İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:37 PM
    16-cı hədis
    Peyğəmbərin yatib yuxuya qalmasi və sübh namazin qilmamasi
    Buxari və Müslüm bu hədisi birbaşa Əbu Hüreyrədən nəql etmişlər.
    Əbu Hüreyrə deyir: Günlərin biri Peyğəmbər (s) ilə birlikdə səfərə çıxdım, gecəni yol kənarında olan bir məhəllədə qalmalı olduq. Həmən gün biz sübh namazını vaxtında qıla bilmədik. Gün çıxdıqdan sonra oyanıb dəstəmaz aldıq və sübh namazının qəzasını yerinə yetirdik.
    Peyğəmbərlərin, xüsusilə Həzrəti Məhəmməd(s)-in namazı qəza etmələri qeyri-mümkündür.
    "Muzzəmmil” surəsinin 1-4-cü ayələrində bu haqda deyilir:
    "Ey libasına (əbasına) bürünüb, yatmış Peyğəmbər! Gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az; Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla ağır-ağır Quran oxu.”
    Həmən surənin 20-ci ayəsində deyilir:
    "(Ya Peyğəmbər!) Həqiqətən Rəbbin bilir ki, sən yatağından qalxıb bəzən gecənin üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan.”
    "Günortadan gün batana meyl edəndə, gecənin qaranlığında və sübh açılanda namaz qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox mömin insan tərəfindən müşahidə olunur. (Ya Məhəmməd! Gecənin bir vaxtı durub ancaq sənə xas olan namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) çatdırsın.”("İsra” surəsi, ayə: -78-79)
    Göründüyü kimi bütün insanlara vacib olmayan gecə və nafilə namazları Allah tərəfindən Həzrəti Peyğəmbər(s)-ə vacib edilmişdir.
    Onun ruhu namaz qılmaq və Quran oxumaqla qidalanırdı. Namaza durarkən Həzrətin mübarək vücudu Allah xovfundan titrəyər və lərzəyə gələrdi.
    "Və yenilməz qüvvət və mərhəmət sahibinə təvəkkül et! O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da (Allah səni tək namaz qılanda da görür, camaatla bir yerdə qalanda da!)”(Şura” surəsi, ayə: 217-218-219)
    Hamı şirin yuxuda olduğu zaman, o, gecə yarısı dəstəmaz alıb ibadətlə məşğul olardı.
    "Günəşin çıxmasından və qürub etməsindən qabaq, gecənin bir hissəsi və səcdələrdən sonra Rəbbini təqdis edib Şəninə təriflər de!”(Qaf” surəsi, ayə: 40)
    ***
    O, gecələr yuxusu gəlməsin deyə, gah üzünə su vurar, gah da sinəsinə ip bağlayardı. Namaz qılmaqdan ayaqları şişər, alın və dizləri qabar bağlayardı. Cəbrail (ə) onun daim ibadətlə məşğul olduğunu görüb yerə endi və ona belə bir tövsiyə etdi: "Ey Məhəmməd! özünə rəhm et, bütün gecəni oyaq qalıb ibadətlə məşğul olmaq səni əldən salar. Bir az da öz qeydinə qal!” Sonra bu ayəni onun üçün oxudu:
    "Bu Quranı sənə, məşəqqət çəkməyin üçün nazil etmədik! Yalnız Allahdan qorxanlar üçün xatırlama olsun deyə nazil etdik.”
    (şəqa) cana ziyanı olan işlərə deyilir. (sƏade) bu sözün əksidir.
    Yəni ey Peyğəmbər! Biz Quranı sənə nazil etmədik ki, özünü əzab-əziyyətə salıb taqətdən düşəsən. özünə fikir ver və qeydinə qal! Yoxsa ibadət etməklə özünü həlak etməkmi istəyirsən?!
    Müstəhəb və nafilə namazlarına bu qədər diqqət yetirən Həzrəti Məhəmməd (s) indi görün gündəlik vacib namazlarına necə əhəmiyyət verərdi.
    İndi üzümüzü Əbu Hüreyrəyə tutub ondan soruşmaq istəyirik:
    Ey özünü Peyğəmbər(s)-in ən yaxın səhabəsi adlandıran şəxs! Belə bir İlahi insan sübh namazını qəzaya verə bilərdimi?
    Allaha pənah aparırıq belə insanların şərrindən!
    ***
    Həzrəti Məhəmməd(s)-in şəxsiyyətini dərk etmək üçün Qurana müraciət etmək lazımdır. O, Allahın ən sevimli bəndəsi və insanların ən şərəflisi olmuşdur. Allah tərəfindən nazil olmuş ayələri (şəri hökmləri) elə həmən anda müsəlmanlara oxuyar və lazım gəldikdə ətraflı izah edərdi.
    "Namazlara, xüsusilə orta namazına riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).”("Bəqərə surəsi, ayə: 238.)
    Bəzən ayələr məhz möminlərin Şəninə nazil olurdu:
    "Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt”i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (Muminun” surəsi, ayə: -2.)
    "Onlar namazlarına riayət edərlər, (həmişə vaxtlı-vaxtında namaz qılarlar.) Onlardır varis olanlar ki, Firdovs cənnətinə varis olarlar və orada əbədi qalarlar!”(Muminun” surəsi, ayə:9-10-11.)
    "Namazı (layiqincə) qılın! Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir.” ("Nisa” surəsi, ayə:103.)
    "(Nəfsini aludəlikdən) təmizləynən və Rəbbi-nin adını zikr edib namaz qılan kimsə hökmən nicat tapacaqdır.”("Əl-Əla” surəsi, ayə:14-15.)
    "(Münafiqlər) namaza yalnız tənbəl-tənbəl gələr və istəməyə-istəməyə (ikrah üzündən) infaq edərlər.”(Tövbə surəsi, ayə:54.)
    "Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıq üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar) və Onlar (namazlarında) riyakarlıq edərlər.”(Maun” surəsi, ayə:4-6.)
    ***
    Peyğəmbər (s) möminləri gecə namazlarını qılmağa sövq edər, bu gözəl sünnəti tərk edən şəxsləri isə daha şiddətlə gecə namazlarına təşviq edərdi. Gecə namazlarını tərk edən şəxslər haqqında deyərdi: "Şeytan yatdıqları zaman onların qulaqlarını tıxar, bu səbəbdən də onlar bu gözəl sünnəti tərk etmişlər. O gecə namazlarının əhəmiyyətini möminlərə bəyan edər və yeni-yeni ibadi və əxlaqi tapşırıqlar verərdi.
    Həzrəti Məhəmməd (s) öz göstərişinə əməl edən və onu başqalarına təbliğ edən ilk şəxs idi. Onun ən başlıca məqSədi insanları haqqa hidayət edib mərifət sahibi etmək idi.
    Əbu Hüreyrə Həzrəti Peyğəmbər(s)-dən başqa yerdə belə bir hədis nəql edir:
    "Sizlər yatdığınız zaman Şeytan boynunuzun arxasında üç düyün vurar. Sübh namazına oyandığınız və başınızı qaldırıb zikr dediyiniz zaman birinci, qalxıb dəstəmaz aldığınız zaman ikinci düyün, namaz qıldığınız zaman isə üçüncü düyün açılır. Sübh namazına vaxtında durduğunuz gün özünüzdə xoş əhval-ruhiyyə və gümrahlıq hiss edərsiniz. Qəzaya verdiyiniz gün isə müxtəlif çətinliklər ilə üzləşər və gününüzü qan-qaraçılığı ilə başa vurarsınız.”
    Əgər Əbu Hüreyrənin nəql etdiyi bu hədisi doğru və düzgün qəbul etsək, onda onun nəql etdiyi (sübh namazının qəzaya getməsi) birinci hədisi istər-istəməz rədd etməliyik.
    Əbu Hüreyrənin həzrəti Peyğəmbər(s)-dən bu mövzu haqqında nəql etdiyi başqa bir hədis:
    "Sübh və işa (xiftən) namazlarını qılmaq münafiq və riyakarlar üçün çox ağırdır. Əgər onlar bu namazların mahiyyətini dərk etsəydilər heç vaxt onu tərk etməzdilər. İstərdim müəzzinə* iqamə* verməyi əmr edib camaata namaz qılmaq üçün bir pişnamaz təyin edəm. Sonra əlimə bir şölə alıb ətrafa dolandıraraq camaatı namaza çağıram. Namaza hazır olmayanları od vurub yandırardım ki, başqalarına ibrət olsun.”
    Hədisdə nəzərə çarpan bir neçə başqa irad:
    1-Peyğəmbər (s) yuxuya getsəydi də onun qəlbi daim oyaq olardı. (Bu o həzrətin xüsusiyyət-lərindən biri idi.) Deməli Həzrəti Məhəmməd(s)-in sübh namazını qəzaya verməsi qeyri-mümkündür.
    Rəvayətlərdən birində deyilir: "Günlərin biri Peyğəmbər (s) gecə namazlarını qılıb, vitr* namazından qabaq yatdı. Qadınlarından biri ondan soruşdu: "Ya Rəsuləllah! Vitr namazından qabaq yatacaqsınızmı?”
    Buyurdu: "Gözlərim yuxuya getsə də, qəlbim həmişə oyaqdır.”
    2-Əbu Hüreyrənin dediyinə görə bu hadisə Xeybər döyüşü ərəfəsində baş vermişdir. Bütün tarixçilər isə Əbu Hüreyrənin Xeybər döyüşündən sonra islamı qəbul etdiyini yazırlar. Buradan belə bir sual meydana çıxır: Əbu Hüreyrə islamı qəbul etməzdən əvvəl Peyğəmbər (s) ilə birlikdə səfərə çıxa bilərdimi?!
    3-O hədisi nəql edərkən deyir: "Peyğəmbər (s) dəstəmaz alıb iki səcdə yerinə yetirdi və sonra sübh namazının qəzasını qıldı.”
    Sübh namazının qəzasının qılınmasını ki heç amma əvvəldə iki səcdə yerinə yetirilməsi nə üçün olmuşdur?!
    4-Səfərə çıxan hər bir dəstə dincəlmək üçün saldıqları hər bir düşərgədə əmin-amanlığın təmin olunması üçün kiçik keşikçi dəstələri ayırırdılar. Aralarında rəhbər, padşah və başqa mühüm şəxs olduqda bu məsələyə daha çox diqqət yetirilirdi. Deməli həmin səfər zamanı şübhəsiz ki, Peyğəmbər(s)-i casuslardan və yırtıcı heyvanlardan qoruyan mühafizəçilər olmuşdur. Həzrəti Məhəmməd (s) özü bu məsələyə çox ciddiyyətlə yanaşırdı. Çünki, o müsəlmanlar arasında gizlincə fəaliyyət göstərən münafiqlərin hüzurundan agah idi və çox yaxşı bilirdi ki, onlar hər zaman ona sui-qəsd hazırlayar və ya başqa hiylələrə əl ata bilərlər.
    Olmaya düşərgənin keşikçiləri də həmin gün yuxuya gedib sübh namazını qəzaya verdilər? Onların (Xeybər döyüşündə iştirak edənlərin) ümumi sayı min altı yüz nəfər idi. Ordunun iki yüz nəfəri süvari, qalanı isə piyada idi. Bu qədər insanın biri də oyaq deyildimi ki, Peyğəmbər(s)-i və digər müsəlmanları namaza oyatsın?!...
    ***
    17-ci hədis
    Canavar və inəyin səlis ərəb dilində danışmaları
    Müslüm və Buxari bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: "Peyğəmbər (s) sübh namazından sonra üzünü camaata çevirib onlara belə bir əhvalat danışdı: Bir şəxs otlağa gəlib inəyini otarmağa başladı.
    Yorulduğu üçün inəyi minib başqa otlağa getmək iistədi. İnək birdən dilə gələrək dedi: "Biz minilmək üçün deyil, yer şumlamaq üçün yaradılmışıq.” Kişi təəccüblənərək dedi: "Subhanəllah! İnək də danışarmı?!” Sonra Peyğəmbər (s) dedi: Mən, Əbu Bəkr və Ömər orada olmasaq da belə bir işin baş verməsinə inanırıq.”
    Əbu Hüreyrənin (bu məzmunda) Peyğəmbər(s)-dən nəql etdiyi başqa bir hədisdə deyilir:
    "Qoyunlarını otaran bir şəxs birdən onun qoyunlarından birini canavarın apardığını görür. Tələm-tələsik canavarın ardınca düşür. Canavarı yorulunca qovub qoyunu ondan ala bilir. Birdən canavar dilə gəlib deyir: "Onu mənim əlimdən aldın, amma bil ki, onları bu otlaqda məndən savayı kimsə otarmayırdı.” Camaat heyrətə gələrək dedilər: Sübhanəllah! Canavar da danışarmı?! Peyğəmbər (s) sonra dedi: Mən, Ömər və Əbu Bəkr belə bir əhvalatın baş verməsinə inanırıq.”
    Əbu Hüreyrə qeyri-adi şeyləri o qədər sevirdi ki, onları asanlaşdıraraq yeni-yeni maraqlı dastanlar uydururdu. Əyyub(ə)-ın üzərinə qızıl çəyirtgələrin tökülməsi, cansız daşın Musa(ə)-ın paltarlarını qaçırması, inək və canavarın ərəbcə danışması və s. və i a. Bütün bunlar Əbu Hüreyrənin uydurduğu maraqlı, amma həqiqətdən uzaq olan dastanlardır.
    Bir qədər əvvəl qeyd etdik ki, heyvanların danışması, cansız cisimlərin hərəkət etməsi və s. kimi qeyri-adi təbii hadisələr yalnız zəruri məsələlərin isbatında (məsələn insanlar peyğəmbərlərdən möcüzə istədikləri zaman) belə qeyri-adi işlər baş verə bilər. Yəni insanlara həm Allahın qüdrət və əzəməti, həm də peyğəmbərlərin həqqaniyyəti (Allah-təala tərəfindən göndərildiklərinin həqiqət olduğu) sabit olar.
    Amma yersiz və heç bir səbəb olmadan inək və canavarın dil açıb danışması qeyri-mümkündür. Deməli, Əbu Hüreyrənin nəql etdiyi (daha dəqiq desək uydurduğu) bu hədisləri doğru və mötəbər hesab etmək olmaz. Çünki icma belə bir əqidədədir ki, möcüzə yalnız zəruriyyətdə baş verə bilər və onun əbəs yerə baş verməsi qeyri-mümkündür.
    Əbu Hüreyrə nəql etdiyi hədisə həqiqət donu geydirmək üçün Peyğəmbər(s)-in, Ömər və Əbu Bəkrin adlarından istifadə etmişdir. Lakin bu heç nəyi dəyişməyir və həqiqət öz həqiqətliyində qalır.
    Bəs Peyğəmbər(s)-in, Əbu Bəkr və Ömərin zamanında necə, o zaman Əbu Hüreyrə belə hədislər nəql edə bilərdimi? Əsla! Çünki, onların zamanında cəmiyyətdə ciddi nizam-intizam hökm sürürdü və Əbu Hüreyrə kimi şəxslərə qarşı ciddi tədbirlər görülürdü. Onlar fani dünyadan köçdükdən sonra İslam ümmətinə rəhbərlik Bəni-Üməyyənin əlinə keçdi və Əbu Hüreyrənin geniş fəaliyyəti üçün əlverişli imkan yarandı. Onlar Əbu Hüreyrəni öz xeyirlərinə hədis nəql etməyə sövq edir, əvəzində isə ona çoxlu məbləğdə pul ödəyirdilər.
    18-ci hədis
    Əbu Bəkrin hicrətin 9-cu ilində həcc ziyarətinə əmir təyin edilməsi və Əbu Hüreyrənin bəraət hökmünü oxuması
    Buxari və Müslüm bu hədisi Həmid ibni Əbdürrəhman ibni Ovfdan və o da Əbu Hüreyrədən nəql etmişdir. Əbu Hüreyrənin Həmid ibni Əbdürrəhmana verdiyi məlumatlardan birində deyilir: "Həccətül-Vidadan bir il əvvəl Əbu Bəkr Siddiq, Peyğəmbər (s) tərəfindən həcc ziyarətinə əmir təyin edildi. Mən qurban günü ərəfəsində (Əbu Hüreyrə özünü nəzərdə tutur) bir neçə nəfər ilə birlikdə elan etməliyik ki, bu ildən etibarən müşriklər və paltarsız şəxslər* Kəbəni təvaf etməkdən məhrum olacaqlar.”("Səhihi-Müslüm”, 2-ci cild, səh.517; "Müşrik və paltarsız şəxslər Kəbəni təvaf etməsinlər” fəsli; "Səhihi-Buxari”, 1-ci cild, səh.192.)
    Buxarinin nəql etdiyi hədisdə deyilir: Əbu Hüreyrə deyir: Əbu Bəkr Siddiq mənə tapşırıq vermişdi ki, qurban bayramı günü zəvvarlara elan edim ki, bu ildən etibarən müşriklər və paltarsız zəvvarlar Kəbənin təvafından məhrumdurlar. Sonra Əliyə bəraət hökmünü verməyi (oxumağı) əmr etdi. Əli də bizimlə birlikdə qurban künündə Mina əhlinə bəraət hökmünü elan etdi.
    Həmid və Əbu Hüreyrə tərəfindən belə bir hədisin uydurulması heç də təəccüblü deyildir.
    Əbu Hüreyrə Şama ticarət karvanı aparar və xeyli var-dövlət əldə edərdi. Əməvi xilafətinin iqamətgahı da məhz bu şəhərdə yerləşirdi. Onlar Peyğəmbər(s)-in ailəsinin əleyhinə yalan hədis və rəvayətlər uydurmaq üçün xeyli pul və ən”amlar (hədiyyələr) sərf edirdilər. Bu isə Əbu Hüreyrə və Həmid kimilər üçün ən sərfəli və ən rahat gəlir mənbəyi idi. Həmid ibni Əbdürrəhman Əli(ə)-ın və onun ailəsinin ən qatı düşmənlərindən biri idi. O, Müaviyənin göstərişi ilə düşmənçilik xarakteri daşıyan qərəzli hədislər nəql edir, əvəzində isə qiymətli ən”amlarla mükafatlanardı. Onun vücudu tamamilə əməviləşmişdi və damarlarından əməvi qanı axırdı. Həmid ibni Əbdürrəhmanın anası Ümmü Gülsum Bəni Üməyyə qəbiləsindən və Əbşəmilərdən idi. O, Əqəbət ibni Əbi Muit ibni Zəkvan ibni Üməyyət ibni Əbdu Şümrün qızı idi. Vəlid ibni Əqəbə onun doğma qardaşı idi. Anasının anası Osman ibni Əfvanın anası idi. O isə Kəriz ibni Rəbiəti bni Səyyib ibni Əbdu Şəmsin qızı Urva idi. Onun da nə qədər qəddar bir insan olduğu hamıya bəllidir. Əbdürrəhman özü isə Əli (ə) ilə daim düşmənçilik edənlərdən biri idi.
    Ömər şura məsələsini meydana çıxardıqda Əbdürrəhman Osman ilə qohum olduğundan onu xilafətə Əli(ə)-dan daha münasib bildi.
    Belə isə Əbu Hüreyrənin və Həmidin elə bir şəraitdə Əli(ə)-ın və onun ailəsinin əleyhinə uydurduqları hədislərə görə heç də təəccüblənmək lazım deyildir.
    Hədisi batil edən dəlillərdən biri də Əbu Hüreyrənin Bəni Üməyyə xilafətinə yol tapmazdan əvvəl bəyan etdiyi belə bir ifadədir: "Peyğəmbər (s) bəraət hökmünü elan etmək üçün Əlini bir neçə nəfərlə qurbangaha göndərdi, mən də onların içində idim.
    Oğlu Mühərrər ondan soruşdu: Orada nə deyirdiniz?
    Dedi: "Deyirdim ki, möminlərdən savayı başqa bir kəs cənnətə daxil olmaz. Bundan belə müşriklər və paltarsız çılpaq zəvvarlar, Kəbəni təvaf etməkdən məhrum olacaqlar. Hər kim Peyğəmbər (s) ilə əhd-peyman bağlayıbsa nə vaxt olursa-olsun yerinə yetirə bilər. O gün o qədər qışqırdım ki, səsim tutuldu.”
    Bu hədis arada heç bir vasitə olmadan şəxsən Əbu Hüreyrənin özündən nəql olunmuşdur. Göründüyü kimi burada Əbu Bəkrin adı bir dəfə də olsun çəkilməmişdir.
    Həqiqət isə budur ki, Peyğəmbər (s) həmin ildə həcc zəvvarlarına əmirlik etməyi Əbu Bəkrə yox, məhz Əli(ə)-a tapşırmışdı, amma nədənsə Əbu Hüreyrə nəql etdiyi hədisdə bu vəzifəyə Əbu Bəkri təyin etmişdir.
    Əgər Əbu Hüreyrə, Peyğəmbər (s) tərəfindən Əli (ə) ilə birlikdə Məkkəyə göndərilmişdisə bəs nə üçün hədisi nəql edərkən belə bir ifadədən istifadə edir: "Qurban bayramı günü Əbu Bəkr Siddiq məni bəraət hökmünü elan edəcək dəstə ilə göndərmişdi.”?
    "Onlar Allahın nurunu batil sözləri ilə (ağızlarıyla) söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər.”("Tövbə surəsi, ayə:23.)
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 712 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024