi üslubu ilə zinətlənəcəkdir.
    Seyyid Şərəfuddinin yazdığı nəsr əsərləri son dərəcədə dolğun, parlaq, möhkəm və bir-biri ilə qırılmaz şəkildə bağlı idi. Belə ki, hətta ən qüdrətli yazıçılar belə onun bir kəlməsini dəyişdirə bilməzdi. Çünki o, yazmamışdan əvvəl çox fikirləşir, seçdikdən sonra bəyan edir və ya yazırdı.
    Onun nəsr əsərləri elə əhatəlidir ki, agah oxucu ibarələrinə baxan kimi dərhal Şərəfuddinin yazısı olduğunu ayırd edə bilir. O bu əsərləri son dərəcədə dolğun mənalı və söz ustalığı ilə yazmışdır və bu məziyyət onun əsərlərindən aşkar şəkildə görünməkdədir.
    Böyük alim söz bəyanı baxımından da çox güclü və mahir idi. O hər vaxt xütbəyə qabaqcadan hazırlaşmadan başlayar, son dərəcə dolğun və gözəl mənalarla, məharətli söz ustalığı ilə bəyan edərdi. Onun xitabələri və yazıları söz ustalığı baxımından adi danışıq terminlərindən xali idi.
    Onun gözəl əxlaqi xasiyyəti, misilsiz nəfsani və batini xüsusiyyətləri sözündə və əməlində gözəl şəkildə sezilirdi. Mən 1350-ci hicri qəməri ilində Livana səfər edəndə o, məhərrəmliyin ilk on günündə həmişə axşam çağı "Came məscidində çıxış edirdi. Hər günkü çıxışında "Ali-Muhəmməd... və Ali-Muhəmməd kimdir” adı altında Quran və sünnədən Peyğəmbər Əhli-beytinin əzəmətini şərh edirdi. "Aşura” gününü Həzrət İmam Hüseyn (əleyhissalam)-a həsr edir, onun qiyamının əsas səbəblərini araşdırır, hədəflərinin böyüklüyünü və o Həzrətin İslamın böyük və əzəmətli saxlanılması, dinin möhkəmləndirilməsi yolundakı misilsiz xidmətlərini bəyan edirdi. Çıxışı adətən 3 saat davam edirdi. Əgər bu çıxışlar bir yerə toplanarsa, Əhli-beyt əleyhimussalamın fəzilətlərini bəyan edən böyük bir kitab olar.
    Onun Beyrut, Dəməşq, Fələstin və Misirdəki tarixi xitabələri heç vaxt unudulmaz. Onların çoxu elə həmin vaxtlar müxbirlər tərəfindən yazılıb bəyan olunmuşdur, bəziləri isə onun xüsusi katibinin yanındadır və məktublarına əlavə olunubdur. Qeyd etdiyimiz kimi, əziz müəllifin şerin təhlil edilməsi və onun incəliklərinin dərk olunması sahəsində dəqiq nəzəriyyələri vardı. Yaxşı şerlərdən çoxunu əzbər bilirdi. Hər bir ədəbi mövzu ilə əlaqədar olaraq şer oxuyur, özü də şer qoşurdu. Onun qoşduğu şerlər dərin duyğulardan və ülvi hisslərdən nəş”ət tapır və əsas etibarı ilə cavanlıq vaxtlarını xatırladırdı.
    USTADIN GÖZƏL ƏXLAQİ SƏCİYYƏLƏRİ
    Seyyid Şərəfuddin gözəl əxlaqlı, səxavətli bir insan idi; həm böyüklərə, həm də kiçiklərə ehtiram qoyur, kasıblara, yoxsullara əl tuturdu. Ona pislik edənlərə güzəştə gedir, nalayiq əməllərinə göz yumur, günahlarını bağışlayırdı.
    Bütün iftixarlı həyatı boyunca–cavanlıq yaşlarından qocalıq vaxtlarına qədər bu gözəl xüsusiyyətləri əməli olaraq icra edirdi. Onun nəfsinin paklığı və şəxsiyyətinin böyüklüyü həyatının bütün dövrlərində gözə çarpmaqdadır. Bu mənanı onunla bir yerdə olanlar etiraf edir və bu barədə müxtəlif hadisələri nəql edirlər.
    Elm və qələm əhlini ehtiramla yad edir, onlara hörmət edilməsində son dərəcə çalışırdı. Yaranan hər fürsətlərdə alimləri, elm əhlini, qələm sahiblərini və müəllifləri tərifləyərək onların məqamlarını yüksək tutur, şəxsiyyətlərini dəyərləndirirdi.
    ƏSƏRLƏRİ
    Seyyid Şərəfuddin özündən sonra çoxlu qiymətli (fikri və ideoloji) əsərlər yadigar qoymuşdur ki, hər biri onun böyük elmi şəxsiyyətinin göstəricisi olub əsrlər boyu insanların xatirələrində canlanacaqdır. İndi onların bəzilərinin adını qeyd edirik:
    1-”Əl füsulül-mühimmətu fi təlimil-ümməti”;
    Müəllif bu əsəri müsəlmanlar arasında ittihad və yekdillik yaratmaq məqSədi ilə yazmışdır. İki dəfə Livanda və iki dəfə Nəcəfi-Əşrəfdə çap olunmuşdur.( 
    Müəllifin bu və sair kitabları, xüsusilə "Əl-muraciat”, "Ənnəssu vəl-ictihad”, "Əl-füsulül-mühimmətu” o vaxtdan indiyə qədər on dəfədən artıq çap olunmuşdur.  
    )
    2-”Əl-muraciat”;
    Bu, müəllifin misilsiz və öz növbəsində möcüzəli nəsr əsərlərindən biridir. Müəllifin sağlığında iki dəfə, vəfatından sonra isə 4 dəfə (həmçinin cənab Sədrin məqaləsindən sonra bir neçə dəfə) çap olunmuş, fars, ingilis ordu, azərbaycan dillərinə tərcümə olunmuşdur.
    3-”Əcvibətu Musa Carullah”;
    Bu kitab, sünnü alimi Musa Carullahın 20 sualına cavabıdır və Seyda şəhərində çap olunmuşdur.
    4-”Əl-kəlimətul-ğərrau fi təfziliz-Zəhra (əleyha salam)”;
    Bu, Həzrət Zəhra əleyha salamın yüksək məqamını və sair qadınlardan üstünlüyünü isbat edən kitabdır. Əvvəlcə "Əl-füsulül-mühimmətu” kitabının ikinci çapına əlavə olunmuş, sonradan ayrıca kitab şəklində çap edilmişdir.
    5-”Əl-məcalisul-faxirətu fi məatimil-itrəti”;
    Bu kitab (onun müqəddiməsi Seyda və Nəcəf şəhərlərində çap olunmuşdur) Həzrət İmam Hüseyn (əleyhissalam)ın qiyamının sirlərini, habelə bu qiyamın İslam və müsəlmanlar üzərində olan haqqını bəyan edir.
    6-”Əbu HüreyrƏ; (Bu kitab Azərbaycan dilinə də tərcümə olunmuşdur.)
    Bu, Əbu Hüreyrə barəsində yazılmış çox maraqlı və misilsiz bir kitbadır. (Əbu Hüreyrə sünnülərin məşhur rəvayətçisidir.) Seyda və Nəcəf şəhərlərində çap olunmuşdur.
    Bu kitabların nəşr olunmasından sonra Misrin məşhur sünnü alimi Mahmud Əbu-riyə Əbu Hüreyrə barəsində "Şeyxul MəzirƏ adlı başqa bir kitab yazaraq mətləbi lazımınca çatdırmışdır.
    7-”Fəlsəfətul-misaqi vəl-vilayət”;
    Bu iki dəfə Seydada çap olunmuşdur. Kiçik həcmli olmasına baxmayaraq, son dərəcədə mənalı kitabdır.
    8-”Məsailul-fiqhiyyə;
    Bu fiqhi-müqarindir (yəni sünnü məzhəbləri və şiəlik arasında fiqhi məsələləri müqayisəli şəkildə araşdırır) və müəllifin son dərəcədə məlumatlı olmasını, elmi qüdrətini bəyan edir. Seydada, Misirdə və Beyrutda çap olunmuşdur.
    9-”Hovlər-rö”yə;
    Bu kitab Allah-taalanın gözlə görünməsinin heç vaxt mümkün olmadığını bəyan edir. Kitab Seydada "Fəlsəfətul-misaq vəl-vilayət” kitabı ilə bir yerdə çap olunmuşdur.
    10-”İləl-məcməil-elmiyy”;
    Bu, şiələrə atılan böhtanları və onların cavablarını əhatə edir. Seydada çap olunmuşdur.
    11-”Səbtul-əsbat fi silsilətir-rovat”;
    İki dəfə Seyda şəhərində çap olunmuşdur.
    12-”Zeynəbi Kubra (əleyha salam)”;
    Bu kitab müəllifin Həzrət Zeynəb əleyha salamın məqbərəsinin yanında və elə o Həzrətin barəsində söylədiyi xütbənin şərhindən ibarətdir ki, Seydada çap olunmuşdur.
    13-”Ənnəssu vəl-ictihad” (hazırkı kitabın ərəbcə mətni);
    Bu hazırkı əsrdə ən dərin və ən ətraflı İslami bəhsləri əhatə edir. İndiyə qədər üç dəfə: əvvəlcə müəllifin sağlığında Nəcəfi-Əşrəfdə, sonra müəllifin oğlunun vasitəsi ilə və atasının tərəfindən edilən əlavələrlə birlikdə, üçüncü dəfə isə Nəcəfdə "Darun-Nöman” müəssisəsi tərəfindən çap olunmuşdur.
    14-”Büğyətür-rağibin” (əl yazma); Bu, Sədr sülaləsinin alimlərinin həyatından bəhs edir.
    TƏLƏF OLMUŞ KİTABLARI
    Qeyd olunduğu kimi, Fransanın işğalçı qoşunları Seyyidin evini və kitabxanasını yandırmış, çox dəyərli və nəfis kitablarından bir neçəsini tamamilə məhv etmişlər. Müəllif həmişə bu kitabları yad edəndə son dərəcə təəssüf hissi keçirir, narahat olurdu. İndi biz həmin kitabların adının müəllifin həyat tarixinə düşməsi üçün qeyd edirik. Müəllifin özü də "Əl-kəlimətul-ğərra” kitabının haşiyəsində onları belə sadalayır:
    1-”Şərhut-təbsirƏ; Bu, istidlali fiqhdə yazılmış və dörd cilddən ibarətdir ki, təharət, qəza, şəhadət və irsin hökmlərini bəyan edir.
    2-”Təliqətun ələl-istishab”; Bu, böyük fəqih Şeyx Ənsarinin bir cildli kitabına yazılan təliqədir.
    3-”Risalətun fi münəccizatil-məriz”;
    4-”Səbilil-möminin”;
    Bu, imamət barəsində yazılan üç cildlik kitabdır. Müəllifin mənə buyurduğu kimi, bu onun bərəkətli qələmi ilə yazılan ən mühüm kitablardan idi.
    5-”Ənnüsusül-cəliyyə; Bu kitabda imamət barəsində sünnü və şiə alimlərinin hər birindən 40 hədis nəql etmişdir.
    6-”Tənzilul-ayatil-bahirƏ; Bu, imamlarımız barəsində 100 Quran ayəsi və mötəbər rəvayətləri ehtiva edir.
    7-”Töhfətul-mühəddisin fi ma xərəcə fihis-sünnətu minəl-müzƏəfin”;
    8-”Töhfətul-əshab”; Əhli-kitabın hökmləri barəsin-dədir.
    9-”Əzzəri”ətu fir-rəddi ələl-bədi”Ə;
    Nəbhaninin "Əl-bədi”Ə kitabına cavab yazmışdır.
    10-”Əl-məcalisul-faxirƏ; 4 cildlik kitabdır ki, 1-ci cildi Peyğəmbərin, 2-ci cildi Həzrət Əli, Həzrət Zəhra və İmam Həsənin, 3-cü cildi İmam Hüseynin və 4-cü cildi sair İmamların (əleyhimussalam) həyatı barəsindədir.
    11-”Müəllifuş-şiəti fi Sədril-İslam”;
    Bu kitabın bəzi fəsilləri "İrfan” jurnalında çap olunmuşdur.
    12-”Buğyətul-faiz fi nəqlil-cənaiz”;
    Bu kitabın da əksər hissəsi "İrfan” jurnalında çap olunmuşdur.
    13-”Sirru buğyətis-sail ən ləsmil-ənamil”; Bu, sünnü və şiə təriqi ilə nəql olunan 80 hədisə şamildir.
    14-”Zəkatul-əxlaq”; Onun bəzi hissələri "İrfan” jurnalında nəşr olunmuşdur.
    15-”Əl-fəvaidu vəl-fəraid”;
    16-”Təliqətun əla "Səhihi Buxari”;
    17-”Təliqətun əla "Səhihi-Muslim”;
    Bu iki kitab müəllifin bütün hədis mənbələrinə olan əhatəsini və güclü mühakimə istedadını göstərir.
    18-”Əl-əsalibul-bədiətu fi ruchani məatimiş-şiƏ. Bu, şiə aləmində əzadarlıq məsələsinin müstəhəb bir iş olduğunu, habelə onun əqli və nəqli dəlillərini araşdırır.
    Seyyid Şərəfuddinin özü bu barədə deyirdi: "övlad itkisindən yaranan qəm-qüssə aradan gedir, amma yeni təfəkkürlərin itirilməsindən yaranan qəm-qüssə ömrün axırına qədər davam edir.”
    Amma müəllif sonrakı kitabları ilə bunların əvəzini çıxmış, çox dəyərli və qiymətli əsərlər yazaraq həmişəlik yadigar qoymuşdur.
    XEYRİYYƏ MÜƏSSİSƏLƏRİ
    (Bu müəssisələri biz Livanın Sovr şəhərində yaxından müşahidə etdik. Həmin müəssisələr hörmətli alim Seyyid Musa Sədrin tərəfindən təkmilləşdirilərək genişləndirilmiş və müxtəlif formalara salınmışdır. Seyyid Musa Sədr Qumun Elmiyyə Hövzəsinin alimlərindən olub. O, Mərhum Ayətullah Sədrin oğlu və mərhum Şərəfuddinin xalasının oğludur. O mərhumun vəfatından sonra Sovr şəhərinə dəvət olundu.Allahın köməyi ilə yaxın gələcəkdə "İmam Musa Sədr” adlı kitab da nəşr olunacaqdır.)
    Seyyid Şərəfuddin buyururdu: "Yoldan azmaq hansı vasitə ilə başlayırsa, hidayət vasitələri də elə həmin vasitə ilə hazırlanmalıdır.” Bu cəhətdən də o, böyük elmi və dini şəxsiyyət kimi öz sƏyi ilə müəyyən işlər görərək ümumxalq mənfəəti olan müəssisələr təsis etmişdir. O cümlədən:
    1-”Əl-mədrəsətul-CƏfəriyyə; Bu mədrəsəni yeniyetmə şiə övladlarının maariflənməsi, habelə cavanların təfəkkürünün formalaşdırılması, məlumat səviyyələrinin yüksəldilməsi məqSədilə tikmişdir. Hal-hazırda isə "Əl-kulliyyətul-CƏfəriyyə adlı böyük institut kimi fəaliyyət göstərir.
    2-”Nadil-İmam Sadiq (əleyhissalam)”; (Yəni İmam Sadiq (əleyhissalam) adına salon.) Dini-mədəni bayramların və iclasların keçirilməsi üçün tikmişdir.
    3-Bu mədrəsə və salonun yaxınlığında bir məscid də tikmişdir ki, şagirdlər öz dini vəzifələrini yerinə yetirib dini vacibləri vaxtlı-vaxtında yerinə yetirmək ruhiyyəsində böyüsünlər.
    4-”Cəm”iyyətul-birri vəl-ehsan” (yaxşılıq və ehsan cəmiyyəti); Bu xeyriyyə cəmiyyətinin təsis olunmasında məqSəd yoxsullara kömək, habelə ölülərin dəfn-kəfən işlərini təşkil etməkdir. Buna görə də Sovr şəhərində çox az hallarda kasıb tapmaq olar.
    Bu xeyirxah, mədəni və ümumxalq əhəmiyyətə malik olan müəssisələrin tikilişində Seyyidin oğlanlarından Seyyid Sədrəddin ("Ən-nəhc” məcəlləsinin baş redaktoru) və Seyyid CƏfər (Sovr şəhəri üzrə dövlət parlamentində nümayəndə, həm də atasının müavini idi) bu müəssisələrin genişləndirilməsində ciddi sƏy edirdilər.
    İRAQDA VƏ İRANDA İMAMLARIN MƏZARININ ZİYARƏTİ
    Seyyid Şərəfuddin 1355-ci hicri qəməri ilində İraqda məsum imamların müqəddəs şəhadət yerlərini ziyarət etdi və öz qohum-əqrəbaları ilə görüşdü. Alimlərdən, nazirlərdən, hökumət adamlarından, İraqın parlament nümayəndələrindən çoxu Cəsr Fluce şəhərində onun pişvazına çıxdılar. O, öz dayısı oğlu mərhum Seyyid Məhəmməd Sədrin evində gəldi (o, İraqın Ali Məclisinin Sədri idi və böyük şiə alimlərindən sayılırdı).
    Bu evdə böyük elmi şəxsiyyətlər və hökumət adamları onun görüşünə gəldilər. Seyyid Sədr onun iftixarına üç gün təntənəli ziyafət verdi. Sonra Kazimeyn, Samirra və Kərbəla şəhərlərinə getdi və hər yerdə alimlərin və camaatın alqışları ilə qarşılandı.
    Sonra əziz cəddi Həzrət Əmirəl-Möminin Əli (əleyhissalam)ın məqbərəsini ziyarət etmək məqSədi ilə Nəcəfi-Əşrəfə getdi. Orada Nəcəfin mərcəyi-təqlidlərindən sayılan öz xalası oğlu mərhum Şeyx Məhəmməd Ali-Yasinə qonaq oldu. Bu evdə Nəcəfin böyük alimləri, mərcəyi-təqlidlər, fazil tələbələr, habelə müxtəlif siniflərdən olan şəxslər onun görüşünə gəlirdilər. Nəcəf şəhərinin ədəbi rabitə cəmiyyəti də onun bu şəhərə gəlişini əzizləmək məqSədilə bayram şənlikləri təşkil etdi, bütün elmi şəxsiyyətər və adi camaat orada iştirak etdi.
    Sonra Həzrət İmam Riza (əleyhissalam)ın qəbrini ziyarət etmək üçün İrana yola düşdü, Qumda xalası oğlu mərhum Ayətullah Sədrin qonağı oldu. (Ayətullah Sədr Qum Elmiyyə hövzəsinin böyük alimlərindən və elmi rəhbərlərindən sayılırdı.) O, Qumda mərcəyi-təqlidlər və sair alimlərlə tarixi görüşlər keçirdi və onların arasında elmi müzakirələr başlandı. İranın sair şəhərlərində də alimlər və müsəlman kütlələr tərəfindən rəğbətlə, hörmətlə, hərarətlə qarşılandı.
    VƏFATI
    Seyyid Şərəfuddin ömrünün axırlarını İraqda–öz doğulduğu yerdə keçirmək istəyirdi ki, həm təhsil illərini yad edib, ömrünü qohumlarının arasında başa vursun, həm də öz cəddi Əmirəl-möminin Əli (əleyhissalam)ın qəbrinin yanında dəfn edilsin. Amma ilahi təqdir belə idi ki, o, ömrünün axırıncı saniyələrini əsl vətənində–Livanda keçirsin.
    1377-ci hicri qəməri ilinin cəmadiyəs-saninin 8-də (1957) o şöləli çıraq söndü. Həmişə haqqı müdafiə edib batili dəf edən dəyərli əllər işdən dayandı. Nəfis və misilsiz əsərlər yazıb yaradan barmaqlar hərəkətdən düşdü.
    Onun vəfat xəbəri yayılan kimi Livanın cənubunun əhalisi paytaxta–Beyruta tərəf axışmağa başladılar ki, özlərinin böyük dini rəhbərləri ilə vidalaşsınlar. O günlərdə Beyrutda ağır hüzn və həyəcanlanma var idi. dini alimlər, siyasi-dövlət rəhbərləri, bir sözlə, bütün cəmiyyət təbəqələri dövlət işçiləri və ruhanilər öndə hərəkət etməklə bu alimin dəfn mərasimində iştirak etdilər və cənazəni Bağdada yola saldılar.
    Xüsusi təyyarə onun cənazəsini Bağdada gətirdi. Bağdadda müxtəlif siniflərdən olanlar onun yolunu gözləyirdilər. Bağdad və Kazimeyn əhalisi cənazəni müşayiət etdilər və gecə ikən Kərbəlaya daxil oldu. Kərbəlaya qədər yol boyu hamı cənazənin dəfn mərasimində iştirak etmək üçün özünü hazırlamışdı. Kərbəlada da vida mərasimi sona çatdı. Günəşin qüruba enməsindən bir az əvvəl cənazə Nəcəfi-Əşrəfə gətirildi. Nəcəfin bütün sakinləri: alimlər, ədiblər, böyük şəxsiyyətlər, cəmiyyətin müxtəlif təbəqələri dərin hüznə, kədərə qərq olan halda Əllamə Seyyid Şərəfuddinin pak cəSədini müşayiət edirdilər. Nəcəf şəhəri o vaxta qədər böyük mərcəyi-təqlidlərin, fəqih və müctehidlərin vəfatında təntənəli dəfn mərasimlərinin şahidi olmuşdu. Lakin Seyyid Şərəfuddin Həzrətlərinin cənazəsinin dəfn mərasimində iştirak edənlərin sayı-hesabı yox idi.
    Beləliklə, o cənabın pak cəSədi 1377-ci il, cəmadiyəssani ayının 10-da, çərşənbə günü dərin qəm-kədər içərisində Həzrət Əmirəl-möminin Əli (əleyhissalam)ın mübarək məqbərəsinin həyətində dəfn edildi.
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 801 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024