İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 1
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 5:32 PM
    12-ci fəsil
    Əbu Hüreyrənin adəti üzrə başqalarından eşitdiyi hədisləri heç bir vasitə və əlamət olmadan birbaşa Peyğəmbər(s)-ə nisbət verər və Peyğəmbər(s)-in özündən eşitdiyi hədislərlə onların arasında heç bir fərq qoymadan nəql edərdi. Bu səbəbdən də onun nəql etdiyi bütün hədislər mürsəl* hədislər hökmündədir və bu hədislərdən sənəd və dəlil kimi istifadə etmək olmaz.
    Əgər onda bu adətin olub-olmamasında şəkk edirsinizsə aşağıdakı hədislərə diqqət yetirin:
    1-”Peyğəmbər (s) əmisi Əbu Talibə dedi: "Allahdan başqa məbud yoxdur”-de ki, qiyamət günü (Onun dərgahında) sənin üçün şəhadət verim.” Dedi: Əgər Qureyş...”("Səhihi-Müslüm”, 1-ci cild, səh.31, "Əl İman” fəsli (ötən fəsildə biz bu mətləbə işarə etmişdik.))
    Alim və təhqiqatçılar bunu yaxşı bilirlər ki, Əbu Talib Əbu Hüreyrənin Məkkəyə gəlməsindən on il əvvəl vəfat etmişdir. Deməli, Əbu Hüreyrə şəxsən orada olmamış və onların arasında baş vermiş söhbəti eşitməmişdir. Amma Əbu Hüreyrə bu hədisi elə nəql edir ki, sanki şəxsən orada olmuş və bu söhbətlərin canlı şahidi olmuşdur.
    2- (Və ən yaxın qohumlarını qorxut) ayəsi nazil olduqda Peyğəmbər (s) ayağa qalxıb buyurdu: "Mən sizi Allahdan ehtiyacsız etməyirəm və...”("Səhihi-Buxari”, 2-ci cild, səh.86. Həmçinin Müslüm və Əhməd də bu hədisi nəql etmişlər.)
    Hamıya məlumdur ki, bu ayə islamın zühur etdiyi ilk günlərdə (hətta islam dininin Məkkənin özündə yayılmasından öncə) Məkkə şəhərində Allah elçisinə (s) nazil olmuşdur. O zaman Əbu Hüreyrə Yəmən müşriklərindən biri idi və iyirmi il sonra Hicaza gəlib İslamı qəbul etmişdir.
    Göründüyü kimi Əbu Hüreyrə hədisi elə bir tərzdə nəql edir, sanki şəxsən özü o məclisdə olmuş və baş vermiş əhvalatın canlı şahidi olmuşdur.
    3-”Peyğəmbər (s) namaz qılarkən qunut tutaraq bu duanı oxuyardı: "İlahi! Səlmə ibni Hişamı, Vəlid ibni Vəlidi, Əyyaş ibni Əbu Rəbiəni və hicrət etmələrinin qarşısı alınan bütün məzlum və möminləri bu çətinlikdən azad et!”("Səhihi-Buxari”, 2-ci cild, səh.105, "Müşriklərin məğlubiyyəti üçün onlara nifrin edilsin.” babı)
    Peyğəmbər (s) onların azad olması və bu çətinliklərdən yaxa qurtarmaları üçün dua edərkən Əbu Hüreyrə islamı qəbul etməmiş cahil bir ərəb idi. O bu hadiSədən yeddi il sonra islam dinini qəbul edib, müsəlmanların sırasına qoşuldu. Bəs necə olur ki, Əbu Hüreyrə Peyğəmbər(s)-in namaz qıldığını görür və onun qunutda oxuduğu duanı belə yadında saxlaya bilir?!
    4-”Əbu Cəhl dedi: "Aya Məhəmməd (s) sizin yanınızda üzünü yerə sürtür?” Dedilər: "Bəli.”(Səhihi-Buxari”, 2-ci cild, səh.115, "Cihad və səfər” fəsli.)
    Əgər Əbu Cəhl belə bir söz söyləmiş olsaydı bu Əbu Hüreyrənin Hicaza gəlməsindən iyirmi il əvvəl olmalı idi. O zaman Əbu Hüreyrə Hicazda nə edirdi?! Bu sual bizə hələ də qaranlıq qalır! Axı necə olur ki, Əbu Hüreyrə "Rəci”" hadisəsində şəhid olmuş sərkərdə Asim Ənsari ibni Sabiti öz gözləri ilə görmüş və onun haqqında rəvayət nəql etmişdir?(Səhihi-Buxari”, 2-ci cild, səh.115 "Cihad və səfər fəsli.”)
    Bir halda ki, bu hadisə dördüncü hicri ilində, yəni Əbu Hüreyrənin islamı qəbul etməsindən üç il əvvəl baş vermişdir.
    Sözün qısası, əgər Əbu Hüreyrənin hədis söyləmək sənətinə diqqət yetirsəniz siz də bizim əldə etdiyimiz nəticəyə gələcəksiniz. Dediklərimizi sübuta yetirmək üçün bir neçə dəlillə kifayətlənirik.
    Müasir Misir təhqiqatçısı Əhməd Əmin apardığı təhqiqatlardan belə nəticəyə gəlmişdir. O deyir: "Belə məlum olur ki, Əbu Hüreyrə Peyğəmbər(s)-dən eşitdiyi hədislərlə kifayətlənməyib başqalarından eşitdiyi hədisləri də o həzrətdən nəql edərdi.”(Əhməd Əmin, "Fəcrul-İslam” kitabı, 262-ci səh, 2-ci fəsil.”)
    Mənə belə gəlir ki, Əbu Hüreyrə özü də bu həqiqəti etiraf etmişdir. O, Peyğəmbər(s)-dən nəql etdiyi hədislərdən birində deyir: "Hər kim Ramazan ayında səhər açılana kimi cünub halında qalarsa o günün orucunu tutmamalıdır.” Ayişə və Ümmə Sələmə isə onun uydurduğu bu hədisi rədd edərək Əbu Hüreyrəyə öz etirazlarını bildirdikdə. Əbu Hüreyrə Fəzl ibni Abbasa (o zaman artıq vəfat etmişdi) üzünü çevirib dedi: Peyğəmbər(s)-dən yox, Fəzldən. Sizdə belə bir sual yarana bilər ki, mötəbər ravi* başqalarından eşitdiyi hədisi vasitəçinin adını çəkmədən birbaşa Peyğəmbər(s)-ə istinad etməkdə məgər səhvə yol vermiş olurmu?
    Cavabında biz deyəcəyik: Bunun heç bir eybi yoxdur, amma həmən hədisi hər hansı bir mövzu üçün dəlil və sübut hesab etmək olmaz və belə hədislər ravinin adil olmasına baxmayaraq "səhih”* hədis hesab edilməyir.
    Hədisi nəql edən şəxslərin (vasitəçilərin) adı və onların adil olmaları məlum olmayınca hədis mürsəl hesab olunur. Deməli, hədisin "səhih” olması üçün ravilərin adil olmaları əsas şərtlərdən biridir və buna diqqət yetirmək olduqca mühümdür. Belə bir nəticəyə gəlirik ki, Əbu Hüreyrənin nəql etdiyi hədislərin bir çoxu (ravilərin adı və ədaləti göstərilmədiyi üçün) mürsəl və etibarsızdır və onlardan sənəd kimi istifadə etmək olmaz. Bu mürsəl hədislər sənədli hədislərlə qarışdırıldığı üçün qəbul olunmuş qaydalara əsasən sənədli və mötəbər hədisləri də şübhə altına düşür və onun nəql etdiyi bütün hədisləri etibarsız edir.
    13-cü fəsil
    Olmadığı yerlərdə olduğunu iddia etməsi
    Əbu Hüreyrə deyir: "Günlərin biri Peyğəmbər(s)-in qızı (Osmanın həyat yoldaşı) Rüqəyyənin evinə getdim. Rüqəyyə əlində daraq qarşıma çıxdı və dedi: Elə indicə Peyğəmbər (s) burada idi və mən onun saçını darayırdım.
    Sonra məndən soruşdu: Əbu Əbdullah (Osman) necə adamdır?
    Dedim: O yaxşı adamdır.
    Buyurdu: Onu hamıdan əziz tut. Xasiyyət baxımından mənə hamıdan yaxın olan odur.
    Hakim özünün "Əl-Mustədrək” adlı kitabında bu rəvayəti nəql edərkən deyir:( 
    "Əl-Mustədrək”, 4-cü cild, səh.48, Rüqəyyənin şərhi-halı.  
    ) Bu hədis sənəd baxımından etibarlı, mətn baxımından isə bir o qədər də dəqiq deyildir. Çünki Rüqəyyə hicrətin 3-cü ilində Bədr döyüşü ərəfəsində vəfat etmişdir. Əbu Hüreyrə isə hələ o zaman islamı qəbul etməmişdi. O islamı yalnız Xeybər döyüşündən sonra qəbul edib müsəlman oldu.
    Zəhəbi özünün "Təlxisul-Mustədrək” adlı kitabında bu hədisə işarə edərək Hakimin sözlərini olduğu kimi bəyan etmişdir.
    Əbu Hüreyrə Peyğəmbər(s)-in yol verdiyi səhv(!) haqqında deyir: "Günorta (zöhr) ya ikindi (əsr) namazını Peyğəmbər(s)-lə birlikdə qılırdıq. O ikinci rükətdən sonra salamları deyib namazı bitirdi. Zülyədəyn Peyğəmbər(s)-in yanına gəlib ondan soruşdu: Ya Rəsuləllah! Namazı özünüz bilərəkdən iki rükət qıldınız, ya yadınızdan çıxdı?
    11-ci fəsildə bu mətləbi şərh edərkən dedik ki, Zülyədəyn Əbu Hüreyrə islamı qəbul etməzdən əvvəl Bədr döyüşündə şəhid olmuşdur.(13-cü hədisə müraciət et.)
    O çox vaxt fəxr edərək deyərdi: "Xeybər qalasını fəth etdik, amma oradan qənimət məqSədi ilə qızıl-gümüş götürmədik. Oradan əldə etdiyimiz yalnız bir neçə baş inək, dəvə və başqa əşyalar oldu.”(Səhihi-Buxari”, 3-cü cild, səh.37, Xeybər döyüşü.) Bir halda ki, o Xeybər döyüşündən sonra islamı qəbul etmiş və bəzi döyüşlərdə (nəzərə çarpmaz dərəcədə) iştirak etmişdir. Bu səbəbdən də "Səhiheyn”ə şərh verən hədis alimləri Əbu Hüreyrənin belə çaşdırıcı hədisləri ilə qarşılaşarkən heç bir bəhanə tapa bilməyib deyirlər: "Xeybər qalasını fəth etdik” dedikdə onun məqSədi tək özü yox, müsəlmanlar olmuşdur və burada hədisin məcazi mənasına diqqət yetirmək lazımdır.( "Səhihi-Buxari”, 3-cü cild, səh.34, Xeybər döyüşü; 2-ci cild, səh.120, "Cihad” fəsli, "Allah öz dinini hətta zinakar şəxslərlə belə möhkəmləndirir” bölümü.  )
    Başqa bir yerdə deyir: "Xeybərdə Peyğəmbər(s)-lə birlikdə idik. Peyğəmbər (s) onunla birlikdə olaraq müsəlmanlıq iddiası edən şəxs barəsində dedi: "Bu şəxs cəhənnəm əhlindəndir.” Döyüş başlayan zaman həmən şəxs ağır yaralandı. Deyilənlərə görə bu səhnəni görən bəzi şəxslərdə Peyğəmbər(s)-ə qarşı inamsızlıq yarandı. Yaralanmış şəxs gücünün tükəndiyini və ağrılarının dözülməz olduğunu görüncə ox qabından bir ox çəkib özünü öldürdü.("Səhihi-Buxari”, 3-cü cild, səh.34, Xeybər döyüşü; 2-ci cild, səh.120, "Cihad fəsli”, "Allah öz dinini hətta zinakar şəxslərlə belə möhkəmləndirir” bölümü.)
    Halbuki:
    1-Əbu Hüreyrə Xeybərdə olmadığı bir halda orada olduğunu və döyüşdə iştirak etdiyini iddia edir. Bu səbəbdən də şərhçilər çarəsiz qalıb deyirlər: "O bunu məcazi mənada demişdir. Onun məqSədi burada tək özü deyil, müsəlmanlardır. Çünki o, islam dinini Xeybər döyüşündən sonra qəbul etmişdir.” (Qəstəlaninin nəzəri)(İrşadus-sari”, 6-cı cild, səh.322.)
    2-özünü öldürən şəxs Qəzman ibni Hərs münafiq və qələbə əzmində olan bir döyüşçü idi.(Vaqidi, ibni İshaq və başqaları öz kitablarında bu şəxs haqqında ətraflı məlumat vermişlər. İbni Həcər və bir çox şərhçi onun haqqında yazırlar: "Qəzman o şəxsdir ki, Ühüd döyüşündə kimsəyə aman vermədən müşriklərlə ağır mübarizə aparırdı. Əshab Peyğəmbərin yanına gəlib dedilər: "Ya Rəsuləllah! Hələ bizə onun kimi köməklik edən olmamışdır.” Həzrəti Peyğəmbər buyurdu: "Amma o cəhənnəm əhlindəndir.” Qəzman döyüş əsnasında ağır yaralanır. Ağrıdan yaxa qurtarmaq üçün qılıncını yerə basdırır və özünü onun üzərinə atır. Beləliklə Qəzman ölür. "Səhihi-Buxari”, 2-ci cild, səh.101, "Cihad fəsli”, "kimsə deməsin ki, filankəs şəhiddir” bölmü)
    Amma bu hadisə Ühüd döyüşündə, yəni Əbu Hüreyrə islamı qəbul etməzdən əvvəl baş vermişdir. Ərəblər arasında məşhur olan bir atalar misalında deyilir: "Habil ilə Qabili səhv salıb,(Yəni "ara elə qarışıb ki, doğrunu yalandan ayırmaq olmur.”)axırda böyük bir yalan əmələ gəlib.”
    Başqa bir yerdə deyir: Süffə səhabələrindən yetmiş nəfəri çox acınacaqlı bir vəziyyətdə idi. Onların əyinlərinə geyinməyə bir dəst paltarları belə yox idi.(Səhihi-Buxari”, 2-ci cild, səh.60 (Kitabın 3-cü fəslində biz buna işarə etdik.)) O yetmiş nəfərin hamısı "beri məun” günündə şəhid oldu və Peyğəmbər (s) bu hadiSədən çox kədərlənib, bir ay namazlarında onların qatillərinə lənət oxudu.
    Bu hadisə hicrətin dördüncü ilində, yəni Əbu Hüreyrənin müsəlman olmasından bir neçə il əvvəl baş vermişdir. O bu vaxtlar hələ Yəməndə yaşayır və Hicaza köçməyi belə fikirləşməyirdi. Amma bütün bunlara baxmayaraq o Peyğəmbər(s)-in namazda etdiyi duaları da eşidir və onun səhabələri ilə yaxından da tanış olur!
    Qəstəlani deyir: Əbu Hüreyrənin dediyi yetmiş nəfər, şəhid olmuş həmən yetmiş nəfər səhabədir. Daha doğrusunu Allah bilir.
    Göründüyü kimi bu hadisələrin heç birində Əbu Hüreyrə şəxsən iştirak etməmiş, Peyğəmbər(s)-in (şəxsən) özündən hədis eşitməmişdir.
    O Kəbul Əhbar kimi etibarsız şəxsdən belə eşitdiyi hədisləri Peyğəmbər(s)-ə aid etmişdir. Misal olaraq: "Allah insanı özünə oxşar surətdə yaratdı. Onun uzunluğu altmış zira, eni isə yeddi zira idi.”(11-ci fəsildə bu hədis haqqında geniş izahat vermişik.)
    Bu səbəblərdən də Allaha iman gətirmiş hər bir müsəlman onun nəql etdiyi hədislərdən mümkün qədər uzaq olmağa çalışmalıdır.
    Belə məntiqsiz hədislərə "Səhiheyn” və digər hədis kitablarında çox rast gəlmək olur. Məsələn, Müslüm (Səhihi-Müslümdə) Əbu Süfyanın fəziləti haqqında Əkrimət ibni Əmmar Yəmamidən belə rəvayət edir: "Müsəlmanlar Əbu Süfyanla oturub durmudular. O Peyğəmbər(s)-in yanına gedib dedi: Ya Rəsuləllah! Səndən xahişim budur ki, bu üç şeyə razılıq verəsən.
    Buyurdu: Olsun! (İstədiklərini de!)
    Dedi: Ərəb qadınlarının içində ən gözəli və ən xoş xasiyyətli olan qızım Ümmü Həbibəni sənin ilə evləndirim.
    Buyurdu: Bəli, razıyam.
    Dedi: Müaviyəni öz yanında katibliyə götür. Buyurdu: Götürdüm.
    Dedi: Mənə cihad əmri ver və mən də bundan belə əvvəllər müsəlmanlarla vuruşduğum kimi bundan sonra kafirlərlə döyüşüm.
    Buyurdu: Buna da razıyam (Döyüş!)("Səhihi-Müslüm”, 2-ci cild, səh.361. Bu hədis Yəmaənin uydurduğu hədislərdən biri hesab olunur. Nüvəvi bu hədisi şərh edərkən ibni Həzmin bu hədisin batil olması haqqında nəzəriyyəsin işarə etmişdir. Zəhəbinin bu haqda dedikləri sözlər olduğu kimi "Mizanul-Etiqad” kitabında Əkrəmənin şərh-halının sonunda dərc edilmişdir.)
    Müslüm Əbu Süfyanın fəziləti barəsində bu hədislə kifayətlənmiş və şükr olsun Allaha ki, bundan başqasını tapa bilməmişdir. Bu hədis əksər tarix və şərhçilərin nəzərinə görə batil və əsassızdır.
    Çünki, Əbu Süfyan Məkkə fəth olduqdan sonra müsəlman olmuş və bundan qabaq o Peyğəmbər(s)-in qatı düşmənlərindən biri hesab olunurdu. Onun qızı "Rəmlə isə hicrətdən əvvəl müsəlman olmuş və qohum-əqrəbasından ayrılaraq Həbəşəyə mühacirət edən yeni müsəlmanlardan idi və Rəmlə atasının xəbəri olmadan Peyğəmbər(s)-lə ailə qurmuşdu. Peyğəmbər(s)-lə qatı düşmənçilik mövqiyyətində duran Əbu Süfyan bu xəbəri eştidikdə dedi: Bu şəxs aradan getməyəcək (yəni məğlub olmayacaq).
    O Peyğəməbərlə barışıq elan etmək üçün Mədinəyə tərəf yola düşdü. Mədinəyə çatdıqda qızı Ümmi Həbibənin evinə getdi. O Peyğəmbər(s)-in yerində oturmaq istərkən qızı kilimi onun altından çəkdi. Əbu Süfyan təəccüblənərək soruşdu. Məndən qaçırsan? Dedi. Bəli! Bura Peyğəmbər(s)-in yeridir. Sən isə murdar və müşriksən.
    Bütün islamşünas alimlər bu əhvalatı doğru hesab edir. Əgər bu barədə geniş məlumat əldə etmək istəsəniz Ümm Həbibənin şərhi halı haqqında yazılmış əsərlərə və tərcümə olunmuş kitablara müraciət edin.
    Müslümin "şərh halında” bu hədisin izahında Nəvəvinin söylədiklərinə diqqət yetirsəniz kifayət edər.
    Şükr olsun Allaha ki, bizləri haqqa hidayət edib aqil və alim insanlardan qərar vermişdir. Salam olsun həzrəti Məhəmməd(s)-ə və onun Əhli-Beytinə.
    14-cü fəsil
    Əbu Hüreyrə hədis nəql etməkdə özü üçün elə bir yol seçmişdir ki, onun nəql etdiyi hədisləri oxuyan hər bir şəxs dərhal şəkkə düşərək onlardan uzaq olmağa çalışır. Hələ o özü sağ olarkən nəql etdiyi hədisləri tənqid atəşinə tutan şəxslər onu rahat burxmayırdılar. O bu etirazları eşidərkən deyərdi: Deyirlər Əbu Hüreyrə çox danışan və çərənçidir. Allah özü daha yaxşı bilir, hamı ilə o özü haqq-hesab edəcək. Deyirlər nə üçün mühacir və ənsar onların söylədiklərini deməyirlər (təsdiq etməyirlər).
    Gördüyünüz kimi, o özü hədislərinin başqaları tərəfindən inkar və tənqid olunduğunu etiraf edir və narahatçılıqla deyir: "Allah özü daha yaxşı bilir və istədiyinə əzab verən də məhz onun özüdür.” Onun fikrincə hədis nəql etmək onun dini vəzifəsi olmuşdur və əgər bu onun dini (şəri) vəzifəsi olmasaydı onların pis fikrə düşməmələrinə görə hədis nəql etməzdi. Başqa bir yerdə deyir: "And olsun Allaha, əgər bu ayə nazil olmasaydı.
    "Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən şəxsləri Allah və bütün lənət edənlər onlara lənətlyir”, ağzımı açıb sizinlə kəlmə kəsməzdim.”("Bəqərə surəsi, ayə:159 "Səhihi-Buxari”, müzariə fəslinin əvvəli və buyuy fəslinin sonu. Hədis Səhihi-Müslümdə də nəql edilmişdir. İnşəallah növbəti fəsildə bu hədisi imkan daxilində şərh edəcəyik.”)
    Əbu Rəzi deyir:("Səhihi-Müslüm”, 2-ci cild, səh.217, "ayaqqabıla-rınızın birinci sağ tayını geyinin” fəsli.) "Günlərin biri Əbu Hüreyrə əllərini alnına vura-vura bizim yanımıza gəlib dedi: Ey camaat! Elə güman edirsiniz ki, Peyğəmbər(s)-ə yalan qoşmaqla özüm haqq yoldan çıxıb sizləri haqqa hidayət edirəm?!
    O "Amul-Cəmaət” də Müaviyə ilə birlikdə İraqa gəldi və böyük kütlənin onların pişvazına çıxdığını gördükdə heyrətə gəldi. Kufə məscidinə gedərək dizi üstə oturub, əllərini zərb ilə başına vura-vura dedi: Ey İraq camaatı! Yoxsa güman edirsiniz ki, Allaha və Onun Peyğəmbərinə yalan qoşmaqla özümü cəhənnəm oduna atıram?!” (Hədisin ardını isə Əli(ə)-ın düşmənlərinə yaxın olmaq üçün o həzrətin əleyhinə nəql etmişdir.)(İmam Əbu Cəfər İskafi Əmamidən belə rəvayət edir. "Nəhcül Bəlağənin şərhinə (Həmidi) müraciət edin. 1-ci cild, səh.359, Misir çapı.)
    Bunu bilmək kifayətdir ki, Peyğəmbər(s)-ə yaxın olan böyük səhabələr onun nəql etdiyi hədisləri rədd edir və onun özünü isə tənqid atəşinə tutardılar. Əhməd Əmin Əbu Hüreyrə haqqında deyir: Səhabələrdən bir qismi Əbu Hüreyrəni Peyğəmbər(s)-dən hədis nəql etməkdə ifrata vardığı üçün tənqid edirdilər.( 
    "Fəcrul-İslam” kitabı, 6-cı bölüm, 2-ci fəsil, 262-ci səh.  
    )
    Hətta "Səhihi-Müslüm”də də Əbu Hüreyrəyə qarşı tutulan irad və tənqidlər haqqında iki hədis nəql edilmişdir.
    Müasir Misir alimi Mustafa Sadiq Rafii bu haqda deyir: "Əbu Hüreyrə yalnız üç il Peyğəmbər(s)-in yanında olmasına baxmayaraq bütün səhabələrdən çox hədis nəql etmişdir. Bu səbəbdən də Əli(ə), Ayişə, Ömər və Osman daim onu tənqid edir və ifrata varmaqda günahlandırırdılar. Ayişə onu hamıdan çox tənqid edirdi.("Adabul-Ərəb”, 1-ci cild, səh.282, Rəvayət bölümü.)
    Həmçinin Nizam deyir: "Əli (ə), Ayişə, Ömər və Osman Əbu Hüreyrəni yalançı hesab edirdilər.”
    Bir halda ki, İbni Qüteybə Əbu Hüreyrəni müdafiə etmək üçün Nizama qarşı çıxmış, amma onun sözlərini qəbul etməkdən başqa bir çıxış yolu görməmişdir.
    İbni Qüteybə deyir:(Həmin mənbə, 48-ci səh.) Nizam bu sözləri Əbu Hüreyrənin şəxsiyyətini ləkələmək məqSədi ilə demişdir. Əli(ə), Ayişə, Ömər və Osman Əbu Hüreyrəni tənqid edərək onun sözlərini qətiyyətlə rədd edirdilər. O təqribən üç il Peyğəmbər(s)-in yaxın səhabələrindən biri olmuşdur. Bu müddət ərzində o özündən islamı tez qəbul etmiş səhabə və digər şəxslərdən daha çox hədis nəql etmişdir. Bu səbəbdən də onun bu işinə görə tənqid edir və yalançı hesab edirik.(İbni Qüteybə bununla Nizama cavab vermək və təsdiq etmək istəmişdir. O, Əli əleyhissəlamın, Ayişənin adını çəkməklə kifayətlənməmiş, öz kitabında bu haqda olan bütün mətləblərə işarə etmişdir.) Ona bəzən deyərdilər: Axı sən tək başına necə bu qədər hədis nəql edirsən? Sənin tək bu qədər hədis nəql edən ikinci bir şəxs varmı? (O yenə deyir:) Ayişə hamıdan çox onu bu iş üçün tənqid edir və onun bu işdən çəkinməyini dəfələrlə təkid edirdi. Ömər də ifrata varan ravilərə və şahidsiz hökm verən şəxslərə qarşı sərt mövqe tutar və onlarla mübarizə edərdi.
    Allah həqiqəti ibni Qüteybənin dili ilə aşkar etdi və özü istəmədən Nizamın dediklərini qəbul etdi. Haqq necə olursa-olsun aşkara çıxmalı və öz yerini tutmalıdır. Ancaq ibni Qüteybə elə düşünür ki, səhabələrin ondan uzaq olub ona qarşı acıqlı olmalarının səbəbi odur ki, Peyğəmbər onun böyük bir məqam sahibi olmasını vurğulamışdır. Ona qarşı olan paxıllıq üzündən onun sözlərini dəyərsiz və puç saymışlar. Əgər böyük səhabələr onun tam dəqiqliyini tanısaydılar və əgər onların yanında doğru danışanlardan olsaydı onu yalançı və iftiraçı kimi tanımaz və ittiham etməzdilər. Qeyd etdiyimiz kimi, Əbu Hüreyrə demişdir:("Müxtələfil-hədis”in təbiri, səh.5)"Aclığın şiddətindən minbər ilə Ayişənin otağı arasında taqətdən düşüb yerə yıxıldım. Bir nəfər məni dəli bilib ayağını mənim boynuma qoydu. Halbuki mən dəli deyildim; aclıqdan bu hala düşmüşdüm.”
    Əlbəttə, bu sözlər ibni Qüteybənin onun barəsində danışdığı dəyərlər və tutduğu məqam ilə üst-üstə düşür.
    Xülasə, böyük səhabələrin və tabeinin Əbu Hüreyrənin əleyhinə olan tənələri və inkarları barəsində heç bir kəsin şəkk-şübhəsi yoxdur. Axır zamanlar sünnülər bütün səhabələrin istisnasız olaraq ədalətli olmasını qəbul etmişlər. Bu səbəbdən də heç vaxt onların yaşayış tərzlərini araşdırmamış və onlara tabe olmağı vacib saymışlar. Beləliklə də öz ağıllarını qandallamış, göz, qəlb və qulaqlarını fəaliyyətdən salmış və aşağıdakı Quran ayəsinin bariz nümunəsinə çevrilmişlər.
    "Onlar kar, lal və kordular.”
    Əhli beyt (ə) heç vaxt səhabələrə, onların özlərinin bir-biri barəsindəki nəzərlə baxırdılar. Onların Əbu Hüreyrə barəsində nəzərləri Əli(ə), Ömər, Osman və Ayişənin nəzəri ilə müxalif deyildir. Onların ardıcılları və bütün şiələr Əli(ə)ın vaxtından indiyə qədər o həzrətlərin tutduğu yoldan nə bir addım artıq, atmış nə də geri qalmamışlar. Şiələrin nəzəri elə Əhli-betin nəzəridir. Bəlkə də mötəzililərin əksəriy-yətində də nəzəri elə bu cürdür İmam CƏfər İskafi deyir: Bizim böyük alimlərimizin nəzərində Əbu Hüreyrə ağılsız, onun rəvayətləri isə etibarsızdır. Ömər onu qamçı ilə vurub dedi: "Çoxlu rəvayət nəql edirsən, Allahın elçisi barəsində yalan söyləmə! Süfyan, Suri Mənsurdan, İbrahim Teymidən belə nəql edir:
    "Əbu Hüreyrənin yalnız behişt və cəhənnəm barəsində söylədiyi hədisləri qəbul edirdilər. (Yenə davam edərək deyir:) Əbu Üsamə öz əmisindən rəvayət edir ki, İbrahim doğru hədis söyləyən idi, elə ona görə də eşitdiyimiz hər hədisi ona söyləyirdik. Bir gün Əbu Salehin Əbu Hüreyrədən nəql etdiyi bir hədisi ona söylədim. İbrahim dedi: "Əbu Hüreyrəni kənara qoy!” Onlar onun çox sözlərini rədd etmişlər. İskafi deyir: "Əli (ə) buyurub: Ən böyük yalançı və Peyğəmbər(s)-in adından yalan danışan şəxs Əbu Hüreyrədir.”
    İskafi Əbu Yusifdən nəql edir ki, Əbu Hənifəyə dedim: Əgər Peyğəmbərdən bizim rƏyimizlə uyğun gəlməyən bir hədis və ya fikir eşitsəm nə etməliyəm?
    Əbu Hənifə dedi: Əgər o xəbəri inanılmış və etibarlı ravidən eşitsən gərək ona uyğun əməl edək, öz rƏyimizi geri götürək.
    Dedim: Ömər və Əbu Bəkr barəsində nə deyirsən?
    Dedi: Onların söylədikləri qəbul olunur.
    Dedim: Əli (ə) və Osman necə?
    Dedi: Onlar da həmçinin.
    Elə ki, gördü bir-bir səhabələrin adını çəkirəm, dedi: Bütövlükdə səhabələrin hamısı adildir-bir neçə nəfərdən başqa.
    Sonra həmin bir neçə nəfərə misal olaraq, Əbu Hüreyrə və Ənəs ibni Malikin də adlarını çəkdi.
    Məlum oldu ki, Əbu Hənifə və onun səhabələrinin rƏyləri Əbu Hüreyrənin söylədiyi hədislə zidd olardısa, onun sözünü rədd edərdilər. Belə ki, onun "Misrat” barəsində söylədiyi hədisi də rədd etmişlər. (Misrat-yəni dəvəni, inəyi və ya qoyunu bir neçə gün sağmırlar ki, onu satan zaman müştəri onun çoxlu süd verəcəyini fikirləşsin.) Əbu Hənifə və onun səhabələri onun bu hədisinə əməl etməmişlər.
    Əbu Hüreyrə Peyğəmbər(s)-dən nəql edir: "Dəvə və qoyunu satan zaman onların döşlərini südlə dolu saxlamayın. Əgər bir şəxs belə bir heyvanı alırsa, onun südünü sağandan sonra iki yoldan birini seçməlidir: ya al-verin düzgünlüyünü qəbul etməli, ya da bir qab xurma ilə birlikdə qaytarmalıdır.”
    Əbu Hənifənin davamçıları ona əhəmiyyət verməyərək belə dedilər: Əbu Hüreyrə fəqih (şəriət alimi) deyil, onun söylədiyi hədis bizim rƏylə üst-üstə düşmür. Heyvanın südünü sağmaq təcavüz sayılır. Təcavüzün də müqabilində ya gərək malın (əmtəənin) özünü qaytarasan, ya da onun dəyərini ödəyəsən. Amma Əbu Hüreyrənin söylədiyi söz (bir qab xurma ilə heyvanı geri qaytarmaq) dediklərimizdən heç biri ilə uyğun gəlmir.(Hənəfi fiqhinə müraciət edin. Bu sözləri Fazil Misri Əhməd Əmin, həmçinin "Fəcrül-İslam” kitabının 263-cü səhifəsində yazmışdır.)
    Biz həmçinin bilirik ki, Əbu Hənifə və bütövlükdə onun səhabələri belə bir əqidədədirlər ki, əgər namaz qılan şəxs səhvən və ya namazı qurtardığını küman edərək artıq bir söz işlədərsə, onun namazı batil olar. Əbu Hənifə fiqhi Süfyan Surinin nəql etdiyi rəvayətə əsasən bu məsələdə həmin əqidədədirlər. Belə məlum olur ki, Əbu Hüreyrənin sözü onlar üçün dəyərsizdir. Belə ki, onun nəql etdiyinə görə Allahın elçisi dörd rükətli namazın ikinci rükəti bitdikdən sonra səhvən salam verib, namazı bitirmiş və durub otağına gedərək, yenidən geri dönmüşdür. Camaat ondan "Namazı sındırdın, ya ki, unudaraq axıra yetirmədin”-deyə soruşduqda buyurdu: "Heç biri deyil.” Camaat yenidən dedi: "Siz namazı iki rükət qıldınız.” Allahın elçisi (s) söhbətdən sonra xatircəm olub, onlarla yenidən iki rükət namaz qılaraq iki səhv səcdəsi yerinə yetirdi.(Bu hədis on birinci fəsildə qeyd olunub. Bizim haşiyədə yazdığımıza diqqət yetirin.) Buna görə Malik, Şafei, Əhməd, Ovzəi və başqaları demişlər ki, əgər namazda səhvən bir söz işlətsə namazı batil etməz. Lakin, Əbu Hənifə Əbu Hüreyrənin sözlərini dəyərli saymayıb belə namazın batil olmasına fitva vermişdir.("Nüvəvinin "Səhihi-Müslüm”ə yazdığı şərhində Əbu Hənifənin nəzərincə belə namazın batil olmasını və Suridən nəql edərək belə namazın düzgün olmasını qeyd etmişdir. Sonra deyir ki, Əbu Hüreyrənin hədisinə əməl edənlər belə təqdirdə namazın batil olmadığını qəbul edirlər. (4-cü cild, səh.234.))
    Sonda Əbu Hüreyrənin səhabələr arasında olan məqamını bariz şəkildə göstərəcək hədislərə işarə edəcəyik.
    1-Əbu Hüreyrə deyir: Elə ki, mən söyləyən hədis Ömərin qulağına çatdı məni yanına çağırtdıraraq belə dedi: Filan kəsin evində olarkən sən də bizimlə idinmi?
    Dedim: Bəli. Allah Peyğəmbəri (s) həmin gün belə buyurdu:(Müsəddəd onu "Müsnəd”ində Xalid ibni Yəhyadan, o da atasından, atası da Əbu Hüreyrədən nəql etmişdir. Həmçinin ibni Həcər "Əl-İsabədə Əbu Hüreyrənin həyatına həsr etdiyi bölümdə nəql etmişdir.)
    "Hər kəs mənə qəsdən yalan nisbəti versə, yeri cəhənnəmdir.”
    Buradan belə məlum olur ki, Əbu Hüreyrə Ömərin yanında söz söyləyə biləcək bir şəxs deyildi və ya Öməri məcbur edə bilməzdi ki, oturub onun söylədiklərinə qulaq assın. Ömər Əbu Hüreyrənin söylədiyi hədisləri başqa-larının dilindən eşidib, təəccüblənərək onu bu işdə günahlandırmışdır. O, bu hərəkəti ilə Əbu Hüreyrəni cəhənnəm atəşindən qorumaq istəyirdi.
    2-Yenidən Ömər onu tənbih edərək dedi:(İbni Əsakir bunu rəvayət etmişdir. "Kənzül-Ümmal”, 5-ci cild, səh239, 4885-ci hədis. Bu söz tamamilə hədislərin hamısını tərk etməyə sövq edir)"Peyğəmbər(s)-dən hədis söyləməkdən əl çəkəcəksən, ya da səni Dusa və ya Qirədəyə sürgün edəcəyəm!”
    3-Ömər Əbu Hüreyrəyə Peyğmbər(s)-in adına yalan qoşaraq hədis söyləməsinə görə şallaq vurub dedi:(Necə ki, bundan öncə xatırlatdıq, Əksafi onu nəqq etmişdir.)"Nə qədər danışmaq olar! Səni Peyğəmbər(s)in adına yalan qoşmaqdan çəkindirərəm!”
    4-Ona şallaq vuraraq yaraladı və mənimSədiyi on min dinarı ondan alaraq rüsvay edib, Bəhreynin valiliyindən uzaqlaşdırdı. Həmçinin sərt sözlərlə onu danladı.(4-cü fəslə bax.)
    5-Peyğəmbər(s)-in sağlığında da Ömər onu o qədər vurdu ki, arxası üstə yerə yıxıldı.("Səhihi-Müslüm”, 1-ci cild, səh.34.)
    6-Əbu Hüreyrə barəsində Əli(ə)-dan sual etdikdə, belə buyurdu:(Bundan öncə Əbu İskafi bu sözü rəvayət etmişdir.) "Bilin ki, o, camaatın ən çox yalan söyləyənidir. İnsanlar arasında Peyğəmbərə (s) ən çox yalan qoşan şəxs Əbu Hüreyrədir.”
    7-Həzrəti Əli(ə)-a dedilər ki, Əbu Hüreyrə... Həzrət buyurdu:(Bu hədisi İbni Qüteybə "Müxtələfil-Hədis”də nəql edib: 27-ci səh.) "Onun sözünü qəbul etmirəm və onunla müxalifəm.”
    8-Əbu Hüreyrə rəvayət nəql edərkən hərdən bu sözlərdən istifadə edərdi: "Mənim dostum Peyğəmbər (s) və ya dostum Peyğəmbər (s) mənə dedi...” Elə ki, Əli (ə) bu sözləri eşitdi ona belə buyurdu:
    Ey Əbu Hüreyrə! Allahın elçisi haçandan səninlə dost olub?
    Əli (ə) onu təkzib edib, hədislərini qəbul etməzdi, çünki, onun sözlərini məqbul saymırdı. Bəli, Əli (ə) Quran ilədir, Quran da Əli (ə) ilə. Onlar bir-birindən Peyğəmbərin(s)-in yanına gedənəcən ayrılmayacaqlar.(Hakim "Müstədrək”də, Təbəri "Ovsət”də Ummu Sələmədən nəql etmişlər. "Kənzül-Ümmal” 6-cı cild, səh.153) Əli (ə) haqq ilədir, haqq da Əli (ə) ilə.(Əbu Səid Xidri Peyğəmbərdən nəql edir ki, haqq bu kişi ilədir, haqq bu kişi ilədir. (Həzrət bu vaxt Əli əleyhissəlama işarə edirdi.) Əbu Yəli "Müsnəd”ində, İbni Mənsur "Sunən”ində bu rəvayəti nəql etmişlər. "Kənzül-Ümmal”, 6-cı cild, səh.157.)
    9-Elə ki, Ayişə Əbu Hüreyrənin söylədiyi hədisi eşitdi onu yanına çağırıb dedi: "Peyğəmbər(s)-dən söylədiyin bu hədislər nədir? Olmaya Peyğəmbər(s)-dən bizim eşitdiklə-rimizdən başqa bir şey eşitmisən?! Ya bizim gördüyümüzdən əlavə bir şey görmüsən?!”
    Əbu Hüreyrə ona dedi: Anacan, güzgü və sürmə qabı səni ona diqqət etməkdən yayın-dırıb.( 
    Hakim onu "Müstədrək”də düzgün hesab edib (3-cü cild, səh.509.)  
    )
    10-Əbu Hüreyrə nəql etdiyi hədislərin birində deyir ki, it, arvad və qatır namazı batil edər. Ayişə bu sözü eşitdikdə onu yalançı adlandıraraq dedi: Allahın elçisi (s) taxtın üstündə namaz qılarkən mən taxtın üstündə onunla qiblə arasında otururdum.
    11-Əbu Hüreyrə bir tay ayaqqabı geyinməyi qadağan olması barədə hədis söyləyir. Ayişə bu sözü eşitdikdə ayaqqabının bir tayını geyinib yola düşür və belə deyir: İstəyirəm Əbu Hüreyrənin sözünün əksinə çıxam.
    12-Əbu Hüreyrə Peyğəmbər(s)-dən belə nəql edir ki: "Hər kəs səhər cünub halında (cənabətli) oyansa, oruc tutmasın.” Ayişə və Həfsə onun bu sözünü təkzib etmişlər. Əbu Hüreyrə həmçinin onların sözünün düz və özünün səhv etməsini etiraf etmiş, sözünü geri götürərək belə demişdir: "Mən bu hədisi Peyğəmbər(s)-dən yox, Abbasın oğlu Fəzldən eşitmişəm.” Halbuki, Fəzl o vaxt dünyasını dəyişmişdi.
    13-İki şəxs Ayişənin yanına gəlib ona dedilər: Əbu Hüreyrə deyir ki, Peyğəmbər (s) buyurub: Qadınlar və dörd ayaqlıların falı pisdir, onlar nəhsdirlər. Ayişə coşaraq dedi: "And olsun Quranı Peyğəmbər(s)-ə göndərənə ki, yalan deyir. Peyğəmər (s) belə söz deməyibdir.”(İbni Qüteybə, "Müxtələfil-hədis”, 129-cu səh. və ondan sonra.)
    14-Əbu Hüreyrə Ayişənin otağının kənarında əyləşib Peyğəmbər(s)-dən danışırdı. Bu vaxt Ayişə namaz qılmaqla məşğul idi. Namazı sona çatdırdıqdan sonra ona belə dedilər: Əbu Hüreyrə səni təəccübləndirmir ki, oturub otağın kənarında Peyğəmbər(s)-dən hədis nəql edir?
    Ayişə cavabında dedi: Əgər namazım qurtarınca burada qalmış olsaydı onun sözlərini təkzib edər və yaxşıca danlayardım.("Səhihi-Müslüm”, 2-ci cild, səh.358, Əbu Hüreyrənin fəziləti bölümü və hədis barəsində tədqiqat.)
    15-Peyğəmbərdən belə bir rəvayət nəql etmişdir ki, "Əgər sizlərdən biriniz yuxudan oyanıb əlini su dolu qaba salıb yumazdan əvvəl bilməyə əli harada olub...”
    Ayişə onu danlayaraq sözlərini rədd etdi(Əhməd Əmin, "Fəcrül-İslam”, 259-cu səh. Ayişənin Əbu Hüreyrəyə etimadı olmadığına görə onun sözlərini təkzib etməsi doğrudur. Amma "mihras” təbiri ilə onun sözünü kəsməsinin heç bir dəlili yoxdur.) və dedi: Bəs onda "mihras”ı(Mihras” böyük bir daşdır, onun içini su ilə doldururlar ki, dəstəmaz alanda istifadə etsinlər. Bu daş o qədər ağır olur ki, yerindən tərpətmək çox çətindir.) nə edək?
    16-Əbu Hüreyrə Peyğəmbər(s)-dən nəql edir ki, cənazəni aparanda dəstəmaz alın.
    İbni Abbas onun sözlərini təkzib edib dedi: Quru taxtaları aparanda (yəni cənazəni) dəstəmaz lazım deyil.(Əhməd Əminin "Fəcrül-İslam” kitabı, 259-cu səh.)
    17-Ömərin oğlu Peyğəmbər(s)-dən rəvayət edir ki, ov itindən və qoyun itindən başqa bütün itləri öldürün. Ona dedilər: Əbu Hüreyrə deyir ki, əkin sahəsini qoruyan iti də öldürməyin. Ancaq o Əbu Hüreyrənin sözünə əhəmiyyət verməyərək onu rədd edib dedi: Əbu Hüreyrənin özünün belə bir iti var, ona görə də onu Peyğəmbər(s)-in hədisinə əlavə edib ki, həm öz itini, həm də əkin sahəsini qorumuş olsun. Bu hədisi Müslüm də nəql etmişdir.("Səhihi-Müslüm”, 1-ci cild, səh.625, "itlərin öldürülməsi” fəsli.)
    Həmçinin "Səhihi-Müslüm”də(Həmin mənbə, 1-ci cild, səh.627, "İt saxlamağın qadağanı” fəsli.) eyni bu hədisə oxşar bir hədis nəql olunmuşdur: "Hər kəsin ov itindən, sahəni qoruyan itdən və qoyun itindən başqa iti olsa hər gün bir qirat onun savabından azalar. Bu sözləri Ömərin oğluna söylədikdə, o cavabında dedi: Əbu Hüreyrə bədbəxtin əkin sahəsində bir iti var. Onu da Peyğəmbər(s)-in hədisinə əlavə edib ki, öz mənfəətini qoruya bilsin.
    Salim ibni Abdullah ibni Ömər də Müslümün nəql etdiyi rəvayətə əsasən onu bu işdə ittiham etmişdir.("Səhihi-Müslüm”, 1-ci cild, səh.626)
    18-İbni Ömər Əbu Hüreyrənin kirpi barəsində söylədiyi hədisi təsdiq etməyərək bu məsələyə şübhəli yanaşdığını bildirmişdir.
    19-İbni Ömər eşitdi ki, deyirlər: Dəfn mərasimində iştirak edən şəxs bir qirat (250 ml. q) savab qazanar. O Əbu Hüreyrənin sözünü qəbul etməyərək dedi: "Əbu Hüreyrə həddən artıq söz danışır.” Ayişənin yanına gedərək bu barədə ondan da soruşdu. Ayişə təsdiq edəndən sonra qəbul etdi.("Səhihi-Müslüm”, 1-ci cild, səh.349, "cənazəyə namaz qılmaq” fəsli.)
    Amir ibni Şürəyh ibni Hani Əbu Hüreyrədən "Hər kəs Allahın görüşünə tələsərsə, Allah da onu görməyə tələsər. Və hər kəs Allahdan üz döndərsə Allah da onunla görüşmək istəməz” hədisini eşitdikdə qəbul etmədi. Ona görə də bu hədis barəsində Ayişədən soruşduqda, Ayişə ona bu hədisi nəql edərək, Peyğəmbər(s)-in bu hədisdən məqSədini və məramını dolğun şəkildə izah etdi.(Səhihi-Müslüm”, 2-ci cild, səh.422, "Allahı sevəni Allahı da onu sevər” fəsli.)
    Əgər səhabələrin Əbu Hüreyrənin söylədiyi hər bir hədisə olan münasibətlərini sadalasaq, çox vaxt aparar. öz sözümüzü sübuta yetirmək üçün bu qədər kifayətdir.
    Bunu bilmək kifayətdir ki, Ömər, Osman, Əli (ə) və Ayişə onu təkzib edərək, sözünü qəbul etməmişlər. Bütövlükdə hədis nəql edən alimlər bu əqidədədirlər ki, təarüz yarandığı zaman bir şəxsin ədalətli olması əsas tutulur. Ancaq burada təarüz yoxdur.
    Səhabələrin ilk baxışda (qayda üzrə) ədalətli olması barəsində demək lazımdır ki, bu müddəanın isbata yetməsi üçün heç bir dəlil yoxdur. Səhabələr belə bir qaydanı tanımırlar. Əgər belə bir fərziyyəni (yəni qayda üzrə ədalətli olmağı) qəbul etməli olsaq, bu ancaq halı naməlum olan bir şəxs barəsində deyilə bilər. Amma bu Ömər, Osman, Əli (ə) və Ayişənin təkzib etdiyi bir şəxsə aid ola bilməz. Biz tam qətiyyətlə bilirik ki, Əbu Hüreyrənin ədalətsiz (fasiq) olması üçün əlimizdə olan dəlillər kifayətdir. Şiələrin səhabələr barəsində sözü həmişə orta mövqedən olub. Bu əqidəni aydınlaşdırmaq üçün "Carullahın suallarına cavab” kitabında ayrı bir fəsil("Əl-Əcvibə, səh.11-dən 15-ə qədər.)dərc etmişik. O fəsli təsdiq edən başqa bir xüsusi fəsil də dərc etmişik.(Əl-Əcvibə, səh.23-dən 27-ə qədər.) Təhqiq etmək istəyən alim və tədqiqatçılara bu mənbəyə müraciət etməyi məsləhət görürük.
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 694 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024