İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:43 PM
    BİRİNCİ FƏSİL
    ADI VƏ NƏSƏBİ
    Əbu Hüreyrə əsil nəsəbi müəmmalı və naməlum olan şəxslərdəndir. Tarixçilər və başqa alimlər arasında onun atasının adı barədə çoxlu ixtilaflar vardır. Belə ki, cahiliyyət və sonrakı dövrlərdə onun adından heç bir əsər-əlamət yoxdur. Bu səbəbdən də onu hamı künyəsi ilə tanıyır. Bəziləri onu "Dus” qəbiləsinə aid edirlər. Bu qəbilənin kökü Dus ibni Ədnan ibni Abdullah ibni Zəhran ibni KƏb ibni Haris ibni Malik ibni Nəzr ibni Əzd ibni Qəusa çatır.
    Atasının adı barədə isə bəziləri deyirlər ki, o, Ümeyr ibni Əbd Zimişəra ibni Türeyf ibni Qiyas ibni Əbi SƏb ibni Həniyyə ibni Səd ibni Sələbə ibni Səlim ibni Fəhm ibni Qənəm ibni Dus olub.
    Anası isə Səfih ibni Haris ibni Şabi ibni Əbi SƏb ibni Qəniyyə ibni Səd ibni Sələbə ibni Fəhm ibni Qəni ibni Dusun qızı Əmimə olmuşdur.
    Əbu Hüreyrənin özünə gəldikdə isə ona "HüreyrƏ (kiçik pişik) ləqəbi verilmişdir. Deyilənlərə görə o, pişiyin vurğunu olmuşdur və bəlkə də elə buna görə Peyğəmbər (s)-dən pişik haqqında belə bir rəvayət nəql etmişdir.
    Rəvayətdə deyilir: "Bir qadın pişiyi (həyət heyvanlarını yediyi üçün) iplə bağlayıb bir otağa saldı və onu orada bir neçə gün ac-susuz saxladı. Buna görə də Allah-təala onu cəhənnəm odu ilə cəzalandırdı.”
    Ayişə eşitdikdə Əbu Hüreyrə (qorxudan) bu hədisi təkzib etmişdir.
    ***
    İKİNCİ FƏSİL
    Əbu Hüreyrənin böyüyüb İslamı qəbul etməsi və Peyğəmbər (s) ilə etdiyi yoldaşlıq
    O, Yəməndə doğulmuş və otuz yaşına qədər orada yaşamışdır. Əbu Hüreyrə cahil və heç bir elmə malik olmayan adi bir şəxs idi. Savadsızlıqla yanaşı, yoxsul və fəqiranə həyat tərzi keçirirdi. Bir sözlə, zəmanə ona yoxsulluq libası geyindirmişdi. O qarnını doydurmaq üçün ayaq yalın, başı açıq gecə-gündüz yaşadığı məntəqənin əhalisinə nökərçilik edirdi.("Ət-təbəqat”, "Əl-İsabə, "Hilyətul-övliya” və s. Əbu Hüreyrə haqqında yazılan mənbələrə müraciət edə bilərsiniz.) Bununla belə, o heç bir narahatçılıq və iztirab keçirmədən belə bir həyat tərzi ilə razılaşırdı. Amma Allah öz Peyğəmbərm (s)-inin Mədinədə dəvətini ucaltdıqdan və Bədr, Ühüd və digər müharibə və hadisələrdən sonra bu biçarə Peyğəmbər (s)-ə birləşməkdən başqa bir çıxış yolu tapmadı. Beləliklə o, Xeybərin fəthindən sonra islamı qəbul edərək Peyğəmbər (s) ilə beyət etdi. Tarixçilər yekdilliklə bu hadisənin hicrətin yeddinci ilində baş verdiyini qeyd etmişlər. O ki, qaldı onun Peyğəmbər (s) ilə birlikdə olmasına, Əbu Cürəyr özü "səhihi Buxari”-də nəql oluna hədisə əsasən, deyir ki, Əbu Hüreyrə, Peyğəmbər (s)-lə üç ildən artıq bir əsrdə olmamışdır.("Səhihi-Buxari”, 2-ci cild, səh.182; həmçinin "Əl-isabə, "Ət-təbəqat”.)
    ÜÇÜNCÜ FƏSİL
    Peyğəmbər (s)-in zamanı
    Əbu Hüreyrə islamı qəbul etdikdən sonra "SüffƏ yoxsullarına birləşdi. Onlar barə-sində Əbul Fəda öz (Tarix) kitabında yazır:
    "Onlar ev və qəbiləsi olmayan yoxsul insanlar idilər. Peyğəmbər (s)-in zamanında məsciddə yatar və oranı özləri üçün sığınacaq edərdilər. Onların yeri məscidin eyvanı idi. Buna görə də onlara "SüffƏ (eyvan) əhli deyərdilər. Peyğəmbər (s) hər axşam onlardan bir neçəsini şam yeməyinə dəvət edər, qalanlarını da şam üçün dəstə-dəstə səhabələrin arasında bölüşdürərdi. Əbu Hüreyrə Süffə əhlinin ən məşhur nümayəndələrindən biri idi.
    Həmçinin Əbu Nəim İsfəhani özünün "Hilyətul-övliya” kitabında yazır:
    "Əbu Hüreyrə "SüffƏ əhlinin ən tanınmış şəxslərindən biri idi. O, Peyğəmbər (s)-in ömrünün sonunadək orada qalıb başqa bir yerdə yaşamamışdır. Əbu Hüreyrə, orada yaşayanları və sonradan oraya gələnləri çox yaxşı tanıyırdı.
    "Səhihi-Buxari”nin əvvəlində deyilir: Əbu Hüreyrə, özü barəsində nəql etdiyi uzun bir hədisdə belə deyir: "Mən "SüffƏ əhlindən biri idim.
    Həmçinin "Səhihi-Buxari”-nin başqa bir yerində deyilir: "Mən Süffə əhlindən yetmiş kişinin üst paltarının olmadığını öz gözlərimlə gördüm. Onlar yalnız çiyinlərinə bir əba və ya parça atırdılar. Geyindikləri bu paltarlar onların dizlərinə güclə çatırdı. Belə ki, onlar övrətlərinin görünməməsi üçün daim əlləri ilə parçanın iki ucundan yapışardılar.”
    Həmin kitabda Əbu Hüreyrədən nəql olunmuş başqa bir rəvayətdə deyilir: "Əbu Hüreyrə qarnını doydurmaq üçün həmişə Peyğəmbər(s)-in yanında olardı.” İbni Musəyyib və Əbu Sələmə Əbu Hüreyrədən belə bir hədis nəql edirlər: "Mən qarnımı doyuzdurmaq üçün çox vaxt Peyğəmbər (s)-in yanında olurdum.”
    Başqa bir yerdə o özü barədə belə deyir:
    "Süffə əhlindən idim. Oruc tutmuşdum. Hava qaraldıqda qarnım ağrıdığı üçün ayaq yoluna getməli oldum. Qayıtdığım zaman yemək artıq qurtarmışdı. Qureyş əhlinin varlıları Süffə əhli üçün yemək göndərdilər. Orada olanlardan mən kimin yanına gedəcəyimi soruşdum. Onlar mənə Ömər ibni Xəttabı göstərdilər. Mən onun yanına gəldikdə o artıq namazını qılıb qurtarmışdı və dua edirdi. Ömər duasını oxuyub qurtardıqdan sonra dedim: Mənim üçün bir az Quran oxu. (Amma yeməkdən başqa heç nə istəmirdim.)
    O, "Ali-İmran” surəsindən bir neçə ayə oxudu. Evinə çatdıqda məni çöldə qoyub özü içəri girdi və bir qədər gecikdi. Öz-özümə dedim: Yəqin ki, paltarını soyunduqdan sonra tapşıracaq ki, mənim üçün yemək gətirsinlər.
    Amma heç nə gəlmədi. Çox gözlədikdən sonra durub yola düşdüm və yolda Peyğəmbər (s)-ə rast gəldim. Onunla yola düşərək evə gəldik. O, qara kənizini çağırıb buyurdu: O qabı gətir. O da gətirdi. Deyəsən arpa yeməyi idi, çünki yeyildikdən sonra qabın qıraqlarında bir az arpa qalmışdı. Qabı Peyğəmbər (s)-dən alıb doyunca yedim.
    Əbu Hüreyrə çox vaxt özünü belə vəsf edərdi:
    "Tək olan Allaha and olsun ki, dəfələrlə aclığın şiddətindən huşsuz halda yerə yıxılardım və aclığa tab gətirmək üçün qarnıma daş bağlayardım. Bir gün məscidin astanasında oturub camaatın çıxmağını gözləyirdim. Əbu Bəkr oradan keçdikdə ondan Quran ayələrindən biri haqda sual etdim, halbuki mənim istəyim yalnız özümü doyurmaq idi. O heç cavab vermədən ötüb getdi. Sonra Öməri görüb ondan da həmin sualı soruşdum. O da mənə əhəmiyyət vermədən ötüb keçdi. Bir qədər keçdikdən sonra Əbul Qasimin (Həzrəti Peyğəmbər) oradan keçdiyini gördüm. O, məni gördükdə təbəssüm edərək üz-gözümdən istəyimi başa düşdü. Buyurdu: Ey Əbu Hərr! Dedim: Bəli, ya Rəsuləllah! Buyurdu: Mənimlə gəl. Onunla birlikdə yola düşdüm. Evə çatdıqda mənə evə daxil olmağı təklif etdi. Evində bir qədər süd var idi. Peyğəmbər (s) südün haradan gətirildiyini soruşdu. Cavab verdilər ki, filan kəs gətirmişdir. Buyurdu: Ey Əbu Hərr! Dedim: Buyurun, ya Rəsuləllah. Buyurdu: Süffə əhlinin yanına get və onları mənim yanıma çağır. Onlar islamın qonaqlarıdırlar və pənah apar-mağa kimsələri yoxdur.
    Həzrəti Peyğəmbərin əlinə bir şey düşən kimi özünə heç nə götürmədən onu Süffə əhli üçün saxlayardı. Əgər kimsə o həzrətə hədiyyə göndərsəydi onları da o hədiyyədə şərik edərdi.
    Əbu Hüreyrə deyir: Həzrətin bu sözlərindən narahat oldum və öz-özümə dedim ki, Süffə əhlinin buna nə aidiyatı var? Mən ondan içməyə hamıdan daha haqlıyam. Çünki ola bilsin, onlar gələndən sonra mənə bir şey çatmasın. Amma Allah və Onun Peyğəmbərinin əmrinə itaət etməyə məcbur idim. Beləliklə Süffə əhlinin yanına gedib onları çağırdım. Onlar da Peyğəmbər(s)-in dəvətini qəbul edərək mənimlə birlikdə yola düşdülər. Peyğəmbər(s)-in evinə çatdıqda daxil olmaq üçün icazə istədilər. Onlara icazə verildi. Hamısı daxil olub öz yerində oturdu. Həzrəti Peyğəmbər (s) üzünü mənə tutub buyurdu: "Ey Əbu Hərr! Qabı götür və onlara süd ver.” Mən də qabı götürüb orada olan hər bir kəsə doyunca süd verdim. Nəhayət növbə Peyğəmbər(s)-ə çatdı. Dedim: Ya Rəsuləllah, artıq hamı doymuşdur. Həzrət qabı təbəssümlə mənim əlimdən alıb buyurdu: Ey Əbu Hürerə! Biz ikimiz qalmışıq? Dedim: Bəli! Elədir. Buyurdu: Otur, iç. Mən hər dəfə qabı əlimdən yerə qoyarkən o mənə yenə içməyi təklif edirdi. Doyunca içdikdən sonra o mənə yenə içməyi təklif etdi. Dedim: And olsun səni haqq olaraq Peyğəmbərliyə göndərən Allaha, artıq doymuşam. Sonra qabı ona verdim. Həzrət Allaha şükür etdikdən sonra südün qalanını içdi.
    "Səhihi-Buxari”-də Əbu Hüreyrədən nəql olmuş rəvayətdə deyilir: Bir gün aclıqdan halsızlaşaraq Peyğəmbər(s)-in minbəri ilə Ayişənin otağı arasında yerə yıxıldım. Orada olanlar məni tapdalayaraq o tərəfə bu tərəfə keçir və belə güman edirdilər ki, mən dəli-divanəyəm. Halbuki, mən nə dəli idim, nə də divanə; və bunu aclığın şiddətindən edirdim.
    Zül-cinaheyn CƏfər ibni Əbi Talib (ə) yoxsul və fəqirlərə (zəiflərə) qarşı çox mehriban idi. O daim onlara əl tutar, yaxşılıq edərdi. O, Əbu Hüreyrəni yeməklə təmin edər, Əbu Hüreyrə də onu çox istəyərdi. Belə ki, "Əl-isabə kitabında CƏfər barəsində deyilir: Əbu Hüreyrə CƏfəri Peyğəmbər(s)-dən sonra hamıdan əziz və üstün tutardı.
    Başqa bir yerdə deyilir: Əbu Hüreyrə deyir: "Camaat deyir ki, Əbu Hüreyrə Peyğəmbər(s)-in adından çox hədis nəql etmişdir. Bu bir həqiqətdir, çünki mən qarnımı doydurmaq üçün daim Peyğəmbər(s)-in yanında olardım və kimsəyə nökərçilik etməyim deyə, günümün əksər hissəsini o həzrətin yanında keçirərdim.
    O vaxtlar aclıq mənə güc gəlməsin deyə qarnıma daş bağlayardım. Başqalarından hətta mənasını bildiyim ayə haqqında soruşurdum ki, bəlkə mənim vəziyyətimi dərk edib bir qarınlıq çörək versin. Bu vaxtlar yoxsullar üçün ən xeyirxah şəxs CƏfər ibni Əbi Talib idi. O, bizim yanımıza gələr və gətirdiyi yemək-içməklə bizə qulluq edərdi.
    Bəcəva Məcbəridən rəvayət nəql edərkən deyir: "CƏfər ibni Əbi Talib yoxsulları çox sevirdi. Onlarla bir yerdə oturar, söhbət edər və onlara qulluq edərdi. Onlar da (yoxsullar) Cəfər ibni Əbi Talibə hörmət edərdilər. Bu səbəbdən də Peyğəmbər (s) onu "yoxsulların atası” adlandırmışdı.
    Tirmizi, Nəsai və "Əl-isabə kitabının müəllifinin Əbu Hüreyrədən nəql etdikləri səhih hədisdə deyilir: "Peyğəmbər(s)-dən sonra kimsə CƏfər ibni Əbu Talibdən çox ayaqqabı geyməmiş, minik heyvanına minməmiş və torpağa qədəm basmamışdır. (Yəni onlardan çox cəmiyyət üçün fəaliyyət göstərən ikinci bir şəxs olmamışdı.) O, gecə-gündüz Süffədə olar və orada olan yoxsulların dərdlərinnə şərik olardı. Peyğəmbər (s) dünyadan köçdükdən sonra onun Süffədən savayı başqa pənah yeri olmadı. Nəhayət, şəhadət şərbətini içdikdən sonra öz əziz dostuna (Peyğəmbər(s)-ə) qovuşdu.
    Bundan qabaq Əbu Hüreyrənin qarnını doydurmaq üçün yol kənarında oturub gəlib-gedənlərdən yemək istəməkdən başqa bir işi olmayıb. O nə bir müharibədə, nə bir mühüm məmuriyyətdə və nə də hər hansısa sülhdə iştirak etməmişdir. Amma deyilənlərə görə, o yalnız Mutə döyüşündə iştirak etmiş və (müharibə başlamazdan əvvəl) düşmənin qorxusundan ordugadan qaçmışdır.”
    Bəziləri belə təsəvvür edirlər ki, o, Peyğəmbər(s)-in Əli (ə) ilə birlikdə Məkkə müşriklərinə bəraət hökmünü elan etmək üçün göndərdiyi dəstənin içində olmuş və böyük həcc (vacibi həcc) günü (hökmü elan etmək üçün) qışqırmaqdan səsi tutulmuşdur. Bu barədə Əbu Hüreyrənin özündən bir-birinə zidd olan iki hədis nəql edilmişdir. Oxucu bu hədisləri mütaliə etdikdən sonra hədis onun nəzərində dəyərsizləşərək etibarsız olur. Biz bu barədə gələcək bəhslərimizdə, söhbət açacağıq inşallah.
    Bəziləri də belə xəyal edirlər ki, Peyğəmbər (s) ramazan ayının zəkatını qorumağı ona tapşırmışdır. Bu uzun və əsassız hədisə tezliklə onun batil hədisləri arasında rast gələcəksiniz.
    ***
    DÖRDÜNCÜ FƏSİL
    Əbu Bəkr və Ömərin xilafəti zamanında
    Bu iki xəlifənin yaşadıqları dövranı araşdırarkən Əbu Hüreyrə barəsində çox da mühüm məsələyə rast gəlmədik. Diqqəti cəlb edən tək bu oldu ki, Ömər hicrətin 21-ci ilində onu Bəhreynə vali təyin etmiş, 23-cü ilində isə onu vəzifəsindən azad edərək yerinə Osman ibni Əbil Ası göndərmişdir. Əbu Hüreyrənin bu vəzifədən kənarlaşdırıl-masının əsas səbəbi onun vəzifəsindən sui-istifadə edərək beytül-maldan on min dinar pulu oğurlaması olmuşdur. Ömər xəlifə olduğu müddət ərzində bu məsələni nəyin bahasına olursa olsun, həll edib pulları beytül-mala qaytarmaq istəyirdi. Dəlil üçün İbni Əbdi Rəbbih Malikinin "Əlqdul-Fərid” kitabının birinci cildində Ömər barəsində dediyi sözlərə diqqət yetirin:
    "Ömər Əbu Hüreyrəni yanına çağırıb dedi: özün yaxşı bilirsən ki, sən Bəhreynə vali təyin edildikdən sonra bir cüt çarığın belə yox idi. Amma indi eşidirəm ki, özün üçün min altı yüz dinarlıq bir neçə seçmə at alıbsan. Əbu Hüreyrə dedi: Atlar doğaraq artıblar. O ki, qaldı şəxsi əşyalara, onlar camaatın mənə verdiyi hədiyyələrdir. Ömər dedi: Mən əvvəlcədən sənin bütün xərcliyini vermişdim, deməli sənin ixtiyarında olan hər bir şey artıqdır və sən onları (beytül-mala) qaytarmalısan. Əbu Hüreyrə həyacənlı halda dedi: Yox, sən belə etməzsən. Ömər dedi: And olsun Allaha, bu işi görəcəyəm, hələ üstəlik sənə şallaq da vuracağam. Ömər dediyi işi də etdi: Əbu Hüreyrənin bədəni bir neçə yerdən yaralanana qədər ona şallaq zərbəsi vurdu. Sonra yenə malların qaytarılmasını tələb etdi. Əbu Hüreyrə dedi: Onların Allah yanından olduğunu hesab et. Ömər dedi: Əgər halal yol ilə alsaydın, dediyin kimi edərdim. Amma camaat onu sənin qarnın və gözün doymaq üçün yox, Allah yolunda (imkansız) bəndələri üçün vermişlər! Yoxsa sən uzaq yerdən gəlibsən? (Yəni hamı səni çox yaxşı tanıyır) Anan Əmimə səni eşşək otarmaqdan başqa bir iş üçün doğmayıb!”
    İbni Əbdi Rəbbih Əbu Hüreyrədən belə nəql edir.
    "Ömər məni Bəhreyn valiliyindən uzaqlaşdırdıqdan sonra dedi: Ey Allah və Quranın düşməni! Allahın malınımı oğurlayıbsan? Mən cavabında dedim: Mən nə Allahın, nə də Onun kitabının düşməniyəm. Mən yalnız sizin düşmənlərinizin düşməniyəm. Allahın malını da oğurlamamışam. Ömər soruşdu: Bəs bu on min dinarı haradan və necə əldə etmisən? Dedim: Bunlar doğaraq artmış atlar və ardıcıl mənə verilən hədiyyələrdir. Sonra Ömər onların hamısını məndən aldı. Mən də sübh namazından sonra dua edərək Allahdan Ömərin bağışlanmasını istədim.”
    İbni Əbil Hədid "Nəhcül-Bəlağə-nin şərhinin üçüncü cildində Ömər barəsində danışarkən bu hadisəni nəql etmişdir.
    İbni Səd "Ət-təbəqatul-kubra” kitabında Əbu Hüreyrədən danışarkən Məhəmməd ibni Sirinin Əbu Hüreyrədən nəql etdiyi sözləri belə bəyan edir: "Ömər mənə dedi: Ey Allah və Quranın düşməni! Allahın malınımı oğurlayıbsan?”
    İbni Həcər Əsqəlani də özünün "Əl-isabə adlı kitabında Əbu Hüreyrənin həyatından danışarkən bu hadisəyə işarə etmişdir. O, Əbu Hüreyrənin tərəfini saxlayaraq alimlər arasında yekdil olan bir həqiqəti inkar edərək onlarla müxalif bir mövqedə durmuşdur. Amma o yaddan çıxarmışdır ki, o özünün bu əməli ilə Əbu Hüreyrəni cəzalandıraraq mənimsə-nilmiş malları beytül-mala qaytaran xəlifəyə böyük tənə vurmuş və onun məqamına xələl gətirən şeylər söyləmişdir.
    BEŞİNCİ FƏSİL
    Osmanın xilafəti zamnı
    Əbu Hüreyrə bu dövrdə Əbul-As və Bəni Üməyyədən olan sairələri ilə daha sıx rabitə yaradıb onlarla səmimi dostluğa başladı. Xüsusilə Mərvan ilə sıx rabitə yaradıb Əbu Muyit tayfasına daha da yaxınlaşdı. Beləliklə onların yanında özü üçün xüsusi hörmət qazandı. Xüsusilə "Yovmud-dar” hadisəsindən sonra (o, Osmanla birlikdə mühasirəyə alınan-ların içində idi).
    Əbu Hüreyrə bu tayfaların vasitəsi ilə kasıbçılığın daşını bir dəfəlik ataraq var-dövlət sahibi oldu.
    "Yovmud-dar” hadisəsi onun üçün ən yaxşı fürsət oldu. Belə ki, o mühasirə olunanlara birləşərək onlara pənah apardı və özünü Əbu-As və Əməvi tayfasından olanları yanında əziz tutdu. Onlar da özlərinin Əbu Hüreyrəyə nə qədər ehtiyaclı olduqlarını çox gözəl dərk edirdilər. Çünki (yalan hədis və rəvayət nəql etməklə) onların ixtiyarında olan hökuməti yalnız Əbu Hüreyrənin vasitəsilə qüvvət-ləndirmək olardı. Bu səbəbdən də Əməvilər və onların havadarları yoxsulluq, acizlik və nadanlıq (şəxsiyyətsizlik) xüsusiyyətlərini ondan uzaqlaşdıraraq Əbu Hüreyrəni bütün məclislərdə tərifləyir və Şənini ucaltmağa çalışardılar. Əlbəttə, onlar çox yaxşı bilirdilər ki, Əbu Hüreyrə xəlifə tərəfdar-larını müharibə və qan tökməkdən çəkindirərək sakitliyə dəvət etmiş və sonra mühasirə edilənlərə qoşularaq evə daxil olmuşdu.
    Osman özünün və tərəfdarlarının canını təhlükədən qorumaq üçün belə də etdi. Əbu Hüreyrə də yaxşı bilirdi ki, qiyamçıların Osman və Mərvandan başqa heç kəslə işləri yoxdur. Bu səbəbdən də o cür”ətlənərək mühasirədə olanlara qoşuldu və bu fürsətdən səmərəli istifadə edərək ən əlverişli gəlir mənbəyi əldə etdi. Əməvilər belə bir faydalı şəxsi ələ gətirdiklərini görüb onun nəql etdiyi hədisləri yaymaq üçün əllərindən gələni əsirgəmədilər. Onlar bir şey danışarkən Əbu Hüreyrənin nəql etdiyi hədislərə istinad edərdilər. Əbu Hüreyrə də onlara tabe olub yalnız xilafətin istəyinə uyğun hədislər nəql edirdi.
    Əbu Hüreyrənin Əməvi xilafəti üçün Peyğəmbər(s)-in dilindən nəql etdiyi bir neçə hədis:
    1-”Hər peyğəmbərin öz ümmətindən bir dostu olar, mənim də dostum Osmandır.”
    2-”Osman o qədər həyalıdır ki, mələklər ondan həya edərək çəkinərlər.”
    3-”Hər peyğəmbərin cənnətdə bir dostu olar, mənim də oradakı dostum Osmandır.”
    4-”Cəbrayıl mənim yanıma gəlib dedi: "Allah belə əmr edir ki, Ummu Kulsumu və Rüqəyyənin mehriyyəsi ilə Osmana verməlisən.”
    5-Başqa bir yerdə deyir: Peyğəmbər(s)-in qızı Osmanın həyat yoldaşı Rüqəyyənin yanına getdim. Onun əlində bir daraq var idi. Məni gördükdə dedi: Bir az bundan qabaq Peyğəmbər (s) mənim yanımda idi və gördüyün bu daraqla onun saçlarını darayırdım. Sonra o Həzrət (Peyğəmbər) məndən soruşdu: Əbu Əbdillah (Osman) necə adamdır. (Sonra buyurdu:) Onun xətrini əziz tut, çünki o, əxlaq baxımından səhabələrim içində mənə hamıdan çox oxşayır.”
    Əbu Hüreyrə bəzən özünə cəsarət verərək Peyğəmbər(s)-in sözlərini tam əksinə nəql edərək zehnlərdə yanlış təsəvvür yaradardı.
    Səhih və digər ravilər tərəfindən qəbul olunmuş bir xəbərdə (hədisdə) deyilir: "Məndən sonra çox tez bir zamanda (cəmiyyətdə) azğınlıq, fitnə-fəsad və (saysız-hesabsız) ixtilaflar yaranacaqdır.” Səhabələrdən bəziləri soruşdu: Ya Rəsuləllah! Belə olduqda biz nə edək? Həzrəti Peyğəmbər (s) Əli(ə)-a işarə edərək buyurdu: Onun və tərəfdarlarının ardınca gedin.("Kənzul-ümmal”, 6-cı cild, 2635-ci hədis; həmçinin "Əl-istiyab” və "Əl-kəbir” kitablarında da bu hədis nəql edilmişdir. "Əl-kəbir”; "Əl-mustədrək”, 3-cü cild, səh.122; "Müsnədi-Əhməd”, 3-cü cild səh.33 və 82; "Hilyətul-övliya”, 1-ci cild, səh.67 və bir sıra başqa kitablar.) Amma Əbul-As və Əbu-Süfyan tayfala-rına yaxınlaşmağa çalışan Əbu Hüreyrə bu hədisi nəql edərkən Peyğəmbər(s)-in Osmana işarə etdiyini vurğulamışdır.
    Onlar da Peyğəmbər(s)-in sözünü bəyənib qəbul etdilər. Biz bu hədisi kitabın səkkizinci fəslində qeyd edəcəyik, inşallah.
    ALTINCI FƏSİL
    Həzrəti Əli (ə)-ın xilafəti zamanı
    Həzrəti Əli(ə)-ın xilafəti dövründə Əbu Hüreyrənin səsi bataraq əvvəlki vəziyyətə düşməyə başladı. O münafiqcəsinə Əli (ə)-a kömək etməkdən imtina edərək, yenicə qurulmuş ədalətli hökumətin əleyhinə çıxdı. Əbu Hüreyrə Əli (ə)-ın ədalətinə tabe olmaqdan boyun qaçırdı, onun düşmənlərinə qoşularaq onların maddi və mənəvi maraqlarını müdafiə etməyə başladı. Müaviyə onu Şamdan Nöman ibni Bəşir ilə birlikdə Mədinəyə, Əli (ə)-ın yanına göndərdi və onlara belə bir göstəriş verdi ki, Osmanın qatillərini Əli (ə)-dan alıb onları cəzalarına çatdırsınlar.
    Müaviyə çox gözəl bilirdi ki, Əli (ə) Osmanın qatillərini onlara təhvil verməyəcəkdir. O istəyirdi ki, qayıtdıqdan sonra onun öz əməllərinə don geydirərək Əli (ə)-a töhmət vursunlar. Müaviyənin başqa bir istəyi bundan ibarət idi ki, Nöman və Əbu Hüreyrə onun onun üçün şəhadət verib (yəni onun ədalətli və Əli (ə)-ın ədalətsiz olduğuna) Şam camaatına onun Əli (ə) ilə apardığı müharibənin səbəblərini açıqlasınlar. Müaviyə onları Mədinəyə göndərməzdən əvvəl yanına çağırıb dedi: Əli, Osmanın qatillərinə sığınacaq verib, öz yanında saxlayır. Siz onun yanına gedib qatillərin təhvil verilməsini istəyin və sƏy edin ki, bizim aramızda müharibə başlamasın. Əgər o belə etməzsə, o halda siz özünüz bu işə şahidsiniz. Geri qayıdın, camaata bu barədə ətraflı məlumat verin.
    Onlar Əli(ə)-ın yanına gəldilər. Əbu Hüreyrə birinci sözə başlayaraq dedi: Ya Əbəl-Həsən (Əli)! Allah səni islamda hamıdan şərəfli və üstün etmişdir. Sən Peyğəmbərin əmisi oğlu və ona ən yaxın səhabə olmusan. Bizi bura sənin əmin oğlu (Müaviyəni nəzərdə tuturdu) göndərib və səndən elə bir şey istəyib ki, onun vasitəsi ilə müharibə və qan tökmə təhlükəsi yata bilər. Allah bizi bir-birimizlə mehriban etsin. Sən Osmanın qatillərini bizə təhvil verməklə aramızda baş verə biləcək qanlı müharibənin və fitnə-fəsadın qarşısını ala bilərsən.
    Sonra Nöman da Əbu Hüreyrə kimi bu məzmunda bir neçə söz dedi.
    Əli (ə) üzünü Nömana tutub dedi: Ey Nöman! Heç olmasa bu barədə sən bir şey demə! Məgər tayfanızın ən əməli salehi və düz yolda olanı sənsənmi?
    (Əli(ə)-ın tayfa deməkdən məqSədi "Ənsar” idi.) Nöman dedi: Xeyr.
    Sonra Əli (ə) buyurdu: Ənsar tayfasının üç-dörd nəfərindən başqa hamısı mənim tərəfimdə durmuşdur. Yoxsa sən də o bir neçə nəfərin sırasındasan?
    Nöman dedi: Allah köməyin olsun. Mən yalnız sizə Müaviyənin sözlərini çatdırmaq istədim. Mən sizinlə birləşmək istəyirdim və ümid edirdim ki, Allah sizinlə onun arasında birlik yaradacaqdır. Amma indi ki, siz belə deyirsiniz, söz sizindir və mən sizin yanınızda qalıram.
    Hədislərdə deyilir: Əbu Hüreyrə cavab almadan Şama qayıtdı və hadisəni olduğu kimi Müaviyəyə bəyan etdi. Müaviyə vəziyyətlə tanış olduqdan sonra ona göstəriş verdi ki, hadisəni camaat arasında danışıb onları baş vermiş əhvalatdan agah etsin. Əbu Hüreyrə də öz əmirini sevindirmək üçün öz öhdəsinə düşən məs”uliyyətli vəzifəni lazımınca yerinə yetirdi.
    Əbu Hüreyrə qayıtdıqdan sonra Nöman bir müddət Əli(ə)-ın yanında qaldı. Amma sonra o da Şama qaçıb baş verənləri onlara danışdı.
    Məsələ getdikcə ciddiləşir və müharibə alovu günbəgün şölələnməyə başlayırdı. Əbu Hüreyrə vəziyyəti belə gördükdə təşvişə düşərək günlərini nigarançılıq və iztirab içində keçirirdi.
    O, əvvəlcə belə güman edirdi ki, Əli (ə) bu müharibədə qalib gələcəkdir. Bu səbəbdən də səhnədən qırağa çəkilərək özünü bitərəf göstərmək istədi. Amma bununla belə o öz çirkin niyyətlərini davam etdirərək camaatda Əli (ə) haqqında pis fikir yaratmağa və ona köməklik etməkdən çəkinməyə çağırırdı. Əbu Hüreyrənin həmin dövrdə uydurduğu hədislərdən biri də budur:
    Peyğəmbər(s)-dən bu sözləri eşitdim: Tezliklə cəmiyyətdə fitnə-fəsad və qarşıqlıq yaranacaq. Belə bir zamanda yerində hərəkətsiz oturan (fəaliyyət etməyən) ayaq üstə olandan, ayaq üstə olan yol gedəndən və yol gedən zəhmət çəkərək bir işlə məşğul olandan daha faydalı olar.
    Belə bir zamanda kim bir yer tapsa, ora pənah aparsın (və oradan çıxmasın).("Əl-Müsnəd” (Əhməd ibni Hənbəl), 2-ci cild, səh.282; Bu hədis "Hucurat” surəsinin 9-cu ayəsinə əsasən batil və əsassızdır. Bu ayəyə müraciət edə bilərsiniz.)
    Xəvaric Əli (ə) ilə müxalifətçilik etməyə başlayana kimi vəziyyət belə davam etdi. Müaviyə Misir hökumətini ələ keçirib Məhəmməd ibni Əbu Bəkri öldürdü. Onun ordusu camaatı kütləvi şəkildə qıraraq var-dövlətlərini qarət etməyə başladı, Əli(ə)-ın hakimiyyəti altında olan ərazilər hücuma məruz qalaraq böyük hissəsi işğal edildi. Bütün bu cinayətlərlə qane olmayıb Əbu Hüreyrəni üç min nəfərlik ordu ilə Hicaza və sonra Yəmənə göndərdi. Onlar həmlə etdikləri məntəqələrdə camaatı kütləvi şəkildə qətlə yetirir, fitnə-fəsad törədərək müsəlmanların namusuna təcavüz edirdilər. Müaviyənin törətdiyi bu cinayət-lərdən əsas məqSədi Allahın günahsız bəndələrini öldürmək, əsir edərək özünə tabe etmək və cəmiyyətdə ixtilaf və keşməkeş yaratmaq idi. O, başqalarına ibrət olsun deyə, öz çirkin niyyətlərini hər tərəfdə gücləndirir və özünün bu "qəhrəmanlığını” gələcək nəsillər üçün yadigar qoymaq istəyirdi.
    Əbu Hüreyrə Hicaz və Yəməndə misli görünməyən ağır cinayətlər törətdikdən sonra oranın əhalisindən Müaviyə üçün beyət aldı. Bu illərdə o özünün iç üzünü tamamilə biruzə verdi və daxilində olan kin-küdurəti Busr ibni Ərtata dediyi sözlərlə bildirdi. Busr onda başa düşdü ki, onun Müaviyəyə həddən artıq rəğbəti vardır.
    Sonra Əbu Hüreyrə Müaviyə tərəfindən Mədinəyə hakim təyin edildi və (Müaviyə) oradan qayıdarkən camaatı ona itaət etməyə dəvət etdi (daha dəqiq desək, əmr etdi). Əbu Hüreyrə də oranın pişnamazlıq (imamlıq) vəzifəsini öz öhdəsinə götürdü. Qüdamənin oğlu Cariyə Sədi iki min nəfərlik qoşun ilə Əli (ə)-ın tərəfindən oraya gəlincə o elə fikirləşdi ki, oranın əhalisinin mütləq (əvəz edilməz) hökmdarı olacaqdır. Onlar Mədinəyə daxil olduqda Əbu Hüreyrə camaatla birlikdə namaz qılırdı. O belə bir qoşunun şəhərə daxil olduğunu eşitdikdə qaçıb aradan çıxdı. Cariyə şəhəri nəzarətsiz görüb dedi: Əgər pişiyin atasını (Əbu Hüreyrəni) görsəydim onu öldürəcəkdim. O hələ Hicazda olarkən Əli (ə)-ın Kufədə şəhadətə çatdığını eşidir və Mədinə əhalisindən İmam Həsən Müctəba (ə) üçün beyət alır. Bütün işlərini sahmana saldıqdan sonra Kufəyə qayıdır. Onlar şəhərdən çıxdıqdan sonra Əbu Hüreyrə yenidən camaat içinə çıxıb onlar üçün pişnamaz durur.
    Göründüyü kimi Müaviyə hökuməti ələ aldıqdan sonra Əbu Hüreyrənin də məqamı ucalmış və xilafətin əziz adamlarından birinə çevrilmişdir.
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 650 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024