İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:38 PM
    13-cü hədis
    Həzrəti Məhəmməd (s) iki rükətli namazı unudur!
    Buxari və Müslüm kitablarının "Namazda səhv” bölümündə Əbu Hüreyrədən nəql etdikləri hədisdə belə bir mövzuya toxunmuşlar: "Günlərin biri Peyğəmbər (s) dörd rükətli günorta namazını iki rükət qılıb salamları deyərək namazı bitirdi. Sonra məsciddən eşiyə çıxıb əlini kənardakı kiçik dirəyin üzərinə qoyub dayandı. Əbu Bəkr və Ömər də namaz qılanların arasında idilər. Onlar Peyğəmbər(s)-dən çəkinərək bir söz deməyə cəsarət etməyirdilər. Camaat tələm-tələsik Peyğəmbər(s)-in yanına gəlib ondan soruşdular: "Ya Rəsuləllah! Namazı özünüz (bilərəkdən) şikəstə (qısa) qıldınız?
    Peyğəmbər(s)-in Zül-yədəyn adlandırdığı şəxs o Həzrəti səsləyib soruşdu: Ya Rəsuləllah! Yadından çıxdı, ya özün bilərəkdən iki rükətli qıldın?
    Peyğəmbər (s) buyurdu: Nə yadımdan çıxdı, nə də unutdum.
    Bir qədər keçdikdən sonra buyurdu: Yox, unutmuş idim.
    Qalxıb yenidən iki rükət namaz qıldı. Salamları dedikdən sonra təkbir (Allahu əkbər) deyib səcdəyə getdi.”
    Hədisə tutulan bir neçə irad:
    1-Belə bir işi yalnız namaza əhəmiyyət verməyən və qəlbən namaza bağlılığı olmayan şəxslərdən gözləmək olar. Namaza əhəmiyyət verən və qəlbən özünü Allahın hüzurunda hiss edən şəxslərin belə bir səhvə yol verməsi qeyri-mümkündür.
    Peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmməd (s) təkbir deyib namaza başlayarkən bu dünyadan ayrılıb Allahın dərgahına qovuşar, cismən və ruhən Allahın ixtiyarında olardı. Amma Əbu Hüreyrə bütün bunların üzərindən xət çəkir və heç nədən çəkinmədən Peyğəmbər(s)-i ibadətdə ikən səhlənkarlıqda ittiham edir.
    2-Qeyri-mümkün olsa da bir anlıq belə fərz edək ki, bu hadisə elə belə də olmuşdur.
    Məgər onun özü deməyirmi ki, "nə bilərəkdən şikəstə (qısa) qıldım və nə də unutqanlıq üzündən oldu!” Necə olur ki, bu sözləri öz dili ilə iqrar edən bir Allah Peyğəmbəri sonra özü bunu unutduğunu etiraf edərək deyir:
    "Şikəstə qılmadım, sadəcə olaraq unutdum.”
    Bütün müsəlman ümməti belə bir əqidədədir ki, Həzrəti Məhəmməd (s) məsum (günahsız) bir şəxs olmuşdur və onun şəri məsələlərdə belə bir səhvə yol verməsi qeyri-mümkündür. Biz Əbu Hüreyrəni canfəşanlıqla müdafiə edən "din alimlərinƏ və "mühəddislərinƏ belə bir sual veririk: Sizin müdafiə etdiyiniz ravi axı hansı əqidəyə sahib olmuşdur və bu onu belə məntiqsiz hədislər uydurmağa vadar edən hansı (xarici) amillər olmuşdur?
    Peyğəmbər(s)-in eyni zamanda iki müxtəlif və ziddiyyətli söz deməsi onun ismətinə xələl gətirməzdimi? Biz müsəlmanlar bir tərəfdən Peyğəmbər(s)-in məsumluğunu sübut etməyə çalışırıq, digər tərəfdən isə onun adına müxtəlif iftiralar yaxaraq səhlənkarlıqda günahlandırmağa çalışırıq.
    Vay Əbu Hüreyrənin halına! Vay ondan ağız dolusu (yalan hədislər) nəql edən şəxslərin halına!
    3-Əbu Hüreyrənin nəql etdiyi bu hədisdə heç bir dəqiq mətləb nəzərə çarpmayır. O şikəstə qılınan dörd rükətli namazı bəzən "zöhr”, bəzən də "əsr” adlandırmışdır. Məsələn, nəql olunmuş mənbələrdən birində deyilir: "Biz həzrəti Peyğəmbər (s) ilə əsr namazını qılırdıq və o həzrət əsr namazını iki rükət qıldı.”
    Başqa bir yerdə deyir: "Biz Peyğəmbər ilə zöhr namazını qılırdıq və o Həzrət...”
    4-Peyğəmbər(s)-in namazından qalxıb əlini qapının tirinə qoyması, camaatın məsciddən tələm-tələsik çıxması və ondan namazı nə üçün şikəstə qılmasını soruşmaları, Zül-yədəyin Peyğəmbər(s)-dən etdiyi sual "Ya Rəsuləllah, namazı özünüz bilərəkdən iki rükət qıldınız, yoxsa yadınızdan çıxdı” və həzrəti Peyğəmbərin "nə unutdum, nə də şikəstə qıldım” deyərək cavab verməsi, sonra isə əshaba müraciət edərək "Zül-yədəyn düzmü deyir?” soruşması, onların da: Bəli demələri və s. kimi Əbu Hüreyrənin bu kimi uydurmaları(Əbu Hüreyrə başqa bir yerdə belə rəvayət edir: "Həzrət Peyğəmbər öz hücrəsinə (otağına) daxil oldu, sonra camaat tərəfə gəldi.) namazın həqiqi və əsli surətinin aradan getməsinə səbəb ola bilərdi. Halbu ki, müqəddəs İslam şəriətində sübuta yetirilibdir ki, namazın əsli surətinin pozulmasına səbəb olan hər bir şey namazın batil olmasına səbəb olur və belə olduğu bir halda namazın iki rükət qılınmasına əsaslanmaq olmaz. Yəni namaz batil olur və onu yenidən dörd rükət qılmaq lazımdır.
    5-Hədisdə adı çəkilən "Zül-yədəyn” Bəni Zöhrə qəbiləsi ilə əhd-peyman bağlamış Əbu Əmrin oğlu Zül-Şəmaləyndir. O, hicrətin ikinci ilində Bədr döyüşündə şəhid olmuş şəxslərdən biridir və Bəni-Zöhrənin imamı idi Məhəmməd ibni Müslüm də öz əsərində bu mətləbə işarə etmişdir. "Əl-İstiyab” və "Əl-İsabə adlı kitablarda da bu məsələ geniş şəkildə şərh edilmişdir.
    Zül-yədəyn və Zül-Şəmaləynin bir şəxsin adı olduğunu sübut etmək üçün Nəsayidən nəql olunmuş hədislərdən yalnız birinə işarə etmək kifayətdir. Hədisdə deyilir: Əbu Ömərin oğlu Zül-Şəmaləyn Peyğəmbər(s)-ə dedi: "Namazı özünüz (bilərəkdən) şikəstə qıldınız, yoxsa unutdunuz? Peyğəmbər (s) üzünü əshaba tutub soruşdu: Zül-yədəyn nə deyir?
    Hədisin məzmunundan belə məlum olur ki, Zül-yədəyn elə həmən Zül-Şəmaləyn olmuşdur. Bu hədisi daha geniş şəkildə Əhməd ibni Hənbəl özünün "Əl-Müsnəd” adlı kitabında Əbu Sələmədən, o da atası Süleymandan və o da Əbu Xəysəmədən nəql etmişdir. Onların hər ikisi (yəni həm Əbu Ömər və həm də Əhməd ibni Hənbəl) bu hədisi Əbu Hüreyrədən nəql edərək deyirlər: "Həzrəti Peyğəmbər ya zöhr (günorta), ya da əsr (ikindi) namazını iki rükət qıldı.
    Əbu Ömərin oğlu Zül-Şəmaləyn Peyğəmbər (s)-dən soruşdu: Ya Rəsuləllah! Namazı özünüz bilərəkdən iki rükət qıldınız, yoxsa yadınızdan çıxdı? Peyğəmbər (s) əshabdan soruşdu. Zül-yədəyn nə deyir? Onlar cavab verdilər: Bəli, o düz deyir, ya Rəsuləllah!
    Əbu Musa CƏfər Mustəğfəridən bu hədisi belə nəql edir: "Əl-İsabə adlı kitabda Nəzlənin oğlu Əbu Əmrin şərhi-halını yazarkən Kəsirin oğlu Məhəmmədə, o da OvzƏiyə, o da Zühəriyə, o da Müsəyyib oğlu Səid və həmçinin Abdullah oğlu Übeydullah və Əbu Sələməyə istinad edərək Əbu Hüreyrədən belə nəql edirlər: "Həzrəti Peyğəmbər (s) zöhr namazını qılarkən ikinci rükətdən sonra salamları deyib namazını bitirdi. Bəni-Xüzaə qəbiləsindən olan və Bəni-Zöhrə qəbiləsi ilə peyman bağlayan Nəzlə oğlu Əbu Əmr Peyğəmbər(s)-in yanına gəlib soruşdu: Ya Rəsuləllah! Namazı özünüz şikəstə qıldınız, yoxsa dörd rükət qılmaq yadınızdan çıxdı?
    Həzrət Peyğəmbər (s) üzünü əshaba tutub onlardan soruşdu: Zül-Şəmaləyn düzmü deyir?.....” (Hədisin sonunadək).
    Deməli, belə məlum olur ki, Zül-yədəyn Bəni-Zöhrə ilə əhd-peyman bağlamış Əbu Əmrin oğlu həmən Zül-Şəmaləyndir.
    Bu da hamıya məlumdur ki, bu şəxs (Zül-yədəyn) Əbu Hüreyrə islamı qəbul etməzdən əvvəl "Bədr” döyüşündə şəhadətə çatmışdır və onu şəhid edən şəxsin adı Üsamə Cəşəmi olmuşdur. İbni Əbdül-Birr kimi ravilər bu həqiqəti dəfələrlə öz kitablarında qeyd etmişlər.
    Ey ağıl və düşüncə sahibləri! Bir anlıq papağınızı qarşınıza qoyub yaxşı-yaxşı fikirləşin: Əbu Hüreyrə islamı qəbul etməzdən beş il əvvəl şəhid olmuş bir şəxs ilə birlikdə Peyğəmbər(s)-in arxasında namaz qıla bilərdimi??
    İmam Təhavi Əbu Hüreyrəyə bəraət qazandırmaq üçün belə bir bəhanəyə əl atır: "Əbu Hüreyrə hədisi nəql edərkən "biz” deyəndə özünü deyil, orada olan müsəlmanları nəzərdə tutmuşdur (yəni bunu təvazökarlıq üzündən demişdir).” Cavabında biz deyirik ki, sizin gətirdiyiniz dəlil tamamilə səhv və əsassızdır, çünki Müslüm "Səhih” kitabının "namazda səhv” fəslində bu hədisi belə nəql etmişdir: "Əbu Hüreyrə deyir: Mən Peyğəmbər ilə birlikdə zöhr namazını qılırdım. O, dörd rükətli zöhr namazını iki rükət qıldı.”
    Bəlkə, deyəsiz Əbu Hüreyrənin sözləri bu hədisdə məcazi məna daşımışdır?!
    Xeyr! Sadəcə olaraq onlar həqiqətə müxtəlif don geydirmək istəyirlər.
    Əcəb cahil və qanmaz insanlara rast gəlmişik!
    "Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq.”
    14-cü hədis
    Həzrəti Peyğəmbər (s) bəzən günahsızları qırmancla vurar, döyər, söyər və təhqir edərdi!
    Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: Peyğəmbər (s) etdiyi duaların birində buyurmuşdur:
    İlahi! Məhəmməd də bir bəşərdir. Bəzən mən də onlar kimi qəzəblənir və çox sərt oluram. Sən mənimlə əhd-peyman bağladın və Sən heç vaxt öz vƏdənə xilaf iş görməzsən. Hər kimi vurub, döyüb və ya təhqir etmişəmsə, bunu onların kəffarəsi bil və günahlarını bağışla. İlahi! Sən özün onları əfv et və özünün yaxın bəndələrindən qərar ver”
    ***
    Peyğəmbərlər nə qəzəbləndikləri zaman, nə də adi hallarda kimsəni səbəbsiz olaraq nə vurar, nə də təhqir edərlər (və ya lənət oxuyarlar).
    Ümumiyyətlə, peyğəmbərlərin səbəbsiz olaraq (digər insanlar kimi) qəzəblənməsi qeyri-mümkündür. Allah pak və münəzzəh olduğu kimi, Onun peyğəmbərləri də məsum və pak olarlar və bir kəsi döymək, söymək, lənət oxumaq, təhqir etmək onların Şəninə yaraşmaz. Onların söylədikləri hər bir sözdə və gördükləri hər bir işdə dərin hikmət olmuş və vardır.
    Hamıya məlumdur ki, mömin bir şəxsi səbəbsiz olaraq döymək, söymək, qarğış etmək və ya təhqir etmək və s. böyük günahlardan biri hesab olunur və bunlardan birini həyata keçirən hər bir şəxs şəri nöqteyi-nəzərdən günahkar hesab edilir. Həmin şəxs tövbə etməli və haqq yola qayıtmalıdır. Əməli saleh möminlər bu işlərdən həzər etdikləri bir halda Allahın yer üzərindəki sonuncu Peyğəmbəri, bəşəriyyətə insanlıq və ədalət nişanəsi olan Həzrəti Məhəmməd (s) belə böyük bir səhvə yol verə bilərdimi?!
    O özü bu barədə buyurur: "Müsəlmanı söymək, təhqir etmək böyük günahlardan biridir.”
    Əbu Hüreyrənin Peyğəmbər (s) haqqında nəql etdiyi başqa bir hədisdə deyilir: Əshab Peyğəmbər(s)-ə dedilər:
    Ya Rəsuləllah! Müşriklərə qarğış et!
    Həzrəti Məhəmməd (s) buyurdu: Mən nifrin etmək üçün deyil, bəşəriyyətə rəhmət olaraq peyğəmbərliyə göndərilmişəm (yəni onları günah işlərdən çəkindirib Allahın rəhmət dərgahına qovuşdurmaq üçün peyğəmbərliyə göndərilmişəm).
    Kafirlərə qarşı belə bir münasibətdə olan həzrəti Məhəmməd (s) öz yaxın adamlarına qarşı kobudluq edə bilərdimi?
    Həzrəti Peyğəmbər(s)-dən nəql olunmuş başqa bir hədisdə deyilir: "Nifrin edən və lənət oxuyan şəxslər qiyamət günü nə şəfaət olunarlar, nə də şəhadət verərlər.”
    Abdullah ibni Ömər Peyğəmbər (s) haqqında belə deyir: Peyğəmbər söyüş söyən və nalayiq sözlər deyən bir şəxs deyildi. O həmişə deyərdi: "Sizin ən yaxşınız gözəl əxlaqa malik olanınızdır.” Ənəsdən rəvayət olunmuş hədisdə deyilir: "Peyğəmbər (s) heç vaxt başqalarına lənət oxumazdı və kimsəni təhqir etməzdi.” Əbuzər Həzrəti Məhəmməd (s) peyğəmbərliyə təyin olunduqdan sonra qardaşına dedi:
    Atını min və dərin mənalı sözlər eşitmək üçün onun yaşadığı məhəlləyə gəl. (Qardaşı) evə qayıtdıqdan sonra dedi: O böyük əxlaqa malikdir. Fərman verdiyi şəxslər ilə də çox mehribanlıqla rəftar edir.
    Abdullah ibni Ömər deyir: Çalışırdım ki, Peyğəmbər(s)-in söylədiyi hər bir şeyi yazıb gələcək nəsillərə çatdırım, amma Qureyş camaatı məni bu işdən uzaqlaşmağa vadar edirdilər. Onlar mənim bu işimə irad tutaraq deyirdilər: Məgər bilməyirsən ki, Peyğəmbər (s) bəzən qəzəbli, bəzən də aram (sakit) olur?
    Mən bir müddət bu işdən əl çəkdim. Günlərin biri Peyğəmbər(s)-in yanına gedib əhvalatı ona danışdım. Peyğəmbər (s) məni dinlədikdən sonra barmağı ilə ağzına işarə edib dedi:
    Yaz! And olsun Allaha ki, buradan (yəni ağzımdan) həqiqətdən başqa bir şey xaric olmayır.”
    Əmr ibni Şueyb atasından və o da öz babasından nəql etdiyi rəvayətdə deyir: Ya Rəsuləllah! Sizdən eşitdiyimiz hər bir sözü kağız (dəri) üzərinə köçürəkmi? Buyurdu: Bəli. Soruşdum: Xoşhal və qəzəbli hallarda söylədiklərinizidəmi? Buyurdu: Bəli, mən hər bir halda olsam, həqiqətdən başqa bir şey deməyirəm.
    Ayişədən Peyğəmbər(s)-in əxlaqı və davranışı haqqında soruşduqda belə cavab verərdi: Bu vaxta qədər heç Quran oxumusunuzmu? Cavab verirlər: Bəli. Sonra Ayişə deyərdi: Onun əxlaqı və rəftarı Qurandır.
    Ayişənin belə bir cavab verməsi heç də təəccüblü deyildir. Çünki o, illər boyu Peyğəmbər (s) ilə birlikdə yaşamış və onun Qurana nə qədər bağlı olduğunu hamıdan yaxşı dərk edə bilmişdir.
    Həzrəti Məhəmməd (s) Quranın qadağan etdiyi şeyləri hamıdan əvvəl özünə haram edər, əmr etdiyi şeyləri isə təxirə salmadan yerinə yetirərdi. Bəşəriyyəti haqqa və ədalətə hidayət edən Həzrəti Məhəmməd (s) Quranla yaşayır və hər zaman ona müraciət edərək mənən qidalanırdı.
    O böyük insanın əxlaqını dərk etmək üçün aşağıdakı ayələrə diqqət yetirin:
    "Mömin kişiləri və (möminə) qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər şübhəsizdir ki, öz əllərinə açıq-aydın bir günah götürmüşlər.”(Əhzab” surəsi, ayə:58)
    "O şəxslər ki, günahlardan və rəzil işlərdən çəkinər və (birinə) qəzəbləndikləri zaman onun günahlarını bağışlayalar.”(Şura” surəsi, ayə:37)
    "(Müttəqilər o kəslərdir ki,) bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.”("Ali-İmran” surəsi, ayə:134)
    "(Allahın layiqli bəndələri o kəslərdir ki,) cahillər onlara söz atdıqları (xoşları gəlməyən bir söz dedikləri) zaman onlarla gözəl, yumşaqlıqla danışarlar.”("Furqan” surəsi, ayə:63)
    "Sən pisliyi yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, xətaya bağışlamaqla cavab ver!) Belə olduqda, aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən.”(Fussilət” surəsi, ayə:34)
    "İnsanlarla xoş danışın.”(Bəqərə surəsi, ayə:83)
    "Yalan sözlərdən də çəkinin.”("Həcc” surəsi, ayə:30)
    "Həddi aşmayın, doğrudan da Allah həddi aşanları sevməz.”("Maidə surəsi, ayə:87)
    "Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda biz nə üçün Ona təvəkkül etməməliyik?! Bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!”.("İbrahim” surəsi, ayə:12)
    "Sizdən əvvəl kitab verilmiş kimsələrdən və Allaha şərik qoşanlardan çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib, Allahdan qorxsanız, əlbəttə, bu məqSədə müvafiq işlərdəndir.”("Ali-İmran” surəsi, ayə:186)
    "Sənə tabe olan möminləri qanadının altına al!”("Şüəra” surəsi, ayə:215)
    "(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin yanından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et!”(Ali-İmran” surəsi, ayə:159)
    Budur həzrəti Məhəmməd(s)-in həyatı!
    Həzrəti Məhəmməd(s)-in əxlaqını bəyan edən bir neçə hədis:
    1-”Sizin ən güclünüz o şəxsdir ki, qəzəbləndiyi zaman özünü idarə edə bilsin.”
    2-”Nəzakət və mehribanlıqdan məhrum olan şəxs xeyir əməllərdən bəhrələnməz.”
    3-”Allah yaxşılıq edənləri və xeyir əməl sahiblərini sevəndir. Mehriban və nəzakətli insanlar Allahın ən sevimli bəndələridirlər. İlahi nemətlərdən bəhrələnən də məhz onlardır.”
    4-”Müsəlman o şəxsdir ki, başqaları onun dilindən və əlindən amanda olsunlar.”
    Allah-təala Peyğəmbər(s)-i Qurani kərimdə belə vəsf etdiyi bir halda:
    "Doğrudan da sən böyük əzəmətli bir əxlaq sahibisən!”(Qələm” surəsi, ayə:4)
    O, günahsız və heç bir təqsiri olmayan şəxslərə qarşı kobudluq edərək, onların haqlarını tapdalaya bilərdimi?!
    Əbu Hüreyrənin yalan və iftiralarından Allaha pənah aparıram!
    "Onlar Allahı layiqincə tanıyıb qiymətləndirmədilər. Belə isə səbr etmək gözəldir. Allah sizin dediyiniz işlərdə mənim kömək yerimdir.”
    Əbu Hüreyrə bu hədisi uydurmaqda iki mühüm məqSəd güdmüşdür:
    1-Müaviyənin və Əbul Asın ailəsi ilə daha sıx əlaqə bərqərar edib gələcək planlarını asanlıqla həyata keçirmək.
    2-Həzrət Məhəmməd(s)-in münafiqlər haqqında buyurduğu hədisi qüvvədən salaraq müsəlmanların nəzərindən uzaqlaşdırmaq.
    Həzrəti Məhəmməd (s) özündən sonrakı nəsilləri Bəni-Üməyyənin cinayətlərindən agah etmək üçün onlara lənət oxuyar və nifrin edərdi.
    Əbu Hüreyrə isə Bəni-Üməyyə münafiqlərini cəmiyyətdə məsum və mömin şəxslər kimi tanıtmaq üçün, onların Şəninə müxtəlif mövzularda hədis uyduraraq xilafəti özündən razı salmağa çalışırdı. Az da olsa, o bu istəyinə nail oldu, amma həqiqət həqiqət olaraq qalır.
    Günlərin biri həzrəti Məhəmməd (s) yuxuda görür ki, Həkəm ibni Əbul Asın övladları onun minbərinin üstündə meymun kimi atılıb-düşür və məscidə daxil olan şəxsləri qovaraq geri qaytarırlar. Həzrəti Məhəmməd (s) bu yuxunu gördükdən sonra ömrünün sonunadək bir daha üzü gülmədi.
    "(O gecə) sənə göstərdiyimiz yuxunu və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tuğyanını artırmaqdan başqa bir iş görmür.”("İsra” surəsi, ayə:60)
    Allah-təala Peyğəmbər(s)-i əməvilərin gələcəkdə törədəcəkləri cinayətlərdən agah etdi. Xilafətin qəsb edilməsi (zorla ələ keçirilməsi), Peyğəmbər(s)-in övladlarının onlar tərəfindən qətlə yetirilməsi, cəmiyyətdə fitnə-fəsadın geniş şəkildə artması və sair məsələlər məhz əməvi sülaləsinin xilafəti dövründə meydana çıxdı. Bütün bunlara əvvəlcədən agah olan həzrəti Məhəmməd (s) ömrünü qəm-qüssə içində başa vurdu ki,
    "Həlak olan aşkar bir dəlillə həlak olsun, sağ qalan da aşkar bir dəlil üzündən sağ qalsın.”("Ənfal” surəsi, ayə:42)
    Bir neçə misal:
    Günlərin biri Həkəm ibni Əbul As Peyğəmbər (s)-in yanına gəlib ondan hər hansı bir iş üçünsə icazə istəyir. Peyğəmbər (s) üzünü çevirib buyurur: "Ona icazə verin və bilin ki, hər kim onların yolunu davam etsə Allahın lənət və qəzəbi onlara şamil olar. Onlar bu dünyada var-dövlət və məqam sahibləri olsalar da, axirətdə böyük və rüsvay edici əzaba düçar olarlar. Onlar hiyləgər və şər insanlardır.”
    Başqa bir hədisdə deyilir:
    "Əbul Asın övladlarının sayı otuza çatdıqda beytül-malı* öz aralarında istədikləri kimi bölər (və ondan sui-istifadə edərlər). Onlar Allahın dinindən sui-istifadə edərək insanlara əzab-əziyyət verməkdən çəkinməzlər.”
    "Bəni-Üməyyə övladlarının sayı qırxa çatdıqda Allahın bəndələrini fitnə-fəsada sövq edər və onların var-dövlətinə zorla sahib olarlar. Onlar hədlərini o qədər aşarlar ki, Allahın kitabını istədikləri kimi mənalandırar və öz mənafeylərinə uyğun olan tərzdə təfsir edərlər.”
    Peyğəmbər(s)-in zamanında dünyaya təzə gəlmiş uşaqlara xeyir-dua etmək üçün o həzrətin yanına gətirirdilər. Günlərin biri Mərvan Həkəm təzə dünyaya gəlmiş uşağına xeyir-dua etmək üçün Peyğəmbər(s)-in yanına gətirirlər.
    Peyğəmbər (s) uşağın üzünə baxıb buyurdu: "Bu uşaq özü heyvandır, heyvandan da törənmişdir. özü də, atası da məl”undur (Allah lənətinə kəlmişdir.)”
    Ayişədən nəql olunmuş hədisdə deyilir:
    "Peyğəmbər (s) (birinci dəfə) Mərvanın atasına (Həkəmə) lənət oxuduğu zaman Mərvan hələ atasının sülbündə idi. (Sonra deyir:) Mərvan da Allahın lənətinə gəlmiş şəxslərdəndir.
    Şəbi, Zübeyrin oğlu Abdullahdan nəql etdiyi hədisdə deyir: "Allah Peyğəmbəri (s) Həkəmə və onun övladına (Mərvana) lənət oxumuşdur.”
    Bunu da qeyd etmək lazımdır ki, bu məzmunda nəql olunmuş hədislərə həm sünnü, həm də şiə mənbələrində rast gəlmək olur.
    (Belə hədislərə mütəvatir hədislər deyilir.) Hakimin "Müstədrəküs-səhiheyin” adlı kitabına müraciət etməklə bu mövzuya toxunan kifayət qədər hədis və rəvayət əldə etmək olar. O, kitabının "Əl-fitən vəl-məlahim” fəslində "düşüncə sahiblərinin işi iblağdır” (təbliğ etmək) hədislərindən sonra deyir: "Elm sorağında olan şəxslər bilməlidirlər ki, bu fəsildə bəyan etdiyim hədislər bu mövzu haqqında mövcud olan rəvayətlərin üçdə birini belə təşkil etmir. Bəni Üməyyənin törətdikləri fitnə-fəsad islam ümmətinin qarşılaşdığı və sonralar ona aludə olduğu ilk fitnə-fəsadlar olmuşdur.”
    Hakim sonra deyir: "Kitabı yazarkən onların tarix boyu törətdikləri cinayətlərə göz yuma bilmədim və onları öz əsərimdə bəyan etdim.”
    Həddindən artıq azğınlaşan Bəni Üməyyə cəmiyyətdə fitnə-fəsad törətməklə yanaşı lənətlənmiş İbni Əbul Ası həzrəti Peyğəmbər(s)-dən belə üstün və onun məqamını hamıdan uca tutmağa çalışırdılar.
    Onlar həmən kəslərdirlər ki, Təbuk* döyüşündən qayıtdıqdan sonra Peyğəmbər(s)-ə sui-qəsd hazırlamaq fikrinə düşüb, müxtəlif tədbirlərə əl atdılar. Elə bu səbəbdən də Həzrəti Məhəmməd (s) onların bu niyyət-lərindən agah olub öz ümmətini gələcəkdə qarşılaşacaqları xətərdən agah etmək üçün Bəni Üməyyəyə və digər münafiqlərə lənət və nifrin etdi.”
    15-ci hədis
    Namaz qılarkən şeytanın həzrəti Peyğəmbər(s)-in gözünə görünməsi
    Buxari və Müslüm bu hədisi birbaşa Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir:
    "Həzrəti Peyğəmbər (s) namazını qılıb qurtardıqdan sonra əshabın yanına gəlib dedi: Namaz qıldığım zaman Şeytan gözlərim önündə canlanmağa başladı və namazımı batil etmək üçün çox sƏy etdi, amma o buna nail ola bilmədi. Allah mənə qüvvət verdi və onu özümdən dəf edə bildim. Sonra onu məscidin sütunlarından birinə bağlamaq istədim ki, məscidə gələn hər bir kəs ona lənət oxusun. Amma birdən Süleyman(ə)-ın dediyi bu söz yadıma düşdü: İlahi! Səndən kimsəyə nəsib etmədiyin bir var-dövlət istəyirəm.”("Səhihi-Buxari”, 1-ci cild, səh.143, "namazda icazə verilən şeylər” fəsli.)
    Peyğəmbərlərin ismətinə xələl gətirən belə hədislərin uydurulması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Çünki, onlar daim peyğəmbərlərdə nöqsan axtarar və dinə (bütün ilahi dinlərə) ləkə yaxmaq istərlər.
    Biz müsəlmanlar isə bu əqidədəyik ki, Şeytanın namaz vaxtı Peyğəmbər(s)-in gözləri önündə canlanıb, namazını batil etməyə cəhd göstərməsi mahal və qeyri-mümkündür. Allah-təala Qurani Kərimdə bu mətləbi belə bəyan edir: (Şeytana buyurur:)
    "Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində, onları yoldan çıxarıb günaha vadar etməyə sənin heç bir hökmün olmaz.”
    Dünya müsəlmanları arasında məzhəb ixtilaflarının olmasına baxmayaraq, onlar bir çox əqidəvi məsələlərdə eyni fikir və düşüncəyə əsaslanırlar. Bu məsələlərdən biri də Peyğəmbər(s)-in həyatında baş vermiş hadisələr ilə əlaqəlidir. Belə ki, Həzrəti Məhəmməd (s) dünyaya gəldiyi zaman Şeytan yerindəcə donub qalmış və azacıq hərəkətdən belə məhrum olmuşdur.("Səhihi-Müslüm”, 1-ci cild, səh.204; "Namaz qılarkən Şeytana lƏnət oxunma” fəsli. Həmçinin Əhməd ibni Hənbəl, "Əl-Müsnəd”, 2-ci cild, səh.298. Əbu Hüreyrədən nəql edilmiş hədis.)
    O həzrət peyğəmbərliyə təyin edildiyi zaman onu (şeytanı) vəhşət bürüyüb qorxu içinə düşmüş, hicrət etdiyi və müşriklər üzərində qələbə çaldığı zaman isə üzü üstə yerə yıxılaraq xar və rüsvay olmuşdur. O bütün bu hallarda duz suda əriyib yoxa çıxdığı kimi sanki məhv olur və yenidən yaranırdı.
    Həzrət Məhəmməd (s) namaz qılarkən onun pak vücudundan asimana nur ucalar və bəşəriyyəti günahlardan çəkinməyə sövq edərdi. O, namaz qılarkən ətraf mühitdən tamamilə ayrılıb öz məhbubuna (Allaha) qovuşar və Onunla raz-niyaz edərdi:
    "(Ya Məhəmməd!) Quran oxumaq istədiyin zaman qovlmuş Şeytandan Allaha sığın ("əuzu billahi minəş-şeytanir-rəcim”sözlərini de.)”(Nəhl” surəsi, ayə:98)
    Həzrəti Peyğəmbər (s) Şeytanın şərrindən Allaha pənah aparar və Allah da onun istədiyi bütün duaları müstəcab edərdi. O ki, qaldı Şeytana, o özü əməli saleh Allah bəndələrini yoldan azdıra bilməyəcəyini etiraf etmişdir. Amma bütün bunlara baxmayaraq xurafata uyan bəzi cahil insanlar belə nalayiq xüsusiyyətləri Həzrət Məhəmməd (s) kimi şərəfli insana aid etməyə çalışırlar. Əbu Hüreyrə özü bu haqda nəql etdiyi başqa bir hədisdə deyir: "Şeytan azan verən hər bir müsəlmanın səsini eşitcək ona üz çevirər və qəzəbindən dözə bilməyib uca səslə fəryad edər.”
    Üzümüzü Əbu Hüreyrəyə tutub soruşuruq: "Hər bir müsəlmanın oxuduğu azandan qaçan Şeytan ibadətdə ikən Allah dərgahına qovuşan və Onunla birbaşa rabitədə olan Həzrəti Məhəmməd(s)-i sapındıra bilərdimi?!Əsla!
    "Həqiqətən iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir.”(Nəhl” surəsi, ayə:99-100)
    Əgər bu ayə haqqında soruşsanız:
    "Əgər sənə Şeytandan, bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz, Allah hər şeyi eşidən və biləndir.”(Əraf” surəsi, ayə:200)Cavabında deyəcəyik:
    Allah-təala Həzrəti Məhəmməd(s)-ə əta etdiyi əxlaq və ədəb qaydalarını xəlq etdiyi mələklərin və göndərdiyi peyğəmbərlərin heç birinə verməmişdir.
    O, peyğəmbərliyə təyin edildiyi zaman mələklər bütünlüklə onun qarşısında səcdəyə gedib Şəninə tərif dedilər.
    Həzrət Peyğəmbər (s) Quranın əmr etdiyi bütün göstərişləri həyata keçirdi və haram etdiyi hər bir şeyi ilk növbədə özünə və sonra başqalarına haram və ya qadağan etdi.
    O səbəbsiz olaraq nə bir söz deyər, nə də bir iş görərdi; gördüyü hər bir işi dərin hikmətə əsaslanırdı.
    Bir qədər əvvəl Peyğəmbər(s)-in əxlaqını vəsf edən bu ayəyə işarə etdik:
    "Sən pisliyi yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, xətaya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən.”(Fussilət” surəsi, ayə:34)
    Ən gözəl əxlaq normalarına malik olan həzrəti Məhəmməd (s) öz nadan qövmünü belə unutmayır və Allahdan onların bağışlanmalarını istəyir. O Həzrət etdiyi duaların birində buyurur: "İlahi! Mənim qövmüm nadan və cahildir. Sən onları düz yola istiqamətləndir. Sən onları hidayət et.” Allah-təala onun duasını müstəcab etdi: Məkkənin fəthi zamanı tək onun qövmünü deyil, həm də bütün ərəb qəbilələrini vahid bir ümmətə çevirdi. Bu ümmətin adı "İslam ümməti” idi.
    Məkkənin fəthindən sonra Peyğəmbər belə bir bəyanat verdi: "Əbu Süfyanın evinə daxil olan hər bir şəxs əmin-amanlıqda və toxunul-maz olacaqdır.”
    Əbu Süfyan müsəlman olmazdan əvvəl Peyğəmbərin ən sərt və qatı düşmənlərindən biri idi. O daim müsəlmanlara əzab-əziyyət edər, onları yurd-yuvalarından didərgin salardı. İslamın zühur etdiyi elə ilk illərdə dəfələrlə onlarla müharibə edərək çətin iqtisadi vəziyyətdə yaşamağa vadar etmişdi.
    Amma bütün bunlara baxmayaraq Peyğəmbər (s) onu bağışladı və onun evini əmin-amanlıq yeri elan etdi.
    "Əraf” surəsinin 199-200-cü ayələrində deyilir:
    "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa) Allaha sığın, şübhəsiz ki, Allah (hər şeyi) eşidən və biləndir.”
    Bütün çətinliklərində Allaha pənah aparan Həzrət Məhəmməd (s) bunu öz əshabına da dəfələrlə tövsiyə edərdi: (Allaha pənah apar) yəni bütün işlərini Ona həvalə et və yalnız Ondan kömək gözlə. Çünki, Şeytanın vəsvəsəsinə düçar olan hər bir şəxs cahil və nadan insanların təsiri altına düşər və zaman keçdikcə onlardan birinə çevrilər.
    Bütün dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, Əbu Hüreyrənin nəql etdiyi bu hədis tamamilə yalan və uydurmadır. Ravilər belə hədisləri öz kitablarında nəql etməkdə nə məqSəd güdmüşlər? Onu bir Allah bilir!
    Əgər "Həcc” surəsinin 52, 53 və 54-cü ayələri haqqında soruşsanız, orada deyilir:
    "Ya Məhəmməd! Biz səndən əvvəldə (şəriət sahibi olan) elə bir Rəsul və elə bir nəbi (Peyğəmbər) göndərmədik ki, o hər hansı bir şeyi arzu etdikdə Şeytan onun arzusuna, diləyinə vəsvəsə yolu ilə bir xələl qatmasın!”
    Yaxud o ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində bir fikir təlqin etməsin! Lakin Allah Şeytanın vəsvəsəsini batil puç edər. Sonra isə Allah öz ayələrini möhkəmlədər. Allah hər şeyi bilən və hikmət sahibidir.
    (Şeytanın bu hərəkətlərinə imkan verilməsi ona görədir ki,) Allah Şeytanın vəsvəsəsini qəlblərində xəstəlik (nifaq və şəkk xəstəliyi) və ürəkləri qatı sərt olanlar (müşriklər) üçün bir sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalimlər (münafiqlər, müşriklər və kafirlər) haqdan uzaq bir ixtilafdadırlar. (Bu həm də ona görədir ki,) elm verilənlər, elmə çatanlar bilsinlər ki, haqq sənin Rəbbindəndir.”
    Cavabında deyəcəyik:
    Həzrəti Məhəmməd (s) və digər ilahi peyğəmbərlər Allahın narazılığına səbəb olan bütün işlərdən uzaq olmuşlar. Onların gördükləri bütün işlər Allahın iradəsi ilə həyata keçərdi. Allahın sonuncu Peyğəmbəri Həzrəti Məhəmməd (s) isə qeyd etdiyimiz kimi ən gözəl əxlaqa malik olan dahi bir şəxsiyyət idi. Onun gördüyü bütün işlər islam dininin xarici misdaqına çevrilər və müsəlmanlar üçün bir qanun olardı.
    Şeytanın sadiq bəndələrinə çevrilən Əbu Ləhəb və Əbu Cəhl kimi daş ürəkli şəxslər isə Həzrət Peyğəmbər(s)-in dəvətinə göz yumar, ömürlərini cəhalətdə başa vurardılar.
    Peyğəmbər (s) müsəlmanlardan Allaha sidq ürəklə bəndəlik etməyi və nifaqdan uzaqlaşıb Şeytan kimi iki üzlü olmamağı tələb edirdi.
    Onların (müsəlmanların) batinlərini zahirləri kimi görmək istəyən Həzrət Peyğəmbər (s) daim müsəlmanlar arasında olar və onları ixlasa (Sədaqətliyə, düzlüyə) çağırardı.
    O öz ümmətinin bütünlüklə haqqa hidayət olmalarını və bu yoldan heç vax uzaqlaşmamalarını istəyirdi. Onun ən böyük arzusu bu idi ki, bütün müsəlmanlar Qurana tabe olub onun sünnətini davam etdirsinlər. Amma təəssüflər olsun ki, ümmətin əksər bir hissəsi haqq yoldan azıb Şeytanın vəsvəsəsinə düçar oldular. Onların arasında ixtilaflar yaranmağa başladı və çox keçmədən bu ixtilaflar millətlər arası (və ya məzhəblər arası) qarşıdurmaya səbəb oldu.
    Şeytan onların çirkin əməllərini və dünyanın müvəqqəti ləzzətlərini onların gözləri önündə gözəlləşdirdi və müxtəlif yollarla onları özünə tabe etdi. Onlar Şeytanın əsarəti altına keçdikdən sonra daha heç bir mübarizəyə və batini cihada (cihadi əkbərə – ən böyük cihada) fikir vermədilər. Peyğəmbər (s) ümmətinin belə acınacaqlı hala düşdüyünü görüb dərin iztirablar keçirər və gecəni sübhədək (narahatçılıqdan) oyaq qalardı. Belə bir çətin vəziyyətdə Peyğəmbər(s)-ə toxtaqlıq olsun deyə Allah-təala tərəfindən bir neçə ayə nazil oldu:
    "(Ya Məhəmməd!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o xələl qatmasın. Lakin Allah Şeytanın vəsvəsəsini batil (yox) edər.”("Həcc” surəsi, ayə:52)
    Allah tərəfindən yer üzündə yaşayan insanlara göndərilmiş peyğəmbərlərin ən ümdə vəzifələri bəşəriyyəti haqqa hidayət etmək və günahdan çəkindirmək (yəni Şeytanın vəsvəsəsindən uzaq etmək) olmuşdur. Onlar cəmiyyətdə əmin-amanlıq yaratmaq üçün hətta iki nəfər şəxsin arasında olan ixtilafı belə həll etməyə çalışardılar. Peyğəmbərlər cəmiyyətdəki fitnə-fəsadın qarşısını nisbətən alsalar da onun kökünü tamamilə kəsə bilmədilər. İnsanlarla peyğəmbərlər arasında olan rabitə azaldıqca cəmiyyətdəki pozğunluq və sabitsizlik daha da artırdı. Hərc-mərclik çoxalır, cəmiyyətdə bir çox məzhəb, təriqət və firqələr yaranmağa başlayırdı. Məsələn, Musa(ə)-ın ümməti yetmiş bir, İsa(ə)-ın ümməti yetmiş iki firqəyə bölündü.
    Tarix boyu peyğəmbərlər bu ictimai çətinliklərlə qarşılaşmış, amma onun kökünü cəmiyyətdən tamamilə kəsə bilməmişlər. İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) də digər peyğəmbərlər kimi bu çətinliklərlə qarşılaşdı. O daim iztirab keçirər və öz ümmətinin qeydinə qalardı. Allah-təala bu ayəni Peyğəmbər(s)-ə nazil etməklə onu ictimaiyyətin bu yaralı yerindən agah etdi:
    "Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərin adəti (sünnəti) kimi (onların dövründə də belə etmişdik) sən bizim adətimizdə, yolumuzda bir dəyişiklik tapa bilməzsən.”("İsra” surəsi, ayə:11)
    Peyğəmbər (s) bəşəriyyət üçün gətirdiyi dinin (İslam dininin) gələcəkdə xətərlə üzləşəcəyindən qorxur və günlərini nigarançılıq içində keçirirdi. Allah-təala bu ayəni nazil etdi və öz sevimli Peyğəmbərinə toxtaqlıq verdi:
    "Allah şeytanın vəsvəsəsini batil puç edər.”
    Şeytanın vəsvəsəsi batil olunarsa yerini haqq və ədalət tutar və Allahın dini yenidən cəmiyyətdə bərqərar olar.
    (Allah öz ayələrini möhkəmlədər). Başqa bir yerdə deyilir:
    "Günahkarlar istəməsələr də Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək, bərqərar edəcəkdir.”
    Diqqət yetirmək lazımdır ki, ayədəki(nəsx) və (əhkam) ilahi kəlmələri özünün istilahi mənasında deyil, lüğəvi mənada işlənmişdir.nəsx-yəni məhv etmək, aradan aparmaq vəəhkam-yəni möhkəmləndirmək, qüvvətləndirmək.
    Ayənin sonunda Peyğəmbər(s)-i tam arxayın etmək üçün buyurulur:
    "Allah hər şeyi biləndir və hikmət sahibidir.”
    Onun elmi hər şeyi əhatə edir və bütün məxluqatın batinində olan arzu və istəkdən agahdır.
    Peyğəmbər və əməli saleh möminlər Şeytanın vəsvəsəsindən uzaq olan kimsələrdir. Onlar öz əməlləri ilə Şeytanı daş-qalaq edər və Allahın rizayətinə səbəb olan işlərdən savayı bir iş görməzlər. Şeytan isə onlara qələbə çala bilməyib böyük rüsvayçılığa düçar olar.
    "Allah əməli saleh bəndələrini imtahan və sınaq ilə.”
    "Şeytanın vəsvəsəsi qəlblərində xəstəlik (şəkk şübhə) olanardan ayırar.”
    "(Və onlar) Allahı zikr etmək əvəzinə Şeytanın vəsvəsəsinə uyar və qəlbləri qatı və sərt daşlara çevrilər.”
    "Zalımlar haqdan uzaq bir ixtilafdadırlar. Onların qulaqları haqqı eşitməkdə kar, gözləri isə haqqı görmək də kor olar.”
    "Həm də (bu onlar) ona görədir ki, elm verilənlər bilsinlər ki, haqq Quran sənin Rəbbindəndir.”
    Allaha iman gətirən sadiq möminlər İlahi elmdən bəhrələnərlər. Onların Allah qarşısında verdikləri imtahan başqalarından fərqli olaraq daha ağır olar. Bu səbəbdən də onlar Allah qarşısında böyük məs”uliyyət hiss edər və günah işlərdən çəkinməyə çalışarlar. "Ənkəbut” surəsinin 2 və 3-cü ayələrində bu haqda deyilir:
    "İnsanlar yalnız "iman gətirdik!” demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib, bilək!) Biz onlardan əvvəlki keçmiş ümmətləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar.”
    Bu haqda daha bir neçə ayə:
    "Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir.”("Ali-İmran” surəsi, ayə:179)
    "Bu, həm də Allahın iman gətirənləri günahlardan təmizləməsi, kafirləri məhv etməsi üçündür.”("Ali-İmran” surəsi, ayə:141)
    Deməli, möminlərin Allah tərəfindən imtahan olunmaları heç də səbəbsiz deyildir. Dünyada müxtəlif çətinliklərə sinə gərib səbr edən və xeyirli işlər görən möminlər axirətdə İlahi nemətlər ilə mükafatlandırılacqlar. Kafir və münafiqlər isə dünyanın müvəqqəti eyş-işrətinə uyub, axirətdə əbədi cəhənnəmi özləri üçün məskən edərlər.
    "De ki: Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər o istəsəydi sizin hamınızı doğru yola yönəldərdi.”(Ən”am” surəsi, ayə:149)
    "Həlak olan aşkar bir dəlil üzündən həlak olsun, sağ qalan da aşkar bir dəlil üzündən sağ qalsın.”("Ənfal” surəsi, ayə:42)
    Yenidən Əbu Hüreyrənin uydurduğu hədisə qayıdırıq. O yerdə ki, Həzrəti Peyğəmbər (s) buyurmuşdu: Namazda ikən Şeytan gözlərim önündə canlanmağa başladı və namazımı batil etməyə çox sƏy etdi, amma o buna nail olmadı. Allah mənə qüvvət verdi və onu özümdən dəf edə bildim. Sonra onu məscidin sütunlarından birinə bağlamaq istədim ki, məscidə gələn hər bir kəs ona lənət oxusun.
    Amma birdən Süleyman(ə)-ın buyurduğu bu söz yadıma düşdü: "İlahi! Səndən kimsəyə nəsib etmədiyin bir var-dövlət istəyirəm.”
    İlk növbədə bunu qeyd etmək lazımdır ki, Əbu Hüreyrə Həzrəti Süleymanın dastanından düzgün nəticə çıxara bilməmişdir.
    Süleyman (ə) var-dövlət dedikdə nəyi nəzərdə tutmuşdur? Görünür Əbu Hüreyrə həmişə olduğu kimi burada da ilişmişdir. Onun digər səhvi Şeytanı insan kimi cism kimi bəyan etməsidir. Biçarə belə güman edir ki, Şeytanı da istənilən vaxt tutub əsir etmək olar.
    "Biz küləyi ona (Süleymana) ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. (Biz) Şeytanlardan olan hər bir bənnanı və qəvvası (dalğıcı) eləcə də başqalarını zəncirlənmiş halda onun ixtiyarına verdik.”("Sad” surəsi, ayə:36-37-38)
    Lakin Əbu Hüreyrə həmişə olduğu kimi bu hədisi də nəql etməkdə yanılmışdır, çünki "Səba” surəsinin 12 və 13-cü ayələrində bu haqda belə deyilir:
    "Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Bir gündə iki aylıq yol qət edirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb, istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib,) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından dadızdırardıq.
    Onlar Süleyman üçün nə istəsə: məbədlər, uca qəsrlər, heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər.”("Səba” surəsi, ayə:12-13.)
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 639 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024