İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:36 PM
    26-cı hədis
    Siçana çevrilən kəniz
    Bu hədisi Müslüm və Buxari(Səhihi-Buxari”, 2-ci cild, səh.149, Məxluqatın yaradılışı fəsli, "Səhihi-Müslüm”, 2-ci cild, səh.536, Siçana çevrilmiş kəniz fəsli.)Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir:
    "Bəni İsraildən olan bir kəniz günlərin biri gözlənilmədən yox oldu. Onun necə olduğu və nə etdiyi kimsəyə məlum deyildi. Amma mən onu bir siçan surətində görürəm. Onun qarşısına dəvə südü qoyulduğu zaman içər, qoyun südü içməkdən isə imtina edərdi.”
    Müslüm və Buxari bir müsəlman kimi islamın qarşılaşdığı böyük bəlalardan biri olan xurafatın qarşısını almalı və həqiqəti öz kitablarında sonrakı nəsillərə çatdırmalı idilər. Amma təəssüflər olsun ki, belə yanlış və xurafi hədisləri digər mötəbər hədislər sırasında nəql etmiş və ələ gətirdikləri sənədlərin (hədislərin) doğru və yalan olduğuna diqqət yetirməmişlər.
    27-ci hədis
    Zərərinə olan bir sözü, Fəzldən eşitdiyini deyir
    Müslüm bu hədisi Əbdül Məlik ibni Əbu Bəkr Əbdürrəhmandan və o da Əbu Bəkrdən nəql edir:
    "Günlərin biri Əbu Hüreyrə bizə belə bir rəvayət nəql etdi: Ramazan ayında səhəri cünub (cənabətli) halında açan şəxs daha oruc tutmamalıdır.”(Göründüyü kimi Əbu Hüreyrə burada nağılbaz surətində canlandırılmışdır. Nağılbaz o şəxslərə deyilir ki, camaatın toplaşdığı yerlərə gəlib orada qəribə və maraqlı əhvalatlar və qədim nağıllar danışar və onların danışdıqları dastanların əksəriyyəti yalan olar.)
    Əbu Bəkr deyir: Atam Əbdürrəhman ibni Hərs üçün bu rəvayəti nəql etdim, amma o bunu qəbul etmədi və ayağa qalxıb getdi. Mən də onun ardınca getdim. O, Ayişə və Ümmü Sələmənin yanına gəlib onlardan bu haqda dəqiq cavab verməklərini istədi. Onların hər ikisi belə cavab verdi: "Peyğəmbər (s) istər yuxuda olsun, istərsə də adi halda səhərə kimi cünub halında qalar və həmən günün səhəri oruc tutardı.” Əbu Bəkr deyir: Oradan çıxıb Mərvanın yanına getdik. (Mərvan o zaman Müaviyə tərəfindən Mədinəyə vali təyin olunmuşdu.) Əbdürrəhman əhvalatı ona danışdı. Mərvan Əbu Hüreyrənin rüsvayçılığının qarşısını almaq üçün dərhal göstəriş verdi ki, tez Əbu Hüreyrənin yanına gedib onu macəradan xəbərdar edək. Biz də Əbu Hüreyrənin yanına gedib onu baş vermiş əhvalatdan agah etdik. Əbu Hüreyrə bizi dinləyib qurtardıqdan sonra dedi: O iki qadın doğrudanmı sizə belə cavab verdi? Əbdürrəhman dedi: Bəli. Əbu Hüreyrə dedi: Bəs onlar bizdən daha çox və daha yaxşı bilirlər! Sonra əvvəldə Fəzl ibni Abbasdan eşitdiyi sözü geri götürüb dedi: Bu sözləri mən Peyğəmbər(s)-dən deyil, Fəzldən eşitmişəm. Əbu Bəkr deyir: Beləliklə Əbu Hüreyrə nəql etdiyi birinci rəvayəti geri götürdü.("Səhihi-Müslüm” 1-ci cild, səh.142, Oruclu kitabı Cunub halında səhər tutulan orucun düzgünlüyü haqqında.) Amma o nəql etdiyi birinci rəvayəti inkar etdi və belə bir rəvayəti nəql etdiyini boynundan atdı, sonra sözünü dəyişib müxtəlif bəhanələrə əl atdı.
    Yalançı və kələkbaz insanlar da belə olarlar. Onlar bəzən iki ziddiyyətli işi bir-biri ilə əlaqələndirməyə və ona həqiqət donu geydirməyə çalışarlar. Quran onları belə vəsf edir:
    "Həm də ağıl sahibləri (onunla həm qorxsunlar,) düşünüb ibrət alsınlar.”("İbrahim” surəsi, ayə:52)
    28-ci hədis
    BİR-BİRİ İLƏ ZİDD OLAN İKİ HƏDİS
    Buxari öz "Səhih” kitabının 1-ci cildinin 412-ci səhifəsində Əbu Sələmdən, o da Əbu Hüreyrədən, o da Peyğəmbərdən belə nəql edir:
    "İslamda "ədva”, "səfər” və hamə(Səfər ayında, yaxud onun axrıncı çərşənbəsində müsibət baş verməsinə etiqad bəsləmək. Hamə-Cahilliyyət dövründə bir xəyali quşun adıdır onlar inanırdılar ki, ölən şəxsin ruhu həmin quş şəklinə düşür.) mövcud deyildir.” Əbu Hüreyrə deyir: Çöl ərəblərindən biri soruşdu: "Ya Rəsuləllah, bir qotur dəvə başqa bir dəvə ilə yol getdi və qoturluq ona da sirayət etdi. Bu halda nə etmək olar?” Peyğəmbər (s) buyurdu: "Birinci dəvədə qoturluq haradan yaranmışdı?...” (Yəni Əbu Hüreyrənin iddiasına görə Peyğəmbər (s) xəstəliyin keçici olmasını rədd etmişdir. Amma Əbu Hüreyrənin nəql etdiyi sonrakı hədisdə isə islamda keçici xəstəliyin oması təsdiq olunur)
    Buxari bu rəvayəti nəql etmiş, elə bunun ardınca Əbu Sələmdən nəql edir ki, Əbu Hüreyrənin əvvəldəki sözündən sonra belə dediyini eşitdim ki, Rəsuli Əkrəm buyurdu: "Sağlam insanla xəstə insan heç vaxt görüşməməlidir.” Əbu Sələmə deyir: Əbu Hüreyrə! Məgər demədinmi ki, İslamda ədvi yoxdur və onu rədd edir? Amma Əbu Hüreyrə əvvəldəki sözünü tənzib etdi. Və mövzunu dəyişərək başqa yerə döndərdi.
    29-cu hədis
    Yeni doğulmuş iki uşağın qeyb haqqında söhbət etmələri
    Bu hədisi Buxari və Müslüm Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir: "Bəni İsrail qəbiləsində Cəric adlı bir şəxs var idi. Namaz qıldığı zaman anası onun yanına gəlib çağırmağa başlayır. Cəric öz-özünə fikirləşir: Namazımı davam edim, ya anama cavab verim?
    Anası onun cavab vermədiyini görüb ona belə bir nifrin (qarğış) edir: "İlahi! Onu, zinakar qadınla olmayınca (yəni zina etməyincə) dünyadan aparma!” Peyğəmbər (s) sonra buyurdu: Günlərin biri Cəric öz ibadətgahında namaz qıldığı zaman bir qadın ona yaxınlaşıb onunla yaxınlıq etməyi təklif etdi. Amma Cəric ona əhəmiyyət verməyib ibadətini davam etdi. Sonra həmən qadın bir çobanın yanına gedib onunla yaxınlıq etdi və ondan bir uşaq dünyaya gətirdi. Qadın uşağı götürüb camaat arasına gətirdi və onu Cəricin oğlu olduğunu bildirdi. Əvvəllər Cərici mömin bir şəxs kimi tanıyan yerli camaat (Bəni İsrail camaatı) qadının sözünə inanaraq onu evindən çıxarıb, möhkəmcə döydülər. Çarəsiz qalan Cəric öz ibadətgahına gedib namaz qılıb dua etməyə başladı. Sonra uşağın yanına gəlib ondan soruşdu. Ey körpə! Sənin atan kimdir?
    Uşaq cavab verdi: (Filan) çoban. Bu əhvalatı öz gözləri ilə müşahidə edən Bəni İsrail camaatı tutduqları işə peşman olub acizanə Cəricin yanına gəlib dedilər: İcazə ver, sənin evini yenidən bərpa edək, biz onu hətta saf qızıl ilə də bərpa etməyə (tikməyə) hazırıq. Cəric dedi: İndi ki, belədir, onu olduğu kimi (yəni palçıq ilə) bərpa edin!
    Orada bir yəhudi qadın öz uşağına süd verirdi. Qadın qarşılarından gözəl-göyçək bir cavan atlının keçdiyini görüb dedi: "İlahi, mənim bu oğlumu da onun kimi gözəl və yaraşıqlı et!” Uşaq ağzını anasının döşündən ayırıb üzünü cavana tərəf tutub dedi: "İlahi! Elə etmə!” Sonra yenidən süd əmməyə başladı. Əbu Hüreyrə deyir: Mənə belə gəlir ki, Peyğəmbər (s) hədisin bu yerində (nə isə fikirləşərək) barmağını ağzına qoyub sovurmağa başladı. Sonra hədisin ardını nəql etməyə başladı: Uşağın anası bir kənizin yanından keçərkən dedi: "İlahi! Mənim bu ciyərparamı bu kəniz kimi (fəqir və yoxsul) etmə!”
    Uşaq yenidən ağzını anasının döşündən ayırıb dedi: "İlahi! Məni elə həmən kəniz kimi et.” Ana uşağından soruşdu: "Axı sən nə üçün mənim dediklərimi əksinə istəyirsən?” Uşaq cavab verdi: "Gördüyün o gözəl cavan zülmkarın biridir, bu qadın isə günahsız bir Allah bəndəsidir. Camaat onu oğru kimi tanıyır və haqqında olmayan sözlər danışırlar.”
    Nə Cəric, nə də süd əmər o iki körpə peyğəmbər olmamışlar. Digər tərəfdən isə körpə bir uşağın elə kiçik yaş həddində danışmasına heç bir ehtiyac yox idi. Çünki, bu iş yalnız peyğəmbərin həqqaniyyətini və ya başqa mühüm bir işi isbat etmək üçün baş verə bilər. Belə bir hadisəni isə "xariqul-adə yəni insanların adət etdikləri şeylərdən xaric və qeyri-adi iş adlandırırlar. Məsələn, Həzrəti İsa (ə) öz həqqaniyyətini isbat etmək üçün Allahın izni ilə hələ bələkdə ikən danışar və onları Allahın birliyinə çağırardı.
    "Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə-islama tərəf tut. Allahın dinini, Onun yaratdığı tövhid dini olan islamı heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti haqq dinin islam olduğunu bilməz.”(Rum” surəsi, ayə:30)
    30-cu hədis
    Zəkat fitrəsinin Əbu Hüreyrəyə tapşırılması və Şeytanın üç gün ardıcıl zəkat fitrəsini oğurlamaq üçün gəlməsi
    Buxarinin Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyilir:("Səhihi-Buxari”, 2-ci cild, səh.29, vəkalət kitabı)
    "Peyğəmbər (s) bir il zəkat fitrəsini yığmağı mənə tapşırdı. Mən bütün günü adətən orada oturar və beytül-mala aid olan bəzi işləri yerinə yetirərdim. Günlərin biri bir nəfər şəxs gəlib mənim orada olmadığımı zənn edərək yemək şeylərini yığmağa başladı. Mən onu yaxalayıb Peyğəmbər(s)-in yanına aparacağıma and içdim. O əl-ayağıma düşüb yazıq-yazıq yalvarmağa başladı: Mən kasıb bir adamam, uşaqlarım aclıqdan əziyyət çəkir, xahiş edirəm məni burax. Əbu Hüreyrə deyir: Ona yazığım gəldi və çarəsiz qalıb azad etdim. Səhər açıldıqda Peyğəmbər (s) məni görüb buyurdu: Ey Əbu Hüreyrə! Dünən gecə tutduğun oğru necə oldu! Dedim: Ya Rəsuləllah! Onun çox fəqir və yoxsul olduğunu görüb ürəyim yandı və çarəsiz qalıb azad etdim. Peyğəmbər (s) buyurdu: O sənə yalan deyib, yenə qayıdacaqdır. Səhəri gün yenə beytül-malın yığıldığı otaqda gizlənib onu gözləməyə başladım. Çox keçmədi ki, həmən şəxs gəlib yenə də yemək məhsullarını yığmağa başladı. Yenə onu oğurluq üstə yaxalayıb Peyğəmbər(s)-in yanına apara-cağıma and içdim. O yenə ağlayıb yalvarmağa başladı və dedi ki, fəqir bir adamam, bu işi çarəsizlikdən görürəm və and içdi ki, bu yemək şeylərini aclıqdan əziyyət çəkən ailəsi üçün aparır. Bu dəfə də mənim ona ürəyim yandı və çarəsiz qalıb azad etdim. Səhər açıldıqda Peyğəmbər (s) məni görüb soruşdu: Ey Əbu Hüreyrə! Dünən gecə yaxaladığın əsir necə oldu? Dedim: Ya Rəsuləllah! O öz kasıblığından və fəqirliyindən çox şikayətləndi və mən bu dəfə də çarəsiz qalıb azad etdim. Peyğəmbər (s) buyurdu: O sənə yalan söyləmişdir və çox keçməz yenidən qayıdar. Mən bu dəfə də bir yerdə gizlənib onun gəlməyini gözlədim. Çox keçmədən o üçüncü dəfə yenidən gəlib, yemək şeylərini yığmağa başladı. Onu tutub dedim: Bu dəfə səni mütləq Peyğəmbər(s)-in yanına aparacağam. Dedi: Əl saxla, icazə ver, sənə bəzi şeylər deyim, ola bilsin nə vaxtsa lazımın olsun. "Gecə yerinə girdiyin zaman "Ayətəl kürsü”nü ("BəqərƏ surəsinin 254-255-256-cı ayələrini) oxu. Belə etsən Allah-təala səni bütün pisliklərdən və xoşa gəlməz hadisələrdən hifz edər (qoruyar).
    Bil ki, şeytan bu ayələri oxuyan şəxsə yaxın düşə bilməyir. Əbu Hüreyrə deyir: Onun bu dəyərli məsləhətlərini dinlədikdən sonra azad etdim. Səhər açıldıqda Peyğəmbər (s) məni görüb soruşdu: Ey Əbu Hüreyrə! Dünən gecə tutub, yaxaladığın əsir necə oldu? Mən də başıma gələn əhvalatı olduğu kimi başdan-ayağa Peyğəmbər(s)-ə nəql etdim. Sonra Peyğəmbər (s) buyurdu: Heç bilirsən bu üç gecəni sən kimlə həmsöhbət olubsan? Cavab verdim: Xeyr. Buyurdu: O şeytan idi!”
    Əbu Hüreyrə tərəfindən nəql olunmuş bu xurafi hədisə yalnız onun kimi sadəlövh insanlar inanar. Belə bir hadisə həqiqətən baş vermiş olsaydı belə, Əbu Hüreyrəyə bəraət qazandırmaq ağılsızlıq olardı. Çünki o Peyğəmbər(s)-in üç dəfə verdiyi mühüm bir xəbəri qulaq ardına vurub beytül-mal oğrusunu azadlığa buraxmış və oğurluğun bir neçə dəfə təkrar olmasına şərait yaratmışdır. Onun digər böyük səhvi üç dəfə Allaha and içib və bir dəfə də olsun yerinə yetirməməsidir.
    Əbu Hüreyrə bu şəri məsələdən agah deyildimi və o özü başqalarının bu səhvə yol vermələrinə razı ola bilərdimi?
    Onun üçüncü böyük səhvi müsəlmanların zəkata ayırdıqları vəsaitləri layiqincə qorumamasıdır.(Əbu Hüreyrənin özünün dediyinə görə Peyğəmbər ona Ramazan ayının fitrə zəkatını hifz etməyi həvalə etmişdir. Zərkeşin və başqalarının dediyinə görə Əbu Hüreyrəyə zəkatı paylamaq yox, yalnız onun qorunması tapşırılmışdır. "İrşadu-sari” ("Səhihi-Buxari”nin şərhi) 5-ci cild, səh.231))Müsəlmanların zəkatını yığmağı və onun qorunmasını öhdəsinə götürmüş hər bir şəxs öz üzərində böyük məs”uliyyət hiss etməli və onu öz var-dövlətindən daha diqqətlə qorumalı idi. Amma təəssüflər olsun ki, (öz dediyi kimi) bu məs”uliyyətli vəzifənin öhdəsindən gələ bilməmişdir.
    Bir qədər əvvəl bəhs etdiyimiz hədislərə nəzər salsaq görəcəyik ki, Əbu Hüreyrə şeytanı müxtəlif xüsusiyyətlər (sifətlər) ilə vəsf etmişdir. Məsələn, nəql etdiyi hədislərin birində deyir: "Şeytan azan səsi eşitdiyi zaman dözə bilməyib uca səslə nalə çəkir.” Başqa bir hədisdə onu cism halında təsvir edərək onun məscid sütunlarına bağlandığını bəyan edir. Şərhini verdiyimiz bu hədisdə isə onu gah oğru, gah da nəsihət verən aqil bir şəxs kimi vəsf etmişdir.
    Bəyan etdiyi sözlərin mahiyyətinə varmayan şəxslərdən Allaha pənah aparıram!
    31-ci hədis
    Həzrəti Peyğəmbərin(s) duası ilə Əbu Hüreyrənin anasının islamı qəbul etməsi və Peyğəmbər (s)-in onlar haqqında etdiyi dua
    Müslüm Əbu Hüreyrəyə istinad edərək bu hədisi nəql edir. Əbu Hüreyrə deyir: "Anam iman gətirməyən müşriklərdən biri idi. Hər zaman mən ona İslamı qəbul etməyi təklif edirdim, amma təəssüflər olsun ki, bir nəticə verməyirdi. Günlərin biri onu çağırdığım zaman Peyğəmbər(s)-in ünvanına xoşa gəlməz sözlər deyərək mənə çox ağır cavab verdi.
    Onun bu sözlərindən çox narahat oldum və kədərli halda Peyğəmbər(s)-in yanına gedib əhvalatı ona danışdım, ondan anamın haqq yola hidayət olması üçün dua etməsini xahiş etdim. Peyğəmbər (s) belə bir dua etdi: "İlahi! O qadının haqq yola gəlməsinə kömək ol və özün onu hidayət et!” Peyğəmbər(s)-in anam haqda etdiyi bu duanı eşidib sevincək halda eşiyə çıxıb özümü evə çatdırdım. Evə çatdığım zaman küçə qapısının (arxa tərəfdən) bağlı olduğunu gördüm. Anam ayaq səslərindən mənim gəldiyimi hiss edib səsləndi: "Gözlə, bu saat gəlirəm!” İçəridən su səsini eşidib onun qüsl aldığını başa düşdüm. Qüsl alıb qurtardıqdan sonra uzun paltarını geyib üzünə məqnə (üz örtüyü) atdı.
    Qapını açdığı zaman ondan bu sözləri eşitdim: "Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən Rəsulullah.”
    (Şəhadət verirəm ki, Allahdan başqa məbuz yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun Rəsuludur). Sevindiyimdən gözlərim yaşardı və dərhal Peyğəmbər(s)-in yanına qayıtdım. Onu gördükdə dedim: Ya Rəsuləllah! Müjdələr olsun! Allah-təala etdiyin duanı qəbul etdi və Əbu Hüreyrənin anasını haqqa hidayət etdi. O da sevinərək Allaha şükr və səna etdi. Sonra ondan belə bir xahiş etdim: Ya Rəsuləllah! Elə bir dua et ki, Allah bizi möminlərin dostu və möminləri də bizim dostlarımız qərar versin. Peyğəmbər (s) bu duanı etdi. "İlahi! Bu bəndəni və onun anasını Sənə yaxın olan möminlərin yanında əziz, möminləri də onlar ilə rəuf və mehriban et.” Peyğəmbər(s)-in etdiyi bu duadan sonra dünyaya mənim adımı eşitməmiş mömin bəndə gəlməmişdir. Məni görməyən möminlər isə haqqımda xoş sözlər danışar və qəlblərində mənə qarşı sevgi bəsləyərlər.”
    Bu hədis bir neçə səbəbə görə insanda şübhə doğurur:
    1-Əbu Hüreyrə haqqında olan bu hədisi tarix və hədis kitablarında onun özündən savayı kimsə nəql etməmişdir. Deməli, bu, hədis deyil, yalnız Əbu Hüreyrənin təxəyyülü əsasında uydurulmuş adi bir dastandır.
    2-Onun dediyinə görə anası iman gətirməyən inadkar müşriklərdən olmuşdu. Belə olduğu bir halda o hansı ümidlə "Məsqətur-RƏsi” (yəni Yəməni) tərk edib "Darul-Hicrətə (yəni Mədinəyə) hicrət etmişdir? Yəməndə qalıb bütlərlə raz-niyaz edib ibadətlə məşğul olar və özünə bu qədər əzab-əziyyət rəva bilməzdi.
    Bəs Əbu Hüreyrənin sadiq tərəfdarları bu haqda nə deyir? Əgər onlar öz əsərlərində Əbu Hüreyrənin anasının islamı qəbul edib hicrət etdiyi haqda hər hansı bir mətləbə toxunublarsa, bizə də bir yol göstərsinlər. Allah özü şahiddir ki, bu qadın haqqında bir dənə də olsun hədis və rəvayət nəql olunmamışdır. Əldə olan yeganə mənbə, ikinci xəlifənin (Ömər ibni Xəttabın) Əbu Hüreyrəyə dediyi sözlərdir. Xəlifə Ömər Əbu Hüreyrəni Bəhreyn imarətindən kənar etdiyi zaman dedi: "Anan Üməymə səni yalnız eşşək otarmaq üçün doğmuşdur.” Buradan belə məlum olur ki, Əbu Hüreyrənin anasının adı Üməymə olmuşdur.
    Mütərcim və nəzər sahibləri öz əsərlərində bu qadın haqqında məlumat vermişlərsə də yalnız onun nəql etdiyi bu hədisə istinad etmişlər.
    3-Məlum olduğu kimi Əbu Hüreyrə mühacirlər arasında ən kasıb şəxslərdən biri olmuşdur. Onlar Məkkədən Mədinəyə mühacirət etdikdən sonra kimsənin evinə pənah aparmayıb təzə tikilmiş məscidin (Peyğəmbər (s) məscidinin) həyətində özləri üçün kiçik bir yer düzəltdilər.
    Sonralar bu yerə "SuffƏ və orada sakin olanlar "Suffə əhli” deyildi. Onlara "islam qonaqları” da deyilirdi və Əbu Hüreyrə onlardan biri idi. O özü etiraf edirdi ki, Mədinədə onun keçirdiyi həyat tərzi çox ağır və dözülməz olmuşdur. Əbu Hüreyrə özü haqda danışarkən bu əhvalatı hər zaman yad edərdi:
    "Günlərin biri Peyğəmbər(s)-in minbəri ilə Ayişənin hücrəsi (otağı) arasında aclıqdan halsızlaşıb yerə yıxıldım. Camaat məni dəli bilib ayaqlarını mənim üzərimə qoyub o tərəfə bu tərəfə keçirdilər. Amma mən nə dəli idim, nə də divanə; sadəcə olaraq aclıqdan bu hala düşmüşdüm.
    Belə olduğu bir halda Əbu Hüreyrə hansı evdən danışır?
    4-Fərz edək ki, Əbu Hüreyrənin nəql etdiyi bu hədis mötəbərdir.
    Amma bunu Əbu Hüreyrə ilə heç cür əlaqələndirmək olmaz. Həzrəti Peyğəmbər(s)-in Allah dərgahındakı məqamı hamıya bəllidir. O (Allah) istədiyi hər bir şəxsi zülmətdən çıxarıb haqqa hidayət edər. Amma məsələ burasındadır ki, bu hədisi Əbu Hüreyrədən savayı ikinci bir şəxs nəql etməmişdir və bu qadının (işarə etdiyimiz mənbədən başqa) adı heç yerdə çəkilməmişdir.
    5-Əbu Hüreyrə hədisdə belə bir mətləbə işarə edir: Peyğəmbər (s) bizim möminlərlə və onların da bizim ilə dost olmaqları üçün dua etdi və Allah-təala onun duasını müstəcab (qəbul) etdi. Əgər həqiqətdə də belə olubsa, o, Peyğəmbər(s)-ə və onun məsum ailəsinə ehtiram etməli və onlara mehr-məhəbbət göstərməli idi. Tarixə nəzər saldıqda isə bunun tam əksinin şahidi oluruq. Məsum imamlar və islam ümmətinin digər böyük şəxsiyyətləri Əbu Hüreyrəyə daim nifrət etmiş və onu nadan və yalançı bir insan kimi tanımışlar. Əbu Hüreyrə nəql etdiyi hədislərdə bu böyük şəxsiyyətlərə töhmət vurmuş və onlar haqqında bacardığı qədər yalan uydurmuşdur. Həqiqətdə isə onun kimi "mömin” adlandırdığı bizə artıq məlumdur.
    Əli (ə) onun haqqında bu sözləri buyur-muşdur.
    "Bilin ki, sizin aranızda Peyğəmbər (s) haqqında ən çox yalan söyləyən şəxs Əbu Hüreyrə Duvəsidir. Əgər onun dedikləri doğru və düzgün olsaydı bütün möminlər ona ehtiram etməli və xətrini əziz tutmalı idilər.”(Bu mövzu haqqında nəql olunmuş hədislərə mütəvatir hədislərdə də rast gəlmək olar. (Mütəvatir-həm şiə, həm də sünnü ravilərinin çoxlu yolla nəql etdikləri hədislərə deyilir.) Məsələn, bu hədisi İmami-Mötəzilə Əbu Cəfər İskafi öz kitablarında Əli əleyhissəlamdan nəql etmişlər. Həmidinin "Nəhcül-Bəlağəyə verdiyi şərhə müraciət et: 1-ci cild, səh.360.)
    Xəlifə Ömər onu Bəhreyn imarətindən kənarlaşdırdığı zaman bu sözləri ona demişdir: "Ey Allahın və onun kitabının düşməni! Allahın malına xəyanət etdin?!”
    Allah və Allah kitabının düşməni möminlərin dostu ola bilərdimi?
    Xəlifə Ömər hələ Peyğəmbər(s)-in zamanın-da Əbu Hüreyrəyə (tutduğu nalayiq işlərə görə) möhkəm zərbə vuraraq yerə yıxmışdı.("Səhihi-Müslüm”, 1-ci cild, səh.34)
    Peyğəmbər (s) vəfat etdikdən sonra xəlifə Ömər onu Bəhreyn imarətindən kənarlaşdırdı və beytül-mala xəyanət etdiyi üçün onu şəxsən özü şallaq zərbələri ilə cəzalandırdı. Cəzalandırdıqdan sonra beytül-maldan oğurladığı on min dinarı geri qaytardı. Xəlifə Ömər onu tək müsəlmanların malını mənimsəməkdə deyil, uydurduğu saysız-hesabsız hədislər üçün də cəzalandırardı.
    Mərhum Həmidinin "Nəhcül-Bəlağəyə verdiyi şərhdə(Həmidinin "Nəhcül-Bəlağəyə verdiyi şərh, 2-ci cild, səh.360.) deyilir: "Xəlifə onun hədis nəql etməkdə həddini aşdığını görüb bir neçə şallaq zərbəsi vurdu və ona acıqla bu sözləri dedi: "Peyğəmbər (s) haqqında çox hədis nəql etdin; bəlkə də onları özün uydurursan.”(İbni Əsakirin Saib ibni Yəziddən nəql etdiyi hədis; "Kənzul-Ummal”, 5-ci cild, səh.229, 4857-ci hədisə müraciət edə bilərsiniz.)
    Əldə olan mənbələrdən belə məlum olur ki, Əbu Hüreyrənin əlaqəsi tək xəlifə ilə deyil, həm də o dövrün tanınmış alimi olan Abdullah ibni Abbas və Peyğəmbər(s)-in həyat yoldaşı Ayişə ilə bir o qədər də yaxşı olmamışdır.
    Deməli, nə Əbu Hüreyrə onlara mehr və məhəbbət göstərmiş, nə də onlar Əbu Hüreyrəyə. Bəli! Etiraf etmək lazımdır ki, Bəni Üməyyə hakimiyyəti ələ aldıqdan sonra Əbul As və Əbu Süfyan ailəsi Əbu Hüreyrə ilə sıx dostluq əlaqəsi yaratmışdı və bir-birləri ilə can deyib, can eşidirdilər. Onlar arasında yaranmış bu sıx əlaqənin səbəblərinə gəldikdə isə, artıq hər bir şey bəllidir. Bəni Üməyyə itirdikləri hər bir şeyi Əbu Hüreyrənin nəql etdiyi hədislərdə taparaq öz razılıqlarını ona qiymətli ən”amlarla bildirirdilər.
    Mərvan Mədinəni tərk etdiyi zaman Əbu Hüreyrəni öz yerinə təyin etdi.(İbni Sədin "Təbəqat” kitabına (Əbu Hüreyrənin şərhi-halı) və ibni Qutəybənin "Məarif” kitabına müraciət et. Əhməd ibni Hənbəlin "Müsnəd”ində də bu mətləbə işarə edilmişdir.”)
    Əbul As və Əbu Süfyan sülaləsi iqtidarda olmasaydı, təbii ki, Əbu Hüreyrə də heç bir şeyə nail ola bilməzdi.
    Əbu Hüreyrə xəstələndiyi zaman Mərvan tez-tez onu yoxlamağa gələr və tezliklə sağalması üçün dua edərdi. Sonuncu dəfə onun yanına gələrkən eşikdə bir nəfərlə qarşılaşır və ona deyir: "Artıq onun əcəli çatıbdır.”(İbni Sədin "Təbəqat”ına bax (Əbu Hüreyrənin şərhi-halı))
    Cənazəsini apardıqları zaman Mərvan şəxsən dəfn mərasimində iştirak etdi. Osmanın iki oğlu onun cənazəsini götürüb "Bəqi” qəbiristanlığına aparır və Vəlid ibni Ütbət ibni Əbi Süfyan onun üçün meyyit namazı qılır.
    Onun ölüm xəbəri Müaviyəyə çatdıqda Əbu Hüreyrənin ailəsi üçün on min dinar ianənin ayrılmasını əmr edir və onlara xüsusi qulluq etməyi təkid edir.
    Bəli! Əbu Hüreyrəni sevən şəxslər Bəni Üməyyə və bu sülaləyə iman gətirmiş kəslər olmuşdur. O da öz növbəsində bu sülaləyə layiqincə xidmət etmiş və qəlbən onlara bağlı olmuşdur!!
    32-ci hədis
    Mühacirət zamanı Əbu Hüreyrənin qulunun qaçması
    Buxari Əbu Hüreyrəyə istinad edərək nəql edir: (Əbu Hüreyrə deyir:) "Peyğəmbər(s)-in yanına getdiyim zaman öz-özümə deyirdim:
    Yarı yolda məni müşahidə edən qul məndən aralanıb qaçmağa başladı. Peyğəmbər (s) ilə beyət etdiyim zaman birdən həmən qulu onun yanında gördüm. Peyğəmbər (s) mənim gəldiyimi görüb buyurdu: Ey Əbu Hüreyrə! Bu sənin qulundurmu? Cavab verdim: Bəli. Amma mən onu Allah rizayəti üçün azad etmişəm.”
    Əbu Hüreyrə uydurduğu bu hədislər ilə bəzi sadəlövh insanları çaşqın bir vəziyyətə salmışdır. Çünki o dediyi sözlərin mahiyyətinə varmayıb istədiyi mövzuda hədis nəql etmişdir. Bəzən o özünün yetim və fəqir böyüdüyünü, (islam yolunda doğma vətənini tərk edib Mədinəyə köçməsini və orada ehtiyac içində yaşadığını) bəzən də elə həmən şəhərdə (yəni Mədinədə) xidmətçi və qul sahibi olduğunu (və o qulu azad etdiyini) bəyan edir.
    Bəlkə də Əbu Hüreyrənin nəql etdiyi bu hədis onun həyatının son illərinə təsadüf edirmiş. O zaman ki, o Əbu Süfyan sülaləsi tərəfindən himayə olunur və xoş güzəran keçirirdi. Məgər o günlər aclıqdan çəkdiyi əzab-əziyyət Əbu Hüreyrənin yadına düşmürdümü? Axı o özü aclıqdan küçələrdə yıxılıb qaldığını, Peyğəmbər (s) məscidində huşunu itirib yerə yıxıldığını və camaatın onu dəli bilib üzərindən o tərəf bu tərəfə keçdiyini dəfələrlə başqalarına danışar və bundan özünə təsəlli tapardı. Əbu Hüreyrə özü etiraf edirdi ki, küçələrdə qalar və gəlib gedənlərdən Sədəqə alaraq ona bir qarınlıq yemək verməklərini istəyərdi.
    Bəni Üməyyə ravisinin nəql etdiyi bu hədis də digər hədisləri kimi yanlış və əsassızdır. Çünki, Əbu Hüreyrə xoş güzəran keçirdiyi zaman Peyğəmbər (s) artıq dünyadan köçmüşdü. İslam dinini isə o nisbətən cavan yaşlarında qəbul etmişdi. O zaman Əbu Hüreyrə çox fəqir və yoxsul bir adam idi və qul saxlamağa onun heç bir maddi imkanı yox idi. Sonra necə olur ki, Peyğəmbər (s) Əbu Hüreyrəni tanımazdan əvvəl həm onun öz adını bilir, həm də qulunu tanıyırdı?
    Əbu Hüreyrə bu macəranın Peyğəmbər(s)-ə beyət edib, islam dinini qəbul etdiyi zaman baş verdiyini bildirir. Yoxsa Əbu Hüreyrə o dövrün tanınmış adlı-sanlı şəxslərindən biri olmuşdur, ya onun haqqında Peyğəmbər(s)-ə əvvəlcədən xəbər vermişlər?
    Bu hədis dəllalını təmizə çıxarmaq istəyən şəxslərdən bütün bu suallara cavab vermələrini tələb edirəm!
    Deyin görək Əbu Hüreyrə kimi yoxsul bir insan elə bir çətin şəraitdə qul saxlaya bilərdimi?
    Yoxsa deyəsiniz ki, Əbu Hüreyrə elə bir (İlahi) məqama çatmışdı ki, Peyğəmbər(s)-ə onun haqqında ayə nazil olmuşdu və onu qabaqcadan tanıyırmış?!
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 387 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024