İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:42 PM
    YEDDİNCİ FƏSİL
    Müaviyənin xilafəti zamanı
    Müaviyənin xilafəti dövründə Əbu Hüreyrənin vəziyyəti xeyli yaxşılaşdı. Onun çoxdankı arzuları artıq həyata keçməyə başlayırdı. Daha münasib mövqe əldə etmək üçün Müaviyənin fəziləti və böyüklüyü haqqında onlarla hədis uydurdu və nəhayət Bəni-Üməyyənin razılığını əldə edə bildi.
    Bu dövrdə (Bəni-Üməyyədən olan) hakim və rəhbərlərin fəzilətinə və Bəni-Haşimin əleyhinə Peyğəmbər (s) hələ öz sağlığında gələcəkdə öz ümməti arasında belə bir vəziyyətin yaranacağını xəbər vermişdi. Hədis nəql edənlərin və onları Peyğəmbər(s)-ə aid edən şəxslərin sayı bir çox şəhər və məntəqələrdə nəzərə çarpacaq miqdarda çoxaldı.
    Onlar bir-birlərindən özlərinin bəzi xüsusiyyətləri ilə fərqlənirdilər. Hər kəs öz məqam və ictimai mövqeyinə uyğun tərzdə yalan hədis nəql edir və mümkün olduqca daha çox müştəri əldə etmək istəyirdi. Əbu Hüreyrə bu "sürünün” başçısı idi və yalan hədis nəql etməkdə ona çatan ikinci bir şəxs yox idi. O bu müddət ərzində heç kəsin inana bilmədiyi miqdarda müxtəlif mövzularda hədis nəql etdi.Biz bu fəsildə onlardan bir neçəsini qeyd edirik.
    1-İbni Əsakir, İbni Udeyy, Məhəmməd ibni Aiz, Məhəmməd ibni Əbdus-Səmərqəndi, Məhəmməd ibni Mübarək Suru və Xətib Bağdadi Əbu Hüreyrədən belə nəql edirlər: Peyğəmbər(s)-in bu sözləri buyurduğunu eşitdim: "Allah üç nəfəri: məni, Cəbrayılı və Müaviyəni öz vəhyinin əmanətdarı təyin etmişdir.”
    2-Xətib Bağdadi başqa bir hədisdə Əbu Hüreyrədən belə nəql edir: "Bir gün Peyğəmbər (s) şəxsən özü Müaviyəyə bir ox verib buyurdu: "Al bunu! Bu oxun vasitəsi ilə sən cənnətdə mənim görüşümə gələcəksən.”
    3-Əbu Abbas və Vəlid ibni Əhməd Zuzəni "Şəcərətul-əql” kitabında iki mənbədən Əbu Hüreyrədən belə nəql edirlər: Peyğəmbər(s)-in bu sözləri buyurduğunu eşitdim: "Əbu Bəkrin ağ mirvaridən tikilmiş bir günbəzi vardır. Orada daim Allah-təalanın rəhmət küləyi əsər. Onun zahiri Allahın əfvi (bağışlaması), batini isə Allahın rizasıdır (razılığıdır). O, Allahı görmək istəyəndə oradan kiçik bir dəlik açılır və o, həmin dəlikdən Allaha tamaşa edir.”
    4-İbni Həbban Əbu Hüreyrədən belə nəql edir:
    Peyğəmbər (s) mühacirət günü mağaranı tərk edib Mədinəyə getdiyi zaman Əbu Bəkr də onunla birlikdə idi. O, Peyğəmbər(s)-in dəvəsinin yüyənindən yapışıb qabaqda gedirdi. Bir qədər yol getdikdən sonra Peyğəmbər (s) buyurdu: Ey Əbu Bəkr! Sənə bir müjdə verməyimi istəyirsənmi? Əbu Bəkr dedi: Buyurun, ya Rəsuləllah. Peyğəmbər (s) dedi: Allah qiyamət günü hamı üçün ümumi surətdə təcəlli edər, (aşkar olar.) Amma sənin üçün ayrılıqda təcəlli edər!
    5-İbni Həbban Əbu Hüreyrədən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s) Cəbrayılla birlikdə olarkən Əbu Bəkr onların yanından ötüb keçdi. Cəbrayıl dei: Bu, Əbu Bəkr Siddiqdir.
    Peyğəmbər (s) soruşdu: Onu səndəmi tanıyırsan? Cəbrayıl cavab verdi: Bəli, tanıyıram. Çünki o asimanda yerdəkindən daha çox tanınır. Göydəki mələklər onu "Qureyşin ən səbirlisi” adı ilə tanıyırlar.
    6-Xətib Bağdadi ondan nəql etdiyi hədisdə deyir: Əbu Bəkr dünyaya gələn gün mələklər bir-birinə müjdə verdilər və Allah-təala əbədi olan cənnətə gəlib dedi: "And olsun izzət və böyüklüyümə, bu şəxsi sevməyəni cənnətdən mərhum edərəm!”
    7-İbni Udeyy Əbu Hüreyrədən (Peyğəmbərin dilində) belə nəql edir: "Mən meracda olduğum zaman keçdiyim bütün asimanlarda bu sözlərin yazıldığını gördüm: "Məhəmməd Allahın peyğəmbəri, Əbu Bəkr isə insanların ən sadiqidir (ən düz danışanıdır).”
    8-Əbul Fərəc ibni Cövzi Əbu Hüreyrədən belə nəql edir: Bir gün Peyğəmbər(s)-in yanında olduğum zaman mənə belə bir əhvalat nəql etdi: Günlərin birində cənnət və cəhənnəm bir-birinin qarşısında özlərini öyürdülər. Cəhənnəm cənnətə deyir: Mən səndən üstünəm, çünki mən özümdə fir”onları, zalım sitəmkarları və zülmkar padşahları və onların övladlarını yerləşdirərək cəzalandırıram. Bu vaxt Allah-təala cənnətə vəhy edərək ona belə cavab verməyi əmr etdi. (De:) "Xeyr! Mən səndən üstünəm, çünki Allah-təala məni Əbu Bəkrin vücudu ilə zinətləndirmişdir.”
    9-Xətib Bağdadi Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər Əliyə söykənmiş halda (məsciddən) çölə çıxdı. Onlar orada Əbu Bəkr və Ömərlə qarşılaşdılar. Peyğəmbər Əlidən soruşdu: Ya Əli, bu iki nəfəri svirsənmi? Əli cavab verdi: Bəli, ya Rəsuləllah. Sonra Peyğəmbər buyurdu: Onları sev ki, cənnətə daxil ola biləsən.
    10-Xətib Bağdadi özünün "Tarix” kitabında və İbni Şahin özünün "Sünən” kitabında Əbu Hüreyrədən belə nəql edirlər: Peyğəmbər (s) buyurmuşdur: "Asimanda səksən min mələk Allahdan, Əbu Bəkr və Öməri sevənlərin bağışlanmasını istəyirlər. İkinci qat asimanda isə Əbu Bəkr və Ömərin düşmənlərinə lənət oxuyurlar.”
    Bütün bu hədislərin puç və batil olduğu hamıya bəllidir. Bu həqiqəti hətta bu hədisləri nəql edən ravilər belə, etiraf etmişlər.
    Məşhur ravi Süyuti də bu hədisləri əsassız və uydurulmuş hədislərin sırasında qeyd edərək onlara istinad etməməyi tövsiyə edir. Amma məsələ burasındadır ki, onlar Əbu Hüreyrəni, bu işlərinə görə əsla günahlandırmayırlar.
    Onlar inanırlar ki, Əbu Hüreyrə Peyğəmbəri görmüş və ondan hədis nəql etmiş günahsız bir müsəlmandır. Deməli onlar Əbu Hüreyrənin özünü yox, bu hədisləri nəql edənləri müqəssir bilirlər. Onlar Əbu Hüreyrənin nəql etdiyi digər (əsassız) hədislər barəsində də danışmağa söz tapmayıb onların hərəsini bir cür yozmağa çalışmışlar.
    Aşağıdakı hədislərə diqqət yetirin:
    1-Peyğəmbər(s)-in bu sözləri buyurduğunu eşitdim:
    "Bu, Cəbrayıldır. O, Allahdan mənə xəbər gətiribdir ki, Əbu Bəkr və Öməri mömin və pərhizkarlardan başqa heç kəs sevməz və onların düşmənləri yalnız nadan və münafiqlər olar.”(Bu hədis Zəhəbinin "Mizanul-etiqad” adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.)
    2-”Allah-təala məni öz nurundan, Əbu Bəkri mənim nurumdan, Öməri Əbu Bəkrin nurundan və ümmətimi də Ömərin nurundan yaratdı.”(Bu hədis də Zəhəbinin "Mizanul-etiqad” adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.)
    3-”Əbu Bəkr və Ömər keçmiş və gələcək insanların ən xeyirxahlarıdırlar.”( 
    Bu hədis Zəhəbinin "Mizanul-etiqad” adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.  
    )
    4-”Mənim səhabələrim göydəki ulduzlar kimidirlər. Hər kim onlara iqtida edərsə (onların ardınca getsə), haqq yola hidayət olunar.”( 
    Bu hədis Zəhəbinin "Mizanul-etiqad” adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.  
    )
    5-”Mən və səhabələrimdən olan Əbu Bəkr, Ömər, Osman və Əli İncildə tumurcuqlayan çiçək kimi tanıtdırılmışıq.”( 
    Bu hədis Zəhəbinin "Mizanul-etiqad” adlı kitabında batil və əsassız hədislər sırasında qeyd edilmişdir.  
    )
    Əbu Hüreyrənin bu və bu kimi başqa hədisləri batil və əsassızdır. "Səhihi-Buxari” və "Səhihi-Müslüm” kitablarında bu qəbil hədislərə çox rast gəlmək olur. Biz 11-ci fəsildə onlardan bəzilərinə işarə edəcəyik.
    SƏKKİZİNCİ FƏSİL
    Bəni-Üməyyənin Əbu Hüreyrəni himayə etməsi
    Əgər Əbu Hüreyrənin əməvilərdən əvvəl və sonrakı vəziyyətinə nəzər salsaq bu xilafətin onun üçün necə böyük nemət olduğunun şahidi olacağıq. Əməvi xilafətindən əvvəl o yoxsul, əhəmiyyətsiz və öz sözü ilə desək, paltarında bit gəzən bir şəxs idi.("Hilyətul-övliya”, 1-ci cild, səh.381) Əməvilər hakimiyyəti ələ aldıqdan sonra Əbu Hüreyrəni də yerdən götürüb ona da özlərinin geyindikləri ipək və zərli paltarlar geyindirdilər. Belə ki, Əbu Hüreyrə kasıbçılığın daşını bir dəfəlik atdı.("Ət-təbəqatul-kubra”.)Əməvilər ona qiymətli ipək və kətan parçalardan paltarlar geydirib(Səhihi-Buxari”, 4-cü cild, səh.175”.)Əqiq məhəllə-sində onun üçün böyük bir qəsr tikdirdilər.
    Bu yolla Əbu Hüreyrə Əməvi xilafətinin müti nökərinə çevrilərək adı dillər əzbəri oldu. Sonra onu Peyğəmbər(s)-in şəhəri olan Mədinəyə vali təyin edib Qəzvan ibni Cabir ibni Vəhəb Mazinənin qızı Busrəni ona ərə verdilər. Əbu Hüreyrə bu evlənməni ağlına belə gətirməzdi və heç vaxt təsəvvür edə bilməzdi ki, o, bir gün belə bir kəsin qızı ilə ailə quracaqdır.
    Çünki, bir neçə il bundan qabaq o, qarnını doydurmaq üçün bu qadının yanına gələr və ona nökərçilik edərək bir qarınlıq azuqə istəyirdi.("Tarixi Əbul Sirac”, "Əl-İsabə kitabları. "Əl-İsabə və "Məarif” (ibni Quteybə) və "Ət-təbəqatul-gubra.”) Məzarib ibni Covz deyir:
    Axşam küçədə gəzişirdim. Birdən bir kişi nəzərimi cəlb etdi. O ardıcıl şəkildə təkbir deyirdi. Diqqət etdikdən sonra gördüm ki, bu şəxs Əbu Hüreyrədir. Soruşdum: Ey Əbu Hüreyrə, burada nə edirsən?
    Cavab verdi: Allaha şükr edirəm ki, əvvəllər qarnımı doydurmaq üçün Qəzvanın qızı Busraya nökərçilik edirdim. O, dəvəyə minərkən su verər, düşdükdən sonra ona qulluq edirdim. Amma indi onunla ailə qurmuşam və mən atdan düşdükdən sonra gəlib mənə qulluq edir. O vaxtlar elə ki, bir düzənliyə çatırdıq, o mənə deyirdi: Mənə "kaci” halvası bişir ha! İndi isə "kaci” halvasını bişirməyi mən ona göstəriş verirəm.
    Əbu Hüreyrə Mədinənin valisi olarkən həmişə belə deyərdi: Cavanlığımı yetimlikdə keçirdim. Mühacirət etdiyim zaman yoxsul (aciz) və Busranın əlində əsir idim. Məni ölümdən saxlayacaq bir tikə çörəyə möhtac idim. Onlar evdə olanda qulluqlarında dururdum, dəvəyə minmək istədikləri zaman dəvələrin sakit durması üçün mahnı oxuyurdum. Amma indi Allah onu mənə arvad etmişdir. Şükr olsun Allaha ki, öz dinini gücləndirdi və Əbu Hüreyrəni pişnamaz və başçı qərar verdi.("Ət-təbəqatul-kubra”, 4-cü cild, səh.53.)
    Bəzən də belə deyərdi: Bir tikə çörək üçün Qəzvanın qızına qulluqçuluq edirdim. O məni ayaqyalın, başı açıq halda bütün işlərə əmr edərdi. Amma bir müddətdən sonra Allah onu mənə arvad etdi. İndi mən ona göstəriş verirəm və o mənə qulluq edir.("Ət-təbəqatul-kubra”, 4-cü cild, səh.53.)
    O, günlərin biri camaat namazı qılırdı. Salamları deyib qurtardıqdan sonra uca səslə dedi: Allaha şükr edirəm ki, öz dinini qüvvətləndirdi və Əbu Hüreyrəni bir tikə çörəkdən ötrü Qəzvanın qızına qulluqçuluq etməkdən pişnamazlıq zirvəsinə (məqamına) ucaltdı.("Hilyətul-övliya”, 1-ci cild, səh.379.)
    Mədinənin valisi olarkən bir gün Peyğəmbər(s)-in minbərinə çıxıb dedi: Allaha şükr olsun ki, mənə dadlı yeməklər yeməyi, ipək paltarlar geyməyi nəsib etdi, Qəzvanın qızını ona qulluqçuluq etdikdən sonra mənə arvad etdi. O mənə hökmranlıq etdiyi kimi, mən də ona hökmranlıq edirəm.
    DOQQUZUNCU FƏSİL
    Əbu Hüreyrə Əməvilərin ona göstərdikləri qayğıya görə onlara təşəkkür edir
    Əməvi xilafəti həqiqətən də Əbu Hüreyrəyə qayğı göstərməklə onu özlərinə qul etdilər və onun bütün ixtiyarlarını əlindən aldılar. Hətta onun gözü, qulağı və qəlbi onların ixtiyarında idi.
    Əbu Hüreyrə də onların arzu və istəklərinə uyğun olaraq əsasında hərəkət edirdi.
    Beşinci və yeddinci fəsillərdə dediyimiz kimi, Əbu Hüreyrə bəzən əməvi xilafətinin fəziləti haqqında Peyğəmbərdən hədis və rəvayət uydururdu. O həmçinin Müaviyənin və onun zalım Əyanlarının ona göstərdikləri hörmətin müqabilində Əbu Bəkr və Öməri mədh edən hədislər uydururdu. Çünki, əməvi hakimləri xilafəti əldə saxlamaq üçün bir sıra işlər görməli idilər. Onlar belə güman edirdilər ki, Peyğəmbərin həqiqi canişini Əli (ə) və Əhli-beyti ilə müxalifət edərək Əbu Bəkr və Öməri hamıdan üstün qələmə verməklə bu istəklərini həyata keçirə biləcəklər. Beləliklə Əbu Hüreyrə bu və digər mövzularda hədis və rəvayət nəql etməyə başladı.
    (Biz kitabın yeddinci fəslində o hədislərin bəziləri haqqında söhbət açdıq.)
    O hədislərdən biri Əbu Bəkrin hicrətin doqquzuncu ilində Həcc karvanına başçılıq etməsi haqqında idi. Başqa bir hədisdə isə Ömərin mələklərlə söhbət etməsindən danışılırdı. Əməvi xilafəti Peyğəmbər(s)-in ailəsinə əziyyət vermək və onları ictimai səhnədən uzaqlaşdıraraq ev dustağına çevirmək üçün bu iki hədisin hər hansı yolla olursa olsun, yayılmasını məmurlardan tələb edirdi. Müaviyə və onun havadarları bu yolda əllərindən gələni edirdilər. Bu hədislər cəmiyyətdə o qədər geniş vüs”ət tapdı ki, bir çox şəri məsələləri onlarla müqayisə edir və onları özləri üçün meyar qərar verirdilər. Təəssüflər olsun ki, bu hədislər "Sihah” kitablarında da nəql edilmişdir. Biz kitabın 11-ci fəslində, inşalla, bu barədə geniş söhbət açacağıq.
    Əbu Hüreyrə əməvilərin yürütdüyü siyasətə uyğun (yəni Əli(ə)-ın əleyhinə) və bu siyasətin tələblərinə cavab verən hədislərdə nəql edirdi:
    1-Peyğəmbər (s) buyurmuşdur: "Günəş Beytül Müqəddəsə getməkdə olan Yuşə ibni Nundan başqa heç kəs üçün öz əvvəlki yerinə çatmayıb və kimsənin əmri ilə hərəkətdən dayanmayıb.”
    2-
    "Ən yaxın qohumlarını qorxut” ayəsi nazil olduqda həzrəti Peyğəmbər (s) buyurdu: "Ey Qureyş əhli...” Amma Əbu Hüreyrə əməvi xilafətinin yürütdüyü siyasətin tələbinə uyğun olaraq həqiqətdən üz döndərib baş vermiş əhvalatı təhrif etmişdir.
    3-Peyğəmbər (s) buyurmuşdur: "Məndən sonra mənim yerdə qalan var-dövlətim qohum-əqrəbam arasında bölüşdürülməməlidir.”
    4-Peyğəmbər (ə) ölüm ayağında olan əmisi Əbu Talibə dedi: "La ilahə illəllah” de. Elə bu vaxt Allah-təala tərəfindən bu ayə nazil oldu:
    "Ya Məhəmməd, şübhəsiz ki, sən öz istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah öz istədiyini doğru yola hidayət edər.”(Qəsəs” surəsi, ayə:56.)
    Əbu Hüreyrənin bu məzmunda bir sıra başqa uydurma hədisləri də vardır ki, onları nəql etməkdə onun əsas məqSədi Peyğəmbər(s)-in həqiqi canişini olan Əli(ə)-ın məqamına xələl gətirib onu gözdən salmaq olmuşdur.
    Əbu CƏfər Əslafi deyir: Müaviyə səhabə və ona yaxın olan dostlarından bəzilərini başına yığıb Əli(ə)-a tənə vurmağa və o həzrət haqqında nalayiq sözlər yaymağa xüsusi göstəriş verərdi. Onlar da Müaviyənin istəklərini həyata keçirərək bunun müqabilində ondan "zəhmət haqqı”, xeyli var-dövlət və qiymətli hədiyyələr alardılar. Aşağıdakı şəxslər həmin dəstəyə (yəni Müaviyənin ravilərinə) aiddirlər:
    Əbu Hüreyrə, Əmr ibni As, Müğeyrət ibni Şöbə (bunlar səhabə idilər), Ürvət ibni Zübeyr və başqaları isə tabeinlərdən sayılırdılar.
    Əbu CƏfərdən nəql olunmuş başqa bir rəvayətdə deyilir: Müaviyə İraqa gəldiyi zaman Əbu Hüreyrə də onu müşayiət edirdi. Onlar Kufə məscidinə daxil olduqları zaman böyük insan kütləsi ilə qarşılaşdılar. Əbu Hüreyrə dizləri üstə çöküb başına vura-vura dedi: "Ey İraq camaatı! Yoxsa belə güman edirsiniz ki, Allah və Onun Peyğəmbər(s)-inə yalan qoşmaqla özümü cəhənnəm oduna atıram?! And olsun Allaha ki, Onun Peyğəmbəri (Həzrət Məhəmməd) belə buyurmuşdur:
    "Hər peyğəmbərin müqəddəs bir məkanı olmuşdur, mənim də məkanım Mədinədir. Orada fitnə-fəsad törədən şəxsə Allahın, Onun mələklərinin və bütün insanların lənəti şamil olar.”
    Sonra dedi: Mən Allahı şahid tuturam ki, Əli belə bir iş tutmuşdur!
    Müaviyə Əbu Hüreyrənin bu işindən olduqca razı qaldı və onu Mədinəyə vali (hakim) təyin etdi.
    Əbu Hüreyrə bəzən Bəni-Üməyyə münafiq-lərini himayə edərək onların Şəninə yalan hədislər qoşurdu. Halbuki, Allah və Onun Peyğəmbəri həmin münafiqlərə lənət oxumuş və ümmətə onlardan uzaq olmağı əmr etmişdir.
    "Peyğəmbər heç vaxt həvayi-nəfs üzündən danışmır. Onun dedikləri ona ilham olunan vəhydən başqa bir şey deyildir.”
    Əbu Hüreyrə Müaviyənin və camaatın nəzərində xoş təəssürat buraxıb, onların hörmətini qazanmaq üçün hədis nəql etdiyi zaman adətən deyərdi: Allah Peyğəmbərindən bu sözləri eşitdim: "İlahi! Məhəmməd də sair insanlar kimi bir bəşərdir. Bəzən qəzəblənərək kimisə vurmuş, kimisə acıqla təhqir etmişəm. Bütün bunları onların günahlarının kəffarəsi qərar ver (hesab et) və qiyamət günü onlara dərgahında yer ver.”
    Mərvan və onun övladları belə yalan hədislərin sayını artırmaq məqSədi ilə Əbu Hüreyrə üçün istədiyi şəraiti yaradıb, uydurulmuş hədislərin islami məmləkətlərdə yayılmasında bütün imkanlardan istifadə edirdilər. İş o yerə çatmışdı ki, "Səhihi sittə(Sihahi-sittə sünnü məzhəblərinin ən mötəbər sayılan altı hədis kitablarıdır.) kitablarının müəllifləri də bu hədislərdən geniş şəkildə istifadə edərək öz kitablarında onlar üçün xüsusi bab (fəsil) ayırmaqdan belə çəkinməyirdilər.
    Onlar Əbu Hüreyrənin məqamını ucaltmaq üçün onu ən təqvalı və ən pəhrizkar səhabə kimi qələmə verirdilər.
    Məsələn, əməvi xəlifəsi Mərvan öz katibi Zuəyzəni elə bir yerdə oturdardı ki, onun yanına gələnlər katibi görə bilməyirdilər. Zuəyzə Mərvan ilə görüşən şəxslərin arasında olan söhbətləri olduğu kimi kağız üzərinə köçürərdi. Günlərin biri o, Əbu Hüreyrəni hüzuruna çağırıb ona bir neçə sual verdi. Əbu Hüreyrə cavabında Peyğəmbər(s)-dən hədis nəql etdi Zuəyzə Mərvan ilə Əbu Hüreyrə arasında olan söhbəti olduğu kimi yazıb xəlifəyə təqdim etdi.
    Bir ildən sonra Mərvan Əbu Hüreyrəni yenə yanına çağırıb bir il əvvəl ondan soruşduğu sualları yenə təkrar soruşdu. Əbu Hüreyrə bir il əvvəl olduğu kimi, suallara cavab verdi. Mərvan katibinin köməyi ilə Əbu Hüreyrənin səhv və yalan ilə dolu olan cavablarını hədis adı ilə Şamda və sair məntəqələrdə yaymağa başladı. Hakim özünün "Əl-müstədrək” kitabında bu əhvalatı bəyan edərkən Əbu Hüreyrənin hiylələrini ifşa etmişdir.
    Başqa bir yerdə deyilir: İmam Həsən Müctəba (ə) vəfat etdiyi zaman səhabələr onu cəddi Peyğəmbər(s)-in qəbrinin yanında dəfn etmək istəyirdi. Amma Mərvan bu işlə tam müxalif idi. O, Əbu Hüreyrəni yanına çağırıb bir çıxış yolu tapmağı istədi. Əbu Hüreyrə də nəyin bahasına olursa olsun, Mərvanın məqamını ucaltmağa, onu Allah dininin qoruyucusu və Peyğəmbər(s)-in ən yaxın səhabələrindən biri kimi tanıtdırmağa ciddi cəhd edirdi.
    Mərvan müxtəlif yalan hədislərə əsaslanaraq onu Təlhə, Zübeyr, Osman, Əli və Ömər kimi məşhur səhabələrlə eyni səviyyədə tutardı.
    Əbu Hüreyrə Mərvanın məqamını ucaldır, o da öz növbəsində Əbu Hüreyrəyə böyük ən”amlar verərək onun üçün lazımı olan şəraiti tez bir zamanda hazır edirdi.
    "Vay o şəxslərin halına ki, öz əlləri ilə istədikləri kimi kitab yazıb sonra onun müqabilində bir az pul almaqdan ötrü "bu Allah tərəfidəndir!” deyirlər. öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına.”("Bəqərə surəsi, ayə:7.)
    ƏBU HÜREYRƏ TƏRƏFİNDƏN NƏQL OLUNMUŞ HƏDİSLƏRİN MİQDARI
    "Əl-isabə adlı kitabda Əbu Hüreyrənin tərcümeyi-halı geniş surətdə dərc edilmişdir. Oradan belə məlum olur ki, Əbu Hüreyrə səhabələr arasında ən çox hədis və rəvayət nəql edən şəxs olmuşdur.
    Onun nəql etdiyi hədislərin sayı 5370-ə çatır. Təkcə "Səhihi-Buxari”də ondan 446 hədis nəql olunmuşdur. İlk dörd xəlifənin (Əbu Bəkr, Ömər, Osman və Əli (ə)) Peyğəmbərdən nəql etdiyi hədislər Əbu Hüreyrənin nəql etdiyi hədislərin yalnız 25 faizini təşkil edir. Yəni Əbu Bəkr Peyğəmbərdən 142, Ömər 537, Osman 146 və Əli (ə) 586 hədis (ümumən 1411) nəql etmişlər. Təkcə Əbu Hüreyrə isə Peyğəmbərdən 5374 hədis nəql etmişdir. Göründüyü kimi, 1411-5374-in yalnız 25 faizini təşkil edir.
    Bir anlıq əshabın (xüsusilə, bu dörd xəlifənin) həyat tərzinə nəzər salaq. Onlar islam dininin zühur etdiyi ilk günlərdən əzablı və məşəqqətli həyat tərzi keçirmiş və illər boyu küfr ilə mübarizə etmişlər. Bu dörd səhabə 52 il ərzində Allah qarşısında böyük imtahan verib ən ağır şəraitdə imanlarını qoruyub saxlaya bilmişlər. Onlar iyirmi üç il Allah Peyğəmbəri(s)-nə xidmət etmiş və onun vəfatından sonra iyirmi doqquz il hakimiyyətdə olaraq dövlət işlərində fəaliyyət göstərmiş və islam dininin yayılmasında böyük rol oyna-mışlar. Allah-təala "Qeysər” və "Kəsra” mülklərini (İran və Roma imperatorluqlarını) onların əli ilə fəth etdi. Onların xilafəti dövründə bir çox ölkələr islamı qəbul etdi və Peyğəmbər(s)-in sünnəti bu ölkələrdə geniş surətdə yayılmağa başladı.
    Bəs necə ola bilir ki, Əbu Hüreyrənin nəql etdiyi hədislər Peyğəmbər(s)-ə hamıdan yaxın olan bu dörd səhabənin nəql etdiyi hədislərdən çoxluq təşkil edir?
    Bu suala hədis alimləri və nəzər sahibləri cavab verməlidirlər!
    Peyğəmbər(s)-in həyat yoldaşı Ayişə hədis nəql etməkdə bir çoxlarını üstələmişdi, amma bununla belə o, Əbu Hüreyrənin nəql etdiyi hədislərin yarısını belə nəql edə bilməmişdir. Bunu da qeyd etmək lazımdır ki, Ayişə Əbu Hüreyrə islamı qəbul etməzdən on il əvvəl Peyğəmbər(s)-ə ərə getmiş və 14 il vəhyin nazil olduğu, başqa sözlə desək, Cəbrayıl və Mikayıl(ə)-ın gəlib getdikləri bir yerdə yaşayırdı və o, Əbu Hüreyrədən sonra vəfat etmişdir.(Məlum məsələdir ki, Peyğəmbərlə birlikdə yaşayan və onunla hamıdan çox həmsöhbət olan şəxs Əbu Hüreyrə deyil, məhz Ayişə olmuşdur. Bəs Peyğəmbərin buyurduqlarını daha yaxşı dərk edən kim olmuşdur: Ayişə, yoxsa Əbu Hüreyrə?)
    1-İbni Əbu Əkbər "Əl-İstiy”ab” adlı kitabda İbni Şilabdan nəql edərək yazır: Allah Peyğəmbəri (s) besətin onuncu ilində hicrətdən üç il əvvəl şəvval ayında Ayişə ilə əqd bağladı və hicrətdən 18 ay keçəndən sonra, şəvval ayında Mədinədə onu öz evinə gəlin apardı.
    Deməli onun Peyğəmbər (s) ilə ailə qurması Əbu Hüreyrənin islamı qəbul etməsindən on il əvvəl baş vermişdir.
    Hicrətin ilində Ramazan ayının 17-də Əbu Hüreyrədən bir neçə gün sonra vəfat etmişdir. Müaviyə tərəfindən Mədinəyə vali təyin olunmuş Vəlid ibni Utbətibni Əbi Süfyan göstəriş verdi, Əbu Hüreyrə Ayişə üçün meyyit namazı qıldı. Onlar da Əbu Hüreyrəyə ehtiram əlaməti olaraq (vəfatından sonra) onu "Bəqi” qəbiristanlığında dəfn etdilər.
    Ayişənin zirəkliyi və dərrakəsi hamıya məlumdur. O, zəmanəsinin ən dərrakəli və ən zirək şəxsi idi. Onun qəlbi Peyğəmbər(s)-ə, qulaqlarından daha yaxın idi. O hər bir münasibətə uyğun gözəl məzmunlu və geniş mənalı şer yazar və onu başqaları üçün oxuyardı.
    Urvədən nəql olunmuş bir rəvayətdə deyilir:
    "Fiqh, təbabət, şer elmlərində. Ayişədən bilici ikinci bir şəxs görmədim.”
    Məşhur ravi Məsruq isə deyir: "Peyğəmbər(s)-in məşhur səhabələrinin arasında hamıdan bilikli və hazırcavab bir qadın gördüm. Hamı ondan müxtəlif mövzularda sual soruşur, o da onlara qane edici cavablar verirdi.”
    Onun mübəlliğləri hər tərəfə (xüsusilə Bəsrəyə) yayılıb şəri hökmləri yerli əhaliyə öyrədirdilər. Amma bütün bunlara baxmayaraq onun nəql etdiyi hədislərin sayı iki min iki yüz ondan artıq olmamışdır. Göründüyü kimi bu miqdar, Əbu Hüreyrənin nəql etdiyi hədislərin hətta yarısını belə təşkil etmir.
    Ümmü Sələmə və həzrət Fatimə(ə)-ın nəql etdikləri hədisləri Ayişə və dörd xəlifədən nəql olunmuş hədislərə əlavə etsək, onların cəmi Əbu Hüreyrənin hədis məcmuəsindən yenə azlıq təşkil edəcəkdir. Qəribə hal burasındadır ki, Əbu Hüreyrə daim elə güman edirdi ki, Peyğəmbər bəzi hədisləri yalnız ona nəql etmiş və ondan savayı bir başqasına söyləməmişdir. O özünü böyük elm mənbəyi və Peyğəmbər(s)-dən nəql olunmuş hədislərin xəzinəsi təsəvvür edirdi.
    Bildiyiniz kimi, Əbu Hüreyrə çox sirr saxlayan və qapalı insan olmuşdur. Bu haqda o özü belə deyir:
    1-Mən Həzrəti Peyğəmbərdən iki hədis xəzinəsi əxz etmişəm. Onlardan birini hamıya bəyan edər, digərini isə kimsəyə nəql etmədən sinəmdə gizli saxlayıram. Əgər bu gizli hədisləri kimsəyə nəql etsəm, dərhal boğazımı üzərlər.
    2-Əgər bildiklərimin hamısını sizlərə bəyan etsəm camaat məni daş-qalaq edərək dəli hesab edərlər.
    3-Əgər bildiklərimin hamısını sizlərə bəyan etsəm məni qırmancla vuraraq özünüzdən uzaqlaşdırarsınız.
    4-Deyirlər: Ey Əbu Hüreyrə, nə çox danışırsan! Dedi: And olsun Allaha, əgər Peyğəmbər(s)-dən eşitdiklərimin hamısını sizlərə bəyan etsəm mənim başıma qapaz vuraraq özünüzdən uzaqlaşdırmaq istəyərsiniz.
    5-Allah Peyğəmbərindən elə şeylər eşitdim ki, əgər indi onları sizə nəql etsəm məni daş-qalaq edərsiniz.
    6-Allah Peyğəmbərindən (s) beş kisə (görünür, bu, Əbu Hüreyrəyə xas olan ölçü vahidi olmuşdur) hədis eşitdim. Onlardan yalnız iki kisəsini sizlər üçün nəql edirəm. Əgər qalanını da sizlərə nəql etsəm məni daş-qalaq edərsiniz.
    Əbu Hüreyrə Peyğəmbər(s)-in nə vəliəhdi, nə də canişini olmamışdır. Çünki əgər Peyğəmbər (s) belə bir şey söyləsəydi, yalnız bu şəxslərə söyləyərdi. Deməli Əbu Hüreyrənin bu iddiası batil və əsassızdır.
    Yoxsa Əbu Hüreyrə elə bir məqama çatmışdı ki, Peyğəmbər (s) ən yaxın səhabələrə söyləmədiyi şeyləri tək ona bəyan edirdi? Bu necə sirr idi ki, Peyğəmbər (s) o hədisləri öz əhli-əyalından (ailə üzvlərindən) gizli saxlayıb tək Əbu Hüreyrəyə bəyan etmişdir? Təbiidir ki, onlar Peyğəmbər(s)-ə hamıdan daha yaxın və daha əziz idilər. Çünki, onlar Peyğəmbər(s)-ə hamıdan tez iman gətirmiş və islam dininin yayılmasında böyük fədakarlıq göstərmişlər. Digər tərəfdən isə bəzi hədisləri tək Əbu Hüreyrəyə deyib başqa-larından gizli saxlamaq Peyğəmbər sünnətindən uzaq bir iş olardı.
    Əgər o hədislər Əbu Hüreyrənin "sirli qəlbində qalacaqdırsa (və onun xeyri bir kəsə dəyməyəcəkdirsə) onu belə insana nəql etməyə dəyərdimi? Bir qədər əvvəl qeyd etdik ki, islamı Əbu Hüreyrədən əvvəl qəbul etmiş səhabələr Peyğəmbər (s) üçün hamıdan əziz və hamıdan əhəmiyyətli idi. O bütün müşkül məsələlərini onlar ilə həll edər və mühüm işlərdə onlarla məşvərət edərdi. Necə ki, Qurani Kərimdə bu haqda deyilir:
    "Bir də öndə olanlar, öndə olanlar! Bunlar Allaha və Onun Peyğəmbərinə hamıdan qabaq iman gətirənlərdir; yaxşı əməllər etməkdə hamını ötüb keçən, ömürlərini Allaha ibadətlə həsr edən, var-dövlətlərini isə Allah yolunda xərcləyən kimsələrdir. Onlar dünyada yaxşı işlər görməkdə hamıdan öndə olduqları kimi, qiyamət günündə Allahın lütf və mərhəmətinə hamıdan qabaq nail olacaqlar.”
    Cənnətin ən yüksək təbəqələri onlara məxsusdur. Mühacirlər və ənsar bu zümrəyə daxildir. Onlar necə də xoşbəxtdirlər! Bunlar (Allah dərgahına, Allahın lütfünə və mərhəmətinə) yaxın olanlardır.(Vaqiə surəsi, ayə:10-11)
    Bəzən də özü haqda deyərdi: "Əbu Hüreyrə kimSədən bir şey gizlətməyir və kağız (dəri) üzərinə heç nə yazmayır.” Göründüyü kimi onun bu sözü bir qədər əvvəl dediyi "Mən Peyğəmbər(s)-dən iki hədis xəzinəsi əxz etmişəm (almışam). Onlardan birini hamıya bəyan edər, digərini isə kimsəyə nəql etmədən özümdə saxlaram. Əgər bu gizli hədisləri bir kəsə bəyan etsəm dərhal boynumu üzərlər” sözləri ilə tamamilə ziddir.
    Biz üzümüzü bu barədə təhqiqat aparan şəxslərə tutub onlardan soruşuruq: Əbu Hüreyrənin gizli saxladığı sirlər Peyğəmbər(s)-in (xilafətlə bağlılığı olan) öz vəsisinə (nümayəndəsinə) tapşırdığı sirlər ilə əlaqədar idi, yoxsa digər məsələlər ilə?
    Əgər xilafətə aid olubsa Əbu Hüreyrə onu gizli saxlamaqda çox böyük bir səhvə yol vermiş olur. Çünki Peyğəmbər(s)-dən sonra xilafət uğrunda böyük ixtilaflar meydana çıxdı və onun elə bir vaxtda hamıya bəyan etməsi zəruri idi. Əgər canının qorxusundan bunu gizli saxlayıbsa yenə də ona bəraət qazandırmaq olmaz. Çünki özünü islam uğrunda fəaliyyətlərini o qədər tərif edən şəxs özü haqqında bir an belə düşünməməli idi.
    Məgər bu, Əbu Hüreyrənin dediyi sözlər deyildimi:
    "Peyğəmbər (s) sübh namazını yatıb yuxuya qaldığı üçün qəza etdi.”
    "Şeytan onu namazdan ayırmaq üçün ibadətlə məşğul olarkən yanına gəlir.”
    "Peyğəmbər (s) dörd rükətli namazı iki rükət qıldı. Ondan "namazı qısa (şikəstə) qıldın, ya unutdun?” deyə soruşduqda, cavab verir: Nə unutdum, nə də qısa qıldım.”
    "Peyğəmbər (s) qəzəbləndiyi zaman günahsız şəxsləri döyər, təhqir edər və onlara lənət oxuyardı.”
    Onun Peyğəmbər (s) haqqında dediklərini nə ağıl qəbul edir, nə də şəriət.
    Başqa bir yerdə Əbu Hüreyrə Peyğəmbər(s)-dən belə bir (yanlış) hədis nəql edir:
    "Biz şəkk-şübhə etməkdə İbrahim(ə)-dan daha haqlıyıq.” Başqa bir hədisdə Lut(ə)-ın imanının az olduğunu bəyan edir.
    O həmçinin Adəm, Nuh, İbrahim, Musa və İsa (ə) haqqında da nalayiq sözlər deyib onların Peyğəmbər(s)-dən nəql olunduğunu iddia edərdi.
    Məsələn həzrəti Musa (ə) haqqında belə deyir.
    "Əzrayıl Musa (ə) Kəlimullahın canını almağa gələrkən Musa onun üzünə elə bir sillə vurur ki, zərbənin şiddətindən gözünün biri kor olur.”
    "Musa (ə) lüt halda Bəni-İsrailin yanına gəlir və onlar onun övrətinə baxaraq məsxərə edirlər.”
    "Həzrəti Süleyman(ə)-ı atası Davud(ə)-ın əmrindən çıxmaqda günahlandırmışdır. Çünki o, "inşallah” demədiyi üçün işləri tamamilə alt-üst olmuşdu.” O, peyğəmbərlər ilə kifayətlənməyib, Allah-Təala haqqında da bir neçə (yalanla dolu) hədis nəql etmişdir: O cümlədən:
    1-”Allah ayağını cəhənnəmin ortasına qoymayınca, ora dolmayacaqdır.”
    2-”Allah özünü insanların tanımadıqları surətdə salıb onlara deyər: Mən sizin Allahınızam. Onlar inkar edərək deyərlər: Səndən öz Allahımıza pənah aparırıq.” Allah-təala sonra özünün həqiqi surətinə çevrilərək onlara zahir olar (yəni görünər), təəccüblə soruşarlar: Sənsənmi bizim Allahımız?”
    3-”İnsan Rəhman (Allah) surətində yaradılmışdır.”
    4-”Allah-təala Adəmi öz surətində yaratdı. Onun uzunluğu altmış zira (otuz metr), eni yeddi zira (2,5 metr) idi!”
    Bu sözlərə görə insanın boğazını üzsələr, yenə də azdır. Necə olur ki, dinə, Xaliqə, ümmətə bu qədər iftira atan və onların boynuna minnət qoyan bir şəxs daş-qalaq olunmayır və şallaqlanmayır?!
    Əcəb insafsız bir ümmətin əlində giriftar olmuşuq!
    "Allah tərəfindən gəlmişik və axır dönüş Onun hüzurunadır.”
    Təhqiqatçılar bu mətləbə diqqət yetirməmişdirlər ki, Əbu Hüreyrə özü haqqında bəzən belə məlumat vermişdir: "Səhabələrdən Abdullah ibni Ömər və ibni Asdan başqa heç kim Həzrəti Məhəmməddən məndən çox hədis nəql etməmişdir. Çünki onlar nəql etdikləri hədisləri yazır, mən isə yazmırdım.”
    O, Abdullahın ondan çox hədis nəql etdiyini iddia edir, halbuki, ondan bizlərə yeddi yüzə yaxın hədis gəlib çatmışdır və göründüyü kimi, onun nəql etdiyi hədislər Əbu Hüreyrənin nəql etdiyi hədislərin heç səkkizdə birini təşkil etməyir.
    Deməli Əbu Hüreyrəni müdafiə edən alimlərə heç bir bəhanə yeri qalmayır. Amma İbni Həcər Qəstəlani və Şeyx Zəkəriyya Ənsari bu hədisi şərh edərkən belə bir bəhanəyə əl atırlar:
    Abdullah ibni Ömər və ibni As Misirdə yaşadıqları üçün onlara müraciət edən şəxslər Mədinədə sakin olan Əbu Hüreyrəyə müraciət edənlərlə müqayiSədə olduqca az idi. Bu səbəbdən də ondan bizə gəlib çatan hədislər azlıq təşkil edir. Amma Əbu Hüreyrə bunu etiraf etdiyi bir halda daha heç bir bəhanəyə yer qalmayır: "Abdullahdan başqa heç kim mənim qədər hədis nəql etməmişdir.”
    "İrşadus-sari” və "Töhfətul-Bari” adlı kitablarda bu hədis belə şərh edilir:
    "Abdullah ibni Ömərdən nəql olunmuş hədislər mənim nəql etdiyim hədislərdən daha çoxdur.” Əbu Hüreyrə bir həqiqəti etiraf etdiyi halda, daha başqaları nə üçün canfəşanlıq edib onu müxtəlif bəhanələrlə müdafiə etməyə çalışırlar?
    Abdullah Misirdə yaşadığı zaman oranın ən savadlı və ən hörmətli şəxslərindən biri hesab olunurdu və Misrin əhalisi şəriətə, Qurana və sünnətə dair sualları çox vaxt ondan soruşurdu.
    Əbu Hüreyrə əshabın çox olduğu bir yerdə (Mədinədə), Abdullah isə xilafətdən uzaq bir yerdə (Misirdə) yaşayırdı. Göründüyü kimi, bu iki şəxsin arasında istər məqam və şan-şöhrət, istərsə də elm baxımından böyük fərq olmuşdur.
    Camaat qarşılaşdıqları (şəri, ictimai, siyasi) məsələlərdə məşhur səhabələrə üz tutar və öz çətinliklərini onların vasitəsi ilə həll edərdilər. O ki, qaldı Əbu Hüreyrəyə, o məşhur səhabələrin sırasında olmaqla yanaşı, camaatın nəzərində mənfi obraz yaratmışdı. Mədinə camaatı onu Peyğəmbər(s)-in adından sui-istifadə edərək yalan hədislər uydurmaqda müttəhim edirdilər.Onlar Əbu Hüreyrəyə irad tutaraq deyirdilər:
    Nə üçün ənsar və mühacirlər sənin söylədiklərini deməyirlər?
    Bu məntiqə əsasən Əbu Hüreyrənin nəql etdiyi hədislərin sayı başqaları ilə müqayisə etdikdə azlıq təşkil etməli idi. Digər tərəfdən özünün etiraf etməsi və Abdullahın ondan çox yaşaması istər-istəməz Əbu Hüreyrənin nəql etdiyi hədislərin doğruluğuna şəkk və şübhə yaradır.
    Əbu Hüreyrə bu sözləri işin əvvəllərində, yəni hədis nəql etməyə və ya daha dəqiq desək, hədis uydurmağa təzə başladığı zaman demişdir. Məlum olduğu kimi, o, öz fəaliyyətinə Müaviyənin zamanında başlamışdır. Elə bir vaxtda ki, Əbu Hüreyrə kimi ünsürlərə qarşı mübarizə aparan Əbu Bəkr və Əli (ə) artıq vəfat etmiş və mərkəzi xilafətdə (hakimiyyətdə) süstlük və qətiyyətsizlik yaranmışdı.
    Növbəti fəsillərdə, yenidən bu mövzuya qayıdacağıq. İnşallah!
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 616 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024