İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:41 PM
    ON BİRİNCİ FƏSİL
    Əbu Hüreyrənin nəql etdiyi hədislər:
    KEYFİYYƏTİ
    Hədis elminə xas olan zövq Əbu Hüreyrənin nəql etdiyi hədislərin bir çoxunu qətiyyətlə rədd edir, əqli və nəqli meyarlar da bu hədislərin əksəriyyətini təsdiqləməyir. Dediklərimizi sübuta yetirmək üçün Əbu Hüreyrənin nəql etdiyi hədislərdən qırxını misal üçün siz oxuculara təqdim edirik.
    Sizdən artıq dərəcədə xahiş edirik ki, bütün təəssüb və qərəzli fikirləri kənara qoyub azad və sərbəst götür-qoy edəsiniz və özünüz yetgin bir nəticəyə gəlib ədalətli hökm çıxarasınız.
    1-ci hədis
    Allah-təalanın surəti: O, insanı özü kimi yaratdı
    Buxari və Müslüm(Səhihi-Buxari”, 4-cü cild, səh.57; "Səhihi-Müslüm”, 2-ci cild, səh.481; "Kitabul-Cənnəti və Nəimuha” "Behiştə o kəslər daxil olacaq ki, qəlbləri quş qəlbi kimi olsun”-fəsli; Həmçinin Əhməd ibni Hənbəl, "Əl-Müsnəd”, 2-ci cild, səh.315;)Əbdürrəzzaqdan, o da Müəmmərdən, o da Həmran ibni Münəbbəhdən, o da Əbu Hüreyrədən və o da Peyğəmbər (s)-dən nəql etdiyi hədisdə deyir:
    "Allah insanı, özü kimi, altmış zira uzunluğunda yaratdı.”
    Əhməd özünün "İrşadus-sari” adlı kitabında(1-ci cild, səh. 90"Yaradılış” babı) bu hədisi olduğu kimi qeyd etmiş və "eni yeddi zira” kəlməsini ona əlavə etmişdir.
    Hədisin ardında deyilir: Onu yaratdıqdan sonra dedi: Get, orada yığılmış mələklərə salam söylə. Onlardan aldığın cavab sənin və ümmətinin bir-birləri ilə salamlaşmağı olacaqdır. İnsan (Adəm) onlara yaxınlaşıb dedi: "Səlamun ələykum”. Mələklər cavab verdilər: "Səlamun ələykum və rəhmətullah” Və "və rəhmətullah” sözünü Adəm(ə)-ın salamına artırdılar. Behişdə daxil olan hər bir kəsin uzunluğu Adəm (ə) kimi altmış zira olacaqdır. O zamanlar bütün insanların boyu altmış zira idi, amma zaman keçdikcə qısalaraq hal-hazırkı vəziyyətə gəlib çıxmışdır.
    Bu sözləri nə Həzrəti Məhəmməd(s)-ə, nə də digər peyğəmbərlərə aid etmək olmaz. Bəlkə də Əbu Hüreyrə bu hədisi həmkarı Kəbul Əhbar ilə (və ya başqaları ilə) birlikdə yəhudi mənbələrindən götürmüşlər. Çünki bu hədis yəhudilərin "Əs-hah”ının (Əhdi qədim) 27-ci bölümündə olduğu kimi zikr edilmişdir. Orada deyilir:
    "Allah insanı öz surətində yaratdı. Kişi və qadın-hər ikisi Onun kimidirlər.”
    Allah insanların təsəvvür etdikləri surət və quruluşdan uzaq və müqəddəsdir:
    "Allah onların dediklərindən çox uca və çox yüksəkdir.”("İsra” surəsi, ayə:43)
    Ola bilsin bəziləri bu hədisi "surətihi” (onun öz surəti) kəlməsindəki "o” şəxs əvəzliyini Adəmə (ə) aid etməklə başqa bir qayda ilə mənalandırmış olsunlar. Belə olduqda isə hədisin mənası tamamilə dəyişilir.
    "Allah Adəm (ə)-ı altmış zira hündür-lüyündə və yeddi zira enində xəlq etdi.Onun yaradılışı sair insanlar kimi olmadı yəni əvvəl nütfə (sperma), sonra ələqə (laxtalanmış qan), muzğə (ət parçası) və daha sonra ətlə örtülmüş sümük mərhələlərini keçmədən, ani bir halda Allahın əmri ilə yarandı.”
    Əbu Hüreyrədən bu məzmunda digər hədislər nəql olunmasaydı (surətihi) kəlməsindəki (o) şəxs əvəzliyini Adəm(ə)-a aid etmək olardı.
    Digər misal:
    1- "İnsan Rəhman surətində yaradılmışdır.
    2-Hədisdə deyilir: Həzrəti Musa (ə) əsanı qayaya vurdu və oradan su çıxdı. Sonra üzünü Bəni-İsrail camaatına tutub dedi: Ey eşşək camaat! İçin sudan. Vəhy gəldi: Ey Musa! öz surətimdə xəlq etdiyim insanlarımı uzunqulağa oxşadırsan?!
    Bu hədisi bütün sünnü alimləri öz kitablarında (cüz”i fərqlərlə) qeyd etmişlər. Demək Əbu Hüreyrənin məqSədi Adəm (ə) deyil, Allah-təalanın üzüdür və buna daha heç cür bəraət qazandırmaq olmaz. Bu hədisə verilən başqa bir şərhdə deyilir: "Allah insanı öz surətində yaratmışdır.” və "Onları öz surətimdə yaratdım” cümlələrindən məqSəd budur ki, Allah-təala Adəmi və onun nəslini öz surətində yaratdı, çünki Allah-təala insanı özü kimi eşidən, danışan, görən, bilən və sair müştərək sifətlərdə yaratmışdır.
    Əbu Hüreyrə, nəql etdiyi hədislərin bəzilərində müxtəlif ləfzlərdən istifadə etdiyi üçün onu müdafiə edən bəzi təəssübkeş "alimlər” həzər etdikləri şeyə (yəni müxtəlif mənalı söz və ibarətlərə) düçar oldular və indinin özündə də bu məsələni həll etməyə çətinlik çəkirlər. Əbu Hüreyrənin savadsızlıq üzündən gördüyü bu iş nəql etdiyi hədislərin daha da qəlizləşməsinə və mübhəmləşməsinə səbəb oldu. Məsələn:
    1-Bundan əvvəl zikr olunan hədis.
    2-”Sizlərdən biriniz öz qardaşlarınız (yoldaşlarınız) ilə dava etdiyiniz zaman onun üzünə qarşı durmayın (ona etiraz etməyin), çünki Allah Adəm(ə)-ı öz surətində xəlq etmişdir.”
    3-”Biriniz digərinə həmlə etdiyiniz zaman rəqibinizin üzünə sillə vurmayın və "Allah üzünü qara etsin” kəlməsini ona deməyin. Çünki Allah insanın surətini (üz quruluşunu) öz surəti kimi yaratmışdır.” (Buxari, Əl-Ədəbul Mufrəd).
    Bu əqidə (yəni insanın sifət quruluşunun Allah-təalaya oxşaması) tənzih alimləri tərəfindən batil hesab olunur. O ki qaldı bizlərə, (yəni Əhli-beyt davamçılarına) biz inanırıq ki, Allahın (materiya olmadığı üçün xarici görünüş baxımından) insanla oxşarlığı ola bilməz. Bizim bu etiqadımız yalnız Allah-təalanın sifət və zatını eyniyyətləndirir.
    Tənzih alimləri Əbu Hüreyrə kimi şəxslərin əqidəsi ilə razılaşa bilmədikləri üçün naçar qalıb hədisi başqa yollar ilə yozmuşlar. Onlar bu batil əqidə meydana çıxarkən süstlük göstərərək öz etirazlarını kimsəyə bəyan etməmişlər və bu səbəbdən də hal-hazırda sünnət alimləri qarşısında dəlilsiz və cavabsız qalmışlar. Belə ki, "Səhiheyn”in "Səhihi-Müslüm” və "Səhihi-Buxari” müəllifləri bu hədisin şərhində deyirlər: "Hər şeyə alim olan Allah özü yaxşı bilir ki, bu hədislərdən məqSəd nədir!”
    4-İmam Nüvəvi bu barədə deyir: "Bəzi alimlər belə hədislərin şərhini verməkdən çəkinirlər. Biz üzümüzü onlara tutub deyirik: "Biz o hədislərin həqiqiliyinə artıq yəqinlik hasil etdik.”
    Onun batil mənaları zahiri mənalarından daha çox əhəmiyyət kəsb edir (və oxucu buna xüsusi diqqət yetirməlidir):
    1-Uzunluğu altmış zira olan bir insanın eni yeddi zira yox, on yeddi tam onda bir zira olmalıdır. Eni yeddi zira olan insanın uzunluğu isə altmış zira yox, iyirmi dörd tam onda beş zira olmalıdır.
    Çünki adi bir insanın uzunluğu eni ilə münasib, yəni uzunluğu yeddi tam onda iki olmalıdır. Buradan bir neçə sual meydana çıxır: Bəs nə üçün Əbu Hüreyrə Adəm(ə)-ın uzunluğunu altmış, enini isə yeddi zira qeyd etmişdir? Onun bədən quruluşu bu qədər eybəcər olsaydı Allah-təala onu Qurani kərimdə belə vəsf edərdimi?!
    "Biz insanı ən gözəl biçimdə yaratdıq.”
    2-Məlum olduğu kimi salamlaşmağın əsası İslam dinində qoyulmuşdur. Bu barədə bir neçə mötəbər hədis və rəvayət vardır. Peyğəmbər(s)-dən nəql olunmuş hədislərdən birində deyilir: "Yəhudilər sizin salamlaşmağınıza hamıdan çox həSəd aparırlar.”
    Göründüyü kimi "salamlaşmaq” ilk gündən islam ümmətinə aid olmuşdur. Əbu Hüreyrə bunları bilə-bilə belə bir hədis uydurmaqda nəyi nəzərdə tutmuşdu? Onu bir Allah bilir!
    Əbu Hereyrə həm də deyir: Allah-təala Adəm(ə)-ı yaratdıqdan sonra ona dedi: "Get, mələklərə salam söylə, onlardan aldığın cavab sənin və ümmətinin salamlaşmağı olacaqdır.”
    2-ci hədis
    Allah-təala qiyamət günü (Məhşərdə) müxtəlif surətlərdə görünəcəkdir
    Müslüm və Buxari bu hədisi Əbu Hüreyrədən nəql edirlər. Hədisdə deyilir:
    Müsəlmanlardan bir dəstə Həzrəti Peyğəmbər(s)-in yanına gəlib soruşur: Ya Rəsuləllah! Qiyamət günü biz Allahı görə biləcəyikmi?
    Buyurdu: Günün qarşısında maneə (məsələn, bulud) olmadığı zaman onu görməkdə çətinlik çəkirsinizmi? Cavab verdilər: Xeyir! Buyurdu: Buludsuz və dumansız, saf bir gecədə 14 geçəlik ayı görməkdə çətinlik çəkirsinizmi? Cavab verdilər: Xeyr. Peyğəmbər (s) buyurdu: Qiyamət günündə Allahı, ayı və günəşi görə bildiyiniz kimi görəcəksiniz. O gün Allah-təala insanları bir yerə toplayacaqdır. Onlardan hər biri (dünyada) ibadət etdikləri əşyaların arxasında duracaqlar. Günəş pərəstlər günəşin, ay pərəstlər ayın və s. Zalimlər isə dünyada fitnə-fəsad törədən sitəmkarların arxasında durarlar. Bu dəstə münafiqlər (iki üzlülər) ilə birlikdə başqalarından (ayrılmaq üçün) kənarda durarlar. Allah-təala insanların onu tanımadıqları bir şəklə düşüb özünü onlara zahir edib deyər: Mənəm sizin Allahınız! Onlar cavab verərlər: Səndən öz Rəbbimizə pənah aparırıq! Biz Onu lap yaxşı tanıyırıq, burada oturub Onun gəlişini gözləyəcəyik.
    Sonra Allah-təala özünü, onların tanıdıqları bir şəklə salıb yenidən onların gözləri önündə canlanar və deyər: Mənəm sizin Allahınız! Onlar bunu görüb dərhal deyərlər: Bəli, Sənsən bizim Rəbbimiz. Sonra onun ardınca gedərlər. Cəhənnəm üzərinə körpü qoyular və oradan hamıdan əvvəl mən keçərəm. Peyğəmbərlər o gün belə dua edərlər: "İlahi! özün bizləri qoru. özün!”
    Bilin ki, cəhənnəmdə muğilan (xurma ağacının tikanları) mövcuddur. Onun uzunluğu Allahdan başqa kimsəyə məlum deyildir. O gün (qiyamət günü) insanlardan iki cür hesabat (sorğu-sual) aparılacaqdır. Onlardan bir dəstə dərhal həlak olar, digərləri isə tikə-tikə doğranaraq cəhənnəm alovuna atılarlar (və bir müddətdən sonra oradan nicat taparlar). Allah öz bəndələrini mühakimə etdikdən sonra mələklərə əmr edir ki, (dünyada yalnız) Ona ibadət və pərəstiş etmiş möminləri alınlarındakı səcdə (möhür) yeri ilə ayırd edib cəhənnəm odundan nicat versinlər. Onlar cəhənnəm odundan çıxarılarkən bədənlərinin ətləri sümüklərindən ayrılaraq tökülməyə başlayar. Cənnətə aparılmaq üçün onların üzlərinə həyat suyu səpilər və onların bədənləri (ətlə sümüklər) yenidən birləşməyə başlayar. Orada yalnız bir nəfər qalar. O da cəhənnəmin üfunətli iyindən cana gəlib deyər: İlahi, bu dözülməz iy və bu qaynar məkan mənə çox əzab verir, özün mənə nicat ver.
    Allah-təala deyər: Əgər istədiyini yerinə yetirsəm, sonra başqa şeylər də istəyəcəksən.
    Deyər: And olsun Sənin izzət və cəlalına, bundan savayı Səndən heç bir şey istəməyəcəyəm.
    Allah üzünü cəhənnəm alovundan çevirər və həmin şəxs oradan nicat tapar. İnsanları cənnətdə görüb deyər: İlahi! Məni cənnətə yaxınlaşdır.
    Allah-təala deyər: Məgər demədin ki, başqa bir şey istəməyəcəgsən? Vay sənin halına, ey Adəm övladı, sən nə qədər də yalançı və hiyləgərsən!
    Amma o, öz istəyini hey təkrar edir vö gördüklərinə nail olmayınca əl çəkməyirdi. Allah-təala deyər: Sənin bu istəyini də yerinə yetirsəm, başqa bir şey istəyəcəksən?
    O deyər: And olsun Sənin izzət və cəlalına, bundan savayı daha Səndən başqa bir şey istəməyəcəyəm.
    O, Allah-təala ilə buna dair əhd-peyman bağlayır və daha heç nə istəməyəcəyinə söz verir. Allah-təala ondan əhd-peyman aldıqdan sonra onu cənnətin qapısına yaxınlaşdırar. O, qapıya yaxınlaşıb bir qədər sakit durar və həsrətlə cənnətə baxar. Çox keçməz ki, yenə yalvarmağa başlayar: İlahi! Məni də öz cənnətinə daxil et.
    Allah-təala deyər: Vay sənin halına, ey Adəm övladı! Sən nə qədər tüğyançı və zülmkarsan. Məgər Mənimlə daha bir şey istəməyəcəyinə dair əhd-peyman bağlamadınmı?
    O deyər:
    İlahi! Məni hər şeydən məhrum olmuş bəndələrindən qərar vermə. O hey yalvarar və istəyini dönə-dönə təkrar edər. O qədər yalvarar ki, Allahı gülmək tutub onun cənnətə daxil olmasına icazə verər. Cənnətə daxil olandan sonra ona deyərlər: Allahdan bir şey istə. O da istəyər, Allah-təala da onun istəyini yerinə yetirər. Sonra yenə deyərlər: Bir də istə. O hər dəfə Allah-təaladan bir şey istəyər. Allah-təala da onun bütün istəklərini yerinə yetirər. İstək və arzuları sona çatdıqda Allah-təala ona deyər: "İstədiklərinin iki bərabərini sənə əta edəcəyəm.”
    Müslüm bu hədisi azaçıq fərqlə və başqa bir sənədə isnad edərək nəql etmişdir. Orada deyilir:
    "Allah-təala qiyamət günü xeyirxah və günahkar insanların gözünə tanımadıqları bir surətdə görünüb deyər: Mənəm sizin Rəbbiniz.
    Onlar deyərlər: Səndən Allaha pənah aparırıq! Allah-təala onlardan soruşar: Siz onu hər hansısa bir əlamətləmi tanıyırsınız?
    Cavab verərlər: O öz ayağını bizə göstərərdi. O, belə etdikdə hamı onun müqabilində səcdə edər. Onlardan xalisanə səcdə etməyənlərin üz və arxaları yerlə eyni olar. Onlar bu halda səcdə etmək istəyərlər, amma arxası üstə yıxılıb səcdələrini yerinə yetirə bilməzlər. Sonra səcdədən qalxıb Allahı əvvəlki tanıdıqları şəkildə (surətdə) görərlər.
    Allah-təala onlara xitab edərək deyər: Mənəm sizin Rəbbiniz!
    Onlar cavab verərlər: Bəli! Sənsən bizim Rəbbimiz!
    Sonra cəhənnəm üzərinə körpü qoyular...... (hədisin sonuna qədər).
    Bu hədisin həcmi çox böyükdür, amma Buxari öz kitabında "Nur” surəsini təfsir edərkən onu müxtəsər şəkildə nəql etmişdir.
    Orada deyilir: Əbu Hüreyrə deyir:
    "Peyğəmbərdən bu sözləri eşitdim: Allah-təala məhşərdə ayağını bir anlıq insanlara göstərər və möminlər (istər kişi olsun, istərsə də qadın) Onun müqabilində səcdəyə gedərlər. Yalnız dünyada riya məqSədi ilə səcdə edənlər səcdə etməkdən məhrum olarlar. Onların arxa və ön tərəfləri eyni (düz) olduğu üçün heç bir hərəkət edə bilməzlər.”
    Şəxsi mənfəət üçün belə yanlış hədislər nəql etmək Allah və Onun Peyğəmbərinə iftira yaxmaqdan başqa nə ola bilər?! Məgər Allah maddi bir varlıqdır ki, istədiyi vaxt bir yerdən başqa bir yerə hərəkət etsin, gülsün, hamı ilə danışsın və nəhayət öz ayağını məhşərdə insanlara göstərsin?!
    Şübhəsiz ki, iman əhli bütün bunlara əhəmiyyət verməyir, onların istifadə etdikləri hədis və rəvayətlər Əbu Hüreyrə kimi iftiraçıların nəql etdikləri hədislərdən deyil, əksinə ən mötəbər mənbə və qaynaqlardandır.
    "Bu Peyğəmbər onlara əvvəllər haqq yoldan açıq-aşkar azsalar da– Allahın ayələrini onlara oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara kitabı və hikməti öyrədər”(Cümə surəsi, ayə:2).
    Allah-təalanın görünməsi neçə söz
    Bir çox cümhur alimləri belə bir əqidədədirlər ki, insanlar (möminlər) dünya və axirətdə Allah-təalanı görə bilərlər. Amma axirətdə bu iş mütləq baş verəcəkdir. Allahı yalnız möminlər görər və kafirlər bu feyzdən məhrum olarlar. Onlar (cümhur alimləri) deyirlər: Allah-təalanı bu dünyada da görmək mümkündür, amma bu iş heç vaxt baş tutmayacaqdır.
    Bəzilərinin fikrincə Allah-təalanı qiyamət günü gözlə görmək bir o qədər də çətin olmayacaqdır. Onlar Əbu Hüreyrədən nəql olunmuş hədisə əsaslanaraq deyirlər: Bulud ayın və günəşin qarşısını tutmadıqda onları görmək çox asandır. Allah-təalanı da qiyamət günü görmək eynən belə olacaqdır.
    İcma alimləri* əql və nəql (hədis) ilə müxalifətçilik edən ilk təriqət olmuşlar. Onlar dindən xaric olaraq islam dininin qəti hökmlərini inkar etmişlər.
    Əş”əri təriqəti* ardıçlları deyirlər: Allah-təala özünü möminlərə göstərmək üçün onların gözlərinə xüsusi qüvvə verər. Belə olduqda onlar Allah-təalanı olduğu kimi görərlər. Ümumiyyətlə, möminlərin görmə qabiliyyəti sair insanlardan fərqli olacaqdır.
    Əş”əri məzhəbinin bu əqidəsi qeyri-mümkündür və əql ilə dərk olunmayan bir məsələdir. Bunu yalnız təsəvvür etmək olar.
    3-cü hədis
    Allah ayağını Cəhənnəmə qoymayınca dolmayacaqdır
    Bu hədisi "Səhiheyn”in müəllifləri (Müslüm və Buxari) Əbdürrəzzaqdan, o da Müəmmərdən, o da Həmmamdan, o da Əbu Hüreyrədən və o da Həzrəti Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir:
    "Cənnət ilə cəhənnəm bir-birləri ilə mübahisəyə başlayarlar. Cəhənnəmin şölələnən alovu (özünü öyərək) deyər: Mən səndən daha üstünəm. Çünki zalım və sitəmkar insanlar mənim odumda cəzalandırılacaqlar.
    Cənnət bu sözləri eşidib çox narahat olar və xeyli gileylənər: Nə üçün zəif və düşgün insanlar yalnız mənə daxil olurlar?!
    Allah-təala cənnətə deyər: Mən öz rəhmətimi istədiyim şəxsə şamil edərəm və onlar sənin təbəqələrində sakin olarlar. (Sonra cəhənnəmə deyər:) Sən isə Mənim bəndələrimə verdiyim cəza və əzablar məkanısan. Bəndələrimdən istədiyimi əzaba düçar edər və sənin atəşinə ataram.
    Onların hər birisinin (cənnət və cəhənnəmin) müəyyən tutumu vardır. Amma Allah-təala ayağını cəhənnəmin ortasına qoyub "bəsdir!” deməyincə günahkar və zalım insanlar oraya atılarlar.("Səhihi-Buxari”, 3-cü cild, səh. 127, "Qaf” surəsinin təfsiri; "Səhihi-Müslüm”, 2-ci cild, səh.482; "Zülmkarlar cəhənnəmə, zəif və düşgünlər isə cənnətə daxil olarlar” babı. Müslüm bu hədisi Əbu Hüreyrədən beş müxtəlif mənbədən nəql etmişdir. Əhməd ibni Hənbəl də bu hədisi özünün "Əl-Müsnəd” adlı kitabında 2-ci cild, səh. 3 14. cüz”i fərq ilə nəql etmişdir.)
    Sanki Əbu Hüreyrənin yaşı artdıqca ağlı daha da azalırdı. O, elə güman edir ki, cəhənnəm o qədər böyük və genişdir ki, zalım və günahkarlar oraya atılmaqla dolmayacaqdır və onun dolmağı üçün mütləq Allah-təala ayağını oraya qoyub "bəsdir!” deməlidir. Bir halda ki, Allah-təala onun dolması haqqında Qurani kərimdə bizə belə xəbər verir:
    "Haqqa and içirəm və sözüm də haqdır: cəhənnəmi (kafir, inadkar və zalımlarla) dolduracağam.”
    Əbu Hüreyrə belə işlərdə nə qədər zirək olsaydı da, Allah kəlamının həqiqətini dərk etməkdə çox aciz və biliksiz idi. O, Quranın bu ayəsini dəfələrlə oxumağına baxmayaraq öz şəxsi mənafeyi və yaxud başqa səbəblərə görə hədis uydurmağı hər şeydən üstün tutmuşdur.
    O, bu ayə haqqında bir qədər düşünsəydi görərdi ki, Allah-təala cəhənnəmi bütün insanlarla deyil, yalnız şeytan və onun ardıcılları ilə doldurmağı vƏdə vermişdir və belə bir hədisi uydurmaq əbəs bir işdir.
    Üumiyyətlə, belə bir hədisi qəbul etmək istər dini istərsə də əqli baxımdan qeyri-mümkündür. Allahı pak və münəzzəh bilən hər bir müsəlman Onun üçün əl-ayaq təsəvvür edə bilərmi? Hansı ağıl sahibi bu iddianı edə bilər ki, Allah cəhənnəmin dolması üçün mütləq ayağını onun ortasına qoymalıdır? Belə bir məntiqsiz sözün nə hikməti ola bilər? Cənnət və cəhənnəm bir-birləri ilə hansı dildə danışmışlar? (Daha doğrusu mübahisə etmişlər?) Zalım və sitəmkar insanlara özünün "əsfələssafilin” təbəqəsində əzab verən cəhənnəm hansı müsbət xüsusiyyətləri ilə özünü cənnətdən üstün tutmuşdur? Nəhayət, cənnət müttəqiləri, şəhidləri, peyğəmbərləri, əməli saleh insanları, alimləri və s.) zəif və düşgün adlandıra bilərmi?
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 706 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024