İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 5:31 PM
    On beşinci fəsil
    Əbu Hüreyrənin rəqibləri müqabilində etirazı və dəlilləri
    Əbu Hüreyrə ona irad tutan şəxslərlə üz-üzə gələrək deyirdi:(Səhihi-Buxari”, 2-ci cild, səh.34; Müslüm də öz kitabında, Əhməd "Müsnəd”ində bu hədisi başqa təbirlə rəvayət etmişlər.) Deyirlər ki, Əbu Hüreyrə həddən artıq hədis söyləyir! Axirətdə Allah haqq-hesab çəkəcək! Deyirlər ki, bəs necə olur ki, ənsar (Mədinədə islam dinini qəbul edənlər) və mühacirlər (Məkkədən Mədinəyə hicrət edələr) sən söyləyən hədislər kimisini nəql etmirlər. Onların başı al-verə qarışmışdır və ənsar da öz işləri ilə məşğul idilər! Amma mən əliboş, miskin bir adam idim. Bir tikə çörək üçün həmişə onunla (Peyğəmbər(s)-lə) yoldaş olmuşam! Mən onun yanında olanda onlar orada deyildilər. Ənsar və mühacirlər onun sözlərini yaddan çıxardıqları halda mən onları zehnimdə saxlayıb qorudum.
    Günlərin birində mən Peyğəmbər(s)-in belə buyurduğunu eşitdim: "Sizlərdən bir nəfər yoxdurmu ki, qulağını açıb məni diqqətlə dinləsin və mən deyən sözləri yadından çıxarmasın?!” Qulaqlarımı açıb Peyğəmbər (s) deyən sözlərə diqqət yetirdim. O sözləri eşitdikdən sonra yaddaşıma həkk etdim. And olsun onu peyğəmbərliyə seçən Allaha ki, onun dediyi sözlərin heç birini əsla unutmadım. And olsun Allaha, əgər aşağıdakı Quran ayəsi olmasaydı bu haqda heç kiçicik bir söz də danışmazdım:
    Əbu Hüreyrə özünü nə qədər bəzəsə də bir o qədər axmaq görünür. O belə düşünür ki, bu sözləri deməklə söylədiyi hədisləri rəqiblərinin tənqid atəşindən yayındıracaq və özünün günahsızlığını isbat edəcək. O bu vasitə ilə nə qədər çox fəal olmuşsa da bir o qədər də geridə qalmışdır.(Bağlarında işləyiblər, çünki onların xurma bağları olub)
    Sanki Allah-təala göndərdiyi Quran ayəsi ilə Əbu Hüreyrənin müxaliflərinin gətirdiyi dəlilləri təsdiqləmək və onların tərəfini saxlamaq istəmişdir. And olsun düzgünlüyün şərəfinə və and olsun doğru danışanların şərəfinə, Əbu Hüreyrənin söylədiyi yalanın bənzərinə heç bir xurafatçının sözündə rast gəlmədim. Əgər şeyxeyn (Buxari və Müslüm) onun söylədiyini özlərinin "Səhih” kitab-larında dərc etməsəydilər ona əhəmiyyət verməzdim. Onlar ona görə bu işi görüblər ki, bütün səhabələrin nəzərlərini kor-koranə qəbul etmişlər. Onlar bu əqidələri ilə əqli və nəqli dəlillərin hamısı ilə müxalifətçilik etmişlər. Biz bu məsələyə "Tühfətül-Mühəddisin” kitabında bütün təfsifatı ilə aydınlıq gətirmişik.
    Biz aşağıdakı dəlillərə görə Əbu Hüreyrənin bu hədisini batil və yararsız hesab edirik:
    1-O təsəvvür edir ki, alış-veriş mühacirlərin başını qatmışdır. Ənsarın da başı öz işlərinə elə qarışıb ki, onlar Peyğəmbər(s)-in sözlərinə diqqət yetirməyiblər.
    Buna görə də o bu məsələdə mühacir və ənsarı qabaqlayaraq onlardan önə keçmişdir. Bu necə də dəyərsiz bir sözdür! Necə mümkündür ki, aşağıdakı ayənin nazil olmasından sonra mühacirlər Yaradandan üz döndərib başları bazarda ticarətə qarışsın? Budur ayə:
    Allah kəlamı ilə uyğun olmayan sözlər puç və əsassızdır, onlardan uzaq olmaq lazımdır. Məgər Əbu Hüreyrə kimdir ki, Peyğəmbər(s)-in yaxın adamları onun yanında olmadığı halda yalnız o, həzrətin yanında olub?
    Heç kis onun sözlərini yadda saxlamadığı bir halda fəqət Əbu Hüreyrə Həzrətin dediklərini əzbərləyib?
    Hələ utanıb çəkinmədən deyir ki, istəyirdim ac qarnımı doyuzdurum. O bu sözləri Ömər, Osman, Əli(ə), Təlhə, Zübeyr, Salman, Əmmar, Miqdad və Əbuzər dünyadan gedəndən sonra dilinə gətirib.
    Bu necə də yalan və düzgün olmayan hədisdir! Hər kəs çox gözəl bilir ki, Əli (ə) Peyğəmbərin yanında hansı mənsəbə malik idi. Onların arasında xüsusi yaxınlıq var idi. Hələ kiçik yaşlarında ikən Həzrət onu dizi üstə alar, sonra bağrına basar və yanında əyləş-dirərdi. Onu gül tək qoxulayar, və onun üçün yemək hazırlayardı.
    Heç vaxt ondan pis söz eşitməz, pis rəftar görməzdi. Allah-təala özünün Peyğəmbər(s)-i vasitəsi ilə Əli (ə) südəmərlik dövrünü başa vurduqdan sonra özünün böyük mələklərindən birinə yaxınlaşdırdı ki, gözəl, bəyənilmiş əxlaq sahibi olmaq üçün ona yardımçı olsun. Əli (ə) anasından ayrı düşmüş körpə kimi həmişə Peyğəmbər(s)-in arxasınca düşürdü. Həzrət hər gün ona bir şey öyrədər, elmin sirrlərindən agah edərdi.
    Əli (ə) və möminlərin anası Həzrəti Xədicə(s.ə) Həra mağarasında Peyğəmbərin yanında olublar. Vəhyin nurunu görüb peyğəmbərliyin gözəl ətrini duymuşlar. Bundan sonra o elm şəhərinin qapısı, ümmətin ən layiqli hakimi, Peyğəmbər(s)-in sirlərinə agah olan köməkçi və Peyğəmbər hikmətinin varisinə çevrilmişdir. Bu sadaladıqlarımızdan sonra Əbu Hüreyrənin yadında saxladığı sözləri Əli(ə)-ın unutmağı mümkündürmü? Və ya elə sözləri gizlətsin ki, Əbu Hüreyrə aşkar edə?
    "Allah pakdır və bu böyük bir böhtandır.”
    Lakin mühacirlərin çox kiçik bir hissəsi bazarda ticarətlə məşğul idilər. Aşağıda adı sayılanlara diqqət yetirin: Əbuzər, Miqdad, Əmmar və yetmiş nəfərdən ibarət siffə əhli olublar. Əbu Hüreyrənin dediyinə görə onların paltarları olmayıb, ancaq boyunlarından bir parça atıbmışlar.(Həmin kitab, 3-cü fəsil)
    Necə ola bilər ki, Əbu Hüreyrənin söylədiyi hədisləri onlar söyləyə bilmirlər?!
    Ənsarların da hamısı dövlətli və mal-dövlət sahibi olmayıblar. Salman Farsinin necə şəxsiyyət olduğuna diqqət yetirin ki, Peyğəmbər (s) onun barəsində belə buyurub: "Salman biz Əhli-beytdəndir.” Belə ki, "Əl-İstiy”ab” kitabının Salman Farsinin həyatı barəsində yazılmış fəslində belə deyilir: "Əgər din göylərdə olsa belə Salman onun arxasınca gedər.” Həmçinin həmin kitabda dərc olunmuşdur ki, Ayişə onun haqqında deyib: "Salman Peyğəmbər(s)-ə o qədər yaxın idi ki, az qalmışdı ünsiyyəti də bizdən çox ola.” Yenə həmin kitabda deyilir: Əli (ə) buyurdu: Salman Farsi bilik və elm dəryasına sahib olan Loğmana bənzəyir.”
    Kəbul Əhbar deyir: "Salman elm və hikmət mədənidir.” Bunlardan əlavə Salmanın fəziləti və xüsusiyyəti barəsində bir çox hədislər nəql olunmuşdur.
    Əbu Əyyub Ənsari də həmçinin belə bir şəxs olmuşdur. Hamı bilir ki, o elm öyrənmək və ona əməl etməkdən başqa heç bir işlə məşğul olmayıb. Və heç bir şey də ona bu işdə mane ola bilməzdi. Əbu Səid Xidri, Əbu Füzalə Ənsari və başqaları da belə şəxsiyyətlərdən olmuşlar.
    Allah onların hamısına rəhmət etsin!
    Belə ki, hikmətlilərin ağsaqqalı və Peyğəmbərlərin sonuncusu Məhəmməd(s)-in işləri plansız surətdə deyildi; bütün işlərində dəqiqlik və nizam-intizam olub. Hər bir işi öz vaxtında və yerli-yerində həyata keçirirdi. Xalqa elm öyrədərkən başqa iş görməzdi. O biri işləri üçün xüsusi vaxt ayırardı. Dərs verilən zaman ənsar və mühacirlərdən biri də kənarda qalmazdı. Çünki, onlar xurafatçılar və hədis uyduran şəxslərdən daha artıq dərəcədə Peyğəmbər(s)-in elminə məftun olmuşdular.
    2-Əgər Əbu Hüreyrənin nəql etdiyi "Peyğəmbər (s) deyib: "Heç kəs paltarını yerə sərməsin, mən sözümü deyib qurtarım. Ondan sonra mənim sözümü yaddan çıxartmasın”" hədisi düzgün olsaydı, bütünlükdə hamı ona tərəf yüyürərdilər. Bu belə olsaydı, elm əldə etmək üçün nə uzun-uzadı səfərə çıxmaq, nə də pul xərcləmək lazım idi. Bəs necə olur ki, onlar məqSədə çatmaq üçün paltarlarını sərmədilər? Necə olur ki, belə bir fürsəti əldən verib bu böyük mənfəətdən vaz keçirdilər? Necə olur ki, onlar Peyğəmbər(s)-in dəvət etdiyi şeydən üz döndərib uzaqlaşdılar? Əsla! Heç bir zaman onlar belə rəftar etməyiblər. Çünki, bu məsələ onların Peyğəmbərin əmrinə itaət etmələri ilə heç üst-üstə düşmür.
    3-Əgər Əbu Hüreyrənin təsəvvürü həqiqət olsaydı gərək səhabələr əldən çıxmış böyük mənfəətə peşman olaydılar. Gərək hər kəs onların Peyğəmbər(s)-in göstərişinə əhəmiy-yətsiz yanaşmalarından heyfsilənərək onları utandıraydılar. Əgər belə olsaydı gərək çoxlu sayda adamlara tənə vurulaydı. Gərək hamı təkcə Əbu Hüreyrənin bu işi görməsinə qibtə edəydi ki, yalnız o, Peyğəmbərin sözlərinə qulaq asmışdır. Halbuki bu belə deyildir. Bilmək lazımdır ki, bu sözlər Əbu Hüreyrənin özündən uydurduğu sözlərdir.
    4-Əgər doğrudan da hadisə Əbu Hüreyrənin dediyi kimi olsaydı, gərək başqa şəxslər də onu xəbər verərdilər.
    Üstəlik səhabələr və onlara tabe olanlar bu məsələni dinin və peyğəmbərliyin bir əlamətlərindən hesab edəydilər və bu barədə xəbərlər təvatür həddinə gərək çatmış olaydı. Həqiqətdə isə heç də belə olmamışdır. Əbu Hüreyrədən başqa heç kimin bu hadiSədən xəbəri yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, bu da Əbu Hüreyrənin qabaqcadan düzüb-qoşduğu bir xurafatdır.
    5-Əbu Hüreyrənin söylədiyi bu hekayətdə həmahənglik yoxdur, üstəlik ziddiyyətlərə də rast gəlmək olur. Belə ki, Ərəc(Ərəc elə Əbdurrəhman ibni hormuzdur "Səhihi-Buxari”, 2-ci cild, səh.34. Əbu Sələmət ibni Əbdurrəhman Əbu Hüreyrədən aşağıdakı ibarətlə nəql edir: "Peyğəmbər buyrudu: Kim paltarını mən sözlərimi qurtarana qədər yerə sərsə və mən qurtarandan sonra götürüb geyinsə hər şeyi yadında saxlar və dərindən başa düşər.”) onun dilindən deyir ki, Allahın elçisi bir gün səhabələrə buyurdu: "Sizin aranızda bir nəfər varmı ki, paltarını sərib mən söylədiklərimi onun arasına toplasın? Və heç vaxt mənim sözlərimi yadından çıxartmasın?” Əbu Hüreyrə deyir: "Ancaq mən öz paltarımı yerə sərdim ki, Peyğəmbər (s) sözünü deyib sona yetirsin. Sonra onu topladım. And olsun ona peyğəmbərliyi verən Allaha ki, bu günə qədər o sözlərdən heç birini unutmamışam.”
    Məqbəri başqa bir yerdə ondan belə rəvayət edir:( 
    O, Səid ibni Səid olub. Buxarinin "Səhih”inə bax. 1-ci cild, səh.24, "elmi əzbərləmək” bölümündə.  
    ) "Dedim: Ey Allahın elçisi, hərdən sizdən sözlər eşidirəm. Amma dedikləriniz yadımda qalmır.” Həzrət buyurdu: "Paltarını aç yerə sər.” Ondan sonra onun arasına ovuc-ovuc nəsə tökdü,(Qəstəlani bu sözün şərhində deyir: Peyğəmbər Allahın bərəkətindən əli ilə yaddaşı bir əşya kimi paltarın arasına tökdü. "İrşadus-sari”, 1-ci cild, səh.379) sonra buyurdu: "Üstünü ört”, mən də belə etdim. Peyğəmbər(s)-in bu əməlindən sonra heç vaxt unutqan olmadım.
    Göründüyü kimi Ərəcin söylədiyi hekayətdə o səhabələrin arasında olmuşdur. öncə Peyğəmbər (s) onları unutqan olmaqdan qorumaq üçün onlara paltarlarını yerə sərməyi tövsiyə edir. Ancaq Məqbərinin söylədiyi hədisə görə bu hadisə fəqət onun özü ilə Peyğəmbər (s) arasında baş verib. Və söhbətə Əbu Hüreyrə başlamış, hafizəsinin zəifliyindən Peyğəmbər(s)-ə şikayət etmişdir. Ərəcin söylədiyinə görə ancaq Peyğəmbər(s)-in həmin vaxt dediyi sözləri nəzərdə tutur. Belə ki, o deyir: O hadiSədən sonra orada deyilən sözün heç birini unutmadım.(Termezi "Came"də, Əbu Nəim "Hilyətul-övliya”da bu yazıya işarə etmişlər. Orada belə deyilir: "Məgər bir nəfər yoxdurmu öz vacibi əməllərini öyrənə, ya öyrədə, ta behiştə daxil ola?”)
    Lakin Məqbərinin nəql etdiyi rəvayət ümumiyyət təşkil edir. Yəni heç nəyi yaddan çıxartmayacaqsan–istər hədis olsun, istərsə də başqa şey. Çünki, o hədisdə deyir: "Ondan sonra mən heç bir şeyi yaddan çıxartmadım.”
    Buna görə də bu hədisi şərh edənlər heyranlıqla onun barəsində cəfəngiyyat uydurmuşlar. Belə ki, ibni Həcər "Fəthul-bari”də belə deyir: Bu hadisə iki dəfə baş verib.(Qəstəlani "İrşadus-sari”də bu hədisi şərh edərək deyir: Bəlkə onunla Peyğəmbər arasında belə Macəra iki dəfə baş verib. Ərəcin söylədiyi həmin hadisəyə aiddir, amma Məqbərinin söylədiyi ümumiyyət təşkil edir. Və bu aydın möcüzələrdəndir. Çünki Peyğəmbər huşsuzluğu ondan uzaqlaşdırdı. Amma bu da elə bir məsələdir ki, onun paltarı yerə sərmək ilə əldə edilməsi çox çətin bir işdir.) Birinci dəfə həmin məclisdə deyilən sözləri yaddan çıxartmamaq üçün, ikinci dəfə isə ümumiyyət təşkil edib–istər hədis olsun, istərsə də başqa bir şey.
    Göründüyü kimi bu tutarlı dəlil deyil.(Əgər belə bir şey baş versəydi, onun barəsində xəbər gərək təvatür həddinə çataydı. Halbuki deyilir bu hadisə neçə dəfə baş verib. Necə olur ki, Əbu Hüreyrədən başqa səhabələr onu unudaraq onun barəsində bir söz deməmişdir?)
    Bundan əlavə Müslüm Yunisdən, o da ibni Müseyyibdən( 
    "Səhihi-Müslüm”, 2-ci cild, səh.358, "Əbu Hüreyrənin fəziləti” fəsli.  
    ) onu başqa bir formada nəql edirlər ki, Əbu Hüreyrə deyir: "O zamandan bəri Peyğəmbər(s)-in heç bir sözünü yaddan çıxartmadım.” Bu söz həm Ərəcin, həm də Məqbərinin söylədiklərindən tam fərqlidir.(Ərəcin söylədiyindən daha da əhatəli olması məlumdur. Çünki Ərəcin hədisində unutqanlıq yalnız Peyğəmbərin həmin vaxtda danışdığı sözlə əlaqəlidir. Ancaq Məqbərinin söylədiyi hədislə müqayiSədə onun cüz”i bir hissəsinə aid olur. Buna görə unutqanlıq burada ümumiyyət təşkil edir. Yunisin Zühərinin vasitəsilə rəvayət etdiyi hədis hafizəli olmaq barəsində həzrətin söylədiyi bütün hədislərə şamil edilir. Qəstəlani "İrşadüs-sari”də bəyan edir ki, Müslüm bunu başqa bir tərzdə bəyan etmişdir. İbni Səd "Təbəqat”, 4-cü cild, səh.56)
    İbni Səd həmin sözlərin oxşarını "Təbəqat” adlı kitabında Əmrdən nəql edir ki, Əbu Hüreyrə deyir: Allahın elçisi mənə dedi: "Paltarını çıxar və yerə sər.” Mən də o deyən kimi etdim. Peyğəmbər (s) mənimlə bütün günü söhbət etdi. Sonra paltarımı yenidən geyindim. Bu hadiSədən sonra Həzrətin heç bir sözünü yaddan çıxartmadım. Əvvəlki hədisdə isə "bütün gün” sözü yoxdur. İbni Cündinin söylədiyi bu hədis öndəkilərdən fərqlənir.
    Əbu Yəli Əbu Sələmənin vasitəsi ilə bunu başqa surətdə nəql etmişdir. O belə rəvayət edir: Əbu Hüreyrə unutqan olmasından Peyğəmbər(s)-ə şikayət edir. Həzrət ayaqlarını bir az aralı qoyaraq Əli(ə)-a söykənmişdi. Həzrət buyurdu: Əbu Hüreyrə, yaxın gəl. O da o qədər yaxına getdi ki, onun barmaqları Peyğəmbərin barmaqlarına toxundu. Həzrət buyurdu: Əyləş.
    O da oturdu. Buyurdu: paltarının bir ucunu irəli gətir. Əbu Hüreyrə paltarının bir küncünü irəli uzatdı. Həzrət ona belə buyurdu: Əbu Hüreyrə! Sənə tapşırdığım budur ki, sağ ikən, bir neçə adətdən əl çəkməyəsən.
    Əbu Hüreyrə dedi: Ey Allahın elçisi, hər nə istəyirsən mənə tapşır.
    Peyğəmbər buyurdu: Cümə günü səhər tezdən durmağı və cümə qüslu almağı sənə tapşırıram. Boş-boşuna danışmaqdan uzaqlaş hər ay üç gün oruc tutmağı sənə tövsiyə edirəm. Eşitdiyimə görə çox oruc tutursan. Sənə tapşırıram ki, əgər gecəni sübhəcən Allaha ibadətlə məşğul olsan, iki rükət sübh namazını əldən vermə çünki, bunun çox əhəmiyyəti vardır. (Və o bu sözü üç dəfə təkrar edərək dedi:) Paltarını geri çəkib özünə bağla. Əbu Hüreyrə də elə o cür etdi.( 
    Bu hədis və bundan sonra gələn hədislərin hamısı "Əl-isabədə dərc olunmuşdur.  
    )
    Əbu Yəli həmçinin "Əl-isabədə Əbu Hüreyrənin həyatını şərh edərkən Vəlid ibni Cəmi”nin vasitəsi ilə Əbu Hüreyrədən nəql edir: Hafizəmin kütlüyündən və unutqan olmağımdan Peyğəmbər(s)-ə şikayətlənirdim. Buyurdu: Üst paltarını çıxart, mən də çıxartdım. Sonra yenidən dedi: Onu sinənə bağla. Mən də elə etdim və o vaxtdan bəri heç bir hədisi unutmadım.
    Yenə "Əl-isabədə Əbu Yəli Yunis ibni Übeydin vasitəsi ilə, o da Həsən Bəsrinin vasitəsi ilə Əbu Hüreyrədən nəql edir: "Peyğəmbər (s) buyurdu: Əgər bir nəfər məndən bir, iki və ya üç kəlmə eşitsə, paltarını açaraq o sözləri onun arasında toplasın. Və onları yadda saxlayaraq başqasına öyrətsin. (Əbu Hüreyrə deyir:) Paltarımı onun qarşısına sərdim, belə ki, o söhbət edirdi. Sonradan onu sinəmə bağladım. Ümidvar idim ki, heç bir sözü unutmayacağam.”
    Yenə də "Əl-isabədə Əhməd Mübarək ibni Füzalənin vasitəsilə, o da Həsəndən eyni hədisi nəql etmişdir.
    Əbu NƏim("Hilyətul-övliya”, səh.381 Əbu Hüreyrənin həyatı)Abdullah ibni Yəhyanın vasitəsilə Əbu Hindin oğlu Səiddən, o da Əbu Hüreyrədən rəvayət edir: Peyğəmbər (s) buyurdu: Ey Əbu Hüreyrə! Dostlarının məndən istədikləri mənfəətdən istəyirsənmi?
    Dedim: Ey Allahın elçisi! Allahın sənə öyrətdiyi elmi mənə öyrətməyini istəyirəm. Sonra davam edərək deyir: Kürəyimə bağladığım təkcə paltarımı açaraq özümlə Peyğəmbərin (s) arasına sərdim. Paltarın üstünü bit-birə basmışdı. Həzrət danışdıqca mən də ona qulaq asırdım. Həzrət sözlərini qurtardıqdan sonra buyurdu: Paltarı götür özünə bürü. Mən o gündən bəri onun heç bir sözünü unutmadım.
    Hər kəs bu hədislərin hamısına diqqətlə nəzər yetirsə görər nəinki mənaları, hətta kəlmələri də bir-birindən fərqli surətdə nəql olunub.
    6-Əbu Hüreyrə deyir. "Təkcə paltarımı çıxardıb sərdim.” Əgər Əbu Hüreyrənin bu sözü düzgün olsa deməli tamamilə çılpaq olub hətta ovrəti də bayırda qalıb. Ancaq Qəstəlani və Zəkəriyya Ənsari Əbu Hüreyrənin bu hədisini izah edərkən yazırlar ki, Əbu Hüreyrə paltarının bir ucunu sərmişdir ki, bədəni bayırda qalmasın.
    7-Bu hekayə əfsanə, uydurma və xurafata daha çox bənzəyir. Yalançılar və təhrifatçıların sözünə oxşayır. Çünki, Peyğəmbər(s)-in möcüzələrini ləyaqətsiz, dəyərsiz sözlərlə qarışdırmaq Allaha yaraşmayan bir işdir. Onun möcüzələri həqiqət nuru və gözəl üslubla insanları çirkinliklərdən uzaqlaşdırdı. özünü öyənlər onun qarşısında məğlub olub tutduğu ədalətli yol qarşısında baş əydilər.
    Peyğəmbər (s) Əli(ə)-ı Yəmənə hakim təyin edən zaman əlini onun sinəsinə qoyub buyurdu:(Əl-istiab”, Əli əleyhissəlamın həyatı.) Ey Allahım! Onun ürəyini hidayət et, dilini ötkəm və qüdrətli et.
    Həzrət Əli (ə) buyurur: And olsun Allaha ki, Peyğəmbər(s)-in o duasından sonra heç vaxt iki nəfər arasında hakim olarkən şəkk-şübhədə aciz qalmadım. Elə ki, Allah-təala bu ayəni sevimli Peyğəmbərinə nazil etdi:
    Peyğəmbər (s) Əli(ə)-a xitab edərək buyurdu: Allahdan istədim ki, səni eşidən qulaq qərar versin.
    Əli (ə) buyurur: O duadan sonra mən heç nəyi unutmadım. Axı necə ola bilərdi ki, mən həzrətin o böyük duasından sonra bir şeyi unudam!
    Həmçinin Peyğəmbər (s) Xeybər döyüşündə (o zaman Əli (ə) qoşunun bayraqdarı olub) Əli(ə)-a işarə edərək belə dua etdi: "Ey Allahım! Onu dözülməz istidən və soyuqdan özün qoru.
    Əli (ə) buyurur: And olsun Allaha ki, o duadan sonra heç bir isti və soyuq məni narahat etmədi. Bu hadiSədən sonra o, qışda nazik, yayda isə qalın paltar geyinib gecələr evdən bayıra çıxardı ki, Peyğəmbər(s)-in möcüzəsini isbat etsin.
    Cabir borclu olmasından Peyğəmbərə şikayət etdi. Onunla birlikdə xurma bağına getdilər. Həzrət xurmaların başına fırlanaraq onun bərəkətli olmasından ötrü əllərini göyə qaldıraraq dua etdi. Sonra orada əyləşdi. Borc sahibləri gəldilər və Həzrət onların hər birinin borcunu ödədi. Axırda hətta həmin xurmadan Cabirin özü və ailəsinə də yetişdi. Peyğəmbər (s) əgər bir kəsin xeyrini istəsəydi bu minvalla dua edərdi. Heç bir xeyri olmayan şəxslərin də əleyhinə dua (nifrin) edərdi. Belə ki, Müaviyə barəsində bu duanı etmişdir: "Allah onun qarnını heç vaxt tox etməsin!” Əbul Asın oğlu Həkəm barəsində də buna oxşar dua etmişdir. Heç kəsin Peyğəmbər(s)-in Əbu Hüreyrə deyən tərzdə dua etməsindən xəbəri yoxdur. Axı bu necə mümkün ola bilərdi, halbuki, onun hikməti yolunu azmışların yoluna nur saçır, onun hikmətinin vasitəsilə hidayət kəşf olunur, çətinliklərin düyünü açılır, zəlalətin və azğınlığın qarşısı alınır.
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 613 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024