İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:40 PM
    4-cü hədis
    Allah hər axşam dünya asimanına enir
    Müslüm və Buxari bu hədisi İbni Şəhabdan, o da Əbu Əbdullah Əğərdən, o da Əbu Sələmə İbni Əbdürrəhmandan, o da Əbu Hüreyrədən və o da Həzrəti Peyğəmbər(s)-dən belə nəql etmişlər:("Səhihi-Buxari”, 4-cü cild, səh. 68, "Kitabud-dəavat”, "nimeyi-ŞƏban” duası. Həmçinin, 1-ci cild, səh.136, "Kitabul-kusuf” (gecə namazının duası) babı; "Səhihi-Müslüm”, 1-ci cild, səh.258; Əbu Hüreyrədən nəql olmuş hədis.) "Bizim Pərvərdigarımız hər gecə dünya asimanına enir və gecənin axıncı üçdə birində deyir: Məni çağıran şəxsin duasını qəbul edərəm!”
    Bu hədisin Əbu Hüreyrə tərəfindən nəql edilməsi (uydurulması) islam aləmində "mücəssəmə adlı təzə bir firqənin yaranmasına səbəb oldu.
    Onlar belə bir əqidədə idilər ki, Allah-təala cismi (maddi) bir varlıqdır. (Yəni insan kimi müxtəlif bədən üzvlərinə malikdir). Onların səbəbi ilə Hənbəli məzhəbinə etiqadı olanların bəziləri bid”ətçi olub və haqq və yoldan azmışlar. Xüsusilə İbni Teymiyyə cümə günü Dəməşqdəki Əməvi məscidinə gəlib minbərə çıxdı və belə bir xütbə oxudu: "Mən bu minbərə çıxdığım kimi Allah-təala da asimanın uca təbəqələrinə qalxır.” Sonra bir pillə aşağı düşdü. O bu hərəkəti ilə Allahın daimi hərəkətdə olduğunu (yəni yerini dəyişməsini) bildirmək istəyirdi. Orada olan və İbni Zəhra kimi tanınmış Fəqih Maliki onun bu sözləri ilə razılaşa bilməyib etiraz etdi. Camaat isə onu susdurmaq üçün ayaqlarındakı tərlikləri çıxarıb onun başına vurmağa başladılar. Bununla kifayətlənməyib onu hənbəlilərin məşhur qazilərindən olan İzuddin ibni Müslümün yanına apardılar. Qazi onun zindana salınmasını və orada bir neçə şallaq zərbəsi vurmağı əmr etdi.
    5-ci hədis
    Süleyman Peyğəmbər öz atası Davud(ə)-ın hökmünü pozdu
    Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər.("Səhihi-Buxari”, 2-ci cild, səh.166; "Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə idi!” "İsra” surəsinin, 36-cı ayəsinin şərhi; "Səhihi-Müslüm”, 2-ci cild, səh. 57; "Kitabul-əqziyə ixtilaful-muctehidin” babı; "Əl-Müsnəd” (Əhməd ibni Hənbəl), 2-ci cild, səh.322.) Hədisdə deyilir:
    "İki qadının hər birinin bir uşağı olur. Günlərin biri ehtiyatsızlıq üzündən uşaqlardan biri nəzarətsiz qalır və qurd onu parçalayıb yeyir. Onlardan hər biri öz uşağının sağ qaldığını və digərinin uşağının parçalandığını iddia edir, hər biri sağ qalmış uşağa yiyələnmək istəyir. öz aralarında məsələni həll edə bilməyib Davud(ə)-ın yanına gəlirlər. Davud (ə) onları dinləyib yaşca böyük olan qadının xeyrinə hökm çıxarır. Sonra onlar Süleyman(ə)-ın yanına gəlib baş vermiş əhvalatı ona da danışırlar. O, məsələnin nə yerdə olduğunu başa düşüb buyurur: Mənə iti bir bıçaq verin. Qadınlar təəccüblə ondan bıçaqla nə edəcəyini soruşduqda Süleyman (ə) cavab verir: Uşağı iki yerə bölüb hər birinizə uşağın yarısını verəcəyəm. Bunu eşidən (yaşca) kiçik qadın fəryad çəkərək dedi: Allah xatirinə belə etmə, uşaq o qadınındır. Süleyman (ə) bu qadının uşağa olan mehr-məhəbbətini görüb atasının verdiyi hökmün əksinə yeni hökm çıxarır və uşağın kiçik qadına təhvil verilməsini əmr edir.”
    Əbu Hüreyrə deyir: And olsun Allaha! O vaxta qədər bir kəsin bıçağa (sikkin) dediyini görməmişdim və bizlər bıçağa mədyə deyərik.
    Bu hədisə dair bir neçə mühüm məsələ
    1-Allah-təala Davud (ə)-ı peyğəmbərliyə təyin etdi. O, insanlarla xoş rəftar edər və qarşılaşdıqları çətin məsələlərdə ədalətlə hökm çıxarıb onlara kömək edərdi. Quranda onun haqqında belə buyurulur:
    "Ey Davud! Biz səni yer üzündə xəlifə, nümayəndə qərar verdik. İnsanlar arasında haqq və ədalət ilə hökm et.”
    Başqa bir ayədə Davud (ə) belə vəsf edilir:
    "Qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o daim Allaha sığınan bir kimsə idi. Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə Allahı təqdis edib Şəninə təriflər deyərlər. Biz quşları da toplu halında onun ixtiyarına vermişdik, hamı ona tabe idi. Biz onun mülkünü möhkəmləndirmiş, ona hikmət və düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik.”(Sad” surəsi, ayə:17-20)
    "Həqiqətən o, dərgahıma yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.”("Sad” surəsi, ayə:25)
    "Biz peyğəmbərlərin bəzisini digərindən üstün etdik və Davuda Zəbur verdik.”("İsra” surəsi, ayə:55)
    Davud (ə) o şəxsdir ki, Allah-təala ona kitab vermiş və insanları haqqa hidayət etməyi (öz zamanında) məhz ona həvalə etmişdir. O, bütün günahlardan uzaq və pak bir insan idi. Ona xas olan (ilahi) xüsusiyyətlərdən biri də ədalət idi.
    Davud (ə) daim insanların çətinlikləri ilə maraqlanar və mübahisəli məsələlərdə ədalətli hökm çıxarardı. Belə ki, Qurani-kərimdə bu haqda deyilir:
    "Hər kim Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməsə, əlbəttə onlar zalımlardır”.("Maidə surəsi, ayə:45.)
    Oğlu Süleyman da (ilahi) elm və qəzavəti (hökm çıxarmağı) irs olaraq ondan almışdır. O heç vaxt atasının verdiyi hökmün əleyhinə hökm çıxarmamış və dediyi sözün ziddinə bir şey söyləməmişdir. O özü ilahi peyğəmbərlərdən biri idi və təbii ki, atasını hamıdan yaxşı tanıyırdı. Belə bir insan öz doğma atası ilə müxalifətçilik edə bilərdimi?!
    Burada bir incə məsələyə toxunmağı məqSədə uyğun görürük.
    O dövrün qaziləri (hakimləri) bir-birlə-rindən səhv tutmağa və ya digərinin haqsız olduğunu sübut etməyə cəhd göstərməyirdilər. Bu iş yalnız olduqca böyük əhəmiyyət kəsb edən məsələlərdə baş verə bilərdi. Amma o ki, qaldı ilahi peyğəmbərlərə, bu onların ismətindən kənar bir xüsusiyyətdir. Deməli Süleyman (ə) öz atasının verdiyi hökmün əleyhinə heç bir hökm çıxara bilməzdi. Çünki onun başqa bir hökm verməsi Allah-təalaya qarşı etiraz və atasına ehtiramsızlıq olardı.
    2-Hədisdən belə məlum olur ki, Həzrəti Davud(ə)-ın şikayətçilərə verdiyi hökm həzrəti Süleyman(ə)-ın sonradan verdiyi hökm ilə tamamilə ziddiyyəti olmuşdur. Deməli onlardan biri haqlı, digəri isə haqsız olmuşdur. Bu da qeyri-mümkündür, çünki peyğəmbərlər nəinki qəzavədə, hətta adi işlərdə belə, səhvə yol verməzlər. Onların malik olduqları elm adi bəşər elmi deyil, ilahi elm olmuşdur. Bu elm onlara vəhy, mələklər və ilham yolu ilə verilmişdir. Belə nəticəyə gəlirik ki, peyğəmbərlərin (şəri məsələlərdə) səhvə yol verməsi və günah etmələri qeyri-mümkündür.
    "Hər kəs Allahın nazil etdiyi ilə hökm etməzsə, əlbəttə onlar fasiqdirlər (günah-kardırlar).”(Maidə surəsi, ayə: 47.)
    3-Əbu Hüreyrənin dediyinə görə Davud (ə) sanki qadının böyüklüyünə görə onun xeyrinə hökm vermişdir. Belə bir işi Allah peyğəmbərindən yox, savadsız, səfeh və nadan insanlardan gözləmək olar. Allah bütün eyb və nöqsanlardan uzaq olduğu kimi, Onun peyğəmbərləri də günahsız və xətasız olmuşlar.
    4-Həzrəti Süleyman(ə)-ın da yaşca kiçik qadının xeyrinə hökm verməsi qeyri-məntiqidir. Yuxarıda qeyd etdiyimiz kimi peyğəmbərlər yalnız ədalətə əsaslanaraq hökm verərlər və kiminsə və yaxud nəyinsə xatirinə haqqa göz yummazlar.
    5-Əbu Hüreyrə hədisin sonunda deyir: O vaxta qədər bıçaq kəlməsini eşitməmiş-dim və biz həmişə ona (mədyə) deyərdik.
    Ərəb dilindən xəbərdar olanlar çox gözəl bilirlər ki, ərəblər qədim zamanlardan indiyə kimi bıçağa (sikkin) demişlər və hal-hazırda da həmin sözdən istifadə edirlər. Mədyə kəlməsi isə ərəblərin bir çoxuna əsla məlum deyildir.
    İstər ədəbiyyatda, istərsə də gündəlik danışıq dillərində ərəblər sikkin kəlməsindən istifadə edirlər və Əbu Hüreyrənin bu sözü o vaxta qədər eşitməməsi qeyri-mümkündür.
    Maraqlıdır ki, görəsən Əbu Hüreyrə Quran oxuyarkən sikkin sözü olan bu ayəyə rast gəlməmişdimi?
    "O, hər qadına (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi”.(Yusif” surəsi, ayə: 31)
    Əbu Hüreyrə Peyğəmbər(s)-dən nəql etdiyi hədislərdən birində məhz bu kəlmədən (yəni sikkin, bıçaq kəlməsindən) istifadə etmişdir. Hədisdə deyilir: "Camaat arasında qəzavət edən şəxs həqiqətən özünü onların yolunda bıçaqla deyil, öz əməli ilə qurban edir.”
    ***
    Əbu Hüreyrənin bu iki ilahi peyğəmbər haqqında uydurduğu başqa bir hədisdə deyilir:
    "Bir gecə bir şəxsin qoyunları başqa birisinin əkin yerinə girib oranı tamamilə bərbad vəziyyətə salır. Əkin sahibi şikayət üçün Davud(ə)-ın yanına gəlir və əhvalatı ona danışır. Davud (ə) onun şikayətini axıradək dinlədikdən sonra o vaxtın şəri qanunlarına əsasən belə bir hökm verir: "Əkin yerinə dəyən zərər qoyunların qiyməti ilə bərabər olduğu üçün qoyunlar əkin sahibinə verilməlidir.” Elə həmin anda Süleyman(ə)-a vəhy nazil oldu və hökmü belə çatdırdı: "Qoyunlar əkin sahibinə verilməli və əkin yeri qoyun sahibinin ixtiyarına keçməlidir. Əkin yeri özünün əvvəlki vəziyyətinə düşməyincə və zərər ödənilməyincə qoyunlar əkin sahibinin, əkin yeri isə (zərəri ödəmək üçün) qoyun sahibinin ixtiyarında qalmalıdır. Zərər ödənildikdən sonra hər kəs öz malına sahib olmalıdır.”
    Allah-təala belə bir hökm verməklə əkin sahibinə icazə verir ki, qoyunlara malik olmadan onlardan bəhrələnib öz zərərini ödəyə bilsin. Qoyunların sahibi isə belə bir vəziyyətdə yenidən öz heyvanlarına malik olmaq üçün necə olursa olsun, dəyən ziyanı ödəməyə çalışacaqdır. Vəhy Həzrəti Süleymana nazil olduqdan sonra dərhal onu atasına (yəni Davud(ə)-a) bəyan etdi. Davud (ə) da tərəddüd etmədən bu əmri qəbul etdi. Çünki, bu Allah tərəfindən gəlmiş bir əmr idi.
    Həzrəti Davud (ə) və Süleyman (ə) haqqında nəql olunmuş dastanın xülasəsi bu idi. Deməli hər iki əmr Allah tərəfindən nazil olmuşdur və onlar arasında heç bir ixtilaf ola bilməz. Sadəcə olaraq birinci hökm (Həzrəti Davud(ə)-ın verdiyi hökm) sonradan Həzrəti Süleymana nazil olmuş hökm ilə əvəz edilmişdir.
    Aşağıdakı ayəyə diqqət yetirin:
    "(Ya Məhəmməd!) Davudu və Süleymanı yad et! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. Biz məsələnin hökmünü dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də Lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik”.(Ənbiya” surəsi, ayə:77-78)
    Ayədəki
    "Hər birinə elm və hikmət verdik” cümləsinə diqqət yetirsəniz görəcəksiniz ki, hər iki hökm ilahi qanunlar əsasında verilmişdir və hər şeyi bilən Allah şübhəsiz ki, bu əhvalatdan da agah olmuşdur. Amma Əbu Hüreyrənin fikir və əqidəsinə əsasən peyğəmbərlər də ictihad* edərək hökm vermişlər və sair müctehidlər kimi bəzən onların da səhvə yol verməsi tamamilə mümkündür.
    "Onlar Allahı layiqincə tanımadılar”.(Ən”am” surəsi, ayə:91)
    Çünki, onlar zənn və gümana əsaslanaraq ictihad edər, sonra isə öz əməllərini zənnə əsasən həyata keçirərdilər. Onlar hətta qəzavət məsələlərində belə səhvə yol verməyi caiz (mümkün) bilirlər, yəni belə bir əqidədədirlər ki, qazinin səhvə yol verməsi adi bir haldır və bunun üçün onu cəzalandırmaq və ya mühakimə etmək lazım deyildir.
    Amma Qurani Kərim bizə bu haqda tam başqa bir məlumat verir:
    "Hər kəs Alllahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməzsə əlbəttə, kafir-dirlər”.("Maidə surəsi, ayə:44)
    Peyğəmbərlərin elmi yəqinə və dərin hikmətə əsaslanmışdır. Onlar mədrəsə oxumamış və kimSədən dərs almayan şəxslər olmuşlar. Dərs aldıqları məktəb ilahi məktəb, müəllimləri isə Allah-təalanın özü olmuşdur. Onlar ya mələyin (Həzrəti Cəbrayıl(ə)-ın) vasitəsi ilə, ya da arada heç bir vasitə olmadan Allah ilə ünsiyyətdə olmuşlar. Deməli onların səhvə yol verməsi qeyri-mümkündür. O ki, qaldı ictihada, bu, (müəyyən vaxt ərzində müxtəlif şəxslərdən dərs almış) müctehidlərə xas olan bir işdir. Bunu da qeyd edək ki, onların elmi ilahi peyğəmbərlərin elmi ilə müqayiSədə çox naqis və məhduddur.
    Əgər peyğəmbərlərin ictihad etməsi mümkün olsaydı, onda müctehidlər ilə (bəzi şəri) məsələlərdə müxalifətçilik edər və onlar ilə mübarizə aparardılar. Belə olduqda isə onların peyğəmbərlik məqamına xələl gəlmiş olardı. Yox əgər müctəhidlərdən (və yaxud adi insanlardan) biri bu fikrə düşsə, müsəlmanlar onu dindən çıxmış və kafir hesab edərlər.
    Quran, Həzrəti Məhəmməd (s) haqqında bizə belə xəbər verir:
    "O həvayi-nəfs üzündən danışmır, bu, ancaq ona nazil olan bir vəhydir”.(Nəcm” surəsi, ayə:3-4)
    Bu ayənin hökmü digər peyğəmbərlərə aiddir.
    6-cı hədis
    Bir gecədə həzrəti Süleymanın yüz qadınla yatması
    Bu hədisi Müslüm və Buxari Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-in adından nəql etmişdir. Hədisdə deyilir: "Bir gün Süleyman ibni Davud dedi: Bu gecə qadınlarımın yüzü ilə də yatacağam. Qoy onlar mənim üçün Allah yolunda cihad edən (vuruşan) yüz cəngavər dünyaya gətirsinlər. Mələk ona yaxınlaşıb dedi: İnşallah de! Amma Süleyman buna əhəmiyyət vermədi və "inşallah” demədən qadınlarının yanına gedib onlarla yaxınlıq etdi. Qadınlardan cəmi biri doğdu: o da əlil idi. Əgər o gecə Süleyman Mələyin sözünə qulaq assaydı (yəni inşallah desəydi) belə bir müsibət başına gəlməzdi və istəyinə də nail olardı.”
    Bu hədisdə də bir necə sual yaranır:
    1-İnsan nə qədər güc və qüdrətə malik olsa belə, bir gecədə yüz qadınla cinsi əlaqədə ola bilməz. Əbu Hüreyrənin Həzrəti Süleymana aid etdiyi bu iş isə insan təbiətindən xaric və qeyri-mümkün bir işdir.
    2-Həzrəti Süleyman kimi şərəfli bir insanın öz istəyini Allahın iradəsi ilə əlaqələndirməməsi (inşallah deməməsi) qeyri-mümkün və peyğəmbər xislətindən xaricdir. Əbu Hüreyrənin dediyinə görə Həzrəti Süleyman mələyin etdiyi xəbərdarlığa əhəmiyyət belə verməyib öz işini davam etmişdir.
    Allah və Onun mələklərini yalnız nadan və cahil insanlar unudar və bir iş gördükləri zaman "inşallah” kəlməsini dillərinə gətirməyi belə özlərinə ar bilərlər. İnsanları haqqa hidayət edən Həzrəti Süleyman Allahdan qafil ola bilərdimi?! Əbu Hüreyrənin iftiralarından Allaha pənah aparıram!
    3-Əbu Hüreyrə bu hədisi bir neçə yerdə nəql etmişdir və onların hər birində Həzrəti Süleyman(ə)-ın qadınlarının sayını müxtəlif rəqəmlərlə nəql etmişdir. Məsələn "Səhihi-Buxari”də yüz, doxsan, yetmiş, "Səhihi-Müslüm”də altmış və s. Çox maraqlıdır, Əbu Hüreyrənin bütün bu nöqsanlarını görən sadiq tərəfdarları onu nə üzlə müdafiə edirlər?! Çox dərinə getsək bəlkə də onlardan bu sözləri eşidəcəyik: Süleyman bu işi bir neçə dəfə görmüşdür, yəni bir dəfə yüz sonra doxsan və s. və hər dəfə mələk ona xəbədarlıq edir, amma o bütün bunları qulaq ardına vurur və öz bildiyinə davam edir. Güman etmirəm onlar belə bir söz desin, amma əgər (bunu özlərinə borc bilərək) demiş olsalar onda necə deyərlər "artıq onların kitabı bağlanmışdır.”
    El arasında belə bir misal var, deyərlər: "Yalançı unutqan olar.”
    7-ci hədis
    Musa (ə)-ın həzrəti Əzrail (ə)-a sillə vurması
    Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir:
    "Əzrail (ə) Musa(ə)-ın ölüm ayağında olduğu zaman yanına gəlib deyir: Allahın dəvətinə cavab ver! Musa (ə) onun üzünə möhkəm bir sillə vurur və gözünün birini kor edir. Əzrail (ə) Allah-təalanın yanına gəlib gileylənərək deyir: (İlahi!) Məni elə bir bəndənin yanına göndərdin ki, ölümü əsla arzulamayır. O, mənim sözlərimi eşidən kimi möhkəm bir sillə vurub gözümü kor etdi. Allah-təala onun gözünü yenidən özünə qaytarıb dedi: Get o bəndəmə de ki, əgər yaşamaq istəyirsə əlini erkək inəyin üzərinə qoysun. Onun bundan sonra yaşayacağı müddət əlinin altında qalan tüklər qədər olacaqdır.”
    Bu hədis Əhməd ibni Hənbəlin "Əl-Müsnəd” kitabında da nəql edilmişdir. Amma orada bəzi fərqlər mövcuddur. Məsələn: Əzrail hamının yanına aşkar gələrdi, amma (o gün) Musanın yanına gizli gəldi və aldığı zərbədən gözü kor oldu. Hədisin bu hissəsi digər mənbələrdə nəql olunmamışdır.
    Təbəri öz kitabının birinci cildində hədisi olduğu kimi nəql edir və hədisin sonunda deyir:
    "Musa (ə) vəfat etdikdən sonra Əzrail camaat arasına gəldi.”
    Biz bu hədisdə bir neçə müəmma ilə qarşılaşırıq:
    1-Allah-təalanın peyğəmbərliyə təyin etdiyi şəxslər, ən ali insani (əxlaqi) xüsusiyyətlərə malik olmuşlar. Onlar Allahın əmrinə müt”i və tabe olan möminlər (ariflər) olmuşlar.
    2-Peyğəmbərliyə təyin olunan şəxs kiçik günahlardan belə uzaq olardı və onların heç birindən kobud hərəkət gözləmək olmazdı.
    Musa (ə) Ulul-Əzm* peyğəmbərlərdən və şəriət sahibi idi. Bəni-İsrailə Tövratı gətirib onlara (yeni İlahi) dini təlim verirdi.
    Belə bir peyğəmbər, Allaha ən yaxın olan mələklərdən birinə sillə vuraraq gözünü kor edə bilərdimi?! O, ömrünün sonunadək Allaha bəndəlik edib Onun dəvətinə "ləbbeyk”dən savayı cavab vermədi.
    3-Həzrəti Əzrail yalnız Allahın əmrinə tabe idi və məmuriyyət zamanı kimsə ilə məşvərət etməzdi. Məgər onun günahı nə idi ki, Musa (ə) ona sillə vuraraq gözünü kor etsin?!
    Allah-təalanın zatı pak və müqəddəsdir, onun göndərdiyi peyğəmbər və mələklər də əziz (pak) və müqəddəs olmamışdırlar. Məgər biz gecə və gündüz peyğəmbərlə düşmənçilik edən "Fir”on”-lara və "Əbu Cəhl”-lərə lənət oxumuruqmu?! Buna əsas səbəb onların nadanlıq üzündən zehnlərdə yaratdıqları mənfi obraz olmadımı?!
    Allah-təala yaratdığı bütün məxluqata müəyyən miqdarda güc vermişdir. İnsan da bu məxluqatın biri kimi təbii ki, müəyyən güc və qüdrətə malik olmalıdır. Amma onun mələyə sillə vuraraq kor etməsi qeyri-mümkündür. Ümumiyyətlə, mələyin nə vaxtdan gözü oldu ki, sonradan kor olmuş olsun?
    Fərz edək ki, mələyin gözü var idi və həqiqətən də aldığı zərbədən kor olmuşdur. Bəs qisas necə, almaq lazım deyildimi? Çünki Musa(ə)-a nazil olmuş Tövratda qisas haqqında belə deyilir:
    "Biz Tövratda İsrail oğullarına yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burnun qisası burun, qulağın qisası qulaq, dişinki diş və yaralarınkı yaralardır.”(Maidə surəsi, ayə:45)
    Əgər qisas alınmasaydı mələyin haqqı tapdanmış olardı, bu isə ədalətdən uzaqdır. Digər tərəfdən isə Allah-təala Musa(ə)-ı cəzalandırmaq əvəzinə onu daha əziz tutdu və ömrünü (əlinin altındakı tük qədər) uzatdı.
    Bilmirik, nə üçün məhz erkək inəyin tükü Musa(ə)-a deyilmişdir?!
    Yalanla dolu olan bu (maraqsız) nağıllara aqil insan inana bilərmi? Təəssüflər olsun ki, Əbu Hüreyrənin qazdığı bu quyuya çoxları düşmüşdür. Təəssüb hissi onları haqqa göz yummağa və kor-koranə təqlidə vadar etmişdir. Ağılın qəbul edə bilmədiyi şeylərə müxtəlif don geydirmək hələ də onların heç bir müşkülünü həll etməmişdir.
    8-ci hədis
    Musa (ə)-ın üzərinə paltarlarını qoyduğu daşın qaçması
    Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: "İsrail övladları çimərkən tamamilə soyunar və fitədən istifadə etməzdilər. Onlar (çimərkən) bir-birlərinin övrətinə baxdıqları üçün Musa (ə) daim onlardan uzaqda çimərdi. Günlərin biri o su kənarına gəlib çimmək istədi.
    Yəhudilər onu uzaqdan görüb dedilər: And olsun Allaha, bu kişinin övərtində (xayalarında) mütləq bir eyb (şiş) vardır, yoxsa o bizdən uzaqda çimməzdi!
    Musa (ə) paltarlarını soyunub bir daşın üzərinə qoydu. Elə suya girmək istəyirdi ki, daş hərəkətə gəlib qaçmağa başladı. Daş qaçır, Musa (ə) da onu təqib edirdi. Bəni İsrail Musa(ə)-ın övrətinə baxıb deyirdilər: Allah bilir ki, biz onda heç bir eyb görmədik. O, tamamilə sağlamdır. Daş onların yanına çatıb dayandı. Musa (ə) paltarlarını geyinib daşı qəzəblə vurmağa başladı. Əbu Hüreyrə sonra deyir: And olsun Allaha ki, daş yeddi və ya səkkiz yerə bölündü.
    Onun fikrincə "Əhzab” surəsinin 69-cu ayəsi bu hadisə baş verdikdən sonra nazil olmuşdur. Orada deyilir:
    "Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah Musanı onların dediklərindən təmizə çıxardı. O, Allah yanında çox hörmətli qədir-qiymətli idi.”("Əhzab” surəsi, ayə:69)
    Hədis məzmun baxımından ağıl ilə bir neçə cəhətdə ziddiyyətlik təşkil edir:
    1-Böyük ismət sahibi Həzrəti Musanın dilsiz-ağızsız daşın ardınca qaçmağı şübhəsiz ki, onun məqamına xələl gətirə bilərdi.
    2-Həzrəti Musanın cansız daşı vurması Bəni İsrail camaatında ona qarşı mənfi təsəvvür yarada bilərdi.
    Fərz edək ki, daş həqiqətdə qaçmışdır. Belə olduqda Musa (ə) bunu ilahi möcüzə bilib daşı təqib etmək əvəzinə paltarlarının gətirilməsini gözləməli idi. Yuxarıda qeyd etdiyimiz kimi başqalarının onun övrətini görməsi peyğəmbərliyinə və ismətinə xələl gətirə bilərdi. O ki, qaldı daşın hərəkət etməsinə, belə bir hadisə yalnız mühüm işlərin sübuta yetməsi üçün baş verə bilərdi. Məsələn: Günlərin biri Məkkə müşrikləri Həzrəti Məhəmməd(s)-in yanına gəlib ondan bir möcüzə (xurma ağacını hərəkətə gətirməsini) göstərməsini istədilər. (Onlar Həzrəti Məhəmməd(s)-dən həqiqi peyğəmbər olduğuna dair tutarlı bir dəlil istəyirdilər.) Həzrəti Məhəmməd (s) ağaca hərəkət etməyi əmr etdi və ağac Allahın izni ilə yerindən çıxıb onlara tərəf yaxınlaşdı!
    Həzrəti Musa (ə) çimdiyi vaxt necə, hər hansı bir möcüzəyə ehtiyac duyulurdumu? Onun peyğəmbərliyinə Bəni İsrail camaatı şəhadət vermiş və ondan kimsə möcüzə tələb etməyirdi.
    Musa(ə)-ın övrətində eyb olub-olmamasına gəldikdə isə Bəni İsrail bunu başqa yol ilə də öyrənə bilərdilər. Məsələn, qadınlarından söz alaraq Musa(ə)-ın bu və sair sirlərinə agah ola bilərdilər.
    İnsanın bədənində eyb və nöqsanın olması isə adi bir haldır.
    Məsələn, Həzrəti Şüeybin gözləri ömrünün son illərində tutulmuş, Həzrəti Əyyub böyük müsibətə (xəstəliyə) düçar olmuş və s. Deməli, müvəqqəti xəstəliklər və bədən nöqsanları peyğəmbərlərin heç birinə xələl gətirməmişdir. Lakin insanların onlardan uzaqlaşmasına və nifət yaratmasına səbəb olan cismi nöqsanlar (məsələn: çirkinlik, yoluxucu xəstəliklər və s.) heç bir peyğəmbərdə müşahidə olunmamışdır. Əgər onlarda ciddi cismi nöqsan olsaydı ilahi qanunların (cəmiyyətdə) icra olunmasına böyük maneə törədərdi.
    Bütün bunları qoyaq kənara. Əbu Hüreyrədən başqa bu hədis (Bəni İsrail camaatı haqqında) heç bir mühəddis və ravi tərəfindən nəql olunmamışdır. "Əhzab” surəsinin 169-cu ayəsində Bəni İsrailin həzrəti Musa(ə)-a etdikləri əzab-əziyyət haqqında deyilir:
    "Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah Musanı onların dediklərindən təmizə çıxardı. O, Allah yanında çox hörmətli və qədir-qiymətli idi.”
    Əli(ə)-dan və İbni Abbasdan nəql olunmuş hədisdə deyilir: "Bu ayə Bəni İsrail qövmü barəsində nazil olmuşdur. Onlar belə zənn edirdilər ki, Harunu Musa (ə) qətlə yetirmişdir, amma bu ayə nazil olduqdan sonra onun günahsız olduğu bir daha sübuta yetirildi.”
    Başqa bir hədisdə deyilir: Qarun Musa(ə)-ı zindana salmaq üçün müxtəlif bəhanələrə əl atırdı. Günlərin biri o bir qadını vadar edir ki, Musa(ə)-ı necə olursa olsun, bir işdə müttəhim etsin. Amma çox keçmədən həqiqət həmən şəxsin dili ilə hamıya bəyan edilir.
    Mühəddislərdən bəziləri deyir: "Misir camaatı başda Fir”on olmaqla Musa(ə)-ı sehr və cadugərlik kimi şeylərdə müttəhim edirdilər. Bu ayə nazil olduqdan sonra həqiqət aşkara çıxdı.
    "Səhiheyn” müəlliflərinin nəql etdikləri təzadlı hədisləri (yəni məna baxımından bir-birləri ilə zidd olan hədisləri) mütaliə etdikdən sonra oxucuda onlara qarşı belə bir sual yaranır: Görəsən həm peyğəmbərlərin fəzilətləri və həm də Şəninə xələl gətirən hədis nəql etməkdə onların nə məqSədi olmuşdur? Əgər bu iş Allah xatirinə idisə onda ən mötəbər saydıqları şəxslərin nəql etdikləri hədisləri yığmalı və (Əbu Hüreyrə kimi) hədis dəllallarının zəmanənin və siyasətin tələbatına uyğun nəql etdikləri hədisləri öz əsərlərində dərc etməməli idilər. Yox əgər şəxsi mənafeyləri üçün belə ediblərsə daha heç bir şey soruşmaq lazım deyildir!!!
    9-cu hədis
    Qiyamət Günü insanlar şəfaət üçün Adəm, Nuh, İbrahim, Musa və İsa(ə)-ya pənah apararlar, amma onların əlindən heç bir iş gəlməz
    Buxari və Müslüm (həcm baxımından çox böyük olan bu hədisi) Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: "Qiyamət günü Allah bütün insanları bir yerə (məhşərə) yığar. Günəş onlara o qədər yaxınlaşar ki, süstləşərək yerlərində hərəkətsiz qalarlar. Mələklər onlara yaxınlaşıb deyərlər: Bir görün başınıza nə müsibət gəldi! Əcəb bədbəxtçiliyə düçar oldunuz!
    Onlardan (insanlardan) bəziləri deyər: Gərək Adəm(ə)-a pənah aparıb ondan şəfaət istəyək.
    Belə də edərlər, Adəm(ə)-ın yanına gəlib deyərlər: Bütün bəşəriyyətin atası sənsən, Allah səni öz əli ilə yaratdı və öz ruhundan sənə üfürdü. O səni yaratdığı zaman mələklərə əmr etmişdi ki, qarşında səcdə etsinlər. İndi özün görürsən ki, necə böyük müsibətə düçar olmuşuq. Səndən xahişimiz budur ki, Allah-təaladan bizim üçün şəfaət istəyəsən.
    Adəm (ə) onları dinlədikdən sonra deyər: Allahın bu günkü kimi qəzəbləndiyini hələ görməmişdim. O mənə bu ağacın meyvəsindən yeməməyi əmr etmişdi, biz (mən və zövcəm) isə onun əmrindən çıxıb meyvədən yedik. Vay halıma! Vay halıma! Başqa birisinin yanına gedin və ondan şəfaət istəyin.
    Onlar Nuh(ə)-ın yanına gəlib deyərlər: Ey Nuh! Sən yer üzərindəki insanlar üçün göndərilmiş ilk peyğəmbərsən. Allah-təala səni çox şükr edən və qədir bilən bəndə adlandırmışdır. Səndən yalnız bir xahişimiz var: o da bundan ibarətdir ki, Allahdan bizim üçün şəfaət istəyəsən. Düçar olduğumuz bu böyük müsibəti özün görürsən.
    Nuh (ə) da Adəm(ə)-ın dediklərini təkrar edərək deyər: Allah-təala hələ bu günə kimi belə qəzəblənməmişdi. Peyğəmbərlik etdiyim zaman öz qövmümə nifrin (qarğış) etdim və Allah-təaladan onlara bəla nazil etməsini istədim! Vay halıma! Vay halıma! İbrahimin yanına gedin, bəlkə o sizin üçün şəfaət edə bilsin.
    Onlar İbrahim(ə)-ın yanına gəlib deyərlər: Ey İbrahim! Sən Allahın dostu (Xəlilullah) və elçisisən. özün görürsən ki, necə böyük bəlaya düçar olmuşuq. Allah-təaladan bizim üçün şəfaət istə.
    İbrahim (ə) Nuh və Adəm(ə)-ın dediklərini eyni qaydada təkrar edər və sonra deyər: Peyğəmbərlik etdiyim müddət ərzində üç dəfə yalan danışdım, indi özüm Allaha pənah aparıb Ondan şəfaət istəyirəm. Vay halıma! Vay halıma! Ey kaş, yalan danışmayaydım! Musanın yanına gedin, bəlkə o sizin üçün şəfaət edə bilsin.
    Onlar Musa(ə)-ın yanına gəlib deyərlər: Ey Musa! Sən Allahın (yer üzündəki) sevimli peyğəmbərlərindən biri olubsan. O sənin məqamını hamıdan uca tutmuş və səni özünün ən əziz bəndələrindən biri hesab edirdi. Bir anlıq bizə nəzər sal, gör necə böyük müsibətə düçar olmuşuq. Səndən xahişimiz budur ki, Allah-təaladan bizim üçün şəfaət istəyəsən.
    Musa (ə) özündən əvvəlki peyğəmbərlərin dediklərini təkrar edib sonra deyər: (Peyğəmbərlik etdiyim zaman) Allah mənə öldürülməsini əmr etmədiyi bir şəxsi qətlə yetirdim. Vay halıma! Vay halıma! Başqa birisinin yanına gedin və ondan şəfaət istəyin. İsaya pənah aparın, bəlkə o sizin üçün şəfaət edə bilsin. Onlar əlacsız qalıb İsa(ə)-ın yanına gələrlər. Onu gördükdə deyərlər: Sən Allahın ruhusan (Ruhullah—İsa (ə)-ın ləqəbi idi). Hələ bələkdə ikən insanlar ilə söhbət edər, onları haqq yola dəvət edərdin. İndi bizim halımıza yanan bir adam lazımdır, səndən xahişimiz budur ki, Allahdan bizim üçün şəfaət istəyəsən. O da özündən əvvəlki peyğəmbərlərin dedikləri sözləri təkrar edər. Amma o başqalarından fərqli olaraq heç bir günahı etiraf etməz və buna baxmayaraq "Vay halıma! Vay halıma!” deyə-deyə onlardan uzaqlaşar. Gedərkən onlara Həzrəti Məhəmməd(s)-ə pənah aparmağı və ondan şəfaət istəmələrini məsləhət görər. Onlar hamılıqda Həzrət Məhəmməd(s)-in hüzuruna gəlib deyərlər: Ey Məhəmməd! Sən Allahın sonuncu peyğəmbərisən. Bütün ümmətinə (istər özündən əvvəl, istərsə də özündən sonrakılara) şəfaət edərsən. İndi sənə pənah gətirmişik, bizi öz şəfaətindən məhrum etmə!
    Əbu Hüreyrə sonra deyir: Həzrəti Məhəmməd (s) onları dinlədikdən sonra deyər: Allahın ərşi altına gedib orada torpağa səcdə edəcəyəm. Bundan sonra Allah bütün həmd (şükr) qapılarını mənim üzümə açar və mənə belə bir xitab edər: Ey Məhəmməd! Ayağa qalx! İstədiyin hər bir şeyi sənə verəcəyəm və sənin bütün şəfaətini qəbul edəcəyəm. Sonra yerdən qalxıb deyəcəyəm: İlahi! Ümmətimi! Ümmətimi bağışla! Allahdan xitab gələr: İstədiyin hər bir şəxsi cənnətə daxil et. Onlar bu nemətlərdən bəhrələnməkdə cənnət əhli ilə şərikdirlər.("Səhihi-Buxari”, 3-cü cild, səh. 100; "Bəni-İsrail” surəsinin təfsiri "Nuhla birlikdə gəmiyə mindirib apardığımız kəslərin nəsli” babı. "Səhihi-Müslüm”, 1-ci cild, səh. 97, "Kitabul-İman”, Şəfaətin isbatı fəsli; "Müsnədi-Əhməd ibni Hənbəl”, 2-ci cild, Əbu Hüreyrədən nəql olunmuş hədislər.)
    Göründüyü kimi bu hədisdə Ulul-Əzm peyğəmbərlər tənqid və təhqirə məruz qalmışlar. Ən dəhşətlisi isə budur ki, Əbu Hüreyrə bütün bunları hədis adlandırmış və onu Həzrəti Məhəmməd(s)-dən eşitdiyini iddia etmişdir.
    Bir halda ki, dinsiz və müşrik insanlar onların (peyğəmbərlərin) kəramət və fəzilət-lərini etiraf edərək göstərdikləri möcüzələrin qarşısında diz çökmüşlər. Amma təəssüflər olsun ki, özünü müsəlman adlandıran Əbu Hüreyrə cür”ət edərək belə bir nalayiq işi özünə rəva bilmişdir.
    Həzrəti Məhəmməd(s)-dən nəql olunan hədislərdə keçmiş peyğəmbərlərin tarixi, yaşadıqları cəmiyyət, göstərdikləri möcüzələr və s. haqqında dəqiq məlumatlar gəlib çatmışdır. O həzrətdən bizə miras qalan ikinci bir şey onun əxlaq və davranışıdır. Həzrəti Məhəmməd(s)-in məktəbindən bəhrələnmiş hər bir müsəlman Əbu Hüreyrənin uydurduğu hədisləri mötəbər mənbə kimi istifadə və etimad etməməlidir. Çünki onun nəql etdiyi hədislər məntiqsiz olmaqla yanaşı heç bir dəlil və sübuta əsaslanmayır. Bu hədislər nə Quranla, nə də sünnə ilə uyğun gəlməyir və bəzən ziddiyyətlik belə təşkil edir.
    1-Qurani kərimdən məlum olur ki, Həzrəti Adəm (ə) onlara qadağan olunmuş meyvəni yedikdən sonra tövbə etmiş və onun tövbəsi Allah-təalanın (rəhmət) dərgahında qəbul olunmuşdur. Belə olduğu bir halda, Allah-təala yenidən ona qəzəblənə bilərdimi?!
    2-Həzrəti Nuh (ə) kafirlərdən savayı kimsəyə nifrin (qarğış) etməmiş və Allah-təaladan onlardan savayı heç bir qövmü həlak etməsini istəməmişdir.
    3-Həzrəti İbrahim bütün ömrü boyu bir dəfə də olsun yalan danışmadığı bir halda Əbu Hüreyrə utanmadan bu rəqəmi şişirdərək üçə çatdırmışdır! Ümumiyyətlə, yalan danışmaq peyğəmbərlərin xislətindən uzaq bir xüsusiyyətdir.
    4-Həzrəti Musa (ə) Allahın əmr və göstərişini almadan bir kəsi öldürə bilməzdi. öldürdüyü şəxs isə qətli haram olan şəxslərdən deyildi, Musa (ə)-da onu səbəbsiz olaraq şəxsi qərəzlik üzündən qətlə yetirməmişdir. Bütün cüz”i məsələlərdə Allahdan əmr gözləyən peyğəmbərlər (o cümlədən Musa(ə)) gördükləri bütün xeyirli işlərin müqabilində Allah-təala tərəfindən layiqincə mükafatlandırılırdılar.
    "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır.”(Ər-Rəhman” surəsi, ayə:60)
    Peyğəmbərlər Allah dərgahında bizim təsəvvür etdiyimizdən daha ali məqamlara sahibdirlər. Onlar Allah-təalanın ən kamil bəndələri və bəşəriyyəti haqqa hidayət edən şəxslər olmuşlar.
    Qiyamət gününü isə Allah-təala Quranda belə vəsf edir:
    "O gün hər bir görpəsinə süd verən qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın bari-həmliyini yerə qoyar (uşaq salar). İnsanları sərxoş kimi görərsən, halbuki onlar sərxoş deyillər, lakin Allahın əzabı şiddətlidir.”(Həcc” surəsi, ayə:2)
    Belə bir şəraitdə məşvərət etməyə və məsləhətləşməyə vaxt tapmaq olarmı? Deməli Əbu Hüreyrənin nəql etdiyi bu hədis digər hədislər kimi həqiqətdən uzaq və məntiqsizdir. Çünki ana öz doğma südəmər körpəsini atdığı bir zaman insanların (məhşərdə) məsləhət-ləşərək bu peyğəmbərin yanından başqa bir peyğəmbərin yanına getmələri qeyri-mümkündür!
    "O gün insan öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından qaçacaq! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır”.("ƏbəsƏ surəsi, ayə:34-37)
    Peyğəmbərlər qiyamət günü sorğu-sual olunmadıqları üçün ərşdə olduqları bir halda yer üzünün sakinləri ilə necə rabitə bərqərar edə bilərlər?!
    Hamıya məlumdur ki, həzrəti Məhəmməd(s)-in məqamı (Allah dərgahında) digər peyğəmbər-lərin məqamlarından daha üstündür. Onlar bunu bilə-bilə nə üçün ona deyil, digər peyğəmbərlərə pənah aparmış və əli boş qayıtmışlar?
    Nə üçün o peyğəmbərlərdən yalnız həzrəti İsa (ə) Həzrəti Məhəmməd(s)-ə pənah aparmağı məsləhət gördü?
    O biçarə insanlar Həzrəti Məhəmməd(s)-in ümməti idilər, yoxsa başqalarının?
    Əgər onlar o həzrətin ümməti idilərsə, bəs nə üçün digər peyğəmbərlərə pənah aparmışlar?
    Həzrəti Məhəmməd (s) (məhşərdə) təkcə öz ümmətinə (müsəlmanlara) deyil, digər ümmətlərə də (yəhudi, məsihi və s) şəfaət edəcəkdir və kimsəni Allahın izni olmadan şəfaətdən məhrum etməyəcəkdir.
    Çünki o, təkcə müsəlmanların deyil, həm də bütün bəşəriyyətin elçisidir.
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 515 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024