İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:37 PM
    Hədislərin şərhi
    Bizim dediklərimizi təsdiqləyən sünnü mənbələrindən olan məlumatlar
    1-ci hissə
    Mötəbər mənbələrin birində Əbu Bəkrdən belə bir rəvayət nəql olunmuşdur: "Bir gün Peyğəmbər (s) məni yanına çağırıb buyurdu: Məkkəyə get və bu dediklərimi onlara elan et: Bundan belə müşriklər və paltarsız (üryan) zəvvarlar Kəbəni təvaf etməkdən məhrumdurlar. Agah olsunlar ki, müsəlmanlardan savayı kimsə cənnətə daxil olmayacaqdır və Peyğəmbərə (s) vƏdə verən şəxslər filan vaxta qədər öz vƏdələrinə əməl etməlidirlər. Bilsinlər ki, müşrik və kafirlər Allah və Onun Peyğəmbərinin qatı düşmənləridirlər. Bu tapşırıq mənə üç dəfə verildi. Sonra Peyğəmbər (s) Əlini yanına çağırıb buyurdu: özünü Əbu Bəkrə çatdır və de ki, Mədinəyə qayıtsın, ona tapşırdığım vəzifəni isə sən yerinə yetir. O da tapşırılmış əmri lazımınca yerinə yetirdi. Mən isə Mədinəyə qayıtdım. Peyğəmbər(s)-in yanına gəlib ağlaya-ağlaya ondan soruşdum: Ya Rəsuləllah! Məndən xoşa gəlməz bir iş gördünmü? Buyurdu: Səndən yaxşılıqdan və xeyirli işlərdən savayı bir şey görmədim, amma mənə Allah tərəfindən əmr olundu ki, bu işi ya özüm və yaxud öz ailəmdən olan mötəbər bir şəxs yerinə yetirməlidir.”
    Əli(ə)-da hədisi olduğu kimi nəql edir: "Bəraət” surəsindən on ayə nazil olduqdan sonra Peyğəmbər (s) Əbu Bəkrə Məkkəyə gedib bu ayələri onlara oxumağı əmr etdi. O yola düşdükdən sonra Peyğəmbər (s) məni yanına çağırıb buyurdu: "Tez özünü ona çatdır, harda gördün, "Bəraət” ayələrini ondan al və onu Məkkə əhlinə oxu.” Mən də Peyğəmbər(s)-in verdiyi göstərişi lazımınca yerinə yetirdim.
    Əbu Bəkr Mədinəyə qayıdıb Peyğəmbər(s)-in yanına gəldi və ondan soruşdu: Ya Rəsuləllah! Mənim barəmdə bir şeymi nazil oldu?
    Peyğəmbər buyurdu: Xeyr! Amma Cəbrail (ə) mənə belə bir vəhy etdi ki, bu əmri ya sən özün, ya da öz ailəndən olan bir nəfər yerinə yetirməlidir.
    Əli(ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir:(Nəsai "Əl-xəsaisul-Ələviyyə, 20-ci səh; Əhməd ibni Hənbəl, "Əl-Müsnəd”, Əli əleyhissəlamın hədisi.) "Peyğəmbər (s) Əbu Bəkri bir neçə nəfər ilə birlikdə Məkkəyə göndərdi. Sonra məni yanına çağırıb dedi: "Onların ardınca hərəkət et və kitabı (ayələri) onlardan alıb Məkkə əhlinə özün oxu.” Mən də Əbu Bəkrə çatıb kitabı ondan alıb Məkkəyə getdim. O da Mədinəyə qayıdıb kədərli halda Peyğəmbər(s)-dən soruşdu: Ya Rəsuləllah! Mənim haqqımda sənə bir şeymi çatıb? Buyurdu: Xeyr, amma mənə belə əmr olundu ki, bu işi ya özüm ya da ailəmdən olan bir nəfər yerinə yetirsin.”
    Peyğəmbər (s) vəfat etdikdən sonra İbni Abbas Əli (ə) ilə düşmənçilik edənlərin qarşısında durub dedi:(Hakim, "Əl-Mustədrək”, 3-cü cild, səh.32, Əli əleyhissəlamın fəzilətləri. Nəsai, "Əl-xəsaisul-Ələviyyə, 6-cı səh. Əhməd ibni Hənbəl, "Əl-Müsnəd”, 1-ci cild, səh.331; İbni Abbasdan nəql olunmuş hədislər)
    "...O zaman Peyğəmbər (s) Əbu Bəkrə "Bəraət” surəsini Məkkə əhlinə oxumağı əmr etmişdi. Sonra Əli(ə)-ı onun ardınca göndərdi və həmən ayələrin oxunmasını ona həvalə etdi. Peyğəmbər (s) bu əhvalatdan sonra dedi: Bu işdə mən ona, o da mənə köməklik etdi və başqa bir şəxsin bu əmri yerinə yetirməyə ixtiyarı yoxdur.” Əli(ə)-a həSəd aparan şəxslər İbni Abbasın bu çıxışından sonra xəcalət çəkərək başlarını aşağı saldılar.
    Əgər Əbu Bəkr həqiqətən də həcc zəvvarlarının əmiri olsaydı onlar bu asanlıqla İbni Abbasın dediklərinə təslim olmazdılar və onun müqabilində xəcalət çəkməzdilər. Təslim olmaqlarının əsas səbəbi isə əllərində heç bir tutarlı dəlilin olmaması idi.
    İbni Abbas bəzən deyərdi: Bir gün Ömər ibni Xəttab ilə birlikdə Mədinənin küçələrində gəzirdik. Ömər mənə dedi: Ey İbni Abbas! Sənin dostun Əli nə qədər də məzlum və köməksizdir!
    Ürəyimdə öz-özümə dedim: And olsun Allaha ki, bu işdə məni qabaqlamamısan. Sonra ona dedim:
    Ey Əmirəl-möminin! Belə isə onun haqqını özünə qaytar!
    Əlini əlimdən ayırıb bir qədər arxada qaldı və öz-özünə nəsə dedi. Bir qədər ona tərəf yaxınlaşdım. Ömər dedi: Ey ibni Abbas! Mənə belə gəlir ki, camaat onu xilafətə layiq bilməyib əvvəlcə Əbu Bəkrlə və sonra da mənim ilə beyət etdilər.
    Dedim: And olsun aləmlərin Rəbbinə! Allah və Onun Peyğəmbəri (s) bəraət hökmünü Əli(ə)-a həvalə etdikləri zaman onu sənin dostun və yaxın sirdaşın Əbu Bəkrdən heç də kiçik, təcrübəsiz bilməmişlər.
    Ömər mənim bu sözlərimdən bərk narahat oldu və üzünü çevirib getdi.
    Həsən Bəsridən Əli (ə) haqqında soruşduqda bu cavabı vermişdi: "Bu dörd xislətə (xüsusiyyətə) malik olan bir şəxs haqqında axı mən nə deyə bilərəm?!
    1-O, müşriklərə bəraət hökmünü elan edən yeganə şəxs olmuşdur.
    2-Təbuk döyüşündə Peyğəmbər (s) onun haqqında bu sözləri demişdir: "Əgər onda (mənimlə müqayiSədə) peyğəmbərlikdən savayı bir şey də az olsaydı, o xususiyyəti də istisna edərdim.” Peyğəmbər (s) buyurmuşdur:"3-Allahın kitabı (Quran) və Əhli-beytim mənim üçün ən qiymətli və ən əziz nemətdir.”
    4-Kimsə ona əmir (rəhbər) olmadı, amma o daim başqalarına əmir oldu.(Həmidin "Nəhcül-Bəlağə-yə verdiyi şərh, 1-ci cild, səh.369 (Vaqididən nəql olunmuş hədis))
    Əgər Əbu Bəkr həqiqətən də zəvvarların əmiri olsaydı və bəraət hökmünün elan edilməsini öz öhdəsinə götürsəydi onun Şəninə təriflər deyən və sadiq tərəfdarlarından olan Həsən Bəsri burada onu müdafiə etməli və onun bu işə başqalarından daha layiq olduğunu bəyan etməli idi. Amma o bu rəvayəti başqalarından fərqli olaraq olduğu kimi nəql etmiş və heç bir artıq tərifə yol verməmişdir.
    Həsən Bəsri Əli(ə)-ın məqamını dərk etmiş şəxslərdən idi. Belə ki, onun barəsində soruşduqda dediyi sözlərdən biri də bu olmuşdur: "Kimsə ona əmir olmadı, amma o daim başqalarına əmir oldu.”
    Səd deyir: "Peyğəmbər (s) Əbu Bəkrə "bəraət” hökmünü müşriklərə elan etməyi əmr etdi. Yola düşdükdən sonra Əli(ə)-ı yanına çağırıb dedi: özünü tez ona çatdır, harda görsən "bəraət” hökmünü ondan al və onu Məkkə əhlinə (müşriklərə) özün oxu. Əbu Bəkr bu macəradan bərk narahat olur. Peyğəmbər (s) onu bu halda görüb buyurur: "Mən və Əlidən başqa kimsə bu işi yerinə yetirməməli idi.”(Nəsai "Əl-Xəsaisul-Ələviyyə, 20-ci səh; Əhməd ibni Hənbəl, "Əl-Müsnəd”.)
    Malik ibni Ənəs deyir: Həzrəti Məhəmməd (s) Allah və Onun peyğəmbərinin müşriklərə verdiyi "Bəraət” hökmünü (Məkkə əhlinə çatdırmağı) Əbu Bəkrə həvalə etdi. O yola düşdükdən sonra geri çağırıb dedi: "Bu işi mən və mənim ailə üzvlərimdən başqa kimsə yerinə yetirməməlidir.” Sonra Əlini çağırıb bu işi ona həvalə etdi.(Həmən mənbə Malik ibni Ənəsin nəql etdiyi hədislər fəsli, "Əl Müsnəd” 3-cü cild, səh.216.)
    Cəmi ibni Ümeyr Ləysi Abdullah ibni Ömərə Əli (ə) haqqında bir neçə sual verir. Abdullah cavab verməzdən əvvəl onu bir qədər danlayır və sonra deyir: Əli haqqındamı söz eşitmək istəyirsən? Bu Allah Peyğəmbərinin məsciddəki evi, bu da Əli(ə)-ın evi. Peyğəmbər (s) Əbu Bəkr və Ömərə Məkkəyə getməyi və orada "bəraət” hökmünü müşriklərə elan etməyi əmr etmişdi. Onlar yolda bir atlıya rast gəldilər. Ona yaxınlaşıb kim olduğunu soruşdular. Atlı cavab verdi: Mən Əliyəm. Hökmləri mənə verin. Məkkəyə mən getməliyəm.
    Əbu Bəkr soruşdu: Bir hadisəmi baş verib?
    Əli (ə) dedi: And olsun Allaha! Haqdan başqa bir şey bilmirəm və mən nə baş verdiyindən də agah deyiləm.
    "Bəraət” hökmünü onlardan alıb Məkkəyə yola düşdü. Əbu Bəkr və Ömər Mədinəyə qayıdıb Peyğəmbər(s)-in yanına gəldilər və nə baş verdiyini ondan soruşdular. Peyğəmbər (s) buyurdu: And olsun Allaha ki, sizdən yaxşılıqdan savayı bir şey görmədim, amma mənə vəhy olundu ki, bu işi ya özüm, ya da ailə üzvlərimdən bir nəfər görsün.
    Baş vermiş həqiqətin icmalı (xülasəsi)
    2-ci hissə
    "Bəraət” surəsi nazil olduqdan sonra Peyğəmbər (s) onu Əbu Bəkrə verib Həcc ziyarəti zamanı onu müşriklərə oxumağı əmr etdi. Bu ayələrdə Məkkə müşriklərinin və paltarsız şəxslərin Kəbə evini təvaf etmələrinin qadağan olunması, Peyğəmbər (s) ilə bağladıqları əhd-peymana əməl etmələri və kafirlərin (müşriklərin) cənnətdən məhrum olunacaqları bildirilirdi. Əbu Bəkr yola düşdükdən sonra Peyğəmbər(s)-ə belə bir vəhy nazil oldu: "Bu əmri ya sən özün, ya da ailə üzvlərindən bir nəfər yerinə yetirməlidir.” Peyğəmbər (s) də Əli(ə)-ı yanına çağırıb əmr edir ki, özünü Əbu Bəkrə çatdırıb "Bəraət” hökmünü ondan alsın və onu Məkkə əhlinə özü oxusun. Peyğəmbər (s) o il Əli(ə)-ı həm də həcc zəvvarlarına əmir təyin etdi. Əbu Bəkr bu əmrə əsasən ya onunla Məkkəyə gedər, ya da Mədinəyə qayıda bilərdi. Əli (ə) Peyğəmbər(s)-in dəvəsini minib Əbu Bəkrin ardınca hərəkət etdi. Əbu Bəkr Əli(ə)-ın onun ardınca gəldiyini görüb dayandı və ondan gəlişinin səbəbini soruşdu: Ya Əbəl Həsən, nə üçün gəldin? Dedi: Peyğəmbər (s) mənə əmr etdi ki, "bəraət” hökmünü səndən alıb Məkkəyə gedəm və onu müşriklərə elan edəm. İstəyirsən ya mənimlə gəl, ya da Mədinəyə qayıt.
    Əbu Bəkr Mədinəyə qayıtmağı üstün tutur və geri dönür. Əli (ə) isə zəvvarlar ilə birlikdə Məkkəyə yola düşür.
    Əbu Bəkr Mədinəyə çatdığı gün Peyğəmbər(s)-in yanına gəlib soruşur: Ya Rəsuləllah! Hamının arzu etdiyi bir işi mənə həvalə etmişdin. Onu yerinə yetirməli olduğum zaman məni geri qaytardın. Bunun səbəbi nədir? Yoxsa mənim barəmdə sənə bir şeymi deyiblər?
    Peyğəmbər (s) buyurdu: Xeyr, belə deyildir. Sən yola düşdükdən sonra Cəbrail nazil olub mənə vəhy etdi ki, bu işi ya özüm, ya da ailə üzvlərimdən bir nəfər yerinə yetirsin. Mən də Əlini bu işin icrası üçün ən münasib şəxs bildim və onu sənin ardınca göndərdim.
    3-cü hissə
    Müşriklər ilə bağlanan əhd-peymanın o il pozulmaması müsbət nəticələr verdi
    Bu əhvalatdan sonra Əli (ə) daha da məşhurlaşdı və ərəblər ona əvvəlkindən daha çox ehtiram etməyə başladılar. O istər Peyğəmbər(s)-in sağlığında, istərsə də vəfatından sonra ən mühüm şəxslərdən biri hesab olunurdu. Müsəlmanlar qarşılaşdıqları çətinliklərdə ona müraciət edər və ən mühüm məsələlərdə onunla məşvərət edərdilər.
    Məkkə müşrikləri Peyğəmbər (s) ilə bağladıqları əhd-peymanı pozduqdan sonra "bəraət” hökmü nazil oldu. Onlar həcc ziyarətindən məhrum oldular. Keçmişdə Kəbə evini lüt-üryan təvaf edən Məkkə əhli bundan belə öz çirkin əməllərindən əl çəkməli idilər. Allah və Onun Peyğəmbəri(s)-nin onlara qarşı düşmənçiliyi elan edildi. Ən başlıcası isə müşriklərin cənnətdən məhrum olmaları idi.
    Müsəlmanlar böyük zəfər çaldı, müşrik və kafirlər isə xar və zəlil oldular. Allah-təala Peyğəmbər(s)-in canişini olan Əli(ə)-ın məqamını daha da ucaltdı. Onun fəziləti ərəb və əcəmə aşkar oldu. Növbəti il "Həccətül-Vidada” o, Peyğəmbər (s) tərəfindən bütün müsəlmanlara əmir təyin ediləcəkdi. Bütün bunlar əməli saleh müsəlmanlar üçün bir növ xəbərdarlıq idi. Onlar həqiqətdən agah olmalı, gələcəkdə onlara hakim (əmir) olacaq bu şəxsiyyətin ilahi məqamını dərk etməli idilər.
    Peyğəmbər (s) onu Əbu Bəkrin ardınca göndərdiyi zaman buyurmuşdu: Çarə yoxdur! Bu işi ya mən, ya da sən görməlisən. Əli (ə) cavab verdi: Elə isə mən gedərəm. Peyğəmbər (s) buyurdu: Get! Allah-təala sənin dediklərini sabit, qəlbini isə hidayət edəcəkdir.(Əl-Müsnəd” Əhməd ibni Hənbəl, 1-ci cild, səh.150.)
    "Bəraət” hökmünün Peyğəmbər(s)-ə və ya onun ailə üzvlərindən birinə tapşırılması mətləbin olduqca əhəmiyyətli olduğuna dəlalət edir. Həqiqətin dərinliyini anlamaq üçün ilk növbədə Əbu Bəkrin yarı yoldan qaytarılması və Əli(ə)-ın onun yerinə təyin olunması səbəblərini araşdırmaq lazımdır. Peyğəmbər(s)-in buyurduğu sözərə diqqət yetirsək bu məsələnin mahiyyətini dərk edə bilərik. Peyğəmbər (s) buyurur: "Cəbrail (ə) nazil olub dedi: "Ya Məhəmməd(s)! Bu işi başqa bir kəs yerinə yetirə bilməz.” Yəni bu iş yalnız sənin və ya sənin ailə üzvlərindən olan bir şəxsin görə biləcəyi bir işdir və sizlərdən qeyrisi istəsə də bu işin öhdəsindən gələ bilməz.
    Əli(ə)-ın məqamının ucalığını bəyan edən hədislərdən biri də Peyğəmbər(s)-in "Həccətül-Vidada” buyurduğu xütbədən ibarətdir. Bütün məzhəblərin mötəbər saydıqları bu hədisdə deyilir: "Əli məndən, mən də Əlidənəm. Mənə aid olan işləri Əlidən başqa bir kimsə yerinə yetirməyə qadir deyildir.”(Sünəni ibni Macə, 1-ci cild, Səhabələrin fəzilətləri babı. Bu hədisi Nəsai və Termezi də öz kitablarında nəql etmişlər.)
    Hökmün (əmrin) özü zahirdə asan görünsə də onu elə bir şəraitdə minlərlə zəvvarın hüzurunda bəyan etmək heç də asan bir iş deyildi.
    Peyğəmbər (s) bu ilahi vəzifəni Əli(ə)-a həvalə etdi və onu ilahi əmrlərin yerinə yetirilməsində özünə şərik etdi. Kimsəyə söyləmədiyi sözləri ona deyir və bəzi məsələlərdə yalnız onunla məşvərət edərdi.
    Harun (ə) Musa(ə)-a yaxın olduğu kimi Əli (ə) da Peyğəmbər(s)-ə bir o qədər yaxın və əziz idi. Onlar arasında olan fərq yalnız bundan ibarət idi ki, Həzrəti Məhəmməd (s) Allahın peyğəmbəri, Əli (ə) isə onun naibi və canişini idi. Belə bir məqamı Allah-təala yalnız Əli(ə)-a bəxşiş etmiş və onu Peyğəmbər(s)-dən sonra insanların ən şərəflisi qərar vermişdir.
    "Bir gözünü qaldırıb (səmaya) bax heç orada bir yarıq, çat, nöqsan görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır.”("Mulk” surəsi, ayə:3-4)
    Peyğəmbər(s)-dən Əli (ə) haqqında nəql olunmuş hədislərə diqqət yetirin:
    "Əli məndən, mən də Əlidənəm”.
    "Əli Quranla, Quran da Əli ilədir. Bu iki şey bir-birlərindən ayrılmazdır.” "Əli haqla, haqq da Əli ilədir. Bu iki şey bir-birlərindən ayrılmazdır.”(Hakim, "Əl-Müstədrək”, 3-cü cild, səh.124; Bu hədisin xülasəsini Zəhəbi də öz kitabında nəql etmişdir.)
    Bəlkə də bəziləri bizim bu dediklərimizi təəssüb adlandırsın, amma o həzrətin məqamını azacıq da olsun dərk edən hər bir şəxs bunun həqiqət olduğunu istər-istəməz etiraf edəcəkdir.
    Düşmənləri ilə mehribanlıqla rəftar edən, fəqir-füqəraya əl tutan Əli (ə) haqq və ədalətin bariz nümunəsi idi. İstər Məkkədə, istərsə də Mədinədə Peyğəmbər(s)-ə ən yaxın sirdaş məhz Əli (ə) olmuşdur. Bu həqiqəti bəyan edən tək bu ayəyə işarə etmək kifayətdir:
    "İlahi, bizə nazil etdiyinə iman gətirdik və Peyğəmbərə tabe olduq. Artıq bizi şahid olanlarla bir yerdə yaz!”
    4-cü hissə
    1-Müşriklərin Əli(ə)-a qarşı hazırladıqları hiylə və sui-qəsdlər.
    2-Dəccalların* Əli (ə) əleyhinə nəql etdikləri yalan hədislər.
    3-Əbu Hüreyrənin Bəni Üməyyə xilafətinə yol tapması və bu hədisin təhrif edilməsi.
    Əli(ə)-ın qatı düşmənlərindən olan nakisinlər, qasitinlər, mariqinlər* və ən başlıcası Bəni Üməyyə hökuməti dəllallara pul və qiymətli hədiyyələr verməklə onları xilafətdən asılı vəziyyətə salar və Əli(ə)-ın fəziləti haqqında nəql olunmuş hədisləri tamamilə əksinə nəql etməyə məcbur edərdilər. Hamıya məlum idi ki, Əli (ə) islamı qəbul etmiş ilk şəxs olmuşdur. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələri ərəb və əcəm arasında dillər əzbərinə çevrilmişdi. Peyğəmbər(s)-in özündən sonra xilafəti ona tapşırması da kimsəyə gizli deyildi.
    Bütün bunlar Bəni Üməyyə xilafətinə iman gətirmiş "müsəlman”larda Əli(ə)-a qarşı kin və həSəd yaranmasına səbəb oldu. Şamı ikinci dəfə (Siffeyn döyüşündən sonra) ələ keçirdikdən sonra Əli(ə)-a qarşı aparılan düşmənçilik siyasəti artıq aşkarcasına həyata keçirilməyə başladı. Bəni Üməyyə Əli(ə)-ın əleyhinə müxtəlif tədbirlərə əl atır və bunu özləri üçün şəri vəzifə bilirdilər. Aparılan əks təbliğat yollarından biri də Əli(ə)-ın əleyhinə uydurulan təhqiramiz hədislərin geniş surətdə yayılması idi. Bu işə Akilətul-Əkbad adlı bir şəxs rəhbərlik edirdi. Bəni Üməyyə özünü təmizə çıxarmaq üçün Əli(ə)-a tənələr vurar və ona aid olmayan işlərdə günahlandırmağa çalışardı. Əli (ə) ilə beyət edən şəxslər tədriclə dünya malına uyaraq Müaviyəni ondan üstün tutmağa başladılar. Peyğəmbər sünnətini tərk edib Bəni Üməyyə şahənşahlığına üz tutan müsəlmanlar cəmiyyətdə yeni-yeni ixtilafların yaranmasına səbəb oldular. Əli(ə)-ın ətrafında qalan sadiq möminlər isə barmaqla sayılırdılar. Onlar hər zaman əməvi xilafəti tərəfindən müxtəlif təcavüzlərə məruz qalır və ev-eşiklərindən didərgin düşürdülər. Əli(ə)-ın özü isə Peyğəmbər (s) tərəfindən təyin olunmuş xila-fətdən uzaqlaşdırıldı. Cəmiyyətdə yaranmış puç əqidə, Bəni Üməyyə adət-ən”ənələrini Peyğəmbər sünnətindən üstün tutdu. Quran istənilən şəkildə təfsir edilir, Peyğəmbər(s)-in ən yaxın səhabələri isə xilafət tərəfindən müxtəlif təqiblərə məruz qalırdılar.
    Belə bir çətin şəraitdə Əli (ə) ilə düşmənçilik xəttində duran Nakisinlər, qasitinlər, mariqinlər kimi qruplaşmalar günbəgün güclənir və xilafəti ələ keçirməyə cəhd göstərirdilər. Onlar namazlarında Əli(ə)-a lənət oxuyur və bunu özləri üçün şəri vəzifə bilirdilər.
    Xilafət tərəfindən himayə olunan hədis dəllallarından biri də Əbu Hüreyrə idi.
    O, Bəni Üməyyə əmirlərinin sifarişi ilə yeni-yeni hədislər nəql edir və yaxud Peyğəmbər(s)-dən nəql olunmuş hədisləri onların istədikləri tərzdə təhrif edirdi. Bu hədis də ("bəraət” hökmü haqqında nəql olunmuş hədis) təhrif olunmuş hədislər sırasındadır. Hədisin təhrif olunmuş surəti belədir: "Peyğəmbər (s) "Həccətül Vidadan” bir il əvvəl Əbu Bəkri həcc zəvvarlarının üzərində əmir təyin etdi və ona Məkkə müşriklərinə "Bəraət” hökmünü oxumağı əmr etdi. Orada deyilirdi: "Bu ildən etibarən müşriklər və paltarsız zəvvarlar Kəbə evini ziyarət (təvaf) etməkdən məhrumdurlar. Biz bu hökmü Mina dağında müşriklərə oxuduğumuz zaman Peyğəmbər (s) Əlini bizim arxamızca göndərdi və o da "Bəraət” hökmünü bizimlə birlikdə oxudu.”
    Əbu Hüreyrənin hədis uydurma və təhrif etmə qabiliyyəti çox güclü idi. O adətən hədisləri zəmanəyə uyğun və cəmiyyətin istədiyi bir tərzdə nəql etməklə, haqqı bəyan edən digər mühəddislərin əlini hər yerdən üzürdü. Çünki, cəmiyyət haqq və ədalətdən uzaqlaşdırılmışdı və onların nəql etdikləri hədisləri mötəbər saymırdılar.
    Bu hədisi nəql etməkdə Əbu Hüreyrənin iki əsas məqSədi olmuşdur və bu iki məqSəd Əli(ə)-ın əleyhinə yönəlmişdi:
    1-Əli(ə)-ın öhdəsinə düşən məs”uliyyəti (vəzifəni) cəmiyyətin gözündə kiçiltmək və o həzrətin məqamına xələl gətirmək. Belə ki, Əbu Hüreyrə hədisi nəql edərkən deyir: Həmin il (Həccətül-Vidadan bir il əvvəl) Əbu Bəkr həcc zəvvarlarına əmir təyin edildi. Peyğəmbər (s) "Bəraət” hökmünü tək Əliyə etibar edə bilməyib məni də (Əbu Hüreyrə özünü nəzərdə tutur) bir neçə qüvvəli şəxs ilə Məkkəyə yola saldı.
    2-Əli həmin il həcc ziyarətində Əbu Bəkrin (müəyyən işlər üçün) təyin etdiyi şəxslərdən daha çox fəaliyyət göstərə bilmədi. Çünki Əli öhdəsinə düşən vəzifəni lazımınca yerinə yetirə bilsəydi başqaları da belə edərdi.
    Həqiqətin təhrif olunduğunu başa düşmək üçün bunu bilmək kifayətdir ki, Peyğəmbər (s) Əbu Bəkri yarı yoldan qaytarıb Əli(ə)-ı Məkkəyə göndərmişdi. Belə ki, hədisdə deyilir:
    "Bu əmri ya mən yerinə yetirməliyəm, ya da sən!” Əli (ə) dedi: "Elə isə bu işi mən yerinə yetirərəm.”
    Əldə olan kifayət qədər mötəbər hədis və rəvayətlər Əbu Hüreyrənin uydurduğu bu hədisi də batil edir. Bir zamanlar Bəni Üməyyənin sifarişi ilə nəql edilmiş bu hədislər qüvvədə olsa da hal-hazırda Bəni Üməyyə maraqlarını müdafiə edən şəxslərdən başqa onlara müraciət edən kimsə tapılmayır.
    5-ci hissə
    Müaviyənin zamanında ən gəlirli işlərdən biri də Peyğəmbər(s)-in ailəsinin əleyhinə yalan hədislərin uydurulması idi. Bəni Üməyyə xilafətinə yaxınlaşmaq və var-dövlət sahibi olmaq istəyən hər bir şəxs bu yol ilə istəyinə nail ola bilərdi. Hədis ticarəti müsəlmanları çaşqın vəziyyətə salmış, cəmiyyətdə misli görünməyən təlatümə səbəb olmuşdu. O dövrün ən məşhur hədis dəccalları bunlar idi: Həmid ibni Abdullah, Məhəmməd ibni KƏb Fərzi, Əbu Hüreyrə və s. Bəni Üməyyə xilafətinə bu işdə böyük xidmətlər göstərən hədis dəccallarının sayı günbəgün artmaqda idi. Minbərlərdə oxunan təhrif olunmuş hədislər nadan Şam camaatı tərəfindən həqiqət kimi qəbul olunurdu. Dəccallar nəql və sonra bəyan etdikləri hədislərdə onlara sübut etməyə çalışırdılar ki, Əli (ə) və onun övladları dindən çıxmış, azğın şəxslərdir və gündəlik namazlardan sonra onlara lənət oxumaq hər bir şəxsin şəri borcudur. Təəssüflər olsun ki, onlar sadəlövh Şam əhlinin bir çoxunu özlərinə tərəf çəkə bilib, Əli(ə)-ın və onun məsum ailəsinin qatı düşmənlərinə çevirdilər.
    Barmaqla sayılan məzlum və sadiq möminlərin belə bir şəraitdə sükutdan başqa gücləri bir şeyə çatmayırdı. Onlar haqq-ədalətin ayaqlar altına atıldığını görür, amma cür”ət edib xilafətə qarşı etiraz edə bilmirdilər.
    Onlardan bu hədislər barəsində sual edildikdə çarəsizlikdən kinayə və ya üstü örtülü yollar ilə cavab verməli olurdular.
    Verilən suallar da adətən Siddiqin (Əbu Bəkrin) və Faruğun (Ömər ibni Xəttabın) fəzilətləri haqqında olardı. Bəni Üməyyənin hiylə və şərrindən yaxa qurtarmaq üçün daim nəzarət altında olan əshab təqiyyə edər və hər kəslə ünsiyyətdə olmazdılar.
    Beləliklə haqq-ədalət batil əqidələr ilə əvəz olundu. Bu hədis dəllallarına daha çox gəlir gətirdi və az bir zaman ərzində cəmiyyətdə yayılmağa başladı. Onlar hədis bazarının qızışdığını görüb onu (hədisi) Əli(ə)-dan, əmisi oğlu İbni Abbasdan, ən yaxın səhabə olan Cabir ibni Abdullah Ənsaridən və İmam Baqir (ə) kimi mötəbər şəxslərin adından nəql etməyə başladılar. Zaman keçdikcə uydurulmuş hədislər kitablarda yazılır və müsəlmanlar arasında rəğbətlə qarşılanırdı. Sadəlövh müsəlmanlar bu hədisləri Peyğəmbər(s)-dən nəql olunmuş hədislər ilə birlikdə oxuyur və qorunub saxlanmasında çox sƏy göstərirdilər.
    Əli(ə)-ın qatı düşmənlərindən biri olan Əbu Zər”ə ibni Raşid hədis tarixinə ən böyük zərbə vuran dəllallardan biri olmuşdur. Nasibilərdən olan bu şəxs tək Əli (ə) ilə deyil, Bəni Haşimlərlə də düşmənçilik edər və onların əleyhinə hədis nəql edərdi. O bu hədisləri adətən öz şeyxi (ustadı) Yunis ibni Yəzid Əbəlidən nəql edərdi. O isə Müaviyənin azad etdiyi qullardan biri idi.(Əbu Nəsr Kəlabazi, Əbu Bəkr İsfahani və Əbul-Fəzl Şeybani (Qeysərani kimi məşhur idi) öz kitablarında Yunis İbni Yəzidin həyatı haqqında geniş məlumatlar vermişlər. (Qeysəraninin kitabına müraciət et, səh.458) Yunis Əbəlinin nəql etdiyi hədislərdən biri də Peyğəmbərin əmisi Əbu Talibin vəfatı hədisini məhz Əbu Zər”ədən nəql etmişdir.)
    Bu əsassız hədisi İbni Abbasın ayağına yazan şəxs Əli(ə)-ın qatı düşmənlərindən biri olan Məczat oğlu Əbül Qasim Muqsəm olmuşdur. Məşhur ravilərdən biri olan Hakim onu Buxarinin mötəbər bildiyi şəxslərdən biri bilib özünün "Əl-Mustədrək” adlı kitabında bu hədisi ondan nəql etmişdir.
    Buxari özü Muqsəmi zəif ravilərdən hesab etmiş və kitabında onların (zəif ravilərin) adlarını ayrıca qeyd etmişdir.
    Zəhəbi özünün "Əl-mizan” adlı kitabında Buxari və İbni Həzmə istinad edərək Muqsəmin zəif ravi olduğunu bəyan etmişdir.
    İbni Səd özünün "Təbəqat” adlı kitabında (5-ci cild, səh.346) yazır: "Muqsəm çox hədis nəql etmişdir, amma onların əksəriyyəti zəif və etibarsızdır. Elə bu səbəbdən də Müslüm və Buxari ondan bir hədis olsun belə nəql etməmişlər.”
    Buxari Malik oğlu Əbdül Kərimdən nəql etdiyi rəvayətdə deyir: Günlərin biri Muqsəm ibni Abbasdan mənə belə bir rəvayət nəql etdi:
    "Bədr döyüşündə Peyğəmbər (s) ilə birlikdə döyüşənlər, Bədrdə olub döyüşdə iştirak etməyən və onu (Peyğəmbər(s)-i) tərk edib döyüş meydanından qaçanlarla bir deyillər.”
    Buxari hədisin təfsirini İbni Abbasdan (Muqsəmin vasitəsilə) öz kitabında iki yerdə nəql etmişdir:
    1-Bədr döyüşünün şərhində.(Səhihi-Buxari”, 3-cü cild, səh.2.)
    2-”Nisa” surəsini təfsir edərkən.(Səhihi-Buxari”, səh.81.)
    Buxari bu hədisdən başqa Muqsəmdən heç bir şey nəql etməmişdir.
    Hədisi Cabir ibni Abdullah Ənsariyə istinad edən şəxs Nəcihul Mələtin oğlu Əbu Saleh İshaq olmuşdur. O öz nadanlığı və yalançılığı ilə hər yerdə şöhrət tapmışdı. Vəziyyətdən sui-istifadə edərək hədis nəql etməyə başlamış və bu yol ilə xeyli var-dövlət əldə edə bilmişdi. Zəhəbi "Mizan”da onun nə qədər yalançı və nalayiq insan olduğu və imamlar (ə) haqqında uydurduğu təhqiramiz hədislər haqqında dəyərli məlumatlar vermişdir.
    Hədisi İmam Baqir (ə)-a istinad edən şəxs İshaq oğlu Məhəmməd olmuşdur. Onun nəql etdiyi hədis başdan-ayağa yalan olmaqla yanaşı heç bir dəlilə əsaslanmayır. Əli(ə)-ın məqamını dərk etməyən bu nadan insanlar tarix boyu heç bir ravinin nəql etmədiyi hədis və rəvayətləri öz kitablarında müxtəlif yollar ilə nəql edərdilər.
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 750 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024