İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:36 PM
    19-cu hədis
    Ömərin mələklər ilə söhbəti
    Buxari("Səhihi-Buxari”, 2-ci cild, səh.194, ömərin fəzilətləri fəsli.) bu hədisi Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir: "Sizlərdən əvvəl bəni İsrail övladlarından elə şəxslər var idi ki, peyğəmbər olmamaqlarına baxmayaraq mələklər onlar ilə söhbət edərdilər. Mənim ümmətimdən elə bir şəxs olarsa, Ömər özü olacaqdır.”
    Əbu Hüreyrənin Peyğəmbər(s)-dən nəql etdiyi başqa bir hədisdə deyilir: "Keçmiş ümmətlər arasında elə şəxslər var idi ki, mələklər ilə birbaşa əlaqədə olar və onlar ilə söhbət edərdilər. Əgər mənim ümmətimdən onlar kimi bir şəxs olsa, Ömərin özü olacaqdır.”
    Əbu Hüreyrə bu hədisi Ömər vəfat etdikdən bir neçə il sonra Peyğəmbər(s)-in dilindən nəql etmişdir. (Ömər ibni Xəttab isə Peyğəmbər(s)-dən on iki il sonra vəfat etmişdir).
    Hökuməti əldə saxlamaq üçün Peyğəmbər(s)-in ailəsi haqqında təhqiramiz hədislər nəql olunmalı, Əbu Bəkr və Öməri məsumluq dərəcəsinə çatdırmaq lazım idi. Xəlifə Ömərin zamanında belə bir hədisin nəql olunması qeyri-mümkün idi, çünki onu hamı yaxşı tanıyırdı və artıq heç bir tərif və tənqidə ehtiyac yox idi.
    Müaviyə isə tam başqa bir insan idi. Ona yalnız şan-şöhrət və islam ümməti üzərində güclü hakimiyyət qurmaq lazım idi. Haqqı batildən ayıran əql sahibləri yaxşı bilirlər ki, mələklər ilə ünsiyyətdə olan yalnız peyğəmbərlər və onların məsum naibləri (canişinləri) olmuşlar. Peyğəmbərlər vəhy yolu ilə, onların naibləri isə Allahdan ilham alaraq mələklərlə ünsiyyətdə olmuşlar. Xəlifə Ömər isə nə Peyğəmbər, nə də peyğəmbər(s)-in naibi deyildi. Deməli onun mələklər ilə ünsiyyətdə olması (danışması) qeyri-mümkündür.
    Mələklər ilə ünsiyyətdə olan naiblər isə heç olmazsa Harun, Yuşə və Şəm”un (ə)-ların kəsb etdikləri məqama nail olmalı idilər.
    20-ci hədis
    Peyğəmbər (s)-in malının qalan hissəsi Sədəqədir
    Müslüm və Buxari bu hədisi Əbu Hüreyrədən, o da Peyğəmbər (s)-in adından nəql etmişdir. Hədisdə deyilir: "(Mən vəfat edəndən sonra) qadınlarımın payına düşən hissəni onların özlərinə verin və xidmətçilərin zəhmət haqlarını tam şəkildə ödəyin. Yerdə qalan miqdarını isə imkansızlara Sədəqə verin. Mənim ailə üzvlərimə bir dinar da olsun verilməməlidir.”
    Əbu Bəkr bu hədisə istinad edərək Həzrəti Zəhra(ə)-ı payına düşən mal-dövlətdən məhrum etdi.
    Müslüm və Buxari öz kitablarında Ayişədən belə bir hədis nəql edirlər: Peyğəmbər(s)-in qızı Fatimə atasından ona qalmış irsi almaq üçün atam Əbu Bəkrin yanına gəlib, haqqını tələb etdi. Atam ona dedi: Peyğəmbər (s) özü buyurmuşdur ki, öz var-dövlətimdən ailəm üçün heç bir şey saxlamayıram. Bizlərdən (peyğəmbərlərdən) hər nə qalarsa fəqir-füqəra arasında Sədəqə olaraq paylanmalıdır. (Ayişə deyir:) Atam Əbu Bəkr onu (Fatimə(ə)-ı) payına düşən irsdən məhrum etdi. Fatimə bu sözləri eşitdikdən sonra qəzəblə Əbu Bəkrin evini tərk edərək ömrünün sonunadək onunla bir kəlmə də olsun danışmadı.
    Həzrəti Fatimeyi Zəhra (ə) Peyğəmbər(s)-dən sonra yalnız altı ay yaşadı və dünyasını dəyişərkən həyat yoldaşı Əli(ə)-a vəsiyyət etdi ki, onu gecə ikən dəfn etsin və Əbu Bəkr dəfn mərasiminə dəvət edilsin.
    Nəql olunmuş rəvayətlərdən birində deyilir:
    Həzrəti Fatimə(ə)-ın Əbu Bəkrin yanına gəldiyini görən xəlifənin "sadiq tərəfdarları” həzrətin səsini boğmaq üçün səs-küy yaratmağa başladılar. Fatimə (ə) bir qədər dayandı və ətrafdakılar səslərini kəsib nə baş verəcəyini çox maraqla izləməyə başladılar. Allaha şükr və səna etdikdən sonra Fatimə (ə) canları lərzəyə salan bir xütbə oxudu:
    Bayaqdan alışan gözlər aşağı dikildi və kimsəyə aman verməyən "müsəlmanlar” hərəkətsiz qalaraq artıq bir söz deməyə cəsarət etmədilər.
    Həqiqəti olduğu kimi dərk etmək üçün həzrəti Fatimə(ə)-ın o günlər söylədiyi xütbəni ilk növbədə təhlil etməli, onlar arasında (Həzrəti Fatimə və Əbu Bəkr) baş vermiş ixtilafların səbəblərini araşdırmaq lazımdır.(Bu xütbə İmamlar (əleyhimussəlam) tərəfindən əshaba oxunmuş və onların vasitəsi ilə bizlərə çatdırılmışdır. Bu hədis Təbərsinin "İtqan” və Əllamə Məclisinin "Biharul-ənvar” kimi mötəbər əsərlərində də nəql edilmişdir. Əbu Bəkr Əhməd ibni Əbdül Əziz Covhəri özünün "Səqifə və "Fədək” adlı kitablarında bu hədisi Əli əleyhissəlamın qızı Zeynəbi Kubradan nəql etmişdir. Bəzi mənbələrdə hədis İmam Cəfər Sadiq və İmam Baqir əleyhiməssəlam və həmçinin Abdullah ibni Həsən ibni Hüseyndən də nəql edilmişdir. Adları çəkilən bu şəxslər isə hədisi Həzrət Fatimə əleyha səlama istinad etmiş və ondan nəql etmişlər. (Həmidin "Nəhcül-Bəlağə-yə verdiyi şərhə müraciət edə bilərsiniz: 4-cü cild, səh.87.) Həmçinin Əbu Abdullah ibni İmran Mərzbani, Ürvət ibni Zübeyr Ayişəyə istinad edərək hədisi həzrəti Fatimə əleyha səlamdan nəql etmişlər. (Həmin mənbəyə müraciət edə bilərsiniz: 4-cü cild, səh.93) Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talibə istinad etmiş və o da atasından, o da cəddindən, o da Həzrəti Fatimə əleyha səlamdan nəql edir: "Əbu Talib ailəsinin böyükləri ata-babalarından öyrəndikləri xütbələri öz övladlarına təlim etdiklərini gördüm.”) Onlar arasında baş vermiş söhbət isə belə olmuşdur:
    Fatimə (ə) Əbu Bəkrin yanına gəlib dedi: Ey Əbu Bəkr! Əgər sən bu gün ölsən, səndən kim irs aparacaqdır?
    Dedi: Əyalım və övladlarım.
    Fatimə (ə) buyurdu: Bəs nə cür olur ki, sən Peyğəmbərdən irs apara bilirsən, amma onun övladı yox?!
    Dedi: Ey Peyğəmbərin qızı! Məgər mən nə etmişəm ki, məndən bu qədər narazısan?
    Buyurdu: Fədək Peyğəmbərdən bizə irs qaldığı bir halda onu bizdən aldın və haqqımızdan məhrum etdin....
    "Səqifə və "Fədək” (Müəllif: Əbu Bəkr Əbdul Əziz Covhəri) və "Nəhcül-Bəlağənin şəhrinə müraciət edə bilərsiniz (4-cü cild, səh.87)
    Covhəri Əbu Sələməyə istinad edərək deyir:
    Fatimə (ə) atasından ona qalan irsi tələb etdiyi zaman Əbu Bəkr ona dedi: Allah Peyğəmbərindən bu sözləri eşitdim: "Peyğəmbərlər özlərindən sonra irs qoymazlar.” Mən o şəxslərin xərcliyini (payına düşən malı) verirəm ki, Peyğəmbər (s) sağlığında özü onlara xərclik verərdi.
    Fatimeyi Zəhra (ə) buyurdu: Sənin qızın səndən irs apara bilir, amma Peyğəmbərin qızı öz atasından yox?!
    Əbu Bəkr dedi: Bəli! Elədir ki, var.
    Bu rəvayəti Əhməd ibni Hənbəl də özünün "Əl-Müsnəd” adlı kitabında nəql etmişdir. (1-ci cild, səh.10), "Əbu Bəkrin nəql etdiyi hədislər” fəsli.)
    Covhəri özünün "Səqifə və "Fədək” adlı kitablarında Əbu Talibin qızı Ümmü Haniyə istinad edərək belə bir rəvayət nəql etmişdir: Fatimə (ə) Əbu Bəkrin yanına gəlib dedi: Sən öldüyün zaman kim səndən irs aparacaqdır?
    Dedi: Əyalım və uşaqlarım.
    Fatimə (ə) buyurdu: Necə olur ki, sən Peyğəmbər(s)-dən irs apara bilirsən, amma biz onun övladları yox?
    Əbu Bəkr dedi: Ey Peyğəmbərin qızı! Atan sizin üçün özündən sonra irs qoymamışdır.
    Buyurdu: Amma Allah-təala bizim üçün ayırdığı paya (xilafətə) indi sən sahib olmusan!
    Dedi: Allah Peyğəmbərindən bu sözləri eşitdim:
    "O pay müsəlmanların ixtiyarında olmalıdır.”
    O gün Həzrəti Fatimə (ə) belə bir xütbə oxudu:
    "Nə üçün Allahın kitabından üz çevirib onu kənara qoydunuz?” Sonra bu ayələrə istinad etdi:
    "Süleyman Davuda varis oldu (irs apardı).”("Nəml” surəsi, ayə:16)
    "(Zəkəriyya dedi: Pərvərdigara,) mənə öz dərgahından bir oğul bəxşiş et ki, o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Pərvərdigara! Həm də elə et ki, o Sənin razılığını qazanmış olsun.”(Məryəm” surəsi, ayə:6)
    "Qohumlar Allahın kitabında irs aparmaq (varislik) baxımından bəziləri digrində daha üstündürlər.”("Ənfal” surəsi, ayə:75)
    "Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğlana iki qız qədər pay (irsdən) düşür.”(Nisa” surəsi, ayə:11)
    "Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Bu müttəqilərə vacibdir.”("Bəqərə surəsi, ayə:180)
    Həzrəti Fatimə (ə) bu ayələri tilavət etdikdən sonra buyurdu: Bəlkə Allah atama nazil etmədiyi ayələri sizə nazil etmişdir?
    Yoxsa siz Quranı atamdan və əmim oğlundan daha yaxşı dərk edirsiniz? Belə ki, deyəsiniz iki din ardıcılları bir-birindən irs apara bilməz?! (Xütbədən bir hissə.)
    Fatimə (ə) Quran ayələrinə istinad edərək Əbu Bəkri həqiqətdən agah etmək istəsə də, təəssüflər olsun ki, bir şeyə nail ola bilmədi. Onlar (hakim qüvvələr) Quran ayələrini özlərinə sərf edən bir tərzdə təfsir edib Fatimənin, atasından ona çatacaq irsdən məhrum etdilər. Beləliklə ayədəki "irs” kəlməsi mal-dövlət mənasında yox, peyğəmbərlik, və elm, hikmət mənalarında təfsir edildi və haqq-ədalətin üzərindən xət çəkildi.
    Deməli, o zaman onlara ayənin həqiqi mənası deyil, məcazi mənası sərfəli idi və bunu cəmiyyətdə yaranmış şərait tələb edirdi.(Hakimiyyəti zorla ələ almış Əbu Bəkrçilər müsadirə yolu ilə istədikləri hər bir şeyi ələ gətirir və etiraz edən şəxslərə uydurulmuş hədislər və (məna baxımından) təhrif edilmiş Quran ayələri ilə cavab verirdilər. Necə ki, Əbu Bəkr Fatimə əleyha səlamın etirazına belə bir bəhanə ilə cavab vermişdir: "Ey Peyğəmbərin qızı! And olsun Allaha, O, bizim üçün atandan əzizbir şey xəlq etməmişdir. O dünyadan köçdüyü zaman özümə qərar tapa bilməyirdim. Yaşamaqdan cana gəlib yerlə göyün birləşməsini istəyirdim. And olsun Allaha! Ayişənin ehtiyac içində yaşamasına razı olaram, amma sənin yox! Sən elə güman edirsən ki, haqqa don geydirib sənə zülm edirəm, amma bu belə deyildir! Dediyin mallar isə Peyğəmbərin şəxsi mülkü deyil və ümum müsəlmanların beytül-malına aiddir. O, öz sağlığında bu malları ehtiyac içində yaşayan fəqir-füqəraya Sədəqə verərdi. Dünyadan köçdükdən sonra isə bu iş mənim öhdəmə düşdü və hal-hazırda onu fəqir-füqəra arasında mən bölürəm. Fatimə əleyha səlam buyurdu: And olsun Allaha! Bundan belə səninlə bir kəlmə də danışmayacağam. Daim sənə nifrin edib haqqında pis qarğışlar edəcəyəm. Əbu Bəkr dedi: Amma mən Allahdan sənin üçün dua edəcəyəm! Fatimə əleyha səlam vəfat etdiyi zaman vəsiyyət etdi ki, Əbu Bəkr onun üçün meyyit namazı qılmaqdan və dəfn mərasimində iştirak etməkdən məhrum edilsin. Əbu Bəkr Çovhəri özünün "Səqifə və "Fədək” adlı kitablarında bu hədisi olduğu kimi nəql etmişdir. ("Nəhcül-Bəlağənin şərhinə müraciət et: 4-cü cild, səh.90.) Əbu Bəkr Həzrəti Fatimənin misal çəkdiyi ilk iki ayəni (Davud və Zəkəriyya əleyhiməssəlamın dastanı) müqabilində cavabsız qalıb "Dediyin mallar isə Peyğəmbərin şəxsi mülkü deyildir” -deyərək Fatiməni razı salmağa sƏy etdi. Həzrəti Fatimə isə ona heç bir cavab verməyib evini tərk edir və ömrünün sonunadək ona nifrin edəcəyini özünə söz verir.)
    "Allahdan başqa heç bir qüdrət sahibi yoxdur.”
    ***
    Ayəyə bir qədər diqqət yetirsək görəcəyik ki, mal-dövlət (irs) deyildikdə məqSəd peyğəmbərlik deyil, məhz həmən dünyəvi (gündəlik istifadə olunan) mal-dövlətdir. Mərhum Ələmul-Huda özünün Şafi adlı kitabında bu mətləbi şərh edərkən deyir: Əgər Zəkəriyya(ə)-ın özündən sonra varisi-oğul övladı olmasaydı ətrafındakı qüdrət sahibləri tutduqları mövqeydən sui-istifadə edərək onun var-dövlətini mənimsəyib pis məqSədlər üçün istifadə edə bilərdilər. Bu səbəbdən də o, Allah-təaladan ona övlad əta etməsini dua edir və onun duası Allahın dərgahında qəbul olunur.
    Peyğəmbə (s) kimsənin öz övladına göstər-mədiyi mehr-məhəbbəti Fatimə(ə)-a göstərər və onu hamıdan əziz tutardı. Həzrəti Peyğəmbər (s) hər dəfə Fatimə(ə)-dan söz düşdüyü zaman üç dəfə bu sözləri təkrar edərdi: "Atası Zəhraya fəda olsun!”
    Dünyaya iki alim imam gətirmiş (İmam Həsən və İmam Hüseyn(ə)) Həzrəti Zəhra (ə) müsəlman qadınına xas olan ən yüksək əxlaqa malik idi. Onun tərbiyəsi ilə şəxsən Peyğəmbər (ə) məşğul olar və onu aləmlərin sirlərindən agah edərdi.
    Yoxsa onlar (xilafət və onun havadarları) belə güman edirdilər ki, Peyğəmbər (s) irs (varislik) kimi mühüm bir məsələni Fatimə(ə)-a təlim vermədən dünyadan köçmüş və o həzrət bu şəri məsələdən agah olmamışdır?! Yoxsa müsəlman ümmətinin ən adil qazisi, Peyğəmbərin elm şəhərinin qapısı, Peyğəmbər(s)-in kürəkəni və nəhayət əmisi oğlu olan Əli (ə) da bu həqiqətdən agah deyildi?! O ailədə böyüyüb boya-başa çatmış atasının dayağı olan İmam Həsən(ə), İmam Hüseyn(ə), Həzrəti Əbul-Fəzl Abbas necə?
    Axı necə olur ki, Peyğəmbər (s) varislik məsələsini, daha dəqiq desək, "Peyğəmbərlər özlərindən sonra irs qoymazlar” hədisini öz qəbiləsinə (yəni Bəni Haşimə) yox, təkcə Əbu Bəkr kimi yad bir şəxsə nəql etmişdir?! Onda belə çıxır ki, Peyğəmbər (s) özündən sonra qoyub gedəcəyi var-dövləti (irsi) özü-özündən gizlədib onu tam başqa bir şəxsə həvalə etmişdir. Bu isə Peyğəmbər (s) sünnəti ilə tamamilə ziddir. Çünki, o, dini (şəri) hökümləri müəyyən şəxslərə deyil, hamıya nazil olmuş ilk ayələri belə kimSədən gizlin saxlamadı, əksinə olaraq onu islamı yeni qəbul etmiş müsəlmanlara oxuyar və geniş şəkildə izah edərdi.
    Həzrəti Fatimə (ə) bu fəsahətli xütbədə "Yoxsa demək istəyirsiniz ki, mən və atam iki din ardıcıllarıyıq və iki din ardıcılı bir-birindən irs aparmır?” deməklə sönmüş ürəkləri yenidən şölələndirdi, amma öz haqqına nail ola bilmədi. Səbəbi isə artıq məlumdur: "Hədis”. Elə bir hədis ki, onu Əbu Bəkrdən savayı kimsə (Həzrəti Məhəmməd(s)-dən) eşitməmiş və nəql etməmişdir. Əlbəttə bəziləri belə güman edə bilərlər ki, bu hədisi Malik ibni Ovs ibni Hədəsan da nəql etmişdir.("Nəhcül-Bəlağənin şərhi (Həmidi), 4-cü cild, səh.91)
    Bəli! Deyirlər ki, xəlifə Ömərin zamanında Əli (ə) və İbni Abbas şikayət üçün onun yanına gəlirlər. Osman, Əbdürrəhman, Zübeyr və Səd kimi məşhur səhabələr də orada olurlar. Ömər onlardan soruşur:("Səhihi-Buxari”, 2-ci cild, səh.124) "Məgər Peyğəmbər(s)-in buyurduğu "Biz özümüzdən sonra irs qoymarıq və bizdən qalan hər bir şey Sədəqədir” hədisini eşitməmisinizmi?” Onlar da məcbur olub Ömərin dediklərini təsdiq etdilər.
    Göründüyü kimi Əbu Hüreyrə bu məclisdə iştirak etməmişdir və iştirak edə bilməzdi də; çünki, oraya ən hörmətli və adlı-sanlı səhabələr toplaşıb müsəlmanların gündəlik çətinliklərini həll edirdilər. Əbu Hüreyrə isə o ad-sandan məhrum idi. Onun fəaliyyəti, Müaviyə xilafəti ələ keçirdikdən sonra başladı. O zaman ki, Əbu Bəkr, Ömər, Osman və digər görkəmli şəxsiyyətlər vəfat etmiş, Əbu Hüreyrə üçün hədis uydurmağa əlverişli şərait yaranmışdı. Bəni Üməyyə onu hər tərəfli təmin edərək hər yerdə tanıtmağa çalışardı. Onların sayəsində Əbu Hüreyrə az bir zamanda məşhurlaşdı və Əməvi xilafətinin ən yaxın adamlarından birinə çevrildi. Xəlifə Əbu Hüreyrəni tərif edər və həvəsləndirməyə xüsusi fikir verərdi. Yeni-yeni hədis uydurmaq üçün onun məvacibini günbəgün artırardı.
    Beləliklə, Əbu Hüreyrə islam aləmində adlı-sanlı səhabələrdən biri kimi tanınmağa başladı.
    21-ci hədis
    Əbu Talibin kəlmeyi-şəhadət deməkdən imtina etməsi
    Əbu Hüreyrə deyir: "Peyğəmbər (s) əmisi Əbu Talibə dedi: Şəhadət ver (yəni "la ilahə illəllah, Muhəmmədən Rəsulullah” kəlməsini de) ki, qiyamət günü sənin bu işinə şahid olum. Əbu Talib dedi: Əgər Qureyş "dərədə mühasirədə qalmaq* onu bu işə vadar etdi” deməsəydi, dediyin hər bir şeyi iqrar edərdim. Elə o zaman bu ayə nazil oldu:
    "Ya Məhəmməd! Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən; Allah özü istədiyini doğru yola salar.”("Əl-Qəsəs” surəsi, ayə:56)
    Əbu Hüreyrə başqa bir yerdə bu rəvayəti belə nəql edir: Peyğəmbər (s) əmisi Əbu Talib ölüm ayağında olduğu zaman ona dedi: La ilahə illəllah de ki, qiyamət günü sənin bu işin üçün şahid olum. Amma Əbu Talib kəlmeyi-şəhadəti iqrar etmədi. Bu səbəbdən də Allah-təala bu ayəni Peyğəmbər(s)-ə nazil etdi.(Bu iki hədisi Müslüm öz "Səhih” kitabında (1-ci cild, səh.31) Yəzid ibni Keysandan, o da Əbu Hazimdən, və o da Əbu Hüreyrədən nəql etmişdir.)
    ***
    Həzrəti Əbu Talib (Allah ona rəhmət eləsin!) besətin onuncu ilində (bəzilərinin dediyinə görə 9-cu və ya 8-ci ilində) yəni hicrətdən üç il əvvəl vəfat etmişdir. Əbu Hüreyrə azı on il bundan sonra Hicaza gəlmiş və islamı qəbul etmişdir. Deməli, Əbu Hüreyrə bu cəryəanda şəxsən iştirak etməmişdir və nəql etdiyi bu hədis də digər hədislər kimi yalan və iftiradır. Dinsiz və ağlı dininə hakim olmayan şəxslərdən Allaha pənah aparıram! İslamın görkəmli şəxsiyyətləri haqqında dəyərli təhqiqatlar aparılmış və Həzrəti Əbu Talib (Allah ona rəhmət eləsin!) haqqında bir neçə kitab təlif edilmişdir.(1351-ci hicri şəmsi (1972-ci miladi) ilində "Əl-Mətbəul-Ələviyyə adlı mətbəədə İmam ŞəmSəddin Əbu Əli Fəxar ibni Şərif: Ey Allah şahidi, mənim üçün şəhadət ver ki, Nəbinin (Peyğəmbərin) Əhmədin dinindəyəm.” Kimi qeyd etmişdir.)
    Məgər dillərdə əzbər olan bu misal Əbu Talibin dəfələrlə təkrar etdiyi şüar deyildimi: "Ey Allah şahidi, mənim üçün şəhadət ver ki, Əhməd Nəbinin (Peyğəmbərin), dinindəyəm!”
    "Əl-Həccətu Ələz-zahib ila tənfir Əbi Talib” adlı kitabı nəşr edildi. kitabın sonunda Peyğəmbər(s)-in əmisi Həzrəti Əbu Talibin (Allah ona rəhmət eləsin) müsəlman olaraq dünyadan köçməsi haqqında yazılmış bir neçə kitabın adını çəkmişdir. "Əbdul Ovfun böyük övladı” Əllamə Seyyid Məhəmməd ali Şərufun Musəvi Amilini 1970-(1349-cu) ildə yazdığı (Bağdadda çap olmuş) "Və Şeyxul Əbtəh” haqqında yazılmış ən yaxşı kitab hesab etmək olar. Kitab fəlsəfə, tarix və sair elmi mövzuları əhatə edir. Əllamə Seyyid Məhəmməd cənablarının təlif etdiyi bu kitab özünün gözəl ədəbi üsulu ilə bu mövzuda yazılmış digər kitablardan daha fərqli və cəzb edicidir.
    Kitabda Əbu Talib (Allah ona rəhmət etsin) haqqında düzgün məlumatlar verilmiş və onun haqqında uydurulmuş bütün iftiralar qətiyyətlə tənqid edilmişdir. Bu elmi əsər işıq üzü gördükdən sonra çox az bir zamanda bütün islam aləmində yayılmağa başladı və beş ay sonra Hindistanın Ləkənhur əyalətində məşhur alim Seyyid Zəfər Mehdi tərəfindən ordu dilinə tərcümə olundu. Sonralar "Məcəllətul Suhəyl Yəmən” adlı jurnalın beş nömrəsində tərtib ilə dərc edildi.
    Bəni Haşimin ən görkəmli və ən nüfuzlu şəxsiyyəti haqqında belə nalayiq sözlər demək yalnız insanın cəhalət və nadanlığı üzündən ola bilər.
    Bu qəsidə Soltanul-üləma və Ümiduil-Şüəra Şeyx Əbdül Hüseyn Sadiqi Amilinindir.
    22-ci hədis
    "Yovmud-dar” günü qorxudulma
    Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir:(Buxari bu hədisi "Vəsiyyətlər” fəslində (2-ci cild, səh86) Zühəridən, o da Səid ibni Musəyyibdən, o da Əbu Sələmədən, o da Əbu Hüreyrədən nəql etmişdir. Müslüm isə Əbdül Məlik ibni Uməyrdən, o da Zühəridən, o da ibni Museyyibdən, o da Əbu Sələmədən və o da Əbu Hüreyrədən nəql etmişdir. Əhməd ibni Hənbəlin "Müsnəd”ində digər rəvayətlərə də işarə edilmişdir.)
    "Və ən yaxın qohumlarını qorxut!” ayəsi Peyğəmbər (s)-ə nazil olduğu zaman ayağa qalxıb buyurdu: "Ey Qureyş əhli! Mən sizləri tanrılarınızdan azacıq da olsun, ehtiyacsız etməyirəm! Ey Əbdu Mənaf övladları! Ey Abbas! Ey Səfiyyə! Mən sizin Allaha olan ehtiyaclarınızı əsla azaltmayıram. Ey Peyğəmbər qızı Fatimə! Mənim var-dövlətimdən hər nə ürəyindən keçir, istə, amma bil ki, heç vaxt sənin ehtiyacını Allahdan azaltmayacağam və Ondan ehtiyacsız etməyəcəyəm.”
    Bu ayə təqribən Əbu Hüreyrənin Yəməndən Hicaza köçüb islamı qəbul etməsindən iyirmi il əvvəl, yəni Həzrəti Məhəmməd(s)-ə peyğəmbərlik təzə verildiyi ərəfələrdə (Məkkədə) nazil olmuşdur. Deməli, Əbu Hüreyrənin nəql etdiyi bu hədis də digər hədislər kimi Peyğəmbər(s)-in ailəsi ilə düşmənçilik edən əməvi xilafəti tərəfindən sifariş edilmişdir.
    Tarix isə bu ayə haqqında bizə tam başqa bir məlumat verir: Ayə nazil olduğu gün Peyğəmbər (s) yaxın qohumlarını evinə dəvət edib kiçik bir məclis qurdu. Məclisdə Peyğəmbər(s)-in əziz əmiləri: Əbu Talib, Abbas, Həmzə (Allah onlardan razı olsun!) və Quranda lənət edilmiş digər əmisi Əbu Ləhəb və s. də iştirak edirdilər.
    Peyğəmbər (s) kiçik bir xütbə oxudu və onları Allahın birliyinə dəvət etdi. Onun məclisdə buyurduğu sözlərdən biri də bu idi: "Sizlərdən hansı biriniz mənə bu işdə köməklik edə bilər? Həmin şəxs mənim vəzirim (köməkçim), varisim və canişinim (xəlifəm) olacaqdır!”
    Məclisdə yaşca hamıdan kiçik olan Əli (ə) ayağa qalxıb dedi: "Ya Rəsuləllah! Mən o böyük işdə sənə yardımçı olmağa hazıram!”
    Peyğəmbər (s) onu hamıya görSədərək buyurdu: "O mənim varisim, qardaşım və bu dünyada sizin aranızda xəlifəmdir. Onun sizə verdiyi bütün əmrlərə itaət edin və dediyi hər bir sözü diqqətlə dinləyin.”
    23-cü hədis
    Həbəşilərin məsciddə Peyğəmbər (s)-in qarşısında oynamaqları
    Buxari Əbu Hüreyrədən belə nəql edir: "Həbəşilər məsciddə Peyğəmbər(s)-in qarşısında atılıb düşdükləri (oynadıqları) zaman Ömər məscidə daxil oldu, yerdən bir ovuc xırda daş götürüb onlara tərəf atdı.
    Peyğəmbər (s) onun bu hərəkətini görüb buyurdu: "Ey Ömər! Yaxın gəl və onlara baş qoşma!”( 
    "Səhihi-Buxari”, 2-ci cild, səh.120. Kitabul cihad və seyr, "Əl-ləhvu bil-hirab” fəsli.  
    )
    Hamıya məlumdur ki, Peyğəmbər (s) mənasız işlərdən (oyunlardan) hamıdan çox çəkinər və onun haramlığını hamıdan daha yaxşı dərk edərdi. Deməli o həzrət kiminsə məsciddə oyunla məşğul olmasına yol verə bilməzdi.
    Bütün həyatını insanların düzgün təlim-tərbiyəsinə sərf edən Həzrəti Peyğəmbər (s) bir an da olsun fəaliyyətini dayandırıb faydasız işlərlə məşğul olmazdı. O öz əshabına daim fəaliyyətdə olmağı və mənasız işlərdən çəkinməyi tövsiyə edərdi.
    "Onlar çox böyük-böyük danışırlar. Ağızlarından çıxan söz necə böyük küfrdür. Onlar ancaq yalan deyirlər.”(Kəhf” surəsi, ayə:5)
    24-cü hədis
    Hökmün icrasından əvvəl dəyişilməsi
    Buxari Əbu Hüreyrədən nəql edir: "Peyğəmbər (s) bizi yanına çağırıb belə bir göstəriş verdi: "Yola düşün! Əgər filan şəxsləri tapsanız od vurub yandırın!” Biz yola düşmək istərkən buyurdu: "Yandırmaq tək Allaha aid olduğu bir halda axı mən necə onların yandırılmasını əmr edə bilərəm?! Bəs onları yandırmaqla deyil, digər üsulla öldürün.”("Səhihi-Buxari”, 2-ci cild, səh.114)
    Əbu Hüreyrənin nəql etdiyi bu hədis batil və əsassızdır. Çünki bir hökmün icrasından əvvəl dəyişdirilməsi Allah və Onun Peyğəmbəri üçün mahal və qeyri-mümkündür. Digər tərəfdən isə Peyğəmbər(s)-in verdiyi hər bir əmr və dediyi hər bir söz Allah əmri və Allah kəlamıdır. Necə ki, Qurani kərimdə deyilir:
    "O kefi istəyəni həvayi-nəfs üzündən danışmır. Bu ancaq nazil olan bir vəhydir.”(Nəcm” surəsi, ayə:3)
    Belə bir əsassız hədis nəql etmək insanın nadanlıq və cəhalətini göstərməyirmi?!
    "Allah onların dediklərindən çox-çox uca və çox yüksəkdir.”("İsra” surəsi, ayə:43)
    25-ci hədis
    Çox vaxt tələb olunan işin qısa bir müddət ərzində görülməsi
    Buxari bu hədisi Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir: "Quran oxumaq Davud (ə) üçün çox asan bir iş idi, belə ki, o atını (və ya digər minik heyvanını) yəhərləmək istədiyi zaman Quran oxumağa başlayar və işini qurtarmazdan əvvəl Quranı xətm edərdi (tamamlayardı).”("Səhihi-Buxari”, 3-cü cild, səh.104. "Biz Davuda Zəburu verdik” fəsli. Həmçinin 2-ci cild, səh.164. Məxluqatın yaradılışı və peyğəmbərlər hədisləri.”)
    Bu hədis iki səbəbdən batildir:
    1) Qurani kərim yalnız peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmməd(s)-ə nazil olmuş və ondan əvvəl heç bir peyğəmbərə Quran ayəsi nazil olmamışdır. Bəs Davud (ə) hansı Quranı oxumuşdur?
    Bəzilərinin dediyinə görə Quran deyildikdə burada Zəbur və Tövrat nəzərdə tutulmuşdur və onları "Quran” adlandırmaqda məqSəd onun kimi möcüzəli olmalarıdır. Deməli, Quran deyildikdə həzrəti Məhəmməd(s)-ə nazil olan Qurani-kərim deyil, Zəbur və Tövrat kimi müqəddəs kitabları nəzərdə tutmaq lazımdır.("İrşadus-sari” ("Səhihi-Buxari”yə verilən şərh.) 8-ci cild, səh.500)
    Onların verdikləri bu cavab insanda şübhə hissi yaradır, çünki Əbu Hüreyrənin dediyi sözləri istədikləri kimi mənalandırıb və onun heç vaxt düşünmədiyi şeylər haqqında xəbər verirlər.
    2) Hər hansı bir işi görmək üçün insanın müəyyən qədər vaxta ehtiyacı vardır və əql bunu təsdiq edir ki, vaxtından tez hər hansı bir işi görmək mahal və qeyri-mümkündür.
    Heyvanın yəhərlənməsinə sərf olunan vaxt ərzində də Quran xətm etmək təbii ki, qeyri-mümkün olan bir işdir. (İstər Quran olsun, istərsə də Zəbur və Tövrat). Deməli Əllamə Qəstəlaninin yuxarıda gətirdiyi dəlili doğru və düzgün hesab etmək olmaz. O özünün "İrşadus-sari” kitabında bu hədisi şərh edərkən deyir: "Bu hədisdən biz belə bir nəticəyə gəlirik ki, Allah-təala yeri genişləndirdiyi kimi, zamanı və vaxtı da uzadır və genişləndirir.”
    Sonra Nüvəvinin dilindən bu sözləri deyir: "Onlardan bir nəfər Quranı gecələr üç dəfə, gündüzlər isə dörd dəfə xətm edərdi. 876-cı ildə Əbu Tahiri Qüdsdə gördüm. O gecə, və gündüz Quranı on dəfədən çox xətm edərdi. Əbu Şərifin (Allah onun elminin xeyrini hifz etsin) oğlu Şeyxül İslam Burhan bizə deyərdi ki, gecə və gündüz on beş dəfə Quranı xətm edir. Əlbəttə bu dediklərimi yalnız o şəxslər dərk edə bilər ki, ilahi feyz ona kömək (şamil) olmuş olsun.”
    Mən isə deyirəm: Belə bir iş əsla mümkün deyildir. Yalnız o zaman mümkün ola bilər ki, dünya hal-hazırdakı vəziyyətində adi toyuq yumurtasının içinə yerləşmiş olsun!!
    Alimlər bunu çox yaxşı dərk edirlər ki, zaman və məkanı ötmək həqiqətdən xaricdir. Çünki belə olduqda yeni-yeni çətinliklər meydana gəlir. Digər tərəfdən isə Davud(ə)-ın (fərzən) gördüyü bu iş heç də möcüzə deyildir, çünki möcüzə əqldən deyil, adətdən (yəni adi haldan) xaricdir və göründüyü kimi bu əməldən, adətdən deyil, məhz əqldən xaricdir.
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 683 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024